Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Surələrin Fəziləti 15.12.2024

“Taha” surəsinin fəziləti

1-İshaq ibn Əmmardan rəvayət olunub ki, oxumağı tərk etməyin, çünki Allah bir surəni, və onu oxuyanı sevir. Hər kəs bu surəni oxumağı davam etdirsə, Allah Qiyamət günündə onun əməllərini sağ əlinə verər. onun İslam dinindəki buyurulan əməllərindən çətin hesab çəkməz, və ona o qədər savab əta edər ki, axırda sevinər. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s) nəql edib ki, hər kəs bu surəni oxusa, Qiyamət günündə mühacir və Ənsarın savabı ona verilər. Əbu hurəyrə deyir. Allahın Peyğəmbəri deyir. Allahın Peyğəmbəri buyurdu: Allah-taala Taha və Yasin surəsini Adəmin xilqətindən iki min ilə qabaq oxudu, Mələklər Quranın avazını eşidib dedilər: Quran onlara nazil olan ümmət, Quranı həml edən sinələr, Quranla danışan dillər xoşbəxtdirlər. Həsən deyir: Allahın Peyğəmbəri buyurdu: Beheşt əhli Yasin və Taha surəsindən başqa Quranın surələrini tilavət etməzlər (oxumazlar). Günəş çıxanda bu surəni oxumaqla ona təzə ruzi kəramət olunar. Bir kəs bu surəni yazıb özündə saxlasa, hər hacəti ardınca getsə, qəbul olunar, və hər kimdən elçilik etsə müsbət cavab verərlər. Hər kim iki nəfərin arasında sülh etmək istəsə, bu surəni oxusun, sözünü hər iki tərəf qəbul edər. Ağızda hər cür ağrıya görə bu ayələri yazıb özündə saxlasın. “Bismillahir-rəhmanir-rəhim Ta-ha ma ənzəlna ələykəl Quranə litəşqa. illa təzkirətən limən yəxşa. Tənzilən mimmən xələqəl ərzə vəssəmavatil ula. Ərrəhmanu ələl ərşistəva” (Taha-1-5) Sinə ağrısı üçün ayəni üç dəfə qabdakı suya oxuyub içsin və bir qədər də sinəsinə sürtsün. “Rəbbişrəhli sədri və yəssir li əmri vəhlul uqdətən min lisani yəfqəhu qəvli.” (Taha-25-28) Bu ayəni torpağa oxusun, yaranın üzərinə töksün, və sonra yaraya oxuyub piləsin, inşaallah sağalar. “Minha xələqnakum və fiha nuidukum və minha nuxricukum tarrətən uxra” (Taha-55) Zigili və keçəlliyi dəf edib onu müalicə etmək barəsində Əli ibn Nomandan belə nəql olunub. Bir gün imam Rzanın (ə) xidmətinə gedib dedim ki, bədənimdə çoxlu zigil var və elə buna gör qəmginəm. Həzrət buyurdu: Hər bir zigil üçün yeddi buğda götür və buğdanın hər birinə Vaqiə surəsinin başlanğından yeddi dəfə oxu “İza vəqəətil vaqiəti. Ləysə livəətiha Kazibətun Xafizətun rafiətun. İza ruccətil ərzu rəccən. Və bussətil cibalu bəssən. Fəkanət həbəən munbəsən (Vaqiə-1-6) Sonra onun ardınca aşağıdakı ayəni yeddi dəfə “Və yəsəlunəkə ənil cibali fəqul yənsifuha rəbbi nəfsən fəyəzəruha qaən səfsəfən latəra fiha ivəcən vəla əmtən.” (Taha 105-107) İflicin müalicəsi üçün aşağıdakı ayəni yazıb özünüzdə saxlayın və ayəni bir dəfə iflic olan üzvə oxuyun. “Bismillahir-rəhmanir-rəhim. Yəmhullahə ma yəşau və yubitu və indəhu ummul kitab (Rəd-39) “Əlhəmdu lillahi fatiri s-səmavati vələrzi cailil məlaikəti rusulən ulii əcnihətən məsna və sulasə, və rubaə.” (Fatir-1) bağladım (filan ibn filan) xəstənin adı və anasının adı. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 15.12.2024

“Məryəm” surəsinin fəziləti

1-Əban ibn Osmandan nəql olunub ki, Həzrət Sadiq (ə) belə buyurudu: Hər kəs Məryəm surəsini oxumağı davam etdirsə, bu surə onu istədiyi şeylərdən, (candan, maldan, övladdan) ehtiyacsız etməyincə ölməz. Həmçinin axirətdə İsa ibn Məryəmin (ə) dostlarından olar, və o gün Həzrət Süleymanın (ə) dünyadakı səltənəti kimi səltənətəsahib olar. 2-Übəyy ibn Kəb İslamın əziz Peyğəmbərindən (s.ə.v.v) nəql edib ki, bu surəni oxuyan kəsə Zəkəriyyaya, Yəhyanı, Məryəmi (ə), İsanı (ə), Musanı (ə), Haruna (ə), İbrahimi (ə), İsahaqı (ə), Yəqubı (ə), İsmaili (ə) təsdiq və yaxud təkzib edənlərdən və həmçinin Allahdan övlad istəyib yaxud istəməyənlərin sayı qədər Allah on həsənə (savab) verər. Hər kim bu surəni yazıb evidə saxlasa o evin xeyir-bərəkəti çoxalar. Bir kəs bu surəni yazıb suyunu içsə, heç vaxt qorxmaz. Əgər bu surəni yazıb onu yuyub suyunu bir qızın üstünə töksələr, onun üçün həyat yoldaşı tapılar. Məryəm və Fəth surəsini: Baş ağrısı və [miqren) üçün yazın. Aşaağıdakı ayələri yazıb başınıza bağlasanız inşaallah ağrısı keçib gedər. “Bismillahir-rəhmanir-rəhim. Kaf ha, ya, əyn, sad, zikru rəhməti rəbbikə Əbdəhu Zəkəriyya. İz nada rəbbəhu nidaən xəfiyyən. Qalə rəbbi inni vəhənəl əzmu minni vəştəələrrəsu şəybən və ləm əkum biduaikə rəbbi şəqiyyən.” (Məryəm 1-4) “Muhəmmədun rəsulullahi vəlləzinə məəu əşiddau ələl kuffari ruhəmau bəynəhum tərahum rukkəən succədən yəbtətunə fəzlən minəllahi və rizvanən, simahum fitvucuhihim min əsəris-sucudi zalikə məsəluhum fittovratı və məsəluhum fil incili kəzərin əxrəcə şətəhu fəəzərəhu fəstəğləzə fəstəva əla sutihi yucibuz zurraə liyəcizə bihimul kuffarə, vəədəllahul-ləzinə amənu və əmilussalihati minhum məğfirətən və əcrən əzimən.” (Fəth-29) 2-İmam Əliyyən Nəqidən (ə) rəvayət olunub ki, baş ağrısı üçün bu ayəni qabdakı suya oxuyub içsin. “Əvələm yərəlləzinə kəfəru innəs-səmavati vəl ərzə kanəta rətqən fəfətəqnahuma və cəəlna minəlmai kullə şəyin həyyin əfəla yuminun”. (Ənbiya-30) 3-Bir rəvayətdə nəql olunub ki, bir şəxs Mərv (Xorasan) əhlindən imam Hadinin (ə) xidmətinə başağrısından şikayət etdi. Həzrət onu yanına çağırıb əlini onun başına sürtüb bu ayəni oxudu: “İnnəllahə yumşkus-səmavati vələrzə ən təzula, vələin zaləta in əmsəkəhuma min əhədin min bəədihi innəhu kanə həlimən ğəfurən.” (Fatir-41) 4-İmam Məhəmməd Baqirdən (ə) nəql olunub ki, başağrısını müalicəsi aşağıdakı ayəni yazıb başınıza bağlasananız inşallah şifa taparsınız. “Və kəlbuhum basitun ziraəyhi blvəsidi ləvittələtə ələyhim ləvəlləytə minhum firarən vələmuliət minhum rubən.” (Kəhf-18). 5-Məkarimul-əxlaqda (kitabında) yazılıb ki, şəqiqənin (gicgahın) ağrısı üçün ibam (baş barmaq) və səbabə (işarə barmağı) barmağınla gicgahını möhkəm sıxıb bu ayələri oxu: “Fəmən kanə minkum mərizən əv bihi əzən min min rəsihi fəfidyətun min siyamin əv sədəqətin, və nusukin.” (Bəqərə-196) “Yədullahi fəvqə əydihim fəmən nəkəsə fəinnəma yənkusu əla nəfsihi və mən əvfa bima ahədə ələyhullahə fəsəyutihi əcrən əzimən” (Fəth-10) İskin səkəntukə ya vəcəəş-şəqiqəti billəzi səkənə ləhu ma filləyli vənnahari və huvəs-səmiul əlim.” 6-Bu ayəni başınıza bağlayın: “Bismillahir-rəhmanir-rəhim. Rəbbəna la tuzii qulubəna bəədə izhədəytəna vəhəb lana minlədunkə rəhmətən innəkə əntəl vəhhab.” (Ali-İmran-8) 7-Bu ayəni yazıb özündə saxla: “Ələm tərə ila rəbikə kəyfə məddəzzillə vələv şaə ləcəələhu sakinən summə cəəlnaş-şəmsə ələyhi dəlilən summə qəbəznahu iləyna qəbzən yəsirən.” (Furqan-45-46)

Surələrin Fəziləti 15.12.2024

“Kəhf” surəsinn fəziləti

1-Əhməd ibn Hilal, İsa ibn Əbdullahdan, o da atasından, o isə Əmirəlmöminindən (ə) rəvayət edir ki, Həzrət belə buyurdu: “Bu ayəni “Qul innəma ənə bəşərun mislikum yuha iləyyə innəma ilahukum ilahun vahidun, Fəmən kanə yərcu liqasə rəbbihi fəlyəməl əmələn salihən vəla yuşrik biibadəti rəbbihi əhədən.” (Kəhf-110) Oxuyan şəxs üçün öz evindən Kəbə evinə qədər və əgər hərəm əhlindən (Məkkəli) olmuş olsa, onun üçün Beytül Müqəddəsə qədər məsafədə nur çəkilər. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, bu surəni oxuyan kəs səkkiz gün bütün fitnələrdən asudə (rahat) olar. Əgər bu səkkiz gün ərzində Dəccal belə zühur etsə Allah yenə də onu onun fitnəsindən qoruyacaqdır. Hər kəs yatağına girən zaman bu ayəni (Kəhf-110) “Qul innəma ənə bəşərun mislukum”… oxusa, onun yatağından Kəbəyə tərəf nur saçar, və onun ətrafındakı Mələklər Allahın dərgahından onun üçün yuxudan oyana qədər rəhmət tələb edərlər. Əgər Məkkəli bir kəs bu ayəni oxusa, onun yatağından Beytul-Məmura (göyün dördüncü təbəqəsində məscid) nur saçar və yuxudan oyana kimi mələklər Allahın dərgahından onun üçün rəhmət tələb edərlər. Əgər Məkkəli bir kəs bu ayəni oxusa, onun yatağından Beytul-məmura (göyün dördüncü təbəqəsində məscid) nur saçar və yuxudan oyanana qədər mələklər Allahın dərgahından onun üçün rəhmət tələb edərlər. Səmrət ibn Condəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, hər kəs Kəhf surəsindən on ayə əzbərləsə, Dəccalın fitnəsi ona zərər yetirməz. Əgər bir kəs Kəhf surəsinin hamısını oxusa, Behiştə daxil olar. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Sizə nazil olanda yetmiş min mələklə müşayiət edilən, əzəməti yeri və asimanı əhatə etmiş, surəni göstərməyimmi? Dedilər bəli göstərin. Həzrət buyurdu: O Əshabi Kəhf surəsidir. Hər kəs cümə günü bu surəni oxusa, Allah onu üç gün qarşıdakı cümədən sonraya qədər bağışlayar, və ona elə bir nur əta edər ki, asimana çatar, özüdə Dəccalın fitnəsindən amanda qalar. Vaqidi öz sənədinə əsasən Əbul dərdadan, o da Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, hər kəs Kəhf surəsinin əvvəlindən on ayə əzbərləsə, Qiyamət günündə onunla bir nur birlikdə olacaqdır. Yenədə Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət olunub ki, bir kəs cümə günü Kəhf surəsini oxusa altı gün bütün fitnələrdən asudə olar, və hətta əgər Dəccal zühur etsə də onun şərrindən amanda olar. Əyyaşi öz sənədinə əsasən İmam Sadiqdən (ə) rəvayət edib ki, hər kəs cümə axşamı Kəhf surəsini oxusa, şəhid kimi dünyadan gedər, Allah onu şəhidlərlə birlikdə qaldırar, və Qiyamətdə şəhidlər sırasında dayanar. Borcunu vermək niyyəti ilə bu surəni oxu, inşaallah borcunu ödəyərsən. Təfsirçilər məsumlardan rəvayət ediblər ki, hər kəs bu surənin 110-cu ayəsini oxusa istədiyi vaxt yuxudan oyana bilər. Ayə: Qul innəma ənə bəşərun misluku-ayənin sonuna qədər. Bu surənin 18-ci ayəsində deyilir: “Və kəlbuhum basitun ziraəyhi bilvəsid.” Hər kəs bu ayəni yazıb həmişə özündə saxlasa itdən ona bir ziyan dəyməz. Səələbi öz təfsirində yazıb ki, Hər kəs gecə-gündüz ərzində Həzrət Nuh (ə)-a bu tərzdə salam göndərsə, “Əssəlamu əla Nuhin filaləmin”, bu dünyada əqrəbdən qorunar və o dünyada ona bir zərər dəyməz. İmam Sadiq (ə) atalarından nəql olunmuş rəvayətə əsasən buyurur: Mənim Quran olan evdən xoşum gəlir, çünki Allah lənətlənmiş divi (şeytan) onun (Quranın) səbəbinə o evdən qovar. İmam Sadiq (ə) buyurdu: Hər kəs Quranı çətinliklə öyrənsə, o iki əcrə sahib olacaq. Amma onu asanlıqla öyrənən kəs, yaxşı insanlarla birlikdə olacaqdır. Əgər bir kəs bir işi yerinə yetirmək istəsə və yaxud istəməsə bu ayəni oxusun: “Əfəhəsibəlləzinə Kəfəru ən yəttəxizu ibadi min duni əvliyai inna əətədna cəhənnəmə lil kafirinə nuzulən” (Kəhf-102). Sonra desin: “Allahumə səlli əla Muhəmmədin və ali Muhəmməd və ərini bəyazən və humrən.” və yuxulasın. Əgər yuxuda ağ bir şey görsə, o işi yerinə yetirin, amma əgər yuxuda qırmızı və yaxud qara şey görsə, o işi etməsin. Qızdırması olan bir kəs yatan zaman aşağıdakı ayəni yazıb yastığının altına qoysa, qızdırması azalar. “Əm həsibtə ənnə əshabəl kəhfi vərrəqimi kanu min ayatina əcəbən iza əval fitnətu iləl kəhfi fəqalu rəbbəna atina minlədukkə rəhmətən və həyyi ləna min əmrina rəşədən.” (Kəhf 8-9)

Surələrin Fəziləti 15.12.2024

“İsra” surəsinin fəziləti

1-Hüseyn ibn Əbil Əladan rəvayət olunub ki, imam Cəfər (ə) belə buyurdu: Bir kəs Bəni İsrail surəsini hər cümə axşamı oxusa imam Zamanın dövrünü dərk etməmiş ölməz, və o Həzrətin dostlarından olar. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, Həzrət belə buyurdu: Bəni İsrail surəsini oxuyarkən ata və ana barəsində olan ayəni oxuyan kəsin ürəyi yumşalsa, Behiştdə ona 2400 peymanə (qab) bərabərində əcr veriləcəkdir ki, hər bir peymanə bütün dünya nemətlərindən üstündür. Ayə: “Və Qəza rəbbukə əlla təəbudu illa iyyahu vəbil validəyni ihsanən, imma yəbluğənnə indəkəl kibərə əhəduhuma əv kilahuma fəla təqulləhuma uffin, vəla tənhərhuma və qul-ləhuma qəvlən kərimən.” (İsra-23) Hər bir çətinliyi olan kəs bu ayəni yeddi dəfə ardıcıl oxusa, müşkülü həll olar. Uşaq gec dil danışanda, bu surəni müşk və zəfərənla yazıb yuyun. Sonra onu uşağa içirsəniz, dili açılar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 15.12.2024

“Nəhl” surəsinin fəziləti

1-Məhəmməd ibn Müslümdən rəvayət olunub ki, imam Baqir (ə) belə buyurdu: Hər kəs ayda bir dəfə Nəhl surəsini oxusa, dünyada mal-dövlətinə ziyan dəyməz, və həmçinin yetmiş cür bəladan ki, onların ən yüngülü dəlilik, cozam, pisixdən amanda qalar. Axirət onun məskəni (mənzili) ədn Behiştin ortasıdır. 2-Həzrəti Rəsul (s.ə.v.v) buyurdu: Hər kəs Nəhl surəsini oxusa, uca məqamlı Allah ona verdiyi nemətlərini hesab etməz ölüb özündən sonra vəsiyyət etmiş şəxsin əcrini alar, əgər o həmin gün vəfat etsə, ölən zaman yaxşı şeylərə vəsiyyət etmiş kəsdən neçə bərabər çox olar Əgər bir qadın südünün çoxalmasını istəyirsə, bu ayəni yazıb suyunu içsə, südü çoxalar. Ayə: “Və innə ləkum filənami ləibrətən nusqikum mimma fibutunihi min bəyni fərsin və dəmin ləbənən xalisən saicən lişşaribin.” (Nəhl-66) Bir kəsin hafizəsi zəif olsa, və hər şeyi eşidib tez bir zamanda öyrənib, yaddan çıxmamasını istəyirsə, duşənbə (birinci gün) günündən başlayıb, bu ayələri yeddi tikə quru çörəyə yazsın və gündə birini yesin. Birinci gün: Duşənbə: “Fətaalal-lahul məlikul həqqul mubin.” İkinci gün: Seşənbə: “Rəbbi zidni ilmən.” (Taha 114) Üçünci gün: Cahar şənbə: “Sənuqriukə fəla tənsa.” (Əla-6) Dördüncü gün: Pəncənşəbə: “İnnəhu yəələmul cəhrə vəma yəxfa.” (Əla-7) Beşinci gün: Cümə: “La tuhərrik bihi lisanəkə litəcələ bihi.” (Qiyamət-16) Altıncı gün: Şənbə: “İnnə ələyna cəməhu və Quranəhu.” (Qiyamət-17) Yeddinci gün: Yekşənbə: “Fəiza Qərənahu fəttəbi Quranəhu.” (Qiyamət-18)

Surələrin Fəziləti 14.12.2024

“Rəd” surəsinin fəziləti

1-Hüseyn ibn Əbil Əladan rəvayət olunub ki, imam Sadiq (ə) buyurdu: Hər kəs Rəd surəsini çox oxusa, hərçənd Əhli-beytin düşmənlərindən olsa belə Allah onu dünyada ildırım vurmaqla həlak etməz. Əgər şiə qarilərindən (Quran oxuyanları) olsa, Allah onu hesab-kitabsız Behiştə daxil edər, ailəsinin mömin qardaşlarının və dostlarının barəsində etdiyi şəfaəti qəbul olunar. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, hər kəs Rəd surəsini oxusa ona on savab əta olunar ki, xilqətin (yaranışın) əvvələrindən Qiyamət gününə kimi yaranan buludlarla eyni səviyyədə olar. Qiyamət günündə o kəslərdəndirlər ki, onlar öz əhdlərinə vəfa etmişlər. Şeyx Bəhaidən nəql olunub ki, qadınların hamilə olması üçün bu ayəni “Vələv ənnə Quranən suyyirətbihil cibalu, əv quttiət bihil ərzu, əv kullimə bihil məvta, bəllillahil əmru cəmiən.” (Rəd 31). Muqəttəə hərifləri ilə yazıb (vav, lam, vav, əlif, nun, qaf, ra, əlif, nun, əyn…) həyat yoldaşının böyrünə bağlasan, hamilə olar. (O dedi: bunu 900 qadına bu nüsxəni yazdım hamısı hamilə oldular). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 14.12.2024

“İbrahim” və “Hicr” surələrinin fəziləti

1-Ənbə ibn Məsəbdən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: hər kəs Həftədə bir dəfə namazının birinci və ikinci rükətində İbrahim və hicr surəsini oxusa, yoxsul ehtiyaclı dəli olmayıb, başqa bəlalara da giriftar olmaz. 2-İbn Əbi Kəb deyir ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs İbrahim və hicr surəsini oxusa, bütləri sitayiş edənlərin və sitayiş etməyənlərin sayı qədər ona on savab verilər. 3-Übəyy ibn Kəb başqa bir rəvayətdə Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) belə nəql edib. Hər kəs Hicr surəsini oxusa Allah ona mühacir və Ənsarın və Məhəmmədi (s.ə.v.v) məsxərə edənlərin sayı qədər on həsənə (savab) verəcək Deyirlər ki, hafizənin güclənməsinə xatir aşağıdakı ayəni qırx bir dəfə quru incilə oxuyub, gündə neçə ədəd ondan yesin. Ayə: “İnna nəhnu nəzzəlnəz-zikr və inna ləhu ləhafizun.” (Hicr- 9)

Surələrin Fəziləti 14.12.2024

“Hud” surəsinin fəziləti

1-Fərvə Aciri Həzrət Baqirdən (ə) rəvayət edir ki, Həzrət buyurdu: Hər kəs həftədə bir dəfə Hud surəsini oxusa, Allah-taala Qiyamətdə onu Peyğəmbərlərlə birlikdə gətirər. O gün dünyada aludə olduğu günahları onun üçün yazmazlar. 2-Ubəyy ibn Kəb Allahın Rəsulundan (s.ə.v.v) rəvayət edib ki, Həzrət belə buyurdu: Hər kəs bu surəni oxusa, Həzrəti Nuha, Huda, Salehə, Şüeybə, Luta, İbrahimə və Musaya iman gətirənlərin yaxud onları təkzib edənlərin sayı qədər, ona on həsənə (savab) əta olunar. Qiyamət günü xoşbəxtlərdən olacaq. Səələbi öz sənədinə əsaslanaraq əbi Cuhəyfədən hədis nəql edib ki, Allahın Rəsuluna (s.ə.v.v) belə müraciət etdik. Qocalıq sizdə təsir qoymuşdur? Həzrət buyurdu: Bəli Hud və onun kimi surələr məni qocaltdı. Başqa bir rəvayətdə Əbubəkr də bu sözü Həzrətdən soruşmuşdu. Həzrət isə onun cavabında buyurmuşdu: Hud və onun kimi surələr, yəni “haqqə”, “Vəqiə”, “Əmmə yətəsaəlun” və “həl ətakə hədisul caşiyə” məni qocaltdı. İmam Muhəmməd Baqir (ə) buyurdu: Hər kəs cümə günü bu surəni oxusa, Allah-taala onu Qiyamətdə Peyğəmbərlərlə məhşur edər, və onun hesabını asan edər ki, bir kəs onun günahından xəbərdar olmaz. Hər kəs hacət üçün Hud surəsini on üç dəfə oxu. Aşağıdakı ayəni yazıb maşına bağlasan, hər cür xətər və təhlükədən qorunarsan. Ayə: “Və qalərkəbu fiha bismillahi məcraha və mursaha innə rəbbi ləğəfurun rəhim” (Hud-41) Yazının tərtibində tərcümə olunuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 14.12.2024

“Ənfal” və “Tövbə” surələrinin fəziləti

1-Əbi Bəsir rəvayət edir ki, İmam Sadiq (ə) belə buyurur: Ənfal və tövbə surəsini ayda bir dəfə oxuyan şəxsin qəlbində nifaq olmaz və o Əmirəlmöminin Əlinin(ə) şiələrindən olar. -2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edir ki: Hər kəs Ənfal və Bəraət (Tövbə) surəsini oxusa, Qiyamət günündə ona şəfaət, şəhadət verərəm. O nifaqdan uzaqdır. Dünyadakı münafiqlərin sayı qədər ona həsənə (savab) verilər. Onun on günahı götürülər (silinər) on dərəcə onun dərəcələrinə artırılar. Ərş və rəşi həml edənlər yaşadığı müddətdə onun üçün rəhmət tələb edərlər. Qiyamət günü xalqın hesabı qurtarana kimi Behişt süfrələrindən (yeməklərindən) yeyər. 3-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, Həzrət belə buyurdu: Ənfal və Bəraət surəsini oxuyan şəxsə şəfaətçi olacağam…. Hədisin sonuna qədər ki, onu Ənfal surəsinin başlanğıcında qeyd etdik. İmam Sadiq (ə) buyurdu: Ənfal və Bəraət ikisi bir surədir. Bu mətləb həmçinin Səid ibn Musəyybdən də rəvayət olunub. Səələbi özünün söylədiyi sənədlər (hədislərə) əsalanaraq Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, Həzrət belə buyurdu: Quran ayə-ayə hərif-hərif nazil oldu, amma Bəraət və Qulhuvəllahu əhəd surəsi yetmiş cərgə mələklərlə bütövlükdə mənə nazil oldu. Onların (surələrin) hər biri deyirdilər: Ey Muhəmməd (s.ə.v.v) Allaha yaxınlaşmaq barəsində yaxşılığa sifariş et. Aşağıda zikr edilən ayədə yeddi xüsusiyyət vardır: 1-İzzət; 2-Rəfət (ucalıq); 3-Vüsət; (bolluq), 4-Nemət və hikmət (böyüklük), 5-Məəhəbbət, 6-Qüvvət, 7-Qüdrət. Onu 66-dəfə ya 48-dəfə təkrar edin. Ayə: “Həsbuyəllahu la ilahə illa huvə ələyhi təvəkkəltu və huvə rəbbul ərşil-əzim.”(Tövbə-129) Vəsvəsəni, narahatlığı, və pis güman (sui zənn) rəf etmək (uzaqlaşdırmaq) üçün bu ayələri oxuyub özündə saxla. Ayə: “Və iza Qərəətəl Quranə cəəlna bəynəkə və bəynəl-ləzinə la yuminunə bilaxirəti hicabən məsturən. (45) Vəcəəlna əla qulubihim vəqrən, və iza zəkrətə rəbbəkə fil Qurani vəhdəhu vəlləvə əla ədbarihim nufurən” (İsra-46) “Fəin təvəlləv fəqul həsbiyəllahu la ilahə illa huvə ələyhi təvəkkəltu və huvə rəbbul ərşim əzim. (Tövbə-129).”

Surələrin Fəziləti 14.12.2024

“Əraf” surəsinin fəziləti

1-Əbi Bəsirdən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurub: Əraf surəsini hər ayda bir dəfə oxuyan şəxs, Qiyamətdə o kəslərdən olacaqdır ki, Allah-taala buyurur: Onlar qorxmazdır və qəmli olmazlar. Bu surəni həftədə bir dəfə oxusa, hesab kitabı asan tutulan insanlarla bir yerdə olacaqdır. Həmçinin möhkəmatın (aşkar dəlalət edən, başqa mənada olmayan ayələr) biri bu sərədədir. Belə isə onu oxumağı tərk etməyin. Çünki, Qiyamət günündə onu oxuyan şəxsə şəhadət verəcəkdir. -2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən rəvayət etmişdir ki, Allah-taala Əraf surəsini oxuyan şəxmlə-şeytan arasında bir pərdə qərar verər və Qiyamət günündə Həzrəti Adəm (ə) ona şəfaətçi olar. -Hər kəs bu surəni yazıb özündə saxlasa düşməndən amanda qalar və heç vaxt gümrah (yolunu azmaz) olmaz. -Hər kəs aşağıdakı ayəni oxuyub, az yatmasını Allahdan istəyə həqiqətən istədiyinə nail olar., və həmçinin Şeytandan qorxanda bu ayələri oxuyun. Ayə: “İnnə rəbbukumullahul-ləzi xələqəsəmavati vələrzə fi sittəti əyyamin sümməstəva ələl ərşi yuğşilləylən-nəharə yətlubuhu həsisən vəşşəmsə vəlqəmərə vənnucumə müsəxxəratin biəmrihi, əla ləhul xəlqu vələmru təbarəkəllahu rəbbul aləmin (54) Udu rəbbəkum təzərruən və xufyətən, İnnəhu la yuhibbul mutədin (54). Vəla tufsidu fil-ərzi bəədə islahiha vəduhu xəvfən vətəməən, İnnə rəhmətəllahi qəribun minəl muhsinin” (Əraf 56). [Bu ayələr səxrə ayələri adı ilə də tanınmışdır]. Yuxu sənə qələbə etməsiş deyə, bu ayəni suya oxu və sonra bəninini onunla yu: Ayə: “Vələmma caə Musa limiqatina və kəlləməhu rəbbuhu qalə rəbbi ərini ənzur iləykə. Qalə lən tərani vəlakinin zur iləl cəbəli cəələhu dəkkən və xərrə Musa səiqən. Fələmma əfaqə Qalə subhanəkə tubtu iləykə və ənə əvvəlul muminin. (Əraf-143) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 14.12.2024

“Ənam” surəsinin fəziləti

1-İbn Abbas deyir: Ənam surəsini hər gecə oxuyan kəs Qiyamət günündə amanda olanlardan olacaq. Heç vaxt Cəhənnəm odunu öz gözləri ilə görməyəcək. Həzrət Sadiq (ə) buyurub: Ənam surəsi bütövlükdə yetmiş min Mələyin müşayiəti ilə bir dəfədə Məhəmmədə (s.ə.v.v) nazil oldu. Bu surədə Allahın əzəmətli adları yetmiş yerdə gəldiyi üçün onu böyük sanıb, ehtiram edin. -Xalq bu surələrdə olan faydaları bilsəydilər, onu oxumağı tərk etməzdilər. -2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət etmişdir. Həzrət buyurdu: Ənam surəsi bütövlükdə mənə nazil oldu. Yetmiş min Mələk həmd və təsbih səsləri ilə onu müşayiət edirdilər. Hər kəs bu surəni oxusa, həmin yetmiş min mələk bir gecə-gündüz ərzində surədəki ayələrin sayı qədər ona salavat göndərərlər. -Həmçinin Cabir ibn Ənsari Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, o Həzrət belə buyurdu: Hər kəs Ənam surəsinin əvvəldəki üç ayəsini “Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahil-ləzi xələqəs-səmavati vəl-ərzə, və cəələz-zulumati vən-nurə, summəl-ləzinə kəfəru birəbbihim yədilun. Huvəl-ləzi xələqəkum min tinin, summə Qəza əcələn və əcəlun musəmmən indəhu, summə əntum təmtərun. Vəhuvəllahu fissəmavati və filərzi yəələmu sirrəkum və cəhrəkum, və yələmu ma təksibun.” (Ənam-3) oxusa, Allah qırx min mələyi Qiyamət gününə qədər onun üçün vəkil edər ki, bu əməlini də ibadəti kimi yazsınlar. Sonra göyün yeddinci təbəqəsindən əlində dəmir əsalı bir mələk nazil olar, hər zaman Şeytan onun qəlbində vəsvəsə icad etmək istəsə, (törətsə) əlindəki əsa ilə onun kəlləsinə zərbə endirər. Əyyaşi öz sənədlərinə əsaslanaraq Əbi Bəsirdən rəvayət edir ki, imam Sadiq (ə) belə buyurdu: Ənam surəsi bütövlükdə bir dəfədə nazil oldu. Allahın mübarək adı bu surədə yetmiş dəfə zikr olunduğu üçün yetmiş min Mələk böyük ehtiramla onu müşayiət edirdilər. Əgər insanlar onun oxunmasında nə qədər fəzilət olduğunu bilsəydilər, onu tərk etməzdilər. Həzrət sonra buyurdu: Hər kəs Allaha hacəti varsa, və onun qəbul olunmasını istəyirsə, dörd rükət namaz fatihə və Ənam surəsi ilə oxusun. Namazı qılıb qurtardıqdan sonra, bu duanı oxusun. “Ya kərimu ya kərimu ya kərim. Ya əzimu ya əzimu ya əzim ya əzimu min kulli Əzim. Ya səmiud-dua. Ya mən la tuğəyyiruhul-ləyali vəl-əyyam. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Vərhəm zəfi və fəqri və fəqati və məskənəti. Ya mən rəhiməsi-şəyxəy-Yəqub hinə rüddə ələyhi Yusifə qurrətə əynihi. Ya mən rəhimə Əyyubə bəədə tuli bəlaihi. Ya mən rəhimə Muhəmmədən və minəl yətimi avahu və nəsruhu əla cəbabirətə Qurəyşin və təvağitiha və əmkənəhu minhum. Ya muğis ya muğis ya muğis” And olsun Allaha! Əgər bu duanı oxusan və Allahdan bütün hacətlərini istəsən, sənə əta edəcək. Əli ibn İbrahimdən nəql olunub ki, Həzrət Rza (ə) belə buyurdu: Ənam surəsi bütövlükdə nazil oldu və onu yetmiş min mələk təsbih, (sübhənəllah) təhlim (la ilahə illəllah) təkbir (Allahu əkbər) səsləri ilə müşayiət etdilər. Hər kəs bu surəni oxusa, Qiyamət gününə kimi mələklər ona təsbih deyərlər. Əbu Saleh nəql edib ki, ibn Abbas belə deyirdi: Hər gecə Ənam surəsini oxuyan kəs, Qiyamətdə amanda qalmış insanlardandır və heç vaxt (Cəhənnəm) odunu öz gözü ilə görməyəcəkdir. -Cabir ibn Ənsari nəql edir ki, Allahın Rəsulu (s.ə.v.v) belə buyurdu: Hər kəs bu surəni “Və yəələmu ma təksibun” üçüncü ayəyə qədər oxusa, Allah-taala min mələyi onu (surəni) oxuyanı qorumaq üçün vəkil (məmur) edər ki, Qiyamət gününə kimi onun əməllərini yazsınlar. -Hər kəs bu surəni yazıb onu yuyub yeddi gün ardıcıl suyunu içsə, Allah ona rəhm edər. -Bütün xəstəliklərdən şifa tapmaq məqsədilə bu surəni yazıb özünüzdə saxlayın. -Əlin və böyrün ağrısını sakitləşdiməkdən ötrü bu ayəni yazıb özünüzdə saxlayın. “Və inyəmsəskəllahu bizurrin fəla kaşifə əla kulli şəyin qədir. Və huvəl Qahiru fəvqə ibadihi. və huvəl həkimul xəbir.” (Ənam-18) -Təcrübə olunmuş və çox təsirli bir xətmdir: Cümə axşamı ya cümə günü (gecə yaxud gündüz) üzünü qibləyə tutub Fatihə surəsini, və sonra Ənam surəsini. “Mislə ma utiyə rusulullah” 124-cü ayəyə qədər oxusun. Sonra qalxıb iki rükət (hacət) namazı qılsın. Hər rükətdə yeddi dəfə “Ayətəl-kürsü”nü və yeddi dəfə Kövsər surəsini oxusun. Namazı qılıb qurtardıqdan Ənam surəsinin 124-ci ayəsindən başlayıb “Allahu ələmu həysu yəcəlu risalətəhu” surənin sonuna qədər oxusun. Sonra başını səcdəyə qoyub yetmiş dəfə “La ilahə illəllah. Muhəmmədun Rəsullah.” Yalvarmaqla Allah-taaladan öz hacətini istəsin ki, hacətin qayıtması qeyri mümkündür. Yaşadığımız müddətdə bu xətmi bir dəfə oxuyun. -Deyirlər ki, bu ayəni qalay vərəqə yazıb öz dükan ya mənzilinizin qapısından asın, çoxlu xeyir və bərəkət gətirər. Ayə: “Və indəhu məfatihul ğəybi layəələmuha illa huvə. Və yəələmu ma filbərri vəlbəhri. Və-ma təqsutu min vərəqin illa yəələmuha, və la həbbətin və yabisin illa fikitabin mubin.” (Ənam –59) -Deyirlər ki, hafizəni gücləndirmək üçün bu ayəni yumurtaya yazıb onu yeyin. Ayə: “Və huvəl Qahiru fəvqə ibadihi və yursilu ələykum həfəzətən hətta iza caə əhədukumul məvtu təvəffəthu rusuluna vəhum la yufərritun.” (Ənam 61) -Deyirlər ki, barışmaq üçün bu ayəni o kəsin sifətinə üç dəfə oxusun, əlbəttə barışar, və üzr də istəyər. Ayə: “Və təmmət kəlimətu rəbbikə sidqən və ədlən, la mubəddilə likəlimatihi, Və huvəs-səmiul əlim.” (Ənam-115) -Deyirlər ki, əgər bir kəs bu ayəni qadınlar üçün yazsa, və qadın onu yağla yesə, itaət edən, sözə qulaq asan olar. Ayə: “Və minəl ənami humulətən və fərşən kulu mimma rəzəqəkumullahu vəla təttəbiu xutuvatiş-şeytani innəhu ləkum əduvvun mubin.” (Ənam). -Əli əliyhissalamdan olunan rəvayətə görə 115-ci ayədir: “Və təmmət kəlimətu rəbbikə sidqən və ədlən, la mubəddilə likəlimatihi, Və huvəs-səmiul əlim.” -Bu ayənin çoxlu xususiyyəti vardır. Onlardan biri də budur ki; ayəni muqəttəə hərifləri ilə (hərif-hərif) yazsın və onu elə büksün ki, ağ tərəfi içəri, yazıları üzərində qalsın. Sonra onu mumyalayıb, ağzına qoysun. Hər kəslə danışsa, sözündən çıxmaz və istədiyi hasil olar. -Deyirlər ki, bu ayəni yatan zaman oxusan, və Allahdan gecənin müəyyən vaxtında oyanmağını istəsə oyanar. Когда важно быстро разобраться в механике краш игры полезно изучить систему честности Provably Fair и в Aviator играть онлайн в сети а затем проверить игру на практике Ayə: “Və iz cəəlnəl bəytə məsabətən linnasi və əmnən vəttəxizu min məqami İbrahimə musəlla, və əhidina ila İbrahimə və İsmailə ən təhhirə bəyti littaifinə vəlakifinə vərrukkəis-sucud. (Bəqərə-125). -Deyirlər ki, hər kəs çərşənbə günü bu ayəni yetmiş dəfə oxusa, elm ə qələm əhlini ötüb keçər və onun üçün qələbələr hasil hacətləri qəbul olar. Ayə: “Huvəllahul-ləzi la ilahə illa huvə, alimil ğəybi və şşəhadəti huvər-rəhmanur-rəhim.” (Həşr-22). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 14.12.2024

“Maidə” surəsinin fəziləti

1-Əbul Carud Həzrət Bağırdən (ə) nəql edir ki, imam buyurdu: Hər kəs Maidə surəsini cümə axşamı oxusa, imanı zülmlə qarışmaz və heç vaxt Allaha şərik qərar verməz. 2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, hər kəs Maidə surəsini oxusa, Allah-taala yer üzünündəki bütün xiristianlar və yəhudilərin sayı qədər, ona muzd verər. Onun üçün on həsənə (savab) yazırlar, nameyi-əməlindən on günahı məhv olar, və on dərəcə yüksəyə qalxar. Əyyaşi öz mənbəsinə əsaslanaraq Əlidən (ə) nəql edib ki, Quranın bəzi ayələri bəzilərini nəsx (batil) edirdi. Onun icrası Peyğəmbərin əmri ilə idi, o vaxta qədər ki, Maidə surəsi nazil oldu və qabaqkı hökmlə bağlı olan ayələri nəsx etdi ancaq onun özündən bir şey nəsx olmadı. Bu surə nazil olan zaman Peyğəmbər bir qatıra minmişdi. Vəhyin ağırlığı o dərəcədə idi ki, qatırı hərəkət etməkdən saxladı və çox çəkmədi ki, onu yerə çökdürdü. Peyğəmbər elə bir hala düşdü ki, əlini Şeybət ibn Vəhəbin başına qoydu özünə gələnədən sonra Maidə surəsini bizə oxudu və biz hamımız ona əməl etdik. Həmçinin əbi Həmzə Sumalidən nəql olunub ki, Maidə surəsi bütövlükdə, kamil surətdə nazil olunub, və onunla Maidə surəsi ilə birlikdə yetmiş min mələk yerə gəldilər. Hər kəs sübh vaxtı bir söz danışmamışdan qabaq bu ayəni üç dəfə oxusa, həmin gün güman etmədiyi qədər ruzisi çoxalar. “Bismillahir-rəhmanir-rəhim. Rəbbəna ənzil ələyna Maidətən Minnəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrurraziqin. ” (Maidə surəsi-114) -Birinci gün sübh namazını qıldıqdan sonra dəstəmazlı halda iki rükət hacət namazı qılsın. Bu əməli qırx gün üzünü qibləyə tutub yüz dəfə salavat göndərsin və aşağıdakı ayəni (Maidə surəsi-114) əlli dəfə oxusun. Bu ayəni oxuduğu müddətdə heç kəslə danışmasın, işlərin fəth olunmasında bunun çoxlu təsiri vardır və təcrübə olunmuşdur. Amma ayənin məzmunu: “Rəbbəna ənzil ələyna Maidətən minəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrurraziqin” (Maidə-114) -Hər kəs sübh yuxusundan ayıldıqdan, və heç bir söz danışmamışdan əvvəl aşağıdakı ayəni üç dəfə oxusa, o gündə onun ruzisi güman etmədiyi yerdən gələr. Ayə: “Bismillahir-rəhmanir-rəhim. Rəbbəna ənzil ələyna Maidətən minəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrur-raziqin.” Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

1 2 3 4 5 6