Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Surələrin Fəziləti 18.12.2024

“Mucadilə” surəsinin fəziləti

Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Mucadilə surəsini oxuyan bir kəs Qiyamət günündə hizbullah ünvanında qələmə alarlar. Sələbidən nəql olunub ki, Davud Peyğəmbər (s) öz münacatlarında deyərdi: Kimlər sənin partiyandır? Nida gəldi: ‎Gözlərini naməhrəmlərdən yumanlar, xalqı əziyyət etməyənlər, haram mal yeməyənlər, və Allahdan başqasından qəlblərini pak edənlər, bunlar mənim partiyamdandırlar, və ərşin xidmətçiləridirlər. Bu surəni oxuyan şəxsə bir kəs qalib gələ bilməz, onunla mubahisə edə bilməz, və xalqın gözündə etibarlı və inanılmış şəxslərdən olar. Düşmənə qələbə çalmaqdan ötrü, bir ovuc torpağa bunu üç dəfə oxuyub, düşmənə tərəf atsa, düşmən məğlub olar. Əgər bu surəni oxusalar ağrı sakitləşər. Allahın Rəsulu (s.ə.v.v) Bir kəs yatan zaman otuz ayədən ibarət (Mucadilə və Mülk) olan surələri oxusa, o şəxs üçün otuz xeyirxahlıq yazılar, və otuz pislik onun əməllərindən məhv olunar, və onun üçün otuz dərəcə qaldırılar. Allah-taala onu oxuyan yanına mələklərin arasından mələk göndərər ki, qollarını açıb onu əhatə edərək yuxudan oyanana qədər hər bir xətərdən qoruyarlar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 18.12.2024

“Hədid” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hər kəs vacibi namazlarında hədid surəsini oxumağı davam etdirsə, Allah onu yaşadığı müddətdə heç əzab etməz, özünün və ailəsinin canı heç bir xəstəlik görməz. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs hədid surəsini oxusa, Allaha və Peyğəmbərə iman gətirmiş şəxslərdən olar. Ərbaz ibn Sariyə deyir: Peyğəmbər yatmazdan əvvəl müsəbbəhatı (Hədid-Həşr-Səf-Cümə-Təğabun-Səbbih ismə rəbbikəl əla surələrini) oxuyardı. Əmr ibn Şümr, Cabir ibn Yəzid Cəfidən o da, Həzrət imam Məhəmməd Baqirdən (ə) rəvayət edib ki, o Həzrət belə buyurdu: Yatmazdan əvvəl müsəbbihatı oxuyan kəs Həzrət Qaimi (əc) dərk etməmiş ölməz. Və əgər ölsə, Allahın Rəsulunun (s.ə.v.v) qonşuluğunda olacaqdır. (sonrakı hədislərə müraciə edin). Dəstəmaz aldıqdan sonra cümə günündə yeddi dəfə Hədid surəsini oxusun və sonda bu duanı desin. “Allahummə inni əsəlukə biizzətikə ya əziz və biqüdrətikə ya qədir. və bihukumətikə ya həkim. Və birəhmətikə ya rəhman, Və bimənnikə ya mənnan, ən təhfəzəna bilimani qaimən qaidən rakiən, və sacidən, və nadimən, və yəqzətən və həyyən, və məyyitən. və əla kulli hali. Əuzu billahi min şərri nəfsi. və min kulli zi şərrin. və min şərri şəyatinil cinni və linsi və min şərri kulli dabbətin əntə axuzu bina məyyitəha inn rəbbi əla siratin mustəqim. və səllallahu əla muhəmmədin və alihi əcməin.” Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 18.12.2024

“Vaqiə” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hər cümə axşamı Vaqiə surəsini oxuyan kəsi Allah sevər, və həmçinin onun məhəbbətini xalqında yaşadığı müddətdə bədbəxtlik yoxsulluq görməz, dünyada ona bir ziyan dəyməz. O Əmirəl-mömininə (ə) nisbət bir xususiyyəti vardır ki, başqaları onda şərik deyillər. İmam Sadiq (ə) buyurdu: Hər kəsin Behiştə və onun necəliyini bilməyə marağı vardırsa, Vaqiə surəsini oxusun. Və hər bir kəsin Cəhənnəm odunun necəliyini bilmək istəyirsə, Loğman surəsini oxumağı gərəkdir. İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs gecə yatmazdan əvvəl Vaqiə surəsini oxuyan kəs, çöhrəsi on dörd gecəlik ay kimi nur saçan halda Allahı dərk edər. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Vaqiə surəsini oxuyan bir kəs qəflət əhlindən olmaz. Məsruqdan rəvayət olunub ki, o belə deyir: Keçmişdəkilərdən, Behişt əhlindən, Cəhənnəm əhlindən, dünya və axirətdən bir xəbər öyrənmək istəyən kəs Vaqiə surəsini oxusun. Rəvayət olunub ki, Osman ibn Əfan, Əbdüllah ibn Məsudun halını yoxlamaq üçün onun yanına gəldi. Lakin Əbdullah ibn Məsud həmin xəstəliklə dünyadan köçdü. Ölümündən qabaq Osman ona deyir: Nədən şikayətin var? O (Əbdullah dedi: Günahlarımdan. Osman dedi: Nə istəyirsən? Əbdullah dedi: Həkim məni xəstələndirdi. Osman dedi: Beytül-maqdan payının verilməsini əmr verməyimmi? Əbdullah dedi: Ehtiyaclı olduğum gün məni ondan məhrum etdin, və mənim ona bu gün ehtiyacım olmayan halda onu mənə vermək istəyirsən. Osman dedi: Onda qoy qızlarına qalsın. Əbdullah dedi: Onların da mal və bəxşeşə ehtiyacı yoxdur. Çünki mən Vaqiə surəsini daim (həmişə) oxumağı onlara göstəriş vermişəm, və özüm Peyğəmbərdən (s ə v v) eşitmişəm ki, o Həzrət buyurdu: Vaqiə surəsini hər gecə oxuyan kəs heç vaxt əqir və ehtiyaclı (heç bir dərdə) olmaz. (təcrübə olunmuş xətm) qırx gecə, və hər gecə Vaqiə surəsini bir dəfə, Muzzəmmil surəsini bir dəfə, Ləyl surəsini bir dəfə, İnşirah surəsini bir dəfə oxusun. Bu surələri oxuyandan sonra aşağıdakı duanı oxusun. Bu xətm borcu ödəmək və hacətin tez qəbul olunması üçün təcrübə olunu. “Ya rəziqəs-sailin. Ya rahiməl-məsakin. Ya vəliyyəl-möminin. Ya ğiyasəl mustəğisin. Ya ərhəmər-rahimin. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Vəkfini həlalikə ən həramik. Və bita ətikə ən məsiyətik. Vəbifəzlikə əmmən sivakə ya ilahəl aləmin. Və səllahu əla Muhəmmədin vəalihi əcməsin.” Aşağıda qeyd etdiyimiz xətm, ruzinin bol, və məişətin yaxşılaşmasında (Ömrünüzdə bir dəfə hökmən bu xətmi yerinə yetirin çox böyük təsiri olacaqdır.) (çox təcrübə olunub) Şənbə gecəsindən başlayıb, və hər gecə üç dəfə oxusun, lakin istisna olaraq cümə axşamı səkkiz dəfə oxusun. Bu dəfə bu surəni oxumazdan əvvəl aşağıdakı duanı oxusun. “Allahummərzuqna rəzqən həlalən təyyibən min ğəyrikə. İstəcib dəəvətuna min ğəyri rəddi, və Əuzu minəl fəzihətəynil fəqru vəddəyni. Vədfi ənni hazəyni bihəqqil imaməynil həsən vəl hüsəyni ələyhiməssəlam. Birəhmətikə ya ərhəmərrahimin.” Gündəlik namazlarda, şam namazından sonra Vaqiə surəsini, İşa namazından sonra Təbarəkəl-ləzi surəsini bir dəfə, sübh namazından sonra Yasin surəsini, Zöhr namazından sonra Əmmə yətəsaəlunu (nəbəə) surəsini, əsr namazından sonra inna fətəhna (Fəth) surəsini, oxusa, hacəti qəbul olunar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 18.12.2024

“Ər-Rəhman” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Namazlarınızda “ər-Rəhman” surəsini oxumağı tərk etməyin. Çünki qərar tapmaz. Qiyamət günü Allah onu ən gözəl və xoş iyli adamlar sifətində gətirər, və elə bir yerdə dayanar ki, Allaha nisbət ondan yaxında heç kəs dayanmaz. O zaman Allah ona xitab edər: Səni oxuyanlar kimlərdir, və namazda həmişə səni tilavət edərdilər? Sonra o deyər: Filan və filan. Beləliklə onların çöhrəsi ağ və nurlu olar, və onlara (onu oxuyanlara) deyər, hər kimi istəyirsiniz şəfaət edin. Onlar da bacardıqları qədər şəfaət edərlər, və bir kəs nəzərdən kənarda qalmaz. Sonda Allah buyurar, Behiştə daxil olun, və onun hansı yerində istəyirsiniz özünüzə mənzil seçiniz. 2-İmam Sadiq (ə) buyurdu: Hər kəs “ər-Rəhman” surəsini oxusa, və hər dəfə “Fəbiəyyi alai rəbbikuma tukəzziban” ayəsini oxuyandan sonra, “La bişəyin min alaikə rəbbi ukəzzib” cümləsini (yəni “Ey pərvərdigar, mən Sənin nemətlərinin heç birini təkzib etmirəm”) gecə yaxud gündüz oxuyub dünyadan köçsə, şəhid kimi şəhid kimi ölmüşdür. 3-Nəbiyyi-Əkrəm (s.ə.v.v.) buyurdu:Hər kəs ər-Rəhman surəsini oxusa, Allah onun zəifliyinə və gücsüzlüyünə görə ona rəhm edər. Allahın ona verdiyi nemətlərin şükrünü yerinə yetirmişdir. Həzrət Musa ibn Cəfər (ə) hörmətli atalarından, onlar da peyğəmbərdən (s.ə.v.v.) rəvayət edib ki, O həzrət belə buyurdu: Hər bir şey üçün gəlin vardırsa, Quranın da gəlini ər-Rəhman surəsidir. Həmmad ibn Osman deyir ki, Həzrət Sdiq (ə) belə buyurdu: Bütün kişi və qadınlara cümə günündə Ərrəhman surəsini oxumaq lazımdır. Belə isə hər zaman bu surəni oxuyanda, “Fəbiəyyi alai rəbbikuma tukəzziban” ayəsini oxudu, “La bişəyin min alaikə ya rəbbi ukəzzib” cümləsini desin. O Həzrət yenədə buyurdu: Bir kəs cümə axşamı ər-Rəhman surəsini oxusa və hər dəfə “Fəbiəyyi alai rəbbikuma tukəzziban” ayəsini oxuyandan sonra “La bişəyin min alaikə ya rəbbi ukəzzibu” cümləsini desə, Allah onun üçün bir mələk müvəkkəl edər ki, əgər o bu surəni gecənin əvvəlində oxuyubsa, sübhə kimi onu qoruyarlar. Əgər o bu surəni sübh vaxtı oxuyubsa, bir mələyin gecəyə qədər onu qorumağını buyurar. Doğuşun asan olmasına xatir bu ayəni yazıb hamilə qadının belinə bağlasınlar, və doğuşdan sonra isə onu açsınlar. (təcrübə olunub). “Sənəfruğu ləkum əyyuhəs-səqəlan. Fəbiəyyi alai rəbbikuma tukəzziban” (ər-Rəhman-31-32). Hacətlərin qəbul olunmasına və dərəcələrin yüksəyə qalxmasına xatir həftə ərzində bu yeddi surəni hər gündə dörd dəfə nə az və nə çox oxusa, mətləblərinə nail olar, İnşaallah. Şənbə günü Fəth surəsini, yekşənbə günü Yasin surəsini, düşənbə günü Vaqiə surəsini şənbə günü Qul uhiyə (Cin) surəsini pəncəşənbə günü, Təbarək (Furqan surəsini) cümə günü Əlif-lam-mim səcdə surəsini oxusun. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 18.12.2024

“Qəmər” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hər kəs “İqtərəbətis-saət” (Qəmər) surəsini oxusa, Allah Qiyamət günü onu Behişt dəvələrindən birinə minmiş halda məşhərə daxil edər. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: “İqtərəbətis-saət” (Qəmər) surəsini hər gün oxumağı davam etdirən kəsin sifəti Qiyamət günündə on dörd gecəlik ay kimi olan halda qaldırılar. Bir kəs onu gecələr oxuya çox yaxşıdır və Qiyamət günündə onun üzü başqalırının üzündən işıqlı və nurlu olan halda gələcəkdir. Hər kəs cümə günü Zöhr namazının vaxtında bu surəni yazıb əmmaməsinin altına qoysa, (yaxud özündə saxlasa) xalq arasında əziz və hörmətli olar.

Surələrin Fəziləti 18.12.2024

“Nəcm” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hər kəs və gündüz Nəcm surəsini oxumağı davam etdirən kəs, xalq arasında əziz olub abırla yaşayar və günahları bağışlanar. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Nəcm surəsini oxusa, mənə iman gətirən və məni inkar edən kəslərin sayı qədər həsənə veriləcək. Bu surəni hər kəs gecə və gündüz oxuyan kəsin yaşayışı bəyənilmiş olar. Hər hacətin qəbul olmasına xatir, bir məclisdə bu surəni iyirmi bir dəfə oxusa, inşallah hacəti qəbul olunar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 18.12.2024

“Tur” surəsinin fəziləti

İmam Sadiq (ə) və imam Baqir (ə) buyurdular: Hər kəs Tur surəsini oxusa, Allah ona dünya və axirət xeyrini əta edər. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Tur surəsini oxusa, Allah onu öz əzabından amanda saxlayar, və Behiştində ona nemət verər. Cübəyr ibn Mətəmdən rəvayət olunub o deyir ki, Allahın Rəsulundan (s.ə.v.v) gün batan çağı Tur surəsini oxuduğunu eşitdim. Əgər məhbus (zindanda) Tur surəsini daim oxusa, həbsdən azad olar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 18.12.2024

İmam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs Qaf surəsini vacibi və müstəhəbbi namazlarında oxumağı davam etdirsə, Allah onun ruhisini bol edər, Əməlnaməsini sağ əlinə verib, hesabını asan çəkər. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Qaf surəsini oxusa, Allah onun üçün ölümün çətinliyini asanlaşdırar. Rizq və ruzinin bol olmasına xatir üç gün üzünü qibləyə tutub bu surəni oxusun çox təsiri vardır (təcrübə olunub). Qorxu və hürkünü aradan aparmaq üçün bu surəni yazıb, yağış suyu ilə yuyub, içsin. Rəvayət olunub ki, hər gün evdə yaxud müqəddəs bir məqbərədə Qaf surəsi oxusa, o evin ya məqbərinin sahibi həmişə dövlətli, izzətli, və xoşbəxt olar, o zillətdən qorunar. Təcrübə olunumlardandır. Dövlətli olmaq və işlərin düyünlərinin açılması üçün bu ayəni 350 dəfə oxusun ki, təcrübə olunub. “Qul innəl fəzlə biyədillahi yutihi mən yəşau Vəllahu zulfəzlil əzim.” (Ali-İmran-73) Bu ayəni gündə on beş dəfə oxusun, əziz olub, ruzisi bol və cah və cəlal (məqam və mənsəb) sahibi olar. “Ya əllahul məhmud fi kulli fialihi” Sərvətli olmaq üçün iki rükət hacət namazını, bu niyyətlə ki, qadir Allah onun yaşayışını tənzimləyib ruzini bol edər, və elə bir nura bağlıdır ki, qiyamətə qədər işıqlanıb, qəbrini nurlandırar. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Zariyat surəsini oxusa, dünyada sən hər bir küləyin sayı qədər ona həsənə veriləcək. Hər gün Zariyat və İnşirah surəsini oxuyan kəsin işlərinin sonu xeyrə qovuşar, özünün və ailəsinin ruzisi çoxalar. (təcrübə olunub). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 18.12.2024

“Hucurat” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hucurat surəsini hər gecə yaxud, hər gün oxuyan kəs, Məhəmmədin (s.ə.v.v) zəvvarından olacaqdır. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Hucurat surəsini oxusa, Allahı itaət edənlərin, və yaxud onu itaət etməyənlərin sayı qədər ona, on yaxud onu itaət etməyənlərin sayı qədər ona, on həsənə veriləcək. Hər kəs (sər) əsəb xəstəliyinə düçar olsa, Hucurat surəsini yazıb özündə saxlasa, lənətlənmiş Şeytan oradan qaçar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 18.12.2024

“Fəth” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Malınızı həyat yoldaşlarınızı, və qullarınızı Fəth surəsini oxumaqla məhv olmaqdan qoruyun, və sığorta edin. Çünki hər vaxt onu oxuyan bu surəni çox oxuyan kəslərdən olsa, Qiyamət günündə Allah tərəfindən carçı bir dəstəyə elə nida edər ki, bütün camaat eşidər, o deyər: Sən mənim xüsusi bəndələrimdən olmusan, onu mənim ləyaqətli bəndə-lərimə qovuşdurun, onu həmişəlik olan Behiştə daxil edin, əl dəyməmiş və Behişt kafuruna qarışdırılmış dadlı şərbətlərlə onu sirab edin. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Fəth surəsini oxusa, mənimlə Məkkənin fəthində iştirak etmiş, kəs kimidir. Başqa bir rəvayətdə gəlib ki, O, Həzrət Məhəmmədlə (s.ə.v.v) ağacın altında beyət etmiş kəs kimdir. Ömər ibn Xəttab deyir: Səfərlərin birində Peyğəmbər-Əkrəmlə (s.ə.v.v) birlikdə idik, Həzrət buyurdu: Dünən gecə mənə elə bir surə (İnna fətəha.. axıra kimi) nazil oldu ki, dünyada və onun içindəkilərdən daha yaxşıdır. Bu rəvayəti Buxari öz səhihində (kitabında) qeyd edib. Qutadə Ənəsdən nəql edir ki, Hüdeybiyyə müharibəsindən qayıtdığımız vaxt, Həcc əməlini yerinə yetirməyimizin qarşısını aldılar. Bu hadisədən bizim hamımız çox qəmgin və narahat idik ki, gözlənilmədən Allah bunu nazil etdi. “İnna fətəhna ləkə fəthən mubinən.” Allahın Peyğmbəri (s.ə.v.v) buyurdu: Mənə elə bir ayə nazil oldu ki, nəzərimdə bütün dünyadan üstündür. Cismi (can) ağrılar üçün bu ayələri yazıb onu yuyub, suyunu için, və yaxud bunları özündə saxlayın. “İnna fətəhna ləkə fəthən mubinən. Liyəğfirə ləkəllahu ma təqəddəmə min zənbikə vəma təəxxərə və yutimmə nemətəhu ələykə və yəhduyəkə siratən mustəqimən. Və yənsurəkəl-lahu nəsrən əziəzən.” (Fəth-1-3). Şənbə günündən başlayıb, hər gün beş dəfə bu surəni oxusun, və cümə günü bunu on bir dəfə oxusun, və hər dəfə oxuyub qurtardıqdan sonra “İza caə nəsrullah”-ı bir dəfə oxusun. Axırıncı dəfəni oxuyub, Allahdan öz hacətini istəsin. (Çox təcrübə olunub). “Ya mufəttihu yəssir. Ya mufərricu səhhil.Ya mutəmmimu təmmim. Birəhmətikə ya ərhəmər-rahimin.” (Ömrünüzdə bir dəfə bu xətmi (surəni) yerinə yetirin). Ya qüsl edin qırx bir gün hər gün qırx bir dəfə oxusun. Birinci, ikinci, üçüncü, otuzuncu, qırx və qırx birinci günləri oruc tutsun. Qırx birinci gündə isə işriyyat ilə iftar edib (yemək yeyib), sədəqə versin. Yaxud Şənbə günündən başlayıb birinci gün bir dəfə, Çərşənbə axşamı günündən başlayıb birinci gün bir dəfə, ikinci gün iki dəfə, üçüncü gün üç dəfə qırx birinci günə kimi davam edib, ikinci, üçüncü, otuzuncu, və qırx birinci günləri oruc tutub, sədəqə verməyi unutmasın. Fəth surəsinin əvvəlindən “İnna fətəhna”dan başlayıb yeddinci ayəyə “Əzizən Həkimən”-ə kimi zəfəran suyu ilə bir qızın paltarına yazsan, ona ər tapılar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 17.12.2024

“Muhəmməd” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Hər kəs əlləzinə kəfəfu (Muhəmməd) surəsini oxusa, heç vaxt şəkk etməz. Onun qəlbində heç vaxt dininə aid bir şəkk-şübhə yol tapmaz. Allah heç vaxt onu yoxsulluqla, və zalım padşahdan qorxmaqla giriftar etməz. O, həmişə şəkdən və küfrüdən amandadır. Necə ki, o vəfat etdi, Allah qəbrində min mələyi onun qəbrində namaz qılmağa hazır edər və savabını onun üçün hədiyyə edərlər. Qəbirdən qaldırılanda onu Allah əzzə və cəllənin hüzuruna qədər müşayiət edərlər. İmam dayanacağında onu saxlayarlar. O Allahın və Rəsulu Məhəmmədin (s.ə.v.v) amanında (lütfü nəzərində) olacaqdır. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Muhəmməd (s.ə.v.v) surəsini oxusa, ona Behişt arxlarındna içir-tmək Allah üçün vacibdir. Əbu Bəsir imam Sadiqdən (ə) nəql edib ki, o Həzrət belə buyurdu: Hər kəs Muhəmməd (s.ə.v.v) surəsini oxusa, heç vaxt dinində şəkk olmaz, O, həmişə şirkdən və küfrüdən qorunacaq, və o halda dünyada köçəcək. Vəfatından sonra Allah min mələyi məmur edəcək ki, qəbrində namaz qılıb, savabını ona bağışlasınlar. Allaın dərgahına əmin yerə aparılana qədər onunla birlikdədirlər. O Allahın və Peyğəmbəri Məhəmmədin (s.ə.v.v) amanında olacaq. Yenə də imam Sadiq (ə) buyurdu: Hər kəs bizim və düşmənlərimizin halından xəbərdar olmaq istəyirsə, Muhəmməd (s.ə.v.v) surəsini oxuması gərəkdir. Çünki bu surəni dünyada bir ayə bizim və bir ayə düşmənlərimizin haqqında olduğunu görəcəkdir. Düşmənə zəfər (qələbə) çalmaq niyyəti ilə və həmçinin qorumamaq üçün bu surəni oxusun. Yazının tərtibndə tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 17.12.2024

“Əhqaf” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Bir kəs hər gecə və yaxud həftədə bir dəfə Əhqaf surəsini oxusa, Allah onu bu dünyada qorxu və iztiraba düçar etməz, Qiyamət gününün qorxusundan da amanda qalar, inşəllah. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Əhqaf surəsini oxusa, dünyada olan qumların sayı qədər ona həsanat veriləcək, onun on pis işini (günahını) məhv edib, ona on dərəcə veriləcək. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

1 2 3 4 5 6