Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Pak sülalə 31.12.2024

Həzrət Rüqəyyənin (ə) şəhadəti

Səfər ayının 5-i  imam Hüseynin üçyaşlı qızı həzrət Rüqəyyənin şəhaədətə yetdiyi gündür. Elə bu münasibətlə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) anasının adı Ümmü-İshaqdır. O, 59-cu hicri-qəməri ilində Mədinə şəhərində dünyaya gəlmiş və 61-ci ilində atası ilə birlikdə Kərbəlaya səfər etmişdir. Bəzi rəvayətlərə əsasən, həzrət Rüqəyyə şəhadətə yetdiyi zaman üç yaşında imiş və hicri-qəməri tarixi ilə 61-ci ilin Səfər ayının 5-də, Şam şəhərində əsirlikdə ikən şəhadətə yetmişdir. Onun Dəməşq şəhərindəki müqəddəs məqbərəsi şiələrin ziyarətgahına çevrilmişdir. Həzrət Rüqəyyənİn (ə) şəhadətİ İmam Hüseynin (ə) kiçik qızı Rüqəyyə Şam şəhərində Yezidin zindanında ikən gecələrin birində aləmi-röyada atasını görür. Yuxudan ayılıb atasını yanında görmədikdə ağlamağa başlayır. Ondan ağlamağının səbəbini soruşduqda, cavabında deyir: “Atam haradadır? Mənim atamı gətirin.” Bilirlər ki, balaca qız atasını yuxuda görüb. Nə qədər təsəlli versələr də, onu sakitləşdirə bilmirlər. Əhli-beyt əsirləri özləri də elə ağlamağa bəhanə axtarırdılar. Ona görə də, gecənin sükutunu sındırıb, hamılıqla Rüqəyyəyə (ə) qoşularaq ağlamağa başlayırlar. Tahir ibn Abdullah Dəməşqi deyir: Əhli-beyt əsirləri Rüqəyyəni sakitləşdirə bilməyəndə, imam Hüseynin (ə) müqəddəs başını bir teştdə Rüqəyyə üçün göndərirlər ki, bəlkə bunu görəndən sonra təsəlli tapsın! Keşikçilər o həzrətin başını götürüb, xarabanın qapısına gəlirlər. Əhli-beyt əsirləri imam Hüseynin (ə) müqəddəs başının gətirildiyindən xəbər tutduqda, hamılıqla o həzrətin başını qarşılamağa çıxırlar və imam Hüseynin (ə) başını onlardan alıb, yenidən matəm tuturlar. Məxsusən, Zeynəbi-Kübra (ə) pərvanə kimi, o mübarək başın ətrafına dolanmağa başlayır. Rüqəyyə mübarək başı görən kimi soruşdu: “Bu kimin başıdır?” Deyirlər: “Bu atanın mübarək başıdır.” Həzrət Rüqəyyə (ə) atasının mübarək başını teştdən götürüb bağrına basır, ağlamağa başlayır, atasının mübarək başını qucağına alıb ürək sözlərini, qəmlərini və yol boyu düşərgələrdə çəkdiyi müsibətləri imam Hüseynin (ə) müqəddəs başına deyir və ağlayırdı: “Atacan, kaş, mən sənə fəda olurdum və sənin mübarək saqqalının qana boyandığını görmürdüm!” Rüqəyyə (ə) dodaqlarını atasının dodaqlarına qoyub, o qədər ağlayır ki, axırda huşdan gedir. Sonra baxıb görürlər ki, həzrət Rüqəyyə (ə) əbədiyyətə qovuşub! Həzrət Rüqəyyənin (ə) qüslü tamam olduqdan sonra onu əsirlikdə köhnəlmiş elə həmin öz köynəyi ilə kəfən edib qürbət diyarda, Şamın xarabasının bir küncündə dəfn edirlər. Həzrət Rüqəyyə (ə) dəfn olunan gecəsi, həzrət Ümmü-Gülsüm heç cür aram olmurdu. O, dayanmadan ağlayır, nalə və fəryad edir, xarabanın ətrafında gəzirdi. Əhli-beytin (ə) xanımları nə qədər təsəlli versələr də sakitləşmirdi. Ondan bunun səbəbini soruşanda dedi: “Keçən gecə Rüqəyyənin (ə) mənim qucağımda yuxuya getməsi yadıma düşür. Gecə yarısı yuxudan ayılıb gördüm bərk ağlayır və sakit olmur. Ondan soruşdum: “Niyə ağlayırsan?” Rüqəyyə (ə) mənə dedi: “Bibican, bu şəhərdə mənim kimi əsir olmuş və ev-eşiyindən uzaq düşən var? Bunlar bizi müsəlman bilmirlərmi ki, çörək və suyu bizdən əsirgəyirlər, biz yetimlərə yemək vermirlər?” Mədİnədə həzrət Rüqəyyəyə (ə) əza məclİsİ Əhli-beyt (ə) əsirləri Şamdan Mədinəyə qayıdan kimi əzadarlığa məşğul olurlar. Onların zəiflikdən gözlərinin yaşı belə quruyur. O qədər yemək yemirlər ki, nəhayət, imam Zeynəlabidin (ə) özü onların otaqlarına gedir, onlardan yemək yemələrini, su içmələrini istəyir. Amma o həzrət özü, hər vaxt su görsəydi, ya qarşısına yemək qoysaydılar, o qədər ağlayardı ki, mübarək gözünün yaşı o su və ya xörəyə qarışardı. Seyid ibn Tavus imam Sadiqdən (ə) belə nəql edir: “İmam Səccad (ə) atasının müsibətinə qırx il ağladı. O gündüzləri oruc tutur, gecələri isə ibadətlə başa vururdu. Hər vaxt iftar olduqda, xidmətçi onun xörək və suyunu gətirib yanına qoyur və ərz edirdi: “Ey mənim ağam, buyurun xörək meyil edin.” İmam buyururdu: “قتل ابن رسول الله جائعا قتل ابن رسول الله عطشانا” “Allah Peyğəmbərinin (s) oğlunu ac öldürdülər, Allah Peyğəmbərinin (s) oğlunu susuz öldürdülər.” O həzrət ardıcıl bu sözləri təkrar edir, o qədər ağlayırdı ki, gözünün yaşı yemək və suya qarışırdı. O həzrətin halı Allah dərgahına qovuşana qədər belə oldu. Bəli, əsirlər Mədinəyə qayıtdıqdan sonra neçə gün əza məclisləri quruldu. Əhli-beytin (ə) nə gecələr, nə də gündüzlər sakitliyi və aramlığı olmadı. Mədinə əhalisi hər gün dəstə-dəstə onların yanına gəlir və başsağlığı verirdilər. Həzrət Zeynəb (ə) Mədinə qadınlarına Kərbəla, Kufə və Şamın hadisə və müsibətlərindən danışır, onlar da ağlayırdılar. Bir gün həzrət Zeynəb (ə) Şamda çəkdikləri müsibətlərdən danışarkən həzrət Rüqəyyə (ə) yadına düşür və buyurur: “Amma Şamın xarabasında Rüqəyyənin şəhadəti belimi bükdü.” (“Nasixut-təvarix”, səh.507)

Dua 31.12.2024

Üveys Qərəni duası

Üveys Qərəni duası Şiə dua kitablarında keçən rəvayətlərə görə, Üveys Qərəninin İmam Əlidən (ə) hədis etdiyi bu duanı oxumaq bir çox dünyəvi problemlərin, o cümlədən ruzi, xəstəlik, zalimlərin şərrindən amanda qalmaq və sair müşkilləri, çətinlikləri həll edər. Qarşımıza çıxan istənilən maddi, fiziki və mənəvi problemi aşmaq üçün bu duanı oxumaq tövsiyə edilib. «يَا سَلَامُ‏ الْمُؤْمِنُ‏ الْمُهَيْمِنُ‏ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ الطَّاهِرُ الْمُطَهَّرُ الْقَاهِرُ الْقَادِرُ الْمُقْتَدِرُ. يَا مَنْ يُنَادِي‏ مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ‏ بِأَلْسِنَةٍ شَتَّى وَ لُغَاتٍ مُخْتَلِفَةٍ وَ حَوَائِجَ أُخْرَى. يَا مَنْ لَا يَشْغَلُهُ شَأْنٌ عَنْ شَأْنٍ أَنْتَ الَّذِي لَا تُغَيِّرُكَ الْأَزْمِنَةُ وَ لَا تُحِيطُ بِكَ الْأَمْكِنَةُ وَ لَا تَأْخُذُكَ نَوْمٌ وَ لَا سِنَةٌ، يَسِّرْ لِي مَا أَخَافُ عُسْرَهُ وَ فَرِّجْ لِي مِنْ أَمْرِي مَا أَخَافُ كَرْبَهُ وَ سَهِّلْ لِي مِنْ أَمْرِي مَا أَخَافُ حُزْنَهُ. سُبْحَانَكَ لَا إِلَهَ إِلَّا أَنْتَ- إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ‏ عَمِلْتُ سُوءاً وَ ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي‏ إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ- وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعالَمِينَ‏ وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ وَ صَلَّى اللَّهُ عَلَى نَبِيِّهِ مُحَمَّدٍ وَ آلِهِ وَ سَلَّمَ تَسْلِيماً». سُبْحَانَكَ لَا إِلَهَ إِلَّا أَنْتَ- إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ‏ عَمِلْتُ سُوءاً وَ ظَلَمْتُ نَفْسِي فَاغْفِرْ لِي‏ إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ- وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعالَمِينَ‏ وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ وَ صَلَّى اللَّهُ عَلَى نَبِيِّهِ مُحَمَّدٍ وَ آلِهِ وَ سَلَّمَ تَسْلِيماً». Oxunuşu: “Ya Səlamul-Mo`minul-Muhəyminul-Əzizul-Cəbbarul-Mutəkəbbir, ət-Tahirul-Mutəhhərul-Qahirul-Qadirul-Muqtədir. Ya mən yunadi min kulli fəccin əmiqin bi-əlsinətin şətta və luğatin muxtəlifətin və həvaicə uxra. Ya mən la yəşğəluhu şə`nin ən şə`n, əntəlləzi la tuğəyyirukəl-əzminətu və la tuhitu bikəl-əmkinətu və la tə`xuzukə nəvmun və la sinətun. Yəssir li ma əxafu usrəhu və fərric li min əmri ma əxafu kərbəhu və səhhil li min əmri ma əxafu huznəhu. Subhanəkə la ilahə illa əntə, inni kuntu minəz-zalimin, əmiltu suən və zələmtu nəfsi, fəğfirli, innəhu la yəğfiruz-zunubə illa əntə, vəl-həmdu lillahi rəbbil aləmin və la həvlə və la quvvətə illa billahil əliyyil-əzim. Və səlləllahu əla nəbiyyihi Muhəmmədin və alihi və səlləmə təslima”. Tərcüməsi: “Ey sağlamlıq və əmin-amanlıq verən, ey sığınacaq və pənah yerimiz, təhlükəsizliyimi təmin edən və (günahlarımı görməzdən gələrək bəla göndərməyən, yaşamaq və tövbə etmək üçün fürsət və) aman verən, ey (bizi bütün şərlərdən) qoruyan, ey izzətli qələbə və əzəmət sahibi, ey o kəs ki, (insanların düşünə biləcəyi və bilməyəcəyi bütün eyib və nöqsanlardan) pak və pakizəsən, ey düşmənlərini zəlil edərək qələbə çalan, ey qüdrətlilərin ən qüdrətlisi və ən böyük gücə sahib olan, ey sonsuz səhraların dərinliyindən müxtəlif dillərlə müxtəlif istəklər üçün çağırılan, ey o kəs ki, bir iş səni digər işlərdən saxlamır! Sənsən ki, zaman səni dəyişdirmir, məkan səni əhatə etmir, mürgüləmirsən və yatmırsan! Çətinliyindən qorxduğum işləri mənə asan et, şiddətli sıxıntısından qorxduğum işlərdə mənə nicat ver, (düzəlməyəcəyindən qorxaraq) qüssə və kədərində boğulduğum işləri mənə asan et. İlahi, səni bütün eyblərdən pak bilirəm, səndən başqa Allah yoxdur, mən zalimlərdən oldum, (günah işləməklə) pis iş gördüm, nəfsimə zülm etdim. İlahi, bağışla məni, çünki həqiqətən yalnız sən günahları bağışlayasan. Həmd olsun aləmlərin rəbiinə. Əzəmətli və uca Allahdan başqa heç kimdə güc və qüvvət yoxdur. Allahın coxlu salamı və salavatı olsun Həzrət Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə).” Mənbəsi: Seyyid Tavus, “Məhcud-Dəəvat və Mənhəcul-İbadat”, s.103. İbrahim Kəf`əmi, “əl-Bələdul-Əmin vəd-Dir`ul-Həsin”, s.377. t.me/mirmehemmed_beshir

Şəri hökmlər (Fiqh) 31.12.2024

Kriptovalyutanın İslam fiqhi baxımından hökmü

Kriptovalyutanın İslam fiqhi baxımından hökmü Kriptovalyutanın (“rəqəmsal pul vahidi” ilə “rəqəmsal ticarət”) barəsində bir çox dostlar soruşurlar və İslami fiqhin məsələyə münasibətini və müctəhidlərin bu barədə fikirlərini bilmək istəyirlər. Mən şəxsən özüm bu məsələdən tam agah deyiləm, bilmirəm nə baş verir və kim necə qazanır və ya itirir bu oyunda, amma müctəhidlərimizin sözügedən məsələyə münasibətlərini aşağıda qeyd edirəm. Ayətullah Seyid Əli Xamenei: “Kriptovalyutaların istehsalı, alışı və satışı İran İslam Cümhuriyyətinin idarəetmə sisteminin qanun və qaydalarına tabedir”. Ayətullah Məkarim Şirazi: “Bu məsələdə mövcud olan çoxsaylı qeyri-müəyyənliklərə, o cümlədən bu vasitə ilə dövrüyyədə olan pulun mənşəyinin bəlli olmaması, bu ticarət növünün dövlətlər tərəfindən rəsmi tanınmaması və bundan sui-istifadə edilməsini nəzərə alaraq kriptovalyutaların ticarəti icazəli deyil və onunla ticarət etmək problemlidir.” Ayətullah Safi Gülpayqani:  “Kriptovalyutaların ticarəti haramdır və bu, batil yol ilə sərvət mənimsəməyin bir nümunəsidir.” Ayətullah Nuri Həmədani: Bu ticarətə girməkdə problem var. Ayətullah Vəhid Xorasani: Kriptovalyutalarla alış-veriş batildir. Ayətullah Şübeyri Zəncani: Kriptovalyutaların ticarəti iqtisadi korrupsiya sayılırsa və ya qanuna ziddirsə, onunla alış-veriş (fiqhi baxımdan) problemlidir. Ayətullah Seyid Əli Sistani: Kriptovalyutaların ticarəti icazəli deyil. * Qeyd edək ki, sual və cavablar “islamquest.net” saytından götürülərək tərcümə edilmişdir. https://t.me/mirmehemmed_beshir

Namaz Vaxtı 30.12.2024

Bakı və Abşeron üfüqü ilə Sentyabr ayı üçün gündəlik namazların azan cədvəli

Ehtiyat  Sübh azanı  Günəş çıxır Günorta azanı Axşam azanı Gecəyarı 01 04:38 04:43 06:07 12:40 19:28 23:59 02 04:39 04:44 06:08 12:40 19:26 23:58 03 04:40 04:45 06:09 12:40 19:24 23:58 04 04:41 04:46 06:10 12:40 19:23 23:58 05 04:43 04:48 06:11 12:39 19:21 23:58 06 04:44 04:49 06:12 12:39 19:20 23:58 07 04:45 04:50 06:13 12:38 19:18 23:57 08 04:46 04:51 06:14 12:38 19:16 23:57 09 04:47 04:52 06:15 12:38 19:15 23:57 10 04:48 04:53 06:16 12:37 19:13 23:57 11 04:50 04:55 06:17 12:37 19:11 23:56 12 04:51 04:56 06:18 12:37 19:10 23:56 13 04:52 04:57 06:19 12:36 19:08 23:56 14 04:53 04:58 06:20 12:36 19:06 23:56 15 04:54 04:59 06:21 12:36 19:04 23:55 16 04:55 05:00 06:22 12:35 19:03 23:55 17 04:56 05:01 06:23 12:35 19:01 23:55 18 04:57 05:02 06:24 12:35 18:59 23:54 19 04:58 05:03 06:25 12:34 18:58 23:54 20 05:00 05:05 06:26 12:34 18:56 23:54 21 05:01 05:06 06:26 12:34 18:54 23:54 22 05:02 05:07 06:27 12:33 18:53 23:53 23 05:03 05:08 06:28 12:33 18:51 23:53 24 05:04 05:09 06:29 12:32 18:49 23:53 25 05:05 05:10 06:30 12:32 18:48 23:52 26 05:06 05:11 06:31 12:32 18:46 23:52 27 05:07 05:12 06:32 12:31 18:44 23:52 28 05:08 05:13 06:33 12:31 18:43 23:51 29 05:09 05:14 06:34 12:31 18:41 23:51 30 05:10 05:15 06:35 12:30 18:39 23:51  

Имам Али (а) 30.12.2024

Существует ли сглаз и как можно защититься от него? Какой аят Корана может помочь в этом?

Сглаз – это реальность, являющаяся одним из видов душевного и психологического воздействия, которая постоянно происходит в нашем мире. В исламских источниках нет убедительных доводов тому, что сглаза не существует. Более того, из ряда хадисов следует обратное. В «Дурр аль-мансур» приводится хадис от Пророка Мухаммада (да благословит Аллах его и его род), в котором говорится: «Сглаз – это реальность». Там же приводится ещё один хадис от Пророка: «Сглаз сводит здорового мужчину в могилу, а здорового верблюда в котёл».[1]      Имам Али (да будет мир с ним) рассказывал, что Посланник Аллаха написал для Хасана и Хусейна (да будет мир с ними) молитву, которую необходимо носить с собой. Посланник Аллаха прочёл её: أُعِیذُکُمَا بِکَلِمَاتِ اللَّهِ التَّامَّاتِ وَ أَسْمَائِهِ الْحُسْنَى کُلِّهَا عَامَّةً مِنْ شَرِّ السَّامَّةِ وَ الْهَامَّةِ وَ مِنْ شَرِّ کُلِّ عَیْنٍ لَامَّةٍ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ «Для вас двоих прибегаю к защите совершенных слов Аллаха и ко всем Его прекрасным именам. Прибегаю к защите от зла нагоняющих тоску и зла предводителей тех, кто невидим взгляду. Прибегаю к защите от зла дурного глаза и зла завистника, когда он завидует». Затем Посланник Аллаха сказал, что посредством этой молитвы Ибрагим защищал своих сыновей Исмагила и Исхака (да будет мир с ними).[2]      В «Нахдж аль-балага» приводится следующее высказывание Имама Али: «Сглаз – это правда, амулет (для защиты от сглаза) – это правда».[3]      Подобные хадисы указывают на то, что сглаз это не пустое измышление и не суеверие. Это действительность, имеющая место в нашем мире. В исламских источниках содержатся советы, которые могут помочь избавиться от сглаза. Среди толкователей Священного Корана считается, что 51-ый аят благословенной суры «Письменная трость» является эффективным средством против сглаза. В этом аяте Всевышний Аллах обращается к пророку: «Воистину, неверующие готовы заставить тебя поскользнуться своими взглядами, когда они слышат Напоминание, и говорят: «Воистину, он – одержимый!»[4]      Относительно причин ниспослания данного аята в некоторых тафсирах приводится следующая история. Среди рода Бани Асад был человек, который иногда постился в течение трёх дней, а затем, увидев что-либо, говорил: «До сих пор я не видел ничего подобного». После этого увиденное им или ломалось, или портилось, или же с ним происходило что-то ещё. Некоторые люди пожелали, чтобы он сделал это в отношении Посланника Аллаха. Однако Аллах защитил своего пророка.[5]      Алламе Табатабаи в комментариях к 51-ому аяту суры «Письменная трость» пишет: «Под выражением «готовы заставить тебя поскользнуться своими взглядами» толкователи Корана понимают сглаз и действие дурного глаза. Сглаз это вид душевного воздействия и нет разумных доводов отрицать его. Нет свидетельств тому, чтобы считать сглаз суеверием и измышлением».[6]      Известный суннитский учёный и толкователь Корана Замахшари передаёт, что читать данный аят от сглаза советовал Хасан аль-Басри (также известный суннитский учёный).[7]      Покойный шейх Аббас Куми в своей книге «Мафатих аль-джинан» для снятия сглаза советовал читать 51-ый аят благословенной суры «Письменная трость», ибо этот аят действительно может посодействовать этому.[8]        Покойный Алламе Маджлиси приводит в своей книге хадис от Имама Садика (да будет мир с ним), в котором также содержится совет для снятия сглаза. Имам говорил: Если кто-либо из вас боится, что его коснётся дурной глаз, или что он сам сглазит кого-то, то пусть он три раза скажет: ماشاء الله لاقوة الا بالله العلی العظیم      Также в хадисах сказано об эффективности чтения сур «Люди» и «Рассвет». В Других хадисах помимо двух упомянутых сур рекомендовано читать суры «Фатиха» и «Искренность».[9] [1] Дурр аль-мансур, Джалалуддин Суюти. [2] Аль-кафи, Кулейни, т.2, стр.569. [3] Нахдж аль-балага, изречение 400. [4] Сура «Письменная трость», аят 51. [5] Аль-кашшаф, Замахшари, т.3 и 4, стр.1278. [6] Аль-мизан, Алламе Табатабаи, т.19, стр.648. [7] Аль-кашшаф, Замахшари, т.3 и 4, стр.1279. [8] Мафатих аль-джинан, стр.319. [9] Хилиятуль-муттакин, Алламе Маджлиси, стр.319.

SUALLARLA İSLAM 30.12.2024

Hansı yolla göz dəymənin (nəzərin) qarşısı alınır?

Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur. Bəzi rəvayətlər onun həqiqət olduğunu təsdiqləyir. “Durrul- mənsur” kitabında Peyğəmbərdən (s) rəvayət olmuşdur ki, o həzrət buyurdu: Göz dəymə məsələsi həqiqətdir. Və yenə buyurdu: Göz dəymə (nəzər) sağlam insanı qəbrə və sağ dəvəni isə qazanda qərar verir.[1] Əmirəl- möminin Əli (ə) buyurur: Allahıpn rəsulu (s) imam Həsən (ə) və imam Hüseyn (ə) üçün “riqyə” (məqsəd o dualardır ki, yazılır və insanlar nəzərdən amanda qalmaq üçün özlərində saxlayırlar; ona təviz də deyilir). Tutub bu duanı oxudu: «أُعِیذُکُمَا بِکَلِمَاتِ اللَّهِ التَّامَّاتِ وَ أَسْمَائِهِ الْحُسْنَى کُلِّهَا عَامَّةً مِنْ شَرِّ السَّامَّةِ وَ الْهَامَّةِ وَ مِنْ شَرِّ کُلِّ عَیْنٍ لَامَّةٍ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ» Yəni: Sizin üçün pənah aparıram Allahın kamil sözlərinə və onun gözəl adlarına o hər bir şərdən nicat verən və şərrin böyüklərindən (rəhbərlərindən) ki, bir varlıqdırlar gözlə görünməyirlər; və hər bir pis (bəd nəzər) gözün şərrindən ki, insana ziyan vurur və həsəd edən şəxslərin həsədindən ki, insana həsəd aparır… sonra Peyğəmbər (s) buyurdu: İbrahim (ə), İshaq və İsmayıl (ə) üçün bu cür təviz (pənah aparmaq) etmişdi.[2] Nəhcül- bəlağə hikmət- 400- də gəlmişdir: Nəzər həqiqətdir və ondan amanda qalmaq üçün dualardan istifadə etmək də həqiqət və haqqdır.[3] Bu rəvayətdən məlum olur ki, nəzər və göz dəymə xurafat olan bir şry deyil, bəlkə bir həqiqətdir ki, zahirdə baş verir və onun qarşısını almaq üçün də yolları vardır. Məşhurdur ki, Qələm surəsinin 51- ci ayəsi gözdəymə amanda qalmaq üçün çox təsiri vardır. Bu ayədə Allah- Taala Peyğəmbərə (s) buyurur: Az qalır ki, kafirlər Quran ayələrini eşitdikdə, nəzərlə səni aradan aparsınlar və deyirlər: “o dəlidir!”[4] Bu ayənin nazil olması barəsində gəlmişdir: Bəni Əsəd qəbiləsindən bir nəfər, bəzi vaxtlar üç günlərlə aclıq çəkirdi və ondan sonra hər bir şeylə qarşılaşırdısa deyirdi: onun kimisini bu günə kimi görməmişəm və bu zaman o əşyaya ziyan dəyirdi. Bəziləri istəyirdilər bu işi Peyğəmbərin (s) haqqında da həyata keçirsinlər. Amma Allah- Taala Peyğəmbəri ondan amanda saxladı.[5] Əllamə Təbatəbai bu ayənin tozihində buyurur: “Gözdəymə ilə nəzər etmək”- dən məqsəd, bütün təfsir alimlərinin nəzərində göz dəymədir ki, özü nəfsin təsir qoyduğu əlamətdir və onu rədd etməyə ağıl dərk edən heç bir dəlilimiz yoxdur. Bəlkə bir çox hadisələr müşahidə olunmuşdur ki, gözdəymə və nəzər nəticəsində baş vermişdir. Beləliklə heç bir dəlil yoxdur ki, biz onu inkar edib deyək bu xurafat olan bir əqidədir.[6] Zəməxşəri bu ayəni nəzərdən amanda qalmaq üçün (Əhli sünnətin böyüklərindən birindən) gətirmişdir.[7] Mərhum Şeyx Abbas Qumi, Məfatih- ul- cinan kitabının müəllifi bu kitabda pənah aparmaq mövzusunda nəzərdən amanda qalmaq üçün deyir: nəzərdən amanda qalmaq üçün rəvayət olunmuşdur ki, «ان یکاد…» oxunsun.[8] Əlbəttə o rəvayətlər ki, müxtəlif təfsirlərdə bu ayənin təfsirində gəlmişdir heç bir rəvayət qeyd olunmuş ayəni nəzərin qarşısını almaq üçün dəlalət etmir.[9] Tanınmış hədis alimi Əllamə Məclisi gözdəyməni açıqldıqda, Durrul- mənsur kitabında olan rəvayətə işarə etdikdən sonra, başqa bir hədisi İmam Sadiq (ə)- dan rəvayət edir ki, o həzrət buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin: «ماشاء الله لاقوة الا بالله العلی العظیم» Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim. Və ya buyurur: Qul əuzu birəbbin- nas və Qul əuzu birəbbil- fələq surəsini oxusun; başqa rəvayətlərdə həmd və tövhid surələri də ona əlavə olunmuşdur. Amma nəzərdən amanda qalmaq üçün qeyd olunmuş ayəyə heç bir işarə etmir.[10] Bunun üçün də həqiqəti olan məsələ nəzərin zahirdə olması və onun uzaqlaşdırılması üçün bəzi iddialardır. əlavə məlumat əldə etmək üçün müraciət olunsun Nümunə təfsiri, cild 24, səh 426.   [1] – Durrul- mənsur, səh 651. [2] – Əl- kafi, cild 2, səh 569, hədis 3. «عَلِیُّ بْنُ إِبْرَاهِیمَ عَنْ أَبِیهِ عَنْ بَعْضِ أَصْحَابِهِ عَنِ الْقَدَّاحِ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ قَالَ أَمِیرُ الْمُؤْمِنِینَ ع رَقَى النَّبِیُّ ص حَسَناً وَ حُسَیْناً فَقَالَ أُعِیذُکُمَا بِکَلِمَاتِ اللَّهِ التَّامَّاتِ وَ أَسْمَائِهِ الْحُسْنَى کُلِّهَا عَامَّةً مِنْ شَرِّ السَّامَّةِ وَ الْهَامَّةِ وَ مِنْ شَرِّ کُلِّ عَیْنٍ لَامَّةٍ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ثُمَّ الْتَفَتَ النَّبِیُّ ص إِلَیْنَا فَقَالَ هَکَذَا کَانَ یُعَوِّذُ إِبْرَاهِیمُ إِسْمَاعِیلَ وَ إِسْحَاقَ» [3] – Nəhcül- bəlağə, səh 547. «العین حق والرقی حق» [4] – Qələm surəsi, ayə 51. «وَ إِن یَکاَدُ الَّذِینَ کَفَرُواْ لَیزُْلِقُونَکَ بِأَبْصَارِهِمْ لَمَّا سمَِعُواْ الذِّکْرَ وَ یَقُولُونَ إِنَّهُ لمََجْنُونٌ» Əl- mizan təfsiri, Əllamə təbatəbayi, cild 19, səh 636. [5] – Əl- Kəşşaf, Zəməxşəri, cild 3- 4, səh 1278. çap darul- hədis. [6] – Əl- mizan, cild 19, səh 648. [7] – Əl- kəşşaf, Zəməxşəri, cild 3- 4, səh 1279. [8] – Məfatihul- əl- cinan, Şeyx Abbas Qumi, səh 319. Baxmayaraq ki, mərhum Qumi qeyd olunmuş ayəni nəzər üçün olduğunu Səfinərul- bihar kitabında gətirməmişdir. [9] – Əl- mizan təfsiri, cild 19, səh 651; Nəsimi rəhnət təfsiri, səh 72; Nurus- səqəleyn təfsiri, cild 5, səh 400; Nümunə təfsiri, cild 24, səh 426. [10] – Hilyətul- muttəqin, Əllamə Məclisi, səh 319. hicrət çapı.  

Əhli-Beyt (ə) dahilərin baxışında 30.12.2024

Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları – Corc Zeydan “ #4

Corc Zeydan: “C.Zeydan Aşura vaqiəsindən çox təsirlənmiş, hətta “Kərbəla faciəsi” adlı bir kitab yazmışdır. Orada belə deyir: Hüseynin kəsilmiş başını görcək hamı təəssüflənərək, kədər hissi keçirdi. Hətta Yezidin də gözü ona sataşarkən, təpədən-dırnağadək titrədi. O, artıq başa düşdü ki, necə də dəhşətli və iyrənc cinayətə əl atıblar.” (C. Zeydan, Kərbəla faciəsi, səh. 143)

Dua 30.12.2024

“Ruzi və ehtiyaclarınızın dalınca səhərlər gedin. Çünki sübh çağı bərəkət və uğurdur”.

“Ruzi və ehtiyaclarınızın dalınca səhərlər gedin. Çünki sübh çağı bərəkət və uğurdur”. باكِروا في طَلَبِ الرِّزقِ و الحَوائجِ فَإنَّ الغُدُوَّ بَرَكَةٌ و نَجاحٌ Həzrət Məhəmməd (s) ??????? Səhərlər bu zikri üç dəfə və ya daha çox deyin ki, hədislərə görə, yoxsulluğu və çətinliyi aradan qaldırır, bir çox problemlərin açarıdır: “La həvla və la quvvətə illa billahil əliyyil əzim” “Kainatdakı hər bir hərəkət və güc uca və böyük olan Allahın tərəfindən və onun icazəsi ilədir”.

Pak sülalə 30.12.2024

Xanım Zeynəbin (s.ə) Yezidin sarayındakı xütbəsi

Xanım Zeynəbi-Kübra (s.ə) Yezidin sarayında gözləri qardaşı İmam Hüseynin (ə) qanlı başına sataşdığı zaman, qəlbləri dəhşətə gətirən kədərli səslə fəryad edərək dedi: يا حُسَيْناهُ! يا حَبيبَ رَسُولِ اللَّهِ! يَابْنَ مَكَّةَ وَ مِنى‌، يَابْنَ فاطِمَةَ الزَّهْراءِ سَيِّدَةَ النِّساءِ، يَابْنَ بِنْتِ الْمُصْطَفى‌ “Vay Hüseyn, ey Alalh Rəsulunun sevdiyi! Ey Məkkə və Minanın oğlu! Ey bütün aləmin qadınlarından üstün olan Fatimeyi-Zəhranın (s.ə) oğlu! Ey Muhəmməd Mustafanın (s) qızının oğlu!” Bu hadisənin ravisi nəql edir: Allaha and olsun, Zeynəbin (s.ə) bu nidası ilə məclisdə olanların hamısı ağladı və Yezid həmin halda sakitcə dayanmışdı. Yezid “xeyzəran” çubuğunu gətizdirib onunla İmam Hüseynin (ə) dodaqlarına, dişlərinə vurdu. (Həmin məclisdə iştirak edən Peyğəmbər (s) səhabəsi) Əbu Bərzə Əsləmi Yezidə xitab edərək dedi: “Əlindəki çubuqla Fatimənin (s.ə) övladı Hüseynin (ə) dişlərinə vurursanmı?! Mən öz gözlərimlə Peyğəmbərin (s) Hüseynin (ə) və qardaşı Həsənin (ə) dodaq və dişlərindən öpdüyünü görüb belə buyurduğunu eşitmişəm: أَنْتما سَيِّدا شَبابِ أهْلِ الْجَنَّةِ، فَقَتَلَ اللَّهُ قاتِلَكُما وَلَعَنَهُ، وَأَعَدَّ لَهُ جَهَنَّمَ وساءَتْ مَصيراً “Siz iki nəfər Cənnət gənclərinin ağasısınız. Allah sizi öldürənləri öldürsün və onlara lənət etsin, onları Səhənnəmə atsın. Ora necə də pis yerdir!” Yezid qəzəbləndi və göstəriş verdi ki, onu məclisdən çıxarsınlar. Məğrurluq badəsilə məst olan Yezid Kərbəlada qalib gəldiyini güman edərək onun və Bəni-Üməyyənin İslamın əsas prinsiplərinə iman gətirmədiklərinin digər canlı şahidi olan bu şeirləri uca səslə oxudu: لَيْتَ أَشْياخي بِبَدْرٍ شَهِدُوا جَزِعَ الْخَزْرَجُ مِنْ وَقْعِ الْأَسَلْ‌ فَأَهَلُّوا وَاسْتَهَلُّوا فَرَحاً ثُمَّ قالُوا يا يَزيدُ لاتَشَلْ‌ لَسْتُ مِنْ‌ خِنْدَفَ إِنْ لَمْ أَنْتَقِمْ‌ مِنْ بَني أَحْمَدَ، ما كانَ فَعَلْ‌ “Kaş, bu gün mənin Bədr döyüşündə öldürülən böyüklərim Xəzrəc qəbiləsinin nizə zərbələrindən necə ah-nalə etdiyini görəydilər! Həmin halda şadlıqdan fəryad edər və deyərdilər: Ey Yezid! Əllərin var olsun! Əgər Əhməd (Rəsulullah (s)) övladlarından intiqam almasam, mən Xindəf övladlarından[1] deyiləm!” Bu zaman Əli ibn Əbutalibin (ə) qızı Zeynəb (s.ə) ayağa qalxdı və fəsahətli bir xütbə oxuyaraq buyurdu: أَلْحَمْدُللَّهِ رَبِّ الْعالَمينَ، وَصَلَّى اللَّهُ عَلى رَسُولِهِ وَآلِهِ أجْمَعينَ، صَدَقَ اللَّهُ كَذلِكَ يَقُولُ: ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوأَى أَنْ كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُون أَظَنَنْتَ يا يَزِيدُ حَيْثُ أَخَذْتَ عَلَيْنا أَقْطارَ الْأَرْضِ وَآفاقَ السَّماءِ، فَأَصْبَحْنا نُساقُ كَما تسُاقُ الأُسارى‌ أَنَّ بِنا عَلَى اللَّهِ هَواناً، وَبِكَ عَلَيْهِ كَرامَةً وَأَنَّ ذلِكَ لِعِظَمِ خَطَرِكَ عِنْدَهُ، فَشَمَخْتَ بِأَنْفِكَ، وَنَظَرْتَ فِي عِطْفِكَ جَذْلانَ مَسْرُوراً حِينَ رَأَيْتَ الدُّنْيا لَكَ مُسْتَوْثِقَةٌ وَالْأُمُورَ مُتَّسِقَةٌ وَحِينَ صَفا لَكَ مُلْكُنا وَسُلْطانُنا، فَمَهْلًا مَهْلًا، أَنَسِيتَ قَوْلَ اللَّهِ عَزَّوَجَلَّ: وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِى لَهُمْ خَيْرٌ لّاَنْفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْماً وَلَهُمْ عَذَابٌ مُهِينٌ “Həmd və səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salamı olsun onun göndərdiyinə və ailəsinə! Allah doğru demiş və belə buyurmuşdur: “Pis əmələ mürtəkib olanların işi o yerə çatdı ki, Allahın ayələrini inkar etdilər və onu masqaraya qoydular.”[2] Ey Yezid! İndi göy və yeri (müxtəlif cəhətlərdən) bizə dar etdiyin və bizi əsirlər kimi hər tərəfə çəkdiyin üçün elə güman edirsən ki, biz Allah yanında xar, sən isə hörmətli oldun? Elə təsəvvür etdin ki, bu, sənin Allah yanındakı məqam və dəyərinin nişanəsidir? Həmin səbəbdən, təkəbbürlük etdin və öyündün, dünyanın sənin kəməndinə və işlərinin sahmana düşdüyünü və bizim mülk və xilafətimizi ixtiyarına keçirdiyini gördüyündən şad oldun. Yavaş ol! Allahın belə buyurduğunu unutmusan: “Kafir olanlar (və tüğyan yolunu tutanlar) elə təsəvvür etməsinlər ki, onlara verdiyimiz möhlət onların xeyrinədir. Biz onlara günahlarını artırmaları üçün möhlət veririk və onlar üçün xaredici əzab vardır.”[3] Xütbəsinin davamında buyurdu: أَ مِنَ الْعَدْلِ يَابْنَ الطُّلَقاءِ! تَخْدِيرُكَ حَرائِرَكَ وَإِمائَكَ، وَسَوْقُكَ بَناتِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّم سَبايا، قَدْ هَتَكْتَ سُتُورَهُنَّ، وَأَبْدَيْتَ وُجُوهَهُنَّ، تَحْدُو بِهِنَّ الْأَعداءُ مِنْ بَلدٍ الى‌ بَلدٍ، يَسْتَشْرِفُهُنَّ أَهْلُ الْمَناهِلِ وَالْمَناقِلِ، وَيَتَصَفَّحُ وُجُوهَهُنَّ الْقَرِيبُ وَالْبَعِيدُ، وَالدَّنِيُّ وَالشَّرِيفُ، لَيْسَ مَعَهُنَّ مِنْ رِجالِهِنَّ وَلِيُّ، وَلا مِنْ حُماتِهِنَّ حَمِيٌّ، وَكَيْفَ يُرْتَجى‌ مُراقَبَةُ مَنْ لَفَظَ فُوهُ أَكْبادَ الْأَزْكِياءِ، وَنَبَتَ لَحْمُهُ مِنْ دِماءِ الشُّهَداءِ، وَكَيْفَ يَسْتَبْطِأُ فِي بُغْضِنا أَهْلَ الْبَيْتِ مَنْ نَظَرَ إِلَيْنا بِالشَّنَفِ وَالشَّنَآنِ وَالْإِحَنِ وَالْأَضْغانِ، ثُمَّ تَقُولُ غَيْرَ مُتَّأَثِّمٍ وَلا مُسْتَعْظِمٍ: لَأَهَلُّوا واسْتَهَلُّوا فَرَحاً ثُمَّ قالُوا يا يَزيدُ لا تَشَلْ‌ مُنْتَحِياً عَلى‌ ثَنايا أَبِي عَبْدِاللَّهِ سَيِّدِ شَبابِ أَهْلِ الجَنَّةِ، تَنْكُتُها بِمِخْصَرَتِكَ، وَ كَيْفَ لا تَقُولُ ذلِكَ وَقَدْ نَكَأْتَ الْقَرْحَةَ، وَاسْتَأْصَلْتَ الشَّأْفَةَ بِإِراقَتِكَ دِماءَ ذُرّيَةِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ، وَنُجُومِ الْأَرْضِ مِنْ آلِ عَبْدِالمُطَّلِبِ، وَتَهْتِفُ بِأَشْياخِكَ، زَعَمْتَ أَنَّكَ تُنادِيهِمْ، فَلَتَرِدَنَّ وَشِيكاً مَوْرِدَهُمْ وَلَتَوَدَّنَّ أَنَّكَ شَلَلْتَ وَبَكِمْتَ، وَلَمْ تَكُنْ قُلْتَ ما قُلْتَ وَفَعَلْتَ ما فَعَلْتَ. “Ey azad olmuş kafirlərin oğlu![4] Sənin qadın və kənizlərini pərdə arxasında oturtmağın, Allah Rəsulunun (s) qızlarını isə əsir edərək o tərəf-bu tərəfə çəkməyin, onların hörmət və iffət pərdəsini yırtdığın halda, onları camaatın gözü önündə düşmənlər vasitəsi ilə şəhərlərdə dolandırmağın və küçə-bazarlardakı camaatın onların tamaşasına durması və onların yanında kişiləri və himayə edənləri olmadığı halda, yaxın və uzaq, alçaq və şərəfli şəxslərin onların üzlərinə baxması ədalətdəndirmi? (Amma bu sözlərin nə faydası? Ona görə ki, anası) pakların ciyərini yeyən (Yezidin nənəsi ciyəryeyən Hindin macərasına işarədir) və əti şəhidlərin qanı ilə möhkəmlənən şəxsin himayə və qorumasına necə ümid etmək olar?! Bizə məğrurcasına, nifrət, qəzəb və kinlə nəzər salan, günah hissi keçirməyən, öz zülmünü böyük saymayan və “Kaş, mənim babalarım burada olaydı və bu səhnələri görəydi! Onlar şadlıq və sevincdən fəryad edərək deyərdilər: “Ey Yezid, əllərin var olsun!” – deyən kəs biz Əhli-beytlə (ə) düşmənçiliyə necə tələsməz?! “Bu cümlələri Cənnət gənclərinin ağası Əba-Əbdillahın dodaqlarına, dişlərinə çubuqla vurduğun halda deyirsən. Bəli, Allah Rəsulunun (s) övladları və Əbdülmüttəlib xanədanından yer üzünün ulduzları olanların qanını axıtdığın, qəlblərimizin yarasını sızlatdığın və bizim xanədanımızın soy-kökünü təhdid etdiyin halda, nə üçün də belə sözlər deməyəsən?! Sən babalarını çağırır və təsəvvür edirsən ki, sənin səsini eşidəcəklər! (Heç də tələsmə!) Tezliklə onlara qovuşaqcaqsan! Həmin gün arzu edəcəksən ki, kaş, əllərim şil, dilim lal olaydı və bu sözləri deməyəydim və bu işləri yerinə yetirməyəydim!” Sonra sözlərinə əlavə etdi: أَللَّهُمَّ خُذْ بِحَقِّنا، وَانْتَقِمْ مِنْ ظالِمِنا، وَأَحْلِلْ غَضَبَكَ بِمَنْ سَفَكَ دِماءَنا، وَقَتَلَ حُماتَنا، فَوَاللَّهِ ما فَرَيْتَ إِلّا جِلْدَكَ، وَلا حَزَزْتَ إِلّا لَحْمَكَ، وَلَتَرِدَنَّ عَلى‌ رَسُولِ اللَّهِ بِما تَحَمَّلْتَ مِنْ سَفْكِ دِماءِ ذُرِّيَّتِهِ، وَانْتَهَكْتَ مِنْ حُرْمَتِهِ فِي عَتْرَتِهِ وَ لُحْمَتِهِ، حَيْثُ يَجْمَعُ اللَّهُ شَمْلَهُمْ، وَيَلُمُّ شَعْثَهُمْ، وَيَأْخُذُ بِحَقِّهِمْ‌ وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِى سَبِيلِ اللَّهِ أَمْوَاتاً بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ وَحَسْبُكَ بِاللَّهِ حاكِماً، وَ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ خَصِيماً، وَبِجَبْرَئِيلَ‌ ظَهِيراً، وَسَيَعْلَمُ مَنْ سَوّى‌ لَكَ وَ مَكَّنَكَ مِنْ رِقابِ المُسْلِمِينَ، بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا، وَأَيُّكُمْ شَرٌّ مَكاناً، وَأَضْعَفُ جُنْداً “İlahi! Bizim haqqımızı geri al, bizə zülm edənlərdən intiqam al və Öz qəzəbini bizim qanımızı tökən və bizim hamilərimizi öldürən kəsə nazil et! (Ey Yezid!) Allaha and olsun, (bu xəyanətlə) yalnız öz dərini soymaq və öz ətini kəsməkdən, həqiqətdə, özünü məhv etməkdən başqa heç bir şey etmədin! Şübhəsiz, Allah Rəsulunun (a) övladlarının qanını töküb o Həzrətin ailəsi və ciyərparələrinin hörmətini sındırmaq kimi günah yükünü çiyinlərində daşıdığın halda, Allah Rəsulu (s) ilə görüşəcəksən. Orada Allah onları bir yerə toplayacaq, onların pərişanlığını aradan qaldıracaq və onların intiqmını (haqqını) alacaqdır. (Bəli,) “Allah yolunda öldürülənləri ölü hesab etmə, əksinə onlar diridirlər və Rəbbi yanında ruzi yeyirlər. [5] Hakimi Allah, sənə etiraz edənin Allahın Rəsulu (s) və onun şahid və hamisinin Cəbrail olacağı bir məhkəmədə hazır olmağın kifayətdir. Tezliklə hökuməti sənin üçün hazırlayan və səni müsəlmanlara hakim edən kəs, zalimlərə necə pis bir cəza veriləcəyini biləcək və hansı şəxsin yerinin pis və kimin qoşununun daha zəif və aciz olduğunu anlayacaqdır.” Sonra xanım Zeynəb (s.ə) xütbəsini bu sarsıdıcı cümlələrlə sona çatdırdı: وَلَئِنْ جَرَّتْ عَلَيَّ الدَّواهِي مُخاطَبَتَكَ، إِنِّي لَأَسْتَصْغِرُ قَدْرَكَ، وَأَسْتَعْظِمُ تَقْرِيعَكَ، وَأَسْتَكْثِرُ تَوْبِيخَكَ، لكِنَّ العُيُونَ عَبْرى‌، وَالصُّدُورَ حَرّى‌، أَلا فَالْعَجَبُ كُلُّ الْعَجَبِ لِقَتْلِ حِزْبِ اللَّهِ النُّجَباءِ بِحِزْبِ الشَّيْطانِ الطُّلَقاءِ، فَهذِهِ الْأَيْدِي تَنْطِفُ مِنْ دِمائِنا، وَالأَفْواهُ تَتَحَلَّبُ مِنْ لُحُومِنا، وَتِلْكَ الجُثَثُ الطَّواهِرُ الزَّواكِي تَنْتابُها العَواسِلُ، وَتُعَفِّرُها امَّهاتُ الْفَراعِلِ. وَلَئِنِ اتَّخَذْتَنا مَغْنَماً لَتَجِدَ بِنا وَشِيكاً مَغْرَماً حِيْنَ لا تَجِدُ إلَّا ما قَدَّمَتْ يَداكَ، وَما رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ، وَإِلَى اللَّهِ الْمُشْتَكى‌، وَعَلَيْهِ الْمُعَوَّلُ، فَكِدْ كَيْدَكَ، وَاسْعَ سَعْيَكَ، وَناصِبْ جُهْدَكَ، فَوَاللَّهِ لا تَمْحُو ذِكْرَنا، وَلا تُمِيتُ وَحْيَنا، وَلا تُدْرِكُ أَمَدَنا، وَلا تَرْحَضُ عَنْكَ عارَها، وَهَلْ رَأيُكَ إِلّا فَنَدٌ، وَأَيّامُكَ إِلّا عَدَدٌ، وَجَمْعُكَ إِلّا بَدَدٌ؟ يَوْمَ يُنادِي الْمُنادِي: أَلا لَعْنَةُ اللَّهِ عَلَى الظّالِمِينَ. وَالْحَمْدُ للَّهِ رَبِّ الْعالَمِينَ، أَلَّذِي خَتَمَ لِأَوَّلِنا بِالسَّعادَةِ وَالْمَغْفِرَةِ، وَلِآخِرِنا بِالشَّهادَةِ وَالرَّحْمَةِ. وَنَسْأَلُ اللَّهَ أَنْ يُكْمِلَ لَهُمُ الثَّوابَ، وَيُوجِبَ لَهُمُ الْمَزيدَ، وَيُحْسِنَ عَلَيْنَا الْخِلافَةَ، إِنَّهُ رَحيمٌ وَدُودٌ، وَحَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكيلُ. “Ruzigarın böyük müsibətləri məni səninlə danışmağa məcbur etsə də, (bil ki,) həqiqətən, mən sənin dəyərini kiçik, səni məzəmmət etməyi böyük hesab edir və səni çox danlayıram, lakin nə edim ki, gözlər yaşlı və sinələr dağlıdır! Mənəvi və seçilmiş bir dəstənin şeytan dəstəsi və azad edilmiş qulların əli ilə öldürülməsi, bizim qanımızın bu (napak) pəncələrdən axması və bizim ətimizin parçalarının ağızlarınızdan çölə düşməsi çox təəccüblüdür. Sizlər vəhşi canavarlar kimi daim o pak bədənlərin sorağına gedir və kaftar balaları onları torpağa sürtür. Əgər bu gün bizə (qələbə çalmağını) qənimət hesab edirsənsə, tezliklə öz əkdiyin məhsulundan başqa, digər bir şeyi tapmayacağın gün onun sənin zərərinə tamamlanacağını görəcəksən. Əsla Allah-Taala bəndələrinə zülm etməz. Mən yalnız Allaha şikayətimi bildirir və yalnız Ona etimad edirəm! (Ey Yezid!) Nə qədər hiylən varsa işə sal və bacardığın qədər təlaş göstər. Amma Allaha and olsun ki, (bütün bu təlaşlarınla) bizim (xatirəmizi) yaddaşlardan silə bilməyəcək və bizim vəhy çırağımızı söndürməyi bacarmayacaq, bizim mövqe və məqamımıza zərər vura bilməyəcəksən. Bu işin xaredici ləkəsi əsla sənin üzərindən silinməyəcək. Sənin düşüncən zəif və hakimiyyətinin müddəti qısadır və bir nida edənin “Allahın lənəti olsun zalımlara!” – deyə səsləndiyi gün sənin cəmiyyətin pərakəndə olacaq. Həmd və səna yalnız aləmlərin Rəbbi olan və bizim işimizin başlanğıcını səadət və bağışlanmaq, işimizin sonunu isə şəhadət və rəhmət olaraq təqdir edən Allaha məxsusdur! Allahdan həmin şəhidlərə kamil şəkildə mükafat verməsini və mükafatlarını artırmasını diləyir və ondan bizi onların yaxşı canişinləri etməsini (istəyirəm). O, mehriban və sevimlidir. Allah bizə kifayətdir və O, bizim ən yaxşı hamimizdir.”[6] Bu xütbə İslam tarixinin ən fəsahətli və ən sarsıdıcı xütbələrindən biridir. Sanki o tamamilə Əli ibn Əbutalibin üstün ruhu və bənzərsiz şücaətindən qaynaqlanmış və qızı Zeynəbi-Kübranın dilindən cari olmuşdur. Belə ki, atasının həmin dili və həmin məntiqi ilə danışır. Qeyd etməliyik ki, bu xütbə yeddi hədəfi izləyən yeddi hissədən təşkil olunmuşdur: 1. Əvvəlcə İslamın bu cəsur qadını bir neçə sarsıdıcı cümlə ilə Yezidin təkəbbürünü sındırır və Quran ayələri ilə Allah dərgahındakı mövqeyini aydınlaşdıraraq deyir: Əsla hökumət, sərvət və saraydan faydalanmağı ilahi üstünlüyünə dəlil hesab etmə, sən Allahın onların çiyinlərinin günah yükü ilə dolması üçün özbaşına buraxdığı, sonra hər şeydən məhrum olaraq Cəhənnəmə göndərdiyi kəslərin nümunəsisən. 2. İkinci hissədə Peyğəmbərin (s) Yezidin əcdadı ilə rəftarını və Məkkənin fəthi zamanı hamını əfv etməsini Peyğəmbərin övladını öldürmək, kəsilmiş başları və onların əsir olan xanədanını şəhərbəşəhər gəzdirmək kimi Yezidin pis əməli ilə müqayisə edilir və Yezidin alnına batillik möhrü vurur. 3. Üçüncü hissədə Yezidin küframiz sözləri xatırlanır, onun imansız olmasına təkid edilir və tezliklə əcdadlarının aqibətinə düçar olacağı və Cəhənnəmə gedəcəyi bildirilir. 4. Sonra Kərbəladakı şəhidlərin, xüsusən də, Peyğəmbər (s) xanədanından olan şəhidlərin uca məqamına işarə edir və onların varlığı ilə iftixar etməyi bu xanədan üçün böyük imtiyaz hesab edir. 5. Sonra Yezidin hüzurunda Qiyamətdəki hakimi — Allah, tərəf müqabili Peyğəmbər və şahidləri Allahın mələkləri olan ilahi ədalət məhkəməsinə işarə edir. Belə bir məhkəmənin sonu bəllidir. 6. Sonra Yezidi qeyri-adi şəkildə təhqir etməyə başlayır və hətta belə buyurur: Əgər ruzigar mənə zülm edərək məni bir əsir qadın tək sənin taxtının ayağına gətirdisə, mənim sənə dəyər verdiyimi təsəvvür etmə! Sən mənim xitab etməyimə layiq deyilsən və əgər səninlə danışıramsa, bu çarəsizliyimdəndir. 7. Öz sözlərinin sonuncu hissəsində Allaha nübuvvət xanədanına rəhmət və kəramətlə başlayan sonsuz nemətlər verdiyi, şəhadət və kəramətlə başa çatdırdığı üçün həmd-səna deyir. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.596-603.) [1]. (Xindəf – Qüreyşin, o cümlədən, Yezidin ulu babalarındandır. “Təbəri tarixi”, c.1, səh.24-25.) [2]. (“Rum” / 10.) [3]. (“Ali-İmran” / 178.) [4]. Allah Rəsulunun (s) Əbu Süfyan, Müaviyə və digər Qüreyş başçıları və düşmənlərini bağışlayaraq belə buyurduğu Məkkə fəthinə işarədir: إذْهَبُوا فَأَنتُمُ الطُّلَقاءُ “Gedin! Siz azad olunmuşlarsınız!” (Bax: “Biharul-ənvar”, c.21, səh.106; “Təbəri tarixi”, c.2, səh.337.) [5]. (“Ali-İmran” / 169.) [6]. “Məqtəlul-Huseyn”, Müqərrəm, səh.357-359; “Biharul-ənvar”, c.45, səh.132-135; “İhticac”, c. 2, səh.122-130 (azacıq fərqlərlə).

Əhli-Beyt (ə) dahilərin baxışında 30.12.2024

Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları -Herr Marbin “ #3

Herr Marbin alman alimidir və o, deyir: “Hüseyn ibn Əli (ə) – Əmirəl-möminin Əlinin (ə) varisidir. Çünki atası natiqlikdə və münafiqləri tənqid etməkdə misilsiz bir şəxsiyyət olmuşdur. İndiyə qədər dünyada bu cür siyasətçi meydana gəlməmişdir. İslamın kin düşməni olan Bəni-Üməyyə İslamın hörmətini pozdular və bu zaman Hüseyn (ə) susmağı mümkün bilmədi. Bəni-Üməyyə hakimiyyətinə qarşı qiyam etdi. Əbi-Süfyan nəslini, yezidliləri rüsvay və məhv etdi. Buyurdu ki, mən haqq və əmr-be-məruf yolunda öldürülürəm. Əgər bu yolda canımı və əzizlərimi əldən versəm d,ə heç bir tərəddüdüm yoxdur. O, dünyada bərabəri olmaz bir rəftar etdi”.

Əhli-Beyt (ə) dahilərin baxışında 30.12.2024

Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları -Morris Dukberi “ #2

Morris Dukberi deyir: “Hüseyn (ə) şərəf və namus, İslam əhkamını yerinə yetirmək, zülmü aradan aparmaq, müsəlmanların malının heyif olmasının qarşısını almaq, zəifləri müdafiə etmək üçün Allah yolunda canından, malından, övladlarından keçmişdir. Zalımlara boyun əyməmişdir. Ona görə də gəlin biz də onun yolunu örnək edək. Zalımların və hegemonların isitsmarından xilas olaq. İzzətli ölümü züllətli həyatdan üstün bilək. Çünki izzətli ölüm zillətli yaşamaqdan daha yaxşıdır. Bu gün əgər müsəlmanlarda azadlıq müşahidə olunursa, onun əsil amili İslam və Quranın göstərişlərinə əməl etməyə görədir. Hüseyn (ə) Həzrəti İsaya (ə) ən çox bənzəyən ruhanidir. Ancaq müsibətləri daha ağır və daha çətindir”. https://youtube.com/shorts/I-kXshUH3HE

Həzrət Muhəmməd (s) 30.12.2024

Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?

Həzrət Peyğəmbər (s) bu dünyadan təbii ölümlə gedibdir, yoxsa şəhid olubdur? Həzrət Peyğəmbəri (s) dəfələrlə sui-qəsdə məruz qoymuşdular. Besətin əvvəllərində müşriklər onu öldürməyə qalxdılar, ancaq bacarmadılar. Həzrət (s) Mədinəyə hicrət edəndən sonra da ona qarşı bir neçə dəfə sui-qəsd olmuşdu. Biz bu əqidədəyik ki, Peyğəmbər (s) Xeybər döyüşündə zəhərləndikdən sonra bu zəhərdən şəhid olmuşdur. (Tebyan) İmam Sadiq (ə) buyurur: “Elə bir peyğəmbər və peyğəmbər vəsisi yoxdur, şəhadətə yetməmiş olsun”. Əba Sələt nəql edir ki, İmam Rza (ə) buyurmuşdur: “Bizlərdən eləsi yoxdur ki, öldürülməsin”. Həzrət Peyğəmbər (s) Xeybərdə zəhərləndiyi üçün bu zəhər bədənini məhv etdi və nəhayət mübarək gözləri dünya nurundan bağlandı. Hişam ibn Muhəmməd atasından nəql edir ki, İmam Həsən (ə) Əmirəl-möminin (ə) şəhid olandan sonra buyurmuşdu: “Peyğəmbər (s) mənə xəbər vermişdi ki, imamət – seçilmiş on iki İmamın (ə) ixtiyarındadır. Bizlərdən eləsi yoxdur ki, ya zəhərlənməsin, ya da qətl edilməsin”. Cəbrail (ə) “Ənkəbut” surəsini nazil edir və buyurur: “Ey Muhəmməd! Oxu! “Əlif, Lam, Mim.(Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Həzrət Muhəmmədə (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır). Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 1-3). Allahın Rəsulu (ə) Cəbrayilə (ə) buyurur: “Bu, nə imtahandır?”. Cəbrail (ə) deyir: “Ey Muhəmməd! Həqiqətən, Allah Təala sənə salam verir və buyurur: “Mən səndən əvvəl elə peyğəmbər göndərməmişəm, məgər o halda ki, həyatının sonunda yerində əyləşən canişinini seçsin, əhkam və yolunu diriltsin. Ona görə də düz danışan insanlar o kəslərdir ki, Allahın Peyğəmbərinin (s) əmrini icra edərlər. Və o kəslər ki, itaətsizlik edirlər – onlar yalançılardırlar. Həqiqətən, ey Muhəmməd! Sənin Allaha tərəf getməyin yaxınlaşır və Allah sənə əmr edir ki, özündən sonra Əli İbni Əbitalibi (ə) ümmətin üçün seçəsən. O, sənin canişinindir, ümməti və rəiyyəti hidayət edər. Əgər ümmət onun ardınca getsə, sağlam qalar”. Həzifə deyir: “Peyğəmbər (s) İmam Əlini (ə) çağırdı və onunla xəlvət etdi. Həmin gecə və gündüz Allahın ona tapşırdığı elm və hikməti Əliyə (ə) tapşırdı. Onu Cəbrailin (ə) dediklərindən agah etdi”. Bu hadisə Aişənin evində baş vermişdi. Aişə Peyğəmbərə (s) deyir: “Elə indi vəzifəmi yerinə yetirməkdən məni agah et. Mən də başqalarından qabaqda olum. O şey ki, mənim xeyirimədir, onu alım”. Həzrət Peyğəmbər (s) buyurur: “Sənə xəbər verirəm, ancaq heç kəsə deməyəsən. Məgər o halda ki, mən insanların arasında Allahın əmrini yerinə yetirirəm. Çünki əgər sən bu sirri saxlasan, Allah da səni dünya və axirətdə saxlayar. Sənin üçün Allahın və Rəsulunun imanında tələsmək və qabaqda olmaq üçün üstünlik vardır. Əgər zay etsən və sənə dediyimə riayət etməsən, Allahına kafir olarsan. Savabın zay olar, ziyankarlardan olarsan. Bu əməl Allaha və Rəsuluna (s) ziyan daxil etməz. Ona görə də yaxşı olar ki, bu sirri saxlayacağına görə əhd bağlayasan. Allah Təala mənə xəbər verdi ki, ömrüm sona çatır və əmr etdi ki, Əlini (ə) öz yerimə təyin edəm. Onu insanların rəhbəri qərar verim”. Aişə də bu sirri saxlayacağına söz verir. Lakin Aişə bu sirri bir az sonra Ömərin qızı Həfsəyə deyir. Allah Təala Peyğəmbəri (s) bu işdən agah edir. Uzun çəkmədi ki, bu iki qadın öz atalarını bu işdən agah etdilər. Sonra münafiqlər də bu işdən agah oldular. Dedilər ki, Muhəmməd (s) belə xəyal edir ki, xəlifəliyi öz nəslində qərar versin. Kəsra padşahı kimi əsrin sonuna qədər hakimiyyətdə olsunlar. Allaha and olsun ki, bu həyatda artıq bizin üçün bir bəhrə yoxdur. Əgər bu iş icra olarsa, xəlifəlik Əli ibni Əbitalibə (ə) verilər. Bundan sonra məlum fitnələr yer aldı. “Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şuəra” 227). Allah pənah aparırıq bütün fitnələrdən.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...