Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Alimlərdən sitatlar 28.12.2024

İnsafsızlıq

İnsafsızlıq Məşhəddə Həzrət İmam Rzanın(ə) hərəminin ətrafında dükan sahiblərindən biri dövrünün müctəhidlərindən olan mərhum Ayətullah Milaninin (1892-1975) hüzuruna gələrək ondan bir məsələ soruşur. Deyir ki, Ağa, mən hərəmin ətrafında dükan sahibiyəm. Bəzi xüsusi günlər bildiyiniz kimi ziyarətçilər çox olur. Mən də həmin günlər dükandakı malların qiymətini qaldırıram. Bu iş haram deyil ki? Ayətullah Milani cavab verir ki, bu iş insafsızlıqdır. Həmin tacir haram cavabını almadığı üçün əllərini sinəsinə qoyaraq xoşhal halda oradan aralaşanda Ayətullah Milani əlilə işarə edir ki, geri qayıtsın. O tacir yenidən yaxınlaşanda Ayətullah Milani ondan Kərbəla vaqiəsini bilirsənmi deyə soruşur. Tacir cavab verir ki, bəli bilirəm. Ayətullah Milani deyir eşitmisən də, İmam Hüseyn (ə) susuzluqdan yananda Ömər bin Səəddən su istəyir və Ömər bin Səəd su vermir ona? Tacir deyir bəli ağa, eşitmişəm. Ayətullah Milani deyir: Ömər bin Səədin gördüyü həmin iş də insafsızlıq idi. t.me/mirmehemmed_beshir

MÜQƏDDƏS AYLAR (İslam ayları) 28.12.2024

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi (ə) gülərüz görməzdi. O həzrət daim matəm və hüzn içində olardı. 1. Oruc tutmaq; İslam Peyğəmbərindən (s) belə nəql olunur: “Məhərrəm ayında bir gün oruc tutan şəxsə otuz günün orucunun savabı verilər.” Əli ibn İbrahim öz atasından, o da Rəyyan ibn Şəbibdən belə nəql edir: Məhərrəm ayının birinci günü imam Rzanın (ə) hüzuruna getmişdim. Həzrət mənə buyurdu: “Ey Şəbibin oğlu! Bu gün oruc tutubsanmı?” Dedim: “Xeyr!” Həzrət buyurdu: “Bu gün elə bir gündür ki, Zəkəriyya peyğəmbər Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak övlad əta et ki, həqiqətən, Sən duanı eşidənsən.” Allah-Taala Zəkəriyya peyğəmbərin duasını qəbul etdi. O, ibadət mehrabında namaz qılıb, raz-niyazla məşğul olarkən mələklər ona müraciət edib dedilər: “Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir.” “Ey Şəbibin oğlu! Hər hər kim bu günü (Məhərrəm ayının birinci günü) oruc tutub Allahdan istək və hacətlərini diləsə, Allah-Taala Zəkəriyyanın duasını qəbul etdiyi kimi, onun da istək və hacətlərini qəbul edər.” Sonra imam Rza (ə) buyurdu: “Məhərrəm bir aydır ki, keçmişdə cahillik dövrünün insanları bu aya ehtiram edərək döyüşü tərk edir, hətta onu haram bilirdilər. Amma bu ümmət bu ayın, eləcə də, öz Peyğəmbərinin (s) ehtiramını saxlamadılar. Bu ayda onun övladını qətlə yetirdilər, əhli-əyalını və qadınlarını əsir tutdular, onların xeymələrinə od vurdular. Allah onları heç zaman bağışlamasın! Ey Şəbibin oğlu! Əgər birinə ağlamaq istəsən, Hüseyn ibn Əliyə (ə) ağla…!” (“Amalul-vaizin”, Seyid İbrahim Hüseyni Leylabi, 2-ci cild, səh. 32-33.) 2. İmam Rzadan(ə) nəql olunur ki, İslam Peyğəmbəri (s) Məhərrəm ayının ilk günü iki rükət namaz qılar və namazdan sonra əllərini göyə qaldırıb üç dəfə bu duanı oxuyardı: اللَّهُمَّ أَنْتَ الْإِلَهُ الْقَدِيمُ وَ هَذِهِ سَنَةٌ جَدِيدَةٌ فَأَسْأَلُكَ فِيهَا الْعِصْمَةَ مِنَ الشَّيْطَانِ وَ الْقُوَّةَ عَلَى هَذِهِ النَّفْسِ الْأَمَّارَةِ بِالسُّوءِ وَ الاشْتِغَالَ بِمَا يُقَرِّبُنِي إِلَيْكَ يَا كَرِيمُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا عِمَادَ مَنْ لا عِمَادَ لَهُ يَا ذَخِيرَةَ مَنْ لا ذَخِيرَةَ لَهُ يَا حِرْزَ مَنْ لا حِرْزَ لَهُ يَا غِيَاثَ مَنْ لا غِيَاثَ لَهُ يَا سَنَدَ مَنْ لا سَنَدَ لَهُ يَا كَنْزَ مَنْ لا كَنْزَ لَهُ يَا حَسَنَ الْبَلاءِ يَا عَظِيمَ الرَّجَاءِ يَا عِزَّ الضُّعَفَاءِ يَا مُنْقِذَ الْغَرْقَى يَا مُنْجِيَ الْهَلْكَى يَا مُنْعِمُ يَا مُجْمِلُ يَا مُفْضِلُ يَا مُحْسِنُ أَنْتَ الَّذِي سَجَدَ لَكَ سَوَادُ اللَّيْلِ وَ نُورُ النَّهَارِ وَ ضَوْءُ الْقَمَرِ وَ شُعَاعُ الشَّمْسِ وَ دَوِيُّ الْمَاءِ وَ حَفِيفُ الشَّجَرِ يَا اللَّهُ لا شَرِيكَ لَكَ اللَّهُمَّ اجْعَلْنَا خَيْرا مِمَّا يَظُنُّونَ وَ اغْفِرْ لَنَا مَا لا يَعْلَمُونَ وَ لا تُؤَاخِذْنَا بِمَا يَقُولُونَ حَسْبِيَ اللَّهُ لا إِلَهَ إِلا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَ مَا يَذَّكَّرُ إِلا أُولُوا الْأَلْبَابِ رَبَّنَا لا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ هَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ Duanın oxunuşu  Əllahummə əntəl ilahul qədim, və hazihi sənətun cədidəh, fəəs`əlukə fihəl ismətə minəş şəytan, vəl quvvətə əla hazihin nəfsil əmmarəti bis sui vəl iştiğal, bima yuqərribuni iləykə ya kərim, ya zəl cəlali vəl ikram, ya imadə mən la imadə ləh, ya zəxirətə mən la zəxirətə ləh, ya hirzə mən la hirzə ləh, ya ğiyasə mən la ğiyasə ləhu ya sənədə mən la sənədə ləh, ya kənzə mən la kənzə ləh, ya həsənəl bəlai ya əzimər rəca, ya izzəz zuəfai ya munqizəl ğərqa, ya munciəl həlka, ya mun`imu ya mucmilu ya muhsin, əntəlləzi səcədə ləkə səvadul ləyli və nurun nəhari və zəv`ul qəməri və şuauş-şəmsi və dəviyyul ma, və həfifuş şəcəri ya Əllahu la şərikə lək, Əllahumməc`əlna xəyrən mimma yəzunnun, vəğfir ləna ma la yə`ləmun, və la tuaxizna bima yəqulun, həsbiyəllahu la ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim, amənna bihi kullu min indi rəbbina, və ma yəzzəkkəru illa ulul əlbab, rəbbəna la tuziğ qulubəna bə`də iz hədəytəna, və həb ləna min lədunkə rəhməh, innəkə əntəl vəhhab. Duanın tərcüməsi İlahi, əzəli məbud Sənsən və bu da yeni ildir! Bu yeni ildə Səndən istəyirəm ki, məni şeytandan qoruyasan, daim günah və pisliklərə əmr edən bu nəfsə qüvvət verib məni Sənə yaxınlaşdıran əməllərlə məşğul edəsən, ey kərim Allah, ey calal və kəramət sahibi, ey çarəsizlərin dayağı, ey ehtiyatı olmayanların ehtiyatı, ey pənahı olmayanların pənahı, ey fəryada yetəni olmayanların fəryadına yetən, ey dayağı olmayanların dayağı, ey xəzinəsi olmayanların xəzinəsi, ey imtahanı gözəl olan, ey böyük ümid yeri, ey gücsüzləri ucaldan, ey boğulanlara nicat verən, ey həlak olanları xilas edən, ey nemət verən, ey gözəllik verən, ey artıran, ey yaxşılıq edən! Sən elə bir məbudsan ki, gecənin qaranlığı, gündüzün aydınlığı, ayın işığı, günəşin şüası, suyun şırıltısı və ağacların xışıltısı Sənə səcdə etdi. Ey Allah, Sənin şərikin yoxdur! İlahi, bizi insanların güman etdiklərindən yaxşı qərar ver, onların bilmədikləri pisliklərimizi bağışla və bizi onların dedikləri əsasında cəzalandırma! Allah bizə bəs edər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül edirəm və O, böyük ərşin Rəbbidir. Mən Ona iman gətirmişəm və hə nə varsa, Rəbbimiz tərəfindəndir. Bunu ancaq ağıllı adamlar dərk edərlər! Ey Rəbbimiz, bizi hidayət etdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma, bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət və nemət) bəxş edənsən! (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Məhərrəm ayının əməlləri” bölümü.)

MÜQƏDDƏS AYLAR (İslam ayları) 27.12.2024

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında şərik olduğunu iddia edən Nəcran xristianları ilə mübahisəsi nəticə vermədikdə, “Ali-İmran” surəsinin 61-ci ayəsi nazil oldu: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ “(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.”  Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-Əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı və təyin olunan gün (mübahilə günü) Peyğəmbəri-Əkrəm (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianlar Peyğəmbəri-Əkrəmin (s) az sayda (yəni öz yaxınları və sevdikləri ilə) mübahiləyə gəldiyini görüb o həzrətin haqq olduğunu düşündülər, mübahilə etməkdən qorxub sülh edərək cizyə (vergi) verməyə razılaşdılar. İslamın qələbə çaldığı bu şərəfli gününün özünəməxsus bir neçə əməli var: 1. Qüsl etmək (Mübahilə gününün qüslü niyyətilə); 2. Oruc tutmaq; 3. Günorta azanından öncə iki rükət namaz qılmaq: belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsi oxunmalıdır. (“Ayətül-kürsü”nü “Hum fiha xalidun” ayəsinə qədər oxumaq tövsiyə olunur və bu namaz ”Qədir-Xum” bayramı gününə məxsus namazla eynidir.) 4. “Mübahilə” gününün namazından sonra yetmiş dəfə “istiğfar” etmək (tövbə edib Allahdan günahların bağışlanmasını diləmək); 5. Ramazan ayının “Səhər” duasına oxşar olan “Mübahilə” duasını oxumaq: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ بَهَائِكَ بِأَبْهَاهُ وَ كُلُّ بَهَائِكَ بَهِيٌّ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِبَهَائِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَلالِكَ بِأَجَلِّهِ وَ كُلُّ جَلالِكَ جَلِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَلالِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَمَالِكَ بِأَجْمَلِهِ وَ كُلُّ جَمَالِكَ جَمِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَمَالِكَ كُلِّهِ… Oxunuşu: Əllahummə inni əs`əlukə min bəhaikə biəbhahu, və kullu bəhaikə bəhiyy. Əllahummə inni əs`əlukə bibəhaikə kullih. Əllahummə inni əs`əlukə min cəlalikə biəcəllihi, və kullu cəlalikə cəlil. Əllahummə inni əs`əlukə bicəlalikə kullih. Əllahummə inni əs`əlukə min cəmalikə biəcməlihi, və kullu cəmalikə cəmil. Əllahummə inni əs`əlukə bicəmalikə kullih…  Tərcüməsi: İlahi, Sənin Öz nurlu dərəcələrinin nuraniyyətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, onun bütün dərəcələri nuranidir. İlahi, Sənin nuraniyyətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin şövkətinin ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin şövkətinin bütün dərəcələri alidir! İlahi, Sənin şövkətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin camalının ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin camalının bütün dərəcələri alidir! İlahi, Sənin camalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm… 6. Yoxsullara yardım etmək və sədəqə vermək; 7. “Camiə Kəbirə” ziyarətnaməsini oxumaq. (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zilhiccə ayının əməlləri” bölümü.)

Pak sülalə 27.12.2024

Meysəm Təmmar kimdir?

Meysəm Təmmar kimdir? Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər. Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli (ə) onu həmin qadından alıb, azad etdi. Meysəm həzrət Peyğəmbərin səhabələrindən sayılır. O, Kufədə xurma satdığı üçün ona “təmmar”, yəni “xurma satan” ləqəbi verilmişdi. Meysəmin özünün fədakar və pak müsəlman olması ilə yanaşı, onun ailəsi də şiə böyüklərindən sayılırdı. Onun altı oğlu vardı. Oğlanları və çoxsaylı nəvələri də öz ata-babaları kimi Əhli-Beyt (ə)yoluna sədaqətli idilər. Bir çox ravilərin hədislərində adı çəkilən bu insanlar İmamların (ə) vilayət və rəhbərliyinə etiqadlı idilər. Həzrət Əli (ə) Meysəm haqqında əsasən həzrət Peyğəmbərdən (s) eşitmişdi. Meysəm də elə əvvəldən Əhli-Beyt (ə) aşiqi idi. Amma həzrət Əlinin (ə) Meysəmlə ilkin görüşü onun xilafəti dövründə baş vermişdir. Elə həmin görüşdən sonra da həzrət (ə) Meysəmi azad etmək qərarına gəlmişdir. Nəhayət, həzrətin (ə) qərarı ilə Meysəm qulamlıqdan azad olunmuşdur. Həzrət Əli (ə) Meysəmlə ilk görüşündə ondan soruşur: “Adın nədir? Meysəm cavab verir: “Salim.” Həzrət buyurur: “Peyğəmbərdən (s) eşitmişəm ki, atan sənin adını Meysəm qoymuşdur. Həmin adına qayıt və Kunyən Əbu Salim olsun.” Meysəm dedi: “Allah, onun Rəsulu (s) və Əmirəl-Möminin (ə) haqqı deyirlər.” Meysəmin Həzrət Əli (ə) ilə tanışlığı onun üçün böyük bir səadət idi. Bu görüşdən sonra Meysəm Əli məktəbinə qədəm qoydu və qəlb pəncərələrini ələvi məarifinə açdı. O öz təşnə ruhunu həzrətin (ə) bilikləri ilə sirab etdi. Həzrət Əli (ə) də Meysəmin ruhi istedadını, agahlığını görüb, onu bir çox sirlərlə tanış etdi. Meysəm Həzrət Əlidən (ə) Quran təfsirini öyrəndi. O Əmirəl-Möminindən (ə) öyrəndiyi məlumatlar əsasında bir kitab tərtib etdi. Bu kitabı sonradan oğlu nəql etmişdir. Ona görə də Meysəm şiə müəlliflərindən biri hesab olunur. Həzrət (ə) onu öz sirləri, gələcəkdə baş verəcək hadisələrlə tanış etmişdi. Meysəm bu məlumatlardan bir qismini xalqa bildirmişdi. İnsanların aqibətindən, gələcəkdə baş verəcək hadisələrdən danışan bu elm “elme-əcəl” və ya “elme-mənaya və bəlaya” adlanır. Məsum İmamlar (ə) bu bilikləri yalnız hazırlığı, istedadı, tutumu olan, sirr saxlamağı bacaran insanlara etibar etmişlər. Meysəmin bilikləri o qədər fövqəladə olmuşdur ki, hətta bəzi nadanlar onu yalançı da hesab etmişlər. Bir gün Əbu-Bəsir İmam Sadiqə (ə) ərz edir: “Nə üçün mənə elm öyrətmək istəmirsiniz?!” İmam (ə) buyurur: “Hansı elmi?” Əbu-Bəsir deyir: “Əmirəl-Möminin (ə) Meysəmə öyrətdiyi elmi deyirəm.” İmam (ə) buyurur: “ Sən ki, Meysəm deyilsən. Məndən eşitdiyin bir mətləbi kimsəyə demədiyin hal olubmu?” Əbu-Bəsir ərz etdi: “Xeyr, ey Peyğəmbər (s) övladı!” İmam (ə) buyurdu: “Demək, həmin elmləri sirr olaraq saxlaya bilməzsən!” İmamların (ə) Meysəmə münasibətini onların Meysəm haqqındakı buyuruqlarından və onunla rəftarlarından öyrənmək olar. Həzrət Əli (ə) və Meysəm arasındakı səmimi münasibət onların bağlılığının möhkəmliyindən danışır. Həzrət (ə) hətta Meysəmin xurma dükanına gedər, bu dükanda onunla söhbət edər və ona dini məarif öyrədərdi. Yuxarıda deyilənlər Həzrət Əli (ə) ilə Meysəm arasındakı dərin, səmimi münasibətin təzahürüdür. Həzrət Əli (ə) hökumət başçısı olduğu halda Meysəmin dükanında oturub xurma satır! Başqa məqamlarda da Meysəmin Həzrət Əli (ə) ilə mənəvi yaxınlığı müşahidə olunur. Meysəm Həzrət Əlinin (ə) dua məqamlarında Kumeyl kimi şəxsiyyətlərlə yanbayan əyləşir. O, həzrətin (ə) Allahla razniyaz etdiyi irfani gecələrin şahididir. Meysəm Əlinin (ə) sirlərinə məhrəm idi. O, həzrətin (ə) xəlvəti dualarının, İlahi ruhunun təcəllasının şahidi idi. Ona həm Əli (ə), həm də İmam Həsənlə (ə) İmam Hüseyn (ə) ehtiramla yanaşar, eləcə də sonrakı İmamlar (ə) onun İlahi şəxsiyyətini xatırlayardılar. Bir dəfə Meysəm Mədinədə həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələmə ilə rastlaşır. Ümmü-Sələmə ona deyir: “Ey Meysəm, Hüseyn (ə) daim sənin haqqında danışır.” Başqa bir hədisdə İmam Baqir (ə) buyurur: “Mən Meysəmi çox sevirəm.” İmam Sadiq (ə) Meysəmə salam göndərərək, onun uca məqamı haqqında xoş sözlər deyir. Meysəmin oğlu Saleh deyir: İmam Baqirə (ə) ərz etdim ki, mənə bir hədis söyləsin. İmam (ə) soruşdu: “Məgər atandan hədis öyrənməmisən?” Bildirdim ki, həmin vaxtlar körpə olmuşam…” İmam Baqir (ə) öz cavabı ilə Meysəmin elmi məqamına işarə etmişdir. Həzrət (ə) belə hesab edir ki, Meysəmin oğlu hədis eşidib-öyrənməyə ehtiyacsız da ola bilər. Şəhadət xəbəri Ölümü bu dünyadan daha geniş bir aləmə keçid bilən, imanı haqq və əməli saleh olan insan üçün ölüm böyük bir səadətdir. Belə insanlar ömürlərini şəhadətlə başa vurmaqdan böyük bir zövq alırlar. Bəli, dünya həyatını şəhadətlə başa vuranlar salehlərin, peyğəmbərlərin, Allah razılığının civarında əbədi həyat tapırlar. Meysəm öz şəhadət xəbərini mövlası Əlidən (ə) eşitmişdi. İmam (ə) Meysəmə dedi: “Bir gün bəni-Üməyyənin çirkin oğlu Übeydullah İbn Ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?” Meysəm dedi: “Xeyr, and olsun Allaha, heç vaxt belə etmərəm!”İmam (ə) buyurdu: “Bu halda səni dardan asıb, öldürəcəklər.” Meysəm ərz etdi: “Səbr edəcəyəm. Allah yolunda belə bir əziyyət çətin deyil.” Həzrət Əli (ə) bu barədə Meysəm Təmmara bir neçə dəfə xəbər vermişdi. Meysəm də öz növbəsində vəd olunmuş qırmızı milada hazırlaşırdı. Meysəm belə bir uca ruh və şəhadət sevgisi ilə haqq və vilayət hərimini müdafiə edirdi. Həzrət Əlinin (ə) şəhadətindən sonra arabir onun ziyarətinə gəlirdi. Kufə və Mədinə əhli Meysəmin söhbətlərini həvəslə dinləyərdilər. Harada Meysəm Həzrət Əlinin (ə) fəzilətlərindən danışsaydı, həmin yerdə düşmənin həzrətə (ə) qarşı təbliğatları nəticəsiz qalardı. Meysəmin övladlarından biri olan Saleh nəql edir ki, atam dedi: “Bir gün bazarda idim. Həzrət Əlinin (ə) yaxınlarından biri olan Əsbəğ ibn Nəbatə mənə yaxınlaşdı və heyrət içində dedi: “Ey vay, Meysəm! Əmirəl-Möminin (ə) haqqında çox ağır sözlər eşitdim.” Soruşdum ki, nə eşitdin? O dedi: “Danışırdılar ki, Əhli-Beytin (ə) hədisləri və buyuruqları çox ağırdır. Guya, bu buyuruqlara Allahın müqərrəb mələklərindən, peyğəmbərlərdən (s) və övliyalardan savayı kimsə əməl etmək gücündə deyil. Guya, həmin buyuruqları dərk etmək mümkünsüzdür.” Mən dərhal qalxıb, Həzrət Əlinin (ə) yanına getdim və Əsbəğdən eşitdiklərimi ona danışdım. Həzrət (ə) gülümsəyib buyurdu: “Otur! Ey Meysəm! Hər elm sahibi elm yükünü çəkə bilirmi?! Allah mələklərə yer üzündə canişin yaratmaq istədiyini dediyi vaxt mələklər onun fəsad törədib, qan tökəcəyini dəlil gətirərək etiraz etdilər. Həzrət Peyğəmbər (s) Qədir-Xum günü mənim əlimi qaldırıb buyurdu: “Pərvərdigara! hər kəsin mən ağasıyamsa, Əli də onun ağasıdır.” Allah zərrəcə nəzərini çəkən kimi çoxları bu sözə əməl etmədi. Müjdə olsun sizə, Peyğəmbərin (s) buyuruqlarına əməl etdiniz və ona vəfalı oldunuz. Allah sizə, mələklərə və peyğəmbərlərə vermədiyi imtiyaz verdi. Qorxub çəkinmədən, bizim fəzilətlə-rimizdən xalqa danışın.” Həzrət Əlinin (ə) fəzilətlərindən danışmaq günah hesab edildiyi bir dövrdə Meysəm həzrətin (ə) məqamından danışar, onun buyuruqlarını xalqa çatdırardı. Meysəm yaxşı bilirdi ki, mövlasının şəhadətindən sonra onu xurma ağacından asacaqlar. Həzrət (ə) ona bu ağacı da göstərmişdir. Bəzən bu ağacın yanından keçərkən həzrət (ə) ona buyurardı: “Ey Meysəm! Sənin sonralar bu ağacla macəran olacaq. Bu xurma ağacını dörd yerə bölüb dördüncü hissəsindən səni asacaqlar.” Meysəm tez-tez bu ağacın yanına gəlib, onun kənarında namaz qılardı və deyərdi: “Mübarək olsun, ey xurma! Məni sənin üçün yaradıblar, sən mənim üçün göyərmisən.” Meysəm daim bu ağaca tamaşa edərdi. İbn Ziyad Kufə hakimi olduğu vaxt şəhərə daxil olanda əlindəki bayraq həmin xurma ağacına ilişdi və sındı. İbn Ziyad bu işi özü üçün pis əlamət hesab etdi və göstəriş verdi ki, ağacı kəssinlər. Onu bir dülgər alıb, dörd yerə böldü. Meysəm oğlu Salehə dedi: “Mənim və atamın adını həmin xurma ağacına həkk et!” Saleh deyirdi: “Atamın adını ağacın üstünə yazdım. İbn Ziyad atamı dardan asandan bir neçə gün sonra gördüm ki, bu atamın adını yazdığım həmin ağacdır!…”

Könül oxşayan Hədislər 27.12.2024

Mən dörd nəfər üçün Qiyamət günü şəfaət edəcəm

Həzrət Peyğəmbər (s): “Mən dörd nəfər üçün Qiyamət günü şəfaət edəcəm: 1). Övladlarıma ehtiram edənlər; 2). Onların ehtiyaclarını ödəyənlər; 3). Övladlarımın işi çətinə düşəndə o işi həll etməyə çalışanlar; 4). Qəlbi və dili ilə onlara sevgi göstərənlər” أَرْبَعَةٌ أَنَا لَهُمْ شَفِيعٌ يَوْمَ الْقِيَامَةِ الْمُكْرِمُ لِذُرِّيَّتِي وَالْقَاضِي لَهُمْ حَوَائِجَهُمْ وَ السَّاعِي لَهُمْ فِي أُمُورِهِمْ عِنْدَ مَا اضْطُرُّوا إِلَيْهِ وَ الْمُحِبُّ لَهُمْ بِقَلْبِهِ وَ لِسَانِهِ Şeyx Səduq (vf.381 hq), “Uyunu əxbar ər-Rza (ə), c2. s. 25, hədis:4.

İmam Museyi-Kazim (ə) 27.12.2024

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: İmam Musa Kazimin (ə) şəxsiyyəti  Adi: Musa; Ləqəbi: Kazim; Künyəsi: Əbülhəsən; Atası: İmam Sadiq (ə); Anası: Həmidə; Övladlarının sayı: 36 (19 oğlan, 17 qız); Təvəllüdü: 128-ci hicri-qəməri ili, Səfər ayının 7-si; Başqa rəvayətə görə, Zil-hiccə ayının 20-si; İmamlıq müddəti: 35 il; Ömrü: 54 il; Şəhadəti: 182-ci hicri-qəməri ili, Rəcəb ayının 25-i Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək şəhid edildi; Məzarı: İraq, Kazimeyn şəhəri. İmam Musa Kazimin (ə) həyatı ilə qısa tanışlıq Şiələrinin yeddinci imamı həzrət Musa ibn Cəfər (ə) çox səbirli olduğu, qəzəb və hiddətini udduğuna görə, müsəlmanlar ona “Kazim “ləqəbini vermişdilər. İmam Kazim (ə) hicrətin 128-ci ilində – bəzi qaynaqlara əsasən, hicrətin 129-cu ilində – Məkkə ilə Mədinə arasında yerləşən Əbva məntəqəsində dünyaya göz açıb. O həzrətin anasının adı Həmidə Bərbəriyyədir. İmam Kazim (ə) hicrətin 182-ci və yaxud 183-cü ilinin Rəcəb ayının 25-də zalım Abbasi xəlifəsi Harunər-Rəşidin Bağdaddakı zindanında şəhadətə yetmişdir. Bəzi mənbələrdə o həzrətin şəhadətini Rəcəb ayının 5-i, bəzisi isə Rəcəb ayının 6-ı qeyd edilmişdir. İmam Kazim (ə) əziz atası imam Sadiqin (ə) şəhadətindən sonra, hicrətin 148-ci ilində şiələrin rəhbərliyini öz öhdəsinə götürmüş və mübarək ömrünü Mədinə və Bağdadda keçirmişdir. O həzrət imam olduğu müddətdə adları çəkilmiş xəlifələrlə müasir olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhəmməd Mehdi Abbasi (158-169); Musa Hadi (169-170) və Harunər-Rəşid (170-193). O həzrətin dövründə yaşamış Ələvi şəxsiyyətlərindən heç biri onunla müqayisə edilə bilməzdi və o həzrət elm, təqva, zöhd və ibadət baxımından öz zamanının ən öndə gedəni idi. Şeyx Müfid o həzrət haqqında belə yazır: “Əbülhəsən Musa (imam Kazim) (ə) öz zamanının ən abidi, ən fəqihi və ən səxavətlisi idi.” (“Əl-irşad”, s. 277.) Şeyx Təbərsi yazır: “İmam Kazim (ə) Allahın kitabını qorumaqda ən öndə gedənlərdən idi… Mədinə əhalisi onu “Allaha ibadətdə səy edənlərin zinəti” adı ilə adlandırmışdı.” (“Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, 298.) İbn Əbil-Hədid imam Kazim (ə) haqda belə yazır: “Fəqihlik, dindarlıq, təqva və səbir – bütünlükdə o həzrətdə toplanmışdı.” (“Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 15, s. 273.) “Əş-şuzuratuz-zəhəb” kitabında belə yazılır: “O həzrət saleh, abid, səxavətli, səbirli və uca məqama sahib idi.” (c. 1, s. 304.) Məşhur nəsəbşünas Yəhya ibn Həsən ibn Cəfər o həzrət barədə belə yazır: “Musa ibn Cəfərə (ə) ibadət və ictihadına görə “saleh bəndə” deyirdilər.” (“Təhzibut-təhzib”, c. 1, s. 339.) Bu ifadələr şiə və sünni raviləri və tarixçilərinin imam Kazim (ə) haqqında dediklərindən yalnız bir neçə nümunədir. İmam Kazimin (ə) xüsusiyyətləri arasında ən çox diqqəti çəkən o həzrətin səxavətli və kəramət sahibi olmasıdır. Hətta onun bu xüsusiyyəti zərbi-məsəl belə olmuşdu. İbn Ənbə bu barədə yazır: “O həzrət özü ilə daim qızıl kisələr gəzdirər və onları qarşılaşdığı fəqirlərə və ya onun ehsanına göz dikənlərə bağışlayırdı, hətta o həzrətin qızıl kisələri dillər əzbəri olmuşdu.” (“Umdətut-talib”, s. 196.) Məşhur rical alimlərindən olan Zəhəbi imam Kazim (ə) haqqında belə yazır: “Musa ibn Cəfər (ə) hikmət sahiblərinin ən əliaçığı və Allah bəndələrinin ən təqvalısı idi.” (“Mizanul-etidal”, c. 4, s. 201.) Zahidlik və ibadət də o həzrətin digər xüsusiyyətlərindən idi. İmam Kazimin (ə) həyatı uzun illər zindanda keçmiş və bu müddət ərzində Allaha ibadətlə məşğul olmuşdu. İmam Musa Kazimin (ə) şəhadəti Harunər-Rəşid 179-cu hicri ilində həccə getdiyi zaman Mədinəyə də dönür. İmam Kazim (ə) Mədinədə yaşayırdı. Harun, o həzrətin gizli fəaliyyətlərindən xəbərdar olduğu üçün, Rəsulullahın (s) məzarının kənarına gələrkən Rəsulullahın (s) qəbrinə xitab olaraq belə deyir: “Ey Rəsulullah, edəcəyim bir işdən ötrü səndən üzr istəyirəm. Mən Musa ibn Cəfəri (ə) həbs edib zindana atmaq istəyirəm. Çünki o, sənin ümmətin arasında ixtilaf yaratmaq və onların qanının tökülməsini istəyir.” (“Əl-irşad”, s. 280.) Camaat imam Kazimi (ə) Rəsulullahın (s) övladı bildikləri üçün Harun məsələnin zahirini belə qurur. O, Rəsulullahdan (s) üzr istəməklə gördüyü işi yozmaq istəyirdi. Harun həmin yerdə imam Kazimin (ə) həbs olunma əmrini verir. Beləliklə, iki karvan hazırlanıb birinin Kufəyə, digərinin isə Bəsrəyə tərəf yollanmasına göstəriş verilir. O, İmamı bu karvanların biri ilə yola salır. Bunu görməkdə məqsədi o olur ki, camaat İmamın harada həbs olunduğunu bilməsin. Əbül-Fərəc İsfahani bunu nəql etdikdən sonra yazır: “Harun imam Kazimi (ə) Bəsrə hakimi İsa ibn Mənsurun yanına göndərir. İmam bir müddət onun zindanında qalır, amma İsa bu işdən yorulub İmamı başqa birinə təslim etmək üçün Haruna bir məktub yazır və onu digər bir şəxsə təhvil verməyəcəyi təqdirdə, İmamı sərbəst buraxacağını söyləyir. Çünki İsa bu müddət ərzində İmamın əleyhinə bir dəlil tapmaq üçün çox çalışsa da, bir dəlil tapa bilmir.” Ən maraqlısı odur ki, İsa öz məktubunda belə yazır: “Hətta o, Allaha dua etməklə məşğul olduğunda da sənin və ya mənim haqqımda qarğış edib-etmədiyini öyrənmək üçün İmamın dualarını dinləyirdim, amma o, həmişə Allahdan özü üçün rəhmət və bağışlanmaq diləyirdi.” (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 335.) Ondan sonra İmam (ə) Fəzl ibn Rəbiyə təslim edilir. İmam (ə) uzun müddət onun zindanında qalır. Fəzldən İmamı (ə) öldürməsini istəyirlər, ancaq o, bu işdən boyun qaçırır. Ondan sonra İmamı (ə) Fəzl ibn Yəhyaya təslim edirlər. İmam (ə) bir müddət də onun zindanında qalır. Tarixçilərin nəqlinə görə, Fəzl ibn Yəhya İmama (ə) hörmətlə yanaşırdı. İmam Kazimin (ə) orada sərbəst olması Haruna xəbər verilir. Harun bu zaman “Rəqqə” şəhərində idi. Harun bu xəbəri eşitcək əsəbiləşir və xəlifəyə qarşı üsyan etdiyinə görə həmin məclisdə Fəzl ibn Yəhyaya lənət və qarğış edilməsini əmr edir. Bu işə görə, Fəzl ibn Yəhyaya yüz qırmanc da vurulur. Həmin hadisədən sonra, imam Kazim (ə) Sindi ibn Şahiq adlı bir zindançıya təhvil verilir. Yəhya ibn Xalid bu hadisədən narahat olaraq Harunun yanına gedir. Fəzlin törətdiyi hadisəyə görə üzr istəyərək İmamı (ə) Sindi İbn Şahiqin əli ilə şəhid edir və beləcə, Harunun istəyini yerinə yetirir. (“Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 234.)

İmam Əli (ə) 27.12.2024

Qədir-Xum haqqında qısa məlumat

Əziz müsəlman bacı və qardaşlar! QƏDİR XUM – dinin təkmilləşmə, İmamət və Vilayət  bayramı münasibəti ilə hər birinizi təbrik edirik. Bayramınız mübarək olsun.  Qədir Xum haqqında : Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc ziyarətindən – «Həccül-vida»dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona yeni bir vəhy nazil oldu. Allah Təala Peyğəmbərə (s) buyururdu: «Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan…». («Maidə» surəsi, 67) Bundan sonra Peyğəmbər (s) Cuhfə adlı yerdə yol ayrıcına çatanda, dayanmaq barədə göstəriş verdi. Sonra yüz mindən artıq zəvvarın qarşısında, dəvə palanlarından düzəldilmiş minbərin üstünə çıxaraq, müsəlmanlara dedi: «Ey insanlar! Mən tezliklə sizin aranızdan gedəcəyəm, mənim öhdəmdə də məsuliyyət var, sizin öhdənizdə də. Siz mənə necə şəhadət verirsiniz?». Hamı uca səslə dedi: «Biz şəhadət veririk ki, sən peyğəmbərlik vəzifəni yerinə yetirmisən, xeyirxahlıq şərtlərinə əsaslanaraq, bizim hidayət olmağımız üçün son dərəcə əzmlə çalışmısan, Allah bunun əvəzində sənə savab mükafatı versin!». Sonra Peyğəmbər (s) buyurdu: «Siz Allahın birliyinə, mənim peyğəmbərliyimə, Qiyamət gününün haqq olmasına və həmin gün ölənlərin imtahan vermək üçün yenidən dirilməsinə inanırsınızmı?». Hamı cavabında dedi: «Bəli, inanırıq!». Rəsuli-Əkrəm (s) dedi: «İlahi, şahid ol!». Sonra o, Həzrət Əlinin (ə) əlindən tutub qaldırdı ki, hamı onu görsün, orada olanlar hamısı onu tanısın. Peyğəmbər (s) buyurdu: «Möminlərin özlərinə nisbətdə ən üstün olan şəxs kimdir?» – müsəlmanlar cavab verdi: «Allah və Onun Peyğəmbəri daha yaxşı bilir!». Peyğəmbər (s) buyurdu: «Allah Təbarəkə və Təala – mənim mövlam və rəhbərimdir, mən isə iman gətirənlərin rəhbəriyəm və onların işlərində özlərindən daha məsuliyyətliyəm!». Sonra buyurdu: «Mən hər kimin rəhbəriyəmsə, bu Əli (ə) onun rəhbəridir!». Bu sözləri dörd dəfə təkrar etdi və sonra dua etdi: «İlahi! Əli (ə) ilə dostluq edənlərlə dostluq et, düşmənləri ilə düşmən ol, onu sevənləri sev, ona qarşı qəzəbli olanlara Sən də qəzəbli ol, ona kömək edənlərə kömək et, ona kömək etməkdən boyun qaçıranlara kömək etmə, onu haqqdan ayırma və haqqı həmişə onunla birlikdə et!». Sonra əlavə etdi: «Burada hazır olanların vəzifəsi, bu xəbəri burada olmayanlara çatdırmaqdır».   Peyğəmbərin (s) xütbəsi sona çatandan sonra camaat dağılmamış, Qurani-Kərimin ayəsi nazil oldu: «Bu gün Mən sizin üçün dinimi kamil, höccətimi isə tamam etdim. Sizin üçün din olaraq İslamı bəyəndim…». («Maidə» surəsi, 3)

MÜQƏDDƏS AYLAR (İslam ayları) 27.12.2024

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban” bayramlarından başqa bir bayramı da varmı?” – deyə soruşduqda, Həzrət buyurdu: “Bəli, üstün və böyük bir bayram da vardır.” Ravi soruşdu: “Hansı bayram?” İmam buyurdu: “Peyğəmbəri-Əkrəmin (s) Əlini (ə) xilafətə təyin etdiyi və“Hər kim, mən onun mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” – deyə buyurduğu gün! Bu bayram Zil-hiccə ayının on səkkizinci gününə təsadüf edir.” Ravi soruşdu: “Həmin gün nə etmək lazımdır?” Həzrət buyurdu: “Oruc tutmaq, ibadət etmək, Mühəmməd və Ali-Mühəmmədi xatırlayıb salavat demək…” 1. Oruc tutmaq; “Qədir-Xum” bayramında oruc tutmaq altmış illik günahın kəffarəsidir. Rəvayətdə deyilir ki, həmin günün orucu bir ömrün orucu, yüz həcc və yüz ümrənin savabına bərabərdir. 2. Qüsl etmək; 3. İmam Əlini (ə) ziyarət etmək; o həzrəti yaxından ziyarət edə bilməyən şəxsin “Əminullah” ziyarətini oxuması tövsiyə olunur. 4. İki rükət namaz qılmaq və namazdan sonra səcdədə yüz dəfə Allah şükür etmək (və “Şukrən lillah” demək); yaxşı olar ki, bu namaz günortaya yaxın bir vaxtda qılınsın. Birinci rükətdə “Qədr”, ikinci rükətdə isə “İxlas” surələri oxunsun. 5. “Qədir-Xum” günü günortadan öncə iki rükətdən ibarət başqa bir namazın qıllnması da tövsiyə olunur. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsi oxunsun. 6. “Nüdbə” duasını oxumaq; 7. Bu duanı oxumaq: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ نَبِيِّكَ وَ عَلِيٍّ وَلِيِّكَ وَ الشَّأْنِ وَ الْقَدْرِ الَّذِي خَصَصْتَهُمَا بِهِ دُونَ خَلْقِكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ عَلِيٍّ وَ أَنْ تَبْدَأَ بِهِمَا فِي كُلِّ خَيْرٍ عَاجِلٍ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ الْأَئِمَّةِ الْقَادَةِ وَ الدُّعَاةِ السَّادَةِ وَ النُّجُومِ الزَّاهِرَةِ وَ الْأَعْلامِ الْبَاهِرَةِ وَ سَاسَةِ الْعِبَادِ وَ أَرْكَانِ الْبِلادِ وَ النَّاقَةِ الْمُرْسَلَةِ وَ السَّفِينَةِ النَّاجِيَةِ الْجَارِيَةِ فِي اللُّجَجِ الْغَامِرَةِ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ خُزَّانِ عِلْمِكَ وَ أَرْكَانِ تَوْحِيدِكَ وَ دَعَائِمِ دِينِكَ وَ مَعَادِنِ كَرَامَتِكَ وَ صِفْوَتِكَ مِنْ بَرِيَّتِكَ وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ الْأَتْقِيَاءِ الْأَنْقِيَاءِ النُّجَبَاءِ الْأَبْرَارِ وَ الْبَابِ الْمُبْتَلَى بِهِ النَّاسُ مَنْ أَتَاهُ نَجَا وَ مَنْ أَبَاهُ هَوَى اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَهْلِ الذِّكْرِ الَّذِينَ أَمَرْتَ بِمَسْأَلَتِهِمْ وَ ذَوِي الْقُرْبَى الَّذِينَ أَمَرْتَ بِمَوَدَّتِهِمْ وَ فَرَضْتَ حَقَّهُمْ وَ جَعَلْتَ الْجَنَّةَ مَعَادَ مَنِ اقْتَصَّ آثَارَهُمْ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ كَمَا أَمَرُوا بِطَاعَتِكَ وَ نَهَوْا عَنْ مَعْصِيَتِكَ وَ دَلُّوا عِبَادَكَ عَلَى وَحْدَانِيَّتِكَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ نَبِيِّكَ وَ نَجِيبِكَ وَ صِفْوَتِكَ وَ أَمِينِكَ وَ رَسُولِكَ إِلَى خَلْقِكَ وَ بِحَقِّ أَمِيرِ الْمُؤْمِنِينَ وَ يَعْسُوبِ الدِّينِ وَ قَائِدِ الْغُرِّ الْمُحَجَّلِينَ الْوَصِيِّ الْوَفِيِّ وَ الصِّدِّيقِ الْأَكْبَرِ وَ الْفَارُوقِ بَيْنَ الْحَقِّ وَ الْبَاطِلِ وَ الشَّاهِدِ لَكَ وَ الدَّالِّ عَلَيْكَ وَ الصَّادِعِ بِأَمْرِكَ وَ الْمُجَاهِدِ فِي سَبِيلِكَ لَمْ تَأْخُذْهُ فِيكَ لَوْمَةُ لائِمٍ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَنِي فِي هَذَا الْيَوْمِ الَّذِي عَقَدْتَ فِيهِ لِوَلِيِّكَ الْعَهْدَ فِي أَعْنَاقِ خَلْقِكَ وَ أَكْمَلْتَ لَهُمُ الدِّينَ مِنَ الْعَارِفِينَ بِحُرْمَتِهِ وَ الْمُقِرِّينَ بِفَضْلِهِ مِنْ عُتَقَائِكَ وَ طُلَقَائِكَ مِنَ النَّارِ وَ لا تُشْمِتْ بِي حَاسِدِي النِّعَمِ اللَّهُمَّ فَكَمَا جَعَلْتَهُ عِيدَكَ الْأَكْبَرَ وَ سَمَّيْتَهُ فِي السَّمَاءِ يَوْمَ الْعَهْدِ الْمَعْهُودِ وَ فِي الْأَرْضِ يَوْمَ الْمِيثَاقِ الْمَأْخُوذِ وَ الْجَمْعِ الْمَسْئُولِ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَقْرِرْ بِهِ عُيُونَنَا وَ اجْمَعْ بِهِ شَمْلَنَا وَ لا تُضِلَّنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ اجْعَلْنَا لِأَنْعُمِكَ مِنَ الشَّاكِرِينَ يَا أَرْحَمَ الرَّاحِمِينَ الْحَمْدُ لِلَّهِ الَّذِي عَرَّفَنَا فَضْلَ هَذَا الْيَوْمِ وَ بَصَّرَنَا حُرْمَتَهُ وَ كَرَّمَنَا بِهِ وَ شَرَّفَنَا بِمَعْرِفَتِهِ وَ هَدَانَا بِنُورِهِ يَا رَسُولَ اللَّهِ يَا أَمِيرَ الْمُؤْمِنِينَ عَلَيْكُمَا وَ عَلَى عِتْرَتِكُمَا وَ عَلَى مُحِبِّيكُمَا مِنِّي أَفْضَلُ السَّلامُ مَا بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ وَ بِكُمَا أَتَوَجَّهُ إِلَى اللَّهِ رَبِّي وَ رَبِّكُمَا فِي نَجَاحِ طَلِبَتِي وَ قَضَاءِ حَوَائِجِي وَ تَيْسِيرِ أُمُورِي اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَلْعَنَ مَنْ جَحَدَ حَقَّ هَذَا الْيَوْمِ وَ أَنْكَرَ حُرْمَتَهُ فَصَدَّ عَنْ سَبِيلِكَ لِإِطْفَاءِ نُورِكَ فَأَبَى اللَّهُ إِلا أَنْ يُتِمَّ نُورَهُ اللَّهُمَّ فَرِّجْ عَنْ أَهْلِ بَيْتِ مُحَمَّدٍ نَبِيِّكَ وَ اكْشِفْ عَنْهُمْ وَ بِهِمْ عَنِ الْمُؤْمِنِينَ الْكُرُبَاتِ اللَّهُمَّ امْلَأِ الْأَرْضَ بِهِمْ عَدْلا كَمَا مُلِئَتْ ظُلْما وَ جَوْرا وَ أَنْجِزْ لَهُمْ مَا وَعَدْتَهُمْ اِنَّكَ لا تُخْلِفُ الْمِيعَادَ (Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin nəbiyyik, və Əliyyin vəliyyik, vəş-şə`ni vəl qədrilləzi xəsəstəhuma bihi dunə xəlqik, ən tusəlliyə əla Muhəmmədin və Əliyy, və ən təbdəə bihima fi kulli xəyrin acil. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, əl əimmətil qadəti vəd duatis sadəh, vən nucumiz zahirəti vəl ə`lamil bahirəh, və sasətil ibadi və ərkanil bilad, vən naqətil mursələh, vəs səfinətin naciyətil cariyəh, fil luccəcil ğamirəh. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, xuzzani ilmikə və ərkani təvhidik, və dəaimi dinikə və məadini kəramətik, və sifvətikə min bəriyyətikə və xiyərətik, min xəlqikəl ətqiyail ənqiyain nucəbail əbrar, vəl babil mubtəla bihin nas, mən ətahu nəca və mən əbahu həva. Əllahummə səlli əla Muhəm­mədin və ali Muhəmməd, əhliz zikrilləzinə əmərtə biməs`ələtihim, və zəvil qurbətilləzinə əmərtə biməvəddətihim, və fərəztə həqqəhum və cəəltəl cənnətə məadə məniqtəssə asarəhum. Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma əməru bitaətikə və nəhəv ən mə`siyətik, və dəllu ibadəkə əla vəhdaniyyətik. Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin nəbiyyikə və nəcibik, və səfvətikə və əminik, və rəsulikə ila xəlqik, və bihəqqi Əmirilmu`minin, və yə`subid dini və qaidil ğurril muhəccəlin, əl vəsiyyil vəfiyy, vəs siddiqil əkbər, vəl faruqi bəynəl həqqi vəl batil, vəş şahidi ləkə vəd dalli ələyk, vəs sadii biəmrikə vəl mucahidi fi səbilik, ləm tə`xuzhu fikə ləvmətu laim, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təc`ələni fi hazəl yəvmilləzi əqədtə fih, livəliyyikəl əhdə fi ə`naqi xəlqik, və əkməltə ləhumud dinə minəl arifinə bihurmətih, vəl muqirrinə bifəzlih, min utəqaikə və tuləqaikə minən nar, və la tuşmit bi hasidin niəm. Əllahummə fəkəma cəəltəhu idəkəl əkbər, və səmməytəhu fis səmai yəvməl əhdil mə`hud, və fil ərzi yəvməl misaqil mə`xuzi vəl cəm`il məs`ul, səlli əla Muhəmmədin və ali Muhəmməd, və əqrir bihi uyunina, vəcmə` bihi şəmləna, və la tuzilləna bə`də iz hədəytəna, vəc`əlna liən`umikə minəş şakirin, ya ərhəmər rahimin, əl həmdu lillahilləzi ərrəfəna fəzlə hazəl yəvm, və bəssərəna hurmətəh, və kərrəməna bihi və şərrəfəna bimə`rifətih, və hədana binurih, ya rəsuləllahi ya Əmirəlmu`minin, ələykuma və əla itrətikuma və əla muhibbikuma minni əfzəlus səlam, ma bəqiyəl ləylu vən nəhar, və bikuma ətəvəccəhu iləllahi rəbbi və rəbbikum, fi nəcahi təlibəti və qəzai həvaici və təysiri umuri. Əllahummə inni əs`əlukə bihəqqi Muhəmmədin və ali Muhəmməd, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təl`ənə mən cəhədə həqqə hazəl yəvm, və ənkərə hurmətəh, fəsəddə ən səbilik, liitfai nurik, fəəbəllahu illa ən yutimmə nurəh. Əllahummə fərric ən əhli bəyti Muhəmmədin nəbiyyik, vəkşif ənhum və bihim, ənil mu`mininəl kurubat. Əllahumməmləil ərzə bihim ədla, kəma muliət zulmən və cəvra, və ənciz ləhum ma vəədtəhum, innəkə la tuxliful miad.) 9. Mömin şəxsi gördükdə bu sözlərlə salamlamaq: الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَنَا مِنَ الْمُتَمَسِّكِينَ بِوِلايَةِ أَمِيرِ الْمُؤْمِنِينَ وَ الْأَئِمَّةِ عَلَيْهِمُ السَّلامُ (Əlhəmdu lillahilləzi cəələna minəl mutəməssikin, bivilayəti əmril mu`mininə vəl əimməti ələyhimus-səlam.) 10. Bu duanı yüz dəfə oxumaq: الْحَمْدُ لِلَّهِ الَّذِي جَعَلَ كَمَالَ دِينِهِ وَ تَمَامَ نِعْمَتِهِ بِوِلايَةِ أَمِيرِ الْمُؤْمِنِينَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ عَلَيْهِ السَّلامُ (Əlhəmdu lillahilləzi cəələ kəmalə dinihi və təmamə ni`mətih, bivilayəti Əmirilmu`mininə Əliyyibni Əbi Talibin ələyhissəlam.) 11. Qədir-Xum günü imam Əlinin (ə) şiələrini sevindirmək, onların təqsirlərindən keçmək, istəklərini rəva etmək, qohumlara baş çəkmək, yoxsul möminlərə yardım etmək, oruc tutanlara iftar vermək, möminlərlə əl verib görüşmək, onları ziyarət etmək, onlara hədiyyələr göndərmək, imamət və vilayət nemətinə görə Allaha şükür etmək, çoxlu salavat demək, bir sözlə, ibadət və itaətlə məşğul olmağın böyük fəzilət və savabı vardır. Həmin gün hər kim öz mömin qardaşına bir dirhəm yardım etsə, başqa gündə yardım etdiyi min dirhəmə bərabərdir. İmam Əlidən (ə) belə nəql olunub: “Hər kəs “Qədir-Xum” günü oruc tutan bir möminə iftar versə, sanki on “fiam”a iftar verib. Bir nəfər: “Ya Əmirəlmöminin, “fiam” nədir?” – deyə soruşduqda, Həzrət buyurdu: “Yüz min peyğəmbər, siddiq və şəhid! Bir qrup möminin qarnını doyuran şəxsin böyük savab və fəzilətə sahib olması məlumdur. Mən özüm həmin şəxsin Allah dərgahında küfr, fəqirlik və sairdən amanda olmasına zaminəm…” Bir sözlə, bu şərəfli günün fəziləti olduqca böyükdür. Həmin gün şiələrin əməllərinin qəbul olduğu gündür. Peyğəmbər (s) həmin günü öz səhabələri arasında qardaşlıq yaratdı. Yaxşı olar ki, “Qədir-Xum” günü möminlər arasında “qardaşlıq siğəsi” oxunsun. Onun qaydası belədir: “Sağ əlini mömin qardaşının sağ əlinə qoyub de: وَاخَيْتُكَ فِي اللَّهِ وَ صَافَيْتُكَ فِي اللَّهِ وَ صَافَحْتُكَ فِي اللَّهِ وَ عَاهَدْتُ اللَّهَ وَ مَلائِكَتَهُ وَ كُتُبَهُ وَ رُسُلَهُ وَ أَنْبِيَاءَهُ وَ الْأَئِمَّةَ الْمَعْصُومِينَ عَلَيْهِمُ السَّلامُ عَلَى أَنِّي إِنْ كُنْتُ مِنْ أَهْلِ الْجَنَّةِ وَ الشَّفَاعَةِ وَ أُذِنَ لِي بِأَنْ أَدْخُلَ الْجَنَّةَ لا أَدْخُلُهَا إِلا وَ أَنْتَ مَعِي (Və axəytukə fillahi və safəytukə fillah, və safəhtukə fillahi və ahədtullahə və məlaikətəh, və kutubəhu və rusuləhu və ənbiyaəh, vəl əimmətəl mə`suminə ələyhimus-səlam, əla ənni in kuntu min əhlil cənnəti vəş şəfaəh, və uzinə li biən ədxuləl cənnəh, la ədxuluha illa və əntə məi.) Bunu dedikdən sonra mömin qardaşın desin: “Qəbiltu.” (Qəbul etdim.) Sonra desin: أَسْقَطْتُ عَنْكَ جَمِيعَ حُقُوقِ الْأُخُوَّةِ مَا خَلا الشَّفَاعَةَ وَ الدُّعَاءَ وَ الزِّيَارَةَ (Əsqəttu ənkə cəmiə huquqil-uxuvvəh, ma xələş-şəfaətə vəd-duaə vəz-ziyarəh.) (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zil-həccə ayının əməlləri” bölümü.)

İmam Əliyyən Nəqi (ə) 27.12.2024

İmam Hadi (ə)-ın Həyatı barədə qısa məlumat

O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya gəlmişdir. Bəzi mənbələrdə Zil-həccə ayının 27-si də qeyd edilmişdir. O həzrətin atasının adı imam Cavaddır (ə). Tarixdə anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər. Həzrət 254-cü hicri-qəməri ilində vəfat etmişdir. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiüs-sani ayının 25-də və yaxud 26-da şəhid edildiyi qeyd edilir. İmam Hadi (ə) “Nəqi”, “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblərlə də məşhurdur. O həzrətin mübarək künyəsi isə “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. Şeyx Müfid və başqalarının rəvayətinə əsasən, imam Hadi (ə) hicrətin 254-cü ilinin Rəcəb ayında Samirrada dünyadan köçdü. (“Tarixi-Bağdad”, c.12, s.56.) O zaman on üçüncü Abbasi xəlifəsi Mötəzz xilafət taxtında idi. İbn Şəhr Aşub o həzrətin təbii əcəli ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə – Abbasi xəlifəsi Mötəmidin onu zəhərlədiyinə dair – İbn Babəveyhdən rəvayət də nəql etmişdir. (“Əl-mənaqib”, c.2, s.442.) O zamanın zalım hakimlərin Ələvi sülaləsinə, xüsusilə, onların böyükləri və şiə imamlarına qarşı kin və düşmənçilikləri imam Hadinin (ə) uzun müddət məcburi surətdə Samirrada qaldıqdan sonra qırx dörd yaşında vəfat etdiyinə və vəfat etməsinə səbəb olan hər hansı cismani xəstəliyinin tarixdə qeyd olunmadığına diqqət yetirdikdə, o həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi ilə bağlı rəvayətin düzgün olma ehtimalı daha da güclənir. İMAM HADİNİN (Ə) İMAMƏTİ İmam Cavad (ə) 220-ci h.q. ilində şəhadətə yetirildikdən sonra, hələ səkkiz yaşında olan oğlu imam Hadi (ə) imamətə çatdı. Şiələr imamın həddi-büluğa çatmaması məsələsini imam Cavad (ə) haqqında təcrübə edərək həll etdiklərindən nə özləri, nə də onların böyükləri imam Hadinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Bəzi rəvayətlərdən aydın olur ki, imam Cavad (ə) Mötəsim tərəfindən Bağdada gətirildiyi zaman – o, bunun öz hakimiyyətinə bir hədə olduğunu və təhlükəli olacağını hiss etdiyi üçün – imam Hadini (ə) öz canişini təyin etdi. (“Üsuli-kafi”, c.1, s.323) İMAM HADİ (Ə) MÜQABİLİNDƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu. Ondan sonra Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvval ayına qədər xilafətə yiyələndi. Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəzz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular. (“Nəsəbnameyi-xüləfa və Şəhriyaran”, Zəmbavər, s.3.) İmam Hadi (ə) qeyd etdiyimiz kimi, hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi. Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edir və mötəzilə təriqətini müdafiə edirdilər. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlilik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himayə edərək onları şiənin əleyhinə qaldırdı. İMAM HADİNİN (Ə) SAMİRRAYA GƏTİRİLMƏSİ Mütəvəkkil bu təzyiqlərin qızğın çağında imam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun imam Rza (ə) üzərində tətbiq etdiyi siyasətin davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təmtəraqlı icra edildi. İmam Hadi (ə) xalqın pişvazı ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır. (“İsbatul-vəsiyyət”, s.228.) Yəhya ibn Hərsəmə deyir: “Yol üstü Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm. O, İmam haqqında mənə dedi: Ey Yəhya, gördüyün şəxs Rəsulullahın (s) övladıdır, Mütəvəkkilin kobud xasiyyətini nəzərə alaraq, əgər onun haqqında xəlifəyə təhrikedici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullaha (s) hesab verməli olacaqsan. Samirraya daxil olduqda, əvvəl Vüseyf Türkini görüb, imam Hadinin (ə) gəldiyini ona xəbər verdim. O dedi: “Əgər onun başından bir tük belə əskik olsa, özün hesab verəcəksən.” Sonra Mütəvəkkilin yanına gedib, İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Quran və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.” (“Təzkirətul-xəvass”, s.359.) Şeyx Müfidin nəqlinə əsasən, imam Hadi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin mehmanxanaya aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmamı nəzərdə tutulan evə apardılar. Saleh ibn Səidin fikrinə görə, belə bir addımın atılması İmamı gözdən salmaq və təhqir etmək üçün idi. Həzrət (ə) ömrünün sonuna qədər – iyirmi ildən çox – bu şəhərdə yaşadı. MÜTƏVƏKKİLİN İMAM HADİ (Ə) İLƏ RƏFTARI Mütəvəkkil imam Hadini (ə) nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi göstərməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərsi yazır: “Mütəvəkkil camaatın gözündə imam Hadinin (ə) şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı.” (“Əlamul-vəra”, Həsən Təbərsi, s.438.) Mütəvəkkil ömrünün son günlərində İmamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: “Həmin günlər Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil imam Hadini (ə) xidmətçisi Səidə təslim edərək öldürmək istəyir. Lakin Mütəvəkkil iki gün sonra – İmamın da əvvəlcədən xəbər verdiyi kimi, gecə ikən türklərin hücumuna məruz qalaraq öz evində, yatdığı halda – öldürüldü və beləcə, İmam onun pəncəsindən xilas oldu.” (“Mənaqib”, c.2, s.447.) Mütəvəkkildən sonra oğlu Müntəsir xilafətə gəldi və bu da Ələvilər, xüsusən, imam Hadi (ə) üzərindəki təzyiqlərin azalmasına səbəb oldu. Baxmayaraq ki, bəzi şəhərlərdə hakim dairələrin şiələrə təzyiqi hələ də davam edirdi. Əvvəlki dövrlərə nisbətən təzyiqlərin azalması şiələrin müxtəlif şəhərlərdə təşkilatlanmasını gücləndirdi. İmam Hadinin (ə) şəhərlərdəki vəkillərindən biri həbs olunan zaman o həzrət başqa birini onun yerinə təyin edirdi. (“Biharul-ənvar”, c.50, s.140.) Tarixi əsərlərdən anlaşılır ki, şiə cəmiyyətinin həyatda qalmasının əsas səbəbi imamların və onların vəkillərinin nizamlı fəaliyyətləri və müsəlmanların Rəsulullahın (s) Əhli-beytinə bəslədiyi dərin sevgi və məhəbbət idi. İMAM HADİ (Ə) VƏ VƏKALƏT SİSTEMİ Şiənin son imamlarının dövrü başdan-başa Abbasi xəlifələri tərəfindən tətbiq olunan şiddətli təzyiqlərlə dolu idi. Eyni zamanda, bu dövrdə şiə İslam ərazilərinin hər yerinə yayılmışdı. Şiələrin əleyhinə keçirilən siyasi və nizami tədbirlərə baxmayaraq, onların sayı günbəgün artırdı. İmam Rza (ə), sonra imam Cavad (ə) və daha sonra imam Hadi (ə) tərəfindən imam və şiələr arasında əlaqə yaratmaq üçün vəkil təyin edilən şəxslər xümsü yığıb imama göndərməklə yanaşı, “etiqadi” və “fiqhi” məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı imamın imamətini qəbul etməkdə camaatı maarifləndirmək, həmçinin həmin məsələnin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqe daşıyırdılar. Bir sözlə, vəkalət sisteminin imamiyyə şiələrinin siyasi və mədəni mövqeyinin möhkəmlənməsində mühüm payı vardı.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...