Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İbrətamiz hekayələr 07.11.2026

ÜÇ VƏZİRİN HEKAYƏSİ – DÜNYA BİR BAĞÇA, AXİRƏT İSƏ HESAB GÜNÜDÜR

Bu hekayənin sonunda anlayacaqsınız ki, əslində, hamımız həmin bağçadayıq.Bir hökmdar üç vəzirini sınamaq qərarına gəlir. Hər birinə böyük bir çuval verərək belə deyir:— Sarayın bağçasına gedin. Bu çuvalı öz əllərinizlə ən gözəl meyvələrlə doldurun və sabah hüzuruma gəlin.Birinci vəzir ixlaslı və zəhmətkeş bir insan idi. Öz-özünə dedi:— Hökmdar əlimdən gələnin ən yaxşısına layiqdir.O, ağacları bir-bir gəzdi, yalnız ən təzə və gözəl meyvələri seçdi və çuvalını ağzına qədər doldurdu.İkinci vəzir ağıllı, lakin tənbəl idi. Öz-özünə düşündü:— Hökmdar bu çuvalı açıb yoxlamayacaq ki...Beləcə, yetişmiş meyvələri çürük meyvələrlə, yarpaqları və budaqları bir-birinə qarışdıraraq çuvalını tələsik doldurdu.Üçüncü vəzir isə hiyləgər idi. O belə düşündü:— Əsas odur ki, çuval kənardan dolu görünsün.Çuvalını ot, odun və daşlarla doldurdu. İçinə bircə dənə də olsun meyvə qoymadı.Ertəsi gün hökmdar çuvalları heç açıb yoxlamadı. Mühafizəçilərinə əmr etdi:— Hər birini bir ay müddətinə ayrı-ayrı zindanlara salın. Onlara heç bir yemək verməyin. Yanlarında yalnız özlərinin topladıqları çuvallar olsun.Birinci vəzir seçdiyi gözəl meyvələr sayəsində bir ayı rahat keçirdi. Zindandan sağlam və güclü çıxdı.İkinci vəzir isə çuvalındakı az sayda sağlam meyvə ilə güclə dolandı. Çürük meyvələrə görə həm ac qaldı, həm də xəstələndi. Zəif düşmüş halda zindandan çıxdı.Üçüncü vəzir isə çuvalında yeyəcək heç nə tapa bilmədi. Bir neçə gün sonra aclıqdan həyatını itirdi.Müddət başa çatdıqda hökmdar belə dedi:— Bağça dünyadır. Meyvələr isə bu dünyada topladığınız əməllərdir. Zindan qəbir və hesab günüdür. İnsan orada dünyada özü üçün hazırladığından başqa heç nə tapa bilməz.Bu gün nə toplasan, sabah onun bəhrəsini görəcəksən.Dünya bağçasında yaxşı əməllər seç ki, axirətdə yeyəcək bir şeyin olsun.Allahım! Bizə axirətdə bizi sevindirəcək saleh əməllər nəsib et. Əməllərimizi qəbul et və bizi rəhmətindən məhrum etmə.Amin!

İbrətamiz hekayələr 11.09.2026

Hеyranedici mühakimə

Birinci hissəDaşqalaq hökmüHicri 23-cü ilMiladi 643-cü il​— Ata! bizdən ötrü çox zəhmət çəkmisən. Haqqını bizə halal et!​— İlahi, atama xeyirli mükafat nəsib et!​— Qardaşlarım! Qalxın, dəfn fürsətini əldən verməyək.​Növbəti günün səhəri qoca kişini dəfn edib qəbir evinə tapşırdılar.​— İlahi! Həyat yoldaşımın varislərinə necə deyim ki, bəlkə də mən hamiləyəm?!​Bir müddət keçdi və həmin gənc qadın bir oğlan uşağı dünyaya gətirdi. Qoca kişinin övladları həmin oğlan uşağını qəbul etmədilər və irsdən pay almasın deyə, qadına zina böhtanı atdılar. Hökm çıxarılması və icra olunması üçün birlikdə dövrün hakiminin yanına getdilər.​— Cənab hakim! Bu qadın iddia edir ki, bu oğlan atamızın sağlığında vücuda gəlib.Atamız o qədər qoca idi ki, artıq belə bir qabiliyyəti və gücü yox idi.​— Özünü müdafiə etmək üçün bir sözün varmı?​— Allaha and içirəm ki, mən bu günaha qurşanmamışam. Doğru deyirəm, bu oğlan uşağı sizin atanızındır.​Hakim bir qədər düşünüb dedi:— Məncə, bu qadının təqdim etdiyi dəlillər və qoca kişinin fiziki vəziyyəti mənə aydınlaşdırır ki, bu qadın zinakardır və uşaq o qoca kişidən deyil. Bu oğlan uşağı irsdən pay almayacaq, anasının hökmü isə daşqalaqdır.​Daşqalaq hökmü elan edildikdən sonra qadının əllərini bağlayıb icra üçün şəhər meydanına gətirdilər. Hökmün icrası üçün hər şey hazır idi ki, qəfil Əmirəlmöminin Əli (ə) gəlib çatdı.​Ardı var...​İkinci hissəni izləmək üçün səhifəmi mütləq izləyin..

151 Oxu

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...