Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Ramazan 20.02.2025

Ramazan ayında yerinə yetirilən əməllər

Ramazan ayında yerinə yetirilən əməllər İmam Sadiq (ə) buyurur: «Ramazan ayında bağışlanmayan, gələn ilə qədər bağışlanmaz. (Ərəfədə olma istisnadır, bu zaman bağışlanar)». Mübarək Ramazan ayı dua və ibadət ayıdır. İnsan gərək bu ayda çoxlu dua və ibadət etməklə günahlarının bağışlanmasına müvəffəq olsun və Allahın rəhmətini qazansın. Çünki İslam Peyğəmbəri (s) buyurub: «Bədbəxt və bəd aqibət o kəsdir ki, bu ayda Allahın bağışlamasından məhrum qala». Bu səbəbdən İslam dinində bu ay üçün çoxlu dua və əməllər vardır. Biz bunların bəzisini nəzərinizə çatdırırıq.   Ramazan ayının gecələrində yerinə yetirilən əməllər:   İftar etmək. Yaxşı olar ki, (müstəhəbdir) iftar şam namazından sonra edilsin. Ancaq oruc tutan şəxs çox zəifləsə və ya onu yemək üçün gözləsələr, əvvəl iftar edilməli, sonra isə namaz qılınmalıdır.   Pak, halal, haram şübhəsi olmayan yeməklərlə iftar etmək. Yaxşı olar ki, iftar xurma və ya su ilə açılsın.   İftar vaxtı dua oxumaq. Hər kim bu duanı oxusa, Allah ona bu gündə oruc tutanların savabını verər: «Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu» (İlahi, sənin üçün oruc tutdum, sənin ruzinlə iftar etdim və sənə təvəkkül etdim.) Və hər kim birinci tikəni ağzına qoyarkən bu sözləri desə, Allah onun günahlarını bağışlayar: «Bismillahir rəhmanir rəhim. Ya vasiəl məğfirəti iğfirli» (Rəhmli və mərhəmətli Allahın adı ilə. Ey bağışlaması geniş olan Allahım, məni bağışla.)   İftar vaxtı «Qədr» surəsini oxumaq: «Bismillahir rəhmanir-rəhim. İnna ənzəlnahu fi leylətil qədr. Vəma ədrakə ma leylətulqədr. Leylətul qədri xeyrun min əlfi şəhr. Tənəzzəlul məlaikətu vər-ruhu fiha biizni rəbbihim min kulli əmr. Səlamun hiyə hətta mətləil fəcr» (Rəhimli və mərhəmətli Allahın adı ilə. Həqiqətən, biz Quranı qədr gecəsi nazil etdik. (Ya Peyğəmbər) Qədr gecəsinin nə olduğunu bilirsənmi? Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyrlidir. O gecə mələklər və Ruh (Cəbrail) Rəbblərinin izni ilə hər bir işdən ötrü yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıq, əmin amanlıqdır.)   Əgər mümkün olsa, iftar vaxtı bir içim su və bir neçə xurma olsa belə, sədəqə və iftar vermək. Peyğəmbərdən (s) rəvayət olunur ki, hər kim oruclu birisinə iftar versə, onun üçün də oruc tutanın savabı yazılar və iftar edənin o yeməyin qüvvətilə etdiyi hər bir yaxşı əməl ona da yazılar (Ancaq bununla belə onun boynundan oruc tutmaq vəzifəsi götürülməz, onun özünün də oruc tutması vacibdir.) .   Ramazan ayının hər gecəsi bu duanı oxuyanın qırx illik günahı bağışlanar. «Allahummə rəbbə şəhri ramazan əlləzi ənzəltə fihil Quran vəftərəztə əla ibadikə fihis-siyam səlli əla Muhəmmədin və ali Muhəmməd vərzuqni həccə beytikəl həram fi ami haza və fi kulli amin vəğfirli tilkəz zünubəl izam fəinnəhu la yəğfiruha ğeyrukə ya Rəhmanu ya Əllam» (Ey Allahım, ey Ramazan ayının Rəbbi! (Bu ay) Elə bir aydır ki, bu ayda Quranı nazil etmisən, bu ayda oruc tutmağı bəndələrinə vacib etmisən. Peyğəmbər və onun ailəsinə salam və rəhmət göndər və bu ildə və hər bir ildə öz evinin ziyarətini mənə nəsib et və mənim böyük günahlarımı bağışla. Çünki bu günahları səndən başqası bağışlaya bilməz, ey Rəhimli və xəbərdar olan Allahım.)   Müstəhəbdir ki, Ramazan ayının hər gecəsi iki rəkət namaz qılına və hər rəkətdə bir dəfə «Həmd» və üç dəfə «İxlas» surəsi oxunar. Namazın salamını verdikdən sonra bu dua oxunur: «Subhanə mən huvə həfiz la yəğful. Subhanə mən huvə rəhim la yə’cəl. Subhanə mən huvə qaim la yəshu. Subhanə mən huvə daim la yəlhu» (Pakdır o Allah ki, qəflətdə olmadan hifz edəndir. Pakdır o Allah ki, əzab verməkdə tələsmədən rəhm edəndir. Pakdır o Allah ki, yaddan çıxmadan həmişə sabitdir. Pakdır o Allah ki, daimidir, boş və ləğv işlərdən uzaqdır.) Bu duadan sonra 7 dəfə təsbihati-ərbəə deyilir (Yəni, «Subhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər».) Sonra deyilir (1 dəfə): «Subhanəkə, subhanəkə, subhanəkə ya əzim iğfirliyəz-zənbələzim» (Paksan Sən, paksan Sən, paksan Sən ey əzəmətli Allah, mənim böyük günahlarımı bağışla.) Və bu duadan sonra da 10 dəfə salavat deyilir: Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Allah bu iki rəkət namazı qılanın 70 min günahını bağışlayar.   Ramazan ayı ərzində min rəkət namaz qılınır. Qılınma qaydası müxtəlifdir. Daha yaxşısı bu qayda ilədir: Ramazan ayının 20-ci gecəsinə qədər hər gecə iyirmi rəkət namaz qılınır. (Bunun səkkiz rəkəti şam namazından sonra, on iki rəkəti isə xiftən namazından sonra qılınır). Ramazan ayının 21-ci gecəsindən sonra isə hər gecə otuz rəkət namaz qılınır. (Bunun səkkiz rəkəti şam namazından sonra, iyirmi iki rəkəti isə xiftən namazından sonra qılınır). Bu cəmi yeddi yüz rəkət edir. Qalan üç yüz rəkət isə Qədr gecələrində (Ramazan ayının 3 gecəsində) qılınır. Beləliklə? bu üç gecə 300 rəkət namaz qılınmış olur. Bütün bu min rəkət namaz «iki rəkət-iki rəkət» qılınır, hər iki rəkətdən sonra təşəhhüd və salamlar deyilir və bundan sonra qalxıb təkbir (Allahu Əkbər) deyilib namaza davam edilir. Hər rəkətdə «Fatihə» və «İxlas» surələri oxunur.   Ramazan ayının gündüzləri yerinə yetirilən əməllər:   İmsaq (o başdanlığı) yemək. Bir xurma və ya bir içim su ilə olsa da belə, yemək lazımdır (müstəhəbdir). İmsaq yeyən vaxt «Qədr» surəsini oxumaq. İftar edən vaxt və səhuru yeyəndə «Qədr» surəsini oxuyana, bu iki vaxt arasında (iftar və İmsaq), Allah yolunda öz qanına bulaşanın savabı yazılar. 6-cı gecə əməlində qeyd olunan duanı gündüz də oxumaq müstəhəbdir. Hər gün 100 dəfə salavat demək. «La ilahə illəllah», «əstəğfirullah» (Allahdan bağışlanma istəyirəm) zikrini bu ay çox demək müstəhəbdir (Ən azı hər gün yüz dəfə «La ilahə illəllah», yetmiş dəfə «Əstəğfirullah» deyilməlidir). Həmçinin, bu ayda Quran çox oxunmalıdır. Çünki bu ay Quran nazil olan aydır.   Ramazan ayının gecələrində qılınması müstəhəb olan namazlar   1-ci gün – 4 rukət (Hər rukətdə 1 Həmd, 15 İxlas) 2-ci gün – 4 rukət (Hər rukətdə 1 Həmd, 20 Qədr) 3-cü gün – 10 rukət (Hər rukətdə 1 Həmd, 50 İxlas) 4-cü gün – 8 rukət (Hər rukətdə 1 Həmd, 20 Qədr 5-ci gün – 2 rukət (Hər rukətdə 1 Həmd, 50 İxlas) 6-cı gün – 4 rukət (Hər rukətdə 1 Həmd, 1 Mülk) 7-ci gün – 4 rukət (Hər rukətdə 1 Həmd,13 Qədr) 8-ci gün – 2 rukət (Hər rukətdə 1 Həmd, 10 İxlas və namazdan sonra min dəfə “Subhənəllah”) 9-cu gün – 6 rukət (Hər rukətdə 1 Həmd, 7 Ayətəlkürsü və namazdan sonra 50 dəfə salavat) 10-cu gün – 20 rukət (Hər rukətdə 1 Həmd, 30 ixlas) 11-ci gün – 2 rukət (Hər rukətdə 1 Həmd, 20 Kovsər) 12-ci gün – 8 rukət (Hər rukətdə 1 Həmd, 30 Qədr) 13-cü gün – 4 rukət (Hər rukətdə 1 Həmd, 25 İxlas) 14-cü gün – 6 rukət (Hər rukətdə 1 Həmd, 30 Zəlzələ) 15-ci gün – 4 rukət (1-ci rukətdə 1 Həmd, 100 İxlas, 2-ci rukətdə 1 Həmd, 50 İxlas) 16-cı gün- 12 rukət (Hər rukətdə 1 Həmd, 12 Təkasur) 17-ci gün- 2 rukət (1-ci rukətdə 1 Həmd, 1 İxlas, 2-ci rukətdə 1 Həmd, 100 İxlas) 18-ci gün- 4 rukət (Hər rukətdə 1 Həmd, 25 kovsər) 19-cu gün – 50 rukət (Hər rukətdə 1 Həmd, 1 Zəlzələ) 20-ci gün – 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə) 21-ci gün – 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə) 22-ci gün – 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə) 23-cü gün – 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə) 24-cü gün- 8 rukət (Hər rukətdə 1 Həmd,1 istənilən surə) 25-ci gün – 8 rukət (Hər rukətdə 1 Həmd, 10 İxlas) 26-cı gün – 8 rukət (Hər rukətdə 1 Həmd, 100 İxlas) 27-ci gün – 4 rukət (Hər rukətdə 1 Həmd, 1 Mülk. 28 İxlas da oxuna bilər)) 28-ci gün – 6 rukət (Hər rukətdə 1 Həmd, 100 Ayətəlkursi, 100 İxlas, 100 Kovsər və namazdan sonra 100 dəfə salavat) 29-cu gün – 2 rukət (Hər rukətdə 1 Həmd, 20 İxlas) 30-cu gün – 8 rukət (Hər rukətdə 1 Həmd, 20 İxlas və namazdan sonra 100 dəfə salavat.   Qədr gecəsinin əməlləri   Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:   1) Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: “Əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah” Bu qüslün böyük savabı var.   2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: “İlahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram”.   3) Məscidə getmək.   4) Qədr gecəsinin namazı. Bu namazın böyük şərafəti var. Xiftən və sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir: Niyyət: “Qədr gecəsinin namazını qılıram qürbətən iləllah” Sübh namazı kimi 2 rukətlidir. Lakin hər həmd surəsindən sonra 7 dəfə ixlas surəsi oxunmalıdır. Namazı qurtardıqdan sonra alını səcdəyə qoyub 70 dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir. İmam Sadiq (ə) buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib 70 dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar”.   5) Quranı başa qoyub, Allahın, peyğəmbərin və imamların adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni, “Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam”. Quranı baş üzərinə qoyub dua etməyin qaydası: Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır: “Əllahummə inni əs`əlukə bikitabikəl-munzəl və ma fihi və fihi ismukəl əkbər və əsmaukəl-husna və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə minənnar. Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih və bihəqqi kulli muminin mədəhtəhu fihi və bihəqqikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə mink”. Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini 10 dəfə de: 1.Bikə ya Allah (10 dəfə) Bi Muhəmmədin (s) (10 dəfə) Bi Əliyyin (ə) (10 dəfə) Bi Fatimətə (s.ə.) (10 dəfə) Bil Həsəni (ə) (10 dəfə) Bil Hüseyni (ə) (10 dəfə) Bi Əli ibn Hüseyn (ə) (10 dəfə) Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə) Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə) Bi Musa ibn Cəfər (ə) (10 dəfə) Bi Əli ibn Musa (ə) (10 dəfə) Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə) Bi Əli ibn Muhəmməd (ə) (10 dəfə) Bi Həsən ibn Əli (ə) (10 dəfə) Bil Huccəti (ə.c.) (10 dəfə) Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir, çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.   6) İmam Əli (ə) və İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.   7) 100 rukət (sübhnamazı kimi) müstəhəb namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rukətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)   8) Peyğəmbər və onun Əhli-Beytinə salavat göndərmək.   9) Covşən-kəbir duasını oxumaq.   10) Həzrət Əlinin (ə) qatilinə lənət oxumaq. 100 dəfə “əllahumməl`ən qətələtə əmiril muminin” Yəni, “İlahi, Əlinin (ə) qatillərinə lənət et”   11) 100 dəfə “əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və tövbə etmək. “Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam, lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm”   Fitr bayramı   Mübarək Ramazan ayı tamam olduqdan sonra şəvval ayının birinci günü Fitr bayramıdır. Fitr günü oruc tutmaq haramdır. Həzrət Peyöəmbər (s) şəvval ayının birinci günü belə buyurdu: “Fitr günü (möminləri səsləyərlər) Ey möminlər! Bu gün (Ramazan ayında etdiyiniz xeyir işlərin mükafatını alın!”   Fitr bayramının əməlləri:   1) Qüsl etmək. (Sübh azanından bayram namazına qədər olan vaxtda) 2) Bayram namazından qabaq, ailənin hər üzvü üçün fitrə zəkatı çıxarmaq 3) Bayram namazından qabaq xurma və ya şirni ilə iftar etmək. 4) Bayram namazını qılmaq. 5) Sübh və bayram namazlarından sonra “Allahu əkbər, Allahu əkbər, La ilahə illəllahu vəllahu əkbər, Əllahu əkbər və lilləhil həmd” zikrini demək 6) Bayram namazından sonra Nüdbə duasını oxumaq   Fitr bayramının namazı Qurban bayramının namazı kimidir. Bu namaz İmam (ə)-ın qeybdə olmadığı vaxt vacibdir və camaatla qılınmalıdır. Bu namaz 2 rukətdir. Birinci rukətdə Həmddən sonra 5 təkbir deyilməli, hər təkbirdən sonra qunut tutulmalıdır. Beşinci qunutdan sonra altıncı təkbiri deyib ruku və 2 səcdəni yerinə yetirib ayağa qalxmalı, ikinci rukətdə həmddən sonra 4 təkbir deyilməli, hər təkbirdən sonra qunut tutub, beşinci təkbirdən sonra ruku və 2 səcdəni yerinə yetirib namazı tamamlamalıdır. Bu namazın qunutunda hər dua oxunsa kifayətdir. Daha yaxşı olar ki, aşağıdakı dua oxunsun: “Allahummə əhləl kibriyai vəl əzəməti və əhləl cudi vəl cəbəruti və əhləl əfvi vər-rəhməti və əhlət-təqva vəl məğfirəti əsəlukə bihəqqi həzəl-yəvmilləzi cəəltahu lil muslimin iydən və li Muhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlliyə ələ Muhəmmədin və ali Muhəmmədin və ən tudxiləni fi kulli xayrin ədxəltə fihi Muhəmmədən və əla Muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmmədin sələvətukə ələyhi və ələyhim. Allahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun”.   Bayram namazının məxsus surəsi yoxdur, amma daha yaxşı olar ki, birinci rukətdə Şəms, ikinci rukətdə isə Gaşiyə surələri oxunsun, yaxud birinci rukətdə Əla, ikinci rukətdə Şəms surələri oxunsun.  

Ramazan 08.02.2025

Mübarək Ramazan ayının 16-cı gününün duası

Mübarək Ramazan ayının 16-cı gününün duası اَللّـهُمَّ وَفِّقْني فيهِ لِمُوافَقَةِ الابْرارِ، وَجَنِّبْني فيهِ مُرافَقَةَ الاْشْرارِ، وَآوِني فيهِ بِرَحْمَتِكَ اِلى دارِ الْقَـرارِ، بِاِلهِيَّتِكَ يا اِلـهَ الْعالَمينَ   Duanın oxunuşu:   Əllahummə vəffiqni fihi limuvafəqətil əbrar, və cənnibni fihi murafəqətəl əşrar, və avini fihi birəhmətikə ila daril qərar, biilahiyyətikə ya ilahəl aləmin.   Duanın tərcüməsi: İlahi, Öz böyüklüyünlə bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et, pis və şər insanlardan uzaqlaşdır və Öz rəhmətinlə məni əbədi behişt evində məskunlaşdır, ey aləmlərin məbudu!       Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 16-cı gün- 12 rukət (Hər rukətdə 1 Həmd, 12 Təkasur)

Ramazan 07.02.2025

Mübarək Ramazan ayının 15-ci gününün duası 

Mübarək Ramazan ayının 15-ci gününün duası   اَللّـهُمَّ ارْزُقْني فيهِ طاعَةَ الْخاشِعينَ، وَاشْرَحْ فيهِ صَدْري بِاِنابَةِ الُمخْبِتينَ، بِاَمانِكَ يا اَمانَ الْخائِفينَ   Duanın oxunuşu:  Əllahummərzuqni fihi taətəl xaşiin, vəşrəh fihi sədri biinabətil muxbitin, biəmanikə ya əmanəl xaifin.   Duanın tərcüməsi:  İlahi, Öz amanınla bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et və Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir, ey qorxanlara aman verən!       Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 15-ci gün – 4 rukət (1-ci rukətdə 1 Həmd, 100 İxlas, 2-ci rukətdə 1 Həmd, 50 İxlas)

Ramazan 07.02.2025

Mübarək Ramazan ayının 14-cü gününün duası

Mübarək Ramazan ayının 14-cü gününün duası اَللّـهُمَّ لا تُؤاخِذْني فيهِ بِالْعَثَراتِ، وَاَقِلْني فيهِ مِنَ الْخَطايا وَالْهَفَواتِ، وَلا تَجْعَلْني فيهِ غَرَضاً لِلْبَلايا وَالاْفاتِ، بِعِزَّتِكَ يا عِزَّ الْمُسْلِمينَ   Duanın oxunuşu: Əllahummə la tuaxizni fihi bil əsərat, və əqilni fihi minəl xətaya vəl həfəvat, və la təc`əlni fihi ğərəzən lil bəlaya vəl afat, biizzətikə ya izzəl muslimin.   Duanın tərcüməsi: İlahi, bu gün məni azğınlıqlarıma görə cəzalandırma. Bu gün xəta və günahlarıma göz yum. Öz izzət və qüdrətinlə məni bəlalara hədəf tutma. Ey müsəlmanların izzəti!       Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 14-cü gün – 6 rukət (Hər rukətdə 1 Həmd, 30 Zəlzələ)

Ramazan 07.02.2025

Mübarək Ramazan ayının 13-cü gününün duası

Mübarək Ramazan ayının 13-cü gününün duası اَللّـهُمَّ طَهِّرْني فيهِ مِنَ الدَّنَسِ وَالاَقْذارِ، وَصَبِّرْني فيهِ عَلى كائِناتِ الاَقْدارِ، وَوَفِّقْني فيهِ لِلتُّقى وَصُحْبَةِ الابْرارِ بِعَوْنِكَ يا قُرَّةَ عَيْنِ الْمَساكينَ   Duanın oxunuşu: Əllahummə təhhirni fihi minəd-dənəsi vəl əqzar, və səbbirni fihi əla kainatil əqdar, və vəffiqni fihi lit-tuqa və suhbətil əbrar, biəvnikə ya qurrətə əy­il məsakin.   Duanın tərcüməsi: İlahi, Öz köməyinlə bu gün məni çirkin əməl və pis işlərdən pak et, bu gün baş verəcək müqəddəratda mənə səbir və dözüm ver, məni təqvalı və yaxşı insanlarla yoldaşlıq etməyə müvəffəq et, ey yoxsulların gözünün işığı!   Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 13-cü gün – 4 rukət (Hər rukətdə 1 Həmd, 25 İxlas)

Ramazan 07.02.2025

Mübarək Ramazan ayının 12-ci gününün duası

Mübarək Ramazan ayının 12-ci gününün duası اَللّـهُمَّ زَيِّنّي فيهِ بِالسِّتْرِ وَالْعَفافِ، وَاسْتُرْني فيهِ بِلِباسِ الْقُنُوعِ وَالْكَفافِ، وَاحْمِلْني فيهِ عَلَى الْعَدْلِ وَالاِنْصافِ، وَآمِنّي فيهِ مِنْ كُلِّ ما اَخافُ بِعِصْمَتِكَ يا عِصْمَةَ الْخائِفينَ Duanın oxunuşu: Əllahummə zəyyinni fihi bissitri vəl əfaf, vəsturni fihi bilibasil qunui vəl kəfaf, vəhmilni fihi ələl ədli vəl insaf, və aminni fihi min kulli ma əxaf, biismətikə ya ismətəl xaifin. Duanın tərcüməsi: İlahi, Öz gözətçiliyinlə bu gün məni günahlardan qorunmaq və iffətli olmaqla zinətləndir, mənə qənaət və kifayət libası geyindir, məni bu gün ədalət və insafa vadar et, məni qorxduğum işlərdən amanda saxla, ey qorxanların gözətçisi! Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 12-ci gün – 8 rukət (Hər rukətdə 1 Həmd, 30 Qədr)

Ramazan 07.02.2025

Mübarək Ramazan ayının 11-ci gününün duası 

Mübarək Ramazan ayının 11-ci gününün duası   اَللّـهُمَّ حَبِّبْ اِلَيَّ فيهِ الاِحْسانَ، وَكَرِّهْ اِلَيَّ فيهِ الْفُسُوقَ وَالْعِصْيانَ، وَحَرِّمْ عَلَيَّ فيهِ السَّخَطَ وَالنّيرانَ بِعَوْنِكَ يا غِياثَ الْمُسْتَغيثينَ   Duanın oxunuşu: Əllahummə həbbib iləyyə fihil ihsan, və kərrih iləyyə fihil fusuqə vəl isyan, və hərrim ələyyə fihis-səxətə vən-niran, biəvnikə ya ğiyasəl mustəğisin.   Duanın tərcüməsi:  İlahi, Öz yardımmınla bu gün məni yaxşı əməllərə rəğbətləndir, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat, mənə qəzəbin və cəhənnəm odunu haram et, ey fəryad edənlərin fəryadına yetən!     Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 11-ci gün – 2 rukət (Hər rukətdə 1 Həmd, 20 Kovsər)

Ramazan 06.02.2025

Mübarək Ramazan ayının 9-cu gününün duası

Mübarək Ramazan ayının 9-cu gününün duası   اَللّـهُمَّ اجْعَلْ لي فيهِ نَصيباً مِنْ رَحْمَتِكَ الْواسِعَةِ، وَاهْدِني فيهِ لِبَراهينِكَ السّاطِعَةِ، وَخُذْ بِناصِيَتي اِلى مَرْضاتِكَ الْجامِعَةِ بِمَحَبَّتِكَ يا اَمَلَ الْمُشْتاقينَ   Duanın oxunuşu: Əllahumməc`əl li fihi nəsibən min rəhmətikəl vasiəh, vəhdini fihi libərahinikəs-satiəh, və xuz binasiyəti ila mərzatikəl camiəh, biməhəbbətikə ya əmələl muştaqin.   Duanın tərcüməsi: İlahi, Öz məhəbbətinlə bu gün mənə Öz geniş rəhmətindən bir pay qismət et və məni aydın, güclü dəlillərinlə doğru yola yönəlt, məni istədiyin əməllərin hamısına müvəffəq et, ey istəklilərin arzusu!     Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 9-cu gün – 6 rukət (Hər rukətdə 1 Həmd, 7 Ayətəlkürsü və namazdan sonra 50 dəfə salavat)

Ramazan 06.02.2025

Mübarək Ramazan ayının 8-ci gününün duası

Mübarək Ramazan ayının 8-ci gününün duası Ərəbcə: اَللّـهُمَّ ارْزُقْني فيهِ رَحْمَةَ الاَيْتامِ، وَاِطْعامَ اَلطَّعامِ، وَاِفْشاءَ السَّلامِ، وَصُحْبَةَ الْكِرامِ بِطَولِكَ يا مَلْجَاَ الاْمِلينَ Duanın oxunuşu: Əllahummərzuqni fihi rəhmətəl əytam, və it`amət-təam, və ifşaəs-səlam, və suhbətəl kiram, bitəvlikə ya məlcəəl amilin. Duanın tərcüməsi: İlahi, Öz nemətinlə bu gün məni yetimlərə rəhm edən, yoxsullara yemək bəxşiş edən və salam verənlərdən qərar ver, məni kəramətli və yaxşı insanlarla yoldaş et, ey arzu edənlərin sığınacaq və pənahı! Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz 8-ci gün – 2 rukət (Hər rukətdə 1 Həmd, 10 İxlas və namazdan sonra min dəfə “Subhənəllah”)

Ramazan 06.02.2025

Ramazan ayının 7-ci gününün duası 

Ramazan ayının 7-ci gününün duası Ərəbcə:  اَللّـهُمَّ اَعِنّي فِيهِ عَلى صِيامِهِ وَقِيامِهِ، وَجَنِّبْني فيهِ مِنْ هَفَواتِهِ وَآثامِهِ، وَارْزُقْني فيهِ ذِكْرَكَ بِدَوامِهِ بِتَوْفيقِكَ يا هادِيَ الْمُضِلّينَ Oxunuşu:  Əllahummə əinni fihi əla siyamihi və qiyamih, və cənnibni fihi min həfəvatihi və asamih, vərzuqni fihi zikrəkə bidəvamih, bitəvfiqikə ya hadiyəl muzillin. Tərcüməsi:  İlahi, Öz köməyinlə mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol, məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır, məni Səni daim yad etməkdə müvəffəq et, ey yolunu azmışları hidayət edən! Duanın tərcüməsi: İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm. Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:   4 rukət (Hər rukətdə 1 Həmd, 13 Qədr) Allah dualarınızı qəbul etsin!

Ramazan 06.02.2025

Ramazan ayının 6-cı gününün duası

Ramazan ayının 6-cı gününün duası   Ərəbcə:   اَللّـهُمَّ لا تَخْذُلْني فيهِ لِتَعَرُّضِ مَعْصِيَتِكَ، وَلاتَضْرِبْني بِسِياطِ نَقِمَتِكَ، وَزَحْزِحْني فيهِ مِنْ مُوجِباتِ سَخَطِكَ، بِمَنِّكَ وَاَياديكَ يا مُنْتَهى رَغْبَةِ الرّاغِبينَ   Oxunuşu:  Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin.   Tərcüməsi: İlahi, Öz minnət və qüdrətinlə məni bu gün Sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!       Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz: 4 rukət (Hər rukətdə 1 Həmd, 1 Mülk)   Allah dualarınızı qəbul etsin!

Ramazan 06.02.2025

Ramazanayının 5-ci gününün duası 

Ərəbcə:   اَللّـهُمَّ اجْعَلْني فيهِ مِنْ الْمُسْتَغْفِرينَ، وَاجْعَلْني فيهِ مِنْ عِبادِكَ الصّالِحينَ اْلقانِتينَ، وَاجْعَلني فيهِ مِنْ اَوْلِيائِكَ الْمُقَرَّبينَ، بِرَأْفَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ   Oxunuşu:  Əllahumməc`əlni fihi minəl mustəğfirin, vəc`əlni fihi min ibadikəs-salihinəl qanitin, vəc`əlni fihi min əvliyaikəl muqərrəbin, birə`fətikə ya ərhəmər-rahimin.   Tərcüməsi:  İlahi, Öz məhəbbət və mərhəmətinlə məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver, məni təvazökar və saleh bəndələrinin sırasında yerləşdir, məni bu gün Sənə yaxın olan bəndələrindən təyin et, ey mehribanların ən mehribanı!     Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:    2 rukət (Hər rukətdə 1 Həmd, 50 İxlas)     Allah dualarınızı qəbul etsin!

1 2