Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Əli (ə) 08.01.2025

Dünyada ən ləzzətli və ən acılı məqam hansı məqamlardır?

“Bütün ləzzətlərin dadına baxdım, ən ləzzətlisi – can sağlığıdır. Bütün ağrı-acıları yaşadım, ən ağrılısı – başqalarına möhtac olmaqdır. Dəmir daşıdım, daş daşıdım, amma borc daşımaq qədər ağır heç nə yoxdur. Həyat iki gündür: biri – lehinə, digəri də əleyhinədir. Gün lehinə olduqda lovğalanma, naşükür olma, əleyhinə işlədikdə isə səbir göstər”   İmamın nitqinin ülviliyinə dəlalət edən 9 kəlam Hər kəsin qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür. Camaat bilmədiklərinin düşmənidir. Kişi dilinin altında gizlənib. İstədiyinə yaxşılıq et! əmiri olarsan. Hər bir insana ehtiyacın olmasa, onun kimi olarsan. İstədiyinə etiraz et, əsiri olarsan. İlahi izzətli olmağım üçün sənə bəndə olmağım kifayət edər. İlahi iftixar etməm üçün sənin mənə rəbb olman yetər. İlahi sən mən sevdiyim kimisən, Məni də sevdiyin kimi qıl!   Allahın müqəddəratı ilə razılaşmaq “Bu insanın işi necə də qəribədir! O, əlinə gələn nemətə görə sevinir, hal bu ki onsuz da ona sahib olacaqdı. Bu insan çata bilmədiyi nemətə görə narahat olur, hal bu ki onsuzda o nemətə çatmayacaqdı. Əgər bu insan biraz düşünsəydi, (həqiqəti) görərdi. Anlayardı ki onun işləri digəri tərəfindən tədbir olunur, bilərdi ki ruzi öz miqdarına uyğun bölünür. Belə olan halda o, əli asan çatanla kifayətlənər, əldə edilməsi çətin olanın arxasınca qaçmazdı”   Ən pis yoldaş kimdir? “Ən şər yoldaş Allaha günah etməyi sənin üçün bəzəyəndir( Yəni onu yaxşı cilvələndirəndir)”   Ən pis doğru söz “Düz sözlərin ən pisi kişinin özünü tərifləməsidir”   Kimlərlə dostluq edək? Səhabələrdən biri İmam Əliyə yaxınlaşaraq, deyir: Ya Əli kimlərlə dostluq etmək olmaz? İmam buyurur: “Sənin yaxşı işlərini gizlədən və demiyənlə və eləcə də sənin pis işlərini yayanla dostluq etmə”     İmam Əlinin (ə) tarixə verdiyi həyati əhəmiyyət “Ey mənim oğlum! Mən özümdən öncəkilər qədər yaşamasam da, onların işlərinə nəzər saldım və barələrində gələn xəbərlər haqda düşündüm, qoyub getdiklərini bir seyr etdim. O yerə qədər ki onlardan biri oldum. Onlardan mənə çatanların sayəsində özümü elə gördüm ki elə bil onların ömrünün əvvəlindən sonuna qədər onlarla birgə olmuşam. Onların həyatının şirin anlarını çətin anlarından ayırıb tanıdım. Faydalı və ziyanlı həyatları ilə aşina oldum. Onun (tarix) hər mühüm və dəyərli tərəfini və hər gözəl və şirin hadisələrini sənin üçün çıxarıb ortaya qoydum. Onun məchul və naməlumlarını (şübhəli və qaranlıqlı məqamlar) səndən uzaq tutdum. Övladı üçün yaxşılıq istəyən mehriban bir atanın əməli kimi mən də səni onun (tarixin) yaxşılıqları ilə tərbiyələndirmək istədim. Sən indi həyatın əvvəlindəsən. Yenicə rizigarla üzləşirsən, sağlam niyyət və səfali mənəviyyatın var.”   İmam Əli (ə) cahil insanın əlamətlərini necə izah edir? “Cahil o kəsdir ki – bilmədiyi məsələdə – özünü alim hesab edə və öz fikri ilə kifayətlənə. O, alimlərdən uzaq olar və onlara eyb tutar. Öz muxaliflərini xətakar, anlamadığı məsələləri isə yoldan azdıran (fikir) kimi bilər. Bilmədiyi mətləbə çatanda onu inkar edərək yalan bilər. Nadanlıq üzündən deyər: Mən belə bir şeyi tanımıram və belə bir şeyin olmasına inanmıram. Belə bir şey harada var, deyər. Bu ona görədir ki, yalnız öz rəyinə inanır və cahil olmasına da mərifəti yoxdur. Bu cahilliyə görə cəhldən bəhrələnərək, haqqı inkar edər və nadanlıqda da mütəhəyyir (avara və heyrət içində) qalar. O təkəbbürlük edib elm almaz.”   İmam “Allahdan qorxma!” tövsiyəsinin necə izah edir? “Möminlərin əmiri İmam Əli vücudunu qorxu bürümüş bir kişini gördü. İmam ona dedi: Sənə nə olub? Kişi cavab verdi: Allahdan qorxuram. İmam buyurdu: Ay Allahın bəndəsi günahlarından qorx! Kimsənin ödənilməmiş haqqı səndə qalacağı təqdirdə səni tutacaq Allahın ədalətindən qorx! Sənə vacib buyurulanlarda itaət et! Səni islah edən və xeyrinə olan buyuruqlarda günah etmə! Bundan sonra Allahdan qorxmaq lazım deyil, çünki o kimsəyə zülm etməz. Allah belə bəndəsini layiq olduğundan artıq cəzalandırmaz. Amma ömrünün aqibətinin pis olacağından, (mənfiyə doğru) dəyişəcəyindən qorxursansa və Allahın bu pis aqibətdən səni amanda saxlamağını istəyirsənsə, elə isə bil ki, sənə gələn xeyirlər Allahın kərəm və tövfiqatı sayəsindədir. (və bil ki,) Gələn pis işlər isə Allahın sənə möhlət verməsi və sənə görə səbirli olmasına görədir.”   Daimi sağlamlığın qısa resepti İmam Əlinin (ə) tövsiyəsində “Qidanı ac ikən yeyən, onu yaxşı çeynəyən, iştahı ola ola əlini yeməkdən çəkən və vaxtı gələn kimi  ifrazatı qarnında saxlamayan şəxs yalnız ölüm öncəsi xəstəliklə xəstələnə bilər.”   İmamın dünənimiz və sabahımız haqda maraqlı hədisi “Fövtə gedən (dünən) arxada qalıbdır, qarşıda gələn (sabah) haradadır?!, Bu iki yoxun arasındakı fürsəti qənimət bil”   Qəlbinizin qulaqlarını açın ki sözlərimi dərk edə biləsiz “Həqiqətən mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm. Hər kim aydınlığından bəhrələnmək istəyər – eşidin və sözlərimi qəbul edin. Qəlbinizin qulaqlarını açın ki, sözlərimi dərk edəsiniz” islaminsesi.info

İmam Əli (ə) 08.01.2025

İmam Əlinin (ə) dözümü

Mənim səsimi eşitmədinmi? Bir gün imam Əli (ə) qulamlarından birini çağırır. Ancaq qulam cavab vermir. Həzrət ikinci və üçüncü dəfə onu səsləyir, lakin qulamdan yenə bir xəbər olmur. İmam yerindən qalxıb onu axtarır və onun istirahət etdiyini görür. Əmir əl-möminin (ə) ona buyurur: – Mənim səsimi eşitmədinmi? – Eşitdim. – Bəs nə üçün mənə cavab vermədin? – Ya Əli, bu işimə görə sənin məni cəzalandırmayacağına və danlamayacağına əmin idim. Ona görə də səhlənkarlıq etdim. İmam Əli (ə) buyurdu: – Səni Allah yolunda azad etdim. Qaynaq: “Məhcətul-bəyza”, c. 5, səh. 123.

İmam Əli (ə) 08.01.2025

Həzrət Əlidən (ə) hikmətli kəlam və şərhi

İmam Əli (ə): “Nemətlərin nümunələri sizə gəlib çatdıqda, şükrün azlığı ilə onun qalan hissəsini özünüzdən uzaqlaşdırmayın”. Qısa şərh: 1. Nemətlər insana tədrici sürətdə nazil olur, insanın da onları qoruyub saxlamaq üçün şükr etməsi labüddür. Şükrün isə mərhələləri vardır: qəlbən edilən şükür, dil ilə olan şükür və əsası da əməldə göstərilən şükür. Yəni hər bir neməti öz lazımi yerində sərf etmək. Həmçinin bir çox nemətlər tədricən aradan gedir, əgər insan vaxtinda maneələri aradan qaldırarsa, nemət yenidən öz yerinə qayıdar. 2. Necə ki, Allah Quranda buyurur: “Əgər şükür etsəniz, (sizə olan nemətlərimi) artıraram”. (“İbrahim” ,7) Başqa ayədə buyurur: “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin”. (“Səbə”, 15) 3. Allahın isə Öz bəndələrinin şükrünə ehtiyacı yoxdur, insanın o nemətlərə ehtiyacı var və əgər insan Allahın bəxş etdiyi nemətləri yerindəcə sərf etməsə, həqiqətdə Allahın verdiyi nemətə şükür etməmiş olur və İlahi xeyirdən məhrum qalır. 4. Deməli İlahi nemətlərin nazil olmasının qarşısını alan amillərdən biri şükür etməməkdir. Şükür etmək vasitəsi ilə insan Allahın gələcəkdə ona bəxş edəcəyi nemətlərin nazil olması üçün də zəmin yaratmış olur. Ayətullah Məkarim Şirazi “Pəyame-İmam”, cild: 12, səh: 100-104

İmam Əli (ə) 08.01.2025

Məgər Kufəyə getmirsən?

İmam Əli (ə) bir gün Kufəyə tərəf hərəkət edir. Bir kafir ilə yol yoldaşı olur. Həmin kişi İmamdan (ə) soruşur ki, hara gedirsən? İmam (ə) cavab verir ki, Kufəyə gedirəm. O zaman ki, iki yol ayrıcına gəlib çatırlar, bir-birindən ayrılmaq istəyirlər, İmam (ə) öz yolundan xaric olur və onun yolu ilə getməyə başlayır. Kafir kişi deyir: “Məgər Kufəyə getmirsən?”. İmam (ə) buyurur: “Bəli, Kufəyə gedirəm”. Kişi deyir: “Bəs niyə Kufə yolunu buraxdın?”. İmam (ə) buyurur: “Bu, gözəl yoldaşlığın kamalıdır ki, yol yoldaşını bir neçə addım ötürəsən. Bu, Peyğəmbərin (s) bizə verdiyi göstərişdir”. Kişi deyir: “Sizin Peyğəmbər (s) belə göstəriş veribdir?”. İmam (ə) buyurur: “Bəli”. Kişi deyir: “Deməli, hər kim onun ardıcılı olubdur, bu böyük rəftarına görə olmuşdur. Mən səni şahid tuturam ki, sənin dininin ardıcılı olum”. Bu zaman İmamla (ə) birlikdə Kufəyə gəlir və onu tanıyan zaman İslam dinini qəbul edir.

İmam Əli (ə) 08.01.2025

Həzrət Əliyə (ə) verilən 7 sual…

Bir kişi Həzrət Əlinin (ə) yanına gəlib dedi: “Mən yeddi yüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum”. Həzrət Əli (ə) buyurdu: “Buyur soruş”. Həmin kişi soruşdu: 1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: “Günahsıza yalan bağlamaq” 2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: ” Haqq yerdən daha genişdir.” 3. Oddan daha isti olan nədir? Həzrət (ə) buyurdu: ” Hərislik oddan daha istidir.” 4. Buzdan da daha soyuq olan nədir? Həzrət (ə) buyurdu: ” Paxıl adamın yanına hacət aparmaq buzdan daha soyuqdur.” 5. Dəryadan daha dərin olan nədir? Həzrət (ə) buyurdu: ” Qane olan insan dəryadan daha dərindir.” 6. Daşdan daha möhkəm olan nədir? Həzrət (ə) buyurdu: ” Kafirin ürəyi daşdan daha möhkəmdir.” 7. Yetimdən daha zəif olan nədir? Həzrət (ə) buyurdu: ” Söz gəzdirən yetimdən daha zəif və daha artıq biçarədir.” /Deyerler/

İmam Əli (ə) 08.01.2025

Cəhalət və nadanlıq ən böyük müsibət və bəladır.

Əmirəlmöminin Əli əleyhissalam buyurur: أَعظَمُ المَصائِبِ الجَهلُ “Cəhalət və nadanlıq ən böyük müsibət və bəladır.” Təsnifu qurərul hikəm 73-cü səhifə . Doğrudan da cəhalət, elmsizlik və nadanlıq hər bir cəmiyyət üçün ən böyük müsibət və bəladır. Əgər biz insanları düzgün maarifləndirməsək, Qurani-kərim ayələrinin həqiqətlərini onlara açıqlamasaq, Peyğəmbər (s) və İmamların (s) hikmətli hədislərini insanlara təqdim etməsək cəmiyyətin cəhalət və nadanlıqda qalmalarının müqəssiri biz olacağıq. Üstəlik yabançı, yalançı, saxta və batil əqidələr insanların cahillik və nadanlıqlarından istifadə edərək cəmiyyəti Haqqdan və Əxlaqdan uzaqlaşdıraraq özlərinə tərəf çəkəcəklər. Baxın, gecə vaxtı işıqlar sönəndə evdə kiçik bir kibrit çöpü yandıranda otaq necə işıqllanır?! Kibritin nurunun otağı işıqlandırması heç də kibritin nurunun çoxluğu və əzəmətindən deyil, əksinə otağın həddən artıq qaranlıq və zülmət içində olmasına görədir. Dinsizlik, ateizm, nurçuluq, sələfilik, şeytanpərəstlik, bütpərəstlik və ilaxır kimi saxta, batil və puç əqidələrin cəmiyyətdə yayılması onların elm və məlumatlarının çox olmasından deyil, əksinə cəmiyyətin həddən ziyadə cahil, nadan və elmsiz olduqlarına, eləcə də İslamdan və Əxlaqdan çox uzaq olduğuna görədir. RZA ƏZİZOĞLU İRƏVANİ

İmam Əli (ə) 08.01.2025

HӘZRӘT ӘLİNİN (ә) DÜNYАNI MӘZӘMMӘTİ

“Еy Аllаhın bәndәlәri, sizә sizi аtmış dünyаdаn uzаqlаşmаğı vәsiyyәt еdirәm.” Hәzrәt Әli (ә) “Nәhcül-bәlаğә” kitаbındа dünyаnı о qәdәr mәzәmmәt еdir ki, bu kitаbı “dünyаnı mәzәmmәt kitаbı” аdlаndırаn оlsа tәәccüb еtmәyә dәymәz. Bu kitаbdа çох аz хütbәlәrdә bu mәzәmmәtlә rаstlаşmırıq. Hәzrәt (ә) buyurur: “Dünyа sizin nәzәrinizdә “sәlm” аğаcının qurumuş yаrpаğındаn, qоyun qırхаrkәn yеrә düşәn zәrrәdәn dә kiçik vә dәyәrsiz оlmаlıdır.” Bаşqа bir yеrdә buyurur: “Еy Аllаhın bәndәlәri, sizә sizi аtmış dünyаdаn uzаqlаşmаğı vәsiyyәt еdirәm.” Еlә bu хütbәnin dаvаmındа охuyuruq: “Görmürsünüzmü ki, dünyа әhli dәyişkәn hаldа gündüzdәn gеcәyә, gеcәdәn gündüzә çıхırlаr? Biri üsündә yаs qurmuş ölü, о biri bаş sаğlığı vеrilәn kәs, digәri giriftаrçılıq içindә yıхılmış хәstә, bir bаşqаsı хәstә yоluхmаğа gеdәn şәхs, kimi cаn vеrәn аdаm, kimisi ölüm аrdıncа gәzәn dünyаgir, bә`zisi dә Аllаhın yаddаn çıхаrdığı qаfil!” Bәlkә dә, Hәzrәtin (ә) bu mövzu bаrәsindә buyurduğu әn mаrаqlı kәlаm budur: “Аnd оlsun Аllаhа, sizin dünyаnız mәnim gözümdә cüzаm хәstәliyinә tutulmuş insаnın әlindәki dоnuz sümüyü tәk аlçаqdır!” Cüzаm хәstәliyinә tutulmuş insаn görmüsünüzmü? Оnun sifәti о qәdәr çirkin оlur ki, bахаnlаrdа ikrаh dоğurur. İndi murdаr dоnuzun ölüsünün sümüyünü әlindә tutmuş cüzаm хәstәni tәsәvvür еdin! Bеlә bir mәnzәrәdә cаzibәdаrlıq vаrmı? Hәzrәt (ә) dünyаyа bеlә bir münаsibәtdә оlduğunu bildirir.

İmam Əli (ə) 08.01.2025

Birlik və vəhdət amili Qədir-xum

Birlik və vəhdət amili Qədir-xum Bu dünyada xoşbəxt olmaq bütün insanların ən böyük arzusudur. Elə Peyğəmbərlərin (onların hamısına Allahın salamı olsun) yer üzünə gəlişinin əsas məqsədi də insanları elm ilə maarifləndirmək və əxlaqlarını saflaşdırmaq ilə xoşbəxt bir cəmiyyət qurmaq olmuşdur. Qurani-kərim Bəqərə surəsinin 151-ci ayəsində buyurur: كَمَا أَرْسَلْنَا فِيكُمْ رَسُولًا مِّنكُمْ يَتْلُواْ عَلَيْكُمْ ءَايَاتِنَا وَ يُزَكِّيكُمْ وَ يُعَلِّمُكُمُ الْكِتَابَ وَ الحْكْمَةَ وَ يُعَلِّمُكُم مَّا لَمْ تَكُونُواْ تَعْلَمُونَ “Həmçinin sizə ayələrimizi oxumaq, sizin (qəlbinizi) saflaşdırmaq, (İlahi) kitabı və hikməti öyrətmək, eləcədə bilmədikləriniz (lazımlı) şeylərin hamısını sizə öyrətmək üçün öz içinizdən (insan) Peyğəmbər göndərdik.” Peyğəmbərlər(onların hamısına Allahın salamı olsun) bəşəriyyətin mənəvi, əxlaqi və ictimai rəhbəri olmaqdan əlavə, həm də elmi rəhbərləridirlər. Deməli, yer üzündə xoşbəxt cəmiyyətin olması bütün insanların arzusu və Peyğəmbərlərin(onların hamısına Allahın salamı olsun) gəlişinin məqsədidir. Bu xoşbəxt cəmiyyət “Mədineyi-Fazilə” , yəni “insanlıq, əxlaq, bərabərlik və qardaşlıq üzərində qurulacaq bir cəmiyyət” adlanır. Belə bir cəmiyyəti qurmaq üçün ən çox səy göstərən insanlar məhz İlahi peyğəmbərlər olmuşlar. Biz görürük ki, İslamdan əvvəlki mənbələrdə də “Mədineyi-Fazilə” (xoşbəxt cəmiyyət) mövzusu geniş yayılmış, Aristotel, Platon və başqaları bu mövzunu geniş müzakirə etmişlər. Hərçənd onlar, eləcə də Qərb dünyası bu mövzunu utopiya (reallığı inandırıcı olmayan və mümkünsüz) sanmışlar. Bir çox müsəlman alimləri də, o cümlədən; Farabi, İbn Miskəveyh, İbn Sina, Əfzələddin Kaşani, Əbu Əli İsfəhani və başqaları “Mədineyi-Fazilə” (xoşbəxt cəmiyyət) mövzusunda əsərlər və risalələr yazmışlar. Onlara görə “Mədineyi-Fazilə” (xoşbəxt cəmiyyət) yeddi sütuna malik bir cəmiyyət olacaqdır. 1- Qanunda musavat və bərabərlik 2- Əməldə və hökmdə ədalət 3- Qarşılıqlı səmimi ehtiram 4- Azadlıq və əmin-amanlıq 5- Hegemonluq (fironluq və qudurganlıq) etməmək və heç kimin onun üzərində hegemonluq etməsinə razı olmamaq 6- Rəhm, sülh, mehribanlıq və yumşaqlıqla müşayiət olunan rəftar və davranış (əxlaq) 7- Elm və maarifi öyrənməyi və öyrəndiklərini öyrətməyi sevmək Bu yeddi fəzilət və dəyəri əldə etmək üçün vəhdət və birlik lazımdır. Vəhdət və birliyin baş verməsi üçün isə başlıca şərt ixtilaf və təfriqələrə son qoymaqdır. İxtilaflara son qoymaq üçün isə bircə amil mövcuddur, o da “Qədir-Xum”dur. Allah Taala Qurani-kərimdə Əhzab surəsinin 40-cı ayəsində buyurur: مَّا كاَنَ محُمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَ لَكِن رَّسُولَ اللَّهِ وَ خَاتَمَ النَّبِيِّنَ وَ كاَنَ اللَّهُ بِكلُ‏ِّ شىَ‏ْءٍ عَلِيمًا “Muhəmməd (səllAllahu əleyhi və alih) aranızdakı kişilərdən heç birinin atası deyil, lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.” Bəşəriyyəti xoşbəxt cəmiyyətə nail etmək üçün yüz iyirmi dörd min peyğəmbər öz vəzifələrini tamamladılar, beləliklə də o yolun davamı İmamətə verildi. Bu çətin məsuliyyətin əmirəlmöminin Əli əleyhissalama verilməsi ona görə idi ki, o, kamil insan olaraq ədaləti tam mənada icra edə biləcək şəxs idi. Qədir-Xumu yaşatmağı həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) o gündə hamıya tapşıraraq belə buyurdu: “Məni eşidin, hər kəs öz diyarındakı insanlara (imamət xəbərini) desin, onlar da başqa bilməyənlərə desinlər, bu çatdırılma Qiyamət gününə qədər davam etsin.” Qədir-Xumu yaşatmaq sadəcə məclislər təşkil etmək, ehsanlar vermək, qəsidə oxumaq… deyil. Qədir-Xumu yaşatmaq budur ki, insanlar dərk etsinlər ki, Qədir-Xum yalnız o zamana məxsus deyil, hər zaman və hər əsr üçündür. Günah edən şəxs etdiyi günahlardan peşman olduqda töbvə edir. Tövbə, yəni səhv yoldan geriyə qayıtmaq və düz yola qədəm qoyaraq doğru yol ilə irəliləmək. İslam adı ilə dünyada olan məzhəb, təriqət və firqələrin hamısı həzrət Muhəmmədin (səllallahu əleyhi və alih) səhabələrinin hansısa birinin düşüncə və yolu ilə hərəkət etdiyi iddiasındadır. Əgər ixtilaf və təfriqələrə son qoymaq istəyiriksə elə isə elə bir insanın ətrafında birləşməyilik ki, əvvəla həzrət Muhəmməd (s) özü o birlik məclisini təşkil etmiş, ikincisi isə peyğəmbərin (s) səhabələrinin hamısı orada əmriləmöminin Əli əleyhissalam beyət edərək onun rəhbərliyini və peyğəmbərin (s) xəlifəsi və canişini olduğunu təsdiq etmişlər. Vəhdət və birlik üçün bütün müsəlmanlar bu nöqtəyə qayıtmalı, o doğru seçimin vasitəsilə dünya və axirət xoşbxtliyinə nail olmalıdırlar. Bizim vəzifəmiz Peyğmbərin (s) Əhli-beyti kimi yaşamağa çalışmaq və onlara bu yol ilə dəstək olmaqdır. Tarix kitablarında oxuyuruq: “Müaviyənin cəsuslarından biri dedi: -Mən ən xəsis və ən sözsüz adamın yanından gəlirəm. Müaviyə onun cavabında dedi: -Sən nə danışdığını bilirsənmi?! Bütün insanların dillərini bir yerə yığsalar Əlinin (ə) məntiqli danışığı onların hamısına üstün gələr.” Sizcə bu şəxs(yəni həzrət Əli əleyhissalam)… vəhdət amilidir yoxsa ixtilaf?! Qədir-Xumda həzrət Muhəmməd səllAllahu əleyhi və alih Allah Taalanın əmri ilə elə bir kamil şəxsi insanlara rəhbər olaraq təyin etdi ki, o şəxs -əmirəlmöminin Əli əleyhissalam nəinki bütün müsəlmanların vəhdətinə səbəbdir, üstəlik kafirlərin də yaxşıya çevrilməsi və onun ardınca hidayət olması amilidir. Rza Əzizoğlu İrəvani

İmam Əli (ə) 08.01.2025

HZ ƏLİNİN(Ə) ŞƏCƏRƏSİ

Əsil-nəcabət baxımındanda Hz Əli(ə) həm ana ,həm də ata tərəfindən böyük bir şərafətə sahibdir.Bu da Onun məxsus fəzilətlərindən biridir. Hz Əlinin(ə) əcdadı ,digərlərinin əksinə olaraq,Hz Adəmə qədər hamısı muvəhhid və tövhid əhli olmuşdur.Bu təmiz sülb,heç bir kirli rəhimdə yer almamışdır.Bu böyük iftixar,əshabdan heç birinə nəsib olmamışdır.Hz Əlinin (ə) şəcərəsi belədir: 1.Əbu Talib(r.ə),Əbdül-Mütəllib oğlu 2. Əbdül-Mütəllib Haşim oğlu 3.Haşim Əbdul-Mənaf oğlu 4. Əbdul-Mənaf Qəsa oğlu 5.Qəsa Kilab oğlu 6.Kilab Mərrə oğlu 7.Mərrə Kəb oğlu 8.Kəb Luvey oğlu 9.Luvey Ğalib oğlu 10.Ğalib Fəhr oğlu 11.Fəhr Malik oğlu 12.Malik Nəzr oğlu 13.Nəzr Kənanə oğlu 14.Kənanə Xuzeymə oğlu 15.Xuzeymə Müdrikə oğlu 16.Müdrikə İlyas oğlu 17. İlyas Muzir oğlu 18.Muzir Nizar oğlu 19.Nizr Məd oğlu 20.Mədd Ədnan oğlu 21.Ədnan Ud oğlu 22.Ud Ədəd oğlu 23.Ədəd Yəs oğlu 24.Yəs Həmis oğlu 25.Həmis Bənət oğlu 26.Bənət Səlaman oğlu 27.Sələman Həməl oğlu 28.Həməl Qəyyar oğlu 29.Qəyyar İsmayıl(ə) oğlu 30.İsamyıl(ə) İbrahim(ə) oğlu 31.İbrahim(ə) Tarix oğlu 32.Tarix Tahur oğlu 33.Tahur Şaru oğlu 34.Şaru Əbrəcu oğlu 35.Əbrəcu Talif oğlu 36.Talif Abir oğlu 37.Abir Şalih oğlu 38.Şalih Ərfəxşəz oğlu 39.Ərfəxşəz Sam oğlu 40.Sam Nuh (ə) oğlu 41.Nuh(ə) Ləmək oğlu 42.Ləmək Mətvşəlx oğlu 43.Mətvşəlx Əxnux oğlu 44.Əxnux Yarid oğlu 45.Yarid Məhlail oğlu 46.Məhlail Qəynan oğlu 47.Qəynan Ənvəş oğlu 48.Ənvəş Şeys(ə) oğlu 49.Şeys(ə) Adəm (ə) oğlu 50. Adəm(ə) (bəşər atası.) Şeyx; «Hz Əlinin(k.v) Əbul-bəşər Adəm qədər nəslinin müvəhhid oğlunu söyləməklə xəta edirsiniz;biz zahirə görə hökm vermək məcburiyyətindəyik.Çünki İbrahimin atası Azər Qurani-Kərimin açıq-aydın bəyanı ilə butpərəst idi. «(Ey Rəsulum) Xatırla ki,bir zaman İbrahim atası Azərə demişdi: «Sən bütləri tanrılarınmı qəbul edirsən?! Mən səni və sənin tayfanı açıq-aydın zəlalət içində görürəm!»(Ənam surəsi ayə 74)

İmam Əli (ə) 08.01.2025

ƏLİNİN(Ə) NURANİ XİLQƏTİ VƏ PEYĞƏMBƏRLƏ(S) ORTAQLIĞI

Yaradılışın həqiqət anlamı və nuraniyyəti baxımından Hz Əli(ə) digərlərindən daha üstün və birincidir.Bu səbəbdən Əhməd ibn Hənbəl dəyərli kitabı «Müsnəd»də,Şafei fəqihi Mirseyid Əli Həmədani Şafei «Məvəddətul-qurba»da,İbn Məğazəli Şafei «Mənaqib»də və Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-sual fi mənaqibi-ali-Rəsul»da Peyğəmbərin(s) belə buyurduğunu nəql edir: «Mən və Əli Adəm yaranmazdan 14 min il əvvəl Allahın qüdrətinin ixtiyarında bir nur idik.Allah-Təala Adəmi yaratdıqda bu nuru onun sülbündə qərar verdi. Əbdul-Müttəlibə qədər yalnız bir nur idik.Əbdul-Müttəllibin sülbhünə gəldikdə məndə nübuvvəti,Əlidə isə xilafəti qərar verdi». Şafei fəqihi Mirseyid Əli Həmədani Şafei «Məvəddətul-qurba»nın 8-ci məvəddəsini bu ibarələrlə zikr olunmuş mövzuya həsr etmişdir; «8-ci məvəddə rəsulallah ilə Əlinin bir nurdan olduğu və Əliyə verilən xüsusiyyətlərin insanlardan heç kimə verilmədiyi xüsusundadır». Bu məvəddədə nəql etmiş olduğu rəvayətlərdən birində İbn Məğazəli Şafei də rəvayət edir; «3-cü Xəlifə Osman ibn Əffan Rəsulallahın(s) belə buyurduğunu rəvayət edir; «Mən və Əli Adəm yaradılmamışdan 14 min il əvvəl bir nur idik.Allah-Təala Adəmi yaratdıqda bu nuru Onun sülbhündə qərar verdi.Əbdul-Müttəlibə qədər bir nur idik. Əbdul-Müttəlibin sülbhünə yetişdikdə məndə nübuvvəti ,Əlidə isə xilafəti qərar verdi». Bir başqa hədisdə isə Peyğəmbərin(s) bu sözlərdən sonra Hz Əliyə(ə) xitabən belə buyurduğu nəql edilmişdi; «Ya Əli! Nubuvvət və risalət məndədir;vəsilik və imamət isə səndə». Bu rəvayəti İbn Əbil-Hədid «Nəhcul-Bəlağənin şərfi»(Misir çapı) kitabının 2-ci cildinin 450-ci səhifəsində «Firdovs» kitabının müəllifindən rəvayət edir.Şeyx Süleyman Bəlxi Hənəfi «Yənabiul-məvəddə»nin 1-ci babında , «Cəmul-fəvaid»dən İbn Məğazəli Şafeinin «Fəzail»indən ,Deyləminin «Firdovs»kitabından Həmvinin «Fəraidus-simtəyn»dən ,Xarəzminin «Mənaqib»indən cüzi fərqliliklə Peyğəmbərlə(s) Əlinin(ə) nurani yaradılışlarının varlıqların yaradılmasından minlərlə il əvvəl həqiqiləşdiyini nəql edir.Bu rəvayətə görə hər ikisi Əbdul-Müttəlibin sülbhünə qədər bir nur olub.Ayrıldıqdan sonra yarısı Abdullahın sülbhünə keçərək Hz Peyğəmbər(s),digər yarısı isə Əbu Talibin sülbhünə keçərək Hz Əli(ə) vücuda gəlir.Hz Peyğəmbər(s) nübuvvət və risalət üçün ,Hz Əli(ə) isə imamət,xilafət və vəsilik üçün seçilir.Bu səbəbdən nəql edilmiş olan hədislərdə də rəsulallah(s) bunu bilavasitə buyurmuşdur. Əbul-Müəyyəd Müvəffəq ibn Əhməd Xarəzmi «Mənaqib» in 14-cü , «Məqtəlul-Huseyn»in isə 4-cü fəslində ,Səbt ibn Cövzi «Təzkirə»nin 28-ci səhifəsində ,İbn Səbbaf Maliki «Füsulul-muhimmə»də ,Məhəmməd ibn Yusif Gənci Şafei isə «Kifayəut-talib»in 87-ci babında sənədi ilə 5 hədisi Şam Mühəddisi ilə İraq mühəddisindən,həmçinin «Möcəmi-Təbərani»dən öz sənədləri ilə nəql edir ki, Peyğəmbər(s) belə buyurmuşdur; «Mən və Əli bir nurdan yaradıldıq;birlikdəydik.Əbdul-Muttəlibin sülbhündə ayrıldıq». Bu rəvayətlərin uca mənalı və faydalı olmasına baxmayaraq,çox uzun olduğuna görə,hamısını zikr etməkdən çəkinirəm(İstəyənlər adları çəkilən kitablara müraciət etsinlər.) Sözü gedən hədisin ibarə və ləfz fərqlilikləri Peyğəmbərin(s) bir məclisdə buyurub ravilərin fərqli nəql etmələrindən deyil , fərqli məkanlarda fərqli təbirlərlə bəyan etməsindən ola bilər.Bu rəvayətin özündən daha yaxşı anlaşılır.

İmam Əli (ə) 07.01.2025

HZ ƏLİNİN(Ə) NƏSƏB VƏ SOYUNUN TƏMİZLİYİ

Əvvəla: nəsəb və soy baxımdan Peyğəmbərdən(s) sonra heç kim Hz Əlinin(ə) şərafətinə yetişə bilməz . İmamın əsil-nəcabətinin təmizliyi bütün ağıl sahibləri, hətta Əlauddin mövla Əli ibn Məhəmməd ibn Quşçi ,Əbu Osaman Əmr ibn Bəhr Cahiz Nasibi və Səduddin Məsud ibn Ömər Təftazani kimi təəssüb əsiri olan alimləriniz tərəfindən belə qəbul olunmuşdur.Sadaladığım alimləriniz bu haqda belə demişlər; «Biz, Hz Əlinin(ə) «Heç kim biz Əhli-beytlə müqayisə edilə bilməz» sözü qarşısında heyran qalmışıq». Həmçinin ,Hz Əli(ə) zahiri xilafət məqamına yetişdikdən sonra belə buyurur; «Bu ümmətdən heç kim Məhəmmədin Əhli-beyti ilə müqayisə edilə bilməz; Elmlərindən yararlandıqları kimsələr ,heç şübhəsiz ,onlarla bərabər ola bilməz. Onlar(Əhli-beyt) dinin əsası ,yəqinin dirəyidirlər.İrəli gedərək haqq yoldan çıxanlar onlara dönər;geri qalanlar isə onlara qatılar. Vilayət məqamının xüsusiyyətləri onlara məxsusdur.Vəsiyyət və vərasət də (Rəsulallahın(s)onların haqqındakı vəsiyyəti və O həzrətdən miras almaları da) onlarda sabitdir.Haqq indi əhlinə döndü və intiqal etməsi lazım olan yerinə intiqal olundu »( «Nəhcul–Bəlağə»,xütbə 2) Hz Əlinin (ə) bu sözləri özünün və Əhli-beytin(ə) xilafətə daha layiq və qabaqcıl olduğunu göstərir. Təkcə Hz Əli(ə) deyil,müxalifləri belə bunu təsdiq etmişlər . Mirseyid Əli Həmədani Şafei «Məvəddətul-qurba»nın 7-ci məvəddəsində Əbu Validən nəql edərək Abdullah ibn Ömərin belə dediyini rəvayət edir; «Biz Peyğəmbərin(s) əshabını sayarkən Əbu Bəkr,Ömər və Osmanı sadaladıq.Bir nəfər ;«Əlinin adını Niyə çəkmirsiniz?»-deyə soruşdu.Mən cavabında belə dedim; «Əli əhli-beytdəndir, heç kim onunla müqayisə edilə bilməz ;O,Rəsulallah(s) ilə birlikdədir və onun dərəcəsindədir». Həmçinin ,Əhməd ibn Məhəmməd Kərəzi Bağdadi belə rəvayət edir ; «Abdullah ibn Hənbəlinin belə dediyini eşitdim; «Atam ,Əhməd ibn Hənbəldən (hənbəlilərin imamı) əshabın fəzilətlərini soruşdum.O ,Əbu Bəkr,Ömər,və Osmanın adını çəkdi .Mən ,Əli ibn Əbu Talibi soruşduqda belə dedi; «O,Əhli-beytdəndir;bunlar onunla müqyisə edilə bilməz». Bundan da maraqlı olanı,Hz Əlinin (ə) nurani və cismani iki xüsusiyyətinin olmasıdır.Hz Əli(ə) bu baxımdan Peyğəmbərdən(s) sonra şəxsiyyətdə mühhəcirdir.(Yalnız bir adama həsr edilmiş)

İmam Əli (ə) 07.01.2025

HZ ƏLİYƏ(Ə) OLAN SEVGİ İMANDIR,NİFRƏT,QƏZƏB İSƏ KÜFÜRDÜR

«Əl-Al ibn Xaləviyyə»kitabındaƏbu Səd Xidridən nəqlən Rəsuallahın(s) Əliyə(ə) belə buyurduğu yazılmışdır; «(Ya Əli!) Sənə bəslənən sevgi iman,qəzəb isə nifaqdır.Cənnətə ilk daxil olan səni sevəndir;Cəhənnəmə ilk düşən sənə nifrət bəsləyən və qəzəblənəndir» Həmçinin , mirseyid Əli Həmədani Şafei «Məvəddətul-qurba»nın 3-cü məvəddəsində,Həmivini də «Fəraid»də Rəsulallahın(s),əshabına belə buyurduğunu nəql etmişlər;«Əlini təkcə mömin sevər;onatəkcə kafir nifrət bəsləyər». Başqa bir yerdə isəbelə buyurur;Sənitəkcə möminsevərvə sənə təkcə münafiq qəzəblənər. Məhəmməd ibn Yusif Gənci Şafei «Kəfayətut-Talib»in 62-ci babının 119-cu səhifəsində «Tarixi Dəməşqdən»,eləcə də Şam və İraq mühəddisləri isə Huzeyfə və Cabirdən nəqlən Peyğəmbərin(s) belə buyurduğunu nəql edirlər; «Əli insanlain ən üstünüdür.Bunu qəbul etməyən kafir olmuşdur» Ətadan rəvayət edildiyinə görə,Aişədən Hz Əli(ə) haqqında soruşanda belə demişdir; «O,insanların ən üstünüdür.Onun haqqında təkcə kafir şəkk və şübhə edər.» Həmçinin,Hafiz ibn Əsakir 100 cildlik kitabının 3-cü cildini Əlinin(ə) fəzilətlərinə ayırdığı «Tarix» kitabının 50-ci cildində bu xəbəri Aişədən nəql etmişdir. Məmməd ibn Yusif «Mətalibus-sual»ın 27-ci səhifəsində,İbn Səbbağ Maliki də «Fusulul-Muhimmə»də Tirmizi və Nəsaidən, onlarda Əbu Səid Xidridən belə nəql etmişlər; «Səninlə döyüşmək mənimlə döyüşməkdir;sənin qanın mənim qanımdır;mən sənə qarşı döyüşənlə döyüşərəm.Səni ancaq əsl–nəcabəti olan kəs sevər ,sənə ancaq nəcabəti azğın olan insanlar nifrət edər.Səni ancaq möminlər sevər,sənə ancaq münafiqlər düşmənçilik edər » Şeyx; «Bu cür hədislər təkcə Hz Əli(k.v)haqqında deyildir.Raşidi xəlifələr haqqında da bu səpkidə hədislər rəvayət edilmişdir». Dəvətçi; Mümkünsə, o hədislərdən birini nəql edin,həqiqətlər aşkar olsun. Şeyx; Əbdurrahman ibn Malik öz sənədi ilə Cabirdən nəql edərək Rəsulallahın(s) belə buyurduğunu yazır; «Əbu Bəkr və Ömərə mömin nifrət etməz ,münafiq də onları sevməz » Dəvətçi; «Əvvəlki gecələrdə söylədiyim kimi ,Zəhmət olmasa birtərəfli hədislər rəvayət etməyin ;səhih hədislərə istinad edin. İftira və yalançı ravilərdən rəvayət edilən uydurma hədisləri bir kənara qoyun». Şeyx; «Bizdən etdiyiniz hər hədisi zəif adlandıraraq rədd etmək qərarınıza almışsınız!» Dəvətçi;Təəssüflər olsun ki,sadəcə mən deyil ,öz alimləriniz də rədd edirlər.Zəhnət olmasa ,Zəhəbinin «Mizanul-etidal»ına və Xətib Bağdadının«Tarix» kitabının 10-cu cildinin 236-cı səhifəsinə müraciət edin .Orada bir çox alimləriniz Əbdurrahma ibn Malik haqda belə demişlər; «O,yalançı və iftiraçıdır.Hədis uyduran bir kəsdir.Heç kim bu mövzuda şəkk-şübhə belə etməmişdir» Allah xatirinə ,iftiraçı ,yalançı və hədis uyduran bir kəsdənrəvayət etdiyiniz birtərəfli olan hədis,o böyük alimlərinizin rəvayət etdiyi və bizim də onlardan bəzilərinə toxunduğumuz bu sayda hədislərlə bərabər ola bilərmi? Zəhmət olmasa ,sadalayaçağım alimlərinizin kitablarına diqqətlə baxın; Suyuti «Camiul-kəbir» c 6 səh 390;Muhibbuddin «Riyazul-nəzirə»c2 səh 215 Tirmizi «Came» c2 Səh 299;İbn Əbdulbirr «İstiab»,c3 səh 46; Hafiz əbu Həim «Hilyətul-Övliya» c6 səh 295;Məhəmməd ibn Təlhə Şafei «Mətalibus – sual» səh 17, İbn Sabbağ Maliki«Fusulul-muhimmə»səh 126. Bu mənbələrdə Əbuzərdən fərqli ibarələrlə belə rəvayət edilir; «Biz bu münafiqləri Rəsulallahın(s) dövründə ancaq 3 əlamətlə tanıyırdıq;Allah-Təala və rəsulunu rədd etmək,namazdan çəkinmək və Əli ibn Əbu Talibə nifrət etmək». ƏbuSəid Xudri də belə deyir; «Münafiqləri Əliyə nifrət etmələri ilə tanıyırdıq.Rəsulallahın(s) dövründə münafiqləri təkcə Əliyə düşmənçilik etmələri ilə tanıyırdıq». Həmçinin,İmam Əhməd ibn Həmbəl «Müsnəd»in 1-ci cildinin 95-ci və 138-ci səhifələrində,İbn Əbdulbirr «İstiab»ın 3-cü cildinin 37-ci səhifəsində ,Xətib Bağdadi «Tarixi Bağdad»ın 14-cü cildinin 426-cı səhifəsində, ibn Əbil-Hədid «Nəhcül Bəlağənin şərhi»nin 4-ci cildinin 264-cu səhifəsində ,İmam Nəsai «Sünən»in 8-ci cildinin 117-ci səhifəsində , «Xəsaisul-Ələvi»nin 27-ci səhifəsində,Həmvinin «Fəraid»in 22-ci babında ,Hafiz Əbu Nəim «Hidayətul-övlüya»nın 4-cü cildinin 185-ci səhifəsində ,Səbt ibn Covzi «Təzkirə»nin 15-ci səhifəsində ,Siyyuti «Camiul-kəbir»in 152-ci və 408-ci səhifələrində, Məhəmməd ibn Təlhə Şafei «Mətalibus – sual» 17-ci səhifəsində və Tirmizi «Came»nin 2-ci cildinin 13-cü səhifəsindəfərqli ibarələrlə bəzən Ummu-Sələmədən,bəzən də İbn Abbasdan Rəsulallahın(s) belə buyurduğunu rəvayət etmişlər;»Ya Əli! Münafiq səni Sevməz,mömin sənə nifrət etməz.Səni ancaq mömin sevər və sənə ancaq münafiq nifrət edər.Münafiq Əlini sevməz,Mömin də Əliyə nifrət etməz». İbnƏbil-Hədid «Nəhcül Bəlağənin şərhi»nin 1-ci cildinin 364-cu səhifəsində Mötəzili Şeyxişeyx Əbdulqasim Bəlxinin belə dediyini nəql edir; «Bütün mühəddislər səhihliyində şübhə olmayan bir çox hədislərdə Rəsulallahın(s) Əliyə(ə) belə buyurduğuna ittifaq etmişlər; «Ya Əli! Mömin sənə nifrət etməz ,münafiq isə səni sevməz». Yenə ibn Əbil-Hədid «Nəhcül Bəlağənin şərhi»nin 4-ci cildinin 264-cu səhifəsində Hz Əlinin(ə) xütbəsini belə nəql edir; «Bu qılıncımla mənə qəzəblənməsi üçün möminin burnunu vursam belə ,mənə qəzəblənməz.Bütün dünyanı ,məni sevsin deyə,münafiqə versəm belə məni sevməz.Bu səbəbdən Peyğəmbəri-əkrəm mənə belə buyurmuşdu; «Ya Əli !Mömin sənə qəzəbləməz ,münafiq də səni sevməz» Bu cür rəvayətlər sizin mötəbər kitablarınızda olduqca çoxdur. Məclisinvaxtını nəzərə alaraq,zehnimdə olan bu bir necə rəvayəti nəql etdim. İndi siz ağalar ədalətlə hökm verin;Aişənin Hz Əli(ə) ilə döyüşməsi,Rəsulallah(s) ilə döyüşmək deyilmi? Görəsən ,bu döyüş və xalqı Hz Əli(ə) əleyhinə döyüşməyə təşviq etmək sevgi,dostluq və məhəbbətə görə idi yoxsa qəzəb,kin və düşmənçiliyə görə? Şübhəsiz ,ki,heç kim iki tərəf arasındakı döyüşün sevgi və dostluğa görə olduğunu söyləməz:bu döyüş qəzəb və düşmənçiliyə görə olmuşdur. Rəvayət etdiyim bütün bu hədislərdə Rəsulallah(s) küfr və nifaqın əlamətlərindən birinin Hz Əliyə (ə) nifrət etmək və onunla savaşmaq olduğunu buyuramamışdırmı? Bu hədislər işığında Aişənin qiyamını və Hz Əli(ə) ilə döyüşməsini necə dəyərləndirə bilərik ? Zəhmət olmasa ,sevginizə və qəzəbinizə görə deyil, ədalətlə hökm verin! Yadıma bir rəvayət düşdü: Həmədanlı fəqih Mirseyid Əli Həmədani Şafei «Məvəddətul-qurba»nın 3-cü məvəddəsində bilavasitə Aişədən Rəsulallahın(s) belə buyurduğunu nəql etmişdir; Allah–Təala,Əliyə qarşı qiyam edənin kafir və Cəhənnəm əhli olduğunu mənə bildirdi. Çox qəribədir,Aişəni; «Belə bir sözü Peyğəmbərdən(s) eşitdiyi halda niyə Əliyə qarşı qiyam etdin?»,-deyə ittiham etdikdə ,o,gülünc bir üzr gətirərək; «Bu hədisi Cəməl günü unutdum ,amma Bəsrədə xatırladım!»-dedi. Şeyx; «Sizin öz bəyanınıza görə ,o,zaman niyə Ummul-möminin Aişəni(r.z) ittiham edirsiniz? Bu aydındı ki,insan qəflət edə bilər,unuda bilər» Dəvətçi; «Cəməl günü döyüşün od-alovunda unuda bilər.Amma Məkkədən hərəkət etdikdə peyğəmbərin(s) bütün dostları hətta onun zövcələri belə ona mane olmaq istədilər.Lazımsız işlərə baş qoşduğunu ,Əliyə(ə) muxalifətin Hz Peyğəmbərə(s) müxalifət olduğunu söylədikdə də bunu xatırlamadımı? Görəsən,Cəməl hadisələrini yazan tarixçiləriniz də Rəsulallahın(s) belə buyurduğunu xatırlatmadılarmı?; «Ey Aişə! Həvvəb itlərinin sənə qarşı hürdüyü yoldan qorx» Aişə Bəsrəyə gedərkən Bəni-kilab suyuna yetişdikdə,itlər ətrafına dolaşıb hürməyə başladı. «Bura haradır?»-deyə soruşduqda , «Həvəb»-dedilər . Bu adı eşitdikdə Rəsulallahın(s)ona belə buyurduğunu xatırladı.Bəs onda niyə Zübeyr və Təlhənin oyunu ilə yoluna davam edib Bəsrəyə getdi və o böyükfitnəyə səbəb oldu? Görəsən,yenə də onun unutduğunuvə bilərək yoluna davam etmədiyinisöyləyə biləcəkmisinizmi? Görəsən, bu dəlil Aişə üçünheç bir zaman silinməyəcək böyük bir ləkə deyilmi? Bilərək Rəsulallaha(s) itaətsizlik etdi.Təlhə və Zübeyrin oynu ilə Rəsulallahın(s) xəlifəsinə qarşı döyüşdü! Məlum olduğu kimi bilavasitə özü Peyğəmbərin(s) belə buyurduğunu bəyan edirdi; «Hər kim Əli ilə döyüşüb ona qarşı qiyam edərsə,o, Kafirdir!» Rəsulu-əkrəmin(s) xəlifəsinə qarşı döyüşmək və ona bir çox əziyyət vermək Peyğəmbərə əziyyət etmək deyilmi? Əvvəlki gecələr sənədləri ilə rəvayət etdiyim bir hədisdə Peyğəmbər belə buyurmamışmıdır? «Kim Əliyə əziyyət edərsə,mənə əziyyət etmişdir; mənə əziyyət edən Allaha əziyyət etmişdir. Ey insanlar! Əliyə əziyyət edən Qiyamət günü yəhudi və xiristian kimi həşr olar»

1 2 3 4 5 6