Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Könül oxşayan Hədislər 11.02.2025

İki böyük məsuliyyət arasında

İmam Sadiq (ə) buyurmuşdur: اَلْمُؤْمِنُ بَيْنَ مَخَافَتَيْنِ ذَنْبٌ قَدْ مَضَا لا يَدْرِي ما صُنْعُ اللهِ فِيهِ وَ عُمْرٌ قَدْ بَقِيَ لا يَدْرِي ما يَكْتَسِبُ فِيهِ مِنَ الْمَهَالِكِ “Mömin həmişə iki şeydən narahatdır: 1. Allahın onunla necə rəftar edəcəyini bilmədiyi keçmiş günahlarından; 2. Gələcəkdə nəyi əldə edəcəyini bilmədiyi yerdə qalan ömründən .” [1] Qısa izah İmanda əsas hədəf insanın keçmişdə etdiyi əməllər və gələcəkdə onu gözləyən vəzifə və tapşırıqlar qarşısında məsuliyyətli olması məsələsidir. Bu iki məsuliyyəti unutmayan kəslər, həmişə keçmiş nöqsanlarını islah etmək fikrində olacaq, eyni zamanda,. sonrakı fürsətlərdən səmərəli istifadə etmək üçün ən yaxşı yollar axtararaq düşünəcəkdir. Bu iki nişanə hər bir insan və ya millətin təkamül və inkişafı deməkdir. Keçmişini unudan və gələcəyini qazanmaq barədə fikirləşməyən bir millət həmişə acizlik və bədbəxtliyə məhkumdur.   [1] “Üsuli-kafi”, c. 2, səh. 71.

Könül oxşayan Hədislər 02.02.2025

4 şey gözəl xüsusiyyət xəzinələrindəndir:

4 şey gözəl xüsusiyyət xəzinələrindəndir: “Ehtiyaclı olduğunu gizlətmək, sədəqəni gizli vermək, xəstəlik ağrılarını gizlətmək və baş vermiş müsibəti gizlətmək”. أَرْبَعٌ مِنْ كُنُوزِ اَلْبِرِّ كِتْمَانُ اَلْحَاجَةِ وَ كِتْمَانُ اَلصَّدَقَةِ وَ كِتْمَانُ اَلْوَجَعِ وَ كِتْمَانُ اَلْمُصِيبَةِİmam Baqir (ə)“Töhəful-Üqul”, c.1, s.295.

Könül oxşayan Hədislər 31.12.2024

“Ərbəin” ziyarəti – möminin 5 əlamətindən biridir 

Ərbəin Aşura hərarətini yenidən alovlandırar və İmam Hüseynin (ə) əza atəşini yenidən şölələndirər. Bu böyük faciədən uzun zaman keçməsinə baxmayaraq, unudulmur və in.əallah ki, heç zaman unudulmayacaq. Çünki hər fürsətdə İmam Hüseyn (ə) növhəsi oxunur və Həzrətin hərəmini ziyarət etmək vurğulanır. İmam Həsən Əsgəri (ə) buyurur: “Möminin əlaməti beş şeydir: 51 rükət namaz qılmaq, “Ərbəin” ziyarətinə getmək, ələ əqiq üzük taxmaq, alnını səcdə zamanı torpağa qoymaq “Bismilləhir- Rahmənir-Rahim”i yüksək səslə demək”.

Könül oxşayan Hədislər 29.12.2024

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır.

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də) namazdır. Qiyamət günü sual olunacaq ilk şey namazdır. Qiyamət günü hər kəs Namaz hesabında uğurla çıxdısa, yerdə qalan mərhələləri asan keçəcəkdir, əgər Namazda layiqli cavabı olmadısa, sonrakı mərhələlər də onun üçün çətin olacaqdır”. ان اول ما فرض الله تعالی الصلواة و آخر ما یبقی عند الموت الصلوة و اول ما یحاسب به یوم القیامة الصلوة. فمن اجاب فقد سهل علیه ما بعده و من لم یجب فقد اشتد ما بعده Həzrət Məhəmməd (s) Ləalil-Əxbar, c.4, s.8.

Könül oxşayan Hədislər 27.12.2024

Mən dörd nəfər üçün Qiyamət günü şəfaət edəcəm

Həzrət Peyğəmbər (s): “Mən dörd nəfər üçün Qiyamət günü şəfaət edəcəm: 1). Övladlarıma ehtiram edənlər; 2). Onların ehtiyaclarını ödəyənlər; 3). Övladlarımın işi çətinə düşəndə o işi həll etməyə çalışanlar; 4). Qəlbi və dili ilə onlara sevgi göstərənlər” أَرْبَعَةٌ أَنَا لَهُمْ شَفِيعٌ يَوْمَ الْقِيَامَةِ الْمُكْرِمُ لِذُرِّيَّتِي وَالْقَاضِي لَهُمْ حَوَائِجَهُمْ وَ السَّاعِي لَهُمْ فِي أُمُورِهِمْ عِنْدَ مَا اضْطُرُّوا إِلَيْهِ وَ الْمُحِبُّ لَهُمْ بِقَلْبِهِ وَ لِسَانِهِ Şeyx Səduq (vf.381 hq), “Uyunu əxbar ər-Rza (ə), c2. s. 25, hədis:4.

Könül oxşayan Hədislər 24.12.2024

Dəyirmanın daşı getdikcə sürətlənəcək, möhkəm dayanın

Dəyirmanın daşı getdikcə sürətlənəcək, möhkəm dayanın “Bir zaman gələr ki, o zaman birinin dinində səbr etməsi (dinə edilən hücumlar qarşısında dözməsi və müqavimət göstərməsi) əldə yanar közü saxlamaq kimi olar”. Bu hədisin digər nəqlində isə buyurur: Onlara sizdən (səhabələrdən) əlli nəfərinizin mükafatı verilər. Dedilər: Ey Allahın Rəsulu! Bizlərdən əlli nəfərin? Peyğəmbər (s) buyurdu: Bəli, sizlərdən əlli nəfərin! – (və bu sözü üç dəfə təkrar etdi). قَالَ رَسُولُ اللَّهِ (ص): يَأْتِي عَلَى النَّاسِ زَمَانٌ الصَّابِرُ مِنْهُمْ عَلَى دِينِهِ كَالْقَابِضِ‏ عَلَى‏ الْجَمْرِ. يَأْتِي عَلَى النَّاسِ زَمَانٌ الصَّابِرُ مِنْهُمْ عَلَى دِينِهِ لَهُ أَجْرُ خَمْسِينَ مِنْكُمْ. قَالُوا: يَا رَسُولَ اللَّهِ، أَجْرُ خَمْسِينَ مِنَّا قَالَ: نَعَمْ، أَجْرُ خَمْسِينَ مِنْكُمْ، قَالَهَا ثَلَاثاً. Şeyx Tusi, “əl-Əmali”, s.484, hədis: 29-1060 və 30-1061. Bu hədisin əhli-sünnə hədis qaynaqlarında nəql edilən nüsxəsində isə Peyğəmbərimiz (s) buyurur: اشتقت لأحبابي، قالوا: لسنا أحبابك؟ قال : لا، أنتم أصحابي، أحبابي أناس يأتون في آخر الزمان القابض منهم على دينه كالقابض على الجمر، أجرهم كأجر سبعين، قالوا: منا أم منهم؟ قال: بل منكم، لأنكم تجدون على الخير معواناً ولا يجدون “Sevimli dostlarım üçün darıxmışam. Səhabələr dedilər: Biz sənin dostların deyilikmi? Buyurdu: Xeyr, siz mənim əshabımsız. Sevimli dostlarım isə o insanlardırlar ki, axir-zamanda gələcəklər. Onların öz dinində möhkəm dayananları əlində yanar köz saxlayan kimi olacaq. Onların mükafatı yetmiş nəfərin əcrinə bərabər olacaq. Dedilər: Bizdən, yoxsa, onların özlərindən? Buyurdu: Sizdən yetmiş nəfərin. Çünki sizin xeyir işlər üçün özünüzə kömək tapa bilirsiniz, onlar isə köməksiz olacaqlar. (İbn Ərəbi, “Əhkamul-Quran”, c.2, s.229; İbn Teymiyyə, “Əhadisul-Qussas”, s.64).

Könül oxşayan Hədislər 23.12.2024

Ümmətimin ən elmlisi Əlidir (ə)

Allahın Peyğəmbəri(s):«Məndən sonra ümmətimin qəzavət işinə ən yaxşı bələd olanı və ən elmlisi Əlidir.» Əmali-Səduq, səh.440, hədis 20

1 2 3