122\. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və (vaxtı ilə) sizi bütün insanlardan üstün etdiyimi xatırlayın.
123\. Qorxun o gündən ki, heç kəs heç kəsi müdafiə etməz, heç kəsdən əvəz qəbul edilməz, heç kəsə şəfaət fayda verməz və onlara (heç bir tərəfdən) kömək göstərilməz.
Ayələrin təfsiri.
Bu ayələrdə Allah-taala yenidən sözü Bəni-İsrailə yönəldərək onlara bəxş etdiyi nemətləri sadalayır, xüsusilə də onları öz zəmanəsinin bütün insanlarından üstün tutduğunu xatırladaraq buyurur: "Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və (vaxtı ilə) sizi bütün insanlardan üstün etdiyimi xatırlayın”.
Təbii ki, Allah-taala hər bir nemətin qarşılığında insanın öhdəsinə müəyyən məsuliyyət qoyur. Buna görə də növbəti ayədə deyilir: "Qorxun o gündən ki, heç kəs heç kəsi müdafiə etməz, heç kəsdən əvəz qəbul edilməz, heç kəsə şəfaət fayda verməz və onlara (heç bir tərəfdən) kömək göstərilməz”.
Axirətdə insanın bu dünyada canını qurtarmaq üçün istifadə etdiyi vasitələrin heç biri olmayacaq. Yalnız bir yol qalacaq ki, o da iman və saleh əməl, günahlardan tövbə və özünü islah etməkdir.
Daha öncə 47-48-ci #### Ayələrin təfsirində bu barədə ətraflı məlumat verdiyimiz üçün daha burada əlavə şərhə ehtiyac görmürük.