Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

İmamətliyin nişanəsi sayılan Mushəfi-Fatimə nədir?

Mushəfi-Fatimə o kitabın adıdır ki, İmam Əlinin (ə) vasitəsilə yazılmışdır. Bu kitabın içində olanlar isə vəhy mələyi vasitəsilə Xanıma (s.ə) təlqin edilmişdir. Bu kitabda qeyb hadisələri və Ali-Muhəmmədin (ə) sirləri bəyan edilmişdir. Bu kitab imamətliyin nişanəsi sayılır və İmamların (ə) yanında əldən-ələ ötürülür. Hal-hazırda İmam Zaman ağanın (ə.f) əlindədir.Əksər hədislərə görə, Peyğəmbərdən (s) sonra nəşr edilmişdir.Həzrət Peyğəmbər (s) onun haqqında məlumat verməmişdir. Lakin bu, o demək deyildir, ki, Həzrət (s) həmin kitabdan xəbərsiz idi. Bizim əqidəmiz belədir ki, Allahın izni ilə onun gələcəkdən xəbəri var idi.Bu kitab imamətliyin nişanəsi olduğu üçün, tərkibində olanlar insanlara açıqlanmamışdır. Ona görə də ümumi insanların ondan xəbərləri yoxdur və onların ixtiyarına qoyulmamışdır.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Niyə İmam Əli (ə) Həzrət Fatiməyə (s.ə) edilən haqsızlığın qarşısında səbr etdi?

Bu sual qarşısında deyə bilərik ki, o zamanlar Əmirəl-möminin (ə) iki yol ayrıcında qalmışdı. Ya gərək həqiqi dostlarının yardımı ilə qiyam edəydi, ya da bütün bu olanlara səbir edərdi. Bacardığı qədər müsəlmanların çətinliklərini həll etməyə çalışardı. İlahi rəhbərlər heç bir zaman qüdrəti hədəf hesab etməyib. Onların hədəfləri daha ali olmuşdur. İmam Əli (ə) də həmin zamanın siyasi və ictimai vəziyyətini qiymətləndirdikdən sonra bu nəticəyə gəlib çatır ki, əgər Həzrət Fatiməyə (s.ə) edilən zülm qarşısında reaksiya versə, Həzrət Peyğəmbərin (s) uzun illər boyu çəkdiyi zəhmətləri bada vermiş olar və şəhidlərin pak qanı hədər gedər. Ona görə də yaranmış bu vəziyyətlə barışmağa məcbur olur. Əgər bu halda İmam (ə) əlini qılıncına atsaydı və qiyama qalxsaydı, müsəlmanların arasında daxili müharibə yaranacaqdı. Daha qorxulu hadisələr baş verə bilərdi. O cümlədən: 1. İmam Əli (ə) Peyğəmbərlə (s) əhd bağlamış bir çox əziz insanlarını itirmiş olardı. 2. İslam ümmətində təfriqə yaranardı. 3. İnsanların bir hissəsi Peyğəmbərin (s) ömrünün son illərində iman gətirmişdi və Həzrətin (s) rehlətindən sonra mürtəd olmuşdu. Əgər İmam (ə) qiyama qalxsaydı, İslam cəmiyyəti daha yeni təhlükələrlə üzləşərdi. 4. Romalılar müsəlmanlar üçün mühüm təhlükə hesab olunurdu və əgər İmam (ə) qiyam etsəydi, İslam cəmiyyəti zəiflədiyi üçün bu ölkə mütləq hücum edəcəkdi. İmam (ə) bir çox şeylərə görə səbir etməli olur ki, bu saydıqlarımız onların yalnız bəzi təhlükələrindən idi. İmam (ə) bu qəmini “Nəhcul-bəlağə”də belə bəyan edir: “Bu fikirdə idim ki, tək halqa ayağa qalxam, yoxsa bu yaranmış zülmətli mühitə səbir edəm? O mühit ki, qocaları əldən salmış, cavanları qocaltmış və imanlı insanları ömürlərinin sonuna qədər əziyyətə vadar edir. Nəhayət gördüm ki, səbr etmək ağıla daha yaxındır, ona görə də səbr etdim. Ancaq o kəsə bənzədim ki, gözləri tikanla dolmuş, sümük boğazının yolunu tutmuşdur. Öz gözlərimlə gördüm ki, mirasımı necə qarət edirlər”. Bəli, bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, İmam Əlinin (ə) bütün bu zülmə göz yummasının tək səbəbi var idi və o da dinin sağlam qalması idi. İmamın (ə) buyurmuşdu: “Dinin sağlam qalmağı bizim üçün hər şeydən daha yaxşıdır”. İmam (ə) bu yolda bütün imtahanlardan keçməyə hazır idi.(erfan/deyerler)

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə

Xanım Fatimə (ə) barədə çoxlu sayda ayələr nazil olmuşdur və onlar müştərək şəkildə həm xanım Fatimə (ə), həm də Ali-Əba (ə) barəsindədir. O cümlədən, aşağıdakı ayələrə işarə edə bilərik:   1) Kövsər surəsi: انا اعطيناك الكوثر* فصل لربّك وانحر* انّ شانئك هو الابتر Şiə və sünni təfsirçiləri bu surənin xanım Zəhra (ə) barəsində nazil olmasını söyləmişlər. Əhli-sünnə təfsirçiləri: 1. Beyzavi, öz təfsirində “kövsər” sözünün təfsiri ilə bağlı. (1) 2. Şeyxzadə, Beyzavi təfsirinə yazdığı haşiyədə. 3. Şəhabuddin Beyzavinin təfsirinə yazdığı və “Ğayətul-qazi” adlandırdığı haşiyənin 3-cü səhifəsində. 4. Əbubəkr Həzrəmi “əl-Qovlul-fəsl” adlı kitabının 457-ci səhifəsində. Həmçinin, əhli-sünnə təfsirçilərinin əksəriyyəti “kövsər” surəsinin xanım Zəhranın (ə) şənində nazil olmasını etiraf etmişlər. 5. Fəxri Razi öz təfsirində yazır: “Kövsər” Peyğəmbərin (s) övladlarıdır. Ona görə ki, bu surə həzrəti övladı olmadığı üçün məzəmmət etdikləri zaman nazil olmuşdur. Onun mənası budur ki, Allah-taala həzrətə həmişə davam edəcək bir nəsil verəcəkdir. Görün Əhli-beytdən (ə) nə qədər kəslər öldürülmüşdür, lakin bununla belə aləm onların varlığı ilə doludur. Amma Bəni-Üməyyədən nəzərə çarpacaq kimsə qalmamışdır. (2) 2) Təthir ayəsi:  اِنَّما يُريدُ اللَّه لِيُذْهِبَ عَنْكُم الرِّجسَ اَهلَ البَيت وَيُطَهِّرَكُمْ تَطْهِيراً Ümmü Sələmə deyir: “Bu ayə nazil olduğu zaman, Peyğəmbər (s) Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) yanına çağırıb buyurdu: “Bunlar mənim Əhli-beytimdir.”” (3) Təbəri Əbi Həmradan olan sənədi ilə belə nəql edir: “Mən Peyğəmbər (s) zamanında altı ay Mədinədə olmuş və həzrətin bu müddətdə dan yeri ağarandan Əli (ə) və Fatimənin (ə) evinə gələrək “namaz vaxtıdır, namaz! إِنَّما يُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهيراً  (4) – deyə buyurduğunu eşitmiş və görmüşəm. 3) Məvəddət ayəsi: قُلْ لا أَسأَلُكُمْ عَلَيهِ أَجراً اِلَّا الْمَوَدَّةَ فِى الْقُربى‏ “(Ey mənim rəsulum!) de: “Mən sizdən peyğəmbərliyimin əvəzində qohumlarıma (Əhli-beytimə) sevgidən başqa bir muzd istəmirəm.”” (5) Süyuti İbn Abbasdan belə rəvayət edir: “Bu ayə Peyğəmbərə (s) nazil olduqda, səhabələr dedilər: “Ey Allahın Rəsulu (s)! Məhəbbət göstərməyi bizə vacib edilən yaxınlarınız kimlərdir?” Peyğəmbər (s) buyurdu: “Əli, Fatimə və onun iki övladı!”” (6) İmam Sadiq (ə) Əbu Cəfər Əhvələ buyurdu: “Bəsrə əhalisi bu ayə قُلْ لا أَسأَلُكُمْ عَلَيهِ أَجراً إِلَّا الْمَوَدَّةَ فِى الْقُربى barədə nə deyir? ” Dedi: “Sizə fəda olum! Onlar deyirlər ki, “Bu ayə Allah Rəsulunun (s) qohumları barəsindədir.” Həzrət buyurdu: “Yalan deyirlər! Yalnız biz Əhli-beyt  – Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) – “Kisa əhli” haqqında nazil olmuşdur!”” (7) 4) في بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ – ayəsi. “(Bu işıqlı çıraq) Allahın tikilib ucaldılmasına izn verdiyi və içində Allahın adının zikr edildiyi evlərdədir.” (8) Ənəs ibn Malik və Bureydə nəql edir: “Allahın Rəsulu (s) « في‏ بُيُوتٍ أَذِنَ اللَّهُ … ayəsini oxuduğu zaman, bir şəxs ayağa qalxıb soruşdu: “Ey Allahın Rəsulu (s)! Bunlar hansı evlərdir?” Buyurdu: “Peyğəmbərlərin evləridir.” Əbubəkr qabağa gəlib dedi: “Ey Allahın Rəsulu (s)! Əli (ə) və Fatimənin (ə) evi də bu evlərdəndirmi?” Həzrət buyurdu: Bəli! Hətta onların ən yaxşısıdır!” (9) 5) « قل تعالوا ندع ابناءنا و ابناءكم و نسائنا و نسائكم و انفسنا و انفسكم …»؛ Əbu Səiddən belə rəvayət edilmişdir: Bu ayə nazil olduğu zaman, Allahın Rəsulu (s) Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) öz yanına çağırdı və dedi: “İlahi! Bunlar mənim əhli-beytimdir!” (10) 6) فتلقى آدم من ربه كلمات فتاب عليه انه هو التواب الرحيم (11) İbn Abbasdan belə rəvayət olunur: Peyğəmbərdən (s) Adəmin (ə) Rəbbindən bəzi kəlmələr öyrənməsi və Allahın onun tövbəsini qəbul etməsi barədə soruşdum. Buyurdu: “Allahdan Məhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynin (ə) haqqına xatir tövbəsini qəbul etməsini istədi və Allah da qəbul etdi.” (12) 7) وَيُطْعِمُونَ الطَّعامَ عَلَى‏ حُبِّهِ مِسْكِيناً وَيَتِيماً وَأَسِيراً* إِنَّما نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءً وَلَا شُكُوراً “Onlar özləri istədikləri (ehtiyac duyduqları) yeməyi kasıba, yetimə və əsirə verərlər (və deyərlər): “Biz sizi yalnız Allaha xatir yedirdirik və sizdən nə əvəz, nə də bir minnətdarlıq gözləyirik!” (13) Bu ayənin nazilolma şəni barədə İbn Abbas deyir: İmam Həsən (ə) və İmam Hüseyn (ə) xəstələnmişdi və Allahın Rəsulu (s) bir neçə adamla onlara baş çəkməyə gəldi. Onlar dedilər: Ey Əbəl-Həsən (ə)! İki övladın üçün nəzir et! Həzrət Əli (ə), Fatimə (ə) və onların kənizi Fizzə nəzir etdilər ki, əgər onların iki övladı sağalsa, üç gün oruc tutacaqlar. Onların hər ikisi sağaldı, lakin evlərində heç nə yox idi. Həzrət Əli (ə) üç peymanə (ölçü vahidi) arpa borc aldı və Fatimə (ə) onun bir peymanəsini un elədi və saylarına uyğun olaraq çörək bişirdi. Onlar çörəklərini qabaqlarına qoyub iftar eləmək istədikləri zaman, bir möhtac (fəqir) şəxs onların yanına gəlib dedi: Salam olsun sizə, ey Məhəmmədin (s) Əhli-beyti! Mən müsəlman miskinlərdən biriyəm! Mənə yemək verin! Allah da sizə cənnət yeməkləri versin! Onların hamısı öz yeməklərini ona verdilər və dillərinə sudan başqa, bir şey dəymədən gecəni səhərə çatdırdılar və sübh də yenə oruc tutdular. Əsr vaxtı çörəyi öz qabaqlarına qoydular ki, iftar eləsinlər, bu zaman onların yanına  bir yetim gəldi və hamılıqla çörəklərini ona verdilər. Üçüncü gün də bir əsir gəldi və onlar bu işi təkrar etdilər. Sübh olduqda, həzrət Əli (ə) İmam Həsənlə (ə) İmam Hüseynin (ə) əlindən tutaraq Allah Rəsulunun (s) yanına gətirdi. Həzrət onlara nəzər saldıqda – onlar aclığın şiddətindən titrəyirdilər – buyurdu: Sizin bu halınızı müşahidə etmək məni həddən artıq narahat edir. Həzrət ayağa qalxdı və onlarla yola düşdü. Fatimənin (ə) öz mehrabında olduğunu gördü. Onun beli qarnına yapışmış, gözlərinin altı qaralmışdı. Həzrət (s) bu halı görüb narahat oldu. Cəbrail (ə) həzrət Rəsulun yanına nazil olub buyurdu: “Bunu götür, ey Məhəmməd (s)! Allah-taala sənə əhli-beytinlə bağlı təbrik edir. Sonra “Həl-Əta” surəsini Peyğəmbərə (s) oxudu.”(14) Ayə üçün bu naziolma səbəb və şənini əhli-sünnə alimlərinin çoxu nəql etmişlər. (15) İstifadə olnumuş ədəbiyyat: 1. “Ənvarut-tənzil və əsrarut-təvil”, səh. 1156. 2. “Kəbir” təfsiri, c. 30, “Kövsər” surəsinin təfsiri. 3. Hakim, “Mustədrək”, c. 3, səh. 158, hədis 4705; “əs-Sunənul-kubra”, c.7, səh. 63 4. Təbəri, “Tarix”, c. 11, səh. 589; İbn Əkasir, “Tarixu Diməşq”, c. 42, səh. 137. 5. “Şura” surəsi, ayə 23. 6. “Durrul-mənsur”, c. 6, səh. 7; Hakim, “Mustədrək”, c. 3, səh. 172; “Məcməuz-zəvaid”, c. 9, səh. 168; “Kəşşaf”, c. 4, səh. 219 7. “Kafi”, c. 8, səh. 79, hədis 66; “Qurbul-əsnad”, səh. 128. 8. “Nur” surəsi, ayə 36. 9. “Durrul-mənsur”, c. 6, səh. 203; “Ruhul-məani”, c. 18, səh. 174. 10. “Həmd” surəsi, ayə 6. 11. “Bəqərə” surəsi, ayə 37. 12. “Zəxairul-uqba”, səh. 24-25. (Xanım Fatimənin (ə) nəqlinə əsasən, Peyğəmbərin (s) qəlbinin şad olması.) 13. “İnsan” surəsi, ayə 8-9. 14. “əl-Qədir”, c. 3, səh. 161 sibtayn.com

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Həzrət Zəhranın (s.ə) pak fitrətinin Quranla müqayisəsi

Ayətullah Cavadi Amulinin nəzərində Siddiqeyi-Kubranın (s.ə) məqamı. Alim buyurur: “Siddiqeyi-Kubra Həzrət Faimənin (s.ə) elə bir sünnəsi vardır ki, şəxsiyyətindən xəbər verir. Onun pak zatı başqa pak zatlar kimi Qurana taydır. Quranın işarələri və ibarələri vardır. Necə ki, İmam Hüseyn (ə) və İmam Sadiq (ə) buyurur, Quranın dörd hissəsi vardır və dörd dərəcəyə bölünür. Birinci dərəcəsi Quran adı ilə bütün insanlar üçündür. Ondan üstünü Quranın işarələridir. Ondan üstünü Quranın lətifələridir. Quranın qalası – Quran həqiqətləridir ki, peyğəmbərlərə (ə) məxsusdur. Siddiqeyi-Kubra (s.ə) da müqəddəs zatdan olduğu üçün bəzi sünnələri vardır ki, ümumi insanlar ondan bəhrələnirlər. Bəzi sünnələri onun işarələrinə aiddir ki, xüsusi insanlar ondan istifadə edirlər. Bəzi sünnəsi lətifələrdəndir ki, xüsusilər ondan bəhrələnirlər. Bəziləri isə Fatimənin (s.ə) həqiqətlərinə aiddir ki, peyğəmbərlər istifadə edirlər. Ona görə də Xanım Qurana bərabər və tay olan şəxsiyyətlərdəndir”. (Erfan)/deyerler

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Ananın matəmində

“Dəlayilil-imamiyyə” kitabında Zəkəriyya nəql edir: “Mən Həzrət Rzanın (ə) xidmətində idim və Həzrət Cavadı (ə) onun yanına gətirdilər. Onun ən azı 4 yaşı var idi. Daxil olan zaman əlini yerə qoydu və başını göyə qaldırdı və bir müddət fikrə getdi. İmam Rza (ə) oğluna buyurdu: Qurbanın olum, nə fikirləşirsən? Dedi: Anam Fatimənin (s.ə) başına gələn müsibəti. … Və sonra Həzrət Zəhranı (s.ə) incidənlərə qarşı hiddətini bildirdi. İmam (ə) oğlunu yanına çağırdı və onun iki gözünün ortasından öpüb, buyurdu: “Atan və anan sənə qurban, sən İmamlığa layiqsən”. Nəql edilir ki, nə zaman İmam Baqirin (ə) hərarəti olsaydı, bədəninə soyuq su tökər və yüksək səslə deyərdi: “Fatimə binti Muhəmməd!”. (Həvzəh) Əllamə Məclisi bu sözün şərhində buyurmuşdur: “Ola bilsin ki, İmamın (ə) bu nidası ona görə idi ki, Həzrət, Xanım Fatimənin (s.ə) müqəddəs adından hərarətini aradan aparmaq üçün şəfa istəyirmiş”. Məhrum Muhəddis Qumi isə bu haqda deyir: “Mənim ehtimalım belədir ki, nə zaman hərarət onun lətif cisminə təsir qoyurdu, məzlum anasının müsibətinin qəmi də ona təsir qoyurdu. Necə ki, hərarəti soyuq suyu bədəninə tökərək aradan aparmaq istəyirdi, anasını yada salaraq, bu qəmi də azalırdı. Çünki Fatimə (s.ə) ananın qəmi övladların ürəyində qılınc yarasından daha ağrılı idi və atəşin yandırmasından daha şiddətli idi. Ona görə də bu qəmi təqiyyə ilə gizlədirdilər. Onu aşkar etməyə halları yox idi. Nə zaman Xanımın (s.ə) adını onların yanında çəksəydilər, qəlbləri qəmlə dolurdu. Hər bir ayıq insan bunun təsirini onların üzündə aşkar şəkildə görə bilirdi”. İmam Sadiqin (ə) səhabələrindən birinin qızı dünyaya gəlir və Həzrət (ə) soruşur ki, onun adını nə qoymusan? Həmin şəxs deyir: “Fatimə”. Bu zaman İmam (ə) əlini alnına qoyub, qəmgin halda əyləşir…/deyerler/

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Həzrət Muhəmmədin (s) Kövsəri

Qurani-kərimdə gizli qalmış həqiqətlərdən biri də Kövsər kəlməsinin həqiqi mahiyyətidir. Hər şeydən əvvəl onu deyək ki, tarix boyu bir çox adamlar sonuncu peyğəmbər həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) və onun Əhli-beytini (ə) sevən insanların qarşısında dayanıb onlara irad tutataq “Əlinin (ə) ya Fatimənin (ə) adına niyə bir surə yoxdur?” deyə sormuşlar. Hətta bəzi möminlər aşkar surətdə “kaş Əhli-beytdən (ə) bir nəfərin adına surə olaydı” deyə gileylənmişlər. Əmirəlmöminin Əli əleyhissalama nisbət verilən bir kəlamda deyilir: “Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar.” Yəni həqiqət, əslində bir şeydir, ancaq cahillər, nadanlar və qərəzli insanlar o həqiqəti itirmək və camaatı çaşbaş salmaq üçün onlarla, bəzən isə yüzlərlə həqiqətə bənzəyən mövzunu həqiqət adına camaata sırımışlar. Beləliklə də camaat şək-şübhə içində qalmışlar. Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Şübhə sözü bənzəyən mənasınadır, şübhəyə ona görə şübhə deyirlər ki, həqiqətə bənzəyir, ancaq həqiqət də ola bilər yalan da ola bilər.” Gəlirik əsl mətləbə. Qurani-kərimin 108-ci surəsi Kövsər adlanır. Üç ayədən ibarətdir. Ərəb dilində “fəvəl” qrammatik vəznində olan kövsər sözü “xeyir bərəkəti çox olan” mənasınadır. Qurani-kərimdə hər hansı bir mövzunun həqiqi mənasının üzə çıxması və bəlli olması üçün əsas iki yol vardır. O iki yolun biri “şəni-nüzul”, yəni həmin ayənin (mövzunun) gəlməsi səbəbidir. O biri yol isə, həmin ayədən sonrakı ayələrdə həmin ayənin necə açıqlanmasıdır. İndi “kövsər” sözü ilə əlaqədar bu iki yolu nəzərdən keçirək. 1- Ayənin və surənin “şəni-nüzulu” . Görəsən bu üç ayənin həzrət Muhəmmədə (s) nazil olmasının səbəbi nə idi? Necə oldu ki, Allah Taala həzrət Cəbrail vasitəsilə bu surəni Peyğəmbərə (s) göndərdi? a) “İbn Abbas deyir: Kövsər surəsi As ibn Vailin sözünün cavabında gəlmişdir, belə ki, As ibn Vail bir gün Məscidul-həramın Bəni-səhm qapısından daxil olarkən həzrət Muhəmməd (s) oradan çıxırdı, onlar üzbəüz gəldilər, bir az söhbət etdikdən sonra As ibn Vail həzrət Peyğəmbərdən (s) aralanaraq bir az kənarda dayanmış Məkkənin böyüklərinə yaxınlaşdı. Onlar soruşdular: -Kiminlə danışırdın? As ibn Vail əli ilə Peyğəmbəri (s) göstərərək dedi: -Bu Əbtər ilə. Həmin gün Peyğəmbərin (s) oğlu vəfat etmişdi, ərəblər oğlu olmayana əbtər, yəni “sonsuz və nəsli kəsiləcək adam” deyirlər.” b) Əhməd ibn Musa sənəd ilə Yəzid ibn Rumandan nəql edir ki, As ibn Vailin yanında həzrət Muhəmmədin (s) adı çəkiləndə dedi: Buraxın onun başını, o əbtərdir, çünki oğul övladı yoxdur. O ölən kimi adı unudulacaq və onun əlindən xilas olacağıq. Bu surə onun cavabı olaraq nazil oldu. c) Əta birbaşa İbn Abbasdan nəql edir ki, As ibn Vail həzrət Muhəmmədi (s) şəmatət edirdi və deyirdi: -Sən əbtərsən (nəslin olmayacaq). Allah bu surəni onun cavabı olaraq göndərdi ki, ey Peyğəmbər (s) biz sənə Kövsər bəxş etdik (kövsərin vasitəsilə sənin nəslin artacaq) ancaq səni şəmatət edən düşmənin özü əbtərdir (onun özünün nəsli kəsiləcəkdir). Əsbabun nüzul 1-ci cild 495-ci səhifə . Surə və ayənin həqiqi mənasının aşkar olması üçün birinci yol, yəni surənin Allah tərəfindən gəlməsinin səbəbi kimdir? Sevimli Peyğəmbərimizin (s) nəsli kövsər ilə çoxalır. Bəs, kövsər kimdir ya nədir? Həzrət Peyğəmbərin (s) nəsli bulaq, su yaxud başqa şeylərlə çoxalır, yoxsa dünya və axirət xanımlarının sərvəri həzrət Fatimənin (ə) vasitəsilə?! . 2- Ayənin ardınca gələrək onun mənası və həqiqətini aşkara çıxaran ayələr . Burada əvvəlcə surənin ayələrini izləyək. Dedik ki, Kövsər surəsi üç ayədir. Birinci ayə həzrət Muhəmmədi (s) sevindirir ki, “Biz sənə Kövsəri bəxş etdik”. Bu ayənin yarısını başa düşdük, yarısı isə (hələlik) müəmmalı qaldı. Başa düşdük ki, Kövsər, Allah Taalanın həzrət Peyğəmbərə hədiyyəsidir. Ancaq ayənin başa düşmədiyimiz tərəfi Kövsərin mənasıdır. İkinci ayə həzrət Muhəmmədə tapşırır ki, Allah Taalanın sənə Kövsəri bəxş etməsinə görə Rəbbinə namaz (şükür namazı) qıl və dəvə qurban kəs, yaxud ucadan təkbir, yəni “Allahu Əkbər” de. Bu ayəni tamamilə başa düşdük. Allah Taalanın bəxş etdiyi nemətə görə təşəkkür etməyin ən yaxşı formaları şükür namazı qılmaq və qurban kəsməkdir, eləcə də Allahın adını ucaltmaqdır. Üçüncü ayə, həzrət Muhəmmədin (s) düşmənini darmadağın edir. “Sənin düşmənin özü əbtərdir”. Sənin nəslin kövsərin vasitəsilə çoxalacaq, ancaq sənin düşmənin olan As ibn Vailin nəsli isə kəsiləcəkdir. Üçüncü aydə əbtər (sonsuz, nəsili kəsilən) sözü birinci ayədə işlədilən kövsər (həddən ziyadə çox) sözünün əks tərəfidir. Deməli, kövsər sözü nəsilin artmasına səbəb olana işarədir. Görəsən, həzrət Muhəmmədin (s) nəslinin çoxalmasına səbəb olan kövsər nədir, yaxud kimdir? – Bəziləri deyiblər ki, kövsər sözündən məqsəd həzrət Muhəmmədin (s) əxlaqıdır. Əgər kövsər sözündən məqsəd gözəl əxlaq olsa idi, bundan əvvəl Allah Taala o həzrət barəsində buyurmuşdu: “Sən çox böyük əxlaqa maliksən” (Qələm surəsi 4-cü ayə). Elə isə həzrət Peyğəmbərdə (s) olan şeyin o həzrət verilməsi mənasızdır. – Bəziləri deyiblər ki, kövsər sözündən məqsəd ibadətdir. Həzrət Muhəmməd (s) o qədər ibadət edirdi ki, Allah tərəfindən belə bir ayə nazil oldu: “Biz bu Quranı sənə ona görə göndərmədik ki, (çoxsu ibadətlərinlə) özünü həddən artıq əziyyətə salasan”. (Taha surəsi 2-ci ayə) – Əgər kövsər sözündən məqsəd ümmətin çoxluğu olsaydı, Allah Taalanın vədinə əsasən haqq olan İslam dinini bütün dünyada qalib edəcəkdir. (Səff surəsi 9-cu ayə) – Əgər kövsər sözündən məqsəd şəfaət olsaydı, Allah Taala bu işi Peyğəmbərə (s) mərhəmət etmişdir, belə ki, həzrət Muhəmməd (s) ümmətindən kimlərin şəfaətini Allahdan istəyərsə o həzrətin şəfaəti Allah tərəfindən qəbul olunacaqdır. (Zuha surəsi 5-ci ayə) Deməli, Kövsər surəsinin nazil olma səbələrinə və eləcə də ayələrin məzmununa diqqətlə nəzər salıdqda görürük ki, kövsər sözünün həqiqi mənası həzrət Muhəmmədin (s) sevimli qızı, canının parası, gözünün işiğı, dünya və axirət qadınlarının sərvəri, insani-huri, Peyğəmbərin (s) nəslinin çoxalmasının səbəbkarı həzrət Fatimə əleyhasalamdır. Bəli, onu da deyək ki, kövsər sözünün lüğət mənası ilə uzlaşan çoxlu mövzulara rast gəlmək olar. Kövsər sözünün “xeyir-bərəkəti çox olan” mənasına rəğmən Qurani-kərim; İmamların (ə) hər biri; Peyğəmbərin (s) elmi, əxlaqı, şəfaəti, hikməti; Risalət; Cənnət; Cənnətdə bulaq; Cənnətdə çay; Möminlər; Allahın varlığını sübut edən möcüzələr; Yaxşı qadınlar və sair. Bu siyahını istənilən qədər uzatmaq mümkündür. Lakin ayədə işlədilən kövsər sözünün yeğanə mənası həzrət Fatimənin (s) vasitəsilə həzrət Muhəmmədin (s) nəslinin çoxalmasıdır. Bütün cənnət həzrət Muhəmmədə (s) məxsus olduğu halda, bir bulağın o həzrətə hədiyyə edilməsi nə dərəcədə real ola bilər?! Cənnətdə olan saysız İlahi nemətlərin hamısınin xeyir-bərəkəti çox və qurtulmayandır. Elə isə məgər Allah Taalanın -eni göylər və yer qədər olan cənnətindən həzrət Muhəmmədə (s) bəxş etdiyi yalnız bir bulaqdır?! Bütün cənnət və həmin bulaq da onun içində həzrət Muhəmmədin (s) ixtiyarına verilmişdir. Qiyamət günü bütün ümmətlərin şahidi olan həzrət Muhəmməd (s), cənnətin də sərvəridir. Çünki həzrət Muhəmməd (s) varlıq aləminin ən üstün insanıdır, ondan üstün olan insan olmamış, yoxdur, olmayacaq da. Bəzi alimlər buyurublar ki, nə eyibi var ki, belə deyək: -Allah Taala həzrət Muhəmmədə (s) bu dünyada Fatimə (ə) adlı kövsər, axirətdə isə sirin və dadlı suyu olan kövsər adlı bulaq hədiyyə etmişdir. Nəticə: – Həzrət Fatimə (ə) kövsərdir, çünki həzrət Muhəmmədin (s) nəslinin çoxalması və bu günə qədər gəlib çıxması yalnız o xanımın bərəkətli vücudu sayəsində həqiqətə çevrilmişdir. Allah Taala həzrət Fatimənin (s) vasitəsilə həzrət Muhəmmədə (s) misilsiz və ən dəyərli nəsil bəxş etmişdir. Ancaq həzrət Muhəmmədi (s) əbtər, “nəsili olmayan” adlandıranlar, istər o həzrət ilə istərsə də məsum İmamların (ə) hər biri ilə düşmənçilik edən nəsillərin hamısının kökü kəsilmiş və özləri əbtər olmuşlar. Odur ki, Allah buyurur: “Sənin düşmənin özü əbtərdir”. – Həzrət Fatimə (ə) kövsərdir, çünki bütün bəşəriyyət haqq olan İslam dininin göstəriş, qanun, maarif və hökmlərini o xanımdan və onun övladlarından öyrənirlər. – Həzrət Fatimə (ə) kövsərdir, çünki hədislərə əsasən “əgər yer üzü İmamsız olarsa, yer öz əhlini caynağına alar (hamı yerə batar, həyat sona yetər)” (əl-Kafi 1-ci cild 179-cu səhifə). Buna görə də bəşər övladı qalması, xoşbəxtliyi və saysız-hesabsın nemətlərdən faydalanmaqda xanım Fatimənin (ə) övladlarına borcludur. – Həzrət Fatimə (ə) kövsərdir, çünki o xanımdan elə bir “kitab (Müshəfi-Fatimə kitabı) yadiğar qalmışdır ki, vilayətin mirasıdır, İmamlar (ə) müxtəlif məsələlərdə o kitaba müraciət edirlər; keçmişin, indiki zamanın və gələcəyin elmi o kitabda mövcuddur.” Biharul ənvar 43-cü cild 88-ci səhifə – Həzrət Fatimə (ə) kövsərdir, çünki həzrət Muhəmməd (s) buyurur: “Əgər varlıq aləminin bütün yaxşılıqlar, gözəlliklər və üstünlükləri bir insan surətində olsaydı, o şəxs həzrət Fatimə (ə) olardı. Fəraidus səmtin 2-ci cild 68-ci səhifə – Həzrət Fatimə (ə) kövsərdir, çünki çoxlu xeyir-bərəkətləri o xanımı sevənlərə qiyamət günü nəsib olacaqdır. Xanım Fatiməni (ə) sevmək, qiyamət günü nicat tapmaq üçün çox gözəl vasitədir. “Həzrət Muhəmməd (s) buyurdu: ey Salman! Qızım Fatiməni (ə) sevən şəxslər cənnətdə olacaq, onun düşmənləri isə cəhənnəmdə olacaqlar. Ey Salman! Fatiməni (ə) sevmək yüz yerdə fayda verəcəkdir, o cümlədən: Ölüm anında, qəbirdə, əməllər ölçüləndə, məhşərdə, siratda və hesab vermə zamanı.” Fəraidus səmtin 2-ci cild 67-ci səhifə Bu siyahını da çox uzatmaq olar, sözün qısası, həzrət Fatimə (ə) kövsərdir, çünki o xanımın ixlas, ibadət, bəndəlik, zöhd və sadə yaşamaq, səbir və dözüm, iffət və həya, layiqli həyat yoldaşı, gözəl övlad tərbiyəsi, imamət və vilayətin mətanətli müdafiəsinin saysız xeyir-bərəkətləri İslamın yaşamasının və davamının sütunlarıdır. Rza Əzizoğlu İrəvani

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Həzrət Fatimənin (s.ə) üzüyünə hansı zikr yazılmışdı

Həzrət Fatimeyi-Zəhranın həyatından bəhs edən müasir və qiymətli “Fatemeye Zəhra şademaniye dele Peyambər” əsərində (səh-902) O həzrətin üzüyünün xüsusiyyətləri haqda bəzi hədislər gətirilibdir. İlk növbədə qeyd etmək lazımdır ki, dini baxışda üzüklərin vurulması sırf bəzək-düzək hədəfi daşımır. Burada məqsəd üzüklərin üzərində olan zikrlərin Allahı insana xatırlaması, üzüklərdə yerləşdirilən zikrlərin və hirzlərin insanı mənəvi və fiziki baxımdan qoruması və sair hədəflər nəzərdə tutula bilər. Hədislərə görə Fatimeyi Zəhranın üzüyü gümüşdən olub. Hədislərə əsasən həzrət Fatimənin üzüyünün üzərində “Əminəl-Mutəvəkkilun” (Allaha təvəkkül edənlər təhlükəsizlikdədirlər) zikri həkk olunub. Digər bir hədisə görə isə o həzrətin üzüyünün üzərində “Allahu vəliyyu isməti” (Allah mənim ismətimi qoruyandır) zikri yazılıb. Üçüncü bir hədisə görə isə O həzrətin üzüyünün üzərində “Niməl-Qadiru Allah və Ya Əminəl-Mutəvəkkilun” (Allah necə də gözəl qadirdir və Ona təvəkkul edənlər amandadırlar). Alimlər buyurur ki bu zikrin üzyün üzərində olması onun sahibini qoruyan ən güclü səbəblərdəndir. Sonuncu ehtimalı ortaya qoyan hədisə görə isə, həzrət Fatimənin üzüyünün üzərində eynilə Süleyman Peyğəmbərin üzüyündə həkk olunmuş bu zikr olub: “Subhanə mən əlcəməl-cinnə bi-kəlimatihi” (Pak və münəzzəhdir O Allah ki, kəlmələri ilə cinləri bağlayıb)./İslaminSesi.info/

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Hәzrәt Zәhrаnın (әh.) müsibәti

İbn Аbbаs dеyir: Hәzrәt Zәhrа (әh.) vәfаt еdәndә Әli (ә) mәsciddә idi vә Hәsәn vә Hüsеyn (ә) dа еvdә yох idilәr. Еvdә yаlnız Әsmа bint Ümеys vаr idi. Әsmа müsibәtin аğırlığındаn nаlә еdәrәk аğlаr hаldа еvdәn çıхdı. Qаpının qаrşısındа Hәsәn vә Hüsеynlә rаstlаşdı. Оnlаr dеdilәr: Аnаmızın vәziyyәti nеcәdir? Әsmа susduqdа, оnlаr hәyәcаnlа еvә dахil оldulаr vә Hәzrәt Zәhrаnı yаtmış hаldа gördülәr. Hüsеyn (ә) аnаsını tәrpәdәrәk оnun ölümündәn хәbәr tutduqdа, bеlә sәslәndi: Qаrdаşım, sәnә bаş sаğlığı vеrirәm! Sоnrа fәryаd еdәrәk dеdi: Yа Mühәmmәd (s)! Bu gün sәnin vәfаt müsibәtin bir dаhа tәkrаr оldu! Аnаmız vәfаt еtdi! Hәsәn vә Hüsеyn (ә) mәscidә tәrәf qаçаrаq hаdisәni Әliyə (ә) хәbәr vеrdilәr. Bu хәbәr İmаmı о qәdәr sаrsıtdı ki, tаqәtsiz hаldа yеrә yıхıldı. Оrаdа оlаnlаr Hәzrәti аyıltdılаr vә İmаm оğullаrı ilә birgә еvә qаyıtdı. Оnlаr Әsmаnı аğlаr hаldа Zәhrаnın cәnаzәsinin yаnındа gördülәr. Әli (ә) Zәhrаnın (әh.) üzündәn pаrçаnı götürdü. İmаm оnun vәsiyyәtnаmәsini bаlışın аltındаn götürüb охudu. Оrаdа bеlә yаzılmışdı: «Әmiоğlu, mәnim qüslümü gеcәyә sахlа vә gеcә dә kәfәnlәyib, nаmаz qılıb tоrpаğа tаpşır. Bu хәbәri hеç kimә bildirmә. Sәni Аllаhа tаpşırırаm vә övlаdlаrımа sаlаm yеtir…» Әli (ә) оnun vәsiyyәtinә әmәl еdәrәk vәsf оlunmаyаn bir qәm-qüssә ilә, аğlаr gözlәrlә оnа gеcә qüsl vеrib, kәfәnlәyib tоrpаğа bаsdırdı». («Bihаrul-әnvаr», c.43, sәh.214)

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Həzrət Fatimənin (ə) insanlarla şəfqətli davranışı

. Xanım Fatimə əleyhasalamın möminlərə və şiələrə məhəbbət bəsləməyi atasından irs qalmışdı. Həzrət Muhəmməd səllAllahu əleyhi və alih bütün ömür boyu heç vaxt insanlara aşağı gözlə baxmadı, onları sevdi. Dost üçün də mehriban idi düşmən üçün də. Camaatın cahillik və nadanlıqları Peyğəmbəri (s) ruhdan salmadı. Allah qarşısında camaatın cahilliklərindən şikayət etmədi, əksinə onların bağışlanmasını və düz yola gəlmələrini istədi. İstər yaşadığı yerdə istərsə də səfərdə olarkən hamı ilə mehribanlıqla rəftar etdi. Müharibədə də mehriban idi, sülhdə də. Odur ki, Allah Taala həzrət Muhəmmədi (s) Qurani-kərimin Tövbə surəsinin 128-ci ayəsində belə vəsf edir: لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَّحِيمٌ “Həqiqətən sizə özünüzdən olan bir Peyğəmbər gəldi, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır. O sizin arzularınıza çatmağınızı çox istəyir. Möminlərə mehriban və mərhəmətlidir.” Bəli, Zəhra (ə) da atasına oxşamışdı, hətta sanki atasının özü idi. Peyğəmbərin (s) “Fatimə məmin canımın parasıdır” kəlamı bunun açıq-aşkar sübutudur. Həzrət Fatimənin (ə) insanlara qarşı olan mehriban və şəfqətli davranışını o xanımın rəftar üslubunda və əməlində asanlıqla görmək olur. O xanım öz Məbudu ilə, yəni aləmlərin Rəbbi ilə gecənin xəlvət saatlarında və ən həssas dəqiqələrdə müsəlmanları özündən və ailəsindən qabağa salaraq onların xeyirlərinə, xəstələrinin şəfa tapmaqlarına, pis insanların şərlərindən qurtulmalarına və ilaxır dua edirdi. O Xanımın övladı imam Həsən əleyhissalam buyurur: “Gecənin bir aləmində yuxudan ayıldım, anamın ibadət mehrabında əllərini göyə qaldırıb dua etdiyini gördüm, dualarında yalnız qonşuları bir-bir dua edirdi, bir qədər qulaq asdıqdan sonra dedim: -Anacan! Bəs bizi niyə dua etmirsən?! Anam Fatimə (ə) buyurdu: Oğlum! Əvvəl qonşular (üçün dua edirəm) sonra ev (üçün dua edəcəyəm).” Həzrət Fatimənin (ə) buradakı fədakarlığını tam mənada dərk edə bilmək üçün qonşuların kimlərdən ibarət olduğunu bilmək gərəkdir. Əgər bir nəfərin qonşuları ona yaxşılıqlar edirsə, yaxud qonşulardan ona heç vaxt bir pislik dəyməyibsə insanın belə bir qonşuları üçün gecə yarısı dua etməsi kimlərisə təəccübləndirməyə bilər. Lakin xanım Fatimənin (ə) qonşuları bu iki qismin heç birindən deyildilər. Həzrət Fatimənin (ə) qonşuları necə insanlar idilər?! Onlar həmin insanlardırlar ki, xanım (ə), atasının (s) vəfatı bir tərəfdən, ərinin -İslamın həqiqi xəlifəsinin haqqının tapdalanması başqa bir tərəfdən və sair bəla və müsəbətlərə görə ağlayıb sızlayaraq, həzrət Muhəmmədin (s) ümmətə Əhli-beyti tapşırdığını hər kəsə söyləyərkən bu qonşular öz etiraz səslərini ucaltdılar. Onlar Əhli-beytin haqqını danmışdılar və bu azmış kimi əmirəlmöminin Əli əleyhissalamın yanına gəlib dedilər: Fatimə (s) ağlamaqları və hədislər söyləməsi ilə bizi narahat edir. Ya onu sükuta vadar et, ya da onu buradan (öz evindən) uzaqlaşdır. Həzrət Əli əleyhissalam Bəqi qəbirsanlığında xanım Fatimə (s) üçün bir otaq tikdi. Xanım hər səhər gün çıxan kimi Həsən (ə) və Hüseynin (ə) əlindən tutaraq o ibadət otağına gedir, gün batana qədər orada ibadət edib ağlayır, matəm saxlayırdı. Həmin otaq tarixdə “beytul əhzan”, yəni “qəm evi” adı ilə məşhurdur. Baxın, xanım Fatimənin (ə) fədakarlığı bundadır! Belə bir qonşular üçün, onu evindən uzaqlaşdıran insanlar üçün gecənin həssas vaxtında, hamının şirin yuxuda olan anında öz evinin bir küncündə əllərini göyə qaldırıb Allaha dua edirdi. Biz nə dərəcədə Fatiməni (ə) sevə bilmişik?! Bu sualın cavabı üçün baxaq görək xanım Fatiməyə (ə) az da olsa oxşaya bilirkmi? Bizə pislik edənlərə, nəinki pislik, hətta bizə yaxşılıq etməyənlərə, yaxud hansısa sadə məsələlərə görə incidiyimiz və küsdüyümüz adamların xeyirinə gecənin yarısında xəlvətdə dua edə bilərikmi? Belə bir qüdrətimiz varmı?! RZA ƏZİZOĞLU İRƏVANİ

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)

1.Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı 2.Həzrət Əlinin (ə) “Bəraət” surəsinin təbliği üçün göndərilməsi 1. Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı Allahın Rəsulu (s) hicri təqvimi ilə ikinci il, zi-hiccə ayının altıncı günü həzrət Əlini (ə) qadınlar aləminin rəhbəri həzrət Siddiqeyi-Tahirə (ə.s) ilə evləndirdi. İmam Sadiq (ə) buyurub: “Əgər Allah-taala Əmirləmöminini xəlq etməsəydi yer üzündə ona layiq tay (həyat yoldaşı) tapılmazdı.” (Əmali, Şeyx Tusi : c.1, s. 42 – Bəşarətül-Müstəfa: s. 267 –Vəqayeül-əyyam: s. 118) Elçilik Həzrət Zəhranın doqquz yaşı başa çatanda Mədinə ətrafında yaşanlarlar, qəbilə və tayfa başçıları, zənginlər o həzrətin elçiliyinə gəldi. Münafiqlərdən də bir qrupu mütləq həyasızcasına o xanımın elçiliyənə gəlmək cürətini özlərində tapdılar. Rəsuli-əkrəm (s) onlardan bəzilərinin elçiliyinə görə narahat oldu . Münafiqlərdən bəziləri etiraz etdi. Həzrət buyurdu: “Mən sizi rədd etmədim. Allah sizi rədd etdi. Fatimənin (ə.s) işi Allah tərəfindən müəyyən olunur. O qafillər ondan xəbərsiz idilər ki, o çox dəyərli gövhəri Allah Öz izzəti və nəzəri sayəsində hifz edib,onu dünya övladarından, sultan və rəiyyətdən, yoxsul və zənginlərdən ayırıb, Peyğəmbərin (s) Vəsisi (ə) üçün saxlayıb. İmam Hüseyn (ə) buyurub: ” Bir gün Allahın Rəsulu (s) Ümmi Sələmənin evində idi. Bir xas heybətli mələk nazil oldu. Bir-birinə bənzməyən lüqətlə (dillərlə) Allaha təqdis və təsbih etməklə məşuğuldu. O, ərz etdi: “Mən Sərsailəm. Allah məni sənin yanına göndərdi ki, sizə deyəm ki, nuru nurla evləndir.” Həzrət buyurdu: “Kimi kiminlə?” dedi: ” Fatiməni Əli ibn Əbi Taliblə.” Ona görə də Peyğəmbər (s) Fatiməni (ə.s) Cəbrail və Sərsailin hüzurunda Fatimənin (ə.s) əqdini, Əli (ə) ilə bağladı. O zaman Peyğəmbər (s) Sərsailin çiyinləri arasında bir yazını gördü ki, yazılıb: “La ilahə illəllah, Muhəmmədən rəsulullah, Əli ibn Əbi Talib muqimul-huccə” Buyurdu: ” Ey Sərsail! Bu cümlə sənin çiynində nə vaxtdan yazılıb?” Dedi: ” Allah-taala dünyanı yaratmazdan on iki min il öncə!” (Əmali, Şeyx Tusi: c. 1, s. 29 – Kəşfül-ğəmmə: c. 1. s. 472) Toy mərasimi Həzrət Fatiməni (ə.s) toy gecəsi Əlinin (ə.s) evinə aparırdlar. Peyğəmbər (s) onun önündə, Cəbrail sağında, Mikail solunda və yetmiş min mələk onun arxasınca gedir, o halda Allaha təsbih və təqdis deyir. Bu, fəcrədək davam etdi. (İqbalül-əmal: s. 548 – Tarixi-Bağdad: c.5 s. 7) (Fəcr- sübha azanından öncə üfüq tərəfdə görünən ilk ağartıya deyilir) Həzrət Zəhranın (ə.s) toy və mənzil əşlaları Həzrət Zəhranın (ə.s) mənzili əşyaları belə təşil olmuşdu; Peyğəmbər (s) Əmirəlmömininə (ə) buyurdu: ” Öz zirehini sat.” O həzrət, zirehini satdı onun pulunu Peyğəmbərin (s) xidmətinə gətirdi. O həzrət, pulun bir miqdarını (toy üçün) yemək hazırlaması üçün Ümmü Sələməyə verdi. Başqa bir rəvayətə görə yemək ləvazimatının yarısın Peyğəmbər (s) digər yarısını isə Əmirəlmöminin (ə) hazırladı. Həzrət Zəhranın (ə.s) cehizi Peyğəmbər (s) zirehin pulundan bir qədərini Əmmara verdi ki, bazardan ev əşyalarını alsın. Bir ədəd köynək, bir ədəd yaylıq, bir ədəd qara qətifə xeybəri, yaxud qara əba, bir ədəd nazik pambıq pərdə, həcər qəryəsi toxunuşlu bir ədəd həsir, əl dəyirmanı, bir ədəd mis teşt, su məşki (məkş- dəridən düzəldilmiş su qabı), səfalin kasası və qoyun dərisi. (Beytül-əhzan: s. 57) Əmirəlmöminin (ə) buyurub: ” O gecə, Peyğəmbərin qızı mənim evimə gələn zaman, yatağımız, qoyun dərisindən başqa bir şey deyildi.” (Sünənül-Mustəfa: c. 2. s. 538) Başqa bir hədisdə buyurub: ” Mən, Fatimə ilə elə bir halda evəndik ki, qoyun dərisndən başqa bir şey yoxumuz idi. Gecə onun üstündə yatır, gündüz dəvələrimizin oot-ələfini onun üstünə sərirdik və evdə xidmətçımız yox idi.” (Səfvətül-səfvə: c. 2. s. 538) Digər bir rəvayətdə buyurub: ” Peyğəmbər (s) bizim evimizə gəldi. Bir halda üstümüzə bir qətifə atmşıdıq. Onu uzununa üstümüzə salsaydıq, ətrafımız açıq qalır, eninə salsaydıq baş-ayağımız örtülməzdi.” (Zəxairül-uqba: s. 49) Əhli-sünnədən bəziləri rəvayət ediblər ki, Fatimə (ə.s) Əlinin evinə gedəndə yerə salımış rig, safilin kuzəsi, yastıq və su qabından başqa bir şey tapmadı. (Fatimətül-Zəhra (ə.s), bəhcətül-qəlbil-Mustəfa (s): s. 674) Başqa bir rəvayətə görə, mənzildə təsərrüfat əşyaları bunlar idi: iki ədəd kiçik kuzə, taxtadan düzəldilmiş süd qabı, yağ və ya un tökmək üçün yaşıl rəngli bir sübuyi, dörd yastıq və ya mütəkka yaxud da quru otlarla doldurulmuş dəri (söyənmək üçün) dəri arxalıq. (Əmali, Şeyx Tusi, s. 45. – Biharül-ənvar: c. 43 s. 94) 2. Mənsur Dəvanəqinin ölümü Hicri təqvimi ilə 158-ci il, zi-hiccə ayının 6-gı günü Mənsur Dəvanəqi həlak oldu və Hucunda dəfn edildi. Onunla, bəni-üməyyə sülaləsindən olan Hişam ibn Əbdülməlik arasında çox bənzərlik var idi. Qan tökən, paxıl, rəhmsiz, ədalətsiz şəxs idi. Əbu Talib sülaləsinə (ə) bütün zülmləri rəva görürdü. Böyük şəxslərdən çoxlarını zalımcasına şəhadətə çatdırırdı. İmamətin 6-cı parlaq ulduzu İmam Sadiqi (ə) şəhadətə çatdırması, onun ən böyük cinayətidir. (Tətümmətül-müntəha: s. 203- Vəqayeül-əyyam: s. 118) 2.Hicri təqvimi ilə doqquzcu il, zi-hiccə ayının birində islamın əziz peyğəmbəri (s) Əmirəlmöminin (ə) həzrət Əlini (ə) “Bəraət” surəsini ayələrini kafirlərə qiraət etmək üçün göndərdi. (Tozihil-məqasid: s. 29 – Biharül-ənvar: c. 97, s. 384) O hadisə belə baş verdi: Hicri təqvimi ilə doqquzuncu il, Allahın Rəsulu (s) ölk öncə Əbu Bəkri Məkkəyə göndərdi ki, “Bəraət” surəsinin ilk ayələrini kafirlər üçün qiraət etsin. Əbu Bəkr Mədinəyə tərəf hərəkət etdikdən sonra Cəbrail nazil olub buyurdu: “Ey Allahın Rəsulu (s), bu işi yerinə yetirmək, sizin yaxud sizndən olan bir kişinin əli ilə həyata keçməlidir. Başqa bir rəvayətə görə: “gərək Əli (ə) sənin tərəfindən təbliğ etsin.” O üzdən Peyğəmbər (s) özü kimi saydığı (öz məqamı ilə bir gördüyü) həzrət Əlini (ə) çağırıb ona buyurdu: ” Tələs, “Bəraət surəsinin ayələrini Əbu Bəkrdən al və Həcc mərasimində camaat üçün qiraət et!” Peyğəmbər (s) Qəzba adlı dəvəni Əmirəlmömininə (ə) verdi. O, Cabir ibn Abdullahla hərəkət edib ikinci gün Əbu Bəkrə çatdı. “Bəraət” surələrinin ayələrini ondan alıb geri qayıtması yaxud yoluna davab etməsi ixtiyarını onun özünə tapşırdı. Əbu Bəkr Mədinəyə qayıdıb Peyğəmbərə (s) məni bir işə layiq bilmişdin ki, başqaları ona müştaq idilər. Amma bir az getdikdən sonra məni əzl (məzul) etdin?” Həzrət buyurdu: ” Səni mən əzl etdmədim, Allah əzl etdi!” Əmirəlmöminin (ə) “təşriq” günlərinin üç günündə Minada – həzrət Əlinin (ə) düşmən və kinlərini ürəkdə gəzdirən kafir və müşriklərin toplandığı yerdə hər sübh və axşam Peyğəmbərin (s) buyurduqları ilə birlikdə camaat üçün qiraət edib Mədinəyə qayıtdı. Əli (ə) Məkkəyə getdiyi zamandan bəri onun ayrılığından Peyğəmbərin (s) kədərlənməsi onun mübarək üzündə zahir olmuşdu. Səhabə öz-özlərindən deyirdi: Bəlkə o həzrətin ölüm xəbəri asimandan (ona) çatıb yaxud bizdən (ürəyi sıxılıb) darıxır. Əbazərin Peyğəmbər (s) yanında məqamı, hörməti var idi. Onu o həzrətin hüzuruna göndərdilər. O, həzrətin əshabın sözünü həzrətə ərz etdi. O həzrət buyurdu: ” Mənim qəm-qüssəm Əlidən ayrıldığım üçündür.” Əmirəlmöminin (ə) qayıtması Əbuzər həzrət Əlinin (ə) vəziyyətindən məlumat əldə etmək üçün Mədinədən o həzrəti qarşılamaq üçün hərəkət etdi. Yol əsansında Əmirəlmömininə (ə) çatdı. O həzrəti gördkdə ərz etdi : Atam-anam sənə qurban olsun, yavaş-yavaş təşrif gətir ki, qoy öndə gedib sizin gəlişinizin xəbərini Peyğəmbərə (s) çatdırım.” Əbazər sürətlə özünü Peyğəmbərə (s) çatdırdı və Əlinin (ə) gəlməsi xəbərini ona verdi. Həzrət (s) səhabə ilə Əlini (ə) qarşılamağa çıxdı. O cənaba çatanda minkdən düşdü o həzrəti qucağına aldı və özününü mübarək üzünü Əlinin (ə) çiyninə qoydu. Görüşdükləri üçün sevincdən hər ikisi ağaladı. Sonra Peyğəmbər (s) Əliyə buyurdu: “Atam-anam qurabının olsun! Məkkədə nə etdin?” Əmirəlmöminin (ə) də orada olanları xəbər verdi. (Feyzül-üllam: s. 107)

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri

Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alihin sevimli qızı, əmirəlmöminin Əli əleyhissalamın sədaqətli həyat yoldaşı, on bir məsum İmamın (onların hamısına Allahın salamı olsun) anası, aləmlərin qadınlarının sərvəri həzrət Fatimə əleyhasalamın təvəllüdü günü mübarək olsun. . İslam kamil və hər tərəfli bir məktəb olaraq insanın ruhi və cismi cəhətlərinə, xüsusilə də insanın tərəqqi və inkişafı yolundakı ehtiyaclarına diqqət etməklə elm və mərifətə böyük əhməmiyyət və dəyər verir. Qurani-kərimə nəzər saldıqda görürük ki, harada insanın yaradışıından söhbət gedirsə orada ilk öncə təlim və elmdən söz açılır. Qurani-kərim Bəqərə surəsinin 31-ci ayəsində Adəmin yaradılışı barədə olan mövzunun davamında buyurur:   وَ عَلَّمَ ءَادَمَ الْأَسمْاءَ كلُّها “(Allah) Adəmə hər şeyin adlarını (məna və xüsusiyyətlərini) öyrətdi.” Həmçinin Nəhl surəsinin 78-ci ayəsində oxuyuruq: وَ اللَّهُ أَخْرَجَكُم مِّن بُطُونِ أُمَّهَتِكُمْ لَا تَعْلَمُونَ شَيْا وَ جَعَلَ لَكُمُ السَّمْعَ وَ الْأَبْصَرَ وَ الْأَفْدَةَ لَعَلَّكُمْ تَشْكُرُونَ “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı, sizə qulaq (eşitmə), gözlər (görmə) və qəlb (dərk və şüur) verdi ki, bəlkə şükr edəsiniz.” Bu qəbildən olan ayələr, eləcə də sonuncu peyğəmbər həzrət Muhəmmədin (səllAllahu əleyhi və alih) və məsum İmamların (onların hamısına Allahın salamı olsun) hədisləri həddən çoxdur. İnsanın təkamülü yolunda elm və mərifətin əhmiyyətini dərk edən şəxs insanların təlim və maariflənməsində vasitəçi olmağın necə böyük hünər və iftixar oladuğunu açıq şəkildə görə bilər. Biz burada həzrət Fatimə əleyhasalamın elm və təlimə necə qiymət verməsi barədə iki hadisəni nəzərinizə çatdırırıq. “Biri imanlı digəri isə dinin düşməni olan iki qadın bir elmi mövzu barədə ixtilafa düçar oldular, onlar ixtilaflarının həlli üçün xanım Fatimənin (ə) yanına gəlib mövzunu, eləcə də öz nəzərlərini açıqladılar. Həzrət Fatimə (ə) imanlı qadının haqlı olduğunu bildirib onun sözünü dəlil və sübutlarla təsdiqlədi. Beləliklə də imanlı qadın dinsiz qadına qalib gəlmiş oldu. O qadın buna görə çox sevindi. Həzrət Fatimə (ə) imanlı qadına buyurdu: (Elmini dəlil və sübutlarla möhkəmləndirdiyinə görə) mələklər səndən daha çox sevinirlər. Şeytan və onun yolunu gedənlər isə o düşmən qadından daha çox qəmli və dilxordurlar. Allah Taala mələklərə buyurdu: – Fatimənin (ə) bu imanlı qadına (elm öyrətmə) xidmətinə görə onun üçün nəzərdə tutulmuş cənnət nemətlərini min dəfələrlə artırın, eləcə də öz elmi ilə hər hansı bir imanlı şəxsə elmi kömək edərək onun düşmənlər üzərində qalib gəlməsinə səbəb olan hər bir alimin cənnət nemətlərini min dəfələrdə artırın.” Biharul ənvar 2-ci cild 8-ci səhifə (İmam Həsən Əskəri əleyhissalamın təfsirindən nəql edilib) . “Mədinə şəhərinin əhalisindən olan bir qadın xanım Fatimənin (ə) evinə gəldi və dedi: Mənim qoca anam var, onun namaz ilə əlaqədar suallarını cavablandırmağınız üçün məni sizin yanınıza göndərib. Təki suallarının cavabını öyrənib ona deyim. Həzrət Fatimə (ə) buyurdu: Suallarını soruş. Qadın bir-bir suallarını soruşmağa başladı, belə ki, çoxlu sullar verdi. Birdən (vaxtın çox keçdiyini görüb) utandı (narahat oldu) və dedi: ey Allahın peyğəmbərinin qızı! Daha sizə əziyyət vermək istəmirəm. Həzrət Fatimə (ə) buyurdu: هاتي وسلي عما بدا لك ، أرأيت من اكتري يوما يصعد إلى سطح بحمل ثقيل وكراه مائة ألف دينار ، يثقل عليه ؟ فقالت : لا ، فقالت : اكتريت أنا لكل مسألة بأكثر من ملء ما بين الثرى إلى العرش لؤلؤا ، فأحرى أن لا يثقل علي Yenə də gəl, nə qədər sualın olsa məndən soruş. (Səndən bir söz soruşum,) əgər bir nəfəri əcir tutalar ki, ağır bir yükü evin damına qaldırsın, əvəzində isə həmin şəxsə yüz min dinar (yüz min qızıl sikkə) verəcəklərini desələr, həmin yükləri qaldırmaq əcir tutulmuş şəxsə ağır və çətin gələrmi? Qadın dedi: Yox. Həzrət Fatimə (ə) buyurdu: -Mən (sualı olanların) hər sualına cavab verdikdə yerdən ərşə (göyə) olan məsafə qədərində ləl və cəvahirat nəsibim olur. Deməli bu (elm öyrətmək, suallara vacab vermək, insanları maarifləndirmək) mənə ağır gəlməməlidir.” Mustədrəkul vəsail 17-ci cild 318-ci səhifə 21460-cı hədis . Bu hədislərdə bir çox incəliklər vardır, o cümlədən: 1- Elm öyrətməyin dəyərini hər bir bilik əhli bilməlidir. 2- İnsanlara elm öyrətməkdən və insanların suallarına cavab verməkdən yorulmaq həqiqi alimlərə aid olsa xüsusiyyət deyil. 3- İnsanların elm öyrənmələrini və onların maariflənməyini istəyən şəxs onların suallarından qaçmamalı, əksinə insanları daha çox sual verməyə təşviq etməlidir. 4- Bəzi bilikli şəxslər çalışırlar ki, ən yaxşı bildiyi mövzuda, məsələn yarım saat, söhbət (moizə) edib canlarını qurtarsınlar və insanların suallarından qaçırlar, bu üslub Əhli-beytin üslubu deyil. 5- İnsanların suallarını həvəslə dinləyin və onların suallarını təmkin və şövq ilə cavablandırın. 6- Verəcəyiniz cavabların dəqiq olduğuna əvvəlcə özünüz əmin olun, cavablarınız dəlil və sübutlar əsasında olsun. 7- İnsanların suallarına qaneedici cavablar verin. RZA ƏZİZOĞLU İRƏVANİ  

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Hz.Fatiməni (s.ə) qəzəbləndirənin aqibəti

Bu kiçik məqalədə Hz.Fatimənin (salamullahi əleyha) məqamı və onu qəzəbləndirənin aqibəti barədə əhli-sünnə mənbələri əsasında araşdırmanı əziz oxuculara təqdim edəcəyik. “Səhihül-Buxari”, => “kitabu-fardil-xums”, => “babu-ədail-xumsi minəd-deyn”, hədis: 2926: أَنَّ عَائِشَةَ أُمَّ الْمُؤْمِنِينَ ـ رضى الله عنها ـ أَخْبَرَتْهُ أَنَّ فَاطِمَةَ ـ عَلَيْهَا السَّلاَمُ ـ ابْنَةَ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم سَأَلَتْ أَبَا بَكْرٍ الصِّدِّيقَ بَعْدَ وَفَاةِ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم أَنْ يَقْسِمَ لَهَا مِيرَاثَهَا، مَا تَرَكَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم مِمَّا أَفَاءَ اللَّهُ عَلَيْهِ‏.‏ فَقَالَ لَهَا أَبُو بَكْرٍ إِنَّ رَسُولَ اللَّهِ صلى الله عليه وسلم قَالَ ‏ “‏ لاَ نُورَثُ مَا تَرَكْنَا صَدَقَةٌ ‏”‏‏.‏ فَغَضِبَتْ فَاطِمَةُ بِنْتُ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم فَهَجَرَتْ أَبَا بَكْرٍ، فَلَمْ تَزَلْ مُهَاجِرَتَهُ حَتَّى تُوُفِّيَتْ Aişədən belə nəql olunur: “Peyğəmbərin qızı Fatimə Əbu Bəkrə xəbər göndərib, ondan Allahın Peyğəmbərə (s) müharibəsiz bəxş etdiyi şeylərdən öz payına düşən mirasını istədi. Əbu Bəkr dedi: “Allah Rəsulu, “Biz özümüzdən sonra irs qoymuruq, bizdən geriyə qalanlar sədəqədir”, – deyə buyurmuşdur.” Fatimə Əbu Bəkrə qəzəbləndi və onu danışdırmadı. Fatimənin bu mövqeyi (Əbu Bəkri danışdırmaması) ta ki vəfat edənə qədər davam etdi…” Fatimənin (s.ə) qəzəbi 1. “Səhihül-Buxari”, => “kitabu-fadailis-səhabə”, => “babu-mənaqibi-Fatimə əleyhəssəlam”, hədis: 3556: عن المسور بن مخرمة رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم قال فاطمة بضعة مني فمن أغضبها أغضبني Misvər ibn Məxrəmədən belə nəql olunur: Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) dedi: “Fatimə mənim bir parçamdır; kim onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.” 2. “Əl-Mucəmul-kəbir”, => “müsnədün-nisa”, => “bənatu-Rəsulillah”, => “Fatimə bintu Rəsulillah”, hədis 1001 حدثنا بشر بن موسى ، ومحمد بن عبد الله الحضرمي قالا : ثنا عبد الله بن محمد بن سالم القزاز ، قال : ثنا حسين بن زيد بن علي ، وعلي بن عمر بن علي ، عن جعفر بن محمد ، عن أبيه ، عن علي بن الحسين ، عن الحسين بن علي ، عن علي قال : قال رسول الله صلى الله عليه وسلم لفاطمة : ” إن الله يغضب لغضبك ويرضى لرضاك” . Bizə Bişr ibn Musa və Muhəmməd ibn Abdullah əl-Həzrəmi nəql edib dedilər: bizə Abdullah ibn Muhəmməd ibn Salim əl-Qəzzaz nəql edib dedi: bizə Hüseyn ibn Zeyd ibn Əli və Əli ibn Ömər ibn Əli Cəfər ibn Muhəmməddən, o, atasından, o, Əli ibn Hüseyndən, o, Hüseyn ibn Əlidən, o da Əlidən nəql edib dedi: Allah Rəsulu Fatiməyə (sallallahu əleyhi [və alihi] və səlləm) dedi: “Allah sənin qəzəbinə görə qəzəblənir, razılığına görə razı qalır”. Bu hədis Hüseyn ibn Zeyddən müxtəlif sənədlərlə nəql olunmuşdur: Heysəmi “Məcməüz-zəvaid” kitabında (9/203) bu hədis üçün“bunu Təbərani nəql etmişdir, sənədi həsəndir”,– demişdir. Süyuti “Əs-Suğurul-basimə” kitabında (səh.15)“bu hədis Əlidən həsən bir sənədlə nəql olunmuşdur”, – demişdir. Salehi əş-Şami “Sübulul-huda vər-rəşad” kitabında (11/44)“bunu Təbərani həsən sənədlə nəql etmişdir”,– demişdir. Hakim “Əl-Müstədrək” kitabında (3/167)“sənədi səhihdir”,– demişdir. “Əl-Mucəmul-kəbir” kitabının mühəqqiqi Həmdi Əbül-Məcid əs-Sələfi eyni kitabın haşiyəsində (1/108) demişdir:“Bu, səhih sənədli hədisdir. Bu hədis Əlidən bir neçə sənədlə nəql edilmişdir. Haris də bu hədisi Əlidən nəql etmişdir. Bu hədis mürsəl şəkildə də nəql olunmuşdur. Bu hədis mənim gördüyüm ən yaxşı hədis, (onun sənədi) oxuduğum ən səhih sənəddir.” Mənavi “İthafus-sail” kitabında (səh. 8) demişdir:“Bu hədisi Təbərani həsən sənədlə nəql etmişdir”. “Məqtəlül-Hüseyn” (Xarəzmi), səh.33: عن أحمد بن الحسين الحافظ ، أخبرنا أبوالقاسم الحسن بن محمّد بن حبيب بن المعزا ، أخبرنا أبوبكر محمّد بن عبدالله ، أخبرنا أبوالقاسم عبدالله بن أحمد بن عامر الطائي في البصرة قال : حدثني أبي قال : حدثني عليّ بن موسى ، حدثني موسى بن جعفر ، حدثني أبي جعفر بن محمّد ، حدثني أبي محمّد بن عليّ ، حدثني أبي عليّ بن الحسين ، حدثني أبي الحسين بن علي ، حدثني أبي عليّ بن أبي طالب (عليهم السلام) قال : قال رسول الله (صلى الله عليه وآله وسلم) : إنّما سمّيت ابنتي فاطمة لأنّ الله عزّوجلّ فطمها وفطم من أحبّها من النّار . وقال رسول الله (صلى الله عليه وآله وسلم) : إنّ الله عزّوجلّ يغضب لغضب فاطمة ويرضى لرضاها. Bizə Əhməd ibn Hüseyn əl-Hafiz nəql edib dedi: bizə Əbül-Qasim Həsən ibn Muhəmməd ibn Həbib ibn əl-Məza nəql edib dedi: bizə Əbu Bəkr Muhəmməd ibn Abdullah xəbər verib dedi: bizə Əbül-Qasim Abdullah ibn Əhməd ibn Amir ət-Tai Bəsrədə xəbər verib dedi: mənə atam nəql edib dedi: mənə Əli ibn Musa nəql edib dedi: mənə Musa ibn Cəfər nəql edib dedi: mənə atam Cəfər ibn Muhəmməd nəql edib dedi: mənə atam Muhəmməd ibn Əli nəql edib dedi: mənə atam Əli ibn Hüseyn nəql edib dedi: mənə atam Hüseyn ibn Əli nəql edib dedi: mənə atam Əli ibn Əbu Talib (əleyhimussəlam) nəql edib dedi: “Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) demişdir: Qızım Fatimə ona görə “Fatimə” (ayıran) adlanıb ki, Allah-taala onu və onu sevənləri Cəhənnəmdən ayırmışdır. Həmçinin, Allah Rəsulu (sallallahu əleyhi və alihi və səlləm) demişdir ki: Allah Fatimənin qəzəbinə görə qəzəblənir, onun razılığına görə razı qalır.” Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) qəzəbi 1. “Səhihü-Müslim”, => “kitabus-siyam”, => “babu-istihbabi-siyami-səlasəti-əyyamin min kulli şəhr”, hədis: 1162: عَنْ أَبِي قَتَادَةَ، رَجُلٌ أَتَى النَّبِيَّ صلى الله عليه وسلم فَقَالَ كَيْفَ تَصُومُ فَغَضِبَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم فَلَمَّا رَأَى عُمَرُ – رضى الله عنه – غَضَبَهُ قَالَ رَضِينَا بِاللَّهِ رَبًّا وَبِالإِسْلاَمِ دِينًا وَبِمُحَمَّدٍ نَبِيًّا نَعُوذُ بِاللَّهِ مِنْ غَضَبِ اللَّهِ وَغَضَبِ رَسُولِهِ ‏.‏ فَجَعَلَ عُمَرُ – رضى الله عنه – يُرَدِّدُ هَذَا الْكَلاَمَ حَتَّى سَكَنَ غَضَبُهُ Əbu Qətadədən belə nəql olunur: “Bir nəfər Peyğəmbərin (sallallahu əleyhi [və alihi] və səlləm) yanına gəlib dedi: “Sən necə oruc tutursan?” Peyğəmbər qəzəbləndi. Ömər Peyğəmbərin qəzəbləndiyini görüncə, “Allahdan rəbb, islamdan din və Muhəmməddən peyğəmbər olaraq razı qaldıq, Allahın qəzəbindən və Peyğəmbərinin qəzəbindən Allaha sığınırıq”, – dedi. Ömər bu sözü o qədər dedi ki, nəhayət Peyğəmbər sakitləşdi. 2. “Səhihü-Müslim”, => “kitabul-həcc”, => “babu-bəyani-vucuhil-ihram və ənnəhu yəcuzu ifradul-həcci vət-təməttui vəl-qiran”, hədis: 1211: عن عائشة رضي الله عنها أنها قالت قدم رسول الله صلى الله عليه وسلم لأربع مضين من ذي الحجة أو خمس فدخل علي وهو غضبان فقلت من أغضبك يا رسول الله أدخله الله النار Aişədən belə nəql olunur:”Zil-hiccə ayından 4 və ya 5 gün keçmiş Allah Rəsulu (sallallahu əleyhi [və alihi] və səlləm) qəzəbli bir halda mənim yanıma gəldi. Mən dedim: “Kim səni qəzəbləndirib, ey Allahın Rəsulu? Allah onu Cəhənnəmə daxil etsin!.” 3. “Feyzül-Qədir”: 4/431, hədis: 5833: Mənavi “Fatiməni qəzəbləndirən məni qəzəbləndirmişdir” hədisinin izahında deyir: استدل به السهيلي على أن من سها كفر لأنه يغضبه وأنها أفضل من الشيخين “Süheyli bu hədisə əsaslanaraq demişdir ki, kim Fatiməni söysə, kafir olmuşdur. Çünki, belə etməklə Peyğəmbəri qəzəbləndirmişdir. Həmçinin, demişdir ki, bu sözə əsasən, Fatimə Əbu Bəkr və Ömərdən üstündür…” Bu kiçik araşdırmanı Allahın kəlamı ilə bitirmək istərdik. Qurani-Kərim Allahı və Peyğəmbəri (s.ə.a) incidənlər haqqında buyurur: Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır. (Əhzab, 57) 313news.net WWW.EHLİBEYT.İNFO

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...