Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 49

Ali-İmran surəsi, 83-85-ci ayələr

Ali-İmran surəsi, 83-85-ci ayələr



أَفَغَيْرَ دِينِ اللَّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ .٨٣


قُلْ آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ عَلَيْنَا وَمَا أُنْزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ .٨٤


وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ .٨٥


Ayələrin tərcüməsi



83\. Onlar Allahın dinindən başqa bir din axtarırlar?! (Onun dini İslam dinidir.) Göylərdə və yerdə olan kəslərin hamısı istər ixtiyari olsun, istərsə də icbari, Onun (fərmanı) qarşısında təslim olmuşlar və hamı Onun hüzuruna qayıdacaq.

84\. Söylə: "Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Onun fərmanına) təslim oluruq!"

85\. Kim özünə İslamdan (Allahın fərmanı qarşısında təslim olmaqdan) başqa bir din seçsə, ondan qəbul olunmaz və o, axirətdə zərər çəkənlərdən olar!

Ayələrin təfsiri.



Ən üstün ilahi din İslamdır.

Əvvəlki ayələrdə keçmiş dinlər barədə geniş izah verildi. Bu ayələrdə isə İslamdan danışılır, kitab əhlinin və keçmiş dinlərin davamçılarının diqqəti ona cəlb edilir.

Birinci ayədə buyurur: "Onlar Allahın dinindən başqa bir din axtarırlar?!" Onun dini İslam dinidir.

Sonra buyurur: “Göylərdə və yerdə olan kəslərin hamısı istər ixtiyari olsun, istərsə də icbari, Onun (fərmanı) qarşısında təslim olmuşlar və hamı Onun hüzuruna qayıdacaq”.

Buna görə də İslam bütün varlıq və yaradılış aləminin dinidir.

Qurani-Kərim burada “İslam”ı geniş mənada təfsir edir, yəni göydə və yerdə olan kəslərin və onlarda olan varlıqların hamısı müsəl- mandır və Onun əmri qarşısında təslimdir. Çünki İslamın ruhu haqq qarşısında təslim olmaqdan ibarətdir. Sadəcə, bəziləri Onun şəriət qanunları qarşısında ixtiyari, bəziləri isə yaradılış qanunları qarşısında icbari şəkildə təslim olurlar.

Allah-taalanın varlıq aləmində iki cür əmri var. Onun əmrlərinin bir hissəsi təbii və təbiətin fövqündə olan qanunlardır. Onlar bu dünyanın müxtəlif varlıqlarına hakimdirlər və onların qarşısında hamı tabe olmaq, bir an belə boyun qaçırmamaq məcburiyyətindədir. Əgər kimsə onlardan boyun qaçırsa, məhv ola bilər. Bu, İslamın və Allahın əmrləri qarşısında təslim olmağın bir növüdür. Bu baxımdan dənizə saçan Günəş şüaları, dənizdən qalxan buxar, bir-birinə birləşən bulud parçaları, göydən nazil olan yağış damcıları, ondan qidalanıb böyüyən ağaclar, onunla çiçək açan güllər - bir sözlə, bunların hamısı müsəlmandır. Çünki onların hamısı yaradan tərəfindən onlar üçün müəyyənləşdirilmiş qanunlara təslimdirlər.

Allahın əmrinin digər bir forması “şəriət əmri” adlanır və o, səma dini və peyğəmbərlərin təlimlərində mövcud olan qanunlardan ibarətdir. Onlara təslim olmaq ixtiyaridir və yalnız imanlı şəxslər onlara təslim olduqları üçün “müsəlman” adlandırılmağa layiqdirlər.

Bu qanunlardan boyun qaçırmaq da yaradılış qanunlarından boyun qaçırmaq kimi, tənəzzül, gerilik və ya məhvə səbəb olur.

Sözügedən ayədə “təslim olmaq” ifadəsi geniş mənada olduğu üçün o, hər iki qismə şamil olur. Buna görə də bəziləri, məsələn, möminlər ixtiyari şəkildə, bəziləri isə məsələn, kafirlər yaradılış qanunları qarşısında təslim olmaqla Allaha təslim olurlar. Kafirlər Allahın əmrlərinin bir hissəsini İslamı qəbul etməkdən boyun qaçırsalar da, onun digər hissəsini qəbul şəriət qanunları mənasında olan etmək məcburiyyətindədirlər. Elə isə nə üçün onlar Allahın bütün qanunları və haqq din qarşısında birdəfəlik təslim olmurlar?

Ayənin təfsiri barədə təfsirçilərin əksəriyyətinin qeyd etdiyi və bizim öncə dediklərimizlə ziddiyyət təşkil etməyən digər bir ehtimal isə imanlı şəxslərin rifah və xatircəmlik içində rəğbətlə və ixtiyari şəkildə Allaha tərəf getməsidir. Lakin imansızlar yalnız problemlər və dözülməz çətinliklər zamanı Allaha üz tutur, Onu çağırırlar. Onlar adi vaxtda Allaha şərik qoşsalar da, çətin və həssas anlarda Ondan başqa heç kəsi tanımır və çağırmırlar.

Ayanin arabca orijinalinda işlenmiş (göylərdə və yerdə olan kəslər...) ifadəsindəki (mən) (kəs) sözü həm şüurlu, həm də şüursuz varlıqlara şamil olur. (Əslində, ərəb dilində bu söz yalnız şüurlu varlıqlar barəsində işlədilir, lakin burada “təğlib” qaydasına uyğun olaraq, geniş mənada işlədilib.) “İxtiyari” sözü şüurlu və mömin varlıqlara, "icbari” sözü isə kafirlərə və şüursuz varlıqlara işarədir.

Sonrakı ayədə Allah-taala Həzrət Peyğəmbərə (s) və onun davamçılarına İslam Peyğəmbərinə (s) nazil olanlardan əlavə, keçmiş peyğəmbərlərə nazil olmuş təlimlərin də hamısına iman gətirmələri göstərişini verir. Buyurur: "Söylə: "Biz Allaha, biza nazil olana, İbrahima, İsmaila, İshaqa. Yaquba və onun övladlarına nazil edilənə, Rabbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Onun fərmanına) təslim oluruq.”

Yəni biz haqq olmaları baxımından onların heç biri arasında fərq qoymuruq, hamısını rəsmi qəbul edirik. Onların hamısı ilahi rəhbərlər olublar, insanların hidayəti üçün göndəriliblər və biz Allahın əmri qarşısında hərtərəfli təslimik və bu yolla fitnəkarların sui-istifadəsinə şərait yaratmırıq.

Nəhayət, sonuncu ayədə ümumi nəticə çıxararaq buyurur: “Kim özünə İslamdan (Allahın fərmanı qarşısında təslim olmaqdan) başqa bir din seçsə, ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar”.

Ayənin ərəbcə orijinalında işlənmiş (yəbləği) sözünün kökü (ibtiğa) sözüdür və onun mənası "səy göstərmək, çalışmaq"dır. O həm yaxşı, həm də pis istiqamətdə çalışmaq barəsində işlədilir və bunu yalnız mövcud əlamətlərdən bilmək olar.

Beləliklə, burada İslamın haqq qarşısında təslim olmaqdan ibarət ümumi mənasından ümumi mənanın ən kamil nümunəsi olan xüsusi mənasına, yəni “İslam dini” mənasına keçir və buyurur ki, bu gün heç kəsdən İslam dinindən başqa din qəbul edilmir və bütün ilahi dinlər hörmətə layiq olsa da, bu günün dini proqramı İslamdır.

Doktorluq pilləsində təhsil alan tələbələr bütün təhsil pillələrinə - ibtidai, orta, bakalavr, magistratura pillələrinə hörmətlə yanaşmaqla yanaşı, yalnız təhsil aldıqları pillənin dəsrlərini oxumalıdırlar. Əks- təqdirdə, onlar zərər-ziyandan başqa bir şey əldə etməyəcəklər. Yersiz təqlid, nadan təəssübkeşlik, etnik məsələlər və xurafata təslim olub bu dindən üz döndərənlər, şübhəsiz, böyük zərər-ziyana məruz qalacaqlar və həyat sərmayələrini bada verdikləri üçün təəssüflənməkdən və peşman olmaqdan başqa bir şey əldə etməyəcəklər.

Bəzi təfsirçilərin nəzərincə, bu ayə münafiqlərdən on iki nəfər barəsində nazil olub. Onlar əvvəl zahirdə iman gətirib sonra dindən çıxdılar və Mədinədən Məkkəyə qayıtdılar. Ayə nazil oldu va onlara bildirdi ki, kim İslamdan başqa din qabul etsə, zərər çəkənlərdən olar.

Həzrət Peyğəmbərdən (s) nəql edilmiş hədislərin birində belə oxuyuruq: "Qiyamət günü (Allahın ədalət məhkəməsində) əməlləri bir-bir gətirəcəklər. Onların hər biri özünü təqdim edəcək. Biri "mən namazam", o biri "mən orucam" deyəcək... Sonra "İslam"ı gətirəcəklər və o, belə deyəcək: "İlahi, sən Salamsan, mən İslam". Allah-taala buyuracaq: "Bu gün sənin vasitənlə cəzalandıracaq və ya mükafatlandıracağam". Allah-taala Öz kitabında buyurub: "Kim özünə İslamdan (Allahın fərmanı qarşısında təslim olmaqdan) başqa bir din seçsə, ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar”.

İslamla imanın fərqi, onların hər birinin xüsusiyyəti və bu ayə ilə imana aid ayələrin necə uzlaşması barədə Allahın istəyi ilə "Hucurat" surəsinin 14-cü ayəsinin təfsirində danışacağıq.