Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Ali-İmran Surəsinin Ayələrinə Qayıt →
Bu surənin təfsir bölümləri (58 bölüm):
1. Ali-İmran surəsi 2. Ali-İmran surəsi 3. Ali-İmran surəsi, 1-4-cü ay... 4. Ali-İmran surəsi, 5 və 6-cı... 5. Ali-İmran surəsi, 7-ci ayə 6. Ali-İmran surəsi, 8 və 9-cu... 7. Ali-İmran surəsi, 10 və 11-... 8. Ali-İmran surəsi, 12-ci ayə 9. Ali-İmran surəsi, 13-cü ayə 10. Ali-İmran surəsi, 14-cü ayə 11. Ali-İmran surəsi, 15-17-ci ... 12. Ali-İmran surəsi, 18-ci ayə 13. Ali-İmran surəsi, 19-cu ayə 14. Ali-İmran surəsi, 20-ci ayə 15. Ali-İmran surəsi, 21 və 22-... 16. Ali-İmran surəsi, 23-25-ci ... 17. Ali-İmran surəsi, 26 və 27-... 18. Ali-İmran surəsi, 28-ci ayə 19. Ali-İmran surəsi, 29-cu ayə 20. Ali-İmran surəsi, 30-cu ayə 21. Ali-İmran surəsi, 31 və 32-... 22. Ali-İmran surəsi, 33 və 34-... 23. Ali-İmran surəsi, 35 və 36-... 24. Ali-imran surəsi, 37-ci ayə 25. Ali-imran surəsi, 38-40-ci ... 26. Ali-İmran surəsi, 41-ci ayə 27. Ali-İmran surəsi, 42 və 43-... 28. Ali-İmran surəsi, 44-cü ayə 29. Ali-İmran surəsi, 45 və 46-... 30. Ali-İmran surəsi, 47-ci ayə 31. Ali-İmran surəsi, 48 və 49-... 32. Ali-İmran surəsi, 50 və 51-... 33. Ali-İmran surəsi, 52-54-cü ... 34. Ali-İmran surəsi, 55-ci ayə 35. Ali-İmran surəsi, 56-58-ci ... 36. Ali-İmran surəsi 59, 60-cı ... 37. Ali-İmran surəsi, 61-ci ayə 38. Ali-İmran surəsi, 62 və 63-... 39. Ali-İmran surəsi, 64-cü ayə 40. Ali-İmran surəsi, 65-68-ci ... 41. Ali-İmran surəsi, 69-cu ayə 42. Ali-İmran surəsi, 70 və 71-... 43. Ali-İmran surəsi, 72-74-cü ... 44. Ali-İmran surəsi, 75 və 76-... 45. Ali-İmran surəsi, 77-ci ayə 46. Ali-İmran surəsi, 78-ci ayə 47. Ali-İmran surəsi, 79 və 80-... 48. Ali-İmran surəsi, 81, 82-ci... 49. Ali-İmran surəsi, 83-85-ci ... 50. Ali-İmran surəsi, 86-89-cu ... 51. Ali-İmran surəsi, 90 və 91-... 52. Ali-İmran surəsi, 92-ci ayə 53. Ali-İmran surəsi, 93-95 -ci... 54. Ali-İmran surəsi, 96 və 97-... 55. Ali-imran surəsi, 98-101-ci... 56. Ali-İmran surəsi, 102 və 10... 57. Ali-İmran surəsi, 104-cü ayə 58. Ali-İmran surəsi, 105-ci ayə
Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 7

Ali-İmran surəsi, 10 və 11-ci ayələr

Ali-İmran surəsi, 10 və 11-ci ayələr



إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا وَأُولَئِكَ هُمْ وَقُودُ النَّارِ .١٠


كَدَأْبِ آلِ فِرْعَوْنَ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ كَذَّبُوا بِآيَاتِنَا فَأَخَذَهُمُ اللَّهُ بِذُنُوبِهِمْ وَاللَّهُ شَدِيدُ الْعِقَابِ .١١


Ayələrin tərcüməsi



10\. Nə sərvətləri, nə də övladları kafirləri Allahın (əzabından) xilas edə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.

11\. (Onların həqiqətləri inkar və təhrif etmədəki adətləri) Firon nəslinin və onlardan əvvəlkilərin adətinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir.

Ayələrin təfsiri.



Əvvəlki ayələrdə möhkəm və mütəşabih ayələrə münasibətdə möminlərlə qeyri-möminlərin mövqeyi bəyan edildi. Mövzunun davamında kafirlərin Qiyamət günü düçar olacağı acınacaqlı vəziyyətə aydınlıq gətirilib və onların bədbəxt aqibətləri təsvir edilib. Buyurur: "Nə sərvətləri, nə də övladları kafirləri Allahın (əzabından) xilas edə bilməz, Onlar Cəhənnəmin yanacağıdırlar”.

Əgər onlar sərvət və övladlarının bu dünyada və ya axirətdə onları Allahın əzabından qoruyacağını güman edirlərsə, yanılırlar.

Bəzi təfsirçilərin nəzərincə, bu ayə mal və övladları ilə öyünən Bəni-Nəzir və Bəni-Qüreyzə yəhudilərinə işarədir. Şübhəsiz, bu ayələrin nümunələrindən biri onlar olublar, lakin ayənin mənası genişdir. O həm o zamankı, həm də bügünkü kafirlərə şamil olur.

Ayənin ərəbcə orijinalında işlənmiş (vəqud) sözünün "Onlar Cəhənnəmin yanacağıdırlar" cümləsindən Cəhənnəm odunun mənası (kibrit kimi) odu yandıran şey deyil, (odun kimi) "yanacaq"dır. onların öz içindən yanmağa başlayacağı və onları yandıran şeyin öz vücudları olacağı məlum olur.

Bəzi ayələrdə Cəhənnəmin yanacağının günahkarlardan başqa daşlar da olacağı qeyd edilib. Zahirən onda məqsəd daşdan düzəldilən bütlərdir. Buna görə də Cəhənnəm odu onların öz vücudundan, əməl və məbudlarından şölələnəcək.

Sonra keçmiş qövmlərdən sərvət və adamlarının sayı çox olan, lakin əzab verilərkən həmin şeylərin onların məhvinə mane ola bilmədiyi bariz bir nümunəyə işarə edərək buyurur: "(Onların həqiqətləri inkar və təhrif etmədəki adətləri) Firon nəslinin və onlardan əvvəlkilərin adətinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir".

Ayənin ərəbcə orijinalında işlənmiş (dəb) sözünün mənası "gəzinti və hərəkəti davam etdirmək”dir. O, "davam etdirilən iş və adət" mənasında da işlədilir. Sözügedən ayədə Peyğəmbər (s) zamanının kafirlərinin əməlləri Firon nəslinin və onlardan qabaqkı qövmlərin davamlı yanlış adətlərinə bənzədilib. Onlar Allahın ayələrini təkzib etdikləri üçün Allah da onları cəzalandırıb və onlar bu dünyada şiddətli əzaba düçar olublar. Bu, bütün kafirlərə xəbərdarlıqdır. Gərək, onlar fironçuların və əvvəlki qövmlərin aqibətini yada salsınlar və əməllərinə diqqət etsinlər.

Allah-taala rəhmlilərin rəhmlisi olmaqla yanaşı, həm də şiddətli cəza verəndir və Allahın mərhəmətinin geniş olması kiminsə qürrələnməsinə səbəb olmamalıdır.

Həmçinin ayənin ərəbcə orijinalında işlənmiş (dəb) sözündən məlum olur ki, bu yanlış iş, yəni haqq-həqiqət qarşısındakı inadkarlıq və Allahın ayələrini təkzib etmək onların adətinə çevrilibmiş. Buna görə də onlar şiddətli cəza ilə təhdid edilirlər. Çünki günah və yanlış İşlər adətə çevrilmədiyi, ənənə halını almadığı təqdirdə, ondan qayıtmaq asandır və cəzası da yüngüldür. Lakin o, insanın vücudunda kök atdıqdan sonra həm ondan qayıtmaq çətindir, həm də cəzası ağırdır. Buna görə də yaxşı olar ki, kafir və günahkarlar gec olmadan səhv yoldan qayıtsınlar.