Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Müsəlmanın həyat tərzi 18.02.2025

Nigaran qalma

Nigar Həyat bəzən bizə çətinliklər gətirir, qəlbimizi sıxar, ümidlərimizi qırar. Lakin unutma ki, bu dünya müvəqqətidir, və hər bir çətinliyin ardınca asanlıq gəlir. Qurani-Kərimdə Allah buyurur:Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!) əş-Şərh surəsi, 5-ci ayə Bəzən insan özünü çarəsiz, tək və gücsüz hiss edir. Lakin Allahın rəhməti hər şeydən üstündür. Dualarını ürəkdən et, dərdlərini Ona söylə, çünki O, səni eşidir. Unutma ki, bu dünyada hər dərd bir imtahandır, amma heç bir imtahan sonsuz deyil. Nigaran qalma. Hər qaranlıq gecənin bir dan yeri var, hər çətinliyin sonunda bir işıq. Təki Allaha inan və yoluna davam et. Qəlbini Ona aç, O səni heç vaxt tək buraxmayacaq.

Müsəlmanın həyat tərzi 18.02.2025

Şikayətçi olduğun iş, işsiz birinin xəyalıdır

Şikayətçi olduğun iş, işsiz birinin xəyalıdır. Səbrini tükəndirən bir uşaq, uşaqsız bir ailənin ən böyük arzusudur. Çox balaca sandığın ev, küçədə yaşayan evsiz insanların sığınmağa möhtac olduğu bir yerdir. Narahat olduğun təvazökar qənaətlər, borc içində olan bir insanın ehtiyacıdır. Ağır hesab etdiyin sağlamlıq problemləri, ölümcül xəstəliklə mübarizə aparan birinin ümididir. Sahib olduğun hüzur, rahat yuxu və bir tikə yemək, bir çox insan üçün xəyal belə edilə bilməyən bir nemətdir. “Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizə (nemətlərimi) artıraram. Əgər nankor olsanız, (bilin ki,) Mənim əzabım çox şiddətlidir.” (İbrahim surəsi, 7-ci ayə)

Müsəlmanın həyat tərzi 18.02.2025

Bəzən Allah sənin planlarını pozur ki, onlar sənə zərər verməsin.

m Bəzən Allah sənin planlarını pozur ki, onlar sənə zərər verməsin. O, bunu sənə dəfələrlə işarə edib, amma sən fərqinə varmamısan. Bağlanan qapılar uğursuzluq deyil, Allahın səni qoruma üsuludur. “Bəlkə sizə xoş olmayan bir şey sizin üçün xeyirli,sizə xoş gələn bir şey isə sizin üçün zərərli olar. Allah bilir, siz isə bilməzsiniz.” — Bəqərə, 2:216 Sən bədbəxtlik və uğursuzluq saydığın şey, bəlkə də səni daha böyük bəlalardan xilas edib.

Müsəlmanın həyat tərzi 18.02.2025

Əsas odur ki, Allah səndən razı olsun

Nə etsən də, insanlar hər zaman nəsə deyəcəklər: Gözəl geyinsən, “özünü göstərir” deyərlər, Sadə geyinsən, yoxsul hesab edərlər. Sözünü açıq söyləsən, kobud deyərlər, Susub dinləsən, qorxaq adlandırarlar. Uğur qazansan, təkəbbürlü deyərlər, Sadə yaşasan, tənbəl bilərlər. Allah Quranda belə buyurur: (Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mənasız) sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, biləndir! (Yunus surəsi, 65-ci ayə) Ona görə də insanların dediklərinə fikir vermə. Əsas odur ki, Allah səndən razı olsun. Çünki O razı olduğu müddətcə, insanların nə düşündüyü heç bir əhəmiyyət daşımır.

Müsəlmanın həyat tərzi 18.02.2025

Həyatda ən böyük güc Allaha təslim olmaqdır.

Həyatda ən böyük güc Allaha təslim olmaqdır. Allaha təslim olduqda insanın üzərindəki yük yüngülləşir, qəlbində rahatlıq və dinclik tapır. İman isə ən qaranlıq anlarda belə, insanı xilas edən bir nurdur. O nuru heç vaxt söndürmə, çünki bu işıq səni həm dünyada, həm də axirətdə xoşbəxtliyə və qurtuluşa aparacaq. Allah Quranda belə buyurur: “Allah iman gətirənlərin dostudur, onları zülmətdən nura çıxarır.” (Bəqərə, 257) Həyatın çətinliklərində bu nura sarıl, çünki o, səni doğru yola yönəldəcək və qəlbinə ümid bəxş edəcək.

Müsəlmanın həyat tərzi 18.02.2025

Özündən razı olanlar

Özündən razı olanlar m Həzrət Əli (ə) buyurmuşdur: مَنْ رَضِيَ عَنْ نَفْسِهِ كَثُرَ السَّاخِطُ عَلَيْهِ “Əgər kimsə özündən razı olarsa, ondan narazı olanların sayı da həddən artıq çox olacaq.”[1] Qısa izah Həyatın davam etməsi üçün orta həddə insanın özünə məhəbbət və ehtiram göstərməsinin zəruri olmasına baxmayaraq, bu məsələ ifrat dərəcədə olarsa, onda, eqoizm və xudpəsəndliyə gətirib çıxaracaq. Təkəbbürlü və özündən razı şəxslər öz eyib və nöqsanlarını g  örmür, özlərini vəzifəsini bilən, dostluğa layiq, fəal, qüsursuz və cəmiyyətin sağlam bir fərdi hesab edirlər. Bu səbədən, onların digərlərindən özlərinə nisbətdə qayğı və müsbət münasibətinə olan intizarı daha çoxdur. Həqiqətdə, belə düşüncə və təfəkkür tərzi insanların onlara qarşı qəzəb və hiddətini artırır və nəticədə, həmin şəxlər tək-tənha qalırlar.   [1] “Nəhcül-bəlağə”.

Müsəlmanın həyat tərzi 18.02.2025

İstədiyin kimi yaşa, amma unutma ki, bir gün bu dünya ilə vidalaşacaqsan.

İstədiyin kimi yaşa, amma unutma ki, bir gün bu dünya ilə vidalaşacaqsan. Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Sonra Bizə qaytarılacaqsınız.” — Ənkəbut surəsi, 57-ci ayə Sevdiklərini sev, amma bil ki, bir gün onlardan ayrılacaqsan. Allah buyurur: “Yer üzündə olan hər kəs yox olacaq. Əbədi qalan yalnız əzəmət və kərəmin sahibi olan Rəbbinin zatıdır.” — Rəhman surəsi, 26-27-ci ayələr Dildə və əməldə sərbəst ol, lakin unutma ki, bir gün etdiklərin üçün hesab verəcəksən. Allah buyurur: “Kim zərrə qədər xeyir iş görmüşsə, onu (qarşılığını) görəcəkdir. Kim zərrə qədər pis iş görmüşsə, onu (qarşılığını) görəcəkdir.” — Zilzal surəsi, 7-8-ci ayələr Hər bir davranışının qarşılığını mütləq alacaqsan. Allah buyurur: “Bu, mükafat günüdür. Sizə dünyada etdiklərinizin qarşılığı veriləcəkdir.” — Casiə surəsi, 22-ci ayə

Müsəlmanın həyat tərzi 18.02.2025

Ümidini itirmə. Sadəcə davam et.

“Burax! Narahatçılıği burax. Stresi özündən uzaqlaşdır. Çox düşünməyi burax!” > “Şübhəsiz ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar.” (Rəd surəsi, 13:28) — “Özünü günahkar hiss etmə. Allahın sənin üçün bir planı var.” > “Ola bilsin ki, sizə xoş gəlməyən bir şey sizin üçün xeyirlidir, sizə xoş gələn bir şey isə sizin üçün şərdir. Allah (bunu) bilir, siz bilməzsiniz.” (Bəqərə surəsi, 2:216) — “Bilirəm, bəzən Onun səni eşitmədiyini düşünə bilərsən. Bəzən həyatında dəyişikliklər olmadığını hiss edə bilərsən.” > “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim.” (Mümin surəsi, 40:60) — “Şübhə etməyi burax. Sənin üçün yaxşı bir planı var.” > “Allah hər kəs üçün sadəcə onun taqəti yetdiyi qədər yük yükləyər.” (Bəqərə surəsi, 2:286) — “Ümidini itirmə. Sadəcə davam et.” > “Allahın mərhəmətindən ümidsizliyə düşməyin. Doğrudan da, yalnız kafirlər Allahın mərhəmətindən ümidsiz olarlar.” (Yusuf surəsi, 12:87) — Allahın mərhəmətindən və köməyindən heç vaxt ümidinizi itirməyin.

Müsəlmanın həyat tərzi 17.02.2025

Bütün bədbəxtliklərin açarı yalandır

Bütün bədbəxtliklərin açarı yalandır İmam Sadiq (ə) buyurmuşdur: إِنَّ اللهَ جَعَلَ لِلشَّرِّ أَقْفَالاً وَ جَعَلَ مَفَاتِيحَ تِلْكَ الْاَقْفَالِ الشَّرَابَ وَ شَرٌّ مِنَ الشَّرَابِ ألْكَذِبُ “Allah-taala şər və pisliklər üçün qıfıllar müəyyən etmişdir ki, onların açarı şərabdır. Yalan isə şərabdan da pisdir!”[1] Qısa izah Bütün pislik və çirkinliklərin qarşısını alan ən böyük və ən təsirli maneə əql və zəkadır. Bu amil onları bağlayan möhkəm bir qıfıl rolunu oynayır. Əgər (əqlin) qıfılı şərab açarı ilə açılarsa, bütün pislik və çirkinliklər azadlığa çıxar və digər tərəfdən, insan məst və sərxoş halda hər bir cinayət və günaha aludə ola bilər. Başqa sözlə desək, əgər içki içən insan sərxoşluq səbəbi ilə hansısa bir günah və ya cinayətə əl atırsa, yalan danışan insan bilərək və məlumatlı olduğu halda ictimai həyatı təhlükəyə salaraq etimad məsələsinin aradan qaldırılmasının səbəbkarına çevrilir. Nəticə etibarı ilə yalan şərabdan daha xətərli və pis sayılır. [1] “Vəsailuş-şiə”, c. 17, səh. 263.

Müsəlmanın həyat tərzi 17.02.2025

Borc almaq və onun zərərləri

Hazırkı əsrdə maddi yaşayışın cah-cəlal və bər-bəzəyi bir qrup insanın davam gətirilməsi həddən artıq çətin olan borc və kredit yükü altına girməsi və bu baxımdan, həyatlarını cəhənnəm əzabına çevirməsinə səbəb olmuşdur. Borclu insan azad hesab edilmədiyi üçün, dini rəhbərlər həmin səbəbdən, zərurət olmadığı təqdirdə borc almağı məsləhət bilməmişlər. İslam Peyğəmbəri (s) buyurmuşdur: إِيَّاكُمْ وَ الْدَّيْنِ فَإنَّهُ هُمٌّ بِاللَّيْلِ وَ ذُلٌّ بِالنَّهارِ “İmkan daxilində borc almaqdan çəkinin, çünki bu əməl gecə qəm və qüssə, gündüz isə zillətə səbəb olar.”[1]   [1] “Biharul-ənvar”, c. 100, səh. 141.

Müsəlmanın həyat tərzi 15.02.2025

Qəzəb odu

Qəzəb odu Həyatda insanın qəzəb və stress halında hansısa bir işi həyata keçirdikdən və ya müəyyən bir qərar qəbul etdikdən sonra peşman olmadığı zamanlara rast gəlmək çox nadir hallarda müşahidə edilir, çünki insan vücudunda qəzəb atəşinin yandırıcı alovu şölələndiyi vaxt insanın əql və düşüncəsi bütövlükdə qüvvədən düşür, əsəb və bədən üzvləri, adətən, elə bir istiqamətdə hərəkət edir ki, bəzən törəyən zərər və acı nəticələrin bərpa olunmasına bir ömür belə kifayət eləmir. İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın qaladığı oddur.”[1]   Şeytanın bu yandırıcı atəşi baş qaldıraraq zahir olduğu zaman, hədsiz diqqət və sürətlə ona hakim olmalı və söndürməliyik. Əks təqdirdə, həm öz, həm də digər insanların həyatını təhlükə altına ata bilməyimiz mümkündür. Bəli! Qəzəbləndiyiniz zaman nə bir qərar qəbul edin, nə kimi isə cəzalandırın və nə də bir söz danışın. Çalışın ki, o mühitdən uzaqlaşıb başqaları ilə ünsiyyət qurasınız.     [1] “Biharul-ənvar”, c. 70, səh. 278.

Müsəlmanın həyat tərzi 13.02.2025

Təkəbbürün mənşəyi

İmam Sadiq (ə) buyurmuşdur: ما مِن رَجلٍ تَكَبَّرَ أو تحيَّرَ إلّا لِذِلَّةٍ وَجَدَها فِى نَفْسِهِ “Batinində zillət yaranan kəslərdən başqa, heç kəs təkəbbür edərək qürrələnməz.” Qısa izah Bu gün dünya psixoloqlarının elmi araşdırmaları zamanı sübuta yetirilən məsələ təkəbbür və özünü digərlərindən üstün tutma mənşəyinin əqidə zəifliyindən yaranmasıdır.. Bu cür problemlərlə üzləşən kəslər həmin məsələdən əziyyət çəkir və cəmiyyətdə öz çatışmamazlıqlarını təmin etmək üçün belə səhv addımlar atmalı olurlar. Başqa bir ifadə ilə desək, onlar özlərini süni də olsa böyük şəxsiyyət kimi göstərərək ictimai həyatlarına bu yolla zəlalət əlavə edir və həddindən artıq iyrənc vəziyyətə düşürlər. Bu formadakı psixoloji xüsusiyyət imamın maraqlı bəyanında bütün təfərrüatı ilə müşahidə olunmaqdadır. Amma imanlı insanlar həmişə öz şəxsiyyətlərinin batini təsiri altına düşərək digərləri qarşısında təvazökarlıq edirlər. Başqa ifadə ilə desək, nə digərləri qarşısında fəxr edir, nə də kiçilirlər.

1 2 3 4 5