Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 58

Ali-İmran surəsi, 105-ci ayə

Ali-İmran surəsi, 105-ci ayə



وَلَا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتُ وَأُولَئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ .١٠٥


Ayənin tərcüməsi



105\. (Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar.

Ayənin təfsiri.



Təfriqə və ixtilaf qadağası.

Bu ayədə yenidən təkidlə təfriqədən yayınmaq, vəhdəti və birliyi qoruyub saxlamaqdan danışılır. Bu ayədə Allah-taala müsəlmanları keçmişdə yaşamış yəhudi və xaçpərəstlərin sonlarının çox şiddətli əzabla bitdiyindən xəbərdar edir. Çünki onlar daim insanlar arasında vəhdəti pozur, təfriqə və ixtilaflardan bəhrələnirdilər. Daha sonra onlar şiddətli əzaba düçar olduqları üçün Allah-taala müsəlmanlara bir daha xəbərdarlıq edərək onları ümumilikdə tarixi oxumağı təklif edir. Həmçinin ayədə buyurur:

(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir- birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”.

Allah-taalanın insanları dəfələrlə və israrla vəhdətə dəvət etməsi və onları təfriqədən uzaqlaşma çağırışı sanki gələcəkdə müsəlmanların da başına belə bir iş gələcəyini xəbər verir. Çünki Qurani-Kərimdə daha çox təkid olunmuş məsələlərin sonradan baş verdiyinin də şahidi oluruq. Allahın Peyğəmbəri (s) də həmçinin müsəlmanlar arasında olan ixtilafı öncədən təxmin edərək buyurub: Yəhudilər Musadan sonra 71, xaçpərəstlər 72 və müsəlmanlar isə 73 firqə olacaqdır".!

Hədisdəki yetmiş rəqəmi burada dəqiq saya deyil, çoxluğa dəlalət edir. Yəni burada işlənən yetmiş rəqəmi haqq yolun yalnız bir olmasına baxmayaraq, onun ətraflında olanların çox yerə bölünəcəklərindən danışılır. Yəni yəhudi və xaçpərəstlər də haqq yolun tək olmasına baxmayaraq onlar da çox sayda firqələrə bölündülər. Bu arzuolunmaz durum İslam ümmətinin də başına gələcəkdir. Bununla da müsəlmanları ruhi və əqli cəhətdən baş verəcək hadisələrə tərəf yönəldir.

Quranda mövzuya toxunulduğu kimi İslam Peyğəmbəri (s) də ümmətin başına gələcək müsibətdən bizi öncədən xəbərdar etmişdir. Hədisə əsasən, Peyğəmbərin (s) vəfatından sonra haqq yolun tək olmasına baxmayaraq, müsəlmanlar haqq yoldan azacaq, əqidə əsaslarında, şəriət məsələlərində və hətta dinin özündə belə pərakəndə şəkildə firqələrə bölünərək bir-birini küfr etməkdə, batil yolda olmaqda ittiham edəcəklər. Onların arasında olan dini çəkişmələr bəzən qılınc, bəzən də lənət və təkfirçiliklə nəticələnəcəkdir. İş o yerə çatacaq ki, bəzi müsəlmanlar digər müsəlman qardaşlarının malını, canını, namusunu özünə halal biləcək, hətta onlara qalib gəlmək üçün kafirlərlə birləşib müsəlman qardaşı ilə döyüşəcəklər. Müsəlmanların bütün uğurlarının açarı olan vəhdət və qardaşlıq ixtilaf və təfriqə ilə yerini dəyişəcək, nəticədə, səadət dolu həyat bədbəxt və tüfeyli həyatla əvəzlənəcək. Bununla da müsəlmanlar tarix boyunca qazandıqları əzəməti əldən verərək məğlub olacaqlar. Amma yuxarıdakı təfriqə və nifaq salanların sonu barəsindəki ayədə qeyd olunan şiddətli, tayı-bərabəri olmayan əzab dedikdə axirət əzabını nəzərdə tutur. Odur ki, ayənin sonunda buyurulur: “Onlar böyük bir əzaba düçar olacaqlar”.

Təbii ki, hər bir nifaq və ixtilafın sonu zillət, aşağılanmaq və zəlilliklə bitəcəkdir. Bunun üçün hər bir millətin əzilməsinin səbəblərini onların ixtilaflı məsələlərində axtarmaq lazımdır. İstənilən cəmiyyət içərisində olan bağlılığı nifaq toxumu ilə aradan aparırlarsa, onların ölkəsi daim müstəmləkəçilərin oylağına çevriləcəkdir. Daha bundan böyük nə əzab ola bilər?!