Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Əli (ə) 13.02.2025

Təbliğ ayəsi və Qədir-Xum hadisəsi

Qurani-Kərimin “Maidə” surəsinin 67-ci ayəsində buyurulur: يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ “Ya Peyğəmbər! Allah tərəfindən sənə nazil olanı (camaata) çatdır. Əgər (bunu) etməsən, Onun risalətini yerinə yetirməmisən. Allah səni insanlardan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq. Allah kafir camaatı hidayət etməz.” Bir çox əhli-sünnə alimlərinin təfsir, hədis və tarix kitablarında (və şiənin bütün məşhur kitablarında) bu ayənin imam Əli (ə) və “Qədir-Xum” hadisəsi barəsində nazil olduğu göstərilir. Həmin kitablarda nəql olunan rəvayətlərdə açıq-aşkar deyilir ki, bu ayə “Qədir-Xum” hadisəsində Peyğəmbəri-Əkrəmin (s) imam Əlini (ə) öz canişini və vəsisi təyin etdiyi zamana aiddir. Bu rəvayətlərin sayı o qədər çoxdur ki, hətta Əllamə Əmini “Əl-qədir” kitabında “Qədir-Xum” hədisinin canlı şahidi olan Peyğəmbəri-Əkrəmin (s) 110 nəfər səhabəsindən, 84 nəfər tabeindən və 360 nəfər məşhur İslam alimlərindən nəql olunduğunu qeydə almışdır. “QƏDİR-XUM” HADİSƏSİ “Qədir-Xum” hadisəsini qeydə alan rəvayətlərin məcmusundan belə qənaətə gəlirik ki, İslam Peyğəmbəri (s) ömrünün sonuncu ilindəki “Vida” həcci (“Həccətül-vida”) daha şövkət və əzəmətlə sona çatdırmış, bu mövsümdə hacıların qəlbləri mənəvi hisslərlə dolmuş, bu böyük ibadətin ləzzətini bütün cisim və canları ilə duymuşdular. Peyğəmbərin (s) səhabələri bu böyük səadətə çatdıqları üçün sevinclərindən dərilərinə sığmırdılar. Bu səfərdə Peyğəmbərlə (s) birgə yalnız Mədinə əhalisi deyil, həm də bu böyük tarixi iftixar və səadətə nail olmaq üçün Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən çoxlu müsəlman var idi. Bəzi alimlər Peyğəmbərlə (s) birgə həcdə olanların sayını 90 min, bəziləri 112 min, bəziləri 120 min, bəziləri isə 124 min qeyd etmişdir. Hicazın qızmar günəşi dağ və düzənlikləri yandırsa da, bu misilsiz mənəvi səfərin ləzzəti hər bir şeyi asanlaşdırmışdı. Günorta yaxınlaşır və yavaş-yavaş Cöhfə məntəqəsi, ondan sonra isə “Qədir-Xum”un quru və yandırıcı səhralıqları uzaqdan görünürdü. Burada Hicazı digər məntəqələrdən ayıran dörd yolayrıcı var idi ki, biri şimala (Mədinəyə), biri şərqə (İraqa), biri qərbə (Misirə), biri də cənuba (Yəmənə) doğru gedirdi. Camaat bura çatdıqda, artıq bir-birindən ayrılır və həcc səfərinin son xatirəsi burada sona yetirdi. Bu yerdə müsəlmanlar İslam Peyğəmbərindən (s) son göstərişləri almaqla bir-birlərindən ayrılırdılar. Hicri-qəməri tarixi ilə 10-cu ilin cümə axşamı idi və “Qurban” bayramından səkkiz gün keçirdi. Bu vaxt Peyğəmbər (s) tərəfindən hacıların dayanması üçün göstəriş verildi. Müsəlmanlar uca səslə elan etdilər ki, karvanın önündə hərəkət edənlər geri qayıtsınlar, nəhayət, geridə qalanlar da gəlib çatdılar. Günorta vaxtı Peyğəmbərin (s) azançısı “Allahu-əkbər” səsi ilə camaatı namaza çağırdı. Camaat tez namaza hazırlaşdılar. Havanın qızmar istisindən hacılardan bəziləri əbalarının bir ucunu ayaqlarının altına, o biri ucunu da başlarına atmışdılar; çünki səhranın yandırıcı çınqılları və günəşin şüası onların əl-ayaqlarını yandırırdı. Bu səhralıqda bir neçə çılpaq ağacdan başqa nə bir kölgəlik, nə də bir ot-ələf və çəmənlik gözə görünmürdü. Bəziləri də bu çılpaq ağaclara sığınmışdılar. Nəhayət, günorta namazı qurtardı. Ağacların birinin üstünə parça atılaraq Peyğəmbər (s) üçün kölgəlik düzəldildi. Bununla belə, yandırıcı hava onları kölgəlikdə də rahat qoymurdu. Müsəlmanlar özləri ilə gətirdikləri çadırlara girmək istədikdə, Peyğəmbər (s) xəbərdarlıq etdi ki, hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eşitmək üçün hazır olsun. Peyğəmbərdən (s) uzaq olanlar cəmiyyətin içərisindən o həzrətin nurani surətini görə bilmədikləri üçün dəvələrin kəcavəsindən hündür bir yer düzəltdilər. Peyğəmbər (s) onun üstünə qalxıb, əvvəlcə Allaha həmd-səna dedi və özünü Allaha tapşıraraq camaata belə buyurdu: “Mən tezliklə Allahın dəvətini qəbul edib, sizin aranızdan gedəcəyəm. (Allah qarşısında) həm mən məsuliyyət daşıyıram, həm də siz! Siz mənim haqda necə şəhadət verirsiniz?” Camaat uca səslə dedi: “Biz şəhadət veririk ki, sən peyğəmbərlik borcunu kamil yerinə yetirdin, xeyirxahlıq etdin və bizim hidayətimiz üçün çalışdın. Allah sənə yaxşı mükafat versin!” Sonra Peyğəmbər (s) buyurdu: “Siz Allahın təkliyinə, mənim peyğəmbərliyimə, qiyamətin və ölülərin diriləcəyi günün haqq olmasına şəhadət verirsinizmi?” Hamı bir ağızdan “Bəli, şəhadət veririk!” – dedilər. Peyğəmbər (s) dedi: “İlahi şahid ol…” Əlavə edərək buyurdu: “Ey camaat, səsimi eşidirsinizmi?” Dedilər: “Bəli!” Bundan sonra səhra tamamilə sükuta büründü, isti küləyin zümzüməsindən başqa bir səs eşidilmirdi. Bu vaxt Peyğəmbərin (s) səsi ucaldı: “İndi baxın görün, mənim aranızda yadigar qoyduğum iki böyük və ağır əmanətlə necə davranacaqsınız?!” Cəmiyyətin içərisindən bir səs gəldi: “Ey Allahın Rəsulu! Bu iki ağır əmanət hansılardır?” Peyğəmbər (s) dərhal buyurdu: “Birincisi bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdə olan Allahın kitabıdır! Ondan əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Mənim ikinci ağır yadigarım Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər verib ki, bu iki əmanət behiştdə mənə qovuşana qədər, heç vaxt bir-birindən ayrılmayacaqlar. Onlardan irəli keçməyin, yoxsa həlak olarsınız, geridə də qalmayın ki, yenə həlak olarsınız!” Bu zaman hamı gördü ki, Peyğəmbər (s) öz ətrafına baxır və kimisə axtarırdı. Əlini (ə) görən kimi əyilib, onun əlindən tutdu və yuxarı qaldırdı, hətta onun qoltuğunun altı belə göründü. Hamı onu tanıyıb bildi ki, o, İslamın yenilməz sərkərdəsidir. Bu zaman Peyğəmbər (s) səsini bir az da ucaldaraq buyurdu: “Ey camaat! Möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir?!” Dedilər: “Allah və Peyğəmbəri daha yaxşı bilir!” Peyğəmbər (s) buyurdu: “Allah mənim mövlam və rəhbərim, mən də möminlərin mövlası və rəhbəriyəm və onlara özlərindən daha artıq ixtiyar sahibiyəm (mənim əmrim onların hər bir istəyindən irəlidir)!” Sonra buyurdu: “Belə isə mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” O həzrət bunu üç dəfə (bəzi ravilərin dediyinə görə, dörd dəfə) təkrar etdi. Sonra başını səmaya qaldırıb belə dua etdi: اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادَ مَنْ عاداهُ وَاَحِبْ مَنْ اَحَبَّهُ وَاَبْغِضْ مَنْ اَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه وَاَدْرِ الْحَقَّ مَعَهُ حَيْثُ دارَ: “İlahi! Onun dostunu Sən də dost bil, onun düşmənini Sən də düşmən bil, onu sevəni Sən də sev, onu qəzəbləndirənə Sən də qəzəbli ol, dostlarına kömək et, onu tək qoyub xar edənləri Sən də xar və zəlil et, haqqı həmişə onunla birgə et və onu haqdan ayırma!” Sonra buyurdu: “Hazır olanlar bu xəbəri burada olmayanlara çatdırsınlar!” Peyğəmbərin (s) xütbəsi sona yetdi. Peyğəmbərin (s), Əlinin (ə) və camaatın üz-gözündən tər axırdı. Hələ camaat dağılmamışdı ki, vəhy mələyi nazil olub, Peyğəmbərə (s) bu ayəni çatdırdı: الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي… “Bu gün sizin dininizi təkmilləşdirdim, nemətimi sizə tamamladım…” Peyğəmbər (s) buyurdu: “Allahu-əkbər, Allahu-əkbər! Allah Öz dinini kamil, nemətini bizə tamamladı, mənim risalət və peyğəmbərliyimdən, məndən sonra isə Əlinin vilayətindən razıdır!” Bundan sonra hacılar Əliyə (ə) doğru gəlməyə başladılar və onu bu məqama nail olduğuna görə təbrik etdilər. Onu təbrik edən tanınmış şəxslərdən Əbu Bəkr və Öməri misal göstərmək olar ki, onlar cəmiyyətin qarşısında bu sözləri dillərinə gətirdilər: بَخٍّ بَخٍّ لَكَ يَاابْنَ اَبِى طالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلاىَ وَمَوْلا كُلِّ مُؤمِنٍ وَمُؤمِنَةٍ: “Afərin sənə, afərin sənə, ey Əbu Talibin oğlu! Sən mənim, bütün mömin kişi və qadınların mövlası və rəhbəri oldun.” Bu zaman İbn Abbas dedi: “Allaha and olsun! Bu əhd-peyman hamının boynunda qalacaqdır.” Məşhur şair Həssan ibn Sabit Peyğəmbərdən (s) bu münasibətlə bir şer söyləmək üçün icazə istədi, sonra belə dedi: “Qədir-Xumda Peyğəmbərin nidası, Yayıldı carçısıyla hər sədası. Dedi: “Kimdir sizin mövla, nəbiniz?” Bir ağızdan: “Allah bizim Rəbbimiz! Ondan sonra sən də peyğəmbərimiz! Vilayətə asi olmaz birimiz!” Peyğəmbərin Əliyə buyruğuyla: “Qalx ayağa, həqiqət sorağıyla. Məndən sonra imam, hidayətçisən, Mövlası olduğumun rəhbərisən! Bəs, itaət edin buyruqlarıma, Allahdan əmanət qoyduqlarıma! “İlahi! Onu sevən hər kəsi, sev Sən də! Düşmən olan kəsə, düşmən ol Sən də!” Bu, şiə və sünni alimlərinin kitablarında nəql olunan “Qədir-Xum” hadisəsinin xülasəsi idi!

İmam Əli (ə) 03.02.2025

İmam Əlinin (ə) həyatına qısa bir baxış

Rəcəb ayının 13-cü günü  Əmirəlmöminin Əlinin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq. Mütəal Allahdan istəyirik ki, bizi dünya və axirətdə imam Əlidən (ə) ayrı salmasın! https://ia904706.us.archive.org/16/items/imam-linin-huati-guldiyar-zulfiqarov/İmam%20Əlinin%20həuatı%20GÜldiyar%20Zulfiqarov.mp3 İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya göz açmış, 40-cı hicri-qəməri ilinin Ramazan ayının 21-də Kufə şəhərində şəhadətə çatmışdır. Müqəddəs məzarı Nəcəf şəhərindədir. Atası Əbu Talib, anası Fatimə Əsədqızıdır. İmam Əli (ə) uşaqlıq dövrünü Peyğəmbərin (s) evində keçirmişdir. Atası Əbu Talibin əhli-əyalı böyük və güzəranı çətin olduğundan, Peyğəmbər (s) onun övladlarından birini öz evinə aparmaq istəmiş və həzrət Əlini (ə) götürmüşdür. Peyğəmbər (s) bunu Əbu Talibin ona – yetim və ata-anasız qaldığı zaman – etdiyi yaxşılıqların müqabilində bir növ kömək hesab edirmiş; əslində, bu iftixarın həzrət Əliyə (ə) nəsib olması Allahın iradə və istəyi ilə olmuşdur. Elə bir iftixar ki, Fatimədən (ə) başqa, heç kim ona şərik ola bilməmişdir. Peyğəmbər (s) imam Əlini (ə) öz öhdəsinə götürərkən buyurmuşdur: “O kəsi seçdim ki, Allah-Taala da onu mənim üçün seçmişdir.” (“Məqatilut-talibin”, Əbülfərəc İsfahani, səh.15.) İmam Əli (ə) öz xilafəti dövründə “Qasiə” xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: “Siz (Peyğəmbərlərin səhabələri) mənim Peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (s) məni öz qucağına alıb, bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi. Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim.” (“Nəhcül-bəlağə”, 192-ci xütbə, Sübhi Saleh.) İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRİN (S) KƏNARINDA Peyğəmbəri-Əkrəm (s) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını “Hira” mağarasında keçirər və bu bir ayı ibadətlə məşğul olardı. Bir ay başa çatdıqdan sonra, əvvəl gəlib Kəbəni təvaf edər, sonra evə qayıdardı. Tarixi faktlardan məlum olur ki, Peyğəmbər (s) imam Əliyə (ə) olan xüsusi əlaqəsinə görə onu da özü ilə “Hira” mağarasına aparardı. Vəhy mələyi Cəbrail ilk dəfə “Hira mağarasına” gəlib Peyğəmbərin (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, imam Əli (ə) də o həzrətin yanında idi. Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) Peyğəmbərin (s) özü rəhbərlik etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında imam Əli (ə) iştirak etmişdir. Təkcə Təbuk döyüşündə imam Əli (ə) iştirak etməmişdir. Onda da Peyğəmbərin (s) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər Peyğəmbərin (s) Mədinədə olmamasından istifadə edib, şəhərdə çevriliş edə bilərdilər. Buna görə də, Peyğəmbər (s) imam Əlini (ə) Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın. İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRDƏN (S) SONRA İmam Əli (ə) Peyğəmbərdən (s) sonra İslam hökumətini idarə etmək üçün ən səlahiyyətli şəxs olmuşdur. İslam aləmində Peyğəmbərdən (s) başqa heç kəs fəzilət, təqva, fiqh, hökumət (qəzavət), Allah yolunda cihad və bu kimi gözəl xüsusiyyətlərdə imam Əliyə (ə) çatmazdı. Məhz bu üstünlüklərə görə imam Əli (ə) dəfələrlə Allah və Peyğəmbər (s) tərəfindən müsəlmanların gələcək rəhbəri təyin olunmuşdu. “Qədir Xum” hadisəsində də rəsmi olaraq təsdiqləndi. Amma Peyğəmbərin (s) vəfatından sonra xilafət yolu tamamilə dəyişdirildi. Əbu Bəkr xilafət kürsüsündə əyləşdi. Ondan sonra Ömər, sonra da Osman hakimiyyətə gəldi. İmam Əli (ə) 25 il siyasi səhnədən və İslam hökumətinin idarə işlərindən uzaqlaşdırıldı. İMAM ƏLİ (Ə) XİLAFƏT BAŞINDA Üçüncü əxlifə Osmanın maliyyə pozğunluqları, beytül-malı (ümumi əmlakı) qeyri-şəri yollarda istifadə etməsi, Bəni-Üməyyə qəbiləsindən və öz qohumlarından olan nalayiq və səlahiyyətsiz şəxsləri vəzifəyə gətirməsi, mühacir və ya ənsardan olan səlahiyyətli şəxsləri işdən uzaqlaşdırması və dövlətin bütün işlərini Bəni-Üməyyənin ixtiyarında qoyması camaatı qəzəbləndirmişdi. Osman, ləyaqətsiz icra başçılarının dəyişdirilməsi ilə bağlı camaatın şikayətlərinə baxmadığına görə, nəhayət, camaat onun hökumətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra camaat imam Əliyə (ə) beyət etdi. İMAM ƏLİ (Ə) VƏ ÜÇ CƏBHƏ İLƏ MÜBARİZƏ İmam Əlinin (ə) hakimiyyətinin əsl ədalət əsasında idarəsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, onlar imam Əlinin (ə) hökuməti qarşısında müxalif bir cəbhə yaratdılar. Bu müxalifət sonda “Nakisin”, “Qasitin” və “Mariqin” döyüşləri ilə nəticələndi. 1. “Nakisin” döyüşü (və yaxud Cəməl döyüşü): “Nakisin” ərəb sözü olub, “əhd-peymanlarını pozanlar” mənasını bildirir. Bir qrup imam Əliyə (ə) beyət etdikdən sonra beyətini pozub, o həzrətin (ə) üstünə qoşun çəkdilər. Təlhə və Zübeyr onlara başçılıq edirdi. Təlhə və Zübeyr imam Əliyə (ə) beyət etdikdən sonra o həzrətdən Bəsrə və Kufə şəhərlərinə vali (başçı) təyin olunmalarını istədikdə, İmam (ə) onların bu istəyi ilə razılaşmadı. Nəhayət, onların hər ikisi “ümrə” həcci bəhanəsi ilə Məkkəyə yola düşdülər. Məkkədə Bəni-Üməyyə tərəfindən qarət olunmuş “beytül-mal”dan istifadə edərək ordu yaradıb Ayişə ilə birlikdə Osmanın qısasını almaq bəhanəsi ilə Bəsrəyə üz tutdular. Bəsrəni öz əllərinə keçirtdilər. İmam Əli (ə) bu hadisədən xəbərdar olub onları aradan götürmək məqsədilə ordu ilə Bəsrəyə tərəf hərəkət etdi. Bəsrə yaxınlığında qızğın döyüş nəticəsində imam Əli (ə) qalib gəldi və “nakisin” zümrəsi məğlubiyyətə uğradı. Bu döyüş hicrətin 36-cı ilində baş vermişdir. 2. “Qasitin” (haqdan dönmüşlərin) döyüşü (və yaxud Siffeyn döyüşü): Müaviyə hələ imam Əli (ə) xəlifə olmazdan neçə il qabaq Şamda özünün xəlifə olması üçün bir sıra hazırlıqlar görmüşdü. İmam Əli (ə) xilafətə gəlcək, Müaviyənin işdən kənarlaşması əmrini verdi (Müaviyə Osman tərəfindən Şama vali təyin edilmişdi) və onun bir an belə işdə qalmasına razılıq vermədi. Müaviyə də İmamın əmrini qəbul etmədi. Müsəlmanların xəlifəsi imam Əli (ə) “Cəməl” döyüşündən sonra, Cərir ibn Abdullahı Müaviyə ilə müzakirə etmək və ondan beyət almaq üçün Şama göndərdi. Müaviyə bu dəfə də təslim olmadı və hətta Osmanın qisasını almaq bəhanəsi ilə imam Əli (ə) ilə döyüş elan etdi. İmam Əli (ə) məcburiyyət qarşısında qalıb döyüşə hazırlaşdı. Böyük bir odru ilə Kufədən hərəkət edib, Siffeyn çölündə Müaviyənin ordusu ilə üzləşdi və beləcə, iki ordu arasında ağır döyüş baş verdi. Döyüşdən bir neçə gün sonra, imam Əlinin (ə) ordusu qələbəyə bircə addım qalmış, Əmr ibn As məğlubiyyətdən qurtulmaq üçün hiyləyə əl atdı və Qurani-Kərimi nizələrin ucuna taxaraq imam Əlinin (ə) ordusu arasında ixtilaf və təfriqə saldı. Müaviyənin ordusundan beş yüzə yaxın döyüşçü Quranı nizələrə taxıb sıralarını Quranla bəzəyərək, belə fəryad etməyə başladılar: “Ey İraq Əhli! Bizimlə sizin aranızda hakim Allahın kitabıdır. (Hər iki tərəf döyüşdən əl çəkib, Quranın hökmünə təslim olsun!)” İmam Əlinin (ə) ordusu bu səsləri eşidib nizələrə taxılmış quranları gördükdə, çoxları aldanaraq, o həzrətə dedilər: “Müaviyə düz deyir və səni Allahın kitabına dəvət edir. Onun dəvətini qəbul et!” İmam Əli (ə) buyurdu: “Döyüşə davam edin, müqavimət göstərin ki, qələbə yaxındır. Onların dəvətinə etina etməyin ki, hiylə və məkrdən başqa bir şey deyil!… Mən onlarla məhz Quranın hökmünə qarşı olduqlarına görə döyüşürəm… Mən onları (Müaviyə, Əmr ibn As və başqalrını) sizdən yaxşı tanıyıram.” Əmr ibn Asın hiylə və məkri öz işini gördü. İmam Əlinin (ə) ordusundan on minə yaxını döyüşdən əl çəkib atəşkəslə razılaşdı və şamlıların istəyinə müsbət cavab verdi. Əşəs və tərəfdarları əllərində silah o həzrətin müqabilində dayanıb dedilər: “Onların dəvətini qəbul et, əks-təqdirdə, Osmanı öldürdüyümüz kimi, səni də öldürərik.” İmam Əli (ə) öyüd-nəsihət etsə də, onlara azacıq belə təsir göstərmədi və nəhayət, məcburiyyət qarşısında qalıb “həkəmiyyət” məsələsinə razılıq verdi. Qərar oldu ki, müharibəyə son qoyulsun və hər iki tərəfdən bir nümayəndə seçilərək məşvərət əsasında müəyyən bir zaman və məkanda, ümumi məclisdə və hər iki ordunun böyükləri qarşısında mühakimə yürüdərək İslam ümmətinə rəhbər təyin etsinlər. Müaviyə mühakimə üçün Əmr ibn Ası təyin etdi. İmam Əliyə (ə) atəşkəs və “həkəmiyyət” məsələsini qəbul etdirən, sonradan da “xəvaric” adını daşıyan müxaliflər isə Əbu Musa Əşərini təyin etdilər. İmam Əli (ə) onun bu işə ləyaqət və səlahiyyətli olmadığını bildirib, İbn Abbası, yaxud Maliki Əştəri və yaxud da Əhnəf ibn Qeysi mühakimə üçün təyin etsə də, o həzrətlə razılaşmadılar və Əbu Musa Əşərini seçdilər. Bir sözlə, danışıqlar zamanı Əmr ibn As hiyləgərliklə Əbu Musa Əşəriyə başa salır ki, İslam ümməti iki nəfərin – Əli və Müaviyənin üstündə bir-birilə müxalifətə qalxmışdır. Gəl, sən Əlinin nümayəndəsi kimi Əlini xilafətdən kənarlaşdır, mən də Müaviyənin nümayəndəsi kimi Müaviyəni xilafətdən kənarlaşdırım. Sonra müsəlmanlar yığışıb, özlərinə yeni bir xəlifə təyin etsinlər. Əbu Musa Əşəri, Əmr ibn Asın hiyləsinə aldanıb onunla razılaşır. Hər iki tərəf bu nəzərin elan olunacağını qərar verir. Mühakimə üçün təyin olunmuş vaxt gəlib çatdıqda, Əmr ibn As hiyləgərliklə Əbu Musa Əşəriyə deyir: “Minbərə birinci sən çıx, çünki sən Peyğəmbərin (s) səhabəsisən. Mən səndən qabağa keçə bilmərəm.” Məclisdə iştirak edən İbn Abbas, Əbu Musa Əşəriyə deyir: “Qoy, öncə Əmr ibn As nəzərini desin, yoxsa, o, səni aldadacaq!” Əbu Musa Əşəri, İbn Abbasın sözünü qəbul etməyib, minbərə çıxır və camaatın hüzurunda belə deyir: “Biz məşvərət və araşdırmalardan sonra belə qənaətə gəldik ki, həm Əlini (ə), həm də Müaviyəni xilafətdən kənarlaşdırıb, xəlifə seçimini müsəlmanların öhdəsinə qoyaq. Buna əsasən, mən bu üzüyü barmağımdan çıxartdığım kimi, Əlini də xilafətdən kənarlaşdırıram.” Ondan sonra Əmr ibn As minbərə çıxıb deyir: “O, Əlini xilafətdən kənarlaşdırdı. Mən də onu xilafətdən kənarlaşdırıb, bu üzüyü barmağıma taxdığım kimi, Müaviyəni xilafətə təyin edirəm.” Beləliklə, Əmr ibn As, Əbu Musa Əşərini aldadıb, Müaviyəni xəlifə elan edir. Qasitin döyüşü hicrətin 37-ci ilində baş vermişdir. Bu döyüş tarixdə Siffeyn döyüşü adı ilə məşhur olmuşdur. “Mariqin” döyüşü (və yaxud Nəhrəvan döyüşü): “Mariqin” (yolunu azmışlar) imam Əlini (ə) Əbu Musa Əşəri ilə Əmr Asın danışıqlarına razı olmağa (həkəmiyyətə) məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün sonra bu dəstə öz işlərindən peşman olub, imam Əlidən (ə) danışıqların nəticəsi ilə razılaşmamasını istədilər. Ancaq imam Əli (ə) elə bir şəxs deyildi ki, öz əhdinə vəfasız çıxsın və peymanı pozsun. Bu dəstə işi belə görüb, imam Əliyə (ə) qarşı ordu toplamağa başladı və hicrətin 38 yaxud 39-cu ilində Nəhrəvan adlı bir yerdə o həzrətlə həmin dəstə arasında döyüş baş verdi. İmam Əlinin (ə) ordusu bu döyüşdə də qalib gəldi. Ancaq kin-küdurət yenə ürəklərdə qaldı. Nəhayət, 40-cı hicri ilinin Ramazan ayının 19-da İbn Mülcəm namazda səcdə halında olan imam Әlinin (ə) başını zəhərli bir qılıncla yaraladı. Bununla da, o həzrət iki gündən sonra, Ramazan ayının 21-də, 63 yaşında ikən şəhadətə yetdi və Nəcəfi-Əşrəf şəhərində torpağa tapşırıldı. (“Sireyi-pişvayan” (Məsum imamların həyatı), Ustad Mehdi Pişvayi, “İmam Əlinin (ə) həyatı” bölümü; “Məsum imamların ictimai-siyasi həyatı”,

İmam Əli (ə) 11.01.2025

Əlidən (ə) itaət etmək Allah və Peyğəmbərindən (s) itaət etməkdir

Allah-Taala Qurani-Kərimin mübarək Nisa surəsinin 59-cu ayəsində buyurur: یَا أَیُّهَا الَّذِینَ آمَنُوا أَطِیعُوا اللَّهَ وَأَطِیعُوا الرَّسُولَ وَأُولِی الْأَمْرِ مِنکُمْ  فَإِن تَنَازَعْتُمْ فِی شَیْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِن کُنتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْیَوْمِ الْآخِرِ ذَلِکَ خَیْرٌ وَأَحْسَنُ تَأْوِیلًا “Ey iman gətirənlər! Allaha itaət edin, Onun Peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun! Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir”. İslamın 4-cü əsrində yaşamış Əhli-Sünnənin Şafei məzhəbinin böyük hədis, tərcümeyi-hal və tarix alimi Əbu Əbdillah Məhəmməd bin Abdullah bin Məhəmməd Hakim Nişapuri (321 – 405 hq) özünün “əl-Müstədrək ələs-Səhiheyin” adlı hədis məcmuəsində yazır: أَخْبَرَنَا أَبُو أَحْمَدَ مُحَمَّدُ بْنُ مُحَمَّدٍ الشَّیْبَانِیُّ مِنْ أَصْلِ کِتَابِهِ، ثنا عَلِیُّ بْنُ سَعِیدِ بْنِ بَشِیرٍ الرَّازِیُّ، بِمِصْرَ، ثنا الْحَسَنُ بْنُ حَمَّادٍ الْحَضْرَمِیُّ، ثنا یَحْیَى بْنُ یَعْلَى، ثنا بَسَّامٌ الصَّیْرَفِیُّ، عَنِ الْحَسَنِ بْنِ عَمْرٍو الْفُقَیْمِیِّ، عَنْ مُعَاوِیَةَ بْنِ ثَعْلَبَةَ، عَنْ أَبِی ذَرٍّ رَضِیَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَیْهِ وَسَلَّمَ: مَنْ أَطَاعَنِی فَقَدْ أَطَاعَ اللَّهَ، وَمَنْ عَصَانِی فَقَدْ عَصَى اللَّهَ، وَمَنْ أَطَاعَ عَلِیًّا فَقَدْ أَطَاعَنِی، وَمَنْ عَصَى عَلِیًّا فَقَدْ عَصَانِی Əbu Əhməd Şeybani öz kitabından mənə belə xəbər verdi: Hədis etdi mənə Əli bin Səid bin Bəşir ər-Rzai Misrdə, o da Həsən bin Həmmad əl-Həzrəmidən, o da Yəhya bin Yəəladan, o da Bəssam əs-Səyrəfidən, o da Həsən bin Əmr əl-Fuqeymidən, o da Müaviyə ibn Səələbədən, o da Əbu Zərdən ki, Həzrət  Peyğəmər (s) buyurdu: “Hər kəs mənə itaət etsə, həqiqətdə Allaha itaət edib. Hər kəs mənə üsyankarlıq etsə, həqiqətdə Allaha üsyankarlıq və günah edib. Və hər kəs Əliyə itaət etsə, mənə itaət etmişdir və hər kəs Əliyə üsyankarlıq etsə, həqiqətdə mənə üsyan və itaətsizlik edibdir”. Amma Buxari və Müslim bu hədisi kitablarında nəql etməyiblər). Hədisin qaynağı: Hakim Nişaburi, “əl-Müstədrək ələs-Səhiheyin”, c.3, s.131; Darul-Kutubul-Elmiyyə çapı. Hədisin sənəd baxımından hökmü: 1). Hakim Nişaburi: Bu hədisin isnadı səhihdir. 2). Şəmsuddin Zəhəbi: Hədis səhihdir. Mirməhəmməd Bəşir http://t.me/mirmehemmed_beshir

İmam Əli (ə) 11.01.2025

“Kərrəməllahu Vəchəhu”

Bu hörmət və ehtiram bildirən gözəl ifadəni, yəni “Kərrəməllahu Vəchəhu” sözünü Əhli-Sünnə alimləri qədim dövrdən İmam Əlinin (ə) adının ardınca işlədiblər. Digər səhabələr üçün isə “Rəziyəllahu Ənhu” (Allah ondan razı olsun) ifadəsini istifadə etmişlər. Şiələr isə İmam Əli (ə) və Peyğəmbər ailəsindən olan digər imamların adlarını deyəndə ardınca “əlyhis-səlam” (Allah ona salamı olsun) ifadəsini işlədirlər. Əhli-Sünnə alimlərinin bütün səhabələr üçün “Rəziyəllahu Ənhu” ifadəsini işlətdikləri halda təkcə İmam Əli (ə) üçün “Kərrəməllahu Vəchəhu” (Allah onu şərafətli, girami və əziz etsin) ifadəsini istifadə etməklərinin səbəbini bəzi araşdırmaçılar aşağıdakı kimi izah etmişlər: Birinci izah: İmam Əli (ə) heç vaxt bütə sitayiş və pərəstiş etməmişdir. Başqa sözlə desək İmam Əli (ə) bütün digər səhabələrdən bir çox üstünlüklərə malikdir ki, onların ən ümdəsi bunlardır: 1). İmam Əli (ə) uşaqlıqdan Peyğəmbərin (s) tərbiyəsi və elmi ilə qidalanıb və uşaqlığından Peyğəmbərə (s) ehtiram və itaət edib; 2). İmam Əli (ə) heç vaxt bütə siyayiş və pərəstiş etməyib və Allaha şərik qoşmayıb. Halbuki İslamdan öncə doğulan və sonradan İslamı qəbul edən bütün səhabələr bütə tapınmışlar və ya digər batil dinlərə xidmət etmişlər. Amma bu hal heç vaxt İmam Əlinin (ə) həyatında baş verməyib, o həzrət (ə) Allaha heç vaxt şirk qoşmayıb və hətta heç kim onun ən kiçik günah etdiyini belə görməyib. (Mömin Şiblənci, “Nurul-Əbsar”, s.156). 3). Peyğəmbər (s) heç bir səhabəni Əli (ə) qədər sevməyib; 4). Səhabələrin arasında heç kim Əli (ə) qədər şücaətli, elmli və digər üstün xüsusiyyətlərə malik olmayıb və s… Buan görə də “Kərrəməllahu Vəchəhu” ifadəsi dolayısı ilə Əhli-Sünnə alimlərinin etirafıdır buna ki: Peyğəmbərin (s) səhabələri arasında heç kim Əlidən (ə) üstün və fəzilətli deyil. (İbn Həcər Heytəmi, “əl-Fətava əl-Hədisiyyə”, c.1, s.41). İkinci izah: Bəzi araşdırmaçılar isə Əhli-Sünnə alimlərinin bu ifadəsini Qurani-Kərimin “mənim əhdim (imamət məqamı) zalimlərə çatmayacaq” (Bəqərə/14) və “və onlardan bəziləri özlərinə zülm edəndirlər” (Fatir/32) ayələri ilə əlaqələndiriblər və buradan yola çıxaraq bu ifadəni bir növ İmam Əlinin (ə) məsumluğuna və digər xəlifələrin xilafət məqamına İmam Əli (ə) qədər layiq olmadıqlarına dəlil kimi istifadə ediblər. Çünki bu ayələrə əsasən günahkar şəxs özünüə zülm etmiş sayılır və Allahın “əhdi” (imamət məqamı) zalimə çatmayacaq. Necə ki, Əhli-Sünnə alimləri İbn Həcər Heytəmi (əl-Fətava əl-Hədisiyyə, c.1, s.41) və Mömin Şiblənci (Nurul-Əbsar, s.156) bu ifadəni belə məna etmişlər: “Allah onu (Əlini) özündən başqasına tapınmaqdan qorudu”. Buradan da belə anlaşılır ki, İmam Əlini (ə) Allah-Taala seçib və günah etməkdən qoruyub və ona məsum kəslərə aid olan “imamət” məqamını vermişdir. Üçüncü izah: Əhli-Sünnə məzhəbinin hədis alimi, fəqihi və məzhəb imamı Əhməd bin Hənbəl bu ifadə barədə belə deyir (əl-Müsnəd, c.17, s.197) ki, Xeybər müharibəsində Həzrət Peyğəmbər (s) digər səhabələr məğlub qayıtdıqdan sonra bayrağı İmam Əliyə (ə) verərək buyurdu: “O bir kəsdir ki, Məhəmmədin (s) başını ucaltdı, girami və şərəfli etdi”. Bu hadisəyə görə Əhli-Sünnə alimləri digər səhabələr barədə “Allah razı olsun”, İmam Əli (ə) barədə isə “Kərrəməllahu Vəchəhu” ifadəsini işlədirlər. Qeyd: Bu ifadə bu günə qədər təkcə İmam Əli (s) barəsində istifadə edilib. Buna bütün əhli-sünnə alimləri etiraf ediblər. Təkcə müasir dövrdə Bin Baz kimi təkfirçi və nasibi vəhabi-sələfi “fətvager”ləri çox gülünc bir iddia ilə çıxış edərək bu ifadənin də şiələrin “bidət”i olduğunu deyiblər və bu ifadəni işlətmirlər. Çünki bütün əhli-sünnə alimlərin öz dövründə azğın və axmaq hesab etdiyi və vəhabi-sələfilərin şeyxi və Əhli-Beytə (ə) xüsusi düşmənçiliyi ilə fərqlənən İbn Teymiyyə yazdığı kitablarda bu ifadəni İmam Əli (ə) barədə işlətməyib. Hətta Ben Bazın şagirdi Məhəmməd Saleh əl-Münəccid (Movqiul-İslam, sualun və cavabun, c.9, s.101) keçmiş əhli-sünnə alimlərini bu ifadəyə görə nadan adlandırıb. (İlyas Qasımov, “İbn Teymiyyə, Sələfilərin imamı”, s.199).  /@mirmehemmed_beshir Mirməhəmməd Bəşir (wikishia.net)

İmam Əli (ə) 11.01.2025

İmam Əliyə (ə) dəvəni satan kim idi, alan kim? – Həqiqiq imanın 5 xüsusiyyəti və 3 təsiri

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən) Qurani-Kərimdə möminlərin beş bariz sifətləri bəyan edilmişdir ki, onlardan üçü qəlb sifətləridir. İkisi isə zahiri sifətlərdir. Bu sifətlər ibarətdir: 1. Allahdan əqli cəhətdən qorxmaq. Möminin qəlbi Allahı yada salan zaman Onun böyüklüyünə və cəlal sifətlərinə görə titrəyər. Bu qorxunun sirri möminin qəlbinin Allahdan qeyrisindən boş olmasına görədir. Bu qorxu qəlbdə yəqinliyin yaranmasının zəminəsidir. 2. İmanın güclü olması. Mömin insan Quran oxuyan zaman imanının kəmiyyəti və keyfiyyəti artar. Çünki oxuduğu ayələr barəsində düşünər və təfəkkür edər. Möminin imanının Quran ayələri sayəsində güclənməsinin üç səbəbi vardır: a) Oxuduğu ayələrdə daha çox bürhanlar olar; b) Daha kamil və qüvvətli bürhanlar təqdim olunar; c) Bürhanla yanaşı onda şühud da olar ki, bu da imanın güclənməsinə gətirib çıxardar. 3. Allaha təvəkkül etmək. Həqiqi möminlər bütün işlərində ancaq Allaha təvəkkül edərlər. Çünki özlərinin nə qədər zəif olduqlarını yaxşı anlayırlar. Bütün işlərində ancaq Allaha söykənirlər. Allahdan başqa heç kəs onun ehtiyacını ödəyə bilməz. 4. Namaz qılmaq. İman möminin qəlbində sabit olandan sonra, kamal həddinə çatar. Bu cür bəndə Allaha müti və xaliscəsinə ibadət edər və namaz qılar. Nəinki özü namaz qılar, çalışar ki, ətrafında olan hər kəs namaz qılsın. 5. Allah yolunda infaq edər. Həqiqi möminlər Allahın onlara verdiyindən simiclik etməzlər. Öz ruzilərini və nemətlərini Allah yolunda xərcləyərlər. Fəqirlərin ehtiyaclarını aradan qaldırmağa çalışarlar. Onlar nəinki mallarından infaq edərlər, elm və biliklərindən də infaq edərlər. Həqiqi imanın təsirləri. Həqiqi imanın əslində 3 mühüm təsiri olar. 1. Behiştdə dərəcəyə malik olmaq. Həqiqi möminlər Qiyamət günü insanlar üçün iftixar mənbəyi olacaqlar. Çünki bu dərəcə fəzilətdir və dünyada olduğu kimi insanlara lovğalanmaq vasitəsi deyildir. 2. İlahi bağışlanmağa şamil olmaq. Həqiqi möminlər Qiyamət günü İlahi bağışlanmadan bəhrələnərlər. Əgər günahları vardırsa, Allah tərəfindən əfv olunarlar. 3. Kərim ruzidən bəhrələnərlər. Kərim ruzi dedikdə, o böyük nemətlər nəzərdə tutulur ki, heç bir eybə və nöqsana malik deyildirlər. Həqiqi möminlər o kəslərdir ki, Qiyamət günü bu cür ruzi onların intizarındadır. Kərim ruzi ancaq axirətə aid deyildir. Bu dünyada da həqiqi möminlərə verilər. Hədislərin birində oxuyuruq ki, Həzrət Zəhra (s.ə) İmam Əliyə (ə) bir köynək verir ki, İmam Həsən (ə) üçün bir şey alsın. İmam (ə) da bu köynəyi 6 dirhəmə satır. Ancaq bir yoxsula rast gəlir və pulu həmin şəxsə verir. Sonra bir nəfərə rast gəlir ki, dəvəsini nisyə olaraq 60 dirhəmə satırdı. Onu nəqd pul verən şəxsə 66 dirhəmə satır. Qərara alır ki, 60 dirhəmi dəvənin sahibinə qaytarsın. Ancaq nə qədər gəzirsə, həmin şəxsi tapa bilmir. Mövzunu Peyğəmbərə (s) danışır. Həzrət (s) ona buyurur: “O yoxsul ki, səndən bir şey istəyirdi və sən də pullarını ona bağışladın – behişt xəzinədarı Rizvandır. Dəvəni satan isə Mikayil (ə) idi. Dəvəni alan isə Cəbrayil (ə) idi”. Bu hadisə həyatda olan kərim ruzinin bir nümunəsidir. İman iki hissəyə bölünür: həqiqi və qeyri-həqiqi. Həqiqi iman əgər mömində meydana gələrsə, Allahdan qorxar. Quran ayələrini oxumaq və dinləməklə imanı artar. Bütün işlərində Allaha təvəkkül edər. Davamlı olaraq Allahla rabitədə olar. Ona görə də namaz qılar. Ona nəsib olan halal ruzidən yoxsullara infaq edər. Əgər insan belə imana malik olarsa, Allah yanında dərəcəyə malik olar. İkincisi Onun tərəfindən bağışlanar. Üçüncüsü isə kərim ruziyə sahib olar. (Hədənə/Deyerler.org/) Allah Təala bizlərə də bu tövfiqi nəsib etsin!

İmam Əli (ə) 11.01.2025

Qədir Xum xütbəsindən nümunələr

Yeganəlikdə ən üstün Yaradan, sitayişdə ən layiqli olan Allaha həmd olsun. Qədir Xum xütbəsindən nümunələr: اَلْحَمْدُ لِلَّهِ الَّذي عَلا في تَوَحُّدِهِ وَ دَنا في تَفَرُّدِهِ وَجَلَّ في سُلْطانِهِ وَعَظُمَ في اَرْكانِهِ، وَاَحاطَ بِكُلِّ شَيءٍ عِلْماً وَ هُوَ في مَكانِهِ وَ قَهَرَ جَميعَ الْخَلْقِ بِقُدْرَتِهِ وَ بُرْهانِهِ، حَميداً لَمْ يَزَلْ، مَحْموداً لايَزالُ (وَ مَجيداً لايَزولُ، وَمُبْدِئاً وَمُعيداً وَ كُلُّ أَمْرٍ إِلَيْهِ يَعُودُ). بارِئُ الْمَسْمُوكاتِ وَداحِي الْمَدْحُوّاتِ وَجَبّارُ الْأَرَضينَ وَ السّماواتِ، قُدُّوسٌ سُبُّوحٌ، رَبُّ الْمَلائكَةِ وَالرُّوحِ، مُتَفَضِّلٌ عَلي جَميعِ مَنْ بَرَأَهُ، مُتَطَوِّلٌ عَلي جَميعِ مَنْ أَنشَأَهُ. يَلْحَظُ كُلَّ عَيْنٍ وَالْعُيُونُ لاتَراهُ. Yeganəlikdə ən üstün Yaradan, sitayişdə ən layiqli olan Allaha həmd olsun. Onun səltənəti çox yüksək, Xilqət sütunları isə çox böyükdür. Onun bu böyüklüyü heç bir məkanı tutmur, Onun hər bir şeyə əhatəsi vardır. O, bütün məxluqlara Öz Qüdrəti və Burhanı ilə Qalibdir. O, həmişə Bəyənilmiş olub, olacaq da. Onun Böyüklüyü sona çatmayacaq. Bütün başlanğıclar və sonluqlar hamısı Onunlardır. O, göyləri Yaradan, yerləri Genişləndirən, hər bir şeyə Hakimdir. Allah yaratdıqlarının xüsusiyyətlərindən uzaq, Paklıqda da hər bir şeydən Üstündür. Mələklər və ruhun Pərvərdigarı Odur. Məxluqlara artıq ətalar edən, nemət verən də Odur. Bir baxışla hər bir şeyi Görən, lakin görünənlərin gözündən uzaqdır. كَريمٌ حَليمٌ ذُوأَناتٍ، قَدْ وَسِعَ كُلَّ شَيءٍ رَحْمَتُهُ وَ مَنَّ عَلَيْهِمْ بِنِعْمَتِهِ. لا يَعْجَلُ بِانْتِقامِهِ، وَلايُبادِرُ إِلَيْهِمْ بِمَا اسْتَحَقُّوا مِنْ عَذابِهِ. قَدْفَهِمَ السَّرائِرَ وَ عَلِمَ الضَّمائِرَ، وَلَمْ تَخْفَ عَلَيْهِ اَلْمَكْنوناتُ ولا اشْتَبَهَتْ عَلَيْهِ الْخَفِيّاتُ. لَهُ الْإِحاطَةُ بِكُلِّ شَيءٍ، والغَلَبَةُ علي كُلِّ شَيءٍ والقُوَّةُ في كُلِّ شَئٍ والقُدْرَةُ عَلي كُلِّ شَئٍ وَلَيْسَ مِثْلَهُ شَيءٌ. وَ هُوَ مُنْشِئُ الشَّيءِ حينَ لاشَيءَ دائمٌ حَي وَقائمٌ بِالْقِسْطِ، لاإِلاهَ إِلاَّ هُوَ الْعَزيزُالْحَكيمُ. جَلَّ عَنْ أَنْ تُدْرِكَهُ الْأَبْصارُ وَ هُوَ يُدْرِكُ الْأَبْصارَ وَ هُوَاللَّطيفُ الْخَبيرُ. لايَلْحَقُ أَحَدٌ وَصْفَهُ مِنْ مُعايَنَةٍ، وَلايَجِدُ أَحَدٌ كَيْفَ هُوَمِنْ سِرٍ وَ عَلانِيَةٍ إِلاّ بِمادَلَّ عَزَّوَجَلَّ عَلي نَفْسِهِ. O, Kərim, Həlim və Səbirlidir. Rəhməti dünyaşümul, Ətası isə minnət qoyar. İntiqamda tələsməz, əzaba layiqliləri cəzalandırmaqda Səbirli və Həlimdir. Batinlərə agah, sirləri Biləndir. Gizlinlər Ona aşkar, qaranlıqlar Ona aydındır. O, bütün varlıq aləminə Hakim və Əhatəlidir. Məxluqların qüdrəti Onun Qüdrətindəndir və hər bir varlığın istedadı Ona aiddir. Ona tay heç bir şey yoxdur, O, mövcudatı puçluq zülmətindən çıxaran Yaradandır. O, Cavidan, Diri və Ədalətlidir. Ondan başqa Pərvərdigar yoxdur, O, Əziz və Həkimdir. Gözlər onu dərk etməz, O, gözləri Dərk edəndir. Gizlinlərə Agah, bütün əməlləri Biləndir. Heç kəs Onu vəsf etmək qüdrətinə malik deyil, Onun Özündən başqa heç kəs Onun kim olduğunu dəqiq anlaya bilməz. O, Özü Yol göstərib Tanıdandır. وَأَشْهَدُ أَنَّهُ الله ألَّذي مَلَأَ الدَّهْرَ قُدْسُهُ، وَالَّذي يَغْشَي الْأَبَدَ نُورُهُ، وَالَّذي يُنْفِذُ أَمْرَهُ بِلامُشاوَرَةِ مُشيرٍ وَلامَعَهُ شَريكٌ في تَقْديرِهِ وَلايُعاوَنُ في تَدْبيرِهِ. صَوَّرَ مَا ابْتَدَعَ عَلي غَيْرِ مِثالٍ، وَ خَلَقَ ما خَلَقَ بِلامَعُونَةٍ مِنْ أَحَدٍ وَلا تَكَلُّفٍ وَلاَ احْتِيالٍ. أَنْشَأَها فَكانَتْ وَ بَرَأَها فَبانَتْ. فَهُوَالله الَّذي لا إِلاهَ إِلاَّ هُوالمُتْقِنُ الصَّنْعَةَ، اَلْحَسَنُ الصَّنيعَةِ، الْعَدْلُ الَّذي لايَجُوُر، وَالْأَكْرَمُ الَّذي تَرْجِعُ إِلَيْهِ الْأُمُورُ. وَأَشْهَدُ أَنَّهُ الله الَّذي تَواضَعَ كُلُّ شَيءٍ لِعَظَمَتِهِ، وَذَلَّ كُلُّ شَيءٍ لِعِزَّتِهِ، وَاسْتَسْلَمَ كُلُّ شَيءٍ لِقُدْرَتِهِ، وَخَضَعَ كُلُّ شَيءٍ لِهَيْبَتِهِ. مَلِكُ الْاَمْلاكِ وَ مُفَلِّكُ الْأَفْلاكِ وَمُسَخِّرُالشَّمْسِ وَالْقَمَرِ، كُلٌّ يَجْري لاَِجَلٍ مُسَمّي. يُكَوِّرُالَّليْلَ عَلَي النَّهارِ وَيُكَوِّرُالنَّهارَ عَلَي الَّليْلِ يَطْلُبُهُ حَثيثاً. قاصِمُ كُلِّ جَبّارٍ عَنيدٍ وَ مُهْلِكُ كُلِّ شَيْطانٍ مَريدٍ. Şəhadət verirəm ki, O, Allahdır. O, başdan-başa dünyanın və həyatın Pakı, Əbədi Nuru ilə doldurandır. Məsləhətçisiz və fərmanlarının icra olunduğu, Qüdrətli şəriksiz, yardımçısız və hər bir şeyi sahmana salandır. Heç kəs Ona oxşamaz. O, köməkçisi olmadan, zəhmətə düşmədən, çarə axtarmadan bütün dinayaya varlıq Bəxş edəndir. Dünya Onun vücudu hesabına yaranmış, Onun fərmanı ilə həyata qədəm qoymuşdur. Belə isə O, Misilsiz bir məbud olan Allahdır. Onun Yaradan olması Möhkəm, yaratdıqları isə gözəldir. Heç bir zülmü rəva bilməyən Hakim, bütün işlərin Ona sarı qayıtdığı Kərimdir. Onun Əzəməti qarşısında təzim olunası, İzzəti müqabilində ram, Qüdrətinə təslim, Heybətinə və Böyüklüyünə ehtiramın vacib olan Allah olduğunu şəhadət verirəm. Varlıqların Padşahı, fələkləri İdarə edən, hər birinin bir işə qulluq etdiyi Günəş və Ayı fırladan, Allah Odur. O, gecə pərdəsini gündüzə, tələsərək gecənin ardınca qaçan gündüzü gecəyə bürüyəndir. Bütün inadkar zalımlara baş əydirən və qovulmuş şeytanı məhv edən Odur. لَمْ يَكُنْ لَهُ ضِدٌّ وَلا مَعَهُ نِدٌّ أَحَدٌ صَمَدٌ لَمْ يَلِدْ وَلَمْ يُولَدْ وَلَمْ يَكُنْ لَهُ كُفْواً أَحَدٌ. إلاهٌ واحِدٌ وَرَبٌّ ماجِدٌ يَشاءُ فَيُمْضي، وَيُريدُ فَيَقْضي، وَيَعْلَمُ فَيُحْصي، وَيُميتُ وَيُحْيي، وَيُفْقِرُ وَيُغْني، وَيُضْحِكُ وَيُبْكي، (وَيُدْني وَ يُقْصي) وَيَمْنَعُ وَ يُعْطي، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، بِيَدِهِ الْخَيْرُ وَ هُوَ عَلي كُلِّ شَيءٍ قَديرٌ. يُولِجُ الَّليْلَ فِي النَّهارِ وَيُولِجُ النَّهارَ في الَّليْلِ، لاإِلاهَ إِلاّهُوَالْعَزيزُ الْغَفّارُ. مُسْتَجيبُ الدُّعاءِ وَمُجْزِلُ الْعَطاءِ، مُحْصِي الْأَنْفاسِ وَ رَبُّ الْجِنَّةِ وَالنّاسِ، الَّذي لايُشْكِلُ عَلَيْهِ شَيءٌ، وَ لايُضجِرُهُ صُراخُ الْمُسْتَصْرِخينَ وَلايُبْرِمُهُ إِلْحاحُ الْمُلِحّينَ. اَلْعاصِمُ لِلصّالِحينَ، وَالْمُوَفِّقُ لِلْمُفْلِحينَ، وَ مَوْلَي الْمُؤْمِنينَ وَرَبُّ الْعالَمينَ. الَّذِي اسْتَحَقَّ مِنْ كُلِّ مَنْ خَلَقَ أَنْ يَشْكُرَهُ وَيَحْمَدَهُ (عَلي كُلِّ حالٍ). Ona tay yoxdur və O, heç kəsə tay olmaz. O, doğulmamışdır və heç kəs Ondan doğulmaz. Ona bərabər bir kimsə yoxdur. Pərvərdigar Yeganə və Əzəmətlidir. İstədiyi iş yerinə yetər. İradə etdiyi zaman hökm edər. Bilən və Hesablayandır. Öldürən, Yaşadan və həyat Verəndir. Ehtiyaclı və ehtiyacsız Edəndir. Güldürən və Ağladandır. Yaxınlaşdırıb və uzaqlaşdırandır. Qadağan və Əta edəndir. Ondan başqa Padşah yoxdur. Bütün sitayişlər Onun üçündür. Xeyirlər Onun ixtiyarındadır. O, hər bir şeyə Qadirdir. Gecəni gündüzə, gündüzü gecəyə çevirəndir. Ondan başqa heç bir Məbud yoxdur. Dəyərli və Bağışlayandır. Duaları qəbul edən, ətaları çoxaldandır. Nəfəsləri sayandır. Mələkləri və insanları Yaradandır. Heç bir şey Onun üçün çətin deyil, fəryad edənləri fəryadı israr edənlərin israrı Onu narahat etməz. Salehləri qoruyar, sadiqlərə dost olar, möminləri ixtiyar sahibi edən dünyaların Pərvərdigarı Odur. O, bütün hallarda həmdə layiq Yaradan Allahdır. أَحْمَدُهُ كَثيراً وَأَشْكُرُهُ دائماً عَلَي السَّرّاءِ والضَّرّاءِ وَالشِّدَّةِ وَالرَّخاءِ، وَأُومِنُ بِهِ و بِمَلائكَتِهِ وكُتُبِهِ وَرُسُلِهِ. أَسْمَعُ لاَِمْرِهِ وَاُطيعُ وَأُبادِرُ إِلي كُلِّ مايَرْضاهُ وَأَسْتَسْلِمُ لِماقَضاهُ، رَغْبَةً في طاعَتِهِ وَ خَوْفاً مِنْ عُقُوبَتِهِ، لاَِنَّهُ الله الَّذي لايُؤْمَنُ مَكْرُهُ وَلايُخافُ جَورُهُ. Ona çox şükürlər edib, əbədi təşəkkürümüzü söyləyirik. Şadlıqda, qüssədə, rahatlıq, çətinlik, asayişdə Ona, Onun mələklərinə, göndərdiyi rəsullarına iman gətirib, Onun fərmanına tabe olub itaət edirik. Onun dərgahına, Onun razılığını qazanmağa, hökmlərinə təslim olmağa tələsirik. Çünki Ona itaət etməyə şövqlü, əzabından qorxuruq. Ona görə ki, O, məkrindən heç kəsin amanda qalmadığı, Ədalətindən şübhə olunmayan Allahdır (çünki O, zülm etməyəndir). وَأُقِرُّلَهُ عَلي نَفْسي بِالْعُبُودِيَّةِ وَ أَشْهَدُ لَهُ بِالرُّبُوبِيَّةِ، وَأُؤَدّي ما أَوْحي بِهِ إِلَي حَذَراً مِنْ أَنْ لا أَفْعَلَ فَتَحِلَّ بي مِنْهُ قارِعَةٌ لايَدْفَعُها عَنّي أَحَدٌ وَإِنْ عَظُمَتْ حيلَتُهُ وَصَفَتْ خُلَّتُهُ – لاإِلاهَ إِلاَّهُوَ – لاَِنَّهُ قَدْأَعْلَمَني أَنِّي إِنْ لَمْ أُبَلِّغْ ما أَنْزَلَ إِلَي (في حَقِّ عَلِي) فَما بَلَّغْتُ رِسالَتَهُ، وَقَدْ ضَمِنَ لي تَبارَكَ وَتَعالَي الْعِصْمَةَ (مِنَ النّاسِ) وَ هُوَالله الْكافِي الْكَريمُ. Özümün Allaha bəndə olduğuma iqrar edir və Onun pərvərdigarlığına şəhadət verirəm. Onun mənə vəhy etdiyini yerinə yetirirəm. Çünki, əgər onu yerinə yetirməsəm, Onun tərəfindən mənə elə bir əzabın nazil olmasından qorxuram ki, heç kəs böyük bir tədbir töksə də və o şəxsin məhəbbəti xalis olsa da belə, o əzabın qarşısını ala bilməz. Ondan başqa heç bir Məbud yoxdur. Çünki, Allah mənə göstəriş vermişdir ki, əgər Əlinin haqqında mənə nazil olanı (fərmanı) sizə çatdırmasam, Onun fərmanını çatdırmamışam. Həmçinin O, məni xalqın şərrindən qorumağa zamin olubdur və Allah Kifayətedici və Kərimdir. فَأَوْحي إِلَي: (بِسْمِ الله الرَّحْمانِ الرَّحيمِ، يا أَيُهَاالرَّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ – في عَلِي يَعْني فِي الْخِلاَفَةِ لِعَلِي بْنِ أَبي طالِبٍ – وَإِنْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسالَتَهُ وَالله يَعْصِمُكَ مِنَ النّاسِ). مَعاشِرَالنّاسِ، ما قَصَّرْتُ في تَبْليغِ ما أَنْزَلَ الله تَعالي إِلَي، وَ أَنَا أُبَيِّنُ لَكُمْ سَبَبَ هذِهِ الْآيَةِ: إِنَّ جَبْرئيلَ هَبَطَ إِلَي مِراراً ثَلاثاً يَأْمُرُني عَنِ السَّلامِ رَبّي – وَ هُوالسَّلامُ – أَنْ أَقُومَ في هذَا الْمَشْهَدِ فَأُعْلِمَ كُلَّ أَبْيَضَ وَأَسْوَدَ: أَنَّ عَلِي بْنَ أَبي طالِبٍ أَخي وَ وَصِيّي وَ خَليفَتي (عَلي أُمَّتي) وَالْإِمامُ مِنْ بَعْدي، الَّذي مَحَلُّهُ مِنّي مَحَلُّ هارُونَ مِنْ مُوسي إِلاَّ أَنَّهُ لانَبِي بَعْدي وَهُوَ وَلِيُّكُمْ بَعْدَالله وَ رَسُولِهِ. وَقَدْ أَنْزَلَ الله تَبارَكَ وَ تَعالي عَلَي بِذالِكَ آيَةً مِنْ كِتابِهِ (هِي): (إِنَّما وَلِيُّكُمُ الله وَ رَسُولُهُ وَالَّذينَ آمَنُواالَّذينَ يُقيمُونَ الصَّلاةَ وَيُؤْتونَ الزَّكاةَ وَ هُمْ راكِعُونَ)، وَ عَلِي بْنُ أَبي طالِبٍ الَّذي أَقامَ الصَّلاةَ وَ آتَي الزَّكاةَ وَهُوَ راكِعٌ يُريدُالله عَزَّوَجَلَّ في كُلِّ حالٍ. Allah Taala belə vəhy etmişdir: “Ey peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamışsan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. Ey camaat! Mən Allahın mənə nazil etdiyi (göstərişi) sizə çatdırmaqda səhlənkarlıq etməmişəm və mən bu ayənin nazil olmasının səbəbini sizin üçün bəyan edirəm: Cəbrayıl (ə) üç dəfə mənə nazil olaraq, Pərvərdigarım tərəfindən məni bu məkanda toplantı qurmağa və hər bir ağ və qara dərili insana Əli İbn Əbu Talibin mənim qardaşım, ümmətim üçün mənim canişinim və məndən sonra rəhbər (imam) olduğunu elan etməyə məmur etdi. Əlinin mənə olan nisbəti Harunun Musa üçün olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra bir peyğəmbər məbus olmayacaqdır. O, Allah və Onun peyğəmbərindən sonra sizin ixtiyar sahibinizdir. Allah Taala bu barədə öz kitabında mənə belə bir ayə nazil etmişdir: “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir..” (Maidə/55) (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Həzrət Əlinin (ə) rüku halında üzük bağışlamasıdır). وَسَأَلْتُ جَبْرَئيلَ أَنْ يَسْتَعْفِي لِي (السَّلامَ) عَنْ تَبْليغِ ذالِكَ إِليْكُمْ – أَيُّهَاالنّاسُ – لِعِلْمي بِقِلَّةِ الْمُتَّقينَ وَكَثْرَةِ الْمُنافِقينَ وَإِدغالِ اللّائمينَ وَ حِيَلِ الْمُسْتَهْزِئينَ بِالْإِسْلامِ، الَّذينَ وَصَفَهُمُ الله في كِتابِهِ بِأَنَّهُمْ يَقُولُونَ بِأَلْسِنَتِهِمْ مالَيْسَ في قُلوبِهِمْ، وَيَحْسَبُونَهُ هَيِّناً وَ هُوَ عِنْدَالله عَظيمٌ. وَكَثْرَةِ أَذاهُمْ لي غَيْرَ مَرَّةٍ حَتّي سَمَّوني أُذُناً وَ زَعَمُوا أَنِّي كَذالِكَ لِكَثْرَةِ مُلازَمَتِهِ إِيّي وَ إِقْبالي عَلَيْهِ (وَ هَواهُ وَ قَبُولِهِ مِنِّي) حَتّي أَنْزَلَ الله عَزَّوَجَلَّ في ذالِكَ (وَ مِنْهُمُ الَّذينَ يُؤْذونَ النَّبِي وَ يَقولونَ هُوَ أُذُنٌ، قُلْ أُذُنُ – (عَلَي الَّذينَ يَزْعُمونَ أَنَّهُ أُذُنٌ) – خَيْرٍ لَكُمْ، يُؤْمِنُ بِالله وَ يُؤْمِنُ لِلْمُؤْمِنينَ) الآيَةُ. Ey cammat! Mən Cəbrayıldan xahiş etdim ki, Allahdan məni bu mühüm sözü xalqa çatdırmaqda üzürlü hesab etməsini istəsin. Çünki təqvalıların sayının azlığından, münafiqlərin çoxluğundan, irad tutanların fəsada bais olmasından və İslam (dinini) ələ salanların hiyləsindən xəbərdaram. Allah Taala onları Öz kitabında belə vəsf edir ki: Onlar dildə qəlblərində olmayanları deyir və bu işi kiçik sayırlar. Bir halda ki, bu iş Allah Taala dərgahında çox böyükdür. Münafiqlər məni dəfələrlə inciltdikləri üçün bu işdən boyun qaçırırdım. Allah Taala Onun (Əlinin) əksər vaxtlar mənimlə birgə olub, mənə qarşı meylli olduğu və mənim etimadımı kəsb etdiyi üçün bu barədə (bu ayələri) nazil etdi: “Onların bəziləri Peyğəmbəri incidir və “o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!” deyirlər. De: “O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir”, Allahın Peyğəmbərini incidənlər üçün ağrılı bir əzab olacaqdır. وَلَوْشِئْتُ أَنْ أُسَمِّي الْقائلينَ بِذالِكَ بِأَسْمائهِمْ لَسَمَّيْتُ وَأَنْ أُوْمِئَ إِلَيْهِمْ بِأَعْيانِهِمْ لَأَوْمَأْتُ وَأَنْ أَدُلَّ عَلَيْهِمُ لَدَلَلْتُ، وَلكِنِّي وَالله في أُمورِهمْ قَدْ تَكَرَّمْتُ. وَكُلُّ ذالِكَ لايَرْضَي الله مِنّي إِلاّ أَنْ أُبَلِّغَ ما أَنْزَلَ الله إِلَي (في حَقِّ عَلِي)، ثُمَّ تلا: (يا أَيُّهَاالرَّسُولُ بَلِّغْ ما أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ – في حَقِّ عَلِي – وَ انْ لَمْ تَفْعَلْ فَما بَلَّغْتَ رِسالَتَهُ وَالله يَعْصِمُكَ مِنَ النّاسِ Əgər mənə bu (hörmətsizliyi edənlərin) adlarını çəkmək, onları tanıtdırmaq və (özlərinə xas) əlamətlərlə onlara işarə etmək istəsəm, bunu yerinə yetirməyə qadirəm. Lakin and olsun Allaha ki, mən onların bu hörmətsizliyi qarşısında alicənablıqla rəftar etmişəm. Bütün (bu ərz etdiyim sözlərdən) sonra mənə Əlinin haqqında nazil olmuş (göstərişi) çatdırmayınca, Allah Taala məndən razı qalmaz. Daha sonra Həzrət Peyğəmbər(s) bu ayəni oxudu: “Ey peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. فَاعْلَمُوا مَعاشِرَ النّاسِ (ذالِكَ فيهِ وَافْهَموهُ وَاعْلَمُوا) أَنَّ الله قَدْ نَصَبَهُ لَكُمْ وَلِيّاً وَإِماماً فَرَضَ طاعَتَهُ عَلَي الْمُهاجِرينَ وَالْأَنْصارِ وَ عَلَي التّابِعينَ لَهُمْ بِإِحْسانٍ، وَ عَلَي الْبادي وَالْحاضِرِ، وَ عَلَي الْعَجَمِي وَالْعَرَبي، وَالْحُرِّ وَالْمَمْلوكِ وَالصَّغيرِ وَالْكَبيرِ، وَ عَلَي الْأَبْيَضِ وَالأَسْوَدِ، وَ عَلي كُلِّ مُوَحِّدٍ. ماضٍ حُكْمُهُ، جازٍ قَوْلُهُ، نافِذٌ أَمْرُهُ، مَلْعونٌ مَنْ خالَفَهُ، مَرْحومٌ مَنْ تَبِعَهُ وَ صَدَّقَهُ، فَقَدْ غَفَرَالله لَهُ وَلِمَنْ سَمِعَ مِنْهُ وَ أَطاعَ لَهُ. مَعاشِرَالنّاسِ، إِنَّهُ آخِرُ مَقامٍ أَقُومُهُ في هذا الْمَشْهَدِ، فَاسْمَعوا وَ أَطيعوا وَانْقادوا لاَِمْرِ(الله) رَبِّكُمْ، فَإِنَّ الله عَزَّوَجَلَّ هُوَ مَوْلاكُمْ وَإِلاهُكُمْ، ثُمَّ مِنْ دونِهِ رَسولُهُ وَنَبِيُهُ الُْمخاطِبُ لَكُمْ، ثُمَّ مِنْ بَعْدي عَلي وَلِيُّكُمْ وَ إِمامُكُمْ بِأَمْرِالله رَبِّكُمْ، ثُمَّ الْإِمامَةُ في ذُرِّيَّتي مِنْ وُلْدِهِ إِلي يَوْمٍ تَلْقَوْنَ الله وَرَسولَهُ….. “Ey camaat…Allah mənim ixtiyar sahibim, mövlam və mən də möminlərin ixtiyar sahibi, mövlasıyam. Mən möminlərə onların özündən daha yaxınam. Beləliklə, mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol. Ey camaat, qiyamət günü mən sizin qarşınızda olan halda yol gedəcəyəm və sizin hamınız eni Dəməşqin Busra şəhəri ilə Yəmənin Səna şəhərinin arası qədər olan Kövsər hovuzunun kənarına gələcəksiniz. O hovuzda ulduzların sayı qədər qədəhlər vardır. Orada siz mənim yanıma gələn zaman mən sizdən dünyadan gedərkən əmanət qoyduğum o iki əmanət haqqında soruşacağam ki, görüm siz onlarla necə davranmısınız? Onlardan biri Allahın kitabı Qurandır. O, uca Allahla sizin aranızda bir rabitədir. Onun göstərişlərinə əməl edin ki, yolunuzdan azmayasınız və müsəlmanlığınızı əldən verməyəsiniz. İkincisi isə İtrətim, Əhli Beytimdir. Allah mənə bildirmişdir ki, Allahın kitabı və Əhli Beytim qiyamətəcən bir-birindən ayrılmayacaq, beləliklə də Kövsər hovuzunun kənarında mənə birləşəcəklər. “Burada olanlar sözlərimi burada olmayanlara çatdırsınlar”.

İmam Əli (ə) 11.01.2025

Qədir Xum Bayramı və bu günün əməlləri haqda izahlı məlumat

“Qədir-Xum” maarif, elm, mərifət və hikmət dəryasıdır. Şəriət, mənəviyyat, mədəniyyət, hikmət, əxlaq, əhkam, kəlam, təfsir və insanı səadətə qovuşduracaq olan hər şeyə malikdir. Ancaq əfsuslar olsun ki, Qədir-Xum günəşinin önünü çox vaxt qara buludlar tutmuş və insanlar bu günəşin həyatverici işığınından lazımınca bəhrələnə bilməmişilər və bu günə kimi bu böyük dəryanın ləl və gövhərləri və mahiyyəti ortaya çıxarılmayıb və layiqincə qiymətləndirilməyibdir. Baxmayaraq ki, bu dəryadan qopan güclü dalğaların səxavətli əlləri, hərdənbir qiymətli daş-qaşlardan sahildə oturanlara bağışlamışdır. Qədir-Xum bayramının və bu böyük və müqəddəs günün əməlləri ilə tanış olaq və görək bu gün hansı əməllərin yerinə yetirilməsi müqəddəs şəriətimiz tərəfindən lazım, məqsədə uyğun və daha çox fəzilətlidir. Bu mövzuda söhbət açmamışdan qabaq bir-neçə məsələni siz əziz oxucuların nəzərinə çatdırmağı zəruri və lazım bilirəm: 1).Qədir-Xum bayramı günü üçün tövsiyə olunan əməllərdən məqsəd Peyğəmbərin (s) sünnətindən və bu gün üçün nəzərdə tutulmuş müstəhəb və bəyənilmiş əməllərdir. Bu müstəhəb əməllər Peyğəmbər (s) və o həzrətin (s) əhli-beytindən məsum imamlar (ə) tərəfindən çox saylı rəvayətlərdə bu günümüzə gəlib çatmışdır ki, biz bu rəvayətləri öz növbəsində sıra ilə bəyan edəcəyik, inşaəlla-təala. 2). Biz dini qaynaqlarımıza nəzər saldıqda görürük ki, bu gün üçün çox sayda savab və fəzilətli əmllər mövcuddur. Bu isə onu göstərir ki, “Qədir-Xum”günü əzəmətli, İslam tarixində böyük əhəmiyyətə və həlledici rola malik bir gün kimi özünə yer tutmuşdur. İslam dinində heç bir gün üçün nə qədər mühüm və müqəddəs bir gün olsada belə, bu sayda əməl, ayin, savab və fəzilət mövcud deyildir. Dini qaynaqlarda “Qurban, Fitir, Ərəfə və Mübahələ” kimi mübarək günlər üçün müxtəlif sayda savab və fəzilətli əməllər mövcuddur, lakin bu əməllərin hamısını bir yerə toplasaq da belə, bu əməllərin sayı “Qədir –Xum bayramı üçün bəyan olunmuş əməllərin sayına çatmayacaqdır. 3). “Qədir-Xum” bayramının ikinci mühüm xüsusiyyəti, bu gün üçün bəyan olunmuş əməllərin daha geniş dairə və əhatəyə malik və demək olar ki, bütün sahələri əhatə etməsidir. Bu günün əməllərində insan həyatının buütün sahə və mərhələləri üçün gərəkli olan əməl və səciyyəvi xüsusiyyətlərdən ən azı bir müstəhəb əməl nəzərdə tutulmuşdur. İbadətdən tutmuş ictimai və siyasi əməllərə kimi, eyibsiz, nöqsansız və kamil şəkildə bəyan olmuşdur. Hansı ki, bu əməllərin icrası insan hüquqlarının bərabərliyi, insanların səadət və xoşbəxtliyi və onların sülh və əmin-amanlıqla dolu bir həyat yaşamasına zamindir. Başqa sözlə ifadə etsək, bu əməllərin əhatə dairəsi o qədər genişdir ki, İslam dininin kamilliyi Qədir-Xum güzgüsündə tam olaraq öz əksini tapmışdır. 4). “Qədir-Xum” günün üçüncü fərdi xüsusiyyəti budur ki, bu gün üçün nəzərdə tutulmuş əməllərin fəzilət, savab və üstünlüyü özünəməxsusdur və başqa günlər və əməllər üçün belə bir fəzilət və savab qeyd olunmamışdır və demək olar ki, bu günün əməllərinin savabı və fəziləti mübarək Ramazan ayının əməllərinin savab və fəzilətindən də çoxdur. Mərhum Mirzə Cavad Ağa Təbrizi (allah rəhmət etsin) buyurmuşdur: “Qədir-Xum günü üçün bəyan olunmuş fəzilətlər, Mübarək Ramazan ayı üçün buyurulmuş fəzilətlərdən daha çoxdur”. Qədir-Xum gününün əməllərini deyərkən bu fəzilətlərdən bəzilərinə işarə edəcəyik. 5). Soruşula bilər ki, nəyə görə Qədir-Xum günü üçün bu qədər çox sayda əməl və fəzilət bəyan olunmuşdur? İmam Sadiq (ə) bu sualın cavabında buyurur: “Buna görə ki, bu əməlləri yerinə yetirməklə bu günü əzəmətli, böyük və mübarək bir gün kimi qeyd edəsən”. İmam Sadiq (ə) bu kəlamı ilə iki məsələyə işarə edir: 1. – Qədir-Xum günü ehtiram və əzəmətlə və Qədir-Xum sahibinə layiq olaraq yad edilməlidir. 2. – Qədir-Xum gününün yad edilməsi bu günün özünəməxsus əməlləri ilə həyata keçirilməlidir. İndi isə bu mubarək günün bəzi əmlləri ilə tanış olaq: 1. Oruc tutmaq: Qədir-Xum günü oruc tutmağın coç fəziləti vardır ki, onu başqa savab əməllərdən istisna edir. İmam Əli (ə) buyurur: “Əgər Allah-taalanın xalis bəndələrindən bir nəfər bu günü xalis niyyətlə oruc tutsa, bu bir gün savab və fəzilətdə dünyanın bütün günlərinə bərabər olacaqdır”. Yəni əgər insan bir dünya ömür yaşaya və ömrünün bütün günlərini oruc tutmuş olsa, Qədir-Xum gününün orucunun savab və fəzilətinə çata bilməz. Yenədə o həzrət (ə) buyurur: “… Allah-taala Qədir-Xum” bayramı üçün ən böyük mükafatı təyin etmişdir”. İmam Sadiq (ə) öz dostları və səhabələrini bu işə təşviq edib buyurardı: “Mən istəyirəm ki, siz bu günü oruc tutasınız”. Yenədə o həzrət buyurur: “Qədir-Xum” gününü oruc tutmaq, Allah-taala yanında hər ildə qəbul olunmuş yüz həcc və yüz ömrəyə bərabərdir”. 2. İftar vermək: Qədir-Xum gününün əməlləri arasında oruc tutan möminlərə iftar vermək xüsusi və yüksək məqama malikdir. Rəvayətlərə görə bu bayramda iftar verməyin böyük fəzilət və savabı vardır. Möminlərin ağası İmam Əli (ə) buyurur: “Hər kəs Qədir-Xum bayramında oruc tutan bir möminə iftar verərsə, on “Fəam”a yemək və iftar verimiş şəxs kimidir”. Məclisdə hazır olanlardan bir nəfəri soruşdu: Ey möminlərin ağası “Fəam” nədir? Həzrət (ə) o şəxsin cavabında buyurdu: ” (Fəam yəni) yüz min Peyğəmbər, siddiq və şəhid”. (az fasilədən) sonra sözünə belə davam etdi: “Belə isə necə olacaqdır o şəxsin fəzilət və savabı ki, möminlərdən bir qurupunun iftarını öz öhdəsinə götürsün”. Bu hədisə oxşar başqa bir hədis də İmam Sadiqdən (ə) rəvayət olunmuşdur. Bəzi rəvayətlərdə gəlmişdir ki, İmam Rza (ə) Qədir-Xum bayramı günü möminlərdən bir dəstəsini iftar üçün öz yanınında saxlayardı. 3. Qardaşlıq: Vilayət günəşinin doğduğu gün yəni Qədir-Xum bayramı, qardaşlıq günüdür və qardaşlıq günü vilayət günüdür. Vilayət və qardaşlıq bir-birinə ayrılmaz tellərlə bağlıdırlar və onları bir-birinə düyünləyən halqa “iman”dır. Çünki bir tərəfdən imanın şərti vilayətdir və iman vilayətlə kamilləşir və başqa bir tərəfdən isə iman əhli bir-birilə qardaşdırlar: “Həqiqətən, mö’minlər (dində) qardaşdırlar”. Bax elə buna əsasəndə qardaşlıq peymanı bağlamaq Qədir-Xum bayramının gözəl əməllərindən biri sayılır. Bu qardaşlıq əhd-peymanı aşağıdakı şəkildə bağlanır: İki nəfərdən biri özünün sağ əlini ikinci şəxsin ssağ əlinin üzərinə qoyaraq deyir: “Mən səninlə Allah yolunda qardaş oluram və uca yardanın hüzurunda səninlə səmimiyyətli və saf olmağı qarşıma məqsəd qoyuram. Allah yolunda səninlə əl tutub və Allah-taala, mələklər, müqəddəs kitablar, peyğəmbərlər və məsum imamların (ə) hüzurunda səninlə əhd-peyman bağlayıram ki, əgər qiyamət günü Allahın rəhməti mənə şamil olub, cənnət və şəfaət əhlindən olsam və cənnətə daxil olmaq icazəsi alsam, oraya daxil olmayacam, məgər sən də minimlə birlikdə olasan”. Sonra isə ikinci şəxs deyir: “qəbul etdim və səni şəfaət, dua və ziyarətdən başqa (ki, bu üç şeydə məni unutmamalısan), yerdə qalan bütün qardaşlır hüquqlarından səni azad edirəm”. 4. Təbərra: (yəni Allahın düşmənlərind ən uzaqlaşıb, dostları ilə dostluq etmək). İmam Sadiq (ə) buyurdu: “Qədir-Xum bayramı günü əhli-beytə zülm edənlərdən uzaqlaşın və (onlardan bezar olduğunuzu aşkar edin). ” 5. Təzə və pak libas geyinmək: İmam Sadiq (ə) buyurdu: “Möminlərə lazımdır ki, Qədir-Xum bayramında özlərinin ən təmiz, yaraşıqlı və qiymətli libaslarını geysinlər”. Mərhum Mirzə Cavad Ağa Təbrizi bu əməli (təzə və yaraşıqlı geyinməyi) Qədir-Xum bayramının mühüm və zəruri əməllərindən hesab edirdi. 6. Təbrik: Təbrik demək və insanlarla üzləşdikdə onlarla xoş duyğularını və sevinci bölüşdürmək, hər bir bayramın ən gözəl xüsusiyyətlərindəndir. Başqa bayramlarda olduğu kimi dini bayramlarda da möminlər sevinc və şadlıqlarını dini qardaşları ilə paylaşırlar. Bu arada bu cür təbrik və sevinc paylaşma ən-ənəsi Qədir-Xum bayramında da özünəməxsus yer tutmuşdur. Peyğəmbər (s) Qədir-Xum bayramında müsəlmanları bir-birinə təbrik deməyə təkidlə tövsiyə etdi və sevinclə möminlərə deyirdi: “Mənə təbrik deyin! Mənə təbrik deyin!” İmam Sadiq (ə) möminlərə Qədir-Xum bayramında bu sözləri deməyi tövsiyə etmişdir: “Bir-birinizlə üz-üzə gəldiyiniz zaman bu duanı deyin: “Həmd və səna o Allah üçündür ki, bizləri bu günün vasitəsilə girami və əziz edib, bizi möminlərdən və imamət və vilayət sahıbləri, ədalət və haqqı yaşadanların haqqında aldığı əhd-peymana sadiq qalıb, vəfa edənlərin sırasında qərar verib və bizi qiyamət gününü inkar və təkzib edənlərdən qərar vermədi”. İmam Rza (ə) buyurdu: ” (Qədir-Xum bayramında) bir- birinizlə üzləşdikdə deyin: Həmd və səna o Allah üçündür ki, bizi Əmirəlmöminin Əli ibni Əbi-Talibin (ə) vilayətinə iman gətirən və vilayət (məktəbinin) davamçılarından qərar verdi” . 7. Təbəssüm: İmam Rza (ə) buyurdu: “… Qədir-Xum günü möminlərin üzünə təbəssümlə baxmaq (gülərüzlü olmaq) günüdür. Hər kəs Qədir-Xum günü mömin qardaşlarının üzünə təbəssüm etsə, Allah-Taala qiyamət günü o şəxsə rəhmət nəzəri ilə baxacaq, onun min arzusunu həyata keçirəcək və min istəyini qəbul edəcək və onun üçün (cənnətdə) bir qəsr tikəcək və üzünü nurani və gözəl edəcəkdir”. 8. Xoş həyat: Yaxşıdır ki, möminlər Qədir-Xum günü gündəlik həyat tərzini dəyişib ailə və dostlarına daha çox vaxt ayırsınlar və gündəlik problemlərini unudub xoş əhval-ruhiyyədə olsunlar və çalışsınlar ki, problem və qayğılarını sevinc, şadlıq və səxavətlə əvəz etsinlər. Bu gün gərək imkanlı möminlər həyatın başqa problemlərini unudub daha çox pul xərcləsinlər ki, bütüb möminlər bu bayramın ürəyaçan xoş iyini və dadını duyub, dada bilsinlər. Vilayət və İmamət bayramının xoş ətrini və insanlara bağışladığı xoş əhval ruhiyyənin hamı üçün gerçəkləşməsi üçün birinci növbədə səxavətli olmaq lazımdır ki, kasıb möminlər bu əziz və girami bayramı sıxıntılar içində keçirtməsinlər. Buna görədə imkanlı möminlərə lazımdır ki, həm öz ailələri və həm də digər möminlərə geniş mali imkanlar yaratsınlar ki, bu iş üçün Allah-Taalanın dərgahında ən yüksək mükafata layiq görüləcəklər. İmam Rza (ə) buyurdu: “Qədir-Xum günü bir gündür ki, Allah-Taala bu gün ona ibadət edib, mömin qardaşlarına və öz ailəsinə maddi imkanlar yaradıb və bu günü qayğısız və şən keçirməyləri üçün kömək edən şəxsin mal-dövlətini çoxaldacaqdır”. 9. Bayram etmək: İmam Rza (ə) Qədir-Xum bayramında öz yaxınlarının və ətrafındakıların əhval-ruhiyyəsini dəyişirdi və onlarda təzə, şən və əsl bayram əhvalı yaradırdı. 10. Allaha müsəlmanlara bəxş etdiyi vilayət nemətinin müqabilində şükr etmək: Həzrət Peyğəmbər (s) buyurdu: “Sünnətlərimdən biri də budur ki, möminlər Qədir-Xum günü yüz dəfə bu duanı oxusunlar: Həmd və səna o Allah üçündür ki, Əli ibn Əbi Talibin (ə) vılayəti və imaməti ilə dinini kamil və nemətini tamam etdi”. İmam Əli (ə) buyurur: Qədir-xum günü Allah-Taalanın sizə nəsib etdiyi “Vilayət”neməti üçün ona şükürlər edin. 11. “Sileyi-rəhm”(qohum-qardaşı ziyarət etmək): Qohum-qardaş və dost-aşnanın görüşünə və ziyarətinə getmək Qədir-Xum gününün gözəl və mənəvi əməllərindən biridir. Bu sünnət camaatı daha şən və təravətli və bu bayramı onların ürəyində və yadında xoş duyğularla həmişəlik olaraq həkk edir. Elə buna görədə İslam dini bu gözəl sünnətə bayram və bayramdan başqa günlərdə də əməl olunmasına təkid edir. İmam Rza (ə) buyurur: “Hər kəs, Qədir-Xum günü bir möminin ziyarət və görüşünə gedərsə Allah-Taala onun qəbrinə yetmiş nur daxil edər və qəbrini onun üçün geniş və böyük edər, hər gün yetmiç min mələk onun qəbrinin ziyarətinə gələr və onu cənnət müjdəsi ilə muştuluqlayacaqlar” . Yaxşı olar ki, möminlər bu gözəl sünnəti bayramların ən böyük və ən gözəli olan Qədir-Xum bayramında yaddan çıxartamasınlar ki, Qədir-Xum bayramını yaşatmaqla birlikdə camaat və qohumlar arasındakı, ülfət, səmimiyyət, dostluq və məhəbbət tellərini də möhkəmlətmiş olsunlar. 12. Ziyarət: Qədir-Xum günün əməllərindən biri də möminlərin ağası Əli ibn Əbi Talibi (ə) ziyarət etməkdən ibarətdir. O Həzrətin (ə) ziyarəti iki cür mümkündür: 1). O Həzrətin (ə) pak və müqəddəs hərəmində: İmam Rza (ə) Əhməd ibn Əbi Bəsr Bəzəntiyə buyurdu: “Ey Əbi Nəsrin oğlu, harada olursan ol, Qədir-Xum günü Möminlərin ağası Əli ibn Əbi Talibin (ə) müqəddəs qəbrinin kənarında hazır ol! Həqiqətən Allah-Taala bu gün mömin kişi və qadınların altımış illik günahlarını bağışlayır və mübarək Ramazan ayının Qədir gecələrində və Fitr bayramında (cəhənnəm əzabından) azad etdiyinin iki bərabərini azad edir” . Bu zuyarətin qaydasını mərhum şeyx Əbbas Qumi “Məfatih əl-cinan” kitabında həzrəti İmam Hadidən (ə) izahlı şəkildə rəvayər etmişdir . 2). Ümumi ziyarətlər: Bu ziyatərlərin müqəddəs hərəmə aidiyyəti yoxdur və vilayət aşiqləri eliyə bilərlər olduqları yerdən o həzrətin ziyarətinə nail olsunlar ki, bu barədə iki ünvanda ziyarətnamə mövcuddur: *- Əminəllah ziyarətnaməsi: السَّلامُ عَلَيْکَ يَا أَمِينَ اللَّهِ فِي أَرْضِهِ وَ حُجَّتَهُ عَلَي عِبَادِهِ السَّلامُ عَلَيْکَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ أَشْهَدُ أَنَّکَ جَاهَدْتَ فِي اللَّهِ حَقَّ جِهَادِهِ وَ عَمِلْتَ بِکِتَابِهِ وَ اتَّبَعْتَ سُنَنَ نَبِيِّهِ صَلَّي اللَّهُ عَلَيْهِ وَ آلِهِ حَتَّي دَعَاکَ اللَّهُ إِلَي جِوَارِهِ فَقَبَضَکَ إِلَيْهِ بِاخْتِيَارِهِ وَ أَلْزَمَ أَعْدَاءَکَ الْحُجَّةَ مَعَ مَا لَکَ مِنَ الْحُجَجِ الْبَالِغَةِ عَلَي جَمِيعِ خَلْقِهِ اللَّهُمَّ فَاجْعَلْ نَفْسِي مُطْمَئِنَّةً بِقَدَرِکَ رَاضِيَةً بِقَضَائِکَ مُولَعَةً بِذِکْرِکَ وَ دُعَائِکَ مُحِبَّةً لِصَفْوَةِ أَوْلِيَائِکَ مَحْبُوبَةً فِي أَرْضِکَ وَ سَمَائِکَ صَابِرَةً عَلَي نُزُولِ بَلائِکَ [شَاکِرَةً لِفَوَاضِلِ نَعْمَائِکَ ذَاکِرَةً لِسَوَابِغِ آلائِکَ‏] مُشْتَاقَةً إِلَي فَرْحَةِ لِقَائِکَ مُتَزَوِّدَةً التَّقْوَي لِيَوْمِ جَزَائِکَ مُسْتَنَّةً بِسُنَنِ أَوْلِيَائِکَ مُفَارِقَةً لِأَخْلاقِ أَعْدَائِکَ مَشْغُولَةً عَنِ الدُّنْيَا بِحَمْدِکَ وَ ثَنَائِکَ پس پهلوي روي مبارک خود را بر قبر گذاشت و گفت: اللَّهُمَّ إِنَّ قُلُوبَ الْمُخْبِتِينَ إِلَيْکَ وَالِهَةٌ وَ سُبُلَ الرَّاغِبِينَ إِلَيْکَ شَارِعَةٌ وَ أَعْلامَ الْقَاصِدِينَ إِلَيْکَ وَاضِحَةٌ وَ أَفْئِدَةَ الْعَارِفِينَ مِنْکَ فَازِعَةٌ وَ أَصْوَاتَ الدَّاعِينَ إِلَيْکَ صَاعِدَةٌ وَ أَبْوَابَ الْإِجَابَةِ لَهُمْ مُفَتَّحَةٌ وَ دَعْوَةَ مَنْ نَاجَاکَ مُسْتَجَابَةٌ وَ تَوْبَةَ مَنْ أَنَابَ إِلَيْکَ مَقْبُولَةٌ وَ عَبْرَةَ مَنْ بَکَي مِنْ خَوْفِکَ مَرْحُومَةٌ وَ الْإِغَاثَةَ لِمَنِ اسْتَغَاثَ بِکَ مَوْجُودَةٌ [مَبْذُولَةٌ] وَ الْإِعَانَةَ لِمَنِ اسْتَعَانَ بِکَ مَبْذُولَةٌ [مَوْجُودَةٌ] وَ عِدَاتِکَ لِعِبَادِکَ مُنْجَزَةٌ وَ زَلَلَ مَنِ اسْتَقَالَکَ مُقَالَةٌ وَ أَعْمَالَ الْعَامِلِينَ لَدَيْکَ مَحْفُوظَةٌ وَ أَرْزَاقَکَ إِلَي الْخَلائِقِ مِنْ لَدُنْکَ نَازِلَةٌ وَ عَوَائِدَ الْمَزِيدِ إِلَيْهِمْ وَاصِلَةٌ وَ ذُنُوبَ الْمُسْتَغْفِرِينَ مَغْفُورَةٌ وَ حَوَائِجَ خَلْقِکَ عِنْدَکَ مَقْضِيَّةٌ وَ جَوَائِزَ السَّائِلِينَ عِنْدَکَ مُوَفَّرَةٌ وَ عَوَائِدَ الْمَزِيدِ مُتَوَاتِرَةٌ وَ مَوَائِدَ الْمُسْتَطْعِمِينَ مُعَدَّةٌ وَ مَنَاهِلَ الظِّمَاءِ [لَدَيْکَ‏] مُتْرَعَةٌ اللَّهُمَّ فَاسْتَجِبْ دُعَائِي وَ اقْبَلْ ثَنَائِي وَ اجْمَعْ بَيْنِي وَ بَيْنَ أَوْلِيَائِي بِحَقِّ مُحَمَّدٍ وَ عَلِيٍّ وَ فَاطِمَةَ وَ الْحَسَنِ وَ الْحُسَيْنِ إِنَّکَ وَلِيُّ نَعْمَائِي وَ مُنْتَهَي مُنَايَ وَ غَايَةُ رَجَائِي فِي مُنْقَلَبِي وَ مَثْوَايَ و در کامل الزيارة بعد از اين زيارت اين فقرات نيز مسطور است: أَنْتَ إِلَهِي وَ سَيِّدِي وَ مَوْلايَ اغْفِرْ لِأَوْلِيَائِنَا وَ کُفَّ عَنَّا أَعْدَاءَنَا وَ اشْغَلْهُمْ عَنْ أَذَانَا وَ أَظْهِرْ کَلِمَةَ الْحَقِّ وَ اجْعَلْهَا الْعُلْيَا وَ أَدْحِضْ کَلِمَةَ الْبَاطِلِ وَ اجْعَلْهَا السُّفْلَي إِنَّکَ عَلَي کُلِّ شَيْ‏ءٍ قَدِيرٌ *- İmam Sadiq (ə) rəvayər olunmuş ziyarətnamə: Bu ziyarətnamə də şeyx Əbbas Quminin “Məfatih əl-cinan” kitabında qeyd olunmuşdur. 13. Təmizlik işləri görmək və ev, həyət və küçəni bəzəyib, yaraşığa salmaq və bir sözlə bu müqəddəs bayram üçün hər tərəfli hazırlaşmaq: İamam Sadiq (ə) buyurur: “Qədir-Xum” günü şadlıq, sevinc və xoşhallıq günüdür”. Qədir-Xum bayramının gözəl adətlərindən biri də budur ki, müsəlmanlar bu gündə ev-eşiklərini bəzəyib və təzə libaslar geyinməklə bu günə əsil bayram əhval-ruhiyyəsi bəxş etsinlər, və başqa bayramlarla müqayisədə daha çox şadyanalıq etsinlər, çünki Qədir-Xum bayramı bayramların şahıdır. Bu əməlin böyük fəzilət və savabı vardır. İmam Rza (ə) buyurur: “Qədir günü zinət və bəzənmək günüdür. Hər kəs Qədir-Xum günü üçün zinətlənsə Allah-taala onun bütün böyük və kiçik günahlarını bağışlayacaq və gələn il Qədir-Xum bayramına qədər onun yaxşılıqlarını yazıb, dərəcələrini yüksəltmək üçün mələklər göndərəcəkdir”. 14. Təşəkkür: İmam Əli (ə) buyurur: “Qədir-Xum günü Allah-Taalanın sizə bağışladığı vilayət nemətinin müqabilində (uca olan Tanrıya) şükür edin”. 15. Sədəqə vermək: İmam Əli (ə) buyurur: “Qədir-Xum günü sədəqə verilən bir dirhəmin fəziləti başqa günlərdə sədəqə verilən iki yüz min dirhəmin fəzilətinə bərabərdir”. 16. Peyğəmbər (s) və əhli-beytə (ə) salam və salavat göndərmək: İmam Sadiq (ə) buyurur: “Qədir-Xum günü Məhəmməd və əhli-beytinə (ə) coç salam və salavat göndərin”. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd اللهمّ صَلِّ عَلي مُحمّد و آل محمّد 17. Qonaqlıq: Qədir-Xum günü möminlərə qonaqlıq vermək və ziyafət süfrəsinə dəvət etməyin böyük əhəmiyyət və savabı vardır. İmam Sadiq (ə) buyurur: “Qədir-Xum bayramında dini qardaşlarınızı ziyafət süfrəsinə dəvət edin”. İmam Rza (ə) bu əməlin fəziləti haqqında buyurur: “Hər kəs Qədir-xum günü bir nəfər möminə yemək versə o kəs kimidir ki, bütün peyğəmbərlər və siddiqlərə yemək vermişdir”. 18. İbadət: İmam Rza (ə) buyurdu: “Allah-Taala Qədir-Xum günü ibadət edənlərin mal-dövlətin çoxaldacaqdır”. 19. Ətir vurmaq: Məsum İmamlar (ə) möminlərə Qədir-Xum bayramında ətir vurmağı sifariş ediblər. 20. Saleh əməl etmək: Rəvayətlərə əsasən Qədir-Xum günü yaxşı və saleh işlər etmək həştad ilin ibadətinə bərabər və altımış ilin günahının kəffarəsidir. 21. Qüsl vermək: Qədir gününün yaxşı əməllərindən biri də günün əvvəlində qusl verməkdir. Şiə alimləri bu günün qüslünün savab olmağına şəhadət vermiş və bu işi təkidli müstəhəb əməl hesab etmişlər. 22. Möminlərin xahiş və istəyini həyata keçirmək: İmam Sadiq (ə) buyurur:”Qədir bayramında mömin qardaşlarınızın arzu və istəklərinə əməl edin”. 23. Kömək etmək: Fəqir, zəif və ehtiyacı olanlara kömək etmək, Qədir-Xum sahibinin bu gün üçün xüsusi sifarişlərindəndir. O həzrətin (ə) göstərişinə əsasən gərək varlılar kasıblara, güclülər zəiflərə kömək etsinlər. Qədir günü imkansızlara kömək etmək o qədər əhəmmyyətlidir ki, islam dinində borc istəməyin bəyənilmiş bir iş olmadığı halda, məsum imamlar (ə) qədir-xum günü başqalarına kömək etmək üçün borc almağa belə tövsiyə ediblər. İmam Əli (ə) buyurur: “Hər kəs mömin qardaşına (qədir-xum) günü kəmək etmək üçün borc alarsa, mən Allah-Taala tərəfindən zəmanət verirəm ki, sağlığında o borcu qaytarsın və əgər ömrü vəfa etməsə və dünyasın dəyişsə, o borc Allah-Taala tərəfindən onun öhdəsindən götürüləcəkdir”. Bu hədisdən iki mühüm nöqtəyə toxunulur: 1. Qədir gününün əhəmiyyəti və dəyərinə görə borc almaq başqa vaxtlarda bəyənilmiş bir iç olmsada bu gün üçün isə sifariş olunmuşdur. 2. “Həqqün-nas” yəni başqalarını haqqını mənimsəyən adam heç vaxt Allah-taala tərəfindən bağışlanılmır, lakin Allah-taala borclun şəxsin borcu Qədir-xum günü başqasına kömək etmək üçün aldığına onu bağışlayır, yəni onun borcunu qiyamət günü borc sahibini razı salmaqla, geri qaytarmış hesab edir. 24. Əfv və güzəşt etmək: Qədir-Xum gününün müstəhəb sayılan əməllərdən biri də dini qardaşlarımızın səhv və günahlarına göz yummaq və onlarla səmimi və dostcasına əlaqə yaratmaqdır. 25. Gülərüzlü olmaq: İmam Əli (ə) buyurur: “Bir-birinizlə gülər üzlə rəftar edin”. 26. Müsavat və bərabərlik: Əli (ə) buyurur: “Özünüz və zəiflər arasında bərabərlik yaradın”. 27. Əllə salamlaşmaq: İmam Əli (ə) buyurur: “Qədir-Xum günü bir-birinizlə üz-üzə gəldiyiniz zaman bir-birinizlə əl tutub salam verin”. 28. Mehribançılıq: İmam Əli (ə) buyurur: İnsanların qədir günü bir-birləriylə mehriban, ülfətli və nəvazişlə rəftar etmələri, Allah-Taalanın rəhmət və ülfətinin onlara şamil olmasına səbəb olacaqdır. 29. Namaz: Qədir bayramının iki namazı vardır. Biri bayram axşamı qılınır və digəri isə bayram günü zöhrdən yarım saat qabaq qılınır. Bayram axşamı qılınan namaz 12 rəkətdir. Hər iki rəkətdən sonra təşəhüd vardır və on ikinci rəkətin axırında təşəhüd və salam oxumalıdır. Hər rəkətdə həmd surəsindən sonra, ixlas surəsini yeddi dəfə oxunmalı və on ikinci rəkətdə həmd və ixlas surələrinin hər ikisini yeddi dəfə oxumalıdır. Bu namazın qunutunda dua oxudauqdan sonra öz hacətlərini Allah-Taaladan istəyirsən. *Qədir gününün namazı: Qədir-Xum günü zöhrdən yarım saat qabaq iki rəkət müstəhəb namaz qılınır. Hər rəkətdə həmd və ixlas surəsindən sonra Qədr surəsi və Ayətul-kursi on dəfə oxunur. *Qədir məscidinin namazı: İmam Sadiq (ə) buyurur: “Qədir-Xum məscidində namaz qılmaq savabdır” . 30. Dua: Qədir-xum bayramında dua oxumaq məsum imamlardan (ə) öz davamçılarına təkidlə sifariş olunmuşdur. Bu günə aid olan duaları oxumaq üçün Şeyx Əbbas Quminin “Məfatihul-cinan” kitabına müraciət edə bilərsiniz. Həmçinin bu dualardan bəziləri “Biharul ənvar” kimi hədis kitablarında qeyd olunmuşdur.(Biharul ənvar-cild:59, səh-318). 31. Yaxşılıq və ehsan: Bir-birinizə yaxşılıq edin ki, yaxşılığınızın sayəsində Allah-Taala sizin aranızda ülfət və mehribançılığı əbədi edəcəkdir. Qədir-Xum günü yaxşılıq etmək ömrün və sərvətin artmasına səbəb olacaqdır. İmam Sadiq (ə) buyurur: “Qədir günü dini qardaşlarınıza yaxşılıq edin” . 32. Hədiyyə vermək: İmam Əli (ə) buyurur: “Allah-Taalanın sizlərə bəxş etdiyi nemətlərdən sizdə qohum-qardaşlarınıza hədiyyə edin”. Başqa bir hədisdə buyurur: “Allahın nemətlərini bir-birinizə hədiyyə edin, necə ki, Allah-taala sizə bağışlayıbdır”. İmam Rza (ə) buyurur: “Bu gün (qədir-xum) dini qardaşlarınıza hədiyyə verin!”. Rəvayətlərdə var ki, İmam Rza (ə) qədir-xum bayramında bəzi səhabələrinin ailəsinə yemək, buğda, təzə libas, üzük və ayaqqabı göndərədi. 33. Toplanış və Yığıncaq: Müsəlmanların bir yerə toplaşması qədir-xum gününün əsas əməllərindən biri sayılır. Bu dini-siyasi hökm Allah-taala tərəfindən müsəlmanların birliyini və bir-birləri ilə əlaqələrinin möhkəmliyinin qorunub saxlanması üçün əmr olunubdur. İmam Əli (ə) buyurur: “Qədir-xum günü bir yerə toplaşın ki, Allah-taala sizin işlərinizin nizama salınmasında və problemlərinizin həll olunmasında sizə yardımçı olsun”.

İmam Əli (ə) 11.01.2025

İslam dinində Qədir Xum bayramının həqiqəti

Allah dinin qoruyucuları, həmişə İlahi şüarların əbədiləşdirilməsi üçün çalışmışlar. Allah-təala Qurani kərimdə, “Həc” surəsinin 32-ci ayəsində buyurur: “…Hər kəs Allahın mərasiminə hörmət etsə, şübhəsiz ki, bu (hörmət), qəlblərin təqvasından hasil olur.” Cəmiyyətimizdə mədəni və mənəvi əlamətdar hadisələrin xatırladılmasına daim ehtiyac var. Allahın Rəsulu (s), bu sahədə hamıdan irəlidə addımlayaraq öz əməlləri ilə islami toplumun yolunu aydınlatdı. Qədir-xum gününün  bayram olmasına əsas dəlilimiz “hənnəuni” (yəni, “məni təbrik edin”) hədisidir. Bu hədis müxtəlif ifadə və sənədlərlə qeyd olunub. Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl musnəd kitabının 4-cü cild 281-ci səhifəsində, Təbəri öz təfsirinin 3-cü cild 428-ci səhifəsində bu hədisi Hafiz Əbu Səiddən belə nəql etmişjər: İslam Peyğəmbəri (s.ə.v.a) buyurdu: “Məni təbrik edin ,məni təbrik edin, çünki Allah-təala məni peyğəmbərliklə və Əhli beytimi (ə) də “imamətlə” seçib (imtiyaz qazandırıb.) Sünni alimlərindən nəql olunan digər rəvayətə əsasən bu hədisin davamı belə qeyd olunub: “Sonra peyğəmbər (s.ə.v.a) özünü xüsusi çadırında oturub İmam Əli (ə)-a əmr etdi ki, başqa bir çadırda otursun. Camaata əmr ətdi ki, Əli (ə)-ın yanına çatanda təbrik etsinlər. Camaat dağıldıqdan sonra peyğəmbər (s.ə.v.a) öz xanımlarına əmr etdi ki , Əli (ə)-ni təbrik etməyə getsinlər. Onlar da itaət etdilər. Qədir-xum gününün islamın əziz Peyğəmbərinin (s.ə.v.a) sünnətində bayram olmasının digər sübutu, qədir-xum günündə, İmam Əli (ə)-ın öz xütbəsidir. İmam Rza (ə) öz atasından nəql edir: “İmam Əli (ə)-ın xilafətdə olduğu günlərdən birində, Qədir-xum günü cümə gününə təsadüf edirdi. İmam Əli (ə) sözünü. Allahı vəsf etməklə başladı … “Allah-təala (əzzə və cəl) bu günü sizin üçün iki bayram qərar verib. O iki bayramdan biri olmasa, digəri yerində qalmaz.” Sonra həzrət, “Qədir-xum” hadisəsinə işarə edərək, o günün xüsusiyyətləri saydı: “Bu gün çox böyük bir gündür. Bu gün (müşküllər üçün) açılış oldu, layiqləti olanrın məqamı ucaldı və Allahın dəlili aşkar oldu. Bəli bu gün “məsum rəhbər” pak məqamı tərəfindən haqqın açıqlanması, açıq tərzdə və  ”Nəs” (Allahın əmrinin yerinə yetirildiyi) sözün  deyildiyi gündür. dinin kamil olduğu gündür. Bu gün əhd-peyman günüdür. Bu gün şahidlərə şahidlik günüdür.” Bu gün, nifaq və inkarı üzə çıxarmaq günüdür.” Həzrət, xütbənin sonunda buyurub: “Bir-birinizi gördükdə (əl verib) görüşün və Allahın sizə verdiyi bu nemtə görə bir-birinizi təbrik edin. Gərək bu sözləri eşidənlər eşidməyənlərə çatdırsınlar. Gərək imkanlılar ehtiyaclıların sorağına getsinlər.Qüdrətlilər, zəifləri axtarsınlar. Peyğəmbər (s.ə.v.a) bizi buna (bunu yernə yetirməyə) əmr edib.” (3) MƏSUMLAR VƏ İSLAMIN ƏN BÖYÜK BAYRAMI İmam Sadiq (ə) öz atasından nəql edir ki ,peyğımbər (s.ə.v.a) buyurub: “Qədir-xum bayramı ümmətimin ən böyük bayramıdır. O gündə Allah-təala məni Əli (ə)-ın canişinliyini elan etməyimi əmr etmişdir ki, ümmətim onun vasitəsi ilə hidayət olsunlar.(4) Başqa rəvayətə əsasən İmam Sadiq (ə)-dan soruşandaki: “müsəlmanların qurban və fitr bayramından başqa digər bayramı var” imam cavabında: “bəli, o bütün bayramlardan  uca və   əzəmətlidir, o gün, “möminlərin əmir”inin peyğəmbərin canişini təyin olunduğu gündür.(5) İlahi övliyalar və məsumlar (ə) bu gündə xüsusi olaraq bayram tədarükü görürdülər.Buna misal olaraq bir neçə rəvayəti diqqətinizə çatdırırıq. 1-Əllamə Məclisi öz kitabında belə yazır: Əli (ə)-ın xəlifəliyi dövründə  Qədir-xum günü  cümə gününə təsadüf edirdi. İmam Əli (ə) cümə xütbəsinidən sonra oğlanları və şiələri ilə birlikdə İmam Həsən (ə)-ın “Qədir-xum” bayramı münasibəti ilə onlar üçün hazırladığı qonağlığa getdilər.(6) 2-Fəyaz ibn Məhəmməd ibn Tusi deyir: Günlərin birində İmam Rza (ə)-ın yanına getmişdim. Gördüm ki, İmam Rza (ə), qonaqlıq vermək üçün dostlarını evində saxladı və onların evinə də yemək,  paltar, üzük və  ayaqqabı hədiyyə göndərdi. İmam (ə), başqa günlərdən fərqli olaraq yalnız bu gündə dostlarına və xidmətçilərinə bu köməkliyi göstərirdi.(7) QƏDİR-XUM GÜNÜNÜN BAYRAM OLMA SƏBƏBİ a)    İmamlar (ə)  ilahi qanunların təbliğatçılarıdır. Həm sünni həmdə şiə alimləri “təbliğ” (maidə-67) ayəsinin İmam Əli (ə)-ın haqqında nazil olduğunu bildirmişlər ki , peyğəmbərin (s.ə.v.a) canişinliyi haqqındadır. Bu ayə elə bir vaxtda nazil olmuşdur ki, bir tərəfdən münafiqlərin digər tərəfdəndə imanı zəif olanların fitnə salacağı təhlükəsi vardı. Bu ayənin nazil olması bütün nigarançılıqları aradan qaldırdı və ayənin çox mühüm olmasını göstərdi. Təbliğ ayəsi: “Ey peyğəmbər Allah tərəfindən sənə nazil olanı təbliğ et ,əgər təbliğ etməsən risaləti tamam etmiş olmarsan və Allah səni camaatdan  (tənəsindən) qoruyacaq. (Əl-maidə surəsi,  ayə 67) Əllamə Əmini sünni alimlərindən 30-a yaxın mənbəyə istinad edərək sübut edir ki, bu mənbənin hamısı Əli (ə)-ın vilayəti haqqındadır. Sünni alimlərindən Cəlaləddin Siyuti və Fəxrəddin Razi öz təfsirlərində buna işarə etmişlər.(8) Bu ayədə diqqət çəkən  “risaləti təbliğ etmiş olmarsan” cümləsidir. Bu ayə  haqqında bunu demək olar ki  “imamət”-i camaata çatdırmamaq dinimizdə risaləti tamamlamamaq  deməkdir. b)    Dinin kamilliyi  “imamlıqdır” Kafirlər peyğəmbər (s.ə.v.a)-ə sonsuz (əbtər) deyirdilər. Onlara elə düşünürdülər ki, peyğəmbər (s.ə.v.a) rəhmətə getdikdən sonra  oğlu olmadığına görə  İslam dini başçısız qalıb aradan gedəcək  və kafirlər yenidən öz dinlərinə qayıda biləcəklər. İmam Əli (ə)-ın xəlifəliyə seçildiyini gördükdən sonra kafirlər ümidsiz oldular. Kafirlər yaxşı bilirdilər ki, Əli (ə) peyğəmbərin yolunu kamil şəkildə davam etdirə biləcək yeganə şəxsdir. Əli (ə) xəlifəliyə seçildikdən sonra bu ayə nazil olur: “bu gün sizin üçün dinivizi kamil etdim” (  ( maidə surəsi 3-cü ayə) .İmamların (s.ə.v.a)  əsas vəzifəsi ilahi qanunların camaata  düzgün çatdırılması üçün seçilmişlər. Peyğəmbər (s.ə.v.a)-dan həm süni həmdə şiə alimləri hədis nəql edirlər: “mən elm şəhəriyəm Əli (ə) o şəhərin qapısıdır, şəhərə daxil olmaq istəyən gərək ki Əli (ə)-ın yolu ilə getsin.(9) Sünni alimlərihdən  Buxari, Müslim, Malik, Nəsayi və Tirmizi deyirlər: “kitab əhli olan Tariq ibn Şəhab xəlifə Ömərə deyir :əgər “ikmal” (dinivizi kamil etdim) ayəsi bizim dinimizdə nazil olsaydı  bu günü qiyamətə qədər həmişə bayram keçirərdik.(10)  Ömər sakit durmaqla öz razılığını bildirdi. c)    İmamlıq, İslam düşmənlərinin ümidsizlik amilidir d)    Maidə surəsinin 3-cü ayəsi də Əli (ə) barəsində qədir xum çölündə nazil olmuşdur. “Bu gün kafirlər dinivizdən əllərini üzdülər  bəs onlardan qorxmayın məndən qorxun”. Bu ayə subut edir ki, dinin kamil olması (Əli (ə)-ın xəlifəliyi) İslam düşmənlərini narahat edirdi. Əllamə Təbatəbai öz kitabında yazır: səhabə, tabein və onlardan sonra gələnlərdə yek dilliklə bu fikirdədirlər ki, hər iki ayə bir-birinə bağlıdır və biri digərini tamamlayır.(11) Ayələrdən bu nəticəyə gəlmək olar ki, gərək “qədir xum” gününü bayram kimi qeyd edək. c)İmamlıq vəzifəsi İslam dininin vəhdəti naminədir. Qurani kərimdə Allah-təala, İsa (ə) peyğəmbərin asimandan süfrə (maidə) istəyərək dua etməsinə işarə edərək, gələcək nəsillər üçün bayram olmasını zikr edir və buyurur:  Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. (Maidə surəsi, ayə: 114) 1) “Əl-qədir” kitabı Əllamə Əmini  c.1,s.274 2) “Əl-qədir” kitabı Əllamə Əmini  c.1,s.271 3) “Biharul ənvar” Əllamə Məclisi c.94,s.118 4) Həmin mənbə s.110 5) Həmin mənbə s.111 6) Həmin mənbə c.94,s.118 7) Həmin mənbə c.94, s.112 və c.95, s.322 8) “Darul mənsur” kitabı Siyuti c.2, s.457; “Təfsire Fəxri Razi” c.12, s.49 9) “Əl-qədir” c.6, s.61-77 10) “Əl-qədir” c.1, s.283 11) “Əl-mizan” kitabı Əllamə Təbatəbai c.5, s.179 Çevirən: Emil Cəfər Bərməki

İmam Əli (ə) 11.01.2025

Əhli-sünnə alimləri “Əliyyun məəl-həqq” hədisini hansı ifadələrlə nəql etmişlər?

Əhli-sünnə alimləri “Əliyyun məəl-həqq” hədisini hansı ifadələrlə nəql etmişlər? Qısa cavab: Əliyyun məəl-həqq” (“Əli haqq ilədir”) hədisini əhli-sünnə alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər, o cümlədən Xətib Bəğdadi, Heysəmi, İbn Quteybə, Zəməxşəri, Təbərani, Hakim Nişapuri, Fəxr Razi, Hafiz Gənci və Xətib Xarəzmi. Ətraflı cavab: “Əliyyun məəl-həqq” (“Əli haqq ilədir”) hədisini əhli-sünnə alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər ki, onların bəzilərinin sözlərini qeyd edirik: 1 – Xətib Bəğdadi sənədlərlə Əbu Zakirin qulamı Əbu Sabitdən belə nəql edir: Mən Ümmü Sələmənin yanına gedəndə ağladığını gördüm. O, Əlini yad edərək deyirdi: Peyğəmbərin (s) onun barəsində belə buyurduğunu eşitdim:   عَلِىٌّ مَعَ الْحَقِّ وَالْحَقُّ مَعَ عَلِىٍّ لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ “Əli haqq ilə, haqq da Əli ilədir. Bu ikisi qiyamət günündə hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmazlar.” (1)   2 – Heysəmi həmin məzmunlu hədisi sənədlərlə Səd ibn Əbu Vəqqasdan, o da Ümmi Sələmədən nəql etmişdir. (2) 3 – İbn Quteybə, Məhəmməd ibn Əbubəkrin belə dediyini nəql edir: Bacım Aişənin yanına gedib dedim: “Peyğəmbərin (s) “Əli haqq ilə, haqq da Əli ilədir”-deyə buyurduğunu eşitdiyin halda nə üçün onun əleyhinə qiyam edərək müharibə apardın?!” (3) 4 – Zəməxşəri nəql edir ki, Əbu Sabit icazə alaraq Ümmü Sələmənin yanına getdi. Ümmü Sələmə ona buyurdu: “Mərhəba sənə, ey Əbu Sabit! Qəlblər müxtəlif tərəflərə uçan zaman sənin qəlbin kimə doğru meyl etdi?” Əbu Sabit dedi: “Əlinin ardınca getdim.” Ümmü Sələmə buyurdu: “Müvəffəq oldun! And olsun o Allaha ki, canım onun qüdrəti əlindədir! Həqiqətən mən Peyğəmbər (s)-in belə buyurduğunu eşitdim:   عَلِىٌّ مَعَ الْحَقِّ وَالْقُرْآنِ وَالْقُرْآنُ مَعَ عَلِىٍّ وَلَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ “Əli haqq ilə və Quran ilə, Quran da Əli ilədir. Onlar hovuzda mənim yanıma gələnə qədər bir-birindən ayrılmazlar.” (4)   5 – Təbərani və başqaları səhih sənədlərlə Peyğəmbər (s)-in Qədir-Xum günündə belə buyurduğunu nəql etmişlər:   اَللَّهُمَّ وَالِ مَنْ وَالَاهُ وَعَادِ مَنْ عَادَاهُ… وَاَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ “Pərvərdigara, onu sevənləri sev, ona düşmən olanlarla düşmən ol… Əli hər yerdə olsa, haqqı onunla birgə et!” (5)   6 – Hakim Nişapuri, Tirmizi və başqaları səhih sənədlərlə Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişlər:   رَحِمَاللهُ عَلِیّاً، اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ “Allah Əliyə rəhm etsin! Pərvərdigara, Əli hər yerdə olsa, haqqı onunla birgə dolandır!” (6)   7 – Fəxr Razi öz təfsirində yazır: “Əli ibn Əbutalibin həmişə “Bismillahir-Rəhmanir-Rəhim”i uca səslə oxuması çoxsaylı nəqllərlə sübut olunmuşdur. Hər kəs dinində Əli ibn Əbutalibə iqtida etsə (tabe olsa), mütləq hidayət olunmuşdur. Bu məsələnin dəlili də Peyğəmbər (s)-in buyurduğu bu sözdür:   اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ “Pərvərdigara, Əli harada olsa, haqqı onunla (Əli ilə) birlikdə dolandır.” (7)   8 – Hafiz Gənci və Xətib Xarəzmi, Zeydin “Müsnəd”indən nəql ediblər ki, Peyğəmbər (s) İmam Əlinin barəsində buyurdu: “Həqiqətən haqq səninlədir, haqq sənin dilində, qəlbində və iki gözlərinin arasındadır. İman mənim ətimlə-qanımla qaynayıb qarışdığı kimi, sənin ətinlə-qanınla da qaynayıb-qarışmışdır.” (8) 9 – Əbu Yəla və başqaları sənədlərlə Əbu Səid Xudridən nəql edirlər ki, Peyğəmbər (s) Əliyə işarə edərək buyurdu: “Haqq onunladır, haqq onunladır.” (9) 10 – Heysəmi sənədlərlə Ümmü Sələmədən belə nəql edir: “Əli haqq üzərindədir, hər kəs ona tabe olsa, haqqa tabe olmuş, hər kəs ondan ayrılsa, haqdan ayrılmışdır. Bu bir əhddir ki, bu gündən qabaq bağlanmışdır.” (10) (11) Qeydlər: 1. “Tarixu Bəğdad”, cild, 14, səh. 321. 2. “Məcməuz-zəvaid”, 7-ci cild, səh. 236. 3. “Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh. 73. 4. “Rəbiul-əbrar”, 1-ci cild, səh. 828. 5. “Əl-mu`cəmul-ovsət”, 5-ci cild, səh. 455, hədis: 4877. 6. “Mustədrək”, Hakim, 3-cü cild, səh. 135, hədis: 4629; Camiu Tirmizi, 5-ci cild, səh. 592, hədis: 3724. 7. “Ət-təfsirul-kəbir”, 1-ci cild, səh. 205. 8.“Kifayətut-talib”, səh. 265, bab 62; Mənaqibu Xarəzmi”. 9. “Musnədi Əbu Yə`la”, 2-ci cild, səh. 318, hədis: 1052; “Məcməuz-zəvaid”, 7-ci cild, səh. 35. 10. “Məcməuz-zəvaid”, 9-cu cild, səh. 134. 11. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 421.

İmam Əli (ə) 11.01.2025

“Haqq Əli (ə) ilədir” hədisi necə nəql olunub?

Ətraflı cavab: Peyğəmbərin (s) həyat yoldaşı olan Ümmü Sələmə və Aişə deyirlər: Peyğəmbəri-Əkrəmdən (s) eşitdik ki, buyurdu:   على مع الحق و الحق مع على لن یفترقا حتى یردا علىّ الحوض “Əli (ə) haqq ilə, haqq da Əli (ə) ilədir. Onlar kövsər hovuzun kənarında mənə çatanadək bir-birlərindən ayrılmazlar.”   Bu hədis əhli-sünnə mənbələrinin əksəriyyətində yazılıb. Əllamə Əmini bu mənbələri dəqiq şəkildə “Əl-Qədir” kitabının üçüncü cildində yazıb. (1) Əhli-sünnənin tanınımış təfsirçisi Fəxri Razi ”Təfsiri-kəbir” kitabında “Həmd” surəsi barəsində yazır: “Həzrət Əli (ə) bismillahı uca səslə deyərdi və bu məsələ təvatür həddində sübut olunub. Hər kəs öz dinində həzrət Əliyə (ə) iqtida etsə, hidayət olacaq. Bunun dəlili Peyğəmbərin (s) buyurduğu kəlamdır :   اللّهم ادر الحق مع على حیث دار “Ey Allah, (Əli harda olursa olsun,) haqqı Əlinin yanında elə!”” (2) Diqqət edilməli məsələ hədisdə “haqq”ın harada olursa-olsun, həzrət Əlinin (ə) yanında olmasının bildirilməsidir. (3) Qeydlər: (1) Bu hədisi Məhəmməd ibn Əbi bəkr, Əbuzər, Əbu Səid Xudri və başqaları Peyğəmbərdən (s) nəql etmişlər. (Ətraflı məlumat üçün “Əl-Qədir” kitabının üçüncü cildinə müraciət edin.) (2) “Təfsiri-kəbir”, c.1, səh. 205 (3) “Hədise-Qədir sənəde quyaye velayət” kitabından toplanıb, maarif və tədqiqat qrupu, Qum, səh. 28.

İmam Əli (ə) 10.01.2025

“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?

Həzrət buyurdu: “Məryəm” surəsinin 96-cı ayəsində oxuyuruq:   اِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمنُ وُدّاً “İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.”   Əhli-sünnənin bir çox hədis və təfsir kitablarında bu ayənin izahı ilə bağlı Peyğəmbərə (s) istinad edilən çoxlu sayda hədislər var. Bu, onu göstərir ki, ayə ilk növbədə həzrət Əli (ə) haqqında nazil olub. Əllamə Zəməxşəri “Kəşşaf”, Sibt ibn Covzi “Təzkirə” kitabında, Gənci, Şafei, Qurtubi özlərinin məşhur təfsirlərində, Muhubiddin Təbəri “Zəxairul-uqba” kitabında, Nişaburi məşhur təfsirində, İbn Səbbağ Maliki “Fusulul-muhimmə”, Süyuti “Durrul-mənsur”, Heysəmi “Səvaiqul-muhriqə”, Alusi “Ruhul-məani” kitabında bu ayənin təfsiri haqqında çoxlu sayda hədis yazıblar.   1. Sələbi öz təfsirində Bərra ibn Azibdən nəql edir ki, Allahın Rəsulu (s) həzrət Əliyə (ə) buyurdu:   قُلِ اللّهُمَّ اجْعَلْ لِى عِنْدَکَ عَهْداً، وَ اجْعَلْ لِى فِى قُلُوبِ الْمُوْمِنِیْنَ مَوَدَّهً، فَاَنْزَلَ اللّهُ تَعالى اِنَّ الَّذِیْنَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ اللرَّحْمنُ وُدّاً   “De ki, ey Allah, mənim üçün öz yanında bir əhd müəyyən elə, mənim məhəbbətimi möminlərin qəlbinə sal.” Bu zaman “İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.” ayəsi nazil oldu. (1) Başqa kitablarda bu hədis bir qədər fərqli şəkildə qeyd olunub.   2. İslam dünyasına aid kitabların bir çoxunda İbn Abbasdan nəql olunub:   نُزِّلَتْ فِى عَلِىِّ بْنِ اَبِیْطالِب اِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمنُ وُدّا قالَ: مَحَبَّهً فِى قُلُوبِ الْمُوْمِنِیْنَ   Yəni, “İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.” ayəsi Əli ibn Əbi Talib haqqında nazil olub. (2)   3. “Səvaiq” kitabında Məhəmməd ibn Hənifə ayənin təfsiri barədə yazır:   لایَبْقى مُوْمِنٌ اِلاّ وَ فِى قَلْبِهِ وُدٌّا لِعَلِىٍّ وَ لاِهْلِبَیْتِهِ “Elə bir imanlı şəxs tapılmaz ki, onun qəlbində həzrət Əli (ə) və onun Əhli-beytinin (ə) məhəbbəti olmasın.” (3)   4. Ola bilsin ki, bu səbəbdən səhih və mötəbər bir rəvayətdə Əmirəl-möminin Əlidən (ə) belə nəlq olunub:   لَوْ ضَرَبْتُ خَیْشُومَ الْمُوْمِنِ بِسَیْفِى هذا عَلى اَنْ یُبْغِضَنِی ما اَبْغَضَنِى وَ لَوْ صَبَبْتُ الدُّنْیا بِجَمّاتِها عَلَى الْمُنافِقِ عَلى اَنْ یُحِبَّنِى ما اَحَبَّنِى وَ ذلِکَ اَنَّهُ قُضِىَ فَانْقَضَى عَلى لِسانِ النَّبِىِّ الاْ ُمِّىِّ(صلى الله علیه وآله) اَنَّهُ قالَ لایُبْغِضُکَ مُوْمِنٌ وَ لایُحِبُّکَ مُنافِقٌ   ”Əgər bu qılıncımla (qılıncın qəbzəsi və arxası ilə) mənə düşmən olsun deyə möminin burnuna vursam, heç vaxt düşmən olmayacaq. Məni sevsin deyə bütün dünyanı (nemətlərini) münafiqə versəm, sevməyəcək. Bu, ona görədir ki, Peyğəmbər (s) qəti bir hökm kimi mənə buyurdu: Ey Əli! Heç bir mömin sənə düşmən olmaz və heç bir münafiq sənin məhəbbətini qəlbində yerləşdirməz.” (4)   5. İmam Sadiqə (ə) aid bir hədisdə oxuyuruq: “Peyğəmbər (s) namazının sonunda camaatın eşidə biləcəyi uca bir səslə Əmirəl-möminin Əli (ə) üçün belə dua etdi:   ”اَللّهُمَّ هَبْ لِعَلِىٍّ الْمَوَدَّهَ فِى صُدُورِ الْمُوْمِنِیْنَ، وَ الْهَیْبَهَ وَ الْعَظَمَهَ فِى صُدُورِ الْمُنافِقِیْنَ فَاَنْزَلَ اللّهُ اِنَّ الَّذِینَ آمَنُوا… ”   “Ey Allah, Əlinin (ə) məhəbbətini möminlərin ürəyində yerləşdir, onun heybət və əzəmətini münafiqlərin qəlbinə sal!” Bu zaman yuxarıdakı sözügedən ayə nazil oldu.

İmam Əli (ə) 10.01.2025

Həzrət Əlinin (ə) mövlud günü

Pеyğəmbərlərin sоnuncusu Həzrət Muhəmmədin (s) özündən sоnrаkı хəlifəsi, əmisi оğlu, kürəkəni, möminlərin vəlisi olan Həzrət Əli (ə), Muhəmməd Peyğəmbərin (s) besətindən (peyğəmbərlik məqamına çatmasından) 10 il əvvəl rəcəb ayının 13-də Məkkədə Kəbənin içində dünyаyа göz аçıb. Оndаn qаbаq burаdа hеç kim dünyаyа gəlməyib və оndаn sоnrа dа burаdа hеç kim dünyаyа gəlməyəcək.   İmam Əlinin (ə) ən məşhur ləqəbi Əmirəl-möminindir. Qaynaqlar İmam (ə) üçün 850-dən аrtıq ləqəb qеyd еdib. Həzrət Əlinin (ə) ən məşhur künyəsi Əbul Həsəndir. Atası böyük məqаm sаhibi оlаn Əbu Tаlib (ə), anаsı isə Fаtimə binti Əsəddir.   Əmirəl-möminin İmam Əli (ə) Peyğəmbərdən (s) sonra bu dünyada ən üstün insanlardan biridir. Həzrətin (ə) əxlaqı, mənəviyyatı və zahiri bunun nə qədər həqiqət olduğundan xəbər verir. İmamı (ə) başqalarından fərqləndirən böyük bir şey var idi ki, həmin şey ancaq ona aid idi. Bu da Həzrətin (ə) dünyaya gəldiyi məkandır. İndiyə qədər heç bir peyğəmbər (ə) və ya heç bir digər şəxs Kəbənin daxilində dünyaya gəlməmişdir.   İmam (ə) özünün Həzrət İsadan (ə) fərqli olmağını belə izah edir: “İsa ibn Məryəm (ə) dünyaya gələn zaman Beytul-müqəddəsdən qeyb nidası gəlir ki, Məryəm (s.ə) məsciddən xaric olsun. Məryəmə (s.ə) nida olunur ki, bu məscid ibadət yeridir, dünyaya uşaq gətirmək yeri deyildir”. Ancaq o zaman ki, Əlinin (ə) dünyaya gəlmə anı yaxınlaşır, Allah Təala Fatimə binti Əsədi Kəbəyə daxil olmağa dəvət edir. Ona qeybdən deyilir: “Fatimə! Evə daxil ol!”.   Hədislərin nəlq etdiyinə görə, Fatimə Əliyə (ə) hamilə olan zaman ibadətlə məşğul idi və anidən doğum sancısı tutur. Fatimə Kəbənin ətrafında dua etməyə başlayır. Allahdan istəyir ki, doğum ağrısını onun üçün asan etsin. Bu zaman Kəbənin divarı aralanır və bir səs Fatiməni içəri dəvət edir. Fatimə də bütün insanların gözü önündə Kəbəyə daxil olur. Kəbənin divarı əvvəlki halına qayıdır. Bu hadisə hamının təəccübünə səbəb olur. Əbu Talibin qardaşı Abbas da orada idi və qardaşına xəbər verir. Əbu Talib də özünü Kəbəyə çatdırır.   Əbu Talib Kəbənin açarını daşıyan idi. Ona görə də Kəbəyə tərəf tələsir, ancaq hər nə edirsə, qapını açarla aça bilmir. Üç gün Fatimə xanım heç bir yemək və içəcək, yardımçı olmadan Kəbənin içində qalır. Üçüncü günü Fatimənin daxil olduğu divar yenidən aralanır və o, bayıra çıxır. Xanım qucağında körpəsini tutmuşdu. İnsanlar ona tərəf gəlir, özünə və körpəsinə baxırlar. (Tebyan\Deyerler.org)   Bəli, bu, elə bir insandır ki, nə ondan əvvəl və nə ondan sonra heç kəs Kəbədə dünyaya gəlməmişdir. Onun məqamının nə qədər əzəmətli olması üçün elə bu hadisə kifayətdir.

1 2 3 4 5 6