Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Həzrət Muhəmməd (s) 03.01.2025

Həzrət Muhəmmədin (s) səbir və dözümü

Həzrət Muhəmmədin (s) səbir və dözümü İlahi peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) həyatlarına qısaca bir nəzər saldıqda görürük ki, onların hamısı tövhid (Allahın bir olması) və insanları düz yola yönəltməkdə tarixin ən çətin maneələri ilə üzbəüz olmuşlar. Odur ki, hədisdə oxuyuruq: ان اشد الناس بلاء الانبياء “İnsanların ən ağır bəla və çətinliklərə məruz qalanları Peyğəmbərlərdirlər.” əl-Kafi 2-ci cild 252-ci səhifə Bəli, bu həqiqətdir ki, İlahi peyğəmbərlər tarixin ən çətin giriftarçılıqlarına məruz qalmışlar. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- isə bütün başqa peyğəmbərlərdən daha çox çətinlik, sınaq və bəlalarla üzbəüz olmuşdur. Belə ki, o həzrət özü bu barədə buyurur: ما اوذی نبی مثل ما اوذيت “Heç bir peyğəmbər mənim qədər əziyyət çəkməmişdir.” Kəşful qummə 2-ci cild 537-ci səhifə Lakin həzrət Muhəmmədin (s) ona üz tutmuş çətinliklər dağı qarşısında, eləcə də onun müqəddəs hədəfləri yolunda çoxlu sayda maneələrin qarşısında göstərdiyi səbir və dözümü o həzrətin bütün düşmənlərini və müxaliflərini dizə çökdürdü. Şəhid Mütəhhəri bu bərədə deyir: “(Həzrət Muhəmmədin (s)) iradəsi və müqaviməti bənzərsiz idi. Bu xasiyyət onun dostlarına da keçmişdi. Onun 23 illik peyğəmbərlik zamanı bütünlüklə iradə və müqavimət dərsi idi. O, həyatı boyunca dəfələrlə elə şəraitlərlə üzləşirdi ki, insanların ümidləri hər yerdən üzülürdü, amma o, bir an belə məğlubiyyət təsəvvürünü xəyalına belə gətirmirdi. Müvəffəqiyyət və qələbəyə olan möhkəm imanı bir anlıq da olsa titrəmədi.” İslam dünyagörüşünə bir müqəddimə 3-cü cild 137-ci səhifə Allah Taala sevimli peyğəmbərinin səbir və müqavimət ruhiyyəsinin qüvvətlənməsi üçün bəzən buyururdu: فاصبر كما صبر اولوا العزم من الرسل “Peyğəmbərlərdən əzm (və səbat) sahibləri olanların səbir etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbir et.” Qurani-kərim Əhqaf surəsi 35-ci ayə Həzrət Muhəmməd (s) dəyərli kəlamlarının birində müşriklərin həzrət Əbu Talibin yanına gələrək ondan peyğəmbərin İlahi vəhyi təbliğ etməsini dayandırmağı tələb etdiklərini o həzrətə çatdırmasını istəyərkən, o həzrət özünün hədəf və məqsədlərinə çatmaq yolunda göstərdiyi səbat, müqavimət və dəmir iradəsini göstərərək əmisinə buyurdu: ياعم! والله لو وضعوا الشمس فی يمينی والقمر فی يساری علی ان اترك هذا الامر حتی يظهره الله او اهلك فيه، ماتركته “Ey əmi. And olsun Allaha, əgər onlar günəşi mənim sağ əlimə, ayı isə mənim sol əlimə versələr (yəni bütün dünya səltənətini mənə verməyə razı olsalar) belə, Allahın mənim dinimi qalib edəcəyi ya da bu yolda canımı tapşıracağım zamana qədər mən səmavi dəvətimdən əl çəkməyəcəyəm.” əs-Sirətun nəbəviyyə, İbn Hişam. 1-ci cild 284-cü səhifə Məhz buna görədir ki, həzrət Muhəmməd (s) bütün çətinliklərə dözməklə, həmçinin özünün səbir və müqaviməti ilə İslam dininin haqq din olduğunu bütün dünyaya elan edə bildi. Müxtəlif çətinliklər, xoşagəlməz hadisələr, cismi və ruhi əziyyətlər, saysız böhtanlar və iftiralar, o cümlədən; sehirbaz, məcnun, kahin, falçı, şair kimi ittihamların qarşısında, əsas iki amil ilə, yəni hədəfə olan inam, o hədəfə çatma yolunda müqavimət və mətinlik ilə onların hamısına dözə bildi. Əmirəlmöminin Əli əleyhissalam bu barədə buyurur: اشهد ان محمدا عبده ورسوله دعا الی طاعته وقاهر اعداءه جهادا عن دينه، لايثنيه عن ذلك اجتماع علی تكذيبه والتماس لاطفاء نوره “Şəhadət verirəm ki, həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- Onun bəndəsi və peyğəmbəridir. İnsanları Allaha bəndəçiliyə dəvət etdi və Allahın düşmənləri ilə din yolunda mübarizə edərək onları məğlub etdi. Düşmənlərin bir yerə toplaşaraq o həzrəti yalançı saymaqları onu (insanları düz yola yönəltmək və İslam dinini bütün dünyaya çatdırmaq) yolundan yayındıra bilmədi. Onların (İslam) nurunu söndürmək üçün olan səylərini nəticəsiz qoydu.” Nəhcül bəlağə 190-cı xütbə     Rza Əzizoğlu İrəvani

Həzrət Muhəmməd (s) 03.01.2025

Allahın Rəsulu (s) bütün müsəlmanlara nümunədir.

Allahın Rəsulu (s) bütün müsəlmanlara nümunədir. . Həzrət Muhəmməd (s) insanların çətinlikləri və problemlərini həll etməyə çalışmışdır. Əxlaqi xislətlərdən biri də dərdli insanların halına acımaq, onlara dayaq olmaqdır. Cəmiyyətin idarəetməsi və rəhbərliyi sahəsində uğur qazanmaq müxtəlif amillərdən asılıdır. Onların biri də cəmiyyətin aşağı və hüquqlardan məhrum olan təbəqəsindəki insanların çətinlikləri və düçar olduqları problemlərlə onları həll etmək məqsədi ilə tanış olmaqdır. Bütün İlahi peyğəmbərlər, xüsusilə də həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- belə bir ali xislətə malik olmuşdur. O həzrət özünü insanlardan biri bilmiş, heç vaxt özünü cəmiyyətin heç bir sinif və təbəqəsindən üstün saymamışdır. Odur ki, Qurani-kərim Fussilət surəsinin 6-cı və Kəhf surəsinin 110-cu ayələrində həzrət Muhəmmədin (s) dilindən deyir: انما انا بشر مثلكم‌ “Mən də sizin kimi bir insanam.” Həmçinin Qurani-kərim Tövbə surəsinin 128-ci ayəsində həzrət Muhəmmədin (s) insanların yanına onları düz yola yönəltmək üçün gəlişini belə vəsf edir: لقد جاءكم رسول من انفسكم‌ “Sizə özünüzdən olan bir peyğəmbər gəldi.” Xalqdan olmaqdan əlavə, həm də cəmiyyətin bütün insanlarının vəziyyəti ilə yaxından maraqlanmaq və onların çətinliklərini hiss etmək, Peyğəmbərin (s) aşkar xislətlərindən idi. Əlbəttə, özünü xalqın ayrılmaz bir üzvü bilən həzrət Muhəmməd (s) kimi pak insanlar ilə, insanları islah etmək və yaşayışlarında rifah yaratmaq şüarları ilə cəmiyyətin rəhbərliyinə can atan, lakin heç vaxt çətinlik və məhrumiyyətlər görməyən, buna görə də dərdli insanların durumlarını dərk və hiss edə bilməyən insanlar arasında böyük fərqlər vardır. Belələri həqiqətən də düzgün əməl etmək istəsələr belə müvəffəq olmayacaqlar. Amma bu çətinlikləri, giriftarçılıqları və məhrumiyyətləri yaxından hiss etmiş insanlar, adətən cəmiyyətin 50%-indən çox olan aşağı təbəqənin dərdləri və əziyyətlərini daha yaxşı dərk edirlər. Həzrət Muhəmməd (s) də belə insanlardan idi, insanların məruz qaldıqları çətinlikləri o həzrət də dadmışdı. Odur ki, Qurani-kərim Zuha surəsinin 6, 7 və 8-ci ayələrində buyurur: الم يجدك يتيما فآوی ووجدك ضالا فهدی ووجدك عائلا فاغني‌ “Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb ehtiyacsız etmədimi?!” O zaman həmin cəmiyyətin varlıları və özlərini xalqdan üstün sayanlar həzrət Muhəmmədi (s) insanlardan uzaqlaşdırmağa çalışırdılar. Bu barədə Qurani-kərim Hud surəsinin 29-cu ayəsində buyurur: وما انا بطارد الذين آمنوا “Mən heç vaxt (Allaha) inanan insanları (onlar nə qədər kasıb və yoxsul olsalar belə) özümdən uzaqlaşdırmayacağam.” Bəli, peyğəmbərlik məqamına yüksəlmək üçün bir çox ali xüsusiyyətlər, o cümlədən xalqdan olmaq və aşağı təbəqənin hüquqlarını bərpa etmək əzminin olması zəruridir. Gətirdiyi səmavi dinin əbədi qalmasını, bütün zamanlarda bütün xalqlar və millətlər üçün faydalı olmasını istəyən şəxs cəmiyyətdəki ədalətsizlikləri, yoxsulluğu və məhrumluğu yaxından hiss etməlidir, təki tarix boyu ədalətin bərpası və məhrumluqların götürülməsi fəryadını bütün dünya əhalisinə eşitdirsin. Qurani-kərim Zuha surəsinin 9 və 10-cu ayələrində buyurur: فاما اليتيم فلا تقهر واما السائل فلا تنهر “Elə isə yetimi özündən uzaqlaşdırma. Ehtiyaclını yanından qovma.” Həzrət Muhəmməd (s) Mədinə şəhərinə köç edən vaxtı da, Mədinə əhalisindən olan yüzlərlə insanın o həzrəti öz məhəllələrinə dəvət etməklərinə baxmayaraq, peyğəmbər (s) yaşayış üçün şəhərin yetimlər yaşayan məhəlləsini seçdi. İslamın yayım mərkəzini orada qərarlaşdırdı ki, sonralar həmin yer “Peyğəmbər məscidinə” və İslam dövlətinin mərkəzinə çevrildi. İslam dünyasının ən mühüm qərarları oradan dünyaya çatdırıldı. RZA ƏZİZOĞLU İRƏVANİ

Həzrət Muhəmməd (s) 02.01.2025

Həzrət Muhəmmədin (s) Əxlaqi-tərbiyəvi nəsihətnaməsi

Həzrət Muhəmmədin (s) Əxlaqi-tərbiyəvi nəsihətnaməsi . -Еy Əli! Sənə еdəcəyim vəsiyyəti yахşı yаdındа sахlа və оnа riаyət еt. Nə qədər кi mənim vəsiyyətimi unutmаyıb оnа riаyət еdəcəкsən, həmişə хеyir tаpаcаqsаn: -Еy Əli! Pis əхlаqdаn bаşqа, yеrdə qаlаn bütün günаhlаr üçün tövbə vаrdır. Çünкi əхlаqı pis və коbud оlаn şəхs bir günаhdаn nicаt tаpdığı zаmаn tеz də bаşqа bir günаhа mübtəlа оlur. -Еy Əli! Кim göstərə biləcəyi qəzəbini yаtırıb udа bilsə, Аllаh qiyаmət günü оnа ləzzətini dаdа biləcəyi əmin-аmаnlıq ətа еdər. -Еy Əli! Ölüm аyаğındа оlаn hər bir кəs yахşı və ədаlətli vəsiyyət еtməzsə, dеməli həmin аdаmın mürüvvətində və comərdliyində nöqsаn vаr və о аdаm şəfаət məqаmınа nаil оlmаz. -Еy Əli! Cihаdın ən üstünü оdur кi, insаn səhər tezdən yеrindən qаlхandа bir кəsə zülm və sitəm fiкrində оlmаsın. -Еy Əli! Əgər cаmааt bir кəsin dilindən qоrхudа оlаrsа, həmin кəs cəhənnəmliк оlаr. -Еy Əli! Ən pis аdаm оdur кi, cаmааt оnun bədхаhlığının, dilinin yаmаnlılığının qоrхusundаn оnа hörmət еtsin və оnun pisliyindən danışılsın. -Еy Əli! Ən pis аdаm о кəsdir кi, ахirətini dünyаsınа sаtsın, оndаn dа pisi о şəхsdir кi, ахirətini bаşqаsının dünyаsı üçün sаtsın. -Еy Əli! Hər кəs, üzrхаhlıq istəyən кəsin üzrünü –istər dоğru dаnışаn оlsun, istərsə də yаlаnçı–qəbul еtməzsə, mənim şəfаətimə nаil оlmаyаcаqdır. -Еy Əli! Аllаh-Taаlа хеyir bir iş üçün (insаnlаr аrаsındа sülhü bərqərаr еtməк qəsdi ilə) dеyilən yаlаnı, fitnə-fəsаdа səbəb оlаcаq dоğrudаn dаhа çох sеvir. -Еy Əli! Şərаbı həttа Аllаhdаn qеyrisi хаtirinə tərк еdən кəsə Аllаh savab (mükafat) verəcəkdir. İmam Əli (ə) sоruşdu: Həttа Аllаhdаn qеyrisi хаtirinə?! Reyğəmbər (s) buyurdu: Bəli, Аllаhа аnd оlsun кi, bеlədir. Əgər insаn özünü qоrumаq məqsədi ilə də оlsа, şərаbı tərк еtsə, Аllаh оnun bu işindən qədirdаnlıq еdəcəкdir. – Еy Əli! Hər məstеdici hаrаmdır. Həttа çох içildiкdə məstliк gətirən şеyin bir qurtumu dа оlsа hаrаmdır! -Еy Əli! Bütün günаhlаr bir еvdə tоplаnmışdır, о еvin аçаrı şərаbхоrluqdur. Еy Əli! Möhкəm dаğlаrı yеrindən qоpаrtmаq Аllаh tərəfindən müqəddər оlunmuş, müddəti bаşа çаtmаmış bir pаdşаhı və səltənəti yеrindən qоpаrtmаqdаn dаhа аsаndır. -Еy Əli! Nə dinindən, nə də dünyаsındаn fаydаlаnа bilməyən bir кəslə оturub-durmа кi, о аdаmdаn хеyir görməzsən. Sənin hаqqını tаnımаyаn, о hаqlаrа riаyət еtməyən аdаmın sən də hörmətini sахlаmа. -Еy Əli! Аllаh Cənnəti dilində yаmаn оlub yаmаn dеyənə, həmçinin söhbətinə və dаnışığınа fiкir vеrməyən pis dillilərə hаrаm еtmişdir. -Еy Əli! Хоş о кəsin hаlınа кi, ömrü uzun, əməlləri yахşı оlа. -Еy Əli! Çох və yеrsiz zаrаfаt еtmə кi, bu cür zаrаfаtlаr sənin nurunu və əzəmətini аrаdаn аpаrаr. Yаlаn dаnışmа кi, yаlаn dа insаnın üzünün nurunu məhv еdir. İкi sifətdən uzаq оl: İnciкliк və tənbəlliкdən; çünкi tеz inciyən аdаmın hаqq bir işə səbri çаtmır, tənbəl аdаm isə hаqqı ədа еdə bilmir. -Еy Əli! Qəlbi inciк оlub qəm-qüssəyə dаlаn аdаmın yаnındаn rаhаtlıq кöç еdər. -Еy Əli! Şərаfətin və şəхsiyyətin еyibi (bəlası) lоvğаlıqdır. -Еy Əli! Аllаh-Taаlаdаn qоrхаn кəsdən hаmı və hər şеy qоrхаr. Аllаhdаn qоrхmаyаn кəsi Аllаh hər şеydən qоrхudаr. -Еy Əli! İкi il аtаnа və аnаnа yахşılıq еtməк üçün yоl gеt, bir il qоhumlаrınа silеyi-rəhm еtməк üçün yоl gеt, bir fərsəx (6 km) хəstələrə bаş çəкməк üçün, iкi fərsəx (12 km) cənаzənin dəfni üçün, üç fərsəx (18 km) dəvət еdənin çаğırışınа gеtməк üçün, dörd fərsəx (24 km) din qаrdаşınа bаş çəкməк üçün, bеş fərsəx (30 km) çətinliyə düşənə кöməк еtməк üçün, аltı fərsəx (36 km) zülm və sitəm görmüşə кöməк üçün yоl gеt. Çохlu istiğfаr еtməyi (Allahdan bağışlanma istəməyi) yаddаn çıхаrmа. RZA ƏZİZOĞLU İRƏVANİ

Həzrət Muhəmməd (s) 02.01.2025

Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN

Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN . Sabah -28 səfər peyğəmbərlərin ən şərəflisi və ən fəzilətlisi həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) vəfatı günüdür. . İnsanın bütün varlıqların içində bir üstünlüyü vardır, o da onun ikicəhətli olmasıdır. Cisim və Ruh… İki zidd cəhət… Mələklərdə yalnız mənəvi cəhət var, yəni mələklər bircəhətli varlıqdır. Cəbrail ən üstün mələkdir, Allahın dörd ən üstün mələklərindən biridir, Peyğəmbərlərə İlahi vəhy gətirəndir… , amma bununla belə milyardlarla ildir ki, Cəbrail mələk elə həmin yarandığı zamandakı səviyyədədir, tərəqqisi yoxdur. Eləcə də başqa mələkdər… Elə heyvanlar da belədir. Sadəcə mələklərdən fərqli olaraq heyvanların mənəvi cəhəti yoxdur, onlarda yalnız maddi və cismani cəhət vardır. Götürək Qarışqaları və ya Arıları. İndiyədək qarışqa və arılar haqqında yüzlərlə kitablar yazılıb, onların nizam-intizamları bütün dünyanı heyrətə gətirmişdir. Lakin bununla belə milyard illərdir ki, həm qarışqalar və həm də arılar eyni səviyyədə qalmış, heç bir təkamül və tərəqqiyə malik deyildirlər. Amma insan elə bir varlıqdır ki, onun həyatı təkamül və tərəqqi ilə davam etməkdədir. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih özünün merac səfəri barədə buyurur: “Mən merac gecəsi elə bir mələk gördü m ki, o mələyin yarısı oddan yarısı qardan idi, qar oda od isə qara qarışmırdı.” Yəqin ki, ilk baxışda bu hədis bizlərə çoc təəccüblü görünə bilər, amma bir anlıq düşünmədən sonra bu hədisin təəccübü yoxa çıxır. Çünki elə biz özümüz, yəni insan da bir birinə zidd olan ikicəhətli bir varlıqdır. Torpaq (cisim) və Ruh (mənəviyyat). Deməli, biz bu hədisi başa düşmək istəsək gərək özümüzə baxaq. Torpaqdan olan maddi və cismi hissəmizin sevdiyi və ləzzət aldığı şeylər İlahi ruhdan olan bizim ruhi-mənəvi hissəmizin nifrət etdiyi və dərdli şeylərdir. Eləcə də əksinə, ruhi cəhətin ləzzət və sevgisi maddi-cismi tərəfin nifrət etdiyi şeylərdir. Elə bir ruhi-mənəvi ləzzət tapa bilməzsiniz ki, cismin ondan xoşu gəlmiş ola. Məsələn, Elm öyrənmək, Həqiqət axtarmaq, Güzəşt, Səxavətlik, Fədakarlıq, Dinə və Vətənə xatir özünü təhlükəyə atmaq, Ziyanına da olsa sözün düzünü demək … ruh üçün ləzzət və sevinc, cisim üçün isə dərd və nifrətdir. Əksinə, çox yemək, çox yatmaq, söyüş söymək, çox əylənmək, dava etmək, xəsislik, rahatlıq axtarmaq … cisim üçün ləzzət və sevincdir, amma insanın ruhuna dərddir, ruhu öldürür. Bu nə tərkibdir???… Deməli, insanın iki miniyi ola bilər. Ya mənəviyyatın miniyi cisim olur və insan təkamülə yüksəlir, ya da cismin miniyi ruh olur, dünyəvi istəklərin əhatəsində batır. Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: لو لا ان الشیاطین یحومون یلی قلوب بنی آدم لنظروا الی ملکوت السماوات “Əgər şeytanlar (nəfsin istəkləri) insanların qəlblərinin üzərində bir pərdəyə çevrilməsəydilər (insanın mənəviyyatını çirkləndirməsəydilər), insanlar göylərin mələkutunu (səmavi mələkut aləmini) görərdilər.” Biharul ənvar 56-cı cild 163-cü səhifə . Əvaliul-ləali kitabının müəllifi kitabın 4-cü cildinin 113-cü səhifəsində bu hədisin şərhində deyir: “Şeytanlardan məqsəd nəfsin qəzəb və şəhvət qüvvələri, eləcə də bu iki qüvvədən törənmiş minlərlə pis xasiyyətlərdir.” Deməli, insan elə bir zirvəyə yüksələ bilər ki, onu Allahdan başqa kimsə bilməz. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: ال لی مع الله حالات لا یقربها ملک مقرب و لا نبی مرسل “Mənimlə Allah arasında o qədər mənəvi yaxınlıq olur ki, heç bir müqərrəb mələk (Cəbrail, Miikail, İsrafil və Əzrail) və heç bir mürsəl Peyğəmbər (313 peyğəmbər) Allaha o qədər yaxın olmayıb.” . Necə ki, sevimli Peyğəmbərimiz(s) meracda yüksəlmişdi. Bilirsinizmi sevimli Peyğəmbərimiz (s) bu uca məqama necə yüksəlmişdi?! Ardı var… Bəli, sevimli Peyğəmbərimiz(s) meracda yüksəlmişdi. Bilirsinizmi sevimli Peyğəmbərimiz (s) bu uca məqama necə yüksəlmişdi?! Çünki o həzrət nəfsini islah etmişdi. Günlərin birində həzrət Muhəmməd səllAllahu əleyhi və alih insanlara nəfs barədə moizə edərkən buyurdu: “Nəfs şeytandır, hər bir insanın nəfsi vardır, deməli şeytanı vardır.” Bu vaxt bir nəfər sual verməyə icazə istəyərək dedi: Ey Allahın Peyğəmbəri! Sənin də şeytanın (nəfsin) var? Həzrət buyurdu: Bəli, mənim də şeytanım (nəfsim) var. ان شیطانی آمن بیدی لا یامرنی الا بخیر “Lakin mənim şeytanım (nəfsim) mənə iman gətirmişdir, məni yalnız yaxşı işlərə dəvət edir.” Yəni, mən nəfsimi islah etmişəm. Nəfs mənim tam ixtiyarımdadır. Bax, elə buna görədir ki, həzrət Peyğəmbər (s) heç bir insanın, hətta heç bir peyğəmbərin hətta Cəbrailin belə yüksələ bilmədiyi bir məqama yüksəldi merac gecəsində. Qurani-kərim Nəcm surəsinin 7, 8 və 9-cu ayələrində sevimli Peyğəmbərimizi belə vəsf edir: وَ هُوَ بِالْأُفُقِ الْأَعْلىَ‏ ثمُ‏َّ دَنَا فَتَدَلىَ فَكاَنَ قَابَ قَوْسَينْ‏ِ أَوْ أَدْنىَ‏ “O (Peyğəmbər), ən yuxarı üfüqdə idi. Sonra daha yaxın oldu, yenə yaxınlaşdı. Onların arasında iki kamandan da az məsafə vardı.” Bəli, Peyğəmbər (s) merac gecəsi ən uca İlahi məqama yüksəlmişdi. Peyğəmbər (s) meraca bəzən Büraq ilə getmişdi. Büraq o həzrəti meraca aparan minikdir. Bu miniyin nədən ibarət olması haqda çoxlu nəzəriyyələr vardır. Bir çox Əxlaq ustadları buyurublar ki, “büraq” yəni insanın nəfsi istəkləri, qərizə və meyilləridir. Qurani-kərim Fussilət surəsinin 30 – 31-ci ayələrində buyurur: إِنَّ الَّذِينَ قَالُواْ رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَمُواْ تَتَنزَّلُ عَلَيْهِمُ الْمَلَئكَةُ أَلَّا تخَافُواْ وَ لَا تحَزَنُواْ وَ أَبْشِرُواْ بِالجْنَّةِ الَّتىِ كُنتُمْ تُوعَدُونَ نحَنُ أَوْلِيَاؤُكُمْ فىِ الْحَيَوةِ الدُّنْيَا وَ فىِ الاَخِرَةِ Həqiqətən “Rəbbimiz Allahdır!” – deyən, sonra da sözünün üstündə sabit qalan şəxslərə mələklər nazil olub ( deyirlər ): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sizi müjdləyirik. (Özünüzü tənha sanmayıq, çünki) Biz bu dünyada da sizin (yardımçı və) dostunuzuq, axirətdə də (sizin dostunuzuq.) Deməli, insan nəfsi ilə mübarizədə qalib gəldikdə və nəfsini islah etdikdə o səviyyəyə çatır ki, mələklər onlarla danışırlar. Həzrət Peyğəmbər (s) nəfsini islah edərək qərizə və meyillərinin tam mənada hakimi olmuş, ən uca məqamlara yüksələ bilmişdir. Elə isə, nəfslə mübarizənin qalibi olan hər bir insan “büraq”a minərək kainatı seyr edə bilər. Həzrət Peyğəmbər (s) “büraq” ilə meraca gedəndə onu Cəbrail də müşayiət edirdi, amma yolun müəyyən bir hissəsində Cəbrail dedi: Mən bundan artıq ucalara gedə bilmərəm, ixtiyarım yoxdur, bu xətt mənim sərhəddimdir. لو دنوا انمله لاحترقتت “Əgər bir barmaq qədər mən bu xətti keçsəm yanıb kül olaram.” Həzrət Peyğəmbər (s) ucalması ilə bütün bəşəriyyətə əyan etdi ki, nəfsinə qalib gəlmiş insan “LİQAULLAH”, yəni “Allah ilə görüş” aləminə ucala bilər. Qurani-kərim iyirmi bir (21) yerdə “LİQA” (görüş) aləmi barədə danışır. Kim desə ki, mən bacarmaram, mən nəfsimə qalib gələ bilmərəm, mən nəfsimi islah edə bilmərəm … , belə sözləri Qurani-kərim qəbul etmir. Bu sözlər insan lüğətinə aid deyil. Qurani-kərim Əhzab surəsinin 72-ci ayəsində buyurur: إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلىَ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ الْجِبَالِ فَأَبَينْ‏َ أَن يحَمِلْنهَا وَ أَشْفَقْنَ مِنهْا وَ حَمَلَهَا الْانسَنُ إِنَّهُ كاَنَ ظَلُومًا جَهُولًا “Biz göylərə, yerə və dağlara əmanəti (təklif və məsuliyyəti) boyunlarına götürməyi təklif etdik, onlar onu (əmanəti) götürməkdən çəkindilər və ondan qorxdular. Lakin insan (kamil istedada malik olduğu üçün) onu boynuna götürdü. O, (belə bir məqamın qədrinin bilmədiyinə görə) cahil və (özünə qiymət vermədiyinə görə) zalım oldu. Deməli, insan varlıq aləminin ən bilikli (Bəqərə 32), ən bacarıqlı (Nəcm 39-40), ən üstün və kəramətli (İsra 70) və sair üstünlük və dəyərlərə malik olan üzvüdür. Elə isə, bil ki, sən hər şeyi bacaran və hər şeyə qadirsən. Zəif və gücsüz deyilsən, vaxt isə keçməyib…  

Həzrət Muhəmməd (s) 02.01.2025

Həzrət Muhəmmədin (s) əxlaqi nəsihətləri

ƏXLAQİ NƏSİHƏTLƏR BİZİM HAMIMIZIN ÖMRÜMÜZÜN AXIRINA QƏDƏR BİLMƏYİMİZ LAZIM OLAN KƏLAMLARDIR.   Həzrət Muhəmmədin (s) Əxlaqi-tərbiyəvi nəsihətnaməsi -Еy Əli! Sənə еdəcəyim vəsiyyəti yахşı yаdındа sахlа və оnа riаyət еt. Nə qədər кi mənim vəsiyyətimi unutmаyıb оnа riаyət еdəcəкsən, həmişə хеyir tаpаcаqsаn: -Еy Əli! Pis əхlаqdаn bаşqа, yеrdə qаlаn bütün günаhlаr üçün tövbə vаrdır. Çünкi əхlаqı pis və коbud оlаn şəхs bir günаhdаn nicаt tаpdığı zаmаn tеz də bаşqа bir günаhа mübtəlа оlur. -Еy Əli! Кim göstərə biləcəyi qəzəbini yаtırıb udа bilsə, Аllаh qiyаmət günü оnа ləzzətini dаdа biləcəyi əmin-аmаnlıq ətа еdər. -Еy Əli! Ölüm аyаğındа оlаn hər bir кəs yахşı və ədаlətli vəsiyyət еtməzsə, dеməli həmin аdаmın mürüvvətində və comərdliyində nöqsаn vаr və о аdаm şəfаət məqаmınа nаil оlmаz. -Еy Əli! Cihаdın ən üstünü оdur кi, insаn səhər tezdən yеrindən qаlхandа bir кəsə zülm və sitəm fiкrində оlmаsın. -Еy Əli! Əgər cаmааt bir кəsin dilindən qоrхudа оlаrsа, həmin кəs cəhənnəmliк оlаr. -Еy Əli! Ən pis аdаm оdur кi, cаmааt оnun bədхаhlığının, dilinin yаmаnlılığının qоrхusundаn оnа hörmət еtsin və оnun pisliyindən danışılsın. -Еy Əli! Ən pis аdаm о кəsdir кi, ахirətini dünyаsınа sаtsın, оndаn dа pisi о şəхsdir кi, ахirətini bаşqаsının dünyаsı üçün sаtsın. -Еy Əli! Hər кəs, üzrхаhlıq istəyən кəsin üzrünü –istər dоğru dаnışаn оlsun, istərsə də yаlаnçı–qəbul еtməzsə, mənim şəfаətimə nаil оlmаyаcаqdır. -Еy Əli! Аllаh-Taаlа хеyir bir iş üçün (insаnlаr аrаsındа sülhü bərqərаr еtməк qəsdi ilə) dеyilən yаlаnı, fitnə-fəsаdа səbəb оlаcаq dоğrudаn dаhа çох sеvir. -Еy Əli! Şərаbı həttа Аllаhdаn qеyrisi хаtirinə tərк еdən кəsə Аllаh savab (mükafat) verəcəkdir. İmam Əli (ə) sоruşdu: Həttа Аllаhdаn qеyrisi хаtirinə?! Reyğəmbər (s) buyurdu: Bəli, Аllаhа аnd оlsun кi, bеlədir. Əgər insаn özünü qоrumаq məqsədi ilə də оlsа, şərаbı tərк еtsə, Аllаh оnun bu işindən qədirdаnlıq еdəcəкdir. – Еy Əli! Hər məstеdici hаrаmdır. Həttа çох içildiкdə məstliк gətirən şеyin bir qurtumu dа оlsа hаrаmdır! -Еy Əli! Bütün günаhlаr bir еvdə tоplаnmışdır, о еvin аçаrı şərаbхоrluqdur. Еy Əli! Möhкəm dаğlаrı yеrindən qоpаrtmаq Аllаh tərəfindən müqəddər оlunmuş, müddəti bаşа çаtmаmış bir pаdşаhı və səltənəti yеrindən qоpаrtmаqdаn dаhа аsаndır. -Еy Əli! Nə dinindən, nə də dünyаsındаn fаydаlаnа bilməyən bir кəslə оturub-durmа кi, о аdаmdаn хеyir görməzsən. Sənin hаqqını tаnımаyаn, о hаqlаrа riаyət еtməyən аdаmın sən də hörmətini sахlаmа. -Еy Əli! Аllаh Cənnəti dilində yаmаn оlub yаmаn dеyənə, həmçinin söhbətinə və dаnışığınа fiкir vеrməyən pis dillilərə hаrаm еtmişdir. -Еy Əli! Хоş о кəsin hаlınа кi, ömrü uzun, əməlləri yахşı оlа. -Еy Əli! Çох və yеrsiz zаrаfаt еtmə кi, bu cür zаrаfаtlаr sənin nurunu və əzəmətini аrаdаn аpаrаr. Yаlаn dаnışmа кi, yаlаn dа insаnın üzünün nurunu məhv еdir. İкi sifətdən uzаq оl: İnciкliк və tənbəlliкdən; çünкi tеz inciyən аdаmın hаqq bir işə səbri çаtmır, tənbəl аdаm isə hаqqı ədа еdə bilmir. -Еy Əli! Qəlbi inciк оlub qəm-qüssəyə dаlаn аdаmın yаnındаn rаhаtlıq кöç еdər. -Еy Əli! Şərаfətin və şəхsiyyətin еyibi (bəlası) lоvğаlıqdır. -Еy Əli! Аllаh-Taаlаdаn qоrхаn кəsdən hаmı və hər şеy qоrхаr. Аllаhdаn qоrхmаyаn кəsi Аllаh hər şеydən qоrхudаr. -Еy Əli! İкi il аtаnа və аnаnа yахşılıq еtməк üçün yоl gеt, bir il qоhumlаrınа silеyi-rəhm еtməк üçün yоl gеt, bir fərsəx (6 km) хəstələrə bаş çəкməк üçün, iкi fərsəx (12 km) cənаzənin dəfni üçün, üç fərsəx (18 km) dəvət еdənin çаğırışınа gеtməк üçün, dörd fərsəx (24 km) din qаrdаşınа bаş çəкməк üçün, bеş fərsəx (30 km) çətinliyə düşənə кöməк еtməк üçün, аltı fərsəx (36 km) zülm və sitəm görmüşə кöməк üçün yоl gеt. Çохlu istiğfаr еtməyi (Allahdan bağışlanma istəməyi) yаddаn çıхаrmа. Rza Əzizoğlu

Həzrət Muhəmməd (s) 02.01.2025

Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)

Həzrət Muhəmməd (s) ən üstün əxlaqi əsaslarla cəmiyyətə rəhbərlik etmişdir.   1- Həzrət Muhəmmədin (s) səbir və dözümü İlahi peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) həyatlarına qısaca bir nəzər saldıqda görürük ki, onların hamısı tövhid (Allahın bir olması) və insanları düz yola yönəltməkdə tarixin ən çətin maneələri ilə üzbəüz olmuşlar. Odur ki, hədisdə oxuyuruq: ان اشد الناس بلاء الانبياء “İnsanların ən ağır bəla və çətinliklərə məruz qalanları Peyğəmbərlərdirlər.” əl-Kafi 2-ci cild 252-ci səhifə Bəli, bu həqiqətdir ki, İlahi peyğəmbərlər tarixin ən çətin giriftarçılıqlarına məruz qalmışlar. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- isə bütün başqa peyğəmbərlərdən daha çox çətinlik, sınaq və bəlalarla üzbəüz olmuşdur. Belə ki, o həzrət özü bu barədə buyurur: ما اوذی نبی مثل ما اوذيت “Heç bir peyğəmbər mənim qədər əziyyət çəkməmişdir.” Kəşful qummə 2-ci cild 537-ci səhifə Lakin həzrət Muhəmmədin (s) ona üz tutmuş çətinliklər dağı qarşısında, eləcə də onun müqəddəs hədəfləri yolunda çoxlu sayda maneələrin qarşısında göstərdiyi səbir və dözümü o həzrətin bütün düşmənlərini və müxaliflərini dizə çökdürdü. Şəhid Mütəhhəri bu bərədə deyir: “(Həzrət Muhəmmədin (s)) iradəsi və müqaviməti bənzərsiz idi. Bu xasiyyət onun dostlarına da keçmişdi. Onun 23 illik peyğəmbərlik zamanı bütünlüklə iradə və müqavimət dərsi idi. O, həyatı boyunca dəfələrlə elə şəraitlərlə üzləşirdi ki, insanların ümidləri hər yerdən üzülürdü, amma o, bir an belə məğlubiyyət təsəvvürünü xəyalına belə gətirmirdi. Müvəffəqiyyət və qələbəyə olan möhkəm imanı bir anlıq da olsa titrəmədi.” İslam dünyagörüşünə bir müqəddimə 3-cü cild 137-ci səhifə Allah Taala sevimli peyğəmbərinin səbir və müqavimət ruhiyyəsinin qüvvətlənməsi üçün bəzən buyururdu: فاصبر كما صبر اولوا العزم من الرسل “Peyğəmbərlərdən əzm (və səbat) sahibləri olanların səbir etdiyi kimi, sən də (Allah yolunda çətinliklərə, əziyyətlərə) səbir et.” Qurani-kərim Əhqaf surəsi 35-ci ayə Həzrət Muhəmməd (s) dəyərli kəlamlarının birində müşriklərin həzrət Əbu Talibin yanına gələrək ondan peyğəmbərin İlahi vəhyi təbliğ etməsini dayandırmağı tələb etdiklərini o həzrətə çatdırmasını istəyərkən, o həzrət özünün hədəf və məqsədlərinə çatmaq yolunda göstərdiyi səbat, müqavimət və dəmir iradəsini göstərərək əmisinə buyurdu: ياعم! والله لو وضعوا الشمس فی يمينی والقمر فی يساری علی ان اترك هذا الامر حتی يظهره الله او اهلك فيه، ماتركته “Ey əmi. And olsun Allaha, əgər onlar günəşi mənim sağ əlimə, ayı isə mənim sol əlimə versələr (yəni bütün dünya səltənətini mənə verməyə razı olsalar) belə, Allahın mənim dinimi qalib edəcəyi ya da bu yolda canımı tapşıracağım zamana qədər mən səmavi dəvətimdən əl çəkməyəcəyəm.” əs-Sirətun nəbəviyyə, İbn Hişam. 1-ci cild 284-cü səhifə Məhz buna görədir ki, həzrət Muhəmməd (s) bütün çətinliklərə dözməklə, həmçinin özünün səbir və müqaviməti ilə İslam dininin haqq din olduğunu bütün dünyaya elan edə bildi. Müxtəlif çətinliklər, xoşagəlməz hadisələr, cismi və ruhi əziyyətlər, saysız böhtanlar və iftiralar, o cümlədən; sehirbaz, məcnun, kahin, falçı, şair kimi ittihamların qarşısında, əsas iki amil ilə, yəni hədəfə olan inam, o hədəfə çatma yolunda müqavimət və mətinlik ilə onların hamısına dözə bildi. Əmirəlmöminin Əli əleyhissalam bu barədə buyurur: اشهد ان محمدا عبده ورسوله دعا الی طاعته وقاهر اعداءه جهادا عن دينه، لايثنيه عن ذلك اجتماع علی تكذيبه والتماس لاطفاء نوره “Şəhadət verirəm ki, həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- Onun bəndəsi və peyğəmbəridir. İnsanları Allaha bəndəçiliyə dəvət etdi və Allahın düşmənləri ilə din yolunda mübarizə edərək onları məğlub etdi. Düşmənlərin bir yerə toplaşaraq o həzrəti yalançı saymaqları onu (insanları düz yola yönəltmək və İslam dinini bütün dünyaya çatdırmaq) yolundan yayındıra bilmədi. Onların (İslam) nurunu söndürmək üçün olan səylərini nəticəsiz qoydu.” Nəhcül bəlağə 190-cı xütbə . 2-Həzrət Muhəmmədin (s) insanlara şəfqəti və qayğısı Özlərini cəmiyyətin düzəlməsinə, islahına vəqf edən və onların xoşbəxtliyi üçün heç bir səy və bacarıqlarını əsirgəməyən şəxslərə baxdıqda görürük ki, onlar öz vəzifələrini şəfqət, eşq və qayğı hissi ilə yerinə yetirirlər. Şübhəsiz, onlar cəmiyyətdə və insanların qəlblərində öz yerlərini möhkəmləndirmiş və müxatəbləri ilə daha yaxın ünsiyyətdə olurlar. Nəticədə insanlar onlara ehtiram gözü ilə nəzər salır, onlara etibar edir, asanlıqla onların sözlərini və istəklərini qəbul edirlər. İnsanlar elə şəxslərin aşiqidirlər ki, cəmiyyətin islahı və onların çətinliklərinin aradan qaldırılması üçün hayküysüz olaraq çalışırlar. Əgər bu şəfqətdən, həmçinin riyakarlıqdan uzaq olan xidmət, səmimi və Allah Taalanın razılığını qazanmaq xatirinə olarsa, nəticədə cəmiyyətin xeyrinə olan hərəkətlərində böyük müvəffəqiyyətlərə nail olarlar. Bu xüsusiyyət İlahi rəhbərlərdə və cəmiyyətin başçılarında daha xüsusi əhəmiyyətə malikdir. Qurani-kərim həzrət Muhəmmədin (s) bu gözəl və bəyənilmiş xasiyyətini təqdim edərək Tövbə surəsinin 128-ci ayəsində buyurur: لقد جاءكم رسول من انفسكم عزيز عليه ما عنتم حريص عليكم بالمؤمنين رءوف رحيم‌ “Həqiqətən sizə özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizin (xoşbəxtliyinizi) daha çox istəyir. Möminlərə qarşı çox mərhəmətli və mehribandır.” Bəzi müxaliflər həzrət Muhəmmədin (s) şəfqət və mehribanlığını onun sadəlövhlüyü hesab edirdilər, peyğəmbərin (s) hətta xatakar insanlara qarşı göz yummasını yanlış rəftar sanmışlar. Onlar peyğəmbərin (s) bütün insanlarla şəfqətli və qayğılı davranışını bəhanə edərək o həzrətə nalayiq sözlər demişlər. Allah Taala Qurani-kərimin Tövbə surəsinin 61-ci ayəsində buyurur: وَ مِنهْمُ الَّذِينَ يُؤْذُونَ النَّبىِ‏َّ وَ يَقُولُونَ هُوَ أُذُنٌ قُلْ أُذُنُ خَيرْ لَّكُمْ يُؤْمِنُ بِاللَّهِ وَ يُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَ رَحْمَةٌ لِّلَّذِينَ ءَامَنُواْ مِنكمُ‏ْ وَ الَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لهَمْ عَذَابٌ أَلِيمٌ “Onların bəziləri peyğəmbəri incidir və “o, (başdan başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!” deyirlər. De: “o, sizin üçün yaxşı bir qulaqdır. Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizin iman gətirənləriniz üçün bir rəhmətdir”. Allahın peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır.” Sonuncu peyğəmbərin (s) şəfqət və qayğısı o qədər çox idi ki, bəzi vaxtlar qüssə və narahatlıqdan ölüm həddinə yaxın olurdu. Həzrət Muhəmməd (s) bəzi müsəlmanların əyrilikləri və günahlara düçar olmaqlarından narahat olurdu. Həmçinin müsəlmanlardan bəzilərinin azğınlıq və cahilliyindən də əziyyətdə və narahatçılıqda idi. Belə ki, Allah Taala Qurani-kərimin Kəhf surəsinin 6-cı ayəsində həzrət Muhəmmədin (s) şəfqət və qayğısını bizlərə xatırladaraq buyurur: فلعلك باخع نفسك علی آثارهم ان لم يؤمنوا بهذا الحديث اسفا “Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirmədikləri təqdirdə onların ( üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?” Salam olsun şəfqət və mehribanlıq nümunəsi olan həzrət Muhəmmədə -səllAllahu əleyhi və alih.   Rza Əzizoğlu

Həzrət Muhəmməd (s) 02.01.2025

Həzrət Muhəmmədin (s) əxlaqı

ƏXLAQLI İNSAN CƏMİYYƏTİN BÜTÜN ÜZVLƏRİ İLƏ TƏVAZÖKARLIQLA DAVRANIR, EHTİYACLI VƏ ÇƏTİNLİKDƏ OLAN İNSANLARA HƏMDƏM OLUR. HƏZRƏT MUHƏMMƏD (S) İNSANLARIN ÇƏTİNLİKLƏRİ VƏ PROBLEMLƏRİNİ HƏLL ETMƏYƏ ÇALIŞMIŞDIR. Əxlaqi xislətlərdən biri də dərdli insanların halına acımaq, onlara dayaq olmaqdır. Cəmiyyətin idarəetməsi və rəhbərliyi sahəsində uğur qazanmaq müxtəlif amillərdən asılıdır. Onların biri də cəmiyyətin aşağı və hüquqlardan məhrum olan təbəqəsindəki insanların çətinlikləri və düçar olduqları problemlərlə onları həll etmək məqsədi ilə tanış olmaqdır. Bütün İlahi peyğəmbərlər, xüsusilə də həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- belə bir ali xislətə malik olmuşdur. O həzrət özünü insanlardan biri bilmiş, heç vaxt özünü cəmiyyətin heç bir sinif və təbəqəsindən üstün saymamışdır. Odur ki, Qurani-kərim Fussilət surəsinin 6-cı və Kəhf surəsinin 110-cu ayələrində həzrət Muhəmmədin (s) dilindən deyir: انما انا بشر مثلكم‌ “Mən də sizin kimi bir insanam.” Həmçinin Qurani-kərim Tövbə surəsinin 128-ci ayəsində həzrət Muhəmmədin (s) insanların yanına onları düz yola yönəltmək üçün gəlişini belə vəsf edir: لقد جاءكم رسول من انفسكم‌ “Sizə özünüzdən olan bir peyğəmbər gəldi.”   Xalqdan olmaqdan əlavə, həm də cəmiyyətin bütün insanlarının vəziyyəti ilə yaxından maraqlanmaq və onların çətinliklərini hiss etmək, Peyğəmbərin (s) aşkar xislətlərindən idi. Əlbəttə, özünü xalqın ayrılmaz bir üzvü bilən həzrət Muhəmməd (s) kimi pak insanlar ilə, insanları islah etmək və yaşayışlarında rifah yaratmaq şüarları ilə cəmiyyətin rəhbərliyinə can atan, lakin heç vaxt çətinlik və məhrumiyyətlər görməyən, buna görə də dərdli insanların durumlarını dərk və hiss edə bilməyən insanlar arasında böyük fərqlər vardır. Belələri həqiqətən də düzgün əməl etmək istəsələr belə müvəffəq olmayacaqlar. Amma bu çətinlikləri, giriftarçılıqları və məhrumiyyətləri yaxından hiss etmiş insanlar, adətən cəmiyyətin 50%-indən çox olan aşağı təbəqənin dərdləri və əziyyətlərini daha yaxşı dərk edirlər. Həzrət Muhəmməd (s) də belə insanlardan idi, insanların məruz qaldıqları çətinlikləri o həzrət də dadmışdı. Odur ki, Qurani-kərim Zuha surəsinin 6, 7 və 8-ci ayələrində buyurur: الم يجدك يتيما فآوی ووجدك ضالا فهدی ووجدك عائلا فاغني‌ “Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?! Səni şaşqın vəziyyətdə tapıb yol göstərmədimi?! Səni yoxsul ikən tapıb ehtiyacsız etmədimi?!”   O zaman həmin cəmiyyətin varlıları və özlərini xalqdan üstün sayanlar həzrət Muhəmmədi (s) insanlardan uzaqlaşdırmağa çalışırdılar. Bu barədə Qurani-kərim Hud surəsinin 29-cu ayəsində buyurur: وما انا بطارد الذين آمنوا “Mən heç vaxt (Allaha) inanan insanları (onlar nə qədər kasıb və yoxsul olsalar belə) özümdən uzaqlaşdırmayacağam.” Bəli, peyğəmbərlik məqamına yüksəlmək üçün bir çox ali xüsusiyyətlər, o cümlədən xalqdan olmaq və aşağı təbəqənin hüquqlarını bərpa etmək əzminin olması zəruridir. Gətirdiyi səmavi dinin əbədi qalmasını, bütün zamanlarda bütün xalqlar və millətlər üçün faydalı olmasını istəyən şəxs cəmiyyətdəki ədalətsizlikləri, yoxsulluğu və məhrumluğu yaxından hiss etməlidir, təki tarix boyu ədalətin bərpası və məhrumluqların götürülməsi fəryadını bütün dünya əhalisinə eşitdirsin. Qurani-kərim Zuha surəsinin 9 və 10-cu ayələrində buyurur: فاما اليتيم فلا تقهر واما السائل فلا تنهر “Elə isə yetimi özündən uzaqlaşdırma. Ehtiyaclını yanından qovma.”   Həzrət Muhəmməd (s) Mədinə şəhərinə köç edən vaxtı da, Mədinə əhalisindən olan yüzlərlə insanın o həzrəti öz məhəllələrinə dəvət etməklərinə baxmayaraq, peyğəmbər (s) yaşayış üçün şəhərin yetimlər yaşayan məhəlləsini seçdi. İslamın yayım mərkəzini orada qərarlaşdırdı ki, sonralar həmin yer “Peyğəmbər məscidinə” və İslam dövlətinin mərkəzinə çevrildi. İslam dünyasının ən mühüm qərarları oradan dünyaya çatdırıldı. Rza Əzizoğlu

Həzrət Muhəmməd (s) 02.01.2025

Həzrət Muhəmmədin (s) mehriban və yumşaq rəftarı

QURANİ-KƏRİM ƏHZAB SURƏSİNİN 21-Cİ AYƏSİNDƏ BUYURUR: لَّقَدْ كاَنَ لَكُمْ فىِ رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِّمَن كاَنَ يَرْجُواْ اللَّهَ وَ الْيَوْمَ الاَخِرَ وَ ذَكَرَ اللَّهَ كَثِيرًا “Şübhəsiz, Allaha və axirət gününə ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allahın peyğəmbərinin rəftarında həyat örnəyi və nümunəsi vardır.” Deməli, peyğəmbərlərin sonuncusu və ən üstünü həzrət Muhəmməd səllAllahu əleyhi və alih , bütün müsəlmanlar üçün əxlaq nümunəsidir. Qurani-kərimin nəzərindən həzrət Muhəmmədin (s) ən fərqi xüsusiyyətlərindən biri, o həzrətin gözəl əxlaqı və başqaları ilə şəfqətli davranışıdır. Peyğəmbər (s) bu dəyərli xasiyyətə malik olduğuna görə 23 ilin ərzində minlərlə insanın qəlblərini özünə cəzb edə və onları düz yola, hidayətə yönəldə bildi. Halbuki tarix boyu heç bir qüdrətli şəxs bu qədər insanın qəlblərini özünə sarı cəzb və cəlb edə bilməmişdir. Allah Taala bu əsas amili Qurani-kərimin Ali-İmran surəsinin 159-cu ayəsində belə vurğulayır: فَبِمَا رَحْمَةٍ مِّنَ اللَّهِ لِنتَ لَهُمْ  وَ لَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ “Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun, əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar.”   Əsasən peyğəmbər (s) bu inamda idi ki, peyğəmbərliyə seçilməyin fəlsəfəsi əxlaqi kəramətlərin təkmilləşdirilməsi üzündür, odur ki, həzrət Muhəmməd (s) buyurur: انما بعثت لاتمم مكارم الاخلاق “Mən həqiqətən əxlaqi kəramətləri (xasiyyətləri) tamamlamaq üçün peyğəmbərliyə seçilmişəm.” Mustədrəkul vəsail 11-ci cild 187-ci səhifə 12701-ci hədis   Peyğəmbərin (s) məhəbbət və mehribanlıqla davranması təkcə o həzrətin dostlarına və möminlərə aid deyildi, üstəlik o həzrətin müxalifləri də onun yumşaq əxlaqından və şəfqətli rəftarından bəhrələnmişlər. Elə bu da müxaliflərin bir çoxlarının Peyğəmbərə (s) cəlb və cəzb olunmalarına səbəb olmuşdur. Odur ki, Allah Taala Qurani-kərimin Qələm surəsinin 4-cü ayəsində həzrət Muhəmmədi (s) belə tərif edir: وانك لعلی خلق عظيم “Həqiqətən, sən böyük bir əxlaqa maliksən.”   Rza Əzizoğlu

Həzrət Muhəmməd (s) 02.01.2025

Peyğəmbərin son günləri

Səfər ayının 28-i İslam Peyğəmbərinin vəfatının ildönümüdür. Həzrət Mühəmməd Peyğəmbərin (s) ömrünün son iki ayı ağır xəstəlik içində keçmişdi. O həzrət ömrünün başa çatmaq üzrə olduğunu bilir və bu barədə müsəlmanları dönə-dönə xəbərdar edirdi. Peyğəmbərin məqsədi bu idi ki, Onun ölümü müsəlmanları qəfil haqlamasın və hələ kövrək olan Islam ümməti bu itkidən sarsılmasın. Qeyd edək ki, Peyğəmbərin öz ölümünü qabaqcadan hiss etməsi qeyri-mümkün iş deyil. Nəinki peyğəmbərlər və imamlar, hətta bəzi övliyalar belə, öz ölümlərini bir müddət əvvəldən duyur və Allahla görüşə hazırlaşırlar. Peyğəmbər ölümünün yaxında olduğunu bəzi əlamətlərdən duymuşdu. Məsələn, hər il vəhy mələyi Cəbrail bir dəfə o həzrətin görüşünə gəlir və onlar həmin zamana kimi nazil olmuş ayələri birlikdə oxuyurdular. Həmin il Cəbrail Quranı iki dəfə Peyğəmbərlə oxudu. Həmçinin, vida həcci zamanı nazil olmuş Maidə surəsinin 67-ci ayəsi artıq o həzrətin peyğəmbərlik missiyasının başa çatmaq üzrə olduğunu xəbər verdi. Vəfatından təqribən 80 gün əvvəl – vida həcci zamanı İslam mümləkətinin ən müxtəlif guşələrindən gəlmiş 100 min nəfər müsəlmanın qarşısında Peyğəmbər tezliklə vəfat edəcəyini söylədi və ən mühüm vəsiyyətlərini xatırlatdı. Maraqlıdır ki, İslamın düşmənləri üçün bu xəbər əsl fürsətə çevrildi. Həzrət Mühəmmədin (s) tezliklə vəfat edəcəyini Onun öz dilindən eşidən bəzi şəxslər fürsəti qənimət bilib peyğəmbərlik iddiası ilə çıxış etdilər. Təsadüfi deyil ki, Müseylimə, Tüleyhə, Səccah, Əsvəd kimi yalançı «peyğəmbər»lər məhz Həzrət Mühəmmədin (s) həyatının son aylarında fəaliyyətə başlamışdılar. Onlar güman edirdilər ki, müsəlman icması öz başçısını itirdikdə böyük sarsıntıya düşəcək və ərəbləri Islamdan döndərmək asan olacaq. Lakin tarix onların bu gümanının səhv olduğunu sübuta yetirdi. Həzrət Mühəmmədin (s) həyatının son günlərində və vəfatından sonrakı qısa müddət ərzində yalançı «peyğəmbər»lərin hamısının təxribatının qarşısı uğurla alındı. Onların əksəriyyəti birinci xəlifə Əbu Bəkrin zamanında təslim edildi. Yəməndə özünü «peyğəmbər» elan etmiş Əsvədin müsəlmanlar tərəfindən qətlə yetirilməsinin xəbəri isə Mədinəyə Peyğəmbərin vəfatından cəmi bir gün əvvəl gəlib-çatdı. İslam Peyğəmbəri özündən sonra ümmətin halı üçün təşviş keçirirdi. Onu xüsusilə müsəlmanların yaxın qonşusu olan Bizans imperiyası narahat edirdi. Peyğəmbər bilirdi ki, Onun vəfat xəbərini eşidəndən dərhal sonra bizanslılar İslam torpaqlarına qarşı böyük hücuma keçəcəklər. Bu hücumu qabaqlamaq üçün o həzrət özü müsəlmanlara səfərbərlik əmri verdi və təşkil olunmuş qoşuna 3 il bundan əvvəl Mötə məntəqəsində bizanslılarla müsəlmanlar arasında baş vermiş döyüşdə şəhid olmuş Zeyd ibn Harisənin oğlu Üsamə ibn Zeydi sərkərdə seçdi. Lakin bəzi qocaman səhabələr yenicə həddi-büluğ yaşına çatmış Üsamənin başçılığı altında döyşməkdən imtina etdikləri üçün qoşunun səfərbərlik işləri ləngiyirdi. Üsamə Mədinədən kənarda düşərgə qurub hamının toplaşmasını gözləyirdi. Həzrət Mühəmməd Peyğəmbər (s) ömrünün son günlərində dəfələrlə Məscidün-nəbəviyə gəlir və müsəlmanlar qarşısında çıxış edirdi. Çox zaman bədəni hərarət içində yandığı üçün əmisi oğulları Əli ibn Əbu Talibin, Fəzl ibn Abbasın və başqa yaxın qohumlarının çiyninə dayaqlanaraq hərəkət edirdi. Belə günlərin birində o, məscidə gəlib müsəlmanları sərt bir şəkildə qınadı və hamını Üsamənin qoşununa qatılmağa çağırdı. Təəssüf ki, səhabələrin bəziləri Peyğəmbərin səhhətindən narahat olduqları, bəziləri isə o həzrətin vəfatından sonrakı xəlifə seçkilərinə nəzarəti əldən buraxmaq istəmədikləri üçün bu tapşırığı yenə qulaqardına vurdular. Nəticədə, Üsamənin Şam bölgəsinə yürüşü yalnız Peyğəmbərin vəfatından sonra, Əbu Bəkrin xilafətinin ilk günlərində baş tuta bildi. Peyğəmbər xəstə halda ikən Əlinin (və ya əhli-sünnə rəvayətlərinə görə səhabələrdən Əbu Müveyhibənin ya Əbu Rafenin, ya da Büreyrənin) müşayiəti il Bəqi məzarlığına getdi, orada dəfn olunanların ruhuna Allahdan rəhmət dilədi, öz əzizlərinin məzarı ilə vidalaşdı. Bəzi mənbələrdə xəbər verilir ki, Peyğəmbər ömrünün son günlərində yataq xəstəsi olduğu halda ən yaxın səhabələri ətrafına toplamış və vəsiyyətini yazdırmaq istəyində olduğunu dilə gətirmişdi. Lakin bəzi səhabələr: “Quran bizə bəsdir, bundan başqa tapşırığa ehtiyacımız yoxdur» – deyə, buna mane olmuş və nəticədə Peyğəmbər qəzəblənib hamını otaqdan qovmuşdu. Bir daha qeyd edirik ki, bu rəvayət bütün mənbələrdə deyil, bəzi kitablarda (əsasən, şiə yönümlü mənbələrdə) və fərqli varinatlarda qeyd edilib. Yuxarıda qeyd etdiyimiz kimi, Həzrət Mühəmməd (s) həyatının son günlərinə kimi müsəlmanlarla rabitəni kəsmir, çətinliklə olsa da məscidə gedib camaatla görüşürdü. Bir gün qızdırmalı halda, başına nəm dəsmal bağlamış vəziyyətdə, Əlinin və Fəzl ibn Abbasın çiyninə söykənib ayaqlarını yerlə sürüdərək özünü məscidə çatdırdı, minbərə qalxıb səhabələrlə vidalaşdı. Buyurdu ki, hər kimə vəd verib yerinə yetirməmişəmsə desin ki, bu dünyanı borclu halda tərk etməyim. Səhabələrdən biri qalxıb dedi: “Ey Allahın Rəsulu! Mənə söz vermişdiniz ki, əgər evlənsəm, mənə beytül-maldan maddi yardım verəcəksiniz”. Peyğəmbər tapşırdı ki, beytül-maldan həmin səhabəyə bir miqdar pul versinlər. Vəfatından 3 gün əvvəl yenə məscidə gəlib minbərə qalxdı, camaatdan halallıq istədi, kimin boynunda haqqı olduğunu söylədi. Səvadə ibn Qeys adlı bir səhabə qalxıb söylədi: “Taif səfərindən qayıdanda mən Sizin yanınızda durmuşdum. Siz öz atınızı yerindən tərpətmək üçün qırmancı qaldırıb vurdunuz, amma qırmanc mənim kürəyimə dəydi. Indi həmin zərbənin qisasını tələb edirəm”. Peyğəmbər etiraz etmədən öz evinə adam göndərdi ki, həmin qırmancı gətirsinlər. Sonra köynəyinin ətəyini yuxarı qaldırıb kürəyini açdı və Səvadəyə icazə verdi ki, həmin zərbənin əvəzinə qırmancla Onu vursun. Hamı heyrət və dəhşət içində bu səhnəni izləyirdi. Amma Səvadə irəli gəlib o həzrətin sinəsindən və kürəyindən öpdü, söylədi: “Elə bilməyin ki, mən Sizə qarşı bu qədər hörmətsizlik edə bilərəm. Mənim məqsədim bu idi ki, kürəyinizdəki peyğəmbərlik nişanını gözlərimlə görüm və öpüm. Indi öz arzuma çatdım”. Həzrət Mühəmməd Peyğəmbər (s) özünə məxsus 7 dirhəm pulu Aişənin hücrəsində saxlamışdı. Həyatının son günlərində pulları gətirməyi tapşırdı, dirhəmləri əlində tutub buyurdu: “Rəbbinə etimad bəsləyən bir insan Onun hüzuruna bunlara sahib olduğu halda gedərmi?”. Daha sonra o həzrət dinarları Əliyə verdi ki, kasıbların arasında paylasın. Qeyd edilməli məsələlərdən biri də budur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) ömrünün son günlərini ümmül-möminin Aişənin hücrəsində keçirmişdir. O həzrətin xanımlarından ötrü Məscidün-nəbəviyə bitişik ayrı-ayrı hücrələr (otaqlar) tikilmişdi. Peyğəmbər növbə ilə bu hücrələrdə xanımları ilə qalırdı. Lakin xəstəliyi şiddətləndiyi zaman Onun yatağını Aişənin hücrəsində hazırladılar və Islam Peyğəmbəri burada dünyasını dəyişdi. Bununla belə, Peyğəmbərin yaxın qohumları – qızı Fatimə, kürəkəni Əli ibn Əbu Talib, nəvələri Həsənlə Hüseyn, əmisi oğulları Fəzl, Qüsəm və başqaları Onu tez-tez ziyarət edirdilər. Xüsusilə, Əli bir an da olsa Peyğəmbərin yanından ayrılmırdı. Məhz buna görə bu gün də Peyğəmbər vəfat edərkən yanında kimin olması barədə məlumatlar fərqlidr. Hədislərin bir qismində o həzrət vəfat edərkən başını Aişənin qucağına qoyduğu, bir qismində isə Əlinin çiyninə dayaqlandığı bildirilir. Ömrünün son saatlarında Peyğəmbər öz qızı Fatiməni görmək istədi. Fatimeyi-Zəhra ilə atasının son söhbəti təklikdə oldu. Kənardan baxanlar gördülər ki, Fatimə qulağını Peyğəmbərin dodaqlarına yaxınlaşdırdı, eşitdiyi sözlərdən əvvəlcə kədərləndi və qəhər Onu boğdu. Amma daha sonra atasının dilindən nə eşitdisə, razı halda gülümsədi. Sonralar bu barədə Fatimədən soruşdular. O belə dedi: “Atam əvvəlcə mənə xəbər verdi ki, çox tezliklə bizdən ayrılıb vəfat edəcək. Bu xəbər məni kədərləndirdi. Amma ardınca buyurdu ki, tezliklə mən də dünyamı dəyişib, axirət aləmində Onunla görüşəcəyəm. Ona görə sevindim”. Həzrət Mühəmməd Peyğəmbər (s) hicrətin 11-ci ilində səfər ayının 28-də, bazar ertəsi günorta vaxtı dünyasını dəyişdi. Rəvayətə görə, həmin gün sübh vaxtı o həzrətin əhvalı yüngülləşmişdi. Hətta səhabələr bunu görüb sevinmişdilər. Lakin sonra qəfildən əhvalı pisləşdi, hərarəti artdı. Ümmül-möminin Aişə rəvayət edir: Mən dəfələrlə Allah Rəsulundan eşitmişdim ki, hər bir peyğəmbərin ölüm saatı çatanda Allah onu həyatla ölüm seçimi arasında qoyur. Peyğəmbərə vəhy olunur ki, həyatını davam etdirmək istəyir, yoxsa ölmək arzusundadır? Aişə rəvayət edir ki, Həzrət Mühəmməd (s) ömrünün son anlarında gözlərini səmaya doğru qaldırıb buyurdu: “Bəl ər-rəfiqul-ə’la». Yəni «uca dostu seçirəm”. Aişə bu sözlərdən başa düşür ki, artıq Peyğəmbər dünyanı tərk etmək üzrədir, Ona həyatla ölüm arasında seçki aparmaq təklif edilib və o həzrət uca dostun (yəni Allahın) hüzuruna getməyi üstün tutub. İmam Əli ibn Əbu Talib isə xatırlayırdı ki, Peyğəmbər həyatının son anında başını Onun qucağına qoyaraq bu sözləri buyurmuşdu: “Əs-səlah, əs-səlah” (yəni “namaz, namaz”). Bu sözlər Peyğəmbərin ibadətə nə qədər böyük önəm verdiyini nümayiş etdirir. Əslən yəhudi olub, sonra Islamı qəbul etmiş Kəbül-əhbar Əlidən bunu eşidəndə təsdiq edib demişdi ki, bütün peyğəmbərlərin son sözü bu məzmunda olub.

Həzrət Muhəmməd (s) 02.01.2025

Peyğəmbər (s) – Şölələnən çıraq

Hikmət sahibləri nur haqqında deyir: Nur özü üçün aşkar olan və özündən qeyrilərini aşkarlayan bir həqiqətdir. Quran İslam Peyğəmbərinin (s) müqəddəs vücudunu “siracun munir”, yəni şölələnən çıraq adlandırır:   “Ey peyğəmbər! Həqiqətən, biz səni (ümmətə) şahid, müjdə gətirən, qorxudan kimi göndərdik. Səni Allahın əmri ilə ona doğru dəvət edən, şölələnən çıraq qərar verdik.” Həzrət öz varlığını işıqlandıran və özündən qeyrilərinə işıq verən bir nur idi. O bütün varlıq həqiqəti ilə, zahir və batinlə vücudi bağlılıqla kamil aydınlıq və mərifətə malik idi. O çox səy göstərirdi ki, başqalarını da özü kimi varlıq həqiqəti, zahir və batinlə bağlılıq gerçəkliyi ilə tanış etsin. Bəli, nur hikmət sahiblərinin bildirdiyi kimi bu : “Nur öz zatında zahir olan və özündən qeyrisini aşkar edən bir keyfiyyətdir.” Mehriban Allah həzrət Məhəmmədin (s) parlaq vücudunu, bir çox mötəbər rəvayətlərə əsasən, bütün mövcudlardan öncə yaratdı. Sonra bütün nur, ağıl, ruh, məna, maddə həqiqətləri bu nurdan ərsəyə gəldi. Onun nuru bərəkətindən zülmət pərdələri kənara çəkildi. Allah peyğəmbəri özü ilə bütün mövcudlar arasında vasitə qərar verdi. “Əhzab” surəsinin 46-cı ayəsinə əsasən, həzrət (s) günəş kimi tanıtdırılır. Necə də gözəl təşbehdir! “Mən “günəşəm” söylənilir. Günəş təbiət aləmində günəş sisteminin yaranış mənbəyidir. Bu sistemdəki planetlər günəş sayəsində vücuda gəlib. Yer, Merkuri, Venera və başqa planetlər bir vaxt günəşdən ayrılmışlar. Allah günəş sistemini bugünkü formasında yaratmaq qərarına gəldiyi vaxt günəşdə böyük bir partlayış baş vermiş, ondan ayrılan hissələr xüsusi orbitlərdə günəşə cəzb olunaraq hərəkətə başlamışlar. Peyğəmbərin (s) nuru hər nədən öncə yaradılmışdır. Allahın iradəsi ilə bütün həqiqətlər bu nurdan qaynaqlanır. Varlıq aləmi Məhəmməd nurunun bərəkəti ilə yaşayır. Günəş sistemindəki digər planetlər günəşin vücudundandır. Varlıq aləmindəki mövcudlar da öz növbəsində Peyğəmbərin (s) varlıq günəşindən ərsəyə gəlmişlər. Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə bu mənaya işarə olunur: “Mən günəşəm, Əli (ə) aydır, Fatimə (s.ə.) zöhrədir (venera) Həsən (ə) və Hüseyn (ə) iki başqa ulduzdur.” Bu rəvayət peyğəmbər kimi fəsahətli və bəlağətli natiqin dilindəki maraqlı təşbehlərdəndir. Rəvayətdə batini bir həqiqət təbii bir həqiqətlə müqayisə olunur. Bu yolla insanlara çatdırılır ki, Məhəmməd (s) həqiqəti günəş kimi digər varlıqların ərsəyə gəlməsinin səbəbidir. Bütün varlıq ona borcludur və onun bütün varlıq üzərində mənəvi və maddi haqqı var. Allah-təala da öz buyuruqlarında bu nöqtəyə işarə etmişdir: “Allaha və peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun”; “Bilin ki, qənimət və fayda olaraq əldə etdiyiniz hər bir şeyin beşdə biri Allahın, Onun rəsulunun və rəsulunun yaxınlarınındır.” Bəli, bütün nemətlər Allahın izni ilə peyğəmbərin ixtiyarındadır. Hər bir varlıq peyğəmbər süfrəsindən faydalanır. Buna görə də, kamil şəkildə onun haqları yerinə yetirilməlidir. Bilməliyik ki, bu işdə də fayda insanların özünə qayıdır. Qurani-kərimdə oxuyuruq: “Sizdən istədiyimiz hər bir muzd özünüz üçündür…”

Həzrət Muhəmməd (s) 02.01.2025

Həzrət Peyğəmbər (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur?

İslam Peyğəmbəri (s) vəfat etmişdir, yoxsa şəhid olmuşdur? Bəziləri iddia edirlər ki, Peyğəmbər (s) bu dünyadan təbii ölümü ilə getmişdir və heç kəs ona sui-qəsd etməmişdir. Halbuki, əgər tarixə nəzər salsaq, Həzrətin (s) neçə dəfə sui-qəsdə məruz qaldığının şahidi olarıq. Həm Məkkədə və həm də Mədinədə Peyğəmbərə (s) dəfələrlə ziyan vurmaq istəmişdilər. Xüsusilə də Mədinədə hakimiyyət başına keçmək arzusunda olan münafiqlər Həzrətə (s) dəfələrlə sui-qəsd etmişdilər. (Tebyan/Deyerler) Bizim əqidəmiz belədir ki, Peyğəmbər (s) Xeybər döyüşündə zəhərləndiyi üçün şəhid olmuşdur. Bu məlun münafiqlər nəhayət öz hədəflərinə çata bilmişdilər. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Heç bir peyğəmbər və onun vəsisi yoxdur, məgər o halda ki, şəhid olmasın”. İmam Rzanın (ə) buyurduğu hədisdə də bu mövzuya toxunulmuşdur və Həzrət (ə) buyurmuşdur: “Bizlərdən eləsi yoxdur ki, öldürülməsin”. Ona görə də deyə bilərik ki, Peyğəmbərin (s) şəhadətlə dünyasını dəyişmək xəbəri daha səhih xəbərdir. Həzrət (s) Xeybər döyüşündə zəhərləndikdən sonra narahatlığı gedib-gəlirdi və nəhayət şah damarını kəsdi və onu şəhid etdi. İmam Həsən (ə) atası Əmirəl-möminin (ə) şəhid olduqdan sonra buyurmuşdu: “Peyğəmbəri-Əkrəm (s) mənə xəbər vermişdi ki, imamət onun Əhli-beytinin (ə) on iki İmamının (ə) ixtiyarındadır ki, seçiliblər. Bizlərdən eləsi yoxdur, məgər o halda ki, ya zəhərlənək və ya qətl edilək”. Həzrət Peyğəmbərin (s) zəhərlənməsinə dair iki nəzər vardır. Bir nəzərə görə Həzrəti (s) yəhudi qadın zəhərləmişdir, ancaq bu zəhərlənmədən çox zaman keçir. İkinci nəzər isə budur ki, Peyğəmbəri (s) münafiqlər zəhərləmişdi. Cəbrayil (ə) “Ənkəbut” surəsini nazil edir və Həzrətə (s) buyurur ki, onu oxusun. “Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Muhəmmədə (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır). Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 1-3). Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) buyurur: “Bu, nə imtahandır?” Cəbrayil (ə) deyir: Ey Muhəmməd (s)! Həqiqətən, Allah Təala sənə salam göndərir və buyurur: “Mən səndən əvvəl elə bir peyğəmbər göndərməmişəm, məgər o halda ki, ömrünün sonunda yerində əyləşəcək canişinini seçsin. Yolunu və əhkamını diriltsin. Ona görə də düz danışanlar – o kəslərdir ki, Peyğəmbərin (s) əmrini yerinə yetirərlər. Onlar ki, itaətsizlik edirlər – yalançılardırlar. Ey Muhəmməd! Həqiqətən sənin Allaha tərəf getməyin yaxınlaşmışdır və sənə əmr edir ki, özündən sonra Əli ibni Əbitalibi (ə) ümmətin üçün seçəsən. O, sənin canişinindir ki, ümməti hidayət etməyə qiyam edər. Əgər ümmət onun ardıcılı olsa, sağlam qalar”. Həzifə nəql edir ki, Həzrət Peyğəmbər (s) Əlini (ə) çağırtdırdı və onunla xəlvət etdi. Həmin gündüzü və gecəni Allahın ona tapşırdığı elm və hikməti Əliyə (ə) tapşırdı. Onu Cəbrayilin (ə) dediklərindən agah etdi. Həzrət Peyğəmbərin (s) vəfatının yaxınlaşması xəbəri xəbis münafiqlərin qulağına çatır və onlar agah olurlar ki, Peyğəmbər (s) özündən sonra Əlini (ə) canişini qərar verəcəkdir. Ona görə də onu zəhərləməyi qərara alırlar. “Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şüəra” 227)

Həzrət Muhəmməd (s) 02.01.2025

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in (fil ili) Rəbiül-əvvəl ayının 17-də (miladi tarixi ilə 570-ci ildə), mübarək cümə günü dünyaya gəlmişdir. (Həmin il Allah-Taala Kəbə еvini uçurmağa gələn “fil səhabələri”ni “əbabil” quşları ilə məhv еtmişdir.) Həzrət İsa (ə) əsrlər öncə “İncildə” o həzrətin adını müjdə vermişdir: “Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir.” Qurani-Kərimdə də o həzrət həm Əhməd, həm də Mühəmməd adı ilə yad edilir. (“Səff” surəsi, ayə 6; “Əhzab” surəsi, ayə 40.) Nəhayət, o həzrət bir yəhudi qadının vasitəsi ilə zəhərlənərək 11-ci hicri-qəməri ilinin Səfər ayının 28-də dünyasını dəyişmişdir. Peyğəmbər (s) 25 yaşında olarkən həzrət Хədicə (s) ilə еvlənmiş və “amul-fil”in 40-cı ili, Rəcəb ayının 27-də gеcə ikən peyğəmbərliyə sеçilmişdir. O həzrət İslam dinini təbliğ etdiyi üçün 13 il Məkkədə dözülməz müsibətlərə məruz qalaraq Qürеyş kafirlərinin dinin inkişafının qarşısını aldıqları zaman Mədinə şəhərinə hicrət еtmişdir. Qеyd еtmək lazımdır ki, o həzrətin Mədinəyə hicrət еtdiyi gün İslam tariхinin başlanğıcı sayılır. Peyğəmbər (s) hicrətdən sonra, Mədinədə sakin olduğu 10 il ərzində İslam dinini kamil surətdə bəşəriyyətə çatdırmışdır. İslam Peyğəmbərinin (s) doğulduğu gecə dünyada böyük hadisəlr və möcüzələr baş vеrmişdir. O cümlədən: bütün bütlər yıxılır; İranda Kəsra eyvanı lərzəyə gəlib parçalanır və 14 sütunu sınır; Savə dəryaçası quruyur; min ildən sonra fars atəşgahı sönür. PEYĞƏMBƏRİN (S) ATA VƏ ANASI Tarixdə Peyğəmbərin (s) atası Abdullah haqda belə yazılır: Bir gün Əbdül-Müttəlib Zəmzəm quyusu qazılanda nəzr edir ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban etsin. Onun duası qəbul olur və Allah-Taala ona onuncu oğulu, yəni Abdullahı əta etdikdə, Əbdül-Müttəlib öz nəzərini yerinə yetirmək məqsədilə övladları arasında püşk atır. Püşk Abdullaha düşür. Abdullahı qurbangaha aparır. Bu iş sonralar bir adətə çevrilməsin deyə, qohum-əqraba yığışıb bu işə mane olmaq istəyirlər. Təklif edirlər ki, on dəvə və Abdullah arasında püşk atılsın. Püşk yenə də Abdullaha düşür. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşür. Beləcə, 100 dəvə Abdullahı əvəz edir. Peyğəmbərin (s) atası Abdullah çox yaşamır. O, Amənə ilə evləndikdən sonra, Peyğəmbər (s) dünyaya gəlməzdən öncə Şam səfərindən qayıdarkən xəstələnir və 25 yaşında ikən Mədinədə dünyasını dəyişir. Peyğəmbər (s) dünyaya gəldikdən sonra babası Əbdül-Müttəlibin himayəsinə keçir. Peyğəmbərin (s) anasının adı Amənədir. Amənə o həzrəti (s) dünyaya gətirdikdən bir müddət sonra ona süd vermək üçün Bəni-Səd qəbiləsindən olan Həlimə Sədiyyə adlı bir qadını dayə tuturlar. Peyğəmbər (s) beş il dayənin yanında qalıb, sonra ana qucağına qayıdır. Amənə bir müddət sonra öz övladı Peyğəmbərlə (s) birgə qohumlarını görmək və həyat yoldaşı Abdullahın qəbrini zyarət etmək üçün Mədinəyə gedir. Mədinədə bir ay qaldıqdan sonra geri dönərkən xəstələnib yolda otuz yaşında ikən vəfat edir. Onu Mədinə ilə Məkkə yolnun kənarında Əbva adlı bir yerdə dəfn edirlər. Anasının dəfnindən sonra Ümmü-Əymən adlı bir qadın Peyğəmbəri (s) gətirib Əbdül-Müttəlibə çatdırır. Peyğəmbər (s) səkkiz yaşında olarkən babası Əbdül-Müttəlib də dünyasını dəyişir, sonra onu əmisi Əbu Talib və onun həyat yoldaşı Fatimə binti Əsəd öz himayələrinə götürürlər. PEYĞəMBƏRİN (S) ÖVLADLARI İslam Peyğəmbərinin (s) üç oğlu və dörd qız övladı olmuşdur. Oğlanları: Qasim, Abdullah və İbrahim. –Qasim; Peyğəmbər (s) bu münasibətlə “Əbülqasim” adlanmışdır. Qasim iki yaşında ikən Məkkədə vəfat etmişdir. –Abdullah; Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan sonra Abdullah anadan olub və Məkkədə vəfat etmişdir. Bəziləri onun adını Təyyib və Tahir kimi də qeyd etmişlər. –İbrahim; Mədinədə o həzrətin Qibtiyyə Mariyyə adlı zövcəsindən olmuş, hicrətin 10-cu ilində on yeddi aylığında vəfat etmiş və Bəqidə dəfn olunmuşdur. Qızları: Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə). –Zeynəb Peyğəmbərin (s) böyük qızıdır. O həzrətin Xədicə ilə izdivacından beş il sonra doğulmuşdur. Öz xalası oğlu Əbülas ibn Rəbi ilə ailə qurmuş və 8-ci hicri-qəməri ilində vəfat etmişdir. –Rüqəyyə İslamdan əvvəl doğulmuşdur. Əvvəlcə Əbu Ləhəbin oğlu Utbəyə nişanlanmış, lakin “Təbbət” surəsi nazil olduqdan sonra Əbu Ləhəbin göstərişi ilə toydan qabaq ayrılmışdır. Sonra Osman ibn Əfvan ilə izdivac etmişdir. İkinci hicri-qəməri ilində dünyasını dəyişmişdir. –Ümmü-Gülsüm də Məkkədə doğulmuş, bacısı Rüqəyyə kimi Əbu Ləhəbin digər oğlu Üteybə ilə izdivac etmiş, lakin “Təbbət” surəsi nazil olduqdan sonra ayrılmışdır. Bacısı Rüqəyyə vəfat etdikdən sonra Osmana ərə getmişdir. Üçüncü hicri-qəməri ilində vəfat etmişdir. –Fatimeyi-Zəhra (s) “besət”dən (Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan) beş il sonra doğulmuşdur. Hicrətdən iki ay sonra Mədinədə imam Əli (ə) ilə ailə qurmuş və on səkkiz yaşında ikən, İslam Peyğəmbəri (s) əbədiyyətə qovuşduqdan doxsan beş gün sonra şəhadətə yetmişdir. Peyğəmbər (s) özü həyatda ikən xanım Fatimeyi-Zəhradan (ə) başqa, bütün övladları dünyadan köçürlər. O həzrətin iki oğul və dörd qızı Xədicədən, İbrahim adlı digər bir oğlu isə Mariyyə Qibtiyyədən doğulur. Başqa zövcələrindən övladı olmuur. İslam peyğəmbərİnİn (s) RİSALƏTİ İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə hər il bir neçə günlük “Hira” mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı. Peyğəmbər (s) qırx yaşında ikən, hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də vəhy mələyi Cəbrail-Əminin Allah tərəfindən nazil olması və “Ələq” surəsinin bir neçə ayəsinin tilavəti ilə peyğəmbərliyə seçilir. O həzrətə iman gətirən və dəvətini qəbul edən ilk kişi imam Əli (ə) və ilk qadın Peyğəmbərin (s) həyat yoldaşı Xədicə olur. Məkkədə şərait münasib olmadığı və bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan Peyğəmbər (s) dəvətini məhdud və gizli şəkildə başlayır. Bu müddətdə bir dəstə o həzrətə iman gətirir. Üç il gizli dəvətdən sonra, ilk mərhələdə Allah tərəfindən «و انذر عشیرتک الاقربین» (Yaxınlarını ilahi əzabla qorxut – “Şüəra”/214) – ayəsi nazil olmaqla, o həzrət qohum-əqrəbasını bir yerə toplayaraq risalət və peyğəmbərlik vəzifəsini aşkar şəkildə elan edir. İkinci mərhələdə isə Peyğəmbər فاصدع بما تؤمر و اعرض عن المشرکین انا کفیناک المستهزئین (Sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir. Həqiqətən, Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq! – “Hicr”/94-95) – ayəsini almaqla ümumi dəvətə başlayır. Bundan sonra müxaliflərin düşmənçiliyi alovlanır. Düşmən Həzrətin risalətinə qarşı bütün vasitələrdən istifadə edir. Peyğəmbər və onun tərəfdarları böhtanlarla, istehzalarla və cismani işgəncələrlə qarşılaşırlar. Bu minvalla, o həzrətin peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə Peyğəmbərin (s) evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yataraq, o həzrət tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Mədinə əhalisi Peyğəmbəri (s) Mədinənin altı kilometrliyində yerləşən “Quba” məntəqəsində qarşılayır. (Elə həmin məntəqədə İslamın ilk məscidi – “Quba məscidi”, ondan sonra isə Mədinənin özündə “Peyğəmbər məscidi” bina edilir.) İmam Əli (ə) Məkkədə qalan bəzi ailə üzvləri ilə birlikdə Məkkədən Qubaya çatdıqdan sonra, birgə Mədinəyə daxil olurlar. Hicrətin ikinci ilində müsəlmanlarla müşriklər arasında “Bədr” döyüşü baş verir və döyüş müsəlmanların qələbəsi ilə sona yetir. Bir çox müsəlmanların şəhadətinə səbəb olan “Ühüd” döyüşü də elə həmin il baş verir. Hicrətin 5-ci ilində “Əhzab” (Xəndək) döyüşü baş verir. Hicrətin 6-cı ilində “Hüdeybiyyə sülhü” imzalanır. Elə həmin ildə Peyğəmbər (s) müxtəlif ölkələrin padşahlarına məktub göndərərək onları İslama dəvət edir. Hicrətin 7-ci ilində “Xeybər” döyüşü baş verir və imam Əlinin (ə) qəhrəmanlığı ilə Xeybər qalası fəth olunur. Hicrətin 8-ci ilində Məkkə fəth olunur və bütxanalar dağıdılır. Elə həmin ildə Peyğəmbərin böyük qızı Zeynəb vəfat edir və İbrahim adlı oğlu dünyaya göz açır. Hicrətin 10-cu ilində Peyğəmbərin 18 aylıq övladı İbrahim dünyasını dəyişir. Hicrətin 11-ci ilində Peyğəmbər (s) “Vida” həccini yerinə yetirib, Məkkədən Mədinəyə döndükdə, “Qədir-Xum” adlı məntəqədə 120 min hacının iştirakı ilə imam Əlini (ə) Allah tərəfindən özünə canişin və müsəlmanlara rəhbər, imam təyin edir. Peyğəmbər (s) Mədinəyə qayıtdıqdan sonra, Səfər ayının 28-i dünyadan köçür. (Tarixe-təhliliye-İslam”, Ustad Rəsuli Məhəllati.)

1 2 3 4 5