Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Əli (ə) 06.01.2025

Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat

Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kə’bə evində dünyaya göz açmışdır. Atası Əbutalib , anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir. Həzrət Əli əleyhissəlamin həyatinin bölmələri Həzrət Əli əleyhissəlamın be’sətdən (Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə (səlləllahu əleyhi və alih) çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra otuz il yaşamasını nəzərə almaqla onun (Həzrət Əlinin) altımış üç illik mübarək ömrünü aşağıdakı beş hissəyə bölmək olar: 1)–Təvəllüddən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədər; 2)–Be’sətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) Mədinəyə hicrətinədək; 3)–Hicrətdən Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatınadək; 4)–Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından Əli əleyhissəlamın xəlifə olmasına qədər; 5)–Həzrət Əli əleyhissəlamın xəlifəlik dövrü (şəhadətinə qədər). 1. Əli əleyhissəlamın dünyaya gəlməsindən Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) be’sətinə (peyğəmbərliyə seçilməsinə) qədər Yuxarıda qeyd etdik ki, əgər Əli əleyhissəlamın ömrünü beş hissəyə bölsək birinci hissə o Həzrətin təvəllüdündən Peyğəmbərin (səlləllahu əleyhi və alih) be’sətinə qədərki dövrü əhatə edəcək. Əli əleyhissəlamın ömrünün bu hissəsi on ildən çox deyil. Çünki Həzrət Əli (əleyhissəlam) doğulanda Peyğəmbərin (səlləllahu əleyhi və alih) artıq otuz yaşı var idi və o, peyğəmbərliyə qırx yaşında olarkən yetişmişdir. Deməli, Məhəmməd (səlləllahu əleyhi və alih) Peyğəmbər seçilərkən Əli əleyhissəlamın cəmi on yaşı var idi.

İmam Əli (ə) 06.01.2025

Mübahilə günü nələr baş verdi?

Qədir-Xum gününü arxada qoyduq. Dinin kamilləşməsinin, nemətlərin tamam olmasının simvolu olan bu tarix barədə kifayət qədər danışdıq. İndi isə zilhiccə ayında olan digər əlamətdar tarixə nəzər salaq. Bu günün adı “Mübahilə günü”dür. Bu gün, öz əhəmiyyətinə görə İslam tarixində özünəməxsus yerlərdən birini tutur. NƏCRAN HEYƏTİNİN GƏLİŞİ Öncə “Mübahilə günü”nün əsasında olan məfhumla bağlı bir qədər aydınlaşdırma aparaq. “Mübahilə”nin mənası – qarşı tərəfə nifrin, lənət deməkdir. Ümumi halda, mübahilə ən son vasitə kimi tanınır. Yəni, qarşı tərəf dəlil, sübut qəbul etməkdən imtina etdikdə, yalan danışana İlahi lənətin nazil olması barədə birgə dua etmək məna daşıyır. Bu tarixi olay, Həzrət Peyğəmbərin (s) axırıncı peyğəmbər olaraq, Xatəmül-ənbiya olaraq hudayət missiyası ilə, haqq yola dəvət vəzifəsilə bilavasitə əlaqəli məsələdir. Məlum olduğu kimi, Peyğəmbərimiz (s) hansısa ayrıca millətə, qövmə deyil, bütün bəşəriyyətə İlahi Elçi olaraq göndərilmişdir. Bundan irəli gələn məsələlərdən biri də, Peyğəmbərimizin (s) öz missiyası barədə mesajları dünyanın hər yerinə göndərməsi idi. Bu sırada hökmdarlar, qəbilə və tayfa başçıları, digərləri var idi. Hicrətin 9-cu ilindən etibarən, bu dəvətlərə ciddi reaksiyalar gəlməyə başladı. İslama kütləvi surətdə gəlişlər prosesi getdi. Belə dəvətlərdən biri də Nəcran məsihilərinə çatdırılmışdır. Yəmənlə sərhəddə yerləşən Nəcran məntəqəsinin əksəriyyəti məsihilərdən ibarət idi. Həzrət Rəsuli-Əkrəmin (s) dəvəti onlara çatdıqda, 14 nəfər nüfuzlu xristiandan ibarət heyətlə Peyğəmbərimizin (s) mübarək hüzuruna gəldilər. Qeyd edək ki, öncə göndərilmiş təbliğatçılar Nəcran əhalisinin bir hissəsinin hidayət olunmasına səbəb olmuşdular. Xeyli sayda nəcranlı insan Peyğəmbərimizin (s) dəvətinə cavab verərək, İslama gəlmişdi. Lakin, keşişlər tərəfindən idarə edilən böyük bir qrup, bu dəvəti cavablandırmaqla bağlı tərəddüddə idi. Eyni zamanda, Həzrət Rəsulallah (s) barədə xristian dininə aid müqəddəs kitablarda məlumatların olması məsələsi də gündəmdə idi. Belə olan halda, nəcranlılar Peyğəmbəri-Əkrəmin (s) yanına böyük səlahiyyətlərə malik bir heyəti göndərib, məsələni yerində tədqiq etməyi qərarlaşdırdılar. Müəyyən vaxtda heyət Mədinəyə, Həzrət Peyğəmbərin (s) hüzuruna gəldi. 14 nəfərlik bu heyətə 3 nəfər ən nüfuzlu keşiş başçılıq edirdi. HƏZRƏT ADƏMİN (ə) MİSALI Sözügedən heyət Rəsuli-Əkrəmin (s) hüzuruna gəlir. Peyğəmbərimizə (s) İslam dininin mahiyyəti barədə suallar verməyə başlayırlar. Peyğəmbərimiz (s) xaçpərəst heyətinə, təkallahlığın mahiyyətinini çatdırmaqla bağlı öz mübarək missiyası başa salır. Bir çox dəlillərin gətirilməsinə baxmayaraq, keşişlər inadkarlıq edirlər. Onlara öyrəşdikləri konstruksiyalardan imtina etmək, bütün ömürləri boyu inandıqları mövzuları buraxaraq, İlahi təlimə iman gətirmək çətin gəlirdi. Peyğəmbərimiz (s) onları Allahın təkliyinə – Uca Rəbdən başqa ibadət ediləcək məbudun olmadığına və özünün peyğəmbərliyinə şəhadət verməyə dəvət etdikdə, onlar bunun cavabında Həzrət İsa (ə) ilə bağlı İslamın münasibətini öyrənmək istədilər. Rəsuli-Əkrəm (s) Nəcran xaçpərəstlərinə çatdırdı ki, Xanım Məryəmin (s.ə.) oğlu Həzrət İsa (ə) – Allah Təalanın bəndəsidir, Allah tərəfindən xəlq olunmuş insandır və Allahın rəsuludur, İlahi dinin elçisidir. Nəcran keşişləri İslamın bu nəzərini qəbul etmədilər. Onlar bildirdilər ki, Həzrət İsa (ə) – Tanrıdır (nəuzubillah!). Buna dəlil kimi, onlar Həzrət İsanın (ə) atasız dünyaya gəlməsini göstərdilər. Bu zaman Allah Təaladan Həzrət Peyğəmbərə (s) vəhy nazil oldu. Vəhy olunan bu ayə, Həzrət İsanın (ə) məsəlinin Həzrət Adəmin (ə) misalı kimi olmasını açıqlayırdı: “Həqiqətən, Allah yanında İsanın hekayəti (yaradılışın necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona “(canlı insan) ol!” dedi, o da oldu (… onların hər ikisi Allahın əzəli əmrilə, atasız insan oldular. Əgər belə bir iş ilahlığa dəlalət edirsə, gərək onların hər ikisi ilah olsunlar”. (“Ali-İmran” surəsi, 59-cu ayə). Beləliklə, xaçpərəst keşişlər Həzrət İsanın (ə) atasız dünyaya gəlməsini rəhbər tutaraq, onun (nəuzubillah – Allaha sığınırıq bu ibarədən!) Tanrı olmasına israr edirdilər. Lakin, Allah Təala Peyğəmbər (s) vasitəsilə onlara bəyan etdi ki, bu məntiqlə Həzrət Adəmə də həmin vəziyyət aiddir. Həzrət Adəm (ə) vasitəsiz, hətta nəinki atasız, eləcə də anasız dünyaya gəlmişdi (hansı ki, xaçpərəstlər də bunu qəbul edirlər). Bəli, Həzrət İsa (ə) vasitələrdən biri olmadan (atasız) dünyaya gəlmişdir. Əgər atasız dünyaya gəlmək tanrılıq ələmətidirsə, onda niyə bu, tək Həzrət İsayla (ə) məhdudlaşır? Həzrət İsa (ə) vasitələrdən biri olmadan, yəni atasız olaraq dünyaya gətirilmişdir. Nəcran xaçpərəstlərinə çatdırıldı ki, əgər atasız dünyaya gəlmək tanrılıq əlamətidirsə, bu, nə üçün yalnız Həzrət İsaya (ə) aid edilir, ata-anasız dünyaya gələn Həzrət Adəmə (ə) isə aid edilmir?! Əgər xəlq olunmuşlardan kimsə, Allah Təalanın hikməti üzündən, fərqli olaraq dünyaya gəlirsə, məgər bu onun ilahlığının göstəricisidirmi?! Lakin Nəcran keşişləri bir daha inadkarlıq göstərərək, bu danılmaz dəlili qəbul etmək istəmədilər. MÜBAHILƏ VAQEƏSİ Nəcran məsihilərinin bu məntiqi qəbul etməməsinin səbəbi – onların üzərinə bununla bağlı düşən vəzifələrdən irəli gəlirdi. Onlar vərdiş etdikləri sxemlərdən imtina etməli və dünyagörüşləri ilə bağlı araşdırmalar, tədqiqatlar aparmalı idilər. Bundan əlavə, indiyədək olan vəziyyətlə bağlı öz camaatlarına aydın bir izahatlar verməli idilər. Belə olan şəraitdə Nəcran keşişləri zahirdə İslamı qəbul etdiklərini dedilər. Peyğəmbərimiz (s) isə onlara bildirdi ki, gerçəkdə iman gətirməyiblər. İslamı ürəklə qəbul etmək – müsəlman olmağın ümdə şərtidir. Belə olduqda, onlar İslamı qəbul etməkdən imtina edirlər. Beləliklə, nəcranlılar əks təklif irəli sürdülər. Onlar təklif etdilər ki, müəyyən bir yerdə, müəyyən bir vaxtda yığışaq və haqqın üzə çıxması, nahaqqın məhvi üçün qarğış edək. Bu zaman Peyğəmbərimizə (s) ayə nazil oldu: “Buna görə də, sənə elm gəldikdən sonra, onun barəsində (Həzrət İsa haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: “Gəlin biz öz oğullarımızı və siz öz oğullarınızı, biz öz qadınlarımızı və siz öz qadınlarınızı, biz özümüzü (bizim canımız kimi olan kəsləri) və siz də özünüzü çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə, Allahın lənətini yalançılara yağdıraq”” (“Ali-İmran” surəsi, 61-ci ayə). Nəcran məsihiləri bu təklifin ədalətliliyi ilə razılaşırlar və mübahilə üçün vaxt və məkan müəyyən edərək, hazırlaşmağa gedirlər. NECƏ HEYƏTLƏ GƏLƏCƏK? Axşam yetişir. Məsihilər müşavirə təşkil edərək, sabahkı günü müzakirə edirlər. Bunların başbilənləri deyirlər ki, əgər sabah yeni din gətiməyə, peyğəmbərliyə iddiaı həmin şəxs öz səhabələri ilə gəlsə, demək o, İlahi peyğəmbər deyil. Amma əgər öz ev əhli ilə gəlsə, demək onun iddiası həqiqidir və onda biz gərək bu işə getməyək. O zaman bizim mübahilə etməyimiz pis olar. Çünki, o, öz ev əhlini bu işə dəvət etsə və hazır olsa ki, onları fəda etsin, hazır olsa ki, onlar İlahi əzaba düçar olsun – deməli, həqiqi peyğəmbərdir və iddiası həqiqidir. Bu ona dəlalət edir ki, o, öz iddiasına arxayındır və yəqini var ki, İlahi əzab ona nazil olmayacaqdır. Çox incə bir mətləbdir ki, görəsən Peyğəmbər “oğullarımız” olaraq kimləri özü ilə götürəcək, “qadınlarımız” dedikdə kimləri götürəcək və “özümüz” dedikdə kimi özü ilə götürəcək? Nəcranlılar bu düşüncə ilə səhəri açırlar və mübahilə olunacaq yerə gedirlər. Həmin qərarlaşdıqları yerə çatanda görürlər ki, İslam Peyğəmbəri (s) gəlir və qucağında bir uşaq var. Başqa bir uşağın da əlindən tutub yanında gətirir. Onun ardınca da nuranikdə tayı-bərabəri olmayan bir xanım və bir kişi gəlir. Nəcranlılar görürlər ki, gələn cəmin xüsusi bir mənəvi haləti, böyüklüyü, vüqarı vardır. Xüsusi bir mənəvi heybətlə həmin məkana yaxınlaşırlar. Nəcranlılar görürlər ki, Rəsuli-Əkrəm (s) yanındakı mübarək cəmə müraciətlə: “Hər zaman ki, mən nifrin dedim, siz “amin” deyiniz”, – deyə buyurur. Nəcranlılar mübahilə səhnəsini müşahidə etməyə gələn mədinənilərdən soruşurlar ki, bəs Rəsuli-Əkrəmin (s) yanında gələn insanlar kimdir? Mədinəlilər cavab verirlər ki, bunlar Peyğəmbərin (s) yaxınlarıdır, Əhli-beytidir (ə). Və izah verirlər ki, nuraniyyət və əzəmət təcəssümü olan o kişi – Həzrət Əlidir (ə). Nuraniyyət və iffət təcəssümü olan o xanım – qızı Həzrət Fatimədir (s.ə.). Qucağında olan o məsum körpə – nəvəsi İmam Hüseyndir (ə). Əlindən tutduğu o məsum uşaq – böyük nəvəsi İmam Həsəndir (ə). Vəziyyəti belə görən məsihi ruhanilərin böyüyü bildirdi ki, “Mən özümü əzabın bir neçə addımlığında görürəm”. Bu sözlər tarixə düşmüşdür. Həzrət Peyğəmbəri (s) və Əhli-beytini (ə) tanımayan, amma onların sonsuz nuraiyyətini və mənəvi halətlərini görərək, onların mənəvi üstünlüyünü bilmərrə qəbul edənlərin şəhadətidir bu. Bu nuraniyyət və mənəviyyat zirvəsi qarşısında təzim edənin şəhadətidir bu. Bu hadisə hicrətin 10-cu ili zilhiccə ayının 24-də baş vermişdir. İslam Peyğəmbəri (s) öz Əhli-beyti ilə Məscidül-icabə yerləşən məkana gəldilər. Amma Nəcran nümayəndələri onları gördükdə dedilər ki, əgər Rəsuli-Əkrəmin hər nifrininə bu insanlar “amin” desələr, noların kökü kəsilər. Və mübahilədən imtina edərək, İslamın himayəsi altına keçirlər. ALİ-ƏBA (ə) HADİSƏSİ Bəli, Həzrət Peyğəmbər bu hadisədə İmam Həsənlə İmam Hüseyni – övladları, Həzrət Fatiməni – xanımların nümayəndəsi və Həzrət Əlini öz canı kimi götürüb “mübahilə”yə, yəni, ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı. Amma bundan öncə, mübahiləyə getməzdən əvvəl, bir əbanı çiyninə saldı və Həzrət Əlini (ə), xanım Fatiməyi-Zəhranı (s.ə), İmam Həsəni (ə) və İmam Hüseyni (ə) əbanın altına salıb, dedi:“İlahi, hər peyğəmbərin əhi-beyti olmuşdur ki, ona insanların arasında ən yaxınları olmuşlar. İlahi, bunlar da mənim əhli-beytimdir (ev əhlimdir). Onlardan şəkk və günahı uzaqlaşdır. Onları bütün pisliklədən paklandır”. Bu zaman Həzrət Cəbrayıl nazil oldu və onlar haqqında İlahi vəhyi gətirdi: “Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz Әhli-beytdən(əqidə, əxlaq və əməllərdə) hər cür pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” surəsi, 33-cü ayə). Mübahilə hadisəsi tarixi baxımdan çox önəmli hadisədir. Amma onun əsas önəmliliyi təkcə tarixi fakt olmaqlığı ilə bitmir. Bəlkə də bundan daha artıq əhəmiyyətliliyi – müsəlmanlara Peyğəmbirimizin (s) haqq yolunu tapmaqda yardım etməkdir. Belə ki, insanlara Peyğəmbərin (s) ən yaxın insanlarının kim olduğunu bildirməklə, yəni, dini təmsil edən bir məsələdə, peyğəmbərlik iddiasını təsdiqləyən bir missiyada özü ilə götürdyü insanları tanıtdırmaqla, müsəlmanlara haqq yolunun təqdimatı edilir. Kimlərdən Rəsuli-Əkrəmin (s) mənəvi irsini öyrənməli olduqlarını iman əhlinin diqqətinə çatdırır. “Öğullarımız” dedikdə, Həsən və Hüseyni təqdim edir ümmətə Rəsuli-Əkrəm (s). “Qadınlarımız” deyiləndə, Həzrət Fatiməni (s.ə.) tanıtdırır ümmətə. Bütün möminə qadınların, İslamı təmsil edə biləcək qadınların ünvanı qismində tanıtdırılır Həzrət Zəhra (s.ə.). “Biz özümüz” dedikdə, “canımız” deyildikdə – Həzrət Əlini (ə) təqdim edir bəşəriyyətə. Və bu nuraniyyəti təsdiqləyən nəcranlılar geri çəkilir və bu mənəvi cəmin bütün təbərrüklüyünü bir daha təsdiqləyirlər. RÜKU HALINDA SƏDƏQƏ Zilhiccə ayının 24-də digər bir əlamətdar hadisə də baş verib. Həmin gün Həzrət Əli (ə) namaz qıldığı zaman, məscidə dilənçi daxil olub, sədəqə istəyir. Həzrət Əi (ə) namazın rükusunda olan bir vəziyyətdə mübarək əlini dilənçiyə tərəf uzadır və işarə ilə barmağındakı qiymətli üzüyü götürməyi bildirir. Dilənçi həmin üzüyü götürür. Bu zaman ayə nazil olur: “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi Allah, onun Peyğəmbəri və o iman gətirənlərdir ki, namaz qılıb rüku halında zəkat verirlər”. (“Maidə” surəsi, ayə 55) Hər 2 məzhəbin alimləri bu ayənin şərhində nəql edilən hədislərdə təsdiq etmişlər ki, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi – Həzrət Əlidir (ə) və onun rüku halında üzük bağışlama hadisəsidir. Nəql edirlər ki, bu ayə nazil olan kimi Peyğəmbər (s) məscidə getdi. Bu zaman bir dilənçinin sevincək məsciddən çıxdığını gördü. Həzrət bunun səbəbini soruşduqda, dilənçi namaz halında olan bir şəxsi göstərib dedi: “O rükuda olduğu zaman əlini mənə tərəf uzadıb, barmağındakı bu üzüyü mənə verdi”. Peyğəmbər (s) namaz halında olan şəxsin Әli (ə) olduğunu görəndə təkbir deyərək buyurdu: “Ayə Әlinin barəsində nazil olmuşdur”. Zilhiccə ayının 24-də bir neçə bəyəilən əməl var. O cümlədən, müstəhəb qüsl almaq, oruc tutmaq, 2 rükətli namaz qılmaq. Bu namazın hər rükətində «Həmd» surəsindən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətül-Kürsi», 10 dəfə «Qədr» surəsi oxumaq lazımdır. Eləcə də, həmin gün “Mübahilə” duasını oxumaq bəyənilmişdir. Həzrət Əlini (ə) bu gün ziyarət etmək də çox bəyənilmişdir. Bilavasitə ziyarət edə bilməyənlər, müvafiq ziyarətnamə oxumaq kimi imkanlardan yararlana bilirlər. Bundan əlavə, həmin gün fəqir insanlara sədəqə vermək çox bəyənilmişdir. Əlbəttə ki, sədəqə vermək İslam dini tərəfindən hər zaman bəyənilir, amma xüsusi günlər var ki, bunlarda əməllərin savabı daha çoxdur. Uca Allahdan duamız budur ki, bizləri bu günün bərəkətini dərk edənlərdən qərar versin! Amin!

İmam Əli (ə) 06.01.2025

Həzrət Əli (ə) barədə Quranda, İncildə və Tövratda

İmam Əli (ə) – Həzrət Peyğəmbərin (s) həm canişini, həm qardaşı və həm də İmamların (ə) atası idi. Onun Quranda zikr olunanməqamları barəsində az-çox xəbərimiz vardır. Bu ayələrdə birbişa Həzrətin (ə) adı çəkilməsə də, ancaq ondan bəhs olunduğunu hamımızyaxşı bilirik. İmam Əli (ə) Quranın nəzərində: 1. “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir”. (“Maidə” 55). 2. “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin (s) yatağında yatmış Əli (ə) kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”. (“Bəqərə” 207). 3. “Kafirlər «sən (Allahın) peyğəmbər(i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Qur’anın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir”. (“Rəd” 43). Bu cür Quran ayələri çoxdur. Ancaq onu da qeyd etmək istəyirik ki, İmam Əli (ə) haqqında ancaq Quran deyil, İncil və Tövrat da məlumatlar vermişdir. Təbərsi nəql edir: “Birinci xəlifənin dövründə bir xristian Mədinəyə gəlir. Suallar verir ki, ona cavab verə bilmirlər. Bu zaman İmam Əli (ə) gəlir və onun verdiyi bütün sualları cavablandırır. Rahib soruşur: “Ey cavan! Adın nədir?”. Həzrət (ə) buyurur: “Mənim yəhudilər yanındakı adım İlya, xristianlar yanındakı adım İliya, atamın yanındakı adım Əli, anamın yanındakı adım Heydərdir”. Rahib deyir: “Həqiqətən də Tövrat və İncildə o dediyin adları tapmışıq””. İncil Yəsunun adı ilə İmam Əli (ə) haqqında deyir: “O kəs ki, (sonuncu peyğəmbərə) iman gətirdi, mübarək olacaqdır. Mən layiq deyiləm ki, onun ayaqqabısının bağını belə açam. Əgər onu görsəm – Allahın rəhmət və nemətinə çataram”. Bir çoxları ehtimal verir ki, bu sözlər İmam Əliyə (ə) işarə edir”. Başqa yerdə deyir: ““Ey İbrahim! Sənin İsmayil (ə) barəsində etdiyin duanı eşitdim. İndi ona bərəkət verib, ali məqama çatdıracağıq. Onun nəslindən olacaq Muhəmmədi (s) və on iki İmamı (ə) böyük ümmət edəcəyik”. Bundan sonra Peyğəmbərin (s) canişini olan İmam Əliyə (ə) işarə edilmişdir”. Həzrət İdris (ə) nəql edir: “Adəm övladları hansılarının daha üstün olması barəsində fikir ayrılığına düşmüşdülər. Nəhayət bu fikirləriniataları ilə bölüşdülər. Adəm (ə) buyurdu: “O zaman ki, Allah məni xəlq etdi və Öz ruhundan mənə üfürdü və əyləşdiyim yerdən İlahi ərşi gördüm. Ərşdə görünən beş nur var idi. Allaha dedim: “Pərvərdiagara! Bu əzəmətli nurlar kimlərdir?”. Xitab gəldi: “Onlar – Mənim ən üstün məxluqlarım, Mənimlə xəlq arasında olan vasitələrimdir. Əgər onlar olmasaydı, Mən səni xəlq etməzdim. Nə behişti, nə cəhənnəmi, nə səmanı və nə də göyü xəlq edərdim”. Soruşdum ki, onların adı nədir? Allah buyurdu: “Ərşin gövdəsinə nəzər sal!”. Baxanda orada beş mübarək adın yazıldığını gördüm: “Parğəlit (Muhəmməd (s)), İliya (Əli (ə)), Təytəhə (Fatimə (s.ə)), Bəşər (Həsən(ə)), Bəşşir (Hüseyn (ə))”. Nəql olunur ki, bir gün Həzrət İsa (ə) yüksək səslə fəryad çəkir: “İliya, İliya, fəryadıma çat və mənə yardım et!”. Orada olanların bəzisi dedi ki, Allahı çağırır, bəzisi dedi ki, İlyası çağırır. Ancaq təfsirçilər İliya adlı peyğəmbər adına rast gəlmədilər. Məgər Tövrat və İncildəİmam Əliyə (ə) işarə edən İliya adından başqa.

Həzrət Muhəmməd (s) 05.01.2025

Əziz İslam peyğəmbərinin (Allahın salam və salavatı olsun ona) yaşam tərzindən yüz xüsusiyyət

Ya Muhəmməd! Canım və ruhum Sənə və Əhli-beytinə fəda olsun Əziz İslam peyğəmbərinin (Allahın salam və salavatı olsun ona) yaşam tərzindən yüz xüsusiyyət: 1.Yol gedərkən, həmin yolu yavaş-yavaş və vuqarlı gedərdi. 2.Yol gedərkən, ayaqlarını yerə sürtməzdi. 3.Həmişə baxışlarını yerə dikərdi 4.Gördüyü hər insanla salamlaşardı və salam verməkdə, heç kim ondan önə keçə bilməzdi. 5.Bir insanla əl verib salamlaşan zaman, həmin insan əlini çəkməyincə, o da əlini çəkməzdi. 6.İnsanlarla elə davranırdı ki, ətrafındakılar özlərini peyğəmbərin ən əziz adamları sanırdılar. 7.Bir şəxsə baxdığı zaman, təkəbbürlü insanlarda olduğu kimi, gözünün ucu ilə baxmazdı. 8.Heç kimin üzünə, gözünü dikməzdi və kiməsə gözünü zilləyib baxmazdı. 9.Bir şeyi bildirmək istəyərkən, göz və qaşları ilə deyil, əli ilə işarə edərdi. 10.Uzun-uzadı sükuta qərq olar və ehtiyac olmadığı surətdə danışmazdı. 11 .Bir şəxslə həmsöhbət olduğu zaman, sözlərinə diqqətlə qulaq asardı. 12.Bir insanla danışan zaman, üzünü tamamilə ona çevirər və onla üz-üzə oturardı. 13.Biri ilə oturan zaman, qarşı tərəf durmasa idi, O, həzrət heç vaxt ondan öncə qalxmazdı. 14.Məclislərdə yalnız Allahı yada salmaqla, oturub qalxardı. 15.Bir məclisə daxil olarkən, məclisin baş tərəfində oturmaz və qapının yanında əyləşərdi. 16 .Məclisdə özünə xüsusi yer ayırmaz və bunu qadağan edərdi. 17.Camaat içində bir yerə söykənməzdi. 18 .Çox vaxt üzü qibləyə oturardı. 19.xoşagəlməz bir hadisə baş verdikdə, görməməzliyə vurardı. 20.Birinin xəta və səhvini başqalarına açıqlamazdı. 21.Heç kimi xətasına və danışığındakı səhvə görə məzəmmət etməzdi. 22.Heç kimlə cədəl və yersiz mübahisə etməzdi. 23.Batil və puç söz istisna olmaqla, heç kimin sözünü kəsməzdi. 24.Bir suala cavab verərkən, diqqət edərdi ki,  verdiyi cavab qarşı tərəfdə çaşqınlıq yaratmasın. 25.Bir şəxsdən yanlış bir söz eşidən zaman: “Niyə filankəs belə dedi” deməz, əksinə “bəzi insanlara nə olub belə danışırlar?!” buyurardı. 26.Fəqirlərlə çox oturub-durar və onlarla birlikdə yemək yeyərdi. 27.Qul və nökərlərin dəvətlərini qəbul edərdi. 28.Bir içim süd olsa belə, hədiyyəni heç vaxt geri qaytarmazdı. 29.Qohum-əqrabanı hamıdan çox ziyarət edərdi. 30.Qohumlara yaxşılıq edər, ancaq onları başqalarından üstün hesab etməzdi. 31.Yaxşı işi tərif edib alqışlayar, pis işi isə pisləyər və ondan çəkindirərdi. 32.İnsanlara din və dünyaları üçün faydalı və məsləhətli olan şeyləri buyurar və dönə-dönə tapşırardı (bu sözləri) eşidənlər burda olmayanlara çatdırsın. 33.Üzr istəyənin üzrünü qəbul edərdi. 34.Heç kimi dəyərsiz hesab etməzdi. 35.Heç vaxt heç kimə pis söz deməz və pis ləqəblər ilə çağırmazdı. 36.Ətrafındakılara və qohumlarından heç kimə nifrin etməzdi. 37.Heç vaxt camaatın eybini axtarmazdı. 38.İnsanların şərindən həzər qılar, ancaq onlardan üz çevirməz və hamı ilə xoş rəftar edərdi. 39.İnsanları məzəmmət etməz və həddindən artıq tərifləməzdi. 40.İnsanların hörmətsizliyinə səbr edər və pisliyi yaxşlıqla cəzalandırardı (pisliyin müqabilində yaxşılıq edərdi). 41.Mədinə şəhərinin ən ucqar məntəqələrində olsa belə, xəstələrə baş çəkərdi. 42.Öz səhabə və dostlarını sorağlayar və həmişə onların vəziyyətləri ilə maraqlanardı. 43.Öz səhabələrini ən gözəl adları ilə çağırardı. 44.İşlərdə səhabələri ilə məşvərət-məsləhət edər və bu işə çox təkid edərdi. 45.Dostları ilə cəm olanda dairəvi şəkildə oturardı. Belə ki, əcnəbi onların yanına gələn zaman, hansının peyğəmbər (s) olmasını təyin edə bilməzdi. 46.Yoldaşları arasında ülfət və ünsiyyət yaradardı. 47.Əhd-peymana qarşı ən vəfalı şəxs idi. 48.Fəqirə bir şey bağışlayan zaman  (vasitə ilə deyil) öz əlləri ilə verərdi, başqasına həvalə etməzdi. 49.Namaz qıldığı zaman kimsə onun yanına gəlsə namazını qısaldardı. 50.Namaz qıldığı zaman bir uşaq ağlasa namazını qısaldardı. 51.Xeyri başqalarına daha çox dəyən insanlar, peyğəmbərin yanında ən əziz insanlar idilər. 52.Heç kimi ümidsiz etməzdi və belə buyurardı: “Hacətini mənə çatdıra bilməyənin istəyini mənə deyin!” 53.İmkanı olduğu halda, ondan bir şey istəyənin istəyini rəva edər və mümkün olmadığı təqdirdə, xoş söz və vədə ilə onu gözəl formada razı salardı. 54.Günah iş istisna olmaqla, heç kimin xahişini rədd etməzdi. 55.Qocalara çoxlu hörmət bəsləyər və uşaqlara qarşı daha çox mehriban idi. 56.Qərib insanlara çox diqqət və qayğı göstərərdi 57.Pis və şərr insanlara yaxşılıq etməklə, onların qəlbində yer alar və onları özünə cəzb edərdi. 58.Həmişə gülərüz olardı, ancaq bununla yanaşı qəlbi, Allah qorxusu ilə dolu idi. 59.Şad olduğu zaman, gözlərini bir növ yumar və bu sevinci çox aşkar etməzdi. 60.Gülüşlərinin çoxu təbəssüm idi və gülməklə səsi ucalmazdı. 61.Zarafatcıl idi. Ancaq zarafat və güldürmək bəhanəsi ilə batil və bihudə söz danışmazdı. 62.Pis adları dəyişər və onları gözəl adlarla əvəz edərdi. 63.Səbr və hövsələsi həmişə qəzəbindən önə keçərdi. 64.Dünya işlərinə görə narahat olmaz və ya qəzəblənməzdi. 65.Allaha görə elə qəzəblənərdi ki, heç kim onu tanımazdı. 66.Heç vaxt özünə xatir başqasından intiqam almadı. Yalnız kimsə Allahın qərarlaşdırdığı hüdudları pozduğu zaman intiqam alardı. 67.Yalan kimi nifrət etdiyi başqa heç bir xüsusiyyət yox idi. 68.Sevinc və qəm-qüssə hallarında yalnız Allahı yad edərdi. 69.Özü üçün mal-dövlət yığmazdı. 70.Yemək və geyim baxımından, heç nəyi xidmətçilərindən çox deyildi. 71.Torpağın üzərində oturar və yerdə yemək yeyərdi. 72.Yerdə yatardı. 73.Ayaqqabı və paltarlarına özü yamaq vurardı. 74.Öz əlləri ilə süd sağar və dəvəsinin ayağını özü bağlayardı. 75.Onun üçün hazırlanan istənilən miniyə minər və onların növlərinə fərq qoymazdı. 76.Hara getsəydi, çiynindəki əbanı döşənəcək kimi yerə salardı. 77.Paltarlarının çoxu ağ rəngdə idi. 78.Yeni paltar geyinən zaman, köhnəni (bundan əvvəl olan paltarını) fəqirlərə bağışlayardı. 79.Ən gözəl paltarını cümə günü geyinərdi. 80.Ayaqqabı və paltar geyinərkən, çox diqqətlə fəqirlərin vəziyyətini nəzərə alardı. 81.Saçların dağınıq olmasını və həmçinin nizam-intizamsız olmağı bəyənməzdi. 82.Həmişə xoşətirli olar və hər şeydən çox ətirə pul xərcləyərdi. 83.Həmişə dəstəmazlı olar və dəstəmaz alarkən misvak vurardı. 84.Namaz gözlərinin nuru idi və rahatlıq və aramlığını namazda tapardı. 85.Hər (qəməri) ayın 13, 14 və 15-ci günləri oruc tutardı. 86.Heç bir neməti məzəmmət etmədi (hər bir nemətə şükr etdi). 87.Allahın az nemətini böyük hesab edərdi. 88.Heç bir yeməyi çox tərifləməz və ya pisləməzdi. 89.Yemək zamanı, nə hazırlasalar yeyərdi. 90.Süfrə başında öz qarşısından yemək yeyərdi. 91.Süfrədə hamıdan öncə hazır olar və hamıdan gec qalxardı. 92.Ac olmasa yemək yeməz və tam doymamış əlini yeməkdən saxlayardı. 93.Mədəsi özündə iki növ yemək cəm etmədi. 94.Yemək yeyərkən, heç vaxt gəyirmədi. 95Mümkün olduğu surətdə tənha yemək yeməzdi. 96.Yeməkdən sonra əllərini yuyar və üzünə çəkərdi. 97.Suyu üç qurtuma içərdi. Əvvəldə “Bismilləh”, sonda “Əlhəmdulilləh” deyərdi. 98.Tənhalığı seçmiş bakirə (həyalı) qızlardan daha həyalı idi. 99.Evə daxil olmaq istəyərkən 3 dəfə icazə alardı. 100. Evdə olduğu vaxtı üç hissəyə bölərdi: Allah, ailə və özü üçün. Özü üçün ayırdığı vaxtı həmçinin insanlarla bölərdi. Mənbə:  Əllamə Təbatəbai (r.ə); “Sunənun-Nəbi” kitabından *Tərcümə edən:* Musa Hüseynli *Redaktor:* Ceyhun Fikrət Ya Rəsuləllah! Bu sadalananlar sənin böyük və əzəmətli əxlaqının bir zərrəsidir. “Həqiqətən sən böyük əxlaq sahibisən”.* (Qələm 4) Sənin kimi böyük əxlaq sahibinə hörmətsizlik edənlər yer üzünün ən mənfur və ən şərr insanlarıdır. Allahın və bütün lənət deyənlərin lənəti olsun islam düşmənlərinin üzərinə! «Allahın Peyğəmbərini incidənlər üçün ağrılı bir əzab olacaqdır!».* (Tövbə 61)

Həzrət Muhəmməd (s) 05.01.2025

PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) TÖVSİYƏLƏRİNDƏ BEHİŞTİN YOLU

Peyğəmbəri-Əkrəm (s) : Ey Əbuzər! Behiştə getmək istəyirsən?… Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur: یَا ابا ذر! أَ تُحِبُّ أَنْ تَدْخُلَ الْجَنَّةَ قُلْتُ نَعَمْ فِدَاکَ أَبِی، “Ey Əbuzər! Behiştə getmək istəyirsən?” Əbuzər cavabında ərz edir: “Atam sənə qurban, bəli!” Peyğəmbər (s) Əbuzəri behiştə dəvət etmək əsnasında üç əsaslı şərti bəyan edir: 1. فَاقْصِرْ مِنَ الْأَمَلِ – Uzun arzuları başından çıxart: Bir çox rəvayətlərdə üzərində təkid edilən mövzulardan biri də möminin uzun-uzadı arzulardan yaxa qurtarmasıdır. Uzun arzular insanın ilahi vəzifələrini yerinə yetirməsinə əngəl törədir və onu mənəvi tərəqqidən saxlayır. İnsan arzusuna çatmaq üçün ilahi hədəfləri kənara qoyur, özündən bixəbər olur, sabahın fikri ilə dəyərli fürsətləri əlindən qaçırır. Uzun arzuların təhlükəsi barəsində, onların insanı şübhəyə salib sonra kiçik günahlara sövq etməsi və nəhayət, böyük günahlara əl atmağa qədər uçuruma sürükləməsi ilə bağlı təhlükə hiss edən imam Əli (ə) buyurur: “Ey camaat! Mən sizə görə ən çox iki şeydən qorxuram: biri nəfsin istəklərinə tabe olmaq, digəri isə uzun arzulara qapılmaqdır. Nəfsin istəklərinə uymaq insanı haqq yoldan saxlayar, uzun arzular isə axirəti unutdurur.” (“Nəhcül-bəlağə” (tərc.), xütbə 42, səh.127.) 2. وَ اجْعَلِ الْمَوْتَ نُصْبَ عَیْنَیْکَ – Ölümü gözlərinin önündə gör: İkinci şərt budur ki, həmişə ölümü xatırlasın. Bu şərtin birinci şərtdən sonra gətirilməsi, bu iki şərt arasında yaxın əlaqənin olduğunu göstərir. Çünki insan əgər uzun arzuları fikir dairəsindən çıxarmaq istəsə, gərək daim ölüm haqqında düşünsün. Çünki ölümü yadına salanda dünyəvi arzuların aqibəti və puçluğu da onun nəzərində mücəssəm olur. Buna görədir ki, uzun arzuları kənarlaşdırmaqla ölümü fikirləşmək arasında sıx əlaqə mövcuddur. Arzu etmək kamil olaraq insanın ixtiyarında deyil. İnsan maddiyyata önəm verən bir mühitdə tərbiyə tapdığı zaman, görməlilər və eşitməlilər ona təsir edir; onun gözünü və qulağını dünyaya dikdirib istər-istəməz dünyəvi arzuları onun qəlbinə yeridir. İndi nə etməliyik ki, dünyanın bər-bəzəyi bizi özünə cəlb etməsin və başımızda uzun arzular bəsləməyək?! Peyğəmbər (s) Əbuzərə tövsiyə edir ki, ölümü həmişə gözlərinin qabağına gətirsin. Əgər bir kəs həmişə bu həyatın sonunun ölüm olduğuna layiqincə diqqət yetirə bilsə, anlayacaqdır ki, bu dünyaya ürək bağlamağına dəyməz. Ürək bağlanası şey sonsuz, tükənməz olmalıdır. Bu da ancaq axirətin pak həyatıdır. Rəvayətlərin birində Peyğəmbər (s) buyurur: “İnsanlarin ən zirəki ölümü tez-tez xatırlayandır.” (“Biharul-ənvar”, c.6, səh.130.) Məlumdur ki, zirək insan aldanmaz, dünya və axirət arasında ən yaxşısını seçər. Zirək insan biləndə ki, dünyanin axırı ölümdür, ona məhəl qoymaz. Hər halda, ölümü anmaq dünya məhəbbətindən və onun arzularına mübtəla olmaqdan yaxa qurtarmaq üçün təsirli bir dərmandır. 3. وَ اسْتَحِ مِنَ اللَّهِ حَقَّ الْحَیَاءِ – Allahdan necə lazımsa həya et: Behiştə daxil olmağın üçüncü şərti Allahdan həya etməkdir. Peyğəmbərn (s) Allahdan həya etməyin lüzumunu açıqlayarkən Əbuzər fikirləşir ki, yəqin Peyğəmbərin (s) xüsusi məqsədi var, buna görə də soruşur: قَالَ قُلْتُ یَا رَسُولَ اللَّهِ کُلُّنَا نَسْتَحِی مِنَ اللَّهِ، “Ey Allahin Rəsulu (s), elə bizim hamımız Allahdan həya edirik.” Peyğəmbər (s) isə bu həyanın kafi olmadığını deyəndən sonra, Allahdan həya etməyin üç cilvəsini qeyd edir: قَالَ لَیْسَ ذَلِکَ الْحَیَاءَ، وَ لَکِنَّ الْحَیَاءَ مِنَ اللَّهِ أَنْ لَا تَنْسَى الْمَقَابِرَ وَ الْبِلَى، وَ الْجَوْفَ وَ مَا وَعَى وَ الرَّأْسَ وَ مَنْ حَوَى، “Allahdan həya etmək siz düşünən kimi deyil, Allahdan həya etmək odur ki, qəbirləri və viranələri yaddan çıxarmayasan.” Qəbiristanlıqlara üz tutub torpağın altında uyuyan ölülər və onların aqibəti haqqında fikirləşəsən. Əxlaq ustadları da şagirdlərinə tövsiyə edirdilər ki, hər gün qəbiristanlığa getsinlər, ən azı həftədə bir dəfə olsa, qəbiristanlığa baş çəksinlər ki, bir az da olsa, ürəklərindən dünya məhəbbəti və maddi həvəslər təmizlənsin; heç olmasa, dünya və axirət arasında ümumi tarazlıq yaransın. Elə olmasın ki, insan dünyəvi işlərə qapanıb qalsın və dünya eşqi onun ürəyinə kölgə salsın, Allah xofunu dərk etmək istəməsin və imam Hüseynin (ə) adı gələndə gözləri yaşarmasın. Ya da behiştin və onun nemətlərinin adı çəkiləndə ürəyi çırpınmasın. İlahi həyanın ikinci nişanəsi budur ki, insan nə yediyinin fərqində olmalıdır. Əgər insan əlinə keçən hər şeyi içəri ötürsə və haram loğmanı yeməkdən çəkinməsə, get-gedə qəlbini qəsavət basacaq, ürəyindəki ilahi nur sönməyə başlayacaq. İnsan nə yediyinə diqqət etməlidir. Ürəyin qəsavətinə səbəb olan şübhəli, haram yeməklərdən uzaq durmalıdır. Belə olmazsa, onda ibadətə meyil zəifləşəcək və ürəyində Allah qorxusu, behişt şövqü və Allah dərgahına yaxınlaşmaq hissi əmələ gəlməyəcəkdir. Deməli, ilahi həyanın yaranması üçün qarına və orada yer tutan yeməklərə diqqət zəruridir. Qurani-Kərimdə insana tövsiyə edilir ki, nə yediyinə fikir versin: “(Ey) insan, nə yediyinə bir bax!” (“Əbəsə” surəsi, ayə 24.) İlahi həyanın üçüncü nişnəsi budur ki, insan baxıb görsün, başında hansı fikri bəsləyir, ağlından hansı arzular, havalar keçir. Əgər xəyalını batil fikirlərdən ələyib təmizləsə və qəlbinin təmizliyinə çalışsa, ilahi həyanı orada yerləşdirə biləcəkdir. Həzrət buyurur: “Başını və onda olanlara, yəni gözə, qulağa, dilə nəzarət et.” Hədisin davamında Peyğəmbər (s) Əbuzərə buyurur: وَ مَنْ أَرَادَ کَرَامَةَ الْآخِرَةِ فَلْیَدَعْ زِینَةَ الدُّنْیَا، فَإِذَا کُنْتَ کَذَلِکَ أَصَبْتَ وَلَایَةَ اللَّهِ. “Axirətin kəramətini istəyən kəs dünya zinətlərini tərk etməlidir. O vaxt ki belə ola bildin, bil ki, Allaha dostluq məqamına çatmısan.” Elə ki, insan dünyadan qırıldı, ona etinasız oldu, meylini axirətə, onun əbədi nemətlərinə və Allaha yaxınlaşmağa salacaq, axirətdə əziz və kəramətli kəslərdən olacaqdır. Bunun müqabilində, əgər dünya insanın nəzərində böyük görünsə, axirət nəzərində kiçiləcəkdir. İlahi, bizi Öz nemətlərindən düzgün istifadə etməkdə müvəffəq et və behişt yolundan uzaqlaşdırma! (“Tuşeye-axirət” – Axirət azuqəsi, 2-ci cild, Ayətullah Misbah Yəzdi, 25-ci dərs, səh.63-73.) (Maide.az)​

Həzrət Muhəmməd (s) 05.01.2025

Peyğəmbərlər (ə) haqqında bilmədikləriniz

Peyğəmbərlərin dillərinə gətirdikləri ən gözəl cümlə nə olmuşdur? 1- Peyğəmbərlərin ən gözəl cümləsi “La ilahə illəllah” (Allahdan başqa ibadətə layiq məbud yoxdur) cümləsidir. Hansı peyğəmbərin xəstəliyi 40 il çəkmişdir? 2- Əyyub Peyğəmbərin xəstəliyi 40 il sürmüşdür. Hansı peyğəmbərlərin iki adı olmuşdur? 3- Bəzi peyğəmbərlərin iki adı olmuşdur: Məhəmməd (s) – Əhməd, Yunus – Zunnun, İsa – Məsih, Xızr – Məliqa, Yəqub – İsrail, Yuşə ibni Nun – Zulkufl. Ən uzun ömülü peyğəmbər (ə) kimdir? 4- Peyğəmbərlər arasında ən çox ömür sürən Nuh (ə) peyğəmbərdir. Hansı peyğəmbərlər həyatı boyu evlənməyiblər? 5- Həzrət İsa (ə) və Həzrət Yəhya (ə) subay dünyalarını dəyişiblər. Hansı peyğəmbərlər yer üzünün hökmdarı olmuşlar? 6- Yerin üzünün şahı olmuş peyğəmbərlər, Həzrət Süleyman və Zülqərneyndir (ə). Həzrət Musanın (ə) qəbrini kim qazmışdır? 7- Musa peyğəmbərin (ə) qəbrini Əzrayıl (ə) qazmışdır. Hansı peyğəmbər 6 aylığında dünyaya gəlmişdir? 8- Həzrət Yəhya (ə) altı aylığında dünyaya göz açmışdır. Allah-təala Bəni İsraildən neçə peyğəmbər seçmişdir? 9- 600 peyğəmbər Bəni İsraildən seçilmişdir. Neçə peyğəmbər ərəbdilli olmuşdur? 10- Dörd peyğəmbər ərəbdilli olubdur: Həzrət Hud (ə), Həzrət Saleh (ə), Həzrət Şüeyb (ə), Həzrət Məhəmməd (s). Həzrət Nuhun (ə) peyğəmbərliyi nə qədər olmuşdur? 11- Həzrət Nuhun (ə) peyğəmbərliyi min ilə yaxın olmuşdur. Qul kimi bazarda satılan peyğəmbər kimdir? 12- Qul kimi bazarda satılan peyğəmbər, Həzrət Xızr (ə) olmuşdur. (Beləki, bazarda bir dilənçi Həzrət Xızrdan (ə) kömək istəyir. Həzrət pulum yoxdur söyləsədə dilənçi israr edir. Həzrət dilənçiyə buyurur: Məni apar qul adı ilə bazarda sat. Dilənçi Həzrət Xızrı (ə) qul adı ilə 400 dirhəmə satır). Hansı peyğəmbərin başı kəsilib? 13- Başı kəsilən peyğəmbər, Həzrət Yəhyadır (ə). İmam Hüseynə (ə) Kərbəlada əza saxlayan peyğəmbərlər hansılardır? 14- Altı peyğəmbər Kərbəlada İmam Hüseynə (ə) ağlayıblar. Onlar Həzrət Adəm (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsmayıl (ə), Həzrət Nuh (ə) və Həzrət İsadır (ə). Sonuncu cənnətə daxil olacaq peyğəmbər kimdir? 15- İmam Sadiqin (ə) buyuduğuna əsasən peyğəmbərlər arasında sonuncu cənnətə daxil olan peyğəmbər, Həzrət Süleyman ibni Davuddur (ə). Buna səbəbsə, Həzrət Süleymana (ə) dünyada səltənət və sərvət verilməsidir. Hal-hazırda yaşayan peyğəmbər kimdir? 16- Hal hazırda sağ olan peyğəmbər, Həzrət İsadır (ə). Müqəddəs Quran kitabında neçə peyğəmbərin adı çəkilmişdir? 17- 25 peyğəmbəril adı Qurani-kərimdə zikr olunmuşdur: Adəm, Nuh, Hud, Saleh, İbrahim, Lut, İsmayıl, İdris, İshaq, Yaqub, Yusif, Şüeyb, Musa, Harun, Yunus, Süleyman, Davud, Əyyub, İlyas, Zəkəriyyə, Əlyəsə, İsa, Zulkufl, Yəhya, Məhəmməd (s). Hansı peyğəmbərlər xalaoğlu olmuşlar? 18- Həzrət İsa (ə) ilə Həzrət Yəhya (ə) xalaoğlu olmuşdur. Qeydlər: 1- “Hezar sual” Ayətullah Dəstğeyb 2- “Quran qissələri” Mərhum Mustafa Zamani 3- “Xisal” Şeyx Səduq 4- “Danestehaye Quran” Seyyid Mehdi Şəmsəddin 5- “Üsuli-Kafi” Mərhum Kuleyni 6- ““Müntəh-ul-Amal” Mərhum Mühəddis Qummi Müəllif: Məhəmməd Hüseyn Qasimi Çevirən: Xəyal Tofiqoğlu  ahlibeyt.ge

Həzrət Muhəmməd (s) 05.01.2025

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq: Tarixi mənbələrdə İslam Peyğəmbərinin (s) xanım Xədicə ilə tanışlığı və onların evliliyi belə göstərilir: “Xüveylidin qızı Xədicə nəsil-nəcabətli və şərafətli bir qadın olması ilə bərabər, ticari işlərlə məşğul olur və ticari işlərini icra etmək üçün bəzilərini bu işə cəlb edirdi. İslam peyğəmbəri həzrət Mühəmməd (s) iyirmi beş yaşına çatdıqda, əmisi Əbu Talib o həzrətə belə bir təklif etdi: “Xüveylidin qızı Xədicə Qüreyş tacirlərindəndir və ticari işlərini öhdəsinə götürəcək əmanətdar bir şəxs axtarışındadır. Nə yaxşı olar ki, özünü ona tanıtdırıb, onun ticari işlərinə rəhbərliyi öhdənə alasan!” Peyğəmbərin (s) yüksək ruhu bu istəyi birbaşa olaraq Xədicəyə söyləməyə mane olduğundan, əmisinə belə dedi: “Yaxşı olar ki, Xədicə özü bu təklifi irəli sürsün.” Xədicə o həzrətin “Əmin” (əmanətdar) ləqəbi ilə tanındığını bildiyi üçün, bir nəfəri Peyğəmbərin (s) hüzuruna göndərib dedi: “Mühəmmədin (s) gözəl əxlaqı, sədaqət və əmanətdarlığına məftun olmuşam. Ticari səfər üçün başqalarının verdiyi puldan ikiqat artıq verməyə və bu səfərdə sənə kömək etmək məqsədilə qulamlarından iki nəfəri səninlə birgə göndərməyə hazıram!” Peyğəmbər (s) Xədicənin təklifini qəbul edib, Qüreyş karvanı ilə birlikdə Şama doğru hərəkət etdi. Peyğəmbər (s) bu səfərdə hamıdan çox qazanc əldə etdi. Xədicənin Peyğəmbərlə (s) birgə öndərdiyi Meysərə adlı qulamı sıfırdın qayıtdıqdan sonra o həzrətin kərmətləri, alicənablığı və mənəviyyatı haqda Xədicəyə məlumat verdi. Xədicə zəkalı, uzaqgörən, şərafətli bir qadın idi və cahiliyyət dövründə əxlaqi və ictimai mövqeyinə görə Qüreyş qadınlarının pakizəsi və xanımı adlanırdı. Məşhur nəzərə əsasən, o, öncə iki dəfə evlənmiş və hər iki əri vəfat etmişdi. Qüreyşin Əqəbə ibn Əbu Muit, Əbu Cəhl və Əbu Süfyan kimi böyükləri və sərvətliləri Xədicədən elçilik etmiş, o isə razılıq verməmişdi. Digər tərəfdən, Xədicənin Peyğəmbərə (s) qohumluğu çatırdı. Belə ki, hər ikisinin nəsil-nəcabəti Qüsəydə birləşirdi. Həm də, onun Peyğəmbərin (s) parlaq gələcəyi haqda məlumatı olduğundan, qırx yaşında ikən o həzrətlə evlənmək qərarına gəldi. Xədicə Peyğəmbərə (s) evlilik təklifi verdi. İbn Hişam özünün “Sirə” kitabında yazır: “Xədicə özü evlilik təklifini irəli sürüb Peyğəmbərə (s) dedi: “Ey əmioğlu! Aramızdakı qohumluq əlaqələrini, eləcə də, gözəl əxlaqa, qohum-əqrəba içində izzət, əzəmət, sədaqət və əmanətdarlığa sahib olduğunu nəzərə alaraq səninlə ailə həyatı qurmaq istəyirəm.” Peyğəmbər (s) buyurdu: “Bu haqda əmilərimə məlumat verməli, onların məsləhətinə qulaq asmalıyam.” (“Sireyi-İbn Hişam”, 1-ci cild, səh. 204.) Əksər tarixçilər isə qeyd edirlər ki, Xədicə evlilik təklifini Nəfisə adlı bir qadının vasitəsilə göndərdi. Nəhayət, Peyğəmbər (s) evlilik macərasını öz əmiləri, məxsusən, Əbu Taliblə müzakirə etdi və Qüreyşin böyüklərinin iştirakı ilə toy mərasimi təşkil edildi. Əbu Talib Allaha həmd-səna edərək bir xütbə oxudu və qardaşı oğlunu belə təriflədi: “Qardaşım oğlu Mühəmməd ibn Abdullah (s) sərvət sahibi olmasa da, Qüreyşin kişiləri ilə müqayisədə, onların hamısında üstün və fəzilətlidir. Sərvət kölgə tək ötəri və gedəsidir, nəsil-nəcabət isə əbədi və qalasıdır.” (Biharul-ənvar”, c.16 səh.16.) Əbu Talibin xütbəsindən sonra, Xədicənin qohumlarından Vərəqət ibn Nofəl ibn Əsəd sözə başladı: “Qüreyşlilərdən heç kim sizin fəzilət sahibi olmağınızı inkar etmir. Biz də səmimi qəlbdən bu şərafət kəndirinə birləşmək istəyir, sizinlə qohum olmağı özümüzə şərəf hesab edirik.” Beləliklə, dörd yüz dinar (və yaxud iyirmi dəvə) mehriyyə təyin olunaraq “nikah” oxundu və Peyğəmbər (s) iyirmi beş yaşında ikən Xədicə ilə evləndi. O həzrətin xanım Xədicə ilə evliliyindən iki oğul və dörd qız uşağı dünyaya göz açdı: Qasim, Abdullah, Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə). (“Tarixi-İslam”, Ustad Mehdi Pişvayi; “Füruğe-əbədiyyət”, Ayətullah Cəfər Sübhani, 1-ci cild, səh.190-198.) Rza Şükürlü (Maide.Az)

Həzrət Muhəmməd (s) 05.01.2025

Bu gecə əziz İslam Peyğəmbərinin (s) rehlət gecəsidir: İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) rehləti barədə

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o Həzrətin böyük nəvəsi İmam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam Peyğəmbərinin (s) həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:   Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in (fil ili) Rəbiül-əvvəl ayının 17-də (miladi tarixi ilə 570-ci ildə), mübarək cümə günü dünyaya gəlmişdir. (Həmin il Allah-Taala Kəbə еvini uçurmağa gələn “fil səhabələri”ni “əbabil” quşları ilə məhv еtmişdir.) Həzrət İsa (ə) əsrlər öncə “İncildə” o həzrətin adını müjdə vermişdir: “Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir.” Qurani-Kərimdə də o həzrət həm Əhməd, həm də Mühəmməd adı ilə yad edilir. (“Səff” surəsi, ayə 6; “Əhzab” surəsi, ayə 40.) Nəhayət, o həzrət bir yəhudi qadının vasitəsi ilə zəhərlənərək 11-ci hicri-qəməri ilinin Səfər ayının 28-də dünyasını dəyişmişdir. Peyğəmbər (s) 25 yaşında olarkən həzrət Хədicə (s) ilə еvlənmiş və “amul-fil”in 40-cı ili, Rəcəb ayının 27-də gеcə ikən peyğəmbərliyə sеçilmişdir. O həzrət İslam dinini təbliğ etdiyi üçün 13 il Məkkədə dözülməz müsibətlərə məruz qalaraq Qürеyş kafirlərinin dinin inkişafının qarşısını aldıqları zaman Mədinə şəhərinə hicrət еtmişdir. Qеyd еtmək lazımdır ki, o həzrətin Mədinəyə hicrət еtdiyi gün İslam tariхinin başlanğıcı sayılır. Peyğəmbər (s) hicrətdən sonra, Mədinədə sakin olduğu 10 il ərzində İslam dinini kamil surətdə bəşəriyyətə çatdırmışdır. İslam Peyğəmbərinin (s) doğulduğu gecə dünyada böyük hadisəlr və möcüzələr baş vеrmişdir. O cümlədən: bütün bütlər yıxılır; İranda Kəsra eyvanı lərzəyə gəlib parçalanır və 14 sütunu sınır; Savə dəryaçası quruyur; min ildən sonra fars atəşgahı sönür. PEYĞƏMBƏRİN (S) ATA VƏ ANASI Tarixdə Peyğəmbərin (s) atası Abdullah haqda belə yazılır: Bir gün Əbdül-Müttəlib Zəmzəm quyusu qazılanda nəzr edir ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban etsin. Onun duası qəbul olur və Allah-Taala ona onuncu oğulu, yəni Abdullahı əta etdikdə, Əbdül-Müttəlib öz nəzərini yerinə yetirmək məqsədilə övladları arasında püşk atır. Püşk Abdullaha düşür. Abdullahı qurbangaha aparır. Bu iş sonralar bir adətə çevrilməsin deyə, qohum-əqraba yığışıb bu işə mane olmaq istəyirlər. Təklif edirlər ki, on dəvə və Abdullah arasında püşk atılsın. Püşk yenə də Abdullaha düşür. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşür. Beləcə, 100 dəvə Abdullahı əvəz edir. Peyğəmbərin (s) atası Abdullah çox yaşamır. O, Amənə ilə evləndikdən sonra, Peyğəmbər (s) dünyaya gəlməzdən öncə Şam səfərindən qayıdarkən xəstələnir və 25 yaşında ikən Mədinədə dünyasını dəyişir. Peyğəmbər (s) dünyaya gəldikdən sonra babası Əbdül-Müttəlibin himayəsinə keçir. Peyğəmbərin (s) anasının adı Amənədir. Amənə o həzrəti (s) dünyaya gətirdikdən bir müddət sonra ona süd vermək üçün Bəni-Səd qəbiləsindən olan Həlimə Sədiyyə adlı bir qadını dayə tuturlar. Peyğəmbər (s) beş il dayənin yanında qalıb, sonra ana qucağına qayıdır. Amənə bir müddət sonra öz övladı Peyğəmbərlə (s) birgə qohumlarını görmək və həyat yoldaşı Abdullahın qəbrini zyarət etmək üçün Mədinəyə gedir. Mədinədə bir ay qaldıqdan sonra geri dönərkən xəstələnib yolda otuz yaşında ikən vəfat edir. Onu Mədinə ilə Məkkə yolnun kənarında Əbva adlı bir yerdə dəfn edirlər. Anasının dəfnindən sonra Ümmü-Əymən adlı bir qadın Peyğəmbəri (s) gətirib Əbdül-Müttəlibə çatdırır. Peyğəmbər (s) səkkiz yaşında olarkən babası Əbdül-Müttəlib də dünyasını dəyişir, sonra onu əmisi Əbu Talib və onun həyat yoldaşı Fatimə binti Əsəd öz himayələrinə götürürlər. PEYĞƏMBƏRİN (S) ÖVLADLARI İslam Peyğəmbərinin (s) üç oğlu və dörd qız övladı olmuşdur. Oğlanları: Qasim, Abdullah və İbrahim. –Qasim; Peyğəmbər (s) bu münasibətlə “Əbülqasim” adlanmışdır. Qasim iki yaşında ikən Məkkədə vəfat etmişdir. –Abdullah; Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan sonra Abdullah anadan olub və Məkkədə vəfat etmişdir. Bəziləri onun adını Təyyib və Tahir kimi də qeyd etmişlər. –İbrahim; Mədinədə o həzrətin Qibtiyyə Mariyyə adlı zövcəsindən olmuş, hicrətin 10-cu ilində on yeddi aylığında vəfat etmiş və Bəqidə dəfn olunmuşdur. Qızları: Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə). –Zeynəb Peyğəmbərin (s) böyük qızıdır. O həzrətin Xədicə ilə izdivacından beş il sonra doğulmuşdur. Öz xalası oğlu Əbülas ibn Rəbi ilə ailə qurmuş və 8-ci hicri-qəməri ilində vəfat etmişdir. –Rüqəyyə İslamdan əvvəl doğulmuşdur. Əvvəlcə Əbu Ləhəbin oğlu Utbəyə nişanlanmış, lakin “Təbbət” surəsi nazil olduqdan sonra Əbu Ləhəbin göstərişi ilə toydan qabaq ayrılmışdır. Sonra Osman ibn Əfvan ilə izdivac etmişdir. İkinci hicri-qəməri ilində dünyasını dəyişmişdir. –Ümmü-Gülsüm də Məkkədə doğulmuş, bacısı Rüqəyyə kimi Əbu Ləhəbin digər oğlu Üteybə ilə izdivac etmiş, lakin “Təbbət” surəsi nazil olduqdan sonra ayrılmışdır. Bacısı Rüqəyyə vəfat etdikdən sonra Osmana ərə getmişdir. Üçüncü hicri-qəməri ilində vəfat etmişdir. –Fatimeyi-Zəhra (s) “besət”dən (Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan) beş il sonra doğulmuşdur. Hicrətdən iki ay sonra Mədinədə imam Əli (ə) ilə ailə qurmuş və on səkkiz yaşında ikən, İslam Peyğəmbəri (s) əbədiyyətə qovuşduqdan doxsan beş gün sonra şəhadətə yetmişdir. Peyğəmbər (s) özü həyatda ikən xanım Fatimeyi-Zəhradan (ə) başqa, bütün övladları dünyadan köçürlər. O həzrətin iki oğul və dörd qızı Xədicədən, İbrahim adlı digər bir oğlu isə Mariyyə Qibtiyyədən doğulur. Başqa zövcələrindən övladı olmuur. İslam peyğəmbərİnİn (s) RİSALƏTİ İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə hər il bir neçə günlük “Hira” mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı. Peyğəmbər (s) qırx yaşında ikən, hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də vəhy mələyi Cəbrail-Əminin Allah tərəfindən nazil olması və “Ələq” surəsinin bir neçə ayəsinin tilavəti ilə peyğəmbərliyə seçilir. O həzrətə iman gətirən və dəvətini qəbul edən ilk kişi imam Əli (ə) və ilk qadın Peyğəmbərin (s) həyat yoldaşı Xədicə olur. Məkkədə şərait münasib olmadığı və bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan Peyğəmbər (s) dəvətini məhdud və gizli şəkildə başlayır. Bu müddətdə bir dəstə o həzrətə iman gətirir. Üç il gizli dəvətdən sonra, ilk mərhələdə Allah tərəfindən   «و انذر عشیرتک الاقربین» (Yaxınlarını ilahi əzabla qorxut – “Şüəra”/214) – ayəsi nazil olmaqla, o həzrət qohum-əqrəbasını bir yerə toplayaraq risalət və peyğəmbərlik vəzifəsini aşkar şəkildə elan edir. İkinci mərhələdə isə Peyğəmbər فاصدع بما تؤمر و اعرض عن المشرکین انا کفیناک المستهزئین (Sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir. Həqiqətən, Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq! – “Hicr”/94-95) – ayəsini almaqla ümumi dəvətə başlayır. Bundan sonra müxaliflərin düşmənçiliyi alovlanır. Düşmən Həzrətin risalətinə qarşı bütün vasitələrdən istifadə edir. Peyğəmbər və onun tərəfdarları böhtanlarla, istehzalarla və cismani işgəncələrlə qarşılaşırlar. Bu minvalla, o həzrətin peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə Peyğəmbərin (s) evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yataraq, o həzrət tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Mədinə əhalisi Peyğəmbəri (s) Mədinənin altı kilometrliyində yerləşən “Quba” məntəqəsində qarşılayır. (Elə həmin məntəqədə İslamın ilk məscidi – “Quba məscidi”, ondan sonra isə Mədinənin özündə “Peyğəmbər məscidi” bina edilir.) İmam Əli (ə) Məkkədə qalan bəzi ailə üzvləri ilə birlikdə Məkkədən Qubaya çatdıqdan sonra, birgə Mədinəyə daxil olurlar. Hicrətin ikinci ilində müsəlmanlarla müşriklər arasında “Bədr” döyüşü baş verir və döyüş müsəlmanların qələbəsi ilə sona yetir. Bir çox müsəlmanların şəhadətinə səbəb olan “Ühüd” döyüşü də elə həmin il baş verir. Hicrətin 5-ci ilində “Əhzab” (Xəndək) döyüşü baş verir. Hicrətin 6-cı ilində “Hüdeybiyyə sülhü” imzalanır. Elə həmin ildə Peyğəmbər (s) müxtəlif ölkələrin padşahlarına məktub göndərərək onları İslama dəvət edir. Hicrətin 7-ci ilində “Xeybər” döyüşü baş verir və imam Əlinin (ə) qəhrəmanlığı ilə Xeybər qalası fəth olunur. Hicrətin 8-ci ilində Məkkə fəth olunur və bütxanalar dağıdılır. Elə həmin ildə Peyğəmbərin böyük qızı Zeynəb vəfat edir və İbrahim adlı oğlu dünyaya göz açır. Hicrətin 10-cu ilində Peyğəmbərin 18 aylıq övladı İbrahim dünyasını dəyişir. Hicrətin 11-ci ilində Peyğəmbər (s) “Vida” həccini yerinə yetirib, Məkkədən Mədinəyə döndükdə, “Qədir-Xum” adlı məntəqədə 120 min hacının iştirakı ilə imam Əlini (ə) Allah tərəfindən özünə canişin və müsəlmanlara rəhbər, imam təyin edir. Peyğəmbər (s) Mədinəyə qayıtdıqdan sonra, Səfər ayının 28-i dünyadan köçür. (Tarixe-təhliliye-İslam”, Ustad Rəsuli Məhəllati.) Rza Şükürlü (Maide.Az)

Həzrət Muhəmməd (s) 05.01.2025

Peyğəmbərimizi (s) kim tərbiyə etmişdir?

Ədəb nədir? Ədəbin özü bir neçə hissəyə bölünür. O cümlədən dini ədəbə, İlahi ədəbə, peyğəmbərlərin (ə) ədəbinə, rəhmani ədəbə…   Dini ədəbə riayət etməkdə bir neçə nöqtə çox mühümdür. 1. Din, insan həyatının hər bir sahəsini əhatə edər və İlahi çərçivəsindən çıxmaz. 2. Dini ədəbin şiddətli və zəif tərəfləri vardır. 3. İslam dini – ən kamil İlahi ədəbdir ki, insan həyatının hər bir sahəsini əhatə edər. İlahi ubudiyyət yolu vasitəsilə insanları elmi və əməli tövhidə tərəfə dəvət edər. İnsanların varlığında rəhmani ədəb meydana gələr. Əlbəttə bu məqam agahlıq, azadlıq, seçim, məsuliyyətli olmaq, dinə əməl etmək yolları ilə tədricən meydana gələr. Bu məqama layiq olan insanlar peyğəmbər (s) və bütün Məsumlardır (ə). “Hər kim – kişi yaxud qadın – imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. (“Nəhl” 97).   Bu ayədə adı çəkilən təyyibə həyat – İlahi ədəblə olan həyatdır. Mömin İlahi və dini ədəbə malik olar, əxlaqı və əməli ilə imanın ən uca zirvəsinə yüksələr.   İmam Sadiq (ə) buyurur: “Böyük Allah Öz peyğəmbərini (s) tərbiyə etmişdir və çox gözəl tərbiyə etmişdir. Çünki ədəbi onda kamala çatdırmışdır. Onun haqqında buyurmuşdur: “Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. (“Qələm” 4). Sonra dini və ümməti ona tapşırır ki, bəndələrini idarə etsin”.   Həzrət Peyğəmbər (s) buyurur: “Mən Allah tərəfindən yetişdirilmişəm, Əli (ə) isə mənim tərəfimdən yetişdirilmişdir”. (Həvzəh\deyerler.org)   Beləliklə deyə bilərik ki, Allah Təala Peyğəmbərimizi (s) tərbiyə etmişdir. Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) tərbiyə etmişdir. İmam Əli (ə) isə möminləri tərbiyə etmiş və onlara İlahi ədəbi aşılamışdır. Hər kim İlahi və dini ədəblə tərbiyə alar – Peyğəmbər (s) və Məsum İmamların (ə) ən üstün davamçısı olar. Bunu əxlaqında və əməlində nümayiş etdirər.

Həzrət Muhəmməd (s) 05.01.2025

Varlıq aləminin heyrətləndirici üzvü –İNSAN

İnsanın bütün varlıqların içində bir üstünlüyü vardır, o da onun ikicəhətli olmasıdır. Cisim və Ruh… İki zidd cəhət… Mələklərdə yalnız mənəvi cəhət var, yəni mələklər bircəhətli varlıqdır. Cəbrail ən üstün mələkdir, Allahın dörd ən üstün mələklərindən biridir, Peyğəmbərlərə İlahi vəhy gətirəndir… , amma bununla belə milyardlarla ildir ki, Cəbrail mələk elə həmin yarandığı zamandakı səviyyədədir, tərəqqisi yoxdur. Eləcə də başqa mələkdər… Elə heyvanlar da belədir. Sadəcə mələklərdən fərqli olaraq heyvanların mənəvi cəhəti yoxdur, onlarda yalnız maddi və cismani cəhət vardır. Götürək Qarışqaları və ya Arıları. İndiyədək qarışqa və arılar haqqında yüzlərlə kitablar yazılıb, onların nizam-intizamları bütün dünyanı heyrətə gətirmişdir. Lakin bununla belə milyard illərdir ki, həm qarışqalar və həm də arılar eyni səviyyədə qalmış, heç bir təkamül və tərəqqiyə malik deyildirlər. Amma insan elə bir varlıqdır ki, onun həyatı təkamül və tərəqqi ilə davam etməkdədir. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih özünün merac səfəri barədə buyurur: “Mən merac gecəsi elə bir mələk gördüm ki, o mələyin yarısı oddan yarısı qardan idi, qar oda od isə qara qarışmırdı.” Yəqin ki, ilk baxışda bu hədis bizlərə çox təəccüblü görünə bilər, amma bir anlıq düşünmədən sonra bu hədisin təəccübü yoxa çıxır. Çünki elə biz özümüz, yəni insan da bir birinə zidd olan ikicəhətli bir varlıqdır. Torpaq (cisim) və Ruh (mənəviyyat). Deməli, biz bu hədisi başa düşmək istəsək gərək özümüzə baxaq. Torpaqdan olan maddi və cismi hissəmizin sevdiyi və ləzzət aldığı şeylər İlahi ruhdan olan bizim ruhi-mənəvi hissəmizin nifrət etdiyi və dərdli şeylərdir. Eləcə də əksinə, ruhi cəhətin ləzzət və sevgisi maddi-cismi tərəfin nifrət etdiyi şeylərdir. Elə bir ruhi-mənəvi ləzzət tapa bilməzsiniz ki, cismin ondan xoşu gəlmiş ola. Məsələn, Elm öyrənmək, Həqiqət axtarmaq, Güzəşt, Səxavətlik, Fədakarlıq, Dinə və Vətənə xatir özünü təhlükəyə atmaq, Ziyanına da olsa sözün düzünü demək … ruh üçün ləzzət və sevinc, cisim üçün isə dərd və nifrətdir. Əksinə, çox yemək, çox yatmaq, söyüş söymək, çox əylənmək, dava etmək, xəsislik, rahatlıq axtarmaq … cisim üçün ləzzət və sevincdir, amma insanın ruhuna dərddir, ruhu öldürür. Bu nə tərkibdir???… Deməli, insanın iki miniyi ola bilər. Ya mənəviyyatın miniyi cisim olur və insan təkamülə yüksəlir, ya da cismin miniyi ruh olur, dünyəvi istəklərin əhatəsində batır. Həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: Biharul ənvar 56-cı cild 163-cü səhifə . Əvaliul-ləali kitabının müəllifi kitabın 4-cü cildinin 113-cü səhifəsində bu hədisin şərhində deyir: “Şeytanlardan məqsəd nəfsin qəzəb və şəhvət qüvvələri, eləcə də bu iki qüvvədən törənmiş minlərlə pis xasiyyətlərdir.” Deməli, insan elə bir zirvəyə yüksələ bilər ki, onu Allahdan başqa kimsə bilməz. Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurur: . Necə ki, sevimli Peyğəmbərimiz(s) meracda yüksəlmişdi. Bilirsinizmi sevimli Peyğəmbərimiz (s) bu uca məqama necə yüksəlmişdi?! Bilirsinizmi sevimli Peyğəmbərimiz (s) bu uca məqama necə yüksəlmişdi?! Çünki o həzrət nəfsini islah etmişdi. Günlərin birində həzrət Muhəmməd səllAllahu əleyhi və alih insanlara nəfs barədə moizə edərkən buyurdu: “Nəfs şeytandır, hər bir insanın nəfsi vardır, deməli şeytanı vardır.” Bu vaxt bir nəfər sual verməyə icazə istəyərək dedi: Ey Allahın Peyğəmbəri! Sənin də şeytanın (nəfsin) var? Həzrət buyurdu: Bəli, mənim də şeytanım (nəfsim) var. Bax, elə buna görədir ki, həzrət Peyğəmbər (s) heç bir insanın, hətta heç bir peyğəmbərin hətta Cəbrailin belə yüksələ bilmədiyi bir məqama yüksəldi merac gecəsində. Qurani-kərim Nəcm surəsinin 7, 8 və 9-cu ayələrində sevimli Peyğəmbərimizi belə vəsf edir: ثمُ‏َّ دَنَا فَتَدَلىَ فَكاَنَ قَابَ قَوْسَينْ‏ِ أَوْ أَدْنىَ‏ Bəli, Peyğəmbər (s) merac gecəsi ən uca İlahi məqama yüksəlmişdi. Peyğəmbər (s) meraca bəzən Büraq ilə getmişdi. Büraq o həzrəti meraca aparan minikdir. Bu miniyin nədən ibarət olması haqda çoxlu nəzəriyyələr vardır. Bir çox Əxlaq ustadları buyurublar ki, “büraq” yəni insanın nəfsi istəkləri, qərizə və meyilləridir. Qurani-kərim Fussilət surəsinin 30 – 31-ci ayələrində buyurur: نحَنُ أَوْلِيَاؤُكُمْ فىِ الْحَيَوةِ الدُّنْيَا وَ فىِ الاَخِرَةِ Deməli, insan nəfsi ilə mübarizədə qalib gəldikdə və nəfsini islah etdikdə o səviyyəyə çatır ki, mələklər onlarla danışırlar. Həzrət Peyğəmbər (s) nəfsini islah edərək qərizə və meyillərinin tam mənada hakimi olmuş, ən uca məqamlara yüksələ bilmişdir. Elə isə, nəfslə mübarizənin qalibi olan hər bir insan “büraq”a minərək kainatı seyr edə bilər. Həzrət Peyğəmbər (s) “büraq” ilə meraca gedəndə onu Cəbrail də müşayiət edirdi, amma yolun müəyyən bir hissəsində Cəbrail dedi: Mən bundan artıq ucalara gedə bilmərəm, ixtiyarım yoxdur, bu xətt mənim sərhəddimdir. Həzrət Peyğəmbər (s) ucalması ilə bütün bəşəriyyətə əyan etdi ki, nəfsinə qalib gəlmiş insan “LİQAULLAH”, yəni “Allah ilə görüş” aləminə ucala bilər. Qurani-kərim iyirmi bir (21) yerdə “LİQA” (görüş) aləmi barədə danışır. Kim desə ki, mən bacarmaram, mən nəfsimə qalib gələ bilmərəm, mən nəfsimi islah edə bilmərəm … , belə sözləri Qurani-kərim qəbul etmir. Bu sözlər insan lüğətinə aid deyil. Qurani-kərim Əhzab surəsinin 72-ci ayəsində buyurur: Deməli, insan varlıq aləminin ən bilikli (Bəqərə 32), ən bacarıqlı (Nəcm 39-40), ən üstün və kəramətli (İsra 70) və sair üstünlük və dəyərlərə malik olan üzvüdür. Elə isə, bil ki, sən hər şeyi bacaran və hər şeyə qadirsən. Zəif və gücsüz deyilsən, vaxt isə keçməyib…     لو لا ان الشیاطین یحومون یلی قلوب بنی آدم لنظروا الی ملکوت السماوات “Əgər şeytanlar (nəfsin istəkləri) insanların qəlblərinin üzərində bir pərdəyə çevrilməsəydilər (insanın mənəviyyatını çirkləndirməsəydilər), insanlar göylərin mələkutunu (səmavi mələkut aləmini) görərdilər.” ال لی مع الله حالات لا یقربها ملک مقرب و لا نبی مرسل “Mənimlə Allah arasında o qədər mənəvi yaxınlıq olur ki, heç bir müqərrəb mələk (Cəbrail, Miikail, İsrafil və Əzrail) və heç bir mürsəl Peyğəmbər (313 peyğəmbər) Allaha o qədər yaxın olmayıb.” Bəli, sevimli Peyğəmbərimiz(s) meracda yüksəlmişdi. ان شیطانی آمن بیدی لا یامرنی الا بخیر “Lakin mənim şeytanım (nəfsim) mənə iman gətirmişdir, məni yalnız yaxşı işlərə dəvət edir.” Yəni, mən nəfsimi islah etmişəm. Nəfs mənim tam ixtiyarımdadır. وَ هُوَ بِالْأُفُقِ الْأَعْلىَ‏ “O (Peyğəmbər), ən yuxarı üfüqdə idi. Sonra daha yaxın oldu, yenə yaxınlaşdı. Onların arasında iki kamandan da az məsafə vardı.” إِنَّ الَّذِينَ قَالُواْ رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَمُواْ تَتَنزَّلُ عَلَيْهِمُ الْمَلَئكَةُ أَلَّا تخَافُواْ وَ لَا تحَزَنُواْ وَ أَبْشِرُواْ بِالجْنَّةِ الَّتىِ كُنتُمْ تُوعَدُونَ Həqiqətən “Rəbbimiz Allahdır!” – deyən, sonra da sözünün üstündə sabit qalan şəxslərə mələklər nazil olub ( deyirlər ): “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sizi müjdləyirik. (Özünüzü tənha sanmayıq, çünki) Biz bu dünyada da sizin (yardımçı və) dostunuzuq, axirətdə də (sizin dostunuzuq.) لو دنوا انمله لاحترقتت “Əgər bir barmaq qədər mən bu xətti keçsəm yanıb kül olaram.” إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلىَ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ الْجِبَالِ فَأَبَينْ‏َ أَن يحَمِلْنهَا وَ أَشْفَقْنَ مِنهْا وَ حَمَلَهَا الْانسَنُ إِنَّهُ كاَنَ ظَلُومًا جَهُولًا “Biz göylərə, yerə və dağlara əmanəti (təklif və məsuliyyəti) boyunlarına götürməyi təklif etdik, onlar onu (əmanəti) götürməkdən çəkindilər və ondan qorxdular. Lakin insan (kamil istedada malik olduğu üçün) onu boynuna götürdü. O, (belə bir məqamın qədrinin bilmədiyinə görə) cahil və (özünə qiymət vermədiyinə görə) zalım oldu. Hacı Rza İravani

Həzrət Muhəmməd (s) 05.01.2025

Peyğəmbərin (s) zöhd və ibadəti

“Sünənün-Nəbi”, səh: 234 Cəfər ibn Əhməd Qumi “Zuhdun-Nəbi” kitabında rəvayət edir ki, Allahın Rəsulu (s) namaza duranda Allahın qorxusundan rəngi qaçardı, ondan sızıltılı səs eşidilərdi. Həmçinin namaz qılanda yer üzərinə sərilmiş paltar kimi olardı. Əllamə Məclisi özünün “Biharul-ənvar” kitabında Aişədən belə nəql edir: “Allahın Rəsulu (s) bizlə söhbət edər, biz də onunla danışardıq, amma namaz vaxtı gələndə elə bir halda olardı ki, sanki nə o bizi tanıyır və nə də biz onu tanıyırıq.” Əbu Bəsir İmam Məhəmməd Baqir (ə)-dan rəvayət edir ki: “Allahın Rəsulu (s) bir gecə Aişənin yanında idi. Aişə dedi: Nə üçün ibadət etməyə görə özünə bu qədər əziyyət verirsən, bir halda ki, Allah Taala sənin keçmiş və gələcək günahlarını bağışlamışdır? Həzrət buyurdu: Mən şükr edən və minnətdar bəndə olmayımmı?” “Üsuli-kafi” kitabında İmam Cəfər Sadiq (ə)-dan rəvayət olunmuşdur ki, Allahın Rəsulu (s) buyurmuşdur: “İnsanların ən üstünü o kəslərdir ki, ibadətə aşiq olmuş, onu qucaqlamış, qəlbi və canı ilə sevmiş, cismi və bədən əzaları ilə onu yerinə yetirmiş, ibadət üçün hər şeydən əlini çəkmişlər. Belə bir halda bu insan üçün dünyada çətinliklə yaxud asanlıqla yaşamağın heç bir fərqi yoxdur.” Həmçinin “İləlüş-şərayi” kitabında Ənəs ibn Malikdən rəvayət olunmuşdur ki, Allahın Rəsulu (s) buyurmuşdur: “Mənim üçün gecə yarısı iki rükət namaz qılmaq dünyadan və dünyada olanların hamısından daha əzizdir.” Seyyid ibn Tavus “İqbal” kitabında yazır: “Mübarək Ramazan ayı gəldikdə Peyğəmbər (s)-in halı dəyişərdi, çoxlu namaz qılar, dualarda çoxlu ahu-zar edərdi. Allahdan qorxma halı aşkar görünərdi.” “Məcmueyi-Vərram” kitabında rəvayət edilmişdir ki, hər hansı bir iş Peyğəmbər (s)-i qəmgin və pərişan etsəydi namaz qılmaq və oruc tutmaqla o qəmin aradan getməsini istəyərdi. Məhəmməd ibn Süleyman İmam Cəfər Sadiq (ə)-dan və İmam Rza (ə)-dan nəql edir ki: “Biz İmamdan Ramazan ayında necə namaz qılmaq və Peyğəmbər (s)-in bu ayda nələr etməsi haqqında soruşduqda buyurdu: Ramazan ayının birinci gecəsi gəldikdə Allahın Rəsulu (s) məğrib namazını və onun dörd rükət nafiləsini hər gecə məsciddə qılardı, bunun ardınca ayağa qalxar və daha on iki rəkət namaz qılardı. Sonra evə gedərdi. Camaat o həzrətin çoxlu namaz qılmasının səbəbini soruşarkən buyurardı: “Əlbəttə, bu namazlar Ramazan ayının başqa aylardan fəzilətli olması üçündür.” Sabahkı gecə namaz qılmaq üçün Peyğəmbər (s) ayağa qalxdı, camaat o həzrətin arxasında namaz qılmaq üçün sıraya düzüldülər. Peyğəmbər (s) buyurdu: Ey camaat! Bu nafilə namazlarıdır, nafiləni camaatla qılmaq olmaz, hər biriniz ayrıca öz namazlarınızı qılın. Allah Taala sizə necə öyrədibsə eləcə də qılın və bilin ki, müstəhəb namazları camaatla birgə qılmazlar. Bundan sonra hərə bir tərəfə dağılışdı və öz namazlarını qılmağa başladılar. Elə ki, Ramazan ayının on doqquzuncu gecəsi gəldi, o həzrət gün batan vaxt qüsl etdi, sonra məğrib namazını qıldı. Daha sonra dörd rəkət namaz qıldı və evə getdi. Elə ki, Bilal işa namazının azanını dedi, Allahın Rəsulu (s) gəlib camaatla işa namazını qıldı, sonra oturaq halda iki rəkət işa namazının nafiləsini qıldı, sonra ayağa qalxdı və Qədr gecəsinin yüz rəkət xüsusi namazını qıldı, hər rəkətdən sonra on dəfə İxlas surəsini oxuyurdu. Bu namazları da bitirdikdən sonra on bir rükətlik gecə namazını qılmağa başladı. İyirminci gecədə məğrib namazından sonra səkkiz rəkət və işa namazından sonra on iki rəkət Ramazan ayının məxsus nafiləsini qıldı. İyirmi birinci gecə günəş batan zaman qüsl etdi və on doqquzuncu gecədə etdiklərini bu gecə də etdi. İyirmi ikinci gecədən etibarən öz namazlarını çoxaltmağa başladı. Belə ki, məğrib namazından sonra səkkiz rəkət, işa namazından sonra isə iyirmi iki rəkət xüsusi nafilə namazını qıldı. İyirmi üçüncü gecə gəldikdə yenə də günəş batan zaman qüsl etdi. On doqquz və iyirmi birinci gecədə etdiyi ibadətləri yerinə yetirdi.” İmam (ə)-dan Peyğəmbər (s)-in ayrıca hər gün qıldığı əlli rəkət nafilə namazı haqqında soruşduq. İmam (ə) buyurdu: “Peyğəmbər (s) başqa aylarda qıldığı əlli rəkət nafilə namazını Ramazan ayında da qılar və ondan əskiltməzdi.” “Sünənün-Nəbi” səh: 244-247.   Peyğəmbər (s)-in təvazökarlığı Allahın Rəsulu (s) o dərəcədə təvazökar idi ki, fəqirlər və kasıblar ilə oturar, onlarla birlikdə yemək yeyər və buyurardı: “Mən də Allahın bəndəsiyəm, bəndələr kimi yeyir, bəndələr kimi otururam.” Zeyd Şəhham imam Cəfər Sadiq (ə)-dan rəvayət edir ki, buyurdu: “Allah Taala həzrət Məhəmməd (s)-i peyğəmbərliyə seçdiyi andan o həzrətin vəfatınadək Peyğəmbər (s) bir şeyə söykənərək yemək yemədi, kasıblar kimi yemək yeyir, onlar kimi də otururdu. Zeyd deyir: Soruşdum “nə üçün belə edirdi?” İmam Cəfər Sadiq (ə) buyurdu: Allah Taalanın qarşısında təvazökarlıq üçün.” “Biharul-ənvar”, 16-cı cild, səh: 261. Başqa bir hədisdə imam Cəfər Sadiq (ə) buyurur: “Peyğəmbər (s) hansı evə getsəydi yuxarı başa keçməz, elə qapının yanındaca oturardı.” “Üsuli-kafi”, Əl-işrə kitabı, 6-cı hədis. Mərhum Deyləmi özünün “İrşadul-qulub” kitabında yazır: “Allahın Rəsulu (s) ayaqqabısına və paltarına özü yamaq vurub. Qoyunları özü sağardı, xidmətçilərlə birlikdə yemək yeyərdi. Quru yerdə oturardı, ulağa minərdi, çox vaxt başqalarını da öz yerində otuzdurardı, evi üçün özü bazarlıq edərdi. Heç bir xəcalət çəkmədən aldıqlarını özü evə aparardı, hamı ilə – istər böyük, istər kiçik, kasıb ya varlı – əl ilə görüşər və görüşdüyü şəxs əlini çəkmədən Peyğəmbər (s) əlini çəkməzdi. Qarşısına çıxan hər kəsə – böyüklü kiçikli – salam verərdi, kim o Həzrəti (s) süfrəsinə dəvət etsəydi kasıb süfrəsi olsaydı belə, süfrədə cəmi bir neçə xurma olmasına baxmayaraq onların dəvətini qəbul edərdi. “İrşadul-qulub”, 2-ci cild, səh: 74. Şeyx Səduq imam Məhəmməd Baqir (ə)-dan rəvayət edir ki, Peyğəmbər (s) buyurdu: “Beş şeydən ölənədək əl çəkmərəm: Bəndələrlə (qullarla) birgə yemək yeməkdən, palansız ulağa minməkdən, keçini öz əlimlə sağmaqdan, yun paltar geyinməkdən, uşaqlara salam verməkdən, təki məndən sonra bunlar sünnət olsun.” “Əmali” müəllif: Şeyx Səduq, 17-si məclis, hədis 2. Rəvayət olunur ki, Peyğəmbər (s) səfərdə idi, yemək üçün bir qoyun kəsilməsini əmr etdi. Yoldaşlarından biri dedi: Onu kəsmək mənim boynuma. Başqası dedi: Dərisini soymaq da mənim boynuma. Başqa birisi dedi: Xörəyi bişirmək də mənim boynuma. Beləcə hər kəs bir işi öz boynuna götürdü. Rəsuli Əkrəm (s) buyurdu: Elə isə ocaq qalamaq üçün odun yığmaq da mənim boynuma.” Dedilər: Ey Allahın Elçisi, biz özümüz odun yığacağıq, daha sizin zəhmət çəkməyinizə ehtiyac yoxdur. Həzrət (s) buyurdu: Bilirəm, amma özümü sizdən üstün saymaq istəmirəm, çünki Allah Taala özünü başqalarından üstün sayan bəndəni xoşlamır. “Müntəhal-amal”, 1-ci cild, səh: 18. Bir kişi həzrət Peyğəmbər (s) üçün süd və bal gətirmişdi. Allahın Rəsulu (s) buyurdu: “Bunların biri olan yerdə o birisinə ehtiyac yoxdur. Mən bunların ikisini də yeyə bilmərəm, bu işi başqalarına da haram etmirəm, mən yalnız Allah qarşısında təvazökar olmaq üçün belə edirəm. Çünki kim Allah Taalanın qarşısında təvazökar və başıaşağı olarsa Allah onu ucaldar. Amma kim təkəbbürlük və lovğalıq edərsə Allah Taala onu alçaldar.” “Tuhəful-uqul”. Peyğəmbər (s) oturduğu məclisin yuxarı-aşağısı olmazdı, hamı dövrəvari oturardı. Ənəs ibn Malik deyir: “Biz Peyğəmbər (s)-in yanına getdikdə orada dövrəvari oturardıq.” Həmçinin Cabir nəql edir ki, həzrət Peyğəmbər (s) yola çıxarkən səhabələr o həzrətdən irəlidə yol gedər və arxanı mələklər üçün saxlayardılar. “Sünənün-Nəbi”, səh: 70. Əbuzər Ğəffari rəvayət etmişdir ki, Allahın Rəsulu (s) təvazökarlıqla və çox sadə tərzdə səhabələri ilə oturardı. Özgə bir şəxs içəri girsəydi səhabələr Peyğəmbər (s)-i göstərməsəydi, həmin şəxs oturanların hansının Peyğəmbər (s) olduğunu bilməzdi. Biz həzrət Peyğəmbər (s)-dən xahiş etdik ki, başqaları onu tanısınlar deyə onun üçün bir yer düzəldək. Həzrətin razılığını əldə etdikdən sonra daş və gil ilə bir yer düzəltdik. Allahın elçisi daşın üstündə oturdu və biz də onun ətrafına toplaşdıq. “Sünənün-Nəbi”, səh: 53. Əbul-Fəth Razi öz təfsirində yazır: “Peyğəmbər (s) belə bir dua edərdi: İlahi, məni kasıblar kimi yaşat, kasıblar kimi öldür, qiyamət günü kasıblarla birgə dirilt!” İmam Məhəmməd Baqir (ə) buyurur: “Bir mələk Peyğəmbər (s)-in yanına gəlib dedi: Allah Taala iki şeydən biri seçməyi sənin ixtiyarında qoymuşdur, hansını istəyirsən seç. Birincisi budur ki, həm təvazökar, həm də elçi olasan. O biri budur ki, Süleyman (ə) kimi padşah və peyğəmbər olasan. Peyğəmbər (s) Cəbrailə (ə) baxdı və o da işarə ilə təvazökarlığı göstərdi. Peyğəmbər (s) buyurdu: Mən bəndəçilik və təvazökarlıqla peyğəmbərliyi seçirəm.” “Biharul-ənvar”, 18-ci cild, səh: 334; “Üsuli-kafi”, Təvazö fəsli, hədis 5. “Məkarimul-əxlaq” kitabında Peyğəmbər (s)-in həyatı barədə Əbu Səid Xidri rəvayət edir ki, Allahın Rəsulu (s) pərdə arxasındakı qızlardan da həyalı idi. Belə ki, əgər bir şeydən xoşu gəlməsəydi o saat simasından bilinərdi (daha sözlə deməyə ehtiyac olmazdı). “Sünənün-Nəbi”, səh: 23.

Həzrət Muhəmməd (s) 05.01.2025

Hz. Peyğəmbərinin(s) məhşur “Şabaniyyə” xütbəsi

Allahın Rəsulu (s) bizə mübarək Ramazan ayı haqqında belə xütbə oxudu: “Ey camaat! Həqiqətən, Allahın ayı (Ramazan) öz rəhmət, bərəkət və bağışlamağı ilə sizə tərəf gəlir. Belə bir ay ki, Allah yanında ayların ən əzəmətlisi, günlərin ən yaxşısı, gecələrin ən üstünü və saatların ən dəyərlisidir.   Bu ayda hamınız Allah qonaqlığına dəvət almısınız və Allahın kəramət və səxavəti sizə şamil olmuşdur. Bu ayda sizin nəfəsləriniz Allahı zikr edir, yuxularınız isə ibadət sayılır. Bu ayda sizin yaxşı əməlləriniz, dualarınız qəbuldur. Belə isə Allahdan saf niyyətlə bu ayda oruc tutub, Quran oxumağa müvəffəq olmağınızı arzulayın.   Allah dərgahında bu əzəmətli ayda bağışlanılmayan – ən bədbəxt şəxsdir. Bu ayda ac və susuz qalmaqla, Qiyamət gününün aclıq və susuzluğunu yada salın, fəqir və yoxsullara kömək edin, böyüklərə ehtiram göstərin, uşaqlara qayğı göstərib, mehribanlıqla davranın. Qohum-qardaşın halını soruşun, onlarla əlaqənizi qırmayın. Dilinizi günahlardan (yalan, qeybət, böhtan və s.) qoruyun, nəzər salınması haram olan şeylərə baxmayın, eşidilməsi haram olan şeylərə qulaq asmayın. Yetimlərə mehribanlıq göstərib, nəvaziş edin ki, sizdən sonra yetimlərinizlə mehriban davranıb, qayğı göstərsinlər. Etdiyiniz günahlarınızdan tövbə edib, Allaha tərəf qayıdın. Namaz vaxtlarında dua edərkən əllərinizi göyə qaldırın. Bu vaxtlar dua etmək üçün çox yaxşıdır. Allah bu zaman Öz bəndələrinə lütf edir, onların istək və çağırışlarını eşidir, onlara cavab verir, dualarını qəbul edir. Ey camaat! Sizin nəfsiniz əməllərinizin əsiridir. Tövbə edib, bağışlanmaq diləməklə onu azad edin. Çiyinlərinizdə günahlardan ibarət olan agır yükü çox səcdə etməklə götürün.   Bilin və agah olun, Allah Təala Öz izzətinə and içərək, namaz qılıb, səcdə edənlərə əzab verməməsini, Qiyamət günü onları cəhənnəm oduna atmamasını vədə verib.   Ey camaat! Sizin hər hanası biriniz bu ayda oruc tutan bir şəxsə iftar verərsə, sanki bir qul azad etmişdir və habelə onun keçmiş günahları bağışlanacaqdır”.   Bəziləri peyğəmbərə dedilər: “Ey Allahın elçisi! Bizim hamımızın iftar verməyə gücümüz çatmır”.   O Həzrət (s) buyurdu: “Qorxun Allahdan, əgər bir xurma parası və ya bir içim su ilə olsa belə, oruc tutan şəxsə iftar verin. Ey camaat! Bu ayda əxlaqını gözəlləşdirən şəxsin rəftarı, Qiyamət günü bütün ayaqlar addım atanda titrədiyi halda, onun Sirat körpüsündən rahat keçməsi üçün icazə vərəqəsi olacaqdır.   Bu ayda qulam və kənizlərinin işini asanlaşdıran şəxsin hesabını Allah Təala Qiyamət günü asanlaşdıracaqdır. Bu ayda pis işlərindən əl çəkən şəxsi Allah Qiyamət günü Öz qəzəbindən saxlayacaqdır. Bu ayda yetimlərə qayğı göstərib, əzizləyənləri Allah Qiyamət günü əzizləyəcəkdir. Bu ayda qohum-qardaşı ilə sıx əlaqə saxlayanları Allah Qiyamət günü rəhmətilə yada salacaqdır. Və yaxınları ilə ünsiyyətdə olmayanları Qiyamət günü Allah Öz rəhmətindən məhrum edəcəkdir.   Allah bu ayda müstəhəb (bəyənilmiş, şəriətdə istənilən) namaz qılan şəxsi cəhənnəm odundan qoruyacaqdır. Bu ayda bir vacıb əməl yerinə yetirən şəxs, sanki başqa aylarda 70 vacib əməl yerinə yetirmişdir.   Allah Təala bu ayda mənə çox salavat göndərən şəxsin əməl tərəzisini Qiyamət günü savabla ağır edəcəkdir.   Bu ayda Qurani-Kərimdən bir ayə oxuyan şəxs, sanki başqa aylarda bir Quran xətm etmişdir. Ey camaat! Bu ayda cənnətin qapıları açıqdır. Allah Təaladan onları sizin üzünüzə bir daha bağlanmamasını istəyin. Bu ayda cəhənnəmin qapıları bağlıdır. Allah Təaladan onların bir daha sizin üzünüzə açmamasını istəyin. Bu ayda şeytanlar məhbusdurlar. Allahdan onların bir daha sizə hakim olmamasını istəyin”.   Həzrət Əli (ə) ayağa qalxıb, İslam Peyğəmbərindən (s) belə soruşduğunu deyir: “Ey Allahın Rəsulu (s), hansı əməl bu ayda daha yaxşıdır?”.   O Həzrət (s) cavabımda buyurdu: “Ey Əbəlhəsən, bu ayda ən yaxşı əməl – Allah Təalanın haram etdiyi şeylərdən çəkinməkdir”.   Sonra Peyğəmbər (s) ağlamağa başladı. Peyğəmbərdən (s) ağlamağının səbəbini soruşduqda, buyurdu: “Ağlamağıma səbəb, bu ayda sənin qanının halal edilməsidir. Səni Allahın üçün namaz qıldığın halda dünyanın ən bədbəxt adamı –  “Səmud” tayfasına Allahdan tərəfindən gələn dəvənin hər iki ayağını kəsən şəxs kimi – ayağa qalxıb, başına qılınc zərbəsi vurur və saqqalını qana boyadır”.   Bu zaman Həzrət Əli (ə), Peyğəmbərdən (s) belə soruşduğunu deyir: “Ey Allahın Rəsulu (s), bu hadisə baş verən zaman mən dinimə sadiq olacağam?”.   O Həzrət (s) buyurdu: “Bəli, o zaman sən dininə sadiq (qəlbi imanla dolu) olacaqsan”.   Sonra əlavə edərək buyurdu: “Ey Əli, səni öldürən şəxs – məni öldürmüş, səni qəzəbləndirən – məni qəzəbləndirmiş və səni söyüb, təhqir edən – məni söyüb və təhqir etmişdir. Çünki, sən – mənim canımsan. Ruhun ruhumla, zatın zatımla eynidir (torpağın mənim torpağımdandır). Həqiqətən, Allah Təala məni səninlə birlikdə yaradıb, birlikdə bəyənib və məni Peyğəmbər, səni isə İmam seçmişdir.   Sənin imamlığını inkar edən şəxs, mənim peyğəmbərliyimi inkar etmişdir. Ey Əli (ə), sən – mənım vəsim, övladlarımın atası, qızımın əri və xəlifə və canişinimsən.   Sağlığımda və ölümümdən sonra ümmətim üçün sənin hökmün – mənim hökmümdür və sənin qadağan etdiyin – mənim qadağan etdiyimdir. Məni peyğəmbərliyə seçib, insanların ən yaxşısı edən Allaha and olsun, sən Allahın əmri ilə yaratdıqlarının höccətisən və Onun sirlərinin xəzinəsi və bəndələrinin xəlifəsisən”.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...