Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Surələrin Fəziləti 02.02.2025

“Nuh” (ə) surəsinin fəziləti

“Nuh” (ə) surəsinin fəziləti İmam Sadiq (ə) buyurdu: Hər kəsin Allaha imanı varsa, və onun kitabını oxuyarsa, “İnna ərsəlna Nuhən ila qəvmihi” (Nuh) surəsini oxumağı tərk etməsin. Bir bəndə onu xalis niyyətlə və haqq üçün, vacib və yaxud müstəhəbbi namazında oxusa, Allah onu Qiyamətdə saleh və ləyaqətli bəndələrlə birlikdə məskunlaşdırar, və Behiştə üç bağ ona kəramət edər. Bunlardan əlavə Behiştdəki mənzilində iki yüz bakirə huriyyəni və dörd min ər görmüş huriyyəni onunla evləndirərlər inşaallah. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Nuh (ə) surəsini oxusa, Nuhun (ə) dəvətini qəbul etmiş möminlərdən olacaqdır. Orada buyurur: “Rəbbiğfirli vəli validəyyə və limən dəxələ bəytiyə muminən və lilmumininə vəl muminati.” (Nuh-28). Hər kəs sübh və axşamlar Nuh surəsini oxusa, hər hacəti olmuş olsa, qəbul olar, inşaallah.

Surələrin Fəziləti 30.12.2024

“Məaric” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Səələ Sailun surəsini çox oxuyun. Çünki hər kəs onu çox oxusa, Allah Qiyamətdə onun etdiyi günahdan soruşmaz, və Behişə ona Nəbiyyi-Əkrəm (s ə v v) və əhli beyti ilə birlikdə yer verər, inşaallah. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Səələ Sailun surəsini oxusa, Allah ona əhdə və əmanətə riayət edənlərin və həmçinin namazlarını qoruyanların savabını əta edər. Übəyy ibn Kəb Allahın Rəsulundan (s.ə.v.v) rəvayət edir: Hər kəs Məaric surəsini oxusa, Allah namaz qılan-ların, Həcc edənlərin, oruc tutanların, zəkat verənlərin və əmanətə riayət edən kəslərin savabını onun əməl dəftərində yazar. Əgər bir kəs gecə bu surəni oxusa, heç vaxt möhtəlim (cunub, cənabətli) olmaz. İmam Sadiq (ə) buyurdu: Hər kəsin Allaha və onun kitabına imanı vardırsa, bu surəni oxumağı tərk etməsin. Hər kəs gecə və gündüz bu surəni oxumağı davam etdirsə, hər cür hacəti olsa, qəbul olar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 29.12.2024

“Haqqə” surəsinin fəziləti

İmam Baqir (ə) buyurdu: əl-Haqqə surəsini çox oxuyun. Çünki onu vacibi və müstəhəbbi namazlarda oxumaq, Allaha və Rəsuluna iman nişanələrindəndir. Ondan əlavə bu surə Əmirəl-möminin (ə) və düşməni Muaviyə barəsində nazil olmuşdur. Onu oxuyan Allahın hesab gününü görən vaxta qədər dinsiz olmaz. (Haqqə vacibut-Təhqiq etibarı ilə Qiyamət adlarındandır. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs əl-Həqqə surəsini oxusa, Allah onun hesabını asan tutacaqdır. Hər kim bu surənin əvvəlindən on bir ayə oxusa, Qiyamət günündə bu surə bir nur olar və onu başdan ayağa bürüyər uşaq dünyaya təzə dünyaya göz açdıqda bu surəni yuyub ona versəniz çox hafizəli olar, və Şeytanın şərr-indən amanda qalar. Bu surəni yazıb və suyunu uşağa içirsəniz, həmin saatdan o bəlalardan və Şeytandan qorunar. Hər kəsin şiddətli qızdırması olsa, Ləyl surəsini yazıb, yuyub, suyunu içsə, şəfa tapar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 19.12.2024

“Qələm” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hər kəs Nun vəl-qələm surəsini özünün vacibi və müstəhəbbi namazlarında oxusa, əzəmətli Allah onu həmişə çətinlik və yoxsulluğa düşməkdən qoruyar, dünyadan köçəndən sonra qəbr sıxıntısından və onun əzabından ona pənah verər. Rəsulu-Əkrəm (s.ə.v.v) buyurdu: Nun vəl-qələm surəsini oxuyan ksə, Allah xoşəxlaq adamların savabını əta edər. Günlərin birində Həzrət Məhəmməd Mustəfa (s.ə.v.v) Bəqi qəbiristanlığından ötüb keçəndə, belə buyurdu: Allaha and olsun, bu qəbiristan əhlinin çoxu göz yarasından ölmüşdür. Göz yarasının sağalmasından ötrü bu ayəni yazıb özünüzdə saxlayın və həmçinin evinizdə də asın. “Və in yəkadulləzinə kəfəru ləyuziqunəkə biəbsarihim ləmma səmiuz-zikrə və yəqulunə innəhu ləməcnun. Vəma huvə illa zikrun lilaləmin.” (Qələm-52). Çox təsiri vardır. (qələmi götürün və indi bu ayəni yazıb, cibinizə qoyun). Həzrəti Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Göz ağrısı, dəvəni qazana, kişini isə (adamı) gora salar.

Surələrin Fəziləti 19.12.2024

“Mulk” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hər kəs “Təbarəkəl-ləzi biyədihil Mulku”-nu özününün vacibi namazlarını qılmazdan əvvəl oxusa, Allah amanında Behiştdə daxil olar inşaallah. Allahın Rəsulu (s.ə.v.v) buyurub: Təbarək (Mulk) surəsini oxuyan şəxs qədr gecəsini oyaq qalıb əhya saxlayan kəs kimidir. İbn Əbbas deyir: Allahın Rəsulu (s.ə.v.v) buyurdu: “Təbarəl-ləzi biyədihil Mulku”-un (Mulk surəsinin) hər bir möminin qəlbində olmasını istəyirəm. Əbi Hurəyrədən rəvayət olunub ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) belə buyurdu: Otuz ayəsi insana şəfaət etməyən surə, həqiqətdə Allahın kitabından deyildir. Beləliklə Qiyamət günündə onu Cəhənnəm odundan çıxarıb, Behiştə daxil edən surə təbarəkdir (Mulk surəsi). İbn Məsuddan rəvayət olunub ki, olü qəbrə qoyulan vaxtda, ayaq tərəfindən əzab mələyi gəlib, və sonra ona deyilər: Sizin ona əliniz çatmaz, çünki o Mulk surəsini oxuyurdu.Sonra onun baş tərəfindən gələr, onun dili deyər: Sizin ona əliniz çatmaz, çünki o mənimlə Mulk surəsini oxuyardı. O vaxt (ibn Məsud) dedi: O surə qəbr əzabından ona mane olar. Bu surə Tövratda Mülk surəsi adı ilə tanınır. Bir kəsin gecə onu oxuması daha yaxşıdır. Sidir Seyrəfi rəvayət edib ki, imam Muhəmməd Baqir (ə) buyurdu: Mulk surəsi Mumaniə (mane olan) surəsidir, çünki, o qəbr əzabına mane olur. Tövratda da Mulk surəsi adı ilə yazılıb. Bir kəs onu gecələr oxumağı daha yaxşıdır, və onun üçün qəbr əzabından mane olacaqdır. O qəflətdə olanlardan yazılmaz, və mən (imam Məhəmməd Baqir (ə) işa namazından sonra onun nafiləsində oturan halda bu surəni oxuyaram. Əlbəttə bir kəs yaşadığı müddətdə gecə və gündüz onu oxusa, qəbirdə nəkir və nakir onun ayaq tərəfindən gələn zaman, ayaqları onlara deyər: Siz məndən yuxarı əl tapa bilməzsiniz. Çünki, bu bəndə mənim vasitəmlə qalxıb, Mulk surəsini oxumuşdur. Sonra onlar onun qarın tərəfindən gələrlər. Ölmüş qarın onlara deyər: Məndən yuxarı sizin üçün yol yoxdur, çünki bu bəndə məni Mülk surəsi üçün bir qab kimi qərar vermişdir. Onlar dil tərəfindən gələn zaman, onalara deyər, sizin ona əliniz çatmaz, çünki həqiqətən bu bəndə gecə və gündüz Mulk surəsini oxumuşdur. “Qələm” surəsi (Nun vəlqələm) İmam Sadiq (ə) buyurdu: Hər kəs Nun vəl-qələm surəsini özünün vacibi və müstəhəbbi namazlarında oxusa, əzəmətli Allah onu həmişə çətinlik və yoxsulluğa düşməkdən qoruyar, dünyadan köçəndən sonra qəbr sıxıntısından və onun əzabından ona pənah verər. Rəsulu-Əkrəm (s.ə.v.v) buyurdu: Nun vəl-qələm surəsini oxuyan ksə, Allah xoşəxlaq adamların savabını əta edər. Günlərin birində Həzrət Məhəmməd Mustəfa (s.ə.v.v) Bəqi qəbiristanlığından ötüb keçəndə, belə buyurdu: Allaha and olsun, bu qəbiristan əhlinin çoxu göz yarasından ölmüşdür. Göz yarasının sağalmasından ötrü bu ayəni yazıb özünüzdə saxlayın və həmçinin evinizdə də asın. “Və in yəkadulləzinə kəfəru ləyuziqunəkə biəbsarihim ləmma səmiuz-zikrə və yəqulunə innəhu ləməcnun. Vəma huvə illa zikrun lilaləmin.” (Qələm-52). Çox təsiri vardır. (qələmi götürün və indi bu ayəni yazıb, cibinizə qoyun). Həzrəti Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Göz ağrısı, dəvəni qazana, kişini isə (adamı) gora salar. “Haqqə” surəsi İmam Baqir (ə) buyurdu: əl-Haqqə surəsini çox oxuyun. Çünki onu vacibi və müstəhəbbi namazlarda oxumaq, Allaha və Rəsuluna iman nişanələrindəndir. Ondan əlavə bu surə Əmirəl-möminin (ə) və düşməni Muaviyə barəsində nazil olmuşdur. Onu oxuyan Allahın hesab gününü görən vaxta qədər dinsiz olmaz. (Haqqə vacibut-Təhqiq etibarı ilə Qiyamət adlarındandır. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs əl-Həqqə surəsini oxusa, Allah onun hesabını asan tutacaqdır. Hər kim bu surənin əvvəlindən on bir ayə oxusa, Qiyamət günündə bu surə bir nur olar və onu başdan ayağa bürüyər uşaq dünyaya təzə dünyaya göz açdıqda bu surəni yuyub ona versəniz çox hafizəli olar, və Şeytanın şərr-indən amanda qalar. Bu surəni yazıb və suyunu uşağa içirsəniz, həmin saatdan o bəlalardan və Şeytandan qorunar. Hər kəsin şiddətli qızdırması olsa, Ləyl surəsini yazıb, yuyub, suyunu içsə, şəfa tapar. “Məaric” surəsi (Səələ Sailun) İmam Sadiq (ə) buyurdu: Səələ Sailun surəsini çox oxuyun. Çünki hər kəs onu çox oxusa, Allah Qiyamətdə onun etdiyi günahdan soruşmaz, və Behişə ona Nəbiyyi-Əkrəm (s ə v v) və əhli beyti ilə birlikdə yer verər, inşaallah. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Səələ Sailun surəsini oxusa, Allah ona əhdə və əmanətə riayət edənlərin və həmçinin namazlarını qoruyanların savabını əta edər. Übəyy ibn Kəb Allahın Rəsulundan (s.ə.v.v) rəvayət edir: Hər kəs Məaric surəsini oxusa, Allah namaz qılan-ların, Həcc edənlərin, oruc tutanların, zəkat verənlərin və əmanətə riayət edən kəslərin savabını onun əməl dəftərində yazar. Əgər bir kəs gecə bu surəni oxusa, heç vaxt möhtəlim (cunub, cənabətli) olmaz. İmam Sadiq (ə) buyurdu: Hər kəsin Allaha və onun kitabına imanı vardırsa, bu surəni oxumağı tərk etməsin. Hər kəs gecə və gündüz bu surəni oxumağı davam etdirsə, hər cür hacəti olsa, qəbul olar. “Nuh” (ə) surəsi İmam Sadiq (ə) buyurdu: Hər kəsin Allaha imanı varsa, və onun kitabını oxuyarsa, “İnna ərsəlna Nuhən ila qəvmihi” (Nuh) surəsini oxumağı tərk etməsin. Bir bəndə onu xalis niyyətlə və haqq üçün, vacib və yaxud müstəhəbbi namazında oxusa, Allah onu Qiyamətdə saleh və ləyaqətli bəndələrlə birlikdə məskunlaşdırar, və Behiştə üç bağ ona kəramət edər. Bunlardan əlavə Behiştdəki mənzilində iki yüz bakirə huriyyəni və dörd min ər görmüş huriyyəni onunla evləndirərlər inşaallah. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Nuh (ə) surəsini oxusa, Nuhun (ə) dəvətini qəbul etmiş möminlərdən olacaqdır. Orada buyurur: “Rəbbiğfirli vəli validəyyə və limən dəxələ bəytiyə muminən və lilmumininə vəl muminati.” (Nuh-28). Hər kəs sübh və axşamlar Nuh surəsini oxusa, hər hacəti olmuş olsa, qəbul olar, inşaallah. “Cin” surəsi İmam Sadiq (ə) buyurdu: “Qul uhiyə iləyyə” (Cin) surəsini çox oxusa, ömrü boyu göz yarasına, sehr-caduya, cinlərin hiyləsinə düçar olmaz, və Muhəmmədlə (s.ə.v.v) birlikdə olar. Onlar deyərlər: İlahi! Mən bu məqamımın dəyişilməsini istəmirəm. Allahın Rəsulu (s ə v v) buyurdu: Hər kəs Cin surəsini oxusa, Allah Peyğəmbəri (s.ə.v.v) təsdiq və yaxud təkzib edən hər cin və şeytanların sayı qədər, və bəndə alıb (qul) azad etməyin savabını ona əta edər. Hər kəs bu surəni yazıb, yuyub suyunu içsə, hər nə eşitsə öyrənər, və hər kimlə (elmi) münazirə etsə, ona qalib gələr. Əgər borclu bu surəni borcunu ödəmək niyyəti ilə oxusa, borcunu ödəyər. Əgər həbsdə olan bu surəni oxusa, tezliklə həbsdən azad olar. Hər yerdə bu surə oxunsa, cinlər aradan qaçıb uzaqlaşarlar. “Muzzəmmil” surəsi İmam Sadiq (ə) buyurdu: Bir kəs özünün işa namazında yaxud gecə yarısı Muzzəmmil surəsini oxusa, gecə və gündüz Müzzəmmil surəsi onun üçün şəhadət verərər, və Allah onu bəyənilmiş yaşayışla diri saxlayar, pak ölümlə öldürər. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Muzzəmmil surəsini oxusa, dünya və axirətin çətinlikləri onun üzərindən götürülər. Bütün hacətləri qəbul olunmasına xatir aşağıdakı xətmi oxuyun. On bir gün sübh namazından sonra bu surəni on bir dəfə oxuyub qurtardıqdan sonra, bu duanı da on bir dəfə oxuyun. “Ya Musəbbibu səbbib. Ya mufəttihu fəttih. Ya mufərricu fərric. Ya mudəbbiru yəssir. Ya muyəssiru yəssir. Ya mutəmmimu təmmim. Birəhmətikə ya ərhəmərrahimin.” Şeyx Bəhayi deyir: Hacətimin qəbul olunmasına xatir bu xətmi oxudum elə birinci günü ona nail oldum. Əgər ərlə arvad arasında ixtilaf ortaya çıxsa, mübarək Muzəmmil surəsini üç dəfə düzəldilmiş şərbətə oxuyun onların ikisinə də içirtsəniz, bir-birini sevib, mehriban olarlar. Hər kəs Muzzəmmil surəsini yazıb özündə saxlasa, hər yerə getsə, qələbəyə nail olar. Hər kəs bu surəni oxusa, işləri asanlaşar. Hər kəs bir şeyi itirmiş olsa, on gün və hər gündə Muzzəmmil surəsini bir dəfə oxusa, Allahın köməkliyi ilə itirdiyi tapılar. Əgər bir kəsin övladı yoxdursa, ər və arvad hər ikisi oruc tutsunlar, və iftar vaxtı qüsl etsinlər, sonra mübarək Muzzəmmil surəsini suya oxuyub o sudan içsinlər, inşaallah övlad sahibi olarlar. Əgər bir kəsin bədənində ağrısı olsa, Muzzəmmil surəsini acı badama (yağına) oxuyub, xəstənin bədəninə sürtsələr sağalar. Əgər bir kəsin ruzisi azdırsa, qırx gün və hər gündə Muzzəmmil surəsini bir dəfə oxusa, ruzisi çoxalar. Əgər bir kəsin sehrləmiş olsalar, bazar günü (yek şənbə) bu surəni yazıb sehrlənmiş adama yedizdirsəniz, sehri dəf olar. “Muddəssir” surəsi İmam Baqir (ə) buyurdu: Bir kəs vacibi namazlarında Muddəssir surəsini oxusa, Allahın haqqı vardır ki, onu, Rəsulu (s.ə.v.v) ilə qonşu etsin, onun dərəcəsində ki, o olacaqdır. Dünyada yaşadığı müddətdə heç vaxt bədbəxtlik ona üz verməz, inşəllaah. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Müddəssir surəsini oxusa, Məhəmmədi (s.ə.v.v) (məni) Məkkədə təsdiq və təkzib edənlərin sayı qədər on həsənə ona verilər. Bu surəni oxumağı davam etdirmək hər hacəti qəbul etdirər. Əgər Qari (Quran oxuyan) Qurnı əzbər etməkdən ötrü oxusa, Quranı əzbər edər. “Qiyamət” surəsi İmam Baqir (ə) buyurdu: Bir kəs “La uqsimu” (Qiyamət) surəsini oxumağı davam etdirib, ona əməl etsə, Allah onu qəbirdən Rəsulu (s.ə.v.v) ilə çox gözəl çöhrədə qaldırar. Ona müædə və muştuluq verər, üzünə təbəssüm edib axırda onu sirat körpüsündən və mizan tərəzidən keçirər. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Qiyamət surəsini oxusa, Qiyamətdə mən və Cəbrail (ə) onun üçün şəhadət verərik ki, həqiqətən o Qiyamət gününə iman gətirmişdir. Çöhrəsi başqasının sifətindən çox gözəl olan halda gələr. Bu surəni oxumaq qəlbin qüvvətlənməsinə səbəb olar. Həzrət Sadiq (ə) buyurdu: Qiyamət surəsini oxumaq qəlbi kövrəldər, insanı iffətli olmağa cəlb edib onu günahdan qoruyar. Hər kəs onu oxusa, padşahdan qorxmaz. Gecə və gündüz bəlalardan qorunar. İmam Baqir (ə) buyurdu: Hər bir şeyin baharı vardır, Quranın baharı isə mübarək Ramazan ayıdır. Yeni il təhvil olanda bəlalardan qorunmaq, və salamatlıq üçün bu yeddi salamı müşk zəfəranla çini kasaya yazıb, yağış suyu ilə içsin. 1-Bismillahir-rəhmanir-rəhim. Səlamun əla Nuhin filaləmin. (Əssaffat-79) 2-Səlamun qəvlən min rəbbin rəhim (Yasin-58) 3-Səlamun əla Musa və Harun (Əssaffat –109) 4-Səlamun əla Musa və Harun (Əssaffat-120) 5-Səlamun əla ali Yasin. (Əssaffat-130) 6-Səlamun ələykum tibtum fədxuluha xalidin.(Zumər-73). 7-Səlamun hiyə hətta mətləil fəcr. (Qədr-5). “Mursəlat” surəsi İmam Sadiq (ə) buyurdu: Hər kəs “Əlmursəlati urfən” surəsini oxusa, Allah onunla Peyğəmbəri Muhəmməd (s.ə.v.v) arasında tanışlıq yaradar. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Mursəlat surəsini oxusa, onun müşriklərdən olmadığı yazılar. Hər kəs bu surəni oxusa, insanların və cinlərin şərrindən amanda qalar. Hər kəs bu surəni düşməni dəf etmək üçün oxusa, ona qalib gələr. “ Nəbə”surəsi (Əmmə Yətəsaəlun) İmam Baqir (ə) buyurdu: Hər kəs “Əmmə yətəsaəlun” surəsini oxusa, və onu hər gün oxumağı davam etdirsə, bir il keçməz ki, Allahın evinin ziyarətinə nail olar, inşaallah. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: “Əmmə yətəsaəlun” surəsini oxuyan kəsi Allah Qiyamət günündə sərin şərab-larla sirab edər. Hər kəs bu surəni yazıb özündə saxlasa yuxusu azalar, Hafizəsi çox olar. Həmçinin bu surəni oxuyub əzbər edən kəsi qüvvətli edər. “Naziat surəsi” İmam Sadiq (ə) buyurdu: Naziat surəsini oxuyan bir kəs sirab olmamış ölməz, Qiyamətdə sirab olmamış, qaldırılmaz, və sirab olmamış Behiştə daxil olmaz. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Naziat surəsini oxusa, Qiyamət günündə dayandırılacağı və hesabı olunacağı, müddət vacibi namazın vaxtı qədər olacaqdır, axırda isə Behiştə daxil olacaqdır. İbn Əbbas Allahın Rəsulundan (s.ə.v.v) nəql edir ki, hər kəs Naziat surəsini oxusa, ömrününün əvvəlindən sonuna qədər vacibi namazda məşğul olmuş adam kimidir. “Əbəsə” surəsi (əs-Səfər, Əma) İmam Sadiq (ə) buyurdu: Hər kəs “Əbəsə və Təvəla” və “İzəş-şəmsu kuvvirət” surəsini oxusa xəyanət olunmaqdan himayəsində olar. Həmçinin onun sayəsində kəramətə layiq olar, və Behiştdə məskunlaşar. Bu iş Allahın nəzərində çoxda çətin deyildir. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Əbəsə surəsini oxusa, Qiyamət günündə üzü gülər və xoşhal halda gələr. Hər kəs bu surəni yazıb özündə saxlasa, səfərdə çoxlu xeyirlər görər və hacəti qəbul olunar. Üç gün və hər gündə yeddi dəfə surəni qurumuş çeşməyə oxusan, onun suyu çoxalar. Əgər bir şeyin qoyduğun yerini unutmusansa, bu surəni oxumaqla, Allah yadına salar. “Kuvvirət” surəsi (Təkvir) Allahın Rəsulu (s.ə.v.v) buyurdu: “İzəşşəmsu Kuvvirət” surəsini oxuyan bir kəsin, Allah-taala əməl dəftərini açan zaman rüsvay olmaqdan qoruyar. Əbdullah ibn Ömər deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Qiyamət günündə hər kəs mənə baxmaq istəyirsə, “İzəşşəmsu Kuvvirət” surəsini oxusun. Əbubəkr də rəvayət edir ki, Məhəmmədə (s.ə.v.v) söylədim Ya Rəsuləllah nə tez qocaldın? Buyurdu: Hud, Vaqiə, Murəsəlat, Əmmə yətəsaəlun, və İzəşşəmsu kuvvirət surələri məni qocaldıb tüklərimi ağartdı. Amma Ənəs ibn Malikdən nəql olunub ki, ondan belə soruşdular. Görəsən Nəbiyyi-Əkrəm (s.ə.v.v) tükünə rəng qoyurdu? O dedi: Qocalıq və tükün ağarması Peyğəmbərin şəninə layiq deyil. Sonra deyildi: Ey Əba Həmzə görəsən qocalıq yaxşı deyil? Sizin hamınız qocalığı və tükün ağrımasını sevmirsiniz. Rəvayət olunub ki, Həzrət Əli (ə) Nəbiyyi-Əkrəmə (s.ə.v.v) qüsl verəndə neçə ədəd ağ tünk o hərzətin saqqalında gördü. Yağış yağanda yüz dəfə onu oxusan hər hacəti qəbul olunması üçün çox təsirlidir. “İnfitar” surəsi (İnfətərət) İmam Sadiq (ə) buyurdu: Bir kəs bu iki “İzəs-səmaunfətərət” və “İza-səmaunşəqqət” surəsini oxusa, və bunları vacibi və müstəhəbbi namazlarında dil əzbəri etsə, Allah onu istədiyinə çatdırar və heç bir şey onunla Allah arasında mane yarada bilməz. O həmişə Allahın kəramətlərinə baxar və Allah ona rəhmət nəzəri salar, sonda onun hesabını xalqdan ayırar. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs damlanın sayı qədər yüz həsənə ona əta edib, Qiyamət günündə onun işlərini islah edər. Həzrət Sadiqdən (ə) nəql olunub ki, hər kəs bu surəni işləri ləng olanda yetmiş dəfə oxusa, işləri qaydasına düşər. Əgər həbsdə olan bu surəni yetmiş dəfə oxusa, azad olar. “Mutəffifin” surəsi (Tərfif və İnşiqaq) İmam Sadiq (ə) buyurdu: Hər kəs özünün vacibi namazlarında “Vəylun lilmutəffifin” surəsini oxusa, Allah onu Qiyamətdə Cəhənnəm odundan amanda saxlayar, elə bir tərzdə ki, nə od onu görə bilər, və nədə ki, o odu görə bilər, və Cəhənnəmin üstündəki körpüdən keçməz, hesabı elə də çətin çəkilməz. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Mutəffifin surəsini oxuyan kəsi Allah rəhiq məxtumdan (qapağı bağlı qablardan) sirab edər. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs inşəqqət surəsini oxusa, Allah əməl dəftərinin arxa tərəfindən verilməsindən onu qoruyar. “Buruc” surəsi İmam Sadiq (ə) buyurdu: Hər kəs “Vəssəmai zatil buruc” surəsini buna xatir ki, o Peyğəmbərlər surəsidir. Məhşərdə və hesab üçün dayandırılanda Peyğəmbərlərlə, göndərilmişlərlə, ləyaqətli insanlarla birlikdə olacaqdır. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Buruc surəsini oxuyan kəsə, Allah bütün cümə və ərəfə günlərinin sayı qədər ona on həsənə əta edər. Hər kəs bu surəni yatanda oxusa, yuxudan oyanana kimi qorunar. Mənzildən çıxan zaman bu surəni oxuyub mənzilə tərəf pilə ki, mənzil, onu oxuyan və bütün bəlalardan qorusun. “Tariq” surəsi İmam Sadiq (ə) buyurdu: Bir kəsin vacibi namazlarda oxuduğu “Əssəma vəttariq” surəsi olsa, Qiyamət günündə Allah yanında məqam və mənsəb sahibi olub, Behiştdə Peyğəmbərlərin (ə) və dostlarının həmdəmlərindən olacaqdır. Allahın Rəsulu (s.ə.v.v): ət-Tariq surəsini oxuyan kəsə Allah səmadakı ulduzların sayı qədər on həsənə bağışlayar. Hər kəs bu surə oxunmuş suyu yaranın üzərinə töksə, inşaallah şifa tapar. Möhtəlim olmamaq (cunub) üçün yatan aşağıdakı ayəni oxusun: “Yəxrucu min bəynissulbi vəttaraib. İnnəhu əla rəcihi ləqadir.” (Tariq 7-8). Möhtəlim olmamaq üçün yatanda bu surəni oxusun. İmam Sadiq (ə) buyurdu: Əgər yatanda Tariq surəsini oxusalar, möhtəlim olmaqdan amanda qarlarlar. Hacətlərin qəbul olunmasına, və yüksək dərəcələrə nail olmaqdan ötrü bu yeddi surəni həftənin günlərində hər gündə dörd dəfə oxusa mətləbinə çatar, inşaallah. Şənbə günü Fəth surəsini, yekşənbə (bazar) günü Yasin surəsini, duşənbə, (birinci) günü Vaqiə surəsini, seşənbə (ikinci) günü Ərrəhman surəsini, çahar şənbə (üçüncü) günü Qul uhiyə (Cin) surəsini, pənc şənbə (dördüncü) günü Təbarək (Mülk) surəsini cümə (beşinci) günü isə əlif-lam-mim Səcdə surəsini oxusun. Həzrət Əmirəl-möminin Əli (ə) buyurdu: Hər kəs Qurandan hansı surəsindən olursa-olsun yüz dəfə oxuyub, sonra Ya Allah desə, əgər daşa belə oxusa Allah o daşı yarar. («Səfinətul bihar» 1-səh-446) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 19.12.2024

“Təlaq” və “Təhrim” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hər kəs özünün gündlik vacibi namazlarında Təlaq və Təhrim surəsini oxusa, əgər o Qiyamət günündə qorxan və qəmli olan kəslərdən olsa, Allah onu öz pənahında saxlayar, onu Cəhənnəm odundan əfv olunar və, onun zərər vericilərindən amanda qalar. Allah bu iki surəni oxuduğuna və onları qoruduğuna görə onu Behiştə aparar, çünki bu iki surə Peyğəmbərə (s.ə.v.v) məxsusdur. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Təlaq surəsini oxusa, Allahın Rəsulunun (s.ə.v.v) milləti kimi dünyadan köçmüşdür. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: “Ya əyyuhən Nəbiyyi limə tuhərrimu ma əhəlləllahu ləkə.” Allah Təhrim surəsini oxuyan şəxsə nəsihətli tövbə əta edər. Məhəbbətli olmaq və borcları ödəmək üçün bu ayəni iyirmi bir dəfə oxu. “Və mən yəttəqillahə yəcəl ləhu məxrəcən. Və yərzuqhu min həysu layəhtəsibu və mən yətəvəkkəl ələllahi fəhuvə həsbuhu. İnnəllahə baliğu əmrihi. Qəd cəələllahu likulli şəyin qədrən.” (Təlaq-3) Yuxarıdakı ayəni (yaxud surəni) (Təlaq-3) rizq və ruzinin bol olmasına xatir üç dəfə oxuyun. Pəncşənbə günü qüsul edib, dəstəmaz alıb, xəlvət yerdə iki rük‎ət hacət namazı qılsın yüz dəfə salvat göndərdikdən sonra Təlaq surəsinin 3-cü ayəsini “Və mən yəttəqillahə yəcəl ləhu məxrəcən. Likulli şəyin qədrən” yüz əlli doqquz dəfə üzünü qibləyə tutub oxusun. Bu namazı qırx gün dalbadal qılsın, və hər namazdan sonra yüz dəfə salavat göndərməklə, Allaha yalvarmaqla Allahdan öz hacətini tələb etsin, inşaallah qəbul olunar. Sonuncu namazında yəni qırxıncı gün bu ayəni yüz yetmiş doqquz dəfə desin. Bu ayə qırx gün ərzində 380-dəfə oxumalıdır. Giriftarçılığı aradan qaldırmaq üçün bir həftə, hər gecə işa namazından sonra aşağıdakı deyilən keyfiy-yətdə oxusun iki rükət namaz qılsın, Hər bir rükətdə bir dəfə həmdi, “Və mən yəttillahə….. likulli şəyin qədrən.” (Təlaq) ayəsini isə iyirmi beş dəfə oxusun. Yuxarıda deyilən ayəni (Təlaq-3) belə xətm etsəniz, yaşayışın yaxşılaşması üçün faydalıdır. Ayın əvvəlində pəncənşənbə günündən 359 dəfə oxusun, bir kəslə danışmayıb xətmi oxuyub qurtardıqdan sonra desin “Ya fəttah. Ya rəzzaq. Ya vasi.” Hər gün bu ayəni (Təlaq-3) “Vəmən yəttəqillahə likulli şəyin qədrən” üç dəfə oxusa, əvvəlində və sonunda salavağ göndərsə, ruzisinin artmasına bağlı kilidlərin açılmasına səbəb olar. (təcrübə olunub). Hər kəs bu surəni ilan sancmışa yaxud əsəb xəstəliyinə düçar olmuşa oxusa, şifa tapar. Yuxulamayan bir kəs bu surəni hər gün bir dəfə oxusun. Hər kəs məhəbbət niyyəti ilə yaxud borcu ödəmək üçün bu surəni iyirmi bir dəfə oxusa, çox tə‎sir olar, ruzinin bol olmasına xatir onu üç dəfə oxusun.

Surələrin Fəziləti 19.12.2024

“Təğabun” surəsinin fəziləti

İmam Məhəmməd Baqir (ə) buyurdu: Bir kəs özünün gündəlik vacibi namazlarında Təğabun surəsini oxusa, Qiyamət günü bu surə özü şəhadəti keçən bir şəxsin yanında ədalətli bir daxil edənə qədər ondan ayrılmaz. İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs müsəbbəhatın (Hədid surəsi haqqında yazılanlara müraciə edilsin) hamısını oxusa, oxumamışdan qabaq Həzrət Qaimi (ə) (imam Zamanı) dərk etməmiş ölməz. Əgər ölsə belə Allahın Rəsulunun (s.ə.v.v) pənahında və qonşuluğunda olacaqdır. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Tağabun surəsini oxusa, qəflətən ölməkdən xilas olar. Hər kəs bu surələri (Munafiqun və Təğabun) oxuyub, (zalım) hakimin yanına getsə, onun şərrindən amanda qalar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 19.12.2024

“Munafiqun” surəsinin fəziləti

Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: “Munafiqun surəsini oxuyan şəxs nifaq və iki üzlülükdən uzaq olar.” (Surənin fəzilətləri haqqında daha çox məlumat əldə etmək üçün, digər hədislərə müraciət etmək olar.)

Surələrin Fəziləti 19.12.2024

“Cümə” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Bizim davamçılarımızdan sayılan mö‎min şəxsin vacibatlarından biri də budur ki, cümə surəsini, ikinci rükətində isə səbbihismə rəbbikəl əəla surəsini oxusun. Cümə gününün zöhr namazının birinci rükətində cümə surəsini, ikinci rükətində isə münafiqun surəsini oxusun. Beləliklə əgər belə edərsə, elə bil ki, Allahın Rəsulunun (s.ə.v.v) əməlini yerinə yetirmiş və Allah dərgahında onun savabı, dəyəri Behiştdir. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Cümə surəsini oxuyan şəxsə, müsəlman şəhərlərində iştirak edən və yaxud iştirak etməyən kəslərin sayı qədər on həsənə yazılar. Hər kəs sübh və şam Cümə surəsini oxusa, lənətlənmiş Şeytan rəcimin vəsvəsəsindən aman qalar.

Surələrin Fəziləti 19.12.2024

“Səf” surəsinin fəziləti

İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs gündəlik vacibi və müstəhəbbi namazlarında Səff surəsini daim oxusa, Allah onu mələklərin və Mürsəl Peyğəmbərin sırasında yazar, inşallah. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs İsanın (ə) (Səff) surəsini oxusa, nə qədər ki Həzrət İsa (ə) dünyadadır ona salavat və salam göndərib onun üçün bağışlanmaq tələb edər. Bundan əlavə o Qiyamətdə də Həzrət İsanın (ə) dostu olar. (Musəlmanların əqidəsinə görə İsa (ə) ölməmişdir).

Surələrin Fəziləti 18.12.2024

“Mumtəhənə” surəsinin fəziləti

Əli ibnil Hüseyn (ə) buyurdu: Bir kəs gündəlik vacibi və müstəbbi namazlarınızda Mumtəhənə surəsini oxusa, Allah onun qəlbini imanla imtahana çəkər və gözlərini nurlu edər. Fəqirlik, dəlilik ona və övladlarına yol tapmaz. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Qiyamət günündə Mumətəhənə surəsini oxuyan kəs üçün, mömin kişi və möminə qadınlar şəfaətçi olacaqlar. Hər cür xəstəlik üçün, üç gün dalba-dal bunu (Mumtəhənə surəsini) yazsın və hər gün birini yusun, sonra onu içmək üçün dərdi olana versin, ki inşaallah o dərddən sağalar. Asmanı (təngənəfəsi) müalicə etmək üçün bu ayələri oxusun və xəstəyə yedizdirsin: “Və in fatəkum şəyun min əzvacikum iləl kuffari. fəaqibtum, fəatul-ləzinə zəhəbət əzvacuhum mislə maənfəqqu vəttəqullahəl-ləzi əntum bihi möminun.” (Mumtəhən-11) “Vəli-kulli vichətun huvə muvəlliha fəstəbiqul xəyrat.” (Bəqərə-147).

Surələrin Fəziləti 18.12.2024

“Həşr” surəsinin fəziləti

“Həşr” surəsinin fəziləti 1-Həzrət Sadiq (ə) buyurdu: Gecələr Rəhman və Həşr surəsini oxuyan kəsin evinə sübhə qədər gözətçilik etmək üçün əlində siyirmə qılıncı olan bir mələk göndərər. 2-Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Həşr surəsini oxyuyan kəsə, Behişt, Cəhənnəm, ərş, kürsü, hucub, göyün yeddi təbəqəsi, yerin yeddi qatı, hava, küləklər, quşlar, ağaclar, dağlar, günəş, ay, mələklər, salam göndərər, və onun üçün bağışlanmaq tələb edərlər. Əgər o həmin gün və yaxud gecə ölsə, şəhid kimi dünyadan getmişdir. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Allahın əzəmətli adları Həşr surəsinin altı sonuncu ayəsindədir. Və həmçinin Həzrət buyurdu: Hər kəs Həşr surəsinin sonuncu ayələrini gecə yaxud gündüz oxusa, və həmin gün və yaxud gecə ölsə, Allah-taala onu Behiştə aparar. İmam Cəfər Sadiqdən (ə) nəql olunub ki, hər kəs bu surəni çətinliklərin aradan qaldırılmasına və hacətlərinin qəbul olunmasına xatir qırx gün və hər gündə bir dəfə oxusa, hacəti tezliklə verilər, və duaları qəbul olunar, Peyğəmbər Əkrəm (s.ə.v.v) Əli (ə) buyurdu: Ya Əli: Hər gecə Həşr surəsini oxu ki, dünya və axirət şərri səndən dəf olar. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Cəbraildən Allahın əzəmətli adları barədə soruşdum. O dedi: Həşr surəsi-nin sonunu oxu. İkinci və üçüncü dəfə Allahın əzəmətli adları haqqında soruşdum, o yenə də həmin sözü dedi. Məqəl ibn Yəsar bir hədisdə deyir: Hər kəs sübh desə: “Əuzu billahi əssəmil əlim minəl-şəytanir-rəcim.”, və Həşr surəsinin sonuncu ayələrini (ləv ənzəlna hazəl Quranə….. 21-24) oxusa, Allah taala bütün bəlalardan qorunmaq üçün yetmiş min mələyi ona müvəkkəl edər, və onlar gecəyə qədər onun sələvat göndərərlər. Əgər o həmin gün ölsə, şəhid kimi ölmüşdür, və Qiyamətdə möminlərin hamısı ona şəfaətçi olarlar. Bu surənin sonuncu ayələri hər bir əlacsız dərdə dərmandır. Bu surəni xalis niyyətlə xəstəyə oxusanız inşallah şifa bağışlayar. Deyirlər ki, bu ayəni çahar şənbə günü yetmiş dəfə oxusa, elm və qələm əhlinə qələbə çalar, bağlı qapılar açılar, və hacətləri qəbul olunar. “Huvəllahul-ləzi la ilahə illa zuvə, alimul ğəybi vəşşəhadəti, huvər-rəhmanur-rəhim.” (Həşr-22) və həmçinin mühüm işlərə xatir bu ayəni səksən dəfə oxusa, çox faydalı olar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

1 2 3 4 5 6