Əl-Fatihə Surəsi • Təfsiri-Nümunə • Bölüm 1
Fatihə surəsi
# Fatihə surəsi
Bu surə Məkkədə nazil olub və 7 ayədən ibarətdir
RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ
Həmd surəsinin özəllikləri.
Qurani-Kərimin surələri arasında özünəməxsus yeri olan bu surə aşağıdakı məziyyətləri ilə fərqlənir:
1\. Surənin ahəngi.
"Həmd" surəsi öz ahənginə görə Quranın digər surələrindən tamamilə fərqlənir. Çünki digər surələrin hamısı Allahın dilindən deyildiyi halda, bu surə bəndənin dilindən səslənir. Başqa sözlə desək, məhz bu surədə Allah-taala bəndələrə Onunla necə danışmağı, Onunla necə razü-niyaz etməyi öyrədir.
Allaha həmd-səna etməklə başlayan bu surə yaradılış və məad (allahıtanıma və axirətə iman) prinsiplərinə olan imanı etiraf etməklə davam edir, bəndələrin arzu və istəkləri ilə başa çatır.
Sağlam qəlbə malik olan hər bir düşüncəli insan bu surəni oxuyarkən, sanki özünün mələklərin qanadları üzərində göyə qalxdığını, anbaan Allaha yaxınlaşdığını hiss edir. Burada ən çox diqqəti cəlb edən məqam ondan ibarətdir ki, İslam dini qondarma və ya təhrif edilmiş dinlərdən fərqli olaraq Allah ilə bəndə arasında heç bir vasitənin olmadığını önə çəkir və bəndələrə çatdırır ki, Allah-taala ilə bilavasitə ünsiyyət qursunlar. Sanki "Həmd” surəsi bəndənin öz Allahı ilə ünsiyyətini əks etdirən bir tablodur. Bəndə yalnız Onu görür, təkcə Onunla ünsiyyət qurur, Onun sözlərini cani-dildən qəbul edir, Onunla danışır. Bu ünsiyyətdə hətta heç bir peyğəmbər və ya mələk də vasitəçi rolunu oynamır. Ən maraqlısı isə budur ki, Qurani-Kərim bəndənin Allah-taala ilə ünsiyyətində heç bir vasitənin olmadığı məhz bu surə ilə başlayır.
2\. Həmd surəsi Quranın əsasını təşkil edir.
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə "Həmd” surəsi Quranın əsası olaraq təqdim edilmişdir. Hədis tam olaraq belədir: "Günlərin birində Cabir ibn Abdullah Ənsari Həzrət Peyğəmbərin (s) yanına gəldikdə o Həzrət (s) Cabirə belə buyurur:
# أَلاأُعَلِّمُكَأَفْضَلَسُورَةأَنْزَلَهااللهُفِىكتابه؟قالَفَقَالَلَهُجَابِرٌبَلَىبِأَبِيأَنْتَوَأُمِّىيارَسُولَاللهِعَلَّمْنِيهَافَعَلَّمَهُالْحَمْدَأُمَّالْكتاب
"Allahın Öz kitabında nazil etdiyi ən üstün surəni sənə öyrədimmi?" Cabir: "Əlbəttə, atam-anam sizə fəda olsun, ya Rəsulǝllah, öyrədin!" deyə cavab verir. Peyğəmbər (s) ona "Həmd” surəsini öyrədir. Daha sonra əlavə edərək buyurur ki, bu surə ölümdən başqa bütün dərdlərin dərmanıdır"
Həzrət Peyğəmbərdən (s) "Həmd" surəsi barədə nəql edilmiş başqa bir hədisdə isə belə deyilir:
# وَالَّذِينَفْسِيبِيَدِهِماأَنْزَلَاللهُفِىالتَّوْرَاةِ،وَلافِيالزَّبُورِ،وَلَافِيالْقُرْآنِمِثْلَهَا،
# هيَأُمُّالكتابعلا
"And olsun canım əlində olana, Allah nə Tövratda, nə Zəburda, nə İncildə, nə də Quranın özündə onun kimi ikinci surə nazil etməmişdir. O, Quranın əsasıdır".
“Həmd” surəsinin ümumi məzmununa diqqət yetirdikdə yuxarıdakı hədisin mənası tamamilə aydın olur. Çünki bu surə, demək olar ki, Quranın bütün mövzularını özündə ehtiva etmiş, onların qısa mündəricatını vermişdir. Onun bir hissəsi tövhid və Allahın sifətlərini, bir hissəsi mǝad və axirət gününü, bir hissəsi isə möminlərlə kafirləri bir-birindən ayıran "hidayət və azğınlıq"mövzusunu özündə əks etdirir. Həmçinin bu surədə Allah-taalanın mütləq hakimiyyətinə, eləcə də ümumi və xüsusi olaraq iki hissəyə bölünən sonsuz nemətlərinə, habelə yalnız Allaha bəndəçilik etmək məsələsinə toxunulmuşdur. Əslində, bu surə həm Allahın zatındakı, həm sifətlərindəki, həm feillərindəki, həm də ibadətdəki tövhidi bəyan edir. Başqa sözlə desək, burada imanın hər üç mərhələsi qəlbdə etiqad, dildə etiraf, həyatda əməl birləşmişdir. Bəlkə də, elə buna görə böyük İslam təfsirçisi İbn Abbas- dan nəql edilmiş bir hədisdə belə deyilmişdir:
# إِنَّلِكُلِّشَيْءٍأساساً... وَأَساسُالْقُرْآنالفاتحةُ
"Hər bir şeyin əsası olduğu kimi, Quranın da əsası "Fatihə" surəsidir".
Təsadüfi deyil ki, "Fatihə" surəsinin fəziləti haqqında Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə belə deyilir:
# أَيمامُسْلِمقَرَأَفَاتِحَةَالْكِتابِأُعْطِىَمِنَالْأَجْرِكَأَنَّمَاقَرَأَثُلُثَيِالْقُرْآنِوَأُعْطِيَمِنَالْأَجْرِكَأَنماتَصَدَّقَعَلَىكُلِّمُؤْمِنوَمُؤْمِنَةٍ
"Həmd" surəsini oxuyan hər bir müsəlmana Quranın üçdə ikisini oxuyan şəxsin savabı verilər (Başqa bir hədisdə bütün Quranı oxuyan şəxsin savabının verilməsi göstərilmişdir) və sanki o, bütün mömin kişi və qadına hədiyyə vermiş olar".
Bu hədisdə "Quranın üçdə ikisi" ifadəsinin işlədilməsini, bəlkə də, onunla izah etmək olar ki, Quranın üçdə biri Allah-taala, digər üçdə biri axirət dünyası, qalan üçdə biri isə praktiki əməllər barəsindədir. İlk iki hissə "Həmd" surəsində əks olunduğundan bu surəni oxuyan şəxsə, sanki Quranın üçdə ikisini oxumuş şəxsin savabı verilər. Başqa bir hədisdə deyilən bütün Quranın savabına gəlincə isə, bunu da onunla izah etmək olar ki, Quran ümumilikdə iman və əməl prinsipləri üzərində cəmləşmişdir və bunların da hər ikisi "Həmd" surəsində öz əksini tapmışdır.
3\. Həmd surəsi
- Həzrət Peyğəmbərin (s) böyük iftixarı f Quranın bəzi ayələrində "Həmd" surəsi Allah-taalanın Həzrət Peyğəmbərə (s) böyük neməti kimi təqdim edilmiş, hətta o, bütün Qurana bərabər tutulmuşdur. Aşağıdakı ayəyə diqqət yetirək:
وَلَقَدْآتَيْنَاكَسَبْعًامِّنَالْمَثَانِيوَالْقُرْآنَالْعَظِيمَ
(Biz sənə "təkrarlanan yeddi"ni ("Fatihə" surəsini) və əzəmətli Quranı verdik.)
Bu ayədə Quran bütün əzəməti ilə birlikdə "Fatihə" surəsi ilə qarşılaşdırılmışdır. Bu surənin ikinci dəfə nazil olması da onun həddən artıq böyük əhəmiyyətə malik olduğunun göstəricisidir. "Fatihə” surə- sinin "təkrarlanan yeddi" adlandırılması və eləcə də onun bir sıra digər məziyyətləri barədə bu kitabın 11-ci cildində - "Hicr" surəsinin 87-ci ayəsinin təfsirində daha ətraflı məlumat verəcəyik.
İmam Əli (ə) Allahın Rəsulundan (s) belə nəql etmişdir:
# أَفْرَدَالْإِمْتِنَانَعَلَيَّبِفَاتِحَةِالْكِتَابِوَجَعَلَهابِإِزاءِالْقُرْآنِالْعَظِيمِوَإِنَّفَاتِحَةَالْكِتَابِأَشْرَفُمَافِيكُنُوزِالْعَرْشِ
"Allah-taala "Fatihə" surəsini nazil etməklə mənə böyük minnət qoymuş, onu bütün Qurana bərabər tutmuşdur. "Fatihə" surəsi Allahın ərşindəki xəzinələrin ən dəyərli incisidir".
4\. Fatihə surəsinin oxunulmasına təkid.
Yuxarıda qeyd etdiklərimiz "Fatihə" surəsinin fəzilətlərinin çox cüzi bir hissəsidir. Bunları nəzərə aldıqda istər şiə, istərsə də sünni mənbələrində nəyə görə bu surənin oxunulmasına bu qədər təkid edilməsinin səbəbi məlum olur. Bu surəni oxumaq insana yeni ruh, təzə iman bəxş edir, onu Allaha daha da yaxınlaşdırır, qəlbi cilalayır, iradəsini möhkəmləndirir, Allah yolundakı səylərini daha da artırır, onunla günah arasında böyük maneə yaradır. Bununla əlaqədar olaraq İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə belə deyilir:
# رَنَّإِبْلِيسُأَرْبَعَرَنَاتأَوَّلُهُنَّيَوْمَلُعِنَ،وَحِينَأُهْبِطَإِلَىالْأَرْضِ،وَحِينَبُعِثَمُحَمَّدٌ (صلىاللهعليهوآلهعَلىحِينِفَتْرَةمِنَالرُّسُلِ،وَحِينَأُنْزِلَتْأُمُّالْكِتاب
"İblis dörd dəfə fəryad qoparmışdır: birincisi, Allah dərgahından qovulduqda, ikincisi, Cənnətdən qovulub yerə endikdə, üçüncüsü, uzun müddət peyğəmbərsizlik dövründən sonra Muhəmməd (s) peyğəmbər seçildikdə, dördüncüsü isə "Fatihə” surəsi nazil olduqda"."
Fatihə surəsinin ümumi məzmunu.
Bu surənin ehtiva etdiyi yeddi ayədən hər biri aşağıda qeyd edəcəyimiz olduqca mühüm bir məsələyə toxunur:
1\. “بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ”
(Rəhman və Rəhim Allahın adı ilə!) Bu cümlə hər bir işin başlanğıcına aid olub bizə çatdırır ki, hər bir işin əvvəlində yalnız Allahdan kömək diləmək lazımdır.
2\. “الْحَمْدُ لله رَبِّ الْعَالَمِين”
(Həmd aləmlərin rəbbi Allaha məxsusdur). Bu cümlə bütün nemətlərin Allaha məxsus olduğunu, bütün məxluqatı Onun idarə etdiyini çatdırır.
3\. “الرَّحْمَنِ الرَّحِيمِ”
(Rəhman və Rəhim olana) (ümumi və xüsusi rəhməti) hamını əhatə edən Allaha.)) Bu cümlə onu ifadə edir ki, yaradılışın, yetişdirmənin və hakimiyyətin əsası rəhmət və mərhəmətə əsaslanır. Dünyanın idarə edilməsi mərhəmət prinsipi üzrədir.
4\. “مَالك يَوْمِ الدِّين”
(Haqq-hesab (məhşər gününün sahibinə!)) Bu cümlə mǝad və əməllərin hesablanacağı günə və həmin gündə Allahın hakimlik edəcəyinə toxunur.
5\. “إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ”
((İlahi!) Yalnız Sənə ibadət edirik və yalnız Səndən imdad diləyirik!) Bu cümlə ibadətdə tövhid və insanların yalnız Allahdan mədəd diləməsinə işarə edir.
6\. “اهدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ”
(Bizi düz yola yönəlt!) Bu cümlə insanların zatǝn hidayət istəyində və doğru yola yönəlməyə meyilli olduğunu, eyni zamanda hidayətin də yalnız Allah tərəfindən olduğunu göstərir.
7\. “صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّين”
(Nemət verdiyin kəslərin yoluna, qəzəbinə gəlmişlərin və azmışların (yoluna) yox!) Surənin son ayəsi olan bu cümlə doğru yolun hansı yol olduğunu açıqlayır. Bildirilir ki, doğru yol Allahın nemət bəxş etdiyi şəxslərin yoludur, Allahın qəzəbinə tuş gəlmişlərin yolu deyil.
Digər bir nöqteyi-nəzərdən yanaşdıqda "Fatihə" surəsi iki hissǝyǝ ayrılır:
1\. Allah-taalaya həmd-sənadan bəhs edən hissə
2\. Bəndələrin ehtiyac, istək və diləklərini özündə ehtiva edən hissə "Üyuni-əxbarir-Rza" kitabında Rəsulǝllahdan (s) belə bir hədis nəql edilib: “Allah-taala buyurmuşdur: "Mən "Həmd” surəsini Özümlə bəndəm arasında bölmüşəm. Yarısı Mənə, yarısı isə bəndəmə məxsusdur. Bəndəmin haqqı var ki, istədiyini Məndən diləsin". Bəndə "Bismillahir-Rəhmanir-Rəhim" dedikdə Allah buyurar ki, bəndəm işinə Mənim adımla başladı. Buna görə də işini başa çatdırmaq və istənilən halda onun işinə bərəkət vermək Mənim öhdəmədir”.
Bəndə "Əl-həmdu lillahi Rəbbil-aləmin" dedikdə Allah buyurar ki, bəndəm Mənə həmd-səna deyir, ixtiyarındakı nemətlərin Mənim tərəfimdən olduğunu anlayır. Onu da bilir ki, bəlaları ondan sovuşduran Mənəm. Şahid olun ki, Mən axirət nemətlərini də onun dünya nemətlərinə artırar, dünya bəlalarını ondan sovuşdurduğum kimi, axirət bəlalarını da ondan dəf edərəm.
Bəndə "Ər-Rəhmanir-Rəhim" dedikdə Allah buyurar ki, bəndəm Mənim bağışlayan və mehriban olduğuma şahidlik edir. Elə isə, siz də şahid olun ki, Mən onun rəhmətimdən olan nəsibini bol edər, bəxşişimdən olan nəsibini artıraram.
Bəndə "Maliki yəvmid-din" dedikdə Allah buyurar ki, şahid olun, o, Mənim axirət gününün sahibi olduğumu etiraf etdiyi üçün Mən onun axirətdə sorğu-sualını asanlaşdıracaq, yaxşı əməllərini qəbul edib, pis əməllərinə göz yumacağam.
Bəndə "İyyakə nəbudu" dedikdə Allah buyurar ki, bəndəm doğru deyir, o, yalnız Mənə ibadət edir. Mən də sizi şahid tuturam ki, onun bu səmimi ibadətinin qarşılığı olaraq ona bütün müxaliflərinin qibtə edəcəyi qədər çox savab verəcəyəm.
Bəndə "və iyyakə nəstəin" dedikdə Allah buyurar ki, bəndəm Məndən kömək diləyir, yalnız Mənə üz tutmuşdur. Şahid olun ki, Mən işlərində ona kömək edəcək, çətinliklərdə dadına çatacaq, narahat olduqda əlindən tutacağam.
Bəndə "İhdinəs-siratǝl-mustəqim. Siratəlləzinə ənəmtə ələyhim ğəyril-məğzubi ələyhim vəlǝzzallin" dedikdə Allah buyurar ki, bəndəmin bu istəyi qəbul edilmişdir. O, Məndən nə istəsə, verəcə- yəm. Ümid bəslədiyini ona əta edəcək, qorxduğunu isə ondan dəf edəcəyəm".
Bu surə nə üçün Fatihə adlandırılmışdır?
"Fatihə" sözünün mənası “açan" (kitabı açan, kitabın başlanğıcı) deməkdir. Həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir çox hədislərdən belə məlum olur ki, o Həzrətin (s) dövründə də bu surə elə "Fatihə" adlandırılmışdır. Burada olduqca mühüm bir məsələ önə çıxır. O da budur ki, bir çoxları Quranın Əbubəkrin, yaxud Ömərin və ya Osmanın xəlifəliyi dövründə yığılmasını iddia etsə də, əslində, Quran bugünkü vəziyyətdə məhz Peyğəmbərin (s) öz dövründə yığılmışdır. Əgər belə olmasaydı, onda "Həmd” surəsinin nə "Fatihə" adlandırılmasına, nə də Quranın əvvəlində gəlməsinə heç bir sübut olmazdı. Deməli, elə Peyğəmbərin (s) öz dövründə Quran indiki tərtiblə mövcud olmuş, "Fatihə" surəsi də məhz ilk surə olaraq verilmişdir. Bunu təsdiq edəcək bir çox mötəbər sübutlar var. Əli ibn İbrahimin İmam Sadiqdən (ə) nəql etdiyi bir hədisdə deyilir: "Peyğəmbər (s) İmam Əliyə (ə) buyurdu: "Quran müxtəlif ipək parçalara, kağızlara və bu kimi şeylərə yazılıb. Onu bir yerə toplayın". Əli (ə) həmin məclisdən qalxıb Quranı sarı rəngli bir parçaya bükərək möhür vurdu”.
Digər bir sübut görkəmli sünni alimi Xarəzminin "Əl-Mənaqib" əsərində Əli ibn Riyahdan nəql etdiyi aşağıdakı hədisdir: "Əli ibn Əbu- talib (ə) ilə Əli ibn Kəb Quranı Peyğəmbərin (s) dövründə toplamışlar".
Üçüncü sübut digər görkəmli sünni alimi Hakim Neyşaburinin "Müstədrək" əsərində Zeyd ibn Sabitdən nəql etdiyi aşağıdakı hədisdir: "Biz Peyğəmbərin (s) hüzurunda Quranı yazılmış müxtəlif vasitələrdən toplayıb bir yerə yığır, hər birini onun göstərişi ilə lazımi yerinə qoyurduq. Lakin bununla belə, yenə də bu yazılar fərqli, pərakəndə halda idi. Peyğəmbər (s) Əliyə (ə) göstəriş verdi ki, onu bir yerə toplasın. Bizi isə onu korlamaqdan çəkindirdi".
Görkəmli şiə alimi Seyid Mürtəza deyir: "Quran Peyğəmbərin (s) dövründə elə indi olduğu kimi toplanılmışdır".
Təbǝrani, İbn Əsakir və Şəbi belə nəql etmişlər: "Ənsardan altı nəfər Quranı Peyğəmbərin (s) dövründə toplamışdır".
Qǝtadə belə nəql etmişdir: "Ənəsdən soruşdum ki, Quranı Peyğəmbərin (s) dövründə kim toplayıb? Cavab verdi ki, dörd nəfər, hamısı da ǝnsardan idi: Übeyy ibn Kəb, Moaz, Zeyd ibn Sabit və Əbu Zeyd". Həm şiə, həm də sünni mənbələrində nəql edilmiş bu hədislərdən əlavə, "Həmd" surəsinin "Fatihə" adlandırılması da məsələnin sübutuna dair ən bariz dəlildir.
Burada belə bir sual yaranır ki, əksər mənbələrdə Quranın Həzrət Peyğəmbərin (s) vəfatından sonra (ya Əli (ə), ya da qeyriləri tərəfindən) toplanıb indiki vəziyyətə gətirilməsi fikri əks olunduğu halda, yuxarıda deyilənləri necə qəbul edə bilərik? Buna cavab olaraq qeyd etmək lazımdır ki, İmam Əlinin (ə) topladığı Quran sadəcə Quran olmamışdır. Onda Quranın mətni ilə yanaşı, bu və digər ayənin təfsiri, nazilolma səbəbi və bir sıra digər məsələlər də verilmişdir. Osmanın topladığı Quran isə Quran qiraətlərindəki fərqləri aradan qaldırmaq məqsədilə toplanılmış və ilk dəfə olaraq nöqtələnmişdir. O vaxta qədər isə Quranda nöqtələr olmamışdır. Bəzilərinin Quranın heç bir vəchlə Peyğəmbərin (s) dövründə toplanılmaması və bu iftixarın Osmana, yaxud birinci və ya ikinci xəlifəyə nəsib olması fikrində israrlı mövqeyinə gəldikdə isə, çox güman ki, onlar bu məsələ xəlifələr üçün fəzilət hesab edilsin deyə, öz mövqelərində təkid etmişlər. Buna görə də hər bir dəstə Quranın toplanılmasını ayrı-ayrı şəxslərin adı ilə bağlamış və bu barədə hədislər də nəql etmişdir. Ümumiyyətlə, necə qəbul edə bilərik ki, Allahın Rəsulu (s) ən kiçik məsələləri də həmişə diqqət mərkəzində saxladığı halda, belə mühüm bir işə laqeyd yanaşsın? Xüsusilə də nəzərə alaq ki, Quran İslam dininin əsas qanunlar toplusu, ən mühüm təlim-tərbiyə kodeksi, bütün islami etiqadların təməlidir. Onun Peyğəmbərin (s) sağlığında bir yerə toplanılmaması Quranın bəzi hissələrini itib-batmaq təhlükəsi ilə üz-üzə qoymazdımı? Və yaxud bu işin görülməməsi müsəlmanlar arasında ixtilaf yaranması ehtimalını ortaya çıxarmazdımı? Digər tərəfdən bütün şiə və sünni mənbələrində nəql edilmiş "Səqǝleyn" hədisində Peyğəmbərin (s) "Mən sizin aranızda iki dəyərli əmanət qoyub gedirəm: biri Allahın kitabı, digəri isə əhli- beytimdir" - deyə buyurması da onu göstərir ki, Quran o Həzrətin (s) sağlığında kitab halında toplanılmışdır. Quranın ayrı-ayrı səhabələr tərəfindən toplanılmasını göstərən müxtəlif hədislər isə sadəcə olaraq Quranın toplanılmasında iştirak etmiş səhabələrin kimliyini açıqlayır. Ola bilər ki, bir hədisdə bir neçə səhabənin, başqa hədisdə isə digər səhabələrin adı çəkilsin.
Fatihəsurəsi, 1-7 ayələr
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ .١
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ .٢
الرَّحْمَنِ الرَّحِيمِ .٣
مَالِكِ يَوْمِ الدِّينِ .٤
إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ .٥
اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ .٦
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ .٧
Ayələrin tərcüməsi
1\. Rəhman və Rəhim Allahın adı ilə!
2\. Həmd aləmlərin rəbbi Allaha məxsusdur.
3\. Rəhman və Rəhim olana (ümumi və xüsusi rəhməti hamını əhatə edən Allaha),
4\. Haqq-hesab (məhşər) gününün sahibinə!
5\. (İlahi!) Yalnız Sənə ibadət edir və yalnız Səndən imdad diləyirik!
6\. Bizi düz yola yönəlt!
7\. Nemət verdiyin kəslərin yoluna, qəzəbinə gəlmişlərin və azmışların (yoluna) yox!
Fatihə surəsi, 1-ci ayə
بسْمِاللهِالرَّحْمَنِالرَّحِيمِ
Ayənin tərcüməsi
Rəhman və Rəhim Allahın adı ilə!
Ayənin təfsiri.
Ən gözəl başlanğıc.
Bütün insanlar arasında belə bir adət var ki, önəmli bir işə başlayarkən onu ən çox sevdikləri şəxsin adı ilə əlaqələndirirlər. Yaxşı olmazmı ki, həmin işin daha qalıcı və əbədi olması üçün onu əbədi bir varlığın adı ilə əlaqələndirək? Bütün məxluqların axırı fənaya doğru gedir, yalnız əbədi olan və fənaya uğramayan varlıqla bağlılığı olan məxluqun adı həmişə yaşayır. Peyğəmbərlərin adının bu günümüzə qədər yaşamasını görürüksə, bu, onların Allah-taala ilə bağlılığından irəli gəlir və yaxud məsələn, Hatəmi-Tai adı bu gün də dillərdə dolaşırsa, bu, onun heç vaxt unudulmayan səxavəti ilə bağlıdır.
Varlıqlar arasında fənaya uğramayan yeganə varlıq yalnız Allah- taalanın zatıdır. Buna görə də hər bir işi məhz Onun adı ilə başlamaq, hər bir işdə yalnız Ondan yardım diləmək lazımdır. Bu baxımdan Quranın ilk ayəsi də Allahın adı ilə başlamışdır: "Bismillahir-Rəhmanir-Rəhim" (Rəhman və Rəhim Allahın adı ilə!) Onu da nəzərə almaq lazımdır ki, hər hansı bir işi Allahın adı ilə başlamaq sadəcə dildə Onun adını çəkməklə deyil, qəlbən Allaha bağlı olmaqla birbaşa əlaqəlidir. Əgər belə olarsa, onda həmin iş həmişə öz doğru yolunda gedər, sapıntıya məruz qalmaz, istənilən nəticəyə çatar. Həzrət Muhəmməddən (s) nəql edilmiş məşhur bir hədisdə belə deyilir:
كُلُّأَمْرذىباللَمْيُذْكَرْفِيهِاسْمُاللَّهِفَهُوَأَبْتَر
"Allahın adı ilə başlamayan heç bir iş sona çatmaz".!
Əmirəlmöminin Əli (ə) bu hədisi nəql etdikdən sonra belə buyurmuşdur: “İnsan görmək istədiyi hər bir işi "bismillah" ilə başlamalıdır, yəni işə Allahın adını çəkməklə girişməlidir. Allahın adı ilə başlayan hər bir işdə xeyir-bərəkət olar". Başqa bir hədisdə İmam Baqir (ə) belə buyurmuşdur: “Böyük və ya kiçikliyindən asılı olmayaraq başlamaq istədiyimiz hər bir işi "bismillah" ilə başlamalıyıq ki, xeyir-bərəkətli olsun". Bir sözlə, işin davamlı və qalıcı olması məhz onun Allaha bağlı olub-olmamasından asılıdır. Buna görə də Allah-taala Həzrət Peyğəmbǝrǝ (s) vǝhy etdiyi ilk ayələrdə göstəriş verir ki, İslam dininin təbliğinə başlayarkən bu işi Allahın adı ilə başlasın:
اقْرَأْبِاسْمِرَبِّكَالَّذِيخَلَقَ
"Yaradan Rəbbinin adı ilə oxu!"
Həzrət Nuh (ə) o böyük tufanda mənzilbaşına salamat çatmaları üçün səhabələrinə göstəriş verir ki, gəmiyə minərkən, gəmi hərəkətə gəldikdə və dayandıqda "bismillah" desinlər.
وَقَالَارْكَبُواْفِيهَابِسْمِاللهِمَجْرَاهَاوَمُرْسَاهَاإِنَّرَبِّيلَغَفُورٌرَّحِيمٌ
O dedi: "Onun (Allahın) adı ilə gəmiyə minin! Gəmi hərəkət edəndə də, dayananda da Onu xatırlayın ki, Rəbbim bağışlayandır, rəhm edəndir!"
Qurani-Kərimdə bildirilir ki, onlar bu təhlükəli səfəri başa çatdırdıqda gəmidən sağ-salamat enirlər:
قِيلَيَانُوحُاهْبِطُبِسَلَامٍمِّنَّاوَبَرَكَاتِعَلَيْكَوَعَلَىأُمَمٍمِّمَّن
معك
(Nuha belə deyildi: "Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim tərəfimizdən (bəxş edilmiş) əmin-amanlıq və bərəkətlərlə (gəmidən) en".
Süleyman (ə) peyğəmbər də Səba hökmdarına yazdığı məktubu "bismillah" (Allahın adı) ilə başlamışdır:
واإِنَّهُمِنسُلَيْمَانَوَإِنَّهُبِسْمِاللهِالرَّحْمَنِالرَّحِيم
"Bu məktub Süleymandandır və onda deyilir: "Rəhman və Rəhim Allahın adı ilə!"
Quranın bütün surələrinin "bismillah" (Allahın adı) ilə başlaması da məhz ona görədir ki, əsas məqsəd olan insanların hidayəti əldə olunsun. Yalnız "Tövbə" surəsi "bismillah" ilə başlamamışdır. Bu da onunla əlaqədardır ki, bu surə Məkkə müşriklərinə qarşı döyüş xəbərdarlığı ilə başlayır. Döyüşmək isə Allah-taalanın "Rəhman" və "Rəhim" sifətləri ilə uyğun gəlmir.
Diqqət yetiriləsi məqamlardan biri də ondan ibarətdir ki, biz nə üçün hər bir işdə, məsələn, "bismil-xaliq" və ya "bismir-rǝzzaq" yox, məhz “bismillah" deyirik? Bunun səbəbi odur ki, bir qədər sonra qeyd edəcəyimiz kimi, "Allah" kəlməsi Allah-taalanın ən dolğun adı olub, Onun bütün sifətlərini özündə ehtiva edir. Digər ad və sifətləri isə yalnız müəyyən bir sifətinə, məsələn, ruzi verən, yaxud yaradan və s. sifətlərinə işarə edir.
Yuxarıda deyilənlərdən bu da məlum olur ki, hər bir işin əvvəlində Allahın adını çəkmək həm Ondan yardım diləmək, həm də Onun adı ilə başlamaq mənasını verir. Bəzi təfsirçilər bu iki şeyi bir-birindən ayırsalar da, əslində, onların hər ikisi eyni mənaya qayıdır. Çünki bu iki şeyi bir-birindən ayırmaq olmaz, yəni hər hansı bir işi başlayarkən Allahın adını çəkən şəxs həm işə Onun adı ilə başlayır, eyni zamanda başladığı işdə ondan yardım diləyir.
İşə Allahın adı ilə başlamaq insana psixoloji cəhətdən müsbət təsir göstərir. Belə ki insan özündə daha çox güc-qüvvə tapır, cidd- cəhdlə çalışır, qarşıya çıxan problemlərdən usanıb ruhdan düşmür. Allahın adı ilə başlayan işlərin müvəffəqiyyət səbəblərindən biri də məhz budur.
Bu ayə haqqında nə qədər danışsaq, yenə də söz qurtarmaz. Necǝ ki İmam Əli (ə) gecədən səhərə qədər İbn Abbas üçün bu ayəni təfsir etsə də, səhər açıldıqda "bismillah" ifadəsinin yalnız "b" hərfinin təfsiri başa çatmışdı. Biz də bu ayənin təfsirini o Həzrətdən (ə) nəql edilmiş bir hədislə başa çatdırırıq. Hədisdə deyilir: "İmam Əlinin (ə) səhabələrindən olan Abdullah ibn Yəhya o Həzrətin (ə) yanına gəlir. Orada olan taxtda əyləşərkən "bismillah" demir. Elə bu vaxt müvazinətini itirib yıxılaraq başı əzilir. Əli (ə) mübarək əlini onun başına sürtərək buyurur: "Sən Peyğəmbərin (s) mənə: "Allahın adı ilə başlamayan heç bir iş sona çatmaz" - deyə buyurduğunu eşitməmisən?" Abdullah deyir ki, eşitmişəm, atam-anam sənə qurban, daha bundan sonra heç vaxt "bismillah” deməyi unutmaram. İmam Əli (ə) buyurur ki, elə isə, həmişəlik səadətə çatarsan". nur
İmam Sadiq (ə) bu hədisi nəql etdikdən sonra buyurmuşdur: "Ardıcıllarımızdan bəziləri arada işlərin başlanğıcında "bismillah" deməyi unutduqlarına görə Allah-taala onları çətinliklərlə qarşılaşdırır ki, oyansınlar, həm də bu yanlışlıq onların əməl dəftərindən silinsin".
İncəliklər:
1\. "Bismillahir-Rəhmanir-Rəhim" cümləsi surənin tərkib hissəsidir, ya yox?
"Bismillahir-Rəhmanir-Rəhim" cümləsinin "Həmd", eləcə də digər surələrin tərkib hissəsi olmasında şiə alimləri arasında qətiyyən fikir- ayrılığı yoxdur. Quran nüsxələrində surələrin başlanğıcında "Bismillahir- Rəhmanir-Rəhim" cümləsinin yazılması da bunu təsdiqləyir. Çünki bildiyimiz kimi, Quranın mətninə heç nə əlavə edilməyib və "Bismillahir- Rəhmanir-Rəhim" cümləsi elə Peyğəmbər (s) dövründə də surələrin başlanğıcında yazılmışdır. Sünni alimləri isə bu məsələdə müxtəlif mülahizələr irəli sürmüşlər. "Ol-Mənar" təfsirinin müəllifi həmin mülahizələri aşağıdakı kimi qruplaşdırmışdır:
Keçmiş Məkkə alimləri, istər fəqihlər, istərsə də qarelǝr, o cümlədən İbn Kəsir, eləcə də Kufə alimləri, o cümlədən qarelərdən Asim və Kəsai (Kisai), həmçinin Mədinədən olan bəzi səhabə və tabeinlər, habelə Şafei öz təzə kitabında, eləcə də onun ardıcılları və Səvri ilə Əhməd "Bismillahir-Rəhmanir-Rəhim" cümləsinin surənin tərkib hissəsi olması qənaətinə gəlmişlər. Şiə alimləri və səhabələrdən Əli (ə), İbn Abbas, Abdullah ibn Ömər və Əbu Hüreyrə, tabeinlərdən olan alimlərdən isə Səid ibn Cübeyr, Ota, Zühəri və İbn Mübarək də bu fikirdə olmuşlar.
"Əl-Mənar" təfsirinin müəllifi daha sonra əlavə edərək deyir ki, bu fikirdə olanların ən əsas sübutu bütün səhabələrin və onlardan sonra səlahiyyət sahibi olmuş şəxslərin "Bismillahir-Rəhmanir-Rəhim" cümləsini "Bəraət" ("Tövbə") surəsi istisna olmaqla bütün surələrin əvvəlində qeyd etmələri olmuşdur. Halbuki onların hamısı Qurandan olmayan şeyin Qurana əlavə edilməsinə qarşı çıxmışlar. Buna görə də "Fatihə" surəsinin sonunda "Amin!" deməmişlər.
Daha sonra o, Malikdən və Əbu Hənifənin ardıcıllarından belə nəql edir ki, onlar "Bismillahir-Rəhmanir-Rəhim" cümləsinin surələrin başlanğıcını bildirən və iki surəni bir-birindən ayıran müstəqil bir ayə olduğu qənaətinə gəlmişlər. Müəllif Əhməddən və bir sıra Kufə qarelərindən isə belə nəql edir ki, onlar "Bismillahir-Rəhmanir-Rəhim" cümləsini "Fatihə" surəsinin tərkib hissəsi hesab etsələr də, digər surələrin tərkib hissəsi hesab etməmişlər.
Aşağıda şiə və sünni mənbələrində nəql edilmiş bəzi hədisləri diqqətinizə çatdırırıq:
1) İmam Sadiqin (ə) səhabələrindən olmuş Müaviyə ibn Əmmar deyir: "İmamdan (ə) soruşdum: "Namaza başladıqda "Fatihə" surəsinin əvvəlində "Bismillahir-Rəhmanir-Rəhim" cümləsini deyək?" O, cavab verdi: "Bəli, deyin". Yenidən soruşdum: "Fatihə" surəsini bitirib növbəti surəni oxumağa başlayanda da "Bismillahir-Rəhmanir-Rəhim" cümləsini deyək?" İmam (ə) cavab verdi: "Bəli, deyin"."
2) Görkəmli sünni alimlərindən Darqutni səhih sənədə əsaslanaraq belə bir hədis nəql etmişdir: "Bir nəfər İmam Əlidən (ə) "təkrarlanan yeddi"nin nə olduğunu soruşur? İmam cavab verir ki, o, "Fatihə" surəsidir. Həmin şəxs deyir: "Axı "Fatihə" surəsi altı ayədir". Əli (ə) cavab verir: "Bismillahir-Rəhmanir-Rəhim” cümləsi də "Fatihə" surǝsinin bir ayəsidir".!
3) Tanınmış sünni hədis alimi Beyhǝqi səhih sənədə istinad edərək İbn Cəririn vasitəsilə İbn Abbasdan belə nəql etmişdir: "Şeytansifət insanlar Quranın ən əzəmətli ayəsini "Bismillahir- Rəhmanir-Rəhim" cümləsini Qurandan oğurlamışlar". (Bununla da o, surələrin əvvəlində "Bismillahir-Rəhmanir-Rəhim" cümləsinin deyilməməsinə işarə etmişdir.)
Müsəlmanların da adət-ənənəsi belə olmuşdur ki, Quranın hər bir surəsinin başlanğıcında "Bismillahir-Rəhmanir-Rəhim" cümləsini demişlər. Hətta Həzrət Peyğəmbər (s) özü də belə etmişdir. Necə ola bilər ki, "Bismillahir-Rəhmanir-Rəhim" cümləsi surələrin tərkib hissəsi olmadığı halda, Peyğəmbər (s) və səhabələr onu oxusunlar?
"Bismillahir-Rəhmanir-Rəhim" cümləsinin Quranın müstəqil bir ayəsi olub surələrin tərkib hissəsi olmaması fikrinə gəlincə, bu, çox zəif və əsassız iddiadır. Çünki "Bismillahir-Rəhmanir-Rəhim" cümləsinin mənasından da göründüyü kimi, o, hər hansı bir şeyin başlanğıcı üçün işlədilir, nəinki öz-özlüyündə ayrıca və müstəqil məna kəsb edir. Bu cümləni ardınca başlayan surənin tərkib hissəsi kimi qəbul etməmək sadəcə olaraq inadkarlıqdan başqa bir şey deyil. Onu surələrin tərkib hissəsi hesab etməyənlərin əsas sübutu budur ki, "Fatihə" surəsi istisna olmaqla digər surələrin heç birində "Bismillahir-Rəhmanir- Rəhim" cümləsi müstəqil ayə olaraq verilməmiş, ondan sonrakı ayə həmin surənin ilk ayəsi kimi verilmişdir. Fəxr Razi "Təfsiri-kəbir" əsərində buna aydınlıq gətirərək demişdir ki, "Bismillahir-Rəhmanir- Rəhim" cümləsinin "Fatihə" surəsində müstəqil bir ayə, digər surələrdə isə ilk ayənin tərkib hissəsi olmasında heç bir maneə yoxdur. (Bu baxımdan, məsələn, "Kovsər" surəsində "Bismillahir-Rəhmanir-Rəhim. İnna ǝtǝynakǝl-kovsǝr" ayəsi ümumilikdə bir ayə hesab edilir.) Hər halda bu məsələ o qədər aydındır ki, bu barədə mübahisə etməyə dəyməz. Müaviyə xəlifə olduğu vaxt günlərin birində camaat namazında
"Bismillahir-Rəhmanir-Rəhim" cümləsini demir. Namaz bitdikdən sonra mühacir və ənsardan bir dəstəsi onun üstünə şığıyaraq deyirlər: "Bismillahir-Rəhmanir-Rəhim" cümləsini oğurladın, yoxsa unutdun?"
2\. "Allah" sözü Allah-taalanın ən geniş və dolğun adıdır.
“بسم الله الرحمن الرخيم” cümləsində ilk olaraq "اسم" (ism) sözü ilə qarşılaşırıq. Ərəb dilçilərinin dediyinə görə, bu sözün kökü “yüksəklik, ucalıq" mənasını bildirən (sumuvv) kəlməsidir. Hər bir şəxsə və ya əşyaya "اسم" deyilməsi də onunla əlaqədardır ki, ad qoyulduqdan sonra həmin şəxs və ya əşya məchulluqdan məlumluğa yüksəlir, yaxud da bu, onunla bağlıdır ki, adqoymadan sonra söz mənasızlıqdan çıxaraq məna kəsb edir.
"بسم الله الرحمن الرخيم" cümləsində "اسم" (ism) sözündən sonra Allah- taalanın ən geniş və dolğun adı olan "الله" (Allah) sözü gəlir. Allah-taalanın Quranda və yaxud digər mənbələrdə işlədilmiş adlarını araşdırdıqda məlum olur ki, hər bir ad Onun müəyyən bir cəhətinə, konkret bir sifətinə işarə edir. Bütün ad və sifətlərini özündə tam əks etdirən söz yalnız "Allah" kəlməsidir. Buna görə də Onun digər sifətləri adətən "Allah" sözü üçün təyin kimi verilir. Məsələn, Allahın adlarından sayılan (Ğǝfur) və (Rəhim) Onun bağışlayan və mərhəmətli olmasına “فَإِنَّ اللهَ غَفُورٌ رَّحِيمٌ” (Allah bağışlayan və mehribandır), (Sǝmi) adı Onun hər şeyi eşitməsinə (Allah eşidən və biləndir), (Əlim) adı hər şeyi bilməsinə (Allah nə etdiklərinizi görür), (Rəzzaq) adı ruzi verən, (Zul- qüvvə) adı qüdrət sahibi, (Mətin) adı iş və tədbirlərinin möhkəm olmasına, “إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِين” (Allah ruzi verəndir, qüdrət və qüvvat sahibidir), (Xaliq) və (Bari) adları yaradan olmasına,“ (Musǝvvir) adı isə yaratdığı hər şeyə özünəməxsus surət verdiyinə işarə edir. “هُوَ اللهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ لَهُ الْأَسْمَاءِ الْحُسْنَى” (Xaliq, yoxdan yaradan, surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur). Deməli, Allah-taalanın adlarının arasında yalnız "Allah" kəlməsi Onun bütün ad və sifətlərini özündə tam mənası ilə əks etdirir. Buna görə də ayələrdən birində bir neçə sifətin "Allah" sözü üçün təyin gətirildiyini görürük:
"O, Özündən başqa heç bir məbud olmayan, hökmran, həqiqi malik, hər bir eyib və nöqsandan uzaq, pak, heç kəsə zülm etməyən, əmin- amanlıq bəxş edən, hər şeyi nəzarətdə saxlayan, Öz iradəsi ilə hər bir işi islah edən, məğlubedilməz, qüdrət və əzəmət sahibi olan Allahdır."
"Allah" kəlməsinin Allah-taalanın bütün ad və sifətlərini özündə cəmləşdirdiyinin ən bariz nümunəsi odur ki, insan iman gətirdiyini təsdiqləyən kəlmeyi-şəhadətdə yalnız "La ilahə illəllah" deyə bilər. Məsələn, "La ilahə illǝl-xaliq" və ya "La ilahə illər-raziq" deyə bilməz. Digər dinlərdə də müsəlmanların tanrısını nəzərdə tutarkən "Allah" deyirlər.
3\. Allah-taalanın ümumi və xüsusi rəhməti.
Təfsirçilər arasında ən geniş yayılmış fikrə əsasən, Allah-taalanın (Rəhman) sifəti Onun ümumi rəhmətinə işarə edir. Dost, yaxud düşmən, mömin, yaxud kafir, yaxşı, yaxud pis insan olmasından asılı olmayaraq hamı Allahın bu rəhmət süfrəsindən faydalanır. (Rəhim) sifəti isə Allah-taalanın xüsusi rəhmətinə işarə edir. Bundan yalnız Onun əməlisaleh bəndələri faydalanırlar. Çünki onlar iman və yaxşı əməl nəticəsində pis insanların faydalana bilmədiyi xüsusi rəhmətdən bəhrələnmək hüququ qazanıblar. Bunu yalnız onunla əsaslandıra bilərik ki, Quranda da gördüyümüz kimi, (Rəhman) sifəti Quranın hansı ayəsində işlənibsə, orada mütləq şəkildə verilmişdir. Bu da onun "ümumi rəhmət” anlamını verdiyini nəzərə çatdırır. Lakin (Rəhim) sifəti bəzi hallarda mütləq verilsə də, bəzi hallarda müəyyən qeydlərlə verilmişdir. Bu isə onun “xüsusi rəhmət” mənasını verdiyini göstərir. Ümumi mənada işlədilməsinə "Fatihə" surəsini, xüsusi mənada işlədilməsinə isə (0, möminlərə qarşı hər zaman mehriban olmuşdur) ayəsini misal göstərmək olar. İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir:
اليالعيد
وَاللَّهُإِلَهُكُلِّشَيْء،الرَّحْمَنُبِجَمِيعِخَلْقِهِ،وَالرَّحِيمُبِالْمُؤْمِنِينَحَاصَّةً
"Allah hər şeyin tanrısıdır. Bütün məxluqatına qarşı rəhmandır, lakin yalnız möminlərə qarşı rəhimdir".
Məsələyə dilçilik baxımından yanaşdıqda da görürük ki, (Rəhman) sözü mübaliğə formasında olan sifətdir. Bu da onun ümumi məna daşıdığına dəlalət edir. (Rəhim) sözü isə sifəti-müşəbbəhə olub, sifətin davamlılığına dəlalət edir ki, bu da yalnız möminlərə şamil olur.
Başqa bir sübut da ondan ibarətdir ki, (Rəhman) sözü Allah- taalaya xas sifətlərdən olub, Ondan başqası haqqında işlədilməz. (Rəhim) sözü isə həm Allah, həm də Ondan başqası haqqında işlədilə bilər. Necə ki Quranda Həzrət Peyğəmbərin (s) barəsində belə deyilir:
لَقَدْجَاءَكُمْرَسُولٌمِّنْأَنفُسِكُمْعَزِيزٌعَلَيْهِمَاعَنِتُمْحَرِيصٌعَلَيْكُمبِالْمُؤْمِنِينَرَؤُوفٌرَّحِيمٌ
"Şübhəsiz ki, sizə özünüzdən bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, sizin haqq yola yönəlmənizdə israrlıdır, möminlərə qarşı şəfqətli, mərhəmətlidir!"
İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir:
الرَّحْمَانُإِسْمُخاص،بصفةعامة،وَالرَّحِيمُإِسْمُعامبصفةخاصة
"Rəhman" xüsusi isim olsa da, ümumi sifətdir. "Rəhim" isə ümumi isim olsa da, xüsusi sifətdir". Bununla belə, bəzi hallarda (Rəhim) sözünün də ümumi sifət kimi işlədilməsinin də şahidi oluruq. Məsələn, İmam Hüseyn (ə) çox dəyərli "Ərəfə” duasında Allah- taalaya belə xitab edir:
يارَحْمَانَالدُّنْياوَالآخِرَةِوَرَحِيمَهُما
"Ey dünya və axirətin Rəhmanı və hər ikisinin Rəhimi!"
Bu mövzu ilə bağlı söhbətimizi Rəsuləllahdan (s) nəql edilmiş gözəl bir hədislə başa çatdırırıq:
إِنّللهِعَزَّوَجَلَّمِأَةَرَحْمَة،وَإِنَّهُأَنْزَلَمِنْهاواحِدَةًإِلَىالْأَرْضِفَقَسَمَهَابَيْنَخَلْقِهِبِهَا
يَتَعاطَفُونَوَيَتَراحَمُونَ،وَأَخَرُتِسْعَوَتِسْعِيْنَلِنَفْسِهِيَرْحَمُبِهَاعِبَادَهُكَوْمَالْقِيَامَةِ
"Allah-taalanın rəhmətinin yüz dərəcəsi vardır. Onlardan birini bu dünyaya nazil edərək məxluqatın arasında bölüşdürmüşdür. Məxluqatın arasında olan mərhəmət hissi ona əsaslanır. Digər doxsan doqquz dərəcəni isə Qiyamət gününə saxlamışdır ki, bəndələrinə rəhm etsin".
4\. “بسم الله الرَّحْمَنِ الرَّحِيمِ” cümləsində nə üçün Allah-taalanın digar sifətləri işlədilməmişdir?
Diqqət yetiriləsi məqamlardan biri də budur ki, "Bəraət” (“Tövbə”) surəsi istisna olmaqla Quranın bütün surələri "bismillah" ilə başlayır və bu cümlədə Allahın adından dərhal sonra Onun "Rəhman" və "Rəhim" sifətləri qeyd edilir. Sual yaranır ki, nə üçün burada Allahın digər sifətləri verilmir? Buna cavab olaraq qeyd etməliyik ki, hər bir işin başlanğıcında elə bir sifətdən yardım diləmək lazımdır ki, təsiri bütün dünyanı əhatə etsin, hamıya şamil olsun. Necə ki Allah-taala Özü buyurmuşdur:
"Rəhmətim hər şeyi əhatə edib”.
وَرَحْمَتِيوَسِعَتْكُلِّشَيْءٍ
رَبَّنَاوَسِعْتَكُلَّشَيْءٍرَحْمَةٌ
Başqa bir ayədə Ərşin daşıyıcılarının dilindən belə deyilmişdir:
"Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə edib!" Peyğəmbərlər (ə) çətin məqamlarda, təhlükəli düşmənlərin cəngindən qurtarmaq istədikdə Allahın rəhmətinə sığınırdılar. Musanın (ə) qövmü Firon və tərəfdarlarının zülmündən xilas olmaq üçün belə demişdi:
وَنَجِّنَابِرَحْمَتِكَمِنَالْقَوْمِالْكَافِرِينَ
"Və bizi Öz mərhəmətinlə kafirlərin əlindən qurtar!"
Hud (ə) peyğəmbər və tərəfdarları haqqında belə deyilir:
فَأَنجَيْنَاهُوَالَّذِينَمَعَهُبِرَحْمَةٍمِّنَّا
"Nəhayət, onu (Hudu) və onunla birlikdə olanları Öz mərhəmə timizlə xilas etdik".
Ümumiyyətlə, Allah-taaladan hər hansı bir dilək istədikdə Onun həmin diləyə uyğun sifətini qeyd etmək daha məqsədəuyğun olar. Məsələn, Həzrət İsa (ə) Allahdan süfrə endirməsini istədikdə Onu ruzi verən sifəti ilə çağırır:
اللهُمَّرَبَّنَاأُنزِلْعَلَيْنَامَآئِدَةًمِّنَالسَّمَاءِتَكُونُلَنَاعِيداًلِّأَوَّلِنَاوَآخِرِنَاوَآيَةًمِّنكَ
وَارْزُقْنَاوَأَنتَخَيْرُالرَّازِقِينَ
"Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir alamat olsun. Biza ruzi ver ki, San ruzi veranlarin an yaxşisisan!"
Həzrət Nuh (ə) gəmidən enmək istədikdə Allahı bu istəyinə uyğun vəsf edir:
وَقُلرَّبِّأَنزَلْنيمُرلًامُبَارَكًاوَأَنتَخَيْرُالْمُولِينَ
"Ey Rəbbim! Bizi bərəkətli bir məkanda yerə endir. Sən yerə endirənlərin ən yaxşısısan!"
Həzrət Zəkəriyya (ə) Allah-taaladan ona varisi olacaq bir övlad bəxş etməsini istədikdə Allahı "varislərin ən yaxşısı" sifəti ilə vəsf edir:
رَبِّلَاتَذَرْنِيفَرْدًاوَأَنتَخَيْرُالْوَارِثِينَ
"Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!"
Bütün bunları nəzərə aldıqda işlərin başlanğıcında Allahın adını çəkmək istəyiriksə, deməli, Onun həm ümumi, həm də xüsusi rəhmət və mərhəmət sifətlərini qeyd etməliyik. İşlərdə müvəffəqiyyət qazanmaq üçün bundan gözəl vasitə ola bilərmi? Cazibə qüvvəsi kimi ümumi xarakter daşıyıb, bütün məxluqatı bir-birinə bağlayan rəhmət sifəti eyni zamanda Allah-taala ilə bəndə arasında da bir bağlılıq yaradır. Həqiqi möminlər bu və ya digər işin başlanğıcında "Bismillahir- Rəhmanir-Rəhim" cümləsini deməklə Allahdan başqa bütün vasitələrə göz yumub yalnız Ona arxalanır, yalnız Ondan imdad diləyirlər.
"Bismillahir-Rəhmanir-Rəhim" cümləsi bizə o həqiqəti də çatdırır ki, Allah-taalanın bütün işləri mərhəmətə əsaslanır. Cəzalandırmaq arxa plandadır. Nə qədər ki cəzalandırmaq üçün qəti sübutlar ortaya çıxmayıb, Allah heç kimi cəzalandırmaz. Necə ki "Cövşən-kəbir" duasında belə deyilir: "Ey rəhməti qəzəbini üstələyən Allah!" İnsanlar da öz həyatlarında bu cür davranmalıdırlar. İşlərin təməli mərhəmət hissinə əsaslanmalıdır. Yalnız məcburiyyət qarşısında kobudluq və sərtliyə yol verilməlidir. Quranın yüz on dörd surəsindən yüz on üçü Allahın "Rəhman" və "Rəhim" sifətləri ilə başlayır ki, onların da hər ikisi Onun mərhəmətindən xəbər verir. Yalnız "Bəraət" ("Tövbə") surəsi "bismillah”sız başlayır ki, bu da müşriklərə qarşı döyüş əmrinin verilməsi ilə əlaqədardır.
Fatihə surəsi, 2-ci ayə
الْحَمْدُللهِرَبِّالْعَالَمِينَ
Ayənin tərcüməsi
Həmd aləmlərin rəbbi Allaha məxsusdur.
Ayənin təfsiri.
Dünya Allahın rəhmətinə qərq olub.
Surənin başlanğıcı sayılan "bismillah"dan sonra bəndələrin ilk işi odur ki, dünyanı yaradan varlığı və Onun tükənməz nemətlərini xatırlasınlar. Bu nemətlər insanın öz varlığını bürümüş və insana Allahı tanımaq, eləcə də Ona bəndəlik yolunda bələdçilik edir. Ümumiyyətlə, insan hər hansı bir nemət əldə etdikdə həmin nemətin kim tərəfdən ona çatdığını bilmək, fitrətin tələbinə uyğun olaraq ona öz minnətdarlığını bildirmək istəyir. Buna görə də müsəlman sxolastikləri sxolastika elmində allahıtanımanın səbəbləri mövzusundan danışarkən bildirirlər ki, həm fitrət, həm də ağlın tələbinə görə bu səbəblərdən biri nemət verənə təşəkkür etməyin vacibliyidir. Nemətlərin allahıtanıma yolunda insana bələdçilik etməsinə gəldikdə isə, bu, onunla əlaqədardır ki, dünyanı yaradan varlığı tanımağın ən gözəl və ən dolğun yolu yaradılışın sirləri, xüsusilə də insanın öz həyatındakı əsrarəngiz nemətlər haqqında düşünməkdir. Bu iki səbəbə görə "Fatihə" surəsində "Bismillahir- Rəhmanir-Rəhim" cümləsindən dərhal sonra "Həmd aləmlərin rəbbi Allaha məxsusdur" cümləsi gəlir. Bu cümlənin əsl mahiyyətini anlamaq üçün "həmd", "tərif" və "şükür" məfhumları arasındakı fərqi və onların nəticələrini başa düşmək lazımdır:
1\. "Həmd” ərəb dilində ixtiyari bir iş və ya sifətin müqabilində baş tutur, yəni kimsə şüurlu şəkildə yaxşı bir iş gördükdə və ya yaxşı işlərə səbəb olacaq bəyənilən bir sifətə yiyələndikdə bu işinə görə ona həmd edirik. "Tərif" (və ya mədh) istənilən həmdə deyilir, yəni istər ixtiyari bir işə görə olsun, istərsə də qeyri-ixtiyari. Məsələn, çox qiymətli bir incini vəsf etdikdə o tərif olunur. Başqa sözlə desək, tərifin məfhumu ümumi, həmdin məfhumu isə xüsusidir. "Şükür” sözünün məfhumu isə bunların hər ikisindən də məhduddur. Yalnız o nemətlərə görə şükür edilər ki, başqası onu öz istək və iradəsi ilə bizə versin. Ayənin orijinalında (həmd) sözünün ümumilik mənasını bildirən müəyyənlik artikli ilə verilməsindən belə nəticəyə gəlirik ki, bütün həmd-səna yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur. Hətta yaxşı işlərə səbəb olan bir insana, insanlara hidayət yolunu göstərən hər hansı peyğəmbər və ilahi rəhbərə, elm öyrədən müəllimə, comərdlik edən səxavətli şəxsə, ölümcül yaraya məlhəm qoyan həkimə və başqalarına edilən təşəkkür də dolayısilə Allaha gedib çatır. Çünki bu nemətlərin hamısı Onunkudur. Başqa sözlə desək, əgər günəş işıq saçırsa, buludlar yağış yağdırırsa, yer öz bərəkətini üzə çıxarırsa, bütün bunlar da Allahın tərəfindən verilən nemətlərdir. Buna görə də hər bir işin həmd-sənası yalnız Allaha məxsusdur. Aydın olur ki, "Həmd aləmlərin rəbbi Allaha məxsusdur" cümləsi həm Allahın zatındakı, həm sifətlərindəki, həm də işlərindəki tövhidə işarə edir. (Diqqət edin!)
2\. Bu ayədə "aləmlərin rəbbi" ifadəsinin Allah-taala üçün təyin kimi verilməsi bir növ iddiadan sonra dəlilin gətirilməsi xarakterini daşıyır. Sanki kimsə soruşur ki, nə üçün həmd-səna yalnız Allaha məxsusdur? Bu ifadə ona cavab verərək bildirir ki, çünki Allah aləmlərin rǝbbidir. Quranda deyilir:
الَّذِيأَحْسَنَكُلِّشَيْءٍخَلَقَهُ
"O, həmin varlıqdır ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmışdır"." Başqa bir ayəyə diqqət edək:
وَمَامِندَابَّةٍفِيالْأَرْضِإِلاعَلَىاللهِرِزْقُهَا
"Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin".
3\. "Həmd" sözündən o da məlum olur ki, Allah-taala bu nemətlərin hamısını Öz iradə və istəyi ilə yaratmışdır. Bəziləri isə yanlış olaraq belə hesab edirlər ki, günəş işıq saçmaq məcburiyyətində qaldığı kimi, Allah-taala da nemət və ruzi vermək məcburiyyətindədir.
4\. Maraqlısı budur ki, həmd təkcə işlərin əvvəlində deyil, sonunda da olur, yəni hər bir iş Allaha həmd-səna ilə başladığı kimi, Ona həmd etməklə də başa çatmalıdır. Quranda Cənnət əhli barədə belə deyilir:
دَعْوَاهُمْفِيهَاسُبْحَانَكَاللهُمَّوَتَحِيَّتُهُمْفِيهَاسَلَامٌوَآخِرُدَعْوَاهُمْأَنِالْحَمْدُلِلَّهِ
رَبِّالْعَالَمِينَ
"Onların Cənnətdəki danışıqları (və duaları): "Allahım! Sǝn pak və müqəddəssən!", orada salamlaşması: "Salam!" və sözlərinin sonu: "Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur!" olacaq".
5\. (rǝbb) sözü hər hansı bir şeyin maliki olub onun yetişdirilməsi ilə məşğul olan şəxsə deyilir. Ərə gedən dul qadının yanında apardığı qıza da ona görə (rəbibə) deyilir ki, başqa kişidən olmasına baxmayaraq, atalığının himayəsində böyüyür. (rǝbb) sözü mütləq şəkildə işlədildikdə yalnız Allah-taala nəzərdə tutulur. Allahdan baş- qasına aid etmək istədikdə isə təyini söz birləşməsi kimi işlədilməlidir. Məsələn, (rəbbüd-dar) deyildikdə "ev sahibi", (rǝbbis-səfinə) deyildikdə "gəmi sahibi" başa düşülür. "Məcməül-bəyan” təfsirində bu mənadan başqa "əmrlərinə itaət edilən şəxs" mənası da qeyd edilmişdir. Çox güman ki, hər iki məna eyni məfhumu ifadə edir.
6\. (aləmin) sözü (aləm) sözünün cəmi olub, müştərək xüsusiyyət, zaman və ya məkana malik varlıqlar məcmusuna deyilir. Məsələn, insanlar aləmi, heyvanlar aləmi, bitkilər aləmi və s. Vǝ yaxud şərq aləmi (şərq dünyası) və s. Bu baxımdan "عالم" sözünün öz mənasında bir cəmlik anlayışı vardır. Cəm şəkilçisi ilə cəmləndikdə isə bu dünyadakı bütün varlıqların məcmusu nəzərdə tutulur. Burada diqqət yetiriləsi mühüm məqam ondan ibarətdir ki, ərəb dilində “ون” və ya "ين" cəm şəkilçisi düzgün kişi cinsinin cəm şəkilçisidir və bu şəkilçilərlə adətən ağıl sahiblərini bildirən isimlər cəmlənir. Bunu nəzərə alaraq bəzi təfsirçilər belə qənaətə gəlmişlər ki, burada (aləmin) dedikdə "mələklər, insanlar və cinlər" nəzərdə tutulmuşdur. Belə bir ehtimal da var ki, bu cəm şəkilçisi ağıl sahibləri üçün işlədilsə də, onların timsalında ağıl sahibi olmayan varlıqlar üçün də nəzərdə tutulmuşdur.
7\. "Əl-Mənar" təfsirinin müəllifi yazır: "Cǝddimiz İmam Sadiqdən (ə) belə nəql edilmişdir ki, "" (aləmin) deyildikdə yalnız insanlar nəzərdə tutulur". O, daha sonra əlavə olaraq qeyd edir: "Quranda da (aləmin) sözü bu mənada işlədilmişdir. Məsələn, aşağıdakı ayǝyǝ diqqət edək:
تَبَارَكَالَّذِينَزَّلَالْفُرْقَانَعَلَىعَبْدِهِلِيَكُونَلِلْعَالَمِينَنَذِيرًا
"Aləmləri xəbərdar edib qorxutmaqdan ötrü Öz quluna Furqanı (Quranı) nazil edən kəs tükənməz, bərəkətli və xeyirlidir!"
Quranda "aləmin" sözünün işlədildiyi yerlərə diqqət yetirsək, görərik ki, bu söz əsasən insanlar üçün işlədilsə də, bəzi hallarda daha geniş çərçivəni əhatə etmiş və insanlardan başqalarına da şamil olmuşdur. Məsələn, aşağıdakı ayələrə diqqət yetirək:
فَلِلَّهِالْحَمْدُرَبِّالسَّمَاوَاتِوَرَبِّالْأَرْضِرَبِّالْعَالَمِينَ
"Həmd göylərin rəbbi, yerin rəbbi və aləmlərin rəbbi olan Allaha məxsusdur!"
قَالَفِرْعَوْنُوَمَارَبُّالْعَالَمِينَقَالَرَبُّالسَّمَاوَاتِوَالْأَرْضِوَمَابَيْنَهُمَاإِنكُنتُممُّوقِنِينَ
"Firon dedi: "Aləmlərin rəbbi nədir?" (Musa) dedi: "Əgər ağlınız və şüurunuz varsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların rəbbidir!"
Şeyx Səduq “Uyunul-əxbar" kitabında "الْحَمْدُ لله رَبِّ الْعَالَمِينَ" ayəsinin təfsiri haqqında İmam Əlidən (ə) belə bir hədis nəql etmişdir: "Aləmlərin rǝbbi" canlı və cansız olmasından asılı olmayaraq bütün məxluqata şamil olur". Bu hədislə yuxarıdakı hədis arasında ziddiyyət olduğu təsəvvür edilməməlidir. Çünki (aləmin) sözünün əhatə dairəsi nə qədər geniş olsa da, məxluqatın ən üstünü insan olduğu üçün bu kimi yerlərdə əsas diqqət məhz insanın üzərinə yönəlir. Digər varlıqlar isə, sanki onun fonunda nəzərdə tutulur. İmam Sadiqdən (ə) nəql edilmiş yuxarıdakı hədisdə (aləmin) sözündə insanların nəzərdə tutulduğunu oxuyuruqsa, bu, məhz məxluqat arasında əsas diqqətin insana yönəlməsi baxımındandır.
8\. Bəzi təfsirçilər "aləm" sözünü "böyük aləm" və "kiçik aləm” olmaq üzrə iki hissəyə bölmüş, "kiçik aləm" dedikdə insanın öz varlığını nəzərdə tutmuşlar. Bunu onunla əsaslandırmışlar ki, insanın vücudu müxtəlif qüvvələrdən təşkil olmuş və bu dünyaya hakim kəsilmiş bir aləmdir. Sanki insan bu böyük aləmin kiçik bir nümunəsidir.
"Aləm" sözünün üzərində bu qədər dayanmağımızın səbəbi (əlhəmdulillah) cümləsindən sonra (rəbbil-aləmin) ifadəsinin gəlməsidir. Bir daha qeyd edək ki, həmd-sənanın yalnız Allaha məxsus olması bir iddia, Allahın bütün aləmlərin rəbbi olması isə onun dəlilidir. Başqa ifadə ilə desək, həmd-səna Allaha məxsusdur, çünki O, bütün aləmlərin rəbbidir. Dünyada nə qədər nemət varsa, hamısı Onunkudur.
İncəliklər:
1\. Bütün tanrıların üzərindən qırmızı xətt çəkilir.
Dinlər tarixini araşdırdıqda görürük ki, tövhid yolundan sapmış insanların hamısı bu dünyada müxtəlif tanrıların olduğuna inanmışlar. Bu yanlış təsəvvür ondan qaynaqlanmışdır ki, onların fikrincə, müxtəlif növ məxluqatın hər birinin ayrıca tanrıya ehtiyacı vardır. Sanki Allahı bütün məxluqatı idarə etmək üçün yetərli hesab etməmişlər. Çoxallahlıların fikrincə, eşq, ağıl, ticarət, müharibə, ov və s. işlərin hər birinin ayrıca tanrısı olmuşdur. Məsələn, qədim yunanlar on iki əsas tanrıya sitayiş etmişlər. Bu tanrıların şərəfinə Olimp dağının zirvəsində onların hər birinin heykəli düzəldilmişdi. Assuriyanın paytaxtında suyun, Ayın, Günəşin, Veneranın - hərənin ayrıca tanrısı olmuş, insanlar onların hər birinə ayrı-ayrı adlar qoymuş, tanrılar tanrısını isə Mardok adlandırmışlar. Qədim Romada da çoxallahlılıq geniş yayılmışdı. Bəlkə də, oradakı tanrıların sayı digərlərindən daha çox olmuşdur. Onlar tanrıları "ailə tanrıları" və "hökumət tanrıları" olmaqla iki dəstəyə bölmüşdülər. Camaat hökumətə rəğbətsiz olduğuna görə hökumət tanrılarına da rəğbət bəsləmirdi. Bəzi tarixçilərin yazdığına görə, qədim romalılar otuz minə qədər tanrıya sitayiş etmişlər. Hətta mənbələrin yazdığına əsasən, qədim Romada saray adamlarından biri zarafatca deyibmiş ki, tanrıların sayı küçədəki insanların sayından çoxdur. Bu tanrılardan "əkinçilik" tanrısı, "mətbəx" tanrısı, "yemək anbarı" tanrısı, "ev" tanrısı, "od" tanrısı, "meyvə" tanrısı, "biçin” tanrısı, “üzüm" tanrısı, “meşə” tanrısı, "alov" ("yanğın") tanrısı, "qədim Romanın böyük qapısı"nın tanrısı, “milli atəşgah" tanrısı və başqalarını misal göstərmək olar.
Qeyd etdiyimiz kimi, qədim dövrlərdə insanların inanclarında həddən artıq xurafat, mövhumat mövcud olmuşdur. İndi də həmin mövhumatın bəzi qalıqları müşahidə edilməkdədir.
Quranın nazil olduğu dövrdə də insanlar xeyli sayda bütə sitayiş etmişlər. Təəccüblüsü budur ki, bəzi hallarda insanı da tanrı olaraq qəbul edənlər olmuşdur. Quran yəhudi alim və rahiblərini, habelə Həzrət İsanı (ə) özlərinə tanrı kimi qəbul etmiş insanları qınayaraq belə buyurmuşdur:
اتَّخَذُواأَحْبَارَهُمْوَرُهْبَانَهُمْأَرْبَابًامِّندُونِاللَّهِوَالْمَسِيحَابْنَمَرْيَمَ
"(Onlar) Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar qəbul etdilər".
Bu kimi mövhumatlar insanların inancını yanlış yola çəkdiyi, o cümlədən cəmiyyətdə pərakəndəlik yaratdığı üçün peyğəmbərlər buna qarşı ciddi şəkildə mübarizə aparmışlar. Təsadüfi deyil ki, Quranın ilk surəsi Allah-taalanın adı ilə başladıqdan dərhal sonra həmd-sənanın yalnız və yalnız aləmlərin rəbbi olan Allaha məxsus olduğu bildirilmişdir. Bununla da Quran digər tanrıların üstündən qırmızı xətt çəkərək onlara əsl yerlərini göstərmiş, onların yerində tövhid nişanələrinin təməlini qoymuşdur.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, hər bir müsəlman gündəlik namazlarında ən azı on dəfə bu cümləni təkrar etməlidir ki, tövhid yolundan çıxıb şirkə düçar olmasın.
2\. İlahi yetişdirmə – allahıtanımanın yolu.
"Rəb" sözü "malik, sahib" mənasını bildirsə də, hər bir malik anlamında deyil, yalnız o malik mənasını çatdırır ki, malik olduğunu həm də yetişdirməklə məşğul olsun.
Canlı varlıqların inkişaf prosesinə, habelə cansız varlıqlardakı dəyişikliklərin məxluqatın yetişdirilməsi üçün münasib zəmin yaratmasına diqqət yetirmək allahıtanımanın ən gözəl yollarından biridir. İnsan orqanizminin özündən xəbərsiz fəaliyyəti buna ən gözəl nümunədir. Məsələn, çox mühüm bir işə hazırlaşmaq lazım gəldiyində bir anın içində özümüzdən xəbərsiz olaraq ürək döyüntülərimiz artır, tənəffüs sürətlənir, bədənimizin bütün qüvvələri səfərbər olur, qan vasitəsilə oksigen və qida resusları bütün hüceyrələrə ötürülür, sinir sistemi və əzələlər daha aktiv şəkildə fəaliyyət göstərir, insan daha dözümlü olur, ağrı-acını çox da hiss etmir, gözünün yuxusu qaçır, yorğunluq hiss etmir, aclıq heç yadına düşmür. Belə bir həssas vaxtda bütün orqanizmdəki bu nizam-intizamı hansı qüvvə yaradır? Alim və qadir olan Allahdan başqa kimsə bunu yarada bilərmi? Quranın bu və digər ayələrində buna bənzər nümunələr kifayət qədərdir. Onların hər biri haqqında yeri gəldikcə ətraflı məlumat verəcəyik. Bütün bunlar Allahı tanımaq üçün gözəl dəlil-sübutlardır.
Fatihə surəsi, 3-cü ayə
الرَّحْمَنِالرَّحِيمِ
Ayənin tərcüməsi.
Rəhman və Rəhim olana (ümumi və xüsusi rəhməti hamını əhatə edən Allaha)
Ayənin təfsiri.
(Rəhman) və (Rəhim) sözlərinin mənası, habelə aralarındakı fərq haqqında “بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ” ayəsinin təfsirindən danışarkən ətraflı məlumat verdiyimiz üçün daha burada əlavə şərhə ehtiyac yoxdur. Yalnız onu deyə bilərik ki, Allahın ən önəmli sifətlərindən olan bu iki sifət gündəlik namazlarda ən azından altmış dəfə təkrar edilir. Bu da o deməkdir ki, Allahı altmış dəfə "rəhman" (mərhəmətli) və "rəhim" (mehriban) sifətləri ilə vəsf edirik. Bu, əslində, insanlar üçün gözəl bir dərsdir ki, həyatda özlərini ilahi əxlaq ilə saflaşdırsınlar. Üstəlik, bu sifətlər bizə xatırladır ki, əgər biz özümüzü Allahın həqiqi bəndələri hesab ediriksə, Onun zavallı qullara qarşı rəhimsiz davranan quldarlar kimi davranacağını əsla düşünməməliyik. Quldarlıq tarixinə nəzər saldıqda görürük ki, qullar öz sahiblərinin əmrindən çıxdıqda və ya üzərinə düşən işi layiqincə yerinə yetirmədikdə sahibləri tərəfindən olduqca sərt cəzalara məruz qalır, şallaqla döyülür, zəncirlə əl-qolu bağlanır, qorxunc zindanlara atılırmışlar. Əgər günahları bir az da böyük olsaydı, dara çəkilirmişlər. Məhkum edilmiş qullar yırtıcı heyvanların qəfəsinə atılırmış. Əgər təsadüfən heyvanı öldürüb sağ qalsaydı, qəfəsə ikinci heyvanı buraxarmışlar.
Quldarlıq dövrünün quldarlarının öz qullarına qarşı davranışı, bax, belə olmuşdur. Allah-taala isə Qurani-Kərimdə buyurur ki, əgər bəndələrim (qullarım) Mənim əmrimdən çıxdıqdan sonra öz hərəkət- lərinə görə peşman olsalar, onları bağışlayaram. Çünki Mən mərhəmətli və mehribanam. Aşağıdakı ayəyə diqqət yetirǝk:
قُلْيَاعِبَادِيَالَّذِينَأَسْرَفُواعَلَىأَنفُسِهِمْلَاتَقْنَطُوامِنرَّحْمَةِاللَّهِإِنَّاللَّهَيَغْفِرُالذُّنُوبَجَمِيعًاإِنَّهُهُوَالْغَفُورُالرَّحِيمُ
"De: "Ey Mənim özlərinə qarşı həddi aşmış və zülm edən bəndələrim! Allahın rəhmətindən ümidinizi üzməyin. Allah bütün günahları bağışlayır. O, bağışlayandır, rəhmlidir!"
Yuxarıda deyilənləri nəzərə aldıqda məlum olur ki, "aləmlərin rəbbi" ifadəsindən sonra "rəhman" (mərhəmətli) və "rəhim" (mehriban) sifətlərinin gəlməsi onu çatdırır ki, Allah-taala qüdrət sahibi olduğu halda, Öz bəndələrinə qarşı mehriban davranır. Onun belə davranması bəndələri Ona qarşı rəğbətləndirir və onlar "ər-Rəhmanir-Rəhim" cümləsini səmimi-qəlbdən deyirlər. Bununla da Allah-taalanın Öz bəndələrinə qarşı davranışı ilə quldarların sahib olduqları qullara qarşı rəftarı arasında nə qədər fərq olduğu məlum olur.
Fatihə surəsi, 4-cü ayə
مَالِكِيَوْمِالدِّينِ
Ayənin tərcüməsi
Haqq-hesab (məhşər) gününün sahibinə!
Ayənin təfsiri
Qiyamət gününə.
Qiyamət gününə inam (ikinci təməl prinsip) Bu ayədə İslamın ikinci təməl prinsipinə inanca toxunulmuşdur. Beləliklə də, hər bir əxlaqi islahatın əsası sayılan "yaradılış" və "Qiyamət" anlayışları insanın vücudunda təkmilləşir. Maraqlısı budur ki, bu ayədə Allah-taalanın malikliyindən danışılır. Bu, Onun Qiyamət günündə hər bir kəsin və hər şeyin üzərindəki mütləq hakimliyindən xəbər verir. O gün hamı o böyük məhkəməyə toplaşıb öz malikləri qarşısında hazır olacaq. Bütün işlərinin, sözlərinin, hətta düşüncələrinin məhkəmə qarşısında hazır olacağını görəcəklər. Heç nə iynə ucu qədər də olsa, unudulmayacaq. Məhz belə bir vəziy- yətdə insan bütün əməllərinin məsuliyyətini daşıyacaq. Hətta özü görmədiyi, lakin başqalarının həyata keçirdiyi işlərə vasitəçilik etmiş əməllərinin də məsuliyyətini daşımaq məcburiyyətində qalacaq. Şübhəsiz ki, Allah-taalanın o gündəki malikliyi bizim bu dünyadakı nisbi malikliyimizdən fərqli olacaq. Çünki bizim bu dünyadakı malikliyimiz nisbi xarakter daşıyır. Müəyyən sənədlər əsasında nəyinsə maliki olduğumuz halda, başqa bir sənədlər vasitəsilə maliklikdən məhrum oluruq. Allah-taalanın dünyanın maliki olması isə həqiqi məna daşıyır. Bu, məxluqatın Allah ilə olan bağlılığından irəli gəlir. Əgər bu bağlılıq bir anlıq kəsilərsə, məxluqat dərhal məhv olar. Necə ki elektrik cərəyanı kəsildikdə evdə yanan elektrik lampasının da işığı sönür. Başqa ifadə ilə desək, Allah-taalanın bu malikliyi məhz Onun məxluqatın yaradanı olmasından irəli gəlir. Onları yaradan, Öz himayəsi altına alan varlıq eyni zamanda onların həqiqi malikidir. Həqiqi malikliyin kiçik bir nümunəsini öz bədənimizdə də müşahidə edə bilərik. İnsan göz, qulaq, ürək, sinir sistemi və digər bədən üzvlərinin həqiqi malikidir. Burada hər hansı nisbi maliklikdən söhbət gedə bilməz. Bu maliklik sözün həqiqi mənasında olan maliklikdir.
Burada belə bir sual yaranır ki, məgər Allah-taala hər şeyin sahibi deyil ki, sözügedən ayədə yalnız Qiyamət gününün sahibi kimi təqdim edilmişdir? Bir məqama diqqət etməklə bu sualın cavabı aydın olur. O da budur ki, Allahın malik olması hər iki dünyaya şamil olsa da, bu məsələ Qiyamət günündə özünü daha aşkar şəkildə büruzə verəcək. Çünki o gün digər bütün nisbi bağlılıq və malikiyyət aradan gedəcək. Heç kimin heç nəyi olmayacaq. Hətta kiməsə şəfaət hüququ verilsə belə, bu da Allah tərəfindən olacaq. Quranda deyilir:
يَوْمَلَاتَمْلِكُنَفْسٌلَّنَفْسٍشَيْئًاوَالْأَمْرُيَوْمَئِذٍلِلَّهِ
"O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün bütün işlər Allaha məxsus olacaqdır!"
Elə vaxtlar olur ki, insan bu dünyada müxtəlif yollarla başqa birisinə kömək edir. Gah sözü, malı, ətrafındakı insanlarla onu müdafiə edir, gah da digər planlarla onu öz himayəsi altına alır. Qiyamət günündə isə bu işlərin heç biri olmayacaq. Buna görə də Qiyamətdə insanlardan: "Bu gün hökm kimə məxsusdur?" - deyə soruşulduqda onlar: "Tək olan qalib Allaha!" - deyə cavab verəcəklər. Bu barədə Quran belə buyurmuşdur:
"(Onlara belə deyiləcək:) "Bu gün hökm kimə məxsusdur? Tək olan, qalib Allaha!"
Qiyamət gününə və hər bir əməlin bütün xırdalıqlarına qədər incələnəcəyi axirət məhkəməsinə inanc insanlarda olduqca böyük təsir qoyur. Bu inanc insanları həmişə nəzarətdə saxlayır ki, bəyənilməz işlər görməsinlər. Namazın insanı pis əməllərdən çəkindirməsinin də səbəblərindən biri odur ki, namaz insana həm onun bütün əməllərindən xəbərdar olan varlığı (Allahı), həm də Qiyamət gününün hesab- kitabını xatırladır. Allahın Qiyamət gününün maliki olmasına inam həm də insanı müşrik və axirəti dananların etiqadına qarşı mübarizəyə səsləyir. Quran ayələrindən belə məlum olur ki, Allaha etiqad bəsləmək bütün insanlara xas olan bir cəhətdir. Bu etiqad hətta cahiliyyət dövrünün müşrikləri arasında da yayılmışdır. Təsadüfi deyil ki, onlardan göylərin və yerin yaradanının kim olduğu soruşulduqda onlar: "Allah” - deyə cavab verirdilər. Qurani-Kərim bu barədə belə buyurmuşdur:
وَلَئِنسَأَلْتَهُممَّنْخَلَقَالسَّمَاوَاتِوَالْأَرْضَوَسَخَّرَالشَّمْسَوَالْقَمَرَلَيَقُولُنَّاللَّهُ
"Əgər sən onlardan: "Göyləri və yeri kim yaradıb, günəşi və ayı kim ram edib?" - deyə soruşsan, onlar: "Allah!" - deyəcəklər". Allaha etiqadları olduğu halda, mǝad və axirət haqqında yanlış fikirdə idilər:
وَقَالَالَّذِينَكَفَرُواهَلْتَدُلُّكُمْعَلَىرَجُلٍيُنَبِّئُكُمْإِذَامُزِّقْتُمْكُلِّمُمَزَّقٍإِنَّكُمْلَفِيخَلْقٍجَدِيدأَفْتَرَىعَلَىاللهِكَذِبًاأَمبهجنَّةٌ
"Kafirlər dedilər: "Çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi? O, Allaha iftira atır, ya dəli olub?"
İmam Zeynül-abidinin (ə) barəsində nəql edilmiş bir hədisdə deyilir: "O, "Maliki yəvmid-din" ayəsini o qədər təkrar edərdi ki, az qalardı, canı bədənindən çıxsın".
(haqq-hesab (məhşər) gününün sahibi) ifadəsi Quranda işlədildiyi bütün yerlərdə Qiyamət mənasında nəzərdə tutulmuşdur. "İnfitar" surəsinin 17, 18 və 19-cu ayələrindən bunu asanlıqla başa düşmək mümkündür. (Bu ifadə Quranda on dəfədən artıq işlədilmişdir.) Bu günün "din günü" adlandırılmasının səbəbinə gəlincə isə, bu, həmin günün əməllərin qarşılığının verilməsi günü olması ilə əlaqədardır. "Din" sözünün lüğəvi mənası da məhz "qarşılıq" deməkdir. Qiyamətdə ən bariz şəkildə özünü göstərəcək iş də məhz əməllərin qarşılığının - mükafat və ya cəzasının verilməsi olacaq. O gün insanların bütün əməllərinin üzərindən pərdələr götürüləcək, hər bir iş xırdalığına qədər araşdırılacaq və hər kəs öz yaxşı və ya pis əməlinin əvəzini alacaq. İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə deyilir: "Yəvmid-din" haqq-hesab günüdür".
"Din" sözünün "haqq-hesab" mənasını bildirməsi isə, bəlkə də, nəticənin səbəbin əvəzində işlədilməsi ilə bağlıdır. Çünki haqq-hesab həmişə görülən işin qarşılığını vermək üçün bir müqəddimədir.
Bəzi təfsirçilər isə belə hesab edirlər ki, Qiyamət gününün "din günü" adlandırılması o gün hər kəsdən öz dininə görə haqq-hesab çəkiləcəyi ilə əlaqədardır. Lakin birinci məna (din gününün haqq- hesab günü olması) daha məqsədəuyğun görünür.
Fatihə surəsi, 5-ci ayə
إِيَّاكَنَعْبُدُوَإِيَّاكَنَسْتَعِينُ
Ayənin tərcüməsi.
(İlahi!) Yalnız Sənə ibadət edir və yalnız Səndən imdad diləyirik!
Ayənin təfsiri.
İnsan Allahın hüzurunda.
Bu ayədən etibarən bəndənin Allahdan istəkləri başlayır. Burada surənin ahəngi dəyişir. Əvvəlki ayələr Allaha həmd-sənanı, Ona və Qiyamət gününə imanı ehtiva edirdi. Bu ayədən başlayaraq isə bəndə bu möhkəm əqidəvi əsas, Allaha olan mərifəti ilə özünü Onun qarşısında hiss edir, Onu müxatǝb qərar verir. Əvvəlcə özünün Onun qarşısındakı bəndəçiliyinə toxunur, sonra isə Onun yardımlarını, Ona olan ehtiyaclarını dilə gətirərək deyir ki, yalnız Sənə ibadət edir, yalnız Səndən imdad diləyirik.
Başqa sözlə desək, əvvəlki ayələrin mənası insanın ruhuna hopub vücudunun dərinlikləri Allahın nuruna boyandıqda, Onun ümumi və xüsusi rəhmətinin mənasını və Qiyamət gününün mütləq maliki olduğunu anladıqda etiqad baxımından kamil bir insana çevrilir. Bu kamil etiqadın ilk nəticəsi bu olur ki, bir tərəfdən insan Allahın layiqli (xalis) bəndəsi olub bütlərin, tağutların və nəfsani istəklərin əsarətindən qurtarır, digər tərəfdən isə Allah dərgahından yardım diləyir. Əslində, əvvəlki ayələr Allahın zat və sifətlərdəki tövhidinə, bu ayələr isə Onun ibadət və feillərdəki tövhidinə işarə edir. İbadətdəki tövhid odur ki, bəndə Allahdan başqa heç nəyi və heç kimi ibadətə layiq görmür, yalnız Ona ibadət edir, yalnız Onun əmr etdiklərini qəbul edir, Ondan qeyrisinin bəndəsi olmaqdan boyun qaçırır. Feillərdəki tövhid isə odur ki, bəndə yalnız Allahı dünyada yeganə təsir qüvvəsi olaraq qəbul edir. Bunun mənası o demək deyil ki, dünyadakı vasitələrdən imtina edək. Sadəcə olaraq bu vasitələrin müstəqil təsiretmə qabiliyyətinə malik olduğunu düşünməyək. Bilək ki, bu və digər vasitəyə təsir gücünü məhz Allah vermişdir. Bilməliyik ki, oda yandırıcılıq, günəşə işıqlandırma, suya həyatvericilik xüsusiyyətini verən məhz Allahdır. Bu düşüncənin nəticəsi o olacaq ki, bəndə yalnız Allaha təvəkkül edəcək, hər bir güc və qüdrətin Ona xas olduğunu qəbul edəcək, Ondan başqa bütün vasitələrin fani olması ilə razılaşacaq. Biləcək ki, yalnız Allaha arxalanmaq, ancaq Ona ibadət etmək lazımdır. Bu düşüncəyə malik olan insan Allahdan başqa bütün varlıqlardan əlini üzüb yalnız Ona arxalanacaq. Hətta bu və digər vasitəyə əl atdıqda da biləcək ki, həmin vasitənin təsiri də Allah tərəfindəndir, yəni bütün səbəblərin fövqündə Allah dayanır. Bu düşüncə insanın ruhunu o qədər yüksəklərə qaldırır ki, onu məhdud çərçivədən çıxarıb sonsuzluq və əbədiyyətə qovuşdurur.
İncəliklər:
1\. Yalnız Allaha arxalanmalıyıq.
Ərəb dilinin qaydalarına görə tamamlıq feildən qabağa keçdikdə cümlədə inhisar mənası başa düşülür. Burada (sənə) əvəzliyinin (nəbudu) və (nəstəin) feillərindən qabağa keçməsi də inhisar mənasını çatdırır ki, bunun da nəticəsi ibadət və feillərdəki tövhiddir. Bu barədə az öncə məlumat verdik.
İnsan hətta ibadət və bəndəçiliyində də Allahın köməyinə möhtacdır. Əgər bu yolda Onun köməyi olmasa, insan riya, xudbinlik və bu kimi hallarla üzləşərək ibadətlərini puç edər. Başqa ifadə desək, birinci cümlədə ("Yalnız Sənə ibadət edirik" cümləsində), sanki bir qədər müstəqillik iyi hiss olunur. (Elə bil, sanki belə deyirik ki, biz öz qüdrətimizlə, heç nəyə ehtiyac duymadan Sənə ibadət edirik.) Bunun ardınca dərhal ikinci cümlədə "Yalnız Səndən imdad diləyirik" deməklə bu yanlış düşüncənin qarşısını alırıq.
2\. Feillərin cəmdə verilməsi.
“نعبد” və "نستعين" feillərinin, eləcə də növbəti ayədəki bitişən əvəzliyin birinci şəxsin cəmində verilməsi onu göstərir ki, ibadətin, xüsusilə də namazın əsası kollektivlik üzərində qurulmuşdur. Bu, o anlamdadır ki, insan hətta namazda olduqda belə özünü cəmiyyətdə hiss etməlidir. Bu prizmadan yanaşdıqda guşənişinlik, insanın özünü təkliyə çəkməsi Quran və İslam baxımından məqbul sayılmır. Kollektivlik ruhu namazda özünü daha qabarıq şəkildə büruzə verir. Azan və iqamədən tutmuş "Fatihə" surəsinin, daha sonra isə namazın sonuna qədər feil və əvəzliklərin cəmdə olması onu göstərir ki, bu ibadət cəmiyyətlə birlikdə həyata keçirilməlidir. Doğrudur, İslam nöqteyi-nəzərindən fərdi şəkildə qılınan namaz da məqbul sayılır, lakin o, camaat namazı ilə müqayisədə ikinci planda dayanır.
3\. Allahdan imdad diləyirik.
İnsan bu dünyada müxtəlif qüvvələrlə qarşılaşır. Bunlar həm təbii qüvvələr, həm də insanın öz daxilindəki qüvvələrdir. Dağıdıcı qüvvələrə, azdırıcı amillərə qarşı müqavimət göstərə bilməsi üçün insan daim bir yardımçıya ehtiyac duyur. Buna görə də insan özünü Allahın himayəsi altına salmağa çalışır. Hər gün yuxudan oyandıqda "(İlahi!) Yalnız Sənə ibadət edirik və yalnız Səndən imdad diləyirik” cümləsini təkrar etməklə Allaha bəndəlik etdiyini etiraf etməklə yanaşı, qarşısındakı maneələrə qalib gəlmək üçün yalnız Ondan imdad dilədiyini də dilə gətirir. Axşam olduqda da yenə həmin cümləni təkrar etməklə yatağına girir. Deməli, Allahı yad etməklə yuxudan oyanıb Ondan imdad diləməklə də yuxuya gedir. Xoş o insanın halına ki, belə bir səviyyəyə çatmaqla heç bir kənar qüvvənin, qolugüclünün qarşısında baş əymir, maddiyyat qarşısında təslim olmur. Necə ki Allah (Onam surəsinin 162-ci ayəsində) İslam Peyğəmbərinin (s) dilindən belə buyurmuşdur:
قُلْإِنْصَلاتِيوَنُسُكِيوَمَحْيَايَوَمَمَاتِيلِلَّهِرَبِّالْعَالَمِينَ
"De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin rəbbi olan Allah üçündür!”
Fatihə surəsi, 6-cı ayǝ
اهدنَاالصِّرَاطَالْمُسْتَقِيمَ
Ayənin tərcüməsi.
Bizi düz yola yönəlt!
Ayənin təfsiri.
Düz yolda olmaq.
İnsanın Allah qarşısında boyun əyib Ondan yardım dilədikdən sonra ilk istəyi onu düz yola - yaxşılıq və paklıq, ədalət və düzgünlük, iman və saleh əməl yoluna yönəltməsidir. İstəyir ki, bütün nemətləri ona vermiş Allah hidayət nemətini də bəxş etsin. Bu vəziyyətdə olan insan bu şərtlər altında mömin olsa da, müəyyən səbəblərə görə hər an bu nemətlər əlindən çıxa və yolunu aza bilər. Buna görə də gün ərzində, heç olmasa, on dəfə Allahından istəməlidir ki, onu düz yoldan uzaqlaşdırmasın. Üstəlik, haqq dindən ibarət bu düz yolun da müxtəlif mərhələləri vardır ki, onları geridə qoymaq heç də bərabər deyil. Hər mərhələdən sonra gələn növbəti mərhələ daha yüksək mərhələ sayılır. Onların hamısını arxada qoymaq üçün imanlı şəxs, mütləq, Allahdan onu düz yola yönəltməsini istəməlidir.
Burada maraqlı bir sualla qarşılaşırıq. O da bundan ibarətdir ki, nəyə görə Allahdan bizi düz yola yönəltməsini istəyirik? Məgər biz azğın yoldayıq? Üstəlik, bu söz hardasa bizə yaraşdığı halda, bütün eyib, nöqsan və günahlardan uzaq olan peyğəmbər və imamların Allahdan belə bir istək diləməsi nə dərəcədə doğrudur? Buna cavab olaraq qeyd etməliyik ki, əvvəla, az öncə bildirdiyimiz kimi, hidayət yolunda insan hər an azğınlığa düçar olma təhlükəsi ilə üz-üzədir. Bu səbəbdən də özünü Allaha tapşırmalıdır ki, onu düz yolda sabitqədəm etsin. Heç vaxt unutmamalıyıq ki, bütün varlığımız və nemətlər anbaan Allah tərəfindən bizə yetişir. Daha öncə də qeyd etdiyimiz kimi, biz elektrik cərəyanından enerji alan elektrik lampasına bənzəyirik. Bu cərəyan nə vaxt kəsilsə, lampanın da işığı sönəcək. Öz-özlüyümüzdə müstəqil bir varlıq kimi görünsək də, hər an Allah tərəfindən varlığımızın ayaqda qalması üçün bizə təzə enerji verilir. Deməli, varlığımızı davam etdirmək üçün hər an Allah tərəfindən yeni enerjiyə ehtiyacımız olduğu kimi, hər an yeni hidayətə də ehtiyacımız var. Əgər Allah ilə aramızdakı mənəvi əlaqədə maneələr yaranarsa, bu maneələr Allah ilə olan əlaqəmizi kəsəcək və həmin an düz yoldan sapmış olacağıq. Biz Allahdan istəyirik ki, belə maneələrlə qarşılaşmayaq və düz yolda sabitqədəm olaq.
İkincisi, hidayət, əslində, təkamül yoludur ki, insan onun mərhələlərini tədricən qət edərək nöqsanları arxada qoyub daha yüksək mərhələyə çatır. O da məlumdur ki, təkamül yolu sonsuzdur. Belə olduğu halda, deməli, peyğəmbər və imamların da Allahdan hidayət istəməsi, onları düz yola yönəltmə diləyi doğrudur. Çünki mütləq kamillik yalnız Allaha məxsusdur. Ondan başqa bütün varlıqlar təkamül yolunda irəliləyirlər. Bunu nəzərə alaraq peyğəmbər və imamlar da Allahdan istəyirlər ki, onları düz yola yönəltsin və beləliklə, onlar təkamül yolunda daha yüksək mərhələlərə yetişə bilsinlər. Məgər biz Peyğəmbərə (s) gün ərzində dəfələrlə salavat göndərmirik? Məgər salavatın mənası Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) Allahdan təzə rəhmət diləmək deyil? Məgər Peyğəmbərin (s) özü: "Allahım, mənim elmimi (və hidayətimi) artır!" - deyə buyurmazdı? Məgər Quran özü "Allah doğru yolda olanların doğruluğunu artırar", başqa bir ayədə isə "Doğru yolla gedənlərə gəldikdə isə, (Allah) onların hidayətini artırar və onlara təqva ruhu bağışlayar" - deyə buyurmayıbmı? Deməli, salavatın da mənası Allahdan Peyğəmbər (s) və əhli-beytinə (ə) daha yüksək məqam nəsib etməsini diləməkdir.
Yuxarıda deyilənlərin daha yaxşı aydın olması üçün iki hədisi diqqətinizə çatdırırıq:
1\. Əmirəlmöminin Əli (ə) "Bizi düz yola yönəlt!" ayəsinin təfsiri barədə belə buyurmuşdur:
أَدِمْلَنَاتَوْفِيْقَكَالَّذِيأَطَعْنَاكَبِهِفِيمَاضِيأَيَّامِنَا،حَتَّىنُطِيعَكَ
كَذلكَفِيمُسْتَقْبَلأَعْمارنا
"İlahi, keçmişdə bizə Öz lütfünü göstərib Sənə itaət etdiyimiz kimi, bu lütfünü yenə bizə göstər ki, gələcəkdə də Sənə itaət edək!"
2\. İmam Sadiq (ə) buyurmuşdur:
أَرْشِدْنَالِلُزُومِالطَّرِيقِالْمُؤَدِّىإِلىمَحَبَّتِكَ،وَالْمُبلغإلىجَنَّتِكَ،وَالْمَانِعِ
منأنتبعَأَهْوَاءَنَافَتَعَطَّبَ،أَوْأَنْتَأخُذَبَارَاتِنَافَتَهْلِكَ
"İlahi, bizi Sənin sevginə aparan, Cənnətə qovuşduran, öldürücü, nəfsani istəklər və azdırıcı fikirlərin qarşısını alan yolunda sabitqədəm et!"
Düz yol hansı yoldur?
Quran ayələrindən göründüyü kimi, düz yol Allaha sitayiş, haqq din və Allahın göstərişlərinə əməl etməkdir. "Ənam" surəsinin 161-ci ayəsində deyilir:
قُلْإِنَّنِيهَدَانِيرَبِّيإِلَىصِرَاطٍمُّسْتَقِيمٍدِينًاقِيَمًامِّلَّةَإِبْرَاهِيمَحَنِيفًاوَمَاكَانَمِنَ
الْمُشْرِكِينَ
"De: "Rəbbim məni doğru yola, haqq və əbədi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!" Bu ayədə haqq və əbədi, batildən uzaq olan İbrahimin (ə) dini doğru yol olaraq təqdim edilmişdir. Bu, doğru yolun etiqad cəhətini müəyyən- ləşdirir. "Yasin" surəsinin 60-61-ci ayələrində isə belə deyilir:
أَلَمْأَعْهَدْإِلَيْكُمْيَابَنِيآدَمَأَنلَّاتَعْبُدُواالشَّيْطَانَإِنَّهُلَكُمْعَدُوٌّمُّبِينٌوَأَنْاعْبُدُونِي
هَذَاصِرَاطمستقيم
"Ey Adəm övladları! Məgər Mən sizdən əhd almadımmı ki, şeytana ibadət etməyin? O, sizin açıq-aydın düşməninizdir, Mənə ibadət edin! Doğru yol budur!"
Bu ayələrdə isə doğru yolun əməli prinsiplərinə işarə edilir ki, bu da şeytani işlərdən uzaq olmaqdır. "Ali-İmran" surəsinin 101-ci ayəsində Allah-taalaya sığınmaq doğru yola çatmaq kimi göstərilmişdir:
وَمَنيَعتصمباللهفَقَدْهُدِيَإِلَىصِرَاطٍمُّسْتَقِيمٍ
"Allaha (Onun dininə) sığınan şəxs doğru yola yönəldilmişdir”. Onu da qeyd etmək lazımdır ki, doğru yol cəmi bircə yoldur. Çünki iki nöqtə arasında yalnız bir düz xətt vardır. İnsanı məqsədə çatdıran da məhz həmin düz xətdir. Əgər Quran doğru yolun etiqad cəhətini və əməli prinsiplərini göstərirsə, deməli, Allaha çatmağın ən yaxın yolu da məhz budur. Bu, həm də onu göstərir ki, həqiqi və doğru din yalnız bircə dindir. Necə ki Quranda deyilir:
إِنَّالدِّينَعِندَاللهالإِسْلامُ
"Allah dərgahında din İslam (haqq qarşısında təslim olmaq)dır". İnşallah, daha sonrakı mövzulardan danışarkən qeyd edəcəyik ki, bu ayədə deyilmiş "İslam" sözünün olduqca geniş məfhumu vardır. Bu, bütün dövrlərdə mövcud olmuş və özündən sonrakı yeni din tərəfindən nəsx edilməmiş (qüvvədən salınmamış) təkallahlılıq dinlərinə şamil olur.
Yuxarıda deyilənlərdən məlum olur ki, təfsirçilərin "Bizi düz yola yönəlt!" ayəsindəki "doğru yol" ifadəsinin təfsiri barədə verdiyi müxtəlif mülahizələrin hamısı, əslində, eyni mənaya qayıdır. Bəzi təfsirçilər "doğru yol" ifadəsini İslam, bəziləri Quran, bəziləri peyğəmbərlər və məsum imamlar, bəziləri də Allahın dini kimi təfsir etmişlər. Hətta bir sıra hədislərdə də bu ifadə müxtəlif mənalara yozulmuşdur. Ancaq buna baxmayaraq, həmin mənaların hamısı dolayısilə eyni mənaya gəlib çıxır. Misal üçün, bir neçə hədisə diqqət yetirǝk:
Allahın Rəsulundan (s) belə nəql edilmişdir:
أَلصِّراطُالْمُسْتَقِيمُصِراطُالْأَنْبِياءِوَهُمُالَّذِيْنَأَنْعَمَاللَّهُعَلَيْهِمْ
"Doğru yol peyğəmbərlərin yoludur. Allahın nemət verdiyi şəxslər də məhz onlardır".
İmam Sadiq (ə) "Bizi düz yola yönəlt!" ayəsinin təfsiri haqqında belə buyurmuşdur:
الطريقوَمَعْرِفَةُالإمام
Məqsəd imamı və onun yolunu tanımaqdır".
O Həzrət (ə) başqa bir hədisində belə buyurmuşdur:
وَاللهنَحْنُالصِّراطُالْمُسْتَقِيمُ
"Allaha and olsun ki, bizik doğru yol!"
O Həzrətin (ə) başqa bir hədisində isə belə deyilmişdir: "Doğru yol Əmirəlmöminin Əlidir".
Məlum məsələdir ki, Peyğəmbər (s), Əli (ə) və digər məsum imamların hamısı insanları Allahın tövhid dininə dəvət etmiş, bu dəvət həm etiqadi, həm də əməli prinsipləri özündə ehtiva etmişdir.
Maraqlısı budur ki, mərhum Rağib İsfahani "Mufrǝdatul-Quran" əsərində "sirat" sözünün izahını "doğru yol" kimi vermişdir. Deməli, "doğru" sifəti "sirat" sözünün öz mənasında var, sadəcə olaraq Allah- taala bu ayədə onu ayrıca təyin kimi verməklə bu məsələyə bir qədər də təkid etmişdir.
Fatihə surəsi, 7-ci ayə
صِرَاطَالَّذِينَأَنْعَمْتَعَلَيْهِمْغَيْرِالْمَغْضُوبِعَلَيْهِمْوَلَاالضَّالِّينَ
Ayənin tərcüməsi
Nemət verdiyin kəslərin yoluna, qəzəbinə gəlmişlərin və azmışların (yoluna) yox!
Ayənin təfsiri.
Bu ayə, əslində, əvvəlki ayədə deyilən "doğru yol" məfhumu üçün gözəl bir açıqlamadır. Burada bəndə Allahdan istəyir ki, onu pis əməlləri və əqidə azğınlığı ucbatından Öz qəzəbinə tuş gəlib yolunu azanların yoluna deyil, (hidayət, müvəffəqiyyət, haqq yolunun ardıcıllarına rəhbərlik, elm, əməl, cihad, şəhadət kimi) nemət verdiyi şəxslərin yoluna hidayət etsin. Biz doğru yolu tam olaraq tanımadığımıza görə Allah-taala bu ayədə göstəriş verir ki, Ondan bizi peyğəmbərlərin, nemət verdiyi şəxslərin yoluna yönəltməsini istəyək. Eyni zamanda bizə xəbərdarlıq edərək bildirir ki, qarşınızda iki azğınlıq yolu - Allahın qəzəbinə tuş gələnlərlə yolunu azmışların yolu vardır. İnşallah, bir qədər sonra bu barədə ətraflı məlumat verəcəyik.
İncəliklər:
1\. Allahın nemət verdiyi şəxslər kimlərdir?
Allah-taala "Nisa" surəsinin 69-cu ayəsində nemət verdiyi şəxslərin kimlər olduğunu açıqlamışdır:
وَمَنيُطعاللهوَالرَّسُولَفَأُولَئِكَمَعَالَّذِينَأَنْعَمَاللهُعَلَيْهِممِّنَالنَّبِيِّينَوَالصِّدِّيقِينَوَالشُّهَدَاءوَالصَّالِحِينَوَحَسُنَأُولَئِكَرَفِيقًا
"Allaha və Peyğəmbərə itaət edənlər (Qiyamət günü) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (doğru danışanlar, sədaqətli olanlar, etiqadı dürüst olanlar), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləri ilə) bir yerdə olacaqlar. Onlar gözəl yoldaşlardır!"
Ayədən də göründüyü kimi, dörd qrup insan nemət verilmiş şəxslər kimi təqdim edilmişdir. Bunlar peyğəmbərlər, siddiqlər (doğru danışanlar, sədaqətli olanlar, etiqadı dürüst olanlar), şəhidlər və saleh (yaxşı əməl sahibləri olan) şəxslərdir. Bu dörd qrup insanın verilməsi, bəlkə də, bu mənanı çatdırır ki, sağlam, mömin və mütərəqqi bir cəmiyyət yaratmaq üçün, ilk növbədə, peyğəmbərlər meydana atılmalı, onların ardınca sözləri ilə əməli uyğun gələn doğru danışan şəxslər fəaliyyətə başlamalıdırlar ki, peyğəmbərlərin həyata keçirməyə çalışdığı işlər yarımçıq qalmasın. Təbii ki, bu yolda yanlış etiqada sahib olan pis əməl sahibləri doğru yolun qarşısını almağa çalışırlar. Onlara qarşı mübarizə aparmaqdan ötrü bir sıra insanlar özlərini haqq uğrunda sipər etməli, bəziləri şəhid olmalıdır ki, öz qanları ilə tövhid ağacını suvarsınlar. Və nəhayət, dördüncü mərhələdə bu mübarizə öz bəhrəsini verir, beləliklə, cəmiyyətdə əməlisaleh insanlar formalaşır. Məhz belə bir cəmiyyət pak və mənəviyyatla dolu bir cəmiyyət olur.
Yuxarıda deyilənləri nəzərə alaraq biz "Həmd" surəsində gün ərzində dəfələrlə Allahdan istəyirik ki, bizi sadaladığımız dörd qrupun - peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərin yoluna yönəltsin. Təbii ki, hər dövrdə bu dörd qrupdan birinin yolunda addımlamalı, öhdəmizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik.
2\. "Allahın qəzəbinə gəlmişlər" və "yolunu azmışlar" kimlərdir? Haqqında danışılan ayədə bu iki dəstənin bir-birindən ayrılması onu göstərir ki, bunların hər biri ayrıca qrupa işarə edir. Bu iki dəstənin arasında hansı fərqin olması barədə üç fikir mövcuddur: -Bu iki ifadənin ("Allahın qəzəbinə gəlmişlər”lə “yolunu azmışlar" ifadələrinin) Quranda işlədildiyi ayələrdən belə nəticə əldə edilir ki, Allahın qəzəbinə gəlmək yolunu azmaqdan daha pis mərhələdir. Başqa ifadə ilə desək, yolunu azmışlar adi azğınlardır, Allahın qəzəbinə gələnlər isə inadkar azğınlar və yaxud münafiqlərdir. Buna görə də bir çox ayələrdə Allahın qəzəbi və lənəti onlara aid edilmişdir. "Nəhl" surəsinin 106-cı ayəsində deyilir:
كَفَرَبِاللَّهِمِنبَعْدِإِيمَانِهِإِلَّامَنْأُكْرِهَوَقَلْبُهُمُطْمَئِنَّبِالإِيمَانِوَلَكِنمَّنشَرَحَبِالْكُفْرِ
مِّنَاللهِوَلَهُمْعَذَابٌعَظِيمٌ
صَدْرًافَعَلَيْهِمْغَضَبٌمِّنَ
"Kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar".
Başqa bir ayədə belə deyilir:
وَيُعَذِّبَالْمُنَافِقِينَوَالْمُنَافِقَاتِوَالْمُشْرِكِينَوَالْمُشْرِكَاتِالظَّانِّينَباللهظَنَّالسَّوْءِعَلَيْهِمْ
دَائِرَةُالسَّوْءِوَغَضِبَاللَّهُعَلَيْهِمْوَلَعَنَهُمْوَأَعَدَّلَهُمْجَهَنَّمَوَسَاءتْمَصِيرًا
"Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların (möminlər üçün arzu etdikləri) xoşagəlməz hadisələri təkcə onların özlərinin başına gəlir. Allahın onlara qəzəbi tutmuş, rəhmətindən uzaqlaşdırmış və Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora nə pis aqibətdir!"
Deməli, Allahın qəzəbinə gələnlər öz küfrlərindən əlavə, həm də tutduqları yolda inadkarlıq edir, haqqa qarşı çıxır, hətta imkan düşdükdə peyğəmbərləri incitməkdən belə çəkinmirlər. Bu barədə Allah- taala belə buyurmuşdur:
وَبَاؤُوابِغَضَبٍمِّنَاللهِوَضُرِبَتْعَلَيْهِمُالْمَسْكَنَةُذَلكَبِأَنَّهُمْكَانُوايَكْفُرُونَبِآيَات
اللهِوَيَقْتُلُونَالأَنبِيَاءبِغَيْرِحَقٌّذَلِكَبِمَاعَصَواوَكَانُوايَعْتَدُونَ
"Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar günah etmiş və həddi aşmışlar (başqalarının hüquqlarını pozmuşlar)"?
2-Bəzi təfsirçilər belə hesab edirlər ki, "yolunu azmışlar” dedikdə xaçpərəstlərdən olan kafirlər, "Allahın qəzəbinə gələnlər" dedikdə isə yəhudilərdən olan kafirlər nəzərdə tutulur. Onlar bu iki dəstənin İslama qarşı tutduğu mövqedən çıxış edərək bu cür nəticəyə gəlmişlər. Çünki Quranın bir çox ayələrində də açıq şəkildə buyurulduğu kimi, yəhudilər İslama qarşı həddən artıq ədavət bəsləyirdilər. Yəhudi alimlərinin İslam dininin meydana gəldiyi ilk illərdə İslam təbliğatçılarından olmasına baxmayaraq, qısa müddət keçdikdən (xüsusilə də Peyğəmbər (s) Mǝkkədən Mədinəyə hicrət etdikdən) sonra onlar bu və digər səbəblərdən, xüsusilə də maddi mənafeyinin təhlükə altına düşməsi üzündən İslamın ən qatı düşməninə çevrilirlər. Onlar İslamın yayılmasının qarşısını almaq məqsədilə hər cür vəfasızlığa əl atırlar. Bunları nəzərə alaraq onların barəsində "Allahın qəzəbinə gələnlər" ifadəsi tam yerinə düşür. Lakin qeyd etməliyik ki, bu fikir ümumi məfhumun xüsusi fərdlərə şamil edilməsi kimi qəbul edilməlidir, nəinki "Allahın qəzəbinə gələnlər" ifadəsini yalnız yəhudilərə aid etməliyik.
Xaçpərəstlərdən olan kafirlərə gəldikdə isə onlar İslama qarşı yəhudi kafirləri qədər sərt mövqedə olmamışlar. Onlar sadəcə İslamı tanıyıb qəbul etmək baxımından azğınlıqda idilər, ancaq ona qarşı heç də inadkarlıq etmir, mübarizə aparmırdılar. "Yolunu azanlar" ifadəsi də məhz onların barəsində işlədilmişdir. Lakin nəzərə almaq lazımdır ki, bu fikir də ümumi məfhumun xüsusi fərdlərə şamil edilməsi kimi qəbul edilməlidir, yəni 78 "yolunu azanlar" ifadəsini yalnız xaçpərəstlərə aid etmək olmaz.
Məsumlardan nəql edilmiş hədislərdə də "Allahın qəzəbinə gələnlər" ifadəsi yəhudilər, "yolunu azanlar" ifadəsi isə xaçpərəstlər kimi təfsir edilmişdir.
3-Bir qrup təfsirçi isə belə hesab etmişdir ki, "yolunu azanlar" dedikdə özləri yolu azmış, lakin başqalarını da yolundan azdırmağa çalışmayanlar, "Allahın qəzəbinə gələnlər" dedikdə isə özləri yolunu azmaqla yanaşı, başqalarını da yolundan azdırmağa çalışanlar nəzərdə tutulur. Bu fikri başqalarının doğru yola yönəlməsinə mane olan şəxslər barə- sindəki ayələr də təsdiqləyir. Qurani-Kərim bu barədə belə buyurmuşdur:
وَالَّذِينَيُحَاجُّونَفِياللهِمِنبَعْدِمَااسْتُحِيبَلَهُحُجَّتُهُمْدَاحِضَةٌعِندَرَبِّهِمْوَعَلَيْهِمْغَضَبٌوَلَهُمْعَذَابٌشَدِيدٌ
"Allahı qəbul etdikdən sonra Onun barəsində söz güləşdirənlərin dəlili Rəbləri yanında batil və əsassızdır. Onları qəzəb və şiddətli əzab gözləyir".
Bu sətirlərin müəllifi olaraq belə hesab edirik ki, bu üç ehtimaldan ən əhatəlisi birinci ehtimaldır və demək olar ki, digər iki ehtimalı da özündə birləşdirir. Çünki digər iki ehtimal onun nümunələrindən sayılır. Buna görə də ayənin geniş məfhumunu daraltmağa lüzum yoxdur.
Fatihə surəsinin sonu.