Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Surələrin Fəziləti 16.12.2024

“Zumər” surəsinin fəziləti

Harun ibn Xaricdən nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs Zumər surəsini oxusa, və kəməmələrini aram və aydın tələffüz etsə, Allah ona dünyada və axirətdə abır, başıucalıq əta edər. Onu qohum-əqrabasının sərvətinə eytiyaclı etməyib, əziz edər. Hər pis insan onu görsə, gözü onu tutub, böyük şəxsiyyət hesab edər. Allah Cəhənnəm odunu onun cisminə haram edər, Behiştdə onun üçün min şəhər tikərlər ki, hər bir şəhərdə min bina, və binada yüz hurisi olar. (Allahu əkbər). Bunlardan əlavə orada onun üçün iki axar su çeşməsi, vardır, ki, hər birisi zülal kimi yerdən qaynayır, və iki çeşməsi də vardır ki, yaşıl və xorrəmlikdən qaraya çalır. Pərdə arxasındakı hurilər, pərdələnmiş otaqlarda arxasındakı hurilər, pərdələnmiş otaqlarda əyləşiblər. Hər meyvəsi iki cür müxtəlif növlü meyvəlikdən ibarət bağları vardır. (La hovla vələ quvvətə illa billah). Übəyy ibn Kəb Allahın Rəsulundan (s.ə.v.v) nəql edir ki, Həzrət belə buyurdu: Hər kəs Zumər surəsini oxusa, onun ümidi qırılmayıb, qorxanların (Allahdan qorxan kəslərin) savabını ona əta edərlər. Ayişə deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) Bəni İsrail və Zumər surəsini oxumamış yatmazdı. Hər kəs onu yazıb öz qoluna bağlasa, xaliqin nəzərində sevimli və həmdə xalq ona kömək edərlər. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 16.12.2024

“Sad” surəsinin fəziləti

Cyübəyr Əzrəmidən nəql olunub ki, imam Məhəmməd Baqir (ə) buyurdu: Hər kəs cümə axşamı Sad surəsini oxusa, dünya və axirət xeyrindən o qədər ona verilər ki, Mürsəl Peyğəmbərlərdən və müqərrəb mələklərdən başqa heç bir insana verilməyib. Allah onu və ailəsindən hər kəsi istəsə, hətta ona xidmət etmiş qulluqçusu, onun əhli-əyalından olmamağına baxmayaraq, onları şəfaət etməyə icazəsi vardırsa, Behiştə daxil edər. Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, həzrət belə buyurdu: Hər kəs Sad sursini oxusa, Allah Davud (ə) üçün ram etdiyi dağlar ağırlığında ona həsənat verər. Onu kiçik və böyük günah etməkdən saxlayar. Su quyusu qazan zaman bu ayəni çox oxusa, quyunun suyu artar. “Urkuz biriclikə haza muğtəsəlun baridun və şərabun.” (Sad-42). Sad və Bələd: (surələri). Parkisun (sifətdə olan xəstəlik, ağzın və çənənin əyilməsi) üçün bu ayələri yaxıb suya salsın, sonra o su ilə üzünü yusun. “Fəsəxxərna ləhur-rihə təcri biəmrihi bənnain və cəvvasin. Və axərinə Muqərrəbinə filəsfad. Haza ətauna fəmunun əv əmsik biğəyri hisab:” (Bələd-8-10). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 16.12.2024

“Saffat” surəsinin fəziləti

Həsən ibn Übəyyil Əladan nəql olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs cümə günləri Saffat surəsini oxusa, həmişə bütün xətalardan amanda qalar, bu dünyada hər cür giriftarçılıqdan və müsibətdən qorunmuş olar, Ruzinin bolluğundan tamamilə faydalanar. Allah onu qovulmuş Şeytanın və yaxud zülmkarın şərrindən giriftar etməz. Əgər həmin gün və yaxud gecə vəfat etsə, Allah onu şəhidlərlə qaldırar, şəhid öldürər, onlarla birlikdə məqam və dərəcədə Behiştə daxil edər. Übəyy ibn Kəb deyir: Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs Saffat surəsini oxusa, Allah ona on həsənə əta edər, onu bütün cinlərdən şeytanlardan və şirkdən uzaq edər, və iki qoruyucu mələk Qiyamət günündə onun Peyğəmbərlərə iman gətidiyinə şəhadət verərlər. Hər kəs bu surəni yazıb yusa, və o su ilə qüsl etsə, ağrıları sağalar. Əgər gözdə çiçək xəstəliyi olsa, aşağıdakı ayəni bir qədər pak buğdaya yaxud duza oxusun və suya töksün, inşaallah çiçəyi (xəstəliyi) sağalar. “Fəinnəma hiyə zəcrətun vahidətun” (Saffat-19) “Fəkəşəfna ənkə citaəkə fəbəsərukəl yəvmə hədid.” (Qaf-22) “Əvla ləkə fəəvla əyəhsəbul insanu ən yutrəkə sudən. Ələm yəku nutfətən min məniyyin yumna.” (Qiyamət-35-37) sudan gözünə sürtsün, sonra oxusun. “Və yursilun-səmaiqə fəyusibu biha mən yəşau vəhum yucadilunə fillahi və huvə şədidul mihal.” (Rədd-13).

Surələrin Fəziləti 16.12.2024

“Yasin” surəsinin fəziləti

1-Əbi Bəsirdən rəvayət olunub ki, Həzrət Sadiq (ə) belə buyurdu: Həqiqətdə hər bir şeyin qəlbi vardır. Quranın qəlbi isə Yasin surəsidir. Hər kəs bu surəni gündüz oxusa, həmin gün şam vaxtına qədər qorunmuş və bəhrə aparmışlardan olar. Bu surəni gecə yatmazdan qabaq oxuyan kəs qovulmuş şeytanın şərrindən qorunmaq üçün Allah min mələyi göndərər. Əgər o həmin gün vəfat etsə, Allah onu Behiştə daxil edər. Qüsl verilən zaman otuz min mələk onun ətrafında dövrə vurar və ona bağışlanmaq tələb edib, onu istiğfar etməklə qəbrin kənarına qədər müşayiət edərlər. Onu qəbirə qoyanda mələklərin bir dəstəsi onun yanında qalıb, Allaha ibadət edər və onun savabını o şəxsə hədiyyə edərlər. Onun qəbrini göz işlədikcə genişlən-dirərlər, və onu qəbrin sıxıntısından amanda saxlayarlar. Həmişə onun qəbrindən Ənam səmaya qədər nur saçar. Nəhayət Allah onu qəbrindən çıxarar. Allah onu məşhur edəndə (qaldıranda) Mələklər onunla birlikdə olub, onu bədrəqə edər onunla söhbət edib, üzünə təbəssüm edərlər. Axırda onu sirat körpüsndən və mizan-tərəzidən keçirərlər. Onu elə bir məqama və mənzilətə çatdırarlar ki, Allahın müqərrəb mələklərindən başqa heç bir məxluq nail ola bilməz. O Peyğəmbərlərlə birlikdə orada Allahın yanında dayanarlar. Qəm çəkənlərlə qəmlənməz, qüssə çəkənlərlə qüssələnməz, ağlayanlarla, ağlamaz. O, zaman Allah təbarək taala deyər: Ey mənim bəndəm hər kimə istəyirsən şəfaət et. Çünki hamısının şəfaətini qəbul edəcəyəm. Hacət istə, çünki hər nəyi istəsən sənə verəcəyəm. Nəhayət o öz hacətini Allahdan istəyəcək və qəbul olunacaq, şəfaət etsə, qəbul olunacaq. Onun hesabını başqaları kimi çəkməzlər, orada başqaları kimi saxlanılmayacaq. Zəlil və xar olmuşlar kimi xar olmayacaq. Ondan baş vermiş pis əməllərin və günahların cəzasına giriftar olamayacaq, onu bəraət qazandırıb, azadlığını ona verərlər, sonra Allahın dərgahından başı uca çıxarlar. Bütün camaat təcübblə deyərlər. “Sübhənəllah” bu bəndənin hətta bir günahı belə yoxdur, və onu Həzrət Məhəmməd (s.ə.v.v) həmdəmlərindən olacaqdır. 2-Cabir ibn Cəfidən rəvayət olunub ki, imam Baqir (ə) belə buyurdu: Hər kəs ömründə bir dəfə Yasin surəsini oxusa, Allah bu dünyada yaratdıqlarının və o biri dünyadakıların və səmada olan şeylərin hamısının hər birisinin sayı qədər, iki min həsənə onun nameyi əməlində yazacaqdır, və həmin qədər də günahlarından keçəcəkdir. O heç vaxt kasıblıq və ziyan çəkməyib, borclu və evsiz-eşiksiz qalmaz, bədbəxtlik, dəlilik görməz, vasvaslığa, iradəsizliyə, və müxtəlif zərər verici xora xəstəliklərə mübtəla olmaz. Allah-taala ölümün çətinliyini onun üçün asanlaşdırar, və özü onu qəbz ruh edər. O elə bir şəxslərdəndir ki, Allah onun yaxşı yaşamasını öz öhdəsinə almış, ölüm anlarında onun xoşhal olmasına zamin durmuş, axirətdə də onu sevindirəcəyinə zəsanət vermişdir. Sonra Allah göyün və yerin mələklərinə xitab edib buyurar: Mən bu bəndədən razıyam, elə isə onun üçün bağışlanmaq tələb edin. Übəyy ibn Kəb [Məsumların (ə) buyurduğlarına əsaslanaraq] deyir: Hər kəs Allaha xatir Yasin surəsini oxusa, Allah ona Quranı on iki dəfə oxumuş kəsin əcrini verər. Xəstənin yanında Yasin surəsini oxusa, onun hər bir hərfinə on mələk nazil olar ki, qarşısında cərgə ilə dayanıb onun üçün bağışlanmaq tələb edərlər, və onu qəbz ruh edəndə yanına gələrlər. Onun cənazəsini dəfn etmək üçün hazırlayıb (Qüsl-kəfən edib) ona namaz qılıb dəfn mərsasimində iştirak edərlər. Hər xəstə onu (Yasin surəsini) oxusa, yaxud onun yanında bu surə oxunsa, rizvan (Behiştin xəzinədarı, bir qabda Behiştdən gətirdiyi suyu ona içirdər. O nə qədər xəstə yatırsa, onu içər və doyub vəfat edər. Doyan halda qaldırılar, daha peyğəmbərlərin hovuzlarına ehtiyacı olmaz, nəhayət Behiştə daxil olub sirab olar. Əbu Bəkr dən (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Yasin surəsi Tovratda “moməh” oxunur. Dedilər; Moməh nədir? Buyurdu: Onun sahibini dünya və axirət xeyri əhatə edər. Bu surə səbəbi nəticəsində o dünyadan bəlasına dözər, və bu surə axirət qorxusu dəf edər. Ona müdafiə və Qaziyə də deyərlər, çünki sahibindən (onu oxuyan) hər cür uzaqlaşdırar. Hər bir hacətini (istəyini) qəbul etdirər. Hər onu oxusa, onun üçün iyirmi Həccin savabı yazılar. Hər kəs onun oxunuşuna qulaq assa, onun üçün min dinar Allah yolunda verən şəxsin savabı yazılar. Bir kəs onu (Yasin surəsini) yazıb onun suyunu içsə, onunla min dərman, min nur, min yəqin, min bərəkət, min rəhmət onun qarnına daxil olar, və hər cür xəstəlik dən (s.ə.v.v) nəql edir ki, Həzrət belə buyurdu: Əlbəttə hər bir şeyin qəlbi vardır, Quranın qəlbi isə Yasin surəsidir. Yenədə Ənas İslam Peyğəmbərindən (s.ə.v.v) nəql edir ki, Həzrət buyurdu: Bir kəs qəbiristana daxil olsa, və orada Yasin surəsini oxusa, Allah-taala həmin gün onların (qəbiristan əhlinin ) əvbını azaldar, və onu oxuyan üçün oradakı ölülərin sayı qədər həsənat yazılar. Əbu Bəsir imam Sadiqdən (ə) rəvayət edib ki, Həzrət belə buyurdu: Əlbəttə hər bir şeyin qəlbi vardır, və Quranın qəlbi isə Yasin surəsidir. Beləliklə hər kəs bu surəni gündüz oxusa, həmin gün axşama qədər hafizlərdən olar. Hər kəs onu gecə yatmazdan əvvəl oxusa, Allah onu çirkin şeytanın afətlərindən qorumaq üçün min mələyi məmur edər. Əgər yatdığı vaxt vəfat etsə, Allah onu Behiştə daxil edər. Otuz min mələk ona qüsl veriləndə hazır olarlar, onun üçün bağışlanmaq istəyər, və onu qəbrinə qoyub, qəbrində Allaha ibadət edər, və savabını ona verərlər. Qəbri göz işlədikcə genişlənər, sıxıntısından amanda qalar, həmişə onun qəbrindən səmaya kimi nur saçar. Nəhayət Allah onu qəbrindən çıxardar (qaldırar). Necəki o qəbrindən çıxdı Mələklər həmişə onun yanında olub, onu müşayiət edərlər. Onunla söhbət edib, üzünə təbəssüm edər, və onu hər bir xeyrə müædə verərlər. İmam Sadiq (ə) buyurdu: Allahın Rəsulu (s.ə.v.v) üçün Quranda on iki ad qeyd olunub ki, onun beşi bu surətdə yazılıb: Məhəmməd Əhməd-Əbdullah, Yasin-Nun. İnsanın asan can verməsinə kömək edən amil yeddi şeydən ibarətdir. Onlardan biri Yasin surəsidir. Bəyənilmiş işlərdən biri də odur ki, Şəban ayının on beşi axşamı üç dəfə mübarək Yasin surəsini oxuyasan, onun birini yaşamaq, birini isə sağlamlıq məqsədilə oxusun, hər kəs bu ayəni özündə saxlasa, heç vaxt birinə möhtac olmayıb zalımın əlində giriftar olmaz. “Hum və əzvacuhum fizilalin ələl əraiki muttəkiun” (Yasin56) Çahar şənbə (üçüncü gün) günündən başlayıb on beş gün müddətində hər gün 818 dəfə bu ayəni oxusun, muradının hasil olması üçün təsirlidir. “Səlamun qəvlən min rəbbin rəhim.” (Yasin-58). Bu ayəni oxumağı davam etdirmək 1000 Quran xətmi kimidir. “Vəmtazul yəvmə əyyuhəl mucrimun.” (Yasin-59). Fəqirliyi (yoxsulluğu) aradan qaldırmaq üçün hər sübh bu ayəni oxuyun: “Və mən nuəmmirhu nunəkkisihu filxəlqi əfala yə‎qilun” (Yasin-68). Vəfat etmiş şəxsin kəfəninə bu ayəni yazsanız, o gor əzabından nicat tapar. “Fəla yəstətiunə təvsiyətən vəla ila əhlihim yərciun. Və nufixə fissuri fəizahum minəl əcdasi ila rəbbihim yənsilun. Qalu ya vəyləna mən bəəsəna min mərqədina haza mavəədər-rəhmanu və sədəqəl mursəlun. İn kanət illa səyhətən vahidətən fəizahum cəmiun lədəyna muhzərun.” (Yasin-50-53). Hər kəs hacət niyyəti ilə aşağıdakı ayəni yeddi dəfə oxusa, hacəti qəbul olunar. “Ləş-şəmsu yənbəği ləha ən tudrikəl qəmərə vələlləylu Sabiqin-nəhari və kullun fi fələkin yəsbəhun.” (Yasin-40). Aşağıdakı ayəni üç gecə və hər gecədə otuz dəfə Peyğəmbəri yuxuda görər. “Və xələqna ləhum min mislihi ma yərkəbun” (Yasin-42). Mal mənal (dükan kimi) dövlət qazanmaq istəyirsə, pəncşənbə (dördüncü) günü iki rükət namaz qılıb sonra Yasin surəsini oxusun, bu əməli üç gün təkrar etsin. Çox təcrübə olunub. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron verisaysından istifadə olunub.

Surələrin Fəziləti 16.12.2024

“Fatir” surəsinin fəziləti

Übeyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs Məlaikə surəsini (Fatir) surəsini, oxusa Qiyamət günündə Behiştin qapılarında üçü onu çağırar ki, bu üç qapının hansı birisindən istəyirsən daxil ol. Çoxlu dua kitablarında yazılıb ki, hər kəs yatan zaman bu ayəni “İnnəllahə yəmsukum-səmavati vəl ərzə ən təzulən, vələin zaləta in əmsəkəhuma min əhədin min bəədihi, İnnəhu kanə həlimən ğəfura.” (Fatir-14). oxusa, binanın onun üzərinə tökülməsindən amanda qalar. Çoxlu kitablarda o cümlədən Şeyx İbrahim Kəfhəminin Misbah kitabında qeyd olunub ki, bu surənin 41-ci ayəsini sona kimi oxuyandan (İnnallahə yəmsuku) sonra bunu “Səlli əla Muhəmmədin və ali Muhəmməd və əmsik ənnəssui innəkə əla Kulli şəyin qədir.” əlavə etsə, onun evi Allahın amanında qalıb uçmaz.

Surələrin Fəziləti 16.12.2024

“Səbə” surəsinin fəziləti

1-Ömər ibn Əzniyədən nəql olunub ki, İmam Sadiq (ə) bu iki surənin (Səbə və Həmd) haqqında ki, onların ikisidə həmd kələməsi ilə başlayır buyurdu: Hər kəs gecə bu surəni oxusa, O bütün gecəni Allahın amanında olacaqdır. Əgər bu surəni gündüz oxusa, həmin günü çətinlik və əziyyət çəkməyəcəkdir. Dünyada və axirətdə qəlbindən keçməyən və gümanına gəlməyən qədər ona xeyir-bərəkət əta olunar. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v.) rəvayət nəql eæir ki,Həzrət belə buyurdu: Səbə surəsini oxuyan kəslə Qiyamətdə onunla dost olmayan Rəsul və Peyğəmbər qalmayacaqdır.

Surələrin Fəziləti 16.12.2024

“Əhzab” surəsinin fəziləti

1-Əbdullah ibn Sənandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs Əhzab surəsini çox oxusa, Allahın Rəsulun (s.ə.v.v) və həyat yoldaşlarının pənahında olacaq. Sonra Həzrət buyurdu: Əhzab surəsi Qüreyş qəbiləsinin kişilərindən qadınlarının, və başqalırının rüsvayçılıqlarını aradan qaldırdı. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs Əhzab surəsini oxusa, onu (Əhzab surəsi) ailəsinə və himayəsində olanlara öyrətsə, Allah onu qəbrin əzab-əziyyətindən əfv edər. 3-Əbdullah ibn Muğəyrə deyir: Həzrət Musa ibn Cəfər (ə)-dan eşitdim ki, belə buyurdu: Hər kəs sübh və şam namazınının təqibatında (ardınca) yerindən qalxmışdan və yaxud bir kəslə danışmamış qabaq bu ayəni “İnnəllahə və məlikətuhu yusəllunə ələnnəbiyyi ya əyyəhəlləzinə amənu səllu ələyhi və səllimu təslima.” (Əhzab-56) oxusun və sonra desi: “Əllahummə səlli əla Muhəmmədinin-nəbiyy və zurriyətih.” Allah onun yüz hacətini verər. Onun yetmişini dünyada otuzunu isə axirətdə ona əta edər və “Səlli əla Muhəmmədin və ali Muhəmməd fil mursəlin. Əllahummə əəti Muhəmmədən (və ali Muhəmməd ) əlvəsilə vəşşərəf, vəlfəzilə, vəddərəcətul kəbirə, Əllahumə inni aməntu bimuhəmmədin (s) Vələm ərah fəla tər həmni, yəvməl Qiyaməti röyətəhu. Vərzuqni söhbəthu və təvəfənni əla millətihi. Vəsqini min hovzihi muşribən rəviyyən, Saiğən Həkiən, laəəzənə bədəhu əbədən, İnnəkə əla kulli şəyin qədir. Əllahummə kəma aməntə bimuhəmmədin (s) Vələm ərahu fəərrifni filcinan vəchəhu. Əllahummə bəlliğ ruhu ənni təhiyyətən kəsirətən və səlamən.” Nəticədə bir kəs hər gün sübh və şam vaxtı Peyğəmbərə (s.ə.v.v.) üç dəfə salavat göndərsə, bütün xəta və günahları məhv olar, şadlığı davam edər, duaları müstəcab olub, arzularına çatar, ruzisi çoxalar, düşmənə qələbə çalmağa kömək edər, xeyir və yaxşılıq səbəbləri qaydasına düşər və bərin Behiştdə Peyğəmbərlə (s.ə.v.v.) birlikdə olar. Əgər evdə qalmış subay bir qız üçün Əhzab surəsini yazıb balaca (qiymətli əşyalar) sandıqcasına qoyub onun ağzını bağlayıb, o qız yaşayan evdə gizlətsəniz , onun üçün ər tapılar.

Surələrin Fəziləti 16.12.2024

“Səcdə” surəsinin fəziləti

1-Hüseyn ibn əbim Əlandən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs həftədə bir dəfə səcdə surəsini oxusa, Allah onun nameyi əməlini sağ əlinə verər, və elədikləri işlərə görə çətin hesab çəkilməz. O Allahın Rəsulu (s.ə.v.v)və övladları ilə bir yerdə olacaqdır. 2-Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: “Əlif-lam-mim, tənzil” (Səcdə surəsi). və “Təbarəkəlləzi” (Furqan surəsi) surəsini oxuyan şəxs elə bil ki, Qədr gecəsini əhya saxlamışdır. Leys ibn Zübeyr Cabirdən, rəvayət edir ki, o deyirdi: Allahın Rəsulu (s.ə.v.v) gecə-lər bu iki surəni oxumamış yatmazdı. Leys deyir: Bu rəvayəti tavusa dedim: Sonra o dedi: Bu iki surə Quranın bütün surələrindən qiyamətlisidir, və hər kəs bu iki surəni oxusa, altımış həsənə onun üçün yazılar, onun altımış günahı məhv edilər, məqamı altımış dərəcə yuxarı qaldırılar.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...