Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Hüseyn (ə) 19.01.2025

İmam Hüseynin (ə) qərib mübarizəsi

İmam Hüseynin (ə) qərib mübarizəsi Ən çətin mübarizə qərib mübarizədir İmam Hüseyn (ə) öz hərəkətinin fəlsəfəsi kimi zülmlə mübarizəni göstərir: “Allahın bəndələrinə qarşı günah və düşmənçilik edir”. Söhbət dünyanın bütün insaflı şəxslərinin qəbul etdiyi ən müqəddəs məqsədlərdən gedir. Belə bir insan belə bir məqsəd yolunda ən çətin mübarizəyə dözür. Ən çətin mübarizə qərib mübarizədir. Dostların həvəsləndirməsi və bütün xalqın təqdiri arasında öldürülmək çox da çətin deyil. Erkən İslam çağının döyüşlərinin birində haqq və batil cəbhəsi bir-birinin qarşısında dayandı. Peyğəmbər (s) və Əmirəlmöminin (ə) kimi şəxslər haqq cəbhəsinin başında durdular. Peyğəmbər (s) öz əsgərlərindən soruşdu ki, meydana çıxıb düşmən ordusunun filan məşhur döyüşçüsünü məğlub etmək istəyən varmı? İslam ordusundan bir gənc könüllü şəkildə önə çıxdı. Peyğəmbər (s) əlini onun başına çəkdi və onu yola saldı, müsəlmanlar da onun üçün dua etdilər. O, döyüş meydanına getdi, cihad etdi və öldürüldü. Bu bir növ öldürülmək və cihad etməkdir. Cihad etməyin başqa bir növü isə elə bir cihaddır ki, insan döyüş meydanına sarı gedəndə cəmiyyət ya onu inkar edir, ya qafildir, ya kənara çəkilir, yaxud qarşısında dayanır; ürəkdən təqdir edən və sayları az olan şəxslər də onu tərifləməyə cürət etmirlər.

İmam Hüseyn (ə) 18.01.2025

Həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) imam Hüseyn əleyhissalam üçün matəm saxlamış, onun başına gələcək müsibətlər barədə danışmış və imam Hüseynə (ə) ağlamışdır.

Həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) imam Hüseyn əleyhissalam üçün matəm saxlamış, onun başına gələcək müsibətlər barədə danışmış və imam Hüseynə (ə) ağlamışdır. . Bu yazı dünənki yazının təkmilləşməsidir. İmam Hüseynə (s) matəm saxlamağın dini əsası olmadığını deyən insanlara tutarlı cavablar verildi, indi isə sevimli Peyğəmbərin (s) özünün imam Hüseynə (s) matəm saxlaması və onun üçün ağlaması barədə Əhli-sünnənin ən mötəbər hədis kitablarından yalnız səhih hədislərin bir neçəsini nəql edirik. Ümid edirik ki, bu iki məqalə hidayət olmaq istəyən əhli-sünnə qardaşlarımızın hidayətinə səbəb olacaqdır. . 1- Həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) imam Hüseynin (s) təvəllüdünün ilk günlərində onun üçün ağlaması. . Bu hədis əhlli-sünnənin birinci dərəcəli sənəd kitabalrında yazılmışdır, Səhihi-Buxari və Səhihi-Muslim kitablarının təkmilləşməsini yazmış Hakim Nisaburi bu hədis barədə yazır: هذا حديث صحيح علي شرط الشيخين “Bu hədis Buxari və Müslimin şərtlərinə əsasən səhihdir.” İndi isə hədisin mətni: Hədisin nəqli Harisin qızı Ümmül-fəzldəndir. انها دخلت علي رسول الله(ص) فقالت: يا رسول الله اني رأيت حلما منكرا الليله، قال: وما هو؟ قالت: انه شديد قال: وما هو؟ قالت: رأيت كأن قطعه من جسدك قطعت ووضعت في حجري، فقال رسول الله (ص): رأيت خيرا، تلد فاطمه – إن شاء الله – غلاما فيكون في حجرك، فولدت فاطمه الحسين فكان في حجري – كما قال رسول الله (ص) – فدخلت يوما إلي رسول الله (ص) فوضعته في حجره، ثم حانت مني التفاته فإذا عينا رسول الله (ص) تهريقان من الدموع قالت: فقلت: يا نبي الله بأبي أنت وأمي مالك؟ قال: أتاني جبرئيل عليه الصلاه والسلام فأخبرني ان امتي ستقتل ابني هذا، فقلت: هذا؟ فقال: نعم، وأتاني بتربه من تربته حمراء “O (Harisin qızı Ümmül-fəzl) Allahın Rəsulunun (s) yanına gələrək dedi: -ey Allahın Rəsulu (s)! Mən gecə çox pis yuxu görmüşəm. (Peyğəmbər) buyurdu: -Nədir o (gördüyün yuxu)? Dedi: -Çox pis idi. (Peyğəmbər) buyurdu: -Nədir o (gördüyün yuxu)? Dedi: -Gördüm ki, sizin bədəninizdən bir parça qopub (kəsilib) mənim qucağıma düşür. Allahın Rəsulu (s) buyurdu: -Xeyir (yaxşı) yuxu görmüsən, (qızım) Fatimənin inşaAllah oğlu olacaq, sənin qucağına qoyulacaq (sən uşağın dayəsi olacaqsan). Bir müddət sonra Fatimə Hüseyni dünyaya gətirdi və Allahın Rəsulu (s) dediyi kimi mənim qucağımda oldu (dayəsi mən oldum). Bir gün Allahın Rəsulunun (s) yanına gəldim və uşağı onun qucağına qoydum. Allahın Rəsulu (s) mənə lütfkarlıq göstərdi və gözləri yaşla doldu. Dedim: ey Allahın Peyğəmbəri! Atam-anam sizə fəda olsun, sizə nə oldu? (Peyğəmbər) buyurdu: – (mələk) Cəbrail əleyhissalam yanıma gələrək mənə xəbər verdi ki, gələcəkdə mənim ümmətim (müsəlmanlar) bu oğlumu öldürəcəklər. Dedim: – Bunu? Buyurdu: – Bəli, (Cəbrail) həmin yerdən (Kərbəladan) bu qırmızı torpağı da məmin üçün gətirib.” əl-Mustədrək aləs-səhihəyni Buxari və Muslim 3-cü cild 176-cı səhifə Tarixu Diməşq (İbn Əsakir) “həyatul imam Hüseyn (ə) 183-cü səhifə Məcməuz zəvaid 9-cu cild 179-cu səhifə Məqtəlu Xarəzmi Hənəfi 1-ci cild 159 və 162-ci səhifələr Həmçinin bax: Tarixu İbn Kəsir 6-cı cild 230-cu səhifə Əmali əs-Sicri 188-ci səhifə əl-Fusulil muhimmə (İbn Səbbağ Maliki) 154-cü səhifə ər-Rəvzin nəzir 1-ci cild 89-cu səhifə əs-Savaiqil muhriqə 115-ci səhifə əl-Xəsaisul kubra 2-ci cild 125-ci səhifə və başqa kitablar… . 2- Həzrət Muhəmməd (s) Ümmü Sələmənin evində imam Hüseynə (ə) matəm saxlayıb . Ümmü Sələmə həzrət Muhəmmədin (s) vəfalı həyat yoldaşlarından biridir ki, o həzrətin həyatı barədə bizlər üçün çox məlumatlar çatdırmışdır. Onun evində Allahın Rəsulunun (s) imam Hüseynə (ə) əza saxlamasını Ümmü Sələmə belə nəql edir: كان رسول الله صلي الله عليه وسلم جالسا ذات يوم في بيتي قال لا يدخل علي أحد فانتظرت فدخل الحسين فسمعت نشيج رسول الله صلي الله عليه وسلم يبكي فأطلت فإذا حسين في حجره والنبي صلي الله عليه وسلم يمسح جبينه وهو يبكي فقلت والله ما علمت حين دخل فقال إن جبريل عليه السلام كان معنا في البيت قال أفتحبه قلت أما في الدنيا فنعم قال إن أمتك ستقتل هذا بأرض يقال لها كربلاء فتناول جبريل من تربتها فأراها النبي صلي الله عليه وسلم “Bir gün (həyat yoldaşım) Allahın Rəsulu (s) mənim evimdə oturmuşdu, buyurdu: -Heç kim mənim otağıma daxil olmasın. Mən otaqdan kənarda gözləyirdim (ki, nə vaxt mənə otağa daxil olmaq üçün icazə veriləcək). Bu vaxt Hüseyn (ə) otağa daxil oldu. Birdən Allahın Rəsulunun (s) ağlamaq səsini eşitdim və otağa boylandım. Gördüm ki, Hüseyn (ə) Peyğəmbərin (s) dizlərində oturub və Peyğəmbər –səllAllahu əleyhi və alih- onun alnını əli ilə sığallayaraq ağlayır. Dedim: -And olsun Allaha, Hüseynin (ə) otağa necə girməsindən xəbərim olmayıb, yoxsa (onun qarşısını alaraq) otağa girməyə qoymazdım. Allahın Rəsulu (s) buyurdu: -(mələk) Cəbrail əleyhissalam indi bizimlə otaqda idi. Mənə dedi: Hüseyni (ə) sevirsənmi? Dedim: Bəli. Cəbrail dedi: Həqiqətən sənin ümmətin (müsəlmanlar) Kərbəla adlı yerdə bunu öldürəcəklər. Bu sözü dedikdən sonra (Cəbrail) o yerin torpağından gətirdi. Peyğəmbər –səllAllahu əleyhi və alih- o torpağı gördü.” Məcməuz zəvaid (Həysəmi) 9-cu cild 188-ci səhifə Həysəmi bu hədisi nəql etdikdən sonra yazır: “Bu hədisi Təbərani də nəql etmişdir, bu hədisin sənədlərindən birinin bütün raviləri (hədisi danışanlar) etibarlı insanlardlrlar. (Yəni hədis səhihdir.) Bu hədis azacıq kəlmə fərqləri ilə başqa sənəd kitablarında da yazılmışdır, o cümlədən: əl-Mucəmul kəbir (Təbərani) 3-cü cild 109-cu səhifə Musnədu İbn Rahviyə 4-cü cild 131-ci səhifə . 3- Həzrət Muhəmməd (s) Aişənin evində imam Hüseynə (ə) matəm saxlayıb . Həzrət Muhəmmədin (s) digər həyat yoldaşı Aişə deyir: دخل الحسين بن علي رضي الله عنهما علي رسول الله صلي الله عليه وسلم وهو يوحي إليه فنزا علي رسول الله صلي الله عليه وسلم وهو منكب وهو علي ظهره فقال جبريل لرسول الله صلي الله عليه وسلم أتحبه يا محمد قال يا جبريل ومالي لا أحب ابني قال فان أمتك ستقتله من بعدك فمد جبريل عليه السلام يده فأتاه بتربه بيضاء فقال في هذه الأرض يقتل ابنك هذا واسمها الطف فلما ذهب جبريل عليه السلام من عند رسول الله صلي الله عليه وسلم خرج رسول الله صلي الله عليه وسلم والتزمه في يده يبكي فقال يا عائشه إن جبريل أخبرني أن ابني حسين مقتول في أرض الطف وان أمتي ستفتن بعدي ثم خرج إلي أصحابه فيهم علي وأبو بكر وعمر وحذيفه وعمار وأبو ذر رضي الله عنهم وهو يبكي فقالوا ما يبكيك يا رسول الله فقال أخبرني جبريل عليه السلام ان ابني الحسين يقتل بعدي بأرض الطف وجاءني بهذه التربه وأخبرني أن فيها مضجعه “Hüseyn ibn Əli (Allah ondan razı olsun) Allahın Rəsulunun (səllAllahu əleyhi və alih) yanına gəlmişdi. Allahın Rəsulu (s) həmin an həzrət Cəbraildən vəhy eşidirdi. Cəbrail soruşdu: -Ey Muhəmməd! Hüseyni sevirsənmi? Allahın Rəsulu (s) buyurdu: Oğlumu sevməyə bilərəmmi? Cəbrail dedi: Səndən sonra sənin ümmətin (müsəlmanlar) onu öldürəcəklər. Sonra Cəbrail əlini uzadaraq Peyğəmbərə (s) ağ torpaq verdi və dedi: -Oğlunu Təff (Kərbəlanın adlarından biri) adlanan yerdə öldürəcəklər. Cəbrail gedəndən sonra Allahın Rəsulu (s) otaqdan çıxıb mənə dedi: -Ey Aişə! Cəbrail mənə oğlum Hüseynin (ə) Təff adlı yerdə öldürüləcəyini dedi, mənim ümmətim məndən sonra imtahana çəkiləcəklər. Sonra Allahın Rəsulu (s) ağlar halda səhabələri Əli, Əbubəkr, Ömər, Hüzeyfə, Əmmar və Əbuzərə qoşuldu. Səhabələr dedilər: Ey Allahın Rəsulu (s)! Nə üçün ağlayırsan? Allahın Rəsulu (s) buyurdu: -Cəbrail mənə oğlum Hüseynin Təff ərazisində şəhid ediləcəyi xəbərini çatdırdı, bu torpağı da Hüseynin (ə) dəfn ediləcəyi həmin yerdən gətirib. əl-Mucəmul kəbir (Təbərani) 3-cü cild 107-ci səhifə Məcməuz zəvaid (Həysəmi) 9-cu cild 187-ci səhifə Tarixu mədinətu Diməşq (İbn Əsakir) “tərcumətul imamul Hüseyn” 7-ci cild 260-cı səhifə . 4- İmam Hüseyn (ə) şəhid olduqdan sonra Allahın Rəsulunun (s) əzadarlıq etməsi . حَدَّثَنَا أَبُو سَعِيدٍ الْأَشَجُّ حَدَّثَنَا أَبُو خَالِدٍ الْأَحْمَرُ حَدَّثَنَا رَزِينٌ قَالَ حَدَّثَتْنِي سَلْمَي قَالَتْ دَخَلْتُ عَلَي أُمِّ سَلَمَه وَهِيَ تَبْكِي فَقُلْتُ مَا يُبْكِيكِ قَالَتْ رَأَيْتُ رَسُولَ اللَّهِ صَلَّي اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَعْنِي فِي الْمَنَامِ وَعَلَي رَأْسِهِ وَلِحْيَتِهِ التُّرَابُ فَقُلْتُ مَا لَكَ يَا رَسُولَ اللَّهِ قَالَ شَهِدْتُ قَتْلَ الْحُسَيْنِ آنِفًا “Səlma deyir: Mən (Peyğəmbərin həyat yoldaşı) Ümmü Sələmənin evinə daxil oldum və o, ağlayırdı. Ona dedim: -Nə üçün ağlayırsan? Dedi: – Yuxuda Allahın Rəsulunu (s) saçları və saqqalı toz-torpaqlı halda gördüm. Dedim: – Ey Allahın Rəsulu (s)! Sənə nə olub? Buyurdu: Elə indi Hüseynin (ə) öldürüldüyünü (şəhid edildiyini) öz gözlərimlə gördüm.” Sünəni Tirmizi 12-ci cild 195-ci səhifə “kitabu fəzailus səhabə” . Yazdığımız hədislərdə gördünüz ki, həzrət Muhəmməd (s) də imam Hüseyn (ə) üçün əza saxlamış və onun üçün ağlamışdır, özü də Aşura hadisəsindən və imam Hüseynin (ə) şəadətindən illərcə öncə. Bu özü imam Hüseynin (ə) əzadarlıq və matəminin əhəmiyyətinin göstəricisidir. Qeyd etdiyimiz hadisələrdə həzrət Muhəmmədin (s) həyat tərzi və sünnəsi imam Hüseyn əleyhissalama matəm və əza saxlayaraq ağlamağın şəri (dini) cəhətdən dəlil və sübutu deyilmi? Rza Əzizoğlu İrəvani

İmam Hüseyn (ə) 18.01.2025

Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm

Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm. Mənə moizə et! İmam Hüseyn (ə) buyurdu: Bu beş əməli yerinə yetir, ondan sonra hər nə qədər istəsən günah et! Şəxs öz-özlüyündə biraz rahatlandı və düşündü ki, əgər İmam Hüseyn (ə) icazə verirsə, edəcəyim əməllər mənim üçün günah sayılmayacaq. Həzrət İmam Hüseyn (ə) o şəxsə buyurdu: “Allahın verdiyi ruzidən yemə! Sonra nə qədər istəsən günah et. Allahın vilayətindən (hökumətindən) xaric ol! Sonra nə qədər ürəyin istəsə günah et! Elə bir yeri seç ki, Allah Təala həmin yerdə səni görməsin. Ondan sonra istədiyin qədər günah et. Həzrət Əzrail (ə) sənin ruhunun sorağına gəldiyi zaman, onu özündən uzaqlaşdır (ruhunu ona təslim etmə), sonra istədiyin qədər günah et. Cəhənnəmin Maliki səni odun içinə daxil edəndə, sən cəhənnəmə girmə. Sonra ürəyin hər nə qədər istəsə günah et.” *Kəlimatil İmam Huseyn (ə), səh 559  

İmam Hüseyn (ə) 18.01.2025

Çox sevincli günlər

Bu günlər çox sevincli günlərdir. Şəban ayının 3-ü (30 aprel) imam Hüseyn əleyhissalamın təvəllüdü, -Şəban ayının 4-ü (1 may) həzrət Abbas əleyhissalamın təvəllüdü, Şəban ayının 5-i (2 may) imam ZeynulAbidin əleyhissalamın təvəllüdü günləridir. Mövlud günləriniz mübarək olsun! Bu günlər çox sevincli günlərdir. Şəban ayının 3-ü (30 aprel) imam Hüseyn əleyhissalamın təvəllüdü, -Şəban ayının 4-ü (1 may) həzrət Abbas əleyhissalamın təvəllüdü, Şəban ayının 5-i (2 may) imam ZeynulAbidin əleyhissalamın təvəllüdü günləridir. . İmam Zeynul Abidin əleyhissalam dualarından birində belə buyurur: “İlahi, elə bir şəxs tapılarmi ki, desin: mən Allahın qapısına qonaq getdim, amma O məni qonaqlığa qəbul etmədi?! Elə bir şəxs tapılarmı ki, desin: mən dəvəmi Allahın evinin qapısında yatırdım (yəni ümid gözü ilə Onun dərgahına göz dikdim), amma O məni naümid etdi?! İlahi, qapı bağlı deyil, bizim əlimiz bağlıdır”. * Kumeyl duasında oxuyuruq: “İlahi, əl-ayağımı elə bağlamışam ki, yerimdən tərpənə bilmirəm, bunu aç!”. “İlahi, əməllərim məni zəncirləmiş və yerə oturtmuşdur!” * İnsan nə ilə özünü zəncirləyir? Günahla!! Günah insanın əllərini, ağlını, düşüncəsini və təfəkkürünü zəncirləyir. Günah nədir? Günah odur ki, insan Allahın qadağan etdiyi işə məşğul olur və ya Allahın vacib etdiyi şeyə əməl etmir. Allah Taala insanları çox sevir. Bunun sübutu üçün haramlardan çəkinməyi bizlərə əmr etməsinə baxmaq kifayətdir. Əmirəlmöminin Əli əleyhissalam buyurur: اجتناب السیئات اولی من اکتساب الحسنات “Günahlardan çəkinmək savab işlər etməkdən daha yaxşıdır.” (Qurərul hikəm 185-ci səhifə) Dostlar baxın, insan günah etməyəndə vaxt ona mühüm deyil, Orucluğun qışa – yaya düşməsi onun üçün fərqli deyil. Bir nəfər tövbə etmişdi. Qış idi, orucluluq yanvar ayına düşmüşdü. İftar vaxtı tez gəlib çatırdı, bu şəxs hönkür-hönkür ağlayırdı ki, gün nə tez bitir!? Ancaq insan günah edəndə 3 rəkətlik Şam namazı onun üçün dağı yerindən qoparıb o tərəfə qoymağa bənzəyir. Namazı qılıb qurtarmasına elə sevinir ki!! Qurani-kərim Bəqərə surəsinin 45-ci ayəsində buyurur: وَ اسْتَعِينُواْ بِالصَّبرْ وَ الصَّلَوةِ وَ إِنهَّا لَكَبِيرَةٌ إِلَّا عَلىَ الخْاشِعِينَ “Səbirdən və namazdan kömək istəyin. Şübhəsiz bu iş xüşu əhlindən (günah etməyənlərdən) başqalarına (yəni günah edənlərə) çox ağır gəlir.” Bir çox insanlar üçün 2 saatlıq kinoya və ya 90 dəqiqəlik futbola baxmaq namazdan daha sevimlidir. Kinonun və ya futbolun vaxtının bitməsinə gileylənirlər, 2 saata və 90 dəqiqəyə “nə tez qurtardı?” deyə təəssüf edirlər. Lakin 5 dəqiqəlik namaza çox çətinliklə dözür və namazın salamını verdikdə namazı bitirməsinə sevinirlər. Nə üçün?? Çünki insan günah edəndə Allahdan soyuyur! İbadət və itaətlərdən ləzzət ala bilmir!… Şəban ayıdır, mübarək Ramazan ayının qapısıdır. Xalis tövbənin zamanıdır… RZA ƏZİZOĞLU İRƏVANİ

İmam Hüseyn (ə) 18.01.2025

İmаm Hüsеyn әlеyhissәlаmın әqidәvi-siyаsi vәsiyyәtnаmәsi

Аllаh mәnimlә bu qövm аrаsındа hаkim оlsun İmаm Hüsеyn (әlеyhissәlаm) Mәdinәdәn hәrәkәt еtmәzdәn әvvәl qаrdаşı Mәhәmmәd Hәnәfiyyәyә bir vәsiyyәtnаmә yаzdı. Vәsiyyәtnаmәdә İmаm öz inqilаbının sәbәbini İslаm ümmәtinin islаh еdilmәsi, әmr bе-mәruf vә nәhy әz-münkәr vә cәddi Pеyğәmbәr (sәllәllаhu әlеyhi vә аlih), аtаsı Әli әlеyhissәlаmın sünnәsinin dirçәldilmәsi оlduğunu bildirmişdir. İmаm Hüsеyn (әlеyhissәlаm) bu vәsiyyәtnаmәdә özünün tövhid, nübüvvәt vә mәаdа оlаn әqidәsini bildirdikdәn sоnrа bеlә yаzmışdır: «…Mәn Mәdinәdәn nә özümü qоrumаğа, nә аzğınlığа, nә hәvаyi-nәfsә tаbе оlmаğа, nә dә fәsаd vә zülm törәtmәyә görә çıхmırаm. Mәnim bu hәrәkәtdәn mәqsәdim cәddimin ümmәtinin fәsаdını islаh, әmr bе-mәruf vә nәhy әz-münkәri icrа еtmәkdir. Mәn cәddimin vә аtаmın sünnәsi ilә hәrәkәt еtmәk istәyirәm. Kim hаqqın hörmәtini qоrumаq хаtirinә bu yоldа mәnә qоşulаrsа, mәn öz yоlumlа hәrәkәt еdәcәyәm. Qоy Аllаh mәnimlә bu qövm аrаsındа hаkim оlsun. Hәqiqәtәn О, hаkimlәrin әn yахşısıdır.» (Bihаrül-әnvаr, c.44, sәh.329.)  Göründüyü kimi İmаm Hüsеyn (әlеyhissәlаm) bu vәsiyyәtnаmәdә аşаğıdаkı dörd şеyi öz inqilаbının sәbәbi kimi qеyd еtmişdir: 1) Ümmәti islаh еtmәk; 2) Әmr bе-mәruf; 3) Nәhy әz-münkәr; 4) Bаbаsı Pеyğәmbәrin (sәllәllаhu әlеyhi vә аlih), аtаsı Әli әlеyhissәlаmın sünnәsinә itаәt еtmәk vә оnlаrın sünnәsini cәmiyyәtdә dirçәltmәk.

İmam Hüseyn (ə) 18.01.2025

Ərbəin gününün əməlləri:

Səfər ayının iyirminci (Ərbəin) gününün əməlləri: İmam Hüseynin (ə) ərbəinində (qırxında) o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün və fəzilətli olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər… O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər…” İmam Həsən Əskəri (ə) buyurmuşdur: “Möminin beş əlaməti vardır: 1. hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq; 2. sağ ələ üzük taxmaq; 3. səcdədə alını torpağa qoyub, ucadan “Bisillahir-Rəhmanir-Rəhim” demək; 4. “Ərbəin” günü imam Hüseyni (ə) ziyarət etmək; 5. “Ərbəin” gününə məxsus ziyarətnaməni oxumaq. “Ərbəin” ziyarətnaməsi: Şeyx Tusi “Təhzib” və “Misbah” kitablarında Səffan Cəmmaldan belə nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu ki, “Ərbəin” günü günəş üfüqdən bir qədər qalxdıqdan sonra bu duanı oxu: السَّلامُ عَلَى وَلِيِّ اللَّهِ وَ حَبِيبِهِ السَّلامُ عَلَى خَلِيلِ اللَّهِ وَ نَجِيبِهِ السَّلامُ عَلَى صَفِيِّ اللَّهِ وَ ابْنِ صَفِيِّهِ السَّلامُ عَلَى الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهِيدِ السَّلامُ عَلَى أَسِيرِ الْكُرُبَاتِ وَ قَتِيلِ الْعَبَرَاتِ اللَّهُمَّ إِنِّي أَشْهَدُ أَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ الْفَائِزُ بِكَرَامَتِكَ أَكْرَمْتَهُ بِالشَّهَادَةِ وَ حَبَوْتَهُ بِالسَّعَادَةِ وَ اجْتَبَيْتَهُ بِطِيبِ الْوِلادَةِ وَ جَعَلْتَهُ سَيِّدا مِنَ السَّادَةِ وَ قَائِدا مِنَ الْقَادَةِ وَ ذَائِدا مِنَ الذَّادَةِ وَ أَعْطَيْتَهُ مَوَارِيثَ الْأَنْبِيَاءِ وَ جَعَلْتَهُ حُجَّةً عَلَى خَلْقِكَ مِنَ الْأَوْصِيَاءِ فَأَعْذَرَ فِي الدُّعَاءِ وَ مَنَحَ النُّصْحَ وَ بَذَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ وَ حَيْرَةِ الضَّلالَةِ وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا وَ بَاعَ حَظَّهُ بِالْأَرْذَلِ الْأَدْنَى وَ شَرَى آخِرَتَهُ بِالثَّمَنِ الْأَوْكَسِ وَ تَغَطْرَسَ وَ تَرَدَّى فِي هَوَاهُ وَ أَسْخَطَكَ وَ أَسْخَطَ نَبِيَّكَ وَ أَطَاعَ مِنْ عِبَادِكَ أَهْلَ الشِّقَاقِ وَ النِّفَاقِ وَ حَمَلَةَ الْأَوْزَارِ الْمُسْتَوْجِبِينَ النَّارَ [لِلنَّارِ] فَجَاهَدَهُمْ فِيكَ صَابِرا مُحْتَسِبا حَتَّى سُفِكَ فِي طَاعَتِكَ دَمُهُ وَ اسْتُبِيحَ حَرِيمُهُ اللَّهُمَّ فَالْعَنْهُمْ لَعْنا وَبِيلا وَ عَذِّبْهُمْ عَذَابا أَلِيما السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْأَوْصِيَاءِ أَشْهَدُ أَنَّكَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ عِشْتَ سَعِيدا وَ مَضَيْتَ حَمِيدا وَ مُتَّ فَقِيدا مَظْلُوما شَهِيدا وَ أَشْهَدُ أَنَّ اللَّهَ مُنْجِزٌ مَا وَعَدَكَ وَ مُهْلِكٌ مَنْ خَذَلَكَ وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ وَ أَشْهَدُ أَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ جَاهَدْتَ فِي سَبِيلِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَلَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ أَنِّي وَلِيٌّ لِمَنْ وَالاهُ وَ عَدُوٌّ لِمَنْ عَادَاهُ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا ابْنَ رَسُولِ اللَّهِ أَشْهَدُ أَنَّكَ كُنْتَ نُورا فِي الْأَصْلابِ الشَّامِخَةِ وَ الْأَرْحَامِ الْمُطَهَّرَةِ [الطَّاهِرَةِ] لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِأَنْجَاسِهَا وَ لَمْ تُلْبِسْكَ الْمُدْلَهِمَّاتُ مِنْ ثِيَابِهَا وَ أَشْهَدُ أَنَّكَ مِنْ دَعَائِمِ الدِّينِ وَ أَرْكَانِ الْمُسْلِمِينَ وَ مَعْقِلِ الْمُؤْمِنِينَ وَ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْبَرُّ التَّقِيُّ الرَّضِيُّ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ أَعْلامُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا وَ أَشْهَدُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِإِيَابِكُمْ مُوقِنٌ بِشَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي وَ قَلْبِي لِقَلْبِكُمْ سِلْمٌ وَ أَمْرِي لِأَمْرِكُمْ مُتَّبِعٌ وَ نُصْرَتِي لَكُمْ مُعَدَّةٌ حَتَّى يَأْذَنَ اللَّهُ لَكُمْ فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ عَدُوِّكُمْ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى أَرْوَاحِكُمْ وَ أَجْسَادِكُمْ [أَجْسَامِكُمْ‏] وَ شَاهِدِكُمْ وَ غَائِبِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ آمِينَ رَبَّ الْعَالَمِينَ “Ərbəin” ziyarətnaməsinin oxunuşu: Əssəlamu əla vəliyyil­lahi və həbibih, əssəlamu əla xəlilillahi və nəci­bih, əssəlamu əla səfiy­yil­lahi vəbni səfiyyih, əssə­lamu ələl Husəynil məzlu­miş şəhid, əssəlamu əla əsiril kurubati və qətilil əbərat, əllahummə inni əş­hədu ənnəhu vəliyyukə vəb­nu vəliyyik, və səfiyyukə vəbnu səfiyyikəl faizu bi kəra­mətik, əkrəmtəhu biş şə­ha­dəti və həbəvtəhu bis səa­dəh, vəc­tə­bəytəhu bitiybil viladəh, və cəəltəhu səyyi­dən minəs sadəti və qaidən minəl qadəti və zai­dən mi­nəz zadəh, və ə`təytəhu məva­risəl ənbiyai və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiya, fə ə`zərə fid duai və mənəhən nushu və bəzələ muhcətəhu fik, liyəs­tən­qi­zə ibadəkə minəl cəhaləti və həyrətiz zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrət­hud dunya və baə həzzəhu bil ərzəlil ədna, və şəra axi­rətəhu bis səmənil əvkəs, və təğətrəsə və tərədda fi həvah, və əsxə­təkə və əsxətə nəbiyyək, və ətaə min iba­di­kə əhləş şiqaqi vən ni­faq, və həmələtəl əvzaril mus­təvcibinən nar (lin nar), fəcahədəhum fikə sa­bi­rən muh­təsibən hətta sufikə fi taətikə dəmuhu və ustubihə hərimuh, Əlla­hummə fəl`ən­hum lə`nən vəbila, və əzzib­hum əzaən əlima, əssəlamu ələykə yəb­nə rəsulillah, əssə­lamu ələy­kə yəbnə səyyidil əvsiya, əşhədu ənnəkə əminul­lahi vəbnu əminih, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida, və əşhədu ənnəllahə mun­ci­zun ma vəədəkə və muh­li­kun mən xə­zələkə və muəz­zi­bun mən qətə­lək, və əşhədu ənnəkə vəfəytə bi əhdil­la­hi və cahədtə fi səbi­lihi hətta ətakəl yəqin, fə ləə­nəl­lahu mən qətələk, və ləə­nəl­lahu mən zələməkə və ləənəl­lahu ummətən səmiət bi zalikə fərəziyət bih, Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adah, bi əbi əntə və ummi yəbnə rəsu­lillah, əşhədu ənnəkə kun­tə nurən fil əslabiş şa­mi­xəti vəl ərhamil mutəh­hərəh (ərhamit tahirəh), ləm tunəcciskəl cahiliy­yə­tu bi əncasiha, və ləm tul­biskəl mudləhimmatu min siyabiha, və əşhədu ənnə­kəl ima­mul bərrut təqiyyur rəziy­yuz zəkiyyul hadil məh­diyy, və əşhədu ənnəl əim­mətə min vuldikə kəli­mə­tut təqva və ə`lamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və əşhədu ənni bikum mu`mi­nun və bi iyabikum muqinun bi şərayii dini və xəva­timi əməli, və qəlbi li qəlbikum silmun və əmri li əmrikum muttəbi`, və nusrəti ləkum muəddətun hət­ta yə`zənəllahu ləkum, fə məəkum məəkum la məə əduvvikum, sələvatullahi ələy­kum və əla ərvahikum və əcsa­dikum (və əcsa­mi­kum) və şahi­dikum və ğaibikum, və zahiri­kum və batinikum aminə rəb­bəl aləmin. Sonra iki rükət namaz qıl və namazdan sonra Allahdan hacətlərini dilə! Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Səfər ayının əməlləri” bölümü.

İmam Hüseyn (ə) 18.01.2025

Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.

Məna aləmində Quran və Əhli-beyt (ə) – bir nurani həqiqətdirlər. Ancaq maddə aləmində müxtəlif iki sifətə malikdirlər. Biri kitab halında və o birisi isə insan halında. Eyni zamanda müstəqil iki həqiqqətə malik deyildirlər. Ona görə İmam Əli (ə) Siffeyn döyüşündə buyurmuşdu ki, Quranın naqiti mənəm. (Erfan) O zaman ki, Quran Peyğəmbərə (s) nazil olur, onun nigarançılığı Quranı necə tərtib edəcəyi olur. Allah Təala bu nigarançılığı onun qəlbindən silib atır və buyurur:“Şübhəsiz, onu (sənin qəlbində)cəm etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim öhdəmizdədir”. (“Qiyamət” 17). Bu ayədə Allah buyurur ki, Quranı tərtib etmək Mənim işimdir. Bir nəfərin haqqı yoxdur ki, bir ayəni götürüb yerini dəyişdirsin. Bu mövzu Seyyidi-şühəda (ə) əzadarlığı üçün da sadiqdir. Necə ki, Allah Təala Quranın tərtib edilməsinə nəzarət edir, eləcədə də bu məclislərin necə tərtib edilməsi Onun işidir. Bütün Məsumların (ə), xüsusilə də İmam Hüseynin (ə) ən bariz sifəti bu idi ki, özünü Allaha ehtiyaclı bilərdi, maddi və mənəvi ehtiyaclarını Ondan istəyərdi. O, həyatının fərdi və ictimai məsələlərində Allaha həmişə ehtiyac duyardı. Allah Təala Quranda buyurur ki, Qiyamət günü insanın dünyada yerinə yetirdiyi saleh əməllər qarşısında olacaqdır və heç bir əməli məhv olmayacaqdır. İnsanın dünyada etdiyi saleh əməllərdən biri də İmam Hüseynə (ə) əzadarlıq etmək və o Həzrətin (ə) məzlumiyyətinə göz yaşı tökməkdir. Allah Qiyamət günü bu göz yaşlarını başqa bir nemət şəklində bizlərə təqdim edəcəkdir. Məsumlar (ə) buyurur ki, İmam Hüseyn (ə) üçün tökülən göz yaşı Qiyamət günü üç surətdə təcəlli edəcəkdir: 1. Günahların bağışlanmasına səbəb olacaqdır. 2. İlahi rəhmətə çevrilib behişt surətində görünəcəkdir. 3. Peyğəmbərin (s), Həzrət Zəhranın (s.ə) və Məsum İmamların (ə) şəfaətinə nail olacaqdır. İmam Hüseynə (ə) edilən əzadarlığın və ağlamağın səsi ərşə qalxar. Heç bir səs onu söndürə bilməz. Bu gözəl səs yatan ruhları oyadar və insan ruhunu təravətləndirər. İmam Hüseyn (ə) üçün ancaq onu sevənlər və davamçıları göz yaşı tökmürlər, səmadakı mələklər də ona göz yaşı tökürlər. Mələklər biz əzadarların məclislərində iştirak edir və xüsusi bir nur ilə səmaya qalxarlar. Başqa mələklər onlardan soruşarlar ki, bu nuru haradan əldə etmisiniz? Deyərlər ki, Hüseyn (ə) məclisindən. Həmin mələklər Allaha tərəf uçar və deyərlər: “Bizə də icazə verin, bir anlıq İmam Hüseynin (ə) əza məclisində iştirak edək”. Allah Təala buyurar: “Yer üzünə gedə bilərsiniz və bu məclislərin nurundan bəhrələnə bilərsiniz. Əgər bu məclis sona çatıbsa, bu məclisin qapı və divarına toxunun ki, həmin nur sizə də parlasın”. Bəli, İmam Hüseyn (ə) əzadarlıqlarının o qədər fəziləti və nuru vardır ki, biz insanlar ondan qafilik. Hələ ki, fürsət var, bu məclislərdən geri qalmayaq və Həzrətin (ə) məzlumiyyətinə göz yaşı tökək. Biz də bu nurdan bəhrələnək.   /Deyerler.org/

İmam Hüseyn (ə) 18.01.2025

İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətləri

Həzrət Peyğəmbər(s) və İmamlardan nəql olunan hədis və rəvayətlərə əsasən, Məhərrəm ayında İmam Hüseyn(ə) üçün əzadarlıq etməyi və onun üçün ağlamağı müsəlmanlara tövsiyə edilmişdir. Hədislərdə vardır ki, mübarək Ramazan ayında möminlərin nəfəsləri ibadət və zikr hesab olunur. Həmçinin hədislərdə gəlmişdir ki, məhərrəm ayında İmam Hüseynin(ə) əzadarlığında iştirak edənlərin nəfəs çəkməsi zikr hesab olunar və bu yolda çəkilən zəhmətlərə (məsələn, qara paltar geymək, şərbət düzəldib paylamaq, mərsiyə və növhə deyib ağlamaq, məscidləri əzadarlıq üçün təmizləmək, əzadarlıq etmək üçün pul xərcləmək və bu kimi əməlllərə) də Allah ibadət savabı yazar. Məhərrmlik, aşura, Kərbələ hadisəsi və İmam Hüseyn(ə) üçün əzadarlıq edib ağlamaq barədə bir sıra suallar olunur. Təxminən üç sualdan ibarətdir ki, bu sualların üçünün də kökü bir mövzuya qayıdır. Birinci sual belədir ki, nə üçün biz hər il İmam Hüseynin(ə) ildönümü mərasimində qara geyib əzadarlıq edirik? Min üç yüz ildən artıq bundan öncə baş vermiş bir hadisəyə görə hər il əzadarlıq edib mərasimlər qurmağın mənası nədir? Nə üçün biz bu işi hər il qeyd etməliyik? İkinci sual budur ki, bu mərasimlə əlaqədar nə üçün biz qara geyib, ağlayaraq əzadarlıq edirik? Olmazmı ki, bu ildönüm mərasimini şanlıq etməklə qeyd edək? Üçüncü sual isə bundan ibarətdir ki, ağlamağın özünün mənası nədir? biz İmam Hüseynə(ə) hansı mənaya görə ağlayırıq? Burada yaxşı olar ki, qeyd olunan sualların hərəsini tək-tək cavablandıraq. 1-ci sual. Nə üçün biz hər il məhərrəm ayının onuncu günü hicrətin 61-ci ilində İmam Hüseynin(ə) öldürülüb qətlə yetirilməsi ilə əlaqədar mərasimlər təşkil edirik? Cavab Bu sualın cavabı belədir ki, hicrətin 61-ci ili məhərrəm ayının onuncu günündə elə bir hadisə olmuşdur ki, biz onun yaddaşlardan silinməsini istəmirik. Bu hadiənin həmişə diri qalması üçün bu mərasimlər təşkil olunur. Əslində İmam Hüseynin(ə) bu hərəkatına hadisə demək düzgün deyil. Gələn bəhslərdə bu məsələyə işarə olunduqda məlum olacaq ki Kərbəla məsələsi hadisə deyil. Odur ki, Kərbəlada elə bir hərəkat və iş olmuşdur ki, biz heç vaxt onun yaddan çıxmasını istəmirik. Buna görə də İmam Hüseynin(ə) o hadisəsinin yaddan çıxmaması və diri qalması üçün o Həzrətin adına hər il məhərrəm ayında mərasimlər təşkil olunur və qiyamətə qədər də təşkil olacaq. Qarşıya belə bir sual sıxır ki, bu hadisənin həmişə diri qalması və o Həzrətə hər il mərasimlər təşkil olunması kimin fikiridir? Yaxud bu mrəasim kimlərinsə könlünün istəyi ilə keçirilir? Cavab belədir ki, o hadisənin hər il yad edib xatırlamağı şəxsən hadisə sahibinin özü və imamlar bizim üçün təyin etmişlər. Hər il İmam Hüseyn(ə) üçün əzadarlıq mərasimləri təşkil etməyi onlar bizim üçün müəyyənləşdirmişlər. Bu elə bir hadisədir ki, onun üçün mərasim keçirilib keçirilməmisinin ixtiyarı Peyğəmbər(s) və imamlardan başqa heç kəsə verilməyib. Buna görə də hər yerindən duran şəxsin bu barədə öz fikrini irəli sürməyə ixtiyarı yoxdur. İmam Hüseynin(ə) Kərbəladakı qiyamı elə bir işdir ki, onun yaddaşlardan silinməməsiə görə hər il mərasimlər qurub o Həzrəti yad etməyi bizim üçün İslam, Peyğəmbər və imamlar təyin etmişlər. Bu mərasimi təşkil etməyin ixtiyarı heç bir insana, heç bir ölkəyə və heç bir bayrağa adiyyatı yoxdur. Bu hadisənini özünün qara rəngli məxsus bayrağı və özünün məxsus fikri vardır ki, Peyğəmbər və imamlar buyurmuşlar. Bu barədə bir çox hədis və rəvayətlər vardır. Nümunə olaraq onlardan bir neçəsini nəzərnizə çatdırıram. 1. Füzeyl ravilərdən biri idi. O deyir: Bir gün mən İmam Sadiqin(ə) hüzurunda idim. O Həzrət mənə buyurdu: Ey Füzeyl, heç olurmu ki, bir yerdə əyləşib bizim söhbətlərimizdən danışasınız? Dedim: Bəli ağa. İmam buyurdu: Mən elə məclis və yığıncaqları sox sevirəm. Siz çalışın elə məclisləri diri saxlayasınız. Heç vxt qoymayın ki, o məclislər yaddan çıxsın. Allah rəhmət eləsin o insanlara ki, bizim adımızı və sözlərimizi diri saxlayırlır. قال الرضا(ع): من جلس مجلسا يحيى فيه امرنا لم يموت قلبه يوم تموت القلوب 2. İmam Rza(ə) buyurur: Hər kim bizim adımızın və sözlərimizin diri qalması üçün təşkil olunan məclisdə əyləşib iştirak etsə, qəlblərin öldüyü bir gündə (Qiyamət günü) həmin şəxsin qəlbi ölməz. Odur ki, İmam Hüseynin(ə) adı ilə bağlı hər il qurulan məclis və əzadarlıqlardan məqsəd o hadisənin yaddan çıxmamasıdır. Əvvəldə qeyd etdim ki, İmam Hüseynin(ə) Kərbəlada etdiyi qiyam və hərəkatı hadisə deyil. O Həzrətin bu hadisəsinin nə üçün yaddan çıxmamasını açıqlayanda, oradan məlum olar ki, bu hərəkat hadisə deyil. 2-ci sual İkinci sual budur ki, İmam Hüseyn(ə) şəhid olması ilə öz məqsədinə çatdı. Hər il onun üçün mərasimlər qurulur. Lakin nə üçün biz bu məclis və mərasimləri qara geyib ağlamaqla qeyd etməliyik? İmam Hüseyn(ə) öz məqsədinə çatdığına görə olmazmı ki, biz onun bu mərasimlərini qırmızı və alabəzək paltarlar geyək, şanlıqla keçirək və bir-birimizi təbrik edək? Cavab Bu sualın cavabı belədir ki, o mərasimin qurulmasının və məclislərin necə keçirilməsinin ixtiyarı nə bizə verilib nə də hər yerindən duran insana verilib ki, ürəkləri istədiyi kimi bu məclis və mərasimləri qeyd etsinlər. O hadisəni yaradan, hədəfinə çatan, Allah yolunda öz canını qurban verən, öz qanı içində Allaha səcdə edən, oxlanan altı aylıq balasını əllərinin içində tutub Allahla münacat edən həmin şəxsin özü buyurmuşdur ki, mənim adımı tutarkən ağlamaqla tutun. Buna görə də bu mərasimin necə keçirilməsinin ixtiyarı heç kəsə verilməyib. Bu hadisənin və məclislərin öz sahibləri vardır ki, onlar necə əmr ediblərsə eləcə də keçirilməlidir. Bu məsələyə sübut İmam Hüseynin Kərbəlasından neçə illər öncə Həzrət Peyğəmbərin(s) buyurduğu sözləri və hədisidir. Bir gün Həzrət Peyğəmbər(s) Mədinə məscidində mənbərdə əyləşib camaata moizə edən zaman gördülər ki, Həzrət Fatimənin məscidə olan evinin qapısı açıldı və İmam Hüseyn(ə) məscidə daxil oldu. O vaxtlar İmam Hüseynin(ə) yaşı çox az idi. O, Peyğəmbəri mənbərdə görüb “baba ya Rəsuləllah!” deyə çağırdı və babasına sarı yüyürdü. Qaçarkən ayağı məscidin həsirinə ilişib yerə yıxıldı. Hüseynin dodaqları yerə dəyib parçalandı. Həzrət Peyğəmbər(s) söhbəti saxladı, mənbərdən yerə düşdü, İmam Hüseyni(ə) qucaqına alıb özü ilə mənbərə çıxartdı. Sonra onun dodaqlarından öpüb ağladı. Həzrət Peybəmbər dəfələrlə İmam Hüseynin(ə) dodaqlarından öpərkən ağlayardı. Soruşdular: Ya Rəsuləllah, niyə ağlayırsan? Həzrət buyurdu: Ona görə ağlayıram ki, bu gün Hüseynin dodaqları yerə dəyib parçalandı, amma bir zaman xeyzəran1 onun dodaqlarını parçalayacaq. Bir gün Həzrət Peyğəmbər(s) qızı Fatiməyə(s.ə) buyurdu: يا فاطمة كل عين باكية يوم القيامة الا عين بكت على مصاب الحسين. فإنها ضاحكة مستبشيرة بنعبيم الجنة Qızım Fatimə, Qiyamət günü bütün gözlər ağlayacaq. Hüseynin müsibətinə ağlayan gözlərdən başqa. Qiyamətin günündə bu gözlər cənnətin nemətlərini görəcək və onlarla şadlanıb güləcək. Bu sözlər İslamı gətirən Həzrət Peyğəmbərin(s) buyurduğu sözlərdir. Bunları inkar edənlər İslamı da inkar etmiş olurlar. Həzrət Peyğəmbər dəfələrlə buyurmuşdur: “Hüseyn məndəndir, mən də Hüseyndənəm.” Həzrət Peyğəmbərin bu hədisini İslamın bütün firqələri öz kitablarında yazmışlar. Heç kəs deyə bilməz ki, Peyğəmbər(s) bu sözü deməyib. Buna görə də Həzrət Peyğəmbərin bu sözlərindən açıq aydın məlum olur ki, İmam Hüseynin(ə) müsibəti ağlamaqla yad edilməlidir. قال الحسين(ع): انا قتيل الأبر لا يذكرنى مؤمن الا بكى İmam Hüseynin(ə) özü bu barədə belə buyurur: “Mən gözlərdən axan yaşlar üçün öldürülmüşəm. Hər mömin məni ağlamaqla yad etməlidir.” Bu hədisdə İmam Hüseyn(ə) şəxsən özü buyurur ki, məni xatırladıqda ağlamaqla yad edin. Buna görə də heç kəsin ixtiyarı yoxdur ki, o Həzrətin məclislərinin və necə keçirilməsi barədə öz fikrini irəli sürsün. Əgər bir şəxsin atası və ya yaxın qohumlarından biri dünyasını dəyişirsə, onun məclisini ürəyi istədiyi kimi keçirə bilər. İstər kimisə təbrik edər, istər əlvan paltarlar geyinər, istərsə də şanlıq edər. Bu onun öz işidir. Lakin İmam Hüseynin(ə) məclisinin necə keçirilməsinin ixtiyarı heç kəsə verilmiyib. Onun ixtiyarı İslamın, Peyğəmbərin və imamların əlindədir ki, onlar necə əmr ediblərsə bu məclislər o cür də keçirilməlidir. Peyğəmbər və İmamların buyurduqlarına əsasən hər il İmam Hüseynin(ə) məclisləri qurulmalı, əzadarlıqlar olmalıdır. Bu məclislərdə camaat yığışıb O Həzrətin qiyamının mahiyyəti barədə bir-birinə sual verib maraqlansınlar. İmam Hüseynin(ə) Kərbəlaya nə üçün getməsindən, Kərbəlanın necə bir yer olmasından, onun nə üçün məhz Kərbəlaya getməsindən soruşub maraqlansınlar. Ondan sonra onun müsibətinə şerlər, mərsiyələr, novhələr deyib ağlasınlar. Çünki İmam Hüseynin(ə) məclisləri bu tərzdə keçirilməli və diri saxlanılmalıdır. قَالَ الصَّادِقُ(ع): مَا مِنْ اَحَدٍ قَالَ فِى الْحُسَيْنِ شِعْراً فَبَكى وَ اَبْكَى اِلاّ اَوْجَبَ اللهُ لَهُ الْجَنَّة وَ غَفَرَ لَهُ İmam Sadiq(ə) buyurur: Hər kim İmam Hüseyn(ə) üçün bir beyt şer deyib ağlasa və kimisə ağlatsa Allah-təala həmin şəxsə Cənnəti vacib edər. Burada bir incəliyi əziz möminlərin nəzərinə çatdırıram ki, bəzi insanlar elə başa düşməsinlər ki, namaz qılmasalar da belə təkcə İmam Hüseynə(ə) ağlamaqla cənnətə gedəcəklər.bu səhv bir fikirdir. Çünki namazsız insana cənnəti verməzlər. Əgər bir şəxs namaz başda olmaq şərtilə İmam Hüseyn(ə) üçün ağlayıb əzadarlıq edərsə Allah-təala həmin şəxsə cənnəti bəxş edib günahlarını bağışlayar. İmam Rza(ə) Dilbər adlı bir şairə buyurdu: يا دلبر احب انتن شدنى شعر فإن هذه الأيام ايام حذن كانت علينا الأهل البيت Ey Dilbər, çox istəyirəm ki, İmam Hüseynin(ə) barəsində yazdığın şerlərdən mənə oxuyasan. Çünki bu günlər biz əhli-beytin qəm günləridir. Sonra Həzrət buyurdu: من كان يوم العاشورا يوم مصيبته و جذنه و بكائه جعل الله عز و جل يوم القيامة يوم فرحه و سروره Hər kim Aşura gününü özünə müsibət, qəm və ağlamaq günü qərar verərsə, Allah-təala qiyamət gününü həmin şəxsə sevinc və fərəh günü qərar verər. Odur ki, Hər il İmam Hüseyn(ə) üçün məclislər qurulmalı, əzadarlıqlar edilməli və o Həzrət ağlamaqla yad edilməlidir. 3-cü sual Üçüncü sual budur ki, İmam Hüseyn(ə) üçün ağlamağın mənası nədir? Yəni biz o Həzrət üçün hansı mənaya ağlayırıq? Bu suala cavab verməzdən öncə yaxşı olar ki, ağlamaqın məna və növləri ilə tanış olaq. Ondan sonra nəticədə qeyd edərik ki, bizim İmam Hüseynə(ə) ağlamağımız hansı mənaya uyğun gəlir?

İmam Hüseyn (ə) 18.01.2025

İmam Hüseyn (ə) Edvard Qibbonun baxışında

  Edvard Qibbon: 1737-  1794. Tanınmış ingilis tarixşisi «Uzaq əsrlərdə və ictimai fikrin o fonunda İmam Hüseynin o faciəli ölümü ən soyuq qəlbli insanların da empati duyğusunu oyandırır. Kərbəla müsibətindən çox illər ötüb keçmişdir. Biz də Hüseynlə (ə) həmvətən deyilik. Amma daş ürəkli insan belə, onun başına gətirilmiş bəlaları eşidərkən kövrəlir və tə`sir altına düşür. Sanki, yaxın bir dostuna məhəbbət bəsləyərək, onunla həm dərd olur.» İstifadə olunmuş mənbələr:   Roma imperiyasının çöküşü və dağılması” London. 1911. 5-ci cild.

İmam Hüseyn (ə) 18.01.2025

İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri

Mən o həzrətin qəbrini ziyarət edəndə almanın iyi qəbirdən gəlirdi. İmam Hüseynin (ə) hərəmindən alma iyinin gəlməsinin sirrini hədislər vasitəsiə açıqlamaq mümkündür. Ümmü Sələmə deyir: “Həsən və Hüseyn Peyğəmbərin (s) yanına gəldilər. Bu zaman Cəbrail də Peyğəmbərin (s) yanında idi. Cəbrail Dihyə Kəlbinin surətində idi. Həsən və Hüseyn onu Dihyəyə oxşatdılar. Cəbrail səmaya tərəf işarə etdi. Elə bil, nəyisə götürmək istəyirdi. Sonra birdən gördüm ki, onun əlində alma, heyva və nar var. Onların hamısını Həsən və Hüseynə verdi. Onların nurani üzü işıqlandı. Sevinə-sevinə babalarının yanına gəldilər. Peyğəmbər (ə) onları öpdü və buyurdu: İndi evinizə gedin və evdə əvvəl atanızın yanına gedin. Onlar Peyğəmbər deyən kimi əməl etdilər. Peyğəmbər (s) onların yanına gələnə qədər alma, heyva və narı yemədilər. Həzrət gəldikdən sonra birlikdə oturub o meyvələrdən doyunca yedilər. Nə qədər yesələr də meyvələrin heç birindən azalmırdı və əvvəlki vəziyyətinə qayıdırdı. Peyğəmbər (s) dünyadan gedənə qədər belə oldu. Fatimeyi-Zəhra da dünyada olduğu zaman meyvələrdən heç nə azalmadı. İmam Hüseyn (ə) buyurur: “Anam dünyadan gedəndə nar yoxa çıxdı. Alma və heyva isə atamın zamanında qalırdı. Atam Əli (ə) şəhid olduqdan sonra heyvanı görmədim və ancaq alma öz şəklində qalmışdı. (Kərbəlada) su içmək mənə qadağan olduqdan sonra hər vaxt almanı iyləsəydim, susuzluğum aradan qalxırdı. Ölümüm yaxınlaşanda almanın dəyişildiyini gördüm. Şəhid olacağıma əmin oldum”. İmam Səccad (ə) buyurur: “Atam bu mövzunu şəhid olmazdan bir saat qabaq danışdı. Atam şəhid olduqdan sonra almanın iyi qətligahdan gəlirdi. Alma iyinin ardınca getdim, ancaq ondan bir əsər tapa bilmədim. Amma bu iy həmişə qaldı. Mən o həzrətin qəbrini ziyarət edəndə almanın iyi qəbirdən gəlirdi. Bizim şiələrimizdən olan hər bir ziyarətçi o almanın iyindən faydalanmaq istəsə, səhər (sübh namazından qabaqkı vaxt nəzərdə tutulur) vaxtı ziyarətə gəlsin. Əgər ixlaslı olsa, almanın iyidən bəhrələnəcək”. Qaynaq: “Mənaqibi Ali Əbi Talib (ə)”, c. 391. “Biharul-ənvar”, c. 43, səh. 289. Hazırladı: Seyid Zahir

İmam Hüseyn (ə) 18.01.2025

İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR

  İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR — (yeddinci hissə) 45. Üməyyə ibn Səd ibn Zeyd Tai Kufədən idi, Həzrət Əlinin (ə) tərəfində Süffeyn savaşında fəal iştirak etmişdi. Şücaətli pəhləvan kimi tanınırdı. Məhərrəm ayının 8-də Kərbəla səhrasında İmamın dəstəsinə qoşulmağa müvəffəq olmuşdu. 46. Zahir Bəni-Kində qəbiləsindəndir. Həzrət Əlinin (ə) yaxın silahdaşlarından olan Əmr ibn Həmiq Xüzainin ahıl yaşlı qulamı idi. Zahir Peyğəmbəri dərk etmişdi, ondan hədis söyləyirdi. Şəcərə beyətində iştirak etmişdi. Əmr ibn Həmiq Müaviyyənin əlindən qaçarkən, Zahir də onu müşayiət edirdi. Müaviyyənin adamları yolda onların izinə düşürlər. Əmr ibn Həmiq Zahirdən xahiş edir ki, onu buraxıb özünü xilas etsin. Zahir gizlənib xilas olur. Təqibçilər Əmri şəhid edib gedirlər. Zahir gizləndiyi yerdən çıxıb Əmrin cəsədini dəfn edir, sonra Məkkəyə gəlib İmam Hüseynə (ə) qoşulur. Zahir İmamla birlikdə Məkkədən çıxıb Kərbəlaya kimi onu müşayiət etmiş və Aşura günü ilk düşmənin həmləsindən müdafiə zamanı şəhadətə çatmışdır. 47. Zirğamə ibn Malik Təğlibi Kufədə yaşayırdı. Müslim ibn Əqilin qiyamında iştirak etmiş, onun şəhadətindən sonra niyyətini gizlədərək, Ömər ibn Sədin qoşununa qatılıb Kərbəlaya gəlmişdi. Kərbəlada onlardan ayrılıb İmam Hüseynin (ə) dəstəsinə qoşuldu. Bəzi mənbələrdə onun ilk həmləni dəf edərkən deyil, günortadan sonra təkbətək savaşda şəhid olduğu göstərilib. 48. Züheyr ibn Bişr Xəsəmi Onun barəsində tarix kitablarında ətraflı məlumat verilmir. Bəziləri (məsələn, mərhum Əllamə Şeyx Mühəmməd Mehdi Şəmsüddin) onu Züheyr ibn Süleym Əzdi ilə eyni şəxs hesab etmişlər. 49. Züheyr ibn Süleym ibn Əmr Əzdi Özü və ailəsi Əhli-beytin tərəfdarı kimi tanınmışdı. İmam Hüseynə (ə) qoşulmaq məqsədilə Ömər ibn Sədin qoşununun tərkibində Kərbəlaya gəlmiş və Aşura gecəsində özü ilə eyni fikirdə olan kiçik bir dəstə ilə (32 nəfər) qoşundan ayrılıb Imama qoşulmuşdu. 50. Əmr ibn Abdullah Cündəi Bəni-Həmdan qəbiləsindən idi, Kərbəlada İmam Hüseynə (ə) qoşulmuşdu. Bəzi tarixçilər onu Əbu Sümamə Saidi ilə eyni adam hesab etsələr də, zənnimizcə, bu fikir həqiqətə uyğun deyildir. Əmr ibn Abdullah Cündəi Aşura günündə mərdliklə döyüşüb, başından ağır yaralandı. Qohumları onu döyuş meydanından çıxarıb apardılar. Bir il ərzində müalicə olunsa da, faydası olmadı. Kərbəla faciəsindən düz bir il sonra həmin yaradan vəfat etdi. 51. Abdullah ibn Bişr Xəsəmi Bəziləri adını Abdullah ibn Bəşir kimi yazmışlar. Həm atası, həm də özü İslam fəthlərində fəal iştirak etmişdi. Kərbəlada İmam Hüseynə (ə) qoşulmuş və ilk həmləni dəf edərkən şəhid olmuşdu. *** Düşmənin ilk həmləsi dəf edildikdən sonra İmam Hüseyn (ə) öz şəhid olan silahdaşlarının cəsədlərini döyüş meydanından çıxarıb, çadırların yanına gətizdirdi. Sonra İmam əlini saqqalına çəkib buyurdu: “Yəhudilər: “Allahın övladı var”, – söylədikdə Allah onlara qəzəbləndi. Məsihilər: “Allah üçdən biridir”, – deyəndə Allah onlara qəzəb etdi. Məcusilər (atəşpərəstlər) Günəşə və Aya pərəstiş edəndə Allahın qəzəbinə düçar oldular. Həmçinin, Allah, onun peyğəmbərinin nəvəsini öldürmək üçün əl-ələ verib birləşmiş qövmə qəzəbləndi. Allaha and olsun ki, onların istəyini yerinə yetirməyəcəyəm (yəni Yezidə beyət etməyəcəyəm), öz qanıma bələnmiş halda Allahın hüzuruna gedəcəyəm!” (növbəti bölümlərdə təkbətək savaşlarda şəhid olanlar haqqında məlumat veriləcək) NATİQ RƏHİMOV

İmam Hüseyn (ə) 18.01.2025

İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?

  16 mühərrəm İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır? ***************************************************** Niyə Kərbəlaya “Hair” deyirlər? *********************************** İmam Hüseynin (ə) qəbri üzərində ilk 5 il ərzində tikili olmamışdır. Məzar açıq səma altında qalmışdı. Kərbəla şəhidlərinin cənazəsini dəfn edən Bəni-Əsəd qəbiləsinin üzvləri İmamın məzarının əlaməti olaraq, qəbrin yanında sidr ağacı əkmişdilər. Mübarək qəbrin üzərində ilk türbəni hicri 66-cı ildə (Kərbəla faciəsindən 5 il sonra) Muxtar tikdirmişdir. Bəni-Üməyyə xəlifələri Əhli-beytlə nə qədər düşmənçilik etsələr də, İmam Hüseynin (ə) məzarına zərər yetirməyə cəsarət etmədilər. Abbasi xəlifəsi Harun ər-Rəşid hakimiyyətə gələndən sonra məqbərəni sökdürdü, müqəddəs məzarın yaxınlığında əlamət kimi əkilmiş sidr ağacını kəsdirdi. *** Məmun xilafət ərazisini bürümüş üsyanları sakitləşdirmək məqsədilə İmam Rzanı (ə) vəliəhd təyin etdikdən sonra İmam Hüseynin (ə) qəbri üzərində böyük türbə tikdirdi. Lakin onun qardaşı oğlu xəlifə Mütəvəkkil təqribən 40 ildən sonra müqəddəs məzarın yerini nişan verən hər bir əlamətin dağıdılmasına əmr verdi. Tarixçilər Mütəvəkkilin üst-üstə 17 dəfə Kərbəla ziyarətgahını dağıtdığını, lakin hər dəfə camaatın məqbərəni bərpa etdiyini yazırlar. İmam Hüseynin (ə) məzarına qarşı xəyanətlər hicri 236-cı ildən Mütəvəkkilin ölüm tarixi olan hicri 247-ci ilə kimi davam etmişdir (miladi 850-861-ci illər). *** Mütəvəkkilin Kərbəla ziyarətgahını dağıtmaq fikrinə düşməsini bəzi tarixçilər onun sevimlisi olan müğənni qadının şiə məzhəbinə keçib, Kərbəlanı ziyarət etməsi ilə izah etmişlər. Xəlifə bu hadisədən dəhşətə gələrək, məzarı sökdürməyə əmr verir. Hökumət məmurlarından heç kim belə ağır cinayətin yükünü öz öhdəsinə götürmək istəmədiyindən, Diyzəc adlı yəhudini bu işə təhkim etdilər. Mütəvəkkil göstəriş vermişdi ki, İmam Hüseynin (ə) məqbərəsini dağıdıb məzarını yerlə-yeksan etsinlər, ətrafdakı binaları uçursunlar, torpağı şumlayıb Fürat çayının suyunu ora yönəltsinlər ki, müqəddəs yerlər tamamilə suyun altında qalıb itsin. Lakin əksəriyyəti yəhudilərdən ibarət olan fəhlə dəstəsi yalnız məzarın üzərindəki tikilini sökə bildi. Fövqəl-təbii qüvvələrin maneçiliyi sayəsində onlar İmam Hüseynin (ə) məzarına qarşı heç bir hörmətsizlik edə bilmədilər. Fəhlələr öküzlərə kotan qoşub, torpağı şumlamaq qərarına gəldilər. Lakin heyvanlar müqəddəs məzara yaxınlaşmaq istəmir, fəhlələrə tabe olmurdular. Sanki kimsə onları qovub məzardan uzaqlaşdırırdı. Əlacsız qalan məmurlar Füratın suyunu məzarın üstünə yönəltdilər. Lakin su məzarın yaxınlığına kimi irəlilədi, sonra divarla qarşılaşırmış kimi dayandı. Sanki məzarın ətrafına dairəvi sədd çəkilmişdi. Bu dairə boyunca su qalxır və səviyyəsi yüksəlirdi. Gözügörünməz səddin o biri tərəfinə bircə damcı da su keçmədi. Bu hadisənin şərəfinə həmin ərazini “hair” adlandırmağa başladılar. Yəni bu yerdə su heyran olurmuş kimi öz yerində durmuşdu. (Ümumilikdə, Kərbəla şəhərinə də “hair” deyirlər; bu şəhərdə doğulmuş və yaşayıb-yaratmış bir çox alimlər “Hairi” ləqəbi ilə tanınıblar). Kərbəlanı dağıtmağa təhkim olunmuş yəhudi Diyzəc buradakı möcüzələri öz gözü ilə görəndən sonra İslamı qəbul etdi. Mütəvəkkil Kərbəlaya gedən yolların üstündə gözətçilər yerləşdirmişdi ki, camaatın ziyarətə gəlməsinə mane olsunlar. Bütün şəhərlərdə car çəkildi ki, İmam Hüseynin (ə) məzarını ziyarət etməyə gedənlərin qanı halaldır. Əsgərlər zəvvarları saxlayıb yarıyoldan geri qaytarır, qarət edir, incidib döyür, hətta öldürürdülər. Lakin bu tədbirlərin heç biri ziyarətçilərin qarşısını almağa qadir deyildi. Müsəlmanlar çox zaman gecə vaxtı əsgərlərin yatmasından istifadə edib özlərini müqəddəs məzara çatdırır və bu məkanı unudulmağa qoymurdular. *** Mütəvəkkilin oğlu Müntəsir atasını öldürüb hakimiyyətə yetişdikdən sonra Kərbəlaya sayğı ilə yanaşmağa başladı. Onun əmri ilə məzarın üzərində iri məqbərə tikildi. Müsəlmanlar tədricən İmam Hüseynin (ə) məzəranın ətrafında məskunlaşır və Kərbəlanı yaşayış məskəninə çevirirdilər. Kərbəlada məskunlaşmış ilk şəxslərdən biri də İmam Musa Kazimin (ə) nəvəsi Seyid İbrahim Mücab idi. Natiq Rəhimov  

1 2 3 4 5 6