Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Müsəlmanın həyat tərzi 13.02.2025

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i t “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban” bayramlarından başqa bir bayramı da varmı?” – deyə soruşduqda, Həzrət buyurdu: “Bəli, üstün və böyük bir bayram da vardır.” Ravi soruşdu: “Hansı bayram?” İmam buyurdu: “Peyğəmbəri-Əkrəmin (s) Əlini (ə) xilafətə təyin etdiyi və“Hər kim, mən onun mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” – deyə buyurduğu gün! Bu bayram Zil-hiccə ayının on səkkizinci gününə təsadüf edir.” Ravi soruşdu: “Həmin gün nə etmək lazımdır?” Həzrət buyurdu: “Oruc tutmaq, ibadət etmək, Mühəmməd və Ali-Mühəmmədi xatırlayıb salavat demək…” 1. Oruc tutmaq; “Qədir-Xum” bayramında oruc tutmaq altmış illik günahın kəffarəsidir. Rəvayətdə deyilir ki, həmin günün orucu bir ömrün orucu, yüz həcc və yüz ümrənin savabına bərabərdir. 2. Qüsl etmək; 3. İmam Əlini (ə) ziyarət etmək; o həzrəti yaxından ziyarət edə bilməyən şəxsin “Əminullah” ziyarətini oxuması tövsiyə olunur. 4. İki rükət namaz qılmaq və namazdan sonra səcdədə yüz dəfə Allah şükür etmək (və “Şukrən lillah” demək); yaxşı olar ki, bu namaz günortaya yaxın bir vaxtda qılınsın. Birinci rükətdə “Qədr”, ikinci rükətdə isə “İxlas” surələri oxunsun. 5. “Qədir-Xum” günü günortadan öncə iki rükətdən ibarət başqa bir namazın qıllnması da tövsiyə olunur. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsi oxunsun. 6. “Nüdbə” duasını oxumaq; 7. Bu duanı oxumaq: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ نَبِيِّكَ وَ عَلِيٍّ وَلِيِّكَ وَ الشَّأْنِ وَ الْقَدْرِ الَّذِي خَصَصْتَهُمَا بِهِ دُونَ خَلْقِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ عَلِيٍّ وَ أَنْ تَبْدَأَ بِهِمَا فِي كُلِّ خَيْرٍ عَاجِلٍ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْأَئِمَّةِ الْقَادَةِ وَ الدُّعَاةِ السَّادَةِ وَ النُّجُومِ الزَّاهِرَةِ وَ الْأَعْلامِ الْبَاهِرَةِ وَ سَاسَةِ الْعِبَادِ وَ أَرْكَانِ الْبِلادِ وَ النَّاقَةِ الْمُرْسَلَةِ وَ السَّفِينَةِ النَّاجِيَةِ الْجَارِيَةِ فِي اللُّجَجِ الْغَامِرَةِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ خُزَّانِ عِلْمِكَ وَ أَرْكَانِ تَوْحِيدِكَ وَ دَعَائِمِ دِينِكَ وَ مَعَادِنِ كَرَامَتِكَ وَ صِفْوَتِكَ مِنْ بَرِيَّتِكَ وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ الْأَتْقِيَاءِ الْأَنْقِيَاءِ النُّجَبَاءِ الْأَبْرَارِ وَ الْبَابِ الْمُبْتَلَى بِهِ النَّاسُ مَنْ أَتَاهُ نَجَا وَ مَنْ أَبَاهُ هَوَى اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَهْلِ الذِّكْرِ الَّذِينَ أَمَرْتَ بِمَسْأَلَتِهِمْ وَ ذَوِي الْقُرْبَى الَّذِينَ أَمَرْتَ بِمَوَدَّتِهِمْ وَ فَرَضْتَ حَقَّهُمْ وَ جَعَلْتَ الْجَنَّةَ مَعَادَ مَنِ اقْتَصَّ آثَارَهُمْ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَمَا أَمَرُوا بِطَاعَتِكَ وَ نَهَوْا عَنْ مَعْصِيَتِكَ وَ دَلُّوا عِبَادَكَ عَلَى وَحْدَانِيَّتِكَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ نَبِيِّكَ وَ نَجِيبِكَ وَ صِفْوَتِكَ وَ أَمِينِكَ وَ رَسُولِكَ إِلَى خَلْقِكَ وَ بِحَقِّ أَمِيرِ الْمُؤْمِنِينَ وَ يَعْسُوبِ الدِّينِ وَ قَائِدِ الْغُرِّ الْمُحَجَّلِينَ الْوَصِيِّ الْوَفِيِّ وَ الصِّدِّيقِ الْأَكْبَرِ وَ الْفَارُوقِ بَيْنَ الْحَقِّ وَ الْبَاطِلِ وَ الشَّاهِدِ لَكَ وَ الدَّالِّ عَلَيْكَ وَ الصَّادِعِ بِأَمْرِكَ وَ الْمُجَاهِدِ فِي سَبِيلِكَ لَمْ تَأْخُذْهُ فِيكَ لَوْمَةُ لائِمٍ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَنِي فِي هَذَا الْيَوْمِ الَّذِي عَقَدْتَ فِيهِ لِوَلِيِّكَ الْعَهْدَ فِي أَعْنَاقِ خَلْقِكَ وَ أَكْمَلْتَ لَهُمُ الدِّينَ مِنَ الْعَارِفِينَ بِحُرْمَتِهِ وَ الْمُقِرِّينَ بِفَضْلِهِ مِنْ عُتَقَائِكَ وَ طُلَقَائِكَ مِنَ النَّارِ وَ لا تُشْمِتْ بِي حَاسِدِي النِّعَمِ اللَّهُمَّ فَكَمَا جَعَلْتَهُ عِيدَكَ الْأَكْبَرَ وَ سَمَّيْتَهُ فِي السَّمَاءِ يَوْمَ الْعَهْدِ الْمَعْهُودِ وَ فِي الْأَرْضِ يَوْمَ الْمِيثَاقِ الْمَأْخُوذِ وَ الْجَمْعِ الْمَسْئُولِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَقْرِرْ بِهِ عُيُونَنَا وَ اجْمَعْ بِهِ شَمْلَنَا وَ لا تُضِلَّنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ اجْعَلْنَا لِأَنْعُمِكَ مِنَ الشَّاكِرِينَ يَا أَرْحَمَ الرَّاحِمِينَ الْحَمْدُ لِلَّهِ الَّذِي عَرَّفَنَا فَضْلَ هَذَا الْيَوْمِ وَ بَصَّرَنَا حُرْمَتَهُ وَ كَرَّمَنَا بِهِ وَ شَرَّفَنَا بِمَعْرِفَتِهِ وَ هَدَانَا بِنُورِهِ يَا رَسُولَ اللَّهِ يَا أَمِيرَ الْمُؤْمِنِينَ عَلَيْكُمَا وَ عَلَى عِتْرَتِكُمَا وَ عَلَى مُحِبِّيكُمَا مِنِّي أَفْضَلُ السَّلامُ مَا بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ وَ بِكُمَا أَتَوَجَّهُ إِلَى اللَّهِ رَبِّي وَ رَبِّكُمَا فِي نَجَاحِ طَلِبَتِي وَ قَضَاءِ حَوَائِجِي وَ تَيْسِيرِ أُمُورِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَلْعَنَ مَنْ جَحَدَ حَقَّ هَذَا الْيَوْمِ وَ أَنْكَرَ حُرْمَتَهُ فَصَدَّ عَنْ سَبِيلِكَ لِإِطْفَاءِ نُورِكَ فَأَبَى اللَّهُ إِلا أَنْ يُتِمَّ نُورَهُ اللَّهُمَّ فَرِّجْ عَنْ أَهْلِ بَيْتِ مُحَمَّدٍ نَبِيِّكَ وَ اكْشِفْ عَنْهُمْ وَ بِهِمْ عَنِ الْمُؤْمِنِينَ الْكُرُبَاتِ اللَّهُمَّ امْلَأِ الْأَرْضَ بِهِمْ عَدْلا كَمَا مُلِئَتْ ظُلْما وَ جَوْرا وَ أَنْجِزْ لَهُمْ مَا وَعَدْتَهُمْ اِنَّكَ لا تُخْلِفُ الْمِيعَادَ (Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin nəbiyyik, və Əliyyin vəliyyik, vəş-şə`ni vəl qədrilləzi xəsəstəhuma bihi dunə xəlqik, ən tusəlliyə əla Muhəmmədin və Əliyy, və ən təbdəə bihima fi kulli xəyrin acil. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, əl əimmətil qadəti vəd duatis sadəh, vən nucumiz zahirəti vəl ə`lamil bahirəh, və sasətil ibadi və ərkanil bilad, vən naqətil mursələh, vəs səfinətin naciyətil cariyəh, fil luccəcil ğamirəh. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, xuzzani ilmikə və ərkani təvhidik, və dəaimi dinikə və məadini kəramətik, və sifvətikə min bəriyyətikə və xiyərətik, min xəlqikəl ətqiyail ənqiyain nucəbail əbrar, vəl babil mubtəla bihin nas, mən ətahu nəca və mən əbahu həva. Əllahummə səlli əla Muhəm­mədin və ali Muhəmməd, əhliz zikrilləzinə əmərtə biməs`ələtihim, və zəvil qurbətilləzinə əmərtə biməvəddətihim, və fərəztə həqqəhum və cəəltəl cənnətə məadə məniqtəssə asarəhum. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma əməru bitaətikə və nəhəv ən mə`siyətik, və dəllu ibadəkə əla vəhdaniyyətik. Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin nəbiyyikə və nəcibik, və səfvətikə və əminik, və rəsulikə ila xəlqik, və bihəqqi Əmirilmu`minin, və yə`subid dini və qaidil ğurril muhəccəlin, əl vəsiyyil vəfiyy, vəs siddiqil əkbər, vəl faruqi bəynəl həqqi vəl batil, vəş şahidi ləkə vəd dalli ələyk, vəs sadii biəmrikə vəl mucahidi fi səbilik, ləm tə`xuzhu fikə ləvmətu laim, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələni fi hazəl yəvmilləzi əqədtə fih, livəliyyikəl əhdə fi ə`naqi xəlqik, və əkməltə ləhumud dinə minəl arifinə bihurmətih, vəl muqirrinə bifəzlih, min utəqaikə və tuləqaikə minən nar, və la tuşmit bi hasidin niəm. Əllahummə fəkəma cəəltəhu idəkəl əkbər, və səmməytəhu fis səmai yəvməl əhdil mə`hud, və fil ərzi yəvməl misaqil mə`xuzi vəl cəm`il məs`ul, səlli əla Muhəmmədin və ali Muhəmməd, və əqrir bihi uyunina, vəcmə` bihi şəmləna, və la tuzilləna bə`də iz hədəytəna, vəc`əlna liən`umikə minəş şakirin, ya ərhəmər rahimin, əl həmdu lillahilləzi ərrəfəna fəzlə hazəl yəvm, və bəssərəna hurmətəh, və kərrəməna bihi və şərrəfəna bimə`rifətih, və hədana binurih, ya rəsuləllahi ya Əmirəlmu`minin, ələykuma və əla itrətikuma və əla muhibbikuma minni əfzəlus səlam, ma bəqiyəl ləylu vən nəhar, və bikuma ətəvəccəhu iləllahi rəbbi və rəbbikum, fi nəcahi təlibəti və qəzai həvaici və təysiri umuri. Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təl`ənə mən cəhədə həqqə hazəl yəvm, və ənkərə hurmətəh, fəsəddə ən səbilik, liitfai nurik, fəəbəllahu illa ən yutimmə nurəh. Əllahummə fərric ən əhli bəyti Muhəmmədin nəbiyyik, vəkşif ənhum və bihim, ənil mu`mininəl kurubat. Əllahumməmləil ərzə bihim ədla, kəma muliət zulmən və cəvra, və ənciz ləhum ma vəədtəhum, innəkə la tuxliful miad.)   9. Mömin şəxsi gördükdə bu sözlərlə salamlamaq: الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَنَا مِنَ الْمُتَمَسِّكِينَ بِوِلايَةِ أَمِيرِ الْمُؤْمِنِينَ وَ الْأَئِمَّةِ عَلَيْهِمُ السَّلامُ (Əlhəmdu lillahilləzi cəələna minəl mutəməssikin, bivilayəti əmril mu`mininə vəl əimməti ələyhimus-səlam.)   10. Bu duanı yüz dəfə oxumaq: الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ كَمَالَ دِينِهِ وَ تَمَامَ نِعْمَتِهِ بِوِلايَةِ أَمِيرِ الْمُؤْمِنِينَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ عَلَيْهِ السَّلامُ (Əlhəmdu lillahilləzi cəələ kəmalə dinihi və təmamə ni`mətih, bivilayəti Əmirilmu`mininə Əliyyibni Əbi Talibin ələyhissəlam.)   11. Qədir-Xum günü imam Əlinin (ə) şiələrini sevindirmək, onların təqsirlərindən keçmək, istəklərini rəva etmək, qohumlara baş çəkmək, yoxsul möminlərə yardım etmək, oruc tutanlara iftar vermək, möminlərlə əl verib görüşmək, onları ziyarət etmək, onlara hədiyyələr göndərmək, imamət və vilayət nemətinə görə Allaha şükür etmək, çoxlu salavat demək, bir sözlə, ibadət və itaətlə məşğul olmağın böyük fəzilət və savabı vardır. Həmin gün hər kim öz mömin qardaşına bir dirhəm yardım etsə, başqa gündə yardım etdiyi min dirhəmə bərabərdir. İmam Əlidən (ə) belə nəql olunub: “Hər kəs “Qədir-Xum” günü oruc tutan bir möminə iftar versə, sanki on “fiam”a iftar verib. Bir nəfər: “Ya Əmirəlmöminin, “fiam” nədir?” – deyə soruşduqda, Həzrət buyurdu: “Yüz min peyğəmbər, siddiq və şəhid! Bir qrup möminin qarnını doyuran şəxsin böyük savab və fəzilətə sahib olması məlumdur. Mən özüm həmin şəxsin Allah dərgahında küfr, fəqirlik və sairdən amanda olmasına zaminəm…” Bir sözlə, bu şərəfli günün fəziləti olduqca böyükdür. Həmin gün şiələrin əməllərinin qəbul olduğu gündür. Peyğəmbər (s) həmin günü öz səhabələri arasında qardaşlıq yaratdı. Yaxşı olar ki, “Qədir-Xum” günü möminlər arasında “qardaşlıq siğəsi” oxunsun. Onun qaydası belədir: “Sağ əlini mömin qardaşının sağ əlinə qoyub de: وَاخَيْتُكَ فِي اللَّهِ وَ صَافَيْتُكَ فِي اللَّهِ وَ صَافَحْتُكَ فِي اللَّهِ وَ عَاهَدْتُ اللَّهَ وَ مَلائِكَتَهُ وَ كُتُبَهُ وَ رُسُلَهُ وَ أَنْبِيَاءَهُ وَ الْأَئِمَّةَ الْمَعْصُومِينَ عَلَيْهِمُ السَّلامُ عَلَى أَنِّي إِنْ كُنْتُ مِنْ أَهْلِ الْجَنَّةِ وَ الشَّفَاعَةِ وَ أُذِنَ لِي بِأَنْ أَدْخُلَ الْجَنَّةَ لا أَدْخُلُهَا إِلا وَ أَنْتَ مَعِي (Və axəytukə fillahi və safəytukə fillah, və safəhtukə fillahi və ahədtullahə və məlaikətəh, və kutubəhu və rusuləhu və ənbiyaəh, vəl əimmətəl mə`suminə ələyhimus-səlam, əla ənni in kuntu min əhlil cənnəti vəş şəfaəh, və uzinə li biən ədxuləl cənnəh, la ədxuluha illa və əntə məi.)   Bunu dedikdən sonra mömin qardaşın desin: “Qəbiltu.” (Qəbul etdim.) Sonra desin: أَسْقَطْتُ عَنْكَ جَمِيعَ حُقُوقِ الْأُخُوَّةِ مَا خَلا الشَّفَاعَةَ وَ الدُّعَاءَ وَ الزِّيَارَةَ (Əsqəttu ənkə cəmiə huquqil-uxuvvəh, ma xələş-şəfaətə vəd-duaə vəz-ziyarəh.)   (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zil-həccə ayının əməlləri” bölümü.)

Müsəlmanın həyat tərzi 12.02.2025

Ürəyim təmizdir

Ürəyin təmizliyi etiqad və inancın səhihliyi deməkdir. Ürək təmizdirsə, əməl də təmiz olmalıdır. Çünki “zahiri əməl” və “qəlbi inanc” yerə əkilən toxumun qabığı və özəyinin misalıdır. Əgər qabığı soyub özəyi əksən məhsul verməyəcək və əkinçiyə faydası yoxdur. Əgər özəyi saxlayıb qabığı əksən yenə də faydasızdır. Buna görə də qəlbdə inam və etiqad varsa, bu, əməl də özünü göstərməlidir və zahiri əməl varsa, bu zahiri əməl ilə birlikdə qəlbi də paklamalısan. Quran-Kərim (Şüəra, 89 / Saffat, 84 / Qaf, 33) Qiyamət günü o kəslərin nicat tapacağını deyir ki, onlar Allahın hüzuruna “sağlam qəlb” ilə gələrlər. Qəlbin sağlam olması üçün isə əməlin də sağlam olması lazımdır və eləcə də əksinə! Ayətullah Möhsin Qəraətinin çıxışından iqtibas

Müsəlmanın həyat tərzi 12.02.2025

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا إِلَيٰ صِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ “İnsanların namazları, orucları, həcc və yaxşılıqlarının çoxlu olması və gecələr oyaq qalmalarına (bunların öz növbəsində mühüm ibadətlər sayılmasına baxmayaraq) fikir verməyin, əksinə onların doğru danışıqları və əmanətdar olmalarına nəzər salın.”[1] Qısa izah: İslam dinində namaz, oruc və həcc kimi yüksək və ali tərbiyəvi ibadətlərin də xüsusi yer tutmasına baxmayaraq, islami hədisləri mütaliə etdikdə, həqiqi müsəlmanın iki əlamətlə – doğru danışmaq və əmanətdar olmaqla tanınması həqiqəti aşkara çıxır. Şübhəsiz, təkcə bunlar İslamın əsas simvolu sayılmır. Sadaladıqlarımız xüsusiyyətləri (doğru danışmaq) və (əmanətdarlıq) təkmilləşdirmək lazımdır. Bəli, böyük şəxsiyyətləri sınaqdan keçirmək üçün ən yaxşı imtahan onların düzgün danışması və əmanətdar olmalarını təsdiq etmələridir. Belə kəslər hər zaman bu iki imtahanın öhdəsindən gələrlərsə, həqiqətdə düzgün insanlar sayılırlar.   [1] “Səfinətul-bihar”, c. 1, səh. 160.

Müsəlmanın həyat tərzi 10.02.2025

SAĞLAM ƏYLƏNCƏ

https://ia800309.us.archive.org/2/items/saglam-ylncv/Sağlam%20əyləncəvə.mp3 Sağlam əyləncəvə idmaninsanın sağlamlığını təminedən amillərdəndir. Əhli-Beytdən gələn rəvayətlərdə bu məsələyə xüsusi önəm verilmiş və nümunələr göstərilmişdir. Sağlam və halal əyləncədən yararlanmağın faydalarından biri də insanın din və yaşamla bağlı məsələlərdə daha güclü olmasıdır. Həzrət Məhəmməd (s) buyurur: “Əyləncə və oyunla məşğul olun, çünki dininizdə sərtlik müşahidə olunmasını istəmirəm”Əl-Came əs-səğir” c. 1, səh. 239. . İmam Əli (ə) “Dünyadakı. nəsibini də unutma” “Qəsəs”, 77. ayəsini izah edərkən buyurur: “Sağlamlığını, bacarığını, asudə vaxtını, gəncliyini, gümrahlığını, ehtiyacsızlığını və var-dövlətini unutma. Onlardan düzgün istifadə edərək axirətini qazan” Əd- Dəəvat” səh. 122.

Müsəlmanın həyat tərzi 09.02.2025

QƏLBİ SAĞLAMLAŞDIRAN AMİLLƏR

QƏLBİ SAĞLAMLAŞDIRAN AMİLLƏR   Qurani-Kərimdə və rəvayətlərdə qəlbi canlandıran, onun sağlamlığını təmin edən amillər göstərilmişdir. Bunlara nümunə olaraq, aşağıdakıları göstərmək olar: Quran oxumaq, moizə dinləmək, Allahı yad etmək, ölümü xatırlamaq, düşünmək, hikmət nuru, fəzilət sahibləri ilə ünsiyyətdə olmaq, elmi söhbət, əməlisalehlərlə görüş, bilik sahibləri ilə görüş, köməksizlərin qarnını doyurmaq, yetimlərə qayğı göstərmək, günah işləməmək, təqvalı olmaq, qeyri-ilahi eşqə yox demək və s. Allah-Taala buyurur: “(Ey insanlarl!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdiri”1 Əmirülmöminindən (ə) bu mənaya dəlalət edən bir sıra hədislər vardır: “Quranı öyrənin … Onun haqqında düşünün. Çünki o, qəlblərin baharıdır. Nurundan şəfa alın, çünki qəlblərin şəfasıdır”2 “Fəzilət sahibləri ilə həmsöhbət olmaq qəlblərin dirilməsinə səbəb olur” 3 “Əməlisalehlərlə görüşmək ürəyi abad edir” 4 “Bilik əhli ilə yoldaşlıq etmək ürəyi abad edir”5 “Qəlbin abadlığı ağıllılarla ünsiyyətdədir” 6 O həzrət İmam Həsənə (ə) vəsiyyətində buyurur: “Oğlum, sənə təqvalı olub Allahdan qorxmağı, Onun əmr və hökmlərinə tabe olmağı, qəlbini Onu yada salmaqla abadlaşdırmağı tapşırıram” 7   1)“Yunus” 57. 2)“Nəhc əl-bəlağə” xütbə: 110. 3) “Gürər əl-hikəm” səh. 429. 4)“Tühəf əl-üqul”, səh. 80. 5)“Ğürər əl-hikəm” səh. 430. 6)“Gürər əl-hikəm” səh. 429. 7)“Nəhc əl-bəlağə” məktub: 31.

Müsəlmanın həyat tərzi 05.02.2025

(SU) İÇMƏK QAYDALARI

(SU) İÇMƏK QAYDALARI https://ia904706.us.archive.org/28/items/su-icmek-1/su%20icmek%201.mp3 “Əli yumaq: Peyğəmbər (s) buyurur: “Əllərinizi yuyun, sonra onlarda su için. Çünki heç bir qab əldən təmiz deyil Qabı başa çəkməmək: Peyğəmbər (s) bu barədə buyurur: “Tuluğun (parç və tayqulp kimi qabların) başından su içməyin “Əl-Fəqih” c. 3, səh. 359. 6 “Əl-Came əs-səğir”, c. 1, səh. 184. 9 “Məani əl-əxbar” səh. 281. “Suyu dördayaqlılar kimi içməyin. Əllərinizlə için, çünki onlar sizin ən yaxşı qablarınızdır”” Qabın qızıldan olmaması: Peyğəmbər (s) buyurur: “Kim qızıl və gümüş qabda yemək yeyir və ya (su) içirsə, qarnını Cəhənnəm odu ilə yaxalayır”” Qabın tutacaq tərəfindən içməmək: Peyğəmbər (s) buyurur: “Suyu qabın tutacaq səmtindən içməyin, çünki çirkin toplaşdığı yerdir” Sınıq tərəfdən içməmək: İmam Kazım (ə) buyurur: “Qabın sınıq tərəfindən (su) içməyin, çünki Şeytan (mikrob) yığnağıdır. Suyu içməyə “Bismillah”la başlayın, “Əlhəmdu lillah”la bitirin”“ Minnətdarlıq: Əmirülmöminin (ə) buyurur: “Peyğəmbər hər dəfə su içəndən sonra deyərdi: “Əlhəmdu lillahil-ləzi ləm yəcəlhu ucabən bizünubina və cəəlhu əzbən furatən binimətihi”” Ayaq üstə dayanmaq: Əmirülmöminin (ə) buyurur: “Ayaq üstə su içməyin, çünki Allahdan başqasının çarə qıla bilməyəcəyi əlacsız dərd gətirir” İmam Sadiq (ə) gecə və gündüz su içmək arasında fərq qoyaraq, əslində, Əmirülmömininin (ə) kəlamını izah edir: “Gündüz ayaq üstə su içmək yeməyin həzminə kömək edir, gecə ayaq üstə su içmək isə səfra (sifraq) gətirir” ” Başqalarından sonra içmək: Peyğəmbər (s) buyurur: “Başqalarına su verən özü hamıdan sonra içsin” İmam Sadiqin su içmək haqqında tövsiyələri: həzrət buyurur: “Kim su içərkən bu qaydalara riayət etsə, Allah onu Cənnətə layiq edər: suyun olduğu qabı ağıza yaxınlaşdırdıqda “Bismillah” deyib içsin, susuzluğu yatmadan qabı ağzından çəkib, Allaha şükür etsin və yenə içsin. Sonra bir daha qabı ağzından çəkib, Allaha şükür etsin, yenə içsin. Sonra bir daha qabı ağzından çəkib, Allaha şükür etsin, yenə içsin”. ” “Əl-Fəqih” c. 4, səh, 10. “Əl-Came əs-səğir”, c. 1, səh, 184) “Əvali əl-ləali”, c. 4, səh. 8. Məkarim əl-əxlaq” səh. 424. “Məkarim əl-əxlaq” c. 5, səh. 151-152. Tərcümə: “Suyu gunahlarımıza görə acı etməyən, neməti olduğu üçün şirta və dadı edən Allaha şükürlər olsun” (“İrşad əl-qülub” səh. 37) 6 “İləl-əş-şəral” səh. 460. “Əl-Kafi” c. 6, səh. 383, “Kənz əl-fəvald”, c. 1, səh. 170, “Əl-Kafi”, 2, səh, 96-97,

Müsəlmanın həyat tərzi 04.02.2025

SÜFRƏ İLƏ BAĞLI 12 QAYDA

İmam Həsənin (ə) süfrə haqqında buyurduqlarından: https://ia904704.us.archive.org/3/items/sufr-haqqinda-12-qayda/sufrə%20haqqında%2012%20qayda.mp3 “Süfrə ilə bağlı on iki məsələ var ki, hər bir müsəlman onları bilməlidir. Bunlardan dördü fərz,” dördü müstəhəb, dördü isə ədəb qaydasıdır. Fərz olan dörd məsələ bunlardır: Allahı tanımaq, Allahın razılığı, “Bismillah” demək (Allahı xatırlamaq) və “Əlhəmdu lillah” demək (şükür etmək) Müstəhəb olanlar bunlardır: yeməkdən qabaq əli yumaq, sol tərəfi üstə oturmaq, üç barmaqla yemək və (əllə yeyilərsə) barmağı yalamaq. Ədəb qaydaları isə bunlardır: öz qabağındakı yeməklərdən yemək, kiçik tikələr götürmək, yaxşı çeynəmək və başqalarının üzünə az baxmaq”,” Əl-Fəqih c.3 səh 359

Müsəlmanın həyat tərzi 04.02.2025

Süfrənin ədəb-ərkanı

 Sual: Lütfən, yemək və içməyin ədəb-ərkanını qeyd edin! https://ia904707.us.archive.org/27/items/sufrede-eylesme-qaydalarai/sufrede%20eylesme%20qaydalarai.mp3 Cavab: Bu barədə hədis və rivayətlərdə çox sayda qaydalar nəql olunmuşdur. Aşağıda onlardan bəzisini qeyd edirik: Yeməkdən əvvəl və sonra əlləri yumaq və dəsmalla qurulamaq. Süfrə sahibinin hamıdan əvvəl başlaması və hamıdan sonra yeməkdən əl çəkməsi. Yeməkdən əvvəl əlləri yuyarkən süfrə sahibinə növbə çatanadək sol tərəfində olanların əllərini yuması. Yeməyə başlamadan əvvəl “Bismillah” demək. Əgər süfrədə müxtəlif nemətlər varsa, hər neməti yeyərkən hər birinə ayrıca “Bismillah” demək müstəhəbdir. Sağ əllə, üç və daha çox barmaqla yemək. İki barmaqla yemək tərk olunsun. Əgər süfrədə bir dəstə adam əyləşibsə, süfrədə qarşısında olan nemətlərdən yesin, başqalarının qabağına qoyulmuş xörəklərdən yeməsin. Loxmaları kiçik götürsün, tələsik yeməsin, süfrə ətrafında uzun müddət əyləşsin və xörəyi çox çeynəsin. Yeməkdən sonra Allaha həmd etmək. Yeməkdən sonra dişləri təmizləmək. Amma reyhan, nar, xurma yarpağının lifi və qamış ilə dişlərini təmizləməsin. Səhrada və çöllükdə olmadıqda süfrənin kənarına düşmüş xörək qırıntılarını yığıb yemək. Səhrada və çöllükdə olduqda isə xörək qırıntılarını heyvanlar və quşların yeməsi üçün tərk etmək müstəhəbdir. Səhər va axşam yemək yesin və onların arasında yeməyi tərk etsin. Yeməkdən sonra arxası üstə uzanaraq sağ ayağı sol ayağın üstünə qoymaq. Yeməyi duzla başlayıb, duzla da bitirmək. Meyvəni yemədən əvvəl su ilə yumaq. Tox qarına yeməmək. Doyunca yeməmək. Yemək yeyərkən insanların üzünə baxmamaq. Xörəyi həddindən artıq isti olduğu halda yeməmək. Yemək və ya içəcəyi üfürməmək. Süfrəyə çörək qoyulduqdan sonra yemək üçün başqa qidanı gözləməmək. Çörəyi bıçaqla kəsməmək. Çörəyi qabın altına qoymamaq. Sümük üzərində olan əti tamamilə təmizləyib yeməmək və üzərində (heyvanlar üçün) bir az ət saxlamaq. Qabıqla yeyilən meyvə və tərəvəzin qabığını soymamaq. Meyvəni tamamilə yemədən atmamaq. Su içərkən bir dəfəyə deyil, soraraq içmək. Gündüz suyu ayaq üstə içmək. Amma geçə ayaq üstə deyil, oturaq halda içmək. Su içmədən əvvəl “Bismillah” demək, qurtardıqda isə Allaha həmd-səna  etmək. Suyu üç dəfəyə iştahla və ləzzətlə içmək. Su içərkən İmam Hüseyni (ə) və əhli-beytini xatırlamaq və su içdikdən sonra qatillərinə lənət demək. Çox su içməmək. Yağlı yeməkdən birbaşa sonra su içməmək. Qabın çartlaq yerindən və qulp tərəfindən su içməmək. Sol əllə su içməmək.

Müsəlmanın həyat tərzi 04.02.2025

SÜFRƏ İLƏ BAĞLI BƏZİ QAYDALAR

SÜFRƏ İLƏ BAĞLI BƏZİ QAYDALAR https://ia801608.us.archive.org/16/items/su-fr-i-l-bag-li-b-zi-qaydalar/SÜFRƏ%20İLƏ%20BAĞL%20BƏZİ%20QAYDALAR.mp3 Birgə yemək: Peyğəmbərdən (s) gələn bir sıra hədislərdə süfrəyə birgə oturmaq tövsiyə olunmuşdur: “Allah dərgahında ən sevimli xörək odur ki, ona uzanan əllər çox olsun, Birgə yemək yeyin, dağılışmayın. Çünki xeyir-bərəkət birlikdədir”. “Sizin ən pisləriniz tək yemək yeyənlərdir”” “Xeyir-bərəkətt üç şeydədir: bir süfrə başında oturmaqda, səhər yeməyi yeməkdə və sıyıq (sulu yemək) yeməkdə” “Yemək dörd xüsusiyyətə malik olduqda mükəmməlləşir: halal yeməklər yemək, birgə yemək, “Bismillah”la başlamaq və “Əlhəmdu lillah”la bitirmək”: “Tibb ən-nəbi” 19 və 21. “Əl-Kafi” c. 2, səh. 292. “Tibb ən-nəbi” 20. “Əl-Kafi” c. 6, səh. 273.  

Müsəlmanın həyat tərzi 03.02.2025

Yaşamaq düsturu

Yaşamaq düsturu https://ia904706.us.archive.org/28/items/heyatin-dusturu/Heyatin%20dusturu.mp3 İmam Sadiqdən (ə) “işlərini və həyatını necə və hansı proqram üzərində qurmusan” soruşarkən belə cavab buyurmuşdu: قِيلَ لِلصَّادِقِ ع عَلَى مَا ذَا بَنَيْتَ أَمْرَكَ فَقَالَ عَلَى أَرْبَعَةِ أَشْيَاءَ عَلِمْتُ‏ أَنَ‏ عَمَلِي‏ لَا يَعْمَلُهُ غَيْرِي فَاجْتَهَدْتُ وَ عَلِمْتُ أَنَّ اللَّهَ عَزَّ وَ جَلَّ مُطَّلِعٌ‏ عَلَيَّ فَاسْتَحْيَيْتُ وَ عَلِمْتُ أَنَّ رِزْقِي لَا يَأْكُلُهُ غَيْرِي فَاطْمَأْنَنْتُ وَ عَلِمْتُ أَنَّ آخِرَ أَمْرِي الْمَوْتُ فَاسْتَعْدَدْتُ. 1. Bildim ki, mənim (üçün faydalı olan) işimi özümdən başqa heç kəs etməyəcək, belə isə çalışdım. 2. Bildim ki, Allah-Taala mənim bütün işlərimdən xəbərdardır, belə isə (aşkarda və gizlində günah etməkdən) həya etdim. 3. Bildim ki, (Allahın mənim üçün ayırdığı) ruzimi məndən başqa heç kəs yeyə bilməz, belə isə (haramdan çəkinərək, halal çalışma ilə ruzimi qazanacağıma) arxayın oldum. 4. Bildim ki, (bu dünyada nə etsəm də, nə qazansam da, hər kim olsam da) işimin sonu ölməkdir, belə isə (hər zaman) ölməyə hazır oldum (və həyatımı ölümümü fikirləşərək qurdum). “Biharul-ənvar”, Əllamə Məclisi, 75/228, hədis:100.

Müsəlmanın həyat tərzi 03.02.2025

8 nəfər bizi axtarır…

8 nəfər bizi axtarır… İmam Zeynülabidin Əli ibn Hüseyndən (ə) soruşdular: Ey Allah Rəsulunun (s) balası, səhəri neçə açdın? İmam (ə) buyurdu: Səkkiz şey məni tələb edən halda səhəri açdım: 1). Allah-Taala məndən vacib əməlləri istəyir. 2). Peyğəmbər (s) məndən sünnəsinə əməl etməyimi istəyir. 3). Ailəm məndən ruzi tələb edir. 4). Nəfsim məndən şəhvət (və dünyaya bağlılıq) tələb edir. 5). Şeytan məndən ona tabe olmağımı istəyir. 6). Əməllərimi yazan iki mələk məndən əməldə sadiq və saleh olmağı istəyir. 7). Əzrayıl ruhumun dalıncadır. 8). Qəbir də cəsədimin intizarındadır. Və mən bu tələbkarların arasında giriftaram”. Şeyx Tusi, “əl-Əmali”, s.641, hədis: 16/1330. وَ قِيلَ‏ لِعَلِيِ‏ بْنِ‏ الْحُسَيْنِ‏ (عَلَيْهِمَا السَّلَامُ‏): كَيْفَ‏ أَصْبَحْتَ‏، يَا ابْنَ رَسُولِ اللَّهِ قَالَ: أَصْبَحْتُ مَطْلُوباً بِثَمَانٍ: اللَّهُ (تَعَالَى) يَطْلُبُنِي بِالْفَرَائِضِ، وَ النَّبِيُّ (عَلَيْهِ السَّلَامُ) بِالسُّنَّةِ، وَ الْعِيَالُ بِالْقُوتِ، وَ النَّفْسُ بِالشَّهْوَةِ، وَ الشَّيْطَانُ بِاتِّبَاعِهِ، وَ الْحَافِظَانِ بِصِدْقِ الْعَمَلِ، وَ مَلَكُ الْمَوْتِ بِالرُّوحِ، وَ الْقَبْرُ بِالْجَسَدِ، فَأَنَا بَيْنَ هَذِهِ الْخِصَالِ مَطْلُوبٌ. (الأمالي (للطوسي) ؛ النص ؛ ص641، 1330- 16).

Müsəlmanın həyat tərzi 01.02.2025

“Allah üç qrup qadına dörd böyük mükafat verəcək.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah üç qrup qadına dörd böyük mükafat verəcək. Birinci mükafat qəbir sıxıntısının olmaması, ikincisi həzrət Zəhra (ə) ilə məhşərə gəlmələri, üçüncüsü əməl dəftərlərində min şəhidin savabının olması, dördüncüsü də bir il Allaha edilmiş xalis ibadət savabının yazılmasıdır. O qadınların bir qrupu ərinin qeyrətindən qaynaqlanan göstərişlərini qəbul edən, ona səbir edən qadınlardır. “Cənnət kimi bir ev” kitabından © Famil Burhanoğlu

1 2 3 4 5