Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Pak sülalə 30.01.2025

Həzrət Məsumənin (s) vəfatı

Həzrət Məsumənin (ə) vəfatı münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o xanımın həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: Xanım Məsumənin (ə) atası yeddinci imam həzrət Museyi-Kazim (ə) və anası Nəcmə xatundur. O həzrət 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmışdır. Adı Fatimə, məşhur ləqəbi Məsumədir. Digər ləqəbləri isə belədir: Tahirə, Həmidə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Səyyidə, Uxtur-Riza. Yeddinci əsrin sünni alimi İbn Cövzi imam Kazimin (ə) dörd qızını Fatimə adı ilə qeyd etmişdir: 1. Fatimeyi-Kubra; 2. Fatimeyi-Suğra; 3. Fatimeyi-Vusta; 4. Fatimeyi-Uxra. Qeyd edək ki, Fatimeyi-Kubra həmin “Fatimeyi-Məsumə”dir ki, onun pak qəbri İranın müqəddəs Qum şəhərində şiələrin ziyarətgahına çevrilmişdir. “Bibi Heybət” adı ilə məşhur olan Fatimeyi-Suğra (və yaxud Həkimə) Bakı şəhərinin cənub tərəfinin girişində dəfn edilmişdir. Fatimeyi-Uxra “İmam bacısı” ləqəbi ilə məşhur olub, İranın Rəşt şəhərində dəfn olunmuşdur. (“Biharul-ənvar”, c. 48, səh. 286 və 317.) Fatimeyi-Vusta isə “Sitti-Fatimə” ləqəbi ilə İranın İsfahan şəhərində dəfn olunmuşdur. İRANA SƏFƏRİ 200-cü hicriiqəməri ilində Məmun Abbasinin israr və təhdidindən sonra imam Rza (ə) Mərv şəhərinə, oradan da yanında Əhli-beytindən heç bir kəs olmadığı halda Xorasana yollanır. İmam Rzanın (ə) hicrətindən az sonra həzrət Məsumə (ə) qardaşını görmək arzusu ilə bir dəstə qohum-əqrəbası ilə Xorasana yola düşür. Keçdikləri bütün şəhərdə camaat onları təntənə ilə qarşılayıb, onlara məhəbbət bəsləyir. O həzrət də böyük bibisi həzrət Zeynəb (ə) kimi qardaşı imam Rzanın (ə) məzlumiyyəti və qəribliyini mömin və müsəlman xalqlara çatdırıb, Abbasi sülaləsinin hiyləgər hökumətinə qarşı müxalifətini bəyan edirdi. Karvan İranın Savə şəhərinə çatdıqda, dövlət məmurlarının himayə etdiyi bir qrup Əhli-beyt müxalifləri onların kişilərini şəhid edirlər. Bir rəvayətə görə, həzrət Məsuməni (ə) də zəhərləyirlər, qəm-qüssə və yaxud zəhər nəticəsində xəstələnib, Xorasana getməkdən aciz qalır. QUM ŞƏHƏRİNƏ GƏLİŞİ O həzrət Xorasana gedə bilmədiyini gördükdə soruşur: “Savədən Quma nə qədər yol vardır?” Yolun məsafəsindən xəbər tutduqda buyurur: “Məni Quma aparın, çünki atamdan eşitmişəm ki, Qum şəhəri bizim şiələrimizin mərkəzidir.” Şəhərin ağsaqqalları və alimləri bu sevindirici xəbəri eşitdikdə, o həzrətin pişvazına çıxırlar. Əşəri qəbiləsinin rəisi Musa ibn Xəzrəc o həzrətin dəvəsinin cilovunu tutur və çoxları da Xanımın əyləşdiyi kəcavənin ətrafına toplaşırlar. Həzrət Məsumə (ə) 201-ci hicri-qəməri ilində, təqribən Rəbiül-əvvəl ayının 23-də müqəddəs Qum şəhərinə daxil olur. Ondan sonra “Mir” meydanında Musa ibn Xəzrəcin evinin qapısı qarşısında kəcavədən enib, onun qonağı olur. O həzrət bu şəhərdə 17 gün qalır və bu müddət ərzində ibadətlə məşğul olur. O həzrətin ibadət etdiyi yerdə bu gün “Beytün-nur” adı ilə məşhur bir mədrəsə yerləşir və hal-hazırda ziyarətgah sayılır. VƏFATI Həzrət Fatimeyi-Məsumə (ə) (201-ci h.q ilində Rəbiüs-sani ayının 10-da qardaşı imam Rzanı (ə) görmədən, qərib ölkədə böyük qəm-qüssə ilə əbədiyyətə qovuşur. Qum əhli onu dəfn etmək üçün “Babulan” bağına – bugünkü ziyarətgah yerinə aparırlar. Qəbir qazıldıqdan sonra camaat o həzrətin kimin əli ilə dəfn edilməsində çətinliyə düşürlər. Elə bu vaxt qiblə tərəfdən üzlərinə niqab çəkilmiş iki atlı sürətlə camaata yaxınlaşır. Cənazəyə namaz qıldıqdan sonra onlardan biri qəbrin içərisinə daxil olur, digəri isə Xanımın pak cəsədini götürüb ona verir. Hər ikisi Xanımın dəfn mərasimindən sonra heç kimlə danışmadan atlarına minib, oradan uzaqlaşırlar. Onların Allah-Taalanın iki “höccət”i sayılan imam Rza (ə) və imam Cavad (ə) olması ehtimalı verilir. (“Tarixi-Qum”, səh. 213.) Çünki şəriətə görə, məsum şəxs başqa bir məsumun vasitəsilə dəfn olunmalıdır. Həzrət Məsumənin dəfnindən sonra Musa ibn Xəzrəc onun müqəddəs qəbrinin üstündə öz əlilə qamışdan toxunmuş həsirdən bir kölgəlik (çardaq) düzəldir. 265-ci hicri-qəməri ilində imam Cavadın (ə) qızı Zeynəb onun qəbri üstündə ilk dəfə olaraq günbəz tikdirir. (“Məzaratu Əhlil-beyt”, səh. 200.) Beləliklə, həzrət Məsumənin (ə) müqəddəs qəbri vilayətsevər şiələrin ziyarətgahına çevrilir.

Pak sülalə 31.12.2024

Həzrət Rüqəyyənin (ə) şəhadəti

Səfər ayının 5-i  imam Hüseynin üçyaşlı qızı həzrət Rüqəyyənin şəhaədətə yetdiyi gündür. Elə bu münasibətlə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində atası ilə birlikdə Kərbəlaya səfər etmişdir. Bəzi rəvayətlərə əsasən, həzrət Rüqəyyə şəhadətə yetdiyi zaman üç yaşında imiş və hicri-qəməri tarixi ilə 61-ci ilin Səfər ayının 5-də, Şam şəhərində əsirlikdə ikən şəhadətə yetmişdir. Onun Dəməşq şəhərindəki müqəddəs məqbərəsi şiələrin ziyarətgahına çevrilmişdir. Həzrət Rüqəyyənİn (ə) şəhadətİ İmam Hüseynin (ə) kiçik qızı Rüqəyyə Şam şəhərində Yezidin zindanında ikən gecələrin birində aləmi-röyada atasını görür. Yuxudan ayılıb atasını yanında görmədikdə ağlamağa başlayır. Ondan ağlamağının səbəbini soruşduqda, cavabında deyir: “Atam haradadır? Mənim atamı gətirin.” Bilirlər ki, balaca qız atasını yuxuda görüb. Nə qədər təsəlli versələr də, onu sakitləşdirə bilmirlər. Əhli-beyt əsirləri özləri də elə ağlamağa bəhanə axtarırdılar. Ona görə də, gecənin sükutunu sındırıb, hamılıqla Rüqəyyəyə (ə) qoşularaq ağlamağa başlayırlar. Tahir ibn Abdullah Dəməşqi deyir: Əhli-beyt əsirləri Rüqəyyəni sakitləşdirə bilməyəndə, imam Hüseynin (ə) müqəddəs başını bir teştdə Rüqəyyə üçün göndərirlər ki, bəlkə bunu görəndən sonra təsəlli tapsın! Keşikçilər o həzrətin başını götürüb, xarabanın qapısına gəlirlər. Əhli-beyt əsirləri imam Hüseynin (ə) müqəddəs başının gətirildiyindən xəbər tutduqda, hamılıqla o həzrətin başını qarşılamağa çıxırlar və imam Hüseynin (ə) başını onlardan alıb, yenidən matəm tuturlar. Məxsusən, Zeynəbi-Kübra (ə) pərvanə kimi, o mübarək başın ətrafına dolanmağa başlayır. Rüqəyyə mübarək başı görən kimi soruşdu: “Bu kimin başıdır?” Deyirlər: “Bu atanın mübarək başıdır.” Həzrət Rüqəyyə (ə) atasının mübarək başını teştdən götürüb bağrına basır, ağlamağa başlayır, atasının mübarək başını qucağına alıb ürək sözlərini, qəmlərini və yol boyu düşərgələrdə çəkdiyi müsibətləri imam Hüseynin (ə) müqəddəs başına deyir və ağlayırdı: “Atacan, kaş, mən sənə fəda olurdum və sənin mübarək saqqalının qana boyandığını görmürdüm!” Rüqəyyə (ə) dodaqlarını atasının dodaqlarına qoyub, o qədər ağlayır ki, axırda huşdan gedir. Sonra baxıb görürlər ki, həzrət Rüqəyyə (ə) əbədiyyətə qovuşub! Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra onu əsirlikdə köhnəlmiş elə həmin öz köynəyi ilə kəfən edib qürbət diyarda, Şamın xarabasının bir küncündə dəfn edirlər. Həzrət Rüqəyyə (ə) dəfn olunan gecəsi, həzrət Ümmü-Gülsüm heç cür aram olmurdu. O, dayanmadan ağlayır, nalə və fəryad edir, xarabanın ətrafında gəzirdi. Əhli-beytin (ə) xanımları nə qədər təsəlli versələr də sakitləşmirdi. Ondan bunun səbəbini soruşanda dedi: “Keçən gecə Rüqəyyənin (ə) mənim qucağımda yuxuya getməsi yadıma düşür. Gecə yarısı yuxudan ayılıb gördüm bərk ağlayır və sakit olmur. Ondan soruşdum: “Niyə ağlayırsan?” Rüqəyyə (ə) mənə dedi: “Bibican, bu şəhərdə mənim kimi əsir olmuş və ev-eşiyindən uzaq düşən var? Bunlar bizi müsəlman bilmirlərmi ki, çörək və suyu bizdən əsirgəyirlər, biz yetimlərə yemək vermirlər?” Mədİnədə həzrət Rüqəyyəyə (ə) əza məclİsİ Əhli-beyt (ə) əsirləri Şamdan Mədinəyə qayıdan kimi əzadarlığa məşğul olurlar. Onların zəiflikdən gözlərinin yaşı belə quruyur. O qədər yemək yemirlər ki, nəhayət, imam Zeynəlabidin (ə) özü onların otaqlarına gedir, onlardan yemək yemələrini, su içmələrini istəyir. Amma o həzrət özü, hər vaxt su görsəydi, ya qarşısına yemək qoysaydılar, o qədər ağlayardı ki, mübarək gözünün yaşı o su və ya xörəyə qarışardı. Seyid ibn Tavus imam Sadiqdən (ə) belə nəql edir: “İmam Səccad (ə) atasının müsibətinə qırx il ağladı. O gündüzləri oruc tutur, gecələri isə ibadətlə başa vururdu. Hər vaxt iftar olduqda, xidmətçi onun xörək və suyunu gətirib yanına qoyur və ərz edirdi: “Ey mənim ağam, buyurun xörək meyil edin.” İmam buyururdu: “قتل ابن رسول الله جائعا قتل ابن رسول الله عطشانا” “Allah Peyğəmbərinin (s) oğlunu ac öldürdülər, Allah Peyğəmbərinin (s) oğlunu susuz öldürdülər.” O həzrət ardıcıl bu sözləri təkrar edir, o qədər ağlayırdı ki, gözünün yaşı yemək və suya qarışırdı. O həzrətin halı Allah dərgahına qovuşana qədər belə oldu. Bəli, əsirlər Mədinəyə qayıtdıqdan sonra neçə gün əza məclisləri quruldu. Əhli-beytin (ə) nə gecələr, nə də gündüzlər sakitliyi və aramlığı olmadı. Mədinə əhalisi hər gün dəstə-dəstə onların yanına gəlir və başsağlığı verirdilər. Həzrət Zeynəb (ə) Mədinə qadınlarına Kərbəla, Kufə və Şamın hadisə və müsibətlərindən danışır, onlar da ağlayırdılar. Bir gün həzrət Zeynəb (ə) Şamda çəkdikləri müsibətlərdən danışarkən həzrət Rüqəyyə (ə) yadına düşür və buyurur: “Amma Şamın xarabasında Rüqəyyənin şəhadəti belimi bükdü.” (“Nasixut-təvarix”, səh.507)

Pak sülalə 30.12.2024

Xanım Zeynəbin (s.ə) Yezidin sarayındakı xütbəsi

Xanım Zeynəbi-Kübra (s.ə) Yezidin sarayında gözləri qardaşı İmam Hüseynin (ə) qanlı başına sataşdığı zaman, qəlbləri dəhşətə gətirən kədərli səslə fəryad edərək dedi: يا حُسَيْناهُ! يا حَبيبَ رَسُولِ اللَّهِ! يَابْنَ مَكَّةَ وَ مِنى‌، يَابْنَ فاطِمَةَ الزَّهْراءِ سَيِّدَةَ النِّساءِ، يَابْنَ بِنْتِ الْمُصْطَفى‌ “Vay Hüseyn, ey Alalh Rəsulunun sevdiyi! Ey Məkkə və Minanın oğlu! Ey bütün aləmin qadınlarından üstün olan Fatimeyi-Zəhranın (s.ə) oğlu! Ey Muhəmməd Mustafanın (s) qızının oğlu!” Bu hadisənin ravisi nəql edir: Allaha and olsun, Zeynəbin (s.ə) bu nidası ilə məclisdə olanların hamısı ağladı və Yezid həmin halda sakitcə dayanmışdı. Yezid “xeyzəran” çubuğunu gətizdirib onunla İmam Hüseynin (ə) dodaqlarına, dişlərinə vurdu. (Həmin məclisdə iştirak edən Peyğəmbər (s) səhabəsi) Əbu Bərzə Əsləmi Yezidə xitab edərək dedi: “Əlindəki çubuqla Fatimənin (s.ə) övladı Hüseynin (ə) dişlərinə vurursanmı?! Mən öz gözlərimlə Peyğəmbərin (s) Hüseynin (ə) və qardaşı Həsənin (ə) dodaq və dişlərindən öpdüyünü görüb belə buyurduğunu eşitmişəm: أَنْتما سَيِّدا شَبابِ أهْلِ الْجَنَّةِ، فَقَتَلَ اللَّهُ قاتِلَكُما وَلَعَنَهُ، وَأَعَدَّ لَهُ جَهَنَّمَ وساءَتْ مَصيراً “Siz iki nəfər Cənnət gənclərinin ağasısınız. Allah sizi öldürənləri öldürsün və onlara lənət etsin, onları Səhənnəmə atsın. Ora necə də pis yerdir!” Yezid qəzəbləndi və göstəriş verdi ki, onu məclisdən çıxarsınlar. Məğrurluq badəsilə məst olan Yezid Kərbəlada qalib gəldiyini güman edərək onun və Bəni-Üməyyənin İslamın əsas prinsiplərinə iman gətirmədiklərinin digər canlı şahidi olan bu şeirləri uca səslə oxudu: لَيْتَ أَشْياخي بِبَدْرٍ شَهِدُوا جَزِعَ الْخَزْرَجُ مِنْ وَقْعِ الْأَسَلْ‌ فَأَهَلُّوا وَاسْتَهَلُّوا فَرَحاً ثُمَّ قالُوا يا يَزيدُ لاتَشَلْ‌ لَسْتُ مِنْ‌ خِنْدَفَ إِنْ لَمْ أَنْتَقِمْ‌ مِنْ بَني أَحْمَدَ، ما كانَ فَعَلْ‌ “Kaş, bu gün mənin Bədr döyüşündə öldürülən böyüklərim Xəzrəc qəbiləsinin nizə zərbələrindən necə ah-nalə etdiyini görəydilər! Həmin halda şadlıqdan fəryad edər və deyərdilər: Ey Yezid! Əllərin var olsun! Əgər Əhməd (Rəsulullah (s)) övladlarından intiqam almasam, mən Xindəf övladlarından[1] deyiləm!” Bu zaman Əli ibn Əbutalibin (ə) qızı Zeynəb (s.ə) ayağa qalxdı və fəsahətli bir xütbə oxuyaraq buyurdu: أَلْحَمْدُللَّهِ رَبِّ الْعالَمينَ، وَصَلَّى اللَّهُ عَلى رَسُولِهِ وَآلِهِ أجْمَعينَ، صَدَقَ اللَّهُ كَذلِكَ يَقُولُ: ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوأَى أَنْ كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُون أَظَنَنْتَ يا يَزِيدُ حَيْثُ أَخَذْتَ عَلَيْنا أَقْطارَ الْأَرْضِ وَآفاقَ السَّماءِ، فَأَصْبَحْنا نُساقُ كَما تسُاقُ الأُسارى‌ أَنَّ بِنا عَلَى اللَّهِ هَواناً، وَبِكَ عَلَيْهِ كَرامَةً وَأَنَّ ذلِكَ لِعِظَمِ خَطَرِكَ عِنْدَهُ، فَشَمَخْتَ بِأَنْفِكَ، وَنَظَرْتَ فِي عِطْفِكَ جَذْلانَ مَسْرُوراً حِينَ رَأَيْتَ الدُّنْيا لَكَ مُسْتَوْثِقَةٌ وَالْأُمُورَ مُتَّسِقَةٌ وَحِينَ صَفا لَكَ مُلْكُنا وَسُلْطانُنا، فَمَهْلًا مَهْلًا، أَنَسِيتَ قَوْلَ اللَّهِ عَزَّوَجَلَّ: وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِى لَهُمْ خَيْرٌ لّاَنْفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْماً وَلَهُمْ عَذَابٌ مُهِينٌ “Həmd və səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salamı olsun onun göndərdiyinə və ailəsinə! Allah doğru demiş və belə buyurmuşdur: “Pis əmələ mürtəkib olanların işi o yerə çatdı ki, Allahın ayələrini inkar etdilər və onu masqaraya qoydular.”[2] Ey Yezid! İndi göy və yeri (müxtəlif cəhətlərdən) bizə dar etdiyin və bizi əsirlər kimi hər tərəfə çəkdiyin üçün elə güman edirsən ki, biz Allah yanında xar, sən isə hörmətli oldun? Elə təsəvvür etdin ki, bu, sənin Allah yanındakı məqam və dəyərinin nişanəsidir? Həmin səbəbdən, təkəbbürlük etdin və öyündün, dünyanın sənin kəməndinə və işlərinin sahmana düşdüyünü və bizim mülk və xilafətimizi ixtiyarına keçirdiyini gördüyündən şad oldun. Yavaş ol! Allahın belə buyurduğunu unutmusan: “Kafir olanlar (və tüğyan yolunu tutanlar) elə təsəvvür etməsinlər ki, onlara verdiyimiz möhlət onların xeyrinədir. Biz onlara günahlarını artırmaları üçün möhlət veririk və onlar üçün xaredici əzab vardır.”[3] Xütbəsinin davamında buyurdu: أَ مِنَ الْعَدْلِ يَابْنَ الطُّلَقاءِ! تَخْدِيرُكَ حَرائِرَكَ وَإِمائَكَ، وَسَوْقُكَ بَناتِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّم سَبايا، قَدْ هَتَكْتَ سُتُورَهُنَّ، وَأَبْدَيْتَ وُجُوهَهُنَّ، تَحْدُو بِهِنَّ الْأَعداءُ مِنْ بَلدٍ الى‌ بَلدٍ، يَسْتَشْرِفُهُنَّ أَهْلُ الْمَناهِلِ وَالْمَناقِلِ، وَيَتَصَفَّحُ وُجُوهَهُنَّ الْقَرِيبُ وَالْبَعِيدُ، وَالدَّنِيُّ وَالشَّرِيفُ، لَيْسَ مَعَهُنَّ مِنْ رِجالِهِنَّ وَلِيُّ، وَلا مِنْ حُماتِهِنَّ حَمِيٌّ، وَكَيْفَ يُرْتَجى‌ مُراقَبَةُ مَنْ لَفَظَ فُوهُ أَكْبادَ الْأَزْكِياءِ، وَنَبَتَ لَحْمُهُ مِنْ دِماءِ الشُّهَداءِ، وَكَيْفَ يَسْتَبْطِأُ فِي بُغْضِنا أَهْلَ الْبَيْتِ مَنْ نَظَرَ إِلَيْنا بِالشَّنَفِ وَالشَّنَآنِ وَالْإِحَنِ وَالْأَضْغانِ، ثُمَّ تَقُولُ غَيْرَ مُتَّأَثِّمٍ وَلا مُسْتَعْظِمٍ: لَأَهَلُّوا واسْتَهَلُّوا فَرَحاً ثُمَّ قالُوا يا يَزيدُ لا تَشَلْ‌ مُنْتَحِياً عَلى‌ ثَنايا أَبِي عَبْدِاللَّهِ سَيِّدِ شَبابِ أَهْلِ الجَنَّةِ، تَنْكُتُها بِمِخْصَرَتِكَ، وَ كَيْفَ لا تَقُولُ ذلِكَ وَقَدْ نَكَأْتَ الْقَرْحَةَ، وَاسْتَأْصَلْتَ الشَّأْفَةَ بِإِراقَتِكَ دِماءَ ذُرّيَةِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ، وَنُجُومِ الْأَرْضِ مِنْ آلِ عَبْدِالمُطَّلِبِ، وَتَهْتِفُ بِأَشْياخِكَ، زَعَمْتَ أَنَّكَ تُنادِيهِمْ، فَلَتَرِدَنَّ وَشِيكاً مَوْرِدَهُمْ وَلَتَوَدَّنَّ أَنَّكَ شَلَلْتَ وَبَكِمْتَ، وَلَمْ تَكُنْ قُلْتَ ما قُلْتَ وَفَعَلْتَ ما فَعَلْتَ. “Ey azad olmuş kafirlərin oğlu![4] Sənin qadın və kənizlərini pərdə arxasında oturtmağın, Allah Rəsulunun (s) qızlarını isə əsir edərək o tərəf-bu tərəfə çəkməyin, onların hörmət və iffət pərdəsini yırtdığın halda, onları camaatın gözü önündə düşmənlər vasitəsi ilə şəhərlərdə dolandırmağın və küçə-bazarlardakı camaatın onların tamaşasına durması və onların yanında kişiləri və himayə edənləri olmadığı halda, yaxın və uzaq, alçaq və şərəfli şəxslərin onların üzlərinə baxması ədalətdəndirmi? (Amma bu sözlərin nə faydası? Ona görə ki, anası) pakların ciyərini yeyən (Yezidin nənəsi ciyəryeyən Hindin macərasına işarədir) və əti şəhidlərin qanı ilə möhkəmlənən şəxsin himayə və qorumasına necə ümid etmək olar?! Bizə məğrurcasına, nifrət, qəzəb və kinlə nəzər salan, günah hissi keçirməyən, öz zülmünü böyük saymayan və “Kaş, mənim babalarım burada olaydı və bu səhnələri görəydi! Onlar şadlıq və sevincdən fəryad edərək deyərdilər: “Ey Yezid, əllərin var olsun!” – deyən kəs biz Əhli-beytlə (ə) düşmənçiliyə necə tələsməz?! “Bu cümlələri Cənnət gənclərinin ağası Əba-Əbdillahın dodaqlarına, dişlərinə çubuqla vurduğun halda deyirsən. Bəli, Allah Rəsulunun (s) övladları və Əbdülmüttəlib xanədanından yer üzünün ulduzları olanların qanını axıtdığın, qəlblərimizin yarasını sızlatdığın və bizim xanədanımızın soy-kökünü təhdid etdiyin halda, nə üçün də belə sözlər deməyəsən?! Sən babalarını çağırır və təsəvvür edirsən ki, sənin səsini eşidəcəklər! (Heç də tələsmə!) Tezliklə onlara qovuşaqcaqsan! Həmin gün arzu edəcəksən ki, kaş, əllərim şil, dilim lal olaydı və bu sözləri deməyəydim və bu işləri yerinə yetirməyəydim!” Sonra sözlərinə əlavə etdi: أَللَّهُمَّ خُذْ بِحَقِّنا، وَانْتَقِمْ مِنْ ظالِمِنا، وَأَحْلِلْ غَضَبَكَ بِمَنْ سَفَكَ دِماءَنا، وَقَتَلَ حُماتَنا، فَوَاللَّهِ ما فَرَيْتَ إِلّا جِلْدَكَ، وَلا حَزَزْتَ إِلّا لَحْمَكَ، وَلَتَرِدَنَّ عَلى‌ رَسُولِ اللَّهِ بِما تَحَمَّلْتَ مِنْ سَفْكِ دِماءِ ذُرِّيَّتِهِ، وَانْتَهَكْتَ مِنْ حُرْمَتِهِ فِي عَتْرَتِهِ وَ لُحْمَتِهِ، حَيْثُ يَجْمَعُ اللَّهُ شَمْلَهُمْ، وَيَلُمُّ شَعْثَهُمْ، وَيَأْخُذُ بِحَقِّهِمْ‌ وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِى سَبِيلِ اللَّهِ أَمْوَاتاً بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ وَحَسْبُكَ بِاللَّهِ حاكِماً، وَ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ خَصِيماً، وَبِجَبْرَئِيلَ‌ ظَهِيراً، وَسَيَعْلَمُ مَنْ سَوّى‌ لَكَ وَ مَكَّنَكَ مِنْ رِقابِ المُسْلِمِينَ، بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا، وَأَيُّكُمْ شَرٌّ مَكاناً، وَأَضْعَفُ جُنْداً “İlahi! Bizim haqqımızı geri al, bizə zülm edənlərdən intiqam al və Öz qəzəbini bizim qanımızı tökən və bizim hamilərimizi öldürən kəsə nazil et! (Ey Yezid!) Allaha and olsun, (bu xəyanətlə) yalnız öz dərini soymaq və öz ətini kəsməkdən, həqiqətdə, özünü məhv etməkdən başqa heç bir şey etmədin! Şübhəsiz, Allah Rəsulunun (a) övladlarının qanını töküb o Həzrətin ailəsi və ciyərparələrinin hörmətini sındırmaq kimi günah yükünü çiyinlərində daşıdığın halda, Allah Rəsulu (s) ilə görüşəcəksən. Orada Allah onları bir yerə toplayacaq, onların pərişanlığını aradan qaldıracaq və onların intiqmını (haqqını) alacaqdır. (Bəli,) “Allah yolunda öldürülənləri ölü hesab etmə, əksinə onlar diridirlər və Rəbbi yanında ruzi yeyirlər. [5] Hakimi Allah, sənə etiraz edənin Allahın Rəsulu (s) və onun şahid və hamisinin Cəbrail olacağı bir məhkəmədə hazır olmağın kifayətdir. Tezliklə hökuməti sənin üçün hazırlayan və səni müsəlmanlara hakim edən kəs, zalimlərə necə pis bir cəza veriləcəyini biləcək və hansı şəxsin yerinin pis və kimin qoşununun daha zəif və aciz olduğunu anlayacaqdır.” Sonra xanım Zeynəb (s.ə) xütbəsini bu sarsıdıcı cümlələrlə sona çatdırdı: وَلَئِنْ جَرَّتْ عَلَيَّ الدَّواهِي مُخاطَبَتَكَ، إِنِّي لَأَسْتَصْغِرُ قَدْرَكَ، وَأَسْتَعْظِمُ تَقْرِيعَكَ، وَأَسْتَكْثِرُ تَوْبِيخَكَ، لكِنَّ العُيُونَ عَبْرى‌، وَالصُّدُورَ حَرّى‌، أَلا فَالْعَجَبُ كُلُّ الْعَجَبِ لِقَتْلِ حِزْبِ اللَّهِ النُّجَباءِ بِحِزْبِ الشَّيْطانِ الطُّلَقاءِ، فَهذِهِ الْأَيْدِي تَنْطِفُ مِنْ دِمائِنا، وَالأَفْواهُ تَتَحَلَّبُ مِنْ لُحُومِنا، وَتِلْكَ الجُثَثُ الطَّواهِرُ الزَّواكِي تَنْتابُها العَواسِلُ، وَتُعَفِّرُها امَّهاتُ الْفَراعِلِ. وَلَئِنِ اتَّخَذْتَنا مَغْنَماً لَتَجِدَ بِنا وَشِيكاً مَغْرَماً حِيْنَ لا تَجِدُ إلَّا ما قَدَّمَتْ يَداكَ، وَما رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ، وَإِلَى اللَّهِ الْمُشْتَكى‌، وَعَلَيْهِ الْمُعَوَّلُ، فَكِدْ كَيْدَكَ، وَاسْعَ سَعْيَكَ، وَناصِبْ جُهْدَكَ، فَوَاللَّهِ لا تَمْحُو ذِكْرَنا، وَلا تُمِيتُ وَحْيَنا، وَلا تُدْرِكُ أَمَدَنا، وَلا تَرْحَضُ عَنْكَ عارَها، وَهَلْ رَأيُكَ إِلّا فَنَدٌ، وَأَيّامُكَ إِلّا عَدَدٌ، وَجَمْعُكَ إِلّا بَدَدٌ؟ يَوْمَ يُنادِي الْمُنادِي: أَلا لَعْنَةُ اللَّهِ عَلَى الظّالِمِينَ. وَالْحَمْدُ للَّهِ رَبِّ الْعالَمِينَ، أَلَّذِي خَتَمَ لِأَوَّلِنا بِالسَّعادَةِ وَالْمَغْفِرَةِ، وَلِآخِرِنا بِالشَّهادَةِ وَالرَّحْمَةِ. وَنَسْأَلُ اللَّهَ أَنْ يُكْمِلَ لَهُمُ الثَّوابَ، وَيُوجِبَ لَهُمُ الْمَزيدَ، وَيُحْسِنَ عَلَيْنَا الْخِلافَةَ، إِنَّهُ رَحيمٌ وَدُودٌ، وَحَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكيلُ. “Ruzigarın böyük müsibətləri məni səninlə danışmağa məcbur etsə də, (bil ki,) həqiqətən, mən sənin dəyərini kiçik, səni məzəmmət etməyi böyük hesab edir və səni çox danlayıram, lakin nə edim ki, gözlər yaşlı və sinələr dağlıdır! Mənəvi və seçilmiş bir dəstənin şeytan dəstəsi və azad edilmiş qulların əli ilə öldürülməsi, bizim qanımızın bu (napak) pəncələrdən axması və bizim ətimizin parçalarının ağızlarınızdan çölə düşməsi çox təəccüblüdür. Sizlər vəhşi canavarlar kimi daim o pak bədənlərin sorağına gedir və kaftar balaları onları torpağa sürtür. Əgər bu gün bizə (qələbə çalmağını) qənimət hesab edirsənsə, tezliklə öz əkdiyin məhsulundan başqa, digər bir şeyi tapmayacağın gün onun sənin zərərinə tamamlanacağını görəcəksən. Əsla Allah-Taala bəndələrinə zülm etməz. Mən yalnız Allaha şikayətimi bildirir və yalnız Ona etimad edirəm! (Ey Yezid!) Nə qədər hiylən varsa işə sal və bacardığın qədər təlaş göstər. Amma Allaha and olsun ki, (bütün bu təlaşlarınla) bizim (xatirəmizi) yaddaşlardan silə bilməyəcək və bizim vəhy çırağımızı söndürməyi bacarmayacaq, bizim mövqe və məqamımıza zərər vura bilməyəcəksən. Bu işin xaredici ləkəsi əsla sənin üzərindən silinməyəcək. Sənin düşüncən zəif və hakimiyyətinin müddəti qısadır və bir nida edənin “Allahın lənəti olsun zalımlara!” – deyə səsləndiyi gün sənin cəmiyyətin pərakəndə olacaq. Həmd və səna yalnız aləmlərin Rəbbi olan və bizim işimizin başlanğıcını səadət və bağışlanmaq, işimizin sonunu isə şəhadət və rəhmət olaraq təqdir edən Allaha məxsusdur! Allahdan həmin şəhidlərə kamil şəkildə mükafat verməsini və mükafatlarını artırmasını diləyir və ondan bizi onların yaxşı canişinləri etməsini (istəyirəm). O, mehriban və sevimlidir. Allah bizə kifayətdir və O, bizim ən yaxşı hamimizdir.”[6] Bu xütbə İslam tarixinin ən fəsahətli və ən sarsıdıcı xütbələrindən biridir. Sanki o tamamilə Əli ibn Əbutalibin üstün ruhu və bənzərsiz şücaətindən qaynaqlanmış və qızı Zeynəbi-Kübranın dilindən cari olmuşdur. Belə ki, atasının həmin dili və həmin məntiqi ilə danışır. Qeyd etməliyik ki, bu xütbə yeddi hədəfi izləyən yeddi hissədən təşkil olunmuşdur: 1. Əvvəlcə İslamın bu cəsur qadını bir neçə sarsıdıcı cümlə ilə Yezidin təkəbbürünü sındırır və Quran ayələri ilə Allah dərgahındakı mövqeyini aydınlaşdıraraq deyir: Əsla hökumət, sərvət və saraydan faydalanmağı ilahi üstünlüyünə dəlil hesab etmə, sən Allahın onların çiyinlərinin günah yükü ilə dolması üçün özbaşına buraxdığı, sonra hər şeydən məhrum olaraq Cəhənnəmə göndərdiyi kəslərin nümunəsisən. 2. İkinci hissədə Peyğəmbərin (s) Yezidin əcdadı ilə rəftarını və Məkkənin fəthi zamanı hamını əfv etməsini Peyğəmbərin övladını öldürmək, kəsilmiş başları və onların əsir olan xanədanını şəhərbəşəhər gəzdirmək kimi Yezidin pis əməli ilə müqayisə edilir və Yezidin alnına batillik möhrü vurur. 3. Üçüncü hissədə Yezidin küframiz sözləri xatırlanır, onun imansız olmasına təkid edilir və tezliklə əcdadlarının aqibətinə düçar olacağı və Cəhənnəmə gedəcəyi bildirilir. 4. Sonra Kərbəladakı şəhidlərin, xüsusən də, Peyğəmbər (s) xanədanından olan şəhidlərin uca məqamına işarə edir və onların varlığı ilə iftixar etməyi bu xanədan üçün böyük imtiyaz hesab edir. 5. Sonra Yezidin hüzurunda Qiyamətdəki hakimi — Allah, tərəf müqabili Peyğəmbər və şahidləri Allahın mələkləri olan ilahi ədalət məhkəməsinə işarə edir. Belə bir məhkəmənin sonu bəllidir. 6. Sonra Yezidi qeyri-adi şəkildə təhqir etməyə başlayır və hətta belə buyurur: Əgər ruzigar mənə zülm edərək məni bir əsir qadın tək sənin taxtının ayağına gətirdisə, mənim sənə dəyər verdiyimi təsəvvür etmə! Sən mənim xitab etməyimə layiq deyilsən və əgər səninlə danışıramsa, bu çarəsizliyimdəndir. 7. Öz sözlərinin sonuncu hissəsində Allaha nübuvvət xanədanına rəhmət və kəramətlə başlayan sonsuz nemətlər verdiyi, şəhadət və kəramətlə başa çatdırdığı üçün həmd-səna deyir. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.596-603.) [1]. (Xindəf – Qüreyşin, o cümlədən, Yezidin ulu babalarındandır. “Təbəri tarixi”, c.1, səh.24-25.) [2]. (“Rum” / 10.) [3]. (“Ali-İmran” / 178.) [4]. Allah Rəsulunun (s) Əbu Süfyan, Müaviyə və digər Qüreyş başçıları və düşmənlərini bağışlayaraq belə buyurduğu Məkkə fəthinə işarədir: إذْهَبُوا فَأَنتُمُ الطُّلَقاءُ “Gedin! Siz azad olunmuşlarsınız!” (Bax: “Biharul-ənvar”, c.21, səh.106; “Təbəri tarixi”, c.2, səh.337.) [5]. (“Ali-İmran” / 169.) [6]. “Məqtəlul-Huseyn”, Müqərrəm, səh.357-359; “Biharul-ənvar”, c.45, səh.132-135; “İhticac”, c. 2, səh.122-130 (azacıq fərqlərlə).

Pak sülalə 27.12.2024

Meysəm Təmmar kimdir?

Meysəm Təmmar kimdir? Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər. Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli (ə) onu həmin qadından alıb, azad etdi. Meysəm həzrət Peyğəmbərin səhabələrindən sayılır. O, Kufədə xurma satdığı üçün ona “təmmar”, yəni “xurma satan” ləqəbi verilmişdi. Meysəmin özünün fədakar və pak müsəlman olması ilə yanaşı, onun ailəsi də şiə böyüklərindən sayılırdı. Onun altı oğlu vardı. Oğlanları və çoxsaylı nəvələri də öz ata-babaları kimi Əhli-Beyt (ə)yoluna sədaqətli idilər. Bir çox ravilərin hədislərində adı çəkilən bu insanlar İmamların (ə) vilayət və rəhbərliyinə etiqadlı idilər. Həzrət Əli (ə) Meysəm haqqında əsasən həzrət Peyğəmbərdən (s) eşitmişdi. Meysəm də elə əvvəldən Əhli-Beyt (ə) aşiqi idi. Amma həzrət Əlinin (ə) Meysəmlə ilkin görüşü onun xilafəti dövründə baş vermişdir. Elə həmin görüşdən sonra da həzrət (ə) Meysəmi azad etmək qərarına gəlmişdir. Nəhayət, həzrətin (ə) qərarı ilə Meysəm qulamlıqdan azad olunmuşdur. Həzrət Əli (ə) Meysəmlə ilk görüşündə ondan soruşur: “Adın nədir? Meysəm cavab verir: “Salim.” Həzrət buyurur: “Peyğəmbərdən (s) eşitmişəm ki, atan sənin adını Meysəm qoymuşdur. Həmin adına qayıt və Kunyən Əbu Salim olsun.” Meysəm dedi: “Allah, onun Rəsulu (s) və Əmirəl-Möminin (ə) haqqı deyirlər.” Meysəmin Həzrət Əli (ə) ilə tanışlığı onun üçün böyük bir səadət idi. Bu görüşdən sonra Meysəm Əli məktəbinə qədəm qoydu və qəlb pəncərələrini ələvi məarifinə açdı. O öz təşnə ruhunu həzrətin (ə) bilikləri ilə sirab etdi. Həzrət Əli (ə) də Meysəmin ruhi istedadını, agahlığını görüb, onu bir çox sirlərlə tanış etdi. Meysəm Həzrət Əlidən (ə) Quran təfsirini öyrəndi. O Əmirəl-Möminindən (ə) öyrəndiyi məlumatlar əsasında bir kitab tərtib etdi. Bu kitabı sonradan oğlu nəql etmişdir. Ona görə də Meysəm şiə müəlliflərindən biri hesab olunur. Həzrət (ə) onu öz sirləri, gələcəkdə baş verəcək hadisələrlə tanış etmişdi. Meysəm bu məlumatlardan bir qismini xalqa bildirmişdi. İnsanların aqibətindən, gələcəkdə baş verəcək hadisələrdən danışan bu elm “elme-əcəl” və ya “elme-mənaya və bəlaya” adlanır. Məsum İmamlar (ə) bu bilikləri yalnız hazırlığı, istedadı, tutumu olan, sirr saxlamağı bacaran insanlara etibar etmişlər. Meysəmin bilikləri o qədər fövqəladə olmuşdur ki, hətta bəzi nadanlar onu yalançı da hesab etmişlər. Bir gün Əbu-Bəsir İmam Sadiqə (ə) ərz edir: “Nə üçün mənə elm öyrətmək istəmirsiniz?!” İmam (ə) buyurur: “Hansı elmi?” Əbu-Bəsir deyir: “Əmirəl-Möminin (ə) Meysəmə öyrətdiyi elmi deyirəm.” İmam (ə) buyurur: “ Sən ki, Meysəm deyilsən. Məndən eşitdiyin bir mətləbi kimsəyə demədiyin hal olubmu?” Əbu-Bəsir ərz etdi: “Xeyr, ey Peyğəmbər (s) övladı!” İmam (ə) buyurdu: “Demək, həmin elmləri sirr olaraq saxlaya bilməzsən!” İmamların (ə) Meysəmə münasibətini onların Meysəm haqqındakı buyuruqlarından və onunla rəftarlarından öyrənmək olar. Həzrət Əli (ə) və Meysəm arasındakı səmimi münasibət onların bağlılığının möhkəmliyindən danışır. Həzrət (ə) hətta Meysəmin xurma dükanına gedər, bu dükanda onunla söhbət edər və ona dini məarif öyrədərdi. Yuxarıda deyilənlər Həzrət Əli (ə) ilə Meysəm arasındakı dərin, səmimi münasibətin təzahürüdür. Həzrət Əli (ə) hökumət başçısı olduğu halda Meysəmin dükanında oturub xurma satır! Başqa məqamlarda da Meysəmin Həzrət Əli (ə) ilə mənəvi yaxınlığı müşahidə olunur. Meysəm Həzrət Əlinin (ə) dua məqamlarında Kumeyl kimi şəxsiyyətlərlə yanbayan əyləşir. O, həzrətin (ə) Allahla razniyaz etdiyi irfani gecələrin şahididir. Meysəm Əlinin (ə) sirlərinə məhrəm idi. O, həzrətin (ə) xəlvəti dualarının, İlahi ruhunun təcəllasının şahidi idi. Ona həm Əli (ə), həm də İmam Həsənlə (ə) İmam Hüseyn (ə) ehtiramla yanaşar, eləcə də sonrakı İmamlar (ə) onun İlahi şəxsiyyətini xatırlayardılar. Bir dəfə Meysəm Mədinədə həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələmə ilə rastlaşır. Ümmü-Sələmə ona deyir: “Ey Meysəm, Hüseyn (ə) daim sənin haqqında danışır.” Başqa bir hədisdə İmam Baqir (ə) buyurur: “Mən Meysəmi çox sevirəm.” İmam Sadiq (ə) Meysəmə salam göndərərək, onun uca məqamı haqqında xoş sözlər deyir. Meysəmin oğlu Saleh deyir: İmam Baqirə (ə) ərz etdim ki, mənə bir hədis söyləsin. İmam (ə) soruşdu: “Məgər atandan hədis öyrənməmisən?” Bildirdim ki, həmin vaxtlar körpə olmuşam…” İmam Baqir (ə) öz cavabı ilə Meysəmin elmi məqamına işarə etmişdir. Həzrət (ə) belə hesab edir ki, Meysəmin oğlu hədis eşidib-öyrənməyə ehtiyacsız da ola bilər. Şəhadət xəbəri Ölümü bu dünyadan daha geniş bir aləmə keçid bilən, imanı haqq və əməli saleh olan insan üçün ölüm böyük bir səadətdir. Belə insanlar ömürlərini şəhadətlə başa vurmaqdan böyük bir zövq alırlar. Bəli, dünya həyatını şəhadətlə başa vuranlar salehlərin, peyğəmbərlərin, Allah razılığının civarında əbədi həyat tapırlar. Meysəm öz şəhadət xəbərini mövlası Əlidən (ə) eşitmişdi. İmam (ə) Meysəmə dedi: “Bir gün bəni-Üməyyənin çirkin oğlu Übeydullah İbn Ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?” Meysəm dedi: “Xeyr, and olsun Allaha, heç vaxt belə etmərəm!”İmam (ə) buyurdu: “Bu halda səni dardan asıb, öldürəcəklər.” Meysəm ərz etdi: “Səbr edəcəyəm. Allah yolunda belə bir əziyyət çətin deyil.” Həzrət Əli (ə) bu barədə Meysəm Təmmara bir neçə dəfə xəbər vermişdi. Meysəm də öz növbəsində vəd olunmuş qırmızı milada hazırlaşırdı. Meysəm belə bir uca ruh və şəhadət sevgisi ilə haqq və vilayət hərimini müdafiə edirdi. Həzrət Əlinin (ə) şəhadətindən sonra arabir onun ziyarətinə gəlirdi. Kufə və Mədinə əhli Meysəmin söhbətlərini həvəslə dinləyərdilər. Harada Meysəm Həzrət Əlinin (ə) fəzilətlərindən danışsaydı, həmin yerdə düşmənin həzrətə (ə) qarşı təbliğatları nəticəsiz qalardı. Meysəmin övladlarından biri olan Saleh nəql edir ki, atam dedi: “Bir gün bazarda idim. Həzrət Əlinin (ə) yaxınlarından biri olan Əsbəğ ibn Nəbatə mənə yaxınlaşdı və heyrət içində dedi: “Ey vay, Meysəm! Əmirəl-Möminin (ə) haqqında çox ağır sözlər eşitdim.” Soruşdum ki, nə eşitdin? O dedi: “Danışırdılar ki, Əhli-Beytin (ə) hədisləri və buyuruqları çox ağırdır. Guya, bu buyuruqlara Allahın müqərrəb mələklərindən, peyğəmbərlərdən (s) və övliyalardan savayı kimsə əməl etmək gücündə deyil. Guya, həmin buyuruqları dərk etmək mümkünsüzdür.” Mən dərhal qalxıb, Həzrət Əlinin (ə) yanına getdim və Əsbəğdən eşitdiklərimi ona danışdım. Həzrət (ə) gülümsəyib buyurdu: “Otur! Ey Meysəm! Hər elm sahibi elm yükünü çəkə bilirmi?! Allah mələklərə yer üzündə canişin yaratmaq istədiyini dediyi vaxt mələklər onun fəsad törədib, qan tökəcəyini dəlil gətirərək etiraz etdilər. Həzrət Peyğəmbər (s) Qədir-Xum günü mənim əlimi qaldırıb buyurdu: “Pərvərdigara! hər kəsin mən ağasıyamsa, Əli də onun ağasıdır.” Allah zərrəcə nəzərini çəkən kimi çoxları bu sözə əməl etmədi. Müjdə olsun sizə, Peyğəmbərin (s) buyuruqlarına əməl etdiniz və ona vəfalı oldunuz. Allah sizə, mələklərə və peyğəmbərlərə vermədiyi imtiyaz verdi. Qorxub çəkinmədən, bizim fəzilətlə-rimizdən xalqa danışın.” Həzrət Əlinin (ə) fəzilətlərindən danışmaq günah hesab edildiyi bir dövrdə Meysəm həzrətin (ə) məqamından danışar, onun buyuruqlarını xalqa çatdırardı. Meysəm yaxşı bilirdi ki, mövlasının şəhadətindən sonra onu xurma ağacından asacaqlar. Həzrət (ə) ona bu ağacı da göstərmişdir. Bəzən bu ağacın yanından keçərkən həzrət (ə) ona buyurardı: “Ey Meysəm! Sənin sonralar bu ağacla macəran olacaq. Bu xurma ağacını dörd yerə bölüb dördüncü hissəsindən səni asacaqlar.” Meysəm tez-tez bu ağacın yanına gəlib, onun kənarında namaz qılardı və deyərdi: “Mübarək olsun, ey xurma! Məni sənin üçün yaradıblar, sən mənim üçün göyərmisən.” Meysəm daim bu ağaca tamaşa edərdi. İbn Ziyad Kufə hakimi olduğu vaxt şəhərə daxil olanda əlindəki bayraq həmin xurma ağacına ilişdi və sındı. İbn Ziyad bu işi özü üçün pis əlamət hesab etdi və göstəriş verdi ki, ağacı kəssinlər. Onu bir dülgər alıb, dörd yerə böldü. Meysəm oğlu Salehə dedi: “Mənim və atamın adını həmin xurma ağacına həkk et!” Saleh deyirdi: “Atamın adını ağacın üstünə yazdım. İbn Ziyad atamı dardan asandan bir neçə gün sonra gördüm ki, bu atamın adını yazdığım həmin ağacdır!…”

Pak sülalə 19.12.2024

Həzrət Məsumənin (s.ə) həyatına qısa bir baxış

 Həzrət Məsumənin (s.ə) həyatına qısa bir baxış    Həzrət Məsumənin (ə) vəfatı münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o xanımın həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:     Xanım Məsumənin (ə) atası yeddinci imam həzrət Museyi-Kazim (ə) və anası Nəcmə xatundur. O həzrət 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmışdır. Adı Fatimə, məşhur ləqəbi Məsumədir. Digər ləqəbləri isə belədir: Tahirə, Həmidə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Səyyidə, Uxtur-Riza.     Yeddinci əsrin sünni alimi İbn Cövzi imam Kazimin (ə) dörd qızını Fatimə adı ilə qeyd etmişdir:  1. Fatimeyi-Kubra;  2. Fatimeyi-Suğra;  3. Fatimeyi-Vusta;  4. Fatimeyi-Uxra.     Qeyd edək ki, Fatimeyi-Kubra həmin “Fatimeyi-Məsumə”dir ki, onun pak qəbri İranın müqəddəs Qum şəhərində şiələrin ziyarətgahına çevrilmişdir.  “Bibi Heybət” adı ilə məşhur olan Fatimeyi-Suğra (və yaxud Həkimə) Bakı şəhərinin cənub tərəfinin girişində dəfn edilmişdir.  Fatimeyi-Uxra “İmam bacısı” ləqəbi ilə məşhur olub, İranın Rəşt şəhərində dəfn olunmuşdur. (“Biharul-ənvar”, c. 48, səh. 286 və 317.)  Fatimeyi-Vusta isə “Sitti-Fatimə” ləqəbi ilə İranın İsfahan şəhərində dəfn olunmuşdur.   

1 2