Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 51

Ali-İmran surəsi, 90 və 91-ci ayələr

Ali-İmran surəsi, 90 və 91-ci ayələr



إِنَّ الَّذِينَ كَفَرُوا بَعْدَ إِيمَانِهِمْ ثُمَّ ازْدَادُوا كُفْرًا لَنْ تُقْبَلَ تَوْبَتُهُمْ وَأُولَئِكَ هُمُ الضَّالُّونَ .٩٠


إِنَّ الَّذِينَ كَفَرُوا وَمَاتُوا وَهُمْ كُفَّارٌ فَلَنْ يُقْبَلَ مِنْ أَحَدِهِمْ مِلْءُ الْأَرْضِ ذَهَبًا وَلَوِ افْتَدَى بِهِ أُولَئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ .٩١


Ayələrin tərcüməsi



90\. İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran (bu yolda israrlı olan) şəxslərin (çıxılmaz vəziyyətdə və ölüm ayağındakı) tövbəsi əsla qəbul olunmaz. Onlar (əsl) azanlardır! (Çünki həm Allah, həm də tövbə yolunu itiriblər.)

91\. Kafir olub küfr içində ölənlərdən hər birinin dünya dolusu qızılı olsa və (əzabdan qurtarmaq üçün) onu fidyə versə, yenə də qəbul olunmaz. Onları ağrılı bir əzab gözləyir. Onların heç bir köməkçisi olmayacaq!

Ayələrin nazilolma səbəbi.



Bəzilərinin nəzərincə, birinci ayə İslam Peyğəmbərinin (s) zühurundan əvvəl (əlamətlərini öz kitablarında oxuyub qiyabi şəkildə) ona iman gətirmiş, lakin o, peyğəmbər kimi göndərildikdən sonra kafir olan kitab əhli barədə nazil olub.

Digərlərinin nəzərincə isə, onlar İslamdan çıxmış Haris ibn Süveyd və onun on bir yoldaşı barədə nazil olub. Haris peşman olaraq tövbə edib. Lakin onun on bir yoldaşı həmin halda qalıb, tövbə etməyib. Onlar Harisin çağırışına belə cavab veriblər: “Biz Məkkədə qalıb Muhəmmədə qarşı fəaliyyətimizi davam etdirəcək və onun məğlubiyyətini gözləyəcəyik. Əgər məqsədimizə nail olsaq, lap yaxşı, əks-təqdirdə, tövbə qapısı açıqdır; nə vaxt qayıtsaq, (o, bizi qəbul edəcək) bizim barəmizdə də sənin barəndə nazil olan şey nazil olacaq”.

Həzrət Peyğəmbər (s) Məkkəni fəth edəndə onların bəzisi İslamı qəbul edib və onların tövbələri qəbul edilib. Küfr halında dünyasını dəyişənlər barədə isə ikinci ayə nazil olub

Ayələrin təfsiri.



Faydasız tövbə.

Əvvəlki ayələrdə öz azğın keçmişlərindən peşman olan və həqiqi tövbə etdikləri üçün tövbələri qəbul edilən şəxslərdən söz açıldı. Lakin bu ayədə tövbəsi qəbul edilməyən şəxslərdən danışılır. Onlar əvvəl iman gətirib sonra kafir olan, küfrlərində də israrlı olan və bu səbəbdən heç vaxt Haqqın göstərişlərinə əməl etməyən şəxslərdir. Onlar yalnız çətinə düşəndə, itaət, tövbə və təslim olmaqdan başqa çarələri qalmayanda Haqqa üz tutarlar. Şübhəsiz, Allah bu cür şəxslərin tövbəsini qəbul etməyəcək.

Buyurur: "İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran (bu yolda israrlı olan) şəxslərin (çıxılmaz vəziyyətdə və ölüm ayağındakı) tövbəsi əsla qəbul olunmaz. Onlar (əsl) azanlardır! (Çünki həm Allah, həm də tövbə yolunu itiriblər).

Onların tövbəsi zahiridir. Çünki onlar haqq tərəfdarlarının qələbəsini görəndə naçarlıqdan özlərini peşman kimi göstərir və tövbə edirlər. Təbii ki, bu tövbə qəbul edilmir.

di Bu #### Ayənin təfsiri barədə verilən digər bir ehtimal həmin şəxslərin özlərini ölüm ayağında görəndə və ya ömürlərinin sonu olduğunu biləndə peşman olmaları və tövbə etmələridir. Lakin həmin vaxt tövbə qapısı bağlı olur və edilən tövbə qəbul olmur.

Bu ayə “Nisa” surəsinin 18-ci ayəsinə yaxındır. Həmin ayədə buyurur:

"Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” – deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz".

Ayənin üçüncü təfsiri belədir: Ayədə məqsəd küfr halında edilən adi günahlardır. Məsələn, bir şəxs küfrdə israr edir, lakin zülm, qeybət və əxlaqsızlıq kimi günahlardan tövbə edir. Onun bu tövbəsi faydasızdır. Çünki ruhda daha güclü və dərin çirklər olduğu halda, səthi çirklərin təmizlənməsinin paklığa heç bir faydası yoxdur.

Qeyd edilən bu üç təfsir bir-biri ilə ziddiyyət təşkil etmir və ayə bu bihudə tövbələrin hamısına şamil ola bilər. Hərçənd ki birinci təfsir əvvəlki ayələrlə və nazilolma səbəbi ilə daha çox uyğun gəlir.

Əvvəlki ayədə bihudə tövbələrə işarə etdikdən sonra növbəti ayədə bihudə kəffarələrdən söz açaraq buyurur: "Kafir olub küfr içində ölənlərdən hər birinin dünya dolusu qızılı olsa və (əzabdan qurtarmaq üçün) onu fidyə versə, yenə də qəbul olunmaz".

Küfr insanın bütün yaxşı əməllərini puç edir. Əgər bütün yer üzü qızıl olsa və onlar həmin qızılı Allah yolunda xərcləsələr, qəbul edilməz. Həmçinin əgər onlar Qiyamətdə belə bir imkana malik olsalar və onu kəffarə kimi versələr, qəbul edilməz.

Bütün yer üzünün qızıl ilə dolu olması və onların onu Allah yolunda xərcləmələri barədə deyilənlər, şübhəsiz, onların xeyriyyəçilik işlərinin hər nə qədər çox olmasına baxmayaraq, ruhları çirkli olduğuna görə faydasız olmasını çatdırmaq üçündür. Yoxsa ki əgər bütün yer üzü qızıl ilə dolu olsa, onda qızılın dəyəri torpaqla eyni olar. Buna görə də həmin cümlə Allah yolunda çox mal xərcləmək və ianə vermək barədə məcazdır.

Təfsirçilər ayədə bu dünya, yoxsa axirətin nəzərdə tutulması barədə iki ehtimal veriblər. Lakin ayənin onların hər ikisini nəzərdə tutması ehtimalı da var. Yəni onlar istər həyatda olduqları zaman bütün dünyanı xərcləsinlər, istərsə də Qiyamətdə fidyə versinlər fərqi yoxdur, qəbul edilməyəcək. Hərçənd ki ayənin zahirindən onun Qiyamətə aid olması məlum olur. Çünki ayədə “kafir olub küfr içində ölənlər” deyilir.

Yəni küfr halında öləndən sonra dünyanın ən böyük sərvətinə malik olsalar və bu dünya kimi orada da sərvətlərindən istifadə imkanına malik olduqlarını güman edib onun vasitəsi ilə Allahın cəzasını özlərindən dəf etmək istəsələr, yanıldıqlarını görərlər. Bu mal və fidyə əsla onların cəzasının yüngülləşməsinə təsir göstərə bilməz.

Bu ayənin məzmunu "Hədid” surəsinin 15-ci ayəsində deyilənlərə bənzəyir. Orada belə buyurur:

"Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz". Ayənin sonunda bir başqa məqama işarə edərək buyurur: "Onları ağrılı bir əzab gözləyir. Onların heç bir köməkçisi olmayacaq".

Yəni onlara nəinki verdikləri ianə və fidyənin faydası olmayacaq, heç onlar barədə şəfaət edənlərin şəfaəti də qəbul edilməyəcək. Çünki şəfaətin özünün bir sıra şərtləri var və onların ən mühümü Allaha imandır. Buna görə də əgər Qiyamət günü bütün şəfaətçilər yığışsa və imanı olmayan şəxsə şəfaət etmək istəsə, onların şəfaəti qəbul edilməyəcək.

Ümumiyyətlə, şəfaət Allahın izni ilə olduğu üçün onlar bu cür nalayiq şəxslərə şəfaət etməzlər. Şəfaət də ləyaqət tələb edir və Allahın izni nalayiq şəxslərə şamil olmur.

Ali Onlar Allaha kafir olduqları üçün belə bir icazəyə yer qalmır.