Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 6

Ali-İmran surəsi, 8 və 9-cu ayələr

Ali-İmran surəsi, 8 və 9-cu ayələr



رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً إِنَّكَ أَنْتَ الْوَهَّابُ .٨


رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ .٩


Ayələrin tərcüməsi



8\. (Elmdə sabit və qüvvətli olanlar deyərlər:) Ey Rəbbimiz! Bizi haqq yola yönəltdikdən sonra qəlbimizi (haqq yoldan) sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Çünki Sən çox bəxş edənsən.

9\. Ey Rəbbimiz! Sən insanları (baş verəcəyinə) şübhə edilməyən bir gündə toplayacaqsan. Çünki Allah Öz vədinə xilaf çıxmaz! (Biz Sənə, Sənin rəhmətinə və Qiyamət vədinə iman gətirmişik.)

Ayələrin təfsiri.



Xətalardan qurtuluş.

Mütəşabih ayələr və onlarda olan gizli sirlər insanların xətaya yol verməsinə və onların bu sınaqdan üzüağ çıxa bilməməsinə səbəb olduğu üçün elmdə sabit və qüvvətli olanlar və mömin mütəfəkkirlər bu ayələrin mənasının başa düşülməsində öz elmi sərmayələrindən istifadə etməklə yanaşı, həm də Allaha sığınırlar.

Elmdə sabit və qüvvətli olanların dilindən nəql edilən bu iki ayə bu həqiqətə aydınlıq gətirir. Onlar deyirlər: "Ey Rəbbimiz! Bizi haqq yola yönəltdikdən sonra qəlbimizi (haqq yoldan) sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Çünki Sən çox bəxş edənsən”.

O qədər alim var ki, elminə görə lovğalanmaq onu məhv edib və ya şeytanların və nəfsi istəyin vəsvəsələri onu düz yoldan azdırıb.

Burada artıq insan özünü Allaha tapşırmalı və Ondan ona doğru yol göstərməsini diləməlidir.

Hətta Həzrət Peyğəmbər (s) də özünü Allaha tapşırar və bu duanı çox təkrar edərdi:

"Ya muqəllibǝl-qulub, səbbit qəlbi əla dinik". Yəni: "Ey qəlbləri bir haldan başqa hala döndərən, qəlbimi Öz dinində sabit et!"

Mǝada etiqad və Qiyamət gününə diqqət nəfsi istəklərin nəzarətdə saxlanılması üçün ən təsirli vasitədir. Buna görə də “elmdə sabit və qüvvətli olanlar” həmin günü yada salaraq belə deyirlər: “Ey Rəbbimiz! Sən insanları (baş verəcəyinə) şübhə edilməyən bir gündə toplayacaqsan. Çünki Allah Öz vədinə xilaf çıxmaz!"

Beləliklə, onlar özlərini nəfsi istəklərdən və xətaya səbəb olan ifrat hisslərdən uzaqlaşdırırlar. Yalnız belə şəxslər Allahın ayələrini olduğu kimi başa düşə və sapıntıdan amanda qala bilərlər. (Əslində, birinci ayə onların yaradılışın əvvəlinə olan kamil imanına, ikinci ayə isə onların məada olan etiqadına işarə edir.)