Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Pak sülalə 23.02.2025

Əsirlər karvanı Kufədən Şama hansı yolla aparılıb?

Əsirlər karvanı Kufədən Şama hansı yolla aparılıb? Übeydullah ibn Ziyad əvvəl İmam Hüseynin (ə) başını Yezid ibn Müaviyəyə göndərdi. Sonra Şimr ibn Zilcövşən və digər bir neçə nəfərə tapşırdı ki, onların başçılığı ilə əsirlər Şama aparılsın, Əli ibn Hüseynin (ə) boynu və əlləri bağlansın. İmam Əli ibn Hüseyn (ə) yol boyu düşmənlə bir kəlmə də danışmadı. Peyğəmbər (s) övladlarını işgəncə altında Kərbəladan Kufəyə, Kufədən də Şama apardılar. Əsirlərin Kufədən Şama qədər getdikləri məsafə aşağıdakı üç əsas yoldan biridir: 1. Badiyə yolu: Bu yol 933 km. olmaqla Kufə və Şam arasında ən qısa yoldur, ancaq quru və səhralıqdır. 2. Fərat çayının sahili: Bu yolun çoxlu ayrıcları vardır. Ona görə də 1190 və 1333 km. arasında dəyişə bilər. Bu yolun üstünlüyü odur ki, onun çox hissəsi Fərat çayının sahili ilə getdiyindən su problemi olmur. 3. Dəclə çayının sahili (Sultani yolu): 1545 km. olmaqla Kufədən Şama qədər ən uzun yol sayılır və müxtəlif şəhərlərdən keçir. Mötəbər qaynaqların heç biri əsirlərin getdiyi yolu dəqiq təyin etməmişdir. Belə nəzərə çarpır ki, əsirləri ən qısa yol olan Badiyə yolu ilə aparıblar.

Pak sülalə 23.02.2025

Bəşir ibn Əmr əl-Həzrəmi

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən sonda və Bəni-Haşimdən öncə şəhid olan iki nəfərdən biridir. Çox vəfalı və bəsirətli bir kişi idi. Bəşir İmam Hüseynin (ə) karvanına Aşuradan bir neçə gün öncə Kərbəlada qoşuldu. O, Reydə əsirlikdə və həbsdə olan oğlunun sorağına gedəcəkdi. Buna görə də İmam Hüseyn (ə) ondan beyətini götürdü və gedə bilərsən dedi. Amma o özünü beyətdən azad etmədi və imamını tək buraxmayaraq dedi: “Əgər səni tək qoyarsam, yırtıcılar məni diri-diri yesinlər! Mən gedim?! Getmək üçün səndən minik istəyim?! Səni bu az əshabınla tək qoyum, özüm isə asudə xatirlə geri qayıdım?! Yox, heç vaxt bu belə olamayacaq! “ Aşura günü bütün əshab şəhid olmuşdu. Təkcə iki nəfər qalmışdılar. O iki nəfərdən biri Bəşir idi. İmamdan (ə) döyüşmək üçün icazə aldı. Düşmənlərə hücum çəkdi. İlk döyüşdə şəhid oldu. Mübarək məzarı Kərbəlada İmam Hüseynin (ə) ayaq tərəfində şəhidlərin ümumi

Pak sülalə 23.02.2025

Həbib ibn Məzahir əl-Əsədi (r)

Həbib ibn Məzahir əl-Əsədi (r) Həbib ibn Məzahir əl-Əsədi İmam Hüseynin (ə) ən sadiq və tanınmış səhabələrindən idi. O, Bəni Əsəd qəbiləsinə mənsub idi və İslamın ilk dövrlərində Peyğəmbər Məhəmmədi (s) görərək onun səhabələri sırasında yer almışdı. Həbib ömrünü Quranın öyrənilməsinə, ibadətə və Peyğəmbər (s) Əhli-beytinə məhəbbət yolunda keçirmişdi.Pe yğəmbərin (s) vəfatından sonra o, həmişə haqqın yanında oldu. İmam Əlinin (ə) xilafəti dövründə Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində onun ordusunda vuruşdu və İmamına sədaqət göstərdi. Daha sonra İmam Həsənin (ə) imamətini qəbul etdi və Əhli-beyt yolundan bir an belə ayrılmadı.Ye zid hakimiyyətə gəldikdən sonra Kufə əhalisi İmam Hüseyni (ə) şəhərə dəvət etdi. Həbib ibn Məzahir də İmamı Kufəyə çağıran möminlərdən idi. Lakin Übeydullah ibn Ziyad Kufəyə hakim təyin edildikdən sonra şəhərdə güclü təzyiq və təqiblər başladı. Buna baxmayaraq, Həbib fürsət taparaq gizli şəkildə Kufədən çıxıb Kərbəlaya çatdı və İmam Hüseynin (ə) karvanına qoşuldu.Mə hərrəmin doqquzuncu və onuncu gecəsində Həbib bütün varlığı ilə İmamın yanında idi. O, digər səhabələrlə birlikdə son ana qədər beyətinə sadiq qalacağını bildirdi və şəhadəti böyük bir şərəf hesab etdiyini söylədi.Aş ura günü İmam Hüseyn (ə) onu ordunun sol cinahına rəhbər təyin etdi. Həbib əvvəlcə düşmənə nəsihət etdi, Peyğəmbərin (s) nəvəsinə qarşı qılınc qaldırmamağa çağırdı. Lakin haqq sözü qəbul edilmədikdə, böyük şücaətlə döyüş meydanına atıldı. Yaşının çox olmasına baxmayaraq, misilsiz cəsarət göstərərək düşmən sıralarını yarır, İmamını müdafiə edirdi.Nə hayət, uzun döyüşdən sonra düşmən onu mühasirəyə aldı. O, aldığı ağır yaralar nəticəsində şəhadətə qovuşdu. İmam Hüseyn (ə) onun mübarək cəsədi üzərinə gəlib buyurdu:«S əni Allahın rəhməti əhatə etsin. Sən fəzilətli və Quranla ünsiyyətdə olan bir insan idin.»Hə bib ibn Məzahir ömrünün son anına qədər imamına sədaqət göstərərək Kərbəla məktəbinin ən parlaq simalarından biri oldu. Onun adı tarixdə iman, vəfa, cəsarət və Əhli-beytə sonsuz məhəbbətin simvolu kimi yaşayır.

Pak sülalə 21.02.2025

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində anadan olmuşdur. Atasi imam Rza, anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən olan Səbikə (Səkinə) Novbiyyədir. İmam Cavadın (ə) atası vəfat edərkən, təxminən, səkkiz yaşı olmuş, 220-ci h.q. ilinin Zil-həccə ayında, iyirmi beş yaşında ikən şəhadətə yetmiş və Bağdadda babası imam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. (“Üsuli-kafi”, c.1, səh.492) AZYAŞLI İMAM İmam Cavad (ə) uşaq yaşlarında imamət məqamına çatmış ilk imam olduğundan, o həzrətin həyatını mütaliə edərkən qarşıya çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (s) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu? Bu suallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismani cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü var və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşər tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-Taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarında ikən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı başa düşmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək. Qurani-Kərim həzrət Yəhyanın (ə) peyğəmbərliyi və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” “Məryəm” surəsi, ayə: 12. “Məryəm” surəsi, ayə: 12.) Bəzi təfsirçilər bu ayədə “hikmət” sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir edib. Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə ikən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan qaldırmışdır. Halbuki bu cür danışıq, özü də belə bir məfhuma malik söz yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsanın (ə) sözlərini belə açıqlayır: “Allahdan bir möcüzə olaraq körpə (İsa (ə) dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar və asi  etmədi.” (“Məryəm” surəsi, ayə: 30-32.) Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, imamlardan qabaq da digər mömin insanlar bu ilahi nemətdən bəhrələnmiş və bu, təkcə imamlara xas olmamışdır. İMAM CAVADIN (Ə) ELMİ MÜZAKİRƏLƏRİ Xəlifə Məmun qızı Ümmü Fəzli imam Cavadla (ə) evləndirməyə qərar verdikdə, Abbasilər narahat oldular və bu qərarla ciddi müxalifət etdilər. Çünki onlar xəlifənin bu işinin imam Rza (ə) ilə əlaqədar təşəbbüsü kimi, bəzi gözlənilməz nəticələr doğuracağını güman edirdilər. Buna görə də, Məmunun yanına gəlib xilafətin Abbasilərin əlindən çıxa biləcəyini bildirərək onun öz qərarından imtina etməsini istədilər. Onlar Məmuna Abbasilər və Ələvilər arasında baş verən köhnə çəkişmələrə, eyni zamanda, imam Cavadın (ə) hələ uşaq olduğuna, din və fiqhdən bir şey bilmədiyinə toxunaraq deyirlər: “Əvvəl onun din haqqında məlumat toplaması lazımdır. Ondan sonra nə məsləhət görsəniz, onu da edin.” Məmun deyir: “Mən onu sizdən yaxşı tanıyıram. O, elmləri “lədünni” olan və ilahi ilhamlardan qaynaqlanan ailədəndir. Bu məsələyə aydınlıq gətirmək üçün, istədiyiniz zaman onu sınaqdan keçirə bilərsiniz!” Nəhayət, onlar imam Cavadla (ə) münazirə üçün məşhur qazı və fəqihlərdən sayılan Yəhya ibn Əksəmi seçirlər. Yəhyanın razılığını aldıqdan sonra uyğun məsələ üçün çətin suallar hazırlamasını, onun sualları qarşısında imam Cavadın (ə) cavabsız qaldığı təqdirdə, ona nəfis əşyalar, var-dövlət verəcəklərini vəd verirlər. Bu iş üçün müəyyən bir gün təyin etdilər. Həmin gün münazirəni dinləmək üçün Abbasilər və hətta Məmunun özü də yığıncaqda iştirak edir. Yəhya ibn Əksəm suallarını soruşmaq üçün, əvvəl Məmundan, sonra isə imam Cavaddan (ə) icazə istəyir. O həzrət hazır olduğunu söylədikdə, Yəhya suallarını soruşmağa başlayır: “Ehram geyən şəxsin heyvan öldürməsinin hökmü nədir?” İmam Cavad (ə) bu sualın müqabilində bəzi suallar soruşur: “Heyvanı hərəmdə öldürmüşdür, yoxsa onun çölündə? Heyvanı öldürən ehramlı şəxs hökmü bilmədən bu işi görüb, yoxsa bilərəkdən? Səhvən öldürüb, yoxsa bilə-bilə? Ehram geyən şəxs azaddır, yoxsa kölə? Məkkəyə gedərkən öldürüb, yoxsa Məkkədən qayıdarkən? Öldürülən heyvan quş cinsindəndir, yoxsa, başqa bir cinsdən? Kiçikdir, yoxsa böyük? Ehramlı şəxs bu işindən peşmandır, ya yox? Bu işi gündüz görüb, yoxsa gecə? Ümrə halında imiş, yoxsa həcc halında?” İmam Cavad (ə) məsələnin bütün yönlərinə toxunduqda, Yəhya həyəcan içərisində qalıb özünü itirir. Məğlub olduğu üzünün rənginin dəyişməsindən açıq-aşkar görünür. Bu vəziyyətdən razılığını bildirən Məmun, Abbasilərə xitabən deyir: “İndi, imam Cavad (ə) haqqında doğru mövqedə olduğumu anladınızmı?” Sonra qızı Ümmü Fəzli o həzrətlə evləndirir və mehriyyəsini də, eynilə o həzrətin anası xanım Fatimeyi-Zəhranın (ə) mehriyyəsi qədər təyin edir. Oradakılar məclisi tərk etdikdən sonra Məmun imam Cavaddan (ə) Yəhya ibn Əksəmə verdiyi sualların cavablandırılmasını istəyir. O həzrət bütün suallara cavab verib, Yəhya ibn Əksəmdən soruşur: “O kimdir ki, səhərin ilk çağlarında bir qadın ona haram olduğu halda, günəş doğduqdan sonra həmin qadın ona halal olur, günorta vaxtı haram, ikindi vaxtı halal, gün batarkən haram, şam vaxtı halal, gecə yarısı haram və günəş doğarkən halal olur. Bu qadının məsələsi necədir və necə olur ki, daim kişiyə ya halal, ya da haram olur?” Yəhya ibn Əksəm bu sualın cavabından aciz qalaraq imam Cavadın (ə) özünün cavab verməsini istəyir. O həzrət buyurur: “O qadın başqasının kənizidir. Sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur, günəş doğduqdan sonra onu sahibindən alır və ona halal olur. Günorta vaxtı çatdıqda, onu azad edir və yenidən kəniz ona haram olur. İkindi vaxtı azad etdiyi kənizlə evlənir və halal olur. Gün batarkən “zihar” edir və nəticədə, yenə özünə haram olur. Şam vaxtı çatdıqda “zihar” kəffarəsini ödəməklə o qadın yenidən ona halal olur. Gecə yarısı qadını boşadığı üçün qadın ona haram olur və ertəsi gün qadına müraciət etməklə yenidən qadın ona halal olur.” İMAM CAVADIN (Ə) ELMİ MİRASI Bildiyimiz kimi, imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onların vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuşdur, buna görə də, imam Sadiqin (ə) minlərlə şagirdi olmuşdur. İmam Cavaddan (ə) başlayaraq imam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı imam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə hədsiz dərəcədə az olmuşdur. Demək, “imam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə, heç də təəccüblənməməliyik. (“Rical”, Şeyx Tusi, səh.397-409.) Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə, cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, imam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də vardır. Bunlardan bəziləri bir çox əsərlər də yazmışlar. Başqa bir məsələ isə odur ki, imam Cavadın (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də, sünni məzhəbinin alim və hədisçiləri də bir sıra islami maarif və həqiqətləri o həzrətdən nəql etmişlər. (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.384) İMAM CAVADIN(Ə) ŞƏHADƏTİ 218-ci h.q. ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim hakimiyyətə gəlir. O, imam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə 220-ci h.q. ilində o həzrəti Mədinədən Bağdada gətirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak edir. Həmin məclisdə Bağdad qazısı İbn Əbu Duad və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olur, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib deyir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hakimiyyətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksəkrütbəli nümayəndələrin hüzurunda (imam) Cavadın (ə) fətvasını başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olacaq.” Qəlbində imam Cavada (ə) qarşı düşmənçilik və kin-küdurət bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olur və İmamı (ə) öldürmək fikrinə düşür. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib, imam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. (“Əl-irşad”, səh.326.)

Pak sülalə 17.02.2025

Həzrət Məsumənin (s.ə) həyatına qısa bir baxış

Xanım #Məsumənin (ə) atası yeddinci imam həzrət #Museyi-Kazim (ə) və anası Nəcmə xatundur. O həzrət 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmışdır. Adı Fatimə, məşhur ləqəbi #Məsumədir. Digər ləqəbləri isə belədir: #Tahirə, Həmidə, #Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, #Mərziyyə, #Səyyidə, #Uxtur-Riza. Yeddinci əsrin sünni alimi İbn Cövzi imam Kazimin (ə) dörd qızını Fatimə adı ilə qeyd etmişdir: 1. #Fatimeyi-Kubra; 2.# Fatimeyi-Suğra; 3. #Fatimeyi-Vusta; 4. #Fatimeyi-Uxra. Qeyd edək ki, Fatimeyi-Kubra həmin “Fatimeyi-Məsumə”dir ki, onun pak qəbri İranın müqəddəs Qum şəhərində şiələrin ziyarətgahına çevrilmişdir. “#Bibi Heybət” adı ilə məşhur olan #Fatimeyi-Suğra (və yaxud Həkimə) Bakı şəhərinin cənub tərəfinin girişində dəfn edilmişdir. Fatimeyi-Uxra “İmam bacısı” ləqəbi ilə məşhur olub, İranın Rəşt şəhərində dəfn olunmuşdur. (“Biharul-ənvar”, c. 48, səh. 286 və 317.) Fatimeyi-Vusta isə “Sitti-Fatimə” ləqəbi ilə İranın İsfahan şəhərində dəfn olunmuşdur.

Pak sülalə 11.02.2025

Həzrət Məsumənin (s.ə) həyatına qısa bir baxış

#Zilqədə ayının 1-i Həzrət #Məsumənin (ə) mübarək viladət günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o Xanımın həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: Xanım #Məsumənin (ə) atası yeddinci imam həzrət #Museyi-Kazim (ə) və anası Nəcmə xatundur. O həzrət 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmışdır. Adı Fatimə, məşhur ləqəbi #Məsumədir. Digər ləqəbləri isə belədir: #Tahirə, Həmidə, #Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, #Mərziyyə, #Səyyidə, #Uxtur-Riza. Yeddinci əsrin sünni alimi İbn Cövzi imam Kazimin (ə) dörd qızını Fatimə adı ilə qeyd etmişdir: 1. #Fatimeyi-Kubra; 2.# Fatimeyi-Suğra; 3. #Fatimeyi-Vusta; 4. #Fatimeyi-Uxra. Qeyd edək ki, Fatimeyi-Kubra həmin “Fatimeyi-Məsumə”dir ki, onun pak qəbri İranın müqəddəs Qum şəhərində şiələrin ziyarətgahına çevrilmişdir. “#Bibi Heybət” adı ilə məşhur olan #Fatimeyi-Suğra (və yaxud Həkimə) Bakı şəhərinin cənub tərəfinin girişində dəfn edilmişdir. Fatimeyi-Uxra “İmam bacısı” ləqəbi ilə məşhur olub, İranın Rəşt şəhərində dəfn olunmuşdur. (“Biharul-ənvar”, c. 48, səh. 286 və 317.) Fatimeyi-Vusta isə “Sitti-Fatimə” ləqəbi ilə İranın İsfahan şəhərində dəfn olunmuşdur.

Pak sülalə 07.02.2025

ƏZIZ PEYĞƏMBƏRIN (S) HƏYAT YOLDAŞI XƏDICEYI-KUBARININ (əs) VƏFATI

ƏZIZ PEYĞƏMBƏRIN (S) HƏYAT YOLDAŞI XƏDICEYI-KUBARININ (əs) VƏFATI Besətin onuncu ili, ramazan ayının 10-cu günü, həzrət Xədicə (əs) 65 yaşında vəfat etdi. (Məsarüş-şiə, s.6- Feyzül-Əllam, Vəqayeül-əyyam, s. 32) Qüreyşin sərvətli və adlı-sanlı qadınlarından olan o xanım, peyğəmbərlə (s) besətdən 15 il öncə evlənmişdi.   Peyğəmbərə (s) iman gətirən ilk şəxslərdən idi. Bütün gücü ilə o həzrətə kömək etdi. Xədicənin varlığı peyğəmbər üçün o qədər əhəmiyyətli idi ki, onun vəfatını böyük müsibət saydı. Özünün iki himayəçisni (həzrət Əbu Taliblə (ə) həzrət Xədicənin) vəfat ediyi ili “amul-huzn”, yəni hüzn ili adlandırıdı. Həzrət Xədicə (ə.s) dünyadan köçən zaman peyğəmbərə (s) bir neçə vəsiyyət etdi. O qədər fədakarlığa – dinin sütunlarını möhkəmlətmək üçün o qədər malını infaq etməsinə baxmayaraq,  ərz etdi: Ya Rəsulullah! Məni bağışlayın ki, sizin haqqınızı (lazımınca) əda edə bilmədim.”  Peyğəmbər (s) buyurdu: “ Haşa! Heç bir vaxt (belə deyil). Mən sizdə bir qüsur görmədim. Mənim üçün son həddə çalışdın. Evimdə mənim üçün çoxlu zəhmətlərə dözdün və malını Allah yolunda bağışladın. “   (Şəcəreyi-Tuba: c.2, s. 234).   Həzrət Xədicə,, peyğəmbərin ilk həyat yoldaşı idi. O həyatda olduğu dövrdə əziz peyğəmbər (s) başqa birisi ilə evlənmədi. İslamda öncüllüyü və peyğəmbər (s) xidmətləri saya gəlməz. Onun fəziləti haqqında bunu demək kifayətdir ki, həzrət Siddiqənin (ə.s) anası, və on dörd məsumun (ə) nənəsidir. Həzrət Xədicə, peyğəmbəri (s) təsdiqləyən birinci qadındır. Məkkədə  o həzrətlə camaat namazı qılan ilk qadındır. Birinci qadındır ki, öz imanını müşriklər arasında aşkar etdi. Birinci qadındır ki, düşmənlərin müqabilində onu düşmənlərdən müdafiə etdi və bütün malını ona bağışladı. Birinci qadındır ki, Əmirəlmöminin (ə) vilayətini qəbul etməklə kamal dərəcəsinə yüksəldi. (Rəyahinüş-şəriə:  c. 2, s. 211).  

Pak sülalə 05.02.2025

Hz. Əli Əkbərin (ə.s.)həyatı

Şaban ayının 11-ci günü Hz. Əli Əkbərin (ə.s.) mövlud günüdür https://ia801601.us.archive.org/16/items/hz.-li-kbrin-.s.-movludu/Hz.%20Əli%20Əkbərin%20%28ə.s.%29%20mövludu.mp3 Bu gün İslam dünyasının mübarək günlərindən biri, üçüncü imamımız İmam Huseynin (ə.s.) oğlu Həzrət Əli Əkbərin (ə.s.) mövlud günüdür. O mübarək insan imamın himayəsində böyümüş və Əhli-Beyt məktəbinin layiqli davamçılarından olmuşdur. O, atası ilə birgə Kərbəlaya yollanmış, İslam uğrunda canından keçmişdir. Onun şəhid olmazdan əvvəl atasından son istəyi bu olmuşdur: “Ata, mən şəhid olanda ağlama, çünki istəmirəm düşmənlər sənin göz yaşlarını görsünlər”. Əli Əkbərin (a.s.) həyatı. İslamın dirçəlişində öz şəhadəti ilə mühüm rol oynayan şəxslərdən biri də Hz. Əli Əkbərdir (ə.s). Əli Əkbər (ə.s) İmam Hüseynin (ə.s) övladlarındandır. İmam Hüseynin (ə.s) üç oğlunun adı Əli idi. Əli Əkbər (ə) İmam Hüseynin böyük oğlu olduğu üçün ona Əli Əkbər, yəni böyük Əli deyilir. İkinci oğlu Əli Əvsət (İmam Zeynul-Abidindir (ə.s). Üçüncü oğlu isə Əli Əsgərdir 6 aylıq olarkən kərbəlada şəhid olmuşdur. Əli Əkbərin (ə.s.) təvəllüdü Tarixçilər arasında o həzrətin dəqiq anadan olmasının tarixi barəsində böyük ixtilaf mövcuddur. Bütün tarixçilər əsasən onun Kərbəlada başına gələn hadisələri nəql etdiklərinə görə, onun təvəllüdünə işarə etməmişlər. Belə ki, tarixçilərin bəzisi o həzrətin yaşını 19, digərləri 20 və bəziləri də 38 olduğunu yazmışlar. Amma tarixi araşdırmalar göstərir ki, Hz. Əli Əkbər (ə.s) Şaban ayının 11-də dünyaya gəlmişdir. Əllamə Əbdur-Rəzzaq belə yazır: Hz. Əli Əkbər (ə.s) Şaban ayının 11-də, üçüncü xəlifənin vəfatından iki il əvvəl anadan olmuşdur. Üçüncü xəlifə isə hicrətin 31-ci ilində vəfat etmişdir. Hz. Əli Əkbər (ə.s) Xəlifə Osmanın xilafəti dövründə dünyaya gəlmişdir. Ulu babası Peyğəmbər (s.ə.v), babası Hz. Əli (ə.s), atası isə İmam Hüseyndir (ə.s). Anası Əbi Mərvə ibni Urvə ibni Məsud Səqəfinin qızı Leyladır. Əli Əkbərin (ə.s.) şəxsiyyəti. 1) Əli Əkbər (ə.s) Peyğəmbərə (s.ə.v) ən çox oxşayan kəsdir. Əli Əkbər (ə.s) hər cəhətdən Peyğəmbərə oxşayırdı. Bu oxşarlıq o dərəcədə idi ki, Kərbəlada meydana çıxanda qoşun elə hesab etdi ki, Peyğəmbər (s.ə.v) özü meydana çıxıb. Belə ki, İmam Hüseyn (ə.s), Əli Əkbəri (ə.s) meydana göndərəndə qoşuna belə xitab edib buyurdu: “Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s.ə.v) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s.ə.v) üçün darıxsaydı, onun üzünə baxardıq!” 2) Əli Əkbər şəhadət məqamını arzu edir. İmam Hüseynin (ə.s) karvanı Məkkədən İraqa yollandığı vaxt, yolda İmam Hüseyn (ə.s) yuxuda qeybdən gələn bir səs eşitdi. O səs deyirdi: “Bunlar şəhadətə tərəf yola düşmüşlər”. İmam Hüseyn (ə.s) yuxudan ayıldıqdan sonra “İnnə lilləhi və innə iləyhi raciun” dedi. Əli Əkbər (ə.s) onun səbəbini soruşduqda İmam yuxusunu danışdı. Əli Əkbər (ə.s) soruşdu: “Haqq bizimlə deyilmi?” İmam buyurdu: “Bizimlədir”. Əli Əkbər (ə.s) buyurdu: “Əgər belədirsə, əsla ölümdən qorxumuz yoxdur”. 3) Əli Əkbər (ə.s) öz qanı ilə İslamı dirçəltdi. Kərbəlada kəsilmiş qurbanların içində Əli Əkbər (ə.s)-ın də adı qeyd olunmuşdur. O da öz qanı və bütün varlığı ilə İslamın dirçəlişi üçün qılınc çəkmiş və bütün müsəlmanların imamı olan İmam Hüseyni (ə.s) müdafiə etmişdir və nəhayət İmamın qarşısında şəhid olmuşdur. İmam Hüseynin (ə.s) vəfalı və qeyrətli səhabələrindən sayılan Əli Əkbər (ə.s) Kərbəlada qanını axıtmaqla İslamın dirçəlişində mühüm rol oynadı. 4) Kərbəlada Əhli-Beytin himayəsində. Kərbəlada İmam hüseynin (ə.s) qardaşı Əbülfəzl Abbas (ə.s) və oğlu Əli Əkbər (ə.s) Əhli-Beyti himayə edir və lazım gələndə suyun qarşısının alınmasına baxmayaraq, böyük şücaətlə gedib Əhli-hərəmə su gətirirdilər. Əli Əkbər (ə.s) Kərbəlada Aşura günü Yezidin qoşunu tərəfindən qətlə yetirilərək şəhid oldu. İmam Zeynəl-Abidin (ə.s) pak cəsədləri dəfn edərkən Əli Əkbərin (ə.s) pak cəsədini İmam Hüseynin (ə.s) ayaq tərəfində dəfn etdi. Hal-hazırda Əli Əkbərin mübarək qəbri Kərbəla şəhərində yerləşir. Allah şəfaətlərindən ayırmasın!

Pak sülalə 04.02.2025

HƏZRƏT ƏBÜLFƏZL-ABBASIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şaban ayının 4-də müsəlmanlar İmam Əli (ə) və Ümmülbəninin oğlu, İmam Həsən (ə) və İmam Hüseynin (ə) qardaşı, Kərbəlada İmam Hüseyn (ə) dəstəsinin bayraqdarı Həzrət Əbülfəzl Abbasın (ə) mövlud gününü qeyd edirlər. Həzrət Abbas (ə) hicrətin 26-cı ilində dünyaya gəlib, çoxlu fəzilətlərinə görə “Əbəlfəzl”, yəni “fəzilət atası və sahibi” ləqəbini qazanıb. Adı: Abbas; Künyəsi: Əbülfəzl; Ləqəbi: Qəməri Bəni-Haşim (Haşimilərin ayı), Babül-həvaic (hacətlər qapısı); Doğum günü: 26-cı hicri-qəməri ili, Mədinə şəhəri; Atası: İmam Əmirəlmöminin Əli (ə); Anası: Fatimə Kilabiyyə (Ümmül-Bənin); Həyat yoldaşı: Abdullah ibn Abbasın qızı Lübabə (Tarixdə həzrət Əbülfəzl-Abbasın (ə) 18-21 yaşlarında evləndiyi göstərilir); Övladları: 5 oğul, bir qız: Übeydüllah, Fəzl, Həsən, Qasim, Məhəmməd və Hədiqətün-Nəsəb (və yaxud Hədaiqül-üns); Kərbəlada vəzifəsi: İmam Hüseynin (ə) qoşununun ələmdarı və bayraqdarı; Şəhadət günü: 61-ci hicri-qəməri ili, Məhərrəm ayının 10-u (Aşura günü); Dəfn olunduğu yer: Kərbəla şəhəri; Mübarək ömrü: 34-35 il. Ata-ana tərbiyəsi və ailə mühiti insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Həzrət Əbülfəzl (ə) də bu ümumi qanundan istisna deyildir. Ümmül-Bənin kimi ananın qucağında tərbiyələnmək, Əmirəlmöminin Əli (ə) kimi atadan əxlaqi-mənəvi xüsusiyyətləri öyrənmək, imam Həsən (ə), imam Hüseyn (ə), xanım Zeynəb (s.ə.) və Ümmü-Gülsüm (s.ə.) kimi bacı-qardaşlarla birlikdə boya-başa çatmaq Əbülfəzl (fəzilət atası) yox, Əbülfəzail (fəzilətlər atası) yaradır. Lakin o həzrətin uşaqlıq çağlarını və imamların onun barəsindəki qiymətli kəlamlarını araşdırarkən məlum olur ki, onun gözəl əxlaqı, biliyi, təqvası, ibadəti, mərifəti, şücaəti və fədakarlığı mühitdən doğan şəxsi qazanc deyildir. Bu səciyyələrin bir hissəsi o həzrətdə zatidir ki, atası imam Əlidən (ə) irs aparmışdır. Tarixdə göstərilir ki, imam Əli (ə) xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadətindən bir neçə il il sonra Ümmül-Bəninlə evləndi və bu evlilikdən dörd oğul dünyaya gəldi: Abbas, Ovn, Cəfər və Osman. Onların ən böyüyü Abbas idi. Qeyd edək ki, həzrət Abbasın (ə) anası Ümmül-Bəninin əsl adı Fatimədir. Dörd oğul dünyaya gətirdiyi üçün ona “Ümmül-bənin” (oğullar anası) deyildi. Həzrət Əbülfəzl-Abbas (ə) 26-cı hicri-qəməri ilinin Şəban ayının 4-də, Mədinə şəhərində dünyaya göz açmışdır. O, doğulan gün imam Əli (ə) körpəni qucağına alıb, sağ qulağına azan, sol qulağına isə iqamə dedikdən sonra adını Abbas qoydu. “ Abbas” sözünün lüğətdə bir çox mənaları vardır ki, bir mənası da güclü aslan deməkdir. İmam Əli (ə) oğlunun bədəninə baxıb, bədənində şücaət və qəhrəmanlığı gördükdə, adını Abbas qoydu. İmam Əli (ə) bəzən Abbası qucağına alıb qollarını öpərək ağlayardı. Bir gün Ümmül-Bənin o həzrətin ağlamasının səbəbini soruşduqda, Həzrət belə cavab verdi: “Bu əllər Hüseynə kömək yolunda kəsiləcəkdir.” Bəli, Abbas, imam Əlinin (ə) evində, imanlı və vəfalı ana qucağına, imam Həsən (ə) və imam Hüseynin (ə) kənarında boya-başa çatdı və bu pak ailədən böyük insanlıq, sədaqət və şəhadət dərslərini öyrəndi. Tarixdə göstərilir ki, imam Əli (ə) Abbası uşaq olarkən yanında əyləşdirib, Abbasdan “bir” deməsini istəyir. Abbas da deyir: “Bir!” İmam Əli (ə) ondan “iki” deməsini istədikdə, Abbas “iki” deməkdən çəkinir. Həzrət “iki” deməməsinin səbəbini soruşduqda, Abbas belə cavab verir: “Allahı bir çağırdığım dillə iki deməyə utanıram.” Həzrət Abbas (ə) yalnız şücaətdə deyil, həm də ağıl, zəka və insanlıq cilvələrində də üstün idi. O, yəqin bilirdi ki, böyük bir gün – Aşura üçün zəxirə olunmuş və doğulmuşdur. Həzrət Abbas (ə) on dörd yaşında ikən atası imam Əmirəlmöminin Əli (ə) 40-cı hicri-qəməri ilinin Ramazan ayının 21-də şəhadətə yetdi və atasının şəhadət vaqiəsinin, dəfn mərasiminin şahidi oldu. O, atası imam Əlinin (ə) Ramazan ayının 21-ci gecəsi, şəhadət yatağındakı tövsiyələrini əsla unutmadı. İmam (ə) ondan istəmişdi ki, Kərbəlada Aşura günü qardaşı Hüseyni (ə) tək-tənha qoymasın. İmam Əlinin (ə) şəhadətindən sonra isə qardaşı imam Həsənin (ə) imamətinin acı illərini də təcrübə etdi. İmam Həsən (ə) zəhərlənib şəhadətə yetəndə, həzrət Əbülfəzl-Abbasın (ə) 24 yaşı var idi. Həzrət Əbülfəzl-Abbas qardaşı imam Həsənin (ə) şəhadətindən sonra öz ömrünü imam Hüseynə (ə) xidmətə sərf etdi. Müaviyənin ölümündən sonra Mədinənin hakimi imam Hüseyni (ə) “darul-imarə”yə çağırıb Yezidin peyğamını o həzrətə çatdırdıqda, həzrət Əbülfəzl-Abbas (ə) otuz nəfərlə birlikdə darul-imarənin önündə hazır vəziyyətdə dayanmışdılar. Onların darul-imarəyə gəlişi ilə imam Hüseynin (ə) önündən təhlükələr qaldırıldı. Həzrət Əbülfəzl-Abbas (ə) Aşura karvanının Kərbəlaya doğru köçünün rəhbərliyini də öz öhdəsinə götürdü, Kərbəlada tarixi səhifələrdə misilsiz bir qəhrəmanlıq göstərdi və Əməvilərin amannaməsini geri qaytarmaqla dövrün imamına vəfadarlığını İslam camiəsində yadigar qoydu. O həzrət Aşura günü Kərbəlanın yandırıcı səhrasında Əhli-beyt uşaqlarının qurumuş dodaqlarını gördükdə, su tuluğunu çiyninə alıb həyatının ən böyük sınağından alnıaçıq çıxmaq üçün yola düşdü, düşmən sıralarını pozaraq özünü Fərat çayına yetirdi. Tuluğu su ilə doldurub, öz təşnə dodaqları ilə Fəratın zülal suyuna bir tamaşa etdi, amma bir qurtum belə su içmədi. Çünki Hüseyn (ə) və övladları xeymələrdə susuz idilər. Onlardan öncə özünü su ilə sirab etməsini özünə yaraşdırmadı. Düşmən yaxşı bilirdi ki, Abbasın (ə) qolları yerə düşməyincə, kimsə onun müqabilində dayana bilməz. Odur ki, onun qollarını hədəf aldılar. Abbas (ə) suyun qorunması üçün hər iki əlini əldən verdi və düşmən zərbələri ilə atdan yıxıldı. İmam Hüseyn (ə) özünü Abbasın başı üstə yetirib qucağına aldıqda, artıq Abbas öz Məhbubuna qovuşmuşdu. Abbas (ə) 34-35 yaşında ikən şəhadətə yetdi. İmam Səccad (ə) əmisi Abbas (ə) haqda belə buyurmuşdur: “Allah əmim Abbasa rəhmət etsin ki, qardaşı yolunda fədakarlıq etdi, öz canını qurban verdi və iki əli kəsildi. Allah-Taala ona Cəfər Təyyar kimi, kəsilmiş iki əlinin müqabilində iki qanad əta etdi ki, behiştdə mələklərlə pərvaz etsin. Abbasın Allah dərgahında məqamı o qədər böyükdür ki, qiyamət günü bütün şəhidlər onun uca məqamına qibtə edəcəklər.” https://ia601608.us.archive.org/25/items/h-zr-t-bu-lf-zl-abbasin-h-yatina-qisa-bi-r-baxis/HƏZRƏT%20ƏBÜLFƏZL-ABBASIN%20%28Ə%29%20HƏYATINA%20QISA%20BİR%20BAXIŞ.mp3

Pak sülalə 04.02.2025

Həzrət Zeynəbin (s.ə) həyatına qısa bir baxış

https://ia904703.us.archive.org/9/items/hzrt-zeynbin-s.-hyatina-qisa-bir-baxis/Həzrət%20Zeynəbin%20%28s.ə%29%20həyatına%20qısa%20bir%20baxış.mp3 İmam Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s.ə.) evliliyindən beş övlad dünyaya göz açdı: Həsən, Hüseyn, Zeynəb, Ümmü-Gülsüm və Möhsin! Xanım Zeynəb (s.ə.) bu ailənin 3-cü övladıdır. “Zeynəb” sözünün iki mənası var: 1. Ətirli və mənzərəli ağac; 2. Atasının zinəti. (“Lisanul-ərəb”, 1-ci cild, səh.453; “Tacul-ərus min cəvahiril-qamus”, 2-ci cild, səh.60.) Müxtəlif rəvayətlərə əsasən, xanım Zeynəbin (s.ə.) adı Allah-Taala tərəfindən, Peyğəmbəri-Əkrəmin (s) vasitəsilə qoyulmuşdur. Tarixdə göstərilir ki, xanım Zeynəb (s.ə.) dünyaya göz açdığı zaman Peyğəmbəri-Əkrəm (s) səfərdə olduğundan, xanım Fatimeyi-Zəhra (s.ə.) imam Əlidən (ə) istəyir ki, uşağa ad qoysun. İmam Əli (ə) buyurur: “Mən atan Peyğəmbərdən (s) irəli keçmərəm. Gözləyək Peyğəmbər (s) səfərdən gəlsin və məsləhət bildiyi adı uşağa qoysun.” Peyğəmbər (s) üç gündən sonra səfərdən qayıdır. İmam Əli (ə) bu xəbəri Peyğəmbərə (s) çatdırıb, ondan uşağa ad qoymasını xahiş edir. Peyğəmbər (s) buyurur: “Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərar vermək və onlara ad seçmək yalnız Allaha məxsusdur.” Ondan sonra vəhy mələyi Cəbrail-Əmin nazil olub deyir: “Ey Allahın Rəsulu! Allah sənə salam yetirib buyurur: Bu qızın adını Zeynəb qoy! Çünki Mən bu adı “Lövhi-Məhfuz”da yazmışam.” Bunu eşidən Peyğəmbər (s) Zeynəbi ağuşuna alıb öpür və buyurur: “Ümmətimə tövsiyə edirəm ki, bu qızın hörmətini qoruyub-saxlasınlar. Həqiqətən, o, Xədiceyi-Kubraya bənzəyir.” (“Əl-xəsaisətuz-Zeynəbiyyə”, Seyid Nurəddin Cəzairi, səh.55.) Yəni xanım Xədiceyi-Kubranın (s.ə.) İslamda fədakarlıqları kimi, xanım Zeynəbi-Kubranın (s.ə.) da İslam yolunda fədakarlıqları, dözümlülüyü, şücaət və mübarizəsi bu dinin əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir. Xanım Zeynəbi-Kubra (s.ə.) 5-ci (yaxud 6-cı) hicri-qəməri ilinin Cəmadiul-əvvəl ayının 5-də Mədinədə dünyaya göz açır və beş yaşında ikən, babası Peyğəmbəri-Əkrəm (s) əbədiyyətə qovuşur. Anası xanım Fatimeyi-Zəhra (s.ə.) da bu dünyada Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra 75 və yaxud 95 gündən çox yaşamır. Anasından sonra onun tərbiyəsini imam Əli (ə) və qardaşları Həsənlə (ə) Hüseyn (ə) öz öhdələrinə götürürlər. Xanım Zeynəbin (s.ə.) qardaşı Hüseynə (ə) məhəbbəti hədsiz olduğundan, ailə həyatı qurmaq istədiyi zaman elçiliyinə gələn əmisi oğlu Abdullah ibn Cəfərlə şərt kəsir ki, hər zaman imam Hüseyn (ə) səfərə getmək istəsə, qardaşımla birlikdə səfərə çıxmağıma mane olmasın. Bu evlilikdən dörd oğul və bir qız dünyaya gəlir: Əli, Ovn, Abbas, Məhəmməd və Ümmü-Gülsüm. Ovn ilə Məhəmməd Kərbəla faciəsində şəhadətə yetirlər. (“Həzrət Zeynəb – furuğe tabane-Kovsər”, Məhəmmədi İştihardi, səh.17; “Əl-xəsaisətuz-Zeynəbiyyə”, Seyid Nurəddin Cəzairi, səh.44.) Xanım Zeynəb (s.ə.) 35 yaşında atası imam Əli (ə), 45 yaşında isə böyük qardaşı imam Həsən (ə) şəhadətə yetirlər. İmam Həsənin (ə) şəhadətindən sonra 10 il qardaşı imam Hüseynin (ə) kənarında həyatın ağrı-acılı hadisələrinin şahidi olur, həyatında ağır müsibətlərlə üzləşir. Amma onun Kərbəla faciəsində öz gözü ilə şahid olduğu müsibətləri qələmlə təcəssüm etmək mümkünsüzdür. O, altı qardaş (imam Hüseyn (ə), Əbülfəzl-Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-Bəninin oğulları) və Ovn (Əsmanın oğlu) dağı gördü. Gözünün iki nuru – Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu Kərbəlada şəhid oldu. Bunlardan əlavə, Əliəkbər, Qasim və Abdullah kimi qardaşı uşaqlarının da dağına dözdü. Xanım Zeynəb (ə) qardaşlarının başlarının bədənlərindən ayrılmasını, xeymələrin yanmasını və yetim uşaqlara zülm olunmasını, əsarət günlərinin ağrı-acısını da gördü. Kərbəla faciəsindən sonra xanım Zeynəb (ə) Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, oradan da Şam şəhərinə aparıldı. Bütün bu müsibətlərə görə xanım Zeynəb (s.ə.) “Müsibətlər anası” adlandırılmışdır. Nəhayət, xanım Zeynəb (s.ə.) Kərbəla faciəsindən bir il neçə ay sonra, 62-ci hicri-qəməri ilinin Rəcəb ayının 14-ü (və yaxud 15-i), bazar günü Şamda (Suriya) təqribən 57 yaşında ikən əbədiyyətə qovuşdu. (“Zeynəbul-Kubra minəl-məhdi iləl-ləhd”, səh.591.)

Pak sülalə 02.02.2025

Ümmül-Bəninin (Həzrət Əbəlfəzl Abbasın (ə) anası) vəfatı

Ümmül-Bəninin (Həzrət Əbəlfəzl Abbasın (ə) anası) vəfatı Cəmadius-sani ayının 13-ü ( imam Əlinin (ə) həyat yoldaşı və həzrət Əbülfəzl-Abbasın (ə) anası Ümmül-Bəninin vəfat günüdür. Elə bu məqsədlə, onun həyatı ilə bağlı qısa məlumatı əziz oxucularımızın diqqətinə çatdırırıq: Adi Fatimə, künyəsi Ümmül-Bənin (Oğullar anası), atası Hizam, anası isə Şəmamə və yaxud Leyladır. Bəni-Kilab qəbiləsindəndir. Həmçinin onun nəsli bir neçə vasitə ilə Peyğəmbəri-Əkrəmin (s) ulu babası Əbdü-Mənafa çatır. O, imam Əli (ə) ilə evlənmiş və bu evlilikdən dörd oğul dünyaya gəlmişdir: Şücaət nümunəsi həzrət Əbülfəzl-Abbas (ə), Abdullah, Osman və Cəfər. Hər dörd oğul Kərbəla faciəsində imam Hüseynin (ə) rikabında şəhadətə yetmişdir. Təqribən, 70 yaşında ikən vəfat etmiş və Mədinə şəhərinin “Bəqi” qəbiristanlığında torpağa tapşırılmışdır. Tarixdə onun doğum tarixi barədə dəqiq məlumat verilməmişdir. Amma onların qeydlərinə görə, Ümmül-Bəninin 26 yaşında ikən, böyük oğlu həzrət Əbülfəzl-Abbası (ə) dünyaya gətirmişdir. (Bəzi tarixçilər də onun təqribən, 5-ci hicri ilində dünyaya gəldiyini ehtimal vermişlər.) Tarixdə göstərilir ki, həzrət Ümmül-Bəninin ata-babaları, eləcə də dayıları İslamdan öncə ərəblər arasında şücaət, qəhrəmanlıq və igidliklə tanınırmışlar. Tarixçilər onların döyüş zamanı göstərdikləri şücaət və qəhrəmanlıqları xüsusi vurğulamışlar. Ərəblərin ən böyük nəsəbşünası Əqilin öz qardaşı imam Əliyə (ə) dediyi söz bu mətləbə şahiddir: “Mən ərəb tayfaları arasında Ümmül-Bəninin ata-babaları kimi şücaətlisini tanımıram.” (“Qəməri Bəni-Haşim”, Əbdürrəzzaq Müqərrəm, səh.9.) Xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadətindən sonra, imam Əli (ə) ərəb tayfalarını yaxşı tanıyan qardaşı Əqilə belə buyurur: اُنْظُرْ لِى اِمْرَأَةً قَدْ وَلَدَتْها الْفُحُولَةُ مِنَ الْعَرَبِ لِاَتَزَوَّجَها فَتَلِدَ لِى غُلاماً فارِساً “Mənə ərəblərin şücaətli nəslindən bir zövcə tap ki, mənim üçün ondan igid və şücaətli oğul dünyaya gəlsin.” (“Umdətut-talib”, İbn Ənbə, səh.357.) Əqil, Fatimə Kilabiyyəni məsləhət görür və imam Əli (ə) onun seçimi ilə razılaşır. İmam Əli (ə) qardaşı Əqili Ümmül-Bəninin atasının yanına göndərir. Ata bu mübarək vüsala razı olsa da, qızı və qızın anası ilə məsləhətləşmək istəyir. O, qızı və həyat yoldaşının otağına daxil olmaq istədikdə, qızının öz anasına gördüyü yuxunu danışdığını eşidir: “Ana can! Yuxuda gördüm ki, merli-meyvəli bir bağda əyləşmişəm. Bağın içində çaylar axır, ay və ulduzlar parlayırdı. Mən də gözümü onlara dikmişdim və Allahın yaratdıqları haqda düşünürdüm. Bu zaman ay göydən enib qucağıma düşdü, onun nurundan gözlərim qamaşdı. Heyrətdə ikən, digər dörd nur da qucağıma düşdü.” Ümmül-Bəninin atası Hizam ibn Xalid yuxunu eşitcək xoşhal oldu və qızını müjdələyərək dedi: لَقَدْ حَقَّقَ اللَّهُ رُؤْیاكِ یا بُنَیتِى فَاَبْشِرِى بِسَعادَةِ الدُّنِیا وَالْآخِرَةِ “Qızım! Allah-Taala sənin yuxunu gerçəkləşdirdi. Səni dünya və axirət səadəti ilə müjdələyirəm.” Sonra həyat yoldaşı Şəmaməyə dedi: “Qızım Fatiməni (“Ümmül-Bənini) həzrət Əliyə (ə) layiq bilirsənmi? Bil ki, onun evi vəhy, nübüvvət, elm, hikmət, ədəb və əxlaq evidir. Əgər qızını bu evə layiq bilirsənsə, bu mübarək vüsalı qəbul edək!” Həyat yodaşı Şəmamə dedi: “Ey Hizam! Mən onu yaxşı tərbiyə etmişəm və Allahdan istəyirəm ki, onu xoşbəxt eləsin!…” Beləliklə, onlar iftixarla Əqilə öz razılıqlarını bildirdilər və Ümmül-Bəninlə imam Əli (ə) arasında həmişəlik nikah bağlandı. (“Umdətut-talib fi ənsabi ali-Əbi Talib”, səh.34; “Biharul-ənvar”, 42-ci cild, səh.74.) Ümmül-Bənin, həm imam Əli (ə) ilə birgə yaşadığı dönəmdə, həm də o həzrətin şəhadətindən sonra ədəb-ərkanlı, ismətli və iffətli, səmimi və fədakar həyat yoldaşı idi. O, özünü imam Əlinin (ə) xanım Fatimeyi-Zəhradan (s.ə.) olan övladlarının xdimətçisi hesab edir, həqiqi bir ana kimi onlara qayğı göstərir və qulluq edirdi. Tarixdə göstərilir ki, imam Əli (ə) ilə ailə həyatı qurduqdan sonra imam Əlidən (ə) istəyir ki, onu əsl adı ilə (Fatimə) yox, Ümmül-Bənin çağırsın və beləcə, Həsən və Hüseyn onun əsl adını öz atalarından eşidəndə, anaları xanım Fatimeyi-Zəhranın (s.ə.) başına gətirilmiş acı xatirələri xatırlamasın, anasızlıq əzabını hiss etməsinlər. (“Əl-Əqilətu vəl-Fəvatim”, Hüseyn Şakiri, səh.118.) Onun “Aşura” faciəsindən sonra dörd oğlunun şəhadət xəbərini eşitdiyi zaman dilinə cari etdiyi məşhur cümləsi onun böyük məqamını aşılayır, Kərbəla tarixinin səhifələrini zinətləndirir. O, 34 yaşlı həzrət Əbülfəzl-Abbasın, 24 yaşlı Abdullahın, 21 yaşlı Osmanın və 19 yaşlı Cəfərin şəhadət xəbərini eşitdikdə, yalnız zəmanəsinin imamının, şəhidlər sərvəri imam Hüseynin (ə) halını soruşur. (“Qəməri Bəni-Haşim”, Əbdürrəzzaq Müqərrəm, səh.19.)

Pak sülalə 31.01.2025

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ Cəmadiul-əvvəl ayının 5-i iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) doğum günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir, o xanımın həyatı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq: İmam Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s.ə.) evliliyindən beş övlad dünyaya göz açdı: Həsən, Hüseyn, Zeynəb, Ümmü-Gülsüm və Möhsin! Xanım Zeynəb (s.ə.) bu ailənin 3-cü övladıdır. “Zeynəb” sözünün iki mənası var: 1. Ətirli və mənzərəli ağac; 2. Atasının zinəti. (“Lisanul-ərəb”, 1-ci cild, səh.453; “Tacul-ərus min cəvahiril-qamus”, 2-ci cild, səh.60.) Müxtəlif rəvayətlərə əsasən, xanım Zeynəbin (s.ə.) adı Allah-Taala tərəfindən, Peyğəmbəri-Əkrəmin (s) vasitəsilə qoyulmuşdur. Tarixdə göstərilir ki, xanım Zeynəb (s.ə.) dünyaya göz açdığı zaman Peyğəmbəri-Əkrəm (s) səfərdə olduğundan, xanım Fatimeyi-Zəhra (s.ə.) imam Əlidən (ə) istəyir ki, uşağa ad qoysun. İmam Əli (ə) buyurur: “Mən atan Peyğəmbərdən (s) irəli keçmərəm. Gözləyək Peyğəmbər (s) səfərdən gəlsin və məsləhət bildiyi adı uşağa qoysun.” Peyğəmbər (s) üç gündən sonra səfərdən qayıdır. İmam Əli (ə) bu xəbəri Peyğəmbərə (s) çatdırıb, ondan uşağa ad qoymasını xahiş edir. Peyğəmbər (s) buyurur: “Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərar vermək və onlara ad seçmək yalnız Allaha məxsusdur.” Ondan sonra vəhy mələyi Cəbrail-Əmin nazil olub deyir: “Ey Allahın Rəsulu! Allah sənə salam yetirib buyurur: Bu qızın adını Zeynəb qoy! Çünki Mən bu adı “Lövhi-Məhfuz”da yazmışam.” Bunu eşidən Peyğəmbər (s) Zeynəbi ağuşuna alıb öpür və buyurur: “Ümmətimə tövsiyə edirəm ki, bu qızın hörmətini qoruyub-saxlasınlar. Həqiqətən, o, Xədiceyi-Kubraya bənzəyir.” (“Əl-xəsaisətuz-Zeynəbiyyə”, Seyid Nurəddin Cəzairi, səh.55.) Yəni xanım Xədiceyi-Kubranın (s.ə.) İslamda fədakarlıqları kimi, xanım Zeynəbi-Kubranın (s.ə.) da İslam yolunda fədakarlıqları, dözümlülüyü, şücaət və mübarizəsi bu dinin əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir. Xanım Zeynəbi-Kubra (s.ə.) 5-ci (yaxud 6-cı) hicri-qəməri ilinin Cəmadiul-əvvəl ayının 5-də Mədinədə dünyaya göz açır və beş yaşında ikən, babası Peyğəmbəri-Əkrəm (s) əbədiyyətə qovuşur. Anası xanım Fatimeyi-Zəhra (s.ə.) da bu dünyada Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra 75 və yaxud 95 gündən çox yaşamır. Anasından sonra onun tərbiyəsini imam Əli (ə) və qardaşları Həsənlə (ə) Hüseyn (ə) öz öhdələrinə götürürlər. Xanım Zeynəbin (s.ə.) qardaşı Hüseynə (ə) məhəbbəti hədsiz olduğundan, ailə həyatı qurmaq istədiyi zaman elçiliyinə gələn əmisi oğlu Abdullah ibn Cəfərlə şərt kəsir ki, hər zaman imam Hüseyn (ə) səfərə getmək istəsə, qardaşımla birlikdə səfərə çıxmağıma mane olmasın. Bu evlilikdən dörd oğul və bir qız dünyaya gəlir: Əli, Ovn, Abbas, Məhəmməd və Ümmü-Gülsüm. Ovn ilə Məhəmməd Kərbəla faciəsində şəhadətə yetirlər. (“Həzrət Zeynəb – furuğe tabane-Kovsər”, Məhəmmədi İştihardi, səh.17; “Əl-xəsaisətuz-Zeynəbiyyə”, Seyid Nurəddin Cəzairi, səh.44.) Xanım Zeynəb (s.ə.) 35 yaşında atası imam Əli (ə), 45 yaşında isə böyük qardaşı imam Həsən (ə) şəhadətə yetirlər. İmam Həsənin (ə) şəhadətindən sonra 10 il qardaşı imam Hüseynin (ə) kənarında həyatın ağrı-acılı hadisələrinin şahidi olur, həyatında ağır müsibətlərlə üzləşir. Amma onun Kərbəla faciəsində öz gözü ilə şahid olduğu müsibətləri qələmlə təcəssüm etmək mümkünsüzdür. O, altı qardaş (imam Hüseyn (ə), Əbülfəzl-Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-Bəninin oğulları) və Ovn (Əsmanın oğlu) dağı gördü. Gözünün iki nuru – Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu Kərbəlada şəhid oldu. Bunlardan əlavə, Əliəkbər, Qasim və Abdullah kimi qardaşı uşaqlarının da dağına dözdü. Xanım Zeynəb (ə) qardaşlarının başlarının bədənlərindən ayrılmasını, xeymələrin yanmasını və yetim uşaqlara zülm olunmasını, əsarət günlərinin ağrı-acısını da gördü. Kərbəla faciəsindən sonra xanım Zeynəb (ə) Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, oradan da Şam şəhərinə aparıldı. Bütün bu müsibətlərə görə xanım Zeynəb (s.ə.) “Müsibətlər anası” adlandırılmışdır. Nəhayət, xanım Zeynəb (s.ə.) Kərbəla faciəsindən bir il neçə ay sonra, 62-ci hicri-qəməri ilinin Rəcəb ayının 14-ü (və yaxud 15-i), bazar günü Şamda (Suriya) təqribən 57 yaşında ikən əbədiyyətə qovuşdu. (“Zeynəbul-Kubra minəl-məhdi iləl-ləhd”, səh.591.)

1 2