Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Əli (ə) 07.01.2025

HZ ƏLİNİN(Ə) FƏZİLƏT VƏ TƏRİFİ HAQDA HƏDİSLƏR

«Kutubu-sittə»ni diqqətlə oxuyun! Əlavə olaraq, Mirseyyid Əli Həmədani Şafeinin «Məvəddətul-qurba»da ,Təbərani «Mövəm»də ,Məhəmməd ibn Təlhə Şafei «Mətalibus-sual»da ,İmam Əhməd ibn Həmbəl «Müsnəd» və «Fəzail »də ,Həmidi «cəmun-beynəs-səhiheyn»də ,Xarəzmi «Mənaqib»də, ibn Əbil-Hədid «Nəhcül Bəlağənin şərhi»nin 2-ci cildinin 449-cu səhifəsində və İbn Səbbağ Maliki «Fusuul-muhimmə»nin 124-cü səhifəsində Hafiz Əbdul–Əziz ibn Əhzər Cənabəzidən nəql edərək «Məslimul-itrətin-nəbəviyə»də Hz Fatimənin (s) belə buyurduğunu rəvayət edir;»Atam Rəsulallah(s) Ərəfə axşamı yanımıza gələrək bizlərə belə buyurdu;Allah mələklər qarşısında sizinlə öyünür;Allah ümmi olaraq sizi,xüsusi olaraq Əlini(ə) bağışlamışdır;Həqiqətən səadət əhli həyatında və öldükdən sonra Əlini(ə) sevən şəqavət əhlidə həyatında və öldükdən sonra Əliyə(ə) nifrət edəndir». Eyni kitablarda ,deyəsən,əvvəlki gecələrdə nəql etdiyim üçün bir hədisdə Ömər ibn Xəttabdan nəqlən Rəsulallahın(s) ölüm yatağında Hz Əliyə(ə) belə buyurduğu nəql edilir.; «Ey Əli ,sənə qəzəbi olduğu halda məni sevdiyini düşünən yalan söyləmişdir.Səni sevən məni sevmişdir.Məni sevəndə Allahı sevər və onu Cənnətə aparar.Sənə qəzəblənən mənə qəzəblənər;mənə qəzəblənən də Allaha qəzəblənər və onu Cəhənnəmə salar.»

İmam Əli (ə) 07.01.2025

HZ ƏLİNİN(Ə) FƏZİLƏTLƏRİ SAYSIZ-HESABSIZDIR

Bilavasitə öz alimlərinizin ,fəzilətləri haqqında o qədər rəvayət nəql etdiyi Hz Əli(ə) kimi bir şəxsin əleyhinə çıxmasına bəraət qazandırmaq doğrudurmu? Bu səbəbdən imam Əhməd ibn Həmbəlin «Müsnəddə», İbn Əbil-Hədid «Nəhcül Bəlağənin şərhi»ndə ,imam Fəxri Razinin «Təfsiri Kəbir»də ,Xarəzminin «Mənaqib»də ,Şeyx Süleyman Bəlxi Hənəfinin «Yənabiul- məvəddə»də,Məhəmməd ibn Yusif Gənci Şafeinin «Kəfayətut -Talib»in 62-ci babındavə Mirseyyid Əli Həmədani Şafeinin«Məvəddətul-qurba»nın 5-ci məvəddəsində ikinci Xəlifə Ömər inbn Xəttab və Abdullah ibn Abbasdan rəvayət etdiyinə görə Rəsulallah(s) belə buyurmuşdur; Ey Əbəl Həsən (Əli)!Əgər dəryalar mürəkkəb,ağaclar qələm,insanlar yazar(mirzə),cinlər hesablayıcı olsa   yenə də sənin fəzilətlərini saya bilməzlər. Rəsulallah(s) buyurduğu kimi ,bütün ins və cinlərin ,fəzilətlərini saya bilmədiyi bir şəxsin uca fəzilətlərini bizim naqis dillərimiz və qırıq qələmlərimiz necə mədh edə bilər! Lakin məlum olduğu kimi ,şiə alimləri və arabir Quşçi ,İbn Həcər ,Ruzbəhan və başqa inadkarvə boşboğaz alimləriniz belə Hz Əlinin(ə) sonsuz fəzilət və təriflərindən bir miqdarını öz kitablarında yazıb, nəql etmişlər.

İmam Əli (ə) 07.01.2025

İMAM ƏLİ (Ə) İLƏ XANIM FATİMƏNİN (S.Ə) İZDİVACI

عن الحسين بن خالد عن أبي الحسن علي بن موسى الرضا عن أبيه عن آبائه عن علي (ع) قال: قال لي رسول الله (ص): يا علي لقد عاتبتني رجال قريش في أمر فاطمة وقالوا: خطبناها إليك فمنعتنا وتزوجت عليا فقلت لهم: والله ما انا منعتكم وزوجته بل الله تعالى منعكم وزوجه فهبط على جبرئيل (ع) فقال: يا محمد ان الله جل جلاله يقول: لو لم أخلق عليا لما كان لفاطمة ابنتك كفو على وجه الأرض آدم فمن دونه. Hüseyn ibn Xalid imam Rzadan (ə), o da pak ata-babalarından, onlarda imam Əlidən (ə) belə nəql edirlər Peyğəmbər (s) mənə belə buyurdu: “Ya Əli! Qureyş əyanlarından bir qismi Fatimənin səninlə evlənməsi barədə mənə dedilər: “Biz onu səndən istədik, amma sən mane oldun, onu Əli ilə evləndirdin.” Mən onlara belə dedim: “Allaha and olsun ki, buna mane mən olmadım. Allah onu sizə vermədi və Əli ilə evləndirdi. Cəbrail (ə) gələrək mənə belə buyurdu: “Ey Muhəmməd! Allah belə buyurur: “Əgər Əlini xəlq etməsəydim, Adəmdən insanlığın sonuna qədər yer üzündə qızın Fatiməyə ər olacaq birini tapmazdın.” (Şeyx Səduq (r.ə), “Uyunu-əxbarir-Rza (ə))”, cild 1, səh 458, hədis 2)

İmam Əli (ə) 07.01.2025

Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)

1.Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı 2.Həzrət Əlinin (ə) “Bəraət” surəsinin təbliği üçün göndərilməsi 1. Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı Allahın Rəsulu (s) hicri təqvimi ilə ikinci il, zi-hiccə ayının altıncı günü həzrət Əlini (ə) qadınlar aləminin rəhbəri həzrət Siddiqeyi-Tahirə (ə.s) ilə evləndirdi. İmam Sadiq (ə) buyurub: “Əgər Allah-taala Əmirləmöminini xəlq etməsəydi yer üzündə ona layiq tay (həyat yoldaşı) tapılmazdı.” (Əmali, Şeyx Tusi : c.1, s. 42 – Bəşarətül-Müstəfa: s. 267 –Vəqayeül-əyyam: s. 118) Elçilik Həzrət Zəhranın doqquz yaşı başa çatanda Mədinə ətrafında yaşanlarlar, qəbilə və tayfa başçıları, zənginlər o həzrətin elçiliyinə gəldi. Münafiqlərdən də bir qrupu mütləq həyasızcasına o xanımın elçiliyənə gəlmək cürətini özlərində tapdılar. Rəsuli-əkrəm (s) onlardan bəzilərinin elçiliyinə görə narahat oldu . Münafiqlərdən bəziləri etiraz etdi. Həzrət buyurdu: “Mən sizi rədd etmədim. Allah sizi rədd etdi. Fatimənin (ə.s) işi Allah tərəfindən müəyyən olunur. O qafillər ondan xəbərsiz idilər ki, o çox dəyərli gövhəri Allah Öz izzəti və nəzəri sayəsində hifz edib,onu dünya övladarından, sultan və rəiyyətdən, yoxsul və zənginlərdən ayırıb, Peyğəmbərin (s) Vəsisi (ə) üçün saxlayıb. İmam Hüseyn (ə) buyurub: ” Bir gün Allahın Rəsulu (s) Ümmi Sələmənin evində idi. Bir xas heybətli mələk nazil oldu. Bir-birinə bənzməyən lüqətlə (dillərlə) Allaha təqdis və təsbih etməklə məşuğuldu. O, ərz etdi: “Mən Sərsailəm. Allah məni sənin yanına göndərdi ki, sizə deyəm ki, nuru nurla evləndir.” Həzrət buyurdu: “Kimi kiminlə?” dedi: ” Fatiməni Əli ibn Əbi Taliblə.” Ona görə də Peyğəmbər (s) Fatiməni (ə.s) Cəbrail və Sərsailin hüzurunda Fatimənin (ə.s) əqdini, Əli (ə) ilə bağladı. O zaman Peyğəmbər (s) Sərsailin çiyinləri arasında bir yazını gördü ki, yazılıb: “La ilahə illəllah, Muhəmmədən rəsulullah, Əli ibn Əbi Talib muqimul-huccə” Buyurdu: ” Ey Sərsail! Bu cümlə sənin çiynində nə vaxtdan yazılıb?” Dedi: ” Allah-taala dünyanı yaratmazdan on iki min il öncə!” (Əmali, Şeyx Tusi: c. 1, s. 29 – Kəşfül-ğəmmə: c. 1. s. 472) Toy mərasimi Həzrət Fatiməni (ə.s) toy gecəsi Əlinin (ə.s) evinə aparırdlar. Peyğəmbər (s) onun önündə, Cəbrail sağında, Mikail solunda və yetmiş min mələk onun arxasınca gedir, o halda Allaha təsbih və təqdis deyir. Bu, fəcrədək davam etdi. (İqbalül-əmal: s. 548 – Tarixi-Bağdad: c.5 s. 7) (Fəcr- sübha azanından öncə üfüq tərəfdə görünən ilk ağartıya deyilir) Həzrət Zəhranın (ə.s) toy və mənzil əşlaları Həzrət Zəhranın (ə.s) mənzili əşyaları belə təşil olmuşdu; Peyğəmbər (s) Əmirəlmömininə (ə) buyurdu: ” Öz zirehini sat.” O həzrət, zirehini satdı onun pulunu Peyğəmbərin (s) xidmətinə gətirdi. O həzrət, pulun bir miqdarını (toy üçün) yemək hazırlaması üçün Ümmü Sələməyə verdi. Başqa bir rəvayətə görə yemək ləvazimatının yarısın Peyğəmbər (s) digər yarısını isə Əmirəlmöminin (ə) hazırladı. Həzrət Zəhranın (ə.s) cehizi Peyğəmbər (s) zirehin pulundan bir qədərini Əmmara verdi ki, bazardan ev əşyalarını alsın. Bir ədəd köynək, bir ədəd yaylıq, bir ədəd qara qətifə xeybəri, yaxud qara əba, bir ədəd nazik pambıq pərdə, həcər qəryəsi toxunuşlu bir ədəd həsir, əl dəyirmanı, bir ədəd mis teşt, su məşki (məkş- dəridən düzəldilmiş su qabı), səfalin kasası və qoyun dərisi. (Beytül-əhzan: s. 57) Əmirəlmöminin (ə) buyurub: ” O gecə, Peyğəmbərin qızı mənim evimə gələn zaman, yatağımız, qoyun dərisindən başqa bir şey deyildi.” (Sünənül-Mustəfa: c. 2. s. 538) Başqa bir hədisdə buyurub: ” Mən, Fatimə ilə elə bir halda evəndik ki, qoyun dərisndən başqa bir şey yoxumuz idi. Gecə onun üstündə yatır, gündüz dəvələrimizin oot-ələfini onun üstünə sərirdik və evdə xidmətçımız yox idi.” (Səfvətül-səfvə: c. 2. s. 538) Digər bir rəvayətdə buyurub: ” Peyğəmbər (s) bizim evimizə gəldi. Bir halda üstümüzə bir qətifə atmşıdıq. Onu uzununa üstümüzə salsaydıq, ətrafımız açıq qalır, eninə salsaydıq baş-ayağımız örtülməzdi.” (Zəxairül-uqba: s. 49) Əhli-sünnədən bəziləri rəvayət ediblər ki, Fatimə (ə.s) Əlinin evinə gedəndə yerə salımış rig, safilin kuzəsi, yastıq və su qabından başqa bir şey tapmadı. (Fatimətül-Zəhra (ə.s), bəhcətül-qəlbil-Mustəfa (s): s. 674) Başqa bir rəvayətə görə, mənzildə təsərrüfat əşyaları bunlar idi: iki ədəd kiçik kuzə, taxtadan düzəldilmiş süd qabı, yağ və ya un tökmək üçün yaşıl rəngli bir sübuyi, dörd yastıq və ya mütəkka yaxud da quru otlarla doldurulmuş dəri (söyənmək üçün) dəri arxalıq. (Əmali, Şeyx Tusi, s. 45. – Biharül-ənvar: c. 43 s. 94) 2. Mənsur Dəvanəqinin ölümü Hicri təqvimi ilə 158-ci il, zi-hiccə ayının 6-gı günü Mənsur Dəvanəqi həlak oldu və Hucunda dəfn edildi. Onunla, bəni-üməyyə sülaləsindən olan Hişam ibn Əbdülməlik arasında çox bənzərlik var idi. Qan tökən, paxıl, rəhmsiz, ədalətsiz şəxs idi. Əbu Talib sülaləsinə (ə) bütün zülmləri rəva görürdü. Böyük şəxslərdən çoxlarını zalımcasına şəhadətə çatdırırdı. İmamətin 6-cı parlaq ulduzu İmam Sadiqi (ə) şəhadətə çatdırması, onun ən böyük cinayətidir. (Tətümmətül-müntəha: s. 203- Vəqayeül-əyyam: s. 118) 2.Hicri təqvimi ilə doqquzcu il, zi-hiccə ayının birində islamın əziz peyğəmbəri (s) Əmirəlmöminin (ə) həzrət Əlini (ə) “Bəraət” surəsini ayələrini kafirlərə qiraət etmək üçün göndərdi. (Tozihil-məqasid: s. 29 – Biharül-ənvar: c. 97, s. 384) O hadisə belə baş verdi: Hicri təqvimi ilə doqquzuncu il, Allahın Rəsulu (s) ölk öncə Əbu Bəkri Məkkəyə göndərdi ki, “Bəraət” surəsinin ilk ayələrini kafirlər üçün qiraət etsin. Əbu Bəkr Mədinəyə tərəf hərəkət etdikdən sonra Cəbrail nazil olub buyurdu: “Ey Allahın Rəsulu (s), bu işi yerinə yetirmək, sizin yaxud sizndən olan bir kişinin əli ilə həyata keçməlidir. Başqa bir rəvayətə görə: “gərək Əli (ə) sənin tərəfindən təbliğ etsin.” O üzdən Peyğəmbər (s) özü kimi saydığı (öz məqamı ilə bir gördüyü) həzrət Əlini (ə) çağırıb ona buyurdu: ” Tələs, “Bəraət surəsinin ayələrini Əbu Bəkrdən al və Həcc mərasimində camaat üçün qiraət et!” Peyğəmbər (s) Qəzba adlı dəvəni Əmirəlmömininə (ə) verdi. O, Cabir ibn Abdullahla hərəkət edib ikinci gün Əbu Bəkrə çatdı. “Bəraət” surələrinin ayələrini ondan alıb geri qayıtması yaxud yoluna davab etməsi ixtiyarını onun özünə tapşırdı. Əbu Bəkr Mədinəyə qayıdıb Peyğəmbərə (s) məni bir işə layiq bilmişdin ki, başqaları ona müştaq idilər. Amma bir az getdikdən sonra məni əzl (məzul) etdin?” Həzrət buyurdu: ” Səni mən əzl etdmədim, Allah əzl etdi!” Əmirəlmöminin (ə) “təşriq” günlərinin üç günündə Minada – həzrət Əlinin (ə) düşmən və kinlərini ürəkdə gəzdirən kafir və müşriklərin toplandığı yerdə hər sübh və axşam Peyğəmbərin (s) buyurduqları ilə birlikdə camaat üçün qiraət edib Mədinəyə qayıtdı. Əli (ə) Məkkəyə getdiyi zamandan bəri onun ayrılığından Peyğəmbərin (s) kədərlənməsi onun mübarək üzündə zahir olmuşdu. Səhabə öz-özlərindən deyirdi: Bəlkə o həzrətin ölüm xəbəri asimandan (ona) çatıb yaxud bizdən (ürəyi sıxılıb) darıxır. Əbazərin Peyğəmbər (s) yanında məqamı, hörməti var idi. Onu o həzrətin hüzuruna göndərdilər. O, həzrətin əshabın sözünü həzrətə ərz etdi. O həzrət buyurdu: ” Mənim qəm-qüssəm Əlidən ayrıldığım üçündür.” Əmirəlmöminin (ə) qayıtması Əbuzər həzrət Əlinin (ə) vəziyyətindən məlumat əldə etmək üçün Mədinədən o həzrəti qarşılamaq üçün hərəkət etdi. Yol əsansında Əmirəlmömininə (ə) çatdı. O həzrəti gördkdə ərz etdi : Atam-anam sənə qurban olsun, yavaş-yavaş təşrif gətir ki, qoy öndə gedib sizin gəlişinizin xəbərini Peyğəmbərə (s) çatdırım.” Əbazər sürətlə özünü Peyğəmbərə (s) çatdırdı və Əlinin (ə) gəlməsi xəbərini ona verdi. Həzrət (s) səhabə ilə Əlini (ə) qarşılamağa çıxdı. O cənaba çatanda minkdən düşdü o həzrəti qucağına aldı və özününü mübarək üzünü Əlinin (ə) çiyninə qoydu. Görüşdükləri üçün sevincdən hər ikisi ağaladı. Sonra Peyğəmbər (s) Əliyə buyurdu: “Atam-anam qurabının olsun! Məkkədə nə etdin?” Əmirəlmöminin (ə) də orada olanları xəbər verdi. (Feyzül-üllam: s. 107)

İmam Əli (ə) 07.01.2025

Hәzrәt Әlidən (ә) 5 hәdis

“Әmаnәti pеyğәmbәrlәrin övlаdlаrının qаtilinә bеlә оlsа, qаytаrın.” “Әmаnәti pеyğәmbәrlәrin övlаdlаrının qаtilinә bеlә оlsа, qаytаrın.” (“Tuhәfül-üqul”, sәh. 218.) “Әgәr bir şәrаb dаmlаsı quyuyа düşsә, оnun suyu ilә bir yеri suvаrsаlаr, bir müddәtdәn sоnrа о yеrdәn оt çıхsа, оt quruyаndаn sоnrа bir qоyun оnu yеsә vә оnun әtinә qаrışsа, hәmin о qоyunu bir sürüyә dахil еtsәlәr, sоnrа qоyunlаrın hаmısını kәssәlәr, mәn оnlаrın hеç birinin әtindәn yеmәrәm!” (“Lәаlil-әхbаr”, c. 5, sәh. 207.) “Еlm bеş şеylә hаsil оlаr: Çох sоruşmаqlа, çох mütаliә ilә, әmәllәrini pis sifәtlәrdәn tәmizlәmәklә, müәllimlәrin vә аlimlәrin qаrşısındа tәvаzökаrlıq еtmәklә, Аllаh-tәаlаdаn kömәk istәmәklә.” (“Әl-Mәvаizul-әdәdiyyә”, sәh. 264.) “Аllаhа bәndәliyin bеş әlаmәti vаr: Аz yеmәk, Qurаn охumаq, gеcә nаmаzı qılmаq, sübh vахtı Аllаh qаrşısındа yаlvаrmаq, Аllаhın qоrхusundаn аğlаmаq.” (“Әl-Mәvаizul-әdәdiyyә”, sәh. 264.) “Tövrаtı, İncili, Zәburu vә Qurаnı охudum. Hәr kitаbdаn bir kәlаm sеçdim. Tövrаtdаn: “Sükutu sеçәn nicаt tаpаr.” İncildәn: “Qәnаәt еdәnin bаşqаlаrınа еhtiyаcı оlmаz.” Zәburdаn: “Şәhvәtlәri (hәr şеyә tаmаh) tәrk еdәn bәlаlаrdаn аmаndа qаlаr.” Qurаndаn: “Kim Аllаhа tәvәkkül еtsә, (Аllаh) оnа kifаyәt еdәr. (“Tаlаq” surәsi, аyә: 3./ “Әl-Mәvаizul-әdәdiyyә”, sәh. 221.)

İmam Əli (ə) 07.01.2025

Doğru yol İmam Əlinin (ə) özüdür!

Doğru yol İmam Əlinin (ə) özüdür! Fatihə surəsində oxuyuruq ki, “bizi doğru yola hidayət et, o kəslərin yoluna ki, onlara nemət veribsən”. Bu ayənin hədislər əsasında olan təfsirində deyilir ki, burada “doğru yol”dan məqsəd İmam Əlidir (ə). Bu ayəni təfsir edən digər bir ayə Nisa surəsinin 69 ayəsidir və həmin doğru yolun nə olduğunu və bu yolda olanların və nemət verilənlərin kimlər olduğunu təfsir edir. Bu ayəyə görə doğru yolda olanlar Allah (c.c) və Peyğəmbərdən (s) itaət edənlərdir. Və bu itaətkarlar Qiyamət günü o kəslərlə olacaqlar ki, Allah-Taala onlara nemət veribdir. Nemət verilmiş kəslər isə aşağıdakılardır: 1). Peyğəmbərlər; 2). Siddiqlər (doğrudanışanlar); 3). Şəhidlər; 4). Saleh insanlar. Biz nemət verilmiş kəslərin kimlər olduğuna baxanda görürük ki, İmam Əli (ə) həm siddiq, həm şəhid və həm də salehdir. Daha doğru desək bu üç sifət O həzrətdə öz kamal dərəcəsinə çatıbdır. Burada təkcə “peyğəmbərlik” sifəti İmam Əlidə (ə) yoxdur ki, bunun da yerinə Allah-Taala O həzrətə “İmamət” məqamını nemət olaraq vermişdir. Deməli “Fatihə” surəsində doğru yol və nemət verilmişlərin ən bariz nümunəsi başda Peyğəmbər (s), Həzrət Zəhra və İmam Əli (ə) olmaqla, əhl-beytdən (ə) olan bütün məsum imamlardırlar. Buna görə də bəzi hədislərdə İmam Əlinin (ə) “siratəl-müstəqim” (ən doğru yol) olaraq tanıtdırılmasında heç bir qəbahət yoxdur. Çünki Peyğəmbərin (s) gətirdiyi dində ümmət arasında Allah və Peyğəmbərə (s) itaətdə, siddiqlik, şəhidlik və salhelik məqamının ən yuxarı dərəcəsinə çatmaqda İmam Əlidən (ə), Həzət Zəhradan (s) və onların övladları olan 11 məsum imamdan üstün bir nümunə yoxdur. سورة الفاطحة: اهْدِنَا الصِّراطَ الْمُسْتَقيمَ (6) صِراطَ الَّذينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَ لاَ الضَّالِّينَ (7) سورة النساء: وَ مَنْ يُطِعِ اللَّهَ وَ الرَّسُولَ فَأُولئِكَ مَعَ الَّذينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَ الصِّدِّيقينَ وَ الشُّهَداءِ وَ الصَّالِحينَ وَ حَسُنَ أُولئِكَ رَفيقاً (69) MİRMƏHƏMMƏD BƏŞİR

İmam Əli (ə) 07.01.2025

Həzrət Əlinin (ə) yoxsullarla rəftarı

“Ey Əmirəlmöminin, sən həm təbibsən, həm kərimsən, həm alim” Bir ərəb həzrət imam Əlinin (ə) hüzuruna gəlib dedi: “Ey Əmirəlmöminin! Üç xəstəliyə düçar olmuşam: bədən ağrıları, kasıbçılıq və avamlıq”. Həzrət (ə) buyurdu: “Ey ərəb qardaş! Bədəninin xəstəliyindən ötrü gərək təbibə müraciət edəsən, kasıbçılığından ötrü isə kərəm sahibinə. Cəhalət xəstəliyindən ötrü də ki, gərək alimə müraciət edəsən”. Dedi: “Ey Əmirəlmöminin, sən həm təbibsən, həm kərimsən, həm alim”. Həzrət (ə) göstəriş verdi ki, beytül-maldan ona üç min dirhəm pul versinlər və buyurdu: “Min dirhəmi bədənin müalicəsi üçün, min dirhəmi fəqirliyindən ötrü və min dirhəmi də savadlanmağından ötrü xərclə”. Qaynaq: Şəiri, “Cameul-əxbar”, səh.138.

İmam Əli (ə) 07.01.2025

Məşhur ingilis tədqiqatçısı Karlayl İmam Əli (ə) haqda nə deyib?

Bu ilahi nuru min bir hiylə ilə söndürməyə çalışdılar Böyük mötəzilə alimi «Nəhcül-bəlağə»nin şərhində deyir: «Fəziləti və üstünlüyü alimlər tərəfindən etiraf olunmuş bir şəxs haqqında nə deyim? Kimsə onun fəzilətini pərdələyə bilmədi. Bu ilahi nuru min bir hiylə ilə söndürməyə çalışdılar. Ona görə də həqiqətləri təhrif etdilər, onda eyb axtardılar. Hətta minbərlərdən ona lənət oxudular. Onu dustaq edib, şəhadətə yetirdilər.». Həzrət Əlinin (ə) fəzilətini düşmənlər də inkar edə bilməmişdir. Hətta hiyləgər Əmr As da həzrətin tərifində qəsidələr yazmışdır: Ona çəkdiyimiz dağlar üzündən Cəhənnəmdə yanasıyıq sən və mən. Ən məşhur sünni təfsirçilərindən olan Carullah Zəməxşəri yazır: «Qüdsi hədisdə Allah-təala buyurur: «Əliyə (ə) itaət edən şəxs mənə itaət etməmiş olsa da, onu behiştə daxil edərəm. Əliyə (ə) itaətsizlik göstərən şəxs mənə itaət etsə də, onu cəhənnəmə ataram». Hənbəli firqəsinin qabaqcılı olan Əhməd ibn Hənbəl deyir: «Həzrət Əliyə (ə) nəsib olan fəzilətlər Peyğəmbər səhabələrindən kimsəyə nəsib olmamışdır». Məşhur ingilis tədqiqatçısı Karlayl deyir: «Bizim onu dost bilməkdən, hətta sevməkdən başqa çarəmiz yoxdur».

İmam Əli (ə) 07.01.2025

Vilayət Günəşi İmam Əlinin (ə) mübarək mövlud günü

İslam Peyğəmbəri Həzrəti Muhəmməd buyurur: “Əlini yalnız mömin sevər, onunla yalnız münafiq düşmənçilik edər” Tarixi sənədlərə əsasən, İmam Əli (ə) “Ammul-fil” -Peyğəmbərin (s) doğulduğu 570-ci ildən 30 il sonra, cümə günü əzəmətli Kəbənin daxilində dünyaya göz açmışdır. O, həzrətin atası Əbdül-müttəlibin oğlu Əbu Talib, anası Fatimə binti Əsəddir. Xanım Fatimə Əsəd qızı doqquz aylıq hamilə olduğu halda dua etmək üçün Kəbəyə gəlir. Qəflətən Kəbənin divarı yarılır və Fatimə Əsəd qızı içəri girir. Sonra divar yenidən birləşir. Fatimə üç gün kəbənin içində tək qalır. Rəcəb ayının 13-də Kəbə həmin yerdən ayrılır, Fatimə qucağında bir uşaq bayıra çıxır. Və qeybdən bir səs eşidir: “Ey Fatimə! Bu hörmətli övladının adını Əli qoy!…” Bu adın mənası “böyük”, “yüksək”, “uca” deməkdir… İndiyədək Əmirəl-möminindən (ə) başqa heç kəs bu müqəddəs məkanda (Kəbədə) doğulmayıbdır. Rəvayətə görə, Əbdül-müttəlibdən sonra Əlinin (ə) təlim tərbiyəsini Peyğəmbər (s) öhdəsinə götürmüşdür. Əlinin (ə) 10 yaşı olanda Peyğəmbərə (s) iman gətirmişdir. Qurani-Kərimdə Əli (ə) haqqında 300-ə yaxın ayə nazil olmuşdur. İmamətin atası olan Əli (ə) 63 illik ömründə dünyaya 36 övlad (17 oğlan, 19 qız ) bəxş eləmişdir. 30 il imamlıq dövrü yaşayan Əli (ə) hicri tarixinin 40-cı ilində, mübarək Ramazan ayının 19-da Kufə məscidində Əbdür-rəhman ibn Mülcəm (l.ə) tərəfindən qətlə yetirilmişdir. Şərafətli qəbri müqqəddəs Nəcəf şəhərindədir. Kimdir Həzrəti Əli?  – sualına bir neçə qısa cavab: 1. Rəsulullahın əmisinin oglu. 2. Ona ilk iman edən uşaq. 3. Hicrət gecəsi Peyğəmbərin (s) yatağında yorğanı başına çəkib yatan, yəni ölümü gözə alan bir igid. 4. Rəsulullah onun atasının yanında böyüyüb, o Rəsulullahın yanında. Yəni, tərbiyyəni Rəsulullahdan(s) alıb. 5. Rəsulullahın kürəkəni. Peyğəmbər (s) nəsli Həzrəti Fatimə və Həzrəti Əlinin nəsli ilə davam edir. 6. Elmin qapısı. 7.Ədalətli xəlifə. Həzrəti Əlinin şəhadəti ilə xəlifəlik bitir, İslamın səltənən dövrü başlayır… 8. Allahın Aslanı, Heydər, Əbu Həsən, Əbu Turab ləqəbləri ilə də anılır… 9. Kəbədə dünyaya göz açan yeganə insan. 10. Rukuda zəkat verən və səcdədə zərbətlənib, şəhadətə çatan. Mən, ya Rəsulallah! Rəsulullah harda olarsa, Həzrəti Əli mütləq orada olardı. İman etdiyi 3-cü ilin sonlarında Rəsulullah (s) Allahın “qohumlarından başlayaraq” “açıq dəvət et!” əmrini yerinə yetirmək üçün doğmalarını evinə dəvət edir. Qonaqlıq verir və məqsədini açıqlayır. Əmisi Əbu Ləhəb ona qarşı çıxaraq bu dəvətinə əngəl olur. Rəsulullah (s) 13 yaşlı həzrət Əliyə deyir: “Nə edək, ya Əli?” Həzrəti Əli “Onları bir daha toplayaq”, – deyir. Beləliklə, ertəsi gün həmin qohumlar bir daha toplanır. Rəsulullah bir gün əvvəlki sözlərini təkrar edir, qohumlarından səs çıxmayınca Həzrəti Əli “mən sənə iman etdim, ya Rəsulullah!” deyərkən, orada olan dəvətlilər 13 yaşlı bu uşağın Rəsulullaha əl verməsini lağa qoyub gülmüşdülər. Lakin Allah Rəsulu ona uzanan o əli tutmuş və bir daha da buraxmamışdı. Həzrəti Əli o gün “ənə” (mən) deyərək önə çıxdığı kimi hicrətdə də “ənə” deyərək önə çıxmışdı. Daha sonra da ömrünü İslama qurban deyərək peyğəmbərlə döyüşlərə qatılmışdı: Bədrdə, Uhudda, Xəndəkdə… hər birində “ənə, ya Rəsulullah!” deyərək ön sıralarda vuruşmuşdu. İlk iman edənlərdən olduğu kimi hər zaman İslamın öndərlərindən olmuşdu. Bədrə əlində bayraq qatıldı, Uhudda qazi oldu, bütün cihadlarda Rəsulullahın yanında yer aldı, ən çətin döyüşlərdə ad-san qazandı. Qədir Xum hadisəsi və həzrətin İmamətliyi Hicrәtin оnuncu ilindә hәzrәt Pеyğәmbәr hәcc әmәllәrini yеrinә yеtirmәk üçün Mәkkәyә üz tutdu. Hәzrәt Pеyğәmbәr hәcc әmәllәrini bаşа vurub Mәdinәyә qаyıdаrkәn zil-hәccәnin оn sәkkizinci günü Qәdir-Хum аdlаnаn mәntәqәdә dаyаndı. Çünкi оnа çох mühüm bir vәhy nаzil оlmuşdu. Bu vәhy bütün хаlqа еlаn еdilmәli idi. Hәzrәt Pеyğәmbәr Аllаh-tәаlаnın әmri ilә Әlinin (ә) vilаyәt vә хilаfәtini хаlqа bildirmәli idi. Аyәdә buyurulurdu: “Yа Pеyğәmbәr, Rәbbin tәrәfindәn sәnә nаzil оlаnı хаlqа çаtdır. Әgәr bunu еtmәsәn, Аllаhın risаlәtini yеrinә yеtirmәmiş оlаrsаn …” Hәzrәt Pеyğәmbәr (s) göstәriş vеrdi ki, bütün hаcılаr bir yеrә tоplаnsınlаr. Qаbаqdа gеdәnlәr dаyаndı vә аrхаdа gеdәnlәrin gәlib çаtmаsını gözlәdi. Hаmı bir-birindәn nә bаş vеrdiyini sоruşurdu. Nәhаyәt, intizаr bаşа çаtdı. Hәzrәt hаmının оnu görә bilәcәyi vә sәsini еşidә bilәcәyi minbәrә çıхdı. Әlini (ә) isә öz sаğ tәrәfindә dаyаndırmışdı. Hәzrәt хütbә охuyub, Qurаn vә itrәti hаqqındа tövsiyә vеrdikdәn sоnrа buyurdu: “Mәgәr mö’minlәrin işindә mәn оnlаrın özlәrindәn dаhа irәli dеyilәmmi?” Әrz еtdilәr: “Bәli”. Hәzrәt buyurdu: “Mәn hәr kәsin mövlаsıyаmsа, Әli (ә) dә оnun mövlаsıdır. Pәrvәrdigаrа, оnun dоstunu dоst tut, düşmәnini düşmәn. Оnа yаrdım göstәrәnә yаrdım еt, оnu tәnhа burахаnı аlçаlt”. Sоnrа hәzrәt göstәriş vеrdi ki, müsәlmаnlаr dәstә-dәstә Pеyğәmbәrin хеymәsi ilә üzbәüz хеymәyә dахil оlub, Әlini (ә) cаnişinlik mәqаmınа görә tәbrik еtsinlәr. Bеlәcә, hәzrәt Pеyğәmbәr (s) Әlini (ә) öz cаnişini tәyin еtdi vә göstәriş vеrdi ki, bunu еşidәnlәr еşitmәyәnlәrә çаtdırsınlаr. Әlinin (ə) məhəbbəti və səxavəti Hәzrәt hаrаdа bir yеtim görәrdisә, mеhribаn аtа tәk nәvаzişlә оnun bаşını sığаllаyаr, yеmәk vә gеyim аlаrdı. Hәr bir cәmiyyәtin möhkәmliyi оndаkı fәrdlәr аrаsındаkı mәhәbbәt vә cаzibәdәn аsılıdır. Mәhәbbәt vә cаzibә isә pаk vә sаğlаm qәlbdә tәrbiyә оlunа bilәr. Bu sifәtlәrә mаlik оlаn insаn bаşqаlаrınа cаnıyаnаnlıq göstәrir, hәttа оnlаrın аsаyişini öz rаhаtlığındаn üstün tutur. Hәzrәt Әli (ә) mәhәbbәt vә cаzibә mәzhәri idi. О әzаb-әziyyәt çәkir, işlәyir, аlın tәri ахıdır, nәhаyәtdә öz zәhmәtinin qаzаncını yохsullаrа vә imkаnsızlаrа sәrf еdirdi. Hәzrәt Әli (ә) еhtiyаclılаr üçün böyük bir sığınаcаq idi. Sәхаvәtdә mәşhur idi vә çаrәsizlәrin istәk kәbәsi sаyılırdı. Еhtiyаcı оlаnlаr оnа mürаciәt еdәr, о dа öz növbәsindә fitri nәcаbәti ilә оnlаrа cаvаb vеrәrdi. О, yеtimlәrә аtа, dul qаdınlаrа yаrdımçı, zәiflәrә аrха idi. Хilаfәt dövründә gеcәlәr еvdәn çıхаr, qаrаnlıqdа miskinlәrә vә kimsәsiz qаdınlаrа хurmа vә çörәk аpаrаrdı. Hәzrәt götürdüyü аzuqә vә pulu özünü tаnıtdırmаdаn pаylаyırdı. Bu хеyirхаh insаnı kimsә tаnımаzdı. Hәzrәtin mәhәbbәtindәn pаy аlmаyаn yохdur. О, qаtili hаqqındа bеlә buyurur: “Оnunlа xoş kеçinin, аc vә susuz sахlаmаyın” İbn Әbil-Hәdid dеyir: “Sübhаnәllаh! Bir insаndа bu qәdәr fәzilәt?! Әlinin (ә) şәхsiyyәtinin bәyаnı kimsәnin gücü çаtаsı iş dеyil”. Əli (ə) barədə peyğəmbərin dilindən bəzi hədislər: Allahın Peyğəmbəri (s): “Səni yalnız mömin sevər və sənə yalnız münafiq ədavət bəsləyər.” (Kənzul-Ummal, hədis 32878) Allahın Peyğəmbəri (s): “Əli yaxşı əməl sahiblərinin rəhbəri və pis əməl sahiblərini öldürəndir. Kim ona yardım etsə, onun özünə də yardım edilər və onu tək qoyan köməksiz qalar.” (Kənzul-Ummal, hədis 32909) Allahın Peyğəmbəri (s) Əliyə işarə edərək buyurmuşdur: “Bu mənim sizin aranızda qardaşım, vəsim və canişinimdir. Onun əmrlərini eşidin və tabe olun.” (Kənzul-Ummal, hədis 36419) Allahın Peyğəmbəri (s): “Əli məndəndir, mən Əlidən. O, hər bir möminin vəli və başçısıdır.” (Kənzul-Ummal, hədis 32938) Allahın Peyğəmbəri (s): “Əli Quran ilə və Quran Əli ilədir və onlar hovuzun (Kövsər hovuzunun) kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birlərindən ayrılmazlar.” (Tarixi-Dəməşq, Əlinin (ə) tərcümeyi halı, c.3, səh.124, hədis 125) Allahın Peyğəmbəri (s): “Mən elmin şəhəri, Əli onun qapısıdır. Buna görə də elm istəyən kəs həmin qapıdan daxil olmalıdır.” (Kənzul-Ummal, hədis 32979) Allahın Peyğəmbəri  (s): “Mənimlə Əli bir ağacdanıq, digər insanlar isə müxtəlif ağaclardan.” (Kənzul-Ummal, hədis 32943) Allahın Peyğəmbəri (s) Əliyə (ə): “Səninlə mənim məqamım Harunla Musanın məqamı kimidir, bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur.” (Kənzul-Ummal, hədis 32881) Allahın Peyğəmbəri (s): “Əlinin bu ümmətin boynunda olan haqqı, atanın övladının boynunda olan haqqı kimidir.” (Biharul-Ənvar, c.36, səh.5, hədis 1)

İmam Əli (ə) 06.01.2025

«NƏCVA» (PIÇILTI) AYƏSINƏ İMAM ƏLİ(Ə)-DAN BAŞQA HEÇKİM ƏMƏL ETMİRDİ

«NƏCVA» (PIÇILTI) AYƏSI نَجْوَاكُمْ تفسير آية يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَاجَيْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَةً Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. 58:12:Mucadilə Surəsi Imam Əli (ə.) оlmuşdur. «Şəvahidut-tənzil» kitabında nəql оlunur ki, Mücahid Imam Əlinin (ə.) bеlə buyurduğunu dеmişdir: «Quranda bir ayə var ki, məndən qabaq və məndən sоnra оna əməl еdən bir kəs оlmayıb və оlmayacaq da; bu «nəcva» ayəsidir. Mənim bir dinar pulum var idi, оnu оn dirhəmə satdım. Bununla da hər vaxt Pеyğəmbərlə (s.) məxfi danışmaq istəsəydim, bir dirhəm sədəqə vеrərdim. Lakin bir müddətdən sоnra о ayənin hökmü (sоnrakı ayənin vasitəsilə) ləğv оldu» (Şəvаhidut-tənzil», 2-ci cild, s.231, hədis:951).

İmam Əli (ə) 06.01.2025

“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)

Məsələyə dilçilik baxımından yanaşsaq, nəzərə almalıyıq ki, ərəb dilində “mövla” sözünün bir neçə mənası vardır. Mərhum Əllamə Əmini “əl-Ğədir” kitabında “mövla” sözünün 27 mənasını qeyd edir. Bunların içində “rəbb (bəsləyən, tərbiyə edən), əmi, əmioğlu, oğul, bacıoğlu, kölə, malik, tabe, şərik, qonşu, yoldaş, kürəkən, qohum, üstün, sevən, yardımçı, çörəkverən” və s. mənalar vardır. Beləliklə, “dost, sevən” mənası bu sözün mənalarından yalnız biridir. Qurani-kərimin özündə “mövla” sözü fərqli mənalarda işlənmişdir. Ayələrin birində Allah-təala cəhənnəmdən söz açaraq, onun kafirlərə layiqli və uyğun bir məkan olduğunu ifadə etmək üçün “mövla” sözündən yararlanır: “Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağışlanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz cəhənnəmdir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!” (Hədid, 15). Böyük İslam alimləri İbn Abbas, Kəlbi, Fərra, Əxfəş, Sələb, Buxari, İbn Qüteybə, Təbəri, Ənbari, Vahidi, İbn Cövzi, Təftazani, Əli Quşçi, Sənani, Şəblənci və başqaları öz kitablarında bu ayəni təfsir edərkən, məhz “yaraşan, uyğun olan (övla)” məfhumunu doğru saymışlar. Qurani-kərimin daha bir neçə ayəsində də “mövla” kəlməsi işlədilir ki, onların hamısında bu kəlmə Allaha aid edilərək, “ixtiyar sahibi, ağa” mənalarını verir. Məsələn: “Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə, 286). Digər ayədə Allah tövsiyə edir: “De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Hədid, 51). Ayələrin bir neçəsində də “mövla” kəlməsi birbaşa Allaha aid edilir: “Allah sizin mövlanızdır. O (hər şeyi) biləndir, hikmət sahibidir!” (Təhrim, 2). “Onun mövlası Allahdır” (Təhrim, 4). “Xeyr, Allah sizin mövlanızdır. O, yardım edənlərin ən yaxşısıdır” (Ali-İmran, 150). “Bilin ki, Allah sizin mövlanızdır. O ən gözəl mövla, ən yaxşı imdada çatandır!” (Ənfal, 40). “Allaha sığının. O sizin mövlanızdır” (Həcc, 78). Göründüyü kimi, ayələrin hamısında Allahın insanlar üzərində ixtiyar sahibi olmaq sifəti qabardılır. Daha başqa bir ayədə isə Allah-təala ağa ilə kölədən danışarkən, ağa barəsində “mövla” kəlməsini işlədir: “O öz ağasına bir yükdür” (Nəhl, 76). Əlbəttə, hədisdəki “mövla” sözünün “ixtiyar sahibi, ağa, başçı” mənası verdiyini ifadə edən başqa dəlillər vardır ki, mövzu barədə kitablarda (o cümlədən, “əl-Ğədir” kitabında) bunlara ətraflı izah verilmişdir.   NATİQ RƏHİMOV

İmam Əli (ə) 06.01.2025

QƏDİR-XUM və ŞEYX MÜFİD

Qədir-Xum hədisi ilə bağlı maraqlı hadisələrdən biri də məşhur alim Şeyx Müfidin zamanında baş vermişdir. Şeyx Müfid ilk təhsilini Bağdadda Əbu Abdullah Cəl adlı alimin yanında alır. Bir müddətdən sonra Əbu Abdullah Cəl başa düşür ki, artıq bu istedadlı şagirdə öyrədəsi biliyi qalmayıb. Onu özündən daha üstün bir alimin – Əli ibn İsa Rummaninin yanına göndərir. Rummani mötəzili əqidəsində idi. Müfid özünü tanıtdırmadan Rummaninin dərs dediyi yerə gəlir. İçəri girəndə otağın şagirdlərlə dolu olduğunu görür. Yer tapa bilmədiyindən, başmaq çıxarılan yerdə oturur və dərsə qulaq asmağa başlayır. Bu arada Bəsrədən gəlmiş bir nəfər Rummaniyə belə bir sual verir: “Sizin Qədir-Xüm hədisi barədə fikriniz nədir? Şiələr bu hədisə istinad edərək, Peyğəmbərdən sonra məhz Əli ibn Əbu Talibin (ə) xəlifə olduğunu söyləyirlər”. Rummani cavab verir: “Biz də Qurandakı mağara ayəsinə (Tövbə, 40; hicrət zamanı Əbu Bəkrin Peyğəmbərlə birlikdə mağarada olması haqqındakı ayə) istinad edib, Əbu Bəkrin xəlifəliyinə inanırıq. Mağara ayəsi dirayətdir, Qədir-Xüm hədisi isə rəvayət. Dirayət rəvayətdən daha üstündür”. Şeyx Müfid heç nə demədən, Rummaninin cavabını vermək üçün fürsət gözləyir. Üstündən bir müddət keçəndən sonra o, alimdən soruşur: “Ya şeyx! Sizin fikrinizcə, öz zəmanəsinin ədalətli imamına qarşı üsyan edən şəxsin hökmü nədir?” Rummani əvvəlcə: “kafirdir” deyir, sonra səhvini düzəldir: “fasiqdir” (yəni günahkardır). Müfid sualına davam edir: “Əli ibn Əbu Talibi (ə) zəmanəsinin adil imamı sayırsınızmı?” Rummani təsdiq edir: “Bəli, o, itaəti vacib olan imam idi”. Müfid soruşur: “Elə isə, cənnətlə müjdələnmiş səhabələr Təlhə və Zübeyr fasiq idilər ki, imamın əleyhinə üsyan qaldırmış və onunla döyüşmüşdülər?” Rummani çıxış yolunu bu sözdə görür: “Doğrudur, onlar Cəməl savaşına qatıldılar, amma sonra peşman olub tövbə etdilər”. Müfid son sözünü deyir: “Onların Cəməl savaında iştirakı dirayətdir, sonradan tövbə etmələri barədə məlumat isə rəvayətdir. Özünüz buyurdunuz ki, dirayət rəvayətdən üstündür!”   NATİQ RƏHİMOV

1 2 3 4 5 6