Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Hüseyn (ə) 17.01.2025

İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə

İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə . 1- Qurani-Kərimin 19-cu surəsi “Məryəm” surəsidir. Bu surədə xanım Məryəmin həyatı və məqamları barədə geniş məlumatlar olduğu üçün surə onun adına adlandırılmışdır. 2- Məryəm surəsinin 1-ci ayəsi “Müqəttəə” hərfləri ilə başlayır. Müqəttəə sözünün mənası “ayrı-ayrı”, “hissə-hissə” mənalarındadır. Ərəb dili hərflərinin əlifba şəkilində oxunmasına “müqəttəə” deyilir. Məsələn: 36-cı surə Yasin surəsidir. Bu surə Y və S hərfləri ilə başlayır. Y ərəb əlifbasında “ya”, S isə ərəb əlifbasında “sin” adlanır. Yasin surəsini oxuyanda ys deyilmir, “ya” “sin” oxunur. Bu cür oxunuşa “müqəttəə” hərfləri deyirlər. 3- Qurani-Kərimdə mövcud olan 114 surənin 29-u müqəttəə hərləri ilə başlayır. O surələrin biri də “Məryəm” surəsidir. Məryəm surəsi ərəb əlifbasının 5 hərifi ilə başlayır. كهيعص “Kaf” “Ha” “Ya” “Əyn” “Sad” (yəni – K-H-Y-Ə-S ) 4- Səd ibn İbrahim əl-Qummi deyir: Mən Samirra şəhərinə imam Həsən Əskəri əleyhissalam ilə görüşməyə getmişdim. İmama dedim: Ya İmam, mənə Məryəm surəsinin 1-ci ayəsindəki 5 hərfin mənasını izah edin. İmam Həsən Əskəri əleyhissalam buyurdu: -Bunu mənim oğlumdan soruş. Məndən sonra o, sizin imamınız olacaqdır. Bu vaxt 5 yaşlı uşaq gördüm. İmam Həsən Əskəri əleyhissalam buyurdu: -Bu mənim oğlum Mehdi əleyhissalamdır. Sualını soruş. Mən dedim: Ya İmam, mənə Məryəm surəsinin 1-ci ayəsindəki 5 hərfin mənasını izah edin. İmam Mehdi əleyhissalam buyurdu: ” O hərflər, yəni Kaf Ha Ya Əyn Sad hərfləri qeybi xəbərlərdəndir. Xanım Məryəmi tərbiyə edən Zəkəriyya peyğəmbər Allah Taaladan istədi ki, Adəm peyğəmbəri və bir çox peyğəmbərin adlarını çəkdikləri 5 kimsənənin adlarını ona desin. Allah Taala buyurdu: Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn. Zəkəriyya peyğəmbər bir-bir o adları tələffüz etməyə başladı və dedi: -İlahi, mən Məhəmməd, Əli, Fatimə, Həsən adlarını deyəndə qəlbim şad və sevinç içində olurdu, amma Hüseyn adını çəkəndə gözlərim yaşardı, qəlbim qəm-qüssə ilə doldu. Bunun səbəbi nədir? Allah Taala buyurdu: Hüseyn(ə) sonuncu və ən fəzilətli peyğəmbər olan Məhəmmdin(s) övladıdır. Onu Kərbəlada faciəli şəkildə şəhid edəcəklər. Onda Allah Taala bu hərləri nazil etdi, həzət Zəkəriyyaya və buyurdu: Kaf (K) yəni Kərbəla, Ha (H) yəni onlar həlak olacaqlar, Ya yəni Yezid adlı zalımın əmri ilə, Əyn (Ə) yəni ətşan və susuz halda, Sad (S) yəni onlar bütün əzab və əziyyətlərə Məna xatir Səbr edəcəklər. Ona görədir ki, sən Hüseynin adını çəkəndə qəmləndin, gözlərin yaşardı. Zəkəriyya peyğəmbər dedi: -İlahi, mənə də bir oğul ver ki, o da imam Hüseyn əleyhissalama oxşasın. Onun kimi olsun. Allah Taala həzərt Zəkəriyya peyğəmbərin duasını qəbul etdi, və ona Yəhya peyğəmbəri bəxş etdi. Yəhya peyğəmbər yer üzündə Allahın dinini inamla yaymağa başladı. Zalım və zinakar padşahın əmri ilə Yəhyanı əzab və əziyyətlə öldürdülər, başını kəsib zalım padşaha apardılar… Allah Taala imam Hüseyn əleyhissalam xatirinə bizləri kamil imanlı möminlərdən qərar versin. Bu dünyada 14 məsumun ziyarətlərini, Axirətdə isə şəfaətlərini nəsib etsin. Rza Əzizoğlu İrəvani

İmam Hüseyn (ə) 17.01.2025

KƏRBƏLA TÜRBƏTİNİN MÖCÜZƏSİ (foto)

*** Rəsuli-əkrəm (s) öz həyat yoldaşı Ümmu-Sələməyə Hüseynin (ə) gələcəkdə şəhid olacağını söyləmiş və ona bir ovuc Kərbəla torpağı vermişdi. Peyğəmbər Ümmu-Sələməyə buyurmuşdu ki, nə vaxt bu torpaqda qan damcıları görsə, Hüseynin (ə) şəhid edildiyini bilsin. Ümmu-Sələmə həmin torpağı şüşə qabın içinə töküb, saxlayırmış. Üstündən 50 il keçəndən və İmam Hüseyn (ə) Kufə istiqamətində yola çıxandan sonra Ümmu-Sələmə hər gün səhər və axşam qabı götürüb torpağı yoxlayırdı. Bir gün torpaqda qan damcılarının sızdığını görür və İmam Hüseynin (ə) qətlə yetirildiyini başa düşür. Matəm saxlamağa başlayaraq yaxınlarına da bu müsibəti xəbər verir. Camaat onun verdiyi xəbərə inanmır. Yalnız bir neçə gündən sonra aşura faciəsinin əks-sədası Mədinəyə çatanda hesablayıb görürlər ki, torpaqda qan damcılarının görünməsi mühərrəm ayının 10-na, yəni Aşura gününə təsadüf edibmiş. *** Mənbə: Təbərani – “Əl-Möcəmül-kəbir”, cild 3, səh. 114. İbn Əsir – “Əl-Kamil fit-tarix”, cild 3, səh. 443. Heysəmi – “Məcməüz-zəvaid”, cild 9, səh. 189. İbn Həcər Əsqəlani – “Təhzibüt-Təhzib”, cild 2, səh. 347. İbn Həcər Heysəmi – “Əs-Səvaiqül-mühriqə”, XI bab, 30-cu hədis. Mühibbüddin Təbəri – “Zəxairül-üqba”, səh. 251. İbn Həmzə – “Əs-Saqib fil-mənaqib”, hədis 272. Şeyx Mufid – “Əl-İrşad”, cild 2, VII bab, hədis 7. Şeyx Səduq – “Əmali”, məclis 29, hədis 1 və 4 və sairə mənbələr (cild və səhifələri yoxlanılıb). Qeyd: (Bu xüsusiyyət əsil və qarışıqsız Kərbəla türbətinə aiddir. Müasir Kərbəla möhürləri bu xüsusiyyətə sahib deyil).   Məlumat üçün bunu da bildirim ki, bir neçə il bundan əvvəl vəfat etmiş görkəmli ruhani alim Seyyid Murtəza Muvəhhid Əbtəhi İsfahanidə mövcud olan əsil Kərbəla türbətinin də belə xüsusiyyəti var idi. Qum şəhərində nəşr olunan “Hövzə” jurnalına vaxtilə verdiyi müsahibədə alim qeyd edirdi ki, həmin türbəti kağıza büküb, xüsusi qabın (mücrünün) içində saxlayır. Hər ilin aşura günündə türbətin büküldüyü kağızın üzərində qan ləkələri görünür. Alimin vəsiyyətinə əsasən, vəfat etdikdən sonra həmin türbəti onun qəbrinin içinə qoymuşlar.

İmam Hüseyn (ə) 17.01.2025

Biz Hüseyn ibn Əlinin (ə) yolunu getməliyik

BİZ HÜSEYN İBN ƏLİNİN (Ə) YOLUNU GETMƏLİYİK «Mən Hind xalqı üçün yeni bir ideya ərməğan gətirməmişəm. «Ya azadlıq, ya ölüm!» şüarı, Kərbəla qəhrəmanı Hüseynin (ə) həyatı barəsində apardığım araşdırmaların nəticəsidir ki, onu, bütün hindlilərə hədiyyə etdim. Biz Hind millətinin qurtuluşunu istəyiriksə, Hüseyn ibn Əlinin (ə) yolunu getməliyik.» İstifadə olunmuş mənbələr:   M. Əkbərzadə, «Hüseyn xalq rəhbəri kimi», səh. 30

İmam Hüseyn (ə) 17.01.2025

İmam Hüseyn (ə) Tomas Karlilin baxışında

İmam Hüseyn (ə) Tomas Karlilin baxışında «Kərbəla faciəsinin ən böyük ibrəti budur: Hüseyn (ə) və onun silahdaşları Allaha olan yenilməz imanı sayəsində, öz layiqli əməlləri ilə sübut etdi ki, qoşunun, silahın çox olması insanın mə`nəvi qüdrəti müqabilində heç də həll edici rol oynamır. Silahdaşının sayı az olmasına baxmayaraq, Hüseynin (ə) zülmə qələbə çalması məni olduqca heyrətləndirir.» İstifadə olunmuş mənbələr:   Kermani,«On dörd məsumun həyatı», səh. 183

İmam Hüseyn (ə) 17.01.2025

Ayətullah Bəşirin İmam Hüseyn (ə) haqqında maraqlı açıqlaması

“Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər” Təqlid mərcələrindən olan Ayətullah Şeyx Bəşir Nəcəfi Elmi Hövzənin tələbələri qarşısında çıxışında Əhli-Beytə (ə) sevginin təsiri haqqında gözəl bir məsələyə toxunub və özünün araşdırmalarından gəldiyi nəticəni açıqlayıb: “Neçə il idi ki, “Zümər” surəsinin 73-cü ayəsinin məna və təfsiri məni özünə məşğul etmişdi. “Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər”. (“Zümər” surəsi, ayə 73). Başqa sözlə, möminləri çənnətə tərəf çəkib apararlar. Özümdən soruşdum: nə üçün möminləri “cənnətə tərəf çəkərlər” ifadəsi işlənilmişdir? Bütün kitablara və təfsirlərə baxdım, amma bir cavab tapa bilmirdim. Nəhayət, bir gün “Biharul-ənvar”da İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayət gördüm. Rəvayətdə İmam Sadiq (ə) buyurur: “Seyyidüş-şühəda İmam Hüseynin (ə) dostları və möminlər Qiyamət günü Allahdan istəyərlər ki, cənnətə daxil olmazdan öncə mövlaları Hüseynlə (ə) görüşsünlər. İmam (ə) öz sevərlərinin görüşünə gələr və bu görüş çox uzanar. Hər iki tərəf bir-birinə baxar və heç bir tərəf, qarşı tərəfdən gözünü çəkməz. Nə İmam (ə) öz sevərlərini buraxar və nə də Seyyidüş-şühədanın (ə) dostları öz mövlalarından könül üzərlər. Görüş o qədər uzanar ki, Allah cənnət məmurlarına buyurar: “Bu görüşə son qoymaq üçün bu möminləri və Hüseynimin dostlarını cənnətə tərəf çəkin”. Bu, möminlərin ürəyində İmam Hüseyn (ə) sevgisinin gözəlliyinin əlamətidir.

İmam Hüseyn (ə) 17.01.2025

İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı

İmam Hüseyn (ə) zahid, təqvalı, saleh və gözəl əxlaqlı insan idi Həsən Bəsri deyir: İmam Hüseyn (ə) zahid, təqvalı, saleh və gözəl əxlaqlı insan idi. Bir gün dostları ilə birlikdə öz bağına getdi. Onun Safi adlı qulamı həmin bağda idi. İmam (ə) bağa çatanda görür ki, qulamı oturub və boğçasından bir tikə çörək çıxarır, onun yarısını itə verir və yarısını özü yeyir. Qulam yeməyi qurtardıqdan sonra əlini duaya qaldıraraq deyir: “Əlhəmdu lillahi rəbbil-aləmin”. Sonra deyir: “İlahi, məni və mənim ağamı bağışla, onu bərəkətli et, necə ki, onun ata-babalarına bərəkət vermişdin. Ey rəhimlilərin rəhimlisi!” İmam Hüseyn (ə) səslədi: Ey Safi! Qulam hərasan halda dərhal yerindən qalxıb dedi: Ey sərvərim və qiyamət gününə kimi bütün möminlərin sərvəri! Bağışla, səni görmədim. Həzrət buyurdu: Ey Safi! Məni halal et! Səndən icazə almadan bağına daxil oldum. Qulam (təəccüblə) dedi: Ey mənim ağam! Bu sizin fəzilət, kərəm və böyüklüyünüzdəndir ki, belə deyirsiniz. İmam (ə) buyurdu: Çörəyinin yarısını itə atdığını, yarısını da özün yediyini gördüm. Nə üçün belə edirdin? Safi dedi: Mənim ağam! Mən yemək yeyəndə bu it mənə baxırdı. Onun baxışından utandım. Çünki bu it sizindir və sizin bağınızı düşmənlərin ziyanından qoruyur. Mən sənin qulunam, bu it də sizindir. Hər ikimiz birlikdə sənin ruzindən yeyirik. İmam (ə) qulamın bu sözünü eşidəndə ağladı. Sonra buyurdu: İndi ki, belədir, mən səni Allah yolunda azad etdim və min dinar sənə bağışladım. Qulam dedi: İndi ki, məni bağışladın, mən də qalıb sənin bu bağında işləmək istəyirəm. İmam (ə) buyurdu: Kərim adam bir söz dedikdə onu əməli ilə təsdiq etməsi yaxşıdır. Bağı da sənə bağışladım. Mən bağa daxil olanda sənə dedim ki, məni halal et. Çünki icazəsiz sənin bağına daxil oldum! Bağı və bağda olan hər bir şeyi sənə bağışladım. Təkcə yanımdakı dostlarımın yeyəcəyi meyvə və xurmadan başqa. Onları qonaq kimi qəbul et və mənə xatir, onlara hörmət et. Allah qiyamət günü səni əziz etsin, gözəl əxlaqını və ədəbini artırsın. Qulam dedi: Sən bağı mənə bağışladın, mən də onu sənin dostlarına vəqf edirəm. Mənbə: Seyid Vəli ibn Nemətullah Hüseyni Rəzəvi, “Məcməul-bəhreyn fi mənaqibil-sibteyn”, c. 1, səh. 395-396.

İmam Hüseyn (ə) 17.01.2025

İmаm Hüsеyndən (ә) 10 hәdis

Kim istәyir ki, әcәli tәхirә düşsün vә ruzisi çохаlsın, silеyi-rәhm еtmәlidir. “Әgәr üç şеy оlmаsаydı, bәşәr hеç nәyin qаrşısındа әyilmәzdi: 1. Kаsıblıq; 2. Хәstәlik; 3. Ölüm.” (“Nәzәhәtun-nаzir”, sәh. 80.) “Sаlаmın yеtmiş sаvаbı vаr. Оnun аltmış dоqquzu sаlаm vеrәnin biri isә sаlаmın cаvаbını аlаnındır.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 120.) “Hәr kәs оnu mәşhur еdәn bir pаltаr gеysә, Аllаh qiyаmәtdә оnа оddаn pаltаr gеyindirәr.” (“Furui kаfi”, sәh. 445.) “Üzrә sәbәb оlаn işlәrdәn pәhriz еdin. Çünki mömin nә pis iş görәr, nә dә üzr istәyәr. Аmmа münаfiq isә hәr gün pis iş görәr vә sоnrа dа üzr istәyәr.” (“Tuhәfül-üqul”, sәh. 253.) “Mәn göz yаşı üstә öldürülmüşәm. Еlә bir mömin tаpılmаz ki, mәni yаd еdib müsibәtimә аğlаmаsın.” (“Müstәdrәkul-vәsаil”, c. 1, sәh. 311.) “Kim istәyir ki, әcәli tәхirә düşsün vә ruzisi çохаlsın, silеyi-rәhm еtmәlidir.” (“Uyuni-әхbаrir-Rzа” (ә) c. 2, sәh. 48.) “Hәr kim Аllаhın rаzılığını cаmааtın qәzәbi ilә qаzаnsа, Аllаh оnu cаmааtа möhtаc еtmәz. Hәr kim cаmааtın rаzılığını Аllаhın rаzılığındаn üstün tutsа, Аllаh-tәаlа оnu cаmааtа tаpşırаr.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 126.) “Pеyğәmbәr (s) duа еdәndә miskinin birinә әl аçdığı kimi әllәrini sәmаyа qаldırıb duа еdәrdi.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 282.) “Cаmааt dünyаnın quludur. Dini yаlnız dillәrindә zikr еdirlәr vә оnu dünyәvi işlәrini tәmin еdәnә qәdәr qәbul еdirlәr. Аmmа çәtinliklә üzlәşәndә dindаrlаrın sаyı аzdır.” (“Mizаnul-hikmәt”, c. 3, sәh. 316.) “Qәnаәt, cismin rаhаtlığıdır.” (“Mizаnul-hikmәt”, c. 3, sәh. 282.)

İmam Hüseyn (ə) 17.01.2025

İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA

Şəhidlər sərvəri imam Hüseyn (ə) 4-cü hicri-qəməri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. İslam Peyğəmbəri (s) bu xəbəri eşidən kimi sevinə-sevinə qızı Fatimeyi-Zəhranın (ə.s.) evinə yola düşdü. Xanım Fatimeyi-Zəhranın (ə.s) xidmətçisi Əsma uşağı ağ parçaya büküb, Peyğəmbərin (s) hüzuruna gətirdi. Peyğəmbər (s) körpəni qucağına alıb sağ qulağına “azan”, sol qulağına isə “iqamə” oxudu. İmam Hüseynin (ə) dünyaya gəlişinin 7-ci günü Allah tərəfindən Peyğəmbərə (s) nazil olan mələk belə dedi: “Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli də sənin dostun və qardaşındır. Buna görə də, bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy!” Beləliklə, imam Hüseynin (ə) adı Allah tərəfindən təyin edildi. İmam Hüseynin (ə) təvəllüdünün 7-ci günü xanım Fatimeyi-Zəhra (ə.s) oğlu üçün bir qoyunu qurbanlıq edib ətini yoxsullara payladı. Həzrət Peyğəmbər (s) dəfələrlə onu qucağına alıb öpərək ağlamış və buyurmuşdu: “Hüseyni qarşıda böyük müsibət gözləyir. Əməvilərdən zalım bir dəstə oğlumu öldürəcəkdir. Onlar qiyamət günü mənim şəfaətimdən məhrum qalacaqlar.” Peyğəmbərin (s) səhabəsi Salman deyir: ”Peyğəmbəri (s) gördüm ki, oğlu (nəvəsi) Hüseyni dizi üstündə oturdub onu öpərək nəvaziş edir və belə buyururdu: “Sən imamsan, imam oğlu və imamlar atasısan. Sənin nəslindən doqquz imam gələcək ki, onların sonuncusu “vəd olunmuş Mehdidir.” Peyğəmbərin (s) Hüseynə (ə) sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: “Hüseyn məndən, mən də Hüseyndənəm.” Həmçinin buyurub: “Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib.” (“İmamların ictimai-siyasi tarixi”, imam Hüseynin (ə) həyatı.) ÜMMÜL-FƏZLİN YUХUSU VƏ ONUN TƏBİRİ İbn Səd “Ət-təbəqat” kitabında Abdullah ibn Bəkr ibn Həbib Səhmidən, o da Hatəm ibn Sənədən Abbas ibn Əbdül-Müttəllibin həyat yoldaşı Ümmül-Fəzlin belə dеdiyini nəql еdir: “İmam Hüsеynin (ə) təvəllüdündən qabaq, bir gеcə yuхuda gördüm ki, Pеyğəmbərin (s) bədənindən bir parça ət ayrılıb, ətəyimə düşdü. Mən onun təbirini Peyğəmbərdən (s) soruşduqda, o həzrət buyurdu: “…Tеzliklə qızım Fatimənin (s) oğlu olacaq və süd vеrmək üçün onu sənə tapşıracağam.” Bir müddət kеçdi. Bir gün Fatimənin (s) oğlu oldu və onu mənə tapşırdılar. Mən də onu Peyğəmbərin (s) yanına apardım. Həzrət uşağı öz dizinin üstünə qoyub öpdü. Bu zaman uşaq Pеyğəmbərin (s) paltarını islatdı. Mən uşağı Pеyğəmbərin (s) qucağından kobudcasına götürdüm. Uşaq ağladı. Peyğəmbər (s) qəzəblə buyurdu: “Yavaş, еy Ümmül-Fəzl! Mənim paltarım yuyulub təmizlənəcək. Sən isə övladımı narahat еtdin.” Mən uşağı yеrə qoyub, su gətirmək üçün otaqdan çıхdım. Qayıtdıqdan sonra Peyğəmbərin (s) ağladığını görüb soruşdum: “Еy Allahın Rəsulu, niyə ağlayırsınız?” Pеyğəmbər (s) buyurdu: “Bir az öncə Cəbrail gəlib хəbər vеrdi ki, ümmətim bu övladımı öldürəcək!” Hədis alimləri bеlə nəql еdirlər: “İmam Hüsеynin (ə) ömründən bir il kеçmişdi. On iki mələk Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Ya Mühəmməd (s)! Qabil (qardaşı) Habilə zülm еtdiyi kimi, övladın Hüsеynə də zülm еdəcəklər. Habilə vеrilən savab kimi, ona da savab vеriləcək və onu öldürənlərin əzabı Qabilin əzabı kimi olacaq.” Bu zaman bütün səma mələkləri Peyğəmbərin (s) hüzuruna gəlib, Hüsеynin (ə) gələcəkdə öldürüləcəyi üçün o həzrətə başsağlığı vеrir, onun şəhadətinin əvəzində Allah-Taalanın təyin еtdiyi savabı Pеyğəmbərə (s) хəbər vеrir və imam Hüsеynin (ə) qəbrinin türbətini o həzrətə göstərirdilər. Pеyğəmbər (s) bu zaman buyurdu: “İlahi, oğlum Hüsеyni хar еdənləri хar еt! Hüsеynimi öldürəni öldür və onu öz məqsədinə çatdırma!” (“Lühuf”, Seyid ibn Tavus, səh. 6-7) VƏHY MƏLƏYİ CƏBRAİLİN İMAM HÜSЕYNİN (Ə) ŞƏHADƏTİNDƏN ХƏBƏR VЕRMƏSİ İmam Hüsеynin (ə) iki yaşı var idi. Pеyğəmbər (s) səfərə gеdirdi. O həzrət yolda birdən ayaq saхlayıb buyurdu: إنا لله و إنا إليه راجعون “Biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq!” Pеyğəmbər (s) bunu dеyib ağladı. O həzrətdən ağlamağının səbəbini soruşduqda buyurdu: “İndi Cəbrail “Fərat” çayının yaхınlığında olan bir yеr barəsində mənə məlumat vеrdi. O yеrin adı Kərbəladır və orada oğlum Hüsеyni (ə) qətlə yetirəcəklər.” Soruşdular: “Еy Allahın Rəsulu (s)! Onu kim qətlə yetirəcək?” Buyurdu: “Oğlum Hüsеyni (ə) Yеzid adlı bir şəхs qətlə yetirəcək. Еlə bil, indi onun qətlə yetirilən və dəfn olunan yerini öz gözümlə görürəm.” Peyğəmbər (s) səfərdən qəm-qüssə içində qayıtdıqdan sonra minbərə çıхıb хütbə söylədi və xalqa moizə еtdi. Sonra sağ əlini imam Həsən (ə), sol əlini isə imam Hüsеynin (ə) başına qoyub, üzünü göyə tutaraq dеdi: “İlahi, Mühəmməd Sənin bəndən və pеyğəmbərin, bu iki nəfər isə mənim Əhli-bеytimin pakları və nəslimin sеçilmişləridir! Onlar ümmətimin arasında mənim canişinimdirlər. Cəbrail mənə хəbər vеrdi ki, bu övladımı (Hüseyni) məzlumcasına qətlə yetirəcəklər. İlahi, şəhadəti ona mübarək еt, onu şəhidlərin sərvəri seç, onu öldürən və хar еdənləri xar və zəlil et!” (“Lühuf”, Seyid ibn Tavus, səh. 8-9) Ümmü Sələmə belə nəql edir: “Bir gün Peyğəmbər (s) mənim evimdə ikən Hüseyni (ə) qucağına alıb ağlayırdı. Soruşdum: “Ya Rəsulullah! Nə üçün ağlayırsan? Həzrət buyurdu: “Cəbrail bu uşağın şəhid olacağını mənə xəbər verdiyi üçün ağlayıram.” Sonra Peyğəmbər (s) mənə bir az torpaq verib buyurdu: “Bu torpaq Kərbəla torpağıdır. Haçan gördün ki, bu torpaq çevrilib qana döndü, bil ki, Hüseyni şəhid ediblər.” Rza Şükürlü http://www.ahlibeyt.ge

İmam Hüseyn (ə) 17.01.2025

Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü

Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü Hicri təqvimi ilə dördüncü il, şəban ayının 3-cü günü, cənnət cavanlarının Seyidi, peyğəmbərlik bağını reyhanı ilahi ərşin iki sırğasından biri, Ali-əbanın beşincisi, dünya azadələrinin rəhbəri, şəhidlər ağası həzrət Hüseyn (ə), nurlu Mədinə şəhərində dünyaya göz açdı. (E`lamül-vəri: c. 1, s. 420- Mənbə:Məsarüş-şiə: s. 37 İmam Hüseynin (ə) ləqəbləri O həzrətin Tövrada mübarək adı “Şübeyr”, İncildə (Tab), “T’əyyib” dır. Onun atası təqvalılar mövlası həzrət Əmirəlmöminin Əli (ə), əziz anası isə cənnət xanımlarının Seyidəsi həzrət Siddiqeyi-Tahirə Fatimeyi-Zəhradır (ə.s). Onun künyəsi Əba Əbdillahdır. O həzrətin mübarək ləqəbləri aşağıdakılardan ibarətdir: Mənbə:Şəhid, Səid, Sibtis-Sani, Rəşid, Təyyib, Seyid, Vəfi, Zəki, Mübarək, Tabeül-mərzatillah. (Vəqayeül-əyyam, səh. 353) İmam Hüseynin (ə) təvəllüdü xəbəri islamın əziz peyğəmbərinə (s) çatanda o həzrət Əmirəlmöminin (ə) evinə gəlib Əsmaya buyurdu ki, o mübarək körpəni gətirsin. Əsma da onu ağ parçaya büküb onun hüzuruna gətirdi. O həzrət onun sağ qulağına azan, sol qulağına iqamə oxudu. Mənbə:(Kəşfül-ğəmə, c.2, səh. 213 – Biharül-ənvar, c. 43, səh. 237). O zaman Cəbrail (ə) nazil olub Allahın Rəsuluna (s) ərz etdi: ” Rəbbin salam göndərir və buyurur ki, bu uşağı, Harunun kişik oğlunun adı ilə ərəbcə Hüseyn mənasında olan Şübəyr adlandır. Çünki Əlinin (ə) məqamı sizin üçün Harunun Musanın yanında olan məqamı kimidir. Peyğəmbərlərin sonuncusu olmağınız isə istisnadır. Mənbə:(Əmaliyi-Şeyx Səduq (ə), c.1, səh. 377) Fortosun xilas olması Şeyx Səduq (r) belə nəql edir: İmam Hüseyn (ə) dünayaya göz açanda Allah- taala Cəbrailə əmr verdi ki, çoxlu mələklərdən ibarət bir qrupla Peyğəmbərin (s) hüzuruna müşərrrəf olub bu mübarək doğum münasibəti ilə onu təbrik etsinlər. Cəbrail (ə) səmadan yerə enən zamanda bir adaya düşmü Fotros adında bir mələyi gördü. O Allahın müqərrəb mələklərindən idi. Allahın fərmanlarından birini yerini yetirəndə ləng tərpəndiyi üçün qanadı sınıb bir adaya düşmüdü. İmam Hüseyn (ə) dünyaya gəldikdə artıq yeddi yüz idi ki, orada Allah-taalaya ibadət etməklə məşğul idi. Fotros, Cəbraili (ə) müşahidə etdikdə ərz etdi: “Məni, Peyğəmbərin (s) xidmətinə apar, bəlkə o, mənim üçün dua etsin.” Fotros, Cəbrail ilə birlikdə Peyğəmbərin (s) hüzuruna yetişdilər və İmam Hüseynin təvəllüdü münasibəti ilə onu təbril etdilər. Cəbrail (ə), Fotrusun əhvalatını Peyğəmbərə (s) nəql etdi. O həzrət, ona buyurdu: “Fotros de ki, bədənini bu mübarək körpənin qundağına sürtsün.” Fotros onu yerinə yetirdi və o dəm şəfa tapdı. Sonra Cəbrail ilə birlikdə səmaya qalxdı. Mənbə:( Əl-Xəraic və Əl-Cəraih: c. 1, səh. 252- Biharül-ənvar, c . 44, səh. 182.) Başqa bir rəvayətdə deyilir ki, Fotros, səmaya tərəf uçan zaman Peyğəmbərə (s) buyurdu: ” Hüseynin (ə) vücudu ilə şəfa tapdığım üçün gərək onun haqqına əda edəm və ehsanının əvəzini yerinə yetirəm. Bundan sonra hər kəs imam Hüseyni (ə) ziyarət etsə onun ziyarətini ona çatdıracağam. Hər kəs, hər bir yerdə o həzrətə salam göndərsə onun salamını o həzrətə çatdıracağam.” Mənbə:(Sireyi-Çəhardəh məsum (ə), Məhəmməd Məhəmmədi İştihardi: səh. 307. Peyğəmbərin (s) barmaqlarından süd içirdi Mərhum Kuleyni (r) imam Sadiqdən (ə) rəvayət edir: ” İmam Hüseyn (ə) doğlandan sonra nə Fatiədən (ə.s) nə də digər qadınlardan süd yemirdi. Ona görə də onu Peyğəmbərin (s) xidmətinə apardılar. Həzrət, mübarək barmağını onun ağzına qoyurdu və o da əmirdi. Bu əmmək, onun üçün üç gün kifayət edirdi. İsa ibn Məryəm (ə) və Hüseyn ibn Əlidən (ə) başqa heç bir uşaq altı aylıq anasından doğmayıb. Mənbə:(Üsuli-Kafi: c. 2 səh. 486)

İmam Hüseyn (ə) 16.01.2025

İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla

İmam Hüseyn (ə) Əhli-Beytin (ə) beşinci üzvü və müsəlmanların üçüncü İmamıdır ki, Peyğəmbərə (s) sima və sünnət baxımından ən çox bənzəyən insan olmuşdur. Gecələri Həzrətin (ə) ətrafında xüsusi nur peyda olardı ki, insanlar onu gecə vaxtı bu nurla tanıyardılar. Həzrətin (ə) həyatı boyu etdiyi çox sayda kəramətlər vardır ki, onlardan bəzisinə işarə edək. Raşid ibni Yəzid nəql edir: “Məkkədən Kufənin yaxınlığına qədər İmam Hüseynlə (ə) birlikdə idim. (Yolda gedən zaman) gördüm ki, sancan vəhşi heyvan ona üzünü çevirdi və onunla söhbət etdi. Həzrət (ə) ona tərəf üzünü çevirib dayandı və o heyvanla uzun söhbət etdi”. Kəsir ibni Şazan nəql edir: “İmam Hüseynin (ə) xidmətində idim ki, oğlu Əli Əkbər ondan üzüm istədi. Həzrət (ə) əlini məscidin divarına vurdu, (oradan) üzüm və banan çıxartdı və ona yedizdirdi”. (Tebyan) İmam Sadiq (ə) hədislərin birində nəql edir: “İmam Hüseyn (ə) səfər edən zaman qurumuş xurma ağacının altında dayanır. Dua edir və ağac yaşıllaşır. Yarpağı və xurması meydana gəlir. Ağacın üstünə çıxıb, kifayət qədər ondan yedilər”. Ərəblərdən biri İmam Hüseynə (ə) deyir: “Ya ibni Rəsulallah! Dəvəmi itirmişəm və ondan başqa dəvəm yoxdur. Atan itən dəvələri tapırdı”. İmam (ə) buyurur: “Filan məkana get, dəvəni görəcəksən. Dayanmışdır və qarşısında da qara canavar vardır”. Ərəb həmin tərəfə gedir və qayıdır. İmama (ə) deyir: “Dəvəmi həmin yerdə tapdım”. Həbabə nəql edir: “Mən İmam Hüseyni (ə) görməyə getmişdim və gözümün ətrafında yara çıxmışdı. Bu hal məni narahat edirdi. Ona görə də bir neçə gün Həzrəti (ə) görməyə gəlməmişdim. Həzrət (ə) mənə buyurdu: “Ey Həbabə! Niyə mənim yanıma gəlmirsən?”. Səbəbini dedim və Həzrət (ə) mübarək ağız suyundan götürüb, yaranın üstünə sürtdü və buyurdu: “Ey Həbabə! Allaha şükür et ki, o səbəbi səndən uzaqlaşdırdı”. Səcdəyə düşdüm. Və mənə buyurdu: “Ey Həbabə! Başını qaldır və aynaya bax”. Başımı qaldırdım və (yaradan) heç bir əsər görmədim. Allaha şükür etdim”.   /Deyerler.org/

İmam Hüseyn (ə) 15.01.2025

İmam Hüseyn (ə) AŞURA günü insanları 3 mərhələdə – (bəzi mənbələrə görə isə 5 mərhələdə və “həl min müvəhhidin” və “həl min müğisin” sözləri ilə də) köməyə çağırdı:

İmam Hüseyn (ə) AŞURA günü insanları 3 mərhələdə – (bəzi mənbələrə görə isə 5 mərhələdə və “həl min müvəhhidin” və “həl min müğisin” sözləri ilə də) köməyə çağırdı:  “1). “Həl min nasirin yənsuruni”… Mənə bu zalim qövmə qələbə çalmaq üçün bir kömək edən varmı?. 2). “Həl min muinin yuinini”… Mənə bu zalim qövm qarşısında müqavimət göstərmək üçün bir kömək edən varmı?. 3). “Həl min zabbin yəzubbu ən hərəmi rəsulillah”… (Nə qələbəyə və nə də müdafiə və müqavimətə kömək edən olmadı və İmam (ə) buyurdu:) Allah Rəsulunun (ə) ailəsini qorumaq istəyən varmı?”…. Amma təəssüflər ki, bu üç sorğunun heç birinə cavab verən olmadı.

1 2 3 4 5 6