Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Həzrət Muhəmməd (s) 02.01.2025

İslamın əziz Peyğəmbərinin (s) besəti

Rəcəb ayının iyirmi yeddisi, islamın əziz peyğəmərin (s) ömründən qırx il ötərkən o həzrət peyğəmbərliyə təyin olundu. O gün islamın böyük bayramlarından hesab olunur. Həzrət Məhəmmədə (s) vəhyin nazil olması ilə Allahın sonuncu peyğəmbəri (s) peyğəmbərliyə təyin olundu. Sonuncu və ən kamil din olan islam dinini bəşəriyyətə ərməğan gətirdi. Be`sət dastanı Uzun illər idi ki, peyğəmbərlərin besətindən keçirdi hər bir qəbilə özünün müxtəlif əqidələrilə yaşayırdılar. Hicaz və Məkkədə o günlər bütlərə pərəstiş edirdilər. Daş, filiz, taxta, Bəzən xurma ağacına pərəstiş edir, körpə qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Qəbilələrin çoxu müharibə halında olub qan tökürdülər. Dünya azğınlıqda batmışdı. Nəhayət, məxluqatın şərəflisi, kainatın rəhbəri, həzrət Məhəmməd (s) ibn Abdullahın doğumundan qırx il keçdi. Allah onu peyğəmbərliyə təyin etdi. Cəbrail (ə) nazil olub ilahi vəhyi xüsusi qayda və mərasimlə o həzrətə çatdırdı. Rəvayətə əsasən: (Muntəhayül-amal 1-ci bölmə 6-cı fəsil səh 72). O Həzrət (s), Hira dağından qayıdırdı. Cəlal və əzəmət nuru onu bürümüşdü. Onun vücuduna tamaşa etməyə heç kəsin gücü çatmırdı. Hər bir ağacın, bitkinin, daşın yanından ötəndə o həzrətə təzim edir, açıq dillə deyirdi – Salam olsun sənə ey Allahın peyğəmbəri, salam olsun sənə ey Allahın Rəsulu!. O Həzrət (s) Xədicənin (ə.s) evinə daxil olanda onun camalından saçan nurun şüası ilə, ev işıqlandı. Xədicə (s.ə) ərz etdi: Ey Məhəmməd! sizdə müşahidə etdiyim bu nur nədir? o Həzrət (s) buyurdu: “Peyğəmbərlik nurudur”. Sonra həzrət Xədicəyə (ə.s) xitab edib buyurdu: De: “La ilahə illəllah, Məhəmmədən rəsulullah” Xədicə ərz etdi: “İllərdir ki, mən sənin peyğəmbərliyini bilirəm” sonra Allah Təalanın birliyinə və onun peyğəmbərliyinə şəhadət verdi. O zaman Həzrət (s) buyurdu: “soyuqluq hiss edirəm, mənim üstümü paltarla ört”. Həzrət (s) üstünə paltarı çəkib yatdı. Allah Təala tərəfindən nida gəldi. “Ey paltarına bürünən, qalx camaatı Allahın əzabından qorxut , Rəbbinin ucalığına təkbir de! (Muddəsir, 1) ” O həzrət qalxdı, mübarək barmağını qulağına qoyub buyurdu: ” Allahu əkbər, Allahu əkbər!” o həzrətin səsi bütün mövcüdata çatdı , hamı ona qoşuldu. (Muntəhayül-amal 1-ci bölmə, 6-cı fəsil səh 73). Peyğəmbər (s) üç məxfi şəkildə camaatı bir Allaha tərəf təvət etdi. Sonra Cəbaril (ə) gəlib ərz etdi: “Allah-taala buyurdu ki, dəvətinə aşkar et!” O həzrət Səfa dağının yuxarısına qalxıb aşkar şəkildə camaatı enzar və dəvət etdi.

Həzrət Muhəmməd (s) 01.01.2025

Hz. Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır

Muhəmməd (s)peyğəmbəri təhqir edənlərə bu yolla öz etirazımızı bildiririk İsa ibn Məryəm: Məndən sonra adı Əhməd (Muhəmməd peyğəmbərin digər adıdır) olan bir rəsulun gəlişini sizə müjdə verirəm. Quran, Səff sur.6 HZ Muhəmmədin (S) yolu bəşəriyyətin nicatıdır “Ey Peyğəmbər həqiqətən ,biz səni bir şahid , müjdəçi və qorxudan kimi göndərdik . Və həmçinin Allahın izni ilə Ona tərəf dəvət edən ,aydın və nurlu çıraq (olaraq göndərdik) “(Əhzab 45-46) Allah təala özünün ən ali əsəri olan insanı yaratdı , ona ağıl verərək şərəfləndirdi. Ağılın kənarında ona ixtiyar , azdlıq və seçim hüququ verdi ki, təyin olunmuş hədəfinə doğru öz iradəsi ilə hərəkət etsin. (bax İnsan surəsinin ilk ayələrinə). Allah təala insanın, verilmiş bu imtiyazlarilə müstəqil şəkildə düzgün addımlaya bilməyəcəyini bildiyi üçün ona peyğəmbər göndərdi .Peyğəmbər, ağılı səhv və xətalardan qorumaq üçün koməkçi rulunu oynayır. Amma bəşər elə hesab edir ki , hədəfinə çatmaq üçün peyğəmbərə ehtiyacı yoxdur . O , xoşbəxtliyə çatmaqdan ötrü özü üçün qanunlar qəbul etmiş, idiologiya yaratmışdır .Bəşər tərəfindən yaradılmış idiologiya və qanunlar nəinki onu xoşbəxt edə bilməmiş ,əksinə onu elə bir bədbəxt və qorxunc uçuruma yuvarlamışdır ki , oradan xilas olmaq mümkünsüz görünür. Bügün bəşər butun elmi və texnaloji müvəffəqiyyətlərdən sonra dərdli-dərdli inləyir. Nədən inləyir? Əskikliyi və çatışmazlıqları nədədir? Əskikliyi, insanlıq xüsusiyyətini itirməsinə görə deyilmi? Bü gün bəşər elmi cəhətdən o qədər irəliləmişdir ki, kosmosa səfər edir, lakin, ruh , xasiyyət, təbiət və mahiyyət baxımından o qədər geriləmişdir ki, “əlinə iti qılınc almış bir divanə sərxoş” – dan başqa bir şey deyildir. Bəşərin qurtuluşu peyğəmbərlərin dəvətindədir. İndiki dünyanın bu pak dəvətə olan ehtiyacı əvvəlki əsrlərdən qat-qat çoxdur. Bəşəri , yalnız, Allah təalaya olan iman , onun qoyduğu qanunlar həqiqi xoşbəxt edə bilər. Çünki, bəşəri Allah təala yaradıb və onun təbiətinə , psixiologiyasına uyğun gələn qanunun hansı olduğunu hər kəsdən daha yaxşı bilir. Xaliqinin qanunlarını kənara qoyub başqa qanunların vasitəsilə xoşbəxt olmaq istəyən şəxs, böyük quranşünas Möhsin Qəraətinin ifadəsi ilə desək “əlinə çomaq alıb təyyarəni idarə etmək istəyən çobana bənzəyir”. Bəşərə düzgün istiqamət vermək Allah təalaya zati bir vacib olduğu üçün heç vaxt bəşəri, peyğəmbərlərin dəvətindən məhrum etməmişdir. Allah təala, bütün peyğəmbərlərin dəvətinin ən mükəmməl formasını peyğəmbərlərin sonuncusu olan Hz.Muhəmmədin (s) dəvətində yerləşdirmişdir. Hz. Muhəmməd (s) peyğəmbərin gətirdiyi sonuncu din olan İslam ən mukəmməl və cavan bir din olaraq müasir insanın suallarına və tələblərinə cavab verir. İslamın zühurundan on dörd əsr keçməsinə baxmayaraq dünya elə ilk gündə olduğu qədər ona möhtacdır. Bu ehtiyacların ümumiləşəcəyi gün bəşərin İslamın qoynuna sığınmaqdan başqa yolu qalmayacaqdır. İndiki dünyada , İslam dininin və müsəlmanların əleyhinə olan maddi, mənəvi və hərbi hücumlara baxmayaraq dünya xalqları tərəfindən ən çox qəbul olunan din İslam dinidir. Böyük britaniyalı yazar Bernard Şou (1856-1950) demişkən: “Öncədən görürəm və indidən onun nişanələri görünməkdədir ki, Muhəmmədin(s) imanı sabahkı Avropa tərəfindən qəbul ediləcəkdir və mənim etiqadıma görə əgər onun kimi bir adam yeni dünyaya rəhbər olsa , dünya problemlərinin həllində elə müvəffəqiyyət qazanacaqdır ki, bəşərin arzusu, sülh və səadəti təmin olunacaqdır “. ( Mürtəza Mütəhhəri, Peyğəmbərin davranışlarına bir baxış , səhifə 12) Bütün bunlara baxmayaraq dünyada bütun dinlərə qarşı laqeyidlik yaranmışdır. İslam da öz növbəsində bir növ böhran yaşayır . Əslində İslam dini bu böhranda kilsə səhvlərinin cəriməsini verir. Əgər intibah dövründə kilsə elm, mədəniyyət qarşısında məlum xoşagəlməz və çirkin dirənişi göstərməsəydi (Elm və mədəniyyət xadimlərinin həbs edilməsi ,yandırılması və s.) dinin heysiyyətinə bu qədər zərbə dəyməzdir . Amma, ən azı İsalam tarixini mütaliə etmiş hər bir kəs bilir ki , islam dininin kilsədən fərqi yer ilə göy qədərdir. İslam özü böyük bir mədəniyyətin əsasını qoymuş, özünün şanlı tarixində mədəniyyət ocağları yaratmış, bəşəriyyətə dahilər vermiş, elmə və mədəniyyətə böyük yardım etmişdir. İslamın gördüyü iş, kilsənin gördüyü işin tam ziddinədir. Kilsə nəinki müəyyən mədəniyyət yaratmadı, üstəlik əlinə keçən mədniyyəti də korladı. İslam isə parlaq bir mədəniyyət yaradıb dünyaya təqdim etdi. Təəssüflər olsun ki, müsəlmanlar bunu dəyərləndirə bilmədilər. Görkəmli Misir alimi Şeyx Muhəmməd Əbduhun dediyi kimi : ” Avropa öz dinini buraxdığı gündən irəlilədi, biz isə öz dinimizi buraxdığımız gündən geri qaldıq” (yenə həmin mənbə , səh.14) Hz. Muhəmmədin (s) kamil proqramı və uğuru İslam dini öncə kiçik bir dalğa kimi meydana çıxdı . Hz. Muhəmməd ibn Abdullah (s) daxili aləmi dəyişmiş, qeyb və mələkuti dənizə qovuşaraq, ilahi mərhəmətlə dolmuş bir halda “Hira” dağından enərək, “La ilahə illəllah” deyib nicat tapın – deyə çağırış etməklə bu dalğa başlandı. Dünyanın minlərlə hay-küylü, təntənəli dalğalarının əksinə olaraq ilk günlərdə İslam, yalnız üç nəfər – Muhəmməd (s) , Xədicə(s.ə) və Əli (ə) olan evin dörd divarından çölə çıxmırdı. Az vaxt ərzində bu dalğa Məkkənin digər evlərinə də yayıldı və təqribən on ildən sonra Məkkənin xaricinə, xüsusilə Mədinə şəhərinə çatdı. Az bir müddətdə Ərəbistan yarımadasının başqa nöqtələrinə də yayılan bu hərəkatın dalğaları yarım əsr keçməmiş o dövrki mədəni dünyanın hər yerini bürüdü və səsi bütün qulaqlara çatdı . Bu gün İslam Asiya, Afrika, Avropa, Amerika və dünyanın müxtəlif xalqları arasında ən çox mənsubu olan dindir. İslam çox qısa- yarım əsr ərzində dünyanın hər tərəfinə yayıldı, Xristianlıq isə Hz. İsadan (ə) neçə yüz il sonra müəyyən dərəcədə özünə yer tapdı . İslamın sürətlə genişlənməsi məsələsi, dünyanın mühüm tarixi məsələlərindən biridir. Hətta, məşhur fıransız şairi Lamartin deyr: “üç şeyi nəzərə alsaq heç kim İslam peyğəmbərinə çatmaz. Birincisi, maddi vəsaitin olmaması. Bir şəxs zühur edir, dəvət edir, hal bu ki, heç bir güc və qüdrəti yoxdur. Hətta ən yaxın adamları və qohumları belə onunla düşmənlik edirlər. O tək-tənha zühur edir, heç bir əməkdaşı və köməkçisi yoxdur .Özündən başlayır, həyat yoldaşı ona iman gətirir və evində olan kiçik yaşlı əmisi oğlu Əli(ə). İkincisi, sürətlə irəliləməsi. Üçüncüsü isə hədəfin böyüklüyüdür.” (yenə həmin mənbə səh.159) Hz. Muhəmməd (s)elə bir mühitdə dəvətə başladı ki, bu mühitin insanları son dərəcə cahil, nadan , mədəniyyətsiz, əxlaqsız, xüdpəsənd, millətçi və irqçi idilər. O cəmiyyətdə dövlət yox idi. Qəbilə qanunları, qisas- qanı ancaq qan yuyar pirinsipi, müharibələr, ədalətsizlik hökm sürürdü, qız uşaqlarını diri-diri torpağa göməcək qədər tənəzzül etmiş vəhşi xalq. Ən əsas məsələ isə bundan ibarət idi ki, onların dini Hz. Muhəmmədin (s) gətirdiyi “Tövhid” (təkallahlıq) dini ilə təmami ilə zidd olan bütpərəstlik idi. Hz. Muhəmmdin (s) hədəfi o qədər böyük idi ki, heç kəs onun qədər böyük hədəfə malik ola bilməz. O (s), son dərəcə geridə qalmış bu xalqı dəyişdirməli, elm, mədəniyyət, əxlaq, ədalət, insanlıq və s. gətirməli, bunların hamısından çətin olan qəlblərinə nüfuz edib dinlərini dəyişdirməlidir. Bəli, Hz. Muhəmməd (s) bu cür böyük və son dərəcə çətin olan bir hədəfə qısa müddətdə- 23 il ərzində nail oldu. Bu 23 ildə Həzrətin(s) dəvəti, ilk üç ili gizli şəkildə olmaqla, ümumilikdə 13 il Məkkədə, qalan 10 ili isə Mədinə şəhərində olmuşdur. Məkkə dövrü çox çətin və ağır idi, Mədinə dövrü isə çox səmərəli olmuşdur.Bu 10 il ərzində 83 müharibə baş vermişdir. Amma maraqlı cəhət bundan ibarətdir ki, bu müharibələrin heç birində Hz. Muhəmməd(s) müharibənin səbəbkarı olmamışdır. Həmişə ona(s) hücum olunub, o isə özünü müdafiə etmişdir. Burada belə bir sual yaranır : görəsən nə üçün İslam dini bu qədər sürətlə yayıldı və yayılmaqdadır? Bunun başlca səbəbi o Həzrətin(s) möcüzəsi sayılan Qurani-Kərim və O həzrətin (s) gözəl əxlaqıdır.(İnşaallah bu barədə növbəti məqalə yazılacaqdır) Hacı Samir Ağayev “Ehlibeyt-AkA.com SonUmidTv Media Group”

Həzrət Muhəmməd (s) 01.01.2025

Son peyğəmbərlik – oyanışın başlanğıcı

“Mən gözəl əxlaqı kamilləşdirmək üçün göndərildim” Mütəvatir və məşhur hədisə əsasən, o həzrətin özü buyurub: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”. Peyğəmbər (s) əxlaqi gözəlliklərin və mənəvi dəyərlərin ümumiləşməsi, kamala çatması üçün göndərildi. Bir şəxsin özü ən yüksək əxlaqi səciyyələrə malik olmasa, Allah-Taala ona bu böyük və mühüm tapşırığı verməz. Odur ki, peyğəmbərliyin əvvəllərində Allah-Taala Peyğəmbərə (s) müraciətlə buyurur: “Həqiqətən sən böyük əxlaq sahibisən”. Onun peyğəmbər kimi yetişməsi və Allah-Taalanın öz vəhyinə münasib bildiyi çıxara malik olması peyğəmbərlikdən öncəyə aiddir. Buna görə deyilmişdir ki, gənclikdə ticarətlə məşğul olan və bu yolla çoxlu gəlir əldə edən əziz Peyğəmbər (s) onların hamısını Allah yolunda verdi və yoxsullara payladı. (Vilayet.nur-az) Peyğəmbərin (s) təkamülünün sonlarında, vəhyin nazil olmasından öncə, yəni hələ peyğəmbər olmadığı dövrdə Həra dağına çıxıb ilahi nişanələrə – səmaya, ulduzlara, yerə, müxtəlif hisslərlə və müxtəlif yollarla yer üzərində yaşayan məxluqlara baxırdı. O, bunların hamısında Allahın izini görürdü, Haqq qarşısında kiçilməsi, ilahi əmr, qadağa və ilahi iradə qarşısında təzimi günbəgün çoxalırdı, gözəl əxlaqın tumurcuqları onda günbəgün daha da inkişaf edirdi. Hədisdə göstərilir ki, o ən ağıllı və ən səxavətli insan idi. Peyğəmbər (s) bu dövrdə ilahi nişanələri müşahidə etməklə günbəgün daha da yetkinləşirdi. O nəhayət qırx yaşına çatdı. Qırx yaşında onun qəlbi ən işıqlı, (Allah qarşısında) ən çox kiçilən və ilahi sözü qəbul etmək üçün ən hazırlıqlı qəlb idi. Mənəviyyatın, ruhaniliyin və nuraniliyin bu həddinə və kamilliyin zirvəsinə çatanda Allah-Taala səmanın və qeyb aləmlərinin qapılarını onun üzünə açdı, mənəvi və qeybi aləmlərə gözünü açdı. O, mələkləri görürdü; onunla danışırdılar, onları eşidirdi və nəhayət Cəbrayıl Əmin onun yanına gəlib dedi: “Oxu!” Bu, peyğəmbərliyin başlanğıcı idi. Allahın bu bənzərsiz məxluqu, ilahi vəhyin nazil olmasından öncə belə kamillik mərhələsinə çatmış bu kamil insan peyğəmbərliyinin ilk anından mürəkkəb, hərətərfli və çətin bir cihada başladı və iyirmi üç il çox çətin şəraitdə bu cihadı davam etdirdi; öz daxilində cihadı, həqiqət haqda heç bir dərki olmayan xalqla cihadı və mütləq zülmətə qərq olmuş cəmiyyətlə cihadı. İmam Əli (ə) Nəhcülbəlağədə buyurur ki, fitnələr hər tərəfdən xalqı sıxırdı, dünyagirlik, şəhvətpərəstlik, zülm, təcavüz, insanların daxilində əxlaqi qəbahətlər, güclülərin heç bir şeydən çəkinmədən zəiflərə qarşı təcavüzü baş alıb gedirdi. Bu təcavüz yalnız Məkkədə və Ərəbistan yarımadasında deyildi, o dövrün ən üstün sivilizasiyaları olan böyük Roma imperiyasında və İran şahənşahlığında da mövcud idi. Tarixə baxın; tarixi zülmət bəşərin bütün həyatını bürümüşdü. Bu əzəmətli güclə birgə mübarizə aparmaq, dayanmadan və təsəvvürolunmaz fəaliyyətlər göstərmək peyğəmbərliyin və ilahi vəhyin ilk saatlarından başlandı. İlahi vəhy də həmişə yararlı torpağa verilən təmiz su kimi o həzrətin müqəddəs qəlbinə nazil olur, ona qüvvə bəxş edirdi. Və o bu dünyanı möhtəşəm bir dəyişikliyin başlanğıcına çatdırmaq üçün əlindən gələni etdi və məqsədinə çatdı. İslam ümmətinin ilk bünövrəsi Məkkənin çətin günlərində Peyğəmbərin (s) güclü əlləri ilə quruldu. İslam ümmətinin binası bu bünövrə üzərində dayanmalı idi. İlk möminlər, bu biliyə, bu şücaətə və bu nüraniliyə malik olub Peyğəmbərin (s) sözünün mənasını dərk edən və ona könül verən ilk şəxslər bu bünövrəni təşkil edirdilər. “Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü İslam (dini) üçün açıb genişləndirər”. Hazırlıqlı ürəklər, onların bu ilahi təlimlərə, ilahi əmrlərə sarı açıq qapıları Peyğəmbərin (s) güclü əlləri ilə düzəldi, zehinlər işıqlandı, iradələr günbəgün daha da möhkəmləndi. Məkkə dövründə azsaylı möminlərin qarşısına çıxan çətinliklər bizim üçün təsəvvüredilməzdir. Bütün dəyərlərin cahiliyyət dəyərləri olduğu, yanlış təəssübkeşliklərin, güclü ədavətlərin, qəddarlığın, rəhmsizliyin, zülmün və ehtirasın bir-birinə qarışıb həyatı ağırlaşdırdığı bir şəraitdə bərk və keçilməz qayalar arasında bu yaşıl ağaclar baş qaldırdı. Əmirəlmömininin (ə) “Səhra ağacları bərk və alovu güclüdür” cümləsinin mənası budur. Qayaların arasından cücərib boy atan bu bitkiləri, ağacları heç bir tufan tərpədə bilmirdi. On üç il ötəndən sonra bu möhkəm təməllər üzərində İslam cəmiyyəti, sivil Peyğəmbər dövləti quruldu. Ayətullah Xamenei

Həzrət Muhəmməd (s) 01.01.2025

Aləmlərə rəhmət:

Ey əziz Allah rəsulu, növbəti bir viladət bayramını qeyd edirik. Sənin gəlişinlə dünyanın münəvvər olduğu günü özümüzə şadlıq və sevinc günü qəbul etmişik və bu əməli şəri hesab etmək üçün dəlillərə və izahlara ehtiyac görməmişik. Öz insani və təbii sevgi hislərimizə arxalanaraq sənə hörmət və məhəbbət əlaməti olaraq bu günü digərlərindən fərqləndirdik və müsəlmanlar üçün mübarək bildik. Hərçənd ki, bu əməlimizin bir çox dəlilləri vardır, amma sənə də qəribə gəldi bu sözlər, elə deyilmi? Axı insani hislərə görə nə dəlil və şəri sübut?! Ey əziz Allah rəsulu, qınama məni və səmimi şəkildə fikirlərimi ifadə etməyim sənə olan itaətimin məhəbbətlə qarışdığına görədir. Sən mənim və əqidə qardaşlarımın inancına görə mütləq itaəti vacib olan ilahi elçi olmaqdan əlavə sevilməli, nümunə qərar verilməli və məhəbbəti qəlblərin dərinliyində yerləşməli olan bir şəxsiyyətsən. Ey əziz Allah rəsulu, qınama məni. Yazıma və sənə olan müraciətimə qəribə sözlərlə başladım. Mövlud gününün bayram olanmasının təbiliyindən danışdım və bəlkə də bu səndə hetrət doğurdu. Amma ey əziz Allah rəsulu, biz çox qəribə bir zamanda yaşayırıq. Bir qrup özünü sənə nisbət verənlər var ki, təbii insani hislərin yaşanması və paylaşılmasını haram hesab edirlər. Necə də yalançı və zülmkar insanlardır. Sənin kimi qəlbi və əməli məhəbbətlə dolu olan bir insana yalan nisbət vermək necə də rəzil bir işdir. Lakin ey əziz Allah rəsulu, bizim zamanəmizdə belələri çoxalmış və yayılmışdır. Dünya əhalisi sənin dinini və uca Allahın bəşəriyyətə nazil etdiyi sonuncu mükəmməl dini o mənfur insanların adı ilə tanıyır. Çox ağır hal və durumdur. Bunu deməklə səni üzmək istəmədim və qəsdim əsla bu deyildi. Neyləyim ey rəsul, dərdimi sənə deməyimmi? Sən bu ümmətin atası deyilsənmi? Məgər müsəlmanların dərdinə dərman olmaq sənin adətin deyildimi? Məgər sən küfr əhlinin imana gəlməsi üçün gecəni gündüzünə qatıb çalışmırdınmı? Ey əziz Allah rəsulu, sən kiçik yaşlarından rəhmət olaraq göndərildiyini başqalarına hiss etdirirdin. Hələ 7 yaşında ikən sən öz dostlarını yığıb İbn Cəzan adlı kasıb bir kişiyə evini tikməkdə kömək etmişdin. Sən hələ elçilik vəzifəsinin icrasına başlamamışdın, amma hər kəs səni “əmin” biri kimi tanıyırdı. Elə-belədən deyildi ki, yaxşı-pis fərq etmədən hər kəs sənə əmanətini tapşırar və qəlb rahatlığı ilə səfərə yollanardı. Kəbə evinin təmiri zamanı müqəddəs qara daşın öz yerinə qoyulması kimi mühüm işdə Məkkə əhli arasında düşən münaqişə, sənə olan etimad sayəsində və sənin məntiqli məsləhətin nəticəsində qan davasına çevrilmədi. Həqiqətən sən rəhmət peyğəmbəri olmağa layiq idin. Uca Allah səni bütün peyğəmbərlərinin dili vəsf etmiş və öncədən sənin gəlişini xəbər vermişdi. Musaya Turi-Sinada gələn nurun Məkkə yaxınlığındaki bir dağda şəfəq saçacağını Allah, İsrail oğullarına bildirmişdi. Hər şeydən agah olan Allah İsanın dili ilə səni “Əhməd” deyə adlandırmışdı. “Əhməd”, “Muhəmməd” və “Mahmud” kimi gözəl ismlər sənə məxsus oldu. Həqiqətən sən uca Allah və Onun bütün mələkləri tərəfindən bəyənilmiş, seçilmiş və sevilən bir rəsul idin. Ey əziz Allah rəsulu, sən böyük əxlaq sahibi idin. Sən möminlərin halına yanırdın və günahkarlara qarşı da anlayışlı və mehriban idin. Amma bizim zamanəmizin mənfurları heç kimin halına acımırlar. Sən uşaqlara qarşı çox şəfqətli idin. Onlarla oynayar, onlara xoş davranar və salamı ilk öncə verməkdə onları qabaqlayardın. Bununla da onların qayğısına olan diqqətin vacibliyini əməli şəkildə sübut etmişdin. Hətta müharibə şəraitində belə küfr əhlinin uşaqlarının, qadınların və qocaların qətlini haram etmişdin və bunun əsla yolverilməz olduğunu bildirmişdin. İnsan və heyvan qalsın bir kənara, sən hətta ağacların belə səbəbsiz yerə kəsilməsini qadağan etmişdin. İnsafı olan hər şəxs sənin rəhmət peyğəmbəri olduğunu görürdü. Amma ey əziz Allah rəsulu, bu bizim muasir mənfurlar müqəddəs “Allahu əkbər” sədası altında müsəlman uşaqlarının başlarını vəhşicəsinə kəsirlər. Nə qadınlara rəhm edirlər, nə də qocalara. Sən kafir əsirlərə əziyyət verməyi haram etmişdin və hətta nə insan, hətta itə belə zülm olunmaz əxlaqını insanlara öyrətmişdin. Amma bu vəhşilər onlarla vuruşmayanları belə tutub öldürürlər. Əsir tutub zülm etməmək əxlaqının anlayışı belə bunlarda yoxdur. Ey əziz Allah rəsulu, sən Məkkəyə qayıtdığın və ətrafındakı minlərlə müsəlmanla birgə öz vətəninə döndüyün zaman necə lütfkar davranmışdın. Səninlə müharibələr etmiş, Həmzə və bu kimi bir çox əzizlərinin ölümünə səbəb olmuş o Məkkənin əyanları və onlara köməklik etmiş o Məkkə camaatından qisas almağa haqqın çatdığı halda onları bir göz qırpımında bağışladın və rəhmət peyğəmbəri olduğunu göstərdin. Zatən uca Allah səni Öz kitabında “kərim” biri kimi tanıtmışdı (Təkvir surəsi 19). Sən camaatla namaz qıldığın zaman bir körpənin ağlamaq səsini eşidib namazını sürətləndirmiş və tez bitirmişdin. Çünki o körpənin anası ilə birgə məscidə gəldiyini və onun ağlamağının anasını namaz zamanı narahat etdiyini sən dərk etmişdin. Bununla da insanların narahatçılığı ilə ilahi itaətin bir yerə sığmadığını əyani surətdə nümayiş etdirmişdin. Pulunu itirmiş bir qız uşağını görüb öz pulunu ona verən və incitməsinlər deyə ona qoşulub valideynlərinin yanına gedən mülayim və yumşaq qəlbli rəhmət peyğəmbəri idin sən, ey bizim mövlamız. Ey əziz Allah rəsulu və rəhmət peyğəmbəri, viladət günün mübarək olsun.

Həzrət Muhəmməd (s) 01.01.2025

İSLАM PEYĞƏMBƏRİNİN UŞАQLIĞI VƏ CАVАNLIĞI

NƏBİYYİ ƏZƏM MUHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) Şərif ləqəbi: Mustəfa. Künyələri: Əbül-Qasim, Xeyrül-bəriyyə, Nəbiyyür-rəhmət, Sahibül-mülhimə, Mühəllilüt-təyyibat, Xatəmün-nəbiyyin, Rəsulül-həmmadin, Rəhmətən lil-aləmin, Qaidül-ğürril-mühəccəlin, Əbdüllah, Xiyərətullah, Seyyidül-mürsəlin, İmamül-müttəqin, Həbibullah, Səfiyyullah, Nemətullah, Sahibül-liva, İbnül-Fəvatim, Əl-Əbdül-müəyyəd, Ənnəbiyyül-mühəzzəb, Əssəfiyyül-müгərrəb, Əl-həbibül-müntəcəb, Əl-əminül-müntəxəb, Sahibül-hövzi vəl-Kövsər, Xeyrül-bəşər, Əl-Mürtəza lil-elm, Mühərrimül-xəbais, Miftahül-cənnət, Dəvətü İbrahim, Buşra İsa. Atası: Əbdüllah Anası: Amənə binti Vəhəb. Doğulduğu gün: 17 Rəbiül-əvvəl, cümə günü, sübh çağı. Doğulduğu yer: Məkkeyi Müəzzəmə. Doğulduğu il: Fil ili (amül-fil) Vəfat etdiyi gün: 28 Səfər, bazar günü, axşam çağı. Vəfat etdiyi il: Hicrətin11-ci ili. Ömrü: 63 il. Vəfat səbəbi: Yeməyinə qatılmış zəhər. Dəfn olunduğu yer: Mədineyi-Münəvvərə. Övladlarının sayı: 7 (3 oğul, 4 qız). Oğlanları: 1. Qasim (Tahir). 2. Əbdüllah (ləqəbi Təyyib); bu iki oğlanın anası Xədicədir. 3. İbrahim (anası Mariyədir). Qızları: 1. Zeynəb. 2. Rüqəyyə. 3. Ümmü Gülsüm. 4. Fatimə (salamullahi əleyha). Mübarək üzüyündəki yazı: Kəlиmeyi-şəhadət (əşhədu ən la ilahə illəllah, əşhədu ənnə Muhəmmədən rəsulullah). Peyğəmbərin (s) doğum ili dəqiq mə’lum deyildir. İbni Hişаmın və bаşqаlаrının yаzdığınа görə o, Аmul-fildə (fil ilində) yə’ni Əbrəhə fillərlə Kə’bəni virаn etməyə gələn ildə аnаdаn olmuşdur. O hаdisəni öz gözləri ilə görənlərə əgər bu tаrix аydın olsа dа belə, bаşqаlаrı üçün mə’lum deyildir, çünki hələ də o hаdisənin hаnsı ildə bаş verməsi müəyyən edilməmişdir. Tаrixçilər Peyğəmbərin vəfаtını 632-ci milаdi ilinə аid edirlər. Peyğəmbər dünyаdаn köçəndə 63 yаşı vаrmış, deməli onun аnаdаn olmа tаrixi 569-570-ci illərə təsаdüf edir. Tаrixçilər onun həyаtı bаrəsində müxtəlif hekаyələr nəql etmişlər. Аncаq mö’təbər sənədlərə istinаd etməklə tаrixi həqiqəti dаstаn və hekаyələrdən аyırmаq olаr. O illərin hаdisələrini аydınlаşdırа biləcək yegаnə sənəd Qur’аni-kərim və Peyğəmbərin sünnəsidir. Lаkin Qur’аni-kərimdə o hаdisələrə çox qısаcа işаrə edilmişdir. Bu kiçik işаrələrə və tаrixçilərin verdiyi mə’lumаtа istinаd edərək demək olаr ki, Həzrət Məhəmməd (s) uşаqlıqdаn yetim qаlmışdır. Аtаsı Аbdullаh bəni Zöhrə tаyfаsının bаşçısı Vəhəbin qızı Аminə ilə аilə həyаtı qurduqdаn bir neçə аy sonrа, ticаrət səfərlərinin birində, Şаmdаn geri dönərkən Yəsrib şəhərində vəfаt etmişdir. Bə’zi tаrixçilər isə onun, Həzrətin (s) dünyаyа gəlişindən bir neçə аy sonrа vəfаt etdiyini yаzmışlаr. Həzrət Peyğəmbər (s) hələ körpə ikən (südəmər vаxtı) bəni Sə’d qəbiləsindən olаn Həlimə аdlı qаdının yаnındа olаn zаmаn аnаsı dünyаdаn köçmüş və bаbаsı Əbdül Müttəlib onun himаyəsini öz üzərinə götürmüşdür. Səkkiz yаşındа isə Əbdül Müttəlib dünyаdаn köçür və ondаn sonrа əmisi Əbu Tаlibin qəyyumluğu аltınа düşür. Tаrixçilərin yаzdığınа görə həzrəti Peyğəmbər (s) hələ uşаq ikən əmisinin Şаmа etdiyi ticаrət səfərlərinin birində onunlа getmişdi. Yoldа Busrа аdlаnаn yerdə Bəhirа аdlı xristiаn keşişi ilə rаstlаşmış və keşiş ondа peyğəmbərliyin əlаmətlərini görmüşdü. Keşiş onu əmisinə bərk-bərk tаpşırmış, xüsusilə bu uşаğı onunlа düşmən olаn yəhudilərdən qorumаğı tövsiyə etmişdi. Deyilənlərə görə kаrvаnlа gələnlər Bəhirаnın ətrаfındаn dаğıldıqdаn sonrа o, Həzrəti sаxlаmış və onu Lаt və Uzzаyа (büt аdlаrıdır) аnd verərək bir neçə suаlınа cаvаb verməyi istəmişdi. Həzrət (s) cаvаbındа demişdi ki, məni Lаt və Uzzаyа аnd vermə, çünki dünyаdа ən xoşumа gəlməyən şey bu iki bütdür. Bəhirа sonrа onu Аllаhа аnd vermişdi.

Həzrət Muhəmməd (s) 01.01.2025

Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?

Həzrət Peyğəmbər (s) bu dünyadan təbii ölümlə gedibdir, yoxsa şəhid olubdur? Həzrət Peyğəmbəri (s) dəfələrlə sui-qəsdə məruz qoymuşdular. Besətin əvvəllərində müşriklər onu öldürməyə qalxdılar, ancaq bacarmadılar. Həzrət (s) Mədinəyə hicrət edəndən sonra da ona qarşı bir neçə dəfə sui-qəsd olmuşdu. Biz bu əqidədəyik ki, Peyğəmbər (s) Xeybər döyüşündə zəhərləndikdən sonra bu zəhərdən şəhid olmuşdur. (Tebyan) İmam Sadiq (ə) buyurur: “Elə bir peyğəmbər və peyğəmbər vəsisi yoxdur, şəhadətə yetməmiş olsun”. Əba Sələt nəql edir ki, İmam Rza (ə) buyurmuşdur: “Bizlərdən eləsi yoxdur ki, öldürülməsin”. Həzrət Peyğəmbər (s) Xeybərdə zəhərləndiyi üçün bu zəhər bədənini məhv etdi və nəhayət mübarək gözləri dünya nurundan bağlandı. Hişam ibn Muhəmməd atasından nəql edir ki, İmam Həsən (ə) Əmirəl-möminin (ə) şəhid olandan sonra buyurmuşdu: “Peyğəmbər (s) mənə xəbər vermişdi ki, imamət – seçilmiş on iki İmamın (ə) ixtiyarındadır. Bizlərdən eləsi yoxdur ki, ya zəhərlənməsin, ya da qətl edilməsin”. Cəbrail (ə) “Ənkəbut” surəsini nazil edir və buyurur: “Ey Muhəmməd! Oxu! “Əlif, Lam, Mim.(Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Həzrət Muhəmmədə (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır). Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 1-3). Allahın Rəsulu (ə) Cəbrayilə (ə) buyurur: “Bu, nə imtahandır?”. Cəbrail (ə) deyir: “Ey Muhəmməd! Həqiqətən, Allah Təala sənə salam verir və buyurur: “Mən səndən əvvəl elə peyğəmbər göndərməmişəm, məgər o halda ki, həyatının sonunda yerində əyləşən canişinini seçsin, əhkam və yolunu diriltsin. Ona görə də düz danışan insanlar o kəslərdir ki, Allahın Peyğəmbərinin (s) əmrini icra edərlər. Və o kəslər ki, itaətsizlik edirlər – onlar yalançılardırlar. Həqiqətən, ey Muhəmməd! Sənin Allaha tərəf getməyin yaxınlaşır və Allah sənə əmr edir ki, özündən sonra Əli İbni Əbitalibi (ə) ümmətin üçün seçəsən. O, sənin canişinindir, ümməti və rəiyyəti hidayət edər. Əgər ümmət onun ardınca getsə, sağlam qalar”. Həzifə deyir: “Peyğəmbər (s) İmam Əlini (ə) çağırdı və onunla xəlvət etdi. Həmin gecə və gündüz Allahın ona tapşırdığı elm və hikməti Əliyə (ə) tapşırdı. Onu Cəbrailin (ə) dediklərindən agah etdi”. Bu hadisə Aişənin evində baş vermişdi. Aişə Peyğəmbərə (s) deyir: “Elə indi vəzifəmi yerinə yetirməkdən məni agah et. Mən də başqalarından qabaqda olum. O şey ki, mənim xeyirimədir, onu alım”. Həzrət Peyğəmbər (s) buyurur: “Sənə xəbər verirəm, ancaq heç kəsə deməyəsən. Məgər o halda ki, mən insanların arasında Allahın əmrini yerinə yetirirəm. Çünki əgər sən bu sirri saxlasan, Allah da səni dünya və axirətdə saxlayar. Sənin üçün Allahın və Rəsulunun imanında tələsmək və qabaqda olmaq üçün üstünlik vardır. Əgər zay etsən və sənə dediyimə riayət etməsən, Allahına kafir olarsan. Savabın zay olar, ziyankarlardan olarsan. Bu əməl Allaha və Rəsuluna (s) ziyan daxil etməz. Ona görə də yaxşı olar ki, bu sirri saxlayacağına görə əhd bağlayasan. Allah Təala mənə xəbər verdi ki, ömrüm sona çatır və əmr etdi ki, Əlini (ə) öz yerimə təyin edəm. Onu insanların rəhbəri qərar verim”. Aişə də bu sirri saxlayacağına söz verir. Lakin Aişə bu sirri bir az sonra Ömərin qızı Həfsəyə deyir. Allah Təala Peyğəmbəri (s) bu işdən agah edir. Uzun çəkmədi ki, bu iki qadın öz atalarını bu işdən agah etdilər. Sonra münafiqlər də bu işdən agah oldular. Dedilər ki, Muhəmməd (s) belə xəyal edir ki, xəlifəliyi öz nəslində qərar versin. Kəsra padşahı kimi əsrin sonuna qədər hakimiyyətdə olsunlar. Allaha and olsun ki, bu həyatda artıq bizin üçün bir bəhrə yoxdur. Əgər bu iş icra olarsa, xəlifəlik Əli ibni Əbitalibə (ə) verilər. Bundan sonra məlum fitnələr yer aldı. “Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şuəra” 227). Allah pənah aparırıq bütün fitnələrdən.

Həzrət Muhəmməd (s) 01.01.2025

Həzrət Məhəmmədin peyğəmbərin (s) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o Həzrətin böyük nəvəsi İmam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam Peyğəmbərinin (s) həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in (fil ili) Rəbiül-əvvəl ayının 17-də (miladi tarixi ilə 570-ci ildə), mübarək cümə günü dünyaya gəlmişdir. (Həmin il Allah-Taala Kəbə еvini uçurmağa gələn “fil səhabələri”ni “əbabil” quşları ilə məhv еtmişdir.) Həzrət İsa (ə) əsrlər öncə “İncildə” o həzrətin adını müjdə vermişdir: “Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir.” Qurani-Kərimdə də o həzrət həm Əhməd, həm də Mühəmməd adı ilə yad edilir. (“Səff” surəsi, ayə 6; “Əhzab” surəsi, ayə 40.) Nəhayət, o həzrət bir yəhudi qadının vasitəsi ilə zəhərlənərək 11-ci hicri-qəməri ilinin Səfər ayının 28-də dünyasını dəyişmişdir. Peyğəmbər (s) 25 yaşında olarkən həzrət Хədicə (s) ilə еvlənmiş və “amul-fil”in 40-cı ili, Rəcəb ayının 27-də gеcə ikən peyğəmbərliyə sеçilmişdir. O həzrət İslam dinini təbliğ etdiyi üçün 13 il Məkkədə dözülməz müsibətlərə məruz qalaraq Qürеyş kafirlərinin dinin inkişafının qarşısını aldıqları zaman Mədinə şəhərinə hicrət еtmişdir. Qеyd еtmək lazımdır ki, o həzrətin Mədinəyə hicrət еtdiyi gün İslam tariхinin başlanğıcı sayılır. Peyğəmbər (s) hicrətdən sonra, Mədinədə sakin olduğu 10 il ərzində İslam dinini kamil surətdə bəşəriyyətə çatdırmışdır. İslam Peyğəmbərinin (s) doğulduğu gecə dünyada böyük hadisəlr və möcüzələr baş vеrmişdir. O cümlədən: bütün bütlər yıxılır; İranda Kəsra eyvanı lərzəyə gəlib parçalanır və 14 sütunu sınır; Savə dəryaçası quruyur; min ildən sonra fars atəşgahı sönür. PEYĞƏMBƏRİN (S) ATA VƏ ANASI Tarixdə Peyğəmbərin (s) atası Abdullah haqda belə yazılır: Bir gün Əbdül-Müttəlib Zəmzəm quyusu qazılanda nəzr edir ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban etsin. Onun duası qəbul olur və Allah-Taala ona onuncu oğulu, yəni Abdullahı əta etdikdə, Əbdül-Müttəlib öz nəzərini yerinə yetirmək məqsədilə övladları arasında püşk atır. Püşk Abdullaha düşür. Abdullahı qurbangaha aparır. Bu iş sonralar bir adətə çevrilməsin deyə, qohum-əqraba yığışıb bu işə mane olmaq istəyirlər. Təklif edirlər ki, on dəvə və Abdullah arasında püşk atılsın. Püşk yenə də Abdullaha düşür. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşür. Beləcə, 100 dəvə Abdullahı əvəz edir. Peyğəmbərin (s) atası Abdullah çox yaşamır. O, Amənə ilə evləndikdən sonra, Peyğəmbər (s) dünyaya gəlməzdən öncə Şam səfərindən qayıdarkən xəstələnir və 25 yaşında ikən Mədinədə dünyasını dəyişir. Peyğəmbər (s) dünyaya gəldikdən sonra babası Əbdül-Müttəlibin himayəsinə keçir. Peyğəmbərin (s) anasının adı Amənədir. Amənə o həzrəti (s) dünyaya gətirdikdən bir müddət sonra ona süd vermək üçün Bəni-Səd qəbiləsindən olan Həlimə Sədiyyə adlı bir qadını dayə tuturlar. Peyğəmbər (s) beş il dayənin yanında qalıb, sonra ana qucağına qayıdır. Amənə bir müddət sonra öz övladı Peyğəmbərlə (s) birgə qohumlarını görmək və həyat yoldaşı Abdullahın qəbrini zyarət etmək üçün Mədinəyə gedir. Mədinədə bir ay qaldıqdan sonra geri dönərkən xəstələnib yolda otuz yaşında ikən vəfat edir. Onu Mədinə ilə Məkkə yolnun kənarında Əbva adlı bir yerdə dəfn edirlər. Anasının dəfnindən sonra Ümmü-Əymən adlı bir qadın Peyğəmbəri (s) gətirib Əbdül-Müttəlibə çatdırır. Peyğəmbər (s) səkkiz yaşında olarkən babası Əbdül-Müttəlib də dünyasını dəyişir, sonra onu əmisi Əbu Talib və onun həyat yoldaşı Fatimə binti Əsəd öz himayələrinə götürürlər. PEYĞəMBƏRİN (S) ÖVLADLARI İslam Peyğəmbərinin (s) üç oğlu və dörd qız övladı olmuşdur. Oğlanları: Qasim, Abdullah və İbrahim. –Qasim; Peyğəmbər (s) bu münasibətlə “Əbülqasim” adlanmışdır. Qasim iki yaşında ikən Məkkədə vəfat etmişdir. –Abdullah; Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan sonra Abdullah anadan olub və Məkkədə vəfat etmişdir. Bəziləri onun adını Təyyib və Tahir kimi də qeyd etmişlər. –İbrahim; Mədinədə o həzrətin Qibtiyyə Mariyyə adlı zövcəsindən olmuş, hicrətin 10-cu ilində on yeddi aylığında vəfat etmiş və Bəqidə dəfn olunmuşdur. Qızları: Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə). –Zeynəb Peyğəmbərin (s) böyük qızıdır. O həzrətin Xədicə ilə izdivacından beş il sonra doğulmuşdur. Öz xalası oğlu Əbülas ibn Rəbi ilə ailə qurmuş və 8-ci hicri-qəməri ilində vəfat etmişdir. –Rüqəyyə İslamdan əvvəl doğulmuşdur. Əvvəlcə Əbu Ləhəbin oğlu Utbəyə nişanlanmış, lakin “Təbbət” surəsi nazil olduqdan sonra Əbu Ləhəbin göstərişi ilə toydan qabaq ayrılmışdır. Sonra Osman ibn Əfvan ilə izdivac etmişdir. İkinci hicri-qəməri ilində dünyasını dəyişmişdir. –Ümmü-Gülsüm də Məkkədə doğulmuş, bacısı Rüqəyyə kimi Əbu Ləhəbin digər oğlu Üteybə ilə izdivac etmiş, lakin “Təbbət” surəsi nazil olduqdan sonra ayrılmışdır. Bacısı Rüqəyyə vəfat etdikdən sonra Osmana ərə getmişdir. Üçüncü hicri-qəməri ilində vəfat etmişdir. –Fatimeyi-Zəhra (s) “besət”dən (Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan) beş il sonra doğulmuşdur. Hicrətdən iki ay sonra Mədinədə imam Əli (ə) ilə ailə qurmuş və on səkkiz yaşında ikən, İslam Peyğəmbəri (s) əbədiyyətə qovuşduqdan doxsan beş gün sonra şəhadətə yetmişdir. Peyğəmbər (s) özü həyatda ikən xanım Fatimeyi-Zəhradan (ə) başqa, bütün övladları dünyadan köçürlər. O həzrətin iki oğul və dörd qızı Xədicədən, İbrahim adlı digər bir oğlu isə Mariyyə Qibtiyyədən doğulur. Başqa zövcələrindən övladı olmuur. İslam peyğəmbərİnİn (s) RİSALƏTİ İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə hər il bir neçə günlük “Hira” mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı. Peyğəmbər (s) qırx yaşında ikən, hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də vəhy mələyi Cəbrail-Əminin Allah tərəfindən nazil olması və “Ələq” surəsinin bir neçə ayəsinin tilavəti ilə peyğəmbərliyə seçilir. O həzrətə iman gətirən və dəvətini qəbul edən ilk kişi imam Əli (ə) və ilk qadın Peyğəmbərin (s) həyat yoldaşı Xədicə olur. Məkkədə şərait münasib olmadığı və bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan Peyğəmbər (s) dəvətini məhdud və gizli şəkildə başlayır. Bu müddətdə bir dəstə o həzrətə iman gətirir. Üç il gizli dəvətdən sonra, ilk mərhələdə Allah tərəfindən   «و انذر عشیرتک الاقربین» (Yaxınlarını ilahi əzabla qorxut – “Şüəra”/214) – ayəsi nazil olmaqla, o həzrət qohum-əqrəbasını bir yerə toplayaraq risalət və peyğəmbərlik vəzifəsini aşkar şəkildə elan edir. İkinci mərhələdə isə Peyğəmbər فاصدع بما تؤمر و اعرض عن المشرکین انا کفیناک المستهزئین (Sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir. Həqiqətən, Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq! – “Hicr”/94-95) – ayəsini almaqla ümumi dəvətə başlayır. Bundan sonra müxaliflərin düşmənçiliyi alovlanır. Düşmən Həzrətin risalətinə qarşı bütün vasitələrdən istifadə edir. Peyğəmbər və onun tərəfdarları böhtanlarla, istehzalarla və cismani işgəncələrlə qarşılaşırlar. Bu minvalla, o həzrətin peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə Peyğəmbərin (s) evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yataraq, o həzrət tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Mədinə əhalisi Peyğəmbəri (s) Mədinənin altı kilometrliyində yerləşən “Quba” məntəqəsində qarşılayır. (Elə həmin məntəqədə İslamın ilk məscidi – “Quba məscidi”, ondan sonra isə Mədinənin özündə “Peyğəmbər məscidi” bina edilir.) İmam Əli (ə) Məkkədə qalan bəzi ailə üzvləri ilə birlikdə Məkkədən Qubaya çatdıqdan sonra, birgə Mədinəyə daxil olurlar. Hicrətin ikinci ilində müsəlmanlarla müşriklər arasında “Bədr” döyüşü baş verir və döyüş müsəlmanların qələbəsi ilə sona yetir. Bir çox müsəlmanların şəhadətinə səbəb olan “Ühüd” döyüşü də elə həmin il baş verir. Hicrətin 5-ci ilində “Əhzab” (Xəndək) döyüşü baş verir. Hicrətin 6-cı ilində “Hüdeybiyyə sülhü” imzalanır. Elə həmin ildə Peyğəmbər (s) müxtəlif ölkələrin padşahlarına məktub göndərərək onları İslama dəvət edir. Hicrətin 7-ci ilində “Xeybər” döyüşü baş verir və imam Əlinin (ə) qəhrəmanlığı ilə Xeybər qalası fəth olunur. Hicrətin 8-ci ilində Məkkə fəth olunur və bütxanalar dağıdılır. Elə həmin ildə Peyğəmbərin böyük qızı Zeynəb vəfat edir və İbrahim adlı oğlu dünyaya göz açır. Hicrətin 10-cu ilində Peyğəmbərin 18 aylıq övladı İbrahim dünyasını dəyişir. Hicrətin 11-ci ilində Peyğəmbər (s) “Vida” həccini yerinə yetirib, Məkkədən Mədinəyə döndükdə, “Qədir-Xum” adlı məntəqədə 120 min hacının iştirakı ilə imam Əlini (ə) Allah tərəfindən özünə canişin və müsəlmanlara rəhbər, imam təyin edir. Peyğəmbər (s) Mədinəyə qayıtdıqdan sonra, Səfər ayının 28-i dünyadan köçür. (Tarixe-təhliliye-İslam”, Ustad Rəsuli Məhəllati.)

Həzrət Muhəmməd (s) 30.12.2024

Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?

Həzrət Peyğəmbər (s) bu dünyadan təbii ölümlə gedibdir, yoxsa şəhid olubdur? Həzrət Peyğəmbəri (s) dəfələrlə sui-qəsdə məruz qoymuşdular. Besətin əvvəllərində müşriklər onu öldürməyə qalxdılar, ancaq bacarmadılar. Həzrət (s) Mədinəyə hicrət edəndən sonra da ona qarşı bir neçə dəfə sui-qəsd olmuşdu. Biz bu əqidədəyik ki, Peyğəmbər (s) Xeybər döyüşündə zəhərləndikdən sonra bu zəhərdən şəhid olmuşdur. (Tebyan) İmam Sadiq (ə) buyurur: “Elə bir peyğəmbər və peyğəmbər vəsisi yoxdur, şəhadətə yetməmiş olsun”. Əba Sələt nəql edir ki, İmam Rza (ə) buyurmuşdur: “Bizlərdən eləsi yoxdur ki, öldürülməsin”. Həzrət Peyğəmbər (s) Xeybərdə zəhərləndiyi üçün bu zəhər bədənini məhv etdi və nəhayət mübarək gözləri dünya nurundan bağlandı. Hişam ibn Muhəmməd atasından nəql edir ki, İmam Həsən (ə) Əmirəl-möminin (ə) şəhid olandan sonra buyurmuşdu: “Peyğəmbər (s) mənə xəbər vermişdi ki, imamət – seçilmiş on iki İmamın (ə) ixtiyarındadır. Bizlərdən eləsi yoxdur ki, ya zəhərlənməsin, ya da qətl edilməsin”. Cəbrail (ə) “Ənkəbut” surəsini nazil edir və buyurur: “Ey Muhəmməd! Oxu! “Əlif, Lam, Mim.(Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Həzrət Muhəmmədə (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır). Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 1-3). Allahın Rəsulu (ə) Cəbrayilə (ə) buyurur: “Bu, nə imtahandır?”. Cəbrail (ə) deyir: “Ey Muhəmməd! Həqiqətən, Allah Təala sənə salam verir və buyurur: “Mən səndən əvvəl elə peyğəmbər göndərməmişəm, məgər o halda ki, həyatının sonunda yerində əyləşən canişinini seçsin, əhkam və yolunu diriltsin. Ona görə də düz danışan insanlar o kəslərdir ki, Allahın Peyğəmbərinin (s) əmrini icra edərlər. Və o kəslər ki, itaətsizlik edirlər – onlar yalançılardırlar. Həqiqətən, ey Muhəmməd! Sənin Allaha tərəf getməyin yaxınlaşır və Allah sənə əmr edir ki, özündən sonra Əli İbni Əbitalibi (ə) ümmətin üçün seçəsən. O, sənin canişinindir, ümməti və rəiyyəti hidayət edər. Əgər ümmət onun ardınca getsə, sağlam qalar”. Həzifə deyir: “Peyğəmbər (s) İmam Əlini (ə) çağırdı və onunla xəlvət etdi. Həmin gecə və gündüz Allahın ona tapşırdığı elm və hikməti Əliyə (ə) tapşırdı. Onu Cəbrailin (ə) dediklərindən agah etdi”. Bu hadisə Aişənin evində baş vermişdi. Aişə Peyğəmbərə (s) deyir: “Elə indi vəzifəmi yerinə yetirməkdən məni agah et. Mən də başqalarından qabaqda olum. O şey ki, mənim xeyirimədir, onu alım”. Həzrət Peyğəmbər (s) buyurur: “Sənə xəbər verirəm, ancaq heç kəsə deməyəsən. Məgər o halda ki, mən insanların arasında Allahın əmrini yerinə yetirirəm. Çünki əgər sən bu sirri saxlasan, Allah da səni dünya və axirətdə saxlayar. Sənin üçün Allahın və Rəsulunun imanında tələsmək və qabaqda olmaq üçün üstünlik vardır. Əgər zay etsən və sənə dediyimə riayət etməsən, Allahına kafir olarsan. Savabın zay olar, ziyankarlardan olarsan. Bu əməl Allaha və Rəsuluna (s) ziyan daxil etməz. Ona görə də yaxşı olar ki, bu sirri saxlayacağına görə əhd bağlayasan. Allah Təala mənə xəbər verdi ki, ömrüm sona çatır və əmr etdi ki, Əlini (ə) öz yerimə təyin edəm. Onu insanların rəhbəri qərar verim”. Aişə də bu sirri saxlayacağına söz verir. Lakin Aişə bu sirri bir az sonra Ömərin qızı Həfsəyə deyir. Allah Təala Peyğəmbəri (s) bu işdən agah edir. Uzun çəkmədi ki, bu iki qadın öz atalarını bu işdən agah etdilər. Sonra münafiqlər də bu işdən agah oldular. Dedilər ki, Muhəmməd (s) belə xəyal edir ki, xəlifəliyi öz nəslində qərar versin. Kəsra padşahı kimi əsrin sonuna qədər hakimiyyətdə olsunlar. Allaha and olsun ki, bu həyatda artıq bizin üçün bir bəhrə yoxdur. Əgər bu iş icra olarsa, xəlifəlik Əli ibni Əbitalibə (ə) verilər. Bundan sonra məlum fitnələr yer aldı. “Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şuəra” 227). Allah pənah aparırıq bütün fitnələrdən.

Həzrət Muhəmməd (s) 30.12.2024

MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR

Bismillahir-Rəhmanir-Rəhim MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR Qurani-Kərimə əsasən, İsa Məsih, özündən sonra Əhməd adli bir peyğəmbərin gəlişini, öz ümmətinə müjdə vermişdir. Quranda bu məsələ Səf surəsinin 6- ci ayəsində bu cür açıqlanmışdır: “Və İsa ibn Məryəmin bu cür buyurduğunu (xatırla): Ey İsrail övladları! Mən Allahın sizin üçün göndərdiyi elçiyəm, əlimdəki Tövratı təsdiq edirəm, və məndən sonra adı Əhməd olan bir elçının gəlişini sizə müjdə verirəm. O(Əhməd), dəlillərlə onların yanına gəldikdə isə onlar: “bu açıq-aşkar sehrdir” dedilər.” Hər hansı bir şəxsin peyğəmbərliyini təsdiq edən dəlillərdən biri də əvvəlki peyğəmbərin, onun gəlişini xəbər verməsi, onun üçün sadaladığı xüsusiyyətlərin, həmin şəxsdə, tam əksini tapmasıdır. Musa peyğəmbərin İsa Məsihin, İsa Məsihin isə Əhmədin(s) gəlişini xəbər verməsi və deyilən xüsusiyyətlərin öz əksini dəqiqliyi ilə tapması, bu məsələni bir daha sübut edir. Bizim məqsədimiz, Qurani-Kərimin verdiyi bu xəbəri indiki İncillərdə araşdirmaqdır. Amma əvvəlcə, yuxarıdakı ayəni oxuyarkən, oxucuda yarana biləcək bir sualı cavablandırmaq məcburiyyətindəyik. O, da bundan ibarətdir ki, peyğəmbərimizin adı Muhəmməddir(s), İsa Məsihin müjdə verdiyi peyğəmbərin adı isə Əhməddir. Bunu necə izah etmək olar? Cavab çox bəsitdir, hz.Muhəmmədin tarixi ilə tanış olan hər kəs bilir ki, Əhməd hz.Muhəmmədin digər məşhur adıdır. Muhəmməd adını onun babası Əbdulmüttəlib, Əhməd adını isə, anası Amənə xanım ona vermışdir. O Həzrət uşaq ikən, camaat, hər iki adı ilə onu çağırırdılar. Bu faktı Hələbinin “sirə” kitabından oxuya bilərsiniz. Mövzu ilə əlaqədar digər iki dəlili sizə təgdim edirik: 1.Hz.Muhəmmədin hamisi, qəyyumu, 49 il pərvanə kimi ətrafında dolanan, onu qorumaq üçün mal və canından keçən əmisi Əbutalib, onun barəsində dediyi şerlərdə, onu, həm Muhəmməd, həm də Əhməd adı ilə yad etmişdir. Onun söylədiyi şerlər indi “Divani-Əbutalib” adı ilə bir kitab kimi əlimizdədir. Oradan bəzi beytləri sizə təqdim edirik: ان یکن ما اتی به احمد الیوم سنائ و کان فی الحشر دینا “ƏHMƏDİN gətirdikləri bu gün nur və işıqdır, sabah Qiyamətdə isə mükafat olacaqdır.”(səh.2519) لقد اکرم الله النبی محمدا فاکرم خلق الله فی الناس احمد “Artıq Allah MUHƏMMƏD peyğəmbəri əziz və hörmətli etmişdir, bu üzdən insanlarin ən hörmətlisi ƏHMƏDDİR.”(İbn Əsakirin tarixi, c.1, s.275) Həmçinin peyğəmbərin şairi Həssan ibn Sabit də öz şerlərində hz. Muhəmmədi Əhməd adı ilə xatırlamışdır: فمن کان او من یکون کاحمد نظام لحق او نکال لملحد “Kim keçmişdə və gələcəkdə ƏHMƏD kimi ola bilər? O, həqiqət yolunu aşkar etdi və inadkarlardan intiqam aldı.”(Divanu Həssan ibn Sabit, Muhəmmər İzzət Nusrətullah, çap Beyrut, səh.59) 2.Deyilənlərdən əlavə, bunu da dəlil olaraq qeyd etmək lazımdır ki, Səf surəsinin ayəsi nazil olarkən, Nəcran məntəqəsi ərəbistan yarımadasında xristianların mərkəzi idi, burada və ətraf məntəqələrdə bir çox xristian keşişləri və yəhudi alimləri yaşayırdılar. Onlardan heç birisi, etiraz edib “İncilin müjdə verdiyi peyğəmbərin adı Əhməddir, İslam peyğəmbərinin adı isə Muhəmməddir” deməmişdir. əgər onlar tərəfindən belə bir etiraz olunsaydı, heç şübhəsis tarix onu bizə nəql edərdi. Bunu da nəzərə almaq lazımdır ki, əgər, peyğəmbərimizin digər məşhur adı Əhməd olmasaydi, bu islam düşmənləri olan müşriklərin əlində və həmçinin, hz. Muhəmmədlə danışmaq üçün, sonralar, Mədinə şəhərinə gəlmiş Nəcran xristianlarınin əlində böyük bir bəhanə olardı. Ümumiyyətlə, bir fərdin iki ad daşıması, indiki dövrdə olduğu kimi, keçmişdə də adi hal olmuşdur. Hətta, biz, böyük peyğəmbərlərin iki ad daşımasınin şahidi oluruq: Yəqub-İsrail, Məsih-İsa, Yuşəə-Zulkifl, Yunus-Zunnun və s. Səf surəsindən əlavə, Qurani-Kərim, digər surələrdə də açıq-aşkar bəyan edir ki, əgər Tövrat və İncilin ardıcılları öz kitablarını (Tövratı və İncili) oxusalar, Hz. Muhəmmədin adını, xüsusiyyətlərini orada görəcəklər. Bu məsələ, Əraf surəsinin 157 ci ayəsində öz əksini tapmışdir. Bu və oxşar ayələr nazil olanda, yəhudi və xristian alimləri, Qurani-Kərimin bu iddiaları qarşısında, sadəcə susurdular. Heç kəs etiraz səsini ucaltmırdı. Bunun özü, o dönəmdə, bir çox yəhudi və xristinın, İslam dinini qəbul etməsinə səbəb olmuşdur. İndiki İncillər və İsa Məsihin müjdəsi Şübhə yoxdur ki, İsa Məsihin müjdəsi, onun öz İncilində olmuşdur. Əgər indiki İncillərdə belə bir müjdənin olmamasını fərz etsək, yenə də bu, həmin müjdənin, İsa Məsihin öz İncilində olmaması anlamına gəlməz. Indiki İncillərin mətnləri sübut edir ki, hər bir həvari (hz.İsanın köməkçisi) və qeyri-həvari bir İncil yazmış, hər kəs düşüncəsi qədər, hz. İsanın kəlamlarını, əməl və rəftarını, əmrlərini toplamış, bununla kifayətlənməyib, öz müşahidələrini, eşitdiklərini və təxminlərini onlara qarışdiraraq “İncil” adı ilə yaymışdir. İsa Məsihin İncilinin birdən çox olmamasına baxmayaraq, müxtəlif və çoxlu, fərqli İncillər, ondan sonra yazılmış və hər bir yazar iddia etmişdir ki, onun yazdığı “İncil”, İsa Məsihin bəşərin xilası üçün gətirdiyi İncildir. Ingiltərənin Dövlət Ensiklopediyası, 25 incilin adını çəkərək, qeyd edir ki, bu incillər ilk əsrlərdə xristianlar arasında çox geniş yayılmışdı. Hər bir xristian ruhanisi, bu incillərdə müəyyən dəyişikliklər etmiş və bəzi incillərdən istifadə etməyi haram etmişlər.(cild 2, çap 13, səh.179-180) Xristian ruhani idarəsi, bu incillərdən dördünün rəsmiyyətini tanımış, qalanı isə etibarsız hesab etmişdir. Rəsmi dörd incil aşağıdakılardır: 1.Mattanın İncili: o, hz.Məsihin şagirdlərindən biridir, öz İncilini digər İncillərdən daha tez nəşr etmişdir. Bu İncilin nə vaxt yazildığı dəqiq bilinməsə də, bəziləri, 38, bəziləri isə 50, 60 cı illərdə yazıldığını iddia etmişlər.(Qamuse Ketabe Moqəddəs, Beyrut 1928 m.) 2.Marksın İncili: İncili şərh edən alimlərin(müfəssirlərin) nəzərinə görə o, həvari olmamışdır, öz İncilini, həvarilərdən olan Petrosun köməyi ilə yazmışdır. 3.Lukanın İncili: məşhur nəzərə əsasən o, öz İncilini, həvarilərdən olan Pulesin köməyi ilə yazmışdır. Luka həmişə səfərlərdə Pulesin yol yoldaşı idi. Incili təxminən 63 cü ildə yazmışdır.(Həmin mənbə) 4.Yuhənnanın(İohan) İncili: qədim yazarlar, bu İncili ən axırıncı yazılmış İncil bilirlər. əksər tənqidçilər, onun birinci əsrin sonlarında, bəziləri isə, ikinci əsrin əvvəllərində yazıldığına inanır. Onun müəllifinin, rəsul(elçı) Yuhənna deyil, şeyx Yuhənna olduğunu bildirmişlər.(Həmin) Qeyd olunmalıdır ki, bu dörd İncillərdə də, çoxlu bir-birinə əks və ziddiyyətli məsələlər mövcuddur. Bu xristian dünyasının rəsmi İncillərinin vəziyyətidir…! Buradan da etibardan salınmış incillərin vəziyyəti aydın olur. Göründüyü kimi, bu İncillərdən heç birisi, hz.Məsihin orjinal İncili deyil, hətta, bu dörd kitabın, öz müəlliflərinə aid olması qəti deyildir. Mattadan başqa heç bir müəllif, öz kitabının mətnini, hz.Məsihdən almamışdır. Həqiqətdə, Marksın İncili, Petrosun açıqlamalarının xülasəsi, Lukanın İncili isə, Pulesin fikirləridir. Bundan əlavə, Yuhənnanın İncilinin müəllifinin kimliyi də bəlli deyildir. Bu vəziyyətlə, Səf surəsində deyilən müjdənin, indiki İncillərdə qorunub saxlanmasına inanmaq çətinləşir. Amma Qurani-Kərim və İslam peyğəmbərinin nurunun, bütün əsrlərdə, qaranlıqları işıqlandırıb, aləmə saçması, Allah Təalanın iradə və istəyi olduğu üçün, İsadan sonra adı Əhməd olan peyğəmbərin gəlişi müjdəsi, Yuhənnanın İncilində açıq-aşkar qorunub saxlanmışdır. Incilin şərhçiləri, bu müjdəyə aid ayələri başqa istiqamətdə yozmağa çalışsalar da, həmin ayələrin mətnlərinə azacıq diqqət yetirməklə həqiqət gün kimi aydın olur. Yuhənnanın İncilindəki müjdə Bu müjdə dörd İncilin içərisindən təkcə Yuhənnanın İncilində 14, 15 və 16 cı fəsillərdə qeyd olunmuşdur, Suryani dilində (Suriya xalqının dili olmuşdur) yazılmış İncillərdə(Qeyd edək ki, bəzilərinin nəzərinə görə, İncillər arasında həqiqətə ən çox yaxın olan, Suryani dilində yazılmış İncillərdir) isə hz. Məsihin müjdə verdiyi peyğəmbərin adı “Farqlit” olaraq ifadə olunmuşdu. Yuhənnanın İncili, əvvəlcədən, yunan dilində yazıldığı üçün, bəzi alimlərin fikrinə görə bu kəlmə yunan mənşəlidir. (Buna işarə olunacaqdır.) Mühüm qeyd: 1. İsa Məsih ibri(yəhudi) dilində danışırdı, çünki, o, onların içində böyüyüb, boya-başa çatmışdı. Incillərin müəllifləri arasında, təkcə, Matta öz İncilini, ibri dilində yazmışdır. Qalan üç İncil isə, yunan dilində yazılmışdır. Buna əsasən, İsa Məsihin müjdəsində işlətdiyi həmin adın əsli, aradan getmişdir. Çünki, bu müjdə təkcə Yuhənnanın İncilində gəlmiş, o da yunan dilində yazmışdır. 2.”Farqlit” kəlməsi, Suriya xalqının danışmış olduğu suryani dilindədir və bu dildə yazılmış İncillərdə bu kəlmə işlənmişdir. Islam alimlərinin və İncilin şərhçilərinin yekdil nəzəri, bundan ibarətdir ki, bu söz, yunan dilindən alınmışdir. Amma bu sözün yunan dilində hansı kökdən alındığı barədə, nəzərləri toqquşmuşdur. Islam alimlərinin nəzərinə görə, bu söz yunanca “priklitus” kökündən alınmış, mənası Muhəmməd və Əhməddir.(qeyd edək ki, bu adların hər ikisi, ərəb dilində “həmd” kökündən olub mənası ” bəyənilmiş, tərifə layiq” deməkdir.) İncilin şərhçilərinin nəzərinə görə isə bu sözün yunanca kökü “parklitus”dur, bu da “təsəlli verən” mənasındadır. Buna əsasən, həqiqəti gərək ayələrin mətnlərində axtarasan. 3.Bu ehtimalı da verə bilərik ki, hz. Məsih müjdə verdiyi peyğəmbərin adını çəkib, məsələn: deyib ki, Əhməddir. Amma dördüncü İncilin müəllifi Yuhənna, həmin adı, öz zövqünə uyğun, yunancaya tərcümə etmişdir. Halbu ki, adlar tərcümə olunmamalıdır. 4.Ayətullah Cəfər Subhani “Əhməd movude İncil” kitabında yazır: Fars dilinə tərcümə olunmuş İncillərdə “Farqlita” təsəlli verən kimi verilmişdir, İncilin şərhçiləri onu “Ruhul-qudus” (Cəbrail, ya da, Allahın qeybi yardımı) kimi izah etmişlər. Biz möhkəm dəlillərlə sübut edərik ki, heç vaxt “Farqlitanı” “ruhul-qudus” kimi şərh etmək olmaz. 5.Farqlitanı “ruhul-qudus” kimi şərh edənlər bu cür deyirlər: İsa çarmıxa çəkildikdən 50 gün sonra “ruhul-qudus”, bir evdə toplaşmış həvarilərə nazil oldu. Gözlənilmədən şiddətli küləyin səsinə oxşar, səmadan bir səs gəldi, və onlar hamısı “ruhul-qudusla” doldular və müxtəlif dillərdə danışmağa başladılar, elə bil ki, onların ruhuna bu qüdrət verilmişdi.(Ə`male Həvaryin, 1-5 ci fəsillər) İncil Farqlitanın gəlişini müjdə verir Təhqiqatçıların nəzərinə görə İsa Məsihin berdiyi bu müjdə, Yuhənnanın İncilində, 14, 15 və 16 vi fəsillərdə gəlmişdir. Isa Məsih, özündən sonra, Farqlit adli bir şəxsin gəlişini, xəbər vermişdir və çoxlu faktlar vardır ki, bu şəxsin, islam Peyğəmbəri olduğunu bildirir. Indi biz İncilin bu barədəki ayələrini gözdən keçirək: “Əgər məni sevirsinizsə, mənim şəriətimi qoruyun və mən Atadan istəyərəm ki, başqasını sizə versin. O, əbədi olaraq sizinlə qalacaqdır. O, haq və doğru bir Ruhdur ki, dünya onu qəbul etmək iqtidarında olmaz, çünki, o (dünya), görmür və tanımır. Amma siz, onu tanıyırsınız, çünki, sizin yanınızda qalacaq və sixdə olacaqdır.(Yuhənnanın İncili, 14 cü fəsil, 15-17 ci cümlələr, London 1837 m) Mən bu sözləri aranızda ikən sizə söylədim, lakin, Atanın göndərəcəyi (Farqlit), hər şeyi sizə öyrədəcəkdir və mənim dediklərimi yadınıza salacaqdır.(14, cümlə 25-26) Bu hadisə baş verməmiş, sizə xəbər verdim ki, baş verəndə iman gətirəsiniz.(14, 29 cu cümlə) Ata tərəfindən sizin üçün göndərəcəyim Farqlit, doğru bir ruhdur ki, Ata tərəfindən gəlib, mənim barəmdə şəhadət verəcək, (peyğəmbərliyimi təsdiq edəcəkdir). (15, cümlə 26) Sizə doğrunu soyləyirəm, (Mən getməliyəm), getməyim sizin üçün faydalıdır, əgər, mən getməsəm, o Farqlit yanınıza gəlməz. Amma mən getsəm, onu sizin yanınıza göndərərəm…(16, cüm, 7-15)” Farqlitadan məqsəd nədir? Burada aydin faktlar, onu gostərir ki, Farqlitadan məqsəd, İsa Məsihdən sonra gələcək peyğəmbərdir, Ruhul-qudus yox: 1.Bəzi xristian qaynaqlarında qeyd olunur ki, İslamdan əvvəl incil alimlərinin inancında, Farqlita, gözlənilən peyğəmbər idi. Hətta bəziləri bundan sui-istifadə edərək özünü, gözlənilən Farqlita kimi təqdim etmiş və yalandan peyğəmbərlik iddiası etmişdir. Məsələn, ikinci əsrdə yaşamış və kiçik Asiyada yalandan peyğəmbərlik iddiası etmiş Mentis bu cür demişdir: mən, İsa Məsihin, gəlişindən xəbər verdiyi Farqlitayam. Nəticədə isə, bir qrup insan onun ardıcılı olmuşdur.(Ənisul-Ə`lam, c.2, səh.179) 2.İslam tarixindən də, tamamilə aydın olan bir fakt bundan ibarətdir ki, İslam Peyğəmbərinin seçildiyi dövrlərdə, xristian dünyasının siyasi və ruhani liderləri, İncilin vəd etdiyi peyğəmbərin intizarında olublar. Bu səbəbdən, Peyğəmbərin məktubu, Həbəşistan (Efiopiya)kralına təqdim olunanda, o, məktubu oxuyandan sonra, belə dedi: mən şəhadət verirəm ki, Muhamməd, kitab-əhlinin gözlədiyi həmin peyğəmbərdir. Musa peyğəmbər, İsanın peyğəmbərliyini xəbər verdiyi kimi, İsa da sonuncu peyğəmbərin gəlişini müjdə vermiş, onu əlamət və nişanələrini söyləmişdir.(Ət-Təbəgatul- Kubra, 1/179). Hz.Muhəmmədin(s) məktubu Şam qeysərinə təqdim olunanda, o, məktubu oxuduqdan və İslam Peyğəmbəri barədə təhqiqat apardıqdan sonra, o həzrətə bu cür cavab yazdı: məktubunuzu oxudum, dəvətinizdən agah oldum. Mən bilirdim bir peyğəmbər gələcək, amma güman edirdim ki, bu peyğəmbər Şamdan çıxacaqdır…(al-Kamil, 2/44) Bu tarixi mətnlərdən bəlli olur ki, onlar, bir peyğəmbərin intizarında olublar və bu intizarın kökü, şübhəsiz ki, İncildən qaynaqlanırdı. İncilin mətnindən əldə olunan nəticələr 1.Əgər fikir verdiniz isə, hz.Məsih öz sözlərini bu cür başlayır: “Əgər məni sevirsinizsə, şəriətimi qoruyun və mən Atadan istəyərəm ki, başqasını sizə versin. Həzrət burada öz məhəbbətini ona görə həvarilərinə xatırladır ki, öz ümmətindən bir qrupunun, bu xəbəri qəbul etməməsi ehtimalını verirdi. Ona görə, qəbul etmək üçün şərait hazırlayırdı. əgər Farqlitdən məqsəd, İncilin şərhçilərinin təsəvvür etdiyi kimi, Ruhul-qudus olsaydı, bu cür şərait hazırlamağa ehtiyac olmazdı. Çünki, Ruhul-qudus nazil olanda, qəlblərə və ruhlara elə təsir edirdi ki, şübhəyə yer qalmırdı. Amma məqsəd peyğəmbər olsa, bu cür şərait hazırlamağa böyük ehtiyac vardır. Çünki, bir peyğəmbır yalnız, həqiqətləri təbliğ və izah etmək yolu ilə qəlblərə təsir edə bilir. Bu zaman, yalnız insaflılar onu təsdiq edir, qalnları isə ona tabe olmur. Hətta, İsa Məsih, bu xatırlama ilə kifayətlənməyib, digər yerdə təkid edərək buyurdu: “Bu hadisə baş verməmiş, sizə xəbər verdim ki, baş verəndə iman gətirəsiniz.” Halbuki, Ruhul-qudusa iman gətirmək, heç bir tövsiyəyə ehtiyac yoxdur (Onsuz da, o, qəlblərə nazil olub, özünə təslim edir). 2.İsa (ə) buyurdu: “və mən Atadan istəyərəm ki, başqasını sizə versin.” Əgər, məqsəd başqa bir peyğəmbəri yaxud şəriəti verməkdirsə, bu zaman, heç bir irad tutula bilməz. Amma, əgər, məqsəd Ruhul-qudusu vermək olarsa, bu zaman, ayədə işlənən ” başqa” sözünə görə irad tutulacaq və mənaya xələl gələcəkdir. Çünki, Ruhul-qudus birdir və başqa birisi yoxdur. 3.İsa (ə) buyurdu: “Atanın göndərəcəyi (Farqlit), hər şeyi sizə öyrədəcəkdir və mənim dediklərimi yadınıza salacaqdır.” İncilin şərhçilərinə əsasən, Ruhul-qudus, əlli gündən sonra, Həvarilərə nazil olmüşdu.(36) Görəsən, bu seçilmiş insanlar, bu qısa müddət ərzində, İsanın dediklərini unutmuşdularmı ki, Ruhul-qudus onların yadına saldı və onlara yenidən hər şeyi öyrətdi? “Ata tərəfindən gəlib, mənim barəmdə şəhadət verəcək, (peyğəmbərliyimi təsdiq edəcəkdir). Görəsən, İsanın şagirdlərinin, Ruhul-qudusun, onun barəsində şəhadət verməsinə ehtiyacımı var idi!? Amma əgər, məqsəd, vəd verilmiş peyğəmbər olarsa, bu və bundan əvvəlki ayələrin mənası, düz olacaq və daha çox məntiqli olacaqdır. Çünki, İsanın ümməti, uzun zamanın keçməsi və keşişlərin İncili dəyişdirməsi səbəbindən, onun çoxlu qanunları unudulmuş, aradan getmiş, bir qrup insanlar isə, onu tamamilə unutmuşdular. Həzrət Muhəmməd (s), onların hamısını daha da mükəmməl şəkildə xatırlatdı, İsanın(ə) peyğəmbərliyinə şəhadət verib buyurdu: İsa da, mənim kimi peyğəmbər idi. Hz. Muuhəmməd (s), İsanın anası Məryəm xanım barəsində deyilən nalayiq iftiraları inkar edib, onu paklığa çıxartdı. Həmçinin, hz. İsa üçün iddia olunan allahlıq məqamını da inkar edərək, onu paklığa çıxartdı və buyurdu ki, İsa peyğəmbərin atasız dünyaya gəlməsi, uca Allahın qüdrətini göstərən bir möcüzə idi, bundan əvvəl də O, Adəmi atasız və anasız (torpaqdan) yaratmışdır. 4.” əgər, mən getməsəm, o Farqlit yanınıza gəlməz. Amma mən getsəm, onu sizin yanınıza göndərərəm…” Burada İsa peyğəmbər Farqlitin gəlişini, özünün getməsilə şərtləndirmişdir. əgər Farqlitdən məqsəd Ruhul-qudus olsa, onun İsaya nazil olması və hətta həvarilərin özünə belə, nazil olmasında İsa peyğəmbərin getməsi şərti olmamışdır. Çünki, İsa Məsih, həyatda olarkən də, Ruhul-qudus həvarilərə nazil olurdu. Xristianların idiologiyasına görə, İsa Məsih, həvariləri, təbliğ üçün, ətrafa göndərəndə, Ruhul-qudus onlara nazil oldu.(38). Amma əgər məqsədin, dünya miqyasli şəriət sahibi bir peyğəmbərin olduğunu qəbul etsək, bu zaman, onun gəlişinin, Məsihin gedişinə bağlı olduğu, aydın bir məsələ olacaqdır. əlbəttə faktlar bunlarla bitmir, başqa dəlilləri də göstərmək olar. Sonda, Fransa Böyük Dövlət Ensiklopediysının (cild-23, səh.4174), hz.Muhəmməd barəsində yazdıqlarından son dərəcə maraqlı bir parçanı, sizə təqdim edirik: “Muhəmməd, İslam dininin banisi, Allahın elçısı və peyğəmbərlərin sonuncusudur. Muhəmməd sözü, “çox təriflənmiş, bəyənilmiş” deməkdir və bu söz “şan, şərəf, tərif” mənsını verən “həmd” kökündən alınmışdır. Çox təəccüblü təsadüfə əsasən, onun digər bir adı da, elə “həmd” kökündən alınmış, muhəmməd sözünün sinonimi olan Əhməddir ki, böyük ehtimala görə, Ərəbistanın xristianları, bu adı, “Farqliti” müəyyən etmək üçün işlətmişlər. Əhməd sözü, “çox təriflənmiş, bəyənilmiş, cah-cəlallı” deməkdir. Bu söz yunanca “paraklitus” sözünün tərcüməsidir ki, səhvən, “prikliyus” sözünü, onun yerinə qoyublar. Buna əsasən, müsəlman dini yazıçıları, dəfələrlə xatırladıblar ki, bu sözdən məqsəd, islam Peyğəmbərinin gəlişini müjdələməkdir. Qurani-Məcid də, aşkar şəkildə, Səf surəsinin maraqlı bir ayəsində, bu mövzuya işarə edir.” Allahım, hz. Muhəmmədi (s) tanımaq üçün bizə yardım et! Amin! Müəllif: Hacı Samir Ağayev

Həzrət Muhəmməd (s) 21.12.2024

Nəbiyyi Əzəm Məhəmməd (s.ə.a.s) haqqında qısa məlumat

Şərif ləqəbi: Mustəfa. Künyələri: Əbül-Qasim, Xeyrül-bəriyyə, Nəbiyyür-rəhmət, Sahibül-mülhimə, Mühəllilüt-təyyibat, Xatəmün-nəbiyyin, Rəsulül-həmmadin, Rəhmətən lil-aləmin, Qaidül-ğürril-mühəccəlin, Əbdüllah, Xiyərətullah, Seyyidül-mürsəlin, İmamül-müttəqin, Həbibullah, Səfiyyullah, Nemətullah, Sahibül-liva, İbnül-Fəvatim, Əl-Əbdül-müəyyəd, Ənnəbiyyül-mühəzzəb, Əssəfiyyül-müгərrəb, Əl-həbibül-müntəcəb, Əl-əminül-müntəxəb, Sahibül-hövzi vəl-Kövsər, Xeyrül-bəşər, Əl-Mürtəza lil-elm, Mühərrimül-xəbais, Miftahül-cənnət, Dəvətü İbrahim, Buşra İsa. Atası: Əbdüllah. Anası: Amənə binti Vəhəb. Doğulduğu gün: 17 Rəbiül-əvvəl, cümə günü, sübh çağı. Doğulduğu yer: Məkkeyi Müəzzəmə. Doğulduğu il: Fil ili (amül-fil) (622-ci miladi ili, adil padşah Ənuşirəvanın hakimiyyəti dövrü). Vəfat etdiyi gün: 28 Səfər, bazar günü, axşam çağı. Vəfat etdiyi il: Hicrətin11-ci ili. Ömrü: 63 il. Vəfat səbəbi: Yeməyinə qatılmış zəhər. Dəfn olunduğu yer: Mədineyi-Münəvvərə. Övladlarının sayı: 7 (3 oğul, 4 qız). Oğlanları: 1. Qasim (Tahir). 2. Əbdüllah (ləqəbi Təyyib); bu iki oğlanın anası Xədicədir. 3. İbrahim (anası Mariyədir). Qızları: 1. Zeynəb. 2. Rüqəyyə. 3. Ümmü Gülsüm. 4. Fatimə (salamullahi əleyha). Mübarək üzüyündəki yazı: Kəlиmeyi-şəhadət (əşhədu ən la ilahə illəllah, əşhədu ənnə Muhəmmədən rəsulullah) www.SonUmidTv.az Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Həzrət Muhəmməd (s) 21.12.2024

NÜBÜVVƏT – İlahi peyğəmbərliyin isbatı

İslam dinin əsaslarını təşkil edən mövzulardan biri də «Nübuvvət»-dir. «Nübuvvət» ərəb sözü olub peyğəmbərlik (qeyb aləmi ilə rabitədə olan elçilik) mə’nasını daşıyır. Din alimləri isə peyğəmbərlik haqda belə deyirlər: «Peyğəmbər, Allah tərəfindən öz bəndələrini doğru yola çəkib, onları günahlardan uzaqlaşdırmaq üçün göndərilmiş insandır və Allahla peyğəmbər arasında ayrı bir insanın vasitə olması qeyri-mümkündür.» PEYĞƏMBƏRLİYİN İSBAT OLUNMASI Bə’zi şəxslər «peyğəmbərlərin gəlişinə heç bir ehtiyac yoxdur!» deyə İslam dininin Nübuvvət əsasını şübhə altında qoyurlar. Lakin bu şübhənin qarşısında peyğəmbərliyin zərurətini (lüzumunu) ağıl və düşüncə, həmçinin ayə və rəvayətlər vasitəsi ilə isbat etmək olar. BİRİNCİ: Ağıl və düşüncə; Ağıl və düşüncə vasitəsi ilə insanların peyğəmbərə ehtiyaclı olduqlarını aydınlaşdırmaq sadə bir məsələdir. Əvvəla: İnsan icma tərzində və cəmiyyətlə birlikdə yaşamağı sevən bir varlıqdır. Çünki o, təklikdə yaşaya bilmir, tez yorulur və belə bir həyat tərzindən narahat olur. Eyni zamanda onun tək yaşaması heç bir sağlam ağıl və düzgün məntiqlə uyğun gəlmir. İnsanların bir çox ehtiyacları vardır ki, bu ehtiyacların öhdəsindən tək başına gəlmək qeyri-mümkün bir işdir. Məsələn; insanın yemək, geyim, qarşılıqlı məhəbbət və s.. bu kimi ehtiyacları yalnız qarşılıqlı həmkarlıqla ödənə bilər. Çünki tək yaşayan insan öz yeməyi, geyimi, yaşayış yeri və s.. ehtiyacları tə’min etməkdən acizdir və bütün bu işləri yerinə yetirmək bir insanın bacarığından kənardır. Digər tərəfdən də insan şəhvət qüvvəsinə malik olan bir varlıqdır ki, bu istəyi qanuni yolla sakitləşdirmək, onun cəmiyyət arasında yaşamasını tələb edir. İkinci: İnsanın ictimayi şəkildə yaşamasının lüzumu aydın olduqdan sonra bilməliyik ki, bir sıra həddi-hüdudu olmayan istəklərə malik olan bu varlıq yaşadığı cəmiyyətdə müxtəlif xoşa gəlməz və qeyri-insani olan çirkin işlərə əl ata bilər. Məsələn, şəhvət qüvvəsi, onu başqalarının namusuna təcavüz etməyə, qəzəb qüvvəsi zülmkarlıq və kobudluğa və s.. bu kimi insaniyyətdən kənar olan çirkin işlərə sürükləyə bilər. Beləliklə insan cəmiyyətinin qanun deyilən bir şeyə ehtiyacı vardır ki, onunla cəmiyyətdə yaşayan hər bir insanın hüquqları qorunsun və onların asudə həyat sürməsinə şərait yaransın. Üçüncü: İnsan cəmiyyətinin qanuna ehtiyaclı olmasının isbatından sonra heç də hər şey həll olmur. Çünki hal-hazırda dünyada saysız-hesabsız qa’nunlar mövcuddur və bu qanunlar cəmiyyəti düzgün idarə etməkdə öz acizliyini isbat etmişdir. Bu sözün nə dərəcədə doğru olduğunu başa düşmək üçün hal-hazırda dünyada mövcud olan ölkələrin daxili vəziyyətinə nəzər salmaq kifayət edər. Bə’zi ölkələr öz iqtisadi vəziyyətini səhmana sala bilmişlərsə də ictimai və mə’nəvi pozğunluqları aradan qaldırmaqda aciz qalmışlar. Bu da insanın hərtərəfli tanınmaması və bütün proqramların yalnız onun maddi rifahda yaşayışı üçün hazırlanmasından irəli gəlir. Beləliklə insan cəmiyyətinin onun hər tərəfli ehtiyaclarını nəzərə alan bir qa’nuna ehtiyacı vardır. Əsasən insan üçün qa’nun qoyan şəxs aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: 1-İnsanın ruh və cismindən tamamilə agah olmalıdır. 2-Qanun tənzimində özünün şəxsi mənfəəti olmamalıdır. 3-İnsanın zahiri görünüşündən əlavə onun batinini də saflaşdırmağa qadir olmalıdır. Dördüncü: İnsan öz cəmiyyətini saflaşdırıb, onu bir sıra azğınlıqlardan qorumaq üçün ilahi qanuna ehtiyacı olduğu halda heç cür bu qanunları vasitəsiz olaraq Allahdan ala bilməz və belə bir iş qeyri-mümkündür. Məsələn, hər hansı bir şirkət və ya fabrik müəyyən bir dəzgah və ya cihazı istehsal edərsə, biz yalnız o müəssisənin tərəfindən verilmiş pasport əsasında onu işlədə bilərik. Amma o pasport bu işdə mütəxəssis olmayan kənar bir şəxsin tərəfindən yazılarsa, onun əsasında həmin cihazı işlətmək heç də ağıla sığan bir iş deyil və bir kəs ondan istifadə etsə, cihazın tamamilə korlanıb məhv edilməsinə səbəb olar. İnsan da məhz belədir. Onun həyat proqramını onun bütün incəliklərinə tam agah olan vahid Allahdan başqası tənzim edə bilməz və əgər tənzim edərsə, insanın məhvinə gətirib çıxarar. Elə buna görə də Allah ilə bəndələr arasında Allah hökmlərini insanlara çatdırmaq üçün məxsus insanların (peyğəmbərlərin) olması zəruridir. Beləliklə mə’lum olur ki, hər hansı bir insan icması üçün peyğəmbərin gəlməsi zəruridir və bə’zilərinin iddia etdikləri kimi heç də insanlar ilahi peyğəmbərlərdən ehtiyacsız deyildir. Digər tərəfdən insanların hidayəti üçün peyğəmbərlərin gəlməməsi bir çox (məad, ilahi əzab və s..) kimi dini əsasların mə’nasız olmasına səbəb ola bilər. Çünki xalqa Allah hökmlərini demədən onları sual-cavaba çəkmək, cəzalandırmaq və əzab göndərmək hikmətsiz bir iş olacaq və bu da Allah-təala haqqında yalnış fikirlərin irəli gəlməsinə səbəb olacaqdır. Allah-təala isə böyük hikmət sahibi olub, mə’nasız və puç işləri yerinə yetirməkdən münəzzəh və ucadır. Allah-təala bizləri yaratmaqla yanaşı, inkişaf edib sağlam həyat tərzi sürməyimiz, həmçinin əbədi səadətə nail olmaq üçün müəyyən peyğəmbərlər və elçilər göndərmişdir. O, heç vaxt insanları yaradaraq onları öz başına qoymamışdır. İkinci: Ayə və rəvayətlər; Peyğəmbərliyin lüzumu haqda bir çox ayə və rəvayətlər mövcuddur ki, onlardan bir neçəsini diqqətinizə çatdırırıq: 1-«Şübhəsiz hər bir ümmət üçün Allaha sitayiş və tağutdan çəkinsinlər deyə peyğəmbər göndərdik.»[33] 2-«Və (ilahi əzabdan) qorxutmaq üçün, peyğəmbər göndərmədiyimiz bir ümmət yoxdur.»[34] 3-Nəql olunmuş rəvayətdə bir nəfər imam Sadiq (əleyhis-salam)-dan soruşdu: Zərdüştlər üçün peyğəmbər gəlmişdirmi?…. Çünki mən onların bir növ şəriətə əməl etdiklərini görmüşəm. İmam Sadiq (əleyhis-salam) cavabında buyurdu: İlahi əzabdan qorxutmaq üçün peyğəmbər göndərilməmiş bir ümmət yoxdur. Şübhəsiz zərdüştlər üçün Allah tərəfindən peyğəmbər və (asimani) kitab göndərilmiş, lakin onlar onu inkar etmişlər.[35] 4-Həzrət Əmirəl Mö’minin imam Əli (əleyhis-salam) buyurub: «Allah təala öz peyğəmbərlərini məxsus olan vəhy yolu ilə onlara çatdırılan mətləblərlə (hökmlərlə) xalqın inkişafı (və hidayəti) üçün göndərdi. Allah-təala, camaat sonradan üzr gətirib -«bizə bir şey deyən olmadı» sözünü deməsinlər deyə, peyğəmbərləri xalqa höccətin tamamlanması üçün göndərdi və beləliklədə ilahi peyğəmbərlər xalqı sədaqət dili ilə haqq yoluna də’vət etdilər.»[36] PEYĞƏMBƏRLİYİN FƏLSƏFƏSİ Yəqin ki, «peyğəmbərlər nə üçün gəlmişdir?» sualı sizi də maraqlandırır? Qur’ani-kərimin müxtəlif ayələrini gözdən keçirtdikdən sonra belə bir nəticəyə gəlmək olar ki, peyğəmbərlərin gəlişi aşağıdakı işlər və məqsədlər üçündür. 1-Xalqı tovhidə tərəf də’vət və zülmkarlardan çəkindirmək; Qur’ani-kərimdə buyurulur: «Şübhəsiz hər bir ümmət üçün Allaha sitayiş və tağutdan çəkinsinlər deyə peyğəmbər göndərdik.»[37] 2-Xalqa hakimiyyət; Qur’ani-kərimdə oxuyuruq: «Allah xalq arasında öz peyğəmbərlərini (saleh insanlara) müjdə vermək və (günahkarları) qorxutmaq üçün göndərdi və xalq arasında olan bir sıra ixtilafları həll etsinlər deyə onlarla birlikdə Həqiqət olan (asimani) kitab göndərdi.»[38] 3-Xalq arasında ədaləti bərpa etmək; Qur’ani-kərimdə buyurulur: «Şübhəsiz xalq arasında ədalət bərpa olsun deyə öz peyğəmbərlərimizi aşkar dəlillərlə göndərib, onlarla birlikdə (asimani) kitab və ədalət (haqq) ölçüsü göndərdik.»[39] 4-Xalqın tə’lim tərbiyəsi; Qur’ani-kərimdə oxuyuruq: «O Allahdır ki, xalq üçün ilahi ayələri oxumaq, onların (əxlaqlarının) saflaşdırılması, Həmçinin onlara elm və Hikmət öyrətmək üçün özlərindən peyğəmbər göndərdi.»[40] 5-Xalqa höccətin tamamlanması; Qur’ani-kərimdə oxuyuruq: «Allah (saleh bəndələrinə) müjdə verib, (günahkarları cəhənnəmdən) qorxutmaq üçün peyğəmbərlər göndərdi ki, onlardan sonra xalqın Allaha Heç bir höccəti olmasın (və Axirət aləmində bəhanə gətirməsinlər), və Allah həmişə qüdrətli və Hikmətlidir.»[41] Beləliklə ilahi peyğəmbərlərin göndərilməsindən məqsəd, insanları tovhidə də’vət etmək, zülmkarlardan çəkindirmək, xalq arasında dini hakimiyyət yaratmaq, ədaləti bərpa etmək, həmçinin xalqın tə’lim tərbiyəsi və onlara ilahi höccətin tamamlanması olmuşdur. İndi isə ümmətlərin ilahi peyğəmbərlərə münasibəti və onlara qarşı etditdikləri rəftarları diqqətinizə çatdırırıq. Qur’ani-kərimin bu mövzuya aid olan ayələrinə nəzər saldıqda ilahi peyğəmbərlərə qarşı olan belə bir rəftarları görmək olar: 1-Məsxərə və istehza: Tarix boyu camatın bir dəstəsi Allah tərəfindən göndərilmiş peyğəmbərlərə istehza ilə yanaşır və haqq sözü qəbul etmək əvəzinə onları məsxərə edirdilər.[42] 2-Təhqir: Xalqın bir dəstəsi ilahi peyğəmərlərin nüfuzunu aradan aparmaq üçün həmişə onları təhqir edirdilər.[43] 3-İftira: Onlar ilahi peyğəmbərlərdən möcüzə gördükdə onları sehrbaz, ilahi ayələri isə əfsanə adlandırırdılar.[44] 4-Mücadilə: Fitrəti yatmış kafirlər ilahi peyğəmbərləri dinləyib məntiqə uyğun sözü qəbul etmək əvəzinə onlarla sözləşir və çaşdırmaq üçün araya söz atırdılar.[45] 5-Təhdid: Kafirlər günü-gündən ilahi peyğəmbərlərin tərəfdarlarının artmasını görüb onları ilahi təbliğdən ayırmaq üçün öldürmək, daşqalaq, sürgün, və s.. işlərlə hədələyir və onlar öz vəzifəsindən əl çəksin deyə bir çox rüşvət və’dləri verirdilər.[46] 6-Kobudluq və qətl: Kafirlər ilahi peyğəmbərləri özlərinin bütün planları qarşısında səbrli və təmkinli gördükdə isə kobudluğa əl atıb onları qətlə yetirirdilər.[47] Amma Allah-taala da azğın millətlərin bu kobud və yaramaz hərəkətləri qarşısında sükut etməmiş və onları müxtəlif bəlalara düçar etmişdir. Buna misal olaraq həzrət Nuh peyğəmbərin millətinin tufanda qərq olması və Lut peyğəmbərin qovmunun başına daş yağdırılmasını qeyd etmək olar. Bu yaramaz rəftarların səbəbi onların təkəbbürçülük, inadkarlıq, öz ata-babalarına kor-koranə təqlid etmələri və s… ağılsızlıqlardan ibarət idi. Biz də bu keçmiş millətlərin insanlıqdan uzaq olan rəftarlarına nəzər salıb ibrət dərsi almalı və Nəmrudlar, Fir’onlar, Əbucəhllər, Əbusüfyanlar və başqalarının tutduqları pis yolları bir daha təkrar etməkdən ciddi şəkildə çəkinməliyik. İLAHİ PEYĞƏMBƏRİ TANIMAQ YOLLARI Tarix boyu bir sıra insanlar özlərinin ilahi peyğəmbər olması haqda iddia etmiş və xalqı özlərinə itaət etməyə çağırmışlar. Onların doğruçu və ya yalançı olmasını ayırd etmək həmişə çətin bir iş olubdur. Elə bu səbəbdən də çoxlu insanlar yalançı peyğəmbərlərə aldanmış və özlərini azğınlıqlara düçar etmişlər. Amma ilahi peyğəmbərləri yalançı peyğəmbərlərdən ayırd etmək üçün aşağıdakı yollar qeyd olunmuşdur: 1-Peyğəmbərin özünəməxsus rəftarı, həyat boyu azğın yollara düşməməsi və xalq arasında pis adam kimi tanınmaması; 2-Özündən qabaqkı və sonrakı peyğəmbərlərdən xəbər verməsi; 3-Xalqı, bir olan Allaha itaət edib. günahkarlıqdan çəkindirməsi; 4-Sözlərinin sağlam ağıl və düşüncə ilə uyğun gəlməsi; 5-Öz ilahi də’vətini isbat etmək üçün möcüzə gətirməyə qadir olması; Mö’cüzə bir çox qeyri-adi işlərə deyilir ki, ilahi peyğəmbərlər özlərinin haqq olduğunu isbat etmək üçün Allah izni ilə onları göstərir və bu da onların iddia etdiyi peyğəmbərliyin doğru olduğunu çatdırır. Bə’zi şəxslər mö’cüzəni düzgün başa düşməyib onun sehr olduğunu güman edirlər. Əsasən mö’cüzə ilə sehrin (cadunun) bir-biri ilə aşağıdakı fərqləri vardır: 1-Sehr və cadu tə’lim-tərbiyə ilə əldə olunan bir şeydir. Mö’cüzə isə bunun əksinə olaraq yalnız Allahın izni ilə zahir olur. 2-Sehr və cadunu tə’sirdən salmaq mümkündür, mö’cüzəni isə yox. Yə’ni hər hansı bir sehrbaz və ya cadukər başqasının sehr və cadusunu aradan aparıb öz sehri ilə ona qələbə çala bilər, mö’cüzə qarşısında isə heç bir iş görmək mümkün deyildir. Elə buna görə də mö’cüzə sehr və cadunun əksinə olaraq mübarizəyə çağırmaq kimi xüsusiyyətə malikdir. 3-Sehr və cadu əksərən maddi məqsədlər və dünyəvi maraqlar üçün həyata keçirilir, amma mö’cüzə belə deyildir. NÜBÜVVƏTİN FAYDALARI Peyğəmbərliyin fəlsəfəsi bölməsində peyğəmbərlərin nə üçün gəldiklərindən söhbət açdıq. Amma peyğəmbərliyin dünya millətləri üçün bir neçə faydası vardır ki, onları da qeyd etmək yerinə düşərdi. Peyğəmbərin gəlişinin bir neçə faydası vardır və onlardan daha əhəmiyyətlisi aşağıdakılardır: 1-Yatmış fitrətlərin oyanışı; Bə’zi alimlərin dediyinə görə «insan» ərəb sözü olub unutmaq mə’nasını verir və onun kökü «nisyan» yə’ni unutmaqdandır. İnsan həyatda olan bir sıra maddi işlərlə məşğul olaraq Allahı unudur və get-gedə onun ilahi fitrəti günahlar nəticəsində qəflətə düşür. İlahi peyğəmbərlər Allah tərəfindən göndərilərək onların yatmış fitrətlərini oyadır və onların Allaha bağlı olduqlarını xatırladırlar. 2-İnsanların ruhu və əxlaqının saflaşması; Bir çox pisxoloqların dediyinə görə, insanların düzgün tərbiyələnib əxlaqının saflaşdırılmasında rol oynayan ən mühüm amil ülgü və nümunədir. İlahi peyğəmbərlər əxlaqi təkamülə çatmış şəxslər kimi xalq arasında yaşayaraq onlar üçün ən yaxşı bir ülgü və nümunə olmuşlar. Qur’ani-kərimə nəzər saldıqda başqalarının deyil, yalnız peyğəmbərlərin daha yaxşı nümunə olmasına tə’kid olunduğunu görürük. Məsələn, Qur’ani-kərimdə Həzrət İbrahim (əleyhis-salam)-dan əlavə islam peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və Alihi və səlləm)-in də ən yaxşı nümunə olduğuna tə’kid olunur. «Şübhəsiz sizlər üçün Allah elçisi (həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm)-də ən yaxşı nümunə vardır.»[48] Yə’ni insanlar peyğəmbərlərə baxmaqla öz əxlaq və rəftarlarına düzəliş verər və onları saflaşdıra bilərlər. 3-Xalqlara hər tərəfli rəhbərlik; Cəmiyyətin inkişafı və tərəqqisi üçün dəyərli və həqiqi qanuna ehtiyac olsa da, sədaqətli, agah və mə’sum rəhbərə də ehtiyac duyulur. İlahi peyğəmbərlər də xalqa hərtərəfli rəhbərlik edib onları doğru yola və səadətə yönəldərək bir sıra ictimayi azğınlıq, təfriqə və s… kimi nöqsanların qarşısını alır, həmçinin xalq arasında işgüzar və çalışqan hazırlıqları ilə mö’min xalq üçün qənimət sayılırlar. İSLAM PEYĞƏMBƏRİNİN NÜBÜVVƏTİNİN İSBAT OLUNMASI Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm miladi tarixi ilə 570-ci ildə sübh çağı (Cüm’ə günü Rəbiul-əvvəl ayının 17-də) Ərəbistan yarımadasının Məkkə şəhərində dünyaya göz açdı. O, gənclik illərində ticarətlə məşğul olur və xalq arasında «Əmin»-doğruçu ləqəbi ilə tanınırdı. O həzrət 25 yaşında «Xədicə» adlı bir qadınla ailə həyatı qurdu və peyğəmbərliyə çatmazdan öncə hər il «hera» dağında yerləşən mağarada ibadətə məşğul olurdu. O Həzrət 40 yaşında ikən peyğəməbərliyə çataraq bütpərəstlik və şirklə mübarizəyə qalxdı. İslam dini o zamanlar bir sıra ərəb ölkələrinə nüfuz edə bilsə də, zaman keçdikcə dünyanın bir çox nöqtələrinə, o cümlədən Avropa, Afrika və Asiya ölkələrinə yayılmağa başladı və hal-hazırda bir milyarddan artıq insan İslam dininin ardıcılı sayılır. Qeyd etmək lazımdır ki, hal-hazırda bir çox dinlərin ardıcılları İslam dininin həqiqətini dərk edib ona üz tutur və müsəlman olurlar. Qeyd etdiyimiz kimi, ilahi peyğəmbərləri bir neçə yol ilə tanımaq olar ki, burada o yolları bir-bir sadalayıb həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin peyğəmbərliyini sübuta yetirəcəyik. 1-Peyğəmbərin gözəl rəftarı, xalq arasında yaxşı tanınması və azğın yollara düşməməsi və s.. Tarix kitablarına nəzər saldıqda, Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin xalq arasında «Əmin»-doğruçu bir şəxs kimi tanınması, düzlük və ədalətli olmasına görə bir sıra ixtilaflarda müxtəlif xalq kütlələri tərəfindən hakim seçilməsi, həmçinin gözəl rəftar və əxlaqi səciyyələrə malik olmasını körürük. Hətta o Həzrətin uşaqlıq dövranı da sair uşaqların rəftar və hərəkətləri ilə fərqlənir və ətrafdakıları tə`əccübə gətirirdi. Digər rəvayətə əsasən o həzrət uşaqlıq illərində Bəni-Sə’d qəbiləsi arasında yaşayırdı ki, hicaza gəlmiş bir dəstə həbəşi (indiki Efopiyalı) xristian alimi İsa peyğəmbərdən sonra gələcək peyğəmbərin asimani kitablarda qeyd olunmuş bütün əlamətlərini o həzrətdə müşahidə etdi və onu oğurlayıb özüləri ilə həbəşistana aparmaq istədilər. Lakin onlar buna nail ola bilmədilər.[49] Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm heç vaxt xəyanət etməz və xəyanətkarlığa qarşı ciddi mübarizə aparardı. Nəql olunmuş rəvayətə əsasən müsəlman qoşunları hicrətin 7-ci ilində müsəlmanlara dəfələrlə xəyanət etmiş yəhudilərin Xeybər qalalarını mühasirəyə almış, yəhudilər isə qalaların darvazalarını möhkəm bağlayıb içəridə gizlənmişdilər. Bu mühasirə çox çəkdiyindən müsəlmanların ərzaqı qurtardı və onlar azuqə cəhətindən çətinliyə düşdülər. Xeybər yəhudiləri öz qoyun sürülərini bir çobana tapşırmışdılar. Çoban bir geçə (qalalar mühasirəyə düşdükdən sonra) sürünü qalalara gətirdikdə, müsəlman qoşunları və həzrət peyğəmbəri görüb onların yanına gəldi. Bir az söhbətdən sonra həzrət peyğəmbərin həqiqi peyğəmbər olduğunu başa düşən çoban İslam dinini qəbul etdi və qoyun sürüsü barədə o həzrətdən soruşdu. Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm yüzlərcə ac qalmış müsəlman ordusunun qarşısında belə buyurdu: «Bizim dinimizdə əmanətə xəyanət etmək ən böyük günahlardan sayılır. Sən bu qoyun sürüsünü qalaya tərəf aparıb öz sahiblərinə təhvil verməlisən.» Çoban da qoyun sürüsünü Xeybər yəhudilərinə təhvil verərək geri qayıdıb, müsəlman qoşunlarına qovuşdu.[50] Bu isə ağır bir vəziyyətdə həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin doğru və əmanətçi olduğunu göstərən yüzlərlə nümunədən biridir. Bir sözlə deyə bilərik ki, həzrət Peyğəmbərin (s) uşaqlıq illərindən ömrünün sonunadək olan rəftarları o Həzrətin peyğəmbərliyi üçün bir sübutdur. Bu haqda başqa bir rəvayəti də nəql edərək sözümüzü bitiririk. Tarix kitablarında belə yazılır ki, Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin körpə oğlu İbrahim vəfat edən gün günəş tutuldu və şəhər qaranlığa qərq oldu. Müsəlmanlar arasında günəşin İbrahimin vəfatı münasibəti ilə tutulması sözü yayıldı və bu söz dildən dilə gəzdi. Həzrət Peyğəmbər (s) bu sözü eşidən kimi müsəlmanları bir yerə yığıb xalq arasında yayılmış sözü təkzib etdi və günəşin tutulmasının təbii bir hadisə olduğunu vurğuladı. Gördüyünüz kimi, Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm yeni müsəlman olmuş cahil ərəblərin sadəliyindən istifadə etməyib bu xəbəri təkzib etməklə özünün həqiqi peyğəmbər olduğunu sübuta yetirmişdir. Yalandan peyğəmbərlik iddiası edən hər bir şəxs isə xalqın cəhalətindən istifadə edib, öz mə’nafeyi üçün belə bir vəziyyətdən sui-istifadə edərdi. 2-Özündən qabaq gəlmiş peyğəmbərin növbəti peyğəmbərin gəlişindən xəbər verməsi; Bildiyiniz kimi həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmdən öncə gəlmiş ilahi peyğəmbər, Həzrət İsa (əleyhis-salam) olmuşdur. Qur’ani-kərimdə isə İsa (əleyhis-salam) özündən sonra gələn İslam peyğəmbərinin gəlişindən xəbər vermişdir. Necə ki, buyurur: وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُم مُّصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِي اسْمُهُ أَحْمَدُ فَلَمَّا جَاءهُم بِالْبَيِّنَاتِ قَالُوا هَذَا سِحْرٌ مُّبِينٌ «Məryəm oğlu İsanın Bəni-İsrailə dediyi sözü xatırla ki, belə dedi: «Ey Bəni-İsrail! Həqiqətən mən sizin üçün Allah elçisiyəm, qarşımda olan Tövratı təsdiq edərək sizə məndən sonra Əhməd adlı bir peyğəmbərin gəlməsini müjdə verirəm. Lakin peyğəmbərimiz (ilahi) ayə və möcüzələrlə xalq üçün gəldikdə belə dedilər: Bu aşkar bir sehrdir.»[51] Qeyd etməliyik ki, hazırki «İncildə» Həzrət peyğəmbrimizin adının (Faraqlit sözünün) olmasına baxmayaraq, məsihi alimləri bu sözü ayrı mə’naya təfsir edirlər. Amma əldə olan mə’lumatlara əsasən, əvvəllər «Faraqlit» sözü Əhməd mə’nası ilə izah edilmişdir. həmçinin İslam alimləri təkcə İncildən deyil, həm də Tövratda olan həzrət Mühəmmədə (s) aid bir çox müjdələri tapıb bu haqda ayrıca kitablar yazmışlar.[52] 3-Xalqı bir olan Allahın itaətinə də’vət edib, günahkarlıqdan çəkindirməsi; Qur’ani-kərimin bir çox ayələri, rəvayət və tarixi mə’lumatlardan aydın olur ki, Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləm, bircə dəfə də bütpərəstliyə meyilli olmamış və həmişə xalqı bir olan Allaha itaət etməyə, həmçinin günahlardan çəkinməyə çağırmışdır. 4-Sözlərinin sağlam ağıl ilə uyğun gəlməsi; İslamla kifayət qədər tanış olan hər bir şəxs dini mənbə’lər və hədis toplularını nəzərdən keçirdikdə həzrət Mühəmmədin (s) doğulduqdan vəfatınadək qeyri-məntiqi bir söz demədiyini təsdiq edəcəkdir. Elə buna görə də o həzrətə peyğəmbərlikdən öncə «Əmin»-doğruçu ləqəbini vermişlər. 5-Öz ilahi də’vətini isbat etmək üçün mö’cüzə gətirməyə qadir olması; İslam peyğəmbəri də bə’zi vaxtlar öz ilahi də’vətini isbat etmək üçün Allahın izni ilə müxtəlif mö’cüzələr gətirir və xalqı heyrətləndirirdi. Məsələn, nəql olunmuş rəvayətə əsasən Məkkə müşriklərindən bir dəstəsi o həzrətin yanına gəlib onlar üçün bir mö’cüzə göstərməsini xahiş etdilər. həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm, mübarək barmağı ilə 14-kecəlik aya işarə etdi və ay iki hissəyə bölündü. Sonra bir daha bitişdi. Elə bundan sonra «Qəmər» surəsinin 1-ci və 2-ci ayələri nazil oldu: «(Qiyamət günü) yaxınlaşdı və ay (iki yerə) bölündü, Kafirlər isə (belə bir böyük mö’cüzəni) gördükdə bir daha inadkarlıq edib «bu açıq-aşkar bir sehrdir» deyərlər.» Qeyd etmək lazımdır ki, bu haqda istər şiə, istərsə də əhli-sünnət tərəfindən çoxlu rəvayət və hədislər nəql olunmuşur. Həmçinin Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin digər möcüzələri kimi, bə’zi vaxtlar Allahın izni ilə qeybdən xəbər verməsi, günəşi geri qaytarması, heyvanları dilə gətirməsi, bir ovuc qumla müşriklərin gözünü tutması, xəstələrə şəfa verməsi və s… möcüzələri sadalamaq olar.[53] Yeri gəlmişkən xatırladaq ki, həzrət Peyğəmbər yalnız zəruri hallarda mö’cüzə göstərirdi. Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin ən böyük mö’cüzəsi «Qur’ani-kərimdir». Bir neçə dəlilə görə Qur’ani-kərim ilahi mö’cüzə sayılır: 1-Hər növ mədəniyyətdən uzaq düşmüş Ərəbistan yarımadasında Qur’anın nazil olması, çox təəccüblü və heyrətləndirici bir iş idi. Qur’ani-kərim ən gözəl ərəb üslubunda nazil olmuş və əsrin məşhur ədiblərini mat-mə`təl qoymuşdur. 2-Ömrünün sonunadək yazıb oxumamış və heç bir müəllim görməmiş Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin belə bir kitab gətirməsi, Qur’ani-kərimin mö’cüzə olmasına ayrı bir sübutdur. Qur’ani-kərimdə oxuyuruq: «(Ey peyğəmbər! kafirlərə) de ki, əgər Allah istəməsəydi mən bu Qur’anı sizin üçün oxuya bilməzdim, şübhəsiz mən bir ömür boyu sizin aranızda yaşamış (və heç bir müəllimdən dərs almamış)-am. Belə olan halda ağlınızı işə salmayıb (bu müqəddəs kitabın mö’cüzə olduğuna inanmayacaqsınızmı?)»[54] 3-Qur’ani-kərimdə keçmiş və gələcək haqda mövcud olan bir sıra qeybi xəbərlər bu müqəddəs kitabın mö’cüzə olmasına ayrı bir sübutdur ki, Rum imperiyası qoşunlarının İran imperatorluğunun qoşunlarına qalib gəlməsi buna misal ola bilər. Miladi tarixi ilə 614-cü ildə İran padşahı Xosrov Pərviz müxtəlif bəhanələrlə Rum imperatorluğunun nüfuzu altında olan Şam, Fələstin və bir sıra Afrika ölkələrinə hücum edərək onları işğal etdi, Yerusəlim şəhərini qarət edib, kilsələrə od vurdu və bir sözlə şəhərləri viran qoymağa başladı. həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin peyğəmbərliyinin 5-ci ilində baş vermiş bu hadisə müşrikləri sevindirib, müsəlmanları isə qəmgin etdi. Müşriklər İran imperatorluğunun atəşpərəst olduğu və onların bütpərəstliklə olan bir sıra uyğun əqidələrinə görə sevinir və şadlıq edirdilər. Həzrət Mühəmməd səlləllahu ələyhi və alihi və səlləm vəhy ilə bu ayələri alıb müsəlmanlara çatdırdı. «Bağışlayan və mehriban Allahın adı ilə. Rumlular (Ərəb diyarına) daha yaxın olan bir müharibədə (Fars qoşununa) məğlub oldular. Onlar bu məğlubiyyətddən sonra yaxın gələcəkdə (İran qoşunlarına) qalib olacaqlar.»[55] Ayədə gəlmiş «biz’i» kəlməsi ərəb dilində üçdən doqquza qədər olan zamanı bildirmək üçündür və Qur’ani-kərim bu qələbənin gələcək doqquz il ərzində olacağını xəbər vermiş və bu müddətdə Rum imperatorluğu İran qoşunlarına qələbə çalmışdır.[56] Həmçinin Qur’ani-kərimdə Məkkə şəhərinin müsəlmanların əli ilə fəth olunacağı, yerin kürə şəkilində olması, hər bir varlığın sudan yaranması, kainatda olan hər bir varlığın dişi və erkək (mənfi və müsbət) olması və s.. qeybi xəbərlər bu müqəddəs kitabın mö’cüzə olması üçün ən aşkar sübutlardandır. 4. Qur’ani-kərim 14 əsr bundan əvvəl insanları onun oxşarını gətirməyə də’vət etmiş, lakin indiyə qədər heç kəs Qur’anın bu çağırışına cavab verə bilməmiş və əgər bu məqsədlə müəyyən cəhdlər göstərsələr də axırda rüsvayçılıqla üzləşmişlər. Qur’ani-kərimdə buyurulur: «Əgər Bizim Öz bəndəmizə nazil etdiyimiz (Qur’an)-da şəkk-şübhədə olsanız, onun kimi bir nəfərdən onun oxşarını gətirin və əgər doğru deyirsinizsə, Allahdan başqa şahidlərinizi çağırın.»[57] Bunu da qeyd etmək lazımdır ki, peyğəmbərlərin gətirdikləri mö’cüzələr hər bir dövrün mövcud işlərinə uyğun olmuşdur. Məsələn, Musanın (ə) dövründə sehr və cadu məsələləri geniş yayıldığından, o həzrət də öz əsasını Allahın izni ilə əjdahaya çevirməklə o zamana uyğun olan mö’cüzə göstərirdi. Yaxud Həzrət İsanın (ə) dövründə təbabət yüksək dərəcədə inkişaf etdiyindən, o həzrət də həmin dövrdə təbiblərin elminin fövqündə dayanan işlər (məsələn; ölüləri diriltmək, anadan gəlmə korlara şəfa vermək, xora xəstəliyini sağaltmaq və s…) kimi işlər görürdü. İslam Peyğəbərinin (s) dövründə də ərəb şe’r ədəbiyyatı özünün ən yüksək dərəcəsi və intibah dövrünə çatmış, Qur’an isə öz gözəl söz ustalığı ilə onların hamısına üstün gəlmişdir. Bütün bu dəlillərə əsasən Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm Allahın peyğəmbəri olub xalqın hidayəti üçün göndərilmiş ilahi elçidir. PEYĞƏMBƏRLİYƏ AİD BİR NEÇƏ SÖZ Nübuvvət fəslinin sonunda peyğəmbərliyə aid bir neçə mühüm mövzunu diqqətinizə çatdırırıq: Birinci: Bütün ilahi peyğəmbərlərin Allah-təala ilə rabitə və əlaqəsi üç yoldan xaric olmamışdır və bu üç yol; vəhy, hicab arxası və mələk vasitələrindən ibarətdir. Qur’ani-kərimdə oxuyuruq: «Peyğəmbərlər arasında olan Heç bir bəşər, vəhy, (qeyb aləminin) pərdə arxası və göndərilmiş mələkdən ki, Allahın əmri ilə istədiyini vəhy edir, bir vasitə ilə Allahla danışa bilməz və O Allah uca məqamlı və Hikmətlidir.»[58] İkinci: Əhli-beyt məktəbinin əqidəsinə əsasən hər bir peyğəmbər aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: 1- Kişi olması; Bütün ilahi peyğəmbərlərin kişi olması zəruridir və Qur’ani-kərim bu sözü təsdiq edir: «(Ey peyğəmbər) səndən qabaq vəhy etdiyimiz kişilərdən başqa, (ayrı) bir peyğəmbər göndərmədik.»[59] 2-Peyğəmbərlərin öz xalqlarının dilində danışması; Qur’ani-kərimdə buyurulur: «(Ey peyğəmbər!) Allah Hökmlərini bəyan etmək üçün öz qovmunun dilində danışan peyğəmbərdən başqa bir peyğəmbər göndərmədik.»[60] 3-Peyğəmbərlərin xalqdan mükafat (pul və s..) almaması; İlahi peyğəmbərlər bütün çətinliklər, əzab-əziyyətlər və dini yaymağın əvəzində xalqdan heç bir şey almamalıdır. Qur’ani-kərimdə oxuyuruq: «(Ey Peyğəmbər! İslam ümmətinə) de ki, mən sizdən yaxınlarıma (Əhli-beytimə) məhəbbətdən başqa bir əcr istəmirəm.»[61] 4-Peyğəmbərlərin mə’sum olması; İlahi peyğəmbərlər dünyaya gələndən vəfat edənədək heç bir günah iş görməmiş, ilahi vəhyi (hökmləri) xalqa çatdırmaqda səhv etməmiş və bu işdə heç bir şeyi yaddan çıxarmamışlar. Bu isə təkcə iddia olmayıb, istər ağıl, istərsə də ayə və rəvayətlər vasitəsi ilə təsdiq olunur. Çünki günahkar, unudan və səhv edən şəxsin peyğəmbər olması heç də qəbul olunası bir şey deyildir. Əks təqdirdə, xalq günahkar peyğəmbərin (özü günahkar olduğuna görə) sözlərinə baxmayıb günaha batar, həmçinin səhv edib unudan (yaddaşsız) peyğəmbər isə Allah hökmünün əvəzinə xalqa yalnış hökmləri çatdırar. Bu isə ilahi peyğəmbərlərin göndərilməsi tərzi təfəküründən çox-çox uzaqdır. Qeyd etdiyimiz kimi, peyğəmbərlər insanları Allah ibadətinə də’vət etməyə və günahdan çəkindirmək üçün göndərilmişdir. Bu haqda olan bir neçə ayə və rəvayətləri də diqqətinizə çatdırırıq. Qur’ani-kərimdə oxuyuruq: «Mənim əhdi-peymanıma (peyğəmbərlik və rəhbərliyə) zalım şəxslər nail ola bilməz.»[62] Ayrı bir ayədə isə belə buyurur: «Şübhəsiz Allah Hüdudlarını (qayda-qanunlarını) ayaq altında qoyan şəxslər özlərinə zülm etmiş (zalımlar)-dır.»[63] Beləliklə günah edən şəxs zalım, zülmkar şəxs isə heç vaxt peyğəmbərliyə (rəhbərliyə) çata bilməzlər. Həmçinin Qur’ani-kərimdə buyurur: «Şübhəsiz sizlər üçün Allah elçisində (Həzrət Mühəmməddə) ən yaxşı nümunə vardır.»[64] Görəsən günahkar və yaxud yaddaşsız bir şəxs İslam ümməti üçün nümunə ola bilərmi? həmçinin belə bir söz ağıl və məntiqlə uyğundurmu? Bu haqda artıq izaha ehtiyac duyulmur və hər bir ağıl sahibi bu sözün nə qədər doğru olduğunu çox yaxşı başa düşür. Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm bu barədə belə buyurur: «Allah-təala ağılı inkişaf edib kamala çatmayan, həmçinin ağılı ümmətinin ağılından üstün olmayan bir şəxsi peyğəmbər seçməmişdir.»[65] Üçüncü: Bizim əqidəmizə görə qədim zamanlardan indiyədək insanların doğru yola hidayət olunması üçün 124,000 peyğəmbər gəlmişdir ki, onların birincisi Həzrət Adəm (əleyhissalam), sonuncusu isə Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləmdir.[66] Bu peyğəmbərlərdən 26-nın adı Qur’ani-kərimdə zikr olunmuşdur ki, bu haqda Nisa surəsinin 163 və 134, Ən’am surəsinin 84-86, Ənbiya surəsinin 85, hud surəsinin 50, 61, 84, həmçinin Fəth surəsinin 29-cu ayələrinə baxa bilərsiniz. «Əbuzər (r.ə) nəql edir ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi və Alihi və səlləm)-dən peyğəmbərlərin sayını soruşduqda buyurdu: (İlahi peyğəmbərlər) yüz iyirmi dörd min nəfərdir. » Dördüncü: Allah tərəfindən göndərilmiş 124.000 peyğəmbər heç də bir-biri ilə bərabər olmamış, məqam və mənzilətdə bir-birləri ilə fərqlənmişlər. Qur’ani-kərimdə buyurur: «Bu ilahi elçilərin bə’zisini bə’zisindən üstün etdik.»[67] Həmçinin buyurur: «Şübhəsiz bə’zi peyğəmbərləri (nəbiləri) bir-birindən üstün etdik.»[68] Beşinci: İlahi peyğəmbərlərdən yalnız 5 nəfəri «Ulul-əzm» peyğəmbərlər kimi tanınmış və bunun səbəbi onların şəriət və dinlərinin bütün dünya üçün gəldiyi və asimani kitaba malik olmalarından ibarətdir. Ulul-əzm peyğəmbərlər Həzrət Nuh əleyhissalam, Həzrət İbrahim əleyhissalam, Həzrət Musa əleyhissalam, Həzrət İsa əleyhissalam və Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmdir ki, onlara nazil olan kitablar aşağıdakılardan ibarətdir: 1-Suhuf-(Nuh əleyhissalam); 2-Suhuf-(İbrahim əleyhissalam); 3-Tövrat-(Musa əleyhissalam); 4-İncil-(İsa əleyhissalam); 5-Qur’an-(Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm); Ulul-əzm peyğəmbərlərin daha üstünü isə islam peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu ələyhi və Alihi və səlləm)-dir. O, Həzrət (s) buyurur: «Mən Cəbrail, Mikail, İsrafil və Allahın bütün yaxın mələklərinin üstünü, xalqın daha yaxşısı və Adəm övladlarının seyyidi və ağasıyam.»[69] Altıncı: Qur’ani-kərim Həzrət Mühəmmədə (s) iki dəfə nazil olmuşdur ki, birinci dəfə o həzrətin mübarək qəlbini nuralandırıb vəhyə hazırlamaq üçün icmali şəkildə, ikinci dəfə isə tədriclə olaraq 40 yaşından başlayıb 63 yaşında sona çatmışdır.[70] Yeddinci: Qur’ani-kərim həzrət Mühəmmədə (s) nazil olduğu kimi qalmış və heç bir təhrifə mə’ruz qalmadan bizim əlimizə çatmışdır. Bunun əksinə e’tiqad bəsləyənlər isə bəsirətsiz olub yersiz danışan və kor-koranə yol gedənlərdir.[71] Əlbəttə bu heç də sırf iddia deyil, əksinə Qur’anın möhkəm ayələri və mö’təbər rəvayətlər əsasındadır. Qur’ani-kərim bir sıra möhkəm dəlillərə əsasən Tövrat və İncilin əksinə olaraq, heç vaxt təhrif olunmamışdır. Yə’ni ona artırılmamış və ya ondan heç bir şey azaldılmamışdır. Bu sözə aid bir neçə dəlilləri qeyd edirik: 1-Hifz ayəsi; Allah-təala Qur’anın hər növ təhrifdən qorunub saxlanılması haqda belə və’d edir: «Şübhəsiz Qur’anı biz nazil etmiş və həqiqətən biz onu qoruyacağıq.»[72] Digər bir ayədə belə buyurur: «Şübhəsiz Allah öz və’dəsinə yalançı çıxmaz.»[73] 2-Qur’anın batildən uzaq olması; Qur’ani-kərimdə onun batildən (təhrif və yalandan) uzaq olması haqda buyurulur: «Və Həqiqətən bu kitab izzətlidir, Heç vaxt batil, onun önü və arxasındandan onunla birgə olmaz, çünki o (Qur’an) hikmətli və (sifətləri) bəyənilmiş Rəbbin tərəfindən nazil olmuşdur.»[74] Səkkizinci: Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm, peyğəmbərlərin sonuncusu və üstünü olduğu kimi, İslam dini də dinlərin sonu, üstünü və əbədisidir. Həqiqətdə İslam dininin zühur etməsi ilə sair dinlər öz e’tibarlarını itirmişlər. Həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi vəsəlləmdən sonra isə heç bir peyğəmbər gəlməyəcəkdir. Qur’ani-kərimdə oxuyuruq: «Mühəmməd (s) (Allah elçisi olub), sizlərdən Heç birinizin atası deyildir. Lakin o, Allahın elçisi və peyğəmbərliyi xətm edən (sona çatdıran)-dır və Allah Hər bir şeydən agahdır.»[75] Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm vəfat edərkən buyurdu: «(Bilin ki,) məndən sonra heç bir peyğəmbər gəlməyəcək və sünnəmdən sonra başqa bir sünnə (davranış) olmayacaqdır.» hər kəs (bunun əksini) iddia edərsə, sözləri batil və insanı Cəhənnəm əzabına düçar edən bid’ətdir. Beləliklə belə şəxsləri öldürüb onlarla mübarizəyə qalxın və bilin ki, belə şəxslərə itaət edənlərin yeri Cəhənnəm odu olacaqdır.» [76] Doqquzuncu: Qur’ani-kərimdə buyurulduğu kimi, bə’zi vaxtlar eyni zamanda iki şəxs peyğəmbərlik etmiş, amma onlardan biri digərinə tabe olmuşdur ki, Həzrət İbrahim və həzrət Lut əleyhiməssalamı buna misal vurmaq olar. Onuncu: Biz müsəlmanlar İslam dini və Həzrət Mühəmmədin (s) sair dinlər və peyğəmbərlərdən üstün olmasına inanmaqdan əlavə, bütün ilahi dinlər, peyğəmbərlər və onlara gələn ilahi kitablara dərin hörmət bəsləyirik. Qur’ani-kərimdə oxuyuruq: «Allah elçisi ona nazil olanlara iman gətirmişdir və mö’minlər də hamılıqla Allaha, onun mələklərinə, göndərdiyi (asimani) kitablara və peyğəmbərlərə iman gətirərək deyərlər: Allahın göndərdiyi peyğəmbərlərin heç birinin arasında fərq qoymarıq. Və (mö’minlər) hamılıqla deyərlər: Biz Allahın fərmanını eşidib (ona) iman gətirdik. İlahi, biz Sənin bağışlamağını istəyir və Sənə tərəf qayıdacağımızı bilirik.»[77] —————————————– [33]«Nəhl» surəsi, ayə.36 [34]«Fatir» surəsi, ayə.24 [35]«Əlmizan-təfsiri» 17-ci cild, səh.39 [36]Nəhcul-bəlağə,144-cü xütbə [37]«Nəhl» surəsi, ayə.36 [38]«Bəqərə» surəsi, ayə.213 [39]«Hədid» surəsi, ayə.25 Cümə surəsi, ayə.2 [40] Cümə surəsi, ayə.2 [41]«Nisa» surəsi, ayə.165 [42] Yasin surəsi, ayə30 [43] Mutəffifin surəsi, ayə.29-30. [44] Qəmər surəsi, ayə 2 [45] R`əd surəsi, ayə 13 [46] Yasin surəsi, ayə 18 [47] Ali İmran surəsi, ayə 112 [48]«Əhzab surəsi, ayə,21» [49]«Tarixi Təbəri» 2-ci cild, səh.7-8. (Fruği əbədiyyət kitabından) [50] Sireyi İbni Hişam,3\345, (Fruği əbədiyyət kitabından) [51]«Səf» surəsi, ayə.6. [52] İlahiyyat, səh,246, «Əlqəsəsul-Qur’ani», səh.314-315. [53] Müntəhəl-amal, 1-ci cild, səh-66-95 [54] Yunis surəsi, ayə.16 [55] Rum surəsi, ayə.1-4 [56] Əl-mizan fi təfsiril-Qur’an,16-cı cild, səh.162-170, Ulumul-Qur`an, 2-ci cild, səh:129-135 [57] Bəqərə surəsi, ayə.22 [58] Şura surəsi, ayə.51 [59] Ənbiya» surəsi, ayə.7 [60] İbrahim surəsi, ayə.4. [61] «Şura» surəsi,. ayə.23 [62] «Bəqərə» surəsi, ayə.124 [63] Təlaq surəsi, ayə.1. [64]«Əhzab» surəsi, ayə.21. [65] «USuli kafi» kitabul-əqli vəl-cəhl, hədis-11 [66] «Əl e’tiqadat fi dinil-imamiyyə», səh.66 [67] «Bəqərə» surəsi, ayə.253. 131 [68] «İsra» surəsi, ayə.55 [69] Əl-e’tiqadat fi dinil imamiyyə, səh.65 [70] «Ulumul-Qur’an» 1-ci hissə, səh.27 [71]Fəslul-xitab fi ədəmi təhrifi kitabi Rəbbil-ərbab» səh.16-18 [72]«hicr» surəsi, ayə.9 [73]«R`əd» surəsi, ayə.31 [74]

1 2 3 4 5