Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Həsən Əskəri (ə) 16.02.2025

İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) HƏYATI

İmamət səmasının on birinci parlaq ulduzu Mədinə şəhərində doğdu və Samirra şəhərində batdı. O həzrətin adı Həsən, künyəsi Əbül Mühəmməd, tanınmış ləqəbləri isə “Zəki” və “Əskəri” idi.Atası həzrət Hadi (ə), anasının adı isə Süsən idi. 22 yaşında ikən atası şəhid oldu. Atasının şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi. O həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olundu. Onun yeganə övladı həmin vəd olunmuş həzrət imam Məhdidir ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır. İmam Həsən Əskərinin (ə) zamanında Həzrətin özü şiddətli nəzarət altında olduğuna görə İslam öz nüfuzunu əldən vermişdi. Hakimiyyətdə olanlar, xüsusilə də Mütəvəkkil, hər hansı yolla olursa olsun, camaatı İmamdan uzaqlaşdırmağa çalışırdı. Çünki hal hazırda qeybdə olub, gələcəkdə isə İslam ümmətinin rəhbərliyini öhdəsinə alaraq vahid dünya hökumətini quracaq on ikinci imam, imam Həsən Əskərinin (ə) oğlu olacaqdı. Elə buna görə də İmamı nəzarət altıda saxlayırdılar. Lakin Allah-taala, Musanı Fironun sarayında saxladığı kimi, İslam ümmətinin gələcək rəhbərini də gözlərdən uzaq və gizlincə dünyaya gətirdi. İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) ƏXLAQI XÜSUSİYYƏTLƏRİ İmam Həsən Əskəri (ə) çox vüqarlı və əzəmətli bir şəxsiyyət idi. O, öz zamanında Quranın misilsiz müfəssiri sayılırdı. Yüz nəfərdən çox məşhur alim o həzrətin məclisində iştirak edirdi. İraqda qaldığı 16 il ərzində Şamdan Mədinəyə qədər olan ərazi o həzrətin nüfuz dairəsində idi. İmamın elmi və mənəvi nüfuzu o qədər böyük idi ki, Abbasi xəlifəsi Mötəzzin sarayında yaşayıb elə orada da işləyən alimlər belə ona heyran qalıb tabe olmuşdu. İmam (ə) İrana etdiyi səfər zamanı Qum və Rey şəhərlərindən keçərək Ləvasana gəldi. Əhli-beyt məktəbinin tərəfdarları onu sevinclə qarşıladı. Həzrət (ə) Ləvasanda camaatla görüşüb onlara bir məscid tikərək onu öz mərkəzlərinə çevirmələrini tapşırdı. İmamın bu əmri xalqın həyatında o qədər təsiredici və mühüm rol oynadı ki, deyilənə görə hətta bir gündə 70 məscid tikməyə başlanıldı. Peyğəmbər (ə) xanədanının düşmənlərindən olan və Abbasi aparatında çalışan Əhməd ibn Xaqan adlı bir şəxs belə demişdir: “Mən Samirrada Bəni-Haşim xanədanında nəciblik, böyüklük və fəzilət baxımından imam Həsən Əskəridən başqasını görməmişəm. Əgər xəlifəlik Abbasilərin əlindən çıxsa, Həsən Əskəridən başqa, heç kim xəlifə olmağa layiq deyildir.“ Daha sonra demişdir: “Bir gün atamın yanında idim. Onun Peyğəmbər xanədanının düşmənlərindən olmasına baxmayaraq, həmişə Həsən Əskəri onun yanına gəldikdə yerindən qalxıb onun əlindən öpər öz yerini ona verər və İmamı müəllim qarşısında duran bir şagird kimi dinləyirdi.“ Əbu Yusif İmamın səxavət və əli açıqlılığı barədə belə deyir: “Mən çətin bir vəziyyətdə idim, belə ki, uşaqlarıma çörək pulu qazana bilmirdim. Hamımız ac və narahat idik. Dəfələrlə Abbasilərin sarayına getmişdim ki, orada olan qohumlarımızdan yardım alım. Lakin onlar o qədər məğrur idi ki, sözümə qulaq asmırdı. Bir gün imam Həsən Əskərinin (ə) hüzuruna gedib vəziyyətimi onun üçün danışdım. Həzrət 400 dinardan ibarət pulunun hamısını mənə verib belə buyurdu: “Get, ailəni ağır vəziyyətdən qurtar!” Bir dəfə Həzrət iki yüz min dinar Əli ibn Cəfər üçün göndərdi ki, yoxsul və möhtac əshabı arasında paylasın. Həzrət (ə) altı il davam edən imamlıq müddətinin üç ilini zindanda keçirmişdi, lakin qarşılaşdığı çətinliklər və narahatçılıqlara baxmayaraq həmişə xalqla yaxşı rəftar edirdi. Ən çirkin və qəddar məmurları zindana keşikçi təyin etmişdilər ki, o həzrətə əzab-əziyyət etsinlər. Lakin onlar İmamın zöhd və ibadətinə heyran qalıb onunla yaxşı rəftar edirdi. Bir gün zindan müdiri bu işlərinə görə onlara etiraz etdikdə belə cavab verdilər: “O, bir insandır; həmişə Allahına ibadət və dua ilə məşğul olan bir insan. Gündüzlər oruc tutur, gecələr də ibadət edir. Bizə nəzər saldıqda isə bədənimiz titrəyir. Bizdən belə bir şəxsiyyətə əziyyət etməyi necə tələb edirsiniz?” Mütəvəkkilin vəziri Abdullah Xaqan çox qürurlu və etinasız bir adam olmasına baxmayaraq, İmamı görəndə yerindən qalxar və əgər ata minmiş olsaydı, atdan düşərdi. O, İmam (ə) haqqında belə deyir: “Həsən Əskəri gecələr dua və ibadətlə məşğul olan, gündüzlər isə oruc tutan bir şəxs idi. Ürəyi o qədər pak idi ki, hətta düşmənlərini dua etməyi belə unutmazdı. Yoxsul bir adamla qarşılaşanda bütün pulunu ona veərdi.“ Bir dəfə xəlifənin əmrilə imam Həsən Əskərini (ə) yırtıcı heyvanların yanına saldılar ki, heyvanlar onu parçasın. Lakin yırtıcı heyvanlar o həzrətin ətrafına yığışıb özlərini onun ayaqlarına sürtürdü. Bu səhnəni görən xəlifə onu azad buraxaraq Həzrətə hörmət etmək istədi. Samirrada bir monastır var idi ki, başçısı xristianların böyüklərindən sayılırdı. O, çox hörmətli bir adam idi. Həmin xristian bir gün İmamın hüzuruna gələrək müsəlman oldu. Ondan müsəlman olmasının səbəbini soruşduqda isə belə cavab vermişdi: “Mən bu kişidə yalnız həzrət İsada mövcud olan nişanələri görmüşəm.” İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) ELMİ İmamın elmi dalğalı və dərin bir ümman kimi idi ki, elmə susamışları doyururdu. Xarəzminin dediyinə görə elm aşiqlərindən on səkkiz min nəfər o həzrətin elmi məclislərindən istifadə edirdi. Abbasi xəlifəsinin sarayına mənsub Məhəmməd ibn Məsud Şirazi İmamla beyət edən ilk saray alimi olmuşdur. Bu şöhrətli alim Mötəzzin sarayında çalışırdı. Qaynaqlarda yazıldığına görə, o həzrətin elmi o qədər çox idi ki, Əbu Nəsr Farabinin ustadı olan Kendi onunla mübahisə edə bilməyib İslamın ziddinə yazdığı kitabını yandırmışdı. Xristian alimlər İmamın elminə, eləcə də dərin biliyinə o dərəcədə heyran olmuşdu ki, onu Məsih adlandırırdı. İmam (ə) ayrı-ayrı ölkələrdən gələn və ona sual vermək istəyən şəxslərlə onların öz dili ilə danışdığı zaman hamını heyrətdə qoyurdu. RAHİBLƏRİN İFŞA OLUNMASI İllərin birində Samirrada quraqlıq oldu. Bu zaman Abbasi xəlifəsi Mötəmid camaata əmr etdi ki, dua etmək üçün çölə getsinlər. Camaat üç gün dalbadal çölə gedib namaz qılıb dua etdi, lakin yağış yağmadı. Sabahsı gün xristianlar öz alimləri ilə birlikdə çölə gedib dua etdilər və yağış yağdı. Neçə gündən sonra yenə də gedib dua etdilər, yenə də yağış yağdı. Bu hadisə müsəlmanları həyacanlandırmışdı və əksəriyyətin ürəyi xristianlara tərəf yönəlmişdi. Bu vəziyyətdən narahat olan Abbasi xəlifəsi Mötəmid bir nəfəri zindana göndərdi ki, imam Həsən Əskərini bu məsələni həll etmək üçün zindandan çıxartsın. İmam (ə) məsələni öyrənən kimi belə buyurdu: “Onlardan sabah da yağış yağdırmaq üçün çölə getmələrini istə!” Sabahı gün İmam (ə) da izdihamla birlikdə çölə getdi. Bu dəfə də xristianlar əllərini qaldırıb Allahdan yağış istədi. Çox keçmədi göydə bir bulud görsənərək yağmağa başladı. İmam əmr etdi ki, əllərini qaldıran bir xristianın barmaqlarının arasındakı şeyi alıb gətirsinlər. Həmin adamın əlini tutub barmaqlarının arasına baxdıqda qara bir sümük gördülər. Sümüyü alıb İmamın hüzuruna gətirdilər. Həzrət onu bir parçaya büküb xristian kişiyə “İndi dua et, yağış yağsın!” – dedi. Xristian kişi əlini göyə qaldıran kimi buludlar çəkilib getdi və günəş çıxdı. Camaatın hamısı heyrətləndi. Xəlifə bu işin sirrini İmamdan soruşduqda İmam belə buyurdu: “Bu sümük parçası Allahın peyğəmbərlərindən birinə aiddir ki, onun qəbrindən götürüblər. Allahı bu sümüyə and verirlər, Allah da həmin sümüyün hörmətinə onların istəyini qəbul edib yağış yağdırır. Hər kəs bu sümüyü əlində saxlasa, yenə elə olar.“ Xalqın qarşısında imtahan etdikdən sonra, İmamın sözü düz çıxdı və hamı o həzrətə afərin dedi. İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) TƏRBİYƏ ÜSULU İmam Sadiqin (ə) nəslindən olan Əbülhəsən Qumda yaşayır və çirkin əməllər sahibi kimi tanınırdı. Bir gün Əbülhəsən Qum şəhərində imam Həsən Əskərinin (ə) nümayəndəsi olan Əhməd İshaq Əşərinin qapısına gələrək evə girmək üçün izn istədi. Lakin İmamın nümayəndəsi onu gördüyü pis işlərinə görə qəbul etmədi. Əbülhəsən kor-peşman evinə qayıtdı və ona edilən bu hörmətsizliyə görə çox narahat oldu. Həmin ildə Əhməd ibn İshaq Əşəri Məkkəyə getdi, qayıdan baş Əşərini İmam (ə) da qəbul etmədi. Çox yalvar-yaxardan sonra İmamın hüzuruna gəlib bu işin səbəbini soruşdu. Həzrət (ə) belə buyurdu: “Səninlə bizim əmioğlumuzla rəftar etdiyin kimi rəftar etdim.” Əşəri dedi: “Ey Peyğəmbərin övladı, mən onu tərbiyələndirmək və gördüyü pis işlərdən uzaqlaşdırmaq üçün bu işi gödüm.” Həzrət (ə) buyurdu: “Sənin gördüyün iş doğru deyildi. İslamda yolunu azmış insanlarla belə rəftar etməzlər, əksinə onları hidayət edib doğru yolu göstərərlər.” Əşəri Quma qayıtdı və bu münasibətlə hamı onun görüşünə gəlmişdi. Onların arasında Əbülhəsən də var idi. Əşəri onu görən kimi yerindən qalxıb ona hörmət etdi və öz yerini ona verdi. Əbülhəsən onun bu işindən heyrətlənib dedi: “Bu işin keçmişdəki rəftarınla çox fərqlidir. Məni əhvalatdan xəbərdar et!” Əşəri əhvalatı olduğu kimi ona danışdı. Əbülhəsən o qədər utanmışdı ki, evə qayıtdıqdan sonra pis işləri buraxıb təqvalı olmaq qərarına gəldi və ondan sonra zahid və pak şəxsiyyətlərdən oldu. İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) QEYB ALƏMİ İLƏ ƏLAQƏSİ Bir çox kitablarda İmamın möcüzəli işlərindən rəvayət nəql olunub. Biz burada həmin rəvayətlərdən bir neçəsini qeyd edirik: 1. Cəfər Cürcani deyir: “Həccə getmişdim və imam Həsən Əskərinin (ə) hüzuruna getdim. Dostlarının verdiyi pullar mənim yanımda idi. İmamdan pulları kimə verəcəymi soruşmaq istəyirdim. Hüzuruna getdikdə, mən heç bir söz demədən Həzrət (ə) özü belə buyurdu: “Yanındakı pulları xidmətçi Mübarəkə ver!” Mən pulları ona təhvil verib İmama “Gürgandakı dostlarınız sizə salam söylədi.” – dedim. İmam (ə) belə buyurdu: “Allah onları mükafatlandırsın. Sən Gürgana qayıtdıqdan sonra Allah sənə bir oğlan uşağı əta edəcək. Adını Şərif qoy! O, bizim dostlarımızdan olacaq. Allah-taala bizim dostlarımızdan olan İbrahimə də bir oğlan uşağı əta edəcək. Ona da de ki, oğlunun adın Əhməd qoysun! O da bizim dostlarımızdan olacaq.” Mən İmamla xudahafizləşib getdim və sonralar elə İmamın buyurduğu kimi də oldu. 2. Sünni alimlərindən Şəblənci, Əbu Haşimdən belə nəql edir: “Mən İmamın əshabından dörd nəfərlə birlikdə zindanda idim. Həzrət (ə) bizim yanımıza gəldi. Biz onun ətrafına yığışıb söhbət etməyə başladıq. Bizim aramızda Əli (ə) nəslindən olduğunu deyən bir kişi də var idi. Həzrət ona işarə etdi ki, bayıra çıxsın. O gedəndən sonra İmam (ə) belə buyurdu: “Bu kişi yalan deyir. O, bizdən deyildir. O, xəlifənin casusudur və sizin haqqınızda məlumat hazırlayıb xəlifəyə çatdırmaq üçün paltarında gizlətmişdir.” Biz onu gətirib üstünü axdardıq və İmamın buyurduğu kimi bizim haqqımızda yazılmış məlumatı tapdıq ki, əgər xəlifənin əlinə çatsaydı, hamımızı öldürərdi. Biz həmin kağızı məhv etdik və o gündən etibarən həmişə ehtiyatla hərəkət etməyi qərara aldıq.” 3. İbrahim adlı bir şəxs belə deyir: “Mənimlə qardaşıma xəbər verdilər ki, atamız uzaq bir səfərə gedib lakin ondan heç bir xəbər-ətər yoxdur. Qardaşımla birlikdə Mədinədən İraqa yola düşdük. Mən imam Həsən Əskərinin (ə) yanına gedib ondan kömək almaq istəyirdim. Çünki imamət elmi ilə atamı tapmaq üçün yalnız o həzrət mənə kömək edə bilərdi. Uzaq yoldan gəlib bir müddət o həzrətin qapısının ağzında oturdum. Oraya gəldiyimi İmama xəbər vermək üçün bir nəfərin evdən çıxmasını gözləyirdim. Düşüncəyə dalıb gələcəyimi düşünürdüm ki, elə bu zaman evin qapısı açıldı və Həzrətin xidmətçisi bayıra çıxıb “Mədinədən İmamı görmək üçün gələn İbrahim adlı müsafir sizin hansınızdır?” – deyə soruşdu? Mən sevinə-sevinə yerimdən qalxıb “Buyurun, İbrahim mənəm!“ – dedim. O, mənə baxıb əlindəki kisəni verib dedi: “İmam buyurdu ki, yol xərclərini ödəyəcək pul bu kisədədir. Bunu al yoluna davam et. Çox keçməz ki, atanı taparsan!” Mən təəccüblənərək kisəni aldım və öz-özümə “ Hələ İmamla görüşüb əhvalatı ona danışmamış, necə ola bilər ki, o həzrət (ə) mənim niyyətimdən xəbərdar olsun!” – düşündüm. Xidmətçiyə “Məni Həzrətin hüzuruna apar ki, atamın harada olduğunu desin” – demək istəyirdim ki, birdən İmamın “Yoluna davam et!” – deyə buyurduğu söz yadıma düşdü. Başqa tərəfdən isə sirli bir qüvvə məni Təbəristana doğru çəkir və məhz ora səfər etməyə məcbur edirdi. Mən də Təbəristana tərəf yola düşdüm. Oraya yetişəndən sonra bir müddət gəzdim və nəhayət atamla qarşılaşdım. Ona tərəf qaçıb onu qucaqladım. Atamı tapa bildiyim üçün çox sevinirdim. Mən bütün əhvalatı təfsilatı ilə atam üçün danışdım və ikimiz də başa düşdük ki, İmam bizim gizlin sirlərimizdən xəbərdar imiş. Mənim heyrətim o vaxt artdı ki, İmamın mənə verdiyi puldan təkcə bir dirhəmin qaldığını gördüm; bu da mənə istədiyim yerə çatmaq üçün kifayət idi. 4. İsmayıl adlı bir şəxs isə belə deyir: “İmam Həsən Əskərinin keçəcəyi yolun üstündə oturmuşdum ki, Həzrət oradan keçəndə ondan kömək istəyim. Mən öncədən 200 qızıl sikkə gizlətmişdim ki, gələcəkdə çətinliyə düşəndə xərcləyim. Düşüncəyə dalmışdım, birdən imam Həsən Əskəri (ə) yanımdan keçdi. Ona tərəf qaçıb qabağını kəsib öz yoxsulluğum barədə danışıb and içdim ki, dünya malından heç nəyim yoxdur. Mənim and içməyim Həzrəti narahat etdi. Lakin xidmətçisinə “Yanında nə qədər pul varsa bu kişiyə ver!” – deyə buyurdu. Xidmətçi əlini cibinə salıb bir kisə qızıl çıxardıb mənə verdi. Sonra Həzrət (ə) mənə tərəf dönüb belə buyurdu: “Biz heç kimi öz köməyimizdən məhrum etmərik. Lakin sən yalandan and içdin və Allahı qəzəbləndirdin. Bundan sonra heç vaxt bu işi görmə və Allahın nemətini danma. Həmişə Allaha ümidvar olub sənə verdiyi nemətdən istifadə et! Sən 200 yüz qızıl sikkəni dar gündə işinə yarısın deyə gizlətmisən. Lakin bunu bil ki, möhtac olduğun vaxt onu tapmayacaqsan.” İsmayıl belə davam edir: “İmam (ə) bu sözləri ilə mənə necə yanıldığımı başa saldı və İmamın buyurduğu kimi də oldu. Bir gün həmin sikkələrə ehtiyacım olduqda onları basdırdığım yerə getdim. Lakin oranı qazdıqdan sonra sikkələri yerində görmədim. Sonra aşkar oldu ki, oğlum məndən xəbərsiz sikkələrin hamısını götürüb qaçıb. Demək, İmamın buyurduğu kimi ehtiyacım olanda sikkələri tapa bilmədim. Ondan sonra belə qərara gəldim ki, Allah qarşısında pak və əməli saleh olub pis işlərdən çəkinim. İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) ÖZ SƏHABƏLƏRİNDƏN BİRİNƏ YAZDIĞI MƏKTUB Həzrət (ə) öz əshabına məktublar yazıb göndərirdi. Həmin məktublardan biri Əli ibn Babəveyh Qumiyə yazılmış məktubdur. Bu məktubun bəzi hissələrinin tərcüməsi belədir: “Allaha həmd və sənadan sonra, sənə bizim əshabımızdan deyə tövsiyə edirəm: pərhizkar ol, camaatın səhvlərini bağışla, öz qəzəbinə hakim ol, qohum-əqrəbanı həmişə yoxla, yoxsulların ehtiyaclarını təmin et, dinini düzgün şəkildə qiymətləndir, Quranı öyrən, namaz və ibadətlərində diqqətli ol! Mənim əmrlərimi yerinə yetirmək və şiələrimi onları həyata keçirməyə dəvət etmək sənin borcundur!” İMAM HƏSƏN ƏSKƏRİNİN (ə) ŞƏHADƏTİ İmam (ə) dörd yaşında ikən atası ilə birlikdə Samirraya sürgün edilib xəlifənin əsgərlərinin nəzarət altında saxlanıldı. Buna görə də Əskəri ləqəbi ilə məşhur oldu. Atasının şəhadətindən sonra Abbasi xəlifəsi Mötəmidin əmri ilə həbs olundu. İmamın paklığı bütün məhbusları ona tərəf yönəltmişdi və hamı o həzrətə bağlanmışdı. Xəlifənin məmurları hər gün İmamın vəziyyəti barədə xəlifəyə məlumat verirdi. Nəhayət o həzrət (ə) 260-cı hicri ili rəbiül-əvvəl ayının 8-də şəhid oldu və Samirrada atasının yanında dəfn olundu. Həzrətin şəhadətindən sonra azğın və xəlifənin adamlarından sayılan qardaşı Cəfər Kəzzab mübarək cəsədə namaz qılmaq istəyirdi. Lakin balaca uşaq olan İmamın oğlu irəli gəlib əmisini dala itələdi və özü onun yerində dayanıb atasının cənazəsinə namaz qıldı. İmam Həsən Əskərinin oğlu olan on ikinci imamın (ə) “qısa müddətli qeyb” dövrü elə bu vaxtdan başladı və yalnız xüsusi şiələri onun hüzuruna gəlmək şərəfinə nail ola bilirdi. Lakin Abbasi xəlifələrinin o həzrətin gizləndiyi yeri tapmaq üçün cəhd etdiklərindən sonra onun “uzun müddətli qeyb” dövrü başladı və o həzrətin inqilab və zühur edəcəyi günə kimi gizli qalacaqdır.

İmam Həsən Əskəri (ə) 31.01.2025

İmam Həsən Əskərinin (ə) həyatına qısa bir baxış

İmam Həsən Əskəri (ə) 232-ci hicri-qəməri ilinin Rəbius-sani ayının 8-ci (yaxud 10-cu günü) dünyaya gəlmiş, 260-cı ilin Rəbiul-əvvəl ayının 8-də, 28 yaşında ikən şəhadətə yetmişdir. Atası imam Əliyyən-Nəqi (ə), anası isə Hüdeysdir. (Tarixi mənbələrdə o həzrətin anasının adı Hadisə, Susən, Suleyl və Cəddə kimi də qeyd edilmişdir.) “Əskəri” ləqəbi həm imam Həsən Əskərinin (ə), həm də atası imam Əliyyən-Nəqinin (ə) ləqəbidir. Hər iki imam Samirra şəhərinin “Əskər” adlı məhəlləsində – Abbasi xəlifələrinin ordu düşərgəsində əsgərlər tərəfindən nəzarətdə saxlanıldığı üçün Əskəri (Əskəri) adlandırılmışdır. (Qeyd etmək lazımdır ki, Abbasilər hakimiyyəti imam Əliyyən-nəqinin (ə) elmi, mədəni və siyasi fəaliyyətlərini nəzarətdə saxlamaq üçün, o həzrəti 236-cı hicri-qəməri ilində ailəsi, o cümlədən, oğlu imam Həsən Əskəri (ə) ilə birgə Samirranın “Əskər” məhəlləsinə gətirirlər.) 29 il ömür sürən imam Həsən Əskərinin (ə) həyatını üç qismə bölmək olar: 1. 13 il Mədinədə; 2. İmamətindən öncə 10 il Samirrada; 3. Təqribən, 6 il imamət dövrü (Samirrada). İmam Həsən Əskəri (ə) altı illik imamət dövrünün üç ilini zindanda keçirir. O həzrət və atası imam Əliyyən-Nəqinin (ə) imamət dövrləri Abbasilər hakimiyyətinin qəddarlıq dönəminə təsadüf etdiyindən, imam Əliyyən-Nəqi (ə) qırx bir, imam Həsən Əskəri (ə) isə iyirmi səkkiz yaşında şəhadətə yetirilirlər. Abbasilər hakimiyyətinin amansız təqiblərinə baxmayaraq, imam Həsən Əskəri (ə) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərir. O həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar: 1.–İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək və əsl İslam ideyasını camaata çatdırmaq; 2.–Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq; 3.–Abbasilər hakimiyyətinin son dərəcə nəzarətinə baxmayaraq, gizli siyasi fəaliyyət; 4.–Şiələri, xüsusən də, yaxın dostlarını maliyyə cəhətdən təmin etmək; 5.–Mühüm şiə ünsürlərini çətinliklər qarşısında siyasi baxımdan gücləndirmək; 6.–İmaməti inkar edənləri cəlb etmək və şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan istifadə etmək; 7.–Şiələri öz oğlu on ikinci imamın qeybə çəkilməsi dövrünə hazırlamaq. İmam Həsən Əskərinin (ə) cəmiyyətdə nüfuz və hörmətinin günbəgün artdığından nigaran olan Abbasi xəlifəsi Mötəmid zindanın, təzyiq və işgəncələrin mənfi nəticə verdiyini gördükdə, o həzrəti gizli şəkildə zəhərləyir. O həzrət zəhərləndikdən bir neçə gün sonra, 260-cı h.q. ilinin Rəbiul-əvvəl ayının 8-də şəhadətə yetir. Abbasi xəlifəsi və onun məmurları çox çalışırlar ki, İmamın (ə) vəfatını təbii qələmə versinlər. Amma həqiqət şiələrə aydın olur, o həzrətin şəhadət xəbəri Samirra əhalisinə çatır və Samirra şəhəri matəmə qərq olur. Bütün bazarlar bağlanır və hamı İmamın (ə) dəfn mərasimində iştirak edir… (“İkmalud-din”, c. 1, s. 43; “Məsum imamların həyatı”, “İmam Həsən Əskərinin (ə) həyatı” bölümü, Ustad Mehdi Pişvayi; “Məsum imamların siyasi-ictimai tarixi”, “İmam Həsən Əskərinin (ə) həyatı” bölümü, Ustad Rəsul Cəfəryan.) Rza Şükürlü (Maide.az)

İmam Həsən Əskəri (ə) 31.01.2025

İmam Həsən Əskərinin şiələr üçün vəsiyyət etdiyi həyat nizamnaməsi

İmam Həsən Əskərinin şiələr üçün vəsiyyət etdiyi həyat nizamnaməsi İmam Həsən Əskəri (ə) ömrünün son günlərində şiələrə vəsiyyət edərək, onlara İslami həyat tərzi yaşamaq üçün nizamanmə bəyan etmişdir. İmam Həsən Əskərinin (ə) öz şiələrinə vəsiyyət etdiyi bu həyat nizamnaməsində müsəlman həyatının fərdi və ictimai baxımdan necə olması açıqlanıb. Şiələr ailədə, qonşuluqda, cəmiyyətdə və məzhəblərarası münasibətdə necə rəftar etmələri bəyan edilib. İmam Həsən Əskəri (ə) şiələrə vəsiyyətində buyurur: «أُوصيكُمْ بِتَقْوَى اللّهِ وَ الْوَرَعِ فى دينِكُمْ وَالاجْتَهادِ لِلّهِ وَ صِدْقِ الْحَديثِ وَ أَداءِ الأَمانَةِ إِلى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ فاجِر وَ طُولُ السُّجُودِ وَ حُسْنِ الْجَوارِ. فَبِهذا جاءَ مُحَمَّدٌ(صلى الله عليه وآله وسلم) صَلُّوا فى عَشائِرِهِمْ وَ اشْهَدُوا جَنائِزَهُمْ وَ عُودُوا مَرْضاهُمْ وَ أَدُّوا حُقُوقَهُمْ، فَإِنَّ الرَّجُلَ مِنْكُمْ إِذا وَرَعَ فى دينِهِ وَ صَدَقَ فى حَديثِهِ وَ أَدَّى الاَمانَةَ وَ حَسَّنَ خُلْقَهُ مَعَ النّاسِ قيلَ: هذا شيعِىٌ فَيَسُرُّنى ذلِكَ. إِتَّقُوا اللّهَ وَ كُونُوا زَيْنًا وَ لا تَكُونُوا شَيْنًا، جُرُّوا إِلَيْنا كُلَّ مَوَدَّة وَ ادْفَعُوا عَنّا كُلَّ قَبيح، فَإِنَّهُ ما قيلَ فينا مِنْ حَسَن فَنَحْنُ أَهْلُهُ وَ ما قيلَ فينا مِنْ سُوء فَما نَحْنُ كَذلِكَ لَناحَقٌّ فى كِتابِ اللّهِ وَ قَرابَةٌ مِنْ رَسُولِ اللّهِ وَ تَطْهيرٌ مِنَ اللّهِ لا يَدَّعيهِ أَحَدٌ غَيْرُنا إِلاّ كَذّابٌ. أَكْثِرُوا ذِكْرَ اللّهِ وَ ذِكْرَ الْمَوْتِ وَ تِلاوَةَ الْقُرانِ وَ الصَّلاةَ عَلَى النَّبِىِّ (ص) فَإِنَّ الصَّلاةَ عَلى رَسُولِ اللّهِ عَشْرُ حَسَنات، إِحْفَظُوا ما وَصَّيْتُكُمْ بِهِ وَ أَسْتَوْدِعُكُمُ اللّهَ وَ أَقْرَأُ عَلَيْكُمْ السَّلامَ». 1). “Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun”. Quran baxımından insanların bir-birindən təkcə üstün cəhəti təqvalı olmalarıdır – (Hücurat/13). Quran-Kərim buyurur: “Allah yanında ən sevimli məqam təqvalı olmaqdır”. (Ali-İmran,76; Tövbə, 4 və 7). Quran-Kərim ayələrinə görə “təqva” həm günahdan qorunmağa, həm dünyada Allahdan, günaha düşməmək üçün kömək diləməyə və həm də axirətdə dünyada səhvən etdiyi günahların əzabına düçar olmamağı istəməyə deyilir. (Bəqərə, 201). Qurani-Kərim “təqva”lı insan üçün aşağıdakı xüsusiyyətləri də sayıb: Yalan və nahaqq və dəqiq bilmədiyini danışmır – (Nisa, 9). Kafir və münafiqlərə aldanıb onlara itaət etmir – (Əhzab,1). Təqvalı insan ictimai hüquqları qoruyur, digərlərinin hüquqlarını pozmur, digərlərini aldatmır – (Bəqərə, 119; Mütəffifin, 1). Məsumlardan (ə) nəql olunan hədislərdə “təqva” əxlaqın rəisi sayılır. Çünki İlahidən qorxu olduqda və Onun hər bir zaman insanın işlərini gördüyünü bildikdə, insan çalışır ki, Allahın xoşuna gələn işləri görsün və Onu qəzəbləndirən işlərdən çəkinsin. Bununla da bütün yaxşı rəftarlar İlahi Təqvadan doğur. İmam Əli (ə) buyurur: “Təqvanın dörd əlaməti var: Allahdan qorxmaq, Qurana əməl etmək, aza qane olmaq və axirət səfəri üçün azuqə hazırlamaq”. İmam Sadiq (ə) təqvanın nə olduğu barədə buyurur: “Allah əmr etdiyi və istədyi yerlərdə görünəsən və nəhy (qadağan) etdiyi yerlərdə olmayasan”. 2). “Haramlardan çəkinin (vərə`niz olsun)”. İmam Sadiq (ə) buyurur: “Dininizi haramlardan çəkinməklə qoruyun ki, haramdan uzaq olmaq dinin ən yuxarı dərəcəsidir”. 3). “Allah yolunda çalışın”. İmam Sadiq (ə) buyurur: “Səfillikdən (dünya malı üçün başqalarına boyun əymək, zəlil olmaq, alçalmaq) uzaq olun ki, Əlinin (ə) şiəsi o kəsdir ki, qarnı və cinsi üzvləri iffətlidir, özü isə (dünyası və axirəti üçün) çox çalışandır”. İmam Sadiq (ə) başqa hədisdə buyurur: “Cavan, sağlam, güclü, təravətli olduğun zaman və şad və boş vaxtlarında axirət üçün çalışmağı unutma”. 4). “Sədaqətli olun, Doğru danışın və Xəyanət etməyin”. Sizə inanıb etibar edənin kafir, facir ya müsəlman olduğuna fərq qoymadan əmanəti sahibinə qaytarın. Allah-Taala Quran-Kərimdə xainləri sevmədiyini bildirir – (Ənfal, 58). 5). “Çox rüku və səcdə edin, rükü və səcdədə çox qalın. Rüku və səcdəni uzatsanız İblis fəryad edəcək ki, vay olsun mənə, bu kişi itaət etdi, mən üsyan etdim, bu kişi səcdə etdi, mən təkəbbür etdim”. 6). “Qonşularınızla (din, məzhəb və millətindən asılı olmayaraq) yaxşı davranın”. 7). “Müsəlman qardaşlarınızla aranızda vəhdəti qoruyun, sülamiz yaşayın”. Bu Həzrət Məhəmmədin (s) gətirdiyi dindir ki, sizinlə yaşayan əhli-sünnə və digərlərini yoxlayın, cənazələrinin dəfnində hazır olun, xəstələrini ziyarət edin, onların hüquqlarını riayət edin, haqlarını əda edin. İmam Həsən Əskəri (ə) başqa bir vəhdət yönlü kəlamında buyurur: قبری أمان لاهل الجانبین “Mənim qəbrim hər iki tərəf (şiə və sünni) üçün pənahgahdır, təhlükəsizlik yeridir”. İmam Həsən Əskəri (ə) hədisin davamında buyurur: “Sizdən biriniz bu deyilənlərə əməl edib, camaatla gözəl rəftar edərsə, deyəcəklər bu kişi şiədir! Bu söz Bizi (Əhl-Beyt) sevindirəcək. Allahdan qorxun və bizə zinət və yaraşıq olun. Bizə utanc gətirməyin. Bizi (öz əməlləriniz və gözəl əxlaqınızla) insanlara sevdirin). Onları (öz pis əməllərinizlə) bizə düşmən etməyin. Bizim üçün insanların dostluğunu qazanın. Yaxşılıqları bizə tərəf çəkin, pislikləri bizdən uzaqlaşdırın. Bizim haqqımızda deyilən bütün gözəlliklər bizdə var. Haqqımızda deyilən bütün pisliklərdən uzağıq. Həmd olsun aləmlərin Rəbbinə! Bizim üçün Allah kitabında haqq vardır və Allah Rəsulunun (s) yaxınlarıyıq. Bizim paklığımız Allah tərəfindəndir. Bunu bizdən başqa hər kəs iddia etsə yalançıdır. Allahı çox zikr edin, ölüm həmişə yadınızda olsun. Quran çox oxuyun. Peyğəmbərə (s) çox salavat deyin. Həqiqətən də Peyğəmbərə (s) salavat deməkdə on gözəllik var. Vəsiyyətimi yadda saxlayın. Sizi Allah əmanət edir və sizə salam deyirəm”. Əllamə Məclisi, “Biharul-Ənvar”, c.75, s.372, bab.29. @mirmehemmed_beshir

İmam Həsən Əskəri (ə) 31.01.2025

On birinci İmamımız Həzrət Həsən Əsgəri (ə) hicrətin 232-ci ilində anadan olmuşdur

On birinci İmamımız Həzrət Həsən Əsgəri (ə) hicrətin 232-ci ilində anadan olmuşdur Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (ə), anası isə Hüdeysə (bəzi mənbələrdə Süsən) adlı təqvalı bir xanım idi (hansı ki, bu təqvalı xanım oğlunun şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə Əhlibeytsevərlərin pənahgahı-na çevrilmişdi). O Həzrətin digər məşhur ləqəblərindən Nəqi, Zəki, künyəsi isə Əbu Məhəmməd olmuşdur. İmam 22 yaşında ikən imamətə yetişmiş, 28 yaşında isə şəhid olmuşdur.   Siyasi-ictimai vəziyyət   Abbasi xəlifələri İmamlara qarşı əllərindən gələn bütün təzyiqləri həyata keçirirdilər və bu İmam Cavad (ə), İmam Əliyyən-Nəqi (ə) və İmam Həsən Əsgərinin (ə) Samirrada olduğu dövrdə özünün son həd-dinə çatır. Beləliklə hər üç İmam cavan yaşlarında ikən şəhadət şərbətini içirlər: İmam Cavad (ə) 25, İmam Əliyyən-Nəqi (ə) 41, İmam Həsən Əsgəri (ə) isə 28 yaşında. Lakin İmam Həsən Əsgəriyə (ə) özündən qa-baqkı iki İmamdan daha çox təzyiq olunub. Bunun isə iki səbəbi var: – İmam Həsən Əsgərinin dövründə Əhlibeytsevərlər İraqda böyük bir qüdrətə sahib idilər. – Abbasilər sülaləsi və onların davamçıları bir çox rəvayətlərə əsasən bilirdilər ki, bütün azğın höku-mətləri tar-mar edəcək vəd edilmiş Mehdi (əc) İmam Həsən Əsgərinin (ə) nəslindən olacaq. Buna görə də, daim İmam Həsən Əsgərini (ə) təqib edirdilər ki, oğlunu ələ keçirib öldürsünlər. Qeybi məlumatlardan geniş şəkildə istifadə Məlumdur ki, İmamlar Allahla əlaqədə olmaları sayəsində qeybi məlumatlardan bəhrələnmiş, İsla-mın əsası, yaxud ümmətin ali məsləhətləri təhlükə ilə üzləşdiyi zaman bu məlumatlardan bir növ hidayət va-sitəsi kimi istifadə etmişlər. İmam Həsən Əsgərinin (ə) həyatı ilə tanışlıqda isə məlum olur ki, digər İmam-lara nisbətən qeybi məlumatlardan daha çox bəhrələnib. Səbəbi İmam Həsən Əsgəri (ə) və atası İmam Əliy-yən-Nəqinin (ə) düşdüyü vəziyyətin çətinliyi olmuşdur. Çünki Əliyyən-Nəqi (ə) məcburi şəkildə Samirraya köçdükdən sonra daim ciddi nəzarət altında idi və oğlu Həsən Əsgərini (ə) özündən sonrakı İmam kimi ta-nıtdırmağa fürsət tapmamışdı. Digər tərəfdən də, həmin işi həyata keçirmək onu hökumət qarşısında ciddi təhlükə ilə üzləşdirirdi. Məhz buna görə də, Həsən Əsgərini (ə) sonrakı İmam kimi tanıtdırıb onun üçün be-yət almaq məsələsi Əliyyən-Nəqinin (ə) ömrünün son aylarında həll olunmuşdu. Bəzi tarixçilərin fikrincə, müxtəlif dairələrdə Həsən Əsgərinin deyil, qardaşı Məhəmməd ibn Əlinin elə atasının dövründə İmam olma-sına əsassız meyl vardı. Ancaq Əliyyən-Nəqi (ə) bu fikrə qarşı mübarizə aparır və onlarda oğlu Həsən Əsgə-rinin (ə) İmamlığına dair inam yaratmağa çalışırdı. İmam Nəqinin şəhadətindən sonra da İbn Mahəviyyə ki-mi bəzi xainlər bu əqidəni bayraq edərək camaatı Həsən Əsgərinin İmam olması fikrindən yayındırırdılar. Buna görə bəziləri İmamı yoxlamaq fikrinə düşür, digərləri isə bu barədə Onunla məktublaşırdılar. Şəkk-şübhələr o dərəcəyə çatmışdı ki, İmam Həsən Əsgəri (ə) bu barədə şiələrə yazdığı cavabda ürək ağrısı ilə bu-yururdu: “Ata-babalarımdan heç birinin İmaməti şiələrin mənim İmamətim məsələsində şəkk etdikləri kimi şəkkə düçar olmamışdır.” İmam bu şəkk-şübhələri aradan qaldırmaq, eləcə də, öz dostlarını təhlükədən qurtarmaq, arxayınlaş-dırmaq və azğınları düz yola yönəltmək məqsədilə məcbur olurdu ki, həqiqət üzərindən pərdələri kənara çə-kib qeyb aləmindən xəbər versin. Əbu Haşim Cəfəri deyir: “Hər dəfə Həsən Əsgərinin (ə) yanına gedəndə onda İmamətə dair yeni bir nişanə müşahidə edirdim”. İmam əleyhissəlamın bu sahədəki mövqeyi məlum olduqdan sonra Həzrətin gələcək hadisələr barədə qabaqcadan verdiyi məlumatların bir neçəsini oxucuların nəzərinə çatdırırıq: İmam Həsən Əsgərinin (ə) ən yaxın və səmimi dostlarından olan Məhəmməd ibn Əli Səməri deyir: “İmam Əsgəri (ə) bir məktub vasitəsilə mənə bildirdi ki, sizə bir bəla üz verəcək. Özünüzü gözləyin!” Üç gündən sonra Bəni Haşim qəbiləsi arasında ixtilaf yarandı. İmama məktub yazdım ki, dediyiniz bəla budur-mu? İmam cavab yazdı ki, xeyr, bu, o deyil, özünüzü gözləyin! Bir neçə gündən sonra isə xəlifə Mötəzz öl-dürüldü.” Əbu Haşim Cəfəri yazır: “Mən zindanda idim. Vəziyyətimin ağırlığından İmam Həsən Əsgəriyə (ə) şikayət etdim. İmam məktubla bildirdi ki, bu gün günorta namazını öz evində qılacaqsan. Çox çəkmədi ki, zindandan azad olub namazı öz evimdə qıldım. Məhəmməd ibn Əyyaş deyir: “Bir neçə nəfər yığışıb İmam Həsən Əskərinin (ə) fəzilətləri barədə söhbət edirdik. Bir nəfər nasibi (Əhli-beytin düşmənlərindən) dedi: “Mən ona mürəkkəbsiz bir məktub yaza-cağam. Əgər məktubuma cavab yazsa, onun haqq olduğunu qəbul edərəm.” Hərə öz məsələləri barədə yazdı, nasibi də bir vərəq üzərinə mürəkkəbsiz nə isə yazıb İmama göndərdi. İmam Əsgəri (ə) cavablarımızı gön-dərdi, nasibinin məktubunun üzərinə isə onun özünün və atasının adını yazdı. Nasibi bunu gördükdə huşunu itirdi. Sonra İmamın haqq olduğunu qəbul edib şiələrə qoşuldu.

İmam Həsən Əskəri (ə) 31.01.2025

İmam Həsən Əsgəri (ə)-ın Namazı və duası

 Dörd rükətdir, birinci rükətdə “Həmd”dən sonra on beş dəfə “Zəlzələ” surəsi, ikinci rükətdə isə “Həmd”dən sonra on beş dəfə “İxlas” surəsi oxunur. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِأَنَّ لَكَ الْحَمْدَ لا إِلَهَ إِلا أَنْتَ الْبَدِي‏ءُ قَبْلَ كُلِّ شَيْ‏ءٍ وَ أَنْتَ الْحَيُّ الْقَيُّومُ وَ لا إِلَهَ إِلا أَنْتَ الَّذِي لا يُذِلُّكَ شَيْ‏ءٌ وَ أَنْتَ كُلَّ يَوْمٍ فِي شَأْنٍ لا إِلَهَ إِلا أَنْتَ خَالِقُ مَا يُرَى وَ مَا لا يُرَى الْعَالِمُ بِكُلِّ شَيْ‏ءٍ بِغَيْرِ تَعْلِيمٍ أَسْأَلُكَ بِآلائِكَ وَ نَعْمَائِكَ بِأَنَّكَ اللَّهُ الرَّبُّ الْوَاحِدُ لا إِلَهَ إِلا أَنْتَ الرَّحْمَنُ الرَّحِيمُ وَ أَسْأَلُكَ بِأَنَّكَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ الْوِتْرُ الْفَرْدُ الْأَحَدُ الصَّمَدُ الَّذِي لَمْ يَلِدْ وَ لَمْ يُولَدْ وَ لَمْ يَكُنْ لَهُ كُفُوا أَحَدٌ وَ أَسْأَلُكَ بِأَنَّكَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ اللَّطِيفُ الْخَبِيرُ الْقَائِمُ عَلَى كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ الرَّقِيبُ الْحَفِيظُ وَ أَسْأَلُكَ بِأَنَّكَ اللَّهُ الْأَوَّلُ قَبْلَ كُلِّ شَيْ‏ءٍ وَ الْآخِرُ بَعْدَ كُلِّ شَيْ‏ءٍ وَ الْبَاطِنُ دُونَ كُلِّ شَيْ‏ءٍ الضَّارُّ النَّافِعُ الْحَكِيمُ الْعَلِيمُ وَ أَسْأَلُكَ بِأَنَّكَ أَنْتَ اللَّهُ لا إِلَهَ إِلا أَنْتَ الْحَيُّ الْقَيُّومُ الْبَاعِثُ الْوَارِثُ الْحَنَّانُ الْمَنَّانُ بَدِيعُ السَّمَاوَاتِ وَ الْأَرْضِ ذُو الْجَلالِ وَ الْإِكْرَامِ وَ ذُو الطَّوْلِ وَ ذُو الْعِزَّةِ وَ ذُو السُّلْطَانِ لا إِلَهَ إِلا أَنْتَ أَحَطْتَ بِكُلِّ شَيْ‏ءٍ عِلْما وَ أَحْصَيْتَ كُلَّ شَيْ‏ءٍ عَدَدا صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ  Əllahummə inni əs`əlukə biənnə ləkəl həmdə la ilahə illa əntəl bədiu qəblə kulli şəyy, və əntəl həyyul qəyyum, və la ilahə illa əntəlləzi la yuzillukə şəyy, və əntə kullə yəvmin fi şə`n, la ilahə illa əntə xaliqu ma yura və ma la yura, əl alimu bikulli şəy`in biğəyri tə`lim, əs`əlukə bialaikə və nə`maikə biənnəkəllahur rəbbul vahid, la ilahə illa əntər rəhmanur rəhim, və əs`əlukə biənnəkə əntəllahu la ilahə illa əntəl vitrul fərdul əhədus səmədulləzi ləm yəlid və ləm yuləd, və ləm yəkun ləhu kufu-vən əhəd, və əs`əlukə biənnə-kəllahu la ilahə illa əntəl lətiful xəbirul qaimu əla kulli nəfsin bima kəsəbət, ər rəqibul həfiz, və əs`əlukə biənnəkəllahul əvvəlu qəblə kulli şəy`in vəl axiru bə`də kulli şəyy, vəl batinu dunə kulli şəyy, əz zarrun nafiul həkimul əlim, və əs`əlukə biənnəkə əntəllahu la ilahə illa əntəl həyyul qəyyu-mul baisul varisul hənnanul mənnan, bədius səmavati vəl ərz, zul cəlali vəl ikram, və zut təvli və zul izzəti və zus sultan, la ilahə illa əntə əhəttə bikulli şəy`in ilma, və əhsəytə kullə şəy`in ədəda, səlli əla Muhəm-mədin və ali Muhəmməd.  İlahi, Səndən istəyirəm və bilirəm ki, həmd-səna Sənə məxsusdur, Səndən başqa məbud yoxdur, hər bir varlıqdan qabaq olan və əbədi diri Sənsən. Səndən başqa məbud yoxdur. Heç bir şeyin xar edə bilmədiyi Sənsən və Sən hər gün bir işdəsən. Səndən başqa məbud yoxdur. Görünən və görünməyən hər bir şeyin xaliqi Sənsən və Sən təlimsiz bütün varlıqlara alimsən. Səndən zahiri və batini nemətlərinə xatir istəyirəm, çünki bir olan Allah və yeganə Rəbb Sənsən və Səndən başqa məbud yoxdur. Bağışlayan və mehribansan. Səndən istəyirəm, çünki Səndən başqa məbud yoxdur, birsən, yeganəsən, doğub-doğulmayan və tayın-bərabərin olmayan ehtiyacsızsan. Səndən istəyirəm, çünki Səndən başqa məbud yoxdur, Sən məxluqatın sirlərindən agah və xəbərdarsan, hər bir şəxsi qazandıqları ilə birgə qoruyansan, gözləyən və hifz edənsən. Səndən istəyirəm, çünki hər şeydən əvvəl və hər şeydən sonrakı sonuncu olan Allah Sənsən və Sən hər şeyin daxilində gizlisən. Zərər və xeyir Sənin əlindədir. Sən hikmət sahibi və alimsən. Səndən istəyirəm, çünki Səndən başqa məbud yoxdur, Sən diri, əbədi, ölüləri dirildən, bütün məxluqatın varisi, mehriban, nemət bağışlayan, göylərin və yerin xaliqi, calal və kərəm sahibi, lütf və ehsan sahibi, izzət və səltənət sahibisən. Səndən başqa məbud yoxdur. Sənin elmin hər bir şeyi əhatə edib və hər bir şeyin sayıbsan. Məhəmməd və Ali-Məhəmmədə salam yetir!

İmam Həsən Əskəri (ə) 31.01.2025

“Pisliklərin hamısı bir evdə yerləşdirilmişdir, o evin açarı isə yalandır.”

İmam Həsən Əskəri əleyhissalam buyurur: جعلت الخبائث فی بیت و الکذب مفاتیحها “Pisliklərin hamısı bir evdə yerləşdirilmişdir, o evin açarı isə yalandır.” Nəzhətun-nazir və tənbihul-xəvatir 145-ci səhifə . Düzlük və doğruluq nə qədər dəyərlidirsə, yalan da bir o qədər pis və çirkindir. Yalan, insanları aldatmaqdır, yalançını camaatla düşmən edir, cəmiyyətdə onun etibarını azaldır, ictimai rabitəsini süstləşdirir, riyakarlığa səbəb olur. Yalan o qədər pisdir ki, hətta yalançı da onun cəmiyyət içində yalançı kimi tanınmasını istəmir, ona görə də danışdığı sözün yalan olduğu camaat tərəfindən başa düşüləndə öz yalanını ört-basdır etmək üçün başqa bir yalana əl atır. Bundan əlavə düz sözlərin içinə yalan qarışanda da həmin sözlər öz dəyərini itirir. Bir çox adamların çıxış, xütbə, moizə və nəsihətlərinin insanların qəlbinə girə bilməməsi məhz bu səbəbdəndir. Yalan, murdar və nəcisə bənzədilmişdir. Təsəvvür edin, evdə bir qazan süd var, ana həmin südün bir az soyumasını gözləyir ki, evdəkilər o süddən içsinlər, elə bu zaman o qazanın içinə bir damcı nəcis düşür. Beləliklə həmin südün hamısı atılmalı olur. Şəxs moizə edir, moizəsini “bəzəkli və maraqlı” etmək üçün yalan hadisələrdən və uydurulmuş yuxulardan danışır. Bununla da moizəsini nəcis edir və ona qulaq asan insanların heç birinin qəlbi o nəcisi həzm etməyə razı olmur. Dostlarla və ya iş yoldaşları ilə görüşə gecikir, gecikdiyini boynuna alaraq onlardan üzür istəmək əvəzinə yalan danışmaq ilə özünü haqlı çıxarmağa çalışır, “tıxacda qalmışdım” , “yol polisi saxlamışdı” və ilaxır yalanlar danışır. Pisliklər evinin açarlarından birinin yalan olduğu ona görədir ki, insanlar öz səhv və xatalarını yozmaq və günahkar olduqları halda özlərini haqlı çıxarmaq üçün yalan danışmaqla camaata kələk gəlir və onları aldadırlar. Mağazada pis malı satmaq üçün onu yalan ilə tərifləyirlər, yalan sözlərlə camaata ürək yandırdıqlarını iddia edirlər. İnsanar müxtəlif yerlərdə özlərini haqlı və dürüst çıxarmaq üçün o qədər “yalan”dan istifadə edirlər ki, öz həyatlarını yalansız təsəvvür edə bilmirlər, “yalansız həyamı olar?” deyirlər. Unutmayaq ki, belə iddia ilə çıxış edən insanlar ilk öncə sevimli Peyğəmbərimizə (s), məsum İmamlara (ə) və kamil insanlara şər atmış olur. Bəli, yalansız həyat mümkündür, özü də nəinki mümkündür, elə əsil təmiz, saf, şirin, xoşbəxt və şən həyat yalnız doğruluq və dürüstlüklədir. RZA ƏZİZOĞLU İRƏVANİ

İmam Həsən Əskəri (ə) 31.01.2025

İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi

İmam Həsən Əsgəri (ə) ümmətin himayəsiçisi kimi daima insanların işindəki düyünləri açardı. Fərq etmir ki, Allahın hüccəti hansı zamanda yaşayır. İstər açıq fəzada olsun, istərsə də bağlı. İmam Həsən Əsgəri (ə) 234-cü qəməri ilində əziz atası İmam Hadi (ə) ilə bir yerdə Samirrada yaşayırdı. Çox çətin bir zamanda idilər. Lakin bu çətinliklər onların insanları hidayət etməsinə mane olmurdu. (Tebyan) İmam Həsən Əsgəri (ə) 6 il imamətlik edir. Bu illərin birində Samirrada möhkəm qıtlıq olur. O dövrün xəlifəsi olan Mötəmid Abbasi əmr edir ki, insanlar yağış istəmək üçün namaz qılsınlar. İnsanlar üç gün dalbadal namaz qılmaq üçün namaz yerinə getdilər. Əllərini dua üçün açdılar, ancaq yağış yağmadı. Dördüncü günü xristianların böyük yepiskopu Casliq xristianlarla bir yerdə səhraya gedir. Keşişlərdən biri nə zaman əlini göyə qaldırsa, iri damçılı yağış yağardı. Bu dəfə də bu cür oldu. Onun etdiyi dua nətincəsində çoxlu yağış yağdı. Bu mövzu müsəlmanların şəkkə düşməsinə səbəb oldu. Hətta bəziləri xristian olmağa meyl etdilər. Bu mövzunu eşidən xəlifə, İmam Həsən Əsgərinin (ə) sorağına getdi. İmam (ə) zindanda idi. Olanları İmama (ə) danışdı. İmam buyurdu: “Sabah gələcəyəm və Allaha ümid edərək insanların bu şəkkini aradan qaldıracağam”. Sabah olan zaman insanlar gəldilər və həmin keşiş də gəldi. Əllərini qaldırıb dua edən zaman İmam (ə) xidmətçilərdən birinə buyurdu: “Keşişin sağ əlindən tut və bax gör barmaqlarının arasında nə var?”. Onun əlindən qara bir sümük aldılar. İmam (ə) keşişə xitab edib buyurdu: “İndi dua et və Allahdan yağış istə”. Səma yağış yağmağa hazır olan zaman onun duası ilə açılır və yağışdan xəbər olmur. Xəlifə İmamdan (ə) soruşur: “Ey Əba Muhəmməd! Bu sümük nədir?”. İmam (ə) buyurur: “Bu keşiş peyğəmbərlərin (ə) birinin qəbrinin yanından keçən zaman onun bədəninə aid olan bu sümüyü tapır. Elə bir peyğəmbərin sümüyü yoxdur ki, zahir olsun, məgər o halda ki, göydən yağış yağsın”. /Deyerler.org/

İmam Həsən Əskəri (ə) 31.01.2025

Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış

On birinci İmamımız Həzrət Həsən Əsgəri (ə) hicrətin 232-ci ilində anadan olmuşdur Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (ə), anası isə Hüdeysə (bəzi mənbələrdə Süsən) adlı təqvalı bir xanım idi (hansı ki, bu təqvalı xanım oğlunun şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə Əhlibeytsevərlərin pənahgahı-na çevrilmişdi). O Həzrətin digər məşhur ləqəblərindən Nəqi, Zəki, künyəsi isə Əbu Məhəmməd olmuşdur. İmam 22 yaşında ikən imamətə yetişmiş, 28 yaşında isə şəhid olmuşdur. Siyasi-ictimai vəziyyət Abbasi xəlifələri İmamlara qarşı əllərindən gələn bütün təzyiqləri həyata keçirirdilər və bu İmam Cavad (ə), İmam Əliyyən-Nəqi (ə) və İmam Həsən Əsgərinin (ə) Samirrada olduğu dövrdə özünün son həd-dinə çatır. Beləliklə hər üç İmam cavan yaşlarında ikən şəhadət şərbətini içirlər: İmam Cavad (ə) 25, İmam Əliyyən-Nəqi (ə) 41, İmam Həsən Əsgəri (ə) isə 28 yaşında. Lakin İmam Həsən Əsgəriyə (ə) özündən qa-baqkı iki İmamdan daha çox təzyiq olunub. Bunun isə iki səbəbi var: – İmam Həsən Əsgərinin dövründə Əhlibeytsevərlər İraqda böyük bir qüdrətə sahib idilər. – Abbasilər sülaləsi və onların davamçıları bir çox rəvayətlərə əsasən bilirdilər ki, bütün azğın höku-mətləri tar-mar edəcək vəd edilmiş Mehdi (əc) İmam Həsən Əsgərinin (ə) nəslindən olacaq. Buna görə də, daim İmam Həsən Əsgərini (ə) təqib edirdilər ki, oğlunu ələ keçirib öldürsünlər. Qeybi məlumatlardan geniş şəkildə istifadə Məlumdur ki, İmamlar Allahla əlaqədə olmaları sayəsində qeybi məlumatlardan bəhrələnmiş, İsla-mın əsası, yaxud ümmətin ali məsləhətləri təhlükə ilə üzləşdiyi zaman bu məlumatlardan bir növ hidayət va-sitəsi kimi istifadə etmişlər. İmam Həsən Əsgərinin (ə) həyatı ilə tanışlıqda isə məlum olur ki, digər İmam-lara nisbətən qeybi məlumatlardan daha çox bəhrələnib. Səbəbi İmam Həsən Əsgəri (ə) və atası İmam Əliy-yən-Nəqinin (ə) düşdüyü vəziyyətin çətinliyi olmuşdur. Çünki Əliyyən-Nəqi (ə) məcburi şəkildə Samirraya köçdükdən sonra daim ciddi nəzarət altında idi və oğlu Həsən Əsgərini (ə) özündən sonrakı İmam kimi ta-nıtdırmağa fürsət tapmamışdı. Digər tərəfdən də, həmin işi həyata keçirmək onu hökumət qarşısında ciddi təhlükə ilə üzləşdirirdi. Məhz buna görə də, Həsən Əsgərini (ə) sonrakı İmam kimi tanıtdırıb onun üçün be-yət almaq məsələsi Əliyyən-Nəqinin (ə) ömrünün son aylarında həll olunmuşdu. Bəzi tarixçilərin fikrincə, müxtəlif dairələrdə Həsən Əsgərinin deyil, qardaşı Məhəmməd ibn Əlinin elə atasının dövründə İmam olma-sına əsassız meyl vardı. Ancaq Əliyyən-Nəqi (ə) bu fikrə qarşı mübarizə aparır və onlarda oğlu Həsən Əsgə-rinin (ə) İmamlığına dair inam yaratmağa çalışırdı. İmam Nəqinin şəhadətindən sonra da İbn Mahəviyyə ki-mi bəzi xainlər bu əqidəni bayraq edərək camaatı Həsən Əsgərinin İmam olması fikrindən yayındırırdılar. Buna görə bəziləri İmamı yoxlamaq fikrinə düşür, digərləri isə bu barədə Onunla məktublaşırdılar. Şəkk-şübhələr o dərəcəyə çatmışdı ki, İmam Həsən Əsgəri (ə) bu barədə şiələrə yazdığı cavabda ürək ağrısı ilə bu-yururdu: “Ata-babalarımdan heç birinin İmaməti şiələrin mənim İmamətim məsələsində şəkk etdikləri kimi şəkkə düçar olmamışdır.” İmam bu şəkk-şübhələri aradan qaldırmaq, eləcə də, öz dostlarını təhlükədən qurtarmaq, arxayınlaş-dırmaq və azğınları düz yola yönəltmək məqsədilə məcbur olurdu ki, həqiqət üzərindən pərdələri kənara çə-kib qeyb aləmindən xəbər versin. Əbu Haşim Cəfəri deyir: “Hər dəfə Həsən Əsgərinin (ə) yanına gedəndə onda İmamətə dair yeni bir nişanə müşahidə edirdim”. İmam əleyhissəlamın bu sahədəki mövqeyi məlum olduqdan sonra Həzrətin gələcək hadisələr barədə qabaqcadan verdiyi məlumatların bir neçəsini oxucuların nəzərinə çatdırırıq: İmam Həsən Əsgərinin (ə) ən yaxın və səmimi dostlarından olan Məhəmməd ibn Əli Səməri deyir: “İmam Əsgəri (ə) bir məktub vasitəsilə mənə bildirdi ki, sizə bir bəla üz verəcək. Özünüzü gözləyin!” Üç gündən sonra Bəni Haşim qəbiləsi arasında ixtilaf yarandı. İmama məktub yazdım ki, dediyiniz bəla budur-mu? İmam cavab yazdı ki, xeyr, bu, o deyil, özünüzü gözləyin! Bir neçə gündən sonra isə xəlifə Mötəzz öl-dürüldü.” Əbu Haşim Cəfəri yazır: “Mən zindanda idim. Vəziyyətimin ağırlığından İmam Həsən Əsgəriyə (ə) şikayət etdim. İmam məktubla bildirdi ki, bu gün günorta namazını öz evində qılacaqsan. Çox çəkmədi ki, zindandan azad olub namazı öz evimdə qıldım. Məhəmməd ibn Əyyaş deyir: “Bir neçə nəfər yığışıb İmam Həsən Əskərinin (ə) fəzilətləri barədə söhbət edirdik. Bir nəfər nasibi (Əhli-beytin düşmənlərindən) dedi: “Mən ona mürəkkəbsiz bir məktub yaza-cağam. Əgər məktubuma cavab yazsa, onun haqq olduğunu qəbul edərəm.” Hərə öz məsələləri barədə yazdı, nasibi də bir vərəq üzərinə mürəkkəbsiz nə isə yazıb İmama göndərdi. İmam Əsgəri (ə) cavablarımızı gön-dərdi, nasibinin məktubunun üzərinə isə onun özünün və atasının adını yazdı. Nasibi bunu gördükdə huşunu itirdi. Sonra İmamın haqq olduğunu qəbul edib şiələrə qoşuldu.

İmam Həsən Əskəri (ə) 31.01.2025

İmam Həsən Əskərinin (ə) yeddicəhətli fəaliyyəti

İmam Həsən Əskərinin (ə) yeddicəhətli fəaliyyəti Şiələri, oğlu on ikinci İmamın qeybə çəkilməsi dövrünə hazırlamaq. Abbasilər hökumətinin amansız təqibinə, bu qədər əzab-əziyyətlərinə baxmayaraq İmam Həsən Əskəri (əleyhissəlam) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərmişdir. O Həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar: 1)–İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək və əsl İslam ideyasını camaata çatdırmaq; 2)–Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq; 3)–Abbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq gizli siyasi fəaliyyət; 4)–Şiələri, xüsusən də, yaxın dostlarını maliyyə cəhətdən təmin etmək; 5)–Mühüm şiələri problemlər qarşısında siyasi baxımdan qüvvətləndirmək; 6)–İmaməti inkar edənləri cəlb etmək və şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan geniş istifadə etmək; 7)–Şiələri, oğlu on ikinci İmamın qeybə çəkilməsi dövrünə hazırlamaq.

İmam Həsən Əskəri (ə) 30.01.2025

İmam Həsən Әsgərinin (ə) şəhadəti günü

Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə 28 il yaşamışdır. Şiələrin on birinci İmamı Həzrət Həsən Əskəri (əleyhissəlam) hicrətin 232-ci ilində anadan olmuşdur. (Üsuli-kafi, c.1, səh.503.) Atası onuncu İmam Həzrət Əliyyən-Nəqi (əleyhissəlam), anası isə Hüdeysə adlı təqvalı bir qadın olmuşdur. (Əl-İrşad, səh.335.) Bəzi tarixçilər onun adını Süsən qeyd etmişlər. (Üsuli-kafi, c.1, səh.503.) Bu qadın təqvalı və İslam baxışına malik bir qadın olmuşdur. Onun fəzilətinə gəldikdə isə bunu demək kifayət edər ki, o, İmam Həsən Əskəri əleyhissəlamın şəhadətindən sonra o cür böhranlı bir vəziyyətdə şiələrin pənahgahına çevrilmişdi. (Əl-ənvarül-bəhiyyə, səh.151.) İmam Həsən Əskəri (əleyhissəlam) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. (İləlüş-şərayi, c.1, səh.230.) O Həzrətin digər məşhur ləqəblərindən biri Nəqi, başqa birisi Zəki, (Dəlailül-imamət, səh.223.) künyəsi isə Əbu Məhəmməd olmuşdur. O Həzrət 22 yaşında ikən atası şəhadətə yetişmişdi. Altı il şiələrin İmamı olmuş, ümumilikdə isə 28 il yaşamışdır. Hicrətin 260-cı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur. (Əl-İrşad, səh.345.)

İmam Həsən Əskəri (ə) 30.01.2025

İmam Həsən Әsgərinin (ə) şəhadəti günü

HƏYATI “Ata-babalarımdan heç birinin imaməti mənim imamətim kimi şiələrin şəkk-şübhəsinə düçar olmamışdı” İmamla tanışlıq İmam Həsən Əskəri (ə) hicri 232-ci ildə (təxminən miladi 846-ci il) Mədinə şəhərində İmam Əliyyən-Nəqi (ə) və xanım Hüdeysənin evində dünyaya göz açıb. Babası İmam Təqi (ə) dövründən başlayan Abbasi xəlifələrinin Əhli-Beyt (ə) imamları və təfədarlarına qarşı təzyiqlər daha da şiddətlənmişdi. İmam Həsən Əskəri (ə) 22 yaşına çatanda atası zəhərləndirilərək şəhadətə çatdırıldı və Əhli-Beyt (ə) tarixində ən ağır illərdə imamət vəzifəsi Həzrət Həsən Əskərinin (ə) öhdəliyinə düşdü. O zamanlar Bizans imperiyası ilə sərhədlərin yaxınlığında yerləşən Samirə şəhərində xilafətin hərbi qarnizonu yerləşirdi. Burada xəlifələrin iqamətgahı da var idi. Şəhərin “Əskər” (tərc. – “Əsgər”) adlı məntəqəsi xəlifət ordusunun nəzrarətində idi. Bu səbəbdən Abbasi hökuməti İmamı (ə) həmin məntəqəyə sürgün edərək ciddi nəzarət altında saxlamaq istəyiridi. İmam (ə) Əskər məntəqəsində yaşadığından ona “Əskəri” ləqəbi verilmişdi. Həmçinin Həzrəti “Zəki” (tərc. – “təqva sahibi”) ləqəbi ilə də çağırırdılar. Xilafətin vəziyyəti İmamətinin ilk illərini Həzrət Zəkiyyəl-Əskəri (ə) atasının qatili xəlifə Mötəz Billahın hakimiyyəti dövründə keçirib. Mötəzin hakimiyyətə gəlməsi onun əmisi oğlu Müstəinin devirilməsi nəticəsində baş verib. Hələ atası Mütəvəkkilin dövründə xilafətdə türk klanları böyük nüfuza malik idilər. Türklər yaxşı döyüşçü olduğundan, həmçinin xəlifənin anası türk olduğundan onlar üçün hökumətdə geniş imkanlar yaradılmışdı. Tədricən bu imkanlardan istifadə edərək, türklər ən nüfuzlu vəzifələrə sahib olurdular və nəhayət, xəlifə və xilafət tamamilə türklərin təsiri altına düşdü. Hətta bir gün xəlifə yaxınlarının yanında münəccimdən neçə müddət xilafət edəcəyi barədə soruşur. Mötəzin yaxınlarından biri zarafatca dedi: “Nə qədər türklər istəyir o qədər də xilafətdə qalacaq…” İş o yerə çatdı ki, bir gün bir dəstə türk xəlifənin yanına gəlib onu döyərək çölə çıxartdılar. Daha sonra onu xilafətdən kənarlaşdırdıqlarını elan etdilər və əziyyətlə öldürmək üçün diri-diri basdırıdılar. Mötəzin öldürülməsindən sonra xilafətə onun qardaşı  Mühtədini qoyurlar. Tarixçilərin yazdığına görə qardaşı kimi formal xilafət edən Mühtədi əxlaqı və mülayim bir şəxs idi. Xəlifə özü deyirdi ki, Əməvilər arasında Ömər ibn Əbdüləziz kimi ədalətli xəlifə olub, ancaq Abbasilər arasında belə xəlifənin olmaması eybdir. Hakimiyyətə gələn yeni xəlifə sarayda eyş-işrət məclislərini yığışdırdı, camaatın şikayətinə qulaq asırdı və sadə həyat tərzi sürürdü. O bu cür rəftar etməsə idi qardaşı kimi hakimiyyətdən uzaqlaşacaqdı, çünki hökumətə qarşı cəmiyyətdə yaranmış narazılıqları yalnız yeni simanın xəlifə olması ilə yatırtmaq olardı. İmam Həsən Əskərini (ə) həbs edən məhz Mühtədi idi. Onun ölümünə kimi İmam (ə) zindanda qalıb. Mühtədinin ölümündən sonra türklər onun əmisi oğlu Mötəmidi xəlifə təyin edirlər. Yeni xəlifə qabaqkı xəlifələrin cah-cəlallı həyat tərzini saraya qaytardı. Eyş-işrətə varan xəlifə artıq hakimiyyət edə bilmirdi və qeyri rəsmi olaraq onun səlahiyyətlərini qardaşı Müvəffəq icra edirdi. Əhali də əsasən xəlifənin özünə yox, onun qardaşına rəğbət bəsləyirdi.  İmamın (ə) tanınması İmam Əliyyən-Nəqi (ə) Samirəyə sürgün olunduqdan sonra daha da ciddi nəzarət altına düşdü. Bu ona tərəfdarları ilə əlaqə saxlamaqda əngəl törətdiyi kimi özündən sonra imamı tanıtdırmasına da maneə idi. 11-ci imamın adını açıqlamaqla Həzrət Nəqi (ə) öz vəsisini təhlükəyə atırdı. Ömrünün son aylarında İmam Hadi (ə) İmam Həsən Əskərini (ə) yaxın tərəfdaşlarına tanıtdırır və onun üçün beyət alır. Ancaq İmam Hadi (ə) şəhid edildikdən sonra bir çox şiələr imamın kim olduğunu hələ bilmirdilər. Bu isə çox adamın qəlbində Həzrəti Zəkiyyəl-Əskərinin (ə) imamlığına şübhə yaradırdı. Ona görə onlar İmamı (ə) imtahana çəkir, onunla bu məsələ ilə bağlı məktublaşırdı. Vəziyyət o yerə çatmışdı ki, İmam (ə) buyurmuşdu: “Ata-babalarımdan heç birinin imaməti mənim imamətim kimi şiələrin şəkk-şübhəsinə düçar olmamışdı”. Şəkk-şübhələrə son qoymaq üçün İmam Həsən Əskəri (ə) digər imamlara nisbətdə qeybi biliklərindən daha çox istifadə edib. O öz tərəfdarlarına məktub yazaraq gələcək hadisələr barədə xəbər verir, onlara özlərini gözləməyi tapşırır. Bununla da onun tərədarlarının qəlbində imamət əqidəsi bərkiyirdi. Əhli-beyt (ə) tərəfdarları Abbasilər zamanı İraq əhalisinin əksəriyyəti ələvilər (Əli (ə) tərəfdarları, şiələr) idi. Nəzərə alsaq ki, Abbasi xilafətinin mərkəzi İraq olub (Abbasi dövrünə “Bağda xilafəti” də deyilir) vəziyyətin nə qədər təhlükəli olduğunu anlamaq olar. Bu baxımdan, hökumət daim şiələri və imamları təqib edirdi. Xüsusən, imamların (ə) simasında özlərinə siyasi müxalifət görən Abbasilər onları nəzarət altında saxlamağa çalışırdılar. Xəlifələr imamları Mədinədən İraq şəhərlərinə köçməyə məcbur edirdilər, onların insanlarla əlaqələrini kəsməyə çalışırdılar. İraqla yanaşı, Azərbaycan, Rey, Xorasan və Nişapur vilayətlərinə də çoxlu sayda Əhli-Beyt (ə) tərəfdarları yaşayırdı. Bu isə onların fəaliyyətinin mərkəzləşməsini və vahid xətt üzrə inkişaf etdirilməsini tələb edirdi. İmam Təqi (ə) və İmam Hadi (ə) öz dövrlərində buna nail olmuşdular. İmam Həsən Əskəri (ə) da bu işi davam etdirirdi. İmam (ə) müxtəlif bölgələrə gizlin şəkildə öz nümayəndələrini göndərir və ictimai-dini işlərin aparılmasını onlara həvalə edirdi. Nümayəndələr arasında vəzifə bölgüsü də var idi. Məsələn, bəzi nümayəndələr şəri vergilərə, digəriləri məktublaşmaya cavabdeh idilər. İmam çox nadir hallarda öz şiələri ilə bir başa əlaqə qururdu, əsasən bunun üçün nümayəndələrə müraciət olunardı. O zamankı durumu ən yaxşı tərzdə ifadə edən rəvayətlərin birində İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra onun qardaşı Cəfər Kəzzabın xəlifə Mötəmidin vəziri Ubeydullahla söhbəti nəql olunur. Cəfər Kəzzab özünü imam və şiələrin rəhbəri kimi təqdim etməyə çalışırdı və bu iş üçün vəzirin yanına gəib ondan yardım istəyir: “Əgər sən məni qardaşımın yerinə imam təyin etsən sənə ildə iyirmi min dinar verərəm”. Ubeydullah onun cavabında dedi: “Axmaq! Xəlifə sənin atanı və qardaşını imam bilənlərin üstünə o qədər qılınc şəkdi ki, bu fikirdən dönsünlər, ancaq buna nail ola bilmədi…” Bütün çətinliklərə rəğmən İmam (ə) elmi fəaliyyətindən qalmır. Abbasilər zamanı müxtəlif dini və fəlsəfi təriqətlərin geniş vüsət tapdığı bir şəraitdə, İmam Həzən Əskəri (ə) İslam maarifinin yayılmasına xüsusi önəm verir. İslam elminə böyük töhfələr vermiş İshaq Əşəri Qumi, Osman Əmri, Davud Cəfəri, Məhəmməs Səffar kimi 100-ə yaxın tələbə yetişdirməklə yanaşı, Həzrət Zəkiyyəl-Əskəri (ə) müxtəlif məktəblərin İslama qarşı irəli sürdükləri fikirləri elmi yolla təkzib edərdi. İmama (ə) qarşı zülm Qeyd olunduğu kimi, xəlifələr İmam Həsən Əskərini özləri üçün  təhlükə bilirdilər. Ancaq bu təhlükə yalnız Əhli-Beyt (ə) tərəfdarlarının simasında müxalif qüvvələrin çoxlalması və xəlifələrə qarşı cəmiyyətdə pis münasibətin yayılması ilə  əlaqədar deyildi. Həmçinin, zülmə son qoyacaq vəd olunmuş Məhdinin (ə) İmamın övladlarından olacağı barədə hamı bilirdi. Bu səbəbdən İmam Həsən Əskəriyə (ə) qarşı təziq və təqiblər gün-bə-gün şiddətlənirdi. Onun ailə həyatı belə izlənilirdi. Ona görə İmam (ə) imaməti davam etdirmək məqsədilə öz kənizi ilə ailə qurur və İmam Mehdi Sahibəzzaman (ə) dünyaya gəlir. Ərəblər arasında kənizdən övlada sahib olmaq ayıb sayıldığından, heç kəs təsəvvür edə bilməzdi ki, İmam (ə) ailə həyatı qurub və Həzrət Mehdi (ə) artıq anadan olub. Həftənin birinci və dördüncü günləri İmamı (ə) xəlifənin sarayına gəlməyə məcbur edirdilər. Xəlifə Mötəz bir gün İmamın (ə) Küfəyə aparılıb qətlə yetirilməsinə əmr etmişdi. Ancaq bir az müddət keçmişdi ki, onun özünü türklər dəhşətlə öldürdülər. Xilafət kürsüsünə çıxan Mühtədi İmamı həbs etməyi qərara alır və öz ölümünə kimi İmam Həsən Əskərini (ə) zindanda saxlayır. İmamı şəhadətə çatdırmaq arzusuna düşən bu xəlifəni də türklər qiyam nəticəsində öldürürlər. İmam zindanda da azadlıqda da olanda onun yanına cəsuslar göndərilirdi. Bu səbəbdən Həzrət (ə) həmişə diqqətli və ehtiyatlı olub. Öz tərəfdarları ilə küçədə görüşəndə belə salamlaşmırdı ki, onların canını təhlükəyə atmasın. Qeyb dövrünə hazırlıq Həzrət Məhdinin (ə) qeybə çəkilməsi qeyri-təbii bir hadisə olduğundan, qeyb dövründə imamın tanınmasında xüsusi çətinliklərin yaranması da təbiidir. Rəsuli-Əkrəmin (s) dövründən İmam Həsən Əskəri (ə) dövrünə kimi ilahi rəhbərlər İslam ümmətini qeyb dövrünə hazırlaşdırırdılar. İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) bu işdə xüsusi fəaliyyəti nəzərə çarpır. Qeyd olunduğu kimi, 11-ci İmamımız (ə) öz tərəfdarları ilə nümayəndələr vasitəsi ilə əlaqə qurardı. Elə həmin nümayəndələr vasitəsi ilə İmam (ə) öz tərəfdarlarına qeyb dövrü barədə xəbər verirdi, həmçinin müsəlmanları öz imamları ilə nümayəndələr vasitəsilə əlaqə saxlamağa alışdırırdı.Ən yaxın dostlarına isə İmam (ə) öz oğlu Həzrət Məhdini (ə) göstərirdi. Əlbəttə yaranmış durumdan istifadə etmək istəyənlər də olub. Onlardan biri İmamın (ə) öz qardaşı Cəfər Kəzzab olub. Həzrət Mehdinin (ə) qeybindən istifadə edən bu şəxs özünü imam kimi qələmə verməyə çalışırdı. Həmçinin xəlifə Mötəmid İmamın (ə) bütün ailəsinə nəzarəti gücləndirir. Şəhərin bütün mamaçılarına göstəriş verilir ki, İmamın (ə) xanımlarından hansınınsa hamilə olduğundan şübhələnsələr dərhal xəlifəyə məlumat versinlər. Ancaq bütün bu hərəkətlər İmam Həsən Əskərinin (ə) əvvəlcədən gördüyü tədbirlər nəticəsində faydasız olur: nə İmam Məhdini (ə) tapmaq, nə də ki Əhli-Beyt (ə) tərəfdarlarını öz əqidəsindən döndərmək mümkün olur. Mötəmid İmam Həsən Əskərinin (ə) nüfuzundan qorxaraq onu həbs edir. Zindanda İmama (ə) qarşı təzyiq və işgəncələr isə xəlifənin planlarına əks-təsir göstərir. Bu səbəbdən, hicri 260-cı ildə (təxminən miladi 874-cü ildə) İmam Həsən Əskəri (ə) 28 yaşında ikən zəhərləndirilərək şəhadətə çatdırılır. Həzrətin mübarək cəsədi Samirədə, öz evində, atası İmam Hadinin (ə) yanında torpağa tapşırılır.

İmam Həsən Əskəri (ə) 30.01.2025

İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti

A) RAHİBİN ƏLİ AÇILIR   Bir dəfə Samirrada bərk quraqlıq düşür. Xəlifə Mötəmid əmr edir ki, camaat “istisqa”[1] namazına çıxsın. Camaat üç gün dalbadal istisqa namazına gedib dua etsə də, lakin yağış yağmır. Dördüncü gün isə xristian yepiskopların baş kotoliki, rahiblər və xristanlanlarla birlikdə səhraya gedir. Rahiblərdən biri hər dəfə əlini göyə qaldırıb dua etdikdə dolu yağmağa başlayırdı. Sonrası gün baş katolik də həmin işi təkrar edir. O qədər yağış yağır ki, camaat daha yağış istəmir. Bu iş camaatın təəccübünə və müsəlmanların böyük bir qisminin İslam dinində şəkk edib xristianlığa meyl etməsinə səbəb olur. Xəlifə bu işdən narahat olur, məcbur olub zindanda olan İmam Həsən Əskəri əleyhissəlamı saraya çağırtdırıb deyir: “Cəddin Peyğəmbərin (səlləllahu əleyhi və alih) ümməti yolunu azır, onların dadına çat!” İmam Həsən Əskəri (əleyhissəlam) buyurdu: “Baş katolik və rahiblərə de ki, sabah səhraya gəlsinlər.” Xəlifə dedi: “Camaat daha yağış istəmir. Kifayət qədər yağış yağıb, daha səhraya getməyin nə mənası var?” İmam buyurdu: “Şəkk-şübhəni aradan götürmək istəyirəm.” Xəlifə əmr edir ki, sabah xristianların başçısı rahiblərlə birlikdə səhraya getsin. İmam Həsən Əskəri (əleyhissəlam) da çoxsaylı müsəlmanlarla birlikdə səhraya gedir. Baş katolik və rahiblər yağış yağması məqsədilə əllərini duaya qaldırırlar. Göy üzü tutularaq yağış yağmağa başlayır. Bu vaxt İmam Həsən Əskəri (əleyhissəlam) buyurur ki, gedin, filan rahibin əlində nə varsa, çıxarın. Onun ovcunda bir parça qara rəngli adam sümüyü var idi. İmam sümük parçasını bir parçaya büküb rahibə buyurur: “Yenə də Allahdan istə ki, yağış yağsın!” Rahib yenə əlini göyə qaldırdı. Ancaq bu dəfə əvvəlkindən fərqli olaraq, bulud çəkilir və günəş çıxır. Camaat hamı təəccüblənib mat qalmışdı. Xəlifə İmamdan soruşdu: “Bu sümük nədir?” İmam Həsən Əskəri (əleyhissəlam) buyurdu: “Bu, peyğəmbərlərdən birinin sümüyüdür, onu qəbirdən çıxarmışlar. Hansı peyğəmbərin sümüyü görünərsə, həmin an mütləq yağış yağmalıdır.” Xəlifə İmamı alqışladı. Sümüyü yoxlayıb gördülər ki, o, həqiqətən də, Peyğəmbər sümüyüdür. Bu hadisə İmamın zindandan azad olmasına və o Həzrətin camaatın yanında hörmətinin daha da artmasına səbəb olur. İmam Həsən Əskəri (əleyhissəlam) bu fürsətdən istifadə edib onunla bir yerdə zindanda olan dostlarının azad edilməsini xəlifədən istəyir. Xəlifə İmamın istəyini qəbul edib onları da azad edir.[2]   1. Şiələrlə əlaqə yaratmaq   İmam Həsən Əskəri əleyhissəlamın dövründə bir çox şəhərlərdə şiələrin sayı artmış və onlar müxtəlif yerlərdə mərkəzləşdirilmişdilər. Kufə, Bağdad, Nişabur, Qum, Abe (Ave), Mədain, Xorasan, Yəmən, Rey, Azərbaycan, Samirra, Qorqan (Corcan) və Bəsrə kimi yerlər artıq şiələrin mərkəzinə çevrilmişdi. Bu şəhərlər arasında Samirra, Kufə, Bağdad, Qum və Nişabur bir sıra səbəblər üzündən xüsusi əhəmiyyətə malik idi.[3] Şiə mərkəzlərinin çoxalması və müxtəlif yerlərdə olması, onların həm İmamət xətti ilə, həm də bir-biri ilə əlaqə saxlamaları üçün tənzimlənmiş bir əlaqə mərkəzi tələb edirdi. Belə ki, bu mərkəz onları siyasi və dini baxımdan idarə etməli idi. Belə bir mərkəzə olan ehtiyac artıq doqquzuncu İmamın dövründən hiss olunmağa başlanmışdı. İmam Cavad (əleyhissəlam) və İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatından danışarkən artıq o vaxtdan belə bir mərkəzin yarandığını qeyd etmişdik. Bu iş İmam Həsən Əskəri əleyhissəlamın dövründə də, davam etdirilirdi. Tarixi qaynaqlara əsasən, İmam Həsən Əskəri (əleyhissəlam) şiələr arasında tanınmış şəxsləri seçib müxtəlif yerlərə nümayəndə göndərmiş, onlarla əlaqə saxlayaraq bütün şiələrə nəzarət edə bilmişdir. Bu nümayəndələr arasında o Həzrətin Nişabur şəhərindəki nümayəndəsi İbrahim ibn Əbduhu nümunə göstərmək olar. İmam Həsən Əskəri (əleyhissəlam) İshaq ibn İsmayıl və Nişabur şiələrinə yazdığı geniş məktubda İslam ümmətinin hidayət edilməsində (düz yola yönəldilməsində) İmamətin rolunu, İmamlardan itaət etməyin nə dərəcədə vacib olduğunu izah etdikdən və İmamın əmrindən çıxmamağı tapşırdıqdan sonra yazmışdır: “İshaq, sən İbrahim ibn Əbduhu yanında mənim nümayəndəmsən. O da Məhəmməd Musa Nişaburi vasitəsilə ona göndərdiyim məktuba əməl etsin. Sən və şəhərinizdə olanların hamısı məktubda göstərilənlərə əməl etməlisiniz! İbrahim mənim məktubumu hamıya oxusun. Qoy heç kimdə şəkk-şübhə qalmasın… Allahın sonsuz rəhməti İbrahim ibn Əbduha, sənə və bizdən itaət edən bütün şəxslərə olsun. Mənim bu məktubu oxumuş şəhərinizdəki bütün şiələrim və o tərəflərdə haqdan dönməyən bütün şəxslər bizə çatdırılacaq şəri vergiləri İbrahim ibn Əbduha, o isə Raziyə,[4] ya da onun dediyi bir şəxsə təhvil verməlidir. Bu, mənim əmrimdir…”[5] Bu məktubdan şiələrin maddi vəziyyətini dirçəltməkdə böyük rol oynayan şəri vergilərin yığılması məsələsindən əlavə, belə başa düşülür ki, İmamın nümayəndələrinin müəyyən mərtəbələri olmuş, hər birinin fəaliyyət dairəsi həmin mərtəbəyə əsasən, müəyyən edilmişdi. Toplanmış şəri vergilər axırda əsas nümayəndəyə, ondan da birbaşa İmama çatdırlımalı idi. İmam Həsən Əskəri (əleyhissəlam) sanki İbrahim ibn Əbduhun fəaliyyət dairəsini müəyyənləşdirmək və onun mövqeyini möhkəmlətmək məqsədilə Abdullah ibn Həmdiveyh Beyhəqiyə yazdığı məktubda buyurur: “Mən İbrahim ibn Əbduhu o tərəflərin və sizin məntəqənin şəri vergilərini toplamaq üçün təyin etmişəm. O, şiələr yanında mənim sədaqətli və etibarlı nümayəndəmdir. Təqvalı olun, özünüzü gözləyin, şəri vergilərinizi ödəyin, heç kəs onu ödəməkdən boyun qaçırmaqda, ya onu kecikdirməkdə üzürlü sayılmır…”[6] Deyəsən bəzi şiələr İmam Həsən Əskəri əleyhissəlamın İbrahim ibn Əbduh barədə yazdığı məktubda şəkk edib onun saxtalaşdırıldığını zənn etmiş, buna görə də İmam başqa bir məktubda yazmışdır: “Oranın (Nişaburun) şəri vergilərinin toplanılması üçün İbrahim ibn Əbduhun mənim vəkilim olması barədə oxuduğunuz məktub mənim öz xəttimlədir…”[7] İmam Həsən Əskəri əleyhissəlamın digər bir nümayəndəsi isə o Həzrətin yaxın dostlarından və Qum şiələrinin adlı-sanlı şəxslərindən olan Əhməd ibn İshaq ibn Abdullah Qummi Əşəri olmuşdur. Bəzi “rical” mütəxəssisləri onu qumlularla İmam Həsən Əskəri (əleyhissəlam) arasında vasitəçi və o Həzrətin yaxın dostlarından biri kimi qələmə vermişlər.[8] Başqa alimlər isə onu İmamın vəkil və nümayəndəsi bilmişlər.[9] “Biharül-ənvar” kitabında gəlmiş bir hədisdən belə başa düşülür ki, o, İmamın Qumdakı nümayəndəsi olmuşdur.[10] Görkəmli tarixçi Məhəmməd ibn Cərir ət-Təbəri yazır: “Əhməd ibn İshaq Qummi Əşəri Şeyx Səduqun müəllimi və İmam Həsən Əskəri əleyhissəlamın nümayəndəsi olmuşdur. İmam Həsən Əskəri (əleyhissəlam) vəfat etdikdən sonra isə Həzrət Sahib əz-Zaman əleyhissəlamın nümayəndəsi olmuşdur. O Həzrət ona məktublar yazır, o da Qum və onun ətraf məntəqələrindən şəri vergiləri toplayıb ona çatdırırdı.”[11] O, (Əhməd ibn İshaq) Qum şiələrindən topladığı yüz altımış kisə qızıl-gümüşü İmam Zaman əleyhissəlama çatdırır[12] ki, bu da toplanmış şəri vergilərin külli miqdarda olduğunu göstərir. Əhvazlı İbrahim ibn Məhziyar da İmam Həsən Əskəri əleyhissəlamın nümayəndələrindən biri olmuşdur. O, topladığı bir qədər şəri vergini İmam Həsən Əskəri əleyhissəlama çatdıra bilməmiş, o Həzrətin şəhadətindən sonra İbrahim xəstələndiyindən oğlu Məhəmmədə vəsiyyət edir ki, yığılmış şəri vergiləri Həzrət Məhdi əleyhissəlama çatdırsın. O, atasının vəsiyyətini yerinə yetirərək atasının əvəzinə on ikinci İmamın nümayəndəsi təyin olunur.[13] İmam Həsən Əskəri əleyhissəlamın nümayəndələrinin başında Məhəmməd ibn Osman Əmri dururdu. Digər nümayəndələr isə onun vasitəsilə İmamla əlaqə saxlayırdılar. Onlar adətən topladıqları şəri vergiləri Məhəmmədə, o isə onları İmam Həsən Əskəri əleyhissəlama çatdırırdı.[14] QASİDLƏR VƏ MƏKTUBLAR   İmam Həsən Əskəri (əleyhissəlam) şiə mərkəzlərində nümayəndələr təyin etməkdən əlavə, qasidlər vasitəsilə də şiələrlə əlaqə saxlayır və bu yolla onların müşkülatını həll edirdi. Bu sahədə İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın dostlarından biri olan Əbül-Ədyanın misilsiz xidmətlərini nümunə göstərmək olar.[15] O, İmamın məktublarını müxtəlif yerlərdə yaşayan şiələrə çatdırır, eləcə də şiələrin İmama yazdığı məktubları, sualları, həmçinin, onların çətinlik və müşkütlatını, habelə İmama göndərdikləri şəri vergiləri Samirraya gətirərək İmama çatdırırdı. Onun İmam Həsən Əskəri əleyhissəlamın ömrünün son günlərində göstərdiyi fəaliyyəti barədə o Həzrətin şəhadəti bölməsində şərh verəcəyik. Qasidlərdən başqa İmam Həsən Əskəri (əleyhissəlam) məktublaşma yolu ilə də şiələrlə əlaqə saxlayır və onları öz hidayət qanadı altına alırdı. İmamın ibn Babəveyhə yazdığı məktub bu məktublaşmalardan bir nümunədir.[16] (Bu barədə “mühüm şiə ünsürlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək” bölməsində söhbət edəcəyik.)[17] Bundan əlavə, o Həzrət Qum və Ave şəhərlərinin şiələrinə də iki məktub yazmışdır. Bu məktublar hədis kitablarında dərc olunmuşdur.[18] Müxtəlif münasibətlərlə o Həzrətin yazdığı başqa məktublar da vardır.[19] Bir rəvayətə görə İmam Həsən Əskəri (əleyhissəlam) şəhadətindən bir neçə gün qabaq hicrətin iki yüz altımışıncı ili rəbiül-əvvəl ayının səkkizində Mədinə camaatına çoxlu məktub yazmışdır.[20] 2. Gizli siyasi fəaliyyətlər   Abbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq İmam Həsən Əskəri (əleyhissəlam) bir sıra gizli siyasi fəaliyyətlər aparmış, bu fəaliyyətlər zamanı çox incə və gizli metodlardan istifadə edərək saray casuslarının gözündən uzaq olmuşdur. Bu fəaliyyətlərə dair çoxlu nümunələr vardır, lakin biz aşağıda qeyd etdiyimiz iki nümunə ilə kifayətlənirik: 1) İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın və səmimi dostlarından olan Osman ibn Səid Əmri yağ satmaq adı altında gizli fəaliyyət göstərirdi. Şiələr şəri vergilərini İmama göndərmək istəyəndə onu Osmana verir, o isə yağ qablarına qoyub onu İmama çatdırırdı.[21] 2) İmam Həsən Əskəri əleyhissəlamın hamamını qızdırmaq üçün odun daşıyan Davud ibn Əsvəd deyir: Bir gün İmam məni çağırıb mənə qalın, uzun və dairəvi bir çubuq verib buyurur ki, bu çubuğu apar ver Osman ibn Səidə. Mən çubuğu götürüb yola düşdüm. Yolda bir nəfər su daşıyanla rastlaşdım. Onun qatırı yolu kəsmişdi. O, məndən qatırı kənara çəkmək üçün kömək istədi. Mən İmamın verdiyi çubuğu qaldırıb qatıra çəkdim. Çubuq sındı, gözüm çubuğun içərsində olan məktublara sataşdı. Tez çubuğu qoltuğuma vurub geri qayıtdım. Su daşıyan isə məni söyə-söyə qaldı… İmamın evinə çatdıqda o Həzrətin xadimi qabağıma çıxıb dedi: “Ağa deyir ki, nə üçün çubuğu qatıra vurub sındırdın?” Dedim ki, bilmirdim çubuğun içərsində məktub var. İmam buyurdu: “Nəyə görə elə bir iş görürsən ki, sonradan üzr istəməli olasan? Bundan sonra bir də belə bir iş görmə. Əgər eşitsən ki, bir nəfər bizi söyür, yenə də işin olmasın, çıx yolunu get. Biz çox pis şəhərdə yaşayırıq. Sən ancaq öz işini gör. Bunu da bil ki, sənin bütün işlərin bizə çatdırılır.”[22] Bu hadisədən məlum olur ki, İmam Həsən Əskəri (əleyhissəlam) gizli məktubları çubuğun arasına qoyub sirsaxlayan və etimadını doğrultmuş Osman ibn Səidə göndərir. Özü də bu işi vəzifəsi hamam qızdırmaq üçün odun daşıyan və heç kəsin gümanına gəlməyən bir şəxsə tapşırır. Ancaq onun ehtiyatsızlığı ucbatından az qala bu sirrin üstü açılacaqdı. 3. Şiələri maddi cəhətdən təmin etmək   İmam Həsən Əskəri əleyhissəlamın fəaiyyətlərindən biri də şiələri, xüsusən də, yaxın dostlarını maddi cəhətdən təmin etmək idi. O Həzrətin həyatı barədə mütaliə edilsə, bəzi vaxtlar şiələrdən bir neçəsinin İmamın hüzuruna gedib yoxsulluqdan şikayətlənməsinin, İmamın da onların maddi ehtiyacını ödəməsinin şahidi olarıq. Hətta bəzi vaxtlar onlar özləri şikayətlənməzdən qabaq İmam özü onların maddi ehtiyacını aradan qaldırırdı. İmam Həsən Əskəri əleyhissəlamın bu hərəkəti şiələrin maddi çətinlik ucbatından hökumətə tərəf cəlb olunmasının qarşısını alırdı. Buna dair aşağıdakı nümunələri qeyd etmək olar: 1) Əbu Haşim Cəfəri deyir: “Maddi cəhətdən çox pis vəziyyətə düşmüşdüm. Vəziyyətimi məktub vasitəsilə İmam Həsən Əskəri əleyhissəlama bildirmək istədim, ancaq utandığımdan bu fikirdən əl çəkdim. Evə gəldikdə, İmam mənim üçün yüz dinar pul göndərib məktubda da yazır ki, nə vaxt ehtiyacın oldu, bizə xəbər ver, utanma, Allahın sayəsində öz istədiyinə çatarsan.”[23] 2) Əli ibn Zeyd Ələvi deyir: İmam Həsən Əskəri (əleyhissəlam) mənə bir qədər pul verib buyurur: “Get bu pula özün üçün bir kəniz al. Sənin kənizin ölüb.” Evə qayıtdıqda gördüm ki, doğurdan da, kənizim ölüb.”[24] 3) Əbu Haşim Cəfəri deyir: “Maddi çətinliyim barədə İmama xəbər çatdırdım. O Həzrət mənə beş yüz dinar pul verib buyurdu ki, Əbu Haşim, bunları götür, az olsa, bizi bağışla.”[25] 4) Əbu Tahir ibn Bilal bir dəfə həcc ziyarətinə gedib orada görür ki, Əli ibn Cəfər külli miqdarda pul paylayır. Həcdən qayıtdıqdan sonra hadisəni İmam Həsən Əskəri əleyhissəlama çatdırır. İmam onun cavabında yazır: “Əvvəl demişdim, ona yüz min dinar versinlər, sonra bir o qədər də əlavə etdik, ancaq o, bizi nəzərə alıb bunu qəbul etmədi.” Bu hadisədən sonra Əli ibn Cəfər İmamın hüzuruna gedir və İmamın əmrinə əsasən, ona otuz min dinar pul verirlər.”[26] Bu hadisədən belə başa düşülür ki, Əli ibn Cəfər Hicazda külli miqdarda pul paylamışdır. Onun payladığı pulların hara sərf edildiyi hədisdə müəyyən edilməsə də onun miqdarından belə başa düşülür ki, bu, geniş və qabaqcadan hazırlanmış (nəzərdə tutulmuş) bir proqram əsasında qurulmuş və təbii ki, ehtiyacı olan, sayılıb-seçilmiş, mübarizə aparan şiə başçıları həmin puldan istifadə etmişlər. Şübhəsiz ki, bu iş İmam Həsən Əskəri əleyhissəlamın göstərişi və maddi köməyi ilə həyata keçmişdir. İmam Həsən Əskəri əleyhissəlamın şəraitinin məhdud olmasına baxmayaraq bu kimi böyük məbləğlərin ödənilməsi heç də təəccüblü gəlməməli, yaxud inkar edilməməlidir. Çünki İmamın siyasi-ictimai fəaliyyəti Abbasi hökumətinin ciddi nəzarəti altında olsa da, müxtəlif yerlərdə yaşayan çoxsaylı şiələr o Həzrətə külli miqdarda pul (şəri vergilər) göndərirdilər. Məsələn, tarix deyir: “Qorqan (Corcan) şəhərindən bir nəfər İmam Həsən Əskəri əleyhissəlamın hüzuruna gəlib yerlilərinin göndərdiyi şəri vergiləri o Həzrətin Mübarək adlı xadiminə təhvil verir.”[27]Yaxud Cəbəl məntəqəsindən bir nəfər Ələvinin vasitəsilə İmamın yanına gəlmiş şəxs o Həzrətə dörd min dinar pul verir.[28]Yaxud bundan qabaq qeyd etdiyimiz kimi İmamın Qumdakı nümayəndəsi (Əhməd ibn İshaq) şiələrdən topladığı yüz altımış kisə qızıl-gümüşü o Həzrətə çatdırır.[29]Bunlardan əlavə, İmam Həsən Əskəri əleyhissəlamın müxtəlif şəhərlərdə olan nümayəndələri külli miqdarda şəri vergi toplamış, lakin onu İmamın şəhadətinə qədər o Həzrətə göndərə bilmədiklərindən İmam Zaman əleyhissəlama çatdırmışlar. Buna misal olaraq Əli ibn Məhziyarın topladığı, onun vəfatından sonra isə oğlu Məhəmmədin İmam Zaman əleyhissəlamın nümayəndəsinə çatdırdığı külli miqdarda pulu qeyd etmək olar.[30]Həmçinin, Cəbəl əhalisindən olan bir nəfərin[31] yanındakı yeddi yüz dinar, eləcə də İmran Həmədani adlı bir şiədəki beş yüz dinarı buna misal göstərmək olar.   4. Mühüm şiə şəxsiyyətlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək   İmam Həsən Əskəri əleyhissəlamın ən əsas fəaliyyətlərindən biri də şiələrin görkəmli şəxslərini siyasi mübarizə çətinlikləri qarşısında şiə amalını müdafiə etmək məqsədilə himayə etməsi olmuşdur. Şiələrin görkəmli nümayəndələri çətinliklərlə üzləşdiyindən İmam Əskəri (əleyhissəlam) müxtəlif məqamlarda yeri gəldikcə onlara təskinlik verib öz himayəsi altına alır, çətinliklər, yoxsulluq, təzyiqlər qarşısında daha dözümlü olmaları və böyük siyasi-ictimai məsuliyyətlərini, dini vəzifələrini layiqincəsinə yerinə yetirmələri üçün onları ruhlandırırdı. Məhəmməd ibn Həsən ibn Meymun deyir: Bir dəfə İmam Həsən Əskəri əleyhissəlama bir məktub yazıb kasıbçılıqdan şikayətləndim. Ancaq sonra öz-özümə dedim ki, məgər İmam Sadiq (əleyhissəlam) buyurmayıbmı ki, bizimlə birgə kasıb yaşamaq başqaları ilə varlı yaşamaqdan, bizimlə birlikdə ölmək düşmənlərlə birgə yaşmaqdan yaxşıdır? İmam Həsən Əskəri (əleyhissəlam) cavabında yazdı: “Bizim dostlarımızın günahları çoxaldıqda, Allah-taala onları kasıblıqla imtahana çəkir. Bəzi vaxtlar onların bir çox günahlarından keçir. Özün dediyin kimi bizimlə kasıb yaşamaq başqaları ilə varlı yaşamaqdan yaxşıdır. Biz, bizə arxalananlar üçün arxa, bizdən hidayət diləyənlər üçün bir nuruq. Biz (azğınlıqdan qurtarmaq üçün) bizə üz tutmuş şəxslərin gözətçisiyik. Bizi istəyən şəxslər (Allah dərgahında) yüksək mərhələdə bizimlə birlikdə olacaqlar. Bizim yolumuzu getməyənlər isə Cəhənnəmə tərəf getməli olacaqlar.”[32]İmam Həsən Əskəri əleyhissəlamın böyük şiə fəqihlərindən biri olmuş Əli ibn Hüseyn ibn Babəveyh Qummiyə yazdığı məktub da bu məsələyə dair bir sübut ola bilər. İmam bu məktubda bir sıra lazımi məsləhətləri qeyd etdikdən sonra yazır: “Səbirli ol, (İmamın) zühurunu gözlə. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, mənim ümmətim üçün ən yaxşı əməl zühuru gözləməkdir. Şiələrimiz, oğlum (İmam Zaman (əleyhissəlam)) zühur edənə qədər daima qəm-qüssə içərisində olacaqlar. Peyğəmbər (səlləllahu əleyhi və alih) onun barəsində buyurub ki, yer üzü zülm və haqsızlıqla dolduğu zaman o gəlib yer üzünü haqq-ədalətlə dolduracaq. Ey mənim etibar etdiyim böyük fəqih! Səbr et, şiələrimizi də səbirli olmağa çağır. Yer kürəsi Allahın ixtiyarındadır və bəndələrindən kimi istəsə, ora (yer kürəsinə) hakim seçər. Yaxşılıq yalnız təqvalılara, Allahdan qorxanlara məxsusdur. Sənə və bütün şiələrə Allahın rəhmət və bərəkəti olsun!” 5. Qeybi məlumatlardan geniş şəkildə istifadə etmək   Məlumdur ki, İmamlar Allahla əlaqədə olmaları sayəsində qeybi məlumatlardan bəhrələnmiş, İslam əsasının, yaxud ümmətin ali məsləhətləri təhlükə ilə üzləşdiyi zaman onlar da, bu məlumatlardan bir növ hidayət vasitəsi kimi istifadə etmişlər. İmamların qeyb aləmindən xəbər vermələri onların həyatında mühüm yer tutur. İmam Həsən Əskəri əleyhissəlamın həyatı ilə tanış olduqda isə məlum olur ki, o Həzrət digər İmamlara nisbətən qeybi məlumatlarından daha çox istifadə etmişdir. Dövrümüzün müasir alimlərindən birinin təhqiqatına əsasən, İmam Həsən Əskəri əleyhissəlamın qeybi məlumatlardan istifadə etdiyi məqamlardan, Qütb Ravəndi “Xaric” kitabında qırxını, Seyyid Bəhrani “Mədinətül-məaciz” kitabında yüz otuz dördünü, Şeyx Hürr Amili “İsbatül-hudat” kitabında yüz otuz altısını, Əllamə Məclisi isə “Biharül-ənvar” kitabında səksən birini qeyd etmişdir.[33]Bu isə o deməkdir ki, o Həzrət qeybi məlumatlardan çox geniş şəkildə istifadə etmişdir. Belə başa düşülür ki, bu işin səbəbi İmam Həsən Əskəri (əleyhissəlam) və atası İmam Əliyyən-Nəqi əleyhissəlamın düşdüyü vəziyyətin çətinliyi olmuşdur. Çünki İmam Əliyyən-Nəqi (əleyhissəlam) məcburi şəkildə Samirraya köçdükdən sonra daima ciddi nəzarət altında olmuş, buna görə də, oğlu İmam Həsən Əskəri əleyhissəlamı bütün şiələrə özündən sonrakı İmam kimi tanıtdırmağa fürsət tapmışdır. Digər tərəfdən də, bu işi həyata keçirmək (özündən sonrakı İmamı təyin etmək) onu hökumət qarşısında ciddi təhlükə ilə üzləşdirirdi. Məhz buna görə də, İmam Həsən Əskəri əleyhissəlamı sonrakı İmam kimi tanıtdırıb şiələrdən onun üçün beyət almaq məsələsi İmam Əliyyən-Nəqi əleyhissəlamın ömrünün son aylarında həll olunmuşdur.[34]Hətta İmam Əliyyən-Nəqi (əleyhissəlam) vəfat edərkən şiələrin bir çoxu İmam Həsən Əskəri əleyhissəlamın İmam olduğunu bilmirdi.[35] Bəzi tarixçilərin fikrincə, bu məsələdə başqa bir səbəb öz təsirini göstərmişdir. O da bəzi şiələrdə İmam Həsən Əskəri əleyhissəlamın qardaşı Məhəmməd ibn Əlinin hələ İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə İmam olmasına inam yaranması olmuşdur. Onlar buna görə də, ona İmam Əliyyən-Nəqi əleyhissəlamın yanında hörmət göstərirdilər. Ancaq İmam Əliyyən-Nəqi (əleyhissəlam) onların bu fikrinə qarşı mübarizə aparır və onlarda oğlu İmam Həsən Əskəri əleyhissəlamın İmam olduğuna dair inam yaratmağa çalışırdı. İmam Əliyyən-Nəqi əleyhissəlamın şəhadətindən sonra da İbn Mahəviyyə kimi bəzi xainlər bu əqidəni əllərində bayraq tutaraq camaatı İmam Həsən Əskəri əleyhissəlamın İmam olması fikrindən yayındırırdılar. Bu amillər cəm olaraq bəzi şiələrdə İmam Həsən Əskəri əleyhissəlamın İmam olmasına aid şəkk-şübhə yaratmışdı. Onların bəziləri İmamı yoxlamaq fikrinə düşür,[36] bəziləri isə bu barədə İmamla məktublaşırdılar[37]. Bu şəkk-şübhələr o dərəcəyə çatmışdı ki, İmam Həsən Əskəri (əleyhissəlam) bu barədə bəzi şiələrə yazdığı cavabda ürək ağrısı ilə buyururdu: “Ata-babalarımdan heç birinin İmaməti şiələrin mənim İmamətim məsələsində şəkk etdikləri kimi şəkkə düçar olmamışdır.”[38]İmam Həsən Əskəri (əleyhissəlam) bu şəkk-şübhələri aradan qaldırmaq, eləcə də, öz dostlarını təhlükədən qurtarmaq, yaxud onları arxayınlaşdırmaq və ya azğınları düz yola yönəltmək məqsədilə məcbur olurdu ki, həqiqət üzərindən pərdələri kənara çəkib qeyb aləmindən xəbər versin. Bu isə müxaliflərin nəzərini cəlb etmək, eləcə də, şiələrin imanını möhkəmlətmək üçün istifadə olunan ən yaxşı metod idi. Əbu Haşim Cəfəri deyir: “Hər dəfə İmam Həsən Əskəri əleyhissəlamın yanına gedəndə onda İmamətə dair yeni bir nişanə müşahidə edirdim.”[39] İmam Həsən Əskəri əleyhissəlamın bu sahədəki mövqeyi məlum olduqdan sonra o Həzrətin gələcək hadisələr barədə qabaqcadan verdiyi məlumatların bir neçəsini oxucuların nəzərinə çatdırırıq: 1) İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın və səmimi dostlarından olan Məhəmməd ibn Əli Səməri deyir: “İmam Əskəri (əleyhissəlam) bir məktub vasitəsilə mənə bildirdi ki, sizə bir bəla üz verəcək. Özünüzü gözləyin! Üç gündən sonra Bəni Haşim qəbiləsi arasında ixtilaf yaranır. İmama məktub yazdım ki, dediyiniz bəla budurmu? İmam cavab yazdı ki, xeyr, bu, o deyil, özünüzü gözləyin! Bir neçə gündən sonra xəlifə Mötəzz öldürüldü.”[40] 2) İmam Həsən Əskəri (əleyhissəlam) xəlifə Mötəzzin qətlindən iyirmi gün qabaq İshaq ibn Cəfər Zübeyriyə məktub yazaraq tapşırır: “Öz evində otur, (bu yaxınlarda) mühüm bir hadisə baş verəcək.” İshaq ibn Cəfər Zübeyri deyir ki, Büreyhə öldürüldükdən sonra İmama məktub yazıb dedim ki, dediyiniz hadisə baş verdi, indi nə edim? İmam onun cavabında buyurdu ki, dediyim hadisə başqa hadisədir. Çox çəkmir ki, Mötəzz də öldürülür.[41] 3) Məhəmməd ibn Həmzə Sərvi deyir: “İmam Əskəri əleyhissəlamın yaxın dostlarından olan Əbu Haşim Cəfərinin vasitəsilə o Həzrətə məktub yazaraq varlanmağım barədə dua etməsini istədim. O Həzrət öz xətti ilə mənə cavab yazıb bildirdi: “Gözün aydın olsun! Allah tezliklə səni varlandıracaq. Əmioğlun Yəhya ibn Həmzə vəfat edib və heç bir vərəsəsi yoxdur. Tezliklə onun yüz min dirhəm pulu sənə yetişəcək.”[42] 4) Əbu Haşim Cəfəri deyir: “Mən zindanda idim. Vəziyyətimin ağır olmasından İmam Həsən Əskəri əleyhissəlama şikayət etdim. İmam mənə məktub yazıb bildirdi ki, bu gün günorta namazını öz evində qılacaqsan. Çox çəkmir ki, zindandan azad olub (İmamın buyurduğu kimi) namazımı öz evimdə qıldım.[43] 5) Əhməd ibn Məhəmməd deyir: “Abbasi xəlifəsi Mühtədi mövliyaları[44] kütləvi şəkildə qırmağa başlayarkən İmam Həsən Əskəri əleyhissəlama məktub yazıb dedim: “Allaha şükr olsun ki, xəlifənin başı qarışıb və sizə əziyyət verməyə fürsət tapmır. Eşitmişəm ki, o, sizi təhdid edərək deyirmiş ki, bunları yer üzündən silib qurtarmaq lazımdır.” İmam cavabında öz xətti ilə yazır: “Onun bu təhdidləri icra etməyə ömrü çatmayacaq. Bu gündən saymağa başla, düz altıncı gün zillət və alçaqcasına öldürüləcək.” Altı gündən sonra İmamın buyurduğu kimi Mühtədi öldürülür.”[45] 6) Cəfər ibn Məhəmməd Qəlanisi deyir: “Həyat yoldaşı hamilə olan qardaşım Məhəmməd, İmam Həsən Əskəri əleyhissəlama məktub yazıb ondan xahiş edir ki, yoldaşının doğuşunun asan və uşağının oğlan olması üçün Allaha dua etsin. İmam onun cavabında yazır: “Allah-taala sənə oğlan uşağı bağışlayar. Məhəmməd və Əbdürrəhman adlarının ikisi də gözəl addır.” Onun yoldaşı əkiz oğlan uşağı doğur. Birinin adını Məhəmməd, o birininkini isə Əbdürrəhman qoyurlar.”[46] 7) Məhəmməd ibn Əyyaş deyir: “Bir neçə nəfər yığışıb İmam Həsən Əskəri əleyhissəlamın fəzilətləri barədə söhbət edirdik. Bir nəfər nasibi (Əhli-beytin düşmənlərindən) dedi: “Mən ona mürəkkəbsiz bir məktub yazacağam. Əgər o, mənim məktubuma cavab yazsa, onun haqq olduğunu qəbul edərəm.” Hərə öz məsələləri barədə İmama məktub yazdı, nasibi də bir vərəq üzərinə mürəkkəbsiz nə isə yazıb İmama göndərdi. İmam Əskəri (əleyhissəlam) bizim cavablarımızı məktuba yazdı, nasibinin yazdığı məktubun üzərinə isə onun özünün və atasının adını yazdı. Nasibi bunu gördükdə huşunu itirir. Huşa gəldikdən sonra İmamın haqq olduğunu qəbul edib şiələrə qoşuldu.”[47] 8) İsmayıl ibn Məhəmməd deyir: “Bir gün gedib İmam Həsən Əskəri əleyhissəlamın qapısının ağzında oturdum. İmam evindən çıxanda kasıblıqdan şikayətlənib and içdim ki, hətta bir dirhəm belə pulum yoxdur. İmam mənə buyurdu: “İki yüz dinar torpağa basdırdığın halda and içirsən ki, pulum yoxdur? Bunu ona görə demirəm ki, sənə pul verməyəm.” Sonra üzünü xadiminə tutub buyurdu: “Üstündə nə qədər pul varsa, ver ona!” Xadim mənə yüz dinar pul verdi. Mən Allaha şükr edib geri döndüm. Bu vaxt İmam Əskəri (əleyhissəlam) buyurdu: “Qorxuram ki, gizlətdiyin o iki yüz dinar sənə lazım olan vaxt onu tapmayasan.” İmamın bu sözündən sonra pulları gizlətdiyim yerə gedib oranı qazdım. Pullar yerində idi. Götürüb yerini dəyişdim və elə bir yerə qoydum ki, heç kəsin xəbəri olmasın. Bu hadisədən bir müddət keçdi. Pula ehtiyacım oldu. Pulları gizlətdiyim yerə getdim. Qazıb pulları yerində görmədikdə çox narahat oldum. Sonra bildim ki, oğlum pulların yerini tapıb onları götürüb getmişdir. Bir sözlə, İmamın buyurduğu kimi gizlətdiyim pullardan mənə bir şey nəsib olmadı.”[48] 9) Hələbi adlı bir şəxs deyir: “Samirrada yığışıb İmam Həsən Əskəri əleyhissəlamı yaxından görmək üçün onun evdən çıxmasını gözləyirdik. Bu vaxt o Həzrətdən bizə aşağıdakı məzmunda bir məktub gəldi: “Heç kim mənə salam verməsin və heç kim əli ilə mənə tərəf işarə etməsin. Yoxsa canınız təhlükəyə düşər.” Mənim yanımda cavan bir oğlan dayanmışdı. Ondan soruşdum ki, haradansan? Cavab verdi ki, Mədinə şəhərindənəm. Dedim: “Buraya nə üçün gəlmisən?” Dedi: “İmam Həsən Əskəri əleyhissəlamın İmaməti barədə bir balaca mübahisə yaranmışdı. Ürəyim sakit olsun deyə, gəlmişəm ki, ondan ya bir söz eşidəm, ya da bir nişanə müşahidə edəm. Mən Əbuzər Qəffarinin[49] nəvələrindənəm.” Bu vaxt İmam Həsən Əskəri (əleyhissəlam) öz xadimi ilə birlikdə evdən çıxdı. Bizə çatanda mənim yanımda durmuş cavan oğlana baxıb buyurdu: “Sən Qəffarinin nəslindənsən?” Oğlan cavab verdi ki, bəli! İmam Əskəri (əleyhissəlam) buyurdu: “Anan Həmdəviyyə necədir?” Oğlan cavab verdi ki, yaxşıdır. Bu qısa söhbətdən sonra İmam bizim yanımızdan uzaqlaşdı. Mən üzümü cavan oğlana tutub dedim: “Onu bundan qabaq görmüşdün?” O, “Xeyr” – deyə cavab verdi. Dedim: “Sənin üçün bu kifayət edirmi?” Cavab verdi ki, bundan az da kifayət edərdi.”[50] 10) Cəfər ibn Məhəmməd deyir: “Biz İmam Həsən Əskəri (əleyhissəlam) ilə birlikdə yol gedirdik. Mən istəyirdim ki, bir uşağım olsun. Ürəyimdə dedim ki, ey İmam Həsən Əskəri (əleyhissəlam), görəsən, mənim uşağım olacaq? Bu vaxt o Həzrət mənə baxıb başı ilə işarə etdi ki, bəli (uşağın olacaq). Ürəyimdə dedim: Görəsən, uşağım oğlan olacaq? İmam başı ilə işarə etdi ki, xeyr. Bir neçə gündən sonra Allah-taala bizə bir qız uşağı verdi.”[51] 11) Əli ibn Məhəmməd ibn Ziyad deyir: “Bir gün İmam Həsən Əskəri əleyhissəlamdan mənə bir məktub gəldi. Məktubda yazılmışdı: “Səni bir təhlükə gözləyir, evdən çıxma!” Elə bu ərəfədə mənim üçün bir çətinlik irəli çıxdı. Mən çox narahat oldum. İmama məktub yazıb soruşdum ki, dediyiniz təhlükə budurmu? İmam cavab yazdı ki, xeyr, dediyimiz təhlükə bundan da pisdir. Çox çəkmədi ki, Cəfər ibn Mahmuda görə ciddi nəzarət altına düşdüm. Belə ki, hökumət məni tutan şəxs üçün yüz min dirhəm pul mükafat təyin etmişdi.”[52]   6. Şiələri on ikinci imamın qeybə çəkilməsi dövrü üçün hazırlamaq   Hər hansı bir cəmiyyətin rəhbər və İmamının qeybə çəkilməsi qeyri-təbii bir hadisə olduğundan, eləcə də, ona inanmaq və onun qeybə çəkilməsi nəticəsində qarşıya çıxan çətinliklərə dözmək camaat üçün son dərəcə çətin olduğundan İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) və həmçinin, İmam Həsən Əskəri əleyhissəlamdan qabaqkı İmamlar yavaş-yavaş camaatı bu məsələ ilə tanış edir və onlarda bu məsələyə dair inam yaratmağa çalışırdılar. On ikinci İmamın qeybə çəkiləcəyi dövr yaxınlaşdıqca camaatda bu məsələyə dair inam yaratmaq səyi İmam Əliyyən-Nəqi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın dövründə daha çox hiss olunurdu. Necə ki, İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatından danışarkən qeyd etdik ki, o Həzrət öz işlərini əsasən, nümayəndələr vasitəsilə həyata keçirir və özü isə çox nadir hallarda şəxsən şiələrlə əlaqədə olurdu. İmam Həsən Əskəri əleyhissəlamın dövrünə gəldikdə isə bu məsələ özünü daha çox büruzə verirdi. Çünki İmam Həsən Əskəri (əleyhissəlam) bir tərəfdən Həzrət Məhdi əleyhissəlamın anadan olmasına təkid etməsinə baxmayaraq, onu yalnız özünün ən yaxın şiə dostlarına göstərir, digər tərəfdən də, özü ilə şiələrin əlaqəsi azalaraq məhdudlaşırdı. Belə ki, hətta Samirra şəhərinin şiələrinin suallarına, müraciətlərinə məktubla və ya nümayəndələr vasitəsilə cavab verərək onları İmamın qeybə çəkiləcəyi dövrün çətinliklərinə dözməyə və İmamla nümayəndə vasitəsilə əlaqə saxlamağa alışdırırdı. Sonralar on ikinci İmamın özü də, kiçik qeyb dövründə bu vasitədən istifadə etmiş və şiələri böyük qeyb dövrünə hazırlamışdır. (Bu barədə on ikinci İmamın həyatı bölməsində ətraflı söhbət edəcəyik.) Qeyd etdik ki, İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın dost və şiələrindən bəziləri İmam Zaman əleyhissəlamı görməyə nail olurdular. İndi həmin məqamlardan birini nümunə olaraq oxucuların diqqətinə çatdırırıq. Həzrət Məhdi əleyhissəlamın qeybə çəkiləcəyi barədə qabaqcadan xəbər vermə   İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın və ən səmimi dostlarından olan Əhməd ibn İshaq deyir: “İmam Həsən Əskəri əleyhissəlamın yanına gedib ondan sonrakı İmam barədə soruşmaq istəyirdim. Mən sual verməzdən qabaq o Həzrət üzünü mənə tutub buyurdu: “Ey Əhməd ibn İshaq! Allah-taala Həzrət Adəm əleyhissəlamı yaratdığı gündən Qiyamət gününə qədər yer üzünü bir an olsun belə, İlahi hüccətsiz (rəhbərsiz) qoymayıb və qoymayacaq. Allah həmin hüccətin hesabına yer üzündəki bəlanı dəf edərək camaata rəhmət yağışı göndərir və yerin alt təbəqələrində gizlənmiş nemətləri (sərvətləri) üzə çıxarır”. Mən ona dedim: “Sizdən sonra İmam kim olacaq?” Bunu deyəndən sonra o Həzrət qalxıb o biri otağa keçdi və çox çəkmədi ki, qucağında sifəti on dörd gecəlik ay parçası kimi parıldayan təxminən üç yaşlı bir uşaqla geri qayıtdı. Sonra isə mənə buyurdu: “Əhməd, əgər Allah və İmamlar yanında hörmətin olmasaydı, bu oğlumu sənə göstərməzdim. Onun adı Peyğəmbərin (səlləllahu əleyhi və alih) adından, künyəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) künyəsindəndir. Dünya zülm və haqsızlıqla dolduğu zaman o gəlib hər tərəfi haqq-ədalətlə dolduracaq. O, (uzunömürlü olması baxımından) bu ümmət arasında Xızr və Zülqərneyn kimi olacaq. O, uzunmüddətli qeybə çəkiləcək və bir çoxları (qeyb dövrünün həddən artıq uzun çəkəcəyinə görə) bu barədə şəkk edəcək, təkcə Allahın, onun İmamətinə möhkəm əqidədə saxladığı və onun zühurunun tez baş verməsi haqqında dua etməyə nail olan şəxslər azğınlıqdan qurtaracaqlar…”1 Həqiqətin parlaq siması   Hökumət nümayəndələrinin İmam Həsən Əskəri əleyhissəlama qarşı olan düşmənçiliklərinə baxmayaraq, bəzi vaxtlar o Həzrətin mənəvi məqamı onları elə təsirləndirirdi ki, onlar İmamı tərifləyib ona hörmətlə yanaşmaq məcburiyyətində qalırdılar. Übeydullah ibn Xaqan hökumətin əsas işçilərindən biri idi. Onun oğlu Əhməd Qum şəhərində şəri vergiləri toplamaq işinə baxırdı. O, İmamlara qarşı əks mövqedə dururdu. Həsən ibn Məhəmməd Əşəri, Məhəmməd ibn Yəhya və başqaları qeyd etmişlər ki, bir gün Übeydullahın oğlu Əhmədin məclisində şiələrdən (Ələvilərdən) və onların əqidəsindən söhbət açılır. Əhməd deyir: “Mən Samirra şəhərində Ələvilərdə vüqar, nəcabət, fəzilət və əzəmət baxımından öz ailəmiz və bütün Bəni-Haşim arasında İmam Həsən Əskəri (əleyhissəlam) kimi şəxs görməmişdim. Onların nəsli ona qocalar və qəbilə başçılarından çox hörmət edirdilər. Onun mövqeyi ordu başçıları, vəzir-vəkil, ümumiyyətlə, bütün camaat arasında da, bu cür idi. Yadıma gəlir ki, bir gün atamın yanında olarkən qapıçılar gəlib dedilər ki, Əbu Məhəmməd İmam Həsən Əskəri (əleyhissəlam) içəri gəlmək istəyir. Atam uca səslə onlara dedi ki, qoy gəlsin. Mən qapıçıların atamın yanında onun adını künyə ilə və hörmətlə çəkməsindən çox təəccübləndim. Çünki atamın yanında xəlifə, vəliəhd və adını künyə ilə çəkilməsinə xəlifə tərəfindən icazə verilmiş şəxsdən başqa heç kəsin adını künyə ilə çağırmırdılar. Bu vaxt buğdayı, xoşqamətli, gözəlsifətli, yaraşıqlı, vüqarlı bir cavan içəri daxil oldu. Atam onu görcək yerindən qalxıb onu qarşılamaq üçün bir neçə addam irəli getdi. Mənim yadıma gəlmir ki, atam o vaxta qədər Bəni-Haşimdən, yaxud ordu başçılarından birini o cür qarşılamış olsun. Atam onunla qucaqlaşıb üz-gözünü öpməyə başladı, daha sonra əlindən tutub öz namaz qıldığı yerdə əyləşdirdi. Özü isə onunla üzbəüz oturub söhbət etməyə başladı. Atam onunla söhbəti zamanı arabir “qurbanın olum” (başına dönüm) ifadələrini işlədirdi. Mən gördüyüm bu hadisədən təəccüb edirdim. Birdən qapıçılardan biri gəlib dedi ki, xəlifənin qardaşı Müvəffəq bura gəlmək istəyir. Adətən Müvəffəq gəlməzdən əvvəl qapıçılar və onun xüsusi ordu başçıları sarayın qapısından atamın oturduğu (işlədiyi) yerə qədər fəxri qaravulda dayanar, Müvəffəq də gəlib onların qarşısından keçərdi. Bəli, atamın bütün diqqəti İmam Həsən Əskəri əleyhissəlamda idi və fasiləsiz olaraq onunla söhbət edirdi. Atam Müvəffəqin xüsusi xadimlərini görəndə o Həzrətə dedi: “Qurbanın olum, istəyirsinizsə, siz gedin.” Qapıçılara da tapşırdı ki, Müvəffəq görməsin deyə, onu fəxri qaravulun arxa tərəfindən aparın. İmam Həsən Əskəri (əleyhissəlam) ayağa qalxdı. Atam da durub onunla qucaqlaşaraq ayrıldı. O, otaqdan çıxıb getdi. Mən atamın xadim və qapıçılarına dedim: “Bu şəxs kim idi ki, onun adını atamın hüzurunda künyə ilə çağırırdınız və atam onunla bu cür rəftar edirdi?” Onlar cavab verdilər ki, o, Ələvilərdən biri, İbnur-Riza adı ilə tanınmış[53] Həsən ibn Əli (əleyhissəlam) (İmam Həsən Əskəri (əleyhissəlam)) idi. Mən bir az da təəccübləndim və o günü axşama qədər onun haqqında və atamın onunla o cür rəftar etməsi barədə fikirləşdim. Adətən atam (xiftən) işa namazından sonra oturub xəlifəyə çatdırılası məlumatları araşdırırdı. Namazı qılıb qurtardıqdan sonra gəlib onun yanında oturdum. Onun yanında heç kəs yox idi. Atam məndən soruşdu: “Əhməd, işin var?” Dedim: “Bəli, ata! İcazə verirsənsə, deyim.” Dedi: “İcazə verirəm, de!” Mən dedim: “Ata, səhər gördüyüm o kişi kim idi ki, sən ona o cür hörmət edir, danışığında “qurbanın olum” ifadəsini işlədərək özünü, ata-ananı ona fəda edirdin?” Atam dedi: “Oğlum, o, rafizilərin[54] İmamı, İbnur-Riza adı ilə tanınmış Həsən ibn Əli (İmam Həsən Əskəri (əleyhissəlam)) idi.” Sonra bir az sükut etdi. Mən də sakitcə oturmuşdum. Atam davam edib dedi: “Oğlum, əgər Bəni-Abbas hakimiyyətdən getsə, Bəni-Haşimdə hakimiyyətə gəlməyə ondan başqa heç kimin səlahiyyəti yoxdur. Bu da onun fəzilət, ismət, ibadət, gözəl əxlaq və ləyaqətinə görədir. Onun atası da fəzilətli və böyük bir şəxsiyyət olmuşdur.” Atamın bu sözlərindən nigarançılığım və atama nifrətim daha da artdı. Artıq İmam Həsən Əskəri (əleyhissəlam) haqqında məlumat toplamaqdan başqa heç bir fikrim qalmamışdı. Onun haqqında istər Bəni-Haşimdən, istər ordu başçılarından, istər yazıçılardan, istər qazı və fəqihlərdən, istərsə də digər camaatdan nə soruşdumsa, hamı onun adını son dərəcə hörmətlə xatırladı. Hamı onu müsbət qələmə verir və öz tayfa və qəbilə başçılarından üstün tuturdu. (Beləliklə də) ona hörmətim artdı. Çünki onu, həm dostları, həm də düşmənləri yaxşı adla xatırlayaraq tərifləyirdilər…”[55] İmam Həsən Əskəri əleyhissəlamın şəhadəti və faydasız kələklər   İmam Həsən Əskəri əleyhissəlamın cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o Həzrətə olan diqqətinin artdığını, zindanın, təzyiq və işkəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə kələklərinə əl atıb İmamı gizlincəsinə zəhərləyir. Şiə aləminin görkəmli alimi Təbərsi yazır: “Bizim alimlərimizin əksəriyyəti yazmışlar ki, ata-babası və ümumiyyətlə, bütün İmamlar şəhid olduğu kimi İmam Həsən Əskəri (əleyhissəlam) da zəhərlənmə nəticəsində şəhid olmuşdur.[56] Tanınmış şiə alimi Kəfəmi yazır: “Onu (İmam Əskəri əleyhissəlamı) Mötəmid zəhərləmişdir.”[57] Dördüncü əsr (hicri tarixi ilə) şiə alimlərindən olan Məhəmməd ibn Cərir ibn Rüstəm ət-Təbəri də qeyd edir ki, İmam Həsən Əskəri (əleyhissəlam) zəhərlənmə nəticəsində şəhadətə qovuşmuşdur.[58] İmam Həsən Əskəri əleyhissəlamın Abbasi hökuməti tərəfindən öldürülməsinin nişanələrindən biri Mötəmidin o Həzrətin zəhərləndiyi günlərdə İmamın ölümünü adi və təbii bir ölüm kimi qələmə verməsi üçün etdiyi səylərdir. Sünni məzhəbinin görkəmli alimlərindən biri olan ibn Səbbaq Maliki, Abbasilər sarayında işləyən Übeydullah ibn Xaqanın dilindən yazır: “… İmam Həsən Əskəri (əleyhissəlam) vəfat edərkən Abbasi xəlifəsi heyrətamiz bir halda idi. Biz onun bu halından təəccübləndik, (onun xəlifə olduğundan) belə bir hala düşməsini heç fikrimizə belə gətirməzdik. İmam Həsən Əskəri (əleyhissəlam) zəhərlənərkən xəlifə hamılıqla saray alimlərindən olan beş yaxın dostunu onun evinə göndərir. Xəlifə onlara tapşırır ki, İmam Əskəri əleyhissəlamın evində qalıb baş verən bütün hadisələri ona xəbər versinlər. Eyni zamanda o, bir neçə nəfəri o Həzrətə xidmət etmək üçün onun evinə göndərir. Həmçinin, xəlifə Qazi ibn Bəxtiyara tapşırır ki, etibar etdiyi şəxslərdən on nəfərini seçib gecə-gündüz İmam Əskəri əleyhissəlamın halına nəzarət etmək üçün onun evinə göndərsin. İki-üç gündən sonra xəlifəyə xəbər verilir ki, İmam Əskəri əleyhissəlamın halı çox ağırdır və çətin ki, yaxşılaşsın. Xəlifə onlara tapşırır ki, o Həzrətin evinə daha da ciddi nəzarət edilsin. Onlar da xəlifənin dediyinə əsasən, İmam Həsən Əskəri (əleyhissəlam) vəfat edənə qədər o Həzrətin evinə nəzarəti daha da artırdılar. İmam Həsən Əskəri əleyhissəlamın şəhadət xəbəri Samirraya yayıldıqda, şəhərdə ah-nalə, şivən səsi ucalmağa başlayır və bütün dükan-bazar bağlanır. Bəni-Haşim, divan işçiləri, ordu başçıları, şəhər qazıları, şairlər, vəkil və şahidlər, adi camaat hamı o Həzrətin dəfn mərasiminə getdi. Sanki həmin gün Samirrada qiyamət qopmuşdu. İmam Həsən Əskəri əleyhissəlamın cənazəsi dəfn üçün hazır olduqda xəlifə öz qardaşı İsa ibn Mütəvəkkili o Həzrətin meyyit namazını qılmağa göndərir. Cənazə, namaz qılmaq üçün yerə qoyulduqda, İsa irəli gedib o Həzrətin üzündən kəfəni kənara çəkir və onu Ələvilərə, Abbasilərə, qazılara, yazıçı və şahidlərə göstərərək deyir: “Bu, İmam Həsən Əskəri əleyhissəlamdır. O, təbii ölüm nəticəsində vəfat etmişdir. Xəlifənin filan-filan xadimləri də buna şahiddir.” Sonra cənazənin üzünü örtüb ona namaz qılır və dəfn edilməsini əmr edir…”[59] Əlbəttə, qeyd etmək lazımdır ki, xəlifənin qardaşının İmam Həsən Əskəri əleyhissəlamın cənazəsinə meyyit namazı qılması simvolik bir məna kəsb edirdi və hökumət İmamın şəhadətinin səs-küyünün qarşısını almaq üçün bu addımı atırdı. Əslində isə şiə alimlərinin dediyinə görə İmam Məhdi (əleyhissəlam) özü o Həzrətin cənazəsinə xüsusi meyyit namazı qılmışdır.[60] Cəfər Kəzzabın əbəs yerə etdiyi səy   Əbül-Ədyan deyir: “Mən İmam Həsən Əskəri əleyhissəlamın xadimlərindən biri idim və o Həzrətin məktublarını müxtəlif şəhərlərə aparırdım. İmam xəstə olduğu son günlərdə onun yanına getdim. O Həzrət bir neçə məktub yazıb buyurdu: “Bunları Mədainə apar, sən on beş gün Samirrada olmayacaqsan. On beşinci gün şəhərə gəldikdə isə görəcəksən ki, mənim evimdən şivən səsi gəlir və mənim meyyitimi qüsul verməyə qoyublar.” Mən dedim: “Ey mənim ağam! Bəs onda sizdən sonrakı İmam kim olacaq?” Buyurdu: “Məktubların cavabını səndən istəyəcək şəxs.” O Həzrət buyurdu: “Mənim cənazəmə meyyit namazı qılan şəxs məndən sonra İmam olacaq.” Dedim ki, başqa bir nişanə verin. İmam buyurdu: “Kəmərin arasındakı şeydən xəbər verəcək şəxs məndən sonrakı İmamdır.” İmamın heybət və əzəməti kəmərin arasındakı şeyin nə olduğu barədə soruşmağıma mane oldu. İmamın verdiyi məktubları Mədainə apardım. Cavabları alıb on beş gündən sonra Samirraya qayıtdıqda, İmamın buyurduğu kimi o Həzrətin evindən şivən səsinin gəldiyini eşitdim. İmamın qardaşı Cəfər (Kəzzab)[61] İmamın evinin kənarında oturmuş, şiələrdən bir dəstəsi də onu dövrəyə alıb başsağlığı verir, digər tərəfdən də, İmam seçilməsi münasibətilə onu təbrik edirdilər. Mən bu hadisədən çox təəccübləndim və özüm-özümə dedim ki, əgər Cəfər İmam seçilibsə, onda İmamətin vəziyyəti dəyişilmişdir. Çünki mən onun şərab içməsini, qumar oynamasını, çalıb-oynamasını öz gözlərimlə görmüşdüm. Mən də irəli gedərək ona başsağlığı verib İmam seçilməsi münasibəti ilə onu təbrik etdim. Ancaq o, məndən heç nə soruşmadı. Bu vaxt İmam Həsən Əskəri əleyhissəlamın evinin xadimi Üqeyd evdən çıxıb Cəfərə dedi ki, qardaşının nəşini kəfənlədilər, gəlin ona namaz qılın. Cəfər evə daxil oldu. Şiələr onun dövrəsini əhatə etmiş, Osman ibn Səid Əmri və Sələmə adı ilə məşhur olmuş Həsən ibn Əli isə onların qarşısında durmuşdular. İmam Həsən Əskəri əleyhissəlamın həyətinə daxil olduqda, o Həzrətin nəşini kəfənləyib tabuta qoymuşdular. Cəfər meyyit namazı qılmaq üçün irəli keçdi. Namaza başlamaq istərkən buğdayı, qarasaç və qabaq dişləri bir-birindən bir az aralı olan bir uşaq evdən çıxıb Cəfərin paltarından yapışaraq onu kənara çəkir və deyir: “Əmi, çəkil kənara, atama meyyit namazını mən qılmalıyam.” Üz-gözündən narahatçılığı açıq-aşkar hiss olunan Cəfər kənara çəkilir. O uşaq İmam Həsən Əskəri əleyhissəlamın cənazəsinə namaz qılır, sonra isə İmamı öz evində atası İmam Əliyyən-Nəqi əleyhissəlamın yanında dəfn edirlər. Sonra həmin uşaq üzünü mənə tutub dedi: “Ey bəsrəli kişi, apardığın məktubların cavablarını ver.” Məktubların cavabını ona verib öz-özümə dedim: “Bu iki nişanə (cənazəyə namaz qılmaq, məktubların cavablarını istəmək), bircə qaldı kəmərin arasındakı şeydən xəbər vermək.” Cəfərin yanına gəldikdə səs-küyü aləmi basmışdı. Haciz Vəşşa Cəfərdən soruşur: “O uşaq kim idi?” O, bu sualla (yalandan İmamlıq iddiası edən) Cəfəri məhkum etmək (susdurmaq) istəyirdi. Cəfər cavab verir ki, vallah heç bu vaxtacan onu görməmişdim, tanımıram. Biz orada oturmuşduq ki, bir də gördüm Qum şəhərindən bir neçə nəfər gəlib İmam Həsən Əskəri əleyhissəlamı soruşdular. İmamın dünyadan köçdüyünü bildikdə dedilər: “İmamın canişini kimdir?” Oradakılar Cəfəri göstərdilər. Onlar Cəfərə salam verib başsağlığı və təbrik dedilər. Sonra isə dedilər: “Bir neçə məktub və bir qədər pul gətirmişik. Buyurun, görək məktubları kim yazmış və pullar nə qədərdir?” Cəfər bu sualdan narahat olub ayağa qalxdı və paltarının tozunu çırpa-çırpa dedi: “Bunların fikri budur ki, biz qeybdən xəbər verək!” Bu vaxt evdən bir xadim çıxıb dedi: “Məktubları filan-filan kəslər yazmış, kəmərin arasında isə min dinar pul vardır. Özü də onlardan on dənəsini qızıl suyuna çəkiblər.” Qumdan gələnlər məktubları da, pulları da xadimə verib dedilər: “Səni kim kəmərin dalınca göndəribsə, İmam da məhz odur…”[62] FAYDASIZ SƏYLƏR   Öz xam xəyalına görə İmam Həsən Əskəri əleyhissəlamı şəhid etmiş Abbasi xəlifəsi Mötəmid elə hesab edirdi ki, öz istədiyinə çatmış və artıq onun özbaşına hakimiyyətinin qarşısında heç bir maneə qalmamışdır. Ancaq daha da arxayın olsun deyə, yeni bir hiyləyə əl atır ki, bu da onun son dərəcə məqampərəst olduğunu və İmam övladı tərəfindən olan nigarançılığını göstərir. O, bir neçə nəfəri İmam Əskəri əleyhissəlamın evinə göndərib onlara tapşırır ki, İmamın evinə gedib orada olan bütün şeyləri yoxlayıb möhürləsinlər. Digər tərəfdən də, İmam Həsən Əskəri əleyhissəlamdan bir uşaq qalması xəbərini eşitdiyi üçün onu tapıb ələ keçirmək fikrinə düşür. Bu məqsədlə o, bütün uşaq tutan qadınlara (mamalara) tapşırır ki, İmam Həsən Əskəri əleyhissəlamın bütün kəniz və arvadlarını müayinədən keçirsinlər. Onlarda

1 2