Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Könül oxşayan Hədislər 07.09.2026

Gündəlik beş namazın əhəmiyyəti

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:يا عَلىُّ! إنّما مَنزِلَةُ الصَّلواتِ الخَمسِ لِاُمَّتى كَنَهرٍ جارٍ عَلى بابِ أَحَدِكُم لَو كانَ فِى جَسَدِهِ دَرَنّ ثُمَّ اغتَسَلَ فِى ذلِكَ النَّهرِ خَمسَ مَرَاتٍ فِى اليَومِ أَكانَ يَبقى فِى جَسَدِهِ دَرَنُ فَكَذلِكَ وَاللهِ الصَّلواتُ الخَمسُ لِاُمَّتى“Ey Əli! Ümmətim üçün (gündəlik) beş namaz evinizin kənarından axan çayı xatırlayır. Elə təsəvvür edirsiniz ki, bədəni çirkli olan şəxs gündə beş dəfə həmin çayda yuyunsa, onun bədənində çirk qalarmı? Allaha and olsun, ümmətim üçün (gündəlik) beş namaz da belədir!” (“Biharul-ənvar”, c.82, səh.220.)

Könül oxşayan Hədislər 02.09.2026

Dörd bәdbәхtlik nişаnәsi

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:يَا عَلِيُّ، اَربَعُ خِصالٍ مِنَ الشَّقاوَةِ جُمُودُ العَينِ وَقَساوَةُ الْقَلبِ وَبُعدُ الاَمَلِ وَحُبُّ البَقاءِ“Еy Әli! Dörd şеy bәdbәхtlik nişаnәsidir: 1. göz yаşının qurumаsı; 2. qәlbin qәsаvәt bаğlаmаsı (daşlaşması); 3. аrzulаrın uzun-uzadı olması; 4. dünyаdа dаimi qаlmаq sevgisi. (“Mәn lа yәhzuruhul-fәqih”, c.4, sәh.360.)

Könül oxşayan Hədislər 30.08.2026

Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir

Peyğəmbəri-Əkrəm (s) imam Əmirəlmöminin Əliyə (ə) vəsiyyətində buyurmuşdur:يا عَلِىُّ، ثَلاثٌ مِنْ مَكارِمِ الْأَخْلاقِ: تُعْطِى مَنْ حَرَمَكَ، وَ تَصِلُ مَنْ قَطَعَكَ، وَ تَعْفُو عَمَّنْ ظَلَمَكَ“Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir: səni məhrum edənə yaxşılıq etmək, səninlə əlaqəsini kəsənlə əlaqə yaratmaq və sənə haqsızlıq edəni bağışlamaq!” (“Əl-xisal”, Şeyx Səduq, səh.125.)Qeyd etdiklərimiz Peyğəmbərin (s) öz ümmətinə əxlaqlarını zinətləndirib gözəlləşdirmək, üstün sifətlərə malik olmaqla dünyanın başqa millətlərinə nümunə olmaq üçün buyurduğu bəzi hədislər idi.O həzrət həm də müsəlmanları öz aralarında düşmənçilik doğurub pis münasibət yaradan və bir-biri ilə əlaqələrini kəsməyə səbəb olan nalayiq xasiyyətlərdən çəkindirmişdir.

Könül oxşayan Hədislər 30.08.2026

“Ey Əli, sizin içinizdə əxlaqı mənim əxlaqıma daha çox oxşayan insan haqqında xəbər verimmi?”

 Peyğəmbəri-Əkrəm (s) öz vəsisi, elm şəhərinin qapısı olan imam Əmirəlmöminin Əliyə (ə) belə buyurmuşdur:يا عَلِىُّ، أَلا اُخْبِرُكُمْ بِأَشْبَهِكُمْ بِى خُلُقاً؟“Ey Əli, sizin içinizdə əxlaqı mənim əxlaqıma daha çox oxşayan insan haqqında xəbər verimmi?”İmam Əli (ə) buyurdu: “Bəli, ya Rəsuləllah (s)!”Həzrət (s) buyurdu:أحسنكُم خُلقاً ، وأعظمُكم حلماً ، وأبرُّكم بقرابتِه ، وأشدُّكم من نفسِه إنصافاً.“Ən gözəl əxlaqı və ən böyük həlimliyi olanınız, yaxınlarına ən çox yaxşılıq edəniniz və insaf baxımından daha çox öz nəfsinə qarşı çıxanınızdır.” (“Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh.340.)Doğrudan da, gözəl xasiyyət ən üstün sifətlərdəndir. Kimdə bu sifət və həlimlik olsa, deməli, o, Peyğəmbərə (s) oxşamışdır.

Könül oxşayan Hədislər 22.08.2026

Ömür sənə faydası olan bütün elmləri öyrənmək üçün lazım olan zamandan çox qısadır,

İmam Əli (ə): "Ömür sənə faydası olan bütün elmləri öyrənmək üçün lazım olan zamandan çox qısadır, belə isə daha çox əhəmmiyyətli olanından öyrənməyə başla".«العمر أقصر من‏ أن تعلم كل ما يحسن بك علمه فتعلم الأهم فالأهم»"Həqiqətən sənin fikrin və zehnin hər şeyi (hər fikri və elmi) özündə yerləşdirə bilməz, belə isə onu daha mühüm şeylər üçün saxla. Və sənin malın bütün insanları varlandıra bilməz, belə isə onu daha çox haqlı - (yardım göstərilməyə ehtiyacı) olana ver".«إِنَّ رَأْيَكَ لَا يَتَّسِعُ‏ لِكُلِ‏ شَيْ‏ءٍ فَفَرِّغْهُ لِلْمُهِم من أمورك و مالك لا يغني الناس كلهم فاخصص به أهل الحق»‏ ("Üyunul-hikəm vəl-məvaiz", Leysi, s.156, hədis:3385; İbn Əbil Hədid, "Şərhu Nəhcul-Bəlağə", İmam Əliyə (ə) mənsub hikmətli sözlər, c.20, s.262, hədis:60 və c.20, s.314, hədis:601).

Könül oxşayan Hədislər 17.08.2026

“Şübhəsiz ki, hər bir İmamın öz dostlarının (ardıcıllarının) və şiələrinin öhdəsində (boynunda) ilahi bir əhd-peymanı vardır.

“Şübhəsiz ki, hər bir İmamın öz dostlarının (ardıcıllarının) və şiələrinin öhdəsində (boynunda) ilahi bir əhd-peymanı vardır. Həmin əhd-peymana tam vəfalı olmanın və bu vəzifəni ən gözəl şəkildə yerinə yetirməyin şərtlərindən biri də onların qəbirlərini ziyarət etməkdir. Hər kim (bu imamlara olan sevgidən doğan) şövq və rəğbətlə, eləcə də onların rəğbət bəslədikləri şeyləri (həqiqət və dəyərləri) təsdiq edərək onların müqəddəs qəbirlərini ziyarət edərsə, İmamları Qiyamət günündə onların şəfaətçiləri olar”. «إِنَّ لِكُلِ‏ إِمَامٍ‏ عَهْداً فِي‏ عُنُقِ‏ أَوْلِيَائِهِ‏ وَ شِيعَتِهِ‏، وَ إِنَّ مِنْ تَمَامِ الْوَفَاءِ بِالْعَهْدِ وَ حُسْنِ الْأَدَاءِ زِيَارَةَ قُبُورِهِمْ، فَمَنْ زَارَهُمْ رَغْبَةً فِي زِيَارَتِهِمْ‏ وَ تَصْدِيقاً بِمَا (لما) رَغِبُوا فِيهِ، كَانَ أَئِمَّتُهُمْ شُفَعَاءَهُمْ يَوْمَ الْقِيَامَةِ» İmam Rza (ə) Cəfər ibn Məhəmməd ibn Qəuləvəyh, “Kamiluz-ziyarat”, s.121. – (Nəcəful-Əşrəf, 1356 h, birinci çap).

Könül oxşayan Hədislər 15.08.2026

“Namazın (və digər əməllərin) qəbul olunma səbəbi (şərti) nədir?»

İmam Əli ibn Hüseyn Zeynülabidindən (ə) soruşdular: “Namazın (və digər əməllərin) qəbul olunma səbəbi (şərti) nədir?»İmam Səccad (ə) buyurdu: “Bizim vilayətimizi (rəhbərliyimizi) qəbul etmək və düşmənlərimizdən bərat etməkdir (uzaqlaşmaqdır)”.«... قَالَ: «مَا سَبَبُ‏ قَبُولِهَا؟». قَالَ (ع): «وَلَايَتُنَا وَ الْبَرَاءَةُ مِنْ أَعْدَائِنَا».Əllamə Məclisi, “Biharul-ənvar”, c. 81, s. 244, hədis: 35.“əl-Usul əs-Sittətə Əşər”, (Dar əl-Şəbustəri çapı), s.71.İbn Şəhraşub, “əl-Mənaqib”, c.4, s.130. 

116 Oxu
Könül oxşayan Hədislər 14.08.2026

İmam Rza (ə) Əbdüləzim Həsəninin nəsihəti

İmam Rza (ə) Əbdüləzim Həsəniyə buyurdu: “Ey Əbdüləzim! Mənim dostlarıma məndən salam çatdır və onlara de ki, şeytana özlərinə qarşı yol verməsinlər. Onlara doğru danışmağı və əmanətə riayət etməyi əmr et. Onlara sükut etməyi, özlərinə aid olmayan məsələlərdə mübahisə və çəkişməni tərk etməyi, bir-birlərinə üz tutmağı və bir-birlərini ziyarət etməyi tövsiyə et. Çünki bunlar məni razı salan və mənə yaxınlaşdıran əməllərdir. Onlar bir-birlərini parçalamaqla, bir-birlərinə qarşı düşmənçilik etməklə məşğul olmasınlar. Çünki mən özümə and içmişəm ki, kim belə edər və mənim dostlarımdan birini qəzəbləndirərsə, Allahdan onun dünyada ən şiddətli əzaba düçar edilməsini diləyərəm və axirətdə də ziyana uğrayanlardan olar. Onlara bildir ki, Allah onların yaxşı əməl sahiblərini bağışlamış, pis əməl sahiblərindən də keçmişdir. Lakin Allaha şərik qoşan, mənim dostlarımdan birinə əziyyət edən və ya ona qarşı qəlbində pis niyyət bəsləyən şəxs istisnadır. Həqiqətən, Allah həmin şəxsi bu əməldən əl çəkənə qədər bağışlamaz. Əgər bundan əl çəkərsə, bağışlanar. Əks halda, iman ruhu onun qəlbindən çıxar, mənim vilayətimdən xaric olar və bizim vilayətimizdən heç bir payı qalmaz. Mən belə bir vəziyyətdən Allaha pənah aparıram.”

100 Oxu
Könül oxşayan Hədislər 12.08.2026

Çağdaş dünyamızın bütü

Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:يَأْتى عَلَى النَّاسِ زَمانٌ بُطُونُهُمْ آلِهَتُهُمْ، وَ نِساؤُهُمْ قِبْلَتُهُمْ، وَ دَنا نيرُهُمْ دينُهُمْ، وَ شَرَفُهُمْ مَتاعُهُمْ، وَ لايَبْقى‏ مِنَ الْايمانِ الّا اسْمُهُ“Bir zaman gələcək ki, insanların qarınları tanrıları, qadınları qiblələri, pulları dinləri və şərəfləri matahları olacaq və imanın adından başqa bir şey qalmayacaqdır.”Soruşdular:يا رَسُولَ اللَّه! ايَعْبُدُونَ الْاصْنامَ“Ey Allahın Rəsulu! (Müsəlmanlar) bütlərəmi pərəstiş edəcəklər?”Həzrət buyurdu:نَعَمْ، كُلُّ دِرْهَمٍ عِنْدَهُمْ صَنَمٌ“Bəli, onların bütü pul olacaq (və bu, onları Allahdan qafil edəcək).” (“Biharul-ənvar”, c.22, səh.453.)axil edin...

Könül oxşayan Hədislər 24.02.2025

Üç əməl möminin nicаtınа sәbәb оlаr

İmam Zeynəlabidin (ə) buyurmuşdur: ثَلَاثٌ مُنْجِيَاتٌ لِلْمُؤْمِنِ كَفُّ لِسَانِهِ عَنِ النَّاسِ وَ اغْتِيَابِهِمْ وَ إِشْغَالُهُ نَفْسَهُ بِمَا يَنْفَعُهُ لآِخِرَتِهِ وَ دُنْيَاهُ وَ طُولُ الْبُكَاءِ عَلَى خَطِيئَتِهِ “Üç əməl möminin nicаtınа sәbәb оlаr: 1. dilini pis sözlәrdәn vә insanların qеybәtindәn qorumаq; 2. dünyаsı vә ахirәtinә fаydаsı оlаn işlәrlә mәşğul оlmаq; 3. öz xətalаrınа görә çox аğlаmаq. “Tuhәful-uqul”, sәh. 290.

Könül oxşayan Hədislər 24.02.2025

Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr

İmam Zeynəlabidin (ə) buyurmuşdur: أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ بَنَى اللَّهُ تَعَالَى لَهُ بَيْتاً فِي الْجَنَّةِ مَنْ آوَى الْيَتِيمَ وَ رَحِمَ الضَّعِيفَ وَ أَشْفَقَ عَلَى وَالِدَيْهِ وَ رَفَقَ بِمَمْلُوكِه‏ “Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr: 1. yеtimә sığınacaq vеrәnə; 2. zәiflәrә mәhәbbәt göstərənə; 3. vаlidеyninә ürәk yаndırana; 4. köləsi (tabeçiliyində olan) ilә хоş rәftаr еdənə.”“Vəsailuş-şiə”, 16-cild, səh.338.

Könül oxşayan Hədislər 24.02.2025

And içməmək və içdirməmək

And içməmək və içdirməmək İmam Rza (ə): Hər kim (borcunu ödəyə bilməyən) borclunu hakimin (dövlət məhkəməsi/şəriət qazisi) hüzuruna gətirərsə, onun (məcbur qalıb yalandan) and içəcəyini nəzərə alaraq, Allahın adına yalandan and içilməsinin qarşısını almaq və izzət və cəlal sahibi olan Allahın ehtiramını saxlayaraq bu işdən (borclunu məhkəməyə verməkdən) əl çəkərsə (and içdirməyib onu buraxarsa), Allah-taala Qiyamət günü onun üçün Həzrət İbrahim Xəlilullahın (a.s) məqamından başqa bir məqama razı olmaz. مَنْ قَدَّمَ غَرِيماً لَهُ إِلَى السُّلْطَانِ، وَ هُوَ يَعْلَمُ أَنَّهُ يَحْلِفُ لَهُ، فَتَرَكَهُ تَعْظِيماً لِلَّهِ جَلَّ وَ عَزَّ، لَمْ يَرْضَ اللَّهُ لَهُ يَوْمَ الْقِيَامَةِ إِلَّا بِمَنْزِلَةِ إِبْرَاهِيمَ الْخَلِيلِ (ع). 📚Fiqhur-Rza (ə), s.257, bab.38. ✍Hədisdəki incə məqam odur ki, alacaqlı borclunun Allahın müqəddəs adına yalan and içəcəyini (və ya böyük bir günaha batacağını), yaxud adi bir dünyəvi iş və dünya malı üçün Allahın adının andda hallanacağını bildikdə, Allah adının əzəməti və böyük ehtiramını nəzərə alaraq öz haqqından keçir və onu and içməyə məcbur etmir. Bu alicənablıq insanı ilahi dərgahda Həzrət İbrahimin (ə) məqamına — “Xəlilullah” (Allahın dostu) dərəcəsinə ucaldan ali əxlaq kimi qiymətləndirilir. P.S: Bu hədis bir nümunədir. İstənilən yerdə əgər bilirsənsə, qarşı tərəflə bir az da çənə vursan, Allahın adına and içəcək, hətta doğruya and içsə belə, bu işdən vaz keçmək, qarşı tərəfi and içməyə vadar etməmək, Allah adının dünya işinə alət olmasına bais olmamaq, insanın məqamını “Xəlilullah” dərəcəsinə qaldırır. @mirmehemmed_beshir

1 2 3 4

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...