Əqaid
13.05.2008
Tələfat və çatışmazlıqların təhliliAllahın ədaləti məsələsində ən çox diqqət çəkən cəhət
dünyada bəlalar, tələfatlar və pisliklərin, bəzi sosial bərabərsizliklərin
mövcud olması problemidir. Bu məsələ çoxlarında sual, irad və fikir selinin yaranmasına
səbəb olmuşdur. Varlıqlarını sarmış bu suallar qarşısında cavabları olmayan
insanlar şək və tərəddüdə düşmüş, bu da onlarda açılmaz düyünlərin yaranmasına
səbəb olmuşdur.Soruşurlar ki, dünya fikir və hikmətin nəticəsidirsə,
bəs bu qədər əzab-əziyyətlər, dərd və möhnətlər niyə mövcuddur? Nə üçün dünya
davamlı olaraq nizamsızlıqların, bədbəxtliklərin öldürücü zərbələrinə məruz
qalır, nöqsanlar, çatışmazlıqlar bitmək bilmir?Nə üçün dünyanın ayrı-ayrı nöqtələrində insanlar qorxulu
və dəhşətli hadisələrin hücumuna məruz qalır, minlərlə dağıntılar, tələfat və
xəsarətlər baş verir?Nə üçün biri yaxşı, biri pisdir, biri sağlam, biri
xəstədir? Niyə hamı eyni deyil? Bütün bunlar dünyada ədalətsizliyin olmasından
xəbər vermirmi?Dünyanın ədalətli olması o deməkdir ki, onda zülm və
ayrıseçkilik, afət və bəlalar olmasın. Dünyada heç bir nöqsan, zəiflik,
xəstəlik və yoxsulluq olmaması kamal və ədalətin göstəricisidir.* * *Hər şeydən öncə qəbul etməliyik ki, bizim dünyada baş
verən hadisələrlə bağlı qiymətləndirməmiz səthidir, heç bir dərinlik və
əhatəliyə əsaslanmır, eyni zamanda baş verənlərin qayəsinin izah edilməsi və
əsaslandırılması üçün yetərli də deyil.Bəlaların və xoşagəlməzliklərin birinci addımda səthi
yanaşmaya əsaslanan təsviri, fenomenlərin həqiqətləri öyrənilmədən, əsl hədəf
və məqsədlər nəzərə alınmadan onlar haqqında irəli sürülən fikirlər dünyaya
ədalətsizliyin hökm sürməsi təsəvvürü yaradır. Bu təsəvvür də insanların
emosialarını təhrik edir və nəticədə, ən məntiqsiz təhlil və analizlər ortaya
çıxır.Ancaq dərindən və əsaslı düşünsək, bu mühakimələrin
birtərəfli olduğunu, üzərinə zülm və haqsızlıq yarlığı yapışdırdığımız
hadisələr üçün ölçü miqyası olaraq özümüz və ya bizimlə bilvasitə və ya
bilavasitə əlaqəsi olan insanların mənafelərini təmin edən işlərə yaxşı,
ziyanımıza olana pis adı vermişik. Nəticədə, bizim pis və yaxşı anlayışımız
yaxın baxışımız, dar düşüncəmiz, mənafelərimiz, dünyaya hakim olan qanunlardan
dəqiq xəbərimiz olmamasına əsaslanır. Məgər baş verən hər hansı hadisənin mərkəzində bizmi
dayanırıq? Yaxşı və pisin meyarı kimi təkcə bizim xeyir və ziyanımızmı nəzərə
alınmalıdır?Maddi dünyanın dəyişkən olmasının mənası onun əvəzlənməsi,
sabah bu gün olmayan hadisələrin baş verməsi, nələrinsə məhv olması və
nələrinsə onların yerini doldurmasıdır.Təbii ki, bu gün bəzi insanlar üçün faydalı və
səmərəli olan şey sabah mövcud olmayacaq. Lakin biz insan olduğumuz, özümüz və dünyadakı
nəsnələrə qarşı sevgimiz olduğu üçün itirilənlər və əldə edilənlər bizim üçün
pis və yaxşı anlayışını təşkil edir. İnsanlar və onların əşyalara bağlılığı ilə
yanaşı dünyadakı dəyişiklik nəticəsində müxtəlif hadisələr meydana gəlir. Əgər
dünyada dəyişkənlik olmasaydı, hadisələr də olmazdı, pis və yaxşı məzmunu da
formalaşmazdı.Fərz edək ki, dünyada nöqsan və çatışmazlıq təsəvvürü
(bizə görə belə görünür) yoxdur, nə inkişaf var, nə artım, təzad, ziddiyyət,
hərəkət və tərkiblərdə fərqlilik və müxtəliflik də yoxdur. Çatışmazlığın
olmadığı bir dünyada insani, əxlaqi və ictimai qayda, qanun və sərhədlənmə də
olmayacaq. Dəyişikliklər planetlərin hərəkət və dövriyyəsindən yaranır. Əgər
dəyişiklik və fərqlilik aradan getsə, yer, ay, günəş, gün, ay, il də
qalmayacaq.* * *Əhatəli bir dünya görüşünə görə, bu gün bizə ziyanlı görünən
nə isə indi və gələcəkdə başqaları üçün faydalı ola ilər. Dünyada elə hadisələr
var ki, kainatın məqəsdinin gerçəkləşməsinə xidmtə edir və ümumi faydanı təmin
edir. Çox insanlar isə bunun ziyanlı olduğunu görə və hamının xeyrinə olmadığı
təsəvvürü yarana bilər. Əgər maarif dənizinin dərinliklərinə vara, elm və
bilik barmağı ilə sirlər çoxluğunu vərqləyə bilsəydik, hadisələrin fəlsəfəsi və
nəticələri bizə tam şəkildə aydınlaşar və məlum olardı ki, bu mürəkkəb şəbəkə
ilə bağlı mühakimələrimiz əhatəli deyil. Qeyd olunan səbəbdən də biz bu gün baş
verən hadisələrin gələcəkdə baş verəcək hadisələrin səbəbi olduğunu bilmirik. Əgər biz dünyaya daha yüksəkdən baxa, hadisələrin
bütün müsbət və mənfi tərəflərini görə, dünyadakı bütün sirlərə vaqif ola, hər
hansi hadisə və cərəyanın tarixi xronologiyası, keçmiş və gələcəyini izləyə, bütün
hadisələri və məkanları görə, əzəldən əbədiyyətə qədər uzanan bir yolu qiymtələndirə
bilsəydik, nəticədə, hər hansı hadisənin ziyanlarının xeyirlərindən çox olması
qənaətinə gəlsəydik, məhz o zaman həmin hadisəni ziyanverici kimi
qyimtələndirər və üzərinə tam şər yarlığı yapışdırmaq səlahiyyətinə malik ola
bilərdik.Belə bir qiymələndirmə iqtidarında olmadığımız, daha
irəli addım ata bilmədiymiz, mürəkkəb məsələlər üzərindəki sirlər pərdəsini qaldırmağı
bacarmadığımız, onların bütün tərəflərini hesablamaq gücündə olmadığımız üçün
dar düşüncədən qaynaqlanan tələsik və birtərəfli mühakimə yürütməkdən çəkinməli
və bilməliyik ki, dünyanın ümumi və universal sistemində təkcə öz maraqlarımızı
ölçü miqyası təyin edərək ümumi nəticəyə gəlməməli, nəticədə, xüsusi şərait və
mövzular çərçivəsi ilə əhatə olunan bu cür nisbi araşdırmaları yekun qərar
meyarı kimi əsla qəbul etməməliyik.Təbiət xüsusi bir məqsədin gerçəkləşməsinə xidmət
etdiyi üçün adi hadisələr əsasında onun təsəvvürü insan üçün çətindir. Nə üçün nizamsız
görünən hadisələrin yeni bir hadisəyə zəmin yaratmaq üçün fəaliyyətdə olduğu və
yerdə Allahın canişini olduğu təsəvvür edilməməlidir? Bəlkə də dövrün tələbi,
vəziyyət və şərait belə bir metodun tətbiqini tələb edir.Əgər qarşıya qoyulan məqsəd və plan çərçivəsində qorxulu
hadisələr və dəyişikliklər baş verməsəydi, uzun müddət və ayrı-ayrı dövrlərdə
davam etsəydi, heç bir müsbət və pozitiv nəticə də hasil olmasaydı, bu gün yer
üzündə heç bir canlı, hətta insandan da əsər-əlamət olmazdı.Nə üçün bir neçə təbiət hadisəsi və istisna əsasında
varlıq aləmini ədalətsizlik, hərc-mərclik
və əsassızlıqda ittiham edirik? Bir neçə kiçik və məhdud uyğunsuzluq
üzərinə etiraz barmağı qoyuruq? Ali plan, iradə və idrakdan qaynaqlanan aləm və
mövcudatın heyrətamiz incəlikləri, dəqiq və rasional fenomenləri və bütün
cəhətlərini görməzdən gəlirik?Kainatdakı bu qədər möhkəm idarəçiliyi görən insan
etiraf etməlidir ki, dünya məqsədyönlü təkamülü olan, hər fenomeni bəlli miqyas
və ölçüyə malik bir kompleksdir. Həra hansı hadisənin izah edilməzliyi insanın
öz dərkinin məhdudluğundan irəli gəlir. İnsan bilməlidir ki, məhdudiyyət dünyanın
qüsuru yox, məqsədlər və onların məzmununu dərk edə bilməməyin nəticəsidir.Hadisələrin bizə görə acı və xoşagəlməz görünməsi
səhradan şəhərə gəlmiş, böyük bulduzerlərin köhnə binaları uçurtduğunu gördükdə
mühakimə yürüdən adamın qənaətinə bənzəyir. O, binaların uçurdulmasını axmaq
bir dağıdıcılıq hesab edir. Bəs bu uçurtma və dağıtma məqsədsiz və
plansızdırmı, belə bir mühakiməni məntiqli hesab etmək olarmı? Şübhəsiz ki,
yox? Çünki o, təkcə uçurdanı görmüşdür, mühəndislərin və uçurdanların
məqsədindən, hesab-kitablarından xəbərsizdir.Alimlərdən biri belə yazır: “Bunların vəziyyəti səyyari sirk ləvazimatlarının sökülməsini
müşahdiə edən uşaqların vəziyyətinə bənzəyir. Sirk ustaları başqa bir məhəllədə
tamaşa göstərmək üçün və öz tamaşalarını həmin məhəllədə davam etdirmək üçün
ləvazimatlarını söküb yol düşürülər. Bu hadisəyə tamaşa edən uşağın nəzərində
dirəklərin salınması, kəndirlərin açılması, çadırların sökülməsi, insanlar və
heyvanların çıxıb getməsi sirkin başa çatması kimi qiymtələndirilir”.* * *Əgər müsibət və bəlalara daha dərindən və əhatəli baxsaq,
düzgün analiz etsək, əsl həqiqətdə bunların bəla yox, nemət olduğunu dərk
edərik. Nemətin nemət olması, bəlanın da bəla olması insanın onlara qarşı
reaksiyasına əsaslanır. İki nəfərin bir mövzuya baxışı fərqli olur. Müsibət, dərd və qəm-qüssə həyəcan siqnalıdır. Bu
siqnal insana səhvlərini və nöqsanlarını düzəltmək xəbərdarlığı verir. Əslində,
bu fenomen təbii qoruyucu və tənzimləmə vasitəsidir.Əgər sərvət əyyaşlıq və kef-damağa səbəb olarsa, bədbəxtlikdir.
Əgər kasıblıq və yoxsulluq insanın ruhunun tərbiyəsi və kamilləşməsinə səbəb
olarsa, nemətdir. Buna görə də nə sərvəti mütləq xoşbəxtlik, nə də kasıblığı
mütləq bədbəxtlik hesab etmək olar. Bu qanun təbiətin bütün nemətlərinə tətbiq
edilə bilər.Düşmən qüvvələrinin hücumuna məruz qalan xalqlar öz
varlıqlarını qorumaq üçün səy göstərirlər. Bu səy və təlaşlar onların
güclənməsinə səbəb olur. Hər hansı əməlin müsbət bir səy olduğunu bildiyimiz
halda, insanı öz məqəsdinə doğru irəli aparan daxili qüvvələrin güclənməsinə
səbəb olan çətinliklərin rolunu görməzdən gələ bilmərik. Səy və fəaliyyət
məcburiyyətində olmayan, ziddiyyətlər mühitinə düşməyən insanlar maddi rifah və
ehtiraslar girdabında batıb tənəzzül etmək məcburiyyətindədirlər. İnsanlar var ki, böyük məqsəd uğrunda dözülməz
çətinliklərə, əzab-əziyyətlərə sinə gərirlər. Əgər çətiniliklər olmasaydı,
məqsədin böyüklüyü də görünməzdi. Təkamül yolunda durğunluq, yolun hamarlığı,
korkoranə və mexaniki hərəkət qəbul edilmir. İnsanın iradəsindən asılı olmayan
cəhdlər onun dəyişilməsi ilə nəticələnməyəcək. Keşməkeşlər, ziddiyyətlər təkamül
şallağıdır. Bərk cisimlər zərbələrin təzyiqi altında əzilirlər. İnsanlar problem
və çətinliklərin ağuşunda formalaşırlar. Onlar üzmək sənətini öyrənmək üçün
özlərini dənizə atmalıdırlar. Xülasə, istedadlar, dühalar böhranlar kürəsində
təcəlla edir.Qeyd-şərtsiz kef çəkmələr, dünyaya sevgi, onun məqsəd
seçilməsi, ləzzət axtarışı, sırf mənfəət güdmək, daha yüksək məqsədlər haqqında
düşünməmək qəflət və doğru yoldan sapmağın göstəricisidir. Ən bədbəxt insanlar naz-nemət
içərisində bəslənib, çətinliyə düşməmiş, dünyanın isti və soyuğunu dadmamış,
özlərində doğub, özlərində qürub edən insanlardır.Nəfsin istəklərinə tabe olmaq ruhun böyüklüyü və
sabitliyi, səmərə verən hərəkət və fəaliyyətlə düz gəlmir. Ləzzət axtarışı və
fəsad, ruhun qüdrəti və fəaliyyət, ikisi bir-birinə zidd olan cəhətlərdir. Ancaq
bu ikisi bir arada ola bildiyi üçün davamlı olaraq səy göstərməli, ləzzət
axtarışı hissindən azaldıb qarşı cəbhəyə əlavə etmək lazımdır ki, insan
yüksəlişə nail olsun.Naz-nemət içində böyüyən, həyatın acı reallıqlarından
və dinin şirinliklərindən xəbərsiz olanlar həddən artıq rifah və asayiş içində
yaşadıqları, aclıq çətinliyi çəkmədikləri üçün nə ən dadlı yeməklərin ləzzətini
anlayırlar, nə həyatın ləzzətini dərk edirlər, nə də gözəllikləri hiss edirlər.
Çünki həyatın ləzzətlərini dadamq insanların yolu üzərində hər addımbaşı
pusquda durmuş çətinliklərlə tanışlıq, acıları dadmaq, məyusluqları,
çətinlikləri qəbul edə bilmək istedadı, əziyyət və müsibətlərə dözməklə
şərtlənir.İnsanın nəzərində həyatın maddi və mənəvi şəraiti o
zaman qiymətli olur ki, o, acı hadisələrin təsirinə məruz qalsın, dünyanın eniş
və yoxuşunu hiss etsin.İnsan özünü tamamilə maddi həyatın ləzzətlərinə həsr
etdiyi üçün varlığın bütün yönlərində zəncirə çəkilir, hərəkətdə olan dinamik
yönlərini itirir, nəticədə, əbədi həyatı və özünü düzəltmək yolunda çalışmaq hissini
bir kənara qoyur. Nə qədər ki, ehtiras pərdələri varlığına kölgə salıb və ruhu
qaranlıqların əsirinə çevrilib, saman çöpü kimi maddi dalğaların oyuncağı
olacaq, Allahdan başqa hər kəsin qapısına baş vuracaq. Buna görə də müsbət
fikirlərin formalaşmasında rolu olan ayıldıcı bir vasitəyə ehtiyacı var. Bu
vasitə keçici dünyanın fani olduğunu insana xatırlayaraq onu səmavi
tərbiyələrin son məqsədi olan azadlığa qovuşdurur, onu yüksəliş və kamilləşməkdən
saxlayan bütün maneə və sədlərdən azad edir.Bəli, özünü düzəltmək asan və ucuz başa gəlmir. Bunun
üçün nəfsani istəklərə, kef-damağa göz yummaq lazımdır. Bu gözyummalar, özünü
məhrum etmələr və ayrılmalar çox çətin və acıdır.Düzdür ki, səy və çalışmalar daxili dünyanı
hamarlaşdırmaq, ruhi hazırlıq və istedadların üzə çıxmasına xidmət edir, ancaq günahdan
çəkinib dözüm nümayiş etdirmək, özünü kef-damaqdan çəkindirmək həmişə insanın
kefinə soğan doğrayır, canını incidir. İnsan maneələri aşıb çətinlikləri aradan
qaldıraraq öz missiyasını yerinə yetirmək, inkişaf və dəyərlər nərdivanı ilə
yuxarı qalxa bilmək üçün çox ciddi müqavimət göstərməlidir.