Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Surələrin Fəziləti 16.12.2024

“Fatir” surəsinin fəziləti

Übeyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs Məlaikə surəsini (Fatir) surəsini, oxusa Qiyamət günündə Behiştin qapılarında üçü onu çağırar ki, bu üç qapının hansı birisindən istəyirsən daxil ol. Çoxlu dua kitablarında yazılıb ki, hər kəs yatan zaman bu ayəni “İnnəllahə yəmsukum-səmavati vəl ərzə ən təzulən, vələin zaləta in əmsəkəhuma min əhədin min bəədihi, İnnəhu kanə həlimən ğəfura.” (Fatir-14). oxusa, binanın onun üzərinə tökülməsindən amanda qalar. Çoxlu kitablarda o cümlədən Şeyx İbrahim Kəfhəminin Misbah kitabında qeyd olunub ki, bu surənin 41-ci ayəsini sona kimi oxuyandan (İnnallahə yəmsuku) sonra bunu “Səlli əla Muhəmmədin və ali Muhəmməd və əmsik ənnəssui innəkə əla Kulli şəyin qədir.” əlavə etsə, onun evi Allahın amanında qalıb uçmaz.

Surələrin Fəziləti 16.12.2024

“Səbə” surəsinin fəziləti

1-Ömər ibn Əzniyədən nəql olunub ki, İmam Sadiq (ə) bu iki surənin (Səbə və Həmd) haqqında ki, onların ikisidə həmd kələməsi ilə başlayır buyurdu: Hər kəs gecə bu surəni oxusa, O bütün gecəni Allahın amanında olacaqdır. Əgər bu surəni gündüz oxusa, həmin günü çətinlik və əziyyət çəkməyəcəkdir. Dünyada və axirətdə qəlbindən keçməyən və gümanına gəlməyən qədər ona xeyir-bərəkət əta olunar. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v.) rəvayət nəql eæir ki,Həzrət belə buyurdu: Səbə surəsini oxuyan kəslə Qiyamətdə onunla dost olmayan Rəsul və Peyğəmbər qalmayacaqdır.

Surələrin Fəziləti 16.12.2024

“Əhzab” surəsinin fəziləti

1-Əbdullah ibn Sənandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs Əhzab surəsini çox oxusa, Allahın Rəsulun (s.ə.v.v) və həyat yoldaşlarının pənahında olacaq. Sonra Həzrət buyurdu: Əhzab surəsi Qüreyş qəbiləsinin kişilərindən qadınlarının, və başqalırının rüsvayçılıqlarını aradan qaldırdı. 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs Əhzab surəsini oxusa, onu (Əhzab surəsi) ailəsinə və himayəsində olanlara öyrətsə, Allah onu qəbrin əzab-əziyyətindən əfv edər. 3-Əbdullah ibn Muğəyrə deyir: Həzrət Musa ibn Cəfər (ə)-dan eşitdim ki, belə buyurdu: Hər kəs sübh və şam namazınının təqibatında (ardınca) yerindən qalxmışdan və yaxud bir kəslə danışmamış qabaq bu ayəni “İnnəllahə və məlikətuhu yusəllunə ələnnəbiyyi ya əyyəhəlləzinə amənu səllu ələyhi və səllimu təslima.” (Əhzab-56) oxusun və sonra desi: “Əllahummə səlli əla Muhəmmədinin-nəbiyy və zurriyətih.” Allah onun yüz hacətini verər. Onun yetmişini dünyada otuzunu isə axirətdə ona əta edər və “Səlli əla Muhəmmədin və ali Muhəmməd fil mursəlin. Əllahummə əəti Muhəmmədən (və ali Muhəmməd ) əlvəsilə vəşşərəf, vəlfəzilə, vəddərəcətul kəbirə, Əllahumə inni aməntu bimuhəmmədin (s) Vələm ərah fəla tər həmni, yəvməl Qiyaməti röyətəhu. Vərzuqni söhbəthu və təvəfənni əla millətihi. Vəsqini min hovzihi muşribən rəviyyən, Saiğən Həkiən, laəəzənə bədəhu əbədən, İnnəkə əla kulli şəyin qədir. Əllahummə kəma aməntə bimuhəmmədin (s) Vələm ərahu fəərrifni filcinan vəchəhu. Əllahummə bəlliğ ruhu ənni təhiyyətən kəsirətən və səlamən.” Nəticədə bir kəs hər gün sübh və şam vaxtı Peyğəmbərə (s.ə.v.v.) üç dəfə salavat göndərsə, bütün xəta və günahları məhv olar, şadlığı davam edər, duaları müstəcab olub, arzularına çatar, ruzisi çoxalar, düşmənə qələbə çalmağa kömək edər, xeyir və yaxşılıq səbəbləri qaydasına düşər və bərin Behiştdə Peyğəmbərlə (s.ə.v.v.) birlikdə olar. Əgər evdə qalmış subay bir qız üçün Əhzab surəsini yazıb balaca (qiymətli əşyalar) sandıqcasına qoyub onun ağzını bağlayıb, o qız yaşayan evdə gizlətsəniz , onun üçün ər tapılar.

Surələrin Fəziləti 16.12.2024

“Səcdə” surəsinin fəziləti

1-Hüseyn ibn əbim Əlandən rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Hər kəs həftədə bir dəfə səcdə surəsini oxusa, Allah onun nameyi əməlini sağ əlinə verər, və elədikləri işlərə görə çətin hesab çəkilməz. O Allahın Rəsulu (s.ə.v.v)və övladları ilə bir yerdə olacaqdır. 2-Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: “Əlif-lam-mim, tənzil” (Səcdə surəsi). və “Təbarəkəlləzi” (Furqan surəsi) surəsini oxuyan şəxs elə bil ki, Qədr gecəsini əhya saxlamışdır. Leys ibn Zübeyr Cabirdən, rəvayət edir ki, o deyirdi: Allahın Rəsulu (s.ə.v.v) gecə-lər bu iki surəni oxumamış yatmazdı. Leys deyir: Bu rəvayəti tavusa dedim: Sonra o dedi: Bu iki surə Quranın bütün surələrindən qiyamətlisidir, və hər kəs bu iki surəni oxusa, altımış həsənə onun üçün yazılar, onun altımış günahı məhv edilər, məqamı altımış dərəcə yuxarı qaldırılar.

Surələrin Fəziləti 16.12.2024

“Loğman” surəsinin fəziləti

1-İmam Baqir (ə) buyurdu: Bir kəs hər gecə Loğman surəsini oxusa, Allah-taala o gecə onu sübhə qədər iblisin və onun qoşununun şərrindən qorumaq üçün mələklər göndərər. Əgər bu surəni gündüz oxusa, həmin gün şəfəq batana qədər mələklər onu şeytanların şərrindən qoruyar. 2-Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs Loğman surəsini oxusa, Qiyamətdə Həzrət Loğman onunla dost olar. Ona yaxşılığa əməl etmiş və pisliklərdən qorunmuş kəsin savabından on dörd dəfə çox savab verilər. Xəvassul Quran kitabında yazılıb ki, hər kəs Loğman surəsini yazıb hakimin mənzilində qoysa, həmin il hakimiyyətdən endirilər. Bir kəs bu surəni yazıb özündə saxlasa, şəqiqədən (gicgahın ağrısından) və qızdırmadan sağalar. İbn Abbasdan nəql olunub ki, hər kəsin qulaq ağrısı vardırsa; 1-Aşağıdakı ayəni oxumağı davam etdirsin. “Fəmən yəstəmi ilanə yəcid ləhu şibahən rəsədən.” (Cin-9) və ondan soanra desin: 2-Bir şəxs imam Məhəmməd Baqirin (ə) hüzurunda qulağının ağır eşitməsindən şikayət etdi: İmam ona buyurdu: Əlini qulağına çək və bu ayələri oxu: “Ləv ənzəlna hazəl Quranə əla cəbəlin lərə əytəhu xaşiən mutəsəddiən min xəsiyətillah, və tilkəl əmsalu nəzribuha linnasi ləəlləhum yətəfəkkərun.” “Huvəllahulləzi la ilahə illa huvə alimul-ğəybi vəşşəhadəti, huvər-rəhmanir-rəhim. Huvəllahulləzi la ilahə illa huvəl məlikul quddusus-səlamul muminul muhəy minul əzizul cəbbarul mutəkəbbiru, Subhanəllahi, əmma yuşrikunə. Huvəllahul xaliqul bariul musəvviru ləhul əsmaul husna. Yusəbbihu ləhu mafissəmavati vələrzi və huvəl əzizul həkim.” (Həsir-21-24) 3-Qulağına tut və aşağıdakı ayəni üç dəfə oxu: “Minha xələqnakum və fiha nundukum və minha nuxricikum tarrət ən uxra.” (Taha-55) 4-Bu ayəni özundə saxlasın. “Və iza Quriəl Quranu fəstəmiun ləhu və ənsitu ləəlləkum turhəmun.” (Əraf-204) “Kəənnə ləm yəsməəha kəənnə fiuzunəyhi vəqrən, fəbəşirhu biəzabin əlim.” (Loğman-7).

Surələrin Fəziləti 16.12.2024

“Ənkəbut” surəsinin fəziləti

Əbi Bəsirdən rəvayət olunub ki, imam Cəfər Sadiq (ə) belə buyurdu: Hər kəs mübarək Ramazan ayının iyirmi üçüncü gecəsi Ənkəbut və Rum surəsini oxusa, Allaha and olsun Beheşt əhlindən olacaqdır. Heç vaxt bir kəsi bu hökmdən istisna etmərik. Bu anda Allahın mənə bir günah yazacağından qorxmuram. Həqiqətən Allah yanındabu iki surə uca məqama malikdir. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bu surəni oxuyan kəsə yerdə və səmada pərvərdigarına təsbih deməyə məşğul olan mələklərdən on dəfə çox əcr verilər. Bu surəni oxuduğu gecə və gündüz əgər ondan bir savab iş əldən çıxsa, yenədə ona veriləcək. Haris həmədani deyir: Əmirəlmöminin (ə) buyurdu: Hər kəs şəfəq batanda bu ayəni “Fəsubhanəllahi hinə tumsunə və hinə tusbihunə, vələhul həmdu fissəmavati vəl ərzi və əşiyyən, və hinə tuzhurun.” (Rum-17-180) üç dəfə oxusa, o gecə xeyir işlər əlindən çıxmaz, və bütün pisliklər ondan uzaqlaşar. Hər kəs sübh vaxtı deyilən ayəni üç dəfə oxusa, həmin gün o heç bir şey itirməz, və bütün şərr işlər ondan uzaqlaşar. Allahın Rəsulundan (s ə v v) rəvayət olunub ki, hər kəs sübh və şam vaxtı bu ayəni oxusa, həmin gün yaxud həmin gecə vaxtında qıla bilmədiyi ibadətlərin yerini doldurar. Həmçinin bu ayəni gündəlik vacibi namazlardan sonra oxumaqla yağışın damcıları ağacların yarpaqları, yer üzündəki torpağın sayı qədər, ona həsənat yazılar. Ayə: “Fəsubhanəllahi hinə tumsunə və hinə tusbihun. Və ləhul həmdu fissəmavati vələrzi və əşiyyən və hinə tuzhirun. Yuxricul həyyə minəl məyyiti və yuxricul məyyitə minəl həyyi və yuhyil ərzə bəədə məvtiha və kazalikə tuxrəcun.” (Rum-17-18-19).

Surələrin Fəziləti 16.12.2024

“Qəsəs” surəsinin fəziləti

Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Qəsəs surəsini oxusa, Həzrəti Musanı (ə) təsdiq və təkzib edənlərin sayı qədər ona həsənə verilər. Yer və səmada ona şəhadət verməyən bir mələk qalmaz. Onlar deyərlər ki, doğrusu o deyərdi Allahın zatından başqa bütün mövcudat məhv olacaqdır. Hər dərdi olan bu surəni yazıb özündə saxlasa, Allahın izni ilə şifa tapar.

Surələrin Fəziləti 15.12.2024

“Nəml” surəsinin fəziləti

Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs ta-sin Süleymanı oxusa, Həzrət Süleymanı, Hudu, Şüeybi, Salehi, İbrahimi təsdiq və təkzib edənlərin sayı qədər həsənat əcr alar. Qəbirdən çıxanda “la ilahə illəllah” deyər. Hər kəs bu surəni ozxusa, heç vaxt onu aldatmazlar. Bir kəslə dostluq etmək istəyirsənsə, və necəki, bir saat belə onsuz şadlanmırsansa, aşağıdakı ayəni yeməli şeyə üfürüb ona yedizdir. “Bismillahir-rəhmanir-rəhim. Əlla təlu ələyyə vətuni musliminə.” (Nəml-31) “Ləvla ən rəbətna əla qəlbiha litəkunə minəl muminin.” (Qəsəs-10). Перед регистрацией стоит изучить честные Volta Casino отзывы клиентов сегодня перед игрой и оценить выплаты, бонусы и качество саппорта.

Surələrin Fəziləti 15.12.2024

“Şuəra” surəsinin fəziləti

Allahın Peyğəmbəri (s.ə.v.v) buyurdu: Bir kəs Şuəra surəsini oxusa, onun əcri on həsənə miqdarında olacaq, hər bir həsənə Həzrət Nuhu, Hudu, Şüeybi, Salehi, və İbrahimi təsdiq və təkzib edənlərin, və Həzrət İsanı təkzib edənlərin, və Həzrət Məhəmmədi (s.ə.v.v) təsdiq edənlərin sayı qədərdir. Əbi Bəsirdən rəvayət olunub ki, imam Cəfər Sadiq belə (ə) belə buyurdu: Hər kəs bu üç [ta-sin]-ni (Şuəra, Nəml, Qəsəs) cümə axşamı oxusa, Allahın dostlarından və övliyalarından olar. Dünyada heç vaxt çətinlik çəkməz. Beheşt nemətlərindən o qədər ona verərlər ki, çox razı qalar. Allah Beheşt hurilərindən yüz hurini onunla evləndirər. İbn Abbas deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Allah mənə Tövratın əvəzinə yeddi böyük surəni nazil etdi. Onlar ibarətdir: Bəqərə-Ali İmran-Nisa-Maidə-ənam-Əraf Ənfaldan, Taha və Təvasin (Şuəra, Nəml, Qəsəs) sursini Zəburun əvəzinə mənə nazil etdi, və sair…. Dərdə olan ağ-qara ləkələri müalicə etmək üçün bu ayələri ləkələrin üzərinə yazın: “Və in min şəyin illa indəna xəzinuhu vəma nunəzzinhu illa biqədərin məlum” (Hicr-21) “Qalə həl yəsməunəkum iz tədunə əv yənfəunəkum əv yəzurrun.” (Şuəra73).

Surələrin Fəziləti 15.12.2024

“Furqan” surəsinin fəziləti

1-İshaq ibn Əmmardan rəvayət olunub ki, Musa ibn Cəfər (ə) ona belə buyurdu: Ey Əmmarın oğlu! “Təbarəkəl-ləzi nəzzələl Furqanə əla əbdihi” ni tərk etmə. Çünki bir kəs bu surəni hər gecə oxusa, Allah heç vaxt onu əzab etməz, və ondan çox hesab çəkməz. Onun yeri Firdovs əlada olacaqdır. Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, hər kəs bu surəni oxusa, Allah-taala Qiyamətdə onu mömin, müvəhhid və yenidən diriləcəyiini təsdiq edən halda Behiştə aparar. Hər kəs bu surəni gecə yaxud gündüz oxusa, onun ailəsi heç vaxt əxlaqsızlığa yönəlməz. Öləndən sonra yetmiş min onu müşayiət edər, və onların hamısı onun üçün dua edib bağışlanmaq tələb edərlər, sonra ona qəbrə qoyarlar. Bir kəs gündəlik namazlarında şam namazın qılandan sonra “İza vəqəətil vaqiə ” surəsini, sübh namazını qıl-andan sonra “Yasin” surəsini, Zöhr namazını qılandan “Nəbə” surəsini, və əsr namazını qılandan sonra “Fəth” surəsini oxusa, Həcəti qəbul olar, Təngnəfəsi (astma yaxud alergiya) müalicə etmək üçün bu ayəni oxuyun: “Bismillahir-rəhmanir-rəhim. Təbarəkəlləzi in şaə cəələ ləkə xəyrən min zalikə cənnatin təcri min təhtihəl ənharu və yəcəl ləkə qusurən.” (Furqan-10)

Surələrin Fəziləti 15.12.2024

“Nur” surəsinin fəziləti

1-İbn Məskandan rəvayət olunub ki, imam Sadiq (ə) belə buyurdu: Namus və malınızı Nur surəsini oxumaqla qoruyun. Həmçinin öz xanımlarınızı onunla qoruyun, çünki, bir kəs bu surəni hər gün yaxud hər gecə oxumağa davam etdirsə, ölənə qədər öz ailəsindən heç bir kəs iffətsizliyə (əxlaqsızlığa) düçar olmaz, Dünyadan gedəndə yetmiş min Mələk onu qəbrinə qədər müşayiət edər, hamısı onun üçün dua edib bağışlanmaq tələb edərlər, sonra onu qəbrə qoyarlar. (Yusif surəsinin 12-ci ayəsinə müraciət edin). 2-Allahun Rəsulu (s.ə.v.v) buyurdu: Allah Nur surəsini oxuyan kəsə keçmişdəki və gələcəkdəki möminlərin hamısının əcri qədər həsənə (savab) verər. Hakim Əbu Əbdullah öz səhihində Ayişədən nəql edir ki, Nəbiyyi-Əkrəm (s.ə.v.v) belə buyurdu: Xanımlarınızı evlərdə bekar saxlamayın, bəlkə toxuculuğu və Nur surəsini onlara öyrədin. Hər kəs Nur sursini yazıb yatanda onu başına altına qoysa, həmin gecə möhtəlim (cunub) olmaz. Əgər Nur surəsini yazıb yuyub onun suyunu gözünüzə sürtsəniz, qaranlıq və zəifliyi aradan gedər. “Əllahu nurus-səmavati vələrzi məsəlu nurihi kəmişqati fiha misbahunil misbahu fizucacətin-əzzucacətu kəənnəha kəvkəbun durriyyun yuqədu min şəcərətin mübarəkətin zeytunətin la şərqiyyətin vəla ğərbiyyətin yəkadu zəytuha yuziu vələv ləm təmsəshu narun. Nurun əla nurin yəhdillahu linurihi mən yəşau. Və yəzribullahul əmsalə linnasi, vəllahu bikulli şəyin Əlim” (Nur –35) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 15.12.2024

“Möminun” surəsinin fəziləti

-Hüseyn ibn Übəyyil Əla rəvayət olunub ki, imam Cəfər Sadiq (ə) belə buyurdu: Hər kəs Muminun surəsini oxusa, Allah onun ömrünü səadət və xoşbəxtliklə sona çatdırar. Əgər bir kəs bu surəni oxumağı davam etdirsə, Allahın göndərdikləri və Peyğəmbərlərlə birlikdə Əəlada olacaqdır. 2-Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Mələklər bu surəni oxuyan kəsə, Qiyamət günündə ruh və reyhanla, və göz aydınlığına səbəb olan şeyləri bəşarət verərlər. Həlakətdən nicat tapmaq üçün (ancaq zərur işlərdə) 140 dəfə oxuyun. Əgər onu gecə yazıb ipək parçada başına qoysa, (fasiqlik) həvəsi qəlbindən gedər, və şərabı tərk edər. Rəvayətlərin birində yazılıb ki, Əbdullah Məsud günlərin birində xəstə yanına gedib, bu ayəni “Əfəhəsibtum ənnəma xələqnakum əbəsən və ənnəkum iləyna laturcəun. Fətəallahul məlikul həqqu la ilahə illa huvə rəbbul ərşil Kərim. Vəmən yədu məəllahi ilahən axirə la burhanə ləhu bihi fəinnəma hisabuhu ində rəbbihi innəhu la yuflihul kafirun. Və qul rəbbiğfir vərhəm və əntə xəyrur-rahimin.” (Muminin 115-118) onun qulağına oxudu və tezliklə şifa tapdı. Bu xəbəri Allahın Rəsulunun hüzuruna çatdırdılar. Həzrət Əbdullaha dedi: xəstənin qulağına nə oxudun? o dedi: Filan ayəni (Muminun-115-118). Həzrət buyurdu: Bəli, doğrudur, canım əlində olan Allaha and olsun. Əgər bu ayəni sidq ürəkdən və yəqinliklə dağa oxunsa, dağ yerindən qopar. Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql olunub ki, hər kəs muminun surəsini cümə günündə oxuya, və bu işi davam etdirə, onun mənzili Firdovs Əlada olar. Sonra yenə də buyurdu: Bu surənin əvvəli və sonu Behiştin qiymətli cəvahiratlarındandır. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75