Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Hüseyn (ə) 20.01.2025

Hәr kәs İmаm Hüsеynin (ә) müsibәtinә bir zәrrә göz yаşı töksә…

Kufәlilәr İmаm Hüsеyni (ә) Kufәyә dәvәt еdәrәk üç gün Fәrаt çаyının kәnаrındа susuz sахlаdılаr İmаm Hüsеynin (ә) müsibәti İmаm Bаqir (ә) buyurmuşdur: “Hәr kәs İmаm Hüsеynin (ә) müsibәtinә аğlаyаrаq bir zәrrә bеlә göz yаşı töksә, Аllаh оnun dәryаlаr qәdәr vüsәti vә ulduzlаrın sаyı qәdәr günаhlаrını (әgәr vаrsа) bаğışlаyаr.” (“Tühfәtul-mәcаlis”, sәh. 215.) İmаm Sәccаd (ә) dеyir: “Kufәlilәr Әlinin (ә) yаnınа gәlib yаğışın yаğmаdığındаn şikаyәtlәnәrәk dеdilәr ki, duа еt, Аllаh bizim üçün yаğış göndәrsin. İmаm Әli (ә) оğlu Hüsеynə (ә) dеdi: Qаlх, Аllаhdаn yаğış dilә. İmаm Hüsеyn (ә) аyаğа qаlхаrаq Аllаhа hәmd-sәnа еtdikdәn vә Pеyğәmbәrə (s) sаlаm göndәrdikdәn sоnrа duа еtdi. Hәzrәtin duаsı qurtаrmаmış Аllаh göydәn lеysаn yаğış gön-dәrdi. Hәttа çöl әrәblәri Kufә әtrаfındаn gәlib хәbәr vеrdilәr ki, dәrәlәr vә biyаbаnlаr su ilә dоlmuşdur.” (“İmаm Hüsеynin (ә) buyuruqlаrının külliyyаtı”, sәh. 160.) Аmmа hәmin kufәlilәr İmаm Hüsеyni (ә) Kufәyә dәvәt еdәrәk üç gün Fәrаt çаyının kәnаrındа susuz sахlаdılаr, Hәzrәtin susuz hаldа bаşını kәsmәkdәn әlаvә, körpә Әli Әsgәrini susuz şәhid еtdilәr, Hәzrәt Әbülfәzlin bәdәnini Fәrаtın kәnаrındа tikә-tikә dоğrаdılаr…

İmam Hüseyn (ə) 20.01.2025

Hüseyn (ə) qiyamının fəlsəfəsi

Əgər Peyğəmbər (s) hökuməti davam etsəydi və bəşəriyyətin tarixi dəyişsəydi, bəşərin aqibəti uzun müddət irəliyə düşərdi İslamın vasitəsi ilə ideal bir hökumət yarandı. Əgər İmam Hüseynin (ə) hadisəsini bir neçə sətirdə xülasə etmək istəsək, belə olur: Bəşəriyyət zülmə, cəhalətə və ayrıseçkiliyə məruz qalmışdı. Dünyanın ozamankı İran və Roma imperiyalarında mövcud olan Qeysər və Kəsra hökumətlərindən ibarət olan böyük hökumətləri aristokratiya, qeyri-xalq hökuməti, məntiqsiz xəncər, cəhalət və fəsad hökuməti idi. Ərəbistan yarımadası kimi kiçik hökumətlər isə onlardan da pis vəziyyətdə idi. Cahiliyyət bütün dünyanı bürümüşdü. Bu arada Allah Peyğəmbərinin (ə) vasitəsi ilə, Allahın yardımı, xalqın əzəmətli və yorulmaz mübarizəsi ilə İslam nuru əvvəlcə Ərəbistan yarımadasını işıqlandıra bildi, sonra da tədricən genişləndi, şüası hər yeri bürüdü. Peyğəmbər (s) dünyadan köçdükdə bu hökumət tarix boyu bütün bəşəriyyətə nümunə ola biləcək şəkildə güclü bir hökumət idi. Əgər o hökumət həmin istiqamətdə hərəkətini davam etdirsəydi, şübhəsiz, tarix dəyişərdi, ondan əsrlər sonra, indi və İmam Mehdinin (ə) zühuru dövründə yaranması gözlənilən vəziyyət həmin dövrdə yaranardı. Ədalət, paklıq, doğruluq və məhəbbət dolu dünya İmam Mehdi (ə) dövrünün dünyasıdır. Allah bilir ki, bəşər orada hansı əzəmətlərə nail olacaq. Buna əsasən, əgər Peyğəmbər (s) hökuməti davam etsəydi və bəşəriyyətin tarixi dəyişsəydi, bəşərin aqibəti uzun müddət irəliyə düşərdi. Lakin bəzi səbəblər üzündən bu baş vermədi. Peyğəmbər (s) hökumətinin xüsusiyyəti belə idi: zülmə əsaslanmaq yerinə ədalətə əsaslanırdı, şirkin və insanın fikir təfriqəsinin yerinə tövhidə və Pərvərdigarın müqəddəs zatının bəndəliyinə söykənirdi, cəhalət əvəzinə elm və bilgiyə arxalanırdı, insanların bir-birinə ədavəti yerinə məhəbbət, münasibət, dostluq və səmimiyyətə söykənirdi; yəni zahirdən və batindən bəzənmiş bir hökumət idi. Belə bir hökumətdə yetişən insan təqvalı, iffətli, alim, agah, fəal, həvəskar, aktiv və kamala doğru irəliləyən insan olur. Əlli il ötməklə məsələlər dəyişdi. Adda İslam adı qaldı, lakin batini daha İslam batini deyildi. Ədalətin hakimiyyətinin yerinə yenə zülmün hakimiyyəti gəldi, bərabərliyin və qardaşlığın yerinə ayrıseçkilik, ikitirəlik və təbəqələr arasında böyük fərq vücuda gəldi, elmin yerinə cəhalət hakim oldu. Bu əlliillik dövrdə nə qədər yaxına gəliriksə, bu tənəzzülə dair yüzlərlə fakt və nümunə görürük. Tədqiqatla məşğul olanlar bunları gənc və araşdırıcı beyinlər üçün aydınlaşdırsınlar. Ayətullah Seyid Əli Xamenei

İmam Hüseyn (ə) 19.01.2025

Bu bayraq həmişə dalğalansın

Aşura sözünün və bayrağının ucalması Hüseyn ibn Əlinin (ə) yolu və onun qanı əzəmətli İslam ümmətinin İslam məqsədlərinə sarı hərəkətinin bayrağı olsun, bu bayraq həmişə dalğalansın. Siz baxın, Hüseyn ibn Əlinin (ə) pak qanı Kərbəlada, qürbətdə töküldü. Lakin İmam Səccadın (ə) və Zeynəb-Kübranın öhdəsinə düşən ən böyük məsuliyyət ilk andan bu sözü ucaldıb müxtəlif formalarla bütün İslam dünyasına çatdırmaq idi. Bu hərəkət həqiqi dinin, Hüseyn ibn Əlinin (ə) dininin və İmam Hüseynin (ə) şəhid olduğu məqsədin dirçəldilməsi üçün zəruri və lazım idi. Sözsüz ki, İmam Hüseyn (ə) üçün Allahın mükafatı olacaq, buna görə sükut edə bilərdilər. Amma nə üçün İmam Səccad (ə) ömrünün sonuna qədər – ondan sonra yaşadığı 30 ildə hər hansı bir münasibətlə Hüseynin (ə) adını, Hüseynin (ə) qanını və Əbu Abdullahın (ə) şəhidliyini yada salırdı, xalqa xatırladırdı? Bu iş nədən ötrü idi? Bəziləri elə bilirlər ki, bu iş Üməyyə övladlarından intiqam almaq üçün idi. Halbuki sonralar Bəni-Üməyyə hakimiyyətdən uzaqlaşdı. Bəni-Abbasın hakimiyyətə gəlişindən sonra İmam Rza (ə) nə üçün Rəyyan ibn Şəbibə tapşırır ki, öz məclislərinizdə Əbu Abdullahın (ə) müsibətlərini oxuyun? O zaman axı Bəni-Üməyyə yox idi, tar-mar olmuşdular! Bu ondan ötrüdür ki, Hüseyn ibn Əlinin (ə) yolu və onun qanı əzəmətli İslam ümmətinin İslam məqsədlərinə sarı hərəkətinin bayrağı olsun, bu bayraq həmişə dalğalansın. Bu günə qədər də dalğalanmış və hidayət etmişdir. Ayətullah Seyid Əli Xamenei

İmam Hüseyn (ə) 19.01.2025

Düşünülmüş və hazırlıqlı qiyam

İmamın qiyamı agahlıq əsasında, məsuliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir Bu günkü zamanda materialistlərin qiyam üçün verdiyi təfsirə görə qiyam cəmiyyətdə buxar qazanının havasının çıxmağa yeri olmadığı zaman partlaması kimidir. Bu vəziyyətdə insan istəsə də, istəməsə də, buxarın çoxalıb sıxlaşması nəticəsində partlayış olacaq. Cəmiyyətdəki təbəqələr arasında çətinliklər və ziddiyyətlər artdıqda, camaat daha zülmə dözə bilmir, təbii ki, belə bir vəziyyətdə də qiyam baş verməlidir. Başqa sözlə desək, qiyam – kiçik miqyasda qəzəblənmiş və kinli bir şəxsin səbr kasası dolduqda ürəyində olanları bayıra çıxarmasıdır. Hətta ola bilər sonradan buna peşiman da olsun. İmam Hüseyn əleyhissəlamın tarixi məktub və çıxışlarından (qeyd etdiyimiz çıxışlardan) gözəl məlum olur ki, bu böyük şəxsiyyətin qiyamı bu cür ictimai partlayış olmamışdır. Onun qiyamı agahlıq əsasında, məsuliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir. İmam Hüseyn (əleyhissəlam) təkcə özü agah halda şəhadətə tərəf getmədi, hətta səhabələrə də şəhadəti könüllü olaraq seçməyi aşıladı. Bu səbəbdən İmam Hüseyn (əleyhissəlam) Aşura gecəsi səhabələrini bir yerə yığıb onlara bildirdi ki, onların hamısı azaddır, kim istəsə, çıxıb gedə bilər. Sabah onunla qalanların hamısı şəhid olacaqdır. Səhabələr də bunların hamısını nəzərə alaraq qaldılar və şəhadətə qovuşdular. Bundan əlavə, materialistlərin fikrincə qiyamda rəhbərin və qiyamçıların bir o qədər də rolu olmur. Sadəcə olaraq onlar uşaq doğulanda, uşaq tutan dayə rolunu oynayırlar. Onların qiyam qəhrəmanları bu cür inqilab həyata keçirmək iqtidarında olmadıqlarından inqilabları da heç bir əxlaqi dəyərlərə malik olmur. Lakin İmam Hüseyn əleyhissəlamın Kərbəla qiyamındakı rolu heç kəsə naməlum qalmamışdır.  

İmam Hüseyn (ə) 19.01.2025

İmam Hüseyn (ə) məktəbində həqiqi azadlıq

İlahi peyğəmbərlərin (ə) məktəbində insanın kamal və səadəti onda idi ki, ubudiyyət və bəndəlik məqamına çatsın. Bütün pyğəmbərlər (ə) məhz bu risalət üçün məbus olublar. Onlar deyərdilər: “Allaha ibadət edin və Ondan qeyrisindən itaət etməkdən çəkinin”.   Bu risalətdə bütün insanlar bərabər təqdim olunub və heç bir insanın haqqı yoxdur ki, İlahi peyğəmbərlərin risalət və vilayətini inkar etsin. İmam Hüseyn (ə) məktəbinin də risalət və əsil vəzifəsi məhz bu idi. Ona görə də Həzrət (ə) bu məqsədinə çatmaq üçün zalım güruhla vuruşur və ona qarşı qiyam edir. O, Əməvi hökumətinin iç üzünü açaraq, insanlara göstərir və dünyada qul olmamaq üçün şəhadəti seçir.   İmam Sadiq (ə) cəddi İmam Hüseyndən (ə) nəql edir ki, Həzrət (ə) buyurub: “Ey insanlar! Allah Təala bəndələri Ona mərifət əldə etmək üçün xəlq etmişdir. Ona görə də o zaman ki, Onu tanıdılar – ibadət etdilər. O zaman ki, ibadət etdilər – Ona pərəstiş etməyə görə başqasına ibadət etməkdən ehtiyacsız oldular”. (Erfan)   İmam Hüseyn (ə) məktəbinin əsil şüarı budur ki, azad insan Allahdan qeyrisinə ibadət etməməlidir. Çünki insan ancaq bu zaman həqiqi azad ola bilər. Əgər azadlıq bu mənada təmin olunarsa, o zaman bütün azadlıqlar da təmin olunacaqdır.   İmam Əli (ə) oğlu İmam Həsənə (ə) tövsiyə verən zaman buyurur: “Oğlum, Allah səni azad yaratdığı üçün başqasının qulu olma”. Başqa insanların qulu olmaqdan azad olmaq – böyük bir nemətdir ki, Xaliq insana bəxş etmişdir. Heç bir başqa nemətlə müqayisə oluna bilməz. O kəs ki, Allahdan savayısı üçün bəndə olmaz, o, həqiqi azad insan olar.   Ərəblərin məhşur yazıçısı olan Məhmud Əqqad İmam Hüseynin (ə) Əbuzəri Rəbəzəyə qədər müşayiət edən zaman dediyi sözləri yada salır və nəql edir: “Sanki o Həzrət (ə) öz həyat şüarını dünyaya qədəm basdığı ilk gündən şəhadətə çatan günə qədər bu bir neçə cümlədə xülasə etmişdi: “Əmican! Allah Təala indi müşahidə etdiyin vəziyyəti dəyişdirməyə qadirdir. Bu qövm dünyalarını səndən saxladılar, sən də öz dinini onlardan saxladın. Həqiqətən, sən nə qədər məhrum etdiklərindən ehtiyacsızsan. Onlar nə qədər sənin onları məhrum etdiklərindən ehtiyaclıdırlar”.   İmam Kazım (ə) Hişama vəsiyyət edən zaman cəddi İmam Hüseynin (ə) kəlamlarını bəyan etmiş və buyurmuşdur: “Elə bir azad vardırmı ki, bu çeynənmiş tikədən (dünydan) əl çəksin və onu əhlinə tapşırsın? Sizin üçün behiştdən savayı qiymət yoxdur. Ona görə də özünüzü ondan qeyrisinə satmayın. Hər kim dünyaya razılıq verər – alçaq və dəyərsiz bir şeyə razı olmuş olar”.   Bəli, azad insanın baxış və əqidəsi belə olmalıdır. İmam Hüseyn (ə) məktəbi başdan-başa azadlıq məktəbidir. Hər kim bu məktəbin şagirdi olar, İmamın (ə) yadigar qoyub getdiyi bu misilsiz dəyərlərə yiyələnər və özünü dünyanın və insanların qulu etməz.   /Deyerler.org/

İmam Hüseyn (ə) 19.01.2025

İmam Hüseynin (ə) eşq və fədakarlıqla dolu həyatı

İmam Hüseyn (ə) həzrət Əlinin (ə) və Peyğəmbəri- əkrəmin qızı həzrət Fatimənin (s) ikinci oğludur. O həzrət hicrətin üçüncü (bəzi rəvayətlərə görə dördüncü) ilində dünyaya göz açıb. Böyük qardaşı imam Həsən Müctəba (ə) şəhid olduqdan sonra Allahın əmri və qardaşının vəsiyyətinə əsasən imaməti öhdəsinə götürərək on il imamlıq etdi. O Həzrət (ə) imamlığının təxminən altı ayını Müaviyənin xilafəti zamanında ən çətin şərtlər, acılı-ağrılı vəziyyətlər və ən ağır təzyiqlər altında keçirib. Çünki dini hökmlər cəmiyyətdə dəyərini itirmiş, Müaviyə hökumətinin əmrləri Allah və Rəsulunun buyurduqlarını əvəz etmişdi. Həmçinin Müaviyə və dostları əllərindən gələn bütün hiylələrə əl ataraq Əhli-beyti (ə) və tərəfdarlarını əzib, Əlinin (ə) adını aradan aparmaq istəyirdilər. Digər tərəfdən də Müaviyə, oğlu Yezidin xilafətinə güclü zəmin yaradırdı. Yezidin heç bir dini əsas və qaydalara bələd olmadığından xalqın bir qisimi onun xilafətilə razılaşmırdı. Müaviyə də müxaliflərin çoxalmasının qarşısını almaq üçün daha çox, təzyiqlərdən istifadə edirdi. İmam Hüseyn (ə) bu qaranlıq günlərə səbr edərək, Müaviyə tərəfindən edilən hər növ ruhi işgəncə və təzyiqlərə dözürdü. Hicrətin altmışıncı ilində Müaviyə öldü və oğlu Yezid atasının yerini tutdu. O zamanlar ərəblər arasında səltənət, əmirlik və sair bu kimi mühüm məsələlər zamanı beyət mərasiminin qurulması bir ənənə idi. Cəmiyyət, xüsusilə də xalq içində tanınmış şəxslər belə mərasimlərdə sultan yaxud əmirin əlini sıxaraq beyət edərdilər, beyətdən sonra sultana itaətsizlik etmək həmin qövm üçün böyük ar və zillət sayılardı. Eyni zamanda imzadan boyun qaçırmaq qəti olaraq cinayət sayılardı. Müaviyə də həyatda ikən tanınmış şəxsiyyətlərdən Yezidə beyət almışdı. Lakin İmam Hüseynə (ə) toxunmamış və ondan Yezidə beyət almamışdı. Xüsusilə oğlu Yezidə belə vəsiyyət etmişdi:”Əli ibn Hüseyn (ə) beyət etməzsə çox israr etmə”. Çünki Müaviyə məsələnin önünü arxasını ölçməyi bacarırdı. Ancaq Yezid, qürur və təkəbbürü üzündən atasının vəsiyyətini unudub, Mədinə qubernatoruna, “Hüseyndən (ə) mənim xilafətim üçün beyət istə, itaətsizlik etdiyi halda başını Şama göndər”-deyə əmr verdi. Mədinə qubernatoru Yezidin istəyini İmam Hüseynə (ə) çatdırdıqdan sonra İmam ondan bu mövzu haqda düşünməsi üçün vaxt istədi. Bundan sonra ailəsini də götürüb Məkkəyə hərəkət edən İmam (ə), İslamda rəsmi olaraq təhlükəsiz və zəmanətli yer elan edilən Allahın hərəminə (Kəbəyə) sığındı. Bu hadisə hicrətin 60-cı ilində Rəcəb ayının sonları və Şəban ayının əvvəllərində baş verdi. İmam Hüseyn (ə) təxminən dörd ay Məkkəyə sığınaraq yaşadı. Bu xəbər yavaş-yavaş İslam ölkələrinə yayıldı. Bir tərəfdən, Müaviyənin dövründəki haqsızlıqlara razı olmayıb, Yezidin xilafətinə qarşı çıxanlar İmam Hüseynin (ə) yanına gəlib kömək edəcəklərinə dair söz verirdilər. Digər tərəfdən də İraq camaatı, xüsusilə Kufə xalqı fasiləsiz olaraq İmam Hüseynə (ə) məktub göndərib onun İraqa gəlib Müsəlmanlara öndərlik edərək zülm və ədalətsizliyi yox etməsini istəyirdilər. Əlbəttə bu vəziyyət Yezid üçün çox təhlükəli idi. İmam Hüseyn (ə), həcc mövsümünə qədər Məkkədə qaldı. Müsəlmanlar da İslam ölkələrindən dəstə-dəstə həcc əməllərini yerinə yetirmək üçün Məkkəyə axışırdılar. Bu vaxt İmam (ə), Yezidin onu öldürmək üçün hacı qiyafəsində maskalanmış bir dəstəni Məkkəyə göndərdiyini xəbər aldı. Onlar həcc əməlləri əsnasında ehram paltarları altında gizlədikləri silahlarla İmam Hüseyni (ə) şəhid etməyi planlaşdırmışdılar. İmam Hüseyn (ə) həcc əməllərini yarıda qoyaraq (başqa bir rəvayətə görə ümrə həccinə keçib təvaf, səy əməllərini yerinə yetirdikdən sonra ehramdan çıxmışdı), bir yığıncaqda qısa bir xütbə oxuyaraq İraqa doğru hərəkət edəcəyini bildirdi. İmam xütbəsində şəhid olacağına da işarə etdi. Müsəlmanlardan ona kömək etmələrini, bu hədəf yolunda qanlarını və canlarını vermələrini istədi. Sabahısı gün ailəsi və dostlarıyla birlikdə İraqa yola düşdü. İmam Hüseyn (ə) Yezidə beyət etməməyi qəti qərara almışdı və bu yolda şəhid olacağını da yaxşı bilirdi. Bir dəstə tanınmış şəxs, İmamla (ə) görüşərək bu hərəkət və qiyamın təhlükəli olmasaını ona xatırlatmışdı. Lakin İmam (ə) cavab olaraq: ‘‘Mən beyət etməyəcəyəm. Zülm və fəsad hökumətinə boyun əyməyəcəyəm. Hara getsəm, ha-rada olsam məni öldürəcəklərini bilirəm. Qanımın tökülməsiylə Kəbənin hörməti aradan getməsin deyə Məkkədən uzaqlaşmışam”- buyurdu. Beləliklə İmam Hüseyn (ə) Kufəyə doğru yollandı. Hələ Kufəyə bir neçə günlük yol qalmışdı; İmam Kufəyə göndərdiyi elçisi və tanınmış sadiq dostlarından birinin, Yezidin qubernatoru tərəfindən şəhid edilərək, ayaqlarının iplə bağlanıb, Kufə küçələrində süründürülməsini eşitdi. O Həzrət (ə) Kufə və bölgələrinin möhkəmcə nəzarətə alındığını və təchizatlanmış bir ordunun onunla döyüşə hazırlandığını eşitdikdə, ölümdən başqa bir yol qalmadığını anladı. Artıq, burada şəhid olmaq üçün qəti qərara gəldiyini açıq-aşkar bildirib, Kufəyə doğru yoluna davam etdi. Kufənin təxminən yetmiş kilometrliyində Kərbəla adlı bir çöldə Yezidin ordusu onları mühasirəyə aldı. İmam və yoldaşları səkkiz gün burada qaldılar. Bu arada Həzrətin (ə) mühasirəyə alındığı çevrə günbəgün daralırdı. Həmçinin, düşmənin sayı davamlı şəkildə artırdı. Nəhayət, İmam (ə) ailəsi və çox az sayda olan səhabələriylə birlikdə, otuz minlik ordunun muhasirəsində qaldı. Bu bir neçə gün içində İmam Hüseyn (ə) ordusunun mövqelərini nizamladı. Qısa bir xütbədən sonra səhabələrinə üz tutaraq belə buyurdu: “Bizim ölüm və şəhidlikdən başqa bir yolumuz yoxdur. Mən beyətimi sizdən götürdüm. Getmək istəyən, gecənin qaranlığından istifadə edərək özünü bu təhlükəli meydandan qurtarsın. Çünki onlar yalnız məni öldürmək istəyirlər. “Daha sonra işıqların söndürülməsini əmr etdi. Maddi məqsədlər üçün İmama (ə) qoşulanlar ayrılıb dağıldılar. Yalnız haqq aşiqlərindən çox azı (40 adama yaxın) silahdaş və Bəni-Haşimdən olan qohumları qaldılar. İmam Hüseyn (ə) bir daha getməyib, qalanları yığıb danışdı və belə buyurdu: “Sizdən hər kim istəsə, gecənin qaranlığından istifadə etsin və özünü təhlükədən qurtarsın. Onlar yalnız məni istəyirlər.” Lakin bu dəfə İmamın (ə) vəfalı dostları bir-bir qalxaraq, “Biz heç bir zaman sənin öndər olduğun haqq yolundan dönməyəcəyik, əlimiz qılınc tutana, damarımızda qan axana qədər döyüşüb, sənin hörmətini qoruyacağıq, paklığından ayrılmayacağıq…”-deyə öz sadiq olduqlarını bildirdilər. Məhərrəm ayının 9-cu gününün sonlarında son təklif (beyət və ya döyüş) düşmən tərəfindən İmama (ə) çatdırıldı. İmam (ə) o gecəni ibadət üçün möhlət alıb sabahkı döyüşə hazırlaşdı. Hicrətin 61-ci ili Məhərrəm ayının 10-u İmam (ə) azsaylı dostlarıyla (cəmi doxsan adamdan az idi; qırx nəfər əvvəlcədən yanında olanlar, otuzdan bir az çox döyüş günü və gecəsi düşmən ordusundan dönənlər və İmamın Haşimi qohumları, məsələn, oğlanları, qardaşları, qardaşı və bacısı oğlanları və əmisi oğlanları) saysız düşmən qarşısına çıxaraq döyüşə başladı. O gün səhərdən axşama qədər döyüşdülər və son nəfərə qədər şəhid oldular (şəhidlərin içində imam Həsənin (ə) iki kiçik oğlu, İmam Hüseynin (ə) bir kiçik oğlu və qundaqda olan daha bir körpəsini də saymalıyıq). Döyüş bitdikdən sonra düşmən ordusu, İmamın (ə) hərəmini qarət edərək çadırlara od vurub şəhidlərin başını kəsib, paltarlarını çıxardaraq qənimət götürdülər. Cəsədləri dəfn etmədən, sığınacaqsız qızlar və qadınlardan ibarət Əhli-beyt əsirlərini şəhidlərin başlarıyla birlikdə Kufəyə apardılar. (əsirlərin içində kişilərdən yalnız İmam Hüseynin (ə) iyirmi iki yaşlı oğlu İmam Zeynul-Abidin (ə), bir də onun oğlu İmam Məhəmməd Baqir (ə) və İmam Həsənin (ə) oğlu Həsənül-Müsənna var idi. Həsənül-Müsənna döyüşdə ağır yaralandığından şəhidlərin içində qalmışdı, lakin son anlarda əsirlərlə birlikdə Kufəyə aparıldı). Daha sonra əsirləri Kufədən Dəməşqə, Yezidin yanına apardılar. Kərbəla hadisəsi, qadınların əsir alınıb şəhərlərdə gəzdirilməsi və (əsirlər içində olan) həzrət Əlinin (ə) qızı həzrət Zeynəb (s) və İmam Zeynul-Abidinin (ə) Kufə və Şamdakı yığıncaq yerlərində etdikləri çıxışları, Üməyyə oğullarını alçaldaraq Müaviyənin illərcə etdiyi təbliğatı nəticəsiz qoydu. Həmçinin, bu çıxışlar Yezidin Kərbəlada məmurların əliylə etdiyi cinayətdən özünü təmizə çıxarmaq üçün çalışmasına və Kərbəla hadisəsinin təsirinin keçməsinə baxmayaraq, Üməyyə oğullarını səltənətdən salınmasında və Əhli-beyt sevgisinin artmasında böyük rol oynadı. Həmçinin Kərbəla hadisəsinin onlara vurduğu ən zəif təsiri, müxtəlif qısa müddətli savaşlar və on iki il davam edən qanlı döyüşlər oldu. Belə ki, İmam Hüseynin (ə) qatilləri heç biri intiqamdan qaçıb xilas ola bilmədi. Buna “Təvvabin” savaşı misal ola bilər. Tarixin İmam Hüseyn (ə) və Yezidlə əlaqədar hissəsini oxuyub o zamanın hakim sistemini araşdıranlar bilirlər ki, İmamın (ə) yeganə yolu şəhid olmaq idi. İslam dininin açıq-aşkar əzilməsinə səbəb olan beyət, heç bir şərtlə İmam Hüseyn (ə) üçün mümkün deyildi. Çünki Yezid, İslam dininə və onun qanunlarına hörmət göstərməməklə kifayətlənməyib, İslamı açıq-aşkar əzməyə çalışan zalım bir hakim idi. Halbuki ondan əvvəlkilər, əslində dinə müxalif olmaqlarına baxmayaraq zahirdə də olsa dinə hörmətlə yanaşırdılar. Həmçinin, Peyğəmbərə (s) və digər dini şəxsiyyətlərə kömək edib, onların yanında olmaqla öyünürdülər. Bunları nəzərdən keçirən, bəzi tarixçilərin imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında yürütdüyü tarixi fikirlərin səhv olması məlum olur. Məsələn, bəziləri deyirlər ki, İmam Həsən (ə) və İmam Hüseyn (ə) müxtəlif təbiətli insanlar idilər; İmam Həsən (ə) sülhsevər idi. Qırx min əsgəri olmasına baxmayaraq sülhü qəbul etdi. Amma imam Hüseyn (ə) mübarizə yolunu və döyüşü seçdi. Qırx nəfər döyüşçüsü olmasına baxmayaraq, Yezidlə döyüşə başladı.

İmam Hüseyn (ə) 19.01.2025

Bu mövludda sevinclə göz yaşı bir-birinə qarışır..

Hər bir ailədə yeni körpə dünyaya gələn zaman sevincə və şadlığa səbəb olur. Ancaq Həzrət Peyğəmbərin (s) ailəsində dünyaya gələn bu ikinci körpə sevinclə bir yerdə özü ilə qəm də gətirmişdi. O, Seyyidi-şühəda olan İmam Hüseyndir (ə). İmam Rza (ə) nəql edir: “O zaman ki, İmam Hüseyn (ə) dünyaya gəlir, Həzrət Peyğəmbər (s) Əsma binti Əmisə buyurur: “Ey Əsma, övladımı mənə gətir!”. İmamı (ə) ağ parçaya büküb, Həzrətin (s) yanına gətirdilər. Həzrət (s) onu aldı və ətəyinə qoydu. Sağ qulağına azan və sol qulağına iqamə oxudu. Cəbrayil (ə) nazil olub dedi: “Allah Təala sənə salam göndərir və buyurur: “Əlinin (ə) sənə nisbəti Harunun Musaya (ə) nisbəti kimi olduğu üçün, onu Harunun kiçik oğlunun adı ilə adlandır. Sənin dilin ərəb dili olduğu üçün, onu Hüseyn adlandır”. Peyğəmbər (s) onu öpdü və ağladı. Buyurdu: “Sənin qarşıda böyük müsibətin vardır, Allah onu öldürənə lənət etsin”. Sonra buyurdu: “Ey Əsma! Bu xəbəri Fatiməyə (s.ə) demə”.   Yeddinci gün olan zaman Peyğəmbər (s) gəldi və buyurdu: “Övladımı mənə gətir”. Körpəni Həzrətin (s) yanına aparan zaman onun üçün ağ və qara olan qoyunu əqiqə qurbanı olaraq kəsdi. Bir budunu doğum mamasına verdi. Başını qırxdılar, saçının ölçüsü qədər gümüş sədəqə etdi və başına xluq çəkdi. Onu ətəyinə qoyub, buyurdu: “Ey Əba Abdullah! Sənin öldürülməyin mənim üçün nə qədər də ağırdır”. Sonra çoxlu ağladı. Əsma dedi: “Atam-anam sənə fəda olsun, bu nə xəbərdir ki, birinci gün də buyurdunuz, indi də deyirsiniz? Şadlanmaq yerinə ağlayırsınız?”. Həzrət (s) buyurdu: “Bu əziz övladım üçün ona görə ağlayıram ki, Bəni-Üməyyədən olan kafir dəstə onu öldürəcəkdir. Allah mənim şəfaətimi onlara çatdırmasın. Onu o insan öldürəcəkdir ki, dinimin pozulmasına səbəb olacaqdır. Böyük Allaha kafir olacaqdır. Allahım! Sənə bu iki övladın haqqına dua edirəm, o duanı ki, İbrahim (ə) zümrəsinin haqqında etmişdi. Allahım! Sən onları sev və onları sevənləri sev. Lənət et hər kim onları düşmən bilər, elə bir lənət ki, yeri və göyü doldursun””. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Həzrət İmam Hüseyn (ə) dünyaya gəlir, Cəbrayil (ə) Peyğəmbərə (s) nazil olur və deyir: “Sizin ümmətiniz sizdən sonra Hüseyni (ə) öldürəcəkdir. Onun türbətini sizə göstərimmi?”. Qanad çalıb bir qədər Kərbəla torpağından gətirdi və onu Peyğəmbərə (s) göstərdi. Sonra buyurdu: “Bu, o türbətdir ki, Hüseyn (ə) onun üzərində öldürüləcəkdir””.   Bəli, bu, elə mövluddur ki, möminləri həm sevindirir və həm də Ağanın çəkdiyi müsibətlərə görə göz yaşı tökməyinə səbəb olur.   Salam olsun sənə, ey Şəhidlər Sərvəri! Mövludun mübarək, ey Əba Abdullah!   /Deyerler.org/

İmam Hüseyn (ə) 19.01.2025

Qeyri-ərəb mənşəli Kərbəla şəhidləri (1)

Aşura günündə Kərbəlada Imam Hüseyni (ə) müdafiə edərək şəhid olmuş səhabələrin sırasında ərəblərlə yanaşı, başqa millətlərə mənsub olan şəxslər də var idi. Aşura günündə Kərbəlada Imam Hüseyni (ə) müdafiə edərək şəhid olmuş səhabələrin sırasında ərəblərlə yanaşı, başqa millətlərə mənsub olan şəxslər də var idi. Demək olar ki, bütün böyük ərəb qəbilələrinin təmsil olunduğu bu azsaylı dəstənin tərkibində türk, həbəş və fars mənşəli şəxsiyyətlərin də olması tarix kitablarında qeyd edilib. Aşağıda onların barəsində qısa məlumat veririk: TÜRK QULAM Aşura müsibətini təsvir etmiş müəlliflərin demək olar ki, hamısı Kərbəla şəhidləri cərgəsində Əhli-beytə mənsub türk soylu qulamın olduğunu xəbər vermişdir. Onun adına və şəxsiyyətinə gəlincə, mənbələrdəki məlumatlar fərqlənir. Mövcud mənbələrdə bu şəhid “türk qulam”, “Əsləm” və “Vazeh” adları altında xatırlanır. Mərhum Şeyx Şəmsüddin “Ənsarül-Hüseyn” kitabında qeyd edir ki, Təbəri türk qulamın adını “Süleyman” yazmışdır. Şeyxüt-taifə Tusi isə “Rical” kitabında yazır ki, İmam Hüseynin (ə) Səlim (və ya Süleym) adlı qulamı onunla birlikdə şəhid olmuşdur. Şeyx Şəmsüddin qısa tədqiqatdan sonra bu fikri irəli sürür: “Güman edirik ki, Kərbəlada öldürülmüş qulamın adı nə Səlim, nə də Süleyman deyil, Əsləm imiş”. (səh.83) “Dairətül-məarifi-təşəyyö” (“Şiə ensiklopediyası”) kitabında (II, 161) Əsləmin atasının adı Əmr kimi göstərilir. Həmçinin, bu kitabda yazılıb: “Bəzi mənbələrdən, o cümlədən, “Vəsilətüd-dareyn” kitabından məlum olur ki, Əsləmin atası Qəzvin nahiyəsindən, Deyləmandan imiş”. Adı çəkilən “Vəsilətüd-dareyn” əsərində (səh. 100) yazılıb: “Əsləmin atası Əmr türk idi (zahirən atası Qəzvin yaxınlığındakı Deyləm türklərindən imiş)”. Seyyid Mustafa Hüseyni Dəştinin “Məarif və məariyf” əsərində isə türk qulam “Vazeh” adı ilə xatırlanır. Məşhur şiə alimi Əllamə Möhsin Əmin “Əyanüş-şiə” kitabında, Kərbəla şəhidlərinin siyahısında Əsləmlə Vazehi ayrı-ayrı şəxslər kimi təqdim etmişdir. Belə ki, bu siyahıya görə, Əsləmi-türki – Imam Hüseynin (ə), Vazehi-rumi isə Kərbəla şəhidi Haris Səlmaninin qulamı imiş (“Əyanüş-şiə”, I, 610-612). Bəzi mənbələrdə türk qulam Hürrün qulamı kimi göstərilib (Ibn Şəhraşub. Mənaqibü Ali-Əbi Talib, IV, 113). Lakin səhih tarixi rəvayətlərə görə, İmam Hüseyn (ə) öz qardaşı Imam Həsənin (ə) şəhadətindən sonra türk qulamı kölə kimi satın alıb, oğlu Imam Zeynül-abidinə (ə) bağışlamışdı. Bütün aşura tarixçilərinin yekdil rəyinə əsasən, türk qulam Quran qaresi, bacarıqlı katib, mahir oxatan və şücaətli pəhləvan idi. O, Imam Hüseynin (ə) yazı və məktublarını qələmə alırdı. Bəzi rəvayətlərdə deyilir ki, Əsləmi-türki Quranı əzbər bilir və hər gecə Quran oxuyurdu. O, aşura günündə döyüş meydanında misilsiz hünər göstərib, 70 nəfər düşməni cəhən¬nəmə vasil etdi. İmam Hüseyn (ə) 7 nəfər şəhidin başı üzərinə gəlmiş və onlarla vidalaşmışdı. Bunlardan biri də türk qulam idi. Şeyx Abbas Qummi “Nəfəsül-məhmum və nəfsətül-məsdur” kitabında (səh. 135) türk qulamın şücaətindən söhbət açandan sonra yazır: “İmam Hüseyn (ə) öz türk qulamına məhəbbətini bildirib, üzünü onun üzünə dayadı; halbuki, başqa silahdaşlarından heç biri ilə belə rəftar etmədi. Bir tərəfdən, İmam bu hərəkətlə qərib qulamı əzizləyirdi. Digər tərəfdən, qulamın mənəvi kamilliyə çatması və hafizi-Quran olması onu bu məqama layiq etmişdi”. Mənbələrdə Əsləmin döyüş meydanında oxuduğu iki beytlik rəcəz nəql olunur. Həmin rəcəzin tərcüməsi belədir: “Vurduğum zərbələrdən dənizlər qaynaşar, atdığım oxlardan səma tutular. Qılıncım əlimdə görünəndə, həsədli və təkəbbürlü düşmənin qəlbi yarılar”. Lakin maraqlı budur ki, hicri XIII əsrin şairlərindən olan Mirzə Ibrahim Cövhərinin “Tufanül-büka fi məqatiliş-şühəda” əsərində (fars dilində nəzmlə yazılmış bu kitab vaxtilə çox məşhur olmuş, təziyə məclislərində oxunmuşdur) Əsləmin ərəb dilindəki bu rəcəzi verildikdən sonra belə yazılıb: Sonra o, bir anlıq Ibn Sədə türk dilində müraciət edib, zəbani-halını söylədi: Sədi-Vəqqas oğlu, üz qarə, nə bidad eylədin?! Nuri-çeşmi-Heydəri-Kərrarı naşad eylədin! Get, görüm nəslin qazılsı n, heç nişanı qalmasın, Bu ki, Nəmrud etməmiş, sən nəsli-Şəddad eylədin! Siz ərəb, Əhməd ərəb, mən türk, ey birəhmlər, Mərkəzi-imanı yıxdın, küfrü bünyad eylədin! Zülm ilə solmuş bu gülşəndə baharı Zeynəbin, Tişeyi-zülm ilə qəti-qəddi-şümşad eylədin!

İmam Hüseyn (ə) 19.01.2025

Həzrət İmam Hüseyn (ə)-a məxsus on iki xüsusiyyət

Həzrət İmam Hüseyn (ə)-a məxsus on iki xüsusiyyət: 1. Yeganə İmamdır ki, döyüş meydanında şəhid olub. 2. Yeganə Imamdır ki, təvəssül duası olmaqla bütün ziyarətnamələrdə “Ya Şəhid” deyilərək xitab edilir, halbuki bütün İmamlar (ə) şəhid olublar. 3. Yeganə Imamdır ki, atası, anası və 9 övladı məsum olmuşdur. 4. Yeganə Imamdır ki, dünyaya gəldiyi ay hec bir şəhadət yoxdur və şəhid olduğu ayda heç bir mövlud yoxdur. 5. Yeganə Imamdir ki, sağlığında iki şəhid atasıdır, (Əli Əkbər və Əli Əsğər). 6. Yeganə Imamdır ki, şəhadətinin 40 cı günü ( Ərbəin ) ziyarət olaraq qeyd olunur. 7. Yeganə Imamdır ki, pak qəbrinin izini itirmək üçün on dəfədən çox dağıdılıb. 8. Yeganə Imamdır ki, qüsulsuz və kəfənsiz dəfn edilib. 9. Yeganə Imamdır ki, mübarək başını bədənindən ayırıblar. 10. Yeganə Imamdır ki, susuz olaraq nizədən, oxdan, qılıncdan və daşqalaqdan yüzlərcə yara aldıqdan sonra şəhid edilib. 11. Yeganə Imamdır ki, Şəhid edildikdən sonra ailəsini əsir etdilər. 12. Yeganə İmamdır ki, başı nizələrdə gəzdirilib. ZAUR MAMMADOV

İmam Hüseyn (ə) 19.01.2025

Kərbəlada nə baş verib? Birinci hissə

Birinci hissə . İmam Cəfər Sadiq əleyhissalam buyurur: “İmam Hüseynın (ə) məktəbi elə bir məktəbdir ki, لا يدرس heç kim bu məktəbi oxuyub qurtara bilməz.” Qurani Kərim Əraf surəsinin 51-ci ayəsində buyurur: الَّذِينَ اتَّخَذُواْ دِينَهُمْ لَهْوًا وَ لَعِبًا وَ غَرَّتْهُمُ الْحَيَوةُ الدُّنْيَا فَالْيَوْمَ نَنسَئهُمْ كَمَا نَسُواْ لِقَاءَ يَوْمِهِمْ هَاذَا وَ مَا كَانُواْ بِايَاتِنَا يجَحَدُونَ “O kəslər ki, dinlərini bihudə və oyun-oyuncaq saydılar və dünya həyatı onları aldatdı. Beləliklə onlar bu günki görüşlərini (Qiyaməti) yaddan çıxardıqları və ayələrimizi inkar etdikləri kimi Biz də bu gün onları yaddan çıxaracağıq.” Yəni insanlar əsas dörd qurupa bölünür, onlardan ikisi dindarlara , iki isə dinsizlərə aiddir. Bu ayədə haqqında danışılan kəslər dinlərini oyun-oyuncaq bilən, dinə öz dünyaları üçün mənfəət məqsədilə baxan dırnaqarası dindarlardır. Kərbəlada imam Hüseyn əleyhissalam ilə müharibə edən qoşundakı “dindarlar” belə dindarlar idilər. Dünya həyatı onları qürurlandırıb aldatdı; İnsanlar bəzən ibadətləri ilə, ziyarətə getməkləri ilə, ehsan süfrəsi açmaqları ilə, dilləri ilə müəyyən sayda zikrləri təkrarlamaq ilə, bəzi zahiri gözəl olan əməlləri və sair ilə qürurlanıb Allaha və onun dininə qarşı üsyan etmiş olurlar. Qürur odur ki, insan hər hansı bir vəsilə ilə aldana və bunun nəticəsində özünü kamil, şərəfli sayır və bundan sonra ucalmaq üçün vasitə və tərəqqi yolları axtarmağı özünə lazım bilmir. Hicrətin 60-cı ili rəcəb ayının 15-i Müaviyə öldükdən sonra onun oğlu Yezid tələsik Mədinə şəhərinin valisi Vəlid ibn Ütbəyə məktub yazdı. Vəlid məktubu oxudu, o məktubda Yezid yazmışdı ki, bu üç nəfərdən təcili olaraq beyət al və onlara aman vermə. Əgər beyət etməzlərsə onları məcbur et. Həmin üç nəfər İmam Hüseyn əleyhissalam, Abdullah ibn Ömər və Abdullah ibn Zübeyr idi. Tarix kitablarında Müaviyənin Yezidə nəsihətlərində dörd nəfərə görə narahat olduğunu bildirmişdir. Onların dördüncüsü Əbdürrəhman ibn Əbubəkr idi (birinci xəlifə Əbubəkrin oğlu, Aişənin qardaşı). Əbdürrəhman ibn Əbubəkri qarabaqara izləyən Müaviyə özü onu tapıb öldürdü, lakin qalan üçünü öldürə bilmədi. Müaviyənin ölüm xəbərini eşitdikdən sonra Vəlid gecə ikən Mərvanı çağıtdırdı. Vəliddən əvvəl Mədinənin hakimi Mərvan ibni Həkəm idi. Mərvan vəzifədən çıxdığına görə acıq elədi və heç bir işdə Vəlidə qoşulmayacağını bildirmişdi və onunla heç danışmırdı da. Mərvan təəccüb etdi ki, görəsən gecənin bu vaxtı onu niyə çağıtdırır və fikiləşdi ki burda nəsə bir iş var. Vəlidin yanına gəldi, Vəlid Müaviyənin öldüyünü və Yeziddən gələn məktubu ona göstərərək dedi: “Məktubda üç nəfərdən beyət almağı və beyət etmədikləri halda boyunlarını vurmağı əmr edib. Bu vəziyyətdə mən nə edim?” Mərvan dedi: “Camaat bilməmiş, hay-küy düşməmiş çağıtdır, beyət al onlardan.” Abdullah ibn Ömər (ikinci xəlifənin oğlu) Mədinədə yox idi, Məkkəyə Ümrə həccinə getmişdi. Abdullah ibn Zübeyrə xəbər göndərdilər, Abdullah məsciddə imam Hüseyn əleyhissalamı gördü və ondan gecənin bu vaxtı niyə onu çağırdığını soruşduqda imam Hüseyn əleyhissalam buyurdu: “Güman edirəm ki, Müaviyə ölüb…” Abdullah ibn Zübeyr qorxdu, tez gizləndi və Vəlidin yanına getmədi. Gecə ikən gizlincə və kəsə yolla Məkkəyə qaçdı. Amma imam Hüseyn əleyhissalam çağırıldıqda İmam (ə) bir neçə Bəni-Haşim cavanları ilə görüşə gəldi. İmam Hüseyn əleyhissalam içəri daxil oldu və onunla gələnlər isə bayırda dayanıb gözlədilər. Vəlid dedi: -ey Hüseyn! Bil ki, Müaviyə ölüb, indi Yezid xəlifədir və sən gərək ona beyət edəsən. İmam Hüseyn əleyhissalam buyurdu: Mən gərək fikirləşəm. Vəlid dedi: Yaxşı get fikirləş. Bu vaxt Mərvan üzünü Vəlidə tutub dedi: -Hara buraxırsan bunu, bu getsə sən bir daha bunu tuta bilməyəcəksən, məcbur etmək lazımdır beyətə. Bu sözləri eşidən imam Hüseyn əleyhissalam uca səslə buyurdu: “Sən məni hədələyirsən?” Bu zaman imam Hüseyn əleyhissalam bir neçə çümlə ilə varlıq aləminin həqiqətlərini, həyatda iki əsas yolun olduğunu və bu iki yolun heç vaxt bir-birinə təslim olmayacağını aşkarlayaraq Vəlidə xitabən buyurur: “Ey əmir, Biz Peyğəmbərlik Əhli-Beytiyik, Risalət mədəniyik (Allahın haqq dinini yayan bizik), mələklərin gedib-gəlmə yeri bizim evimiz(qəlbimiz)dir, Allah varlıq aləmini bizimlə başlayıb və bizimlə də qurtaracaq. (Allahın yaratdığı ilk varlıq həzrət Muhəmmədin(s) nuru sonuncu isə qeybdə olan İmamın zühurudur) Ancaq Yezid isə fasiq (günahdan çəkinməyən) birisidir, şərab içəndir, günahsız insanları öldürür, hər kəs onun günahlarını görür və heç bir günahdan çəkinmir.” İmam Hüseyn əleyhissalam iki yolun ikisini də açıqladıqdan sonra buyurur: “Mənim kimisi, onun kimisinə beyət etməz.” Beləliklə imam Hüseyn əleyhissalam oradakı çıxışına xitam verir, Vəlidin yanından çıxarkən son sözlərini belə buyurur: “Lakin biz də gün keçiririk, siz də gün keçirirsiz (yəni zaman keçir) və biz də gözləyirik, siz də gözləyirsiz (yəni gözləyirik görək nə baş verəcək) və sonda zaman göstərəcək ki, hansımız beyətə və xilafətə daha layiqdir.” Deməli, dünyada iki yol vardır, İlahi yol və bir də şeytani yol. İlahi yol və xəlifəlik Peyğəmbərlərin və onların vəsilərinin əlindədir. Şeytani yol isə dindən sui istifadə edənlərin və İlahi xilafəti qəsb edənlərin əlindədir. Ardı var… Rza Əzizoğlu İrəvani

İmam Hüseyn (ə) 19.01.2025

Kərbəla şəhidləri…

Kərbəla şəhidləri… 1. Hüseyn ibni Əli (ə) – üçüncü imam, qoşunun başçısı. Şimr ibni Zilcövşən tərəfindən şəhid edilib. 2. Əli Əkbər ibni Hüseyn – İmam Hüseynin (ə) böyük oğlu. Peyğəmbər (s) nəslindən ilk şəhid. Mərrah ibni Munqiz Əbdi tərəfindən şəhid edilib. 3. Əli Əsğər ibni Hüseyn – İmam Hüseynin (ə) kiçik, altı aylıq oğlu. Hərmələ ibni Kahil Əsədi tərəfindən şəhid edilib. 4. Qasim ibni Həsən – İmam Həsənin (ə) 14 yaşlı oğlu oğlu. Ömər ibni Səd tərəfindən şəhid edilib. 5. Əbu Bəkr ibni Həsən – İmam Həsənin (ə) oğlu. Abdullah ibni Əqəbə Ğənəvi tərəfindən şəhid edilib. 6. Abdullah ibni Həsən – İmam Həsənin (ə) 10 yaşlı oğlu. Hərmələ ibni Kahil Əsədi tərəfindən şəhid edilib. 7. Abbas ibni Əli – Həzrət Əbəlfəzl kimi tanınmış, İmam Hüseynin (ə) qardaşı və ordunun bayraqdarı. Anası Ümmül-Bənindir. Yezid ibni Rüqəd Hiti və Həkim ibni Tüfeyl Tai tərəfindən şəhid edilib. 8. Qasim ibni Abbas – Həzrət Əbbasin oğlu. 9. Fəzl ibni Abbas – Həzrət Əbbasin oğlu. 10. Abdullah ibni Əli – İmam Hüseynin (ə) qardaşı. Anası Ümmül-Bənindir. Hani ibni Sübeyt Həzrəmurti tərəfindən şəhid edilib. 11. Cəfər ibni Əli – İmam Hüseynin (ə) qardaşı. Anası Ümmül-Bənindir. Hani ibni Sübeyt Həzrəmurti tərəfindən şəhid edilib. 12. Osman ibni Əli – İmam Hüseynin (ə) qardaşı. Anası Ümmül-Bənindir. Huli ƏEzbəhi Əyadi və Əbani Darimi tərəfindən şəhid edilib. 13. Abdullah ibni ƏEli – İmam Hüseynin (ə) qardaşı. Anası Leyla bint Məsuddur. 14. Əbu Bəkr ibni Əli – İmam Hüseynin (ə) qardaşı. Anası Leyla bint Məsuddur. 15. Əbdürrəhman ibni ƏEli – İmam Hüseynin (ə) qardaşı. 16. Məhəmməd ibni ƏEli – İmam Hüseynin (ə) qardaşı. Əbani Darimi tərəfindən şəhid edilib. 17. Ovn ibni Abdullah – xanım Zeynəbin (s) oğlu. 18. Məhəmməd ibni Abdullah – xanım Zeynəbin (s) oğlu. 19. Qasim ibni Məhəmməd – xanım Zeynəbin (s) kürəkəni. 20. Həbib ibni Məzahir Əsədi – sol cinahın komandanı. 21. Müslim ibni Övsəcə Əsədi – Peyğəmbər (s) səhabəsi 22. Mövq ibni Səmamə Əsədi Səidavi 23. Əmr ibni Xalid Səidavi 24. Qeys ibni Müsəhhər Səidavi 25. Həccac ibni Məsruq Cöfi – Həzrət Əlinin (ə) səhabəsi, İmam Hüseyn (ə) qoşununun müəzzini. 26. Hənzələ ibni Əsəd Şami – İmam Hüseynin (ə) Ömər ibni Sədə göndərdiyi qasidi. 27. Səyid ibni Abdullah Hənəfi – Müslim İbn ƏEqilin yavəri, İmam Hüseynə (ə) kufəlilərin dönük çıxdıqlarını xəbər verən şəxslərdəndir. İmam Hüseyn (ə) namaz qılarkən canını imama atılan oxlara sipər etmişdi. 28. Züheyr ibni Qeyn Bəcəli – sağ cinahın komandanı. Xəlifə Osmanın tərəfdarlarından idi və İmam Hüseyni (ə) dəstəkləmirdi. Həccdən qayıdarkən xanımının təkidi ilə İmam Hüseynlə (ə) görüşmüş və ona tərəf keçmişdi. 29. Salman ibni Məzahir Bəcəli – Züheyrin qohumu. Onunla birlikdə Həccdən qayıdarkən İmam Hüseynə (ə) qoşulmuşdur. 30. Əbu Vəhhab Abdullah ibni Ümeyr Kəlbi – İmam Hüseynə qoşulub İslamı qəbul etmiş xristian gənc. Anası və xanımı ilə birlikdə İmam Hüseynə (ə) qoşulmuşdur. 31. Əbdüləla ibni Yezid Kəlbi 32. Abdullah ibni Ümeyr Kəlbi – İmam Hüseynə (ə) Mədinədən qoşulmuşdur. 33. Abdullah ibni Ümeyrin həyat yoldaşı – qadın şəhidlərdəndir. Şimrin qulu tərəfindən balta ilə şəhid edilmişdir. 34. Yezid ibni Ziyad Kindi 35. Hərs ibni ƏEmr Kindi 36. Zəvir ibni ƏEmr Kindi 37. Hürr ibni Yezid Riyahi – Yezid qoşununun sərkərdəsi, Aşura günü tövbə edib İmam Hüseynə (ə) tərəf keçib. Kərbəlanın ilk şəhididir. 38. Səd – Hürrün oğlu 39. Hürrün digər oğlu 40. Əaiz ibn Məcmə Əazi – Hürr ibni Riyahla birlikdə İmam Hüseynə (ə) tərəf keçən altı nəfərdən biri idi. 41. Coun ibni Malik Təmimi – Yezidin qoşunundan İmam Hüseynə (ə) tərəf keçmişdir. 42. Səd ibni Hərs ƏEnsari. 43. Əbul Hətuf ibni Hərs ƏEnsari – Səd ibni Hərislə əkiz qardaş idilər. Yezid qoşunundan İmam Hüseynə (ə) tərəf keçənlərin içində idilər. 44. İmran ibni Kəlb Ənsari 45. Nəim ibni İclan Ənsari 46. Abdullah ibni Buşr Xəşəmi – Ömər ibni Sədlə birlikdə İmam Hüseynlə (ə) döyüşməyə gəlmişdi. Lakin, tövbə edib İmam Hüseynə (ə) tərəf keçmişdi. 47. Ömər ibni Zəbiə Zəbii – Ömər ibni Sədlə birlikdə İmam Hüseynlə (ə) döyüşməyə gəlmişdi. Lakin, tövbə edib İmam Hüseynə (ə) tərəf keçmişdi. 48. Bəşr ibni ƏEmr Həzrəmi – Peyğəmbər (s) səhabəsi. 49. Müslim Azərbaycani 50. Nafe ibni Hilal Cəməli – hədis ravisi. 51. Ziyad ibni Ərib Səidi – Peyğəmbər (s) səhabəsinin oğlu, hədis ravisi. 52. Ənəs ibni Hərs Kahili. 53. Büreyr Həmdani – Həzrət ƏElinin (ə) yaşlı səhabəsi. 54. Həbşi ibn Qeys Nehmi Həmdani. 55. Səvvar ibni Əbu Uman Həmdani 56. Əmr ibni Abdullah Cundai 57. Şəbib 58. Əmr ibni Abdullah Cündayi Həmdani 59. Üməyyə ibni Səd Tai – Həzrət Əlinin (ə) səhabəsi. 60. Hərs – Həzrət Həmzənin azad edilmiş qulu. 61. Rafi 62. Səd 63. Səd – Həzrət Əlinin (ə) azad edilmiş qulu. 64. Muncə – İmam Həsənin (ə) azad edilmiş qulu. 65. Şuzəb 66. Qərib – İmam Hüseynin (ə) azad etdiyi kənizin oğludur. Həmin Kəniz azad edildikdən sonra ailə qurçuşdu və dünyaya gətridiyi bu oğlunu İmam Hüseynin (ə) tərbiyyəsinə vermişdi. 67. Nəsr ibni Neyzər – İran şahının Həzrət Peyğəmbərə (ə) göndərdiyi, Peyğəmbərin (s) Həzrət Əliyə (ə) hədiyyə etdiyi və Həzrət ƏElinin (ə) azad etdiyi qul. 68. Vazeh Türki – Hərsə Məşacinin türk əsilli qulu. Kərbəlaya gələrək İmam Hüseynə (ə) qoşulmuşdur. 69. Əsləmə – İmam Hüseynin azad edilmiş qulu 70. Coun – Əbu Zərin azad edilmiş qaradərili qulu idi. İmam Həsənin (ə) və İmam Hüseynin (ə) səhabələrindəndir. 71. Süleyman ibn Razin 72. Əbd Qeys ƏEbdi Bəsri

İmam Hüseyn (ə) 19.01.2025

Aşura sözünün və bayrağının ucalması

Həzrət Zeynəb İslamın və müsəlmanların ozamankı cəmiyyətinin ruhuna tibbi yardım göstərdi Bu ondan ötrüdür ki, Hüseyn ibn Əlinin (ə) yolu və onun qanı əzəmətli İslam ümmətinin İslam məqsədlərinə sarı hərəkətinin bayrağı olsun, bu bayraq həmişə dalğalansın. Bu günə qədər də dalğalanmış və hidayət etmişdir. Həzrət Zeynəb və İslamın ümumi ruhuna tibbi yardım Həzrət Zeynəbin mübarək adı bu növdən olan səyin göstəricisidir. Həzrət Zeynəbin səyi təkcə bu deyil ki, Kərbəlada xəstə olan bir imamı qorusun, ona tibbi yardım göstərsin. Həzrət Zeynəb İslamın və müsəlmanların ozamankı cəmiyyətinin ruhuna tibbi yardım göstərdi. Onun böyük yardımı budur. Həzrət Zeynəb bir dünya pislik, zülm, insafsızlıq, heyvansifətlik və daşürəklik qarşısında təkbaşına dayandı və bununla İslamın ruhunu qoruyub, ona tibbi yardım göstərə bildi. İmam Hüseynin (ə) İslamı qoruduğunu dediyimiz kimi, həzrət Zeynəbin də öz müqaviməti ilə İslamı qoruduğunu qətiyyətlə iddia edə bilərik. Bu müqavimət bir sirr və əsas amildir.

1 2 3 4 5 6