Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Şəban 20.02.2025

Nimeyi-Şəban gecəsinə məxsus əməllər və dualar

Mübarək Şəban ayının 15-ci gününün (Nimeyi-Şəban) gecəsi  çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası İmam Baqirdən (ə) nəql edir ki, o həzrətdən Ş‏əban ay‎ını‎n 15-ci gününün gecəsinin fəziləti barədə soruşulduqda, Həzrət buyurdu: “Bu gecə, Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Həmin gecə Allah-Taala bəxşiş qap‎ısı‎nı‎ Öz bəndələrinin üzünə açar, onları‎ Öz kərəm və lütfü ilə bağış‎‏layar. Bu gecə Allaha daha da yaxı‎n olmağınız üçün çalışın. Bu elə bir gecədir ki, Allah-Taala Öz müqəddəs zat‎ına and içmi‏dir ki, günahdan ba‏şqa, hər bir ş‏eyi Ondan diləyənin əlini bo‏ş qaytarması‎n. Bu, elə bir gecədir ki, Allah-Taala “Qədr gecəsi”ni Peyğəmbər (s) üçün qərar verdiyi kimi, bu gecəni də bizim üçün qərar vermi‏şdir. Elə isə həmin gecəni Allaha çoxlu həmd-səna və dua edin!” Həmçinin Peyğəmbər (s) zövcəsi Ayişəyə buyurmuşdur: “Bu gecənin hansı gecə olmasını bilmirsənmi? Bu gecə, Şəban ayının 15-ci gecəsidir. Bu gecə ruzilər bölüşdürülür, əcəllər yazılır və həccə gedəcək insanlar təyin olunur…” Mübarək Şəban ayının 15-ci gününün gecəsinin fəzilətlərindən biri də İmam Zamanın (ə.c.) həmin gecənin səhəri, hicri-qəməri tarixi ilə 255-ci ildə (miladi-878) Samirra şəhərində dünyaya göz açmasıdır. Bu gecənin bir neçə əməli vard‎ır: 1. Qüsl etmək; 2. “Ehya saxlamaq” (gecəni səhərə qədər oyaq qalıb ibadət və raz-niyazla keçirmək); Nəql olunur ki, hər kəs bu gecəni ehya saxlasa, bütün qəlblərin öləcəyi gün – qiyamət günü onun qəlbi ölməz. 3. Bu gecənin ən fəzilətli və günahların bağışlanmasına səbəb olan əməllərindən biri də imam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etməkdir. 4. Bu duanı oxumaq: اَللّهُمَّ بِحَقِّ لَيْلَتِنا [هذِهِ‏] وَمَوْلُودِها، وَحُجَّتِكَ وَمَوْعُودِهَا الَّتى‏ قَرَنْتَ اِلى‏  فَضْلِها فَضْلاً، فَتَمَّتْ كَلِمَتُكَ‏صِدْقاً وَعَدْلاً، لا مُبَدِّلَ لِكَلِماتِكَ وَلا مُعَقِّبَ‏ لِأياتِكَ، نُورُكَ الْمُتَاَ لِّقُ،وَضِيآؤُكَ الْمُشْرِقُ، وَالْعَلَمُ النُّورُ، فى‏ طَخْيآءِ الدَّيْجُورِ، الْغائِبُ‏الْمَسْتُورُ، جَلَّ مَوْلِدُهُ، وَكَرُمَ مَحْتِدُهُ، وَالْمَلائِكَةُ شُهَّدُهُ، وَاللَّهُ‏ ناصِرُهُ وَمُؤَيِّدُهُ، اِذا آنَ ميعادُهُ، وَالْمَلائِكَةُ اَمْدادُهُ، سَيْفُ اللَّهِ الَّذى‏ لا يَنْبوُ، وَنُورُهُ الَّذى‏ لا يَخْبوُ، وَ ذوُالْحِلْمِ الَّذى‏ لا يَصْبوُا، مَدارُ الَّدهْرِ، وَنَواميسُ الْعَصْرِ، وَوُلاةُ الْأَمْرِ، وَالْمُنَزَّلُ عَلَيْهِمْ ما يَتَنَزَّلُ فى‏ لَيْلَةِ الْقَدْرِ، وَاَصْحابُ الْحَشْرِ وَالنَّشْرِ، تَراجِمَةُ وَحْيِهِ، وَوُلاةُ اَمْرِهِ وَنَهْيِهِ، اَللّهُمَّ فَصَلِّ عَلى‏ خاتِمِهْم وَقآئِمِهِمُ الْمَسْتُورِ عَنْ عَوالِمِهِمْ اَللّهُمَ‏ وَاَدْرِكَ بِنا أَيَّامَهُ، وَظُهُورَهُ وَقِيامَهُ، وَاجْعَلْنا مِنْ اَنْصارِهِ، وَاقْرِنْ ثارَنا بِثارِهِ، وَاكْتُبْنا فى‏ اَعْوانِهِ وَخُلَصآئِهِ، وَاَحْيِنا فى‏ دَوْلَتِهِ ناعِمينَ، وَبِصُحْبَتِهِ غانِمينَ، وَبِحَقِّهِ قآئِمينَ، وَمِنَ السُّوءِ سالِمينَ يا اَرْحَمَ‏ الرَّاحِمينَ، وَالْحَمْدُللَّهِ‏ِ رَبِّ الْعالَمينَ، وَصَلَواتُهُ عَلى‏ سَيِّدِنا مُحَمَّدٍ خاتَمِ النَّبِيّينَ وَالْمُرْسَلينَ، وَعَلى‏ اَهْلِ بَيْتِهِ الصَّادِقينَ وَعِتْرَتِهَ‏ النَّاطِقينَ، وَالْعَنْ جَميعَ الظَّالِمينَ، واحْكُمْ بَيْنَنا وَبَيْنَهُمْ يا اَحْكَمَ الْحاكِمينَ Duanın oxunuşu: Əllahummə bihəqqi ləylətina (hazihi) və məvludiha, və huccətikə və məv`udihəlləti qərəntə ila fəzliha fəzla, fətəmmət kəlimətukə sidqən və ədlən la mubəddilə likəlimatik, və la muəqqibə liayatikə nurukəl mutəəlliq, və ziyaukəl muşriq, vəl ələmun-nuru fi təxyaid-dəycuril ğaibul məstur, cəllə məvliduhu və kərumə məhtiduh, vəl məlaikətu şuhhəduh, vəllahu nasiruhu və muəyyiduhu iza anə miaduh, vəl məlaikətu əmdaduhu səyfullahilləzi la yənbu, və nuruhulləzi la yəxbu, və zul hilmilləzi la yəsbu mədarud-dəhr, və nəvamisul əsri və vulatul əmr, vəl munəzzəlu ələyhim-ma yətənəzzəlu fi ləylətil qədr, və əshabul həşri vən-nəşri təracimətu vəhyih, və vulatu əmrihi və nəhyih. Əllahummə fəsəlli əla xatimihim və qaimihimul məsturi ən əvalihim. Əllahummə və ədrik bina əyyaməhu və zuhurəhu və qiyaməh, vəc`əlna min ənsarihi vəqrin sarəna bisarih, vəktubna fi ə`vanihi və xuləsaih, və əhyina fi dəvlətihi naiminə və bisuhbətihi ğanimin, və bihəqqihi qaimin, və minəs-sui saliminə ya ərhəmər-rahimin, vəl həmdu lilahi rəbbil aləmin, və sələvatuhu əla səyyidina Muhəmmədin xatəmin-nəbiyyin, vəl mursəlinə və əla əhli-bəytihis-sadiqin, və itrətihin-natiqin, vəl`ən cəmiəz-zalimin, vəhkum bəynəna və bəynəhum ya əhkəməl hakimin. 5. Peyğəmbərin (s) həmin gecə oxuduğu bu duanı oxumaq: اَللَّهُمَّ اقْسِمْ لَنا مِنْ خَشْيَتِكَ ما يَحُولُ بَيْنَنا وَبَيْنَ مَعْصِيَتِكَ، وَمِنْ طاعَتِكَ ما تُبَلِّغُنا بِهِ رِضْوانَكَ وَمِنَ الْيَقينِ ما يَهُونُ عَلَيْنا بِهِ  مُصيباتُ الدُّنْيا، اَللّهُمَّ اَمْتِعْنا بِاَسْماعِنا وَاَبْصارِنا وَقُوَّتِنا ما اَحْيَيْتَنا، وَاجْعَلْهُ الْوارِثَ مِنَّا، وَاجْعَلْ ثارَنا عَلى‏ مَنْ‏ظَلَمَنا، وَانْصُرنا عَلى‏ مَنْ عادانا، وَلا تَجْعَلْ مُصيبَتَنا فى‏ دينِنا وَلا تَجْعَلِ الدُّنْيا اَكْبَرَ هَمِّنا، وَلا مَبْلَغَ عِلْمِنا، وَلا تُسَلِّطْ عَلَيْنا مَنْ لا يَرْحَمُنا، بِرَحْمَتِكَ يا اَرْحَمَ الرَّاحِمينَ Duanın oxunuşu: Əllahumməqsim ləna min xəşyətikə ma yəhulu bəynəna və bəynə mə`siyətik, və min taətikə ma tubəlliğuna bihi rizvanək, və minəl yəqini ma yəhunu ələyna bihi musibətud-dunya. Əllahummə əmti`na biəsmaina və əbsarina və quvvətina ma əhyəytəna, vəc`əlhul varisə minna, vəc`əl sarəna əla mən zələməna, vənsurna əla mən adana, və la təc`əl musibətəna fi dinina, və la təc`əlid-dunya əkbərə həmmina, və la məbləğə ilmina, və la tusəllit ələyna mən la yərhəmna, birəhmətikə ya ərhəmər-rahimin. Bu duanın digər günlərdə də oxunması tövsiyə olunur. “Əvaliul-ləali” kitabı‎nda nəql olunur ki, Peyğəmbər (s) bu duanı daim‎ oxuyarmış. 6. Çoxlu salavat demək; 7. “Kumeyl” duasını oxumaq; “Kumeyl” duasını hər cümə axşamı, həm də mübarək Şəban ayının 15-ci gününün gecəsi oxumaq tövsiyə olunur. 8. “Subhanəllah”, “Əlhəmdu lillah”, “Əllahu-əkbər”, “La ilahə illəllah” zikrlərinin hər birini yüz dəfə demək; 9. “Misbah” kitabında Əbu Yəhyadan nəql olunan bir hədisdə mübarək Şəban ayının 15-ci gününün gecəsinin fəziləti barədə belə deyilir: “İmam Sadiqdən (ə): “Bu gecə hansı duanı oxusam, savabı daha çox olar?” – deyə soruşdum. Həzrət belə buyurdu: “İşa namazını qıldıqdan sonra, iki rükət bu qayda ilə namaz qıl; bininci rükətdə “Həmd”dən sonra “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd”dən sonra “İxlas” surəsini oxu. Salamları verdikdən sonra 34 dəfə “Əllahu-əkbər”, 33 dəfə “Əlhəmdu lillah” və 33 dəfə “Subhanəllah” de və sonra bu duanı oxu: يا مَنْ اِلَيْهِ مَلْجَأُ الْعِبادِ فِى الْمُهِمَّاتِ، وَاِلَيْهِ يَفْزَعُ الْخَلْقُ فىِ الْمُلِمَّاتِ، يا عالِمَ الْجَهْرِ وَالْخَفِيَّاتِ، وَ يا مَنْ لا تَخْفى‏ عَلَيْهِ خَواطِرُ الْأَوْهامِ، وَتَصَرُّفُ الْخَطَراتِ، يا رَبَّ الْخَلايِقِ وَالْبَرِيَّاتِ، يا مَنْ بِيَدِهِ مَلَكُوتُ‏ الْأَرَضينَ وَالسَّمواتِ، اَنْتَ اللَّهُ لا اِلهَ اِلاَّ اَنْتَ، اَمُتُّ اِلَيْكَ بِلا اِلهَ اِلاَّ اَنْتَ، فَيا لا اِلهَ اِلاَّ اَنْتَ، اجْعَلْنى‏ فى‏ هِذِهِ اللَّيْلَةِ مِمَّنْ نَظَرْتَ اِلَيْهِ‏فَرَحِمْتَهُ، وَسَمِعْتَ دُعآئَهُ فَاَجَبْتَهُ، وَعَلِمْتَ اسْتِقالَتَهُ فَاَقَلْتَهُ، وَتَجاوَزْتَ عَنْ سالِفِ خَطيئَتِهِ وَعَظيمِ جَريرَتِهِ فَقَدِ اسْتَجَرْتُ بِكَ‏ مِنْ ذُنُوبى‏، وَلَجَاْتُ اِلَيْكَ فى‏ سَتْرِ عُيُوبى‏، اَللّهُمَّ فَجُدْ عَلَىَّ بِكَرَمِكَ‏ وَفَضْلِكَ، وَاحْطُطْ خَطاياىَ بِحِلْمِكَ وَعَفْوِكَ، وَتَغَمَّدْنى‏ فى‏ هذِهِ‏ اللَّيْلَةِ بِسابِغِ كَرامَتِكَ، وَاجْعَلْنى‏ فيها مِنْ اَوْلِيآئِكَ، الَّذينَ اجْتَبَيْتَهُمْ‏ لِطاعَتِكَ، وَاخْتَرْتَهُمْ لِعِبادَتِكَ، وَجَعَلْتَهُمْ خالِصَتَكَ وَصِفْوَتَكَ، اَللّهُمَ‏ اجْعَلْنى‏ مِمَّنْ سَعَدَ جَدُّهُ، وَتَوَفَّرَ مِنَ الْخَيْراتِ حَظُّهُ، وَاجْعَلْنى‏ مِمَّنْ‏ سَلِمَ فَنَعِمَ، وَفازَ فَغَنِمَ، وَاكْفِنى‏ شَرَّ ما اَسْلَفْتُ، وَاعْصِمْنى‏ مِنَ الْإِزدِيادِ فى‏ مَعْصِيَتكَ، وَحَبِّبْ اِلَىَّ طاعَتَكَ، وَما يُقَرِّبُنى‏ مِنْكَ، وَيُزْلِفُنى‏ عِنْدَكَ، سَيِّدى‏ اِلَيْكَ يَلْجَأُ الْهارِبُ، وَمِنْكَ يَلْتَمِسُ الطَّالِبُ، وَعَلى‏ كَرَمِكَ‏ يُعَوِّلُ الْمُسْتَقيلُ التَّائِبُ اَدَّبْتَ عِبادَكَ بالتَّكَرُّمِ، وَاَنْتَ اَكْرَمُ الْأَكْرَمينَ، وَاَمَرْتَ بِالْعَفْوِ عِبادَكَ وَاَنْتَ الْغَفُورُ الرَّحيمُ، اَللّهُمَّ فَلا تَحْرِمْنى‏ ما رَجَوْتُ مِنْ كَرَمِكَ، وَلا تُؤْيِسْنى‏ مِنْ سابِغِ نِعَمِكَ، وَلا تُخَيِّبْنى‏ مِنْ‏ جَزيلِ قِسَمِكَ فى‏ هذِهِ اللَّيْلَةِ لِأَهْلِ طاعَتِكَ، وَاجْعَلْنى‏ فى‏ جُنَّةٍ مِنْ‏ شِرارِ بَرِيَّتِكَ، رَبِّ اِنْ لَمْ اَكُنْ مِنْ اَهْلِ ذلِكَ، فَاَنْتَ اَهْلُ الْكَرَمِ وَالْعَفْوِ وَالْمَغْفِرَةِ، وَجُدْ عَلَىَّ بِما اَنْتَ اَهْلُهُ، لا بِما اَسْتَحِقُّهُ، فَقَدْ حَسُنَ ظَنّى‏ بِكَ، وَتَحَقَّقَ رَجآئى‏ لَكَ، وَعَلِقَتْ نَفْسى‏ بِكَرَمِكَ، فَاَنْتَ اَرْحَمُ‏ الرَّاحِمينَ، وَاَكْرَمُ الْأَكْرَمينَ، اَللّهُمَّ وَاخْصُصْنى‏ مِنْ كَرَمِكَ بِجَزيلِ‏ قِسَمِكَ، وَاَعُوذُ بِعَفْوِكَ. مِنْ عُقُوبَتِكَ، وَاغْفِر لِىَ الَّذنْبَ الَّذى‏ يَحْبِسُ‏ عَلَىَّ الْخُلُقَ، وَيُضَيِّقُ عَلىَّ الرِّزْقَ، حَتّى‏ اَقُومَ بِصالِحِ رِضاكَ، وَاَنْعَمَ‏ بِجَزيلِ عَطآئِكَ، وَاَسْعَدَ بِسابِغِ نَعْمآئِكَ، فَقَدْ لُذْتُ بِحَرَمِكَ‏ وَتَعَرَّضْتُ لِكَرَمِكَ، وَاسْتَعَذْتُ بِعَفْوِكَ مِنْ عُقُوبَتِكَ، وَبِحِلْمِكَ مِنْ‏ غَضَبِكَ فَجُدْ بِما سَئَلْتُكَ، وَاَنِلْ مَا الْتَمَسْتُ مِنْكَ، اَسْئَلُكَ بِكَ لا بِشَى‏ءٍ هُوَ اَعْظَمُ مِنْكَ Duanın oxunuşu: Ya mən iləyhi məlcəul ibadi fil muhimmat, və iləyhi yəfzəul xəlqu fil mulimmat, ya aliməl cəhri vəl xəfiyyat, (və) ya mən la təxfa ələyhi xəvatirul əvham, və təsərruful xətərat, ya rəbbəl xəlaiqi vəl bəriyyat, ya mən biyədihi mələkutul ərəzinə vəs-səmavat, əntəllahu la ilahə illa ənt, əmuttu iləykə bila ilahi illa ənt, fəya la ilahə illa ənt, ic`əlni fi hazihil-ləyləti mimmən nəzərtə iləyhi fərəhimtəh, və səmi`tə duaəhu fəəcəbtəh, və əlimtəstiqalətəhu fəəqəltəhu və təcavəztə ən salifi xətiətih, və əzimi cərirətih, fəqədistəcərtu bikə min zunubi, və ləcə`tu iləykə fi sətri uyubi. Əllahummə fəcud ələyyə bikərəmik, vəhtut xətayaə bihilmikəlləzinəctəbəytəhum litaətik, vəxtərtəhum liibadətik, və cəəltəhum xalisətəkə və sifvətək. Əllahumməc`əlni mimmən səədə cədduh, və təvəfərə minəl xəyrati həzzuh, vəc`əlni mimmən səlimə fənəimə və farə fəğənim, vəkfini ‏ərrə ma əsləftu və`simni minəl izdiyadi fi mə`siyətik, və həbbib iləyyə taətək, və ma yuqərribuni minkə və yuzlifuni indək, səyyidi iləykə yəlcəul harib, və minkə yəltəmisut-talib, və əla kərəmikə yuəvvilul mustəqilut-taib, əddəbtə əbadəkə bit-təkərrumi və əntə əkrəmul əkrəmin, və əmərtə bil əfvi ibadək, və əntəl ğəfurur-rəhim. Əllahummə fəla təhrimni ma rəcəvtu min kərəmik, və la tu`yisni min sabiği niəmik, və la tuxəyyibni min cəzili qisəmik, fi hazihil-ləyləti li əhli taətik, vəc`əlni fi cunnətin min ş‏irari bəriyyətik, rəbbi in ləm əkun min əhli zalik, fəəntə əhlul kərəmi vəl əfvi vəl məğfirəh, və cud ələyyə bima əntə əhluh, la bima əstəhiqquh, fəqəd həsunə zənni bikə və təhəqqəqə rəcai lək, və əliqət nəfsi bikərəmik, fəəntə ərhəmur-rahimin, və əkrəmul əkrəmin. Əllahummə vəxsusni min kərəmikə bicəzili qisəmik, və əuzu biəfvikə min uqubətik, vəğfir liyəz-zənbəlləzi yəhbisu ələyyəl xuluq, və yuzəyyiqu ələyyər-rizq, hətta əqumə bisalihi rizak, və ən`əmə bicəzili ətaik, və əs`ədə bisabiği nə`maik, fəqəd luztu bihərəmik, və təərrəztu likərəmikə vəstəəztu biəfvikə min uqubətik, və bihilmikə min ğəzəbik, fəcud bima səəltuk, və ənil məltəməstu mink, əs`əlukə bikə la bi‏əy`in huvə ə`zəmu mink. Sonra səcdəyə gedərək, 20 dəfə “Ya Rəbbi”, 7 dəfə “Ya Allah”, 7 dəfə “La həvlə və la quvvətə illa billah”, 10 dəfə “Maşaəllah” və 10 dəfə “La quvvətə illa billah” dedikdən sonar, Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat göndərib hacətini Allahdan istəyirsən… 10. Cəfər-Təyyar namazını qılmaq; 11. Əbu Yəhya Sənani imam Baqir (ə) və imam Sadiqdən (ə) belə nəql edir: “Şəban ay‎ını‎n 15-ci gününün gecəsi dörd rükət namaz q‎ıl; belə ki, hər rükətində “Həmd”dən sonra yüz dəfə “İxlas” surəsini oxu və namazdan sonar de: اَللّهُمَّ اِنّى‏ اِلَيْكَ فَقيرٌ، وَمِنْ عَذاِبكَ خائِفٌ مُسْتَجيرٌ، اَللّهُمَّ لا تُبَدِّلْ‏ اِسْمى‏، وَلا تُغَيِّرْ جِسْمى‏،وَلاتَجْهَدْ بَلائى‏، وَلاتُشْمِتْ بى‏ اَعْدآئى‏،اَعُوذُ بِعَفْوِكَ مِنْ عِقابِكَ، وَاَعُوذُ بِرَحْمَتِكَ مِنْ عَذابِكَ، وَاَعُوذُ بِرِضاكَ مِنْ سَخَطِكَ،  وَاَعُوذُبِكَ‏مِنْكَ‏جَلَّ ثَنآؤُكَ، اَنْتَ كَما اَثْنَيْتَ عَلى‏ نَفْسِكَ، وَفَوْقَ ما يَقُولُ الْقآئِلُونَ‏ Duanın oxunuşu: Əllahummə inni iləykə fəqir, və min əzabikə xaifun mustəcir. Əllahummə la tubəddil ismi, və la tuğəyyir cismi, və la təchəd bəlai, və la tuşmit bi ə`dai, əuzu biəfvikə min iqabik, və əuzu birəhmətikə min əzabik, və əuzu birizakə min səxətik, və əuzu bikə minkə cəllə sənauk, əntə kəma əsnəytə əla nəfsikə və fəvqə ma yəqulul qailun. Qeyd etmək lazımdır ki, Mübarək Şəban ayının 15-ci günü imam Zaman ağanın (ə.c.) doğum günü olduğundan, o həzrətin zühurunun tezləşməsi üçün çoxlu dua etmək həmin günün müstəhəb əməllərindəndir. (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Şəban ayının fəzilət və əməlləri” bölümü.)

Şəban 20.02.2025

MÜBARƏK ŞƏBAN AYININ MÜŞTƏRƏK ƏMƏLLƏRİ

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə yetirilməsi, duaların oxunması tövsiyə olunur: 1. Oruc tutmaq və sədəqə vermək; İmam Sadiqdən (ə) Rəcəb ayının orucu barədə soruşulduqda, o həzrət buyurdu: “Niyə Şəban ayının orucundan qafilsiniz (və Şəban ayının orucu haqda bir şey soruşmursunuz)?!” Soruşdular: “Ey Peyğəmbərin övladı! Şəban ayında bir gün oruc tutan şəxsin savabı nədir?” Buyurdu: “Allaha and olsun, onun savabı cənnətdir.” Soruşdular: “Ey Peyğəmbərin övladı! Bu ayda ən yaxşı əməl nədir?” Buyurdu: “Sədəqə vermək və istiğfar etmək (Allahdan günahların bağışlanılmasını diləmək)…” 2. İstiğfar etmək: Belə ki, Şəban ayının hər günü yetmiş dəfəأَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ (Əstəğfirullahə və əs`əluhut-təvbəh – Allahdan bağışlanmaq diləyir və Ondan tövbə (tövbəyə müvəffəq etməyini) istəyirəm!) zikrini demək müstəhəbdir. Həmçinin tövsiyə olunur ki, hər gün bu zikr də yetmiş dəfə deyilsin: Əsləğfirullahəlləzi la ilahə illa huvər-rəhmanur rəhim, əl həyyul qəyyum, və ətubu iləyh. (Rəhman, rəhim, diri və qəyyum Allahdan məğfirət diləyirəm və tövbə edirəm.) Şəban ayının fəzilət və əməlləri ilə bağlı nəql olunan hədislərdən belə qənaətə gəlmək olar ki, Şəban ayında ən üstün zikr və dua istiğfar etməkdir (günahlar‎ın bağ‎‏lanmas‎ını‎ diləməkdir). Nəql olunur ki, hər kəs bu ayda yetmiş‏ dəfə istiğfar etsə, ba‏şqa aylarda etdiyi yetmi‏ş min istiğfar etmiş‏ kimidir. 3. İki rükət namaz qılmaq: Şəban ayının hər cümə axşamı iki rükət namaz qılmaq müstəhəbdir, belə ki, hər rükətdə “Həmd” surəsi deyildikdən sonra yüz dəfə “İxlas” surəsi və salamdan sonra yüz dəfə salavat deyilir. Nəql olunur ki, Ş‏əban ay‎nı‎n hər cümə axşamı‎ Allah-Taala səmaları‎ bəzəyir. Həmin gün mələklər deyirlər ki, ilahi, bu günü oruc tutanlarn‎ bağış‎‏la və onları‎n istək və dualar‎ını‎ rəva et! 4. Çoxlu salavat demək; 5 Şəban ayının hər günü gün batana yaxın bu salavatların deyilməsi müstəhəbdir: اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، شَجَرَةِ النُّبُوَّةِ، وَمَوْضِعِ الرِّسالَةِ، وَمُخْتَلَفِ الْمَلائِكَةِ وَمَعْدِنِ الْعِلْمِ، وَاَهْلِ بَيْتِ الْوَحْىِ اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ‏ مُحَمَّدٍ، الْفُلْكِ الْجارِيَةِ، فِى اللُّجَجِ الْغامِرَةِ، يَأْمَنُ مَنْ رَكِبَها، وَيَغْرَقُ‏ مَنْ تَرَكَهَا، الْمُتَقَدِّمُ لَهُمْ مارِقٌ، وَالْمُتَاَخِّرُ عَنْهُمْ زاهِقٌ وَاللّازِمُ لَهُمْ‏ لاحِقٌ، اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، الْكَهْفِ الْحَصينِ، وَغِياثِ‏ الْمُضْطَرِّ الْمُسْتَكينِ، وَمَلْجَأِ الْهارِبينَ، وَعِصْمَةِ الْمُعْتَصِمينَ، اَللّهُمَ‏ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، صَلوةً كَثيرَةً تَكُونُ لَهُمْ رِضاً، وَلِحَقِ‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ اَدآءً وَقَضآءً، بِحَوْلٍ مِنْكَ وَقُوَّةٍ يا رَبَّ الْعالَمينَ، اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، الطَّيِّبينَ الْأَبْرارِ الْأَخْيارِ، الَّذينَ‏ اَوْجَبْتَ حُقُوقَهُمْ، وَفَرَضْتَ طاعَتَهُمْ وَوِلايَتَهُمْ، اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَاعْمُرْ قَلْبى‏بِطاعَتِكَ، وَلا تُخْزِنى‏ بِمَعْصِيَتِكَ، وَارْزُقْنى‏ مُواساةَ مَنْ قَتَّرْتَ عَلَيْهِ مِنْ رِزْقِكَ بِما وَسَّعْتَ عَلَىَّ مِنْ‏ فَضْلِكَ، وَنَشَرْتَ عَلَىَّ مِنْ عَدْلِكَ، وَاَحْيَيْتَنى‏ تَحْتَ ظِلِّكَ، وَهذا شَهْرُ نَبِيِّكَ سَيِّدِ رُسُلِكَ، شَعْبانُ الَّذى‏ حَفَفْتَهُ مِنْكَ بِالرَّحْمَةِ وَالرِّضْوانِ، الَّذى‏ كانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَالِه‏ وَسَلَّمَ، يَدْاَبُ فى‏ صِيامِهِ‏ وَقِيامِهِ، فى‏ لَياليهِ وَاَيَّامِهِ، بُخُوعاً لَكَ فى‏ اِكْرامِهِ وَاِعْظامِهِ، اِلى‏ مَحَلِ‏ حِمامِهِ، اَللّهُمَّ فَاَعِنَّا عَلَى الْأِسْتِنانِ بِسُنَّتِهِ فيهِ، وَنَيْلِ الشَّفاعَةِ لَدَيْهِ، اَللّهُمَّ وَاجْعَلْهُ لى‏ شَفيعاً مُشَفَّعاً وَطَريقاً اِلَيْكَ مَهيَعاً، وَاجْعَلْنى‏ لَهُ‏ مُتَّبِعاً، حَتّى‏ اَلْقاكَ يَوْمَ الْقِيمَةِ عَنّى‏ راضِياً، وَ عَنْ ذُنُوبى‏ غاضِياً، قَدْ اَوْجَبْتَ‏ لى‏ مِنْكَ الرَّحْمَةَ وَالرِّضْوانَ، وَاَنْزَلْتَنى‏ دارَ الْقَرارِ وَمَحَلَّ الْأَخْيارِ، Duanın oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, şəcərətin-nubuvəti və məvziir-risaləti və muxtələfil-məlaikəh, və mə`dinil ilmi və əhli-bəytil vəhy. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, əl fulkil cariyəti fil-lucəcil ğamirəh, yə`mənu mən rəkibəha və yəğrəqu mən tərəkəha, əl-mutəqəddimu ləhum-mariq, vəl mutəəxxiru ənhum zahiq, vəl-lazimu ləhum lahiq. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, əl kəhfil həsin, və ğiyasil muztərril mustəkin, və məlcəil haribin, və ismətil mu`təsimin. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, səlatən kəsirətən təkunu ləhum riza, və lihəqqi Muhəmmədin və ali-Muhəmməd, ədaən və qəzaən bihəvlin minkə və quvvətin ya rəbbəl aləmin. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, ət-təyyibinəl əbraril əxyar, əlləzinə əvcəbtə huquqəhum və fərəztə taətəhum və vilayətəhum. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, və`mur qəlbi bitaətik, və la tuxzini bimə`siyətik, vərzuqni muvasatə mən qəttərtə ələyhi min rizqikə bima vəssə`tə ələyyə min fəzlik, və nəşərtə ələyyə min ədlik, və əhyəytəni təhtə zillik, və haza şəhru nəbiyyikə səyyidi rusulik, Şə`banulləzi həfəftəhu minkə bir rəhməti vər-rizvan, əlləzi kanə Rəsulullahi səlləllahu ələyhi və alihi və səlləm, yəd`əbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyyamih, buxuən ləkə fi ikramihi və i`zamih, ila məhəlli himamih. Əllahummə fəəinna ələl istinani bisunnətihi fih, və nəyliş-şəfaəti lədəyh. Əllahummə vəc`əlhu li şəfiən muşəffəa, və təriqən iləykə məhyəa, vəc`əlni ləhu muttəbia, hətta əlqakə yəvməl qiyaməti ənni raziya, və ən zunubi ğaziya, qəd əvcəbtə li minkər-rəhmətə vər-rizvan, və ənzəltəni darəl qərari və məhəlləl-əxyar. Duanın tərcüməsi: İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə – nübüvvət ağacı, risalət ocağı, mələklər düşərgəsi (enib-qalxdığı yer), elm mədəni və vəhy diyarının əhalisinə salam yetir! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir! Onlar dərin dənizlərdə üzən bir gəmidir ki, ona minən amanda qalar, onu tərk edən boğular, onlardan irəli keçən dindən çıxar, onlardan geri qalan həlak olar və onlara bağlanan son məqsədə çatar. İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə – ümmətin möhkəm hasarı, çarəsizlərin fəryadına yetən, qaçanların pənahgahı və ismət əhlinin gözətçilərinə salam yetir! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə çoxlu alam göndər; elə bir salam ki, onların razılığına səbəb olsun, Sənin güc və qüdrətinlə Mühəmməd və Mühəmmədin Əhli-beytinin haqqı yerinə yetirilsin, ey aləmlərin Rəbbi! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə – haqlarını, itaət və vilayətini (və məhəbbətini) vacib etdiyin pak-pakizə, xeyirxah və seçilmiş şəxslərə salam yetir! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir! Qəlbimi Sənə itaətlə abadlaşdır, Sənə asi olmaqla məni rüsvay etmə, mərhəmət və ədalətinlə mənə əta etdiyin geniş imkan sayəsində ruzisini azaltdığın şəxsə əl tutmağı mənə nəsib et, lütf və mərhəmətin sayəsində məni yaşat! Rəhmət və razılığınla əhatə etdiyin Şəban ayı elçilərin sərvəri olan Peyğəmbərinin ayıdır ki, Rəsulullah (Allahın salamı olsun ona və onun Əhli-beytinə) həmin ayın gecə və günlərində daim namaz qılır və oruc tuturdu. Sənin dərgahında təvazökarlıq edərək həyatının sonuna qədər bu ayın ehtiramını saxladı. İlahi, bu ayda o həzrətin sünnəsinə əməl etmək və onun yanındakı şəfaəti qazanmaqda bizə kömək et! İlahi, o həzrəti mənim üçün məqbul şəfaətçi və Sənə tərəf düzgün yol təyin et, qiyamət günü Səninlə görüşənə qədər məni onun ardıcılı qərar verərək həmin gün rəhmət və razılığını mənə vacib edəcəyin və məni əbədi behişt evində, xeyirxahların mənzilində məskunlaşdıracağın halda, məndən razı ol və günahlarıma göz yum!) Qeyd edək ki, Şəban ayının digər məxsus zikr və duaları da vardır ki, əlavə məlumat əldə etmək istəyənlər Şeyx Abbas Qumminin “Məfatihul-cinan” kitabına (“Şəban ayının fəzilət və əməlləri” bölümünə) müraciət edə bilərlər.

Rəcəb 20.02.2025

Bu gecə “Məbəs” bayram‎ını‎n gecəsidir Bu gecənin əməlləri

Bu gecə “Məbəs” bayram‎ını‎n gecəsidir, yəni  Peyğəmbəri -Əkrəmin (s) peyğəmbərliyə seçildiyi günün (Rəcəb ayının 27-ci günü) gecəsidir və həmin gecə bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Kəfəmi “Misbah” kitabında yazır: “İmam Cavaddan (ə) belə nəql olunur: “Rəcəb ayında bir gecə var ki, günəşin saçdığı hər bir şeydən yaxşıdır və o, bu gecədir (Rəcəb ayının 27-ci gününün gecəsi – Yanvarın-27-indən 28-nə keçən gecə)… Həqiqətən, bu gecənin savabı şiələrimiz üçün altmış ilin savabına bərabərdir.” Həzrətdən: “Həmin gecə hansı əməlləri yerinə yetirmək lazımdır?” – deyə soruşduqda, belə buyurdu: “İşa namazını qıldıqdan sonra, gecənin bir vaxtında on iki rükət namaz qılırsan. Hər rükətdə “Həmd” surəsindən sonra Qurani-Kərimin kiçik surələrdən birini (“Muhəmməd” surəsindən sonra hər hansı bir surəni) oxuyursan. Hər iki rükətli namazın salamından sonra oturub, yeddi dəfə “Həmd”, “Fələq”, “Nas”, “İxlas”, “Kafirun”, “Qədr” surələrini və “Ayətül-kürsini”, daha sonra isə bu duanı oxuyursan: Oxunuşu  “Əlhəmdu lillahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz-zull, və kəbbirhu təkbira.  Əllahummə inni əsəlukə biməaqidə izzik, əla ərkani ərşik, və muntəhər-rəhməti min kitabik, və bismikəl əzəmil əzəmil əzəm, və zikrikəl ələl ələl əla, və bi kəlimatikət-tammat, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təfələ bi ma əntə əhluh.”  Tərcüməsi  “(Həmd-səna özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! İlahi, Sənin ərşinin sütunları üzərindəki izzətinin həqiqətinə, kitabın və daha böyük, daha böyük və daha böyük adına, daha uca, daha uca və daha uca zikrinə və bitkin kəlamlarına xatir Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-beytinə salam yetirəsən və mənimlə Sənə layiq olduğu kimi rəftar edəsən!) Sonra Allahdan digər hacətlərini diləyirsən!” 2. Bu gecənin müstəhəb əməllərindən biri də qüsl etməkdir. 3. Bu gecənin ən fəzilətli əməllərindən biri də imam Əmirəlmöminin Əlinin (ə) (yaxın və yaxud uzaqdan) ziyarətidir. 4. Şeyx Kəfəmi “Bələdül-əmin” kitabında “Məbəs” gecəsi bu duanın oxunmasını da qeyd etmişdir: Oxunuşu  Əllahummə inni əsəlukə bit-təcəllil (bin-nəclil) əzəmi fi hazihil-ləyləti minəş-şəhril muəzzəm, vəl mursəlil mukərrəm, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təğfirə ləna ma əntə bihi minna ələm, yələmu və la nələm. Əllahummə barik ləna fi ləylətina hazihilləti bişərəfir-risaləti fəzzəltəha, və bikəramətikə əcləltəha, və bil məhəlliş-şərifi əhləltəha. Əllahummə fəinna nəsəlukə bil məbəsiş-şərifi vəs-səyyidil-lətifi vəl unsuril əfif, ən tusəlliyə əla Muhəmmədin və alih, və ən təcələ əmaləna fi hazihil-ləyləti və fi sairil-ləyali məqbuləh, və zunubəna məğfurəh, və həsənatina məşkurəh, və səyyiatina məsturəh, və qulubəna bihusnil qəvli məsrurəh, və ərzaqəna min lədunkə bil yusri mədrurəh. Əllahummə innəkə təra və la tura, və əntə bil mənzəril əla, və innə iləykər-ruca vəl muntəha, və innə ləkəl məmatə vəl məhya, və innə ləkəl axirətə vəl ula. Əllahummə inna nəuzu bikə ən-nəzillə və nəxza, və ən-nətiə ma ənhu tənha. Əllahummə inna nəsəlukəl cənnətə birəhmətikə və nəstəizu bikə minən-nar, fəəizna minha biqudrətikə və nəsəlukə minəl huril iyn, fərzuqna biizzətikə vəcəl əvsəə ərzaqina ində kibəri sinnina, və əhsənə əmalina indəqtirabi acalina, və ətil fi taətik, və ma yuqərribu iləykə və yuhzi indək, və yuzlifu lədəykə əmarəna, və əhsin fi cəmii əhvalina və umurina mərifətəna, və la təkilna ila əhədin min xəlqikə fəyəmunnə ələyna və təfəzzəl ələyna bicəmii həvaicina lid-dunya vəl axirəh, vəbdə biabaikə və əbnaina və cəmii ixvaninəl mu`min, fi cəmii ma səəlnakə liənfusina ya ərhəmər-rahimin. Əllahummə innə nəsəlukə bismikəl əzim, və mulkikəl qədim, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən təğfirə lənəz-zənbəl əzim, innəhu la yəğfirul əzimə illəl əzim, Əllahummə və haza rəcəbul mukərrəmulləzi əkrəmtəna bihi əvvəlu əşhuril hurum, əkrəmtəna bihi min bəynil uməm, fələkəl həmdu ya zəl cudi vəl kərəm, fə əsəlukə bihi və bismikəl əzəmil əzəmil əzəmil əcəllil əkrəm, əlləzi xələqtəhu fəstəqərru fi zillik, fəla yəxrucu minkə ila ğəyrik, ən tusəlliyə əla Muhəmmədin və əhli-bəytihit-tahirin, və ən təcələna minəl amilinə fihi bitaətik, vəl amilinə fihi lişəfaətik. Əllahumməhdina ila səvais-səbil, vəcəl məqiləna indəkə xəyrə məqilin fi zilli zəlil, və mulkin cəzil, fəinnəkə həsbuna və niməl vəkil. Əllahumməqlibna muflihinə muncihin, ğəyrə məğzubin ələyna və la zallin, birəhmətikə ya ərhəmər-rahimin. Əllahummə inni əsəlukə biəzaimi məğfirətik, və bivacibi rəhmətikəs-səlamətə min kulli ism, vəl ğərimətə min kulli birr, vəl fəvzə bil cənnəti vən-nəcatə minən-nar. Əllahummə dəakəd-daun, və dəəvtukə və səələkəs-sailun, və səəltukə və tələbə iləykət-talibunə və tələbtu iləyk. Əllahummə əntəs-siqətu vər-rəca, və iləykə muntəhər-rəğbəti fid-dua. Əllahummə fəsəlli əla Muhəmmədin və alih, vəcəlil yəqinə fi qəlbi vən-nurə fi bəsəri, vən-nəsihətə fi sədri və zikrəkə bil-ləyli vən-nəhar, əla lisani və rizqən vasiən ğəyrə məmnun, və la məhzurin fərzuqni və barik li fima rəzəqtəni, vəc`əl ğinayə fi nəfsi, və rəğbəti fima indək, birəhmətikə ya ərhəmər-rahimin. Tərcüməsi  (İlahi, (bu) böyük ayın bu gecəsində əzəmətli təcəllin və kəramətli elçinin vasitəsilə Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-beytinə salam yetirəsən, bizim, özümüzdən də yaxşı xəbərdar olduğun günahlarımızı bağışlayasan. Ey hər şeydən xəbərdar olan Allah, biz nadanıq! İlahi, risalət şərəfi ilə fəzilətli etdiyin, öz kəramətinlə qədir-qiymət verdiyin və şərafətli məqama ucaltdığın bu gecədə bizə bərəkət ver! İlahi, şərafətli “Məbəs”, (həzrət Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyə seçildiyi gün) mərhəmətli ağa və iffətli-təqvalı şəxsiyyətin vasitəsilə Səndən istəyirəm ki, Mühəmməd və onun Əhli-beytinə salam yetirəsən, həm bu gecə, həm də sair gecələrdəki əməllərimizi qəbul edəsən, günahlarımızı bağışlayasan, xeyir işlərimizi yaxşı mükafatlandırasan, günahlarımızın üstünü örtəsən, qəlblərimizə gözəl sözlə (behişt müjdəsi ilə) sevinc bəxş edəsən və ruzimizi Öz tərəfindən asanlıqla bol edəsən! İlahi, Sən (hər şeyi) görür, Özün isə görünmürsən, Sən ən uca məqamdasan, qayıdış yeri və işlərin sonu Sənə doğrudur, ölüm və həyat Sənin əlindədir, axirət və dünya Sənə məxsusdur! İlahi, biz zəlil və xar olmaqdan, Sənin qadağan etdiyin işləri görməkdən Sənə sığınırıq! İlahi, biz Sənin rəhmətin vasitəsilə behişti istəyir, cəhənnəm odundan Sənə pənah aparırıq, Öz qüdrətinlə bizi ondan qoru! Səndən (behiştdə) huri istəyirik, belə isə, öz izzətinlə onu bizə nəsib et, ən bol ruzimizi qocaldığımız zaman, ən gözəl əməlimizi əcəlimiz yaxınlaşan zaman qərar ver, ömrümüzü Sənə itaət, bizi Sənin dərgahına yaxınlaşdıran əməlləri yerinə yetirmək, Sənin dərgahında bəhrələnmək və Sənə yaxın olmaq üçün artır! Bütün hallar və işlərimizdə mərifətimizi kamilləşdir, bizi bəndələrindən heç birinə həvalə (möhtac) etmə ki, bizə minnət qoysun! Bütün dünya və axirət hacətlərimizi rəva et, özümüz üçün Səndən istədiklərimizi öncə əcdadımız, övladlarımız və mömin qardaşlarımıza əta et, ey mehribanların ən mehribanı! İlahi, Səndən istəyir və Sənə Sənin böyük adını və qədim (əbədi) mülkünü and veririk ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetirəsən və böyük günahlarımızı bağışlayasan. Həqiqətən, böyük günahları böyükdən başqası bağışlamaz. İlahi, bu əziz Rəcəb ayıdır ki, onunla bizi də əziz etmisən. O, hörmətli ayların birincisidir və bizi ümmətlər arasından həmin ayın vasitəsilə əziz etmisən. Həmd yalnız Sənə məxsusdur, ey ehsan və kərəm sahibi! Bu ayın və Sənin ən böyük (üç dəfə), əzəmətli və kəramətli adının – xəlq etdiyin, öz ərşinin kölgəsində yerləşdirdiyin və Səndən başqasına doğru xaric olmayan adının vasitəsilə Səndən istəyirik ki, Mühəmməd və onun pak Əhli-beytinə salam yetirəsən, bizi bu ayda Sənin itaətinlə məşğul olanlar və Sənin şəfaətinə ümid bəsləyənlər sırasında qeyd edəsən! İlahi, bizi doğru yola hidayət et və bizim (qiyamətdəki) istirahət yerimizi öz yanında, ən yaxşı istirahət yeri, gözəl kölgəlikdə və geniş bir mülkdə təyin et. Həqiqətən, Sən bizə kifayətsən və (Sən) necə də gözəl vəkilsən! İlahi, bizi nicat əhli, xilaskar, qəzəb olunmayan və zəlalətə düşməyənlərdən et! Sənə and verirəm öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi! İlahi, məğfirətinin səbəbləri və Özünə vacib etdiyin rəhmətinə xatir məni günahlardan qoru, yaxşı işlərlə faydalandır, behiştə çatdır və cəhənnəm odundan nicat ver! İlahi, Səni çağıranlar çağırdı, mən də çağırdım, Səni istəyənlər istədi, mən də istədim və hacət istəyənlər Səndən hacətini istədi, mən də Səndən hacət istədim! İlahi, Sən mənim etimadım və ümidimsən, dua və arzuların sonu Sənə doğrudur! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir, qəlbimə yəqinlik, gözümə nur və sinəmə xeyirxahlıq bəxş et və dilimə gecə və gündüz zikrni cari et, mənə minnətsiz və maneəsiz bol ruzi ver, ruzi verdiklərini bərəkətli et, nəfsimə zənginlik bağışla və məni öz yanında olanlara rəğbətləndir! Sənə and verirəm öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!) Sonra səcdəyə gedib, yüz dəfə deyirsən: Oxunuşu  Əlhəmdu lillahilləzi hədana bimərifətih, və xəssəna bivilayətih, və vəffəqəna litaətih, şukrən şukra. Tərcüməsi (Həmd-səna bizi Öz mərifəti ilə hidayət, Öz vilayətinə məxsus və itaətinə müvəffəq edən Allaha məxsusdur. Ona şükürlər olsun!) Sonra səcdədən başını qaldırıb de: Oxunuşu  Əllahummə inni qəsədtukə bihacəti, vətəmədtu ələykə biməsələti, və təvəccəhtu iləykə biəimməti və sadəti. Əllahummənfəna bihubbihim, və əvridna məvridəhum, vərzuqna murafiqətəhum, və ədxilnəl cənnətə fi zumrətihim, birəhmətikə ya ərhəmər-rahimin! Tərcüməsi  (İlahi, hacətimə görə Səni qəsd etdim, istəyimə görə Sənə etimad bəslədim, imamlarım və sərvərlərim vasitəsilə Sənə üz tutdum. İlahi, onlara məhəbbətlə bizi faydalandır, onların daxil olduğu yerə bizi də daxil et, onlarla yoldaş olmağı bizə nəsib et, bizi onların zümrəsində (onlarla birgə) cənnətə daxil et! Sənə and veririk öz rəhmətini, ey rəhmlilərin ən rəhmlisi!) (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)

Müsəlmanın həyat tərzi 19.02.2025

Sevinc də, kədər də, çətinliklər də bir gün sona çatacaq.

Bu dünya müvəqqətidir. Sevinc də, kədər də, çətinliklər də bir gün sona çatacaq. Dünyanı tanıyan insan bunu anlayar və problemlərə görə qüssələnməz. Çünki bilir ki, hər çətinlik Allaha yaxınlaşmaq üçün bir imkandır. İmam Əli (ə) buyurur: “Dünyanı tanıyan kəs problemlərinə görə qüssələnməz.” Həyatın hər anı bizə bir mesajdır: Sevincin qiymətini bil, çətinliklərdə səbirli ol və axirətini düşün. Qarşına çıxan hər sınaq, qəlbini Allaha bağlamağın bir yoludur. Unutma, hər fırtınadan sonra günəş çıxar. Allahın mərhəmətinə güvən və həmişə ümidli ol.

Dua 19.02.2025

Sıxıntılardan nicat duası

İmam Əli (ə) buyurdu: Hər kəs canı, malı, ailəsi və övladı barədə rastlaşdığı çətinlikdən və zalimlərin şərrindən nicat tapmaq və xilas olmaq istəyirsə, bu duaya sığınsın ki, İnşaallah, bu dua qorxduğu problemlər barədə ona kifayət edər: «اللَّهُمَّ إِنِّي أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ نَبِيِّ الرَّحْمَةِ وَ أَهْلِ بَيْتِهِ الَّذِينَ اخْتَرْتَهُمْ‏ عَلى‏ عِلْمٍ عَلَى الْعالَمِين. اللَّهُمَ‏ فَذَلِّلْ‏ [لِي‏] صُعُوبَتَهَا وَ حُزُونَتَهَا وَ اكْفِنِي شَرَّهَا فَإِنَّكَ الْكَافِي الْمُعَافِي وَ الْغَالِبُ الْقَاهِرُ». “Əllahummə inni ətəvəccəhu iləykə bi-nəbiyyikə nəbiyyir-rəhməti və əhli-bəytihi, əl-ləzinə ixtərtəhum əla elmin ələl-aləmin. Əllahummə fəzəllil li suubətəha və huzunətəha, vəkfini şərrəha, fə innəkə əl-kafi, əl-muafi, vəl-ğalibil-qahir.” Ravəndi, “Sulvətul-Həzin” (əd-Dəəvat), s.65, hədis:161 və 162.

QURANI KƏRIM 19.02.2025

“Mursəlat” surəsi

“Mursəlat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun dalbadal göndərilən mələklərə və iti külək kimi hərəkət edənlərə! And olsun (buludları) yayanlara, ayıranlara! And olsun ayıldıcı ayələri çatdıranlara – son xəbərdarlığı etmək və ya qorxutmaq üçün. Sizə (Qiyamət barədə) vəd edilən şey, mütləq, vaqe olacaqdır. Ulduzlar sönəcəyi zaman; Göy yarılacağı (planetlər bir-birindən uzaqlaşacağı) zaman; Dağlar yerindən qopduğu zaman; Peyğəmbərlərə (şahidlik etmək üçün) vaxt təyin olunacağı zaman – (deyiləcəkdir): “Verilmiş möhlət hansı günə qədərdir?” (Deyiləcəkdir): “(Haqqın batildən) ayırd ediləcəyi günədək!” Ayırd etmə gününün nə olduğunu sən haradan biləsən? Yalan sayanların o gün vay halına! Biz (günah edən) ilk nəsilləri həlak etmədikmi?! Sonra başqalarını da onların dalınca göndəririk. Biz günah sahibləri ilə belə davranırıq. Yalan sayanların o gün vay halına! ———————————————————————————- “Mursəlat” surəsinin ümumi məzmunu: Bu surədə daha çox Qiyamət və onu inkar edənlərin, yalan sayanların təhdid edilməsinə, qorxudulmasına aid məsələlər yer almışdır.[1] 1-6. And: Çox mühüm məsələlərdən xəbər verən bu andlarla bağlı üç yozum irəli sürülmüşdür: 1. Bu beş and vasitəsilə təbiətin bir çox hadisələrində mühüm rol oynayan küləklərə işarə edilmişdir. Buna görə ayələrin mənası belə olur: And olsun bir-birinin dalınca əsən küləklərə, and olsun şiddətlə əsən tufanlara, and olsun buludları yayan və onlardakı yağış damcılarını quru torpağa yollayan küləklərə, and olsun yağış yağdıqdan sonra buludları dağıdan küləklərə, and olsun bu nizam-intizamla Allahı xatıladan küləklərə. 2. Bu andlarla mələklərə işarə edilmişdir. Ayələrin mənası belədir: And olsun peyğəmbərlərə dalbadal göndərilən mələklərə, and olsun öz vəzifələrini icra etmək üçün tufan kimi sürətlə hərəkət edənlərə, and olsun səmavi kitabların ayələrini peyğəmbərlərin qarşısında açıb yayanlara, bu vasitə ilə haqqı batildən ayıranlara, Allahın zikrini və əmrlərini peyğəmbərlərə endirənlərə. 3. Birinci və ikinci andda küləklər və tufanlar, üç, dörd və beşinci andda Allahın ayələrinin mələklər tərəfindən yayılması, haqqın batildən ayırd edilməsi, son xəbərdarlıq və qorxutmaq məqsədilə Allahın əmrlərinin peyğəmbərlərə çatdırılması nəzərdə tutulmuşdur. Üçüncü təfsir bir çox cəhətlərdən daha uyğun görünür.[2] 11-13. Peyğəmbərlər üçün vaxt təyin edilməsi: Qiyamət haqqında məlumat verildikdən sonra bu ayədə deyilir: O vaxt növbə ilə gəlib öz ümmətlərinə şahildik etmələri üçün peyğəmbərlərə vaxt təyin ediləcək. “Əraf” surəsinin 6-cı ayəsində belə buyurulmuşdur: “Biz həm özlərinə peyğəmbər göndərilmiş şəxslərdən soruşacağıq, həm də peyğəmbərlərin özlərindən.” 12-ci ayədə Allah-taala belə buyurur: “Şahidlik etmələri üçün peyğəmbərlərə verilmiş möhlət hansı günə qədər təxirə salınıb?” Ardınca belə cavab verilir: “(Haqqın batildən) ayırd ediləcəyi günədək!” Həmin gün haqqın batildən, möminlərin kafirlərdən, əməlisalehlərin pis əməl sahiblərindən ayırd edildiyi, Allahın hər kəs haqqında hökm verəcəyi gündür. Bu sual-cavab həmin günün böyüklüyünü göstərmək üçündür. “(Haqqın batildən) ayırd ediləcəyi gün!” həmin gün haqqında söylənmiş çox dərin məzmunlu bir ifadədir.[3] Yalan hesab edənlərin vay halına: “Vay” sözü insanlar həlak olduqda, əzab və bədbəxtliyə düçar olduqları vaxt deyilir. Bəziləri onun əzab sözündən daha ağır məna daşıdığını bildirmişlər. Bəziləri “Vay”ın Cəhənnəmdə bir quyu və ya dərə adı olduğunu, burada onun leksik mənası deyil, real nümunəsinin nəzərdə tutulduğunu qeyd etmişlər. Quranda bu sözə çox yerdə, o cümlədən kafirlər, müşriklər, yalançılar, yalan hesab edənlər, günahkarlar, çəkidə aldadanlar, qafil namazqılanlar haqqında işləndiyinə rast gəlinir. Ancaq Quranda bu söz daha çox yalan hesab edənlər haqqında işlədilmişdir. O, sözü gedən surədə on dəfə təkrar edilmişdir.[4] Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? Sonra onu etibarlı və hazır bir yerdə yerləşdirmədikmi – məlum bir vaxta kimi? Biz buna qadir olduq. Deməli Biz yaxşı qüdrət sahibiyik (və ölüləri dirildib hüzurumuza gətirmək Bizə asandır)! Yalan sayanların o gün vay halına! Məgər Biz yeri insanların toplaşdığı mərkəz etmədik – həm diri olduqları, həm də ölü olduqları vaxt? Orada möhkəm və uca dağlar yaratdıq və sizə şirin sulardan içirtdik Yalan sayanların o gün vay halına! (O gün onlara belə deyiləcək): “Dərhal gedin yalan hesab etdiyinizə (Cəhənnəmə) doğru! Üç qola ayrılan (boğucu və yandırıcı) kölgəyə tərəf gedin!” O kölgə nə rahatlıq gətirir, nə də alovdan qoruyur. Hər biri hündür imarət həcmində olan qığılcımlar püskürür. Onlar sanki sarı dəvələrdir. Yalan sayanların o gün vay halına! Bu, (günahkarların) danışa bilməyəcəkləri (və özlərini müdafiə edə bilməyəcəkləri) bir gündür. Onlara üzrxahlıq etmək üçün izn verilməyəcəkdir. Yalan sayanların o gün vay halına! (Onlara deyiləcək:) Bu gün həm sizi, həm də əvvəlkiləri topladığımız (haqqı batildən) ayırd etmə günüdür! Əgər qarşımdan qaçmağa bir çarəniz varsa, həyata keçirin! Yalan sayanların o gün vay halına! (Həmin gün) müttəqilər kölgəliklərdə, çeşmələr başında və istədikləri meyvələrin arasında olacaqlar. (Onlara deyiləcək): “Nuşcanlıqla yeyin-için. Bunlar etdiyiniz əməllərin qarşılığıdır! Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” Yalan sayanların o gün vay halına! (Günahkarlara de:) “Yeyin və bu az müddətdə (dünya həyatından) ləzzət alın (ancaq bilin ki, Allahın əzabı sizi gözləyir)! Çünki siz günahkarlarsınız! Yalan sayanların o gün vay halına! Onlara: “Rüku edin!” – deyildiyi zaman rüku etməzlər. Yalan sayanların o gün vay halına! (Əgər onlar bu Qurana inanmırlarsa,) ondan sonra hansı sözə inanacaqlar? ————————————————————————————– Yer insanların toplaşdığı mərkəzdir: Yer bütün insanların toplaşdığı məkandır: diriləri üzərində cəm edib bütün ehtiyaclarını təmin edir, özündə ölülərə də yer verir. Təsəvvür edin, əgər yer ölülərin dəfn edilməsi üçün əlverişli olmasaydı, onlardan yaranan xəstəliklər bütün canlı aləmi üçün faciə yaradardı. Yer övladlarını ətrafına toplayıb qanadları altına alan bir ana kimi, insanları öz üzərində toplayır, qidalandırır, paltarla təmin edir, yaşamaları üçün yer verir, ehtiyacalrını ödəyir, ölənlərini bağrına basır, pis təsirlərini məhv edir. Möminlərin əmiri İmam Əli (ə) Siffeyn müharibəsindən Kufəyə qayıdarkən Kufə yaxınlığına çatanda Kufə darvazasından kənarda olan qəbristanlığa nəzər salıb buyurmuşdur: “Bu, ölülərin toplaşdığı məkandır”. Sonra isə üzünü Kufəyə tərəf tutaraq: “Bu da dirilərin toplaşdığı məkandır”, – deyə buyurmuşdur. Ardınca sözü gedən ayəni oxumuş, həyat ilə ölüm mənzili arasında çox az məsafə olmasına işarə etmişdir.[5] 30-33. İmarət kimi qığılcımlar: 29-cu ayədə Qiyamət günü məadı inkar edənlərə hər zaman inkar etdikləri Cəhənnəmə doğru hərəkət etmələri əmrinin veriləcəyi buyurulmuşdur. Bu ayələrdə onların çəkəcəkləri əzab haqqında bir qədər izah verilmişdir. “Üç qola ayrılmış kölgə” deyilərkən üç boğucu tüstü nəzərdə tuutulmuşdur: yuxarıdan, sağdan və soldan gələn tüstü. Həmin qatı tüstü onları hər tərəfdən əhatə edərək öz kamına alacaq. 32-ci ayədə Cəhənnəmin yandırıcı odu ilə bağlı başqa bir izah verilmişdir: “Hər biri hündür imarət həcmində olan qığılcımlar püskürür.” Yəni oranın odunun qığılcımı bu dünyadakı odun iynə ucu boyda olan qığılcımı boyda deyil, daha böyük olacaq. Burada “imarət” ifadəsi ilə daha dərin məna nəzərdə tutulmuşdur. Əslində, burada “dağ boyda qığılcım” da deyilə bilərdi. Ancaq unutmaq olmaz ki, elə bu surənin 27-ci ayəsində dağlar xeyir və bərəkət, şirin su mənbəyi kimi təqdim edilmişdir. Ancaq imarətlər, saraylar, qəsrlər qığılcım saçan yandırıcı odun şölələrinin mənbəyidir. Buna görə də günahkarlar o dünyada imarətləri boyda olan qığılcımlar içində yanmalıdırlar. 33-cü ayədə həmin qığılcımlar haqqında başqa bir ifadə işlədilmişdir: “Onlar sanki sarı dəvələrdir.” Əvvəlki ayədə bu qığılcımlar imarətlərə həcm baxımından bənzədildiyi halda, burada çoxluq, rəng, hərəkət, hər tərəfə yayılma baxımından ətrafa səpələnmiş dəvə sürüsünə bənzədilmişdir. Qığılcımları bu cür olan bir odun özü haqqında danışmağa isə artıq lüzum qalmır.[6] 35-36. Yalan hesab edənlərin danışmayacağı gün: Qiyamət elə bir gündür ki, onu yalan hesab edənlərə nə danışmağa, nə üzr istəməyə, nə də özlərini müdafiə etməyə icazə veriləcək. Çünki bütün həqiqətlər ortada olacaq, deməyə heç nə qalmayacaq.[7] Soruşula bilər ki, dillərin danışa bilməməsinə Qiyamətin böyük qorxusu səbəb olacaq, ya onların üzr istəməyə, deməyə və danışmağa sözləri olmayacaq? Yoxsa Allahın hökmü ilə dil öz funklsiyasını itirəcək, əvəzinə bədən üzvləri şahidlik edəcək? Üçüncü təfsir daha münasib görünsə də, ayədə hər üç təfsirin nəzərdə tutula biləcəyini söyləyə bilərik.[8] İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Allah əsaslı üzrü olan bəndəsinin üzr istəməsinə icazə verməməkdən daha uca, daha böyük, daha ədalətlidir. Əslində, onların ümumiyyətlə, istəməyə üzrləri olmayacaq.”[9]     [1] Nümunə, c.25, səh.391 [2] Nümunə, c.25, səh.397 [3] Nümunə, c.25, səh.401 [4] Nümunə, c.25, səh.402 [5] Nümunə ,c.25, səh.411 [6] Nümunə, c.25, səh.417 [7] Nümunə, c.25, səh.421 [8] Pəyame-Quran, c.5, səh.110 [9] Nümunə, c.25, səh.421

QURANI KƏRIM 19.02.2025

“İnsan” surəsi

“İnsan” surəsi Rəhman və Rəhim Allahın adı ilə! İnsanın elə bir dövrü olub keçmişdir ki, o, həmin dövrdə xatırlanası bir şey olmasın?! İnsanı qarışdırılmış nütfədən yaratdıq və onu sınaqdan keçirmək üçün eşidən və görən etdik. Biz yolu ona göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. Kafirlər üçün zəncirlər, buxovlar və yandırıcı şölələri olan od hazırlamışıq. Sözsüz ki, möminlər xoş ətirli (şərab dolu) badələrdən nuş edəcəklər – ——————————————————————————————– Allaha baxmaq: Bu ayədə Cənnət sakinlərinə ediləcək ən böyük mənəvi hədiyyədən bəhs edilir. Həmin hədiyyə qəlb gözü və batini müşahidə ilə Allahın camalına baxmaqdır. Bu baxış onları Allahın misilsiz zatına, mütləq kamillik və gözəlliyə cəzb edəcək, onlara bir an bütün dünya və dünyadakılardan da üstün olan təsəvvürəgəlməz mənəvi zövq bəxş edəcək. Bir qrup məlumatsız insan burada hissə aid müşahidədən, Qiyamətdə Allahın zahiri hiss orqanı olan gözlə görüləcəyindən danışıldığını iddia etmişdir. Halbuki bu cür görmə Allahın cism olmasını tələb edir. Çünki məkan və keyfiyyət cismə xas olan xüsusiyyətlərdir. Allah isə bu xüsusiyyətlərdən ucadır. Quran ayələrində də bu məsələyə dəfələrlə toxunulmuşdur (Ənam-103). Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Cənnət sakinləri Cənnətə daxil olduqları zaman Allah buyuracaq: “Sizin üçün artırmağımı istədiyiniz bir şey varmı?” Onlar deyəcəklər: “Bizim üzümüzü ağardıb Cənnətə daxil etmədinmi? Oddan xilas etmədinmi?” Bu zaman pərdələr çəkiləcək. Həmin vaxt onlar üçün Rəblərinə baxmaqdan gözəl bir şey olmayacaq.”[1] “İnsan” surəsinin ümumi məzmunu: Bu surə məzmun etibarı ilə beş hissədən ibarətdir: 1. İnsanın yaradılışı, yolun ona göstərilməsi və yol seçimində onun azad buraxılması. 2. Möminlərin bəzi mükafatlarının qeyd edilməsi. Əhli-beytə aid olan xüsusi nazilolma səbəbi və sözügedən mükafatın onlara layiq görülməsinin dəlilləri. 3. Quranın əhəmiyyəti, onun hökmlərinin icra yolları, habelə özünü islah etməyin enişli-yoxuşlu yolu. 4. İnsanın ixtiyar sahibi olması ilə yanaşı Allahın iradəsinin hökmranlığına işarə.[2] 5-22. Peyğəmbər Əhli-beytinin (s) üstünlüyünü təsdiq edən böyük fakt: İbn Abbas belə nəql edir: İmam Həsənlə, İmam Hüseyn (əleyhiməs-salam) xəstələnmişdi. Peyğəmbər (s) bir dəstə səhabəsi ilə onlara dəyməyə gəlmişdi. Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu: “Ey Əbülhəsən, yaxşı olardı ki, övladlarının şəfa tapması üçün nəzir edəsən”. Həzrət Əli (ə), həzrət Fatimə (ə) və Fizzə (onların xidmətçisi) nəzir edirlər ki, əgər onlar şəfa tapsalar, üç gün oruc tutacaqlar. Bəzi hədislərə görə İmam Həsənlə, İmam Hüseyn (əleyhiməs-salam) də oruc tutmağı nəzir edir. Çox çəkmir ki, onların hər ikisi sağalır. Həmin vaxt onların maddi vəziyyətləri də yaxşı olmur. Həzrət Əli (ə) 3 kq arpa borc alır, həzrət Fatimə (ə) onun üçdə birindən çörək bişirir. İftar vaxtı qapıya bir dilənçi gəlib deyir: “Salam olsun sizə, ey Mühəmmədin ailəsi! Müsəlman yoxsullarındanam, mənə yemək verin, Allah da sizə Cənnət yeməklərindən lütf etsin”. Onlar hamısı öz payını həmin yoxsula verib yalnız su ilə keçinir. İkinci gün də oruc tuturlar, iftara yemək (arpa çörəyi) hazırladıqları vaxt qapıya bir yetim gəlir. Həmin gün də öz paylarından keçirlər, yenə də su ilə kifayətlənirlər. Növbəti gün yenə oruc tuturlar. Bu dəfə qürub vaxtı bir əsir gəlir. Bu dəfə də paylarını verirlər. Səhər açılandan sonra həzrət Əli (ə) İmam Həsənlə, İmam Hüseynin (əleyhiməs-salam) əlindən tutub Peyğəmbərin (s) yanına gedir. Peyğəmbər (s) onların aclıqdan titrədiklərini görüb buyurur: Sizin bu vəziyyətiniz mənə çox ağır gəldi. Sonra ayağa qalxıb onlarla birlikdə yola düşür. Həzrət Fatimənin (ə) evinə daxil olanda onun aclıqdan qarnı belinə yapışmış və gözləri batmış halda mehrabda dayanıb namaz qıldığını görürlər. Peyğəmbər (s) çox narahat olur. Bu vaxt Cəbrail enib buyurur: “Ey Muhəmməd, bu surəni qəbul et ki, Allah belə bir ailəyə sahib olduğuna görə səni təbrik edir”. Cəbrail bunu söyləyib “İnsan” surəsini nazil edir. Bəziləri həmin vaxt “İnsan” surəsinin 5-22-ci ayələrinin nazil olduğunu qeyd etmişlər.[3] Sünni məzhəbinin ən böyük təfsirçilərindən olan Alusi də bu surənin Əhli-beyt (ə) haqqında nazil olduğunu qeyd etmiş və ayələrin altından belə yazmışdır: “Bu surədə Cənnət xidmətçilərindən danışıldığı halda, Zəhrayi-Bətula (s) hörmət əlaməti olaraq qaragözlü hurilərdən danışılmır.”[4]     Allahın xas bəndələrinin içdiyi və istədiyi yerdən axıtdığı çeşmədən. Onlar vəd etdikləri nəziri verər və əzabı hər yeri sarmış gündən qorxarlar. Onlar özləri istədikləri (ehtiyac duyduqları) yeməyi kasıba, yetimə və əsirə verərlər (və deyərlər): “Biz sizi yalnız Allaha xatir yedirdirik və sizdən nə əvəz, nə də bir minnətdarlıq gözləyirik! Əslində, biz ağır və zəhmli gündə Rəbbimizdən qorxuruq!” (Bu etiqad və əməllərinə görə) Allah onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. Səbr etdiklərinə görə onlara Cənnəti və ipəkdən olan Cənnət libasları bağışlayar. Orada taxtlar üzərində dirsəklənəcək və orada nə günəş, nə də soyuq görəcəklər. Cənnət ağaclarının kölgələri onlar üçün aşağı enəcək, meyvələrini də dərmək asan olacaq. Onların ətrafına (təamlarla dolu) gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq. Gümüşdən olan elə büllur qədəhlər ki, onları münasib ölçüdə hazırlamışlar. Orada onlara zəncəfil qatılmış pak şərabla dolu badələr içirdiləcək. (Həmin badələr) Cənnətdə Səlsəbil adlı bulaqdan (doldurulacaq). Onların ətrafında həmişə gənc olan xidmətçi gənclər dolanacaq. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan. Oraya baxsan, nemət və əzəmətli səltənət görərsən. Onların əyinlərində taftadan və atlazdan yaşıl paltarlar olacaq. Qolları gümüş bilərziklərlə bəzədiləcək. Rəbləri onlara pak şərab içirdəcəkdir. (Onlara deyiləcəkdir): “Bu sizin hədiyyənizdir, səyiniz təşəkkürə layiqdir”. Həqiqətən, Biz Quranı sənə nazil etdik. Buna görə də Rəbbinin hökmünün (təbliği və icrasında) səbirli və dözümlü ol və onlardan heç bir günahkara və ya kafirə itaət etmə! Hər səhər-axşam Rəbbinin adını xatırla! ————————————————————————————– Xas bəndələrə aid olan bulaq: Allahın xas bəndələrinin ixtiyarında olan pak şərab bulağı onlar istədiyi verdən baş qaldırıb axır. İmam Baqir (ə) həmin bulaq haqqında belə buyurmuşdur: “O bulaq İslam peyğəmbərinin (s) evindədir, oradan digər peyğəmbərlər və möminlərin evinə axır.” Dünyada elm və mərhəmət bulağı Peyğəmbərin (s) evindən Allah bəndələrinin evinə doğru cərəyan etdiyi kimi, axirətdə də onun böyük bir təcəssümü olacaq, pak şərab çeşməsi vəhy evindən qaynayıb möminlərin evlərinə doğru axacaq.[5] Başqalarına yemək verməyin savabı: Acları doydurmaq yaxşı insanların ən üstün cəhətlərindəndir. Quranda bu cəhətə çox böyük önəm verilmişdir. Əgər müasir dünyaya nəzər salsaq, yayılan xəbərlərə görə hər il dünyada milyonlarla adam aclıqdan ölür. Halbuki dünyanın başqa yerlərində zibilliklərə külli miqdarda yemək tökülür. Bu da İslam qanunlarının çox yüksək dəyərlərə sahib olduğunu, dünyanın isə ondan nə qədər uzaq düşdüyünü açıq şəkildə göstərir. Hədislərdə də bu məsələyə xüsusi önəm verilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Bir möminə qarnı doyunca yemək verən şəxsi axirətdə hansı mükafatın gözlədiyini aləmlərin Rəbbi olan Allahdan başqa heç kəs, hətta Allahın yaxın mələkləri və peyğəmbərlər də bilməz.” Hədislərdə açıq şəkildə qeyd edilir ki, mömin və müsəlman olmasa belə, ac adamları doydurmaq ən yaxşı əməllərdəndir. İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Allah dərgahında əməllərin ən yaxşısı yanan ciyərləri sərinlətmək, ac qarınları doydurmaqdır. Canım əlində olana and olsun, müsəlman qardaşı gecəni ac yatdığı halda, tox yatan bəndə mənə iman gətirməmişdir.”[6] Orada nə günəş, nə də soyuq görəcəklər: Bu cümlə Cənnət havasının çox xoş olduğunu bədii çalarlarla ifadə edir. “Zəmhərir” şiddətli soyuğa deyilir. İbn Abbasa istinad edilən bir hədisdə belə deyilir: “Cənnət sakinləri qəfildən Cənnəti işıqlandıran günəş işığına bənzər bir işıq görəcək və Cənnət məmuruna deyəcəklər: “Bu nə işıqdır belə? Axı Allah buyurub ki, orada nə günəş, nə də soyuq görəcəklər.” O isə belə deyəcək: “Bu, günəş və ay işığı deyil, Əli (ə) və Fatimə (ə) gülüb, Cənnət onların dişlərinin nurundan işıqlanıb.”[7] Pak şərab: Cənnətdə əməlisalehlərə verilən nemətlərdən söz açılarkən dadlı və ləzzətli içkilərdən də danışılır. Ancaq onlarla bu ayədə qeyd edilən içki arasında çox böyük fərq olduğunu görürük. Onlarda içkini verən saqi əbədiyaşar gənclər, burada isə Allahdır. İnsanı tərbiyə edib yüksək kamillik mərhələlərinə nail edərək, son mərəhləyə yüksəldən Allah lütfkarlığının ən yüksək həddini nümayiş etdirir, Öz qüdrət əli ilə əməlisaleh bəndəsini pak şərabla sirab edir. Ümumiyyətlə, “təhur” ərəbcə həm pak olana, həm də pak edənə deyilir. Deməli, bu içki insanın cismini və ruhunu istənilən bulaşıqdan təmizləyir, ona sözlə ifadə edilməsi qeyri-mümkün olan ruh, nur və sevinc bəxş edir. İmam Sadiqin (ə) bu ayənin təfsirini ehtiva edən bir hədisində belə deyilir: “Onları Allahdan başqa hər şeydən təmizləyər”. Qəflət pərdələrini yox edər, örtükləri aradan qaldırar, insanı Allah yaxınlığında daimi hüzura layiq edər.[8]   Gecə vaxtı Ona səcdə et və gecə uzun müddət Onun şəninə təriflər de! Bunlar ötəri dünyanı sevib ağır günü tərk edirlər. Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları başqaları ilə əvəz edərik. Bu, bir xatırlatmadır. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar. Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Allah biləndir, müdrikdir! O, istədiyini (layiq gördüyünü) Öz rəhmətinə daxil edər. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır. [1] Nümunə, c.25, səh.302 [2] Nümunə, c.25, səh.327 [3] Nümunə, c.25, səh.343 [4] Əl-Mizan, c.20, səh.143 [5] Nümunə, c.25, səh.350 [6] Nümunə, c.25, səh.357 [7] Nümunə, c.25, səh.363 [8] Nümunə, c.25, səh.371

QURANI KƏRIM 19.02.2025

“Qiyamət” surəsi

“Qiyamət” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun Qiyamət gününə! And olsun ayıq vicdana, tənə edən nəfsə (ki, Qiyamət haqdır)! İnsan elə düşünür ki, Biz onun sümüklərini yığmayacağıq? Xeyr, Biz onun barmaqlarının uclarını(n hətta xətlərini də) bərpa etməyə qadirik. (İnsan məada şəkk etmir) sadəcə, o, bütün ömrü boyu günah etmək istəyir. (Buna görə də) o: “Qiyamət günü nə vaxt olacaq?” – deyə soruşur. Gözlərin qorxudan fırlanacağı, ayın tutulacağı və günəşlə ayın qovuşacağı zaman – o gün insan deyəcəkdir: “Hara qaçaq?” Xeyr, (o gün) pənah aparılacaq yer olmayacaq. O gün son sığınacaq (ancaq) sənin Rəbbinə doğru olacaqdır. O gün insana öncədən və ya sonra göndərdiyi bütün əməllər xəbər veriləcəkdir. Əslində, insan öz vəziyyətindən xəbərdardır, hətta (üzdə) özünə üzr (və bəhanə)lər gətirsə belə! Onu (Quranı) tələsik oxumaq üçün dilini hərəkət etdirmə! Çünki onu (sənin qəlbinə) toplamaq və (sənin dilindən) oxumaq Bizə aiddir. Deməli, Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, onu izah etmək də Bizə aiddir. —————————————————————————————- 50-51. Haqdan sanki şirdən ürküb qaçan vəhşi eşşəklər kimi qaçmaq: Vəhşi eşşəklərdə şirə qarşı qəribə qorxu hissi var. Hətta şirin səsini eşitdikdə belə, qorxu hissi onları elə bürüyür ki, dəli kimi olub ətrafa səpələnirlər. Şir sürüyə hücum etdikdə onlar bu səhnəni izləyən adamda heyrət doğuracaq şəkildə pərən-pərən düşürlər. Ümumiyyətlə, hər şeydən qorxub-hürkən bu heyvan qaniçən düşmənindən daha çox qorxur. Bu ayə müşriklərin ruha qida olan ayələrdən qorxub qaçmasını obrazlı şəkildə həm şüursuz olan, həm də hər şeydən ürküb qaçan vəhşi eşşəyin qaçışına bənzətmişdir. Halbuki Quran nəsihət və xatırlamadan başqa bir şey deyil.[1] “Qiyamət” surəsinin ümumi məzmunu: Surənin əsas məzmununu məad və Qiyamət gününə aid məsələlər təşkil edir. Yalnız bəzi ayələrində Quran və onu yalan hesab edənlərdən danışılır.[2] Vicdan məadın doğru olduğunu sübuta yetirən bir dəlildir: Məadın doğru olduğunu sübuta yetirən vasitələrdən biri insanın daxilindəki vicdan məhkəməsidir. İnsan yaxşı iş gördükdə vicdan onun ruhunu sevinc, şadlıq və fərəh hissi ilə doldurur, bu vasitə ilə sahibini mükafatlandırır, pis bir iş gördükdə, cinayət törətdikdə isə sahibinin ruhuna təzyiq göstərir, ona əzab verir. Bəzən bu hiss elə bir həddə çatır ki, cinayəti törətmiş adam vicdan əzabından xilas olmağın yolunu intiharda görür. Necə deyərlər, vicdan öz sahibinin edam hökmünü özü kəsib icrasını onun özünə tapşırır. Vicdan hissi bəzi adamlarda çox güclü, bəzilərində isə çox zəifdir. Ancaq hər bir adamda mövcuddur. Sadəcə, çox adam etdiyi çoxsaylı günahlar nəticəsində onu tamamilə yararsız hala salır.[3] Əgər kiçik dünyanın – insanın öz daxili dünyasının kiçik bir məhkəməsi varsa, böyük dünyanın – bu əzəmətdə olan varlıq aləminin məhkəməsi niyə olmamalıdır? İnsan vicdan vasitəsilə diriliş və Qiyamətin doğruluğunu dərk edir. Bununla da surənin əvvəlində qeyd edilmiş iki and arasındakı əlaqə aydın olur. Başqa sözlə desək, ikinci and birinci and üçün bir dəlildir.[4] 14-15. İnsan öz əməllərinin ən yaxşı hakimidir: Bu ayədə insanın bədən üzvlərinin öz əməllərinə şahidlik edəcəyindən bəhs edən digər Quran ayələrinin ehtiva etdiyi məzmun əks olunmuşdur (Fussilət-20, Yasin-65). Belə ki, Qiyamət günü insanın əməllərinin ən böyük şahidi o özü olacaq. Çünki insan özünü hər kəsdən yaxşı tanıyır, özünə hər kəsdən daha çox bələddir. Baxmayaraq ki, bütün sirlərdən xəbərdar olan, böyük məhkəmənin yeganə sahibi olan Allah tam sübut üçün bir çox şahidlər gətirəcəkdir. Bu ayələrdə məad və Qiyamətdən bəhs edilsə də, onların məzmunu daha genişdir, dünyaya da şamil olur. Çünki insan dünyada öz həqiqi simasını yalanlar, arxa çevirmələr, qaçmalar, inkarlar, imtinalar və riyakarlıq pərdəsi arxasında gizləsə də, öz vəziyyətindən xəbərdardır. İmam Sadiq (ə) belə buyurmuşdur: “Sizlərdən kimsə öz zahirini bəzəyib gizlində pis işlərlə məşğul olarsa, nə edə bilər? Özü özünə müraciət etsə, belə olmadığını bilməzmi? Allah-taala buyurur: “İnsan öz vəziyyətindən xəbərdardır”. İnsanın daxili dünyası düzələrsə, zahiri də yaxşı olar, gözəlləşər.”[5]   Xeyr (siz düşündüyünüz kimi deyil, məadın dəlilləri sizün üçün yetərsiz deyil)! Sadəcə, siz tez ötüb keçən dünyanı (və heç bir məhdudiyyəti olmayan nəfsi istəkləri) sevir, axirəti tərk edirsiniz. O gün neçə-neçə üzlər sevinəcək və öz Rəblərinə baxacaq. O gün neçə-neçə üzlər də tutulub qaralacaq, Çünki qarşıda bel sındıran bir əzab olduğunu biləcək. Xeyr (o düşündüyü kimi deyil), can xirtdəyə yetişəcəyi zaman: “Bunu (ölümün çəngindən) xilas edən varmı?” – deyiləcəkdir. Dünyadan ayrıldığını yəqin edəcək və baldır baldıra dolaşacaq. O gün hamının yolu Rəbbinə doğru olacaq. 3 (Həmin gün deyiləcək:) O nə iman gətirdi, nə də namaz qıldı. Yalan saydı və üz döndərdi. Sonra da lovğa-lovğa ailəsinin yanına qayıtdı. (Buna görə də ona deyiləcək:) Allahın əzabı sənə daha layiqdir, daha layiq! Yenə də Allahın əzabı sənə daha layiqdir, daha layiq! Bəlkə insan məqsədsiz tərk edildiyini güman edir? Məgər o, (uşaqlığa) axıdılan bir damla nütfə deyildi?! Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Belə bir varlıq ölüləri diriltməyə qadir deyil? [1] Nümunə, c.25, səh.263 [2] Nümunə, c.25, səh.271 [3] Nümunə, c.25, səh.275 [4] Nümunə, c.25, səh.285 [5] Nümunə, c.25, səh.292

QURANI KƏRIM 19.02.2025

“Muddəssir” surəsi

“Muddəssir” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ey yuxu libasına bürünmüş! Qalx və xəbərdar et! Rəbbini uca tut! Paltarını təmizlə! Pis şeylərdən uzaq dur! Daha artığına göz dikərək minnət qoyma! Rəbbin üçün səbir et! Sur üfürülərkən – həmin gün çətin bir gün olacaq. Kafirlərə asan olmayacaqdır. Məni Öz yaratdığımla tək burax, Mən ona bolluca var-dövlət bağışladım, hər zaman yanında olan övladlar (verdim) və onu hər cür imkanlarla təmin etdim. Yenə də onun üçün artırmağımı arzulayır. Əsla belə olmayacaq! Çünki o, ayələrimizi inadla inkar edir. Tezliklə onu həyat zirvəsinə qalxmağa məcbur edəcəyəm (sonra onu oradan aşağı yuvarlayacağam). ——————————————————————————— Quranı imkan çatan qədər oxumaq: Bu ayədə də surənin başlanğıcında olduğu kimi, gecəni oyaq qalmaqdan danışılır. Sadəcə, bu ayənin fərqi ondadır ki, burada sözügedən ibadəti Peyğəmbərlə (s) yanaşı bir qrup möminin də – ya müstəhəb, ya da ehtimalən vacib hökm olaraq – yerinə yetirməsindən danışılır. İslamın ilk dövrləri üçün spesifik olan şərait onların İslamın təbliğinə və müdafiəsinə hazır olmaları üçün etiqad, əməl və əxlaq dərslərini ehtiva edən Quranı oxumalarını və gecələri namaz qılmalarını tələb edirdi. İmam Rza (ə) bir hədisində bu ayəni təfsir edərkən babası İmam Sadiqə (ə) istinadən belə buyurmuşdur: “Ondan qəlbə təvazökarlıq və batinə saflıq gətirəcək qədər oxuyun.” Ayədə ruzi qazanmaq məsələsi Allah yolunda cihadla bərabər işlədilmişdir. Bu da İslamın bu məsələyə nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Niyə də olmasın? Yoxsul, ac, başqalarına möhtac olan bir xalq müstəqil, başıuca və böyük ola bilməz. Buna görə də iqtisadi cihad düşmənə qarşı cihadın bir hissəsidir.[1] İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Müsəlman şəhərlərindən birinə bir ərzaq məhsulu aparıb onu orada günün qiymətinə satan tacir Allah dərgahında şəhid dərəcəsindədir.” Sonra Peyğəmbər (s) bu ayəni oxumuşdur: “Bir qisminiz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə səfərə çıxır, bir qisminiz də Allah yolunda vuruşur.”[2] “Muddəssir” surəsinin ümumi məzmunu: Bu surədə kafirlər və Peyğəmbəri (s) inkar edənlər kəskin şəkildə pislənir, təhdid edilir və qınanırlar.[3] “Muddəssir”: Bax: “Muzzəmmil” surəsi, 1-ci ayə. 4-5. Paklıq və təmizlik göstərişi: “Paltarını təmizlə” ayəsi ilə bağlı müxtəlif fikirlər söylənmişdir. Onlar arasında ikisi daha münasibdir: 1. “Paltarını təmizlə” deyilərkən əməllərin islah edilməsi nəzərdə tutulur. Çünki insanın əməlləri onun ruhunun və etiqadının libası, zahiri isə daxilinin göstəricisidir. Buna görə də Allah-taala sözü gedən ayədə ruh üçün libas olan əməllərin çirkinliklərdən təmiz saxlanmasını əmr edir. 2. “Paltarını təmizlə” deyilərkən paltarın namaz üçün təmizlənməsi nəzərdə tutulur. İkinci rəyə görə “Rəbbini uca tut” ayəsində namazın “təkbirətul-ehram”ına işarə edilmişdir. Ümumiyyətlə, ayə namaz üçün paltarın təmiz saxlanmasını göstəriş verir. Əslində, bu iki ayə Peyğəmbərin (s) seçildiyi ilk vaxtlar İslamda namazın vacib edilməsi ilə bağlı verilmiş göstərişi ifadə edir.[4] “Çirkinlikdən uzaq dur” ayəsindəki “ricz” (çirkinlik) sözünün məna müxtəlifliyi bu söz barəsində müxtəlif fikirlər irəli sürülməsinə səbəb olmuşdur. Bəzən onu büt, bəzən günah, bəzən çirkin əxlaq, bəzən bütün günahların başlanğıcı olan dünya sevgisi, bəzən şirk və günahın nəticəsi olan əzab, bəzən insana Allahı unutduran istənilən vasitə kimi izah etmişlər. Məlumdur ki, Peyğəmbər (s) hətta peyğəmbərliyə seçilməzdən əvvəl də bu əməllərdən uzaq olmuşdur. Dost və düşmənin təsdiq etdiyi tarix də bunu deməyə əsas verir. Sadəcə, burada diqqət mərkəzində olan əsas məsələ Allah yoluna çağırış və hər kəsə örnək olacaq bir nümunənin təqdimidir.[5]   O, (Quranla mübarizə aparmaq üçün) fikirləşib qərara gəldi. Ölüm olsun ona! Necə qərar qəbul etdi? Yenə ölüm olsun ona! Gör necə qərar qəbul etdi? Sonra o, nəzər saldı. Üz-gözünü turşudub tələsik mətləbə keçdi. Sonra da arxasını çevirib təkəbbür göstərdi. Sonda dedi: “Bu (Quran), əvvəlkilərin sehrlərinə bənzəyən sehr-cadudan artıq bir şey deyil! Bu, adi insan kəlamıdır!” Tezliklə onu Səqərə (Cəhənnəmə) salacağam. Sən haradan biləsən ki, Səqər nədir?! O, (elə bir oddur ki,) nə saxlayar, nə də buraxar, bədənin dərisini tamamilə dəyişər. Onun üzərində on doqquz (gözətçi mələk) vardır. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını müəyyən etdik ki, (bu,) kafirlər üçün ancaq bir sınaq olsun, kitab əhli yəqinlik hasil etsin, iman gətirənlərin imanı artsın, kitab əhli və möminlər (bu səmavi kitabın haqq olduğuna) şübhə etməsinlər, qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu təsvirlə nə demək istəyir?” – desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunlarından Onun Özündən başqa heç kəs xəbərdar deyil. Bu, insanlar üçün ancaq bir xəbərdarlıq və xatırlatmadır. Xeyr (onlar düşündükləri kimi deyil)! And olsun aya! And olsun arxa çevirib gedən gecəyə! And olsun ağarmaqda olan sübh çağına! O (Qiyamət gününün qorxulu hadisələri) çox mühüm məsələlərdəndir, bütün insanlar üçün xəbərdarlıq və qorxutmadır, sizlərdən (doğru yolda) irəli çıxmaq və ya (doğru yoldan) geri qalmaq istəyənlər üçün. Hər kəs öz əməllərinin girovundadır, (iman və təqvalarının göstəricisi olaraq əməl dəftərləri sağ əllərinə verilmiş) sağ tərəf sahiblərindən başqa. Onlar Cənnət bağlarındadırlar. Onlar soruşacaqlar – günahkarlardan: Sizi Cəhənnəmə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik. Kasıbları da yedizdirməzdik. Batil yolda olanlarla oturub-durar, həmsöhbət olardıq və haqq-hesab gününü inkar edərdik – ölümümüz yetişənə qədər”. ————————————————————————————- 11-25. Mənfur plan: Bu ayələrin nazilolma səbəbi: Deyilənə görə Peyğəmbər (s) Kəbənin ətrafında “Hicri-İsmaıl” adlanan yerdə oturub Quran oxuyurmuş. Qüreyş müşrikləri qoca və Peyğəmbəri (s) məsxərəyə qoyanlardan olan Vəlid ibn Müğeyrənin yanına gedib deyirlər: “Ey Əbu Əbdüşşəms, Muhəmmədin bu söylədikləri nədir? Şeirdir, kahinlikdir (cinlərlə əlaqədir), ya xütbədir?” Vəlid deyir: “İcazə verin, gedib dinləyim”. Vəlid Peyğəmbərin (s) yanına gedir və o həzrətə (s) belə xitab edir: “Ey Mühəmməd, mənə şeirlərindən oxu!” Peyğəmbər (s) buyurur: “Onlar şeir deyil, Allahın mələklər və Öz peyğəmbərləri üçün seçdiyi sözlərdir”. Vəlid deyir: “Ondan mənə bir şey oxu”. Peyğəmbər (s) “Fussilət” surəsini oxuyub 13-cü ayəyə, yəni “Əgər onlar üz çevirsə, de: “Sizi Ad və Səmuda göndərilən ildırım kimi bil ildırımla qorxuduram” ayəsinə çatanda Vəlidin bədəninə titrətmə düşür, bədəninin bütün tükləri biz-biz olur, evinə gedir, daha qüreyşlilərin yanına qayıtmır. Müşriklər Əbu Cəhlin yanına gedib deyirlər: “Ey Əbülhikəm[6], Əbu Əbdüşşəms Mühəmmədin dininə meyl göstərir, görmürsən qayıtmadı?” Əbu Cəhl Vəlidin yanına gedib deyir: “Əmi, bizi məyus və rüsvay, düşməni isə şad etdin, Mühəmmədin dininə meyl göstərdin”. Vəlid cavab verir: “Mən onun dininə meyl göstərmədim. Ancaq elə ağır bir söz eşitdim ki, bədənimə titrətmə düşdü”. Əbu Cəhl soruşur: “Xütbədir?” Vəlid deyir: “Xütbə deyil. Xütabə bir-birinə qarışmış mürəkkəb sözlərdən ibarətdir, bunun sözləri isə qarışıq və mürəkkəb deyil, açıq-aydındır, bir-birinə bənzəmir”. Əbu Cəhl soruşur: “Şeirdir?” Vəlid deyir: “Yox, mən müxtəlif şeir formaları görmüşəm, ancaq bu, şeir deyil”. Əbu Cəhl soruşur: “Bəs nədir?” Vəlid deyir: “İcazə verin, bir az düşünüm”. Həmin günün səhəri Vəliddən soruşurlar: “Ey Əbu Əbdüşşəms, dediklərimiz haqqında nə qərara gəldin?” Vəlid cavab verir: “Deyin ki, o sehir-cadudur, insanların qəlbini ələ alır”. Allah-taala bundan sonra bu ayələri göndərir: “Məni Öz yaratdığımla tək burax…”[7] 30-31. Cəhənnəm məmuru: 30-cu ayədə Cəhənnəmin məmurlarının sayının 19 olduğu buyurulduqdan sonra bunu eşidən Əbu Cəhl istehza ilə üzünü Qüreyş müşriklərinə tutub deyir: “Ananız matəminizə otursun! Eşitmişəm, Mühəmməd Cəhənnəm gözətçilərinin sayının on doqquz nəfər olduğunu deyib. Sizlərdən on nəfərin onlardan birini məğlub etməyə gücü çatmazmı?” Qüreyşin güclü adamlarından biri deyir: “Mən sizi qorumaq üçün onların on yeddisinin öhdəsindən gələrəm. Siz də məni qorumaq üçün onların qalan ikisinə qarşı mübarizə aparın”. Allah-taala onların bu boş danışıqlarına cavab olaraq belə buyurur: “Bu say bizim tərəfimizdən müəyyən edilib, onlar öz işlərinin öhdəsindən gəlməyə qadirdirlər. Lut qövmünü bir neçə mələk məhv etdi. Biz onların sayını sizə bildirməklə sizi sınağa çəkib Allahın sözləri qarşısında necə reaksiya verəcəyinizi – itaət göstərib təvazökarlıq göstərəcəyinizi, yoxsa asi olub istehza edəcəyinizi üzə çıxarmaq istəyirik. Yəhudilər və xristianlar da əmin olsunlar ki, Quran haqdır. Çünki Cəhənnəm gözətçilərinin sayı onların da kitabında qeyd edilib. Kitab əhlinin cavabı ilə möminlərin inamı daha da artacaq, münafiqlər və kafirlər isə rişxəndlə və təhqiramiz şəkildə: “Bu nə məsəldir?” deyəcəklər”.[8] 38-39. Əməllərinin girovunda olmayan şəxslər: Bu ayələrdə bütün insanların etdikləri əməllərin girovunda olduğu buyurulmuşdur. Sanki insanların bütün varlıqları onların üzərlərinə düşən vəzifələrin girovundadır. Əgər onları yerinə yetirsələr, azad olacaqlar, əgər yerinə yetirməsələr, əsarət altında qalacaqlar. Sağ tərəf sahibləri bu əsarətdən azaddırlar. Onlar iman və saleh əməl sahibləridirlər, cüzi günahları yaxşı əməllərinin kölgəsində qalır. Onlar Cənnətə ya heç bir sorğu-sulasız daxil olacaqlar, ya da sorğu-sualdan çox asanlıqla keçəcəklər. İmam Baqir (ə) buyurmuşdur: “Həm biz, həm də şiələrimiz sağ tərəf əhliyik. Biz Əhli-beytlə düşmənçilik edən hər bir kəs əməllərinin əsarətində qalacaq.”[9]   Buna görə də şəfaət edənlərin şəfaəti onlara fayda verməz. Nə üçün onlar xatırlatmadan üz döndərirlər? Sanki ürküdülmüş vəhşi eşşəklərdir ki, aslandan qaçırlar. Onların hər biri  onlara ayrı-ayrılıqda (Allah tərəfindən) məktub gəlməsini gözləyir. Xeyr (heç də onlar söylədikləri kimi deyil)! Onlar axirətdən qorxmurlar. Xeyr (heç də onlar söylədikləri kimi deyil)! Bu (Quran) bir xatırlatmadır. İstəyən ondan nəsihət götürər. Allah istəmədikcə heç kəs nəsihət götürə bilməz. Qorxub çəkinməyə layiq olan da, bağışlamasına ümid edilən də Odur! [1] Nümunə, c.25, səh.192 [2] Əl-Mizan, c.20, səh.85 [3] Əl-Mizan, c.20, səh.86 [4] Əl-Mizan, c.20, səh.88 [5] Nümunə, c.25, səh.213 [6] Əbu Cəhl adını ona Peyğəmbər (s) qoymuşdu. [7] Əl-Mizan, c.20, səh.100 [8] Əl-Mizan, c.20, səh.94 [9] Nümunə, c.25, səh.250

QURANI KƏRIM 19.02.2025

“Muzzəmmil” surəsi

“Muzzəmmil” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ey paltara bürünmüş! Gecəni – az bir hissəsi istisna olmaqla – dur! Gecənin yarısını, yaxud ondan bir az əskilt, və ya onun yarısına artır. Quranı diqqətlə və düşünərək oxu! Biz tezliklə sənə ağır bir söz vəhy edəcəyik. Sözsüz ki, gecənin namazı və ibadəti sabit və möhkəmdir (mənəvi təsirləri sabit və davamlıdır). Gündüz sənin uzun-uzadı və davamlı işlərın olacaq. Rəbbinin adını yad et və qəlbini yalnız Ona bağla! O, gündoğanın və günbatanın Rəbbidir. Ondan başqa məbud yoxdur. Onu özünə mühafizəçi və vəkil seç! (Düşmənlərin) dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş. Məni, yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver. Bizdə (onlar üçün) buxovlar, zəncirlər və Cəhənnəm hazırlanmışdır, boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da (vardır). O gün yer və dağlar şiddətlə titrəyəcək, dağlar yumşaq qum topalarına dönəcəkdir. Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq. Əgər küfr etsəniz, uşaqları qocaldacaq gündə özünüzü (əzabdan) necə xilas edəcəksiniz?! Göy parçalanacaq. (Allahın) vədi mütləq yerinə yetəcəkdir. Bu, bir xatırlatmadır. Kim istəsə, Rəbbinə tərəf yönələr. ————————————————————————————— “Muzzəmmil” surəsinin ümumi məzmunu: Bu surə məzmun etibarı ilə beş hissədən ibarətdir: 1. Peyğəmbərin (s) peyğəmbərliyin ağır proqramını qəbul etməyə hazırlaşmaq üçün gecəni oyaq qalmağa və Quran oxumağa dəvət edilməsi. 2. O həzrətin (s) xüsusən bu zaman kəsimində müxaliflərə qarşı səbirli və dözümlü olmağa çağırılması. 3. Məad mövzusu və Musa ilə Fironun əhvalatından sitat. 4. Müsəlmanların çətinliyi olduğu üçün surənin əvvəlində gecəni qalxmaqla bağlı olan göstərişin yüngülləşdirilməsi. 5. Quran oxumağa, namaz qılmağa, zəkat verməyə, Allah yolunda xərcləməyə və Allahdan bağışlanma diləməyə dəvət.[1] Ey paltara bürünmüş: Bu və “Müddəssir” surəsinin ayələrinin məzmunundan belə məlum olur ki, müşriklər Peyğəmbəri (s) məsxərəyə qoyub onu çox incidirlər. Peyğəmbər (s) öz vəzifəsini yerinə yetirərkən bu cür dözülməz çətinliklərlə qarşılaşdığı üçün kədərlənir, qəm-qüssəsini dağıtmaq üçün paltarını özünə bürüyüb yatır. Buna görə də Allah Peyğəmbərə (s) “ey paltara bürünmüş!”, – deyə xitab edir, onu gecəni oyaq qalmağa, namaz qılmağa, kafirlərin söylədikləri qarşısında səbirli və dözümlü olmağa çağırır. “Bəqərə” surəsinin 153-cü ayəsində də ona “səbir və namazdan kömək al”, – deyə göstəriş verilmişdir. Ümumiyyətlə, Peyğəmbərə (s) çətinlik və problemlərə müqavimət göstərə bilmək üçün namaz və səbirdən yardım almaq, əbaya bürünüb yatmaqdan çəkinmək əmr edilmişdir.[2] “Tərtil”in mənası: Bu ayədə daha çox qabardılan məsələ Quran oxumaq deyil, “tərtil”dir. “Tərtil” haqqında müxtəlif hədislər nəql edilmişdir. Lakin onların hər biri bu sözü müxtəlif yönlərdən izah etməyə xidmət edir. Möminlərin əmiri İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Onu aydın şəkildə bəyan et, şeir kimi sürətlə və dalbadal oxuma, qum dənələri kimi səpələmə, elə oxu ki, onunla sərt qəlbləri əzib ayıldasan, hədəfiniz yalnız surəni sona çatdırmaq olmasın.” İmam Sadiq (ə) “tərtil” barəsində belə buyurmuşdur: “Cənnətin xatırlandığı ayələri oxuduqda Allahdan Cənnət istə, Cəhənnəmdən bəhs edən ayələri oxuduqda ondan Allaha sığın.” İmam Sadiq (ə) başqa bir hədisində belə buyurmuşdur: “Tərtil odur ki, ayələr üzərində dayanıb onları gözəl səslə oxuyasan.” Bu və eyni məzmunu ifadə edən başqa hədislərdən belə başa düşülür ki, Quran ayələri məzmunsuz və məqsədsiz sözlər kimi oxunmamalı, onda oxucuya və dinləyiciyə təsir göstərəcək məsələlər diqqət mərkəzinə alınmalıdır. Yaddan çıxarmaq olmaz ki, bu, Allahın ismarışıdır və məqsəd ayələrin ehtiva etdiyi mənaların həyata keçirilməsidir.[3] Gecə namazı sabitdir: Gecə edilən ibadətin, xüsusilə, səhər, dan yeri sökülməmişdən qabaq qılınan namazın ruhun saflaşmasına, nəfsin təmizlənməsinə, insanın mənəvi tərbiyəsinə, qəlbin paklanmasına, iman və iradənin güclənməsinə, təqva əsaslarının qəlbdə və ruhda möhkəmlənməsinə böyük təsiri var. Hətta bir dəfə sınaqdan keçirməklə insan onun təsirlərini özündə açıq-aşkar hiss edir. Buna görə də Quran ayələri ilə yanaşı hədislərdə də ona xüsusi önəm verilmişdir. İmam Sadiq (ə) belə buyurmuşdur: “Üç şey Allahın xüsusi nəzarətində olan davranışlardandır: gecə namazı, oruc tutana iftar vermək, müsəlman qardaşla görüşmək.” İmam Sadiq (ə) “Hud” surəsinin 114-cü ayəsinin izahı ilə bağlı belə buyurmuşdur: “Gecə namazı gündüz edilən günahları aradan aparır.”[4]   Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi ya gecənin üçdə ikisindən az, ya yarısını, ya da üçdə birini durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyən­­ləşdirir. O, bilir ki, siz bu miqdarı (dəqiq) hesablaya bilmirsiniz, buna görə sizi bağışlayır. Elə isə Qurandan imkanı çatdığı qədər oxusun! O bilir ki, tezliklə bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə səfərə çıxır, bir qisminiz də Allah yolunda vuruşur. Buna görə Qurandan sizə mümkün olan qədərini oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyirli işlərin Allah yanında daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Allahdan sizi əfv etməsini istəyin! Allah bağışlayandır, rəhmlidir! [1] Nümunə, c.25, səh.163 [2] Əl-Mizan, c.20, səh.66 [3] Nümunə, c.25, səh.170 [4] Nümunə, c.25, səh.172

QURANI KƏRIM 19.02.2025

“Cinn” surəsi

“Cinn” surəsi Rəhman və Rəhim Allahın adı ilə! De: “Mənə vəhy olunub ki, cinlərdən bir dəstə sözlərimi dinlədikdən sonra deyiblər: “Biz heyrətamiz bir Quran dinlədik! O, doğru yola yönəldir. Biz ona iman gətirmişik və əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq. Rəbbimizin əzəmətli məqamı çox ucadır. O, nə zövcə, nə də övlad seçməyib. Bizim səfehimiz (İblis) Allah haqqında xoşagəlməz sözlər danışırdı. Biz güman edirdik ki, insanlar da, cinlər də Allaha əsla iftira atmazlar. İnsanlardan bəzi kişilər cinlərdən bəzi kişilərə sığınırdılar. Bunlar da onların azğınlığının artmasına səbəb olurdular. Onlar da siz güman etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri heç vaxt diriltməyəcəkdir. Biz səmanı axtarıb onun güclü gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq. Biz əvvəllər gizlicə qulaq asmaq üçün göylərdə oturardıq. Amma indi kim bunu etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr. Biz bilmirik, (bununla) yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir? Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz fərqli-fərqli dəstələrik. Tam əminliklə bilirik ki, Allahın yer üzərindəki iradəsinə qalib gələ və Ondan qaçıb yaxa qurtara bilmərik. Biz Quranın doğru yolu göstərdiyini eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz. ————————————————————————————– “Cinn” surəsinin ümumi məzmunu: Bu surədə gözəgörünməz varlıqlar olan cinlərdən danışılır. Bu surənin nazilolma səbəbi ilə bağlı qeyd edilmiş rəvayətlər eynilə “Əhqaf” surəsinin 29-32-ci ayələrinin nazilolma səbəbi ilə bağlı nəql edilmiş rəvayətlərlə uyğunluq təşkil edir. Bu da onların hər ikisinin eyni hadisə ilə bağlı nazil olduğunu göstərir (Daha ətraflı məlumat üçün bax: “Əhqaf” surəsi, 29-32-ci ayələr).[1] Cin: “Cinn” leksik mənasından da məlum olduğu kimi, gözəgörünməz varlıqdır. Quranda onun bir çox xüsusiyyətlərinə işarə edilmişdir: 1. Od şöləsindən yaranıblar (Rəhman-15); 2. Elm və idrak sahibidirlər, haqla batili ayıra bilirlər, məntiqli mühakimə və əsaslandırma gücləri var (Cinn surəsi); 3. Məsuliyyət daşıyan və mükəlləfiyyəti olan varlıqlardır (Cin və Rəhman surələri); 4. Bir dəstəsi əməlisaleh mömin, başqa bir qrupu isə kafirdir (Cinn-11); 5. Qiyamət günü onlar da dirildiləcək və Allah hüzuruna qaytarılacaqlar (Cinn-15); 6. Onların göylərə qalxmaq, oradakı söhbətlərə gizlicə qulaq asmaq qüdrətləri olmuş, İslam peyğəmbəri (s) seçildikdən sonra bu iş onlara qadağan edilmişdir (Cinn-9); 7. Onların bəzisinin insanlarla əlaqəsi olmuş, məhdud şəkildə xəbərdar olduqları bəzi gizli sirlərdən insanları haqq yoldan azdırmaq üçün istifadə etmişlər (Cinn-6); 8. İnsanlarda olduğu kimi, onların da bəzisi qeyri-adi gücə malikdir (Nəml-29); 9. Onların bəzisi insanların ehtiyac duyduğu bəzi işləri görə bilir (Səba-12-13); 10. Onların yaranışı insanın yaranışından əvvəl olmuşdur (Hicr-27)… Bundan əlavə, Quran ayələrindən belə məlum olur ki, onların bizdən daha yaxşı olduğunu düşünən insanların söylədiklərinin əksinə olaraq insanlar növ olaraq cinlərdən daha üstündürlər. Cinlərin insan növünə aid Peyğəmbərə (s) təslim olmaları, ona iman gətirmələri və itaət göstərmələri də bu faktı təsdiq edir. Ümumiyyətlə, Şeytana Adəmin önündə səcdə etməsi ilə bağlı əmr verilməsi insan növünün cin növündən üstün olduğunu göstərir. Çünki Şeytan həmin vaxt cin tayfasının böyüklərindən olmuşdur (Kəhf-50). Sadə və məlumatsız insanlar bu varlıq haqqında ağla və məntiqə zidd olan çoxlu xurafatlar qondarmışlar. Buna görə də cin adı gələndə bir ovuc xurafat da onunla birlikdə gəlir. O cümlədən, onların qeyri-adi və qorxulu simalı, quyruqlu, dırnaqlı, zərərverici, ziyanverici, kinli, pis davranışlı və bu kimi neqativ xüsusiyyətlərə malik varlıqlar olduğu uydurulmuşdur. Hər halda Quranda bir az yuxarıda sadaladığımız xüsusiyyətlərə malik olan bir varlığın mövcudluğundan xəbər verilmişdir. Eyni zamanda onların mövcudluğunu inkar edən heç bir əqli dəlil də yoxdur. Buna görə də bu faktı qəbul etməli, yanlış və xoşagəlməz yozumlardan uzaq durmalı, sadə və məlumatsız insanların xurafatlarından qorunmaq lazımdır.[2] Bizlərdən bir qismi müsəlman, bir qismi zalımdır. Müsəlman olan şəxslər doğru yol tutanlardır. Zalımlar Cəhənnəm üçün yanacaq və odun olacaqlar”. Əgər onlar (insanlar və cinlər) o yolda sabit qalsalar, Biz onlara bol-bol su verərik. Belə edərdik ki, onları bu bol nemətlə sınayaq. Kim öz Rəbbini xatırlamaqdan üz döndərərsə, O, həmin şəxsi şiddətli və artan bir əzaba məruz qoyar. Məscidlər Allahındır. Elə isə, heç kəsi Allahla yanaşı çağırmayın! Allahın qulu ibadət etməyə qalxıb Allahı çağırdıqda bir dəstə onun dövrəsində güclü izdiham yaradır. De: “Mən yalnız öz Rəbbimi çağırıram və kimisə Ona şərik qoşmuram!” De: “Mən sizə nə ziyan verməyə, nə də doğru yola yönəltməyə qadirəm!” De: “(Əgər mən də Onun əmrindən çıxsam,) məni Onun qarşısında heç kəs himayə edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm! Mənim vəzifəm yalnız Allah tərəfindən çatdırmaq və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacağı Cəhənnəm odu hazırlanmışdır”. Onlar (kafirlər) vəd olunduqları şeyi görənə qədər (öz təxribatlarını davam etdirəcəklər). Onda onlar kimin köməkçisinin daha zəif və adamlarının daha az olduğunu biləcəklər. De: “Mən sizə vəd olunmuş hadisənin yaxın olduğunu və yaxud Rəbbimin onun üçün bir zaman təyin etmiş olduğunu bilmirəm. O, qeybi biləndir və heç kəsi Öz qeybinin sirlərindən xəbərdar etməz, seçdiyi elçilərdən başqa. Onların önlərində və arxalarında gözətçilər qoyur ki, elçilərin Rəblərinin göndərdiklərini təbliğ etdiyini bilsin. O, onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”. ———————————————————————————- 16-17. Bol nemətlərlə sınamaq: Allah-taala Quranda diqqətləri iman və təqvanın təkcə maddi nemətlərin, maddi abadlığın və firavanlığın artmasına səbəb olan mənəvi bərəkətlərin mənbəyi olmadığına yönəldir. Bu ayələrə əsasən nemət bolluğuna səbəb olan amil iman deyil, imanda sabit qalmaqdır. Çünki keçici və müvəqqəti iman bolluğa səbəb ola bilməz. Önəmli olan iman və təqvada sabit qalmaqdır. Çoxlarının bu yolda ayağı sürüşüb, çoxları bu yolda özlərini sabit saxlaya bilməyib. 17-ci ayədə buyurulur ki, nemət bolluğu insanları sınamaq və bu bolluğun onların təkəbbür və qəflətinə, yoxsa ayılmasına, Allaha şükür etməsinə və Ona daha çox üz tutmasına  səbəb olduğunu ayırd etmək üçündür. Buradan da aydın olur ki, ilahi sınağın mühüm səbəblərindən biri nemət bolluğudur. Əslində, nemətlə olunan imtahan çətinliklər vasitəsilə edilən imtahandan daha çətin, daha mürəkkəbdir. Çünki nemətin bolluğu insanın süstlük, tənbəllik, qəflət, ləzzət və nəfsi istəklər içində qərq olmasına səbəb olur, onu Allahdan uzaqlaşdırır, meydanı Şeytanın fəaliyyəti üçün açıq edir. Nemət bolluğu və onun mənfi təsirlərindən yalnız daim Allahı yadında saxlayan, Onu unutmayan, qəlb evini şeytanların nüfuzundan qoruyanlar xilas ola bilər.[3] Məscidlər Allahındır: Bu ayədə qeyd edilmiş “məscidlər” sözü ilə bağlı müxtəlif izahlar verilmişdir: 1. Allaha səcdə edilən məkanlar. Onların da ən kamil nümunəsi Məscidül-həram və digər məscidlər, daha geniş mənada Allahın çağırıldığı və Ona səcdə edilən bütün yerlərdir. Peyğəmbər (s) məşhur bir hədisində belə buyurmuşdur: “Bütün yer üzü mənim üçün səcdəgah və paklıq (təyəmmüm) vasitəsi edildi”. Bu hədisə əsasən “məscidlər” sözü hər yerə şamil olur. Bu ayə həm Kəbə evini bütxanaya çevirən müşrik ərəblər və qeyri-ərəblərə, həm də öz kilsələrində üçlük inancını qoruyub üç Allaha sitayiş edən xristianlara cavab verir. Allah-taala Quranda buyurur ki, bütün məbədlər Allaha məxsusdur, onlarda Allahdan başqasına səcdə etmək olmaz, Ondan qeyrisinə sitayiş etmək qadağandır. 2. Məscidlər deyilərkən yeddi səcdə üzvü (alın, iki əlin içi, dizlər, və iki ayağın başqa barmaqlarının ucu) nəzərdə tutulur. Bu üzvləri təkcə Allah üçün yerə qoymaq lazımdır, Ondan qeyrisinin qarşısında bunu etmək qadağandır. Bu izah İmam Cavadın (ə) bir hədisindən götürülmüşdür. Əlbəttə, ayənin zahiri ilə daha çox birinci izah düz gəlir, ikinci təfsir ayənin məna genişliyini göstərmək üçün ola bilər.[4]   [1] Nümunə, c.25, səh.97 [2] Nümunə, c.25, səh.154 [3] Nümunə, c.25, səh.122 [4] Nümunə, c.25, səh.124

QURANI KƏRIM 19.02.2025

“Nuh” surəsi

“Nuh” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Biz Nuhu öz qövmünə göndərib dedik: “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməzdən əvvəl qorxut!” O dedi: “Ey qövmüm! Mən sizin üçün açıq-aşkar qorxudanam! Allaha ibadət edin, Ona qarşı çıxmaqdan qorxun və mənə itaət edin! Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Çünki Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmayacaq. Kaş biləydiniz!” O dedi: “Ey Rəbbim, mən qövmümü gecə də, gündüz də dəvət etdim. Amma dəvətim yalnız onların haqdan qaçmalarını artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları (imana) dəvət etdikdə onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və inadkarlıqla təkəbbürlənirdilər. Sonra mən onları uca səslə dəvət etdim. Sonra mən onlara aşkarda, həm də gizlində bəyan edib dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! O, çox bağışlayandır! ———————————————————————————— Gündoğanların və günbatanların Rəbbi: Quranın ayələrində bəzən gündoğan və günbatan, (Bəqərə-115), bəzən iki gündoğan və iki günbatan (Rəhman-17), bəzən də bu ayədə olduğu kimi gündoğanlar və günbatanlar ifadəsi işlədilmişdir. Bu da onunla bağlıdır ki, günəş hər gün yeni bir nötədən çıxıb yeni bir nöqtədə batır. Buna görə də ilin hər gününə uyğun olan günçıxan və günbatan vardır. Digər tərəfdən, bu gündoğanlar və günbatanlar arasında ikisi daha seçkindir: biri yayın əvvəli, yəni günəşin şimal dairəsində ən yüksək zirvəyə qalxdığı, digəri isə qışın əvvəli, yəni günəşin cənub dairəsinə ən çox yaxınlaşdığı vaxtdır. Onların birinə “əqrəb”, digərinə isə “oğlaq başı” deyilir. Bu ikisi tam qabarıq olduğu üçün onlara daha çox təkid edilmişdir. Bundan əlavə “bərabər günbatan və gündoğan” adlandırılan daha iki gündoğan və günbatan da vardır (yazın və payızın əvvəli. Bütün dünyada gecə ilə gündüzün bərabərləşdiyi vaxt). Buna görə də “Rəhman” surəsinin 17-ci ayəsində “iki gündoğan və iki günbatanın Rəbbi” deyilərkən bu fakta işarə edildiyi qeyd edilmişdir. “Günbatan və gündoğan” ifadəsinə gəlincə isə, bu mənanın ümumilikdə nəzərdə tutulduğu bildirilir.[1] Sanki bütlərinə doğru tələsirlər: Ayədə müşriklərin Qiyamət günü Allahın ədalət məhkəməsinə qaçışı təsvir edilmişdir. Onların bu qaçışları bu dünyada şənlik və matəm vaxtları bütlərinə doğru qaçışlarına bənzədilmişdir. Ancaq bu hara, o hara?! Bu, əslində, dünyada puç inanclar üzərində həyat qurub onlar üçün yaşayan insanları məzəmmətdir.[2] “Nuh” surəsinin ümumi məzmunu: Bu surədə həzrət Nuhun (ə) peyğəmbərlik fəaliyyətindən, qövmünün ona mənfi cavab verməsindən, Nuhun (ə) onlara nifrin etməsindən, kafirlərin məhv, möminlərin isə bağışlanıb xilas olmasından danışılır.[3] 5-9. Təbliğat metodu: Bu surədə Nuhun (ə) çağırışından bəhs edən ayələr Peyğəmbər (s) və Məkkədə ona qoşulmuş azsaylı möminlərə təsəlli xarakteri daşımaqla yanaşı Allah yolunun təbliğatçıları üçün də ümumi bir proqram rolunu oynayır. Nuh (ə) camaatın onun çağırışına müsbət cavab verəcəyini, şəhərin mərkəzində toplaşıb onu dinləyəcəyini, gözlərini onun ağzına dikib sakitcə qulaq asacağını gözləmirdi. Ayələrin məzmunundan belə başa düşülür ki, o, bəzən evlərə gedir, bəzən küçə və bazarlarda uca səslə çağırış edir, hövsələ, qayğı və sevgi ilə təbliğat aparır, bəzən isə bayram və matəm məclislərinə gedir Allahın fərmanını uca səslə və aşkarcasına onlara çatdırırdı. Ancaq həmişə xoşagəlməz reaksiyalarla, təhqirlərlə qarşılaşır, döyülür, xəsarət alırdı. Bununla belə, işindən əl çəkmirdi. Bu heyrətamiz hövsələsi, qayğısı, misilsiz səbir və dözümü onun haqq dinə dəvət yolundakı sərmayəsi idi. Ən təəccüb doğurun cəhət də budur ki, təbliğat apardığı doqquz yüz əlli il müddətində ona cəmi səksən nəfər iman gətirmişdi. Əlbəttə, insanlara yalnız o adam yaxşı rəhbər, öndər, lider və yolgöstərən ola bilər ki, vəzifəsini sevsin, insanlara ürəyi yansın, onlara məhəbbət bəsləsin. Əgər ata və ananın övladlarına qarşı sevgisi olmasaydı, onlar övladlarının təlim-tərbiyə çətinliklərinə əsla qatlaşmazdılar. Əgər peyğəmbərlər insanların  doğru yola yönəlməsini istəməsəydilər, bu işin ömür tükədən çətinliklərini qəbul etməz və bu yolun təhlükələrini üzərlərinə almağa razı olmazdılar.[4] O, göydən sizə ardıcıl bərəkətli yağışlar göndərər, var-dövlət və oğul-uşaqla sizə yardım edər, ixtiyarınıza yamyaşıl bağlar və axar çaylar verər. Nə üçün siz Allahın əzəmətini qəbul etmirsiniz? Halbuki O sizi müxtəlif mərhələlərlə yaratdı. Məgər Allahın yeddi göyü bir-birinin üstündə necə yaratdığını bilmirsiniz? Ayı göylərin arasında bir nur, günəşi də parlaq çıraq etmişdir. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. Allah yeri sizin üçün açılmış bir xalı etdi. (Belə etdi) ki, oradakı geniş yollar və dərələrlə hərəkət edəsiniz”. Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövlətləri, övladları özlərinə zərərdən başqa bir şey artırmayan adamlara tabe oldular. (Bu yolunu azmış rəhbərlər) böyük bir hiylə işlətdilər və dedilər: “Öz məbudlarınız və bütlərinizdən əl çəkməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!” Artıq onlar çoxlarını azdırmışlar. Ey Rəbbim! Zalımlara azğınlıqdan başqa bir şey artırma”. Onlar öz günahlarına görə (suya) qərq edildilər və Cəhənnəm oduna daxil oldular. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar. Nuh dedi: “Ey Rəbbim, kafirlərdən heç birini yer üzündə sağ buraxma! Çünki Sən onları (sağ) qoysan, qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törəyəcəklər. Ey Rəbbim! Məni, atamı, anamı, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. —————————————————————————————– 10-12. Allahdan bağışlanma diləməklə abadlığın əlaqəsi: Quranın bu və digər ayələrindən belə başa düşülür ki, Allahdan bağışlanma diləməklə nemət bolluğu, abadlıq, şad-xürrəm həyat, müsibətlərin aradan qalxması, problemlərin öz həllini tapması arasında xüsusi əlaqə var. Zülm və fəsadla nemətlərin əldən çıxması və problemlərin meydana gəlməsi arasında da birbaşa əlaqə vardır. Əlbəttə, bu əlaqə yalnız mənəvi əlaqəyə aid deyil, mənəvi əlaqə ilə yanaşı çox aydın maddi əlaqə də vardır. Küfr və inamsızlıq məsuliyyətsizlik hissinə, qanun pozuntusuna, əxlaqi dəyərlərin unudulmasına, bunlar da öz növbəsində insanlar arasında vəhdətin pozulmasına, etibar və inam əsaslarının laxlamasına, insani və iqtisadi qüvvələrin itirilməsinə, sosial tarazlığın pozulmasına səbəb olur. Bu prinsiplərin hakim olmadığı cəmiyyət sürətlə geriləyir, süquta uğrayır, məhvə doğru gedir. Əgər biz hər hansı cəmiyyətin iman və təqvaya malik olmadığı halda, maddi cəhətdən nisbətən inkişaf etdiyini görürüksə, bunun özü də həmin cəmiyyətin bəzi əxlaq prinsiplərini az da olsa diqqət mərkəzində saxlaması ilə bağlıdır. İmam Əli (ə) buyurmuşdur: “Allahdan çoxlu bağışlanma dilə ki, ruzini özünə doğru cəlb edəsən.”[5] Vəd, Suva, Yəğus, Yəuq və Nəsr bütləri: Kontekstən belə məlum olur ki, bu bütlər həmin azğın camaatın nəzərində xüsusi imtiyaz sahibi olan bütlər sayılmışlar. Buna görə də fürsətdən maksimum istifadə edən rəhbərlər onlara ibadətə əsaslanırdılar. Bu beş bütün haradan peyda olması ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bəziləri iddia edir ki, bu beş büt Nuhdan əvvəl yaşamış beş əməlisaleh şəxsin adıdır. Onlar dünyalarını dəyişdikdən sonra Şeytanın təhriki ilə onlara heykəl düzəldib yadigar saxlamış, ehtiram göstərmişlər. Bu adət tədricən bütpərəstliyə çevrilmişdir. Bəziləri hesab edir ki, onlar Adəmin övladlarının adlarıdır. Hər biri dünyadan köçdükdən sonra xatirəsini əziz tutmaq üçün heykəlini düzəltmişdilər. Ancaq zaman keçdikcə əsl həqiqət unudulmuş və həmin heykəllərə sitayiş etməyə başlamışdılar. Həmin ənənə Nuhun (ə) dövründə zirvə nöqtəsinə çatmışdı. Bəziləri də hesab edir ki, bunlar elə Nuhun (ə) öz dövründə düzəldilmiş bütlərdir. Bunun səbəbi isə Nuhun (ə) insanlara Adəmin qəbrinə təvaf etməyi qadağan etməsi olmuşdur. Belə ki, bir qrup adam İblisin təhriki ilə onun yerinə heykəllər düzəltmiş və onlara sitayiş etməyə başlamışdılar. Həmin adlar Cahiliyyət dövrünün ərəblərinə qədər gəlib çıxmış, hər bir qəbilə öz bütü ilə yanaşı bu bütlərdən də birini seçib ona sitayiş etmişdir.[6] 26-27. Nuhun (ə) son nifrini: Həzrət Nuh (ə) bütün cəhdlərini etdikdən, qövmünün iman gətirməsi üçün əlindən gələn hər bir yolu sınaqdan keçirdikdən və yalnız az sayda adamın iman gətirməsinə nail olduqdan sonra qalanlardan ümidini kəsir və Allahdan istəyir ki, kafirlərdən heç birini sağ buraxmasın. Bu da onu göstərir ki, peyğəmbərlərin heç birinin, o cümlədən Nuhun (ə) nifrin etməsinin səbəbi qəzəb, kin-küdurət, intiqam hissi olmamışdır. Bu nifrinlərin bir məntiqi hesabı olmuşdur. Nuh (ə) elə də kəmhövsələ adam deyildi ki, kiçik bir hadisə ilə əzmkarlığından əl çəkib nifrinə əl atsın. Quranın buyurduğuna görə o, doqquz yüz  əlli il dəvət, səbir, təmkin və əzmkarlıq göstərmiş, əzab-əziyyətlərə qatlaşmış, nəhayət tam naümid olduqdan sonra nifrinə əl atmışdır. Bu ayələrin ümumi məzmunundan belə başa düşülür ki, Allahın əzabları hikmətə əsaslanır.[7]   [1] Nümunə, c.25, səh.45 [2] Nümunə, c.25, səh.48 [3] Əl-Mizan, c.20, səh.29 [4] Pəyame-Quran, c.7, səh.62; Nümunə, c.25, səh.65 [5] Nümunə, c.25, səh.71; Əl-Mizan, c.20, səh.33 [6] Nümunə, c.25, səh.83 [7] Nümunə, c.25, səh.88

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...