Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Müsəlmanın həyat tərzi 01.02.2025

Bacardığınız qədər elə edin ki, xanımınız yad kişilərlə ünsiyyətdə olmasın.

Əmirəlmöminin Əli (ə) oğlu İmam Həsənə (ə) belə buyurur: “Bacardığınız qədər elə edin ki, xanımınız yad kişilərlə ünsiyyətdə olmasın. Heç bir şey qadını evdən daha yaxşı qoruya bilməz. Onların evdən çıxıb yad kişilərlə ünsiyyətdə olmaları kimi, yad kişiləri evə gətirmək və evdə onlarla ünsiyyətə icazə vermək də təhlükəlidir. Əgər xanımının səndən başqa bircə kişi ilə belə, ünsiyyətdə olmamasını təmin edə bilərsənsə, bunu et.” (Nəhcül-bəlağə, 31-ci məktub) Cənnət kimi bir ev @ Hacı Famil Burhanoğlu

Müsəlmanın həyat tərzi 02.01.2025

Sədəqə yalnız maddi olmur, işlərlə də olur

Sədəqə ancaq maddi olmalıdırmı? Bu saula cavab vermək üçün İmam Hüseyndən (ə) gələn bu hədisə nəzər salaq: “Ən çox bağışlayan insan o kəsdir ki, ona ümid gözü ilə baxmayana bəxşiş edər”. Bəs Məsumlar (ə) nəyi sədəqə hesab edirlər? Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Hər bir müsəlman hər gün sədəqə verməlidir”. Soruşurlar: “Kimin buna gücü çatar?”. Həzrət (s) buyurur: Yolun üstündən zərər verə biləcək şeyləri götürmək – sədəqədir. Başqasına yol göstərmək – sədəqədir. Xəstəni ziyarət etmək – sədəqədir. Əmr-be-məruf – sədəqədir. Nəhy-əz-munkər – sədəqədir. Salamın cavabını vermək – sədəqədir”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yaxşı iş – sədəqədir”. Əziz Peyğəmbər (s) həmçinin başqa yerdə buyurur: “Dilini saxla. Çünki bu iş – özünə verdiyin sədəqədir”. İmam Sadiq (ə) sədəqə haqqında buyurur: “Allahın sevdiyi sədəqə bunlardır: insanların bir-birindən əlaqələri pozulan zaman onlar arasında sülh yaratmaq və bir-birlərindən uzaqlaşanda onları yaxınlaşdırmaq”. Həzrət Peyğəmbər (s) yenə buyurur: “Pislikdən çəkinmək – sədəqədir”. İmam Sadiq (ə) buyurur: “Kar insana, bir sözü başa salmaq – gözəl bir sədəqədir”. Belə isə, bu gözəl əməllərdən qafil olmayaq.

Müsəlmanın həyat tərzi 25.12.2024

Quran ayələrinə əsasən SƏDƏQƏ aşağıdakı şərtlərlə verilməlidir:

Quran ayələrinə əsasən SƏDƏQƏ aşağıdakı şərtlərlə verilməlidir: 1). Sədəqə malın halalından, yaxşısından, sağlamından və pakından olmalıdır. (Bəqərə/267). 2). Allah yolunda və xalis niyyətlə verilməlidir. (Bəqərə/265). 3). Gizli verilməsi daha yaxşıdır. (Bəqərə/271). 4). Sədəqə alana minnət qoyulmamalı, sədəqə alması onun fiziki və mənəvi əzab, əziyyət və incikliyinə səbəb olmamalıdır. (Bəqərə/264). 5). Sədəqə verən özünü həmin sədəqənin maliki təsəvvür etməməli və özünü Allah ilə bəndə arasında vasitəçidən daha artıq bir şəxs kimi görməməlidir. (Hədid/7). 6). İnsan sədəqəni ən çox sevdiyi malından və ürəyindən çıxmayan miqdardan verməlidir. (Ali-İmran/92).

Müsəlmanın həyat tərzi 24.12.2024

İnsanlara kömək edən 7 xeyir əldə edər

Yoxsulların və ehtiyacı olanların ehtiyacını aradan qaldırıb, onlara maddi yardım göstərmək insana bir çox fərdi və ictimai bərəkətlər gətirər ki, onlarla tanış olaq: 1. Nəfsin paklanması. İnfaq insanı bir çox əxlaqi rəzil sifətlərdən pak edər və qəlbini saflaşdırar. 2. Ruhi hüzur gətirər. İnfaq insan üçün dünya və axirət ruhi hüzuru gətirər. “Öz mallarını gecə və gündüz, gizlin və aşkar(şəkildə Allah yolunda) xərcləyənlərin Rəbbi yanında məqamlarına layiq mükafatları vardır. (Axirətdə) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. (“Bəqərə” 274). 3. Ruzinin artması. Quranın da verdiyi vədədə olduğu kimi, hər kim infaq və ehsan edər, Allah onun əvəzini verər və ruzisini artırar. “De: «Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini (ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır». (“Səba” 39). 4. Allaha yaxınlaşmaq. İnfaq insanı Allahın sevimlisi edər və Onun qürbünə yaxınlaşdırar. 5. İctimai əmin-amanlıq. Əgər infaq cəmiyyətdə artarsa, cəmiyyətdə əmin-amanlıq hakim olar. “Bilin ki, siz Allah yolunda xərcləməyə çağırılanlarsınız”. (“Muhəmməd (s) 38). 6. İlahi rəhmət və bəxşiş. Hər kim Allah yolunda infaq edər, Allahın rəhməti ona şamil olar və günahları bağışlanar. 7. Axirəti xeyirli olar. Ən kiçik infaq belə, Allahdan gizli deyildir. Bu infaq və ehsanlar onun əməl dəftərində yazılacaq və axirətdə mükafatını alacaqdır. İmam Hüseyn (ə) buyurur: “Bilin ki, insanların sizə müraciət etməsi və ehtiyacı olması – İlahi nemətdir. Ona görə də nemətdən üz döndərməyin. Əks halda bəlaya giriftar olarsınız”.

Müsəlmanın həyat tərzi 23.12.2024

Niyə bəziləri varlı və bəziləri isə kasıb olur?

Allah hər bir insana onun tutumuna əsasən sərvət və ruzi verər. Bəs niyə Allah zənginlərin tutumunu hamıya əta etməmişdir?    Qurani-Kərim buyurur: “De: «Həqiqətən, mənim Rəbbim bəndələrindən istədiyinin ruzisini(ümumun mənafeyinə və kamil bir quruluşun tələbinə əsasən) bol edər və azaldar və (Allah yolunda) sərf etdiyiniz hər bir şeyin əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır»”. (“Səba” 39).    Hər bir insan varlığının düşüncə və sevgi ölçüsünə görə tutumu vardır. Allah insanlara verdiyi vəzifələrə uyğun olaraq onlara tutum vermişdir. Misal üçün, Allah qadına ana olduğuna görə lətiflik və sevgi hisslərini daha güclü tutumla əta etmişdir. Bu tutum kişilərdə yoxdur.    Allah Təala hər bir insana gördüyü səy və çalışmaya əsasən ruzi verər. Əgər mömin olmazsa, ruzisinin çoxalması səy göstərməsindən asılı olar və insanın kafir və ya mömin olmasından asılı olmaz. Ancaq mömin üçün səxavət, başqalarının əlindən tutmaq, sədəqə vermək kimi xeyir işləri yerinə yetirmək, onun ruzisini daha bərəkətli edər.    İnsanın səy və çalışması gərək düzgün olsun. Əgər belə olarsa, o zaman daha çox bəhrə əldə edər. Yəni, niyyəti pak olmalıdır, gördüyü iş düzgün iş olmalıdır. Əgər bu yolda çoxlu zəhmət çəkərsə, Allah Təbarəkə və Təala həm bu dünyada və həm də axirətdə ona nemətlər əta edər.    Bəs əgər bir mömin düzgün səy göstərərsə və nəticə əldə etməzsə, onda necə?    Baxmaq lazımdır ki, həmin şəxsin düyünü haradadır. Allah Təala cəmiyyətin üzvlərini fərqli yaratmışdır. Bəzilərinin huşu və ağlı itidir və məsləhətləşməyi sevirlər. Bəzilərinin isə ağıl və dərkləri daha aşağıdır və həyatın məsələrini lazım olan həddə dərk etmirlər.    Allah Təala əgər insanları belə yaratmasaydı, cəmiyyət idarə oluna bilinməzdi. Əgər hamı ali istedada malik olsaydı, heç kəs orta və aşağı peşələrə üz çevirməzdi.    Allahın hikməti belədir ki, hər kəsin əməlini fikir tutumuna əsasən qəbul edər. Ona uyğun olaraq məsuliyyət verər.    İnsanların bir çoxu alim olmadıqlarından razıdırlar. Çünki bu ağır yükü gəzdirə bilmədiklərini yaxşı bilirlər. Həzrət Peyğəmbərin (s) bir məsuliyyəti var idi, Salman Farsinin başqa bir məsuliyyəti.    Alimlərin səhvi adi insanların səhvindən və günahından daha ağır cəzalarla cəzalandırılar. Ona görə də əgər bu dünyada düzgün yaşamaq istəyiriksə, bu fərqliliyi bir imtahan kimi qəbul etməliyik, çünki zərurətlərdəndir.    Varlının öz imtahanı var, kasıbın öz imtahanı. Varlının öz sorğusu var, kasıbın öz imtahanı. Odur ki, insan öz durumuna uyğun hərəkət etməli və imtahanını şərəflə verməlidir..

Müsəlmanın həyat tərzi 23.12.2024

Bu üç xislətə sahib olmayan insan mömin deyil Əl-Xisal Hədis 248.

Bu üç xislətə sahib olmayan insan mömin deyil Əl-Xisal Hədis 248. Haris ibn Dəlhas Əbülhəsəndən (ə) belə nəql edir: “Bu üç xislətə sahib olmayan şəxs mömin deyil: Allahdan olan sünnətə, Peyğəmbərdən (s)olan sünnətə və Peyğəmbərin vəlisindən olan sünnətə. Rəbbindən olan sünnət, Onun sirrini gizli saxlamasıdır. Belə ki, Allah-taala Qurani-Kərimdə belə buyurur: “(Аllаh) qeybi biləndir və Öz qeybinin sirlərindən heç kimi agah etməz, Yalnız seçdiyi rəsuldan başqa” (“Cin” surəsi, 25-26-cı ayələr), Peyğəmbərdən (s) olan sünnət insanlarla xoş davranışdır. Belə ki, Allah-taala Qurani-Kərimdə Öz peyğəmbərinə insanlarla xoş davranmağı əmr edərək belə buyurur: “Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər” (“Əraf” surəsi, 199-cu ayə). Peyğəmbərin vəlisinin sünnəti isə maddi və cismani ziyanlara səbir etməkdir. Belə ki, Allah-taala Qurani-Kərimdə buyurur: “Maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs” (“Bəqərə” surəsi, 177-ci ayə).

Müsəlmanın həyat tərzi 23.12.2024

Sağ tərəfə niyə üstünlük verilməlidir?

Sağ tərəfə niyə üstünlük verilməlidir? Sağ tərə: Din təlimlərində bəzi işlərdə sağ tərəfə üstünlük verilməsi tövsiyə edilmişdir. Misal üçün, sağ əllə xörək yemək, sağ ayaqla məscidə daxil olmaq, ayaqyolundan sağ ayaqla çıxmaq və s. bu qəbildəndir. Əziz peyğəmbərimiz (s) buyurmuşdur: “Allah hər şeydə sağ tərəfi daha çox sevir”.“Müstədrək əl-vəsail” с. 1, səh. 330. 2 Rəvayətə görə, İslam peyğəmbəri (s) işlərini sağ tərəflə görməyi xoşlayarmış, Hətta minikdən düşərkən, ayaqqabını çıxararkən, ayaqqabı geyərkən belə sağ tərəfə üstünlük verərmiş.” “Əxlaq ən-nəbi və adabihi” səh. 149. 3 Bundan başqa, sağ tərəfi çirklətmək də yasaq olunmuşdur. Allahın rəsulu (s) buyurur: “Ağzınızın suyunu sağ tərəfinizə atmayın. Sol tərəfdə boş yer yoxdursa, ayağınızın altına atın” “Əl-Came əs-səğir”, с. 1, səh. 66.

Müsəlmanın həyat tərzi 23.12.2024

Axtarmayın, tapmayacaqsınız!

Axtarmayın, tapmayacaqsınız! Allah-Taala bir hədisi-qüdsidə Həzrət Davuda (ə) və digər bir nəqlə görə isə Həzrət Musaya (ə) belə vəhy edir ki, “Mən beş şeyi (və ya altı şeyi) beş yerdə (və ya altı yerdə) qoymuşam, amma insanlar onları tam başqa bir yerdə axtarırlar, buna görə də heç vaxt onları tapmayacaqlar.” وَ رُوِيَ عَنِ النَّبِيِّ ص أَنَّهُ قَالَ إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ يَقُولُ: ‏(فی نسخة آخر: أَوْحَى اللَّهُ تَعَالَى إِلَى دَاوُدَ (او الی موسی) يَا دَاوُدُ! إِنِّي) وَضَعْتُ‏ خَمْسَةً فِي خَمْسَةٍ (او ستة اشیاء فی ستة مواضع (او موضوع)) وَ النَّاسُ يَطْلُبُونَهَا فِي خَمْسَةٍ (غیرها) فَلَا يَجِدُونَهَا (ابدا): Ey Davud! 1). Mən elmi aclıqda və çalışqanlıqda qoymuşam, insanlar isə onu toxuqluq və rahatlıqda axtarırlar, buna görə də onu tapmırlar. وَضَعْتُ الْعِلْمَ فِي الْجُوعِ وَ الْجَهْدِ وَ النَّاسُ‏ يَطْلُبُونَهُ‏ بُالشُّبْعَةِ وَ الرَّاحَةِ (او فی الشبع) فَلَا يَجِدُونَهُ. 2). Mən zənginliyi qənaətdə qoymuşam, insanlar isə onu malın çoxluğunda axtarırlar, buna görə də onu tapmırlar. وَ وَضَعْتُ الْغِنَى فِي الْقَنَاعَةِ وَ النَّاسُ‏ يَطْلُبُونَهُ‏ فِي كَثْرَةِ الْمَالِ (و العروض) فَلَا يَجِدُونَهُ. 3). Mən izzəti və ucalığı Özümə itaət, (gecə namazı) və (dinimə) xidmətdə qoymuşam, insanlar isə onu sultana (hakimiyyətə) xidmətdə və şahların qapılarında axtarırlar, buna görə də onu tapmırlar. وَ وَضَعْتُ الْعِزَّ (او العزة) فِي خِدْمَتِي (او فی طاعتی، او فی قیام اللیل) وَ النَّاسُ‏ يَطْلُبُونَهُ‏ فِي خِدْمَةِ السُّلْطَانِ (او فی ابواب السلاطین) فَلَا يَجِدُونَهُ. 4). Mən iftixarı və fəxri təqvada qoymuşam, insanlar isə onu əsil-nəsəbdə axtarırlar, buna görə də onu tapmırlar. وَ وَضَعْتُ الْفَخْرَ فِي التَّقْوَى وَ النَّاسُ‏ يَطْلُبُونَهُ‏ بِالْأَنْسَابِ فَلَا يَجِدُونَهُ. 5). Mən rahatlığı Cənnətdə qoymuşam, insanlar isə onu dünyada axtarırlar, buna görə də onu tapmırlar. وَ وَضَعْتُ الرَّاحَةَ فِي الْجَنَّةِ وَ النَّاسُ يَطْلُبُونَهَا فِي الدُّنْيَا فَلَا يَجِدُونَهَا. 6). Mən öz razılığımı insanın öz nəfsinə qəzəblənməsində qoymuşam, insanlar isə onu öz nəfslərinin razılığında axtarırlar, buna görə onu tapmırlar. وَ وَضَعْتُ رِضَائِي فِي سَخَطِ النَّفْسِ وَ هُمْ يَطْلُبُونَهُ فِي رِضَى النَّفْسِ فَلَا يَجِدُونَهُ. 7). Mən alicənablığı, ucalmağı, insanlar arasında əzəmətlə yad edilməyi və ictimai dərəcəni təvazökarlıqda qoymuşam, insanlar isə onu təkəbbürdə axtarırlar, buna görə də onu tapmırlar. و وضعت الرفعة و الدرجة فی التواضع و الناس یطلبونها فی التکبر، فلا یجدونها. 8). Mən duanın qəbulunu halal tikədə qoymuşam, insanlar isə onu çığır-bağır və dad-fəryad etməkdə axtarırlar, buna görə də onu tapmırlar. و وضعت اجابة الدعاء فی لقمة حلال وَ النَّاسُ‏ يَطْلُبُونَهُ فی القیل و القال. Mənbə: 1). Əhməd ibn Məhəmməd ibn Fəhd Hilli, “Uddətud-Dai və Nəcahus-Sai”, c.179. 2). Şeyx Hurr Amuli, “əl-Cəvahirus-Səniyyə fil əhadis əl-Qudsiyyə”, s.179. 3). Əllamə Məclisi, “Biharul-Ənvar”, c.75, s.453, hədis:21. 4). İbn Əbi Cümhur Ehsayi, “Əvaliul-Ləali fil-əhadis əd-diniyyə”, c.4, s.61, hədis: 11. P.S: Hədis müxtəlif formalarda nəql edilib. Çalışdıq ki, tərcüməmiz hədisin bütün nəqllərini ehtiva etsin. https://t.me/mirmehemmed_beshir

Müsəlmanın həyat tərzi 21.12.2024

Hər bir bədən üzvünün zəkatı var

İmam Sadiq (ə) buyurur: “Hər bir üzvün zəkatı vardır. Gözün zəkatı – ibrətlə baxmaq və günaha göz yummaqdır. Qulağın zəkatı – eşitmək, elmə, hikmətə, Qurana qulaq asmaqdır. Dilin zəkatı – müsəlmanlara nəsihət etmək və qafilləri ayıltmaq və Allahı təsbih etməkdir. Əlin zəkatı – elm yazmaq və mal bəxşiş etməkdir. Ayağın zəkatı – cihad yolunda səy etmək, təhsil, insanların arasını islah etmək, yaxşıları ziyarət etməkdir. Elmin zəkatı – onu nəşr etməkdir. Qüdrətin zəkatı – insafdır. Gözəlliyin zəkatı – iffətdir. Qələbənin zəkatı – ehsandır. Şücaətin zəkatı – cihaddır. Sağlamlığın zəkatı – Allahın əmr etdiklərinə və qadağan etdiklərinə itaət etməkdir. Hökumətin zəkatı – yoxsullara kömək çatdırmaqdır. Ağlın zəkatı – ağılsızlara dözmək və səbir etməkdir.”

Müsəlmanın həyat tərzi 21.12.2024

KİM YERƏ TÖKÜLƏN ÇÖRƏK VƏ YEMƏK QIRINTILARINI TOPLASA?

YERƏ TÖKÜLƏN ÇÖRƏK VƏ YEMƏK QIRINTILARINI TOPLAMAQ Peyğəmbər (s) buyurur: “Kim süfrənin qırıntılarını yesə, Allah onu bağışlayar” 1 O həzrət (s) Əmirülmömininə (ə) buyurur: “Süfrənə tökülən yeməyi ye, çünki yoxsulluğu səndən uzaq edər. O, hurinin mehridir (kəbin haqqıdır). Kim onu yesə, qəlbi bilik, hövsələ, iman və nur ilə dolar”2 Əmirülmöminin (ə) buyurur: “Süfrədəki qırıntıları yeyin, çünki onlar hər dərdin dərmanıdır.3 Ravi nəql edir: “İmam Cavadın yanında xörək yeməyə başladım. Süfrəni yığışdırdıqdan sonra xidmətçi yemək qırıntılarını toplamağa gəldi. Həzrət Cavad (ə) ona buyurdu: “Çöldə (səhrada) süfrədən tökülmüş qırıntıları, hətta qoyun budu olsa da, toplamayın. Evdə isə diqqətlə yığın .4 1“Əl-Came əs-səğir” с. 2, sәһ. 587, 2 2 “Əd-Dəəvat” səh, 154. 3 3“Tühəf əl-üqul” səh. 103. 4 “Əl-Fəqih” c. 3, səh. 356. 5

Müsəlmanın həyat tərzi 21.12.2024

HZ.PEYĞƏMBƏRİN (S) GEYİM HAQQINDA DEDİKLƏRİ

GEYİM QAYDALARI İslam peyğəmbəri (s) geyim haqqında söhbət açdığı kəlamlarında buyürur: “Yüngül ayaqqabı geyinin, kitab əhli kimi olmayın (nəleyn – dabansız kişi ayaqqabısı – geyinin, çəkmə geyinməyin)”. 1 “Yaxşı ayaqqabı və təmiz libas geyinin”2 “Ayaqqabı və libas almaq istəyəndə onların yaxşısını və yenisini seç”3 “Ümmətimin kişi və qadınları cırıq və yamaqlı ayaqqabı geyinməkdən utanıb-çəkinməsələr, Allah (da) onlara qarşı tələbkar olmaz”4 Qeyd: Bu cür hədislərin ismarışı odur ki, müsəlmanlar təmizliyə riayət etmək və yaxşı geyim seçməklə sadə həyat sürməli və dəbdəbəyə meyilli olmamalıdırlar. Həzrət Məhəmməddən (s) gələn digər iki hədisdə deyilir: “Libasınızı çıxartdıqda ona “Bismillah” oxuyun”.5 “Libaslarınızı çıxartdıqda onları qatlayın”6 İmam Əli (ə) buyurur: “Kim həyatının davam etməsini istəyirsə, yaxşı ayaqqabı, rahat və yüngül libas geyinsin”7 İmam Sadiq (ə) buyurur: “Hamamda yuyunandan sonra geyinərkən de: “Allahummə, əlbisni ət-təqva və cənnibni әr-rәdа”(Tərcümə:“İlahil Məni təqva libası ilə ört və pislikdən uzaq et”) Belə etsən, hər dərddən amanda olarsan”8 Ravi nəql edir: “İmam Rza libasını sağ tərəfdən geyinərdi. Təzə libas geyinəndə bir kasa suya on dəfə “İnna ənzəlnahu fi ləylətil-qədr”(Qədr surəsi) on dəfə “Qul huvəllahu əhəd” (İxlas surəsi) on dəfə də “Qul ya əyyuhəl-kafirun”( Kafirun surəsi)” ayələrini oxu yardı. Kim təzə libas geyindikdən sonra belə etsə, o libasın son sapı qalınca həmişə naz-nemət içində yaşayacaq”.9 İshaq ibn Əmmar deyir: “İmam Sadiqdən soruşdum: “Möminin on köynəyi olması rəvadırmı?” Buyurdu: “Bəli” Soruşdum: “İyirmi köynək necə?” Buyurdu: “Bəli, bu, israf deyil. İsraf bayırlıq geyimi iş paltarına çevirməkdir”10 İmam Sadiqdən (ə) gələn hədislərdə deyilir: “İsrafın ən aşağısı cəmiyyətdə nüfuzu qorumaq üçün geyilən rəsmi geyimdən yersiz istifadədir”.11 “Qara ayaqqabı və sarı nəleyn (dabansız kişi ayaqqabısı) geyinmək sünnədir”.12 Həzrətin bu məzmuna işarə edən daha 2 hədisində aşağıdakılar qeyd olunur: “Kimsarı ayaqqabı geyinsə, həmin ayaqqabı köhnəlmədən xeyir tapar”13 “Kim sarı ayaqqabı geyinsə, köhnəlincəyə qədər şad оlаr”.14 İmam Sadiqin (ə) digər bir kəlamında oxuyuruq: “Yaxşı olar ki, yaslı adam əba geyinməsin. Əyninə tanına biləcəyi bir köynək geyinsin. Yaxşı olar ki, qonşuları üç gün (başsağlığına gələnləri) onun tərəfindən qəbul etsinlər”” Yəni yaslı adam adi günlərdə olduğu kimi səliqəli paltar geyinməməlidir. 1 “Təhzib əl-əhkam” c. 1, səh. 373. 2 “Dəaim əl-İslam”, с. 2, səh. 158. 3 “Ə1-Came əs-səğir” с. 1, səh. 71. 4“Əl-Came əs-səğir”, с. 1, səh. 82. 5 “әl əş-şərai”, səh. 583. 6 “Əl-Came əs-səğir” с. 2, səh. 89. 7“Üyun əxbar ər-Rza (ə)” c. 1, səh. 37. 8 “Əl-Fəqih” с. 1, səh. 112. 9 “Üyun əxbar ər-Rza (ə)” с. 1, səh. 315. 10 “Məkarim əl-əxlaq” səh. 98. 3“31-Kafi” с. 6, səh. 98. 11 “Məkarim əl-əxlaq” səh. 125. 12 “Məkarim əl-əxlaq”, səh. 124. 13 “Məkarim əl-əxlaq” səh. 124. 14 Əl-Fəqih” с. 1, səh. 174.

Müsəlmanın həyat tərzi 21.12.2024

Bu cəza – Allah bəndəsinə verilən ən şiddətli cəzadır

İmam Baqir (ə) buyurur: “Allahın (günah qarşısında) ruh və cismə cəzaları vardır: ruzi çətinliyi, ibadətdə süstlük. Ancaq Allah heç bir bəndəsini daş ürəklilik kimi şiddətli cəza ilə cəzalandırmamışdır”. Həqiqətdə Allahın cəzası insanın öz pis əməlinin məhsuludur. Bu cəza bəzən özünü maddi həyatda göstərir və insan ruzi çətinliyi çəkir. Bəzən də ibadətə qarşı süstləşir və Allahla münacat etməyin ləzzətini itirir. Ancaq bütün bunların ən təhlükəlisi odur ki, insanın günahlarının cəzası qəlb qəsavəti şəklində təzahür etsin. O zaman ki, qəlb qəsavət bağlayar və daş parçasına çevrilər, hər cür insani hisslərdən və həmdərd olmaqdan uzaqlaşar – insan öz insanlığını əldən verər. Bu ağır cəza – insanın günahların müqabilində özünə qazandığı ən şiddətli cəzadır.

1 2 3 4 5