Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Surələrin Fəziləti 17.12.2024

“Casiyə” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Casiyə surəsinin oxuyan kəsin savabı bundan ibarətdir ki, o heç vaxt Cəhənnəm atəşini (odunu) görməz, onun gurultulu nərəsini eşitməz və Məhmmədlə (s.ə.v.v) bir yerdə olar. Həzrəti-Rəsul (s.ə.v.v) buyurdu: Hər kəs ha-mim Casiyə surəsini oxusa, Allah hesab və Qiyamət günü onun övrətini örtər, və onun qorxmasını aradan aparar. Hər kəs bu surəni yazıb özündə saxlasa, qorxduğu bütün şeylərdən amanda qalar. Həmçinin bu surəni yazıb başının altında qoysa, cinlərin şərrindən qorunar.

Surələrin Fəziləti 17.12.2024

“Duxan” surəsinin fəziləti

İmam Baqir (ə) buyurdu: Hər kəs Duxan surəsini vacibi və yaxud nafilə (müstəhəb) namazlarında oxusa, Allah onu Qiyamət günündə amanda qalmışlar zümrəsində qaldırarlar, öz ərşinin kölgəsində ona yer verər, hesabını asan çəkər, və onun əməl naməsini sağ əlinə verər. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs cümə axşamı Duxan surəsini oxusa, o, bağışlanacaqdır. Əbu Hurəyrə Allahın Rəsulundan (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Hər kəs gecə Duxan surəsini oxusa, yetmiş min dəfə oxusa, yetmiş min mələk onun üçün bağışlanmaq tələb edən halda sübhü açar. Yenədə Əbu Huriyrə Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, o Həzrət belə buyurdu: Hər kəs cümə axşamı Duxan surəsini oxusa, bağışlanmış halda sübhü açar. Əbu İmamə Allahın Rəsulundan (s.ə.v.v) nəql edir ki, Həzrət belə buyurdu: Hər kəs cümə günü Duxan surəsini oxusa, Allah Behiştdə onun üçün bir ev tikəcəkdir. Hər kəs bu surəni yazıb özündə saxlasa, camaatın nəzərində heybətli olar. Hər kəs onu yazıb, yuyub suyunu içsə, söz gəzdirənin şərrindən amanda qalar. İmam Cəfər Sadiqdən (ə) nəql olunub ki, hər kəs əhəmiyyətli, və çətin işlərdən ötrü bu surəni yetmiş dəfə oxusa, hacəti rəva olar. Həmçinin hər kəs bu surəni yazıb özündə saxlasa, xalq onu sevər. Duxan surəsini yazıb, balaca uşağa bağlasan, cinlərdən və ziyanvericilərdən amanda qalar. Yazının tərtibndə tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 17.12.2024

“Zuxfur” surəsinin fəziləti

İmam Baqir (ə) buyurdu: Hər kəs Zuxfur surəsini çox oxusa, o, Allahı qarşısında qalxacağı günə kimi qəbir-də Allah onun cəsədini həşaratlardan, yırtıcılardan və qəbrin sıxıntısından qoruyacaqdır. O Qiyaməki dayanacağı yerdə hazır olacaq və ozaman Zuxruf surəsi gəlib Allahın əmri ilə onu Behiştə daxil edəcək. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Zuxruf surəsini oxusa, Qiyamətdə onlara belə deyiləcək kəslərlə birlikdə olacaqdır. Ey mənim bəndələrim, bu gün qəmlənib, özünüzü qorxutmayın, siz hesab çəkilməmiş Behiştə daxil olun. Hər kəs bu surəni özündə saxlasa, hər şərdən və afətdən qorunmuş olar. Yatan zaman hər kəs bu surəni başının altına qoysa, yaxşı yuxular görəcək. Hər kəs aşağıdakı ayəni yazıb, yağış suyu ilə yusa, və acı dilli qadına yedizdirsə, Allahın izni ilə şirin dilli olar, və həmçinin bu surənin özünü də. Ayə: “La xəvfun ələykumul yəvmə vəla əntum təhzənun. Udxulul Cənnətə əntum və əzvacukum tuhbərun.” (Zuxruf 68-70). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasında istifadə olunub.

Surələrin Fəziləti 17.12.2024

“Şura” surəsinin fəziləti

Seyf ibn Öməyrədən nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs ha-mim-əyn-sin-qaf, surəsini (Şura surəsini) oxumağa davam etdirsə, Allah Qiyamət günündə onu qor üzlü kimi, (yaxud on dörd gecəlik ay kimi Allahın dərgahında dayanar, və Allah ona xitab edər ki, ey mənim bəndəm, sən bu surəni oxumağı davam etdirdin, və onun saıvabının nə qədər olduğunu bilmirdin. və savabının nə qədər olduğunu bilsəydin, heç vaxt onu oxumaqdan yorulmazdın. İndi isə səni bu surənin dəyərindən xəbərdar edəcəyəm. O zaman onu Behiştə daxil etməyin fərmanını verər. Onun üçün Behiştdə qapıları, bürcləri, və pillərinin hamısı qırmızı yaqutdan, hazırlanmış bir saray vardır. Onun (evin) içərisi, eşikdən eşiyi isə daxildən görünər. Onun üçün o sarayda (Behiştin Huri qız kənizləri) min nəfər xidmətçi qadın və min nəfər təzə ayaq açmış uşaqlar vardır ki, Allah Quranda vəsf etdikləri kimi həmişə o qəsrdə bir haldadırlar. Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs ha-mim-əyn-sin-qaf (Şura) surəsini oxusa, Mələklər onlara salam göndərmş və onlar üçün bağışlanmaq və rəhmət tələb edən, şəxslərdəndirlər. Hər kəs onu yuyub yesə, az ssusuz olar. Əgər bu surəni yazıb gecə yatan zaman balışının altına qoysa, yaxşı yuxular görər. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 17.12.2024

“Fussilət” surəsinin fəziləti

Zərih Məharibdən nəql olunub ki, Həzrət Sadiq (ə) belə buyurdu: Hər kəs ha-mim Səcdə surəsini oxusa, Qiyamət günündə elə göz baxdıqca görünən bir nura sahib olub, şad və xoşhal olacaq. Bu dünya da elə gözəl bir həyat tərzi keçirər ki, görənlər onun arzusunda olarlar. Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs ha-mim Səcdə surəsini oxusa, onun hər hərfinin sayı qədər ona həsanat veriləcəkdir. Fussilət surəsini yazıb, yağış suyu ilə yuyub, onun suyu ilə sürmə düzəldib, gözünə çəksə, göz ağrısı üçün faydalı olar. Yazınn tərcüməsində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 17.12.2024

“Mömin” surəsinin fəziləti

Əbis Səbah Kənanidən nəql olunub ki, imam Baqir (ə) belə buyurdu: Bir kəs hər gecə “ha-mim” Mömin surəsini oxusa, Allah onun keçmiş günahlarının (cavanlıqda və qocalıqda) hamısını bağışlayar, təqva kələməsini və Allahpərəstliyi onun həmdəmi edər. Axirətin dünyasından daha yaxşı qərar verər. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs Behişt boğlarında gəzmək istəyirsə, əvvəli “Ha-mim “-lə başlayan surələri oxusun. Ənəs ibn Malik Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər bir şeyin cövhəri vardır, və Quranın cövhəri isə (ha-mim) surələridir. (ha-mimlə başlayan surələr.). İbn Məsud Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət buyurdu: Hər zaman “ha-mim” surələrini oxuyub, diqqət etdim, elə bilki, xorrəm bağlarda qərar tapdım. Übəyy ibn Kəb deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs ham-mim Mö‎min surəsini oxusa, bütün möminlərin və Peyğəmbərlərin ruhu ona namaz qılarlar, və onun üçün bağışlanmaq tələb edərlər. Əbu Bəsir Həzrət Sadiqdən (ə) nəql edib ki, o Həzrət belə buyurdu: Ha-mimlə başlanan surələr Quranın reyhanıdırlar, belə isə bu surələri oxuyub, qorumaqla Allaha sitayiş etməklə, ona şükr edin. Bir Allah bəndəsi kimi yerindən qalxıb ha-mimlə başlanan surələri oxusa, onun ağzından müşk iy xaric olar. Allah onu oxuyana, qonşularına, dostlarına, rəhm edib, bağışlayar. Hər kəs ona dostluğunu izhar edib ona yaxın olsa, Qiyamət günündə ərş, kürsi, Allahın müqərrəb mləkləri onun üçün bağışlanmaq istəyirlər. Ənəs ibn Malik Allahın Rəsulundan (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Ha-mim-lər Quranın zinətidir. İbn Əbbas deyir: Hər bir şey özəyi (içi) vardır, Quranın özəyi ha-mim (ha-mimlə başlayan surələr) surələrdir. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Ha-mimlər yeddi ədəddir, və həmçinin Cəhənnəmin qapıları da yeddi ədəddir. (Cəhənnəm, Hutəmə, Ləzi, Səid, Səqər, Haviyə, Cəhənnəm). Qiyamət günündə bu surələr gəlib hər qapının qarşısında dayanar, və onları oxuyan kəsi Cəhənnəmə aparmpğa qoymaz. Yaralılar şifa tapmaq üçün bu surəni yazıb özündə saxlasa, Allah Cəlilur-rəhmənin izni ilə şifa tapar. Yazının tərtibində təcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 16.12.2024

“Zumər” surəsinin fəziləti

Harun ibn Xaricdən nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs Zumər surəsini oxusa, və kəməmələrini aram və aydın tələffüz etsə, Allah ona dünyada və axirətdə abır, başıucalıq əta edər. Onu qohum-əqrabasının sərvətinə eytiyaclı etməyib, əziz edər. Hər pis insan onu görsə, gözü onu tutub, böyük şəxsiyyət hesab edər. Allah Cəhənnəm odunu onun cisminə haram edər, Behiştdə onun üçün min şəhər tikərlər ki, hər bir şəhərdə min bina, və binada yüz hurisi olar. (Allahu əkbər). Bunlardan əlavə orada onun üçün iki axar su çeşməsi, vardır, ki, hər birisi zülal kimi yerdən qaynayır, və iki çeşməsi də vardır ki, yaşıl və xorrəmlikdən qaraya çalır. Pərdə arxasındakı hurilər, pərdələnmiş otaqlarda arxasındakı hurilər, pərdələnmiş otaqlarda əyləşiblər. Hər meyvəsi iki cür müxtəlif növlü meyvəlikdən ibarət bağları vardır. (La hovla vələ quvvətə illa billah). Übəyy ibn Kəb Allahın Rəsulundan (s.ə.v.v) nəql edir ki, Həzrət belə buyurdu: Hər kəs Zumər surəsini oxusa, onun ümidi qırılmayıb, qorxanların (Allahdan qorxan kəslərin) savabını ona əta edərlər. Ayişə deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) Bəni İsrail və Zumər surəsini oxumamış yatmazdı. Hər kəs onu yazıb öz qoluna bağlasa, xaliqin nəzərində sevimli və həmdə xalq ona kömək edərlər. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 16.12.2024

“Sad” surəsinin fəziləti

Cyübəyr Əzrəmidən nəql olunub ki, imam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs cümə axşamı Sad surəsini oxusa, dünya və axirət xeyrindən o qədər ona verilər ki, Mürsəl Peyğəmbərlərdən və müqərrəb mələklərdən başqa heç bir insana verilməyib. Allah onu və ailəsindən hər kəsi istəsə, hətta ona xidmət etmiş qulluqçusu, onun əhli-əyalından olmamağına baxmayaraq, onları şəfaət etməyə icazəsi vardırsa, Behiştə daxil edər. Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, həzrət belə buyurdu: Hər kəs Sad sursini oxusa, Allah Davud (ə) üçün ram etdiyi dağlar ağırlığında ona həsənat verər. Onu kiçik və böyük günah etməkdən saxlayar. Su quyusu qazan zaman bu ayəni çox oxusa, quyunun suyu artar. “Urkuz biriclikə haza muğtəsəlun baridun və şərabun.” (Sad-42). Sad və Bələd: (surələri). Parkisun (sifətdə olan xəstəlik, ağzın və çənənin əyilməsi) üçün bu ayələri yaxıb suya salsın, sonra o su ilə üzünü yusun. “Fəsəxxərna ləhur-rihə təcri biəmrihi bənnain və cəvvasin. Və axərinə Muqərrəbinə filəsfad. Haza ətauna fəmunun əv əmsik biğəyri hisab:” (Bələd-8-10). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 16.12.2024

“Saffat” surəsinin fəziləti

Həsən ibn Übəyyil Əladan nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs cümə günləri Saffat surəsini oxusa, həmişə bütün xətalardan amanda qalar, bu dünyada hər cür giriftarçılıqdan və müsibətdən qorunmuş olar, Ruzinin bolluğundan tamamilə faydalanar. Allah onu qovulmuş Şeytanın və yaxud zülmkarın şərrindən giriftar etməz. Əgər həmin gün və yaxud gecə vəfat etsə, Allah onu şəhidlərlə qaldırar, şəhid öldürər, onlarla birlikdə məqam və dərəcədə Behiştə daxil edər. Übəyy ibn Kəb deyir: Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs Saffat surəsini oxusa, Allah ona on həsənə əta edər, onu bütün cinlərdən şeytanlardan və şirkdən uzaq edər, və iki qoruyucu mələk Qiyamət günündə onun Peyğəmbərlərə iman gətidiyinə şəhadət verərlər. Hər kəs bu surəni yazıb yusa, və o su ilə qüsl etsə, ağrıları sağalar. Əgər gözdə çiçək xəstəliyi olsa, aşağıdakı ayəni bir qədər pak buğdaya yaxud duza oxusun və suya töksün, inşaallah çiçəyi (xəstəliyi) sağalar. “Fəinnəma hiyə zəcrətun vahidətun” (Saffat-19) “Fəkəşəfna ənkə citaəkə fəbəsərukəl yəvmə hədid.” (Qaf-22) “Əvla ləkə fəəvla əyəhsəbul insanu ən yutrəkə sudən. Ələm yəku nutfətən min məniyyin yumna.” (Qiyamət-35-37) sudan gözünə sürtsün, sonra oxusun. “Və yursilun-səmaiqə fəyusibu biha mən yəşau vəhum yucadilunə fillahi və huvə şədidul mihal.” (Rədd-13).

Surələrin Fəziləti 16.12.2024

“Yasin” surəsinin fəziləti

1-Əbi Bəsirdən rəvayət olunub ki, Həzrət Sadiq (ə) belə buyurdu: Həqiqətdə hər bir şeyin qəlbi vardır. Quranın qəlbi isə Yasin surəsidir. Hər kəs bu surəni gündüz oxusa, həmin gün şam vaxtına qədər qorunmuş və bəhrə aparmışlardan olar. Bu surəni gecə yatmazdan qabaq oxuyan kəs qovulmuş şeytanın şərrindən qorunmaq üçün Allah min mələyi göndərər. Əgər o həmin gün vəfat etsə, Allah onu Behiştə daxil edər. Qüsl verilən zaman otuz min mələk onun ətrafında dövrə vurar və ona bağışlanmaq tələb edib, onu istiğfar etməklə qəbrin kənarına qədər müşayiət edərlər. Onu qəbirə qoyanda mələklərin bir dəstəsi onun yanında qalıb, Allaha ibadət edər və onun savabını o şəxsə hədiyyə edərlər. Onun qəbrini göz işlədikcə genişlən-dirərlər, və onu qəbrin sıxıntısından amanda saxlayarlar. Həmişə onun qəbrindən Ənam səmaya qədər nur saçar. Nəhayət Allah onu qəbrindən çıxarar. Allah onu məşhur edəndə (qaldıranda) Mələklər onunla birlikdə olub, onu bədrəqə edər onunla söhbət edib, üzünə təbəssüm edərlər. Axırda onu sirat körpüsndən və mizan-tərəzidən keçirərlər. Onu elə bir məqama və mənzilətə çatdırarlar ki, Allahın müqərrəb mələklərindən başqa heç bir məxluq nail ola bilməz. O Peyğəmbərlərlə birlikdə orada Allahın yanında dayanarlar. Qəm çəkənlərlə qəmlənməz, qüssə çəkənlərlə qüssələnməz, ağlayanlarla, ağlamaz. O, zaman Allah təbarək taala deyər: Ey mənim bəndəm hər kimə istəyirsən şəfaət et. Çünki hamısının şəfaətini qəbul edəcəyəm. Hacət istə, çünki hər nəyi istəsən sənə verəcəyəm. Nəhayət o öz hacətini Allahdan istəyəcək və qəbul olunacaq, şəfaət etsə, qəbul olunacaq. Onun hesabını başqaları kimi çəkməzlər, orada başqaları kimi saxlanılmayacaq. Zəlil və xar olmuşlar kimi xar olmayacaq. Ondan baş vermiş pis əməllərin və günahların cəzasına giriftar olamayacaq, onu bəraət qazandırıb, azadlığını ona verərlər, sonra Allahın dərgahından başı uca çıxarlar. Bütün camaat təcübblə deyərlər. “Sübhənəllah” bu bəndənin hətta bir günahı belə yoxdur, və onu Həzrət Məhəmməd (s.ə.v.v) həmdəmlərindən olacaqdır. 2-Cabir ibn Cəfidən rəvayət olunub ki, imam Baqir (ə) belə buyurdu: Hər kəs ömründə bir dəfə Yasin surəsini oxusa, Allah bu dünyada yaratdıqlarının və o biri dünyadakıların və səmada olan şeylərin hamısının hər birisinin sayı qədər, iki min həsənə onun nameyi əməlində yazacaqdır, və həmin qədər də günahlarından keçəcəkdir. O heç vaxt kasıblıq və ziyan çəkməyib, borclu və evsiz-eşiksiz qalmaz, bədbəxtlik, dəlilik görməz, vasvaslığa, iradəsizliyə, və müxtəlif zərər verici xora xəstəliklərə mübtəla olmaz. Allah-taala ölümün çətinliyini onun üçün asanlaşdırar, və özü onu qəbz ruh edər. O elə bir şəxslərdəndir ki, Allah onun yaxşı yaşamasını öz öhdəsinə almış, ölüm anlarında onun xoşhal olmasına zamin durmuş, axirətdə də onu sevindirəcəyinə zəsanət vermişdir. Sonra Allah göyün və yerin mələklərinə xitab edib buyurar: Mən bu bəndədən razıyam, elə isə onun üçün bağışlanmaq tələb edin. Übəyy ibn Kəb [Məsumların (ə) buyurduğlarına əsaslanaraq] deyir: Hər kəs Allaha xatir Yasin surəsini oxusa, Allah ona Quranı on iki dəfə oxumuş kəsin əcrini verər. Xəstənin yanında Yasin surəsini oxusa, onun hər bir hərfinə on mələk nazil olar ki, qarşısında cərgə ilə dayanıb onun üçün bağışlanmaq tələb edərlər, və onu qəbz ruh edəndə yanına gələrlər. Onun cənazəsini dəfn etmək üçün hazırlayıb (Qüsl-kəfən edib) ona namaz qılıb dəfn mərsasimində iştirak edərlər. Hər xəstə onu (Yasin surəsini) oxusa, yaxud onun yanında bu surə oxunsa, rizvan (Behiştin xəzinədarı, bir qabda Behiştdən gətirdiyi suyu ona içirdər. O nə qədər xəstə yatırsa, onu içər və doyub vəfat edər. Doyan halda qaldırılar, daha peyğəmbərlərin hovuzlarına ehtiyacı olmaz, nəhayət Behiştə daxil olub sirab olar. Əbu Bəkr dən (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Yasin surəsi Tovratda “moməh” oxunur. Dedilər; Moməh nədir? Buyurdu: Onun sahibini dünya və axirət xeyri əhatə edər. Bu surə səbəbi nəticəsində o dünyadan bəlasına dözər, və bu surə axirət qorxusu dəf edər. Ona müdafiə və Qaziyə də deyərlər, çünki sahibindən (onu oxuyan) hər cür uzaqlaşdırar. Hər bir hacətini (istəyini) qəbul etdirər. Hər onu oxusa, onun üçün iyirmi Həccin savabı yazılar. Hər kəs onun oxunuşuna qulaq assa, onun üçün min dinar Allah yolunda verən şəxsin savabı yazılar. Bir kəs onu (Yasin surəsini) yazıb onun suyunu içsə, onunla min dərman, min nur, min yəqin, min bərəkət, min rəhmət onun qarnına daxil olar, və hər cür xəstəlik dən (s.ə.v.v) nəql edir ki, Həzrət belə buyurdu: Əlbəttə hər bir şeyin qəlbi vardır, Quranın qəlbi isə Yasin surəsidir. Yenədə Ənas İslam Peyğəmbərindən (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Bir kəs qəbiristana daxil olsa, və orada Yasin surəsini oxusa, Allah-taala həmin gün onların (qəbiristan əhlinin ) əvbını azaldar, və onu oxuyan üçün oradakı ölülərin sayı qədər həsənat yazılar. Əbu Bəsir imam Sadiqdən (ə) rəvayət edib ki, Həzrət belə buyurdu: Əlbəttə hər bir şeyin qəlbi vardır, və Quranın qəlbi isə Yasin surəsidir. Beləliklə hər kəs bu surəni gündüz oxusa, həmin gün axşama qədər hafizlərdən olar. Hər kəs onu gecə yatmazdan əvvəl oxusa, Allah onu çirkin şeytanın afətlərindən qorumaq üçün min mələyi məmur edər. Əgər yatdığı vaxt vəfat etsə, Allah onu Behiştə daxil edər. Otuz min mələk ona qüsl veriləndə hazır olarlar, onun üçün bağışlanmaq istəyər, və onu qəbrinə qoyub, qəbrində Allaha ibadət edər, və savabını ona verərlər. Qəbri göz işlədikcə genişlənər, sıxıntısından amanda qalar, həmişə onun qəbrindən səmaya kimi nur saçar. Nəhayət Allah onu qəbrindən çıxardar (qaldırar). Necəki o qəbrindən çıxdı Mələklər həmişə onun yanında olub, onu müşayiət edərlər. Onunla söhbət edib, üzünə təbəssüm edər, və onu hər bir xeyrə müædə verərlər. İmam Sadiq (ə) buyurdu: Allahın Rəsulu (s.ə.v.v) üçün Quranda on iki ad qeyd olunub ki, onun beşi bu surətdə yazılıb: Məhəmməd Əhməd-Əbdullah, Yasin-Nun. İnsanın asan can verməsinə kömək edən amil yeddi şeydən ibarətdir. Onlardan biri Yasin surəsidir. Bəyənilmiş işlərdən biri də odur ki, Şəban ayının on beşi axşamı üç dəfə mübarək Yasin surəsini oxuyasan, onun birini yaşamaq, birini isə sağlamlıq məqsədilə oxusun, hər kəs bu ayəni özündə saxlasa, heç vaxt birinə möhtac olmayıb zalımın əlində giriftar olmaz. “Hum və əzvacuhum fizilalin ələl əraiki muttəkiun” (Yasin56) Çahar şənbə (üçüncü gün) günündən başlayıb on beş gün müddətində hər gün 818 dəfə bu ayəni oxusun, muradının hasil olması üçün təsirlidir. “Səlamun qəvlən min rəbbin rəhim.” (Yasin-58). Bu ayəni oxumağı davam etdirmək 1000 Quran xətmi kimidir. “Vəmtazul yəvmə əyyuhəl mucrimun.” (Yasin-59). Fəqirliyi (yoxsulluğu) aradan qaldırmaq üçün hər sübh bu ayəni oxuyun: “Və mən nuəmmirhu nunəkkisihu filxəlqi əfala yə‎qilun” (Yasin-68). Vəfat etmiş şəxsin kəfəninə bu ayəni yazsanız, o gor əzabından nicat tapar. “Fəla yəstətiunə təvsiyətən vəla ila əhlihim yərciun. Və nufixə fissuri fəizahum minəl əcdasi ila rəbbihim yənsilun. Qalu ya vəyləna mən bəəsəna min mərqədina haza mavəədər-rəhmanu və sədəqəl mursəlun. İn kanət illa səyhətən vahidətən fəizahum cəmiun lədəyna muhzərun.” (Yasin-50-53). Hər kəs hacət niyyəti ilə aşağıdakı ayəni yeddi dəfə oxusa, hacəti qəbul olunar. “Ləş-şəmsu yənbəği ləha ən tudrikəl qəmərə vələlləylu Sabiqin-nəhari və kullun fi fələkin yəsbəhun.” (Yasin-40). Aşağıdakı ayəni üç gecə və hər gecədə otuz dəfə Peyğəmbəri yuxuda görər. “Və xələqna ləhum min mislihi ma yərkəbun” (Yasin-42). Mal mənal (dükan kimi) dövlət qazanmaq istəyirsə, pəncşənbə (dördüncü) günü iki rükət namaz qılıb sonra Yasin surəsini oxusun, bu əməli üç gün təkrar etsin. Çox təcrübə olunub. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron verisaysından istifadə olunub.

Surələrin Fəziləti 16.12.2024

“Fatir” surəsinin fəziləti

Übeyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs Məlaikə surəsini (Fatir) surəsini, oxusa Qiyamət günündə Behiştin qapılarında üçü onu çağırar ki, bu üç qapının hansı birisindən istəyirsən daxil ol. Çoxlu dua kitablarında yazılıb ki, hər kəs yatan zaman bu ayəni “İnnəllahə yəmsukum-səmavati vəl ərzə ən təzulən, vələin zaləta in əmsəkəhuma min əhədin min bəədihi, İnnəhu kanə həlimən ğəfura.” (Fatir-14). oxusa, binanın onun üzərinə tökülməsindən amanda qalar. Çoxlu kitablarda o cümlədən Şeyx İbrahim Kəfhəminin Misbah kitabında qeyd olunub ki, bu surənin 41-ci ayəsini sona kimi oxuyandan (İnnallahə yəmsuku) sonra bunu “Səlli əla Muhəmmədin və ali Muhəmməd və əmsik ənnəssui innəkə əla Kulli şəyin qədir.” əlavə etsə, onun evi Allahın amanında qalıb uçmaz.

Surələrin Fəziləti 16.12.2024

“Səbə” surəsinin fəziləti

1-Ömər ibn Əzniyədən nəql olunub ki, İmam Sadiq (ə) bu iki surənin (Səbə və Həmd) haqqında ki, onların ikisidə həmd kələməsi ilə başlayır buyurdu: Hər kəs gecə bu surəni oxusa, O bütün gecəni Allahın amanında olacaqdır. Əgər bu surəni gündüz oxusa, həmin günü çətinlik və əziyyət çəkməyəcəkdir. Dünyada və axirətdə qəlbindən keçməyən və gümanına gəlməyən qədər ona xeyir-bərəkət əta olunar. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v.) rəvayət nəql eæir ki,Həzrət belə buyurdu: Səbə surəsini oxuyan kəslə Qiyamətdə onunla dost olmayan Rəsul və Peyğəmbər qalmayacaqdır.

1 2 3 4 5 6