Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Müsəlmanın həyat tərzi 21.12.2024

Peyğəmbər (s) kimi yaşamaq istəyənlər dinləsinlər!

Mötəbər əhli-sünnə mənbələri hesab edilən Müstədrək ələs-Səhihəyn, Əbu-Nueym İsfahaninin Fədailus-Səhabə, Müsnəd Əhməb bin Hənbəl və sair mənbələrində İmam Əli (ə) haqda gələn maraqlı hədisi təqdim edirik: Səhabə Zeyd ibni Ərqəm deyir: Allahın Elçisi (s) buyurdu: “Mənim kimi yaşamaq və ölmək istəyən hər kəs və həmçinin mənə vəd edilən əbədi cənnətdə məskunlaşmaq istəyən hər kəs Əli ibni Əbu-Talibin ardıcılı olsun! Çünki o heç vaxt sizi düz yoldan çıxarmaz və sizi azğınlığa aparmaz.” Hakim Nişaburi bu hədisi Müstədrək ələs-Səhihəyn əsərində (cild-3, səh-128,) gətirir və əlavə edir: Bu sənədi düz olan hədisdir ki Müslimlə Buxari onu nəql etməyib. Bu hədisi Təbərani əl-Kəbir əsərində, Əbu-Nueym əl-İsfahani Fədailus-Səhabə əsərində gətiriblər. Hədis Kənzul-Ummalda (hədis:2578) və İmam Əhməd Hənbəlin əl-Müsnəd əsərində (cild-5, səh-32) də gəlibdir.

Müsəlmanın həyat tərzi 17.12.2024

Evində Quran oxuyan bu bərəkətlərə çatar

Həzrət Peyğəmbər (s) müsəlmanlara verdiyi tövsiyələrində buyurmuşdur: “Evlərinizi Qurani-Kərim oxumaqla nurani edin. Onu qəbiristan kimi zülmətli və qaranlıq etməyin. Necə ki, xristian və yəhudilər ibadətləri məbədlərinə məxsus qərar vermiş və evlərini tətil etmişdilər. (Yəni, siz onlar kimi rəftar etməyin). Ona görə də o evdə ki, çoxlu Quran tilavət olunar, xeyir və bərəkət orada çox olar. Ev əhli üçün genişlik və fərəh yaranar və o ev, göy əhli üçün nur saçar. Necə ki, ulduzlar yer əhli üçün nur saçar”. Hədisin şərhi. Xaliq ilə məxluqun rabitə qurması üçün xüsusi zaman və məkana ehtiyac yoxdur. Quran buyurur: “Ona hər səhər və axşam təsbih deyin”. (“Əhzab” 42). Yəni, Allahı həmişə yada salın, həm səhər və həm axşam. İslam dininin nəzərinə görə, ibadət ancaq məscidlərə məxsus əməl deyildir. Hər bir müsəlman evində də ibadət etməlidir. Xüsusilə də Quran tilavət etmək. Quranı evdə oxumağın gətirdiyi bərəkətləri Həzrət (s) bu cür tanıdır: 1. Evdə xeyir və bərəkət artar. Səfa və səmimiyyət olar. 2. Mal və sərvətin artmasına səbəb olar. İnsanın fikir və düşüncə dairəsi genişlənər. 3. Bu ev göy əhli üçün ulduz olar. Həzrət Zəhra (s.ə) haqqında nəql olunur ki, Xanım (s.ə) mehrabda dayanan zaman nuru səmaya qədər yüksələrmiş və mələklər bu nurun haradan gəlməsini Allahdan soruşurlar. Xitab gəlir: “Ey Mənim mələklərim! Fatimənin (s.ə) mehrabına nəzər salın”. O evdə ki, Quran oxunar, o evin xüsusi ab-havası və səfası olar.  

1 2 3 4 5