Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 5

Ali-İmran surəsi, 7-ci ayə

Ali-İmran surəsi, 7-ci ayə



هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ .٧


Ayənin tərcüməsi



7\. Bu kitabı sənə nazil edən Odur. Onun bir qismi kitabın əsasını təşkil edən “möhkəm” (aydın və aşkar) ayələrdir (digər ayələrdə qarşıya çıxan istənilən anlaşılmazlığa bu ayələr əsasında aydınlıq gəlir), digər qismi isə “mütəşabih”dir. (Məzmun səviyyəsi çox yüksək olduğu üçün, habelə digər cəhətlərdən ilk baxışda müxtəlif ehtimallar irəli sürülməsinə səbəb olan, lakin "möhkəm" ayələr əsasında mənalarına aydınlıq gələn ayələrdir.) Qəlblərində sapma olanlar fitnə-fəsad törətmək (insanları sapdırmaq) və (yanlış) yozmaq məqsədilə mütəşabih ayələrin ardınca düşərlər. Onun yozumunu Allahdan və elmdə sabit və qüvvətli olanlardan başqa heç kəs bilməz. (Quranın bütün ayələrinin sirlərini ilahi elm və maarif əsasında dərk etmək istəyənlər) deyərlər: "Biz onların hamısına iman gətirdik, hamısı bizim Rəbbimiz tərəfindəndir". (Bu həqiqəti) yalnız ağıl sahibləri dərk edərlər.

Ayənin nazilolma səbəbi.



"Nurus-sǝqǝleyn" təfsirində “Məaniul-əxbar” kitabına istinad edilərək İmam Baqirdən (ə) belə nəql edilib: "Yəhudilərdən bir neçə nəfər Hüyǝyy ibn Əxtəb və onun qardaşı ilə birlikdə Həzrət Peyğəmbərin (s) yanına gəldi və "əlif lam mim" müqəttəə hərflərini əllərində bəhanə edərək belə dedilər: “Əbd hesabına göre "əlif l-ə, “lam” 30-a, "mim" isə 40-a bərabərdir. Beləliklə də, sən öz ümmətinin ömrünün 71 ildən çox olmayacağını xəbər vermisən".

Həzrət Peyğəmbər (s) onların bu sui-istifadəsinin qarşısını almaq üçün belə buyurdu: “Siz nə üçün ancaq “əlif lam mim”i hesablayır- sınız? Məgər Quranda “əlif lam mim sad”, “əlif lam ra” və başqa müqəttəə hərfləri yoxdur?! Əgər bu hərflər mənim ümmətimin ömrünə işarədirsə, nə üçün onların hamısını hesablamırsınız? (Hərçənd ki bu hərflər başqa məqsəd daşıyır.)" Həmin vaxt sözügedən ayə nazil oldu.

"Fi zilalil-Quran" təfsirində başqa nazilolma səbəbi nəql edilib və nəticə baxımından o da qeyd edilən nazilolma səbəbi ilə uyğun gəlir. Həmin nazilolma səbəbində deyilir ki, Nəcran xaçpərəstlərindən ibarət bir dəstə Həzrət Peyğəmbərin (s) yanına gəlib Quranın Həzrət İsa (ə) barəsindəki "...bir söz və Allah tərəfindən olan bir ruhdur..." ifadəsini əllərində bəhanə edərək Allahın şərik və bənzərinin olmadığını vurğulayan çoxsaylı aydın ayələrə göz yumublar. Onlar bu ifadədən sui-istifadə edərək ondan "üç üqnum" və İsanın (ə) tanrı olması mənasını çıxarmaq istəyiblər. Həmin vaxt sözügedən ayə nazil olub.

Ayənin təfsiri.



Quranın "möhkəm” və “mütəşabih” ayələri.

Əvvəlki ayələrdə Quranın İslam Peyğəmbərinin (s) peyğəmbərliyinin aşkar dəlillərindən biri olaraq nazil edilməsinə işarə edilmişdi. Bu ayədə Quranın xüsusiyyətlərindən birinə - məsələlərin necə bəyan edilməsinə toxunulub.

Əvvəlcə belə buyurur: “Bu kitabı sənə nazil edən Odur. Onun bir qismi kitabın əsasını təşkil edən “möhkəm” (aydın və aşkar) ayələrdir (digər ayələrdə qarşıya çıxan istənilən anlaşılmazlığa bu ayələr əsasında aydınlıq gəlir), digər qismi isə “mütəşabih”dir”.

Yəni onlar mənası dərin olduğu üçün və ya başqa səbəblərdən ilk baxışda mürəkkəb görünürlər.

Mütəşabih ayələr insanların sınanması üçün bir vasitədir və o, həqiqi alimlərlə inadkar fitnəkarları bir-birindən ayırır. Buna görə də ayənin davamında buyurur: "Qəlblərində sapma olanlar fitnə-fəsad törətmək (insanları sapdırmaq) və (yanlış) yozmaq məqsədilə mütəşabih ayələrin ardınca düşərlər. Onun yozumunu Allahdan və elmdə sabit və qüvvətli olanlardan başqa heç kəs bilməz”.

Daha sonra buyurur ki, möhkəm və mütəşabihlərin düzgün mənasını dərk etdikləri üçün onlar belə "deyərlər: "Biz onların hamısına iman gətirdik, hamısı bizim Rəbbimiz tərəfindəndir”.

Bəli, “(bu həqiqəti) yalnız ağıl sahibləri dərk edərlər".

İncəliklər:



Bu ayədə mühüm mövzulara toxunulub və biz onların barəsində ayrı-ayrılıqda danışacağıq:

1\. Möhkəm və mütəşabih ayələrdə məqsəd nədir?

Ayənin ərəbcə orijinalında işlənmiş (muhkəm) sözünün kökü (ihkam) sözüdür və onun mənası “qadağan etmək”dir. Buna görə də möhkəm və sabit varlıqlara “möhkəm" deyirlər. Çünki onlar sapma amillərini dəf edirlər. Həmçinin hər cür əks ehtimalı özündən uzaqlaşdıran sözə “möhkəm söz” deyirlər. (Rağib "Müfrədat" kitabında belə yazıb: (həkəmə (və həkəməhu) sözünün mənası “qadağan etmək”dir".)

Elmə "hikmət” deyilməsinin səbəbi onun insanı pisliklərdən uzaqlaşdırmasıdır.

Buna görə də "möhkəm ayələr" ifadəsində məqsəd mənası "danışmağa lüzum olmayacaq qədər aydın olan ayələr”dir. Buna “de: "O Allah təkdir", "Onun heç bir bənzəri yoxdur", "Allah hər şeyin xaliqidir", "oğula iki qız hissəsi qədər pay düşür" ayələrini misal göstərmək olar.

Əqaid, şəriət hökmləri, öyüd-nəsihət və tarix məzmunlu yüzlərlə digər ayələr də “möhkəm” ayələr hesab olunur.

Bu ayələr (“möhkəm ayələr”) Quranda (ummul-kitab) (kitabın əsasını təşkil edən) adlandırılıblar, yəni onlar digər ayələrin kökü, istinad nöqtəsi, təfsirçisi və izah verənidirlər.

(mutǝşabih) sözünün mənası “müxtəlif hissələri bir-birinə oxşayan şey"dir. Buna görə də mənası mürəkkəb olan və bəzən müxtəlif ehtimallar verilən cümlə və sözlərə “mütəşabih” deyirlər.

Quranın mütəşabihlərində də məqsəd ilk baxışda mənası mürəkkəb görünən, əvvəl müxtəlif ehtimallar verilən, lakin möhkəm ayələrlə birlikdə nəzərə alındıqda mənası aydınlaşan ayələrdir.

"Möhkəm və mütəşabih” ayələr barəsində təfsirçilər müxtəlif chtimallar versələr də, qeyd etdiyimiz məna onların həm əsl mənası ilə, həm nazilolma səbəbi ilə, həm bu #### Ayənin təfsiri barədə nəql edilmiş hədislərlə, həm də sözügedən ayə ilə tam uyğun gəlir. Çünki sözügedən ayənin davamında inadkar insanların həmişə mütəşabih ayələri əllərində bəhanə etdikləri buyurulur. Təbii ki, onlar ilk baxışda müxtəlif təfsirləri olan ayələrdən sui-istifadə edirlər.

Mütəşabih ayələrə nümunə olaraq Allahın sifətləri və məadın necəliyi barəsindəki ayələri, məsələn, Allahın qüdrətinə işarə edən "Allahın ǝli onların əllərinin üstündədir”, Allahın elminə işarə edən "Allah eşidən və biləndir", əməllərin ölçülmə vasitəsinə işarə edən "Biz Qiyamət günü ədalət tərəziləri quracağıq” ayələrini göstərmək olar.

Şübhəsiz, Allahın nə (bədən üzvü olaraq) əli, nə həmin mənada qulağı, nə də bizim tərəzilərə bənzər əməlölçən tərəzisi var. Bunlar qüdrət, elm və ölçü vasitələrinə işarədir.

"Möhkəm" və "mütəşabih" sözləri Quranda başqa mənada da işlədilib. "Hud" surəsinin əvvəlində buyurur: "Bu, ayələri möhkəmləndirilmiş... bir kitabdır". Bu ayədə Quranın bütün ayələri “möhkəm" adlandırılıb. Burada “möhkəm" sözündə məqsəd Quran ayələrinin bir- biri ilə əlaqəsi və bir-birinə bağlılığıdır. Həmçinin "Zumǝr" surəsinin 23-cü ayəsində belə buyurur: (mütəşabih bir kitab). Bu ayənin ərəbcəsində "mütəşabih” sözü işlədilib və kitab bütünlüklə mütəşabih adlandırılıb. Lakin burada "mütəşabih" sözündə məqs “ayələri düzlük və həqiqət olması baxımından bir-birinə bənzəyən”dir.

Möhkəm və mütəşabih barəsində deyilənlərdən belə məlum olur ki, obyektiv və həqiqət axtaran şəxsin Allahın kəlamlarının mənasını başa düşməsinin yeganə yolu bütün kəlamları bir-birinin yanına qoyması və həqiqəti onlardan əldə etməsidir. Əgər bəzi ayələrin zahirində qaranlıq məqam varsa, o, həmin anlaşılmazlığı digər ayələri nəzərə alaraq aradan qaldırmalı və məsələnin həqiqətini bu yolla dərk etməlidir.

Sanki "möhkəm ayələr" baş yola, "mütəşabih ayələr” isə ikinci dərəcəli yollara bənzəyir. İnsan bəzən ikinci dərəcəli yollarda çaş-baş qalır və özünü baş yola çatdırmağa, öz marşrutunu onun əsasında tənzimləməyə və həmin istiqamətə münasib yol tapmağa çalışır.

Bunu “möhkəm ayələr” barəsində (ummul-kitab) (kitabın əsasını təşkil edən) ifadəsinin işlədilməsi də təsdiqləyir. Çünki (umm) sözünün leksik mənası "hər hansı bir şeyin əsası, əsli”dir. Ərəb dilində anaya" (umm) deyilməsinin də səbəbi ananın ailənin kökü, hadisə və çətinliklər zamanı uşaqların sığınacaq yeri olmasıdır. Buna görə də "möhkəm ayələr" digər ayələrin kök, əsas və anası sayılır.

2\. Nə üçün Quran ayələrinin bəzisi mütəşabih ayələrdir? Quran nur, aydınlıq, Haqqın sözü və aşkar olduğu, bütün insanları hidayət etmək üçün gəldiyi halda, nə üçün mütəşabih ayələrdən istifadə edilmişdir? Nə üçün fitnəkarların sui-istifadəsinə səbəb olan bəzi ayələrin mənası mürəkkəbdir?

Bu, mühüm və diqqət edilməsi lazım olan məsələdir. Quranda mütəşabih ayələrin mövcud olmasının fəlsəfəsi aşağıdakılar ola bilər:

a) İnsanların söhbət edərkən istifadə etdiyi sözlər onların günədlik ehtiyaclarını ifadə etməsi üçün yaranıb. Buna görə də söhbətin mövzusu insanın məhdud maddi həyat mövzusundan kənara çıxdıqda, məsələn, bütün cəhətlərdən sonsuz olan yaradandan söz düşdükdə işlətdiyimiz sözlərin həmin mənaları ifadə etmədiyini görürük və bu zaman müxtəlif çatışmazlığı olan sözlərdən istifadə etmək məcburiyyətində qalırıq. Quranın mütəşabih ayələrinin böyük bir hissəsi həmin məsələdən sözlərdə olan çatışmazlıqdan qaynaqlanır. "Allahın əli onların əllərinin üstündədir", "ərşə hakim olan Rəhman" və "və öz Rəblərinə baxacaq" kimi ayələr bu qəbildən olan ayələrdir və biz onların hər biri barədə öz yerində danışacağıq.

Həmçinin “eşidən” və “görən” kimi ifadələrin də hamısı bu və möhkəm ayələrə müraciət etməklə onların təfsiri aydın qəbildəndir olur.

b) Bir çox həqiqətlər axirət və təbiət xarici aləmə aid olduğu üçün bizim düşüncə üfüqümüzdən uzaqdır və biz zaman və məkan zindanında həbs edildiyimiz üçün onları dərindən dərk edə bilmirik. Bizim zehnimizin yetərsizliyi və həmin mənaların çox yüksək olması ayələrin bəzisinin mütəşabih olmasına səbəb olub. Buna Qiyamət və sairə barəsindəki ayələri misal göstərmək olar.

Bu eyni ilə ana bətnində olan körpəyə bu dünyaya aid məsələlərin izah edilməsinə bənzəyir. Belə ki əgər şəxs bu barədə heç nə deməsə, səhlənkarlıq edib, desə də, gərək məsələləri üstüörtülü şəkildə bəyan etsin. Çünki dinləyici həmin şəraitdə ondan artıq başa düşmək qabiliyyətinə malik deyil.

c) Quranda mütəşabih ayələrin olmasının səbəblərindən biri də insanların təfəkkürünü işə salmaq, düşüncəsində oyanış və hərəkət yaratmaqdır. Bu, mütəfəkkirlərin düşüncəsini qüvvətləndirmək və onları müəyyən məsələlər barədə daha çox fikirləşməyə, diqqətli olmağa və araşdırma aparmağa sövq etmək üçün irəli sürülən bəzi mürəkkəb məsələlərə bənzəyir.

d) Quranda mütəşabih ayələrin mövcud olmasının digər bir səbəbi Əhli-beyt (ə) hədislərində də qeyd edildiyi kimi, insanların ilahi rəhbərlərə, Peyğəmbərə (s) və onun haqq canişinlərinə böyük ehtiyacının olmasını göstərməkdir. Quranda bu cür ayələrin olması onların elmi ehtiyac üzündən həmin şəxslərə üz tutmasına, onların rəhbərliyini əməldə dərk etməsinə, onların elm və məsləhətlərindən istifadə izahının müəllimin öhdəsinə qoyulması kimidir. Bunun səbəbi şagird- etmələrinə səbəb olur. Bu eyni ilə bəzi dərs kitablarında məsələnin lərin müəllimlə əlaqəsinin kəsilməməsi və onların bu ehtiyaca görə onun bütün fikirlərindən bəhrələnmələri üçündür. Əslində, Quran Həzrət Peyğəmbərin (s) məşhur "sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm: Allahın kitabı və Əhli-beytimi. Bu ikisi Qiyamətdə Kövsər hovuzunun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir- birindən ayrılmaz" vəsiyyətinin nümunəsidir.

e) Digər bir səbəb də ayədə işarə edildiyi kimi, insanların sınanması və fitnəkarlarla həqiqi möminlərin bir-birindən seçilib tanınmasıdır.

3\. "Tǝvil" nədir? Ayənin ərəbcə orijinalında işlənmiş (təvil) (yozum) sözünün mənası barədə çox sözlər deyilib. Həqiqətə ən yaxın nəzər onun leksik mənasının "bir şeyin qaytarılması" olmasıdır. Buna görə də son məqsədə doğru qaytarılan hər bir iş ya söz "təvil" adlanır. Məsələn, bir şəxs bir iş görsə və onun məqsədinin nə olması məlum olmasa, lakin sonda o, məqsədinin nə olduğunu aydınlaşdırsa, bu, "təvil" adlanır. Həzrət Musa (ə) ilə elmli şəxsin hekayətində oxuyuruq ki, həmin şəxs səfər zamanı məqsədi məlum olmayan bir sıra işlər görür (məsələn, gəmini deşib xarab edir) və Musa (ə) həmin işə görə çox narahat olur. Lakin həmin şəxs sonda məqsədinin gəminin qəsbkar və zalım hökmdarın əlindən xilas edilməsi olduğunu deyir və sonra əlavə edir ki, “Sənin səbir edə bilmədiyin işlərin yozumu budur!"

Həmçinin insan nəticəsi məlum olmayan bir yuxu görsə, sonra bir şəxsə müraciət etməklə və ya bir səhnənin şahidi olmaqla onun mənasını başa düşsə, buna "təvil" deyirlər. Həzrət Yusif (ə) də məşhur yuxusu həqiqətə çevriləndən sonra, yəni yerinə qayıtdıqdan sonra belə deyib:

"Bu, daha öncə gördüyüm yuxumun yozumudur".

İnsanın içində məna və sirr olan, onun əsas məqsədini daşıyan söz deməsinə də "təvil" deyirlər.

Sözügedən ayədə “təvil” sözündə məqsəd bu mənadır. Yəni Quranın sirli və dərin mənalı ayələri var, lakin azğın düşüncəli və mənfur niyyətli insanlar özlərini və ya başqalarını aldatmaq üçün onu səhv təfsir edir və onlara (həmin səhv yozumlara) istinad edirlər.

Ayənin ərəbcə orijinalında işlənmiş "وَابْتِغَاءتأويله" ifadəsinin mənası “وَابْتِغَاءتأويله على خلاف الحق” yəni onlar həmin ayələri həqiqi təvilinə (yozumuna) zidd yozmaq istəyirlər.

Ayənin nazilolma səbəbində oxuduğumuz kimi, bir dəstə yəhudi Quranın müqəttəə hərflərindən sui-istifadə edərək onları İslam ümmətinin ömrünün qısa olması mənasına yozmaq istəyib, yaxud xaçpərəstlər "...Allah tərəfindən olan bir ruhdur..." ifadəsini bəhanə edərək ondan Həzrət İsanın (ə) tanrı olmasına dəlil kimi istifadə etməyə çalışıblar. Bunların hamısı “həqiqətdən uzaq yozum" və ayənin mənasının həqiqəti olmayan yanlış məqsədə tərəf qaytarılması nümunələridir.

4\. "Elmdə sabit və qüvvətli olanlar” kimlərdir?

Bu ifadə Qurani-Kərimdə iki yerdə işlədilib. Onlardan biri sözü- gedən ayə, digəri isə "Nisa" surəsinin 162-ci ayəsidir. Həmin ayədə belə buyurulur:

"Lakin onların elmdə sabit və qüvvətli (möhkəm) olanları və (İslam ümmətindən olan) möminlər sənə nazil edilənə və səndən əvvəl göndərilənə inanır".

Ayanin arabca orijinalında işlenmiş “الرَّاسِحُونَ فِي الْعِلْم” (ər-rasixunə fil-elm) ifadəsinin leksik mənasından da məlum olduğu kimi, onda məqsəd elmdə sabit və nəzər sahibi olan şəxslərdir. Bu ifadənin mənası genişdir və bütün alim və mütəfəkkirlərə şamil olur. Lakin onların arasında bəzi üstün və parlaq şəxsiyyətlər də var və bu ifadənin nümunəsi ilk növbədə onlardır. Buna görə də (ər-rasixunə fil-elm) ifadəsi işlədilərkən hamıdan əvvəl onlar nəzərdə tutulur.

Çoxsaylı hədislərdə (ǝr-rasixunə fil-elm) ifadəsinin İslam Peyğəmbəri (s) və məsum İmamlar (ə) mənasında təfsir edilməsi də bu baxımdandır. Çünki Quran ayələri və Quranda işlənən sözlərin mənası genişdir və onların nümunələri arasında bariz nümunələr olduğu üçün bəzən onların təfsiri zamanı həmin bariz nümunələrin adı çəkilir.

"Üsuli-kafi" kitabında İmam Sadiqdən (ə) belə nəql edilib: "Həzrət Peyğəmbər (s) "elmdə sabit və qüvvətli olanlar"ın ən böyüyü idi və Allahın ona nazil etdiyinin hamısının yozumunu və nazilolma səbəbini bilirdi. Allah ona nazil etdiklərinin yozumunu da öyrətmişdi. O və onun həqiqi canişinləri bunların hamısını bilirdilər".

"Üsuli-kafi" və digər hədis kitablarında bu barədə çoxsaylı hədislər nəql edilib. "Nurus-səqǝleyn" və "Bürhan" təfsirlərinin müəllifləri də bu #### Ayənin təfsirində onları bir yerə toplayıblar. "Elmdə sabit və qüvvətli olanlar" ifadəsinin Həzrət Peyğəmbər (s) və məsum İmamlar (ə) kimi təfsir edilməsi bu ifadənin mənasının geniş olması ilə ziddiyyət təşkil etmir. Buna görə də İbn Abbasdan belə nəql edilib: "Mən də elmdə sabit və qüvvətli olanlardanam".

Sadəcə, Quran ayələrinin sirr və yozumunu hər kəs elminin genişliyi qədər bilir. Elmləri Allahın sonsuz elm çeşməsindən qaynaqlananlar isə Quranın bütün sirr və yozumlarından agahdırlar. Lakin başqaları həmin sirlərin yalnız bir hissəsindən xəbərdardır.

5\. "Elmdə sabit və qüvvətli olanlar” mütəşabihlərin mənasını bilirlər.

Burada təfsirçilərlə alimlər arasında (ər-rasixunə fil-elm) ifadəsinin müstəqil cümlənin başlanğıcı, yoxsa (illəllah) ifadəsinə bağlı olması barədə ciddi fikir ayrılığı var. Başqa sözlə desək, görəsən, bu ayənin mənası “onun yozumunu Allahdan və elmdə sabit və qüvvətli olanlardan başqa heç kəs bilməz"dir, yoxsa “onun yozumunu Allahdan başqa heç kəs bilməz və elmdə sabit və qüvvətli olanlar deyərlər: "Biz onların hamısına iman gətirdik, hamısı bizim Rəbbimiz tərəfindəndir?"

Bu iki nəzərin tərəfdarları öz əqidəsini sübut etmək üçün bir sıra dəlillərə istinad ediblər. Lakin ayədə olan əlamətlər və məşhur hədislərlə uyğun gələn nəzər" (ər-rasixunə fil-elm) ifadəsinin (illəllah) ifadəsinə bağlı olması (və həmin cümlənin mənasının “onun yozumunu Allahdan və elmdə sabit və qüvvətli olanlardan başqa heç kəs bilməz" kimi olması)dır. Çünki birincisi, Quranda sirlərini Allahdan başqa heç kəsin bilmədiyi ayələrin olması inandırıcı görünmür. Məgər bu ayələr insanların tərbiyə edilməsi və doğru yola yönəldilməsi üçün nazil olmayıb?! Necə ola bilər ki, hətta Quranın nazil olduğu Peyğəmbər (s) onun məna və yozumundan xəbərsiz olsun?!

Bu, eyni ilə bir şəxsin bəzi cümlələrinin mənasını özündən başqa heç kəsin bilmədiyi kitab yazmasına bənzəyir. (Bu, nə dərəcədə məntiqidir?)

İkincisi, mərhum Tabərsinin də "Məcməül-bəyan kitabında qeyd etdiyi kimi, İslam alimləri və Quran təfsirçiləri heç vaxt hansısa ayəni təfsir etməkdən boyun qaçırıb "bu aya yozumunu Allahdan başqa heç kosin bilmədiyi ayələrdəndir" deməyib və həmişə Quranın sirr və mənalarını üzə çıxarmaq üçün səy göstəriblər.

Üçüncüsü, əgər məqsəd "elmdə sabit və qüvvətli olanlar"-ın bilmədikləri şeyin qarşısında təslim olmaları olsaydı, bu zaman onlar barəsində "imanda sabit və qüvvətli olanlar” ifadəsinin işlədilməsi daha münasib olardı. Çünki elmdə sabit və qüvvətli olmaq Quranın yozumunu bilməyib təslim olmaqla deyil, bilməklə daha uyğundur.

Dördüncüsü, bu Ayənin təfsiri barədə nəql edilmiş çoxsaylı hədislər "elmdə sabit və qüvvətli olanlar"ın Quran ayələrinin yozumunu bilmələrini təsdiqləyir. Buna görə də o, “Allah” sözünə bağlanmalıdır.

Burada aydınlıq gətirilməsi lazım olan məqamlardan biri "Nəhcül- bəlağə"nin "Əşbah" xütbəsində "elmdə sabit və qüvvətli olanlar”ın Quran ayələrinin yozumunu bilməmələrinin və öz acizliklərini etiraf etmələrinin qeyd edilməsidir. İmam Əli (ə) həmin xütbədə belə buyurub:

"Bil, "elmdə sabit və qüvvətli olanlar" o kəslərdir ki, qeyb sirləri və onların təfsiri barədə öz acizliklərini etiraf etmələri onları həmin məsələlər barədə araşdırma aparmaqdan ehtiyacsız edib”.

Lakin bu cümlə Həzrətin özündən nəql edilmiş və ayədəki "elmdə sabit və qüvvətli olanlar" ifadəsinin “Allah" sözünə bağlı olmasını və onların Quranın yozumunu bildiklərini bəyan edən hədislərlə ziddiyyət təşkil etməkdən əlavə, öncə qeyd edilən dəlillərlə də uyğun gəlmir. Buna görə də "Əşbah" xütbəsindəki həmin cümlə əlimizdə olan digər dəlillərlə ziddiyyət təşkil etməyəcək şəkildə izah və təfsir edilməlidir.

6\. Ayənin təfsirinin ümumi nəticəsi.

Sözügedən #### Ayənin təfsiri barədə deyilənlərdən Quran ayələrinin iki qism olduğu məlum olur. Ayələrin bir qisminin mənası elə aydındır ki, heç bir inkar, yanlış yozum və sui-istifadəyə yer qalmır və onlar "möhkəm ayələrdir.

Digər qism ayələr isə toxunulan məsələlərin səviyyəsinin yüksək olması səbəbindən və ya əlimiz çatmayan aləmlərdən, məsələn, qeyb aləmindən, axirət dünyasından, Allahın sifətlərindən bəhs etdiyi üçün onların son məna, sirr və həqiqətinin başa düşülməsi üçün xüsusi elm sərmayəsi tələb edilir və onlara “mütəşabih ayələr” deyilir.

Azğın şəxslər insanlar arasında fitnə yaratmaq və onları sapdırmaq üçün həmin ayələri əllərində bəhanə edib onları həqiqətə zidd yozmaq istəyirlər. Lakin Allah-taala və “elmdə sabit və qüvvətli olanlar” bu ayələrin sirlərini bilirlər. Onlar geniş elmə malik olduqları üçün mütəşabih ayələri də möhkəm ayələr kimi dərk edirlər və bu səbəbdən onların qarşısında təslim olur və “hamısı bizim Rəbbimiz tərəfindəndir" deyirlər. Çünki onların elmi qarşısında həm möhkəm, həm də mütəşabih ayələrin mənası aydındır. Ayədə də qeyd edildiyi kimi, onlar: "Biz onların hamısına iman gətirdik, hamısı bizim Rəbbimiz tərəfindəndir" - deyərlər.

Beləliklə, elmdə sabit və qüvvətli olmaq insanın Quranın sirlərin- dən daha çox xəbərdar olmasına səbəb olur. Əlbəttə, elm baxımından ilk sırada dayananlar (Həzrət Peyğəmbər (s) və məsum İmamlar (ə)) sirlərin hamısını bilirlər, başqaları isə onu öz elmləri miqdarınca dərk edirlər. Elə bu səbəbdən insanlar Quranın sirlərini dərk etmək üçün hətta alimləri ilahi müəllimlərin arxasınca göndərirlər.

7\. Ayənin sonundakı "yalnız ağıl sahibləri dərk edərlər” cümləsi bu həqiqətlərin yalnız düşüncə sahibləri tərəfindən dərk edilməsinə İşarədir. Quranda möhkəm və mütəşabih ayələrin olmasının gərəkliliyini onlar daha yaxşı başa düşürlər. Mütəşabih ayələrin sirlərinin dərk edilməsinin yolu onların möhkəm ayələrin yanına qoyulmasıdır. Buna görə də İmam Əli ibn Musa Rza (ə) belə buyurub: “Mütəşabih ayələri möhkəm ayələrlə uzlaşdıran şəxs düz yola yönələr”.