Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Имам Али (а) 06.02.2025

5-ый день месяца Рамазан: ночной намаз и дуа

Намаз в 5-ю ночь месяца Рамадан В 5-ую ночь месяца Рамадан желательно совершить 2 раката намаза, в каждом из которых после «Аль-фатихи» нужно 50 раз прочитать суру «Искренность». А после окончания намаза следует 100 раз сказать «Аллахумма солли ‘аля Мухаммад уа али Мухаммад». (Мафатих навин, стр.785) Дуа пятого дня О Аллах, сделай меня из кающихся в этот день Аллаху́ммадж а́льни фи́хи мина́ль муста́гхфирин اللّهُمّ اجْعَلْنِي فِيهِ مِنَ المُسْتَغْفِرِينَ И из праведных и покорных Своих рабов Уадж’а́льни фи́хи мин иба́дикяс салихи́наль ганити́н وَاجْعَلْنِي فِيهِ مِنْ عِبَادِكَ الصَّالِحِينَ القَانِتِينَ И сделай меня в этот день из Своих приближённых рабов Уадж’а́льни фи́хи мин аулийа́икаль мугарраби́н وَاجْعَلْنِي فِيهِ مِنْ أَوْلِيَائِكَ المُقَرّبِينَ Во имя Твоего прощения, о Милостивейший из милостивых Бирафа́тикя йа а́рхамар рахими́н بِرَأْفَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Ramazan 06.02.2025

Ramazanayının 5-ci gününün duası 

Ərəbcə:   اَللّـهُمَّ اجْعَلْني فيهِ مِنْ الْمُسْتَغْفِرينَ، وَاجْعَلْني فيهِ مِنْ عِبادِكَ الصّالِحينَ اْلقانِتينَ، وَاجْعَلني فيهِ مِنْ اَوْلِيائِكَ الْمُقَرَّبينَ، بِرَأْفَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ   Oxunuşu:  Əllahumməc`əlni fihi minəl mustəğfirin, vəc`əlni fihi min ibadikəs-salihinəl qanitin, vəc`əlni fihi min əvliyaikəl muqərrəbin, birə`fətikə ya ərhəmər-rahimin.   Tərcüməsi:  İlahi, Öz məhəbbət və mərhəmətinlə məni bu gün tövbə və istiğfar edənlərdən qərar ver, məni təvazökar və saleh bəndələrinin sırasında yerləşdir, məni bu gün Sənə yaxın olan bəndələrindən təyin et, ey mehribanların ən mehribanı!     Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:    2 rukət (Hər rukətdə 1 Həmd, 50 İxlas)     Allah dualarınızı qəbul etsin!

Имам Али (а) 06.02.2025

Намаз в 4-ю ночь месяца Рамадан

В 4-ую ночь месяца Рамадан желательно совершить 4 намаза по 2 раката. В каждом ракате после «Аль-фатихи» следует 20 раз прочесть суру «Ночь предопределения». (Мафатих навин, стр.785) Дуа четвёртого дня О Аллах, укрепи меня в этот день для исполнения Твоей воли Аллаху́мма га́уввини фи́хи аля́ ига́мати амри́к اللّهُمّ قَوّنِي فِيهِ عَلَى إِقَامَةِ أَمْرِكَ И дай мне в этот день вкусить сладость Твоего упоминания Уа азы́гни фи́хи халя́вата зи́крик وَأَذِقْنِي فِيهِ حَلاوَةَ ذِكْرِكَ И научи меня благодарить Тебя за милосердие Твоё Уа аузи́ани фи́хи лиада́и шу́крикя бикарами́к وَأَوْزِعْنِي فِيهِ لأَدَاءِ شُكْرِكَ بِكَرَمِكَ Сохрани меня в этот день Уахфа́зни фи́хи бихи́взикя уа са́трик وَاحْفَظْنِي فِيهِ بِحِفْظِكَ وَسَتْرِكَ О Самый Зоркий из смотрящих Йа а́бсаран назири́н يَا أَبْصَرَ النَّاظِرِينَ

Ramazan 05.02.2025

Ramazan ayının 4-cü gününün duası

Ramazan ayının 4-cü gününün duası Ərəbcə:   اَللّـهُمَّ قَوِّني فيهِ عَلى اِقامَةِ اَمْرِكَ، وَاَذِقْني فيهِ حَلاوَةَ ذِكْرِكَ، وَاَوْزِعْني فيهِ لاِداءِ شُكْرِكَ بِكَرَمِكَ، وَاحْفَظْني فيهِ بِحِفْظِكَ وَسَتْرِكَ، يا اَبْصَرَ النّاظِرينَ   Oxunuşu:  Əllahummə qəvvini fihi əla iqaməti əmrik, və əziqni fihi həlavətə zikrik, və əvzi`ni fihi liədai şukrikə bikərəmik, vəhfəzni fihi bihifzikə və sitrik, ya əbsərən-nazirin.   Tərcüməsi: İlahi, Sənin əmrini bərpa etmək üçün mənə qüvvət ver. Səni zikr və yad etməyin şirinliyini mənə dadızdır. Öz kərəminlə məni şükür etməyə hazır et. Məni Öz hifzinlə və pis işlərdən qoruyan örtüyünlə qoru. Ey görənlərin ən bəsirətlisi!   Ramazan ayının gecələrində qılınması müstəhəb olan namaz:    8 rukət (Hər rukətdə 1 Həmd, 20 Qədr)   Allah dualarınızı qəbul etsin!

Ramazan 05.02.2025

Ramazan ayının 3-cü gününün duası 

Ramazan ayının 3-cü gününün duası https://archive.org/download/hacirahibramazan1/Haci%20Rahib%20Ramazan%203.mp3   Ərəbcə:   اَللّـهُمَّ ارْزُقْني فيهِ الذِّهْنَ وَالتَّنْبيهَ، وَباعِدْني فيهِ مِنَ السَّفاهَةِ وَالَّتمْويهِ، وَاجْعَلْ لى نَصيباً مِنْ كُلِّ خَيْر تُنْزِلُ فيهِ، بِجُودِكَ يا اَجْوَدَ الاجْوَدينَ .   Oxunuşu:  Əllahummərzuqni fihiz-zihnə vət-tənbih, və baidni fihi minəs-səfahəti vət-təmvih, vəc`əl li nəsibən min kulli xəyrin tunzilu fihi bicudik, ya əcvədəl əcvədin.   Tərcüməsi: İlahi, Öz səxavətinlə mənə bu gün yaxşı düşüncə və ayıqlıq əta et, məni ağılsız və səfeh işlərdən uzaqlaşdır və bu gün nazil etdiyin hər bir xeyirdən mənə pay ayır, ey səxavətlilərin ən səxavətlisi!

Dua 05.02.2025

Birinci münacat: Tövbə edənlərin münacatı

Birinci münacat: Tövbə edənlərin münacatı Ərəbcə ِبسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ إِلَهِي أَلْبَسَتْنِي الْخَطَايَا ثَوْبَ مَذَلَّتِي وَ جَلَّلَنِي التَّبَاعُدُ مِنْكَ لِبَاسَ مَسْكَنَتِي وَ أَمَاتَ قَلْبِي عَظِيمُ جِنَايَتِي فَأَحْيِهِ بِتَوْبَةٍ مِنْكَ يَا أَمَلِي وَ بُغْيَتِي وَ يَا سُؤْلِي وَ مُنْيَتِي فَوَعِزَّتِكَ مَا أَجِدُ لِذُنُوبِي سِوَاكَ غَافِرا وَ لا أَرَى لِكَسْرِي غَيْرَكَ جَابِرا وَ قَدْ خَضَعْتُ بِالْاِنَّابَةِ إِلَيْكَ وَ عَنَوْتُ بِالاسْتِكَانَةِ لَدَيْكَ فَإِنْ طَرَدْتَنِي مِنْ بَابِكَ فَبِمَنْ أَلُوذُ وَ إِنْ رَدَدْتَنِي عَنْ جَنَابِكَ فَبِمَنْ أَعُوذُ فَوَا أَسَفَاهْ مِنْ خَجْلَتِي وَ افْتِضَاحِي وَ وَا لَهْفَاهْ مِنْ سُوءِ عَمَلِي وَ اجْتِرَاحِي أَسْأَلُكَ يَا غَافِرَ الذَّنْبِ الْكَبِيرِ وَ يَا جَابِرَ الْعَظْمِ الْكَسِيرِ أَنْ تَهَبَ لِي مُوبِقَاتِ الْجَرَائِرِ وَ تَسْتُرَ عَلَيَّ فَاضِحَاتِ السَّرَائِرِ وَ لا تُخْلِنِي فِي مَشْهَدِ الْقِيَامَةِ مِنْ بَرْدِ عَفْوِكَ وَ غَفْرِكَ وَ لا تُعْرِنِي مِنْ جَمِيلِ صَفْحِكَ وَ سَتْرِكَ إِلَهِي ظَلِّلْ عَلَى ذُنُوبِي غَمَامَ رَحْمَتِكَ وَ أَرْسِلْ عَلَى عُيُوبِي سَحَابَ رَأْفَتِكَ إِلَهِي هَلْ يَرْجِعُ الْعَبْدُ الْآبِقُ إِلا إِلَى مَوْلاهُ أَمْ هَلْ يُجِيرُهُ مِنْ سَخَطِهِ أَحَدٌ سِوَاهُ إِلَهِي إِنْ كَانَ النَّدَمُ عَلَى الذَّنْبِ تَوْبَةً فَإِنِّي وَ عِزَّتِكَ مِنَ النَّادِمِينَ وَ إِنْ كَانَ الاسْتِغْفَارُ مِنَ الْخَطِيئَةِ حِطَّةً فَإِنِّي لَكَ مِنَ الْمُسْتَغْفِرِينَ لَكَ الْعُتْبَى حَتَّى تَرْضَى إِلَهِي بِقُدْرَتِكَ عَلَيَّ تُبْ عَلَيَّ وَ بِحِلْمِكَ عَنِّي اعْفُ عَنِّي وَ بِعِلْمِكَ بِي ارْفَقْ بِي إِلَهِي أَنْتَ الَّذِي فَتَحْتَ لِعِبَادِكَ بَابا إِلَى عَفْوِكَ سَمَّيْتَهُ التَّوْبَةَ فَقُلْتَ تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحا فَمَا عُذْرُ مَنْ أَغْفَلَ دُخُولَ الْبَابِ بَعْدَ فَتْحِهِ إِلَهِي إِنْ كَانَ قَبُحَ الذَّنْبُ مِنْ عَبْدِكَ فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ إِلَهِي مَا أَنَا بِأَوَّلِ مَنْ عَصَاكَ فَتُبْتَ عَلَيْهِ وَ تَعَرَّضَ لِمَعْرُوفِكَ فَجُدْتَ عَلَيْهِ يَا مُجِيبَ الْمُضْطَرِّ يَا كَاشِفَ الضُّرِّ يَا عَظِيمَ الْبِرِّ يَا عَلِيما بِمَا فِي السِّرِّ يَا جَمِيلَ السِّتْرِ [السَّتْرِ] اسْتَشْفَعْتُ بِجُودِكَ وَ كَرَمِكَ إِلَيْكَ وَ تَوَسَّلْتُ بِجَنَابِكَ [بِجِنَانِكَ]‏ وَ تَرَحُّمِكَ لَدَيْكَ فَاسْتَجِبْ دُعَائِي وَ لا تُخَيِّبْ فِيكَ رَجَائِي وَ تَقَبَّلْ تَوْبَتِي وَ كَفِّرْ خَطِيئَتِي بِمَنِّكَ وَ رَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ Oxunuşu Bismillahir rəhmanir rəhim İlahi əlbəstənil xətaya səvbə məzəlləti, və cəllələnit təbaudu minkə libasə məskənəti, və əmatə qəlbi əzimu cinayəti, fəəhyihi bi təvbətin minkə ya əməli və buğyəti və ya su`li və munyəti, fəvəizzətikə ma əcidu li zunubi sivakə ğafira, və la əra likəsri ğəyrəkə cabira, və qəd xəzə`tə bil inabəti iləykə və ənəvtu bil istikanəti lədəyk, fəin tərədtəni min babikə fə bi-mən əluz, və in rədədtəni ən cənabik, fəbimən əuzu fəva əsəfahu min xəcləti vəftizahi, vəva ləhvahu min sui əməli vəctirahi, əs`əlukə ya ğafirəz zənbil kəbir və ya cabirəl əzmil kəsir, ən təhəbə li mubiqatil cərair, və təsturə ələyyə fazihatis sərair, və la tuxlini fi məşhədil qiyaməti min bərdi əfvikə və ğəfrik, və la tu`rini min cəmili səfhikə və sətrik, ilahi zəllil əla zunubi ğəmamə rəhmətik, və ərsil əla uyubi səhabə rə`fətik, ilahi həl yərciul əbdul abiqu illa ila məvlah, əm həl yuciruhu min səxətihi əhədun sivah, ilahi in kanən nədəmu ələz zənbi təvbəh, fəinni və izzətikə minən nadimin, və in kanəl istiğfaru minəl xətiəti hittəh, fəinni ləkə minəl mustəğfirinə ləkəl utba hətta tərza, ilahi biqudrətikə ələyyə tub ələyy, və bi həmlikə ənni və bi ilmikə bi irfəq bi, ilahi əntəlləzi fətəhtə liibadikə babən ila əfvik, səmməytəhut təvbətə fəqultə tubu iləllah təvbətən nusuha, fə ma uzru mən əğfələ duxuləl babi bə`də fəthih, ilahi in kanə qəbuhəz zənbu min əbdikə fəlyəhsunil əfvu min indik, ilahi ma ənə bi əvvəli mən əsakə fə tubtu ələyh, və təərrəzə li mə`rufikə fə cudtə ələyhi ya mucibəl muztərr, ya kaşifəz zurri ya əziməl bərri ya əlimən bi ma fis sirr, ya cəmiləs sətristəşfə`tu bicudikə və kərəmikə iləyk, və təvəssəltu bi cənabik (bi cənanik), və tərəhhumikə lədəykə fəstəcib duai və la tuxəyyib fikə rəcai, və təqəbbəl təvbəti və kəffir xətiəti, bimənnikə və rəhmətikə ya ərhəmər rahimin. Tərcüməsi Bağışlayan və mehriban Allahın adı ilə! İlahi, xətalarım mənə zillət və xarlıq paltarı geyindirmiş, Səndən uzaqlıq məni zəlil etmiş və böyük cinayətlərim (nəfsə itaət) qəlbimi öldürmüşdür. Öz tərəfindən (qəbul olunan) bir tövbə ilə onu dirilt, ey mənim ümid və istəyim! And olsun Sənin izzətinə, Səndən başqa günahlarımı bağışlayacaq, işlərimin dolaşıqlığını açıb aradan qaldıracaq bir kəsi tanımıram. Həqiqətən, kamil bir təvazökarlıq və ah-nalə ilə Sənin dərgahına üz tutmuşam. Əgər məni öz qapından uzaqlaşdırsan, kimə üz tutaram?! Əgər Öz dərgahından qovsan, kimə sığınaram?! Təəssüflər olsun xəcalət və rüsvayçılığımdan! Günah və pis işlərin qəm-kədəri və xoşagəlməz əməllərimdən vay mənim halıma! Ey böyük günahları bağışlayan, ey sınmış sümükləri birləşdirən. Səndən həlakətə yetirən xəta və günahlarımı bağışlamaq və gizli rüsvayçılığımı örtməyini diləyirəm. (İlahi,) qiyamət səhnəsində məni Öz əfv və məğfirətinin sərinliyi, bağışlamağın və günahları örtməyindən məhrum etmə! İlahi, yandırıcı günahlarımın üzərinə rəhmətinlə kölgə sal və eyiblərimin üzərinə Öz rəhmət yağışını yağdır! İlahi, ağasının yanından fərar edən bir qulun yalnız öz ağacının yanına qayıtmaqdan başqa çarəsi varmı? Yaxud ağasının ona qəzəbi tutsa, qula ağasından başqa, kimsə nicat verə bilərmi? İlahi, əgər günah əməllərdən peşman olmaq tövbədirsə, onda izzətinə and olsun ki, mən peşman olanlardanam. Əgər xətaları bağışlamağını diləmək günahların məhv olmasına səbəbdirsə, onda, mən həqiqətən də (məndən) razı olana qədər Səndən bağışlanmaq diləyənlərdənəm. İlahi, Sənə and verirəm mənim üzərimdəki qüdrətini (mənə cəza verməyə qadir olmağını), tövbəmi qəbul et! Sənə and verirəm günahlarım müqabilindəki helmini, məni əfv et və Sənə and verirəm mənim barəmdəki elmini, mənə mərhəmətlə nəzər sal! İlahi, Bəndələrin üçün bağışlanmaq qapısı açan, onu \”tövbə” adlandıran və sonra \”Xalis bir tövbə ilə Allaha tərəf qayıdın!” – deyə buyuran Sənsən. Belə isə, bu qapı açıldıqdan sonra bağışlanmaq üçün içəri daxil olmaqdan qafil olanın üzr və bəhanəsi nədir?! İlahi, Sənin bəndəndən baş verən günah qəbahətli olsa da, Sənin tərəfindən olan əfv daha bəyəniləndir! İlahi, mən Sənə qarşı üsyan edən və Sənin bağışladığın və təyin etdiyin hədlərini aşmasam da, ona ehsan etdiyin birinci şəxs deyiləm. Ey çarəsizlərin duasını qəbul edən, ey qəm-kədər, çətinlik və zərərləri aradan qaldıran, ey ehsanı böyük olan, ey gizlində olanlara alim, ey eyib və günahları gözəl şəkildə örtən! Sənin tükənməz ehsan və rəhmətini (dərgahında) şəfaətçi tutaraq Sənə və rəhminə təvəssül etmişəm. Belə isə, mənim duamı qəbul et və rəhmətinə olan ümidimi boşa çıxarma! Tövbəmi qəbul et, xəta və günahlarımı rəhmət və mərhəmətinlə bağışla, ey mehribanların ən mehribanı! Kitabın adı: Məfatihul Cinan

Ramazan 05.02.2025

Ramazan ayının 2-ci gününün duası 

https://archive.org/download/hacirahibramazan1/Haci%20Rahib%20Ramazan%202.mp3 Ramazan ayının 2-ci gününün duası Ərəbcə: اللَّهُمَّ قَرِّبْنِي فِيهِ إِلَى مَرْضَاتِكَ وَ جَنِّبْنِي فِيهِ مِنْ سَخَطِكَ وَ نَقِمَاتِكَ وَ وَفِّقْنِي فِيهِ لِقِرَاءَةِ آيَاتِكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ     Oxunuşu: Bismillahir-Rahmanir-Rahim. Əllahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin.   Tərcüməsi: İlahi, bu gün məni öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini (Quranı) oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə And verirəm, ey rəhmlilərin ən rəhmlisi!

Ramazan 05.02.2025

Ramazan ayının 1-ci gününün duası

Mübarək Ramazan ayında gündəlik namazlardan sonra oxunan dua – ‘Ya Əliyyu, ya Əzim’ duası https://archive.org/download/hacirahibramazan1/Haci%20Rahib%20Ramazan%201.mp3   بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحيِم يا عَلِيُّ يا عَظيمُ يا غَفُورُ يا رَحيمُ اَنْتَ الرَّبُّ الْعَظيمُ اَلَّذي لَيْسَ كَمِثْلِهِ شَيءٌ وَهُوَ السَّميعُ الْبَصيرُ وَهذا شَهْرٌ عَظَّمْتَهُ وَكَرَّمْتَهُ وَشَرَّفْتَهُ وَفَضَّلْتَهُ عَلَى الشُّهُورِ وَهُوَ الشَّهْرُ الَّذي فَرَضْتَ صِيامَهُ عَلَيَّ وَهُوَ شَهْرُ رَمَضانَ الَّذي اَنْزَلْتَ فيهِ الْقُرْآنَ، هُدىً لِلنّاسِ وَبَيِّنات مِنَ الْهُدى وَالْفُرْقانَ وَجَعَلْتَ فيهِ لَيْلَةَ الْقَدْرِ وَجَعَلْتَها خَيْراً مِنْ اَلْفِ شَهْر فَيا ذَا الْمَنِّ وَلا يُمَنُّ عَلَيْكَ مُنَّ عَلَيَّ بِفَكاكِ رَقَبَتي مِنَ النّارِ فيمَنْ تَمُنَّ عَلَيْهِ، وَ اَدْخِلْنِى الْجَنَّةَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ   DUANIN OXUNUŞU   Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil Qur`an. Hudəl-linnasi və bəyyinatin minəl-huda vəl furqan. Və cəəltəha fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar, fimən təmunnu ələyh və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin.   DUANIN TƏRCÜMƏSİ   Bağışlayan və mehriban Allahın adı ilə! Ey uza, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sənsən böyük Allah. Bir Allah ki, bənzəri yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli edib üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. Elə bir ay ki, həmin ayda insanları doğru yola yönəldən, hidayətlə bağlı aydın dəlillərə sahib olan və haqqı batildən ayıran Quranı nazil etdin. O ayda “qədr gecəsi”ni yerləşdirib, onu min aydan xeyirli və üstün etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Məni minnət qoyulan bəndələrinin zümrəsində əzabdan azad etməklə boynuma minnət qoy. Məni cənnətə daxil et, ey rəhm edənlərin ən rəhmlisi!     İFTAR DUASI:   Ərəbcə: اَللّـهُمَّ لَكَ صُمْتُ وَ عَلَى رِزْقِكَ أَفْطَرْتُ وَ عَلَيْكَ تَوَكَّلْتُ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي   Duanın oxunuşu: Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli   Duanın tərcüməsi: İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm.   Ramazan ayının 1-ci gününün duası   Ərəbcə: اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ   Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.   Tərcüməsi: İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!

Ramazan 05.02.2025

Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir:

Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir:   Ayın çıxmasını izləmək və gözləmək;   Ayı gördükdə üzü qibləyə dayanıb əlləri səmaya qaldıraraq bu duanı oxumaq:   رَبّى‏ وَرَبُّكَ اللَّهُ رَبُّ الْعالَمينَ اَللّهُمَّ اَهِلَّهُ عَلَيْنا بِالْأَمْنِ‏ وَالْأِيمانِ، وَالسَّلامَةِ وَالْإِسْلامِ، وَالْمُسارَعَةِ اِلى‏ ما تُحِبُّ وَتَرْضى‏، اَللّهُمَّ بارِكَ لَنا فى‏ شَهْرِنا هذا، وَارْزُقْنا خَيْرَهُ وَعَوْنَهُ، وَاصْرِفْ عَنَّا ضُرَّهُ وَشَرَّهُ وَبَلائَهُ وَفِتْنَتَهُ   Duanın oxunuşu: Rəbbi və rəbbukəllahu rəbbul aləmin. Əllahummə əhilləhu ələyna bil əmni vəl iman, vəs səlaməti vəl İslam, vəl musarəəti ila ma tuhibbu və tərza. Əllahummə barik ləna fi şəhrina haza, vərzuqna xəyrəhu və əvnəh, vəsrif ənna zurrəhu və şərrəh, və bəlaəhu və fitnətəh.   Duanın tərcüməsi: Mənim və sənin Rəbbin aləmlərin Rəbbi olan Allahdır. İlahi, bu ayı bizə əmin-amanlıq, iman, sağlamlıq, təslim və Sənin sevdiyin və razı qaldıqlarına doğru şövqlə yenilə! İlahi, bu ayda bizə bərəkət ver, onun xeyir və yardımını bizə nəsib et, zərər, şər, bəla və fitnəsini bizdən uzaqlaşdır!   Nəql olunur ki, İslam Peyğəmbəri (s) ayı görcək üzünü qibləyə tutub deyərdi:   اَللّهُمَّ اَهِلَّهُ عَلَيْنا بِالْأَمْنِ والْإِيمانِ وَالسَّلامَةِ وَالْإِسْلامِ، وَالْعافِيَةِ الْمُجَلَّلَةِ وَدِفاعِ‏ الْأَسْقامِ، وَالْعَوْنِ عَلَى الصَّلاةِ وَالصِّيامِ، وَالْقِيامِ وَتِلاوَةِ الْقُر انِ،اَللّهُمَّ سَلِّمْنا لِشَهْرِ رَمَضانَ، وَتَسَلَّمْهُ مِّنا، وَسَلِّمْنا فيهِ حَتّى‏ يَنْقَضِىَ‏ عَنَّا شَهْرُ رَمَضانَ، وَقَدْ عَفَوْتَ عَنَّا، وَغَفَرْتَ لَنا وَرَحِمْتَنا   Duanın oxunuşu: Əllahummə əhilləhu ələyna bil əmni vəl iman, vəs-səlaməti vəl İslam, vəl afiyətil mucəllələti və difail əsqam, vəl əvni ələs-səlati vəs-siyami vəl qiyami və tilavətil Qur`an. Əllahummə səllimna lişəhri rəməzan, və təsəlləmhu minna və səllimna fihi, hətta yənqəziyə ənna şəhru rəməzan, və qəd əfəvtə ənna və ğəfərtə ləna və rəhimtəna.   Duanın tərcüməsi: İlahi, bu ayı bizə əmin-amanlıq, iman, sağlamlıq, təslim, gözəl afiyət və xəstəliklərdən uzaqlıq (və geniş ruzi), namaz, oruc, gecələri ibadətlə keçirmək və Quran tilavəti ilə yenilə! İlahi, bizi Ramazan ayı üçün sağlam saxla, onu da bizdən sağlam qəbul et və bizi əfv etmək, günahlarımızı bağışlamaq və bizi rəhmətinə şamil etmək üçün gələn Ramazan ayına qədər diri saxla!   “Səhifeyi-Səccadiyyə”nin 33-cü duasını oxumaq:   اَيُّهَا الْخَلْقُ الْمُطيعُ الدَّائِبُ السَّريعُ، الْمُتَرَدِّدُ فى‏ مَنازِلِ‏ التَّقْديرِ، الْمُتَصَرِّفُ فى‏ فَلَكِ التَّدْبيرِ، امَنْتُ بِمَنْ نَوَّرَ بِكَ الظُّلَمَ، وَاَوْضَحَ بِكَ الْبُهَمَ، وجَعَلَكَ ايَةً مِنْ اياتِ مُلْكِهِ، وَعَلامَةً مِنْ‏ عَلاماتِ سُلْطانِهِ، فَحَدَّ بِكَ الزَّمانَ، وَامْتَهَنَكَ بِالْكَمالِ وَالنُّقْصانِ، وَالطُّلُوعِ والْأُفُولِ وَالْإِنارَةِ وَالْكُسُوفِ، فى‏ كُلِّ ذلِكَ اَنْتَ لَهُ مُطيعٌ، وَاِلى‏ اِرادَتِهِ سَريعٌ، سُبْحانَهُ ما اَعْجَبَ ما دَبَّرَ مِنْ اَمْرِكَ، وَاَلْطَفَ ما صَنَعَ فى‏ شَاْنِكَ، جَعَلَك مِفْتاحَ شَهْرٍ حادِثٍ لِأَمْرٍ حادِثٍ، فَاَسْئَلُ اللَّهَ‏ رَبِّى‏ وَرَبَّكَ، وَخالِقى‏ وَخالِقَكَ، وَمُقَدِّرى‏ وَمُقَدِّرَكَ، وَمُصَوِّرى‏ وَمُصَوِّرَكَ، اَنْ يُصَلِّىَ عَلى‏ مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ، وَاَنْ يَجْعَلَكَ هِلالَ‏ بَرَكةٍ لا تَمْحَقُهَا الْأَيَّامُ، وَطَهارَةٍ لا تُدَنِّسُهَا الْأثامُ، هِلالَ اَمْنٍ مِنَ‏ الأفاتِ، وَسَلامَةٍ مِنَ السَّيِّئاتِ، هِلالَ سَعْدٍ لا نَحْسَ فيهِ، وَيُمْنٍ لا نَكَدَ مَعَهُ، وَيُسْرٍ لا يُمازِجُهُ عُسْرٌ، وَخَيْرٍ لا يَشُوبُهُ شَرٌّ، هِلالَ اَمْنٍ‏ وَايمانٍ، وَنِعْمَةٍ وَاِحْسانٍ، وَسَلامَةٍ وَاِسْلامٍ، اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ، وَاجْعَلْنا مِنْ اَرْضى‏ مَنْ طَلَعَ عَلَيْهِ، وَاَزْكى‏ مَنْ نَظَرَ اِلَيْهِ، وَاَسْعَدَ مَنْ تَعَبَّدَ لَكَ فيهِ، وَوَفِّقْنَا اللّهُمَّ فيهِ لِلطَّاعَةِ وَالتَّوْبَةِ، وَاعْصِمْنا فيهِ مِنَ الاثامِ وَالْحَوبَةِ، وَاَوْزِعْنا فيهِ شُكْرَ النِّعْمَةِ، وَاَلْبِسْنا فيهِ جُنَنَ الْعافِيَةِ، وَاَتْمِمْ عَلَيْنا بِاسْتِكْمالِ طاعَتِكَ فيهِ الْمِنَّةَ، اِنَّكَ اَنْتَ‏ الْمَنَّانُ الْحَميدُ، وَصَلَّى اللَّهُ عَلى‏ مُحَمَّدٍ و الِهِ الطَيِّبينَ، وَاجْعَلْ لَنا فيهِ‏ عَوناً مِنْكَ عَلى‏ ما نَدَبْتَنا اِلَيْهِ مِنْ مُفْتَرَضِ طاعَتِكَ، وَتَقَبَّلْها اِنَّكَ‏ الْأَكْرَمُ مِنْ كُلِّ كَريمٍ، وَالْأَرْحَمُ مِنْ كُلِّ رَحيمٍ، امينَ امينَ رَبَّ الْعالَمينَ.   Duanın oxunuşu: Əyyuhəl xəlqul mutiud-daibus-səriul mutərəddid, fi mənazilit-təqdiril mutəsərrifu fi fələkət-tədbir, aməntu bimən nəvvərə bikəz-zuləm, və əvzəhə bikəl buhəm, və cəələkə ayətən min ayati mulkih, və əlamətən min əlamati sultanih, fəhəddə bikəz-zəmanə vəmtəhənəkə bil kəmali vən-nuqsan, vət-tului vəl ufuli vəl inarəti vəl kusuf, fi kulli zalikə əntə ləhu muti`, və ila iradətihi səri`, subhanəhu ma ə`cəbə ma dəbbərə min əmrik, və əltəfə ma sənəə fi şə`nik, cəələkə miftahə şəhrin hadisin liəmrin hadis, fəəs`əlullahə rəbbi və rəbbək, və xaliqi və xaliqək, və muqəddiri və muqəddirək, və musəvviri və musəvvirək, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən yəc`ələkə hilalə bərəkətin la təmhəquhəl əyyam, və təharətin la tudənnisuhəl asamu hilalə əmnin minəl afat, və səlamətin minəs-səyyiat, hilalə sə`din la nəhsə fih, və yumnin la nəkədə məəh, və yusrin la yumazicuhu usr, və xəyrin la yəşubuhu şərr, hilalə əmnin və imanin və ni`mətin və ihsanin və səlamətin və İslam. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlna min ərza mən tələə ələyh, və əzka mən nəzərə iləyh, və əs`ədə mən təəbbədə ləkə fih, və vəffiqnəllahummə fihi lit-taəti vət-təvbəh, və`simna fihi minəl asami vəl həvbəh, və əvzi`na fihi şukrən ni`məti və əlbisna fihi cunənəl afiyəh, və ətmim ələyna bistikmali taətikə fihil minnəh, innəkə əntəl mənnanul həmid, və səlləllahu əla Muhəmmədin və alihit-təyyibin, vəc`əl-ləna fihi əvnən minkə əla ma nədəbtəna iləyhi min muftərəzi taətik, və təqəbbəlha innəkəl əkrəmu min kulli kərim, vəl ərhəmu min kulli rəhim, aminə rəbbil aləmin.   Duanın tərcüməsi: Ey Rəbbinə həmişə müti olan məxluq, (səmada) müəyyən mənzilləri sürətlə ötən və tədbir fələyində hərəkət edən (Ramazan ayı)! Mən sənin vasitənlə gecənin zülmətini aydınlaşdıran, görünməyən və nabələd yolları sənin sayəndə nişan verən, səni mülkü və hakimiyyətinin nişanələrinə bir əlamət edən, sənin seyrinlə zamanların müddətini müəyyən və sənin ehtiyac və nöqsanlı olmağını doğman (görünmən), batman və cazibənlə məxluqata aşkar edən Allaha iman gətirdim. Bunlarla yanaşı, sən ona müti və iradəsinə dərhal tabe olansan. Sənin yaradılışında tədbir görən və insanda təəccüb doğuran Allah pak və bütün nöqsanlardan uzaqdır! (O,) Səni ayın – yeni tarix və hadisələrin – başlanğıcı etmişdir. Mənim və sənin Rəbbin, bizim yaradanımız, işlərimizi müqəddər edərək tənzimləyən, bizə surət verən Allahdan Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərməsini, səni ruzigarın məhv etmədiyi bərəkət, günahların çirkləndirmədiyi paklıq, bəlalardan əmin-amanlıq, günahlardan saflıq, nəhs deyil, xoşbəxtlik, məşəqqət olmayan rahatlıq, şər və zərəri olmayan xeyir ayına çevirməsini, səni əmin-amanlıq, iman, nemət, ehsan, sağlamlıq və hökmlərinə təslim ayı etməsini diləyirəm! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, bizi üzərinə ay işığı düşənlərin ən çox razı olanı, aya nəzər salanların ən pakı, bu ayda sənə ibadət edənlərin ən xoşbəxti et! İlahi, bu ayda bizi Sənə itaət və günahlardan tövbəyə müvəffəq et, bizi günah və xətalardan amanda saxla, nemətinin şükrünü yerinə yetirməyi nəsib et, əynimizə sağlamlıq libası geyindir, Sənə kamil şəkildə itaət etməklə nemətlərini də bizə tamamla ki, həqiqətən, Sən nemət verən və tərifəlayiqsən! Mühəmməd və onun pak Əhli-beytinə salam yetir, bizə bu ayda dəvət etdiyin vacib əməlləri yerinə yetirməkdə yardımçı ol və onları bizdən qəbul et! Həqiqətən, Sən bütün ehsan edənlərdən daha kəramətli, rəhm edənlərdən daha rəhmlisən! Amin, amin, ey aləmlərin Rəbbi!   Qüsl etmək;   İmam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək;   İki rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsini oxuduqdan sonra “Ənam” surəsini oxumaq göstəriş verilir. Namazdan sonra Allahdan ancaq Allahın ona kifayət etməsini və onu bütün dərdlərdən qorumasını diləsin.   Şam namazından sonra imam Cavaddan (ə) nəql olunmuş bu duanı oxumaq:   اَللّهُمَّ يا مَنْ يَمْلِكُ التَّدْبيرَ، وَهُوَ عَلى‏ كُلِّشَىْ‏ءٍ قَديرٌ، يا مَنْ‏ يَعْلَمُ خائِنَةَ الْأَعْيُنِ، وَما تُخْفِى الصُّدُورُ، وَتُجِنُّ الضَّميرُ، وَهُوَ اللَّطيفُ الْخَبيرُ، اَللّهُمَّ اجْعَلْنا مِمَّنْ نَوى‏ فَعَمِلَ، وَلاتَجْعَلْنا مِمَّنْ شَقِىَ‏ فَكَسِلَ،، وَلا مِمَّنْ هُوَ عَلى‏ غَيْرِ عَمَلٍ يَتَّكِلُ، اَللّهُمَّ صَحِّحْ اَبْدانَنا مِنَ‏ الْعِلَلِ، وَاَعِنَّا عَلى‏ مَا افْتَرَضْتَ عَلَيْنا مِنَ الْعَمَلِ حَتّى‏ يَنْقَضِىَ عَنَّا شَهْرُكَ هذا، وَقَدْ اَدَّيْنا مَفْرُوضَكَ فيهِ عَلَيْنا، اَللّهُمَّ اَعِنَّا عَلى‏ صِيامِهِ، وَوَفِّقْنا لِقِيامِهِ، وَنَشِّطْنا فيهِ لِلصَّلاةِ، وَلا تَحْجُبْنا مِنَ الْقِرآئَةِ، وَسَهِّلْ‏ لَنا فيهِ ايتآءَ الزَّكوةِ، اَللّهُمَّ لا تُسَلِّطْ عَلَيْنا وَصَباً وَلا تَعَباً وَلا سَقَماً وَلا عَطَباً اَللّهُمَّ ارْزُقْنا الْإِفْطارَ مِنْ رِزْقِكَ الْحَلالِ، اَللّهُمَّ سَهِّلْ لَنا فيهِ ما قَسَمْتَهُ مِنْ رِزْقِكَ، وَيَسِّرْ ما قَدَّرْتَهُ مِنْ اَمْرِكَ، وَاجْعَلْهُ حَلالاً طَيِّباً نَقِيّاً مِنَ الْأثامِ، خالِصاً مِنَ الْأصارِ وَالْأَجْرامِ، اَللّهُمَّ لا تُطْعِمْنا اِلاَّ طَيِّباً غَيْرَ خَبيثٍ وَلا حَرامٍ، وَاجْعَلْ رِزْقَكَ لَنا حَلالاً لا يَشُوبُهُ‏ دَنَسٌ وَلا اَسْقامٌ، يا مَنْ عِلْمُهُ بِالسِّرِّ كَعِلْمِهِ باِلْأَعْلانِ يا مُتَفَضِّلاً عَلى‏ عِبادِهِ بِالْإِحْسانِ، يا مَنْ هُوَ عَلى‏ كُلِّشَىْ‏ءٍ قَديرٌ وَبِكُلِّشَىْ‏ءٍ عَليمٌ‏ خَبيرٌ، اَلْهِمْنا ذِكْرَكَ، وَجَنِّبْنا عُسْرَكَ، وَاَنِلْنا يُسْرَكَ، وَاهْدِنا لِلرَّشادِ، وَوَفِّقْنا لِلسَّدادِ، وَاعْصِمْنا مِنَ الْبَلايا وَصُنَّا مِنَ الْأَوْزارِ وَالْخَطايا، يا مَنْ لا يَغْفِرُ عَظيمَ الذُّنُوبِ غَيْرُهُ، وَلا يَكْشِفُ السُّوءَ اِلاَّ هُوَ، يا اَرْحَمَ الرَّاحِمينَ، وَاَكْرَمَ الْأَكْرَمينَ، صَلِّ عَلى‏ مُحَمَّدٍ وَاَهْلِ بَيْتِهِ‏ الطَّيِّبينَ، وَاجْعَلْ صِيامَنا مَقْبُولاً، وَبِالْبِرِّ وَالتَّقْوى‏ مَوْصُولاً، وَكَذلِكَ‏ فَاجْعَلْ سَعْيَنا مَشْكُوراً، وَقِيامَنا مَبْرُوراً، وَقُرْانَنا مَرْفُوعاً، وَدُعآئَنا مَسْمُوعاً، وَاهْدِنا لِلْحُسْنى‏، وَجَنِّبْنَا الْعُسْرى‏، وَيَسِّرْنا لِلْيُسْرى‏، وَاَعْلِ‏ لَنَا الدَّرَجاتِ، وَضاعِفْ لَنا الْحَسَناتِ، وَاقْبَلْ مِنَّا الصَّوْمَ وَالصَّلاةَ، وَاسْمَعْ مِنَّا الدَّعَواتِ، وَاغْفِرْ لَنَا الْخَطيئاتِ وَتَجاوَزْ عَنَّا السَّيِّئاتِ، وَاجْعَلْنا مِنَ الْعامِلينَ الْفائِزينَ، وَلا تَجْعَلْنا مِنَ الْمَغْضُوبِ عَلَيْهِمْ‏ وَلاَ الضَّآلّينَ، حَتّى‏ يَنْقَضِىَ شَهْرُ رَمَضانَ عَنَّا، وَقَدْ قَبِلْتَ فيهِ صِيامَنا وَقِيامَنا، وَزَكَّيْتَ فيهِ اَعْمالَنا، وَغَفَرْتَ فيهِ ذُنوبَنا، وَاَجْزَلْتَ فيهِ مِنْ‏ كُلِّ خَيْرٍ نَصيبَنا فَاِنَّكَ الْإِلهُ الْمُجيبُ، وَالرَّبُّ الْقَريبُ، وَاَنْتَ بِكُلِ‏ شَىْ‏ءٍ مُحيطٌ   Duanın oxunuşu: Əllahummə ya mən yəmlikut-tədbirə və huvə əla kulli şəy`in qədir, ya mən yə`ləmu xainətəl ə`yun, və ma tuxfis-suduru və tucinnuz-zəmiru və huvəl-lətiful xəbir. Əllahumməc`əlna mimmən nəva fəəmil, və la təc`əlna mimmən şəqiə fəkəsil, və la mimmən huvə əla ğəyri əməlin yəttəkil. Əllahummə səhhih əbdanəna minəl iləl, və əinna əla məftərəztə ələyna minəl əməli hətta yənqəziyə ənna şəhrukə haza, və qəd əddəyna məfruzəkə fihi ələyna. Əllahummə əinna əla siyamihi və vəffiqna liqiyamih, və nəşşitna fihi lis-səlati və la təhcubna minəl qiraəti və səhhil-ləna fihi itaəz-zəkah. Əllahummə la tusəllit ələyna vəsəbən və la təəbən və la səqəmən və la ətəba. Əllahummərzuqnəl iftarə min rizqikəl həlal. Əllahummə səhhil-ləna fihi ma qəsəmtəhu min rizqik, və yəssir ma qəddərtəhu min əmrik, vəc`əlhu həlalən təyyibən nəqiyyən minəl asam, xalisən minəl asari vəl əcram. Əllahummə la tut`imna illa təyyibən ğəyrə xəbisin və la həram, vəc`əl rizqəkə ləna həlalən la yəşubuhu dənəsun və la əsqam, ya mən ilmuhu bis-sirri kəilmihi bil ə`lan, ya mutəfəzzilən əla ibadihi bil ihsan, ya mən huvə əla kulli şəy`in qədir, və bikulli şəy`in əlimun xəbir, əlhimna zikrəkə və cənnibna usrək, və ənilna yusrəkə vəhdina lir-rəşad, və vəffiqna lis-sədad, və`simna minəl bəlaya, və sunna minəl əvzari vəl xətaya, ya mən la yəğfiru əziməz-zunubi ğəyruh, və la yəkşifus-suə illa hu, ya ərhəmər-rahimin, və əkrəməl əkrəmin, səlli əla Muhəmmədin və əhli bəytihit-təyyibin, vəc`əl siyaməna məqbulən və bil birri vət-təqva məvsula, və kəzalikə fəc`əl sə`yəna məşkura, və qiyaməna məbrura, və Qur`anəna mərfua, və duaəna məsmua, vəhdina lil husna, və cənnibnəl usra və yəsirna lil yusra, və ə`li lənad-dərəcat, və zaif lənəl həsənat, vəqbəl minnəs-səvmə vəs-səlah, vəsmə` minnəd-dəəvat, vəğfir lənəl xətiat, və təcavəz ənnəs-səyyiat, vəc`əlna minəl amilinəl faizin, və la təc`əlna minəl məğzubi ələyhim vələzzallin, hətta yənqəziə şəhru rəməzan, ənnə və qəd qəbiltə fihi siyaməna və qiyaməna, və zəkkəytə fihi ə`maləna və ğəfərtə fihi zunubəna, və əczəltə fihi min kulli xəyrin nəsibəna, fəinnəkəl ilahul mucib, vər-rəbbul qərib, və əntə bikulli şəy`in muhit.   Duanın tərcüməsi: İlahi, ey hər şeyə qadir olduğu halda, məxluqatın işlərini idarə edən, ey lətif və agah olduğu halda, gözlərin xəyanəti, qəlblərin gizlətdiyini (sirləri) və əqllərdən keçəni bilən! İlahi, bizi bədbəxtlərdən, tənbəllərdən və əməlsiz etimad edənlərdən deyil, niyyət etdikdən sonra əməl edənlər sırasına qat! İlahi, bədənimizi xəstəliklərdən qoruyaraq sağlam və vacib etdiyin əməlləri yerinə yetirməkdə bizə yardım et, belə ki, bu ay başa çatdıqda vacib əməlləri yerinə yetirmiş olaq! İlahi, bu ayda bizə oruc tutmaqda kömək və bizi ibadətdə müvəffəq et, namazda bizə şadlıq nəsib et, bizi Quran tilavətindən məhrum etmə və zəkat verməyi bizə asanlaşdır! İlahi, xəstəlik, əzab-əziyyət və həlakəti bizə hakim etmə, halal ruzindən bizə iftar nəsib et! İlahi, bu ayda bizim üçün böldüyün ruzini (əldə etməyi) və əmrinlə müqəddər etdiklərini asan, onu (müqəddər etdiklərini) günahlardan pak, halal və bəyənilən, çirkinlik və pisliklərdən uzaq et! İlahi, bizə çirkin və haram yox, yalnız pak təam nəsib et, bizə verdiyin ruzini çirkin və xəstəlik yaradan şeylərdən deyil, halallardan et! Ey sirlərə elmi ilə aşkar işlərə elmi bərabər olan, ey fəziləti ilə bəndələrinə ehsan edən, ey hər şeyə qadir, hər şeydən xəbərdar və agah olan, zikrini bizə ilham et, çətinlikləri bizdən uzaqlaşdır, bizi asan və doğru işlərə müvəffəq et, yol göstərməyinlə hidayət et, bizi bəlalardan amanda saxla, xəta və büdrəmələrdən qoru! Ey böyük günahları Ondan başqasının bağışlamadığı, qəm-kədər və çirkinlikləri Ondan başqasının uzaqlaşdırmadığı, ey mehribanların ən mehribanı və ehsan edənlərin ən kəramətlisi! Mühəmməd və onun pak Əhli-beytinə salam yetir, oruclarımızı qəbul olanlardan, əməl və təqvamızı dərgahına yetişənlərdən et, səy və təlaşımızı Sənə şükrə çevir, ibadətimizi bəyənilən, Quran oxumağımızı dərgahına yüksələn və duamızı eşidilənlərdən qərar ver, bizə yaxşılıq əta et, çətinliyi bizdən uzaqlaşdır və onu bizə asan et, dərəcə və məqamımızı yüksəlt, bizə xeyirləri artır, bizdən oruc və namazları qəbul et, dualarımızı eşit, xətalarımızı bağışla, pis əməllərimizdən keç, bizi qəzəb etdiklərin və yolunu azmışlardan deyil, Ramazan ayı bitənə qədər xeyirxah və feyzə çatanlardan yaz, bu ayda oruc və ibadətlərimizi qəbul et, əməllərimizi saflaşdır, günahlarımızı bağışla və xeyirlərin hamısını bizə nəsib et. Həqiqətən, Sən duaları qəbul edən məbud, bəndələrə yaxın olan Allah və hər şeyi (qüdrət və elminlə) əhatə edənsən!   İmam Sadiqdən (ə) nəql olunmuş bu duanı oxumaq:   اَللّهُمَّ رَبَّ شَهْرِ رَمَضانَ، مُنَزِّلَ الْقُرْآنِ، هذا شَهْرُ رَمَضانَ‏ الَّذى‏ اَنْزَلْتَ فيهِ الْقُرْآنَ، وَاَنْزَلْتَ فيهِ آياتٍ بَيِّناتٍ مِنَ الْهُدى‏ وَالْفُرْقانِ، اَللّهُمَّ ارْزُقْنا صِيامَهُ، وَاَعِنَّا عَلى‏ قِيامِهِ، اَللّهُمَّ سَلِّمْهُ لَنا وَسَلِّمْنا فيهِ، وَتَسَلَّمْهُ مِنَّا فى‏ يُسْرٍ مِنْكَ وَمُعافاةٍ وَاجْعَلْ فيما تَقْضى‏ وَتُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ، وَفيما تَفْرُقُ مِنَ الْأَمْرِ الْحَكيمِ‏ فى‏ لَيْلَةِ الْقَدْرِ، مِنَ الْقَضآءِ الَّذى‏ لا يُرَدُّ وَلا يُبَدَّلُ، اَنْ تَكْتُبَنى‏ مِنْ‏ حُجّاجِ بَيْتِكَ الْحَرامِ، الْمَبْرُورِ حَجُّهُمُ، الْمَشْكُورِ سَعْيُهُمُ، الْمَغْفُورِ ذُنُوبُهُمُ، الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئاتُهُمْ، وَاجْعَلْ فيما تَقْضى‏ وَتُقَدِّرُ اَنْ‏ تُطيلَ عُمْرى‏ وَتُوَسِّعَ عَلىَّ مِنَ الرِّزْقِ الْحَلالِ،   Duanın oxunuşu: Əllahummə rəbbə şəhri rəməzanə munəzziləl Qur`an, haza şəhru rəməzanəlləzi ənzəltə fihil Qur`an, və ənzəltə fihi ayatin bəyyinatin minəl huda vəl furqan. Əllahummərzuqna siyaməhu və əinna əla qiyamih. Əllahummə səllimhu ləna və səllimna fihi və təsəlləmhu minna fi yusrin minkə və muafah, vəc`əl fima təqzi və tuqəddiru minəl əmril məhtum, və fima təfruqu minəl əmril həkimi fi ləylətil qədr, minəl qəzailləzi la yurəddu və la yubəddəl, ən təktubəni min huccaci bəytikəl həram, əl məbruri həccuhum, əl məşkuri sə`yuhum, əl məğfuri zunubuhum, əl mukəffəri ənhum səyyiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə li fi umri, və tuvəssiə ələyyə minər-rizqil həlal.   Duanın tərcüməsi: İlahi, ey Ramazan ayının Rəbbi və Quranı nazil edən! Bu, insanlara hidayət, hidayətinə doğru yol göstərən və haqqı batildən ayıran Quranı nazil etdiyin Ramazan ayıdır. İlahi, bu ayda oruc tutmağı bizə nəsib et və ondakı ibadətləri yerinə yetirməkdə bizə yardımçı ol! Bu ayı bizə sağlam et və onu sağlam olduğumuz halda başa çatdır, qəti olan qəza-qədərini bizim üçün müqəddər et, “qədr” gecəsində geri dönməyən və dəyişilməyən hikmətli işləri ayırdıqda, məni Sənin evini (Kəbənin) ziyarət edən, həcləri bəyənilən, səyləri (Səfa ilə Mərvə dağları arasındakı əməlləri) qəbul, günahları bağışlanmış və eyibləri örtülmüş olan hacılardan et, qəza-qədərində mənim üçün uzunömürlü olmağı yaz və mənə firavan halal ruzi nəsib et!   Nəql olunur ki, İslam Peyğəmbəri (s) Ramazan ayı daxil olduqda bu duanı oxuyardı:   اَللّهُمَّ اِنَّهُ قَدْ دَخَلَ شَهْرُ رَمَضانَ، اَللّهُمَّ رَبَّ شَهْرِ رَمَضانَ الَّذى‏، اَنزَلْتَ فيهِ الْقُرْآنَ، وَجَعَلْتَهُ بَيِّناتٍ مِنَ‏الْهُدى‏ وَالْفُرْقانِ، اَللّهُمَّ فَبارِكْ لَنا فى‏ شَهْرِ رَمَضانَ، وَاَعِنَّا عَلى‏ صِيامِهِ‏ وَصَلَواتِهِ، وَتَقَبَّلْهُ مِنَّا   Duanın oxunuşu: Əllahummə innəhu qəd-dəxələ şəhru Rəməzan. Əllahummə rəbbə şəhri Rəməzanəlləzi ənzəltə fihil Qur`an, və cəəltəhu bəyyinatin minəl huda vəl furqan. Əllahummə fəbarik ləna fi şəhri Rəməzan, və əinna əla siyamihi və sələvatihi və təqəbbəlhu minna.   Duanın tərcüməsi: İlahi, həqiqətən, Ramazan ayı gəlib çatdı. İlahi, ey haqqı batildən ayıran və hidayətinə doğru açıq-aşkar yol göstərən Quranın nazil olduğu Ramazan ayının Rəbbi! İlahi, Ramazan ayını bizə bərəkətli et, onun oruclarını tutmaq, namazlarını qılmaqda bizə yardımçı ol və onları bizdən qəbul et!   Başqa bir hədisdə nəql olunur ki, o həzrət Ramazan ayının ilk gecəsində bu duanı da oxuyardı:   اَلْحَمْدَ للَّهِ‏ِ الَّذى‏ اَكْرَمَنا بِكَ اَيُّهَا الشَّهرُ الْمُبارَكُ، اَللّهُمَّ فَقَوِّنا عَلى‏ صِيامِنا وَقِيامِنا، وَثبِّتْ اَقْدامَنا، وَانْصُرْنا عَلَى الْقَوْمِ الْكافِرينَ، اَللّهُمَّ اَنْتَ الْواحِدُ فَلا وَلَدَ لَكَ، وَاَنْتَ الصَّمَدُ فلا شِبْهَ لَكَ، وَاَنْتَ الْعَزيزُ فَلا يُعِزُّكَ شَىْ‏ءٌ، وَاَنْتَ الْغَنِىُّ وَاَ نَا الْفَقيرُ، وَاَنْتَ الْمَوْلى‏ وَاَ نَا الْعَبْدُ، وَاَنْتَ الْغَفُورُ وَاَ نَا الْمُذْنِبُ، وَاَنْتَ الرَّحيمُ‏ وَاَ نَا الْمُخْطِئُ وَاَنْتَ الْخالِقُ وَاَ نَا الْمَخْلُوقُ، وَاَنْتَ الْحَىُّ وَاَ نَا الْمَيِّتُ اَسْئَلُكَ‏ بِرَحْمَتِكَ اَنْ تَغْفِرَ لى‏ وَتَرْحَمَنى‏، وَتَجاوَزَ عَنّى‏ اِنَّكَ عَلى‏كُلِّشَىْ‏ءٍ قَديرٌ،   Duanın oxunuşu: Əlhəmdu lillahilləzi əkrəməna bikə əyyuhəş-şəhrul mubarək. Əllahummə fəqəvvina əla siyamina və qiyamina, və səbbit əqdaməna vənsurna ələl qəvmil kafirin. Əllahummə əntəl vahidu fəla vələdə lək, və əntəs-səmədu fəla şibhə lək, və əntəl əzizu fəla yuizzukə şəy`, və əntəl ğəniyyu və ənəl fəqir, və əntəl məvla və ənəl əbd, və əntəl ğəfuru və ənəl muznib, və əntər-rəhimu və ənəl muxtiy, və əntəl xaliqu və ənəl məxluq, və əntəl həyyu və ənəl məyyit, əs`əlukə birəhmətikə ən təğfirə li və tərhəməni, və təcavəzə ənni innəkə əla kulli şəy`in qədir.   Duanın tərcüməsi: Həmd olsun sənin vasitənlə bizə ehsan edən Allaha, ey mübarək ay! İlahi, bizə oruc tutmaq və gecələri ibadətlə keçirmək üçün qüvvət ver və bizi sabitqədəm et, kafir qövmə qarşı bizə yardımçı ol! İlahi, Sən təksən, Sənin heç bir övladın yoxdur, ehtiyacsızsan və heç bir bənzərin də yoxdur! Sən izzətlisən və sənə (Özündən başqa) izzət verən bir kimsə yoxdur! Sən qane və zəngin, mən isə ehtiyaclı və fəqirəm! Sən ağa, mən isə Sənin qulunam! Sən bağışlayan, mən günahkar, Sən mehriban, mən xətakar, Sən xaliq və yaradan, mən məxluq və yaradılan, Sən diri, mən isə ölüyəm! Rəhmətinə xatir, məni bağışla, mənə rəhm et və günahlarımdan keç! Həqiqətən, Sən hər bir şeyə qadirsən!   Ramazan ayı daxil olduqda Quran tilavətini çoxaltmaq lazımdır. İmam Sadiqdən (ə) nəql olunur ki, o həzrət Quran tilavətinə başlamazdan əvvəl bu duanı oxuyardı:   اَللّهُمَّ اِنّى‏ اَشْهَدُ اَنَّ هذا كِتابُكَ الْمُنْزَلُ مِنْ عِنْدِكَ عَلى‏ رَسُولِكَ، مُحَمَّدِ بْنِ عَبْدِاللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ‏وَ الِهِ، وَكَلامُكَ النَّاطِقُ عَلى‏ لِسانِ نَبِيِّكَ، جَعَلْتَهُ‏ هادِياً مِنْكَ اِلى‏خَلْقِكَ، وَحَبْلاً مُتَّصِلاً فيما بَيْنَكَ وَبَيْنَ عِبادِكَ، اَللّهُمَّ اِنّى‏ نَشَرْتُ عَهْدَكَ وَكِتابَكَ، اَللّهُمَّ فَاجْعَلْ نَظَرى‏ فيهِ عِبادَةً، وَقِرآئَتى‏ فيهِ فِكْراً، وَفِكْرى‏ فيهِ اعْتِباراً، وَاجْعَلْنى‏ مِمَّنْ اتَّعَظَ بِبَيانِ مَواعِظِكَ فيهِ، وَاجْتَنَبَ مَعاصيكَ، وَلا تَطْبَعْ عِنْدَ قِرائَتى‏ عَلى‏ سَمْعى‏، وَلا تَجْعَلْ‏ عَلى‏ بَصَرى‏ غِشاوَةً، وَلا تَجْعَلْ قِرائَتى‏ قِرائَةً لا تَدَبُّرَ فيها، بَلِ‏ اجْعَلْنى‏ اَتَدَبَّرُ اياتِهِ وَاَحْكامَهُ، آخِذاً بِشَرايِعِ دينِكَ، وَلا تَجْعَلْ‏ نَظَرى‏ فيهِ غَفْلَةً، وَلا قِرائَتى‏ هَذَراً اِنَّكَ اَنْتَ الرَّؤُفُ الرَّحيمُ   Duanın oxunuşu: Əllahummə inni əşhədu ənnə haza kitabukəl munzəlu min indik, əla rəsulikə Muhəmmədibni Əbdillahi səlləllahu ələyhi və alih, və kəlamukən-natiqu əla lisani nəbiyyikə cəəltəhu hadiyən minkə ila xəlqik, və həblən muttəsilən fima bəynəkə və bəynə ibadik. Əllahummə inni nəşərtu əhdəkə və kitabək. Əllahummə fəc`əl nəzəri fihi ibadətən və qiraəti fihi fikrən və fikri fihi`tibara, vəc`əlni mimmənittəəzə bibəyani məvaizikə fihi vəctənəbə məasiyək, və la tətbə` ində qiraəti əla səm`i, və la təc`əl əla bəsəri ğişavəh, və la təc`əl qiraətən la tədəbburə fiha bəlic`əlni ətədəbbəru ayatihi və əhkaməh, acizən bişərayii dinik, və la təc`əl nəzəri fihi ğəflətən və la qiraəti həzəra, innəkə əntər-rəufur-rəhim.   Duanın tərcüməsi: İlahi, həqiqətən, bunun (Quranın) Öz tərəfindən peyğəmbərin Abdullahın oğlu Mühəmmədə (ona və onun Əhli-beytinə salam olsun) nazil etdiyin kitab, +Peyğəmbərinin dili ilə danışan kəlam, Səndən məxluqata hidayət, Səninlə bəndələr arasında vasitə yaradan (qırılmaz) ip olduğuna şəhadət verirəm! İlahi, Sənin əmrini yerinə yetirir və kitabını açıram! İlahi, ona nəzər salmağımı ibadətə çevir, onu düşüncə ilə oxumağı və düşündükdə ibrət almağı mənə nəsib et, məni Quranı oxuduqda qulaqlarına möhür vurulan və gözlərinə pərdə çəkilənlərdən deyil, moizənlə nəsihət alanlar və günahdan çəkinənlərdən yaz və Quranı təfəkkür etmədən oxuyanlardan yazma! Ona nadanlıqla nəzər salmaq və əbəs yerə oxumağı yox, ayələri düşüncə ilə oxuyan və dininin şəri hökmlərini əldə edənlərdən qərar ver! Həqiqətən, Sən mehriban və rəhmlisən!   Quranı tilavət etdikdən sonra isə bu duanı oxuyardı:   اَللّهُمَّ اِنّى‏ قَدْ قَرَاْتُ ما قَضَيْتَ مِنْ كِتابِكَ، الَّذى‏ اَنْزَلْتَهُ عَلى‏ نَبِيِّكَ الصَّادِقِ صَلَّى اللَّهُ عَلَيْهِ وَ الِهِ، فَلَكَ الْحَمْدُ رَبَّنا، اَللّهُمَّ اجْعَلْنى‏ مِمَّنْ يُحِلُّ حَلالَهُ، وَيُحَرِّمُ حَرامَهُ، وَيُؤْمِنُ بِمُحْكَمِهِ وَمُتَشابِهِهِ، وَاجْعَلْهُ لى‏ اُنْساً فى‏ قَبْرى‏، وَاُنْساً فى‏ حَشْرى‏، وَاجْعَلْنى‏مِمَّنْ‏ تُرْقيهِ بِكُلِّ ايَةٍ قَرَاَها دَرَجَةً فى‏ اَعْلا عِلِّيّينَ، امينَ رَبَّ الْعالَمينَ.   Duanın oxunuşu: Əllahummə inni qəd qərə`tu ma qəzəytə min kitabikəlləzi ənzəltəhu əla nəbiyyikəs-sadiq, səlləllahu ələyhi və alih, fələkəl həmdu rəbbəna. Əllahumməc`əlni mimmən yuhillu həlaləh, və yuhərrimu həraməh, və yu`minu bimuhkəmihi və mutəşabihih, vəc`əlhu li unsən fi qəbri və unsən fi həşri, vəc`əlni mimmən turqih, bikulli ayətin qərəəha dərəcətən fi ə`la illiyyin, aminə rəbbəl aləmin.   Duanın tərcüməsi:İlahi, həqiqətən, mən Sənin həqiqi peyğəmbərinə (salam olsun ona və onun Əhli-beytinə) nazil etdiyin kitabda müqəddər etdiklərini oxumuşam! Həmd-səna yalnız Sənə məxsusdur, ey Rəbbimiz! İlahi məni halal buyurduqlarını halal və haram buyurduqlarını haram hesab edənlərdən, “möhkəm” və “mütəşabeh” (məna baxımından bir-birinə bənzəyən) hökmlərinə iman gətirənlərdən yaz, onları qəbirdə və məhşərdə mənə munis et, məni ayələrini oxuduqda dərəcə və məqamları ən üstün olan “İlliyyin”ə (Cənnətə) yüksələn kəslərdən qeyd et. Amin, ey aləmlərin Rəbbi!   (“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Mübarək Ramazan ayının fəzilət və əməlləri” bölümü, 1-ci gecənin əməlləri.)  

İmam Məhdi (ə) 05.02.2025

İmam Zaman ağanın (ə.f.) dünyaya gəlişi və qeybə çəkilməsi

https://ia601604.us.archive.org/4/items/imam-zaman-aganin-.f.-dunyaya-glisi-v-qeyb-ckilmsi/İmam%20Zaman%20ağanın%20%28ə.f.%29%20dünyaya%20gəlişi%20və%20qeybə%20çəkilməsi.mp3 Məşhur hədislərə əsasən, İmam Zaman ağa (ə.f.) 255 Hicri ilinin Şəban ayının 15-də cümə gecəsi anadan olmuşdur. Şeyx Mufidin dediyinə görə, atası İmam Həsən Əsgərinin (ə) ondan başqa övladı olmamışdır. Həzrətin anasının adı Nərcis (s.ə.) idi və o, çox iffətli və layiqli bir xanım idi. Onu Süsən, Siqəl, Siqil, Məleykə də adlandırırdılar. O, Roma imperatorunun oğlu Yuşanın qızı idi, Həzrət İsanın (ə) tərəfdaşlarından olan Şəmunun nəvəsi idi və İlahi bir möcüzə nəticəsində on birinci İmamın (ə) həyat yoldaşı olur. O zaman ki, Nərcis xanım (s.ə.) Romada idi, qəribə yuxular görərdi. Bir dəfə yuxuda əziz İslam Peyğəmbəri (s) ilə Həzrət İsanı (ə) görür ki, onun nikahını İmam Həsən Əsgəriyə (ə) bağlayırlar. O, yuxuda başqa qeyri-adi şeylər də görürdü və Həzrət Fatimeyi-Zəhraınn (s.ə.) dəvəti ilə müsəlman olur. Ancaq müsəlman olduğunu ailəsindən və ətrafındakılardan gizlədir. O zaman ki, müsəlmanlar ilə romalılar arasında müharibə başlayır, Roma imperatoru ordusu ilə bir yerdə müharibəyə yollanır. Nərcis xanıma (s.ə.) yuxuda əmr edilir ki, gizlin şəkildə kənizləri ilə bir yerdə sərhədə gedən ordunun ardınca getsin. O, bu cür edir və sərhəddə müsəlmanlar onları əsir tuturlar. Onu başqa əsirlərlə bir yerdə Bağdada aparırlar. Bu hadisə onuncu İmamın (ə) İmamət dövrünün sonlarında baş vermişdir. İmamın roma dilində yazdığı məktubu Bağdadda Nərcis xanıma (s.ə.) verirlər. Məktubu aparan elçi onu qul kimi satın alır və İmam Hadinin (ə) yanına gətirir. İmam onun gördüyü yuxuları Nərcisin (s.ə.) yadına salır və ona müjdə verir ki, o, on birinci İmamın (ə) həyat yoldaşı olacaq və dünyaya elə bir övlad gətirəcəkdir ki, bütün aləmi ədalətə və nura boyayacaqdır. İmam Hadi (ə) Nərcis xanımı (s.ə.) bacısı Həkiməyə (s.ə.) tapşırır ki, ona İslam adət-ənənələrini başa salsın. Bir müddət sonra Nərcis xanım (s.ə.) İmam Həsən Əsgəri ilə (ə) ailə qurur. Təvəllüdün necəliyi Əməvi və Abbasi xəlifələri Peyğəmbərdən (s) onlara çatan hədislərə əsasən bilirdilər ki, gec-tez İmamın (ə) nəslindən elə bir oğlan dünyaya gələcəkdir ki, zülmə qarşı çıxacaq və ədaləti bərqərar edəcəkdir. Ona görə də onlar gözləyirdilər ki, bu körpə dünyaya gələn kimi onu məhv etsinlər. İmam Həsən Müctəbanın (ə) zamanından başlayaraq, Peyğəmbər (s) nəslinə edilən təzyiqlərin sayı artır. İmam Həsən Əsgərinin (ə) zamanında ən son həddinə çatır. O Həzrətin (ə) bütün həyatı xəlifələrin nəzarəti altında idi. O, evə gedənlərə və gələnlərə nəzarət edilərdi. Belə ki, bu cür şəraitdə İmamın (ə) dünyaya gəlməsi aşkar şəkildə ola bilməzdi. Ona görə də onun anasında hamiləliyin heç bir əlaməti görünmürdü və hətta İmamın (ə) ən yaxın adamları belə körpənin dünyaya gəlməsindən xəbərsiz idilər. İmam Həsən Əsgərinin (ə) bibisi Həkimənin dediyinə görə: “Həsən ibni Əli (ə) mənim dalımca gəlmişdi və buyurur ki, iftarı onlarla bir yerdə edim. Çünki bu gecə Şəban ayının on beşidir. Allah bu gecə yer üzərində olan hüccətini aşkar edəcəkdir. Soruşdum: “Anası kimdir?”. Buyurdu: “Nərcis”. Ərz etdim: “Allah məni sizə fəda etsin, ancaq onda hamiləliyin heç bir əlaməti yoxdur”. Buyurdu: “Mövzu, necə demişəmsə, elədir”. Həkimə xanım nəql edir ki, mən İmam Həsənin (ə) evinə getdim və salam verəndən sonra oturdum. Nərcis xanım (s.ə.) mənim yanıma gəldi və ayaqlarımdakı ayaqqabını çıxararaq dedi: “Ey mənim banum! Gecəni necə keçirtmisən?”. Dedim: “Sən mənim və mənim nəslimin xanımısan”. Sözümü inkar etdi və dedi: “Bibi nə olub ki?”. Ona dedim: “Qızım! Allah Təala bu gecə sənə bir oğlan əta edəcəkdir ki, dünya və axirətin səadəti olacaqdır”. Nərcis həya edib, yerində oturdu. İşa namazını qıldım və iftar etdim. Yatağa gedib yatdım, gecənin yarısı namaza qalxdım və namazımı tamamladım. Halbuki, Nərcis yatmışdı və doğumdan heç bir xəbər yox idi. Namazımı qurtarıb, yatdım, ancaq bir az keçməmiş heyrətlənmiş halda yerimdən qalxdım. Bu zaman Nərcis də durub, namaz qılırdı. Həmin vaxt şəkk sorağıma gəlməyə başladı. Ancaq bu zaman Əbu Muhəmməd (ə) (İmam Həsən Əsgəri) oturduğu yerdən dilləndi: “Ey bibi! Tələsmə ki, həmin an yaxınlaşır””. Həkimə davam edir: “Səcdə” və “Yasin” surələrini oxuyurdum ki, Nərcis ağrıyaraq, yuxudan ayılır. Mən tələsik onun yanına getdim və dedim: “Allahın adına and içirəm, nə isə hiss etdin?”. Dedi: “Bəli, bibican”. Dedim: “Özünə hakim ol və sakitliyini qoru ki, bu mənim sənə dediyim şeydir”. Az bir müddət ərzində yuxuladım, elə bu zaman doğum baş verdi və mən körpənin hərəkəti ilə yuxudan ayıldım. Gördüm ki, o, səcdə əzalarını yerə qoyub, səcdə edir. Onu qucağıma götürdüm və gördüm ki, o, tamamilə pak və təmizdir. Bu zaman Əbu Muhəməd (ə) dedi: “Ey bibi! Övladımı yanıma gətir”. Körpənin onun yanına apardım. İmam (ə) əllərini onun belinin altına qoyur və ayaqlarını sinəsinə dirəyir. Dilini körpənin ağzına salır və əllərini onun gözlərinə və qulaqlarına çəkir. Sonra deyir: “Oğlum! Danış”. Körpə dil açır və deyir: “Şəhadət verirəm ki, Allahdan başqa İlah yoxdur, heç bir şəriki yoxdur. Şəhadət verirəm ki, Muhəmməd (s) Allahın göndərdiyi Rəsuldur”. Sonra Əmirəl-mömininə (ə) və qalan İmamlara salam göndərib, atasına çatır”. Həzrət Məhdinin (ə) dünyaya gəlişini çox az adam bilirdi. Onunla görüşə də çox insan nail olmuşdur. Adı, kunyəsi və ləqəbi Həzrətin (ə.f.) adı və kunyəsi – Peyğəmbərin (s) adı və kunyəsidir. Bəzi hədislərdə deyilir: “O zamana qədər ki, Allah yer üzərində zühuruna və dövlətinin möhkəmlənməsinə zinət bağışlamamışdır, heç kimə rəva deyildir ki, onun adı və kunyəsini dilinə gətirsin”. Buna görə də bəzi fəqihlər onun adını çəkməyi məkruh bilmiş, bəziləri isə bu qadağanın kiçik qeyb dövrünə aid olduğunu söyləmişdilər. Çünki o zaman həyati təhlükə var idi. Ona görə də fəqihlər onu müxtəlif ləqəblərlə çağırmağa başlamışdılar: Hüccət, Qaim, Məhdi, Xələfəl-Salih, Sahibi Zaman, Sahibi-Dar kimi. Kiçik qeyb zamanı Həzrətin tərəfdaşları onu “Nahiyi-Müqəddəsi” çağırırdılar. Kiçik (suğra) qeyb 260-cı Hicri ilində Rəbiül-əvvəl ayının 8-də, yəni o zaman ki, İmam Zaman ağnın (ə.f.) beş yaşı var idi, Abbasi Xəlifəsi Mötəmid İmam Həsən Əsgərini (ə) zəhərləyib, şəhid edir. İmam Əsr (ə.f.) atasının (ə) qəbri üzərində namaz qılır. İmam Həsən Əsgərinin (ə) şəhadəti ilə İmam Zaman ağanın (ə.f.) İmamət zamanı başlayır. Kiçik qeyb zamanı da elə o dövrə təsadüf edir. Yəni 260-ci Hicri ilində başlayır, 329-cu ilə qədər davam edir. Bəziləri bu vaxtın 69 il olduğunu, bəziləri isə 74 il olduğunu söyləyirlər. Böyük (kubra) qeyb 329-cu Hicri ilində İmamın (ə) həyatında başqa bir dövr başlayır. Onu böyük qeyb adlandırırlar. Bu qeyb hələ də davam etməkdədir. Kiçik qeyb dövründə insanlar İmamın (ə.f.) köməkçiləri vasitəsilə onunla əlaqə saxlayır və suallarına cavab tapırdılar. Ancaq böyük qeyb dövründə sualı olan müsəlmanlar fəqihlərə müraciət edirlər. İmam Əsrin (ə.f.) xüsusi köməkçiləri İmamın (ə.f) kiçik qeyb dövründə 4 xas naibi olmuşdur ki, bəzən həmin naiblər vasitəsiylə digər tərəfdarları ilə də Həzrət (ə.f) əlaqə saxlayır, ünsiyyət qururdu. Həmin 4 xas naib bunlardır; 1. Osman ibn Səid. Hicrətin 260-267-ci illərində Həzrətin (ə.f) naibi olmuşdur. 2. Muhəmməd ibn Osman. Birinci naibin oğludur və hicri 267-305-ci illərdə Həzrətə (ə.f) naiblik etmişdir. 3. Huseyn ibn Ruh. Hicri 305-326-cı illərdə İmamın (ə.f) naibi vəzifəsində çalışmışdır. 4. Əli ibn Muhəmməd. 326-329-cu illərdə İmamın (ə.f) naibi olmuşdur.Bu şəxslər- yüksək məqam sahibi, fəzilətli, adil, təqvalı, alim və etibarlı insanlar idi. Əbəs deyil ki, Həzrət (ə.f), onları özünün xas naibləri təyin etmişdir. Allahım! Bizləri İmamın (ə.f.) zühurunu tezləşdirənlərdən qərar ver!

Şəban 05.02.2025

Nimeyi-Şəban gecəsinə məxsus əməllər və dualar

https://ia804701.us.archive.org/26/items/nimeyi-sban-gecsin-mxsus-mllr-v-dualar/Nimeyi-Şəban%20gecəsinə%20məxsus%20əməllər%20və%20dualar.mp3 Mübarək Şəban ayının 15-ci gününün (Nimeyi-Şəban) gecəsi (Martın 7-dən 8-nə keçən gecə) çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası İmam Baqirdən (ə) nəql edir ki, o həzrətdən Ş‏əban ay‎ını‎n 15-ci gününün gecəsinin fəziləti barədə soruşulduqda, Həzrət buyurdu: “Bu gecə, Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Həmin gecə Allah-Taala bəxşiş qap‎ısı‎nı‎ Öz bəndələrinin üzünə açar, onları‎ Öz kərəm və lütfü ilə bağış‎‏layar. Bu gecə Allaha daha da yaxı‎n olmağınız üçün çalışın. Bu elə bir gecədir ki, Allah-Taala Öz müqəddəs zat‎ına and içmi‏dir ki, günahdan ba‏şqa, hər bir ş‏eyi Ondan diləyənin əlini bo‏ş qaytarması‎n. Bu, elə bir gecədir ki, Allah-Taala “Qədr gecəsi”ni Peyğəmbər (s) üçün qərar verdiyi kimi, bu gecəni də bizim üçün qərar vermi‏şdir. Elə isə həmin gecəni Allaha çoxlu həmd-səna və dua edin!” Həmçinin Peyğəmbər (s) zövcəsi Ayişəyə buyurmuşdur: “Bu gecənin hansı gecə olmasını bilmirsənmi? Bu gecə, Şəban ayının 15-ci gecəsidir. Bu gecə ruzilər bölüşdürülür, əcəllər yazılır və həccə gedəcək insanlar təyin olunur…” Mübarək Şəban ayının 15-ci gününün gecəsinin fəzilətlərindən biri də İmam Zamanın (ə.c.) həmin gecənin səhəri, hicri-qəməri tarixi ilə 255-ci ildə (miladi-878) Samirra şəhərində dünyaya göz açmasıdır. Bu gecənin bir neçə əməli vard‎ır: 1. Qüsl etmək; 2. “Ehya saxlamaq” (gecəni səhərə qədər oyaq qalıb ibadət və raz-niyazla keçirmək); Nəql olunur ki, hər kəs bu gecəni ehya saxlasa, bütün qəlblərin öləcəyi gün – qiyamət günü onun qəlbi ölməz. 3. Bu gecənin ən fəzilətli və günahların bağışlanmasına səbəb olan əməllərindən biri də imam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etməkdir. 4. Bu duanı oxumaq: اَللّهُمَّ بِحَقِّ لَيْلَتِنا [هذِهِ‏] وَمَوْلُودِها، وَحُجَّتِكَ وَمَوْعُودِهَا الَّتى‏ قَرَنْتَ اِلى‏  فَضْلِها فَضْلاً، فَتَمَّتْ كَلِمَتُكَ‏صِدْقاً وَعَدْلاً، لا مُبَدِّلَ لِكَلِماتِكَ وَلا مُعَقِّبَ‏ لِأياتِكَ، نُورُكَ الْمُتَاَ لِّقُ،وَضِيآؤُكَ الْمُشْرِقُ، وَالْعَلَمُ النُّورُ، فى‏ طَخْيآءِ الدَّيْجُورِ، الْغائِبُ‏الْمَسْتُورُ، جَلَّ مَوْلِدُهُ، وَكَرُمَ مَحْتِدُهُ، وَالْمَلائِكَةُ شُهَّدُهُ، وَاللَّهُ‏ ناصِرُهُ وَمُؤَيِّدُهُ، اِذا آنَ ميعادُهُ، وَالْمَلائِكَةُ اَمْدادُهُ، سَيْفُ اللَّهِ الَّذى‏ لا يَنْبوُ، وَنُورُهُ الَّذى‏ لا يَخْبوُ، وَ ذوُالْحِلْمِ الَّذى‏ لا يَصْبوُا، مَدارُ الَّدهْرِ، وَنَواميسُ الْعَصْرِ، وَوُلاةُ الْأَمْرِ، وَالْمُنَزَّلُ عَلَيْهِمْ ما يَتَنَزَّلُ فى‏ لَيْلَةِ الْقَدْرِ، وَاَصْحابُ الْحَشْرِ وَالنَّشْرِ، تَراجِمَةُ وَحْيِهِ، وَوُلاةُ اَمْرِهِ وَنَهْيِهِ، اَللّهُمَّ فَصَلِّ عَلى‏ خاتِمِهْم وَقآئِمِهِمُ الْمَسْتُورِ عَنْ عَوالِمِهِمْ اَللّهُمَ‏ وَاَدْرِكَ بِنا أَيَّامَهُ، وَظُهُورَهُ وَقِيامَهُ، وَاجْعَلْنا مِنْ اَنْصارِهِ، وَاقْرِنْ ثارَنا بِثارِهِ، وَاكْتُبْنا فى‏ اَعْوانِهِ وَخُلَصآئِهِ، وَاَحْيِنا فى‏ دَوْلَتِهِ ناعِمينَ، وَبِصُحْبَتِهِ غانِمينَ، وَبِحَقِّهِ قآئِمينَ، وَمِنَ السُّوءِ سالِمينَ يا اَرْحَمَ‏ الرَّاحِمينَ، وَالْحَمْدُللَّهِ‏ِ رَبِّ الْعالَمينَ، وَصَلَواتُهُ عَلى‏ سَيِّدِنا مُحَمَّدٍ خاتَمِ النَّبِيّينَ وَالْمُرْسَلينَ، وَعَلى‏ اَهْلِ بَيْتِهِ الصَّادِقينَ وَعِتْرَتِهَ‏ النَّاطِقينَ، وَالْعَنْ جَميعَ الظَّالِمينَ، واحْكُمْ بَيْنَنا وَبَيْنَهُمْ يا اَحْكَمَ الْحاكِمينَ Duanın oxunuşu: Əllahummə bihəqqi ləylətina (hazihi) və məvludiha, və huccətikə və məv`udihəlləti qərəntə ila fəzliha fəzla, fətəmmət kəlimətukə sidqən və ədlən la mubəddilə likəlimatik, və la muəqqibə liayatikə nurukəl mutəəlliq, və ziyaukəl muşriq, vəl ələmun-nuru fi təxyaid-dəycuril ğaibul məstur, cəllə məvliduhu və kərumə məhtiduh, vəl məlaikətu şuhhəduh, vəllahu nasiruhu və muəyyiduhu iza anə miaduh, vəl məlaikətu əmdaduhu səyfullahilləzi la yənbu, və nuruhulləzi la yəxbu, və zul hilmilləzi la yəsbu mədarud-dəhr, və nəvamisul əsri və vulatul əmr, vəl munəzzəlu ələyhim-ma yətənəzzəlu fi ləylətil qədr, və əshabul həşri vən-nəşri təracimətu vəhyih, və vulatu əmrihi və nəhyih. Əllahummə fəsəlli əla xatimihim və qaimihimul məsturi ən əvalihim. Əllahummə və ədrik bina əyyaməhu və zuhurəhu və qiyaməh, vəc`əlna min ənsarihi vəqrin sarəna bisarih, vəktubna fi ə`vanihi və xuləsaih, və əhyina fi dəvlətihi naiminə və bisuhbətihi ğanimin, və bihəqqihi qaimin, və minəs-sui saliminə ya ərhəmər-rahimin, vəl həmdu lilahi rəbbil aləmin, və sələvatuhu əla səyyidina Muhəmmədin xatəmin-nəbiyyin, vəl mursəlinə və əla əhli-bəytihis-sadiqin, və itrətihin-natiqin, vəl`ən cəmiəz-zalimin, vəhkum bəynəna və bəynəhum ya əhkəməl hakimin. 5. Peyğəmbərin (s) həmin gecə oxuduğu bu duanı oxumaq: اَللَّهُمَّ اقْسِمْ لَنا مِنْ خَشْيَتِكَ ما يَحُولُ بَيْنَنا وَبَيْنَ مَعْصِيَتِكَ، وَمِنْ طاعَتِكَ ما تُبَلِّغُنا بِهِ رِضْوانَكَ وَمِنَ الْيَقينِ ما يَهُونُ عَلَيْنا بِهِ  مُصيباتُ الدُّنْيا، اَللّهُمَّ اَمْتِعْنا بِاَسْماعِنا وَاَبْصارِنا وَقُوَّتِنا ما اَحْيَيْتَنا، وَاجْعَلْهُ الْوارِثَ مِنَّا، وَاجْعَلْ ثارَنا عَلى‏ مَنْ‏ظَلَمَنا، وَانْصُرنا عَلى‏ مَنْ عادانا، وَلا تَجْعَلْ مُصيبَتَنا فى‏ دينِنا وَلا تَجْعَلِ الدُّنْيا اَكْبَرَ هَمِّنا، وَلا مَبْلَغَ عِلْمِنا، وَلا تُسَلِّطْ عَلَيْنا مَنْ لا يَرْحَمُنا، بِرَحْمَتِكَ يا اَرْحَمَ الرَّاحِمينَ Duanın oxunuşu: Əllahumməqsim ləna min xəşyətikə ma yəhulu bəynəna və bəynə mə`siyətik, və min taətikə ma tubəlliğuna bihi rizvanək, və minəl yəqini ma yəhunu ələyna bihi musibətud-dunya. Əllahummə əmti`na biəsmaina və əbsarina və quvvətina ma əhyəytəna, vəc`əlhul varisə minna, vəc`əl sarəna əla mən zələməna, vənsurna əla mən adana, və la təc`əl musibətəna fi dinina, və la təc`əlid-dunya əkbərə həmmina, və la məbləğə ilmina, və la tusəllit ələyna mən la yərhəmna, birəhmətikə ya ərhəmər-rahimin. Bu duanın digər günlərdə də oxunması tövsiyə olunur. “Əvaliul-ləali” kitabı‎nda nəql olunur ki, Peyğəmbər (s) bu duanı daim‎ oxuyarmış. 6. Çoxlu salavat demək; 7. “Kumeyl” duasını oxumaq; “Kumeyl” duasını hər cümə axşamı, həm də mübarək Şəban ayının 15-ci gününün gecəsi oxumaq tövsiyə olunur. 8. “Subhanəllah”, “Əlhəmdu lillah”, “Əllahu-əkbər”, “La ilahə illəllah” zikrlərinin hər birini yüz dəfə demək; 9. “Misbah” kitabında Əbu Yəhyadan nəql olunan bir hədisdə mübarək Şəban ayının 15-ci gününün gecəsinin fəziləti barədə belə deyilir: “İmam Sadiqdən (ə): “Bu gecə hansı duanı oxusam, savabı daha çox olar?” – deyə soruşdum. Həzrət belə buyurdu: “İşa namazını qıldıqdan sonra, iki rükət bu qayda ilə namaz qıl; bininci rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd”dən sonra “İxlas” surəsini oxu. Salamları verdikdən sonra 34 dəfə “Əllahu-əkbər”, 33 dəfə “Əlhəmdu lillah” və 33 dəfə “Subhanəllah” de və sonra bu duanı oxu: يا مَنْ اِلَيْهِ مَلْجَأُ الْعِبادِ فِى الْمُهِمَّاتِ، وَاِلَيْهِ يَفْزَعُ الْخَلْقُ فىِ الْمُلِمَّاتِ، يا عالِمَ الْجَهْرِ وَالْخَفِيَّاتِ، وَ يا مَنْ لا تَخْفى‏ عَلَيْهِ خَواطِرُ الْأَوْهامِ، وَتَصَرُّفُ الْخَطَراتِ، يا رَبَّ الْخَلايِقِ وَالْبَرِيَّاتِ، يا مَنْ بِيَدِهِ مَلَكُوتُ‏ الْأَرَضينَ وَالسَّمواتِ، اَنْتَ اللَّهُ لا اِلهَ اِلاَّ اَنْتَ، اَمُتُّ اِلَيْكَ بِلا اِلهَ اِلاَّ اَنْتَ، فَيا لا اِلهَ اِلاَّ اَنْتَ، اجْعَلْنى‏ فى‏ هِذِهِ اللَّيْلَةِ مِمَّنْ نَظَرْتَ اِلَيْهِ‏فَرَحِمْتَهُ، وَسَمِعْتَ دُعآئَهُ فَاَجَبْتَهُ، وَعَلِمْتَ اسْتِقالَتَهُ فَاَقَلْتَهُ، وَتَجاوَزْتَ عَنْ سالِفِ خَطيئَتِهِ وَعَظيمِ جَريرَتِهِ فَقَدِ اسْتَجَرْتُ بِكَ‏ مِنْ ذُنُوبى‏، وَلَجَاْتُ اِلَيْكَ فى‏ سَتْرِ عُيُوبى‏، اَللّهُمَّ فَجُدْ عَلَىَّ بِكَرَمِكَ‏ وَفَضْلِكَ، وَاحْطُطْ خَطاياىَ بِحِلْمِكَ وَعَفْوِكَ، وَتَغَمَّدْنى‏ فى‏ هذِهِ‏ اللَّيْلَةِ بِسابِغِ كَرامَتِكَ، وَاجْعَلْنى‏ فيها مِنْ اَوْلِيآئِكَ، الَّذينَ اجْتَبَيْتَهُمْ‏ لِطاعَتِكَ، وَاخْتَرْتَهُمْ لِعِبادَتِكَ، وَجَعَلْتَهُمْ خالِصَتَكَ وَصِفْوَتَكَ، اَللّهُمَ‏ اجْعَلْنى‏ مِمَّنْ سَعَدَ جَدُّهُ، وَتَوَفَّرَ مِنَ الْخَيْراتِ حَظُّهُ، وَاجْعَلْنى‏ مِمَّنْ‏ سَلِمَ فَنَعِمَ، وَفازَ فَغَنِمَ، وَاكْفِنى‏ شَرَّ ما اَسْلَفْتُ، وَاعْصِمْنى‏ مِنَ الْإِزدِيادِ فى‏ مَعْصِيَتكَ، وَحَبِّبْ اِلَىَّ طاعَتَكَ، وَما يُقَرِّبُنى‏ مِنْكَ، وَيُزْلِفُنى‏ عِنْدَكَ، سَيِّدى‏ اِلَيْكَ يَلْجَأُ الْهارِبُ، وَمِنْكَ يَلْتَمِسُ الطَّالِبُ، وَعَلى‏ كَرَمِكَ‏ يُعَوِّلُ الْمُسْتَقيلُ التَّائِبُ اَدَّبْتَ عِبادَكَ بالتَّكَرُّمِ، وَاَنْتَ اَكْرَمُ الْأَكْرَمينَ، وَاَمَرْتَ بِالْعَفْوِ عِبادَكَ وَاَنْتَ الْغَفُورُ الرَّحيمُ، اَللّهُمَّ فَلا تَحْرِمْنى‏ ما رَجَوْتُ مِنْ كَرَمِكَ، وَلا تُؤْيِسْنى‏ مِنْ سابِغِ نِعَمِكَ، وَلا تُخَيِّبْنى‏ مِنْ‏ جَزيلِ قِسَمِكَ فى‏ هذِهِ اللَّيْلَةِ لِأَهْلِ طاعَتِكَ، وَاجْعَلْنى‏ فى‏ جُنَّةٍ مِنْ‏ شِرارِ بَرِيَّتِكَ، رَبِّ اِنْ لَمْ اَكُنْ مِنْ اَهْلِ ذلِكَ، فَاَنْتَ اَهْلُ الْكَرَمِ وَالْعَفْوِ وَالْمَغْفِرَةِ، وَجُدْ عَلَىَّ بِما اَنْتَ اَهْلُهُ، لا بِما اَسْتَحِقُّهُ، فَقَدْ حَسُنَ ظَنّى‏ بِكَ، وَتَحَقَّقَ رَجآئى‏ لَكَ، وَعَلِقَتْ نَفْسى‏ بِكَرَمِكَ، فَاَنْتَ اَرْحَمُ‏ الرَّاحِمينَ، وَاَكْرَمُ الْأَكْرَمينَ، اَللّهُمَّ وَاخْصُصْنى‏ مِنْ كَرَمِكَ بِجَزيلِ‏ قِسَمِكَ، وَاَعُوذُ بِعَفْوِكَ. مِنْ عُقُوبَتِكَ، وَاغْفِر لِىَ الَّذنْبَ الَّذى‏ يَحْبِسُ‏ عَلَىَّ الْخُلُقَ، وَيُضَيِّقُ عَلىَّ الرِّزْقَ، حَتّى‏ اَقُومَ بِصالِحِ رِضاكَ، وَاَنْعَمَ‏ بِجَزيلِ عَطآئِكَ، وَاَسْعَدَ بِسابِغِ نَعْمآئِكَ، فَقَدْ لُذْتُ بِحَرَمِكَ‏ وَتَعَرَّضْتُ لِكَرَمِكَ، وَاسْتَعَذْتُ بِعَفْوِكَ مِنْ عُقُوبَتِكَ، وَبِحِلْمِكَ مِنْ‏ غَضَبِكَ فَجُدْ بِما سَئَلْتُكَ، وَاَنِلْ مَا الْتَمَسْتُ مِنْكَ، اَسْئَلُكَ بِكَ لا بِشَى‏ءٍ هُوَ اَعْظَمُ مِنْكَ Duanın oxunuşu: Ya mən iləyhi məlcəul ibadi fil muhimmat, və iləyhi yəfzəul xəlqu fil mulimmat, ya aliməl cəhri vəl xəfiyyat, (və) ya mən la təxfa ələyhi xəvatirul əvham, və təsərruful xətərat, ya rəbbəl xəlaiqi vəl bəriyyat, ya mən biyədihi mələkutul ərəzinə vəs-səmavat, əntəllahu la ilahə illa ənt, əmuttu iləykə bila ilahi illa ənt, fəya la ilahə illa ənt, ic`əlni fi hazihil-ləyləti mimmən nəzərtə iləyhi fərəhimtəh, və səmi`tə duaəhu fəəcəbtəh, və əlimtəstiqalətəhu fəəqəltəhu və təcavəztə ən salifi xətiətih, və əzimi cərirətih, fəqədistəcərtu bikə min zunubi, və ləcə`tu iləykə fi sətri uyubi. Əllahummə fəcud ələyyə bikərəmik, vəhtut xətayaə bihilmikəlləzinəctəbəytəhum litaətik, vəxtərtəhum liibadətik, və cəəltəhum xalisətəkə və sifvətək. Əllahumməc`əlni mimmən səədə cədduh, və təvəfərə minəl xəyrati həzzuh, vəc`əlni mimmən səlimə fənəimə və farə fəğənim, vəkfini ‏ərrə ma əsləftu və`simni minəl izdiyadi fi mə`siyətik, və həbbib iləyyə taətək, və ma yuqərribuni minkə və yuzlifuni indək, səyyidi iləykə yəlcəul harib, və minkə yəltəmisut-talib, və əla kərəmikə yuəvvilul mustəqilut-taib, əddəbtə əbadəkə bit-təkərrumi və əntə əkrəmul əkrəmin, və əmərtə bil əfvi ibadək, və əntəl ğəfurur-rəhim. Əllahummə fəla təhrimni ma rəcəvtu min kərəmik, və la tu`yisni min sabiği niəmik, və la tuxəyyibni min cəzili qisəmik, fi hazihil-ləyləti li əhli taətik, vəc`əlni fi cunnətin min ş‏irari bəriyyətik, rəbbi in ləm əkun min əhli zalik, fəəntə əhlul kərəmi vəl əfvi vəl məğfirəh, və cud ələyyə bima əntə əhluh, la bima əstəhiqquh, fəqəd həsunə zənni bikə və təhəqqəqə rəcai lək, və əliqət nəfsi bikərəmik, fəəntə ərhəmur-rahimin, və əkrəmul əkrəmin. Əllahummə vəxsusni min kərəmikə bicəzili qisəmik, və əuzu biəfvikə min uqubətik, vəğfir liyəz-zənbəlləzi yəhbisu ələyyəl xuluq, və yuzəyyiqu ələyyər-rizq, hətta əqumə bisalihi rizak, və ən`əmə bicəzili ətaik, və əs`ədə bisabiği nə`maik, fəqəd luztu bihərəmik, və təərrəztu likərəmikə vəstəəztu biəfvikə min uqubətik, və bihilmikə min ğəzəbik, fəcud bima səəltuk, və ənil məltəməstu mink, əs`əlukə bikə la bi‏əy`in huvə ə`zəmu mink. Sonra səcdəyə gedərək, 20 dəfə “Ya Rəbbi”, 7 dəfə “Ya Allah”, 7 dəfə “La həvlə və la quvvətə illa billah”, 10 dəfə “Maşaəllah” və 10 dəfə “La quvvətə illa billah” dedikdən sonar, Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat göndərib hacətini Allahdan istəyirsən… 10. Cəfər-Təyyar namazını qılmaq; 11. Əbu Yəhya Sənani imam Baqir (ə) və imam Sadiqdən (ə) belə nəql edir: “Şəban ay‎ını‎n 15-ci gününün gecəsi dörd rükət namaz q‎ıl; belə ki, hər rükətində “Həmd”dən sonra yüz dəfə “İxlas” surəsini oxu və namazdan sonar de: اَللّهُمَّ اِنّى‏ اِلَيْكَ فَقيرٌ، وَمِنْ عَذاِبكَ خائِفٌ مُسْتَجيرٌ، اَللّهُمَّ لا تُبَدِّلْ‏ اِسْمى‏، وَلا تُغَيِّرْ جِسْمى‏،وَلاتَجْهَدْ بَلائى‏، وَلاتُشْمِتْ بى‏ اَعْدآئى‏،اَعُوذُ بِعَفْوِكَ مِنْ عِقابِكَ، وَاَعُوذُ بِرَحْمَتِكَ مِنْ عَذابِكَ، وَاَعُوذُ بِرِضاكَ مِنْ سَخَطِكَ،  وَاَعُوذُبِكَ‏مِنْكَ‏جَلَّ ثَنآؤُكَ، اَنْتَ كَما اَثْنَيْتَ عَلى‏ نَفْسِكَ، وَفَوْقَ ما يَقُولُ الْقآئِلُونَ‏ Duanın oxunuşu: Əllahummə inni iləykə fəqir, və min əzabikə xaifun mustəcir. Əllahummə la tubəddil ismi, və la tuğəyyir cismi, və la təchəd bəlai, və la tuşmit bi ə`dai, əuzu biəfvikə min iqabik, və əuzu birəhmətikə min əzabik, və əuzu birizakə min səxətik, və əuzu bikə minkə cəllə sənauk, əntə kəma əsnəytə əla nəfsikə və fəvqə ma yəqulul qailun. Qeyd etmək lazımdır ki, Mübarək Şəban ayının 15-ci günü imam Zaman ağanın (ə.c.) doğum günü olduğundan, o həzrətin zühurunun tezləşməsi üçün çoxlu dua etmək həmin günün müstəhəb əməllərindəndir. (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Şəban ayının fəzilət və əməlləri” bölümü.)

Pak sülalə 05.02.2025

Hz. Əli Əkbərin (ə.s.)həyatı

Şaban ayının 11-ci günü Hz. Əli Əkbərin (ə.s.) mövlud günüdür https://ia801601.us.archive.org/16/items/hz.-li-kbrin-.s.-movludu/Hz.%20Əli%20Əkbərin%20%28ə.s.%29%20mövludu.mp3 Bu gün İslam dünyasının mübarək günlərindən biri, üçüncü imamımız İmam Huseynin (ə.s.) oğlu Həzrət Əli Əkbərin (ə.s.) mövlud günüdür. O mübarək insan imamın himayəsində böyümüş və Əhli-Beyt məktəbinin layiqli davamçılarından olmuşdur. O, atası ilə birgə Kərbəlaya yollanmış, İslam uğrunda canından keçmişdir. Onun şəhid olmazdan əvvəl atasından son istəyi bu olmuşdur: “Ata, mən şəhid olanda ağlama, çünki istəmirəm düşmənlər sənin göz yaşlarını görsünlər”. Əli Əkbərin (a.s.) həyatı. İslamın dirçəlişində öz şəhadəti ilə mühüm rol oynayan şəxslərdən biri də Hz. Əli Əkbərdir (ə.s). Əli Əkbər (ə.s) İmam Hüseynin (ə.s) övladlarındandır. İmam Hüseynin (ə.s) üç oğlunun adı Əli idi. Əli Əkbər (ə) İmam Hüseynin böyük oğlu olduğu üçün ona Əli Əkbər, yəni böyük Əli deyilir. İkinci oğlu Əli Əvsət (İmam Zeynul-Abidindir (ə.s). Üçüncü oğlu isə Əli Əsgərdir 6 aylıq olarkən kərbəlada şəhid olmuşdur. Əli Əkbərin (ə.s.) təvəllüdü Tarixçilər arasında o həzrətin dəqiq anadan olmasının tarixi barəsində böyük ixtilaf mövcuddur. Bütün tarixçilər əsasən onun Kərbəlada başına gələn hadisələri nəql etdiklərinə görə, onun təvəllüdünə işarə etməmişlər. Belə ki, tarixçilərin bəzisi o həzrətin yaşını 19, digərləri 20 və bəziləri də 38 olduğunu yazmışlar. Amma tarixi araşdırmalar göstərir ki, Hz. Əli Əkbər (ə.s) Şaban ayının 11-də dünyaya gəlmişdir. Əllamə Əbdur-Rəzzaq belə yazır: Hz. Əli Əkbər (ə.s) Şaban ayının 11-də, üçüncü xəlifənin vəfatından iki il əvvəl anadan olmuşdur. Üçüncü xəlifə isə hicrətin 31-ci ilində vəfat etmişdir. Hz. Əli Əkbər (ə.s) Xəlifə Osmanın xilafəti dövründə dünyaya gəlmişdir. Ulu babası Peyğəmbər (s.ə.v), babası Hz. Əli (ə.s), atası isə İmam Hüseyndir (ə.s). Anası Əbi Mərvə ibni Urvə ibni Məsud Səqəfinin qızı Leyladır. Əli Əkbərin (ə.s.) şəxsiyyəti. 1) Əli Əkbər (ə.s) Peyğəmbərə (s.ə.v) ən çox oxşayan kəsdir. Əli Əkbər (ə.s) hər cəhətdən Peyğəmbərə oxşayırdı. Bu oxşarlıq o dərəcədə idi ki, Kərbəlada meydana çıxanda qoşun elə hesab etdi ki, Peyğəmbər (s.ə.v) özü meydana çıxıb. Belə ki, İmam Hüseyn (ə.s), Əli Əkbəri (ə.s) meydana göndərəndə qoşuna belə xitab edib buyurdu: “Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s.ə.v) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s.ə.v) üçün darıxsaydı, onun üzünə baxardıq!” 2) Əli Əkbər şəhadət məqamını arzu edir. İmam Hüseynin (ə.s) karvanı Məkkədən İraqa yollandığı vaxt, yolda İmam Hüseyn (ə.s) yuxuda qeybdən gələn bir səs eşitdi. O səs deyirdi: “Bunlar şəhadətə tərəf yola düşmüşlər”. İmam Hüseyn (ə.s) yuxudan ayıldıqdan sonra “İnnə lilləhi və innə iləyhi raciun” dedi. Əli Əkbər (ə.s) onun səbəbini soruşduqda İmam yuxusunu danışdı. Əli Əkbər (ə.s) soruşdu: “Haqq bizimlə deyilmi?” İmam buyurdu: “Bizimlədir”. Əli Əkbər (ə.s) buyurdu: “Əgər belədirsə, əsla ölümdən qorxumuz yoxdur”. 3) Əli Əkbər (ə.s) öz qanı ilə İslamı dirçəltdi. Kərbəlada kəsilmiş qurbanların içində Əli Əkbər (ə.s)-ın də adı qeyd olunmuşdur. O da öz qanı və bütün varlığı ilə İslamın dirçəlişi üçün qılınc çəkmiş və bütün müsəlmanların imamı olan İmam Hüseyni (ə.s) müdafiə etmişdir və nəhayət İmamın qarşısında şəhid olmuşdur. İmam Hüseynin (ə.s) vəfalı və qeyrətli səhabələrindən sayılan Əli Əkbər (ə.s) Kərbəlada qanını axıtmaqla İslamın dirçəlişində mühüm rol oynadı. 4) Kərbəlada Əhli-Beytin himayəsində. Kərbəlada İmam hüseynin (ə.s) qardaşı Əbülfəzl Abbas (ə.s) və oğlu Əli Əkbər (ə.s) Əhli-Beyti himayə edir və lazım gələndə suyun qarşısının alınmasına baxmayaraq, böyük şücaətlə gedib Əhli-hərəmə su gətirirdilər. Əli Əkbər (ə.s) Kərbəlada Aşura günü Yezidin qoşunu tərəfindən qətlə yetirilərək şəhid oldu. İmam Zeynəl-Abidin (ə.s) pak cəsədləri dəfn edərkən Əli Əkbərin (ə.s) pak cəsədini İmam Hüseynin (ə.s) ayaq tərəfində dəfn etdi. Hal-hazırda Əli Əkbərin mübarək qəbri Kərbəla şəhərində yerləşir. Allah şəfaətlərindən ayırmasın!

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...