Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Museyi-Kazim (ə) 04.02.2025

İmam Kazimin (ə) həyatına qısa bir baxış

https://ia904701.us.archive.org/34/items/qisa-tarixi/qisa%20tarixi.mp3 İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: İmam Musa Kazimin (ə) şəxsiyyəti  Adi: Musa; Ləqəbi: Kazim; Künyəsi: Əbülhəsən; Atası: İmam Sadiq (ə); Anası: Həmidə; Övladlarının sayı: 36 (19 oğlan, 17 qız); Təvəllüdü: 128-ci hicri-qəməri ili, Səfər ayının 7-si; Başqa rəvayətə görə, Zil-hiccə ayının 20-si; İmamlıq müddəti: 35 il; Ömrü: 54 il; Şəhadəti: 182-ci hicri-qəməri ili, Rəcəb ayının 25-i Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək şəhid edildi; Məzarı: İraq, Kazimeyn şəhəri. İmam Musa Kazimin (ə) həyatı ilə qısa tanışlıq Şiələrinin yeddinci imamı həzrət Musa ibn Cəfər (ə) çox səbirli olduğu, qəzəb və hiddətini udduğuna görə, müsəlmanlar ona “Kazim “ləqəbini vermişdilər. İmam Kazim (ə) hicrətin 128-ci ilində – bəzi qaynaqlara əsasən, hicrətin 129-cu ilində – Məkkə ilə Mədinə arasında yerləşən Əbva məntəqəsində dünyaya göz açıb. O həzrətin anasının adı Həmidə Bərbəriyyədir. İmam Kazim (ə) hicrətin 182-ci və yaxud 183-cü ilinin Rəcəb ayının 25-də zalım Abbasi xəlifəsi Harunər-Rəşidin Bağdaddakı zindanında şəhadətə yetmişdir. Bəzi mənbələrdə o həzrətin şəhadətini Rəcəb ayının 5-i, bəzisi isə Rəcəb ayının 6-ı qeyd edilmişdir. İmam Kazim (ə) əziz atası imam Sadiqin (ə) şəhadətindən sonra, hicrətin 148-ci ilində şiələrin rəhbərliyini öz öhdəsinə götürmüş və mübarək ömrünü Mədinə və Bağdadda keçirmişdir. O həzrət imam olduğu müddətdə adları çəkilmiş xəlifələrlə müasir olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhəmməd Mehdi Abbasi (158-169); Musa Hadi (169-170) və Harunər-Rəşid (170-193). O həzrətin dövründə yaşamış Ələvi şəxsiyyətlərindən heç biri onunla müqayisə edilə bilməzdi və o həzrət elm, təqva, zöhd və ibadət baxımından öz zamanının ən öndə gedəni idi. Şeyx Müfid o həzrət haqqında belə yazır: “Əbülhəsən Musa (imam Kazim) (ə) öz zamanının ən abidi, ən fəqihi və ən səxavətlisi idi.” (“Əl-irşad”, s. 277.) Şeyx Təbərsi yazır: “İmam Kazim (ə) Allahın kitabını qorumaqda ən öndə gedənlərdən idi… Mədinə əhalisi onu “Allaha ibadətdə səy edənlərin zinəti” adı ilə adlandırmışdı.” (“Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, 298.) İbn Əbil-Hədid imam Kazim (ə) haqda belə yazır: “Fəqihlik, dindarlıq, təqva və səbir – bütünlükdə o həzrətdə toplanmışdı.” (“Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 15, s. 273.) “Əş-şuzuratuz-zəhəb” kitabında belə yazılır: “O həzrət saleh, abid, səxavətli, səbirli və uca məqama sahib idi.” (c. 1, s. 304.) Məşhur nəsəbşünas Yəhya ibn Həsən ibn Cəfər o həzrət barədə belə yazır: “Musa ibn Cəfərə (ə) ibadət və ictihadına görə “saleh bəndə” deyirdilər.” (“Təhzibut-təhzib”, c. 1, s. 339.) Bu ifadələr şiə və sünni raviləri və tarixçilərinin imam Kazim (ə) haqqında dediklərindən yalnız bir neçə nümunədir. İmam Kazimin (ə) xüsusiyyətləri arasında ən çox diqqəti çəkən o həzrətin səxavətli və kəramət sahibi olmasıdır. Hətta onun bu xüsusiyyəti zərbi-məsəl belə olmuşdu. İbn Ənbə bu barədə yazır: “O həzrət özü ilə daim qızıl kisələr gəzdirər və onları qarşılaşdığı fəqirlərə və ya onun ehsanına göz dikənlərə bağışlayırdı, hətta o həzrətin qızıl kisələri dillər əzbəri olmuşdu.” (“Umdətut-talib”, s. 196.) Məşhur rical alimlərindən olan Zəhəbi imam Kazim (ə) haqqında belə yazır: “Musa ibn Cəfər (ə) hikmət sahiblərinin ən əliaçığı və Allah bəndələrinin ən təqvalısı idi.” (“Mizanul-etidal”, c. 4, s. 201.) Zahidlik və ibadət də o həzrətin digər xüsusiyyətlərindən idi. İmam Kazimin (ə) həyatı uzun illər zindanda keçmiş və bu müddət ərzində Allaha ibadətlə məşğul olmuşdu. İmam Musa Kazimin (ə) şəhadəti Harunər-Rəşid 179-cu hicri ilində həccə getdiyi zaman Mədinəyə də dönür. İmam Kazim (ə) Mədinədə yaşayırdı. Harun, o həzrətin gizli fəaliyyətlərindən xəbərdar olduğu üçün, Rəsulullahın (s) məzarının kənarına gələrkən Rəsulullahın (s) qəbrinə xitab olaraq belə deyir: “Ey Rəsulullah, edəcəyim bir işdən ötrü səndən üzr istəyirəm. Mən Musa ibn Cəfəri (ə) həbs edib zindana atmaq istəyirəm. Çünki o, sənin ümmətin arasında ixtilaf yaratmaq və onların qanının tökülməsini istəyir.” (“Əl-irşad”, s. 280.) Camaat imam Kazimi (ə) Rəsulullahın (s) övladı bildikləri üçün Harun məsələnin zahirini belə qurur. O, Rəsulullahdan (s) üzr istəməklə gördüyü işi yozmaq istəyirdi. Harun həmin yerdə imam Kazimin (ə) həbs olunma əmrini verir. Beləliklə, iki karvan hazırlanıb birinin Kufəyə, digərinin isə Bəsrəyə tərəf yollanmasına göstəriş verilir. O, İmamı bu karvanların biri ilə yola salır. Bunu görməkdə məqsədi o olur ki, camaat İmamın harada həbs olunduğunu bilməsin. Əbül-Fərəc İsfahani bunu nəql etdikdən sonra yazır: “Harun imam Kazimi (ə) Bəsrə hakimi İsa ibn Mənsurun yanına göndərir. İmam bir müddət onun zindanında qalır, amma İsa bu işdən yorulub İmamı başqa birinə təslim etmək üçün Haruna bir məktub yazır və onu digər bir şəxsə təhvil verməyəcəyi təqdirdə, İmamı sərbəst buraxacağını söyləyir. Çünki İsa bu müddət ərzində İmamın əleyhinə bir dəlil tapmaq üçün çox çalışsa da, bir dəlil tapa bilmir.” Ən maraqlısı odur ki, İsa öz məktubunda belə yazır: “Hətta o, Allaha dua etməklə məşğul olduğunda da sənin və ya mənim haqqımda qarğış edib-etmədiyini öyrənmək üçün İmamın dualarını dinləyirdim, amma o, həmişə Allahdan özü üçün rəhmət və bağışlanmaq diləyirdi.” (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 335.) Ondan sonra İmam (ə) Fəzl ibn Rəbiyə təslim edilir. İmam (ə) uzun müddət onun zindanında qalır. Fəzldən İmamı (ə) öldürməsini istəyirlər, ancaq o, bu işdən boyun qaçırır. Ondan sonra İmamı (ə) Fəzl ibn Yəhyaya təslim edirlər. İmam (ə) bir müddət də onun zindanında qalır. Tarixçilərin nəqlinə görə, Fəzl ibn Yəhya İmama (ə) hörmətlə yanaşırdı. İmam Kazimin (ə) orada sərbəst olması Haruna xəbər verilir. Harun bu zaman “Rəqqə” şəhərində idi. Harun bu xəbəri eşitcək əsəbiləşir və xəlifəyə qarşı üsyan etdiyinə görə həmin məclisdə Fəzl ibn Yəhyaya lənət və qarğış edilməsini əmr edir. Bu işə görə, Fəzl ibn Yəhyaya yüz qırmanc da vurulur. Həmin hadisədən sonra, imam Kazim (ə) Sindi ibn Şahiq adlı bir zindançıya təhvil verilir. Yəhya ibn Xalid bu hadisədən narahat olaraq Harunun yanına gedir. Fəzlin törətdiyi hadisəyə görə üzr istəyərək İmamı (ə) Sindi İbn Şahiqin əli ilə şəhid edir və beləcə, Harunun istəyini yerinə yetirir. (“Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 234.)

İmam Museyi-Kazim (ə) 26.01.2025

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazim əleyhissəlamın mövludu və dünyaya gəlişi münasibəti ilə başda İmam Zaman, Allahın salamı olsun ona, olmağla əziz həmvətənlərimizi və izləyiclərimizi təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq. Müsəlmanların 7-ci imamı həzrət Musa ibn Cəfər əleyhissəlam çox səbirli olduğu, qəzəb və hiddətini udduğuna görə, müsəlmanlar ona “Kazim “ləqəbini vermişdilər. İmam Kazim əleyhissəlam hicrətin 128-ci ilində – bəzi qaynaqlara əsasən, hicrətin 129-cu ilində – Məkkə ilə Mədinə arasında yerləşən Əbva məntəqəsində dünyaya göz açıb. O həzrətin anasının adı Həmidə Bərbəriyyədir. İmam Kazım əleyhissəlam 55 il ömür sürmüş, onun 35 ilini ümmətə imamlıq etmişdir. İmam əleyhissəlamın həyat dövrü Əməvilərin süqutu, Abbasilərin qüdrət əldə etdiyi vaxtlara təsadüf edir. İmam əleyhissəlam ,4 Abbasi xəlifəsi ilə həmzaman olub və 35 illik imamət dövrünün böyük hissəsini zindanlarda keçirib. Demək olar ki, İmam Kazim əleyhissəlam həmzamanı olduğu 4 Abbasi xəlifəsinin dördünün də zamanında çətin həyat yaşamışdır. Xüsusən də Mənsur Dəvaniqi hakimiyyəti dövrünə təsadüf edən 22 illik imamət dovrü İmam əleyhissəlamın həyatının ən ağır dövrü hesab olunur. O cənəab, digər xəlifələrin zamanında nəzarət altında yaşasa da Harun Ər-Rəşid zamanında bu nəzarət zindan həyatı ilə əvəz oldu. Hicrətin 179-cu ilində İmam əleyhissəlam , Abbasilərin zalim və qəddar xəlifələrindən biri olan Harun ər-Rəşidin göstərişi ilə həbs edilir və məcbur şəkildə Bəsrəyə sürgün edilir. Harun, İmam əleyhissəlamı şəxsən Bəsrə hakimi İsa ibn Cəfərin zindanına saldırır və ona tapşırır. Lakin Bəsrə hakimi Haruna məktub yazaraq İmam əleyhissəlamı başqa yerə göndərilməsi üçün xahiş edir. Harun onun bu istəyini qəbul edərək İmam əleyhissəlamı Bağdada sürgün etdirir. Bütün bu həbs və təzyiqlərə baxmayaraq İmam Kazım əleyhissəlam öz dostları ilə əlaqə saxlayır, möninlərin Allahın kitabı ilə və Peyğəmbər Səlavatullah sünnəsi ilə bağlı bütün sualları cavablandırırdı. Allah dinini hər növ daxili və xarici müdaxilədən, xüsusən də qərb və ateis düşüncələrin hücumundan qoruyurdu. Bütün bu kimi fəaliyyətlər daim zalim və qəsbkar xəlifələri, onların havadarlarını narahat edirdi. Bu səbəbdən onlar daim imam əleyhissəlamı gözdən salmağa, onun etibarını zədələmək üçün müxtəlif hiylələrə əl atırdılar. Bütün hiylələrinə baxmayaraq ilahi elm sahibi olan O böyuk zatın qarşısında daim məğlub olur, çıxış yolunu İmam əleyhissəlamı qətlində görürdülər. Hicrətin 183-cü ilində Sindi bin Şahik adlı bir nəfər Harun Ər-Rəşidin və xilafətinin qazisi olan Yəhya bin Xalid Bərməkinin göstərişi ilə İmam əleyhissəlamı zəhərləyib şəhadətə yetirir. Hazırda İmam əleyhissəlamın mübarək mazarı İraqın Bağdad şəhərinin 10 kilometrliyində Kazimeyn məntəqəsində yerləşir.

İmam Museyi-Kazim (ə) 26.01.2025

Rəcəb ayının 25-i İmam Musa Kazımın (ə) şəhadəti günüdür

Müsəlmanların yeddinci Məsum İmamı olan Həzrət Museyi-Kazım (ə) hicrətin 128-ci ilində (miladi 745) dünyaya gəlmişdir və 183-cü (miladi 799) ilində şəhid edilmişdir. Altıncı İmam Həzrət Cəfər Sadiqin (ə) oğlu olan İmam Museyi-Kazim (ə), həyatı boyunca çox ağır zülmlər görüb. İmam Musa Kazım (ə) Əhli-Beytin (ə) nurlu yolunu qoruyur, bütün zülmlərə, yanlışlıqlara, sapmalara qarşı layiqincə mübarizə aparırdı. O Həzrət (ə), digər İmamlar (ə) kimi gecələri bir-bir kasıbların, köməyə möhtacların evlərini ziyarət edər, onlara lazım olan köməyi edərdi. Eynilə ataları kimi bunları özünü tanıtmadan, qürurlanmadan edərdi. Əməvi səltənəti yıxılıb, yerinə Abbasilər keçdiyi zaman, çoxsaylı Əhli-Beyt (ə) tərəfdarları təqiblərin bitdiyini ehtimal etdilər. Amma qısa bir müddət keçmədən, Abbasilər də Əməvilərin yolunu davam etdirdilər, hətta yeni zülmlərə əl atdılar. Abbasi idarəçilərinin qorxusu, xalqın Əhli-Beyt (ə) övladlarını rəhbərlikdə görmək istəyindən irəli gəlirdi. Çünki Abbasilər Əhli-Beyt (ə) adından istifadə edərək, Əməviləri devirmişdilər. Abbasilər öz iqtidarlarına görə, başda Əbu Müslim Xorasani olmaqla, Əhli-Beyt (ə) davamçılarına borclu idilər. Çünki Əməvi səltənətini yıxan, ona ən əhəmiyyətli zərbəni vuran – böyük Əhli-Beyt (ə) öndərlərindən olan Əbu Müslim Xorasani olmuşdur. Amma Abbasilər başda Əbu Müslim olmaqla bir çox Əhli-Beyt (ə) davamçılarını vəhşicəsinə qətlə yetirməkdən belə, çəkinmədilər. Fəxx hadisəsi “Peyğəmbər xəlifələri” kimi özlərini tanıtdıran Abbasilərin özbaşınalığı və İslam dininə zidd hərəkətləri müsəlmanlar arasında narazılığa səbəb olmuşdu. Xüsusən Həzrət Peyğəmbərin (s) nəsli olan Bəni-Haşim bu məsələdə olduqca həssas idi. İmam Həsənin (ə) nəslindən olan Hüseyn ibn Əli, İmam Museyi-Kazimın (ə) əmri ilə Mədinədə xəlifə Hadinin hakimiyyətinə qarşı qiyam etmək məqsədilə ordu topladı. Mədinə valisinin Bəni-Haşimə qarşı etdiyi təzyiqlər Hüseyni qiyamı sürətləndirməyə vadar etdi. Hüseynin planına əsasən, həcc mövsümündə o, öz qoşunu ilə Məkkəyə doğru getməli və xilafətn müxtəlif bölgələrindən olan müsəlmanları xəlifəyə qarşı qiyama çağırmalı idi. Hüseynin Məkkəyə tərəf hərəkət etdiyindən xəbər tutan xəlifə, onların üstünə qoşun göndərir. İki qoşun Fəxx adlı bir yerdə qarşılaşır və qızğın döyüşdən sonra Hüseynin ordusu məğlub olur. Sağ qalan əsgərləri əsir götürüb, qətlə yetirirlər və onların başlarını xəlifənin hüzuruna göndərirlər. İmam Təqi (ə) daha sonra bu hadisə barəsində söyləyəcək: “Kərbəla facisəindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmayıb”. İmam Kazimin (ə) Fəxx faciəsi ilə əlaqəli olduğunu bilən xəlifə Hadi, o Həzrəti (ə) ölümlə hədələdi. Ancaq çox keçmədi ki, cəmi 1 il hakimiyyət edən bu xəlifə öldü. Ondan sonra hakimiyyətə gələn Harun Ər-Rəşid, əziz İmamı (ə) sürgün etdirərək, həbsə aldırdı. İmam Musa Kazım (ə) zindanda İmam Kazim (ə) ömründə iki dəfə Mədinədən sürgün olunub. Birinci dəfə xəlifə Mehdinin dövründə, ikinci dəfə isə Harunun dönəmində. Harun öz hakimiyyəti dövründə hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub, öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zəkatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam (ə) Bəsrəyə göndərilib, orada həbs olunsun. Bir il Bəsrə zindanında qaldığı müddətdə İmam Kazim (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı (ə) öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb, burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın (ə) mənəviyyatının təsirinə düşərək, xəlifədən o Həzrətin (ə) başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından İmamı (ə) öldürmələrini tələb etdikdə, onların heç biri bu işi görməyə razı olmurdu. Üçüncü zindanın məsulu Sind (lən) İmamı (ə) zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər əl-Kazim (ə) şəhadətə çatdı… Harun yalançı şahid gətirməklə çalışdı ki, İmamın (ə) zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə həm özünə bəraət qazandırsın, həm də İmamın (ə) tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət, Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın (ə) mütəhhər mübarək bədəninin gizlincə dəfn edə bilməmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam Musa Kazim (ə) xalqın matəm və əzası altında İraqda, Kazimeyndə torpağa tapşırıldı. O Həzrətin (ə) məzarı bu gün milyonlarla müsəlmanların ziyarətgahıdır. İmamın (ə) təbliğ nümunəsi Bir gün İmam Museyi-Kazim (ə) bir küçədən keçəndə, bir evdən çal-çağır səsini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub, əylənməklə məşğul idi. Bu zaman evin qapısı açıldı və zibilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü İmama (ə) sataşan kimi, ona salam verdi. İmam (ə) ondan soruşdu: «Bu evin yiyəsi quldur, ya azad?». Kəniz: “Azaddır”, – dedi. İmam (ə) buyurdu: «Azad olduğu bəllidir. Әgər bəndə olsaydı, Allahdan qorxub, bu işləri görməzdi». Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini ondan soruşduqda, kəniz əhvalatı olduğu kimi onun üçün danışdı. O kişi bir az duruxub, İmamın (ə) sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın İmamın (ə) dalınca qaçdı. Özünü o Həzrətə (ə) yetirib, salam verdi və İmamın (ə) hüzurunda öz əməlindən peşman olduğunu söyləyib, tövbə etdi.   O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən etibarən ayaqyalın gəzərdi. Buna görə də ona “Büşri-hafi” (ayaqyalın Büşr) deyirdilər. /Deyerler.org/   Allah Təala bizləri İmam Museyi-Kazimin (ə) şəfaətindən binəsib etməsin!

İmam Museyi-Kazim (ə) 26.01.2025

İmam Kazimin (ə) davranışlarından faydalı dərslər

Zindanda da işıqlı məşəl kimi yol göstərir, insanları hidayət edirdi. İmam Musa ibn Cəfərdən (ə) rəvayətlər 1. Mömin şəxsə üz gətirən elə bir bəla yoxdur ki, dua ilə tez aradan qalxmasın. Əgər dua etməsə, bəla uzanar. Buna görə də sizə bəla üz gətirəndə Allaha dua edin, yalvarın. (“Vəsailuş-şiə”, c. 7, səh. 44) 2. Mömin həmişə xeyir və səadətdədir. Əgər (çətinliyə düşsə və) bədənini tikə-tikə doğrasalar da onun üçün xeyirdir; dünyanın bütün şərq və qərbini də ona versələr, yenə xeyirdir. 3. Əli şiəsi əməli sözünü təsdiq edən şəxsdir. (“Biharul-ənvar”, c. 64, səh. 242) 4. İmam Kazim (ə) bu duanı çox oxuyardı: “Pərvərdigara! Ölüm zamanı rahatlığı, hesab zamanı əfvi Səndən istəyirəm.” Həzrətin dualarından biri də bu idi: “Bəndənin günahı böyük oldu, Sənin tərəfindən əfv gözəl olmalıdır.” İmam Kazimin (ə) davranışlarından faydalı dərslər İmam Musa ibn Cəfərin (ə) çətinliklər qarşısında dözümü, Əhli-beytin (ə) cihad və mübarizə yolunun davamı 250 illik imaməti təfsir etməkdən əlavə, İmam Zamanın (əc) zühurunadək cihadı açıqlamaq idi. Bu cihad hal-hazırkı zamanda da davam edir və onun sirri çətinliyə dözməkdir. Çətinliklərə dözməkdə İmam Kazimin (ə) məqsədi 1. Xalis İslamın açıqlanması, Quranın düzgün təfsiri, saxtalaşdırılmış İslam qarşısında həqiqi İslamın aydın təsvirini təqdim etmək; 2. Ədalətli olmayan hökumətlər tərəfindən qəsb olunmuş İslam camiəsində imamət və siyasi hakimiyyəti açıqlamaq; 3. İslami camiə formalaşdırmaq, Peyğəmbəri-Xatəm (s) və bütün ilahi peyğəmbərlərin hədəflərini gerçəkləşdirmək, yəni Allah-Taalaya şərik çıxmaq istəyənləri hökumət səhnəsindən məhv etmək, hökuməti ilahi xəlifələrə və Allahın saleh bəndələrinə tapşırmaq. Qeyd olunan məqsədlərin həyata keçirilməsi üçün İmamın (ə) həyatının əsas məsələləri təqiyyə və yorulmadan çalışmaq üzərində qurulmuşdu. Həzrət ən çətin bir dövrdə imamət etmiş, Mənsur və Harun kimi iki güclü, Mehdi və Hadi kimi iki zülmkar Abbasi xəlifələri ilə eyni dövrdə imamət etmişdir. İmam Səccaddan (ə) sonra heç bir imam həzrət Musa Kazimin (ə) dövründə olduğu kimi daha çətin bir dövrdə yaşamamışdır. Belə ki, həzrət 35 illik imaməti müddətində bir neçə dəfə Mədinədən Bağdada gətirildi. Bütün bunlara baxmayaraq İmam (ə) daim öz vəzifəsini yerinə yetirirdi. Zindanda da işıqlı məşəl kimi yol göstərir, insanları hidayət edirdi. İslam təfəkkürü hərəkəti və Qurana söykənən cihad elə bir hərəkətdir ki, hətta İmam Kazim (ə) ən çətin şəraitdə belə onunla çox sərt davranan zindanban Sindi ibn Şahikə təsir qoya bilir, onun kiçik bir bacadan həzrətin həyatını müşahidə edən ailəsinin qəlbində Əhli-beytə (ə) məhəbbət toxumu əkir. Belə ki, Sindi ibn Şahikin Kəşacim adlı oğlu dahi şair və ədib kimi şiə aləminin tanınmış şəxsiyyətlərindən olur. Həsən Muradi

İmam Museyi-Kazim (ə) 26.01.2025

İmam Musa Kazimin (ə) şəhadəti günü

İmam Kazim əleyhissəlamın həyatı barədə qısa məlumat O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (əleyhissəlam) olmuşdur. İmam Kazim (əleyhissəlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerd dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. İslam dövləti təşkil etmək arzusunda Harun bilirdi ki, İmam Kazim (əleyhissəlam) və onun şiələri onu xilafət kürsüsünü qəsb etmiş və müsəlmanların müqəddəratını zor gücü ilə ələ keçirmiş bir şəxs kimi tanıyırlar. Əgər onlar Haruna qarşı mübarizə etmək şəraiti əldə etsələr, bir an da oslun belə, onu hakimiyyətdən salmaqda yubanmazlar. İmam Kazim əleyhissəlamla Harun ər-Rəşid arasında getmiş və aşağıda qeyd etdiyimiz söhbət o Həzrətin İslam hökuməti təşkil vermək sahəsində olan ali məqsədlərindən, həm də Harunun çirkin məqsədlərindən xəbər verir: “Bir gün Harun (bəlkə də, İmam Kazim əleyhissəlamın arzu və məqsədlərindən xəbər tutmaq məqsədilə) Fədəyi o Həzrətə qaytarmaq istədiyini bildirir. İmam Kazim (əleyhissəlam) buyurur: “Bir şərtlə Fədəyi qəbul edərəm ki, onun bütün ərazisini (bütün sərhədləri ilə birlikdə) geri qaytarasan.” Harun soruşdu: “Onun (əhatə etdiyi) sahə və sərhədləri nə qədərdir?” İmam Kazim (əleyhissəlam) buyurdu: “Əgər onun əhatə etdiyi sahə və sərhədlərini desəm, əsla onu qaytarmazsan.” Harun təkid edib and içdi ki, mütləq onu qaytaracaq. İmam Kazim (əleyhissəlam) Fədəyin əhatə etdiyi sahə və sərhədlərini bu cür təyin etdi: “Onun sahəsi Ədəndən tutmuş Səmərqəndə qədər, digər tərəfdən də, Afrikadan tutmuş Xəzər dənizinə kimi uzanır.” Bu sahələrin bir-bir adını eşitdikcə rəng verib rəng alan və həddən artıq qəzəblənən Harun bu dörd cəhəti eşidəndə, özünü saxlaya bilməyib qəzəblə dedi: “Belə olan halda bizə bir şey qalmır ki!” İmam Kazim (əleyhissəlam) buyurdu: “Bilirdim ki, qəbul etməyəcəksən və elə buna görə də, demək istəmirdim.” (Təzkirətul huffaz, səh.350) İmam Kazim (əleyhissəlam) bu cavabı ilə Haruna bildirmək istəyirdi ki,Fədək İslam dövlətinin bütün sahəsini əhatə edən simvolik bir ifadədir. Səqifə əhli (Əbu Bəkr, Ömər və s.) Fədəyi Peyğəmbər (səlləllahu əleyhi və alih) qızının və kürəkəninin əlindən almaqla həqiqətdə hakimiyyəti Əhli-beytdən (əleyhimussəlam) aldılar. İndi əgər bizim haqqımızı qaytarmalı olsan, onda bütün xilafət ərazisini bizim ixtiyarımıza verməlisən. Bu söhbət İmam Kazim əleyhissəlamın ali məqsədlərindən xəbər verir.

İmam Museyi-Kazim (ə) 26.01.2025

İmam Musa Kazımdan (ə) əxlaq dərsi

Bəzən insan bir pisliyin cavabını mehribancasına verən zaman, qarşı tərəfin dəyişməsinə səbəb olur. Əziz İmamlarımız (ə) bunun nümunəsini bizə irs qoymuşlar. İmam Kazım (ə) da belə mübarək nümunələr təqdim etmişdir. Mədinədə bir kişi var idi ki, nə zaman İmamı (ə) görsə idi, onu təhqir edərdi. Bir gün İmam (ə) yoldaşları ilə bir yerdə həmin insanın tarlasının yanından keçir və o, həmişə olduğu kimi təhqiredici sözlər deməyə başlayır. Yoldaşları bu səhnəni görüb tab gətirə bilmirdilər və İmamdan (ə) xahiş edirdilər ki, onlara bu kişinin cavabını vermək üçün icazə versin. İmam (ə) isə bu işə icazə vermir. Bir gün İmam (ə) həmin kişinin tarlasına gedir ki, onunla görşsün, ancaq həmin kişi pis işindən əl çəkmir və İmamı (ə) təhqir etməyə başlayır. İmam (ə) ona yaxın gedib atından düşdü. Kişi bu sözlərinin sayını artırır. İmam (ə) mehriban təbəssümlə ona buyurur: “Bu tarlanın əkin qiyməti nə qədərdir?”. Kişi dedi: “Yüz dinar”. İmam (ə) buyurdu: “Ümidin varmı ki, ondan bu qədər səmərə götürəcəksən?”. Kişi qabalıqla dedi: “Mənim qeyb elmim yoxdur ki, nə qədər payıma düşdüyümü bilim”. İmam (ə) buyurdu: “Mən demədim ki, sənə nə qədər fayda çatacaqdır. Soruşdum ümidin varmı ki, fayda götürəcəksən?”. Kişi dedi: “Fikirləşirəm ki, bu tarladan iki yüz dinar fayda götürəm”. Bu zaman İmam (ə) içərisində üç yüz dinar olan kisəni ona verir və deyir: “Bunu al və əkinin də biçinin də özünün olsun. Ümid edirəm ki, Allah Təala bu tarladan gözlədyin faydanı sənə nəsib etsin”. Kişi xəcalətli halda bu kisəni alır və İmamın (ə) alnından öpür. Öz çirkin əməlinə görə üzr istəyir. Bu, hamı üçün böyük bir dərs olmalıdır. İmam Kazım (ə) davamlı olaraq mehriban olmağı tövsiyə edərdi. Yəqub adlı bir nəfər və dostu Şuəyb İmam Kazımın (ə) yanına gəlirlər ki, həm həccin yorğunluğunu üstlərindən atsınlar və həm də İmamı (ə) görsünlər. İmamın (ə) evinə daxil oldular və salam verəndən sonra İmam Kazım (ə) üzünü Yəquba çevirib buyurdu: “Ey Yəqub! Sən Mədinəyə dünən gəlmisən. Qardaşınla filan məhəllədə görüşmüsən. Lakin bir-birinizlə dalaşmısınız. Bir-birinizi təhqir etmisiniz. Siz gərək bu cür çirkin iş görməyəsiniz. Söyüş söymək mənim və atalarımın yolu deyildir. Bizim davamçılarımızdan uzaqdır ki, bir-birini söysünlər. Ey Yəqub! Bu işə görə ölüm aranıza fasilə salacaqdır. Qardaşın İshaq, səfər zamanı şəhərinə və evinə çatmamış dünyasını dəyişəcəkdir. Sən də bu rəftardan peşman olacaqsan. Allah ömrünüzü qısa edəcəkdir”. Yəqub əl-ayaqdan düşdü və soruşdu: “Qurban olum, mənim əcəlim nə zaman çatacaqdır?”. İmam (ə) buyurdu: “Sənin də əcəlin çatmışdı, ancaq sən filan mənzildə yol yoldaşına xidmət etdiyin və onu hədiyyə ilə sevindirdiyin üçün Allah ömrünü 20 il artırmışdır”. Şuəyb heyrətli şəkildə bu söhbətə qulaq asırdı. Bir müddətdən sonra Yəqubu görüb qardaşının halını soruşur. O, deyir ki, İmamın (ə) buyurduğu kimi, qardaşı evinə çatmamış dünyasını dəyişmişdir. Elə yoldaca torpağa basdırılmış və ailəsini görməmişdir. Bir gün Əbu Hənifə İmam Sadiqin (ə) xidmətinə gəlir və İmam (ə) bu zaman yatmışdı. O, əyləşib İmamın (ə) oyanmasını gözləyir. Onun yanına 5-6 yaşlı bir oğlan uşağı gəlir və Əbu Hənifə, bu uşağın kim olduğunu soruşur. Deyirlər ki, o, Musa ibni Cəfərdir (ə). Öz-özünə düşünür ki, sualımı bəlkə bu uşağa verim. Deyir: “Ey Rəsulallahın övladı! Bəndələrin günahı haqqında nəzəriniz nədir? Bəndə onu görür, yoxsa Allah onu yerinə yetirməsinə razı olur?”. 5-6 yaşlı Həzrət Musa Kazım (ə) onunla üzbəüz əyləşir və buyurur: “Üç haldan xaric deyildir: ya Allah onu yerinə yetirir, ya bəndə, ya da hər ikisi. Əgər Allah yerinə yetirirsə, bəs onda günah etməmiş bəndəsinə niyə cəza verir. Bu, Adil Allahdan qəbul olunmaz. Əgər Allah və bəndə bir yerdə yerinə yetiribsə, niyə güclü şərik zəif şərikinə cəza versin ki. Halbuki, özü ona yardım etmişdir”. Əbu Hənifə Həzrətin (ə) sözünü kəsir və deyir: “Bu iki hal mahaldır, qeyri-mümkündür”. Həzrət Kazım (ə) buyurur: “Bəli, ona görə də bir hal qalır ki, bəndə özü tək bu günahı etmişdir və özü bu məsuliyyəti öhdəsinə götürmüşdür”. Bir nəfər İmam Kazıma (ə) bir neçə sual vermək üçün gəlir və suallarının cavabını eşidəndən sonra İmam (ə) mehriban şəkildə ondan soruşur: “İstəyərsənmi ki, dünyada ömrün uzun olsun?”. Kişi deyir: “Bəli”. İmam (ə) buyurur: “Nəyə görə çox qalmaq istəyirsən?”. Kişi deyir: “Tövhid” surəsini çoxlu tilavət etmək üçün. İmam (ə) bir müddət sükut etdi və bir qədərdən sonra ona buyurdu: “Bizim dostlarımızdan hər kim Quranın tilavətini yaxşı öyrənmədən ölərsə, ona qəbir aləmində öyrədərlər ki, Qurana xatir dərəcəsi yüksəlsin. Çünki behişt Quran ayələrinin sayına görədir və ona deyiləcəkdir ki, oxu və yuxarı qalx. O, da Quran oxuyar və yuxarı qalxar”. Allah Təala bizləri İmam Musa Kazımın (ə) ardıcıllarından qərar versin.

İmam Museyi-Kazim (ə) 25.01.2025

İmam Kazimin (ə) davranışlarından faydalı dərslər

Zindanda da işıqlı məşəl kimi yol göstərir, insanları hidayət edirdi. İmam Musa ibn Cəfərdən (ə) rəvayətlər 1. Mömin şəxsə üz gətirən elə bir bəla yoxdur ki, dua ilə tez aradan qalxmasın. Əgər dua etməsə, bəla uzanar. Buna görə də sizə bəla üz gətirəndə Allaha dua edin, yalvarın. (“Vəsailuş-şiə”, c. 7, səh. 44) 2. Mömin həmişə xeyir və səadətdədir. Əgər (çətinliyə düşsə və) bədənini tikə-tikə doğrasalar da onun üçün xeyirdir; dünyanın bütün şərq və qərbini də ona versələr, yenə xeyirdir. 3. Əli şiəsi əməli sözünü təsdiq edən şəxsdir. (“Biharul-ənvar”, c. 64, səh. 242) 4. İmam Kazim (ə) bu duanı çox oxuyardı: “Pərvərdigara! Ölüm zamanı rahatlığı, hesab zamanı əfvi Səndən istəyirəm.” Həzrətin dualarından biri də bu idi: “Bəndənin günahı böyük oldu, Sənin tərəfindən əfv gözəl olmalıdır.” İmam Kazimin (ə) davranışlarından faydalı dərslər İmam Musa ibn Cəfərin (ə) çətinliklər qarşısında dözümü, Əhli-beytin (ə) cihad və mübarizə yolunun davamı 250 illik imaməti təfsir etməkdən əlavə, İmam Zamanın (əc) zühurunadək cihadı açıqlamaq idi. Bu cihad hal-hazırkı zamanda da davam edir və onun sirri çətinliyə dözməkdir. Çətinliklərə dözməkdə İmam Kazimin (ə) məqsədi 1. Xalis İslamın açıqlanması, Quranın düzgün təfsiri, saxtalaşdırılmış İslam qarşısında həqiqi İslamın aydın təsvirini təqdim etmək; 2. Ədalətli olmayan hökumətlər tərəfindən qəsb olunmuş İslam camiəsində imamət və siyasi hakimiyyəti açıqlamaq; 3. İslami camiə formalaşdırmaq, Peyğəmbəri-Xatəm (s) və bütün ilahi peyğəmbərlərin hədəflərini gerçəkləşdirmək, yəni Allah-Taalaya şərik çıxmaq istəyənləri hökumət səhnəsindən məhv etmək, hökuməti ilahi xəlifələrə və Allahın saleh bəndələrinə tapşırmaq. Qeyd olunan məqsədlərin həyata keçirilməsi üçün İmamın (ə) həyatının əsas məsələləri təqiyyə və yorulmadan çalışmaq üzərində qurulmuşdu. Həzrət ən çətin bir dövrdə imamət etmiş, Mənsur və Harun kimi iki güclü, Mehdi və Hadi kimi iki zülmkar Abbasi xəlifələri ilə eyni dövrdə imamət etmişdir. İmam Səccaddan (ə) sonra heç bir imam həzrət Musa Kazimin (ə) dövründə olduğu kimi daha çətin bir dövrdə yaşamamışdır. Belə ki, həzrət 35 illik imaməti müddətində bir neçə dəfə Mədinədən Bağdada gətirildi. Bütün bunlara baxmayaraq İmam (ə) daim öz vəzifəsini yerinə yetirirdi. Zindanda da işıqlı məşəl kimi yol göstərir, insanları hidayət edirdi. İslam təfəkkürü hərəkəti və Qurana söykənən cihad elə bir hərəkətdir ki, hətta İmam Kazim (ə) ən çətin şəraitdə belə onunla çox sərt davranan zindanban Sindi ibn Şahikə təsir qoya bilir, onun kiçik bir bacadan həzrətin həyatını müşahidə edən ailəsinin qəlbində Əhli-beytə (ə) məhəbbət toxumu əkir. Belə ki, Sindi ibn Şahikin Kəşacim adlı oğlu dahi şair və ədib kimi şiə aləminin tanınmış şəxsiyyətlərindən olur.

İmam Museyi-Kazim (ə) 25.01.2025

Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi?

“Hər vaxt bir köməyə ehtiyacın olsa, mən sənə kömək edərəm”. İmam Kazim (ə) kəndli və qara simalı bir kişinin yanından keçirdi. İmam (ə) ona salam verdi və bir müddət onunla söhbət etdi. Ayrılarkən ona buyurdu: “Hər vaxt bir köməyə ehtiyacın olsa, mən sənə kömək edərəm”. İmamın (ə) səhabələri dedilər: “Ey Peyğəmbərin övladı! Belə bir şəxsin yanında oturursan, ondan hacətləri və çətinlikləri barədə soruşursan? Halbuki, onun sənə daha çox ehtiyacı vardır (Yəni o, sənin yanına gəlməli və səndən xahiş etməlidir)”. İmam (ə) onlara buyurdu: “O, Allahın bəndələrindən biridir və Quranın hökmünə əsasən, bizim qardaşımızdır ki, Allahın şəhərlərində yaşayır. Biz onunla bir atadan; Adəmdənik. İslam adlı bir dinimiz vardır. Ola bilər ki, dövran bizi ona möhtac edər. Bəs, onun qarşısında təkəbbürlü olmaqdansa, təvazökar olaq”. Qaynaq: “Tuhəful-uqul”, İmam Kazimə (ə) aid olan bölmə.

İmam Museyi-Kazim (ə) 25.01.2025

İmam Kazımın (ə) həyatı

Həyatı İmamın həyatı iki mərhələyə bölünür: •    1. İmamlıqdan qabaqkı dövr, hicri 128-dən 148-ə qədər (20 il) •    2. İmamlıq dövrü, hicri 148-ci ildən 183-cü ilə kimi (35 il). O həzrətin imamlıq dövrü Abbasi xəlifələri Mənsur Dəvanaqi, Mehdi Abbasi və Harun-Ər-Rəşidin hakimiyyətinə təsadüf etmişdir. Onun imamlıq dövrünün çoxu (23 il, 2 ay, 17 gün) Harunun xilafəti dövrünə təsadüf edib [redaktə / تحریر] Həyatı barədə qısa məlumat O Həzrətin adı Musa, ləqəbi Kazim,anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (ə) olmuşdur. İmam Kazim (ə) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerdə dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. [redaktə / تحریر] İmam Kazimin (ə) həməsri olmuş xəlifələr Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (ə) şəhid olduqdan sonra İmam Kazimin (ə) İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun həməsri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhdi adı ilə tanınmış Məhəmməd. (158-169); Hadi (169-170); Harun (170-193). İmam Sadiq (ə) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki,öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O, bu işdə təkcə şiələri deyil, eləcə də, onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki, Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.1 İmam Kazim (ə) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiqin (ə) vəfat xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki, əgər Cəfər ibn Məhəmməd (İmam Sadiq (ə)) öz yerinə bir nəfər canişin təyib edibsə, onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki, Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: “Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır: Dövrün xəlifəsi – Mənsur Dəvaniqi; (Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman; Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazimin (ə) böyük qardaşı); Musa ibn Cəfər (İmam Kazim (ə)); Həmidə (İmam Sadiqin (ə) həyat yoldaşı);” Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki, bunlardan hansını çağırıb boynunu vurdurum? Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki, bunları öldürmək olmaz! İmam Sadiqin (ə) bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq (ə) özündən sonrakı İmamı və öz canişinini qabaqcadan şiələrə tanıtdırmış, lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı. [redaktə / تحریر] Cəfəri məktəbinin hamisi O dövrün vəziyyətinə nəzər saldıqda məlum olur ki, Mənsur hökumətinin əvvəlcədən üzərində nəzarəti olan hər hansı bir qəti iş və proqramı həyata keçirmək məsləhət olmamışdır. Buna görə də, İmam Kazim (ə) atasının tutduğu elmi yolu davam etdirərək böyük elm ocağı (lakin İmam Sadiqin (ə) təşkil etdiyi elm ocağından kiçik) yaradıb tanınmış elmli və fəzilətli şəxsiyyətləri yetişdirməyə başlayır. Seyyid ibn Tavus yazır: “İmam Kazimin (ə) xüsusi dostlarından böyük bir qismi və həmçinin, Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o Həzrətin ətrafına yığışaraq onun dürəfşan kəlamlarını, suallara verdiyi cavabları və irəli çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər. ” Seyyid Əmir Əli yazır: “Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (ə) Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı, əksinə o Həzrətin canişini – oğlu İmam Kazimin (ə) rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu. ” Musa ibn Cəfər (İmam Kazim (ə)) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki, o Həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər. Sünni məzhəbinin görkəmli hədisçisi və alimi ibn Həcər Heytəmi yazır: “Museyi-Kazim (ə) atasının elm və biliyini irs aparmış,atasının fəzilət və kamalına malik olmuşdur. O,(cahil və nadan insanlarla) fövqəladə güzəşt və səbrlə davrandığına görə Kazimləqəbini almış, onun dövründə heç kim İlahi maarif və bilik baxımından ona çatmamışdır.” İmam Kazimin (ə) dövründə xilafətin gördüyü çirkin işlər 1. Məhdi Abbasi Çirkin nəticələri İslam məmləkətinin hər yerinə ziyan vurmuş Mənsurun xəlifəlik dövrü, onun ölümü ilə başa çatır və camaat iyirmi iki il əzab-əziyyətə qatlaşdıqdan sonra rahat nəfəs almağa başlayır. Mənsur öldükdən sonra onun Məhdi adı ilə tanınmış oğlu Məhəmməd hakimiyyət başına gəlir. Məhdi ilk xəlifəlik çağlarında camaatın gur alqışları ilə üzləşdi. Çünki o,hakmiyyətə gəldiyi ilk vaxtda “Yaşıl bağ”da camaat qarşısında ümumi əfv etmə (amnistiya) qərarı çıxarıb bütün siyasi məhbusları (istər Bəni-Haşimdən olsun, istərsə də qeyri Bəni-Haşimdən) azad edərək camaatın əzab-əziyyətinə və qırğınına son qoydu. Həmçinin, atası Mənsurun camaatdan müsadirə etdiyi daşınan və daşınmaz əmlakı öz sahiblərinə qaytardı və beytül-maldan olan gəlirin əksəriyyətini camaat arasında bölüşdürdü. Görkəmli tarixçi Məsudinin yazdığına əsasən, Mənsurun camaatdan zorla topladığı əmlakın dəyəri altı yüz milyon dirhəm və dörd yüz milyon dinar idi. Bu məbləğ Mənsurun xəlifə olduğu müddətdə yığdığı torpaq vergisi və kəndlilərdən aldığı vergidən əlavə idi. Yığılan bu əmlak Mənsurun əmrinə əsasən, “məzlumların beytül-malı” adı ilə xüsusi yerdə saxlanıldığından və hər əmlakın üstündə onun sahibinin adı yazıldığından Məhdi onların hamısını ayırıb öz sahiblərinə, ya da onların varislərinə qaytardı. Məhdinin belə bir addım atmasından məqsəd bəlkə də, bu olmuşdur ki, hakimiyyət başına gələrkən Ələvilərin (Əlinin (ə) nəslindən olanların) təcavüzkar hakimlərə qarşı etdikləri etirazların qarşısını alıb nisbi sakitlik yaratsın. Bir sözlə, bu azadlıq, əmniyyət və iqtisadi rifah cəmiyyətdəki müxtəlif dəstələrin razılığına səbəb olaraq ictimai və iqtisadi həyatda yeni bir mərhələ açır. Təbii ki, əgər bu iş beləcə davam etsəydi, bir çox parlaq nəticələr verərdi, ancaq təəssüflər olsun ki, çox çəkmədi ki, proqram dəyişdi və yeni xəlifə özünün həqiqi simasını göstərdi. Beləliklə də, ötən xəlifələrin İslama zidd olan hərəkətləri yenidən icra olunmağa başladı. Fəsad və əyyaşlıq mərkəzi Məhdi xəlifə olduğu ilk vaxtlarda daşürəkli və düşüncəsiz Mənsurun saraya cəlb etdiyi, sarayda əsasən, eyş-işrət işlərinə baxan pozğun ünsürlərin saraya girməsinə yol vermir və eyş-işrətə yaxın düşmürdü. Ancaq bir il keçdikdən sonra tutduğu mövqeyi dəyişib eyş-işrət məclisləri təşkil edərək pozğun ünsürlərə xüsusi qayğı göstərməyə başlayır. Xeyirxah,ağıllı və xoş niyyətli olan adamlar Məhdiyə bu işin pis və acınacaqlı sonuclarla nəticələnəcəyini desələr də, bu, onda heç bir təsir bağışlamır. Məhdi onların cavabında deyir: “İnsanın o vaxtı xoşdur ki, kef-damağla keçsin, nədim adamlarsız həyat mənə şirin gəlmir.” O, bu işə o qədər ifratla yanaşırdı ki, hətta öz ağıllı və fəzilətli vəziri Yəqub ibn Davudun nəsihətlərinə belə qulaq asmırdı. Dövlət işlərində Yəqubun sözlərindən bir addım da kənara çıxmayıb onun dediklərini yüz faiz dəqiqliklə yerinə yetirən Məhdi eyş-işrətdən söz düşdükdə, Yəqubun məntiqi və qərəzsiz deyilən sözlərinə qulaq asmırdı. Xilafət sarayının və eləcə də, xəlifənin pozğunçuluq,eyş-işrətlə gün keçirməsindən ciddi narahat olan Yəqub Məhdinin ətrafındakılarının İslam hökuməti sarayında və xəlifənin hüzurunda kef məclisləri təşkil etmələrini müşahidə etdikdə deyirdi: “Bu işlərdən ötrü məni vəzir təyin edib buraya qoymusan? Gündə beş dəfə cami məscidində (mərkəz məscidində) camaat namazı qıldıqdan sonra şərab süfrəsinin başında oturmağın düzgündürmü?” Müsəlmanların beytül-malı hesabına kef məclisləri keçirməyə adət etmiş pozğun, nədim adamlar Yəqubun bu sözlərinə istehza edib Məhdini badə qaldırmağa cəlb edərək bəzi vaxtlar şerlə deyirdilər ki, Yəqubun sözlərini qulaq ardına vur və gözəl şərabla kefini kökəlt. Məhdinin belə mövqe tutması İslam cəmiyyətində pozğunluq və əxlaqsızlığın artmasına səbəb olur,Bəşşar kimi şairlərin kef haqqında dedikləri ədəb pərdəsini qırmış şer və qəzəlləri ağızdan-ağıza gəzir və iffət, paklıq xırmanına od vurub yandırırdı. Bunun nəticəsində də hər tərəfdən qeyrətli insanların etiraz sədaları ucalmağa başlayırdı. Başı öz kefinə qarışan xəlifə camaatın vəziyyətindən tamam xəbərsiz oldu. Bunun nəticəsində də, fəsad, rüşvətxorluq baş alıb getdi, vergi müffəttişləri camaatı həddən artıq sıxışdırmağa başladılar. Xəlifənin özü də, camaatı sıxışdırmağa başlayaraq ilk dəfə olaraq Bağdad bazarlarına vergi qoyur. Əkinçilərin vəziyyəti olduqca ağırlaşır və çətinlik hamını hiddətə gətirir. Həzrət Əlinin (ə) nəslindən olanlara qarşı həddən artıq təzyiqlər Məhdinin rəftarı atası Mənsurdan müxtəlif cəhətlərə görə fərqlənirdi. Ancaq onların hər ikisinin müştərək bir cəhəti var idi ki, o da hər ikisinin Ələvilərə (Əlinin (ə) nəslindən olanlara) qarşı həddən artıq təzyiq göstərməsi idi. Məhdi də Mənsur kimi Bəni-Haşimə qarşı olunan təzyiqlərdə əlindən gələni əsirgəmir, hətta bəzi vaxtlar onları Mənsurdan da çox təzyiqlərə məruz qoyurdu. Əlinin (ə) övladlarını hər an öz hökuməti üçün təhlükə hesab edən Məhdi onların başçılığı ilə olan hər hansı bir etirazın qarşısını almağa çılışırdı. O,şiəçiliyə yönəlmə və Ələvi rəhbərləri ilə həmkarlıq etməyə qarşı ciddi mübarizə aparırdı. Tarixçilər yazırlar: “Qasim ibn Məcaşi Təmimi ölərkən bir vəsiyyətnamə yazıb xəlifəyə izmalatdırmaq üçün Məhdinin yanına göndərir. Məhdi vəsiyyətnaməni oxumağa başlayır. Elə ki Qasimin Allahın təkliyinə və İslam Peyğəmbərinin Peyğəmbərliyinə etirafından sonra Əlini (ə) İmam və Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) canişini kimi tanıması cümləsinə çatır, vəsiyyətnaməni yerə tullayıb onu axıra qədər oxumur. Quranda şərabın haram edilməsi Məhdinin şiəçiliyə qarşı güclü mübarizəsinə dair başqa bir nümunə, onun Mədinədə İmam Kazim (ə) ilə söhbətidir. Məhdi xəlifə olduğu illərin birində Mədinə şəhərinə gəlib Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qəbrini ziyarət etdikdən sonra İmam Kazim (ə) ilə görüşüb öz fikrində o Həzrətin elmini yoxlamaq məqsədilə, Quranda şərabın haram edilməsi məsələsini ortaya atıb soruşdu: “Şərab Quranda haram edilibmi?” Daha sonra əlavə edib dedi: “Camaatın əksəriyyəti şərabın Quranda qadağan olunmasını bilir, ancaq bu qadağanın mənasının haram olduğunu bilmir.” İmam Kazim (ə) buyurdu: “Bəli, şərabın haram olması Quranda açıq-aşkar buyurulmuşdur.” — Quranın harasında? — Allahın (Peyğəmbərə xitab edərək) buyurduğu “De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri [zina etmək, lüt gəzmək və s.], hər cür günahı, haqsız zülmü… haram buyurmuşdur.” ayəsində. İmam Kazim (ə) bu ayədə digər haram buyurulmuş şeylər barədə danışdıqdan sonra buyurdu: “Allahın bu ayədə haram buyurduğu “hər cür günah” ifadəsindən məqsədi şərabdır. Çünki Allah Özü başqa bir ayədə buyurur: [Ya Məhəmməd!] Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətindən daha böyükdür.” “Əraf” surəsində açıq-aşkar haram buyurulmuş “hər cür günah” ifadəsi “Bəqərə” surəsində şərab və qumara aid edilmişdir. Buna əsaslanıb deyirik ki, şərab Quranda açıq-aşkar haram buyurulmuş və qadağan olunmuşdur.” Məhdi, İmam Kazimin (ə) bu istinad və sübutuna heyran qalıb ixtiyarsız olaraq (orada olan) Əli ibn Yəqtinə dedi: “And olsun Allaha ki, bu, Haşimi fətvasıdır.” (Yəni bu, Bəni-Haşim tayfasından olan şəxsin fətvasıdır, bu cür fətvanı yalnız Bəni-Haşimdən olanlar verə bilərlər.) Əli ibn Yəqtin də, öz növbəsində dedi: “Sizə – Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinə belə elm vermiş Allaha şükr olsun!” Məhdi, Əli ibn Yəqtinin bu cavabından narahat olub öz qəzəbini güclə boğduğu bir halda dedi: “Ey rafizi, düz deyirsən! ” 2. Hadi Abbasi Hicrətin yüz altımış doqquzuncu ili İslam tarixi üçün böhranlı, qaranlıq, qeyri-sabit və qəmli bir il olmuşdur. Çünki həmin il Məhdi Abbasinin ölümündən sonra onun kefcil, xam və məğrur oğlu Hadi Abbasi hakimiyyətə gəlir. Onun hakimiyyət dövrü İslam cəmiyyəti üçün baha başa gələn acı hadisələr dövrü olmuşdur. Hadinin atasının yerinə keçməsi heç də təzə məsələ deyildi. Çünki hələ uzun müddət ondan əvvəl İslam hökuməti zalım xəlifələr tərəfindən irsi rejimi (mütləq monarxiya) şəklinə düşərək Əməvi və Abbasi xəlifələri arasında fırlanmış, camaatın acı və məcburi sükutunu ardınca daşıyan hakimiyyətin bu yolla dəyişilməsi adi bir hala çevrilmişdi. Təkcə təzə olan bir məsələ müsəlmanların taleyinin Hadi kimi xam,səlahiyyətsiz və kefli bir gənc adama tapşırılması idi. O, hakimiyyət başına gələrkən hələ iyirmi beş yaşı tamam olmamış, çox məsuliyyətli xəlifəlik və İslam məmləkətinin idarəçilik məqamını ələ keçirməyə qətiyyən səlahiyyəti yox idi. O, şərabxor,dardüşüncəli, laqeyd bir gənc olduğuna görə hakimiyyətə gəldikdən sonra da, qabaqkı işlərini tərk etmədi. O, hətta xəlifəliyin zahiri qayda-qanunlarına da əməl etmirdi. Üstəlik daşürəkli, tərbiyəsiz, əzazil və nadürüst adam idi. Hadi Abbasilər sarayının pozğun mühitində tərbiyə almış və belə bir özünüsevər, zalım və mənəm-mənəm deyən rejimin “südünü əmmiş”di. Belə tərbiyə nəticəsində əgər xəlifəlik məqamı ona çatmasaydı, o da fikri-zikri ancaq kef ardınca olan, mənəm-mənəm deyən, lakin kütbeyin gənclərin sırasında olardı. [redaktə / تحریر] Eyş-işrət məclisləri Hadi atasının hakimiyyəti dövründə qardaşı Harunla birgə bəzi xanəndələri müsəlmanların beytül-malı hesabına təşkil etdiyi eyş-işrət məclislərinə çağırtdıraraq şərab içmək və kef çəkib əylənməklə məşğul olurdular. O, bu işdə o qədər ifrata varmışdı ki,bəzi vaxtlar atası Məhdi buna dözə bilməyib Hadinin xoşladığı xanəndələri danlayırdı. Hətta bir dəfə o dövrün məşhur xanəndəsi İbrahim Muselini Hadinin məclisində iştirak etməkdən çəkindirmiş, Hadi israr etdikdə, İbrahimi tutub həbs etdirmişdi. Atasının hakimiyyəti dövründə bəzi vaxtlar pis hərəkətlərinə görə atasının müxalifətçiliyi ilə üzləşən Hadi hakimiyyətə gəldikdən sonra açıq-aşkar əyyaşlıq edir və müsəlmanların ümumi beytül-malını gecələr eyş-işrət məclislərinə sərf etməyə başlayır. Tarixçilərin dediyinə görə, Hadi, İbrahim Muselini saraya dəvət edərək saatlarla onun mahnılarına qulaq asardı. Hadi, İbrahimi çox istədiyindən ona həddən artıq pul, mal-dövlət vermişdi. Hətta bir dəfə İbrahim xəlifədən yüz əlli min dinar pul almışdı. İbrahimin oğlu deyirdi: “Əgər Hadi bundan çox yaşasaydı, biz evimizin divarlarını da qızıl-gümüşdən düzəltdirərdik.” Bir gün İbrahim Museli Hadi üçün bir neçə mahnı oxuyub onu bərk həyəcanlandırdı. Hadi onu alqışlayıb mahnını bir neçə dəfə təkrar etməsini istədi. Məclis qurtardıqdan sonra Hadi xidmətçilərdən birinə dedi ki, İbrahimi beytül-malın xəzinəsinə aparsın, o, (müsəlmanların ümumi malından) nə qədər istəsə, götürsün, əgər bütün beytül-malı götürmək istəsə də, onu azad buraxsın. İbrahim deyir ki, mən beytül-malın xəzinəsinə girib yalnız əlli min dinar pul götürdüm. Hadinin bu cür hərəkətlərindən məlum idi ki, o, ağır məsuliyyəti olan İslam cəmiyyətini idarə etməyin öhdəsindən gəlməyəcək. Məhz buna görə də, onun hakimiyyəti dövründə əvvəl-əvvəl bir az sakit olan və bütün vilayətləri mərkəzi hökumətə tabe olan İslam məmləkəti, Hadinin alçaq və şəriətdən kənar hərəkətləri nəticəsində əxlaqsızlıq və pozğunluqlara məruz qaldığı üçün nəhayət, hər tərəfdən ümumi etiraz sədaları ucalmağa başlayır. Düzdür, bu etirazlara bir çox amillər səbəb olmuşdu, lakin camaatın etirazına səbəb olan ən əsas amil Hadinin Bəni-Haşim və Əlinin (ə) övladlarına qarşı ciddi təzyiqi idi. O, elə hakimiyyətə gəldiyi ilk çağlardan Bəni-Haşimdən olanları ciddi təzyiqlərə məruz qoyub atası Məhdinin dövründən onlar üçün beytül-maldan ayrılmış hüququ kəsdi. Həmçinin, onları təqib edərək onlarda bərk qorxu yaratmış və əmr vermişdi ki, onları harada tutsalar, Bağdada göndərsinlər. [redaktə / تحریر] Qanlı Fəxx faciəsi Bu təzyiqlər Bəni-Haşimin cəsur və igid kişilərini qəzəbləndirib onları zalım Abbasi hökumətinin aramsız və sərt yürüşlərinə qarşı müqavimət göstərmək məcburiyyətində qoyur. Bu özbaşnalığa cavab olaraq yavaş-yavaş Abbasi hökumətinə qarşı İmam Həsənin (ə) nəvələrindən olan Fəxx sahibi (Fəxx şəhidi) Hüseynin rəhbərliyi altında qiyam şöləsi alovlanmağa başlayır. Bu qiyam hələ başlamamış və yalnız həcc mövsümü vaxtı onun başlanması üçün münasib idi. Ancaq Mədinə şəhərinin valisinin ağır təzyiqləri bu qiyamın daha tez başlamasına səbəb oldu. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sülaləsinin müxaliflərindən olan Mədinə valisi xilafət mərkəzinə olan sədaqətini və öz vəzifəsini layiqincə yerinə yetirdiyini sübut etmək üçün hər gün Bəni-Haşimin adlı-sanlı şəxsiyyətlərini bir bəhanə ilə incidirdi. O cümlədən, o, bu şəxsiyyətlərdən hər gün şəhərin hökumət binasına gəlib özlərini təqdim etmələrini tələb edir, bununla kifayətlənməyib onlardan birini digərinin gəlməsinə zamin edir və biri oraya gəlmədikdə, onun yerinə zamin durmuş şəxsi incidirdi. Bir gün Mədinə valisi Fəxx şəhidi Hüseyn və Yəhya ibn Abdullahı Bəni-Haşim böyüklərindən birinin hökumət binasına gəlmədiyi üçün tutub əziyyət verərək girov götürür. Onun bu hərəkəti barıt anbarına vurulmuş od kimi alovlanıb Haşimilərin qəzəblənməsinə, bunun nəticəsində də, onların qiyamının vaxtından tez başlayıb Mədinədə dönüş yaratmasına səbəb oldu. [redaktə / تحریر] Fəxx şəhidi kimdir? Qeyd etdiyimiz kimi bu hərəkata “Fəxx şəhidi” adı ilə tanınmış Hüseyn ibn Əli – İmam Həsənin (ə) nəvəsi başçılıq edirdi. O, Bəni-Haşim tayfasının seçilmiş,fəzilətli, cəsur və hörmətli kişilərdən biri olub təqvalı, səxavətli və yüksəkməqamlı bir şəxs idi. Hüseyn ibn Əli yüksək insani sifətlər baxımından tanınmış və seçilmiş simalardan biri hesab olunurdu. O, öz yüksək insani sifətləri sayəsində “zövci-saleh” ləqəbi ilə tanınmış pak, təqvalı və fəzilətli ata-anadan dünyaya gəlmiş, fəzilət, təqva və hünər ailəsində tərbiyə almışdır. Onun atası, dayısı, babası,anasının əmisi və digər yaxın qohumları Mənsur Dəvaniqinin əmri ilə şəhadətə yetirilmiş, İslam düşmənləri ilə mübarizədə neçə-neçə oğlunu qurban vermiş bu böyük ailə əbədi və dərin qəm dəryasına qərq olmuşdu.Belə bir ailənin tərbiyəsini görmüş Hüseyn (Fəxx şəhidi) Mənsurun cəlladları tərəfindən qətlə yetirilmiş atasının və digər qohumlarının ölümünü heç vaxt unutmur, onların şəhadət xatirəsi onun Abbasilərə qarşı ziddiyyətlə dolu olan böyük və qorxmaz ruhunu bərk narahat edirdi. Ancaq vəziyyət və şəraiti münasib olmadığından, o,zillətli sükuta məcbur idi. Hadi Abbasinin, xüsusən də, Mədinə hakiminin özbaşınalıqları ürəyi dağlanmış Hüseynin səbr kasasını doldurmuş, onu Hadinin hökumətinə qarşı qiyam etmək astanasına gətirib çıxarmışdı. Hərəkatın məğlubiyyəti Hüseyn qiyam edən kimi Bəni-Haşim tayfasının və həmçinin, Mədinə camaatının böyük əksəriyyəti ona beyət edib Hadinin qüvvələrinə qarşı mübarizə etməyə başladı. Hadinin Mədinədəki qoşununu geri oturtduqdan sonra bir neçə gün fasilə verib yeni qüvvələr topladı. O, müsəlmanların həcc mövsümündə Məkkəyə yığışmasından istifadə edib bu şəhəri hərəkatın mərkəzi qərar verərək mübarizəni daha da genişləndirmək məqsədilə Məkkəyə tərəf hərəkət etdi. Mədinədəki döyüşün və Hüseynin ordusunun Məkkəyə tərəf hərəkət etməsini Hadiyə çatdırdıqda, o, onlara qarşı vuruşmaq üçün bir ordu göndərdi. Fəxx adlı yerdə iki ordu bir-biri ilə üzləşdi və qızğın döyüş baş verdi. Döyüş zamanı Hüseyn və Bəni-Haşim tayfasının adlı-sanlı şəxslərindən bir neçəsi şəhid oldu. Hüseynin ordusunun bir hissəsi dağıldı və bir hissəsi də, əsir düşərək Bağdada gətirilib qətlə yetirildi. Onları öldürməklə kifayətlənməyən cəlladlar cənazələri basdırmayıb başları bədənlərdən ayıraraq Hadinin hüzuruna göndərdilər. Bəzi tarixçilərin dediyinə görə edam olunanların sayı yüz nəfərdən artıq idi. Fəxx şəhidinin məğlub edilməsi çox acı və kədərli bir faciə idi. Bu faciə bütün şiələrin, xüsusən də, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin qəlbini bərk yaraladı və yaddaşlarda bir daha Kərbəla faciəsini xatırlatdı. Bu faciə o qədər ürəkağrıdıcı və fəlakətli idi ki, İmam Cavad (ə) (İmam Məhəmməd Təqi (ə)) bu hadisədən neçə il keçdikdən sonra buyurmuşdur: “Kərbəla faciəsindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmamışdır.” Yeddinci İmam və Fəxx şəhidi Bu faciə heç də İmam Kazim (ə) ilə əlaqəsiz olmamışdır. Çünki İmam Kazim (ə) bu mübarizənin yaranmasından təşəkkül tapana qədər nə təkcə ondan xəbərsiz olmamış, hətta Fəxx şəhidi Hüseynlə sıx əlaqədə olmuşdur. İmam Kazimin (ə) qiyamın məğlub ediləcəyini qabaqcadan bilməsinə baxmayaraq, o, Hüseynin öz məqsədi uğrunda möhkəm durduğunu gördükdə ona buyurur: “Baxmayaraq ki sən şəhid olacaqsan, ancaq cihad və mübarizədə yenə möhkəm ol! Bunlar (xəlifə və onun ordusu) çox pis adamlardır. Zahirdə özlərini imanlı göstərir, həqiqətdə isə heç bir əqidə və imanları yoxdur. Bu yolda mən sənin əcr və savabını Allah-taaladan istəyirəm.” Digər tərəfdən də, Hadi Abbasi, İmam Kazimin (ə) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin ən böyük şəxsiyyəti olmasına və Bəni-Haşimin digər şəxsiyyətlərinin onun məsləhətlərindən ilham aldığını bildiyi üçün Fəxx faciəsindən sonra bərk əsəbləşdi. Ona görə ki, onun fikrincə pərdə arxasında olsa da, bəzi cəhətlərdən bu əməliyyata İmam Kazim (ə) başçılıq etmişdir. Buna görə də, o, Həzrəti ölümlə hədələyib dedi: “And olsun Allaha, Hüseyn (Fəxx şəhidi) Musa ibn Cəfər əleyhissəlamdan göstəriş alaraq mənə qarşı mübarizəyə qalxıb ona itaət etmişdir. Çünki bu tayfanın (Bəni-Haşimin) başçı və İmamı məhz Musa ibn Cəfər əleyhissəlamdır. Əgər mən onu sağ qoysam, Allah məni öldürsün!” Bu təhdidlərə İmam Kazim (ə) soyuqqanlı yanaşsa da,Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsi, şiələr və o Həzrətin tərəfdarları çox qorxuya düşdülər. Ancaq Hadi öz çirkin məqsədini həyata keçirməmiş ömrü sona yetdi və onun ölüm xəbəri Mədinədə sevinc və fərəh ruhiyyəsi yaratdı. 3. Harun ər-Rəşid Əsrlərlə İslam adı altında müsəlmanlara hakim kəsilmiş Əməvi və Abbasi xəlifələri öz hakimiyyət dayaqlarını möhkəmlətmək və camaat arasında nüfuzlarını artırmaq üçün qəlblərə mənəvi nüfuz tapıb camaatın yanında etimadlarını doğrultmaq fikrində idilər ki, bəlkə bu yolla müsəlmanlar onların hakimiyyətini sidq ürəkdən qəbul edib onlara itaət etməyi özlərinə şəri bir vəzifə bilsinlər. Əqidə, zor gücü ilə yaradılası, yaxud da aradan aparılası bir şey olmadığından, onlar mənəvi nüfuz tapmaq üçün aldadıcı yollardan istifadə etmək məcburiyyətində qalmışdılar. Bu sahədə zahiri nöqteyi-nəzərdən Abbasilərin bəxtləri gətirmiş və əllərində bir bəhanələri var idi ki, bu da onları Əməvilərdən tamamilə fərqləndirirdi. O da onların İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) ilə olan qohumluq əlaqələri idi. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) əmisinin (Abbas ibn Əbdülmüttəlibin) nəslindən olan Bəni-Abbas sülaləsi Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) olan qohumluqlarından təbliğ cəhətində istifadə edib özlərini xəlifəlik məqamının varisi hesab edirdilər. Buna baxmayaraq, onların bu qədər apardığı təbliğat şiə məzhəbinin pak İmamları qarşısında çox təsirsiz idi. Çünki əvvəla, xəlifəlik məsələsində varis olmaq məsələsi nəzərə alınmır və ən əsas şey rəhbər və xəlifənin öz səlahiyyəti,paklığı və əzəmətidir. İkincisi, lap xəlifəlik mövzusunda varis olmaq nəzərə alınsa da, yenə Əlinin (ə) övladları hamıdan üstündürlər. Çünki onlar Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) daha yaxın olublar. Həm şəxsi ləyaqətləri olan, həm də Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) daha yaxın olan şiənin məsum İmamları həmişə camaatın nəzərində olmuş, camaat daima onlara hörmət etmişdir. Əməvi və Abbasi xəlifələrinin mənəvi nüfuz tapmaları üçün apardıqları səylərə baxmayaraq, tarix göstərmişdir ki, ümumi məhəbbətin ölçüsü həmişə İmamların tərəfində olmuşdur. Qəlblərə hakim olmaq Bu məsələ Abbasi xəlifələri arasında hamıdan çox Harun ər-Rəşidin dövründə özünü göstərmişdir. Hökumət dairəsinin bu qədər genişliyi və həmçinin, imkanlarının çox olmasına baxmayaraq, qəlblərin hələ də, İmam Museyi-Kazim (ə) ilə olmasını bilən Harun bu məsələdən çox narahat olur və o Həzrətin mənəvi nüfuzunun azalması üçün gizli hiylələrini işə salırdı. “Camaat öz xüms-zəkatını gizli şəkildə Musa ibn Cəfər əleyhissəlama verir və bu hərəkət ilə həqiqətdə onun xəlifə olduğunu rəsmiyyətlə tanımış, Abbasi hökumətini isə qeyri-qanuni hökumət bilir” – xəbərinin hər gün Haruna çatdırılması onun üçün dözülməz idi. Elə buna görə də, Harun bir dəfə İmam Kazimi (ə) Kəbənin kənarında gördükdə, ona deyir: “Camaatın gizlicə beyət edib rəhbər bildikləri şəxs sənsən?” İmam Kazim (ə) buyurdu: “Mən camaatın qəlb və ruhuna hakiməm, sən isə onların quru bədənlərinə hakimsən.” Peyğəmbər övladı kimdir? Yuxarıda qeyd etdik ki, Harun Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) olan qohumluq əlaqəsinə açıq-aşkar arxalanıb yeri gəldikcə ondan istifadə edirdi. O,bir gün Mədinə şəhərinə gəlib Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məzarının ziyarətinə gedir. Orada Qüreyş və digər qəbilələrdən çoxlu sayda adam toplaşmışdı. Harun Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) hərəminə çatdıqda, üzünü o Həzrətin müqəddəs məzarına tutub dedi: “Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey əmi oğlu!” O, camaatın arasında Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) əmioğlu olduğunu camaata eşitdirib bilərəkdən bununla fəxr edir və istəyirdi ki, qoy camaat xəlifənin Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) əmioğlu olduğunu bilsin. Bu zaman camaatın arasında olan İmam Kazim (ə) Harunun bu fikrini başa düşüb Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qəbrinə yaxınlaşaraq uca səslə buyurur: “Salam olsun sənə, ey Allahın Peyğəmbəri! Salam olsun sənə, ey ata!” Harun bu sözdən bərk qəzəbləndi. Belə ki, rəngi dəyişib ixtiyarsız olaraq dedi: “Doğrudan da bu bir şərəfdir.” O, təkcə Peyğəmbərlə (səlləllahu əleyhi və alihi və səlləm) olan qohumluq əlaqəsini camaata çatdırmaqla kifayətlənmir, üstəlik İmamların Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) övladı olmalarını da, bir vasitə ilə inkar etmək istəyirdi. O, bir gün İmam Kazimə (ə) dedi: “Siz Əlinin övladları olduğunuz bir halda, nəyə görə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) övladı olduğunuzu iddia edirsiniz? Çünki hər bir şəxs ana babasına deyil, ata babasına nisbət verilir.” İmam Kazim (ə) onun cavabında aşağıdakı ayəni qiraət etdi: “Biz İshaqı və Yəqubu ona əta etdik. Onların hər birini hidayətə [peyğəmbərliyə]çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı,Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri [yaxşılıq edənləri] belə mükafatlandırırıq. Zəkəriyyanı,Yəhyanı, İsanı, İlyası da [hidayətə çatdırdıq]. Onların hamısı əməlisalehlərdən idi.” İmam Kazim (ə) sonra əlavə edib buyurdu: “Bu ayədə İsa (ə) keçmiş böyük peyğəmbərlərin övladlarından hesab olunub, halbuki, onun atası olmamış və yalnız anası Məryəmin vasitəsilə peyğəmbərlərə qohumluq əlaqəsi çatır. Deməli, bu ayəyə əsasən, qız tərəfdən olan uşaqlar da övlad sayılır. Biz də anamız Fatimə vasitəsilə Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladları hesab olunuruq.” Harunun belə məntiqi bir sübutun qarşısında sükut etməkdən başqa çarəsi qalmadı. İmam Kazimin (ə) Harunla buna bənzər başqa bir ətraflı mübahisəsində Harun o Həzrətə deyir ki, nəyə görə sizi Əlinin (ə) övladları yox,Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladları adlandırırlar? İmam Kazim (ə) onun cavabında buyurur: “Əgər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dirilib sənin qızınla evlənmək istəsə, qızını ona verərsənmi?” Harun dedi: “Nə təkcə qızımı verərəm, hələ üstəlik bu qohumluğu bütün ərəb və qeyri-ərəb arasında özümə böyük bir fəxr bilərəm.” İmam Kazim (ə): “Ancaq bu məsələ mənə aid edilə bilməz. Nə Peyğəmbər mənim qızımı istəməz, nə də mən qızımı ona vermərəm.” Harun: “Nəyə görə?” İmam Kazim (ə): “Çünki mən özüm onun nəslindənəm və bu evlənmə haramdır. Ancaq sən onun nəslindən deyilsən.” Harun: “Afərin, tamamilə doğrudur!” Bu saray kimindir? Bir gün İmam Kazim (ə) Harunun Bağdaddakı böyük və təm-təraqlı saraylarından birinə daxil olur. Öz qüdrət və hökumətinə uymuş Harun sarayını göstərərək təkəbbürlə soruşdu: “Bu saray kimindir?” Harunun bu cür deməkdən məqsədi qüdrət və imkanatını İmama göstərmək idi. İmam Kazim (ə) Harunun bər-bəzəkli sarayına heç bir əhəmiyyət vermədən son dərəcə cəsarətlə buyurdu: “Bu ev fasiqlərin evidir. Hansı ki, Allah-taala onların haqqında buyurur: “Yer üzündə haqsız yerə [layiq olmadıqları halda] təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam [mane olacağam]. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.” Harun bu cavabdan bərk narahat olub öz qəzəbini güclə boğub qızarmış halda soruşdu: “Onda bu ev kimindir?” İmam Kazim (ə) buyurdu: “(Əgər həqiqəti bilmək istəyirsənsə) bu ev bizim şiələrimizindir, ancaq başqaları zorla onu qəsb edib sahibi olmuşlar.” Harun: “Əgər bu ev şiələrindirsə, bəs, onda nə üçün evin (əsl) sahibi onu tələb etmir?” İmam Kazim (ə):” Bu ev əsl sahibindən abadlıq dövründə alınmışdır, indi onun sahibi nə vaxt onu abad etmək iqtidarında olsa, onu yenidən geri alacaq.” Harun – neçəüzlü insan Hər bir insanın əxlaqi dəyərlər və düşüncə tərzi cəhətindən özünəməxsus mövqeyi vardır. Onun əxlaqi xüsusiyyətlər və rəftarı özünəməxsus siması kimi müəyyən bir şəxsin rəftarından xəbər verir. Ancaq bir sıra insanlar vardır ki, tərbiyə çatışmazlığı və ya başqa səbəblər üzündən ruhi ziddiyyətə malik olub öz şəxsiyyət və təfəkküründə bəzi uyuğunsuzluqlar yaradır. Bu cür şəxslər şəxsiyyət baxımından heç də təkşəxsiyyətli adamlar deyillər, əksinə, onlar iki şəxsiyyətli, ikiüzlü və hətta bir neçə şəxsiyyətli, bir neçə üzlü adamlardır. Elə buna görə də, bəzi hallarda onlar insanı təəccübləndirən ziddiyyətli hərəkətlər edirlər. Belə bir ziddiyyəti ilk baxışdan qəbul etmək bir az çətindir, ancaq bəşərin xüsusiyyətlərinə nəzər saldıqda, məlum olur ki, nəinki bu iş mümkündür, hətta bir çoxları bu cür xüsusiyyətlərə malikdirlər. Müasir dövrümüzdə psixoloqların kitablarında oxuyuruq: “…İnsan çox asanlıqla yalançı, qeyri-sabit və odlu həvəslərinin hissiyatının qurbanı ola bilər. Yəni, çox mehriban olduğu halda məhəbbətsiz, düzgün və sadiq olduğu halda yalançı, riyakar olmadığı bir halda riyakar olub özünü belə, aldada bilər. Bunlar bir-birinə zidd olan elə xüsusiyyətlərdir ki, nə təkcə bunların hamısı insanda ola bilər, hətta bunlar insan ruhunun “agah” və “xəbərsiz” hisslərinin xüsusiyyətlərindəndir.” Bu cür şəxslər yalançı və bir-birinə zidd olan xüsusiyyətlərə malik olduqlarından rəftarları bir-birilə ziddir; eyş-işrət pərəstişkarı olduqları halda, bir də görürsən ki, zahid və sufilik həyatı sürməyə başlayır, təfəkkürünün yarısı din təlim-tərbiyəsi altında olduğu bir halda, təfəkkürün digər bir hissəsi maddi və ləzzət aləmində cövlan vurur. Məscidə yolları düşdükdə abidlər sırasında durur, şərab məclisinə gəldikdə isə boğazlarını yaşlayırlar. Bir tərəfdə zülm və haqsızlığın həddini aşır, başqa bir tərəfdə isə rəhmlə dolu göz yaşı axıdırlar. Tarixdə bu cür neçəüzlü (simasız) insanlardan nümunə çoxdur. Onlardan biri də Harun ər-Rəşiddir. Sarayda doğulub boya-başa çatan Harun uşaqlıq çağlarından eyş-işrət, keflə ünsiyyətdə olmuş, təbii ki, bunun da nəticəsində onda eyş-işrətə meyli daha çox olmuşdur. Digər tərəfdən də, İslam ölkəsinin mühiti və eləcə də, onun tutduğu mövqeyi onun müsəlman olub İslam qayda-qanunlarına əməl etməsini tələb edirdi. Buna görə də, onun həyatı yaxşılıq və pisliklə, gözəllik və çirkinliklə qarışıq bir məcmuə təşkil edirdi. Onun bir sıra təəccüblü, bir-birinə zidd olan və çox az adamlarda tapılan xüsusiyyətləri var idi. Zülm və ədalət, mərhəmət və qəddarlıq, iman və küfr, barışma və əzazillik kimi sifətlər onda üzvi surətdə birləşmişdilər. O, bir tərəfdən zülmdən heç bir qorxusu olmadan istifadə edərək pak və günahsız insanları, xüsusilə, İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) cəsur övladlarının qanını axıdır, digər tərəfdən isə alimlərin nəsihətlərini dinlədikdə Qiyamətin fikrinə düşərək möhkəmcə ağlayırdı. O, həm namaz qılır, həm də şərab içərək eyş-işrətlə məşğul olurdu. Alimlərin nəsihətlərini dinlədikdə hamıdan abid və zahid kimi nəzərə çarpırdı. Xilafət kürsüsünə oturub ölkənin idarəsi ilə məşğul olduqda isə Neron və Çingizdən heç də geri qalmırdı. Tarixçilər yazırlar: “Bir gün Harun öz dövrünün təqvalı və pak şəxslərindən olan Füzeyl ibn Əyazın görüşünə gedir. Füzeyl öz ağır sözləri ilə onu çirkin işlərinə görə danlayıb zalımların intizarında olan Allah əzabı ilə qorxutdu. Harun bu nəsihətləri dinlədikdə, o qədər ağladı ki, huşunu itirdi. Özünə gəldikdən sonra yenidən Füzeylə dedi ki, ona nəsihət versin. Füzeyl neçə dəfə nəsihətlərini tərkrarlayır, hər dəfə də Harun huşunu itirirdi. Sonra Harun bu işinə görə Füzeylə min dinar verib dedi ki, lazım olan yerlərə xərcləsin. Harun bu hərəkəti ilə öz ikiüzlülüyünü açıq-aşkar nümayiş etdirirdi. Çünki onun fikrincə Allahın qorxusundan ağlayaraq bihuş olduqdan sonra yenə istədiyin işi çəkinmədən görə bilərsən. Harunun iki min azyaşlı kənizi var idi ki, bunların da üç yüzü yalnız çalıb-oxumaq, rəqs etməyə məxsus idilər. Rəvayət edirlər ki, bir dəfə o, əyləncə məclisinə gəldikdə əmr edir ki, məclisdəkilərin başına üç milyon dirhəm pul səpsinlər. Başqa bir əyləncə məclisinə gəldikdə özü ilə oraya gətirdiyi xanəndəni Misirə hakim təyin edir. Harun bir dəfə bir kənizi yüz min dinara, başqa bir kənizi otuz altı min dinara almış, lakin ikincini yalnız bir gecə saxladıqdan sonra sarayda olanlardan birinə bağışlamışdı. Onun o kənizi həmin şəxsə nə üçün bağışladığını isə Allah bilir. Şübhəsiz ki, Harun boş yerə xərclədiyi bu pulların hamısını müsəlmanların beytül-malından götürürdü. Çünki onun babası Mənsurun hakimiyyətə gələrkən necə deyərlər heç bir qəpiyi belə olmamışdır. Deməli, boş yerə xərclənən bu pulların hamısı məzlum insanların, ac kəndlilərin əllərinin qabarının və alınlarının tərinin nəticəsi idi. Ancaq Harunun ümumi beytül-mala qarşı etdiyi bu qədər xəyanətlərə baxmayaraq o, yalandan göz yaşı tökür, özünü pak insanlar kimi təqvalı göstərirdi. Harunun həqiqi siması Müasir Misir yazıçısı Əhməd Əmin Harunun (və onun dövründə yaşamış camaatın) eşy-işrətə baş qoşmasını iki səbəblə (biri onun dövründə ümumi rifahın genişlənməsi, digəri isə onun dediyinə görə əvvəlcədən eyş-işrətə meylli olmuş iranlıların Harunun sarayında nüfuz tapması ilə) əlaqələndirdikdən sonra yazır: “Üçüncü səbəb Harunun öz tərbiyəsi ilə əlaqədardır. Mənim fikrimcə o, sərthissiyyatlı bir cavan olmuş, lakin yüz faiz öz hissiyyat və istəklərinə uymamışdır. Eyni zamanda o, möhkəmiradəli bir şəxs idi. O, fitrət və tərbiyə baxımından nizami bir ruhiyyəyə malik olan bir şəxs olmuş, dəfələrlə Şərq və Qərb tərəfə ordu çəkmişdi. Ancaq onun sərtxasiyyətli, möhkəmiradəli, coşub-daşan cavanlıq fikirləri onu müxtəlif simalara salmışdı. Moizə eşidərkən həddən artıq təsirlənir, ucadan ağlamağa başlayır, musiqi eşitdikdə isə elə hala düşürdü ki, heç bir şeyi tanımır və ona məhəl qoymurdu. Onun təşkil etdiyi əyləncə məclisində İbrahim Museli oxuyur, Bərsəvma saz çalıb Zəlzəl dəf vurarkən Harun elə coşurdu ki, son dərəcə cəsarətlə deyirdi: “Ey Adəm! Əgər bu gün sənin balalarından kimlərin mənim məclisimdə iştirak etdiyini görsəydin, çox sevinərdin.” Yavaş-yavaş dini hissiyyat Harunda inkişaf edir, ancaq bunun müqabilində kef-damağ, əyləncələri də artmağa başlayır. Bunun nəticəsində də, o, həm namaz qılır, həm də musiqiyə qulaq asaraq əylənirdi. Onun sərt hissiyyatı müxtəlif cəhətlərə yönəlir, yönəldiyi sahədə də ifrat dərəcəsinə çatırdı. Bərməki sülaləsi onun razılığını cəlb etdiyi zaman onlardan razı qalır, onlara fövqəladə mehribançılıq göstərir və onları ən yaxın adamları sırasına daxil edirdi. Ancaq elə ki onun qəzəbinə düçar olurdular və həsəd aparanlar onun hissiyyatını Bərməki nəslinin əleyhinə təhrik edirdilər, onları məhv edib aradan götürür. Harun İbrahim Muselinin səsindən (musiqisindən) çox ləzzət aldığı üçün onu alim və qazılar kimi sarayın yaxın adamlarının yerində qərar verir, ancaq bir dəfə də olsun, özünə sual vermirdi ki, müsəlmanların beytül-malını hansı əsasla bu cür şəxslərin cibinə tökür? Əl-Əğani kitabının müəllifi bu barədə gözəl bir cümlə işlətmiş, həmin cümlədə Harunun qeyri-adi və bir-birinə zidd olan xüsusiyyətlərini çox gözəl şəkildə bəyan etmişdir. Müəllif yazır: “Harun moizə dinlədikdə hamıdan çox ağlayır, qəzəbləndikdə isə ən zalım şəxsə çevrilirdi.” Buna görə də, onun dindar bir şəxs olub çoxlu namaz qılmasına, qəzəbləndikdə isə heç bir əsası olmadan günahsız insanların qanını axıtmasına, sonrası gün isə kef məclisinə gedərək özündən getməsinə heç də təəccüblənməməliyik. Bunlar hamısı asanlıqla bir adamda tapılası sifətlərdir. Dediklərimizdən Harunun əsl və həqiqi siması məlum olur. Ancaq təəssüflər olsun ki, bəzi tarixçilər Harunun rəftar, hərəkət və ruhiyyəsini, idarəçilik sistemini qeyd edərkən həqiqəti gizlədir, bilər-bilməz həqiqətin yalnız yarısını açıqlayır, yarısını isə olduğu haldan başqa cür qələmə verirlər. Halbuki, təhqiqi və bitərəf araşdırma zamanı şəxsin bütün xüsusiyyətləri olduğu kimi qələmə alınmalıdır. Harunun hiylələri və onun özünü dindar kimi göstərməsi Bir neçə səhifə bundan qabaq qeyd etdik ki, Əməvi və Abbasi xəlifələri İslam hökumətini öz yolundan çıxarmaqda və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsi ilə mübarizədə bir-biri ilə həmfikir olsalar da, onları bir-birindən fərqləndirən bir cəhət də var idi. O da bundan ibarət idi ki, Əməvi xəlifələri (Müaviyə və digər bir-iki xəlifə istisna olmaqla) dini alimlərlə bir o qədər də, əlaqə saxlamır, onların işinə qarışmırdılar. Onlar ancaq ölkədaxili qiyamları yatırtmaq, xarici qələbələr əldə etmək, ölkənin maliyyə işlərini tənzimləmək və bu kimi siyasi işlərə nəzarət edir, İslam alimlərini (adətən) başlı-başına buraxırdılar. Buna görə də, onların hökumətinin dini cəhəti olmamışdır. Ancaq elə ki Əməvi sülaləsi öz yerini Abbasi sülaləsi ilə əvəz etdi, məsələ tamamilə dəyişdi. Hökumət özünə dini cəhət kəsb edir, məzhəbi amillərdən hökumətin xeyrinə istifadə etmək siyasəti və özünü dindar kimi göstərmək, dini alimlərlə əlaqə saxlamaq xüsusən, ilkin Abbasi xəlifələrinin dövründə adət halına çevrilir. Bunun səbəbi o idi ki, Abbasi xəlifələri siyasi rəhbər olmaqla yanaşı camaatın hörmətini qazanmaq üçün həm də özlərini din adamı kimi tanıtdırmaq istəyirdilər. Abbasi xəlifələrinin özlərini dindar kimi göstərib camaatın gözündə dini nüfuz tapmaq məqsədlərinə dair bir çox nümunələr vardır ki, bunlar da onların bu sahədə göstərdikləri səylərin göstəricisidir. Corci Zeydan yazır: “Abbasi xəlifələri, Misrin Fatimi xəlifələri, İspaniyanın Əməvi xəlifələri dini cəhəti saxladıqlarına görə bir çox çətinlikləri həll edə bilmişlər. Məhz bu səbəbə görə Osmanlı imperiyası kimi qeyri-ərəb hökumətlər şəri cəhət daşıdıqları üçün digər hökumətlərdən çox yaşamışlar…” Bunlar avam camaatın qəlbində yer tapmaqdan ötrü həmişə öz məqamlarını yüksəldərək özlərini Allahın ən yaxın bəndələri, hakimiyyətlərini də Allah tərəfindən seçilmiş hökumət kimi qələmə verirdilər. Corci Zeydan xəlifələrin avam camaat arasındakı yalan təbliğatının nüfuzunu və camaatın bu təbliğata olan inam səviyyəsini qeyd etdikdən sonra əlavə edib yazır: “…İş o yerə çatmışdı ki, camaat deyirdi: Abbasilərin hakimiyyəti İsa Peyğəmbər göydən enənə qədər davam edəcək. Abbasi hökuməti süqut edərsə, günəş batar, yağış yağmaz, bitkilər quruyar. (Corci Zeydanın bu cümlədə işlətdiyi camaat sözündən məqsədi sünnilərdir. Çünki şiələrin əqidəsinə görə həm ilk üç xəlifə, həm Əməvilər, həm də Abbasilər xəlifəlik məqamını qəsb etmiş və buna görə də şiələr onları qəbul etmirlər. (Corci Zeydanın “İslam mədəniyyətinin tarixi” əsərinin mütərcimi Əli Cəvahirkəlamdan.)) Abbasi xəlifələri də bu nankorluğu özlərinə bəyənmişdilər. Hətta böyükdüşüncəli və hakimiyyəti dövründə İslam mədəniyyəti inkişaf etmiş Harunun da bu cür yaltaqlıqlardan xoşu gəlirdi… Əgər İslamın ucalıb inkişaf etdiyi bir dövrdə xəlifə yaltaqlığı bu qədər sevirsə, şübhəsiz ki, fəsad və pozğunluq dövründə mövhumat və xurafat həqiqətin yerini alacaq, yaltaqlar səhnəyə çıxdıqda xəlifə və hakimlər boş sözü əməldən çox sevəcəklər. Məhz bu səbəbə görədir ki, yaltaqlar, öz şəxsiyyətlərini satanlar Abbasi xəlifəsi Mütəvəkkili “Allahın kölgəsi” adlandıraraq deyirdilər: “Bu rəhmət kölgəsi camaatı istidən qorumaq üçün asimanda sərilmiş bir kölgədir.” Digər bir yaltaq şair İbn Hani Fatimi xəlifəsi Əl-Muizzi aşağıdakı şəkildə tərifləyir: “Qəzavü-qədərin təyin etdiyi deyil,sənin istədiyin həyata keçir. Elə isə əmr ver və rəhbərlik et! Sən həqiqətən yeganə yenilməzsən! (İstər Allahın əmri olsun, istərsə də xəlifənin.)” Abbasi xəlifələri arasında Harun qədər bu məsələyə diqqət yetirən və bu cür yaltaqlıqlardan istifadə edən olmamışdır. O çalışırdı ki, bütün hərəkət və işlərinə dini ad versin. Harun bütün cinayət və əyyaşlıqlarının üstünü din adı ilə örtür, hərəni bir bəhanə ilə şəriət çərçivəsinə daxil edirdi. Deyirlər ki, Harun xəlifə olduğu müddətdə bir dəfə Məkkəyə gedir. Həcc mərasimi zamanı öz xüsusi məsihi həkimi Cəbrail ibn Bəxtişu üçün həddən artıq çox dua edir. Bəni-Haşimdən olanlar bundan çox narahat olurlar. Harun onların “bu şəxs müsəlman deyil, zimmidir, onun üçün dua etmək düzgün deyil” iradlarına belə cavab verdi: “Düzdür, ancaq mənim sağlamlığım onun əlində,müsəlmanların da məsləhəti mənim sağlamlığımdadır. Deməli,müsəlmanların xeyir və məsləhəti onun ömrünün uzun olmasındadır, elə isə onun üçün dua etməyin eybi yoxdur.”Harunun bu məntiqi qeyri-adi bir məntiq idi. Onun məntiqinə əsasən, İslam cəmiyyətinin bütün məsləhətləri onda cəmlənmiş və hər şey onun canının qurbanı olmalı idi. Çünki onun gətirdiyi sübuta əsasən, o, təkcə xəlifə deyil, eyni zamanda cəmiyyətdə onun olması vacibi bir məsələ idi. Ola bilsin belə təsəvvür oluna ki,Harun kimi bir şəxsin bütün hərəkət və işlərini düzgünlüyə çıxarmaq din məntiqi ilə çətin bir işdir. Ancaq o, öz dövrünün alçaq və dünyapərəst qazı və fəqihlərini satın almaqla öz işlərinə bəhanə gətirmək üçün meydanı tamamilə açıq qoymuşdu. Hökm çıxaran şura Harunun hiylələrindən və özünü dindar kimi göstərməsinə aid açıq-aşkar nümunələrdən biri Yəhya ibn Abdullahın şəhadət məsələsidir. Yəhya ibn Abdullah İmam Həsənin (ə) nəvəsi, Bəni-Haşim tayfasının sayılıb-seçilən şəxslərindən və İmam Sadiqin (ə) səhabələri içində çox diqqət yetirdiyi şəxslərdən biri olmuşdur. Fəxx şəhidi Hüseyn, Abbasi hökumətinə qarşı qiyam qaldırdığı zaman Yəhya onun ordusunda olmuş və ordunun əsas sərkərdələrindən biri sayılmışdır. Hüseyn şəhid olub ordusu məğlubiyyətə uğradıqdan sonra o, bir dəstə ilə birlikdə Deyləm şəhərinə gedərək orada fəaliyyət göstərmişdir. Oranın əhalisi onun ətrafına yığışaraq gözə çarpan miqdarda bir ordu yaranmışdı. Harun Fəzl ibn Yəhya Bərməkini bir ordu ilə Deyləmə göndərir. O, Deyləmə çatdıqdan sonra Harunun göstərişinə əsasən, Yəhya ilə məktublaşıb ona şirin vədlər verərək ona amanda olmaq təklifi verir. Harun və Fəzlin hiylələri nəticəsində öz ordusunun pərakəndə olduğunu görən Yəhya amanda qalmaq təklifini qəbul etmək məcburiyyətində qalır. Harun bir neçə adlı-sanlı şəxsləri şahid tutub öz dəstxətti ilə ona bir amannamə yazdıqdan sonra Yəhya Bağdada gəlir. Harun əvvəl onunla mehribancasına rəftar edib onun ixtiyarında çoxlu mal-dövlət qoyur. Ancaq gizlicə onun ölüm planını hazırlayıb onu bu işdə müttəhəm edir ki, gizlicə camaatı öz başına toplayıb xəlifənin əleyhinə qiyam qaldırmaq fikrindəsən. Lakin Harun ona daşdankeçən bir amannamə göndərdiyi üçün onu öldürmək bir o qədər də asan deyildi. Buna görə də, bu qərara gəlir ki, amannaməni qüvvədən salmaq üçün fəqihlərdən (müctehidlərdən) öz məqsədini həyata keçirməyə şəri icazə alsın. Bu məqsədlə amannamənin düzgün olub-olmaması barədə nəzər söyləsinlər deyə, Məhəmməd ibn Həsən Şeybani, Həsən ibn Ziyad Lulum və Əbülbüxtəridən ibarət qazı və fəqihlər şurası təşkil verilməsini əmr etdi. Şura hazır olduqda hamıdan qabaq nisbətən azad alim olan və özünü müəllimi Əbu Yusif kimi Haruna satmış olmayanMəhəmməd ibn Həsən Şeybani amannaməni oxuyub dedi: “Amannamə tamamilə düzgün və səlahiyyətlidir, onu heç cür pozmaq olmaz.”Əbülbüxtəri amannaməni alıb ona göz gəzdirərək dedi: “Bu amannamə batil və səlahiyyətsizdir. Yəhya xəlifənin əleyhinə qiyam qaldıraraq bir dəstə insanın qanını axıtmışdır, onu öldürün, günahı mənim boynuma.” Harun bu fətvadan son dərəcə sevinib dedi: “Əgər amannamə batil və səlahiyyətsizdirsə, onda özün onu cır tulla.” Əbülbüxtəri amannaməyə tüpürüb onu cırdı. Harun bir milyon altı yüz min dirhəm ona ənam verib özünü də qazı vəzifəsinə təyin etdi. Məhəmməd ibn Həsəni isə belə bir fətva (amannamənin səlahiyyətli olduğunu söyləməsinə görə) verdiyinə görə neçə il fətva verməkdən məhrum etdi. Axırda bu şuranın rəyinə əsasən, Yəhyanı qətlə yetirdi. Məsləhətə görə verilmiş fətva Qeyd etdik ki, öz şəxsiyyətini satmış qazılardan biri də qazı Əbu Yusif idi. Harun onu baş qazı vəzifəsinə təyin etmişdi. O, hər bir vaxt Haruna lazım olurdusa, öz istinad və qəribə yozma qüvvəsi ilə Harunun qeyri-şəri işlərinin üstünü örtərək, bəzi bəhanələrlə onları dini ölçülərlə uyğunlaşdırırdı. İndi nümunə üçün aşağıdakı iki məsələyə nəzər salaq. 1. Harun xəlifə olduğu ilk vaxtlarda atasının (Məhdinin) kənizlərindən birinə vurulur. Harun öz eşqini açıb ona elan etdikdə kəniz deyir: “Bu fikri başından at, çünki atan mənimlə bir yastığa baş qoymuşdur (və mən sənin atanın arvadı sayılıram.)” Harun ona bərk vurulduğundan ondan əl çəkə bilmirdi. Əbu Yusifi çağırtdırıb məsələni ona danışaraq ondan bir çıxış yolu istədi. Əbu Yusif soyuqqanlılıqla dedi: “Bir kənizin etdiyi hər hansı bir iddia məgər qəbul olunmalıdır? Ona qulaq asma, çünki o, düzdanışan kəniz deyil.” (Halbuki, İslam qayda-qanunlarına əsasən, bu cür yerdə qadının öz etirafı əsas götürülərək qəbul olunur.) Vicdanı aldatmaq 2. Bir gün Harun xüsusi aşpazına əmr edir ki, onun üçün cavan bir dəvənin ətindən yemək hazırlasın. Yemək yeyilib qurtardıqdan sonra Cəfər Bərməki dedi: “Xəlifənin bu yeməyinin hər bir tikəsi dörd yüz min dirhəmə başa gəlib.” Harun bu məsələdən təəccübləndikdə Bərməki başa salır ki, bir müddət bundan qabaq xəlifə belə bir yeməyin hazırlanmasını istəmiş, lakin həmin vaxt bu yemək hazırlanmamışdır. O gündən bəri hər gün xəlifənin aşpazxanası üçün cavan bir dəvə kəsilir. Onların hamısının bir yerdə qiyməti dörd yüz min dirhəmə gəlib çatır.” Müsəlmanların beytül-malını saysız-hesabsız əyyaşlıq və kef məclislərinə sərf edən, zəhmətkeş və məzlum müsəlmanların malını israf etmək, ora-bura xərcləməkdən çəkinməyən Harun bu dəfə vicdanlı, ürəyiyanan bir şəxsə çevrilir. O, bu sözü eşitdikdə narahat olub əmr verir ki, bu işin əvəzini çıxmaq üçün neçə milyon dirhəmi kasıblar arasında sədəqə adı ilə paylasınlar. Əlbəttə, bu pullar heç də onun şəxsi vəsaitindən deyil, müsəlmanların ümumi beytül-malından olub hamı arasında ədalətlə bölüşdürülməli idi. Özü də sədəqə, xəlifənin bəxşişi və bu kimi şeylər onun bölüşdürülməsi üçün əsas ola bilməzdi. Nə isə, bu xəbər Əbu Yusifin qulağına çatır. Onun sarayında olmasının fəlsəfəsi özünü belə yerdə büruzə verən Əbu Yusif xəlifənin bu işinə bəhanə gətirmək üçün gözəl bir plan hazırlayıb bu məqsədlə xəlifənin yanına gələrək narahatlığının səbəbini soruşur. Harun onu məsələdən xəbərdar edir. Əbu Yusif üzünü Cəfər Bərməkiyə tutub soruşur: “Kəsilən bu dəvələrin əti xarab olurdu, yoxsa camaat onu istifadə edirdi?” (Sanki Əbu Yusifin fikrini duymuş) Cəfər cavab verdi ki, camaat onu istifadə edirdi. Əbu Yusif sevinərək qışqırdı: “Xəlifə, muştuluq, böyük savab əldə etmisən. Çünki bu müddət ərzində kəsilmiş bütün ətləri müsəlmanlar istifadə etmiş və Allah-taala bu cür böyük bir sədəqəni yerinə yetirməyə xəlifə üçün şərait yaratmışdır.”1 Beləliklə, xəlifə üçün kəsilən dəvələrin əti xarab olmamış və Bağdad itlərinin qabağına atılmayaraq bir neçə ac adama verilirsə, bu, Əbu Yusifin məntiqində sədəqə hesab olunur, Harunun gördüyü işlər də israf, müsəlmanların malını boş yerə xərcləmək və beytül-malı ona-buna verib dağıtmaq deyil, sədəqə və yaxşı iş kimi qələmə verilirdi. Qeyd etdiyimiz bu həqiqətləri nəzərə aldıqda İmam Museyi-Kazimin (ə) işinin nə qədər ağır olduğunu asanlıqla anlaya bilərik. Çünki o Həzrət əsl simasını riyakarlıq, zahirpərəstlik və hiylələr arasında gizlədərək özünü ədalətli və mömin xəlifə adlandıran Harun kimi hiyləgər bir xəlifə ilə üz-üzə idi. İmam Kazim (ə) Harunun hiylə, riyakarlıq və zahirpərəstlik pərdələrini yırtıb onun əsl simasını camaata göstərmək üçün fasiləsiz və ardıcıl təbliğ etmək məcburiyyətində idi. Əgər İmam Kazimin (ə) seçilmiş şəxsiyyəti və inkaredilməz əzəməti olmasaydı, doğrudan da, belə mübarizədən qalib kimi çıxmaq şübhəli olardı. Əli ibn Yəqtin – İmam Kazimin (ə) Harunun sarayındakı elçisi Əli ibn Yəqtin İmam Kazimin (ə) seçilmiş və qabaqcıl şagirdlərindən biri olmuşdur. O, pak və adlı-sanlı bir şəxs olmuş, İmam Kazimin (ə) yanında özünəməxsus mövqe tutmuşdu. Şiə aləmində onun misilsiz hörməti vardı. Əli ibn Yəqtin hicrətin yüz iyirmi dördüncü ilində Əməvi sülaləsinin hakimiyyətinin son çağlarında Kufə şəhərində dünyaya gəlmişdir. Atası Yəqtin Abbasilər sülaləsinin əsas tərəfdarlarından biri olmuşdur. Elə buna görə də, öz dövrünün xəlifəsi olmuş (Əməvi xəlifəsi) Mərvani Himar onu tutmaq istəmiş, o isə hökumətdən qaçaq düşmüşdür. Onun həyat yoldaşı ərinin qaçaq düşdüyü bu müddətdə (haqqında danışdığımız) Əli və Übeyd adlı iki oğlunu da götürüb Mədinə şəhərinə köçür. Əməvilər süquta uğrayıb Abbasilər hakimiyyətə gəldikdən sonra Yəqtin Kufəyə gələrək Əbülabbas Səffaha qoşulmuşdur. Həmçinin, onun həyat yoldaşı da uşaqları ilə birlikdə Kufəyə qayıtmışdır. Bəli, Əli ibn Yəqtin Kufədə böyüyüb boya-başa çatmış və İmam Kazimin (ə) şagirdləri sırasına qoşulmuşdur. Əli ibn Yəqtinin elmi məqamı Rical elminin alimləri və tarixçilərin dediyinə görə Əli ibn Yəqtin İmam Kazimin (ə) qabaqcıl və seçilmiş şagirdlərindən olmuş, o Həzrətin hüzurundan bəhrələnərək ondan çoxlu sayda hədislər söyləmişdir. İmam Sadiqdən (ə) isə yalnız bir hədis rəvayət etmişdir. Əli ibn Yəqtin həm ictima arasında sayılıb-seçilən və hörmətə sahib olan bir şəxs idi, həm də öz dövrünün alimləri sırasında adı çəkilirdi. O, aşağıdakı kitabları qələmə almışdır: 1. “İmam Sadiqin (ə) gələcək fitnə-fəsad barədə soruşulmuş sullara cavabı” (“Ma suilə ənhus-Sadiqu min əl-məlahim”); 2.”(Allaha) şəkk edən şəxsin İmam Sadiqin (ə) hüzurunda mübahisəsi” (“Münazirətüş-şakki bihəzrətih”); 3.”İmam Kazimdən (ə) öyrəndiklərim.” Əli ibn Yəqtin tutduğu ictimai və siyasi mövqeyi hesabına şiə məzhəbi üçün misilsiz xidmətlər mənşəyi olmuş və şiələr üçün ümid yeri hesab olunurdu. Əli ibn Yəqtinin vəzir olması şiələr üçün arxa və dayaq olmuşdur Mənsur və Harunun hakimiyyəti dövründə Bəni-Haşim nümayəndələrinin ardıcıl silahlı etirazları məğlubiyyətlə nəticələnir. Hərəkat başçılarının şəhid olaraq dəstələrinin məğlubiyyətə uğramaları bir daha sübut etdi ki, belə bir şəraitdə hər hansı bir silahlı mübarizə məğlubiyyətə məhkumdur. Buna görə də, mübarizəni başqa yolla davam etdirmək lazımdır. Bu baxımdan İmam Kazim (ə) silahlı mübarizədən göz yummuş və ancaq tələbə yetişdirilməsi, fikirlərin oyadılması, çirkin Abbasi hökumətinin əsl həqiqətini tanıtdırmaq və mümkün qədər ictimaiyyətin müxtəlif sahələrində şiəlik ideyalarını genişləndirmək barədə düşünürdü. Elə buna görə də, o cür zalım hökumətlə həmkarlıq etməyin ümumi şəkildə haram olmasına baxmayaraq, İmam Kazim (ə) istisna hallarda bəzi pak və layiqli şəxslərin hökumətdə mühüm vəzifə tutmasına razılıq verirdi. Çünki bu iş bir tərəfdən şiələrin hakimiyyətdə yer tutmalarına, digər tərəfdən də camaatın, xüsusən də, şiələrin himayə altına keçməsinə səbəb olurdu. Əli ibn Yəqtinin də hökumətdə mühüm bir vəzifə tutması bu kimi işlərdən biri idi. Abbasilər sülaləsinin tam tərəfdarı olan və İmamət məsələsinə heç bir etiqadı olmayan atasından fərqli olaraq, Əli ibn Yəqtin ayıq və mətin şiələrdən idi və əqidəsi əsl şiə əqidəsi idi. Belə ki, intizar, yəni, hazırda olan zalım hökumətin qeyri-qanuni olduğunu hesab etməklə haqq-ədalət əsasında qurulacaq hökumətin gəlişinə ümid bəsləmək onun əqidəsinin əsasını təşkil edirdi. Bu həqiqət onun bir dəfə atası ilə etdiyi söhbətdən də başa düşülür. Bir dəfə Yəqtin oğluna deyir: “Necə olur ki, sizin rəhbərlərinizin bizim (Bəni-Abbasın) barəmizdə dedikləri düz çıxır, ancaq sizin özünüz barədə dedikləri (sizə vəd olunmuş hökumətin qalib gələcəyi) düz çıxmır?” Əli cavab verir: “Sizin və bizim barədə deyilənlərin ikisi də eyni yerdən (eyni şəxs tərəfindən) deyilib. Sadəcə olaraq sizin hakimiyyətiniz bərqərar olub və buna görə də, sizin barədə deyilən şübhəsiz olaraq həyata keçmişdir. Özünüz də gördünüz ki, deyilənlər tamamilə düz çıxdı. Ancaq bizə vəd olunmuş hökumətin vaxtı çatmadığından, biz hələ də onun ümidi ilə yaşayırıq. Əgər bizim rəhbərlərimiz “Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin hakimiyyətə gəlişi (məsələn) iki yüz-üç yüz ildən sonra olacaq” desəydilər, ola bilərdi ki, (vaxtın uzun olduğundan) ürəklər sıxılıb camaatın həmin hökumətə olan inamı azalardı. Lakin (camaat öz ümidini itirməsin deyə) İmamlar (həmin hökumətin nə vaxt bərpa olunacağını müəyyən etməyərək) buyurmuşlar ki,tezliklə onun vaxtı çatacaq. Beləliklə də, İmamın (on ikinci İmamın) zühurunun yaxın bir vaxtda olacağını vurğulamışlar.” Əli ibn Yəqtinin bu cür sabiqəsini nəzərə almaqla, onun Harunun sarayında vəzifə tutmasının nə dərəcədə əhəmiyyətli olması asanlıqla başa düşülür. İmam Kazimin (ə) şərti razılığı Əli ibn Yəqtin İmam Kazimin (ə) razılığı ilə Harunun sarayında vəzir olmasını qəbul etdi. O, sonradan neçə dəfə işindən istefa vermək istəmiş, lakin İmam Kazim (ə) onu bu fikrindən daşındırmışdır. İmam Kazimin (ə) Əli ibn Yəqtini öz vəzifəsində saxlamaqdan məqsədi şiələrin can, mal və hüquqlarının qorunması və onların gizli təşkilatına kömək etmək idi. İmam Kazim (ə) ona buyurur: “Əgər istəyirsənsə,

İmam Museyi-Kazim (ə) 25.01.2025

İMAM KAZİMİ (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ

روى الحسين بن محمد القمي عن الرضا (ع) انه قال: من زار قبر ابى (ع) ببغداد كان  كمن زار قبر رسول الله (ص) و قبر امير المؤمنين (ع) الا ان  لرسول الله (ص) و امير المؤمنين (ع) فضلهما. Hüseyn ibni Muhəmməd Qummi imam Rzanın (ə) belə dediyini nəql edir: “Hər kim atamı (imam Kazimi (ə)) Bağdadda ziyarət etsə sanki  Allahın Rəsulunu (ə) və Əmirəl-möminini (ə) ziyarət etmişdir. Amma Allahın Rəsulu (s) və Əmirəl-möminin (ə) ondan daha fəzilətlidirlər”. (Şeyx Səduq (r.ə), Mən la yəhzuruhul-fəqih, 2 cild)

İmam Museyi-Kazim (ə) 25.01.2025

İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ

İmam Kazimin (ə) zülmkar hakimlə mübarizələrində önəm verdiyi ən əsas məsələ hakim rejimlə əməkdaşlıq etməməsi idi. İmam Kazimin (ə) zülmkar hakimlə mübarizələrində önəm verdiyi ən əsas məsələ hakim rejimlə əməkdaşlıq etməməsi idi. Təbii ki, bu məsələ hakim rejimin qeyri-qanuni olduğunu da göstərir. Xalqın bir hakimiyyəti qeyri-qanuni bilməsi məsələsi həmin hakimiyyət üçün olduqca təhlükəlidir. Çünki xalq bir hakimiyyətin qanuni olduğuna inanmazsa, hər an onu aradan qaldırmaq üçün bir fəaliyyət təşkil edilərək camaat da ona qatıla bilər. Tarixdə qeyd edildiyi ki, buna Səfvan ibn Məhran Cəmmalın əhvalatını nümunə olaraq göstərə bilərik. Səfvan imam Kazimin (ə) şiələrindən biri olaraq İmamın (ə) hüzuruna gəlir. İmam (ə) ona buyurur: “Ey Səfvan! Bir işindən başqa, bütün işlərin yaxşıdır.” Səfvan soruşur: “Ey Rəsulullahın (s) övladı! O bir iş nədir?” İmam buyurur: “Dəvələrini Haruna kirayə verməyin.” Səfvan deyir: “Mən dəvələrimi ona gəzintiyə çıxmaq, bihudə işlərlə məşğul olmaq, ova getmək və bu kimi işlər üçün verməmişəm, əksinə Məkkə səfərinə getmək üçün vermişəm. O özü birbaşa bu işi görmür və başqaları gəlib dəvələri məndən onun üçün kirayə götürür.” İmam (ə) buyurur: “Dəvələrini onlara kirayə verməyin səncə düz işdir?” Səfvan deyir: “Bəli.” İmam buyurur: “Kirayə müddətinin bitməsinə və dəvələrini sənə geri qaytarana qədər Harun və onunla birgə olanların yaşamasını istəyirsənmi?” Safvan deyir: “Bəli, istəyirəm!” İmam buyurur: “Onların yaşamasını istəyən hər kəs onlardandır. Onlardan olan hər kəs də cəhənnəmə girəcəkdir.” Bu hadisədən sonra Səfvan dəvələrini satır. Harun bunun səbəbini Səfvandan soruşduqda, belə deyir: “Mən artıq qocalmışam və xidmətçilər də bu işi yaxşı bacarmırlar.” Harun deyir: “Dəvələri kimin əmrilə satdığını bilirəm, bu işi səndən Musa ibn Cəfər (imam Kazim) (ə) istəmişdir.” Səfvan deyir: “Mənim Musa ibn Cəfərlə (ə) nə əlaqəm var.” Harun deyir: “Bu sözləri bir kənara qoy, and olsun Allaha, əgər sədaqətli olmasaydın, səni öldürərdim.” (“Rical”, Kəşşi, s.441.) İmam Kazimin (ə) Abbasilər xilafətinə qarşı apardığı mübarizələrin başqa bir növü o həzrətin Əli ibn Yəqtini Abbasilərin sarayında saxlaması və onun vasitəsilə şiələrin problemlərini həll etməyə çalışması idi. Əli ibn Yəqtin imam Kazimin (ə) Abbasilərin sarayında nüfuz sahibi olan səhabələrindən biri idi. Onun Mehdi Abbasi və Harunər-Rəşidin zamanında daha çox nüfuzu vardı və ondan şiələrin xeyrinə istifadə edirdi. Bir gün Əli ibn Yəqtin imam Kazimin (ə) hüzuruna gəlib xilafət sarayından çıxmaq üçün icazə istədikdə, İmam ona icazə verməyərək belə buyurdu: “Bu işi görmə! Biz sənin orada olmağına alışmışıq, sənin orada çalışmağın qardaşlarının (şiələrin) izzətinə səbəb olur. Sənin orada çalışmağınla Allah Öz dostlarını məğlubiyyətdən qurtarır və müxaliflərin onlara qarşı qurduqları hiylələri aradan qaldırır. Ey Əli! Sənin günahlarının kəffarəsi qardaşlarına yaxşılıq etməkdir.” (“Biharul-ənvar”, Əllamə Məclisi, c.48, s.136.) Başqa bir rəvayətdə imam Kazimin (ə) onun cavabında belə buyurduğu qeyd edilmişdir: “Bu işini davam etdirməkdən başqa çarən yoxdur. Allahdan qorx!” (“Qurbul-əsnad”, s. 126.) Başqa bir rəvayətdə nəql olunur ki, imam Kazim (ə) İraqa gətirilən zaman, Əli ibn Yəqtin o həzrəti bu vəziyyətdə gördüyü üçün təəssüflənir. İmam ona buyurur: “Ey Əli! Zalımların dostları arasında Allahın da dostları vardır. Allah onların vasitəsilə dostlarına gələcək bəlaları dəf edər və sən onlardan birisən!” Başqa bir rəvayət isə belədir: “Hər zülmkar hakimin yanında Allahın bir dostu vardır və Allah onun vasitəsilə dostlarından bəlaları dəf edər.” (“Rical”, Kəşşi, s.435.) Əli ibn Yəqtin haqqında bir çox dedi-qodular və ittihamlar ortaya atıldı, amma Əli ibn Yəqtin təqiyyə edərək imam Kazimin (ə) tövsiyələrinə əməl etməklə təhlükədən nicat tapdı. Əli ibn Yəqtin hakim dairələri düşündürən bəzi məzhəbi problemlərin həllində imam Kazimin (ə) fikirlərindən faydalanmağa çalışırdı. İmam Kazimin (ə), özlərini Abbasi xəlifələrin xidmətində qoyan satılmış saray alimlərilə apardığı mübarizə də o həzrətin apardığı mübarizələrin başqa bir nümunəsidir. İmamın kəlamlarında onlarla mübarizə apardığı müşahidə olunur. Belələrinin hakim dairələrin xidmətində olması ümumxalq baxımından həmin hakimiyyətin qanuni olduğunu göstərirdi və təbii olaraq onun qəbuluna səbəb olurdu. Elə bu səbəbdən, belə alimlər hökumət tərəfindən dəstəklənir və daha çox sevilirdilər. İmam Kazim (ə) Rəsulullahdan (s) belə bir rəvayət nəql edir: “Fəqihlər özlərini dünyaya satmadıqları vaxta qədər peyğəmbərlərin əmanətdarlarıdır.” (“Təfsiri-Əyyaşi”, c. 1, s. 185.) İmamdan: “Özlərini necə dünyaya satarlar?” – deyə soruşduqda, İmam buyurdu: “(Zalım) hakimlərə itaət etməklə (özlərini dünyaya satmış olarlar). Bu zaman öz dininiz üçün onlardan qorxun.” İmam Kazim (ə) şəhadətə yetirildikdə, Harunər-Rəşid o həzrətin öz əcəli ilə öldüyünü xalqa inandırmaq üçün bu kimi alimlərdən alət olaraq istifadə etdi və beləcə, xalqı yatırtmağa çalışdı. Rza Şükürlü Maide.az

İmam Museyi-Kazim (ə) 25.01.2025

İmam Kazimdən (ə) ibrətli əhvalatlar

İnsan yaxşı iş görmək istəyəndə onun nəfəsindən gözəl iy xaric olar Mömin qardaşa ehtiram Əbdülmömin Ənsari deyir: İmam Kazimin (ə) hüzurna yetişdim. Məhəmməd ibn Abdullah Cəfəri də İmamın (ə) xidmətində idi. Mən Məhəmmədə təbəssüm etdim. Bizi müşahidə edən İmam (ə) buyurdu: “Onu çox istəyirsən?” Ərz etdim: “Bəli, əlbəttə sizə görə onu çox istəyirəm.” Həzrət İmam Kazim (ə) buyurdu: “O sənin qardaşındır. Möminlər doğma qardaş kimidirlər, hətta bir atadan olmasalar belə. (Hamı Adəm və Həvvanın övladıdır.) Məlun o şəxsdir ki, qardaşına böhtan ata; Məlun o şəxsdir ki, qardaşına xəyanət edə; Məlun o şəxsdir ki, qardaşını pis yoldan çəkindirməyə; Məlun o şəxsdir ki, qardaşının qeybətini edə. Əməlin iyi İmam Kazim (ə) buyurdu: “Bir nəfər atam İmam Sadiqdən (ə) soruşdu: İnsan xeyir əməl və ya günah etmək istəsə, insanların əməllərinə nəzarət edən mələk onun nə etmək istədiyindən agah olur?” Buyurdu: “Xoşa gələn ətirli iylə, pis iy eynidir?” Ərz etdim: “Xeyr.” Buyurdu: “İnsan yaxşı iş görmək istəyəndə onun nəfəsindən gözəl iy xaric olar. Amma hər kimsə pis iş görmək istəsə, onun nəfəsindən pis iy xaric olar.” Beləliklə, mələklər yaxşı və ya pis iy vasitəsilə anlayırlar ki, insanın qəsdi nədir. Əgər xeyir qəsdi olsa, hətta yaxşı iş görməsə belə onun əməl dəftərinə savab yazarlar. Yox əgər şər əməl qəsdi olsa, lakin günah iş görməyənə kimi onun əməl dəfrətinə bir şey yazmazlar. Haqq söz İmam Kazim (ə) şiələrindən birinə buyurdu: “Allahdan qorx və hətta həyatın bahasına olsa belə haqqı de. Sənin əsil xilasın həqiqəti deməkdədir. Allahdan qorx və batili tərk et, hətta batil sənin həyatını xilas etmiş olsa belə. Bunu da bil ki, sənin həqiqi məhvin batil kəlamdadır.” Həzrət Peyğəmbər (s) buyurur: “Haqq söz deyin, hətta sizin zərərinizə olsa belə.” İmam Kazimdən (ə) təsirli rəftar Bağdadlı xətib əhli-sünnə mühəddisindən İmam Kazim (ə) haqda maraqlı bir dastan nəql edir: Mədinədə Ömər ibn Xəttabın övladlarından biri İmam Musa ibn Cəfərə (ə) əziyyət edirmiş və İmam Əli (ə) haqda pis sözlər deyərmiş. İmam Kazimin (ə) tərəfdarları o həzrətə deyirlər: İcaə verin bu kişini öldürək. İmam Kazim (ə) ciddi şəkildə onları bu işdən çəkindirir. İmam Kazim (ə) Ömərin nəslindən olan o şəxs haqda soruşur və onun ardınca əkin sahəsinə gedir. İmam (ə) əkin sahəsinə çatan kimi o şəxs fəryad çəkərək deyir: Ayağını mənim torpağıma qoyma! İmam (ə) ona tərəf gedir və yaxınlaşıb yanında oturur. Bir az onunla zarafat edib onu güldürür. Sonra buyurdu: Mən sənin torpağına ayağımı qoydum, nə qədər zərərə düşdün? Dedi: 100 dinar. İmam (ə) buyurdu: Sənə nə qədər xəsarət verəcəyimi düşünürsə? Dedi: 200 dinar. İmam Kazim (ə) ona 300 dinar verir. Ömərin yaxınlarından olan kişi İmamın (ə) bu rəftarından xəcalət çəkir və ayağa qalxıb İmamın (ə) öpüb gedir. İmam (ə) məscidə gedir və təsadüfü həmin adamı orada görür. Həmin kişi İmamı (ə) görən kimi ayağa qalxıb belə bir məşhur ayə oxudu ki, Allah-Taala daha alimdir və risalət üçün kimi seçdiyini bilir. İmamın (ə) ətrafındakılar onun bu hərəkətindən təəccüblənirlər və o kişidən bunun səbəbini soruşurlar. O da əhvalatı olduğu kimi danışır. Mənbə:Nur-az.com

1 2