Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Pak sülalə 30.12.2024

Xanım Zeynəbin (s.ə) Yezidin sarayındakı xütbəsi

Xanım Zeynəbi-Kübra (s.ə) Yezidin sarayında gözləri qardaşı İmam Hüseynin (ə) qanlı başına sataşdığı zaman, qəlbləri dəhşətə gətirən kədərli səslə fəryad edərək dedi: يا حُسَيْناهُ! يا حَبيبَ رَسُولِ اللَّهِ! يَابْنَ مَكَّةَ وَ مِنى‌، يَابْنَ فاطِمَةَ الزَّهْراءِ سَيِّدَةَ النِّساءِ، يَابْنَ بِنْتِ الْمُصْطَفى‌ “Vay Hüseyn, ey Alalh Rəsulunun sevdiyi! Ey Məkkə və Minanın oğlu! Ey bütün aləmin qadınlarından üstün olan Fatimeyi-Zəhranın (s.ə) oğlu! Ey Muhəmməd Mustafanın (s) qızının oğlu!” Bu hadisənin ravisi nəql edir: Allaha and olsun, Zeynəbin (s.ə) bu nidası ilə məclisdə olanların hamısı ağladı və Yezid həmin halda sakitcə dayanmışdı. Yezid “xeyzəran” çubuğunu gətizdirib onunla İmam Hüseynin (ə) dodaqlarına, dişlərinə vurdu. (Həmin məclisdə iştirak edən Peyğəmbər (s) səhabəsi) Əbu Bərzə Əsləmi Yezidə xitab edərək dedi: “Əlindəki çubuqla Fatimənin (s.ə) övladı Hüseynin (ə) dişlərinə vurursanmı?! Mən öz gözlərimlə Peyğəmbərin (s) Hüseynin (ə) və qardaşı Həsənin (ə) dodaq və dişlərindən öpdüyünü görüb belə buyurduğunu eşitmişəm: أَنْتما سَيِّدا شَبابِ أهْلِ الْجَنَّةِ، فَقَتَلَ اللَّهُ قاتِلَكُما وَلَعَنَهُ، وَأَعَدَّ لَهُ جَهَنَّمَ وساءَتْ مَصيراً “Siz iki nəfər Cənnət gənclərinin ağasısınız. Allah sizi öldürənləri öldürsün və onlara lənət etsin, onları Səhənnəmə atsın. Ora necə də pis yerdir!” Yezid qəzəbləndi və göstəriş verdi ki, onu məclisdən çıxarsınlar. Məğrurluq badəsilə məst olan Yezid Kərbəlada qalib gəldiyini güman edərək onun və Bəni-Üməyyənin İslamın əsas prinsiplərinə iman gətirmədiklərinin digər canlı şahidi olan bu şeirləri uca səslə oxudu: لَيْتَ أَشْياخي بِبَدْرٍ شَهِدُوا جَزِعَ الْخَزْرَجُ مِنْ وَقْعِ الْأَسَلْ‌ فَأَهَلُّوا وَاسْتَهَلُّوا فَرَحاً ثُمَّ قالُوا يا يَزيدُ لاتَشَلْ‌ لَسْتُ مِنْ‌ خِنْدَفَ إِنْ لَمْ أَنْتَقِمْ‌ مِنْ بَني أَحْمَدَ، ما كانَ فَعَلْ‌ “Kaş, bu gün mənin Bədr döyüşündə öldürülən böyüklərim Xəzrəc qəbiləsinin nizə zərbələrindən necə ah-nalə etdiyini görəydilər! Həmin halda şadlıqdan fəryad edər və deyərdilər: Ey Yezid! Əllərin var olsun! Əgər Əhməd (Rəsulullah (s)) övladlarından intiqam almasam, mən Xindəf övladlarından[1] deyiləm!” Bu zaman Əli ibn Əbutalibin (ə) qızı Zeynəb (s.ə) ayağa qalxdı və fəsahətli bir xütbə oxuyaraq buyurdu: أَلْحَمْدُللَّهِ رَبِّ الْعالَمينَ، وَصَلَّى اللَّهُ عَلى رَسُولِهِ وَآلِهِ أجْمَعينَ، صَدَقَ اللَّهُ كَذلِكَ يَقُولُ: ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوأَى أَنْ كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُون أَظَنَنْتَ يا يَزِيدُ حَيْثُ أَخَذْتَ عَلَيْنا أَقْطارَ الْأَرْضِ وَآفاقَ السَّماءِ، فَأَصْبَحْنا نُساقُ كَما تسُاقُ الأُسارى‌ أَنَّ بِنا عَلَى اللَّهِ هَواناً، وَبِكَ عَلَيْهِ كَرامَةً وَأَنَّ ذلِكَ لِعِظَمِ خَطَرِكَ عِنْدَهُ، فَشَمَخْتَ بِأَنْفِكَ، وَنَظَرْتَ فِي عِطْفِكَ جَذْلانَ مَسْرُوراً حِينَ رَأَيْتَ الدُّنْيا لَكَ مُسْتَوْثِقَةٌ وَالْأُمُورَ مُتَّسِقَةٌ وَحِينَ صَفا لَكَ مُلْكُنا وَسُلْطانُنا، فَمَهْلًا مَهْلًا، أَنَسِيتَ قَوْلَ اللَّهِ عَزَّوَجَلَّ: وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِى لَهُمْ خَيْرٌ لّاَنْفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْماً وَلَهُمْ عَذَابٌ مُهِينٌ “Həmd və səna yalnız aləmlərin Rəbbi olan Allaha məxsusdur! Allahın salamı olsun onun göndərdiyinə və ailəsinə! Allah doğru demiş və belə buyurmuşdur: “Pis əmələ mürtəkib olanların işi o yerə çatdı ki, Allahın ayələrini inkar etdilər və onu masqaraya qoydular.”[2] Ey Yezid! İndi göy və yeri (müxtəlif cəhətlərdən) bizə dar etdiyin və bizi əsirlər kimi hər tərəfə çəkdiyin üçün elə güman edirsən ki, biz Allah yanında xar, sən isə hörmətli oldun? Elə təsəvvür etdin ki, bu, sənin Allah yanındakı məqam və dəyərinin nişanəsidir? Həmin səbəbdən, təkəbbürlük etdin və öyündün, dünyanın sənin kəməndinə və işlərinin sahmana düşdüyünü və bizim mülk və xilafətimizi ixtiyarına keçirdiyini gördüyündən şad oldun. Yavaş ol! Allahın belə buyurduğunu unutmusan: “Kafir olanlar (və tüğyan yolunu tutanlar) elə təsəvvür etməsinlər ki, onlara verdiyimiz möhlət onların xeyrinədir. Biz onlara günahlarını artırmaları üçün möhlət veririk və onlar üçün xaredici əzab vardır.”[3] Xütbəsinin davamında buyurdu: أَ مِنَ الْعَدْلِ يَابْنَ الطُّلَقاءِ! تَخْدِيرُكَ حَرائِرَكَ وَإِمائَكَ، وَسَوْقُكَ بَناتِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّم سَبايا، قَدْ هَتَكْتَ سُتُورَهُنَّ، وَأَبْدَيْتَ وُجُوهَهُنَّ، تَحْدُو بِهِنَّ الْأَعداءُ مِنْ بَلدٍ الى‌ بَلدٍ، يَسْتَشْرِفُهُنَّ أَهْلُ الْمَناهِلِ وَالْمَناقِلِ، وَيَتَصَفَّحُ وُجُوهَهُنَّ الْقَرِيبُ وَالْبَعِيدُ، وَالدَّنِيُّ وَالشَّرِيفُ، لَيْسَ مَعَهُنَّ مِنْ رِجالِهِنَّ وَلِيُّ، وَلا مِنْ حُماتِهِنَّ حَمِيٌّ، وَكَيْفَ يُرْتَجى‌ مُراقَبَةُ مَنْ لَفَظَ فُوهُ أَكْبادَ الْأَزْكِياءِ، وَنَبَتَ لَحْمُهُ مِنْ دِماءِ الشُّهَداءِ، وَكَيْفَ يَسْتَبْطِأُ فِي بُغْضِنا أَهْلَ الْبَيْتِ مَنْ نَظَرَ إِلَيْنا بِالشَّنَفِ وَالشَّنَآنِ وَالْإِحَنِ وَالْأَضْغانِ، ثُمَّ تَقُولُ غَيْرَ مُتَّأَثِّمٍ وَلا مُسْتَعْظِمٍ: لَأَهَلُّوا واسْتَهَلُّوا فَرَحاً ثُمَّ قالُوا يا يَزيدُ لا تَشَلْ‌ مُنْتَحِياً عَلى‌ ثَنايا أَبِي عَبْدِاللَّهِ سَيِّدِ شَبابِ أَهْلِ الجَنَّةِ، تَنْكُتُها بِمِخْصَرَتِكَ، وَ كَيْفَ لا تَقُولُ ذلِكَ وَقَدْ نَكَأْتَ الْقَرْحَةَ، وَاسْتَأْصَلْتَ الشَّأْفَةَ بِإِراقَتِكَ دِماءَ ذُرّيَةِ مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ، وَنُجُومِ الْأَرْضِ مِنْ آلِ عَبْدِالمُطَّلِبِ، وَتَهْتِفُ بِأَشْياخِكَ، زَعَمْتَ أَنَّكَ تُنادِيهِمْ، فَلَتَرِدَنَّ وَشِيكاً مَوْرِدَهُمْ وَلَتَوَدَّنَّ أَنَّكَ شَلَلْتَ وَبَكِمْتَ، وَلَمْ تَكُنْ قُلْتَ ما قُلْتَ وَفَعَلْتَ ما فَعَلْتَ. “Ey azad olmuş kafirlərin oğlu![4] Sənin qadın və kənizlərini pərdə arxasında oturtmağın, Allah Rəsulunun (s) qızlarını isə əsir edərək o tərəf-bu tərəfə çəkməyin, onların hörmət və iffət pərdəsini yırtdığın halda, onları camaatın gözü önündə düşmənlər vasitəsi ilə şəhərlərdə dolandırmağın və küçə-bazarlardakı camaatın onların tamaşasına durması və onların yanında kişiləri və himayə edənləri olmadığı halda, yaxın və uzaq, alçaq və şərəfli şəxslərin onların üzlərinə baxması ədalətdəndirmi? (Amma bu sözlərin nə faydası? Ona görə ki, anası) pakların ciyərini yeyən (Yezidin nənəsi ciyəryeyən Hindin macərasına işarədir) və əti şəhidlərin qanı ilə möhkəmlənən şəxsin himayə və qorumasına necə ümid etmək olar?! Bizə məğrurcasına, nifrət, qəzəb və kinlə nəzər salan, günah hissi keçirməyən, öz zülmünü böyük saymayan və “Kaş, mənim babalarım burada olaydı və bu səhnələri görəydi! Onlar şadlıq və sevincdən fəryad edərək deyərdilər: “Ey Yezid, əllərin var olsun!” – deyən kəs biz Əhli-beytlə (ə) düşmənçiliyə necə tələsməz?! “Bu cümlələri Cənnət gənclərinin ağası Əba-Əbdillahın dodaqlarına, dişlərinə çubuqla vurduğun halda deyirsən. Bəli, Allah Rəsulunun (s) övladları və Əbdülmüttəlib xanədanından yer üzünün ulduzları olanların qanını axıtdığın, qəlblərimizin yarasını sızlatdığın və bizim xanədanımızın soy-kökünü təhdid etdiyin halda, nə üçün də belə sözlər deməyəsən?! Sən babalarını çağırır və təsəvvür edirsən ki, sənin səsini eşidəcəklər! (Heç də tələsmə!) Tezliklə onlara qovuşaqcaqsan! Həmin gün arzu edəcəksən ki, kaş, əllərim şil, dilim lal olaydı və bu sözləri deməyəydim və bu işləri yerinə yetirməyəydim!” Sonra sözlərinə əlavə etdi: أَللَّهُمَّ خُذْ بِحَقِّنا، وَانْتَقِمْ مِنْ ظالِمِنا، وَأَحْلِلْ غَضَبَكَ بِمَنْ سَفَكَ دِماءَنا، وَقَتَلَ حُماتَنا، فَوَاللَّهِ ما فَرَيْتَ إِلّا جِلْدَكَ، وَلا حَزَزْتَ إِلّا لَحْمَكَ، وَلَتَرِدَنَّ عَلى‌ رَسُولِ اللَّهِ بِما تَحَمَّلْتَ مِنْ سَفْكِ دِماءِ ذُرِّيَّتِهِ، وَانْتَهَكْتَ مِنْ حُرْمَتِهِ فِي عَتْرَتِهِ وَ لُحْمَتِهِ، حَيْثُ يَجْمَعُ اللَّهُ شَمْلَهُمْ، وَيَلُمُّ شَعْثَهُمْ، وَيَأْخُذُ بِحَقِّهِمْ‌ وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِى سَبِيلِ اللَّهِ أَمْوَاتاً بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ وَحَسْبُكَ بِاللَّهِ حاكِماً، وَ بِمُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ خَصِيماً، وَبِجَبْرَئِيلَ‌ ظَهِيراً، وَسَيَعْلَمُ مَنْ سَوّى‌ لَكَ وَ مَكَّنَكَ مِنْ رِقابِ المُسْلِمِينَ، بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا، وَأَيُّكُمْ شَرٌّ مَكاناً، وَأَضْعَفُ جُنْداً “İlahi! Bizim haqqımızı geri al, bizə zülm edənlərdən intiqam al və Öz qəzəbini bizim qanımızı tökən və bizim hamilərimizi öldürən kəsə nazil et! (Ey Yezid!) Allaha and olsun, (bu xəyanətlə) yalnız öz dərini soymaq və öz ətini kəsməkdən, həqiqətdə, özünü məhv etməkdən başqa heç bir şey etmədin! Şübhəsiz, Allah Rəsulunun (a) övladlarının qanını töküb o Həzrətin ailəsi və ciyərparələrinin hörmətini sındırmaq kimi günah yükünü çiyinlərində daşıdığın halda, Allah Rəsulu (s) ilə görüşəcəksən. Orada Allah onları bir yerə toplayacaq, onların pərişanlığını aradan qaldıracaq və onların intiqmını (haqqını) alacaqdır. (Bəli,) “Allah yolunda öldürülənləri ölü hesab etmə, əksinə onlar diridirlər və Rəbbi yanında ruzi yeyirlər. [5] Hakimi Allah, sənə etiraz edənin Allahın Rəsulu (s) və onun şahid və hamisinin Cəbrail olacağı bir məhkəmədə hazır olmağın kifayətdir. Tezliklə hökuməti sənin üçün hazırlayan və səni müsəlmanlara hakim edən kəs, zalimlərə necə pis bir cəza veriləcəyini biləcək və hansı şəxsin yerinin pis və kimin qoşununun daha zəif və aciz olduğunu anlayacaqdır.” Sonra xanım Zeynəb (s.ə) xütbəsini bu sarsıdıcı cümlələrlə sona çatdırdı: وَلَئِنْ جَرَّتْ عَلَيَّ الدَّواهِي مُخاطَبَتَكَ، إِنِّي لَأَسْتَصْغِرُ قَدْرَكَ، وَأَسْتَعْظِمُ تَقْرِيعَكَ، وَأَسْتَكْثِرُ تَوْبِيخَكَ، لكِنَّ العُيُونَ عَبْرى‌، وَالصُّدُورَ حَرّى‌، أَلا فَالْعَجَبُ كُلُّ الْعَجَبِ لِقَتْلِ حِزْبِ اللَّهِ النُّجَباءِ بِحِزْبِ الشَّيْطانِ الطُّلَقاءِ، فَهذِهِ الْأَيْدِي تَنْطِفُ مِنْ دِمائِنا، وَالأَفْواهُ تَتَحَلَّبُ مِنْ لُحُومِنا، وَتِلْكَ الجُثَثُ الطَّواهِرُ الزَّواكِي تَنْتابُها العَواسِلُ، وَتُعَفِّرُها امَّهاتُ الْفَراعِلِ. وَلَئِنِ اتَّخَذْتَنا مَغْنَماً لَتَجِدَ بِنا وَشِيكاً مَغْرَماً حِيْنَ لا تَجِدُ إلَّا ما قَدَّمَتْ يَداكَ، وَما رَبُّكَ بِظَلَّامٍ لِلْعَبِيدِ، وَإِلَى اللَّهِ الْمُشْتَكى‌، وَعَلَيْهِ الْمُعَوَّلُ، فَكِدْ كَيْدَكَ، وَاسْعَ سَعْيَكَ، وَناصِبْ جُهْدَكَ، فَوَاللَّهِ لا تَمْحُو ذِكْرَنا، وَلا تُمِيتُ وَحْيَنا، وَلا تُدْرِكُ أَمَدَنا، وَلا تَرْحَضُ عَنْكَ عارَها، وَهَلْ رَأيُكَ إِلّا فَنَدٌ، وَأَيّامُكَ إِلّا عَدَدٌ، وَجَمْعُكَ إِلّا بَدَدٌ؟ يَوْمَ يُنادِي الْمُنادِي: أَلا لَعْنَةُ اللَّهِ عَلَى الظّالِمِينَ. وَالْحَمْدُ للَّهِ رَبِّ الْعالَمِينَ، أَلَّذِي خَتَمَ لِأَوَّلِنا بِالسَّعادَةِ وَالْمَغْفِرَةِ، وَلِآخِرِنا بِالشَّهادَةِ وَالرَّحْمَةِ. وَنَسْأَلُ اللَّهَ أَنْ يُكْمِلَ لَهُمُ الثَّوابَ، وَيُوجِبَ لَهُمُ الْمَزيدَ، وَيُحْسِنَ عَلَيْنَا الْخِلافَةَ، إِنَّهُ رَحيمٌ وَدُودٌ، وَحَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكيلُ. “Ruzigarın böyük müsibətləri məni səninlə danışmağa məcbur etsə də, (bil ki,) həqiqətən, mən sənin dəyərini kiçik, səni məzəmmət etməyi böyük hesab edir və səni çox danlayıram, lakin nə edim ki, gözlər yaşlı və sinələr dağlıdır! Mənəvi və seçilmiş bir dəstənin şeytan dəstəsi və azad edilmiş qulların əli ilə öldürülməsi, bizim qanımızın bu (napak) pəncələrdən axması və bizim ətimizin parçalarının ağızlarınızdan çölə düşməsi çox təəccüblüdür. Sizlər vəhşi canavarlar kimi daim o pak bədənlərin sorağına gedir və kaftar balaları onları torpağa sürtür. Əgər bu gün bizə (qələbə çalmağını) qənimət hesab edirsənsə, tezliklə öz əkdiyin məhsulundan başqa, digər bir şeyi tapmayacağın gün onun sənin zərərinə tamamlanacağını görəcəksən. Əsla Allah-Taala bəndələrinə zülm etməz. Mən yalnız Allaha şikayətimi bildirir və yalnız Ona etimad edirəm! (Ey Yezid!) Nə qədər hiylən varsa işə sal və bacardığın qədər təlaş göstər. Amma Allaha and olsun ki, (bütün bu təlaşlarınla) bizim (xatirəmizi) yaddaşlardan silə bilməyəcək və bizim vəhy çırağımızı söndürməyi bacarmayacaq, bizim mövqe və məqamımıza zərər vura bilməyəcəksən. Bu işin xaredici ləkəsi əsla sənin üzərindən silinməyəcək. Sənin düşüncən zəif və hakimiyyətinin müddəti qısadır və bir nida edənin “Allahın lənəti olsun zalımlara!” – deyə səsləndiyi gün sənin cəmiyyətin pərakəndə olacaq. Həmd və səna yalnız aləmlərin Rəbbi olan və bizim işimizin başlanğıcını səadət və bağışlanmaq, işimizin sonunu isə şəhadət və rəhmət olaraq təqdir edən Allaha məxsusdur! Allahdan həmin şəhidlərə kamil şəkildə mükafat verməsini və mükafatlarını artırmasını diləyir və ondan bizi onların yaxşı canişinləri etməsini (istəyirəm). O, mehriban və sevimlidir. Allah bizə kifayətdir və O, bizim ən yaxşı hamimizdir.”[6] Bu xütbə İslam tarixinin ən fəsahətli və ən sarsıdıcı xütbələrindən biridir. Sanki o tamamilə Əli ibn Əbutalibin üstün ruhu və bənzərsiz şücaətindən qaynaqlanmış və qızı Zeynəbi-Kübranın dilindən cari olmuşdur. Belə ki, atasının həmin dili və həmin məntiqi ilə danışır. Qeyd etməliyik ki, bu xütbə yeddi hədəfi izləyən yeddi hissədən təşkil olunmuşdur: 1. Əvvəlcə İslamın bu cəsur qadını bir neçə sarsıdıcı cümlə ilə Yezidin təkəbbürünü sındırır və Quran ayələri ilə Allah dərgahındakı mövqeyini aydınlaşdıraraq deyir: Əsla hökumət, sərvət və saraydan faydalanmağı ilahi üstünlüyünə dəlil hesab etmə, sən Allahın onların çiyinlərinin günah yükü ilə dolması üçün özbaşına buraxdığı, sonra hər şeydən məhrum olaraq Cəhənnəmə göndərdiyi kəslərin nümunəsisən. 2. İkinci hissədə Peyğəmbərin (s) Yezidin əcdadı ilə rəftarını və Məkkənin fəthi zamanı hamını əfv etməsini Peyğəmbərin övladını öldürmək, kəsilmiş başları və onların əsir olan xanədanını şəhərbəşəhər gəzdirmək kimi Yezidin pis əməli ilə müqayisə edilir və Yezidin alnına batillik möhrü vurur. 3. Üçüncü hissədə Yezidin küframiz sözləri xatırlanır, onun imansız olmasına təkid edilir və tezliklə əcdadlarının aqibətinə düçar olacağı və Cəhənnəmə gedəcəyi bildirilir. 4. Sonra Kərbəladakı şəhidlərin, xüsusən də, Peyğəmbər (s) xanədanından olan şəhidlərin uca məqamına işarə edir və onların varlığı ilə iftixar etməyi bu xanədan üçün böyük imtiyaz hesab edir. 5. Sonra Yezidin hüzurunda Qiyamətdəki hakimi — Allah, tərəf müqabili Peyğəmbər və şahidləri Allahın mələkləri olan ilahi ədalət məhkəməsinə işarə edir. Belə bir məhkəmənin sonu bəllidir. 6. Sonra Yezidi qeyri-adi şəkildə təhqir etməyə başlayır və hətta belə buyurur: Əgər ruzigar mənə zülm edərək məni bir əsir qadın tək sənin taxtının ayağına gətirdisə, mənim sənə dəyər verdiyimi təsəvvür etmə! Sən mənim xitab etməyimə layiq deyilsən və əgər səninlə danışıramsa, bu çarəsizliyimdəndir. 7. Öz sözlərinin sonuncu hissəsində Allaha nübuvvət xanədanına rəhmət və kəramətlə başlayan sonsuz nemətlər verdiyi, şəhadət və kəramətlə başa çatdırdığı üçün həmd-səna deyir. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.596-603.) [1]. (Xindəf – Qüreyşin, o cümlədən, Yezidin ulu babalarındandır. “Təbəri tarixi”, c.1, səh.24-25.) [2]. (“Rum” / 10.) [3]. (“Ali-İmran” / 178.) [4]. Allah Rəsulunun (s) Əbu Süfyan, Müaviyə və digər Qüreyş başçıları və düşmənlərini bağışlayaraq belə buyurduğu Məkkə fəthinə işarədir: إذْهَبُوا فَأَنتُمُ الطُّلَقاءُ “Gedin! Siz azad olunmuşlarsınız!” (Bax: “Biharul-ənvar”, c.21, səh.106; “Təbəri tarixi”, c.2, səh.337.) [5]. (“Ali-İmran” / 169.) [6]. “Məqtəlul-Huseyn”, Müqərrəm, səh.357-359; “Biharul-ənvar”, c.45, səh.132-135; “İhticac”, c. 2, səh.122-130 (azacıq fərqlərlə).

Əhli-Beyt (ə) dahilərin baxışında 30.12.2024

Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları -Herr Marbin “ #3

Herr Marbin alman alimidir və o, deyir: “Hüseyn ibn Əli (ə) – Əmirəl-möminin Əlinin (ə) varisidir. Çünki atası natiqlikdə və münafiqləri tənqid etməkdə misilsiz bir şəxsiyyət olmuşdur. İndiyə qədər dünyada bu cür siyasətçi meydana gəlməmişdir. İslamın kin düşməni olan Bəni-Üməyyə İslamın hörmətini pozdular və bu zaman Hüseyn (ə) susmağı mümkün bilmədi. Bəni-Üməyyə hakimiyyətinə qarşı qiyam etdi. Əbi-Süfyan nəslini, yezidliləri rüsvay və məhv etdi. Buyurdu ki, mən haqq və əmr-be-məruf yolunda öldürülürəm. Əgər bu yolda canımı və əzizlərimi əldən versəm d,ə heç bir tərəddüdüm yoxdur. O, dünyada bərabəri olmaz bir rəftar etdi”.

Əhli-Beyt (ə) dahilərin baxışında 30.12.2024

Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları -Morris Dukberi “ #2

Morris Dukberi deyir: “Hüseyn (ə) şərəf və namus, İslam əhkamını yerinə yetirmək, zülmü aradan aparmaq, müsəlmanların malının heyif olmasının qarşısını almaq, zəifləri müdafiə etmək üçün Allah yolunda canından, malından, övladlarından keçmişdir. Zalımlara boyun əyməmişdir. Ona görə də gəlin biz də onun yolunu örnək edək. Zalımların və hegemonların isitsmarından xilas olaq. İzzətli ölümü züllətli həyatdan üstün bilək. Çünki izzətli ölüm zillətli yaşamaqdan daha yaxşıdır. Bu gün əgər müsəlmanlarda azadlıq müşahidə olunursa, onun əsil amili İslam və Quranın göstərişlərinə əməl etməyə görədir. Hüseyn (ə) Həzrəti İsaya (ə) ən çox bənzəyən ruhanidir. Ancaq müsibətləri daha ağır və daha çətindir”. https://youtube.com/shorts/I-kXshUH3HE

Həzrət Muhəmməd (s) 30.12.2024

Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?

Həzrət Peyğəmbər (s) bu dünyadan təbii ölümlə gedibdir, yoxsa şəhid olubdur? Həzrət Peyğəmbəri (s) dəfələrlə sui-qəsdə məruz qoymuşdular. Besətin əvvəllərində müşriklər onu öldürməyə qalxdılar, ancaq bacarmadılar. Həzrət (s) Mədinəyə hicrət edəndən sonra da ona qarşı bir neçə dəfə sui-qəsd olmuşdu. Biz bu əqidədəyik ki, Peyğəmbər (s) Xeybər döyüşündə zəhərləndikdən sonra bu zəhərdən şəhid olmuşdur. (Tebyan) İmam Sadiq (ə) buyurur: “Elə bir peyğəmbər və peyğəmbər vəsisi yoxdur, şəhadətə yetməmiş olsun”. Əba Sələt nəql edir ki, İmam Rza (ə) buyurmuşdur: “Bizlərdən eləsi yoxdur ki, öldürülməsin”. Həzrət Peyğəmbər (s) Xeybərdə zəhərləndiyi üçün bu zəhər bədənini məhv etdi və nəhayət mübarək gözləri dünya nurundan bağlandı. Hişam ibn Muhəmməd atasından nəql edir ki, İmam Həsən (ə) Əmirəl-möminin (ə) şəhid olandan sonra buyurmuşdu: “Peyğəmbər (s) mənə xəbər vermişdi ki, imamət – seçilmiş on iki İmamın (ə) ixtiyarındadır. Bizlərdən eləsi yoxdur ki, ya zəhərlənməsin, ya da qətl edilməsin”. Cəbrail (ə) “Ənkəbut” surəsini nazil edir və buyurur: “Ey Muhəmməd! Oxu! “Əlif, Lam, Mim.(Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Həzrət Muhəmmədə (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır). Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 1-3). Allahın Rəsulu (ə) Cəbrayilə (ə) buyurur: “Bu, nə imtahandır?”. Cəbrail (ə) deyir: “Ey Muhəmməd! Həqiqətən, Allah Təala sənə salam verir və buyurur: “Mən səndən əvvəl elə peyğəmbər göndərməmişəm, məgər o halda ki, həyatının sonunda yerində əyləşən canişinini seçsin, əhkam və yolunu diriltsin. Ona görə də düz danışan insanlar o kəslərdir ki, Allahın Peyğəmbərinin (s) əmrini icra edərlər. Və o kəslər ki, itaətsizlik edirlər – onlar yalançılardırlar. Həqiqətən, ey Muhəmməd! Sənin Allaha tərəf getməyin yaxınlaşır və Allah sənə əmr edir ki, özündən sonra Əli İbni Əbitalibi (ə) ümmətin üçün seçəsən. O, sənin canişinindir, ümməti və rəiyyəti hidayət edər. Əgər ümmət onun ardınca getsə, sağlam qalar”. Həzifə deyir: “Peyğəmbər (s) İmam Əlini (ə) çağırdı və onunla xəlvət etdi. Həmin gecə və gündüz Allahın ona tapşırdığı elm və hikməti Əliyə (ə) tapşırdı. Onu Cəbrailin (ə) dediklərindən agah etdi”. Bu hadisə Aişənin evində baş vermişdi. Aişə Peyğəmbərə (s) deyir: “Elə indi vəzifəmi yerinə yetirməkdən məni agah et. Mən də başqalarından qabaqda olum. O şey ki, mənim xeyirimədir, onu alım”. Həzrət Peyğəmbər (s) buyurur: “Sənə xəbər verirəm, ancaq heç kəsə deməyəsən. Məgər o halda ki, mən insanların arasında Allahın əmrini yerinə yetirirəm. Çünki əgər sən bu sirri saxlasan, Allah da səni dünya və axirətdə saxlayar. Sənin üçün Allahın və Rəsulunun imanında tələsmək və qabaqda olmaq üçün üstünlik vardır. Əgər zay etsən və sənə dediyimə riayət etməsən, Allahına kafir olarsan. Savabın zay olar, ziyankarlardan olarsan. Bu əməl Allaha və Rəsuluna (s) ziyan daxil etməz. Ona görə də yaxşı olar ki, bu sirri saxlayacağına görə əhd bağlayasan. Allah Təala mənə xəbər verdi ki, ömrüm sona çatır və əmr etdi ki, Əlini (ə) öz yerimə təyin edəm. Onu insanların rəhbəri qərar verim”. Aişə də bu sirri saxlayacağına söz verir. Lakin Aişə bu sirri bir az sonra Ömərin qızı Həfsəyə deyir. Allah Təala Peyğəmbəri (s) bu işdən agah edir. Uzun çəkmədi ki, bu iki qadın öz atalarını bu işdən agah etdilər. Sonra münafiqlər də bu işdən agah oldular. Dedilər ki, Muhəmməd (s) belə xəyal edir ki, xəlifəliyi öz nəslində qərar versin. Kəsra padşahı kimi əsrin sonuna qədər hakimiyyətdə olsunlar. Allaha and olsun ki, bu həyatda artıq bizin üçün bir bəhrə yoxdur. Əgər bu iş icra olarsa, xəlifəlik Əli ibni Əbitalibə (ə) verilər. Bundan sonra məlum fitnələr yer aldı. “Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şuəra” 227). Allah pənah aparırıq bütün fitnələrdən.

Həzrət Muhəmməd (s) 30.12.2024

MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR

Bismillahir-Rəhmanir-Rəhim MUHƏMMƏD(S)-İSA MƏSİHİN MÜJDƏ VERDİYİ PEYĞƏMBƏR Qurani-Kərimə əsasən, İsa Məsih, özündən sonra Əhməd adli bir peyğəmbərin gəlişini, öz ümmətinə müjdə vermişdir. Quranda bu məsələ Səf surəsinin 6- ci ayəsində bu cür açıqlanmışdır: “Və İsa ibn Məryəmin bu cür buyurduğunu (xatırla): Ey İsrail övladları! Mən Allahın sizin üçün göndərdiyi elçiyəm, əlimdəki Tövratı təsdiq edirəm, və məndən sonra adı Əhməd olan bir elçının gəlişini sizə müjdə verirəm. O(Əhməd), dəlillərlə onların yanına gəldikdə isə onlar: “bu açıq-aşkar sehrdir” dedilər.” Hər hansı bir şəxsin peyğəmbərliyini təsdiq edən dəlillərdən biri də əvvəlki peyğəmbərin, onun gəlişini xəbər verməsi, onun üçün sadaladığı xüsusiyyətlərin, həmin şəxsdə, tam əksini tapmasıdır. Musa peyğəmbərin İsa Məsihin, İsa Məsihin isə Əhmədin(s) gəlişini xəbər verməsi və deyilən xüsusiyyətlərin öz əksini dəqiqliyi ilə tapması, bu məsələni bir daha sübut edir. Bizim məqsədimiz, Qurani-Kərimin verdiyi bu xəbəri indiki İncillərdə araşdirmaqdır. Amma əvvəlcə, yuxarıdakı ayəni oxuyarkən, oxucuda yarana biləcək bir sualı cavablandırmaq məcburiyyətindəyik. O, da bundan ibarətdir ki, peyğəmbərimizin adı Muhəmməddir(s), İsa Məsihin müjdə verdiyi peyğəmbərin adı isə Əhməddir. Bunu necə izah etmək olar? Cavab çox bəsitdir, hz.Muhəmmədin tarixi ilə tanış olan hər kəs bilir ki, Əhməd hz.Muhəmmədin digər məşhur adıdır. Muhəmməd adını onun babası Əbdulmüttəlib, Əhməd adını isə, anası Amənə xanım ona vermışdir. O Həzrət uşaq ikən, camaat, hər iki adı ilə onu çağırırdılar. Bu faktı Hələbinin “sirə” kitabından oxuya bilərsiniz. Mövzu ilə əlaqədar digər iki dəlili sizə təgdim edirik: 1.Hz.Muhəmmədin hamisi, qəyyumu, 49 il pərvanə kimi ətrafında dolanan, onu qorumaq üçün mal və canından keçən əmisi Əbutalib, onun barəsində dediyi şerlərdə, onu, həm Muhəmməd, həm də Əhməd adı ilə yad etmişdir. Onun söylədiyi şerlər indi “Divani-Əbutalib” adı ilə bir kitab kimi əlimizdədir. Oradan bəzi beytləri sizə təqdim edirik: ان یکن ما اتی به احمد الیوم سنائ و کان فی الحشر دینا “ƏHMƏDİN gətirdikləri bu gün nur və işıqdır, sabah Qiyamətdə isə mükafat olacaqdır.”(səh.2519) لقد اکرم الله النبی محمدا فاکرم خلق الله فی الناس احمد “Artıq Allah MUHƏMMƏD peyğəmbəri əziz və hörmətli etmişdir, bu üzdən insanlarin ən hörmətlisi ƏHMƏDDİR.”(İbn Əsakirin tarixi, c.1, s.275) Həmçinin peyğəmbərin şairi Həssan ibn Sabit də öz şerlərində hz. Muhəmmədi Əhməd adı ilə xatırlamışdır: فمن کان او من یکون کاحمد نظام لحق او نکال لملحد “Kim keçmişdə və gələcəkdə ƏHMƏD kimi ola bilər? O, həqiqət yolunu aşkar etdi və inadkarlardan intiqam aldı.”(Divanu Həssan ibn Sabit, Muhəmmər İzzət Nusrətullah, çap Beyrut, səh.59) 2.Deyilənlərdən əlavə, bunu da dəlil olaraq qeyd etmək lazımdır ki, Səf surəsinin ayəsi nazil olarkən, Nəcran məntəqəsi ərəbistan yarımadasında xristianların mərkəzi idi, burada və ətraf məntəqələrdə bir çox xristian keşişləri və yəhudi alimləri yaşayırdılar. Onlardan heç birisi, etiraz edib “İncilin müjdə verdiyi peyğəmbərin adı Əhməddir, İslam peyğəmbərinin adı isə Muhəmməddir” deməmişdir. əgər onlar tərəfindən belə bir etiraz olunsaydı, heç şübhəsis tarix onu bizə nəql edərdi. Bunu da nəzərə almaq lazımdır ki, əgər, peyğəmbərimizin digər məşhur adı Əhməd olmasaydi, bu islam düşmənləri olan müşriklərin əlində və həmçinin, hz. Muhəmmədlə danışmaq üçün, sonralar, Mədinə şəhərinə gəlmiş Nəcran xristianlarınin əlində böyük bir bəhanə olardı. Ümumiyyətlə, bir fərdin iki ad daşıması, indiki dövrdə olduğu kimi, keçmişdə də adi hal olmuşdur. Hətta, biz, böyük peyğəmbərlərin iki ad daşımasınin şahidi oluruq: Yəqub-İsrail, Məsih-İsa, Yuşəə-Zulkifl, Yunus-Zunnun və s. Səf surəsindən əlavə, Qurani-Kərim, digər surələrdə də açıq-aşkar bəyan edir ki, əgər Tövrat və İncilin ardıcılları öz kitablarını (Tövratı və İncili) oxusalar, Hz. Muhəmmədin adını, xüsusiyyətlərini orada görəcəklər. Bu məsələ, Əraf surəsinin 157 ci ayəsində öz əksini tapmışdir. Bu və oxşar ayələr nazil olanda, yəhudi və xristian alimləri, Qurani-Kərimin bu iddiaları qarşısında, sadəcə susurdular. Heç kəs etiraz səsini ucaltmırdı. Bunun özü, o dönəmdə, bir çox yəhudi və xristinın, İslam dinini qəbul etməsinə səbəb olmuşdur. İndiki İncillər və İsa Məsihin müjdəsi Şübhə yoxdur ki, İsa Məsihin müjdəsi, onun öz İncilində olmuşdur. Əgər indiki İncillərdə belə bir müjdənin olmamasını fərz etsək, yenə də bu, həmin müjdənin, İsa Məsihin öz İncilində olmaması anlamına gəlməz. Indiki İncillərin mətnləri sübut edir ki, hər bir həvari (hz.İsanın köməkçisi) və qeyri-həvari bir İncil yazmış, hər kəs düşüncəsi qədər, hz. İsanın kəlamlarını, əməl və rəftarını, əmrlərini toplamış, bununla kifayətlənməyib, öz müşahidələrini, eşitdiklərini və təxminlərini onlara qarışdiraraq “İncil” adı ilə yaymışdir. İsa Məsihin İncilinin birdən çox olmamasına baxmayaraq, müxtəlif və çoxlu, fərqli İncillər, ondan sonra yazılmış və hər bir yazar iddia etmişdir ki, onun yazdığı “İncil”, İsa Məsihin bəşərin xilası üçün gətirdiyi İncildir. Ingiltərənin Dövlət Ensiklopediyası, 25 incilin adını çəkərək, qeyd edir ki, bu incillər ilk əsrlərdə xristianlar arasında çox geniş yayılmışdı. Hər bir xristian ruhanisi, bu incillərdə müəyyən dəyişikliklər etmiş və bəzi incillərdən istifadə etməyi haram etmişlər.(cild 2, çap 13, səh.179-180) Xristian ruhani idarəsi, bu incillərdən dördünün rəsmiyyətini tanımış, qalanı isə etibarsız hesab etmişdir. Rəsmi dörd incil aşağıdakılardır: 1.Mattanın İncili: o, hz.Məsihin şagirdlərindən biridir, öz İncilini digər İncillərdən daha tez nəşr etmişdir. Bu İncilin nə vaxt yazildığı dəqiq bilinməsə də, bəziləri, 38, bəziləri isə 50, 60 cı illərdə yazıldığını iddia etmişlər.(Qamuse Ketabe Moqəddəs, Beyrut 1928 m.) 2.Marksın İncili: İncili şərh edən alimlərin(müfəssirlərin) nəzərinə görə o, həvari olmamışdır, öz İncilini, həvarilərdən olan Petrosun köməyi ilə yazmışdır. 3.Lukanın İncili: məşhur nəzərə əsasən o, öz İncilini, həvarilərdən olan Pulesin köməyi ilə yazmışdır. Luka həmişə səfərlərdə Pulesin yol yoldaşı idi. Incili təxminən 63 cü ildə yazmışdır.(Həmin mənbə) 4.Yuhənnanın(İohan) İncili: qədim yazarlar, bu İncili ən axırıncı yazılmış İncil bilirlər. əksər tənqidçilər, onun birinci əsrin sonlarında, bəziləri isə, ikinci əsrin əvvəllərində yazıldığına inanır. Onun müəllifinin, rəsul(elçı) Yuhənna deyil, şeyx Yuhənna olduğunu bildirmişlər.(Həmin) Qeyd olunmalıdır ki, bu dörd İncillərdə də, çoxlu bir-birinə əks və ziddiyyətli məsələlər mövcuddur. Bu xristian dünyasının rəsmi İncillərinin vəziyyətidir…! Buradan da etibardan salınmış incillərin vəziyyəti aydın olur. Göründüyü kimi, bu İncillərdən heç birisi, hz.Məsihin orjinal İncili deyil, hətta, bu dörd kitabın, öz müəlliflərinə aid olması qəti deyildir. Mattadan başqa heç bir müəllif, öz kitabının mətnini, hz.Məsihdən almamışdır. Həqiqətdə, Marksın İncili, Petrosun açıqlamalarının xülasəsi, Lukanın İncili isə, Pulesin fikirləridir. Bundan əlavə, Yuhənnanın İncilinin müəllifinin kimliyi də bəlli deyildir. Bu vəziyyətlə, Səf surəsində deyilən müjdənin, indiki İncillərdə qorunub saxlanmasına inanmaq çətinləşir. Amma Qurani-Kərim və İslam peyğəmbərinin nurunun, bütün əsrlərdə, qaranlıqları işıqlandırıb, aləmə saçması, Allah Təalanın iradə və istəyi olduğu üçün, İsadan sonra adı Əhməd olan peyğəmbərin gəlişi müjdəsi, Yuhənnanın İncilində açıq-aşkar qorunub saxlanmışdır. Incilin şərhçiləri, bu müjdəyə aid ayələri başqa istiqamətdə yozmağa çalışsalar da, həmin ayələrin mətnlərinə azacıq diqqət yetirməklə həqiqət gün kimi aydın olur. Yuhənnanın İncilindəki müjdə Bu müjdə dörd İncilin içərisindən təkcə Yuhənnanın İncilində 14, 15 və 16 cı fəsillərdə qeyd olunmuşdur, Suryani dilində (Suriya xalqının dili olmuşdur) yazılmış İncillərdə(Qeyd edək ki, bəzilərinin nəzərinə görə, İncillər arasında həqiqətə ən çox yaxın olan, Suryani dilində yazılmış İncillərdir) isə hz. Məsihin müjdə verdiyi peyğəmbərin adı “Farqlit” olaraq ifadə olunmuşdu. Yuhənnanın İncili, əvvəlcədən, yunan dilində yazıldığı üçün, bəzi alimlərin fikrinə görə bu kəlmə yunan mənşəlidir. (Buna işarə olunacaqdır.) Mühüm qeyd: 1. İsa Məsih ibri(yəhudi) dilində danışırdı, çünki, o, onların içində böyüyüb, boya-başa çatmışdı. Incillərin müəllifləri arasında, təkcə, Matta öz İncilini, ibri dilində yazmışdır. Qalan üç İncil isə, yunan dilində yazılmışdır. Buna əsasən, İsa Məsihin müjdəsində işlətdiyi həmin adın əsli, aradan getmişdir. Çünki, bu müjdə təkcə Yuhənnanın İncilində gəlmiş, o da yunan dilində yazmışdır. 2.”Farqlit” kəlməsi, Suriya xalqının danışmış olduğu suryani dilindədir və bu dildə yazılmış İncillərdə bu kəlmə işlənmişdir. Islam alimlərinin və İncilin şərhçilərinin yekdil nəzəri, bundan ibarətdir ki, bu söz, yunan dilindən alınmışdir. Amma bu sözün yunan dilində hansı kökdən alındığı barədə, nəzərləri toqquşmuşdur. Islam alimlərinin nəzərinə görə, bu söz yunanca “priklitus” kökündən alınmış, mənası Muhəmməd və Əhməddir.(qeyd edək ki, bu adların hər ikisi, ərəb dilində “həmd” kökündən olub mənası ” bəyənilmiş, tərifə layiq” deməkdir.) İncilin şərhçilərinin nəzərinə görə isə bu sözün yunanca kökü “parklitus”dur, bu da “təsəlli verən” mənasındadır. Buna əsasən, həqiqəti gərək ayələrin mətnlərində axtarasan. 3.Bu ehtimalı da verə bilərik ki, hz. Məsih müjdə verdiyi peyğəmbərin adını çəkib, məsələn: deyib ki, Əhməddir. Amma dördüncü İncilin müəllifi Yuhənna, həmin adı, öz zövqünə uyğun, yunancaya tərcümə etmişdir. Halbu ki, adlar tərcümə olunmamalıdır. 4.Ayətullah Cəfər Subhani “Əhməd movude İncil” kitabında yazır: Fars dilinə tərcümə olunmuş İncillərdə “Farqlita” təsəlli verən kimi verilmişdir, İncilin şərhçiləri onu “Ruhul-qudus” (Cəbrail, ya da, Allahın qeybi yardımı) kimi izah etmişlər. Biz möhkəm dəlillərlə sübut edərik ki, heç vaxt “Farqlitanı” “ruhul-qudus” kimi şərh etmək olmaz. 5.Farqlitanı “ruhul-qudus” kimi şərh edənlər bu cür deyirlər: İsa çarmıxa çəkildikdən 50 gün sonra “ruhul-qudus”, bir evdə toplaşmış həvarilərə nazil oldu. Gözlənilmədən şiddətli küləyin səsinə oxşar, səmadan bir səs gəldi, və onlar hamısı “ruhul-qudusla” doldular və müxtəlif dillərdə danışmağa başladılar, elə bil ki, onların ruhuna bu qüdrət verilmişdi.(Ə`male Həvaryin, 1-5 ci fəsillər) İncil Farqlitanın gəlişini müjdə verir Təhqiqatçıların nəzərinə görə İsa Məsihin berdiyi bu müjdə, Yuhənnanın İncilində, 14, 15 və 16 vi fəsillərdə gəlmişdir. Isa Məsih, özündən sonra, Farqlit adli bir şəxsin gəlişini, xəbər vermişdir və çoxlu faktlar vardır ki, bu şəxsin, islam Peyğəmbəri olduğunu bildirir. Indi biz İncilin bu barədəki ayələrini gözdən keçirək: “Əgər məni sevirsinizsə, mənim şəriətimi qoruyun və mən Atadan istəyərəm ki, başqasını sizə versin. O, əbədi olaraq sizinlə qalacaqdır. O, haq və doğru bir Ruhdur ki, dünya onu qəbul etmək iqtidarında olmaz, çünki, o (dünya), görmür və tanımır. Amma siz, onu tanıyırsınız, çünki, sizin yanınızda qalacaq və sixdə olacaqdır.(Yuhənnanın İncili, 14 cü fəsil, 15-17 ci cümlələr, London 1837 m) Mən bu sözləri aranızda ikən sizə söylədim, lakin, Atanın göndərəcəyi (Farqlit), hər şeyi sizə öyrədəcəkdir və mənim dediklərimi yadınıza salacaqdır.(14, cümlə 25-26) Bu hadisə baş verməmiş, sizə xəbər verdim ki, baş verəndə iman gətirəsiniz.(14, 29 cu cümlə) Ata tərəfindən sizin üçün göndərəcəyim Farqlit, doğru bir ruhdur ki, Ata tərəfindən gəlib, mənim barəmdə şəhadət verəcək, (peyğəmbərliyimi təsdiq edəcəkdir). (15, cümlə 26) Sizə doğrunu soyləyirəm, (Mən getməliyəm), getməyim sizin üçün faydalıdır, əgər, mən getməsəm, o Farqlit yanınıza gəlməz. Amma mən getsəm, onu sizin yanınıza göndərərəm…(16, cüm, 7-15)” Farqlitadan məqsəd nədir? Burada aydin faktlar, onu gostərir ki, Farqlitadan məqsəd, İsa Məsihdən sonra gələcək peyğəmbərdir, Ruhul-qudus yox: 1.Bəzi xristian qaynaqlarında qeyd olunur ki, İslamdan əvvəl incil alimlərinin inancında, Farqlita, gözlənilən peyğəmbər idi. Hətta bəziləri bundan sui-istifadə edərək özünü, gözlənilən Farqlita kimi təqdim etmiş və yalandan peyğəmbərlik iddiası etmişdir. Məsələn, ikinci əsrdə yaşamış və kiçik Asiyada yalandan peyğəmbərlik iddiası etmiş Mentis bu cür demişdir: mən, İsa Məsihin, gəlişindən xəbər verdiyi Farqlitayam. Nəticədə isə, bir qrup insan onun ardıcılı olmuşdur.(Ənisul-Ə`lam, c.2, səh.179) 2.İslam tarixindən də, tamamilə aydın olan bir fakt bundan ibarətdir ki, İslam Peyğəmbərinin seçildiyi dövrlərdə, xristian dünyasının siyasi və ruhani liderləri, İncilin vəd etdiyi peyğəmbərin intizarında olublar. Bu səbəbdən, Peyğəmbərin məktubu, Həbəşistan (Efiopiya)kralına təqdim olunanda, o, məktubu oxuyandan sonra, belə dedi: mən şəhadət verirəm ki, Muhamməd, kitab-əhlinin gözlədiyi həmin peyğəmbərdir. Musa peyğəmbər, İsanın peyğəmbərliyini xəbər verdiyi kimi, İsa da sonuncu peyğəmbərin gəlişini müjdə vermiş, onu əlamət və nişanələrini söyləmişdir.(Ət-Təbəgatul- Kubra, 1/179). Hz.Muhəmmədin(s) məktubu Şam qeysərinə təqdim olunanda, o, məktubu oxuduqdan və İslam Peyğəmbəri barədə təhqiqat apardıqdan sonra, o həzrətə bu cür cavab yazdı: məktubunuzu oxudum, dəvətinizdən agah oldum. Mən bilirdim bir peyğəmbər gələcək, amma güman edirdim ki, bu peyğəmbər Şamdan çıxacaqdır…(al-Kamil, 2/44) Bu tarixi mətnlərdən bəlli olur ki, onlar, bir peyğəmbərin intizarında olublar və bu intizarın kökü, şübhəsiz ki, İncildən qaynaqlanırdı. İncilin mətnindən əldə olunan nəticələr 1.Əgər fikir verdiniz isə, hz.Məsih öz sözlərini bu cür başlayır: “Əgər məni sevirsinizsə, şəriətimi qoruyun və mən Atadan istəyərəm ki, başqasını sizə versin. Həzrət burada öz məhəbbətini ona görə həvarilərinə xatırladır ki, öz ümmətindən bir qrupunun, bu xəbəri qəbul etməməsi ehtimalını verirdi. Ona görə, qəbul etmək üçün şərait hazırlayırdı. əgər Farqlitdən məqsəd, İncilin şərhçilərinin təsəvvür etdiyi kimi, Ruhul-qudus olsaydı, bu cür şərait hazırlamağa ehtiyac olmazdı. Çünki, Ruhul-qudus nazil olanda, qəlblərə və ruhlara elə təsir edirdi ki, şübhəyə yer qalmırdı. Amma məqsəd peyğəmbər olsa, bu cür şərait hazırlamağa böyük ehtiyac vardır. Çünki, bir peyğəmbır yalnız, həqiqətləri təbliğ və izah etmək yolu ilə qəlblərə təsir edə bilir. Bu zaman, yalnız insaflılar onu təsdiq edir, qalnları isə ona tabe olmur. Hətta, İsa Məsih, bu xatırlama ilə kifayətlənməyib, digər yerdə təkid edərək buyurdu: “Bu hadisə baş verməmiş, sizə xəbər verdim ki, baş verəndə iman gətirəsiniz.” Halbuki, Ruhul-qudusa iman gətirmək, heç bir tövsiyəyə ehtiyac yoxdur (Onsuz da, o, qəlblərə nazil olub, özünə təslim edir). 2.İsa (ə) buyurdu: “və mən Atadan istəyərəm ki, başqasını sizə versin.” Əgər, məqsəd başqa bir peyğəmbəri yaxud şəriəti verməkdirsə, bu zaman, heç bir irad tutula bilməz. Amma, əgər, məqsəd Ruhul-qudusu vermək olarsa, bu zaman, ayədə işlənən ” başqa” sözünə görə irad tutulacaq və mənaya xələl gələcəkdir. Çünki, Ruhul-qudus birdir və başqa birisi yoxdur. 3.İsa (ə) buyurdu: “Atanın göndərəcəyi (Farqlit), hər şeyi sizə öyrədəcəkdir və mənim dediklərimi yadınıza salacaqdır.” İncilin şərhçilərinə əsasən, Ruhul-qudus, əlli gündən sonra, Həvarilərə nazil olmüşdu.(36) Görəsən, bu seçilmiş insanlar, bu qısa müddət ərzində, İsanın dediklərini unutmuşdularmı ki, Ruhul-qudus onların yadına saldı və onlara yenidən hər şeyi öyrətdi? “Ata tərəfindən gəlib, mənim barəmdə şəhadət verəcək, (peyğəmbərliyimi təsdiq edəcəkdir). Görəsən, İsanın şagirdlərinin, Ruhul-qudusun, onun barəsində şəhadət verməsinə ehtiyacımı var idi!? Amma əgər, məqsəd, vəd verilmiş peyğəmbər olarsa, bu və bundan əvvəlki ayələrin mənası, düz olacaq və daha çox məntiqli olacaqdır. Çünki, İsanın ümməti, uzun zamanın keçməsi və keşişlərin İncili dəyişdirməsi səbəbindən, onun çoxlu qanunları unudulmuş, aradan getmiş, bir qrup insanlar isə, onu tamamilə unutmuşdular. Həzrət Muhəmməd (s), onların hamısını daha da mükəmməl şəkildə xatırlatdı, İsanın(ə) peyğəmbərliyinə şəhadət verib buyurdu: İsa da, mənim kimi peyğəmbər idi. Hz. Muuhəmməd (s), İsanın anası Məryəm xanım barəsində deyilən nalayiq iftiraları inkar edib, onu paklığa çıxartdı. Həmçinin, hz. İsa üçün iddia olunan allahlıq məqamını da inkar edərək, onu paklığa çıxartdı və buyurdu ki, İsa peyğəmbərin atasız dünyaya gəlməsi, uca Allahın qüdrətini göstərən bir möcüzə idi, bundan əvvəl də O, Adəmi atasız və anasız (torpaqdan) yaratmışdır. 4.” əgər, mən getməsəm, o Farqlit yanınıza gəlməz. Amma mən getsəm, onu sizin yanınıza göndərərəm…” Burada İsa peyğəmbər Farqlitin gəlişini, özünün getməsilə şərtləndirmişdir. əgər Farqlitdən məqsəd Ruhul-qudus olsa, onun İsaya nazil olması və hətta həvarilərin özünə belə, nazil olmasında İsa peyğəmbərin getməsi şərti olmamışdır. Çünki, İsa Məsih, həyatda olarkən də, Ruhul-qudus həvarilərə nazil olurdu. Xristianların idiologiyasına görə, İsa Məsih, həvariləri, təbliğ üçün, ətrafa göndərəndə, Ruhul-qudus onlara nazil oldu.(38). Amma əgər məqsədin, dünya miqyasli şəriət sahibi bir peyğəmbərin olduğunu qəbul etsək, bu zaman, onun gəlişinin, Məsihin gedişinə bağlı olduğu, aydın bir məsələ olacaqdır. əlbəttə faktlar bunlarla bitmir, başqa dəlilləri də göstərmək olar. Sonda, Fransa Böyük Dövlət Ensiklopediysının (cild-23, səh.4174), hz.Muhəmməd barəsində yazdıqlarından son dərəcə maraqlı bir parçanı, sizə təqdim edirik: “Muhəmməd, İslam dininin banisi, Allahın elçısı və peyğəmbərlərin sonuncusudur. Muhəmməd sözü, “çox təriflənmiş, bəyənilmiş” deməkdir və bu söz “şan, şərəf, tərif” mənsını verən “həmd” kökündən alınmışdır. Çox təəccüblü təsadüfə əsasən, onun digər bir adı da, elə “həmd” kökündən alınmış, muhəmməd sözünün sinonimi olan Əhməddir ki, böyük ehtimala görə, Ərəbistanın xristianları, bu adı, “Farqliti” müəyyən etmək üçün işlətmişlər. Əhməd sözü, “çox təriflənmiş, bəyənilmiş, cah-cəlallı” deməkdir. Bu söz yunanca “paraklitus” sözünün tərcüməsidir ki, səhvən, “prikliyus” sözünü, onun yerinə qoyublar. Buna əsasən, müsəlman dini yazıçıları, dəfələrlə xatırladıblar ki, bu sözdən məqsəd, islam Peyğəmbərinin gəlişini müjdələməkdir. Qurani-Məcid də, aşkar şəkildə, Səf surəsinin maraqlı bir ayəsində, bu mövzuya işarə edir.” Allahım, hz. Muhəmmədi (s) tanımaq üçün bizə yardım et! Amin! Müəllif: Hacı Samir Ağayev

Surələrin Fəziləti 30.12.2024

“Məaric” surəsinin fəziləti

İmam Sadiq (ə) buyurdu: Səələ Sailun surəsini çox oxuyun. Çünki hər kəs onu çox oxusa, Allah Qiyamətdə onun etdiyi günahdan soruşmaz, və Behişə ona Nəbiyyi-Əkrəm (s ə v v) və əhli beyti ilə birlikdə yer verər, inşaallah. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Hər kəs Səələ Sailun surəsini oxusa, Allah ona əhdə və əmanətə riayət edənlərin və həmçinin namazlarını qoruyanların savabını əta edər. Übəyy ibn Kəb Allahın Rəsulundan (s.ə.v.v) rəvayət edir: Hər kəs Məaric surəsini oxusa, Allah namaz qılan-ların, Həcc edənlərin, oruc tutanların, zəkat verənlərin və əmanətə riayət edən kəslərin savabını onun əməl dəftərində yazar. Əgər bir kəs gecə bu surəni oxusa, heç vaxt möhtəlim (cunub, cənabətli) olmaz. İmam Sadiq (ə) buyurdu: Hər kəsin Allaha və onun kitabına imanı vardırsa, bu surəni oxumağı tərk etməsin. Hər kəs gecə və gündüz bu surəni oxumağı davam etdirsə, hər cür hacəti olsa, qəbul olar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Quran Təfsiri 30.12.2024

“İbrahim” surəsi xülasə təfsiri və tərcüməsi

“İbrahim” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Ra. (Bu,) insanları öz Rəblərinin izni ilə qaranlıqdan nura – qüdrətli, tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır. O Allahın ki, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Şiddətli əzabdan ötrü vay kafirlərin halına! O kəslərin ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan sapdırır və onu əyməyə çalışırlar. Onlar uzaq bir azğınlıq içindədirlər. Biz hər bir peyğəmbəri yalnız öz qövmünün dilində danışan göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, qüdrətlidir, hikmət sahibidir. Biz Musanı möcüzələrimizlə göndərib (ona): “Qövmünü qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”. Bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır. —————————————————————————————- İmamlar (ə) Quranı bilən şəxslərdir: Surənin əvvəlində də qeyd etdiyimiz kimi, onun əsas hədəfi Quranın haqq olduğunu sübuta yetirməkdir. Allah-taala surənin sonunda eyni hədəfə bir daha işarə edərək Peyğəmbəri (s) inkar edən şəxslərə buyurur: Peyğəmbərin (s) şahidi Allah Özüdür. Habelə Quranı öyrənmiş, onu bilən, onu tam mənimsəmiş şəxs də Quranın Allah tərəfindən göndərildiyinə və Peyğəmbərin (s) Allahın elçisi olmasına şahidlik edir. Bir çox Əhli-beyt (ə) hədislərində “kitabı bilən şəxs”in İmam Əli (ə) və ondan sonrakı imamlar olduğu qeyd edilmişdir. Çünki onlar Quranı tam bilən və onun rəmzlərindən tam şəkildə xəbərdar olan şəxslərdir[1]. İbrahim surəsinin ümumi məzmunu: Bu surədə inanclar, öyüd-nəsihətlər, keçmiş xalqların ibrətamiz hekayələrindən bəhs edilir, peyğəmbərlərin missiyasi və səmavi kitabların göndərilməsinin məqsədi açıqlanır[2]. Peyğəmbər (s) Quranın icraçısıdır: Bu ayənin diqqət çəkən cəhəti Allahın “bu Quranı sənə nazil etdik ki, insanları qaranlıqdan işığa çıxarasan”, – deyə buyurmasıdır. Yəni Quran bəşəriyyətin hidayət və xilas kitabı olsa da, bir icraçıya ehtiyacı var. Həqiqət yolunu itirmiş insanları Quran vasitəsilə zülmətdən işığa çıxartmaq üçün Peyğəmbər (s) kimi bir rəhbərin olması şərtdir. Buna görə də bütün əzəmət və böyüklüyünə baxmayaraq, rəhbər, icraçı və bələdçi olmadan Quran bütün problemləri həll edə bilməz[3]. Peyğəmbərlər çağırışlarını öz xalqlarının danışdığı dildə etmişlər: Peyğəmbərlər birinci növbədə arasından seçildikləri xalqla təmasda olurdular. Peyğəmbərlərə göndərilən vəhyin ilk şüası həmin xalqa işıq salır, ilk səhabə və dostlar bu xalqın arasından seçilirdi. Buna görə də həqiqətləri daha aydın şəkildə çatdırmaları üçün hər bir peyğəmbərin arasından seçildiyi xalqın dilində danışması lazım idi. Bu ayədən həm də peyğəmbərlərin dəvətinin qeyri-adi bir dəvət olmadığı, insanların azğınlıqdan haqq yola çıxarılmasının möcüzəli şəkildə baş vermədiyi məlum olur. Yəni peyğəmbərlərin vəzifəsi arasından seçildikləri xalqın dilində danışıb onlara ilahi çağırışı izah etməkdən ibarət olmuşdur. İnsanları hidayət etmək və ya haqq yoldan sapdırmaq artıq peyğəmbərlərə aid olmayan bir işdir. Peyğəmbərlərin çağırışını qəbul və ya inkar etməsindən asılı olaraq insanları müvafiq şəkildə hidayət etmək və ya azğınlıq içində saxlamaq Allahın işidir[4]. Allahın günləri: Şübhəsiz ki, burada “günlər” deyilərkən xüsusi günlər nəzərdə tutulmuşdur. Bütün günlər və və bütün varlıqlar Allaha məxsus olduğu halda, xüsusi günlərin Allaha aid edilməsi şübhəsiz ki, həmin günlərdə baş vermiş və baş verəcək, onları başqa günlərdən fərqləndirən və Allahın hökmünü aşkara çıxaran hadisələrlə bağlıdır. Deməli, Allahın günləri deyilərkən şübhəsiz ki, Allahın hökmünün, təkliyini ifadə edən ayə və möcüzələrin, dəlil və sübutların zahir olduğu zamanlardır. Məsələn, insan öldüyü gün Allahın axirət dəlili aşkara çıxır, dünyaya aid olan səbəbiyyət qanunları öz təsirlərini itirir. Məsələn, Qiyamət günü heç kəs başqası üçün özbaşına bir iş görə bilməyəcək, hər şey Allahın əlində olacaq. Nuh, Ad və Səmudun qövmlərinin məhv olduğu günlər də buna misaldır. Həmin günlər Allahın güc və qüdrətinin, qalibiyyətinin aşkara çıxdığı, ilahi izzətin təzahür etdiyi günlərdir. İlahi rəhmət və nemətin təzahür etdiyi günlər də buraya aid edilə bilər. Yəni burada ilahi nemətlərin təzahür etdiyi günlərdən söhbət gedir. Məsələn, Həzrət Nuh (ə) və səhabələrinin gəmi ilə xilas olduğu, Allahın bərəkətindən faydalandığı, salamat qaldığı, İbrahim (ə) üçün odun gülüstana çevrildiyi gün və sair buna misaldır. Əhli-beyt (ə) hədislərində “Allahın günləri” üçün bir çox nümunələr qeyd edilmişdir. Bu günlərin ən bariz nümunəsi həzrət Mehdinin (ə) zühur edəcəyi gündür[5]. (Xatırla ki, bir) zaman Musa öz qövmünə demişdi: “Allahın sizə verdiyi neməti və sizi Firon əhlindən xilas etdiyi zamanı xatırlayın. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq var idi”. (Habelə xatırlayın ki, bir) zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər naşükürlük etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. Musa (İsrail oğullarına) dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirməzsiniz, çünki) Allah ehtiyacsızdır, tərifəlayiqdir”. Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının və onlardan sonra Allahdan başqa heç kəsin xəbəri olmadığı tayfaların xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz təbliğinə ezam olunduğunuzu inkar edirik və bizləri dəvət etdiyiniz barəsində şəkk-şübhə içindəyik!” Elçiləri dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi çağırır”. Onlar dedilər: “Siz də bizim kimi insanlarsınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Bizə açıq-aydın bir dəlil və möcüzə gətirin”. —————————————————————————————— Şükürün həqiqəti: Şübhəsiz ki, verdiyi nemətlərin müqabilində Allah-taalanın bizim şükürümüzə ehtiyacı yoxdur. Əgər şükür edilməsini göstəriş veribsə, bu, həmin nemətlərin artırılması üçündür. Əgər şükürün həqiqətini açsaq, onunla nemətin artması arasında hansı əlaqənin olduğuna və tərbiyəvi amil rolunda necə çıxış etdiyinə aydınlıq gələr. Şükür təkcə dildə təşəkkür edib “həmd Allah üçündür” deməkdən ibarət deyil. Şükürün üç mərhələsi var: birinci mərhələ neməti bəxş edənin kimliyinə diqqət yetirməkdən, ikinci mərhələ dildə təşəkkür etməkdən, üçüncü mərhələ əməldə şükür etməkdən ibarətdir. Yəni ilk öncə verilən nemətin bizə hansı məqsədlə bəxş edildiyi haqqında düşünüb onu öz yerində istifadə etməliyik. Əgər belə etməsək, nemətə nankorluq etmiş olarıq. Belə ki, göz nemətini Allahın nişanələrini görmək, qulaq nemətini Allahın ayələrini dinləmək, ağıl nemətini Aıllahı tanımaq üçün istifadə etsək və ümumiyyətlə, nemətlərin hər birini onlara aid olan yerlərdə istifadə etsək, Allaha şükür etmiş hesab edilirik. Yox, əgər dayanmadan dildə şükür etdiyimiz halda, həmin nemətləri zülm, itaətsizlik, xudpəsəndlik, lovğalıq, təkəbbür, Allaha yadlaşmaq vasitəsinə çevirəriksə, nemətlərə qarşı nankorluq etmiş sayılırıq. İmam Sadiq (ə) buyurmuşdur: “Şükürün ən aşağı dərəcəsi nemətlərin Allah tərəfindən verildiyini bilmək, Allahı yaddan çıxarmamaq və qəlbin özünü tamamilə nemətlərin ağuşuna atmaması, Allahın verdiynə razı olmaq, verdiyi nemətləri itaətsizlik vasitəsinə çevirməmək, nemətlərindən istifadə edə-edə əmr və qadağalarına qarşı çıxmamaqdır.” Bu hədisdən güc, qüdrət, elm, ağıl qüvvəsi, ictimai nüfuz, var-dövlət, sərvət, sağlamlıq üçün olan şükürün və nankorluğun necə olması aydınlaşır. İmam Sadiq (ə) bir hədisində belə buyurmuşdur: “Nemətin şükürü günahdan çəkinməkdir.” Buradan şükür etməklə nemətin artması arasında əlaqə olduğu da aydın olur. Əgər insanlar Allahın verdiyi nemətləri onların həqiqi yerlərində istifadə etsələr, əməli olaraq bu nemətlərə layiq olduqlarını sübuta yetirmiş olurlar. Bu ləyaqət isə daha böyük nemətin verilməsinə və ilahi lütfkarlığın artmasına səbəb olur[6]. Bunlarla yanaşı elə ləyaqətsiz insanlar da vardır ki, nəinki nemətin artımına layiq deyillər, hətta sahib olduqları da onlar üçün çoxdur[7]. Dünya və axirət xoşbəxtliyi peyğəmbərlərin (ə) göndərilmə səbəbidir: “O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi çağırır”. Bu kiçik cümlə peyğəmbərlərin əsas hədəfini bəyan edir. Belə ki, ilahi qanunlardan biri hər bir varlığın özünə xas olan xoşbəxtlik və səadətə yönləndirilməsidir. İnsan bu varlıq sisteminə aid olan növlərdən və sözügedən yönləndirmənin şamil oduğu varlıqlardandır. İnsanın malik olduğu həyat əbədi olduğu üçün dünya ilə məhdudlaşmır, ölümlə başa çatmır. Deməli, insan bu dünyada elə həyat sürməlidir ki, bu həyat onu əbədi xoşbəxtliyə qovuşdursun. Əgər insan dünyada başlı-başına buraxılarsa, nəfsani istəklərin təsiri altına düşər, nəticədə, itaətsizlik göstərib zülm edər, buna görə də iki əzaba düçar olar: birinci əzab insanı bu dünyada haqlayar, onun normal və təmiz bir həyat sürməsinə imkan verməz, əcəli çatmamış onu bu dünyadan aparar. Keçmiş xalqların düçar olduqları əzablar buna bir sübutdur. İkinci əzab etdiyi günahlara görə insanın o dünyada düçar olacağı və onu əbədi xoşbəxtlikdən məhrum edəcək əzabdır. Allah-taala insanı kamilləşdirmək üçün peyğəmbərlər göndərir və bu vasitə ilə onlara xoşbəxtliyə nail olmanın yollarını göstərir. Deməli, peyğəmbərlərə tabe olmanın iki faydası vardır: Birincisi, dünyəvi faydadır. Allah-taala bu fayda haqqında belə buyurmuşdur: “Müəyyən edilmiş vaxta qədər sağ qalmağınız və dünya nemətlərindən faydalanmağıız üçün”. İkincisi, axirət faydasıdır. Allah-taala bu fayda haqqında da belə buyurmuşdur: “İtaət göstərəcəyiniz təqdirdə günahlarınızı bağışlamaq, axirət əzabından xilas olmağınız və əbədi xoşbəxtliyə nail olmağınız üçün”[8] Peyğəmbərləri onlara dedilər: “(Bəli) biz də sizin kimi bir insanıq. Lakin Allah bəndələri arasından istədiyinə (və layiq gördüyünə) nemət bəxş edir (peyğəmbərlik verir). Allahın əmri olmadan biz sizə heç bir möcüzə göstərə bilmərik. Möminlər ancaq Allaha təvəkkül etsinlər. Bizə (xoşbəxtlik) yollarını göstərdiyi halda, nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Təvəkkül edənlər yalnız Allaha təvəkkül etsinlər”. Kafirlər peyğəmbərlərinə dedilər: “Bizim dinimizə qayıtmayınca sizi öz torpağımızdan qovacağıq!” Rəbləri isə onlara belə vəhy etdi: “Biz zalımları məhv edəcəyik.” Onlardan sonra sizi yerdə sakin edəcəyik. Bu, məqamdan (ədalətdən) və əzabımdan qorxanlara aiddir”. Onlar (Allahdan) qələbə istədilər. Hər bir azğın dikbaş ziyana uğradı. Onu Cəhənnəm gözləyir; (orada) ona irinli, üfunət qoxulu su içirdiləcək. Öz istək və meyli ilə içməyə hazır olmadığı bu suyu qurtum-qurtum içəcək. Ona hər yerdən ölüm gələcək, lakin o ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir. Rəblərini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən az da olsa, heç bir fayda əldə edə bilməzlər. Budur uzaq və uzun azğınlıq! —————————————————————————————- Üfunətli, pis qoxulu su: Peyğəmbər (s) bu ayə barəsində belə buyurmuşdur: “O üfunətl və pis qoxulu suyu cəhənnəmlik şəxsin yanına aparacaqlar. O, özünü arxaya çəkəcək. Bu vaxt daha da yaxınına aparacaqlar. Üzü onun hərarətindən bişəcək, başının dərisi soyulacaq. Bu suyu ona içirdiklərində içi parça-parça olacaq, bədəninin aşağı hissəsindən süzüləcək. Allah-taala onların barəsində belə buyurmuşdur: “Onlara içlərini parçalayan qaynar sudan içirdiləcək.” Həmçinin buyurmuşdur: “Su istədiklərində onlara üzləri bişirən dəmir ərintisinə bənzər bir su gətirəcəklər”[9]. Qeyri-müsəlman yaxşı əməl sahibləri və ixtiraçıların mükafatı: Quranın bu və digər ayələrinə əsasən deyə bilərik ki, kafirlər və tövhid inancı olmayan şəxslərin əməlləri zahirdə yaxşı və gözəl olsa da, Allah yanında heç bir dəyərə malik deyil. Çünki insan varlığını bir ağaca bənzətsək, inanc və etiqadlar onun kökü, əməl və davranışlar isə budaq və yarpaqları simvolizə etmiş olacaq. Kafirlərdə ağacın kökləri çürümüşdür. Həmin ağac kənardan gözəl və möhkəm görünsə də, kökü yoxdur. Buna görə də dəyərsizdir. Burada ortaya belə bir mühüm sual çıxır: Bütün ömrünü xalqa, insanlara xidmət etməyə sərf etmiş və yaxşı işlər görmüş kafirin vəziyyəti necə olacaq? Qeyd etməliyik ki, bu cür insanların vəziyyəti iki haldan xaric deyil; onlar ya maddi maraq güdüb varlanmaq, şöhrət qazanmaq istəyiblər, ya da insani maraqlar güdüb, yalnız insanlığa xidmət haqqında düşünüblər. Birinci qrupun vəziyyəti məlumdur. Onlar heç özləri də Allahdan və insanlardan heç nə güdməyiblər. Onların niyyəti mənfəət əldə etmək və məşhurlaşmaq olub, buna da nail olublar. İkinci qrupa gəldikdə, şübhəsiz ki, onlar Allah tərəfindən layiq olduqları mükafatı alacaqlar. Bu mükafat bu dünyada da verilə bilər, o dünyada da. Ancaq bir məsələ gün kimi aydındır ki, alim və adil Allah onları mükafatsız qoymayacaq. Ancaq bu mükafatlandırmanın necə olacağı xırdalıqları ilə bizə məlum deyil. Bu qədər deyə bilərik ki, “Allah yaxşı işlər görənlərin mükafatını puç etməz”. Əgər insanlara xidmət imanla müşayiət olunarsa, əməl sahibi Allah tərəfindən ən yüksək mükafata layiq görüləcək. Əks təqdirdə mükafatdan tamamilə məhrum olacaq. Əlbəttə, əməlin mükafatı Cənnətə daxil olmaqla şərtlənmir. İmam Kazim (ə) hədislərinin birində belə buyurmuşdur: “Bəni-İsraildə mömin bir kişinin kafir bir qonşusu var imiş. Kafir kişi mömin qonşusu ilə çox yaxşı davranırmış. Dünyasını dəyişdikdən sonra Allah ona odun istisini dəf edəcək bir ev bəxş etdi… Ona deyildi: Bu, mömin qonşunla yaxşı davrandığın üçündür.” Peyğəmbər (s) Qüreyş başçılarından və Cahilyyət dövrünün məşhur müşriklərindən olan Abdullah ibn Cədanın haqqında belə buyurmuşdur: “Cəhənnəm sakinləri arasında ən az əzab görən şəxs Cədandır.” Səbəbini soruşduqda buyurmuşdu: “Çünki o, aclara yemək verirdi”. Peyğəmbər (s) Ədiyy ibn Hatəmə (Hatəm Tainin oğluna) belə buyurmuşdur: “Səxavətinə görə şiddətli əzab atandan götürülmüşdür.”[10] Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsənmi? Əgər istəsə, sizi aparıb yeni bir məxluq gətirər. Bu, Allah üçün çətin deyildir. (Qiyamət günü) onların hamısı Allahın hüzuruna çıxarılacaq. Bu vaxt zəiflər (nadanların arxasınca düşüb gedənlər) təkəbbürlük edənlərə (və azğın rəhbərlərə) deyəcəklər: “Biz sizə tabe idik. (İndi) siz Allahın əzabının bir hissəsini qəbul edib bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. (Ancaq artıq iş-işdən keçib. İndi) dözümsüzlük göstərsək də, səbir etsək də bizim üçün eynidir. Qaçacaq yolumuz yoxdur”. İş bitdikdə Şeytan deyəcək: “Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədə xilaf çıxdım. Mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi. Mən sizi yalnız dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin fəryadınıza çata bilərəm, nə də siz mənim fəryadıma çata bilərsiniz. Mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Şübhəsiz ki, zalımlar üçün üzücü bir əzab var. İman gətirib saleh əməllər edənləri isə ağacları altından çaylar axan, Rəbbinin izni ilə içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəklər. Onların orada qarşılaşarkən bir-birinə edəcəkləri dua: “Salam!” olacaqdır. Allahın xoş bir sözü kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağaca necə bənzətdiyini görmədinmi? ———————————————————————————- Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik: “Hidayət” (doğru yola yönəltmək) deyilərkən Cəhənnəm əzabından xilas yolunu göstərmək nəzərdə tutulur. Yəni təkəbbürlü azğın rəhbərlər əzab içində yandıqları halda nadan ardıcıllarına deyəcəklər: “Əgər Allah bizə Cəhənnəmdən çıxmağın yolunu göstərsəydi, biz də sizə göstərərdik. Niyyətləri dünyada haqq dinə doğru yönləndirmə də ola bilər. Yəni Allah dünyada bizi doğru yola yönəltsəydi, biz də sizi yönəldərdik. Lakin biz təkəbbürümüz, siz də axmaqlığınız ucbatından azğın və Cəhənnəmlik olduq. Əslində, hər iki təfsir eyni məzmunu ifadə edir. Çünki Qiyamət günü aşkara çıxan insanın dünyadakı inancları və əməllərindən başqa bir şey deyil. Onların həqiqəti bu dünyada bəlli olmasa da, axirətdə üzə çıxacaq.[11] Şeytanın vəsvəsəsi insanın ixtiyarını əlindən almır: Bu ayədən belə başa düşülür ki, Şeytanın vəsəvəsələri insanın ixtiayını, iradəsini və azadlığını ondan almır. Əslində, Şeytanın işi yalnız dəvət etmək və çağırmaqdır. İnsanlar Şeytanın dəvətini öz iradələri ilə qəbul edirlər. Ancaq insanın yanlışları və günahları davam etdirməsi elə həddə çata bilər ki, artıq Şeytanın vəsvəsələri qarşısında heç bir ixtiyarı olmaz. Narkotika aludəçilərinin asılılığını buna misal göstərmək olar. “Nəhl” surəsinin 99-100-cü ayələrində Allah-taala belə buyurmuşdur: “Şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünün himayəçisi edənlər və Allaha şərik qoşanlar üzərindədir.” Şeytan bu şəkildə öz günahlarını onun boynuna atan, onu azğınlıqların səbəbkarı hesab edən, ona lənətlər yağdıranların hamısının cavabını verir və özlərini sudan quru çıxarmağa çalışanların puç məntiqlərini alt-üst edir[12]. Pak tövhid ağacı: Quran ayələrinə diqqətlə nəzər saldıqda məlum olur ki, pak ağaca bənzədilmiş “pak söz” deyilərkən Allahın təkliyinə həqiqi və sabit inam nəzərdə tutulmuşdur. Bu etiqadın kökü və əsası əsla məhv olmur, dəyişikliyə və çevrilməyə məruz qalmır. Buna görə də o, bütün həqiqətlərin və bərəkətlərin cücərdiyi sabit ağac kökünə bənzədilmişdir. İnsan cəmiyyətinin həqiqi həyatı, maddi və mənəvi varlığının asılı olduğu pak inanclar, gözəl əxlaq və saleh əməllərin hamısı bu kökdən qaynaqlanır. Tövhid və allahpərəstlik insanın varlığına kök atdığı zaman insan özü həmin pak ağacın bir nümunəsinə çevrilir, bir tərəfdən qəlbi və ruhu aləmin Rəbbinə qovuşur, digər tərəfdən insanlar onun varlığının bərəkətindən bəhrələnirlər. Buna görə də bu ayəni izah edən Əhli-beyt (ə) hədislərində sözügedən pak ağac İslam peyğəmbəri (s) və onun pak ailəsi hesab edilmişdir. Hətta sabit və sarsılmaz tövhid inancından qaynaqlanan, xeyir və bərəkəti bütün dünyanı bürüyən istənilən düzgün etiqadı və hər bir saleh əməli bu ağacın bir nümunəsi hesab etmək olar[13]. Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, xatırlayıb (ibrət alsınlar). Pis sözü isə yerdən qopardılmış və artıq sabit dura bilməyən pis bir ağaca bənzədib. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də sabit etiqad və sözünə görə möhkəm saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər. Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını yoxluq və həlak yurduna sürükləyənləri görmədinmi? Onlar Cəhənnəmin oduna girəcəklər. Ora necə də pis yaşayış yeridir! Onlar (insanları) Allah yolundan sapdırmaq üçün Ona ortaqlar qoşdular. De: “(Bir neçə gün dünyanın ləzzət və zövqündən) bəhrələnin! Aqibətiniz oddur”. İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər. Göyləri və yeri yaradan, göydən su endirən, o su ilə sizin üçün ruzi olaraq meyvələr yetişdirən, əmri ilə dənizdə üzməsi üçün gəmiləri sizə tabe və çayları ram edən Allahdır! (Nizam-intizamlı bir proqram üzrə) davamlı hərəkətdə olan Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur. —————————————————————————————– Küfr və günahın çirkin ağacı: “Pis söz” xəbis və çirkin olan bütün anlayışları əhatə edir. O cümlədən çirkin, bəyənilməyən danışığa, azdırıcı və səhv proqramlara, çirkin insanlara şamil olur. Təbii ki, kökdən qoparılmış çirkin və pis ağac boy atmaz, inkişaf etməz, ucalmaz, gül açmaz, meyvə gətirməz, kölgə salmaz, mənzərəsi olmaz, sabit və möhkəm olmaz. Belə bir ağac yandırılmaqdan başqa heç bir dərdə dəyməz[14]. Bəzi hədislərdə çirkin Əməvi sülaləsi və ya Əhli-beyt düşmənləri bu ağacın bir nümunəsi hesab edilmişdir[15]. Haqq yolunda qətiyyətli və sabitqədəm olmağın mükafatı: Allah-taala bu ayədə qətiyyətli imanları ilə sabitqədəm olan möminləri mətin olmalarına görə dünya və axirət həyatında düz yoldan sapıntıdan qoruyacağını, xoşbəxtlik yolunda saxlayacağını vəd verir. İnsanın kamillik yüksəlişində adlamalı olacağı mühüm mərhələlərdən biri dünyadan Bərzəx aləminə köçməkdir. Bu ayənin təfsirini ehtiva edən çoxlu sayda hədisdə Allah-taalanın bu qorxulu və dəhşətli mərhələdə mömini sapıntıdan qoruyacağı qeyd edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Bizim dostlarımız və şiələrimizdən biri can verərkən Şeytan onun sağına və soluna keçib onu bizdən uzaqlaşdırmağa çalışır. Ancaq Allah onun sapmasına imkan vermir. “Allah iman gətirənləri sabit saxlayar” ayəsinin mənası budur.” Əlbəttə, bu, insanin kamillik yüksəlişindəki bir mərhələsidir. Allah bu ayədə sabitqədəm möminləri dünya və axirətdə bütün sapmalardan qoruyacağını vəd vermişdir[16]. Allahın nemətini küfrə dəyşənlər: Bunlar Allahın nemətlərinə şükür etmək əvəzinə nankorluq edən, Allahın nemətlərindən O razı qalmadığı şəkildə istifadə edən küfr rəhbərləri, doğru yoldan sapmış keçmiş ümmətlər və Peyğəmbər (s) ümmətidir. Allahın nemətlərinə ən yaxşı şükür edənlər onlardan Allahın razı qaldığı şəkildə istifadə edənlərdir. Dildə şükür etmək şükürün bir mərhələsidir. Beləliklə, küfr rəhbərləri həm özlərini, həm də xalqlarını yandırıcı Cəhənnəmə sürükləyirlər. İmam Əli (ə) belə buyurmuşdur: “Biz (Əhli-beyt) Allahın bəndələrinə bəxş etdiyi nemətik.” Allahın nemətləri saysız-hesabsızdır. Məsum imamlar (ə) Allahın insanlara bəxş etdiyi ən böyük nemətdir[17]. 32-33. Hər şey sənə ram edilmişdir: Quran nöqteyi-nəzərindən insan o qədər əzəmətlidir ki, bütün varlıqlar Allahın əmri ilə ona ram edilmişdir. Yəni ya onların ixtiyarı insanın əlindədir, ya da insanın mənafeyi üçün hərəkətdədirlər. İnsan o qədər yüksəldilmişdir ki, bütün yaradılış kompleksində bir ali hədəfə çevrilmiş, hər şey ona ram edilmiş, onun əmrinə verilmişdir. Bütün bu nemətlərin şərhi insana yeni şəxsiyyət bəxş edib onu öz əzəmətli məqamı ilə tanış etməklə yanaşı, onda şükür etmək hissini də oyadır. Qeyd etmək lazımdır ki, ram etmək Quranda iki mənada işlədilmişdir: Günəş, Ay və sairənin mövcudluğunun insanların maraqlarına xidmət etməsi ram etmənin bir, gəmilərin dənizlərədə üzməsinin ixtiyarının insana verilməsi isə onun başqa formasıdır[18]. O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. İnsan zalım və naşükürdür. (Xatırla!) Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq şəhəri et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır. Ey Rəbbim! Onlar çox adamı azdırıb. Kim mənə tabe ol­­sa, o, məndəndir. Kim də mənə itaətsizlik göstərsə, Sən bağışlayansan, rəhimlisən. Ey Rəbbimiz! Namaz qılsınlar deyə mən övladlarımdan bəzisini Sənin mühafizə olunan evinin  yaxınlığında, heç bir bitki və su olmayan yerdə sakin etdim. İnsanların bir dəstəsinin qəlbini onlara meyilli et və onlara məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər. Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç nə Allahdan gizli deyil. Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim dua eşidəndir. Ey Rəbbim! Məni də, övladlarımdan olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!” Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Əslində, onların (cəzasını) gözlərin bərələ qalacağı günə saxlayır. ————————————————————————————- Ehtiyac duyduqlarınız sizə verilib: Bu ayədə Allahın insanlara lütfkarlıq göstərdiyi, istədiklərinin bir qisminin verildiyi qeyd edilmişdir. Çox vaxt insan özü bilmədən Allahdan ziyanına, hətta məhvinə səbəb olacaq şeylər istəyir. Lakin elm, hikmət sahibi olan mehriban Allah belə bir istəyi yerinə yetirmir. Çox vaxt da insan dili ilə Allahdan nəyisə istəmir, ancaq daxildən, içdən, təbiəti və varlığı ilə onu təmənna edir. Allah insanın dilinə gətirməyib varlığının dərinliklərində təmənna etdiyi bu şeyi ona verir. “İstədiyini” ifadəsini həm sözlü, həm də sözsüz istəyə şamil etmək olar[19]. İbrahimin həqiqi övladları: Öncəki ayədə həzrət İbrahimin (ə) Allahdan onu və övladlarını bütpərəstlikdən uzaq etməsini istədiyini oxuduq. Bununla da onun insanları müşrik və təkallahlı olmaq üzrə iki qrupa böldüyünün şahidi oluruq. Nəzər nöqtəsi olan ayədə isə İbrahim (ə): “Kim mənim yolumu getsə, məndəndir, qəlbində və əməlində mənim yolumdan üz döndərib özünü şirkə bulaşdıran şəxs məndən deyil”, – deyə buyurur. Bəlkə də həzrət İbrahim (ə) bu duasında çox gözəl bir tərzdə demək istəyib ki, İlahi, mən Səndən övladlarımın şirkdən uzaqlaşdırılmasını istəsəm də, əslində, həqiqi övladlarım, hətta bioloji olaraq mənim nəslimdən olmasalar belə, mənim dinimə tabe olan və Sənə ibadət edənlərdir. Tövhid dinindən üz çevirənlərin, hətta bioloji olaraq mənim nəslimdən olsalar da, mənə heç bir aidiyyatı yoxdur. Bu, çox mühüm bir məsələdir. Allah və Onun övliyalarının nəzərində dəyərli olan şey zahiri əlaqələr deyil. Allahın nəzərində dəyər meyarı peyğəmbər və imamlarla olan mənəvi əlaqə və ruhi bənzərlikdir. Hədislərin birində İmam Sadiqin (ə) belə buyurduğu nəql edilmişdir: “Bizi sevən biz Əhli-beytdəndir.” (Ravi deyir:) Soruşdum: “Sənə fəda olum, sizdəndir?” Buyurdu: “And olsun Allaha, bizdəndir. Məgər Allahın İbrahim haqqında buyurduğu “kim mənə tabe olsa, həqiqətən, o, məndəndir” kəlamını eşitməmisən?” İmam Sadiqə (ə) aid edilən başqa bir hədisdə deyilir: “Sizlərdən hər kəs Allahdan qorxsa və saleh əməl sahibi olsa, o, biz Əhli-beytdəndir.” Ravi soruşdu: “Siz Əhli-beytdəndir?” Buyurdu: “Bəli, biz Əhli-beytdəndir. Çünki İbrahim (ə) bu barədə belə buyurmuşdur: “Kim mənə tabe olsa, həqiqətən o, məndəndir” Ömər ibn Yezid soruşdu: “Belə bir şəxs Ali-Mühəmməddəndir?” Buyurdu: “Bəli, and olsun Allaha, Ali-Mühəmməddəndir. Məgər Allahın “İbrahimə ən yaxın olan şəxslər ona tabe olanlardır”, həmçinin “kim mənə tabe olsa, həqiqətən o, məndəndir”, – deyə buyurduğunu eşitməmisən?”[20] Hacər və İsmailin Məkkədə tərk edilməsi: İbrahimin (ə) kənizi Hacərdən bir oğlu olur, adını İsmail qoyur. Paxıllıq onun birinci arvadı Saraya güc gəlir və Hacərlə övladı İsmailin varlığına tab gətirə bilmir. Buna görə də İbrahimdən (ə) onları başqa bir yerə aparmasını istəyir. İbrahim (ə) Allahın əmri ilə bu istəyi yerinə yetirir və İsmail ilə Hacəri o dövrlərdə quru, yaşayış üçün əlverişsiz olan Məkkə çölünə aparır. Orada onlarla vidalaşıb geri dönür. Çox çəkmir ki, körpə və ana günəşin istisi altında susayırlar. Hacər körpəsinin canını xilas etmək üçün çox çalışır. Bu yerin böyük bir ibadət mərkəzi olmasını istəyən Allah Zəmzəm bulağını üzə çıxarır. Bir müddətdən sonra bu yerin yaxınlığından keçən bədəvi Cürhüm qəbiləsi hadisədən xəbər tutub orada məskən salır və bu gedişlə Məkkə şəhərə çevrilir[21]. Boyunlarını uzadıb başlarını səmaya doğru yuxarı qaldıracaq, hətta kipriklərini belə qırpmayacaqlar. Ürəkləri boşalacaq. İnsanları ilahi əzabın gələcəyi günlə qorxut. O gün zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərin arxasınca gedək”. (Ancaq onlara belə cavab veriləcək:) “Məgər daha əvvəl siz fani olacağınız barədə and içməmişdiniz?! Siz özlərinə zülm edənlərin evlərində məskunlaşdınız. Onlarla necə davrandığımız sizə aydın oldu və sizə misallar da çəkdik”. Onlar öz hiylələrini qururdular. Onların hiyləsi dağları yerindən oynatsa belə, Allaha bəllidir. (Hiylələri sənə heç nə edə bilməz). Allahın Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma. Çünki Allah qüdrətlidir, intiqam alandır. O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq və insanlar tək olan qüdrətli Allahın hüzurunda duracaqlar. O gün günahkarları bir-birinə zəncirlənmiş görəcəksən. Onların paltarları qətrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. Allah hər kəsə qazandığının əvəzini vermək üçün belə edəcəkdir. Allah sürətli haqq-hesab çəkəndir! Bu (Quran), insanlara bir ismarışdır. Qoy hamı onun vasitəsilə həm qorxsun, həm Onun tək olan tanrı olduğunu bilsin, həm də ağıl sahibləri ibrət alsınlar. —————————————————————————————- Qiyamət günü zalımların vəziyyəti: Əvvəlki və bu ayədə Qiyamətin beş xüsusiyyəti qeyd edilmişdir: Gözlərin bərəlməsi, boyunların uzanması, başların səmaya doğru yuxarı qaldırılması, kipriklərin qırpınmaması, hər şeyin unudulması. Bu xüsusiyyətlər Qiyamət gününün qorxu və dəhşətindən xəbər verən xüsusiyyətlərdir. Öz məğrur və təkəbbürlü baxışları ilə hər şeyə istehza dolu nəzərlərlə baxan adamlar həmin gün elə aciz duruma düşəcəklər ki, hətta gözlərini qırpmağa belə qüdrətləri çatmayacaq. Qorxulu və dəhşətli mənzərələri görməmək üçün gözlərini göyə dikəcəklər, çünki baxdıqları hər tərəfdə dəhşətli mənzərələrin şahidi olacaqlar. Özlərini tam ağıl sahibi, başqalarını ağılsız sayanlar ağıllarını elə itirəcəklər ki, donmuş, qurumuş, təfavütsüz, hərəkətsiz, qorxu və dəhşət dolu baxışları dəlilərin, hətta ölülərin baxışlarını xatırladacaq. Həqiqətən, Quran hər hansı mənzərənin təsvirini verərkən ən qısa ifadələrlə ən kamil təsvirləri verir. Bu iki ayə də bunun bir nümunəsidir[22]. Bu ayədə hansı günə işarə edilmişdir? Keçən iki ayədə zalımların Qiyamətdəki vəziyyətinə, qorxulu gündə onların vəziyyətinin nə qədər çətin olacağına işarə edilmişdir. Bu ayədə də insanlar ilahi əzabın gələcəyi günlə təhdid edilir. Əllamə Təbatəbai kimi böyük təfsirçilər hesab edirlər ki, burada Qiyamət günü deyil, ilahi əzabın bu dünyada qəfildən gəldiyi, peyğəmbərlərlə onların ümmətləri arasındakı anlaşılmazlığa aydınlıq gətirən, peyğəmbərlərlə düşmənçilik edən zalımların və təkəbbürlülərin məhv edildiyi gün nəzərdə tutulmuşdur. Bu əzab peyğəmbərlərə itaətsizlik göstərən bütün ümmətlər üçün təyin edilmiş və əcəllərinin çatdığı vaxt gerçəkləşən bir əzabdır. Quranda Lut, Hud, Səmud və sair ümmətlərin dünyəvi əzabları açıq şəkildə ifadə edilmişdir. Hətta Peyğəmbərdən (s) sonra onun ümməti hesab edilən bütün insanlar da bu qanundan istisna edilməmişdir. Quranın bir çox ayələrində bu ümmətə elə bu dünyada əzab vədi verilmişdir. İlahi əzabın bu ümmətin zalımlarını yaxalayacağı və məhv edəcəyi gün artıq şirk və günahın kökü kəsiləcək, yer üzündə təkcə möminlər qalacaq. Allah-taala bu barədə belə buyurmuşdur: “Biz Zikrdən (Tövratdan) sonra Zəburda da Mənim saleh bəndələrimin yer kürəsinin varisi (hakimi) olacağını yazmışıq.” (Ənbiya surəsi, 105-ci ayə)[23] Əhli-beyt (ə) hədislərində “Ənbiya” surəsinin 105-ci ayəsinin İmam Mehdinin (ə) zühuruna işarə etdiyini oxuyuruq. Hədislərdə qeyd edilir ki, yer üzü zülm və haqsızlıqla dolduqdan sonra o, buranı haqq-ədalətlə dolduracaq[24]. Qiyamət təsəvvür edilə bilməyəcək bir hadisədir: Qiyamət günü yer və göylərin əvəzlənəcəyindən bəhs edən ayələri dərindən araşdırdıqda bu mövzunun ağıl və düşüncənin fövqündə olduğu, təsəvvürə sığmayacaq qədər əzəmətli bir hadisə olduğu aydın olur. Təkcə bu qədər başa düşmək olar ki, həmin gün kainatın mövcud sistemi tamamilə dəyişəcək və başqa bir forma alacaq. Bu mövzunu ehtiva edən hədislərdə hissi qavrayışlar əsasında verilən izahların əsas məqsədi ayənin mənasını insanlara uyğun misallarla başa salmaqdır. Quranın çox ayələrində vəziyyət eynidir. Nümunə üçün “Nəbə” surəsinin 20-ci ayəsinə baxaq: “Qiyamətdə dağlar hərəkətə gələcək, ilğıma dönəcəkdir.” Məlumdur ki, “dağların ilğıma dönməsi” deyilərkən onların, ilğım formasına düşməsi deyil, yerlərindən hərəkət etməsi və məhv olması nəzərdə tutulur. Torpağın gümüş formasına düşəcəyini ifadə edən hədislər ağıl və düşüncəyə uyğun izahı ehtiva edir. Yoxsa ki, həmin günün həqiqəti ağıl və dərrakəmizin hüduları xaricindədir[25]. [1] Əl-Mizan, c.11, səh.389 [2] Nümunə, c.10, səh.259 [3] Nümunə, c.10, səh.267 [4] Nümunə, c.10, səh.269; Əl-Mizan, c.12, səh.15 [5] Əl-Mizan, c.12, səh.17 [6] Nümunə. c.10, səh.278 [7] Mənşuri-cavid,c.1, səh.248 [8] Əl-Mizan, c.12, səh.26 [9] Biharul-ənvar, c.8, səh.244 [10] Nümunədən iqtibas, c.10, səh.314 [11] Əl-Mizan, c.12, səh.42 [12] Nümunə, c.10, səh.327 [13] Əl-Mizan, c.12, səh.49 [14] Nümunə, c.10, səh.335 [15] Ətyəbül-bəyan, c.7, səh.384 [16] Əl-Mizan, c.12, səh.54 [17] Əl-Mizan, c.12, səh.63 [18] Nümunə, c.10, səh.355 [19] Nümunə, c.10, səh.357 [20] Əl-Mizan, c.12, səh.69 [21] Nümunə, c.10, səh.362 [22] Nümunə, c.10, səh.375 [23] Əl-Mizan, c.12, səh.80 [24] Əl-Mizan, c.14, səh.338 [25] Əl-Mizan, c.12, səh.87

Əhli-Beyt (ə) dahilərin baxışında 29.12.2024

Qərb alimlərinin İmam Hüseynə (ə) baxışları(Tomas Masarik)

İmam Hüseynin (ə) şəhadəti o qədər acı bir hadisədir ki, hətta müsəlman olmayan alimlərin belə, qəlbini titrətmiş və onlar da İmamın (ə) uca məqamını etiraf etmişdilər. Bu alimlərdən biri Tomas Masarikdir ki, o, deyir: “Tarixçilərin və tədqiqatçıların bir çoxu bu inqilabın həqiqətindən xəbərdar deyildirlər. Ona görə də cahilcəsinə hökmlər verirlər. Bilmirlər ki, bu inqilab İslam dünyasında necə dəyişikliklərə səbəb olmuşdur. Hindistanda olan Əli (ə) davamçılarının son 200 ildə keçirtdikləri əzadarlıqlara nəzər salsaq, deyə bilərik ki, əgər inkişaf etmiş və zəngin bir ölkədə əzadarlıq keçirtmək istəsələr və milyonlarla dollar pul xərcləsələr, yenə də bu cür matəm təşkilatları bərpa etməyə müvəffəq olmayacaqlar, bu cür həyəcan və sevgini meydana gətirə bilməyəcəklər”.  

QURANI KƏRIM 29.12.2024

“Rəd” surəsi xülasə təfsiri və tərcüməsi

“Rəd” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim, Ra. Bunlar kitabın ayələridir. Rəbbin tərəfindən sənə nazil edilən haqdır, lakin insanların çoxu inanmır. Göyləri gözlə görülə bilən sütunlarsız yüksəldən, sonra da ərşə ucalan (dünyanın idarəçiliyini hakmiyyəti altına alan), müəyyən vaxta qədər hərəkət edən günəşi və ayı ram edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini izah edir ki, bəlkə Rəbbinizlə görüşə əminliklə inanasınız. Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. Gecəni gündüzün üzərinə örtür. Bunlarda fikirləşənlər üçün əlamətlər vardır. Yer üzündə bir-birinə yaxın müxtəlif hissələr, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Biz meyvə baxımından birini digərindən üstün edirik. Bunlarda ağıllarını işlədənlər üçün əlamətlər vardır. Əgər təəccüblənirsənsə, əsl təəccüblüsü: “Biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözüdür. Onlar Rəblərini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar. ————————————————————————————– “Rəd” surəsinin ümumi məzmunu: Bu surənin əsas məqsədi Quranın haqq olduğunu, bu səmavi kitabın möcüzə, Peyğəmbərin (s) peyğəmbərliyinin nişanəsi olduğunu sübuta yetirməkdir. Müşriklər heç bir əsas olmadan onun Allahın dəlili və Peyğəmbərin (s) möcüzəsi olmadığını, peyğəmbərin uydurması olduğunu iddia edirdilər. Allah-taala əsas məqsədi sübuta yetirmək üçün bu surədə iki cəhətə daha çox üstünlük vermişdir: 1. Özünün  dünyadakı nişanələri; 2. Keçmiş xalqların həyatı və haqqı yalan hesab etdikləri üçün qarşılaşdıqları acı tale. Bütün yaradılış aləmi Allahın tək olduğunu göstərən nişanələr, keçmiş xalqların həyatı isə peyğəmbərlərin haqq olduğunu göstərən həqiqətlərdir. Quranda hər iki cəhətə xüsusi önəm verilir. Tövhid Quranın əsası və özülü, peyğəmbərlik isə zəruri şərtidir. Quranın yaradılış aləmi və bəşər tarixi olan bu səsləşməsi onun haqq olduğunu göstərən möhkəm dəlildir[1]. Göyün sütunları: Deyilənə görə, Hüseyn ibn Xalid adlı bir nəfər İmam Rzadan (ə): “Allah “Zariyat” surəsinin yeddinci ayəsində “yollara malik olan göyə and olsun”, – deyərkən nəyi nəzərdə tutmuşdur?”, – deyə soruşduqda İmam (ə) buyurmuşdur: “Bu göydən yerə doğru uzanmış yollar var”. Hüseyn ibn Xalid soruşmuşdur: “Allah göylər sütunsuzdur, deyə buyurduğu halda yerlə hansı yol əlaqəsi ola bilər ki?” İmam (ə) buyurmuşdur: “Allah pak və müqəddəsdir. Məgər Allah sizin görə biləcəyiniz sütunlarsız deyə buyurmayıbmı?” Hüseyn ibn Xalid: “Bəli”, – deyə cavab vermişdir. İmam belə davam etmişdir: “Deməli, sütunlar var, sadəcə siz onları görmürsünüz.” Bu hədis əsasında nəzər nöqtəsi olan ayənin Quranın nazil olduğu vaxt heç kəsə məlum olmayan bir həqiqətdən xəbər verdiyi məlum olur. Belə ki, həmin dövrdə elm dünyasına Ptolomey nəzəriyyəsi hakim idi. Adıçəkilən nəzəriyyəyə əsasən göylər soğanın qatları kimi kürələr şəklində bir-birinin üzərində yerləşmişdir. Heç biri sütunsuz və asılı deyil, hamısı bir-birinə söykənmiş vəziyyətdədir. Elm inkişaf etdikdən sonra göylərin soğan qabığına bənzər formada olması fikrinin tamamlə yanlış olduğu ortaya çıxdı. Əsl həqiqət isə budur ki, səma cisimləri, planetlər nəyəsə söykənməmiş, hər biri öz orbitində sabit və asılı vəziyyətdədir. Onları öz orbitlərində sabit saxlayan yeganə amil cazibə və dafiə qüvvəsinin balansıdır. Bu qüvvələrdən biri planetlərin kütləsi, digəri isə hərəkəti ilə bağlıdır. Cazibə və dafiə bu balansı görünməz bir sütun kimi səma cisimlərini, planetləri öz yerlərində qoruyub saxlayır[2]. Bitkilər haqqında iki mühüm nüans: 2-4-cü ayələrin əsas qayəsi Allahın kainatı tək idarə etdiyini çatdırmaqdır. Yəni Allah-taala kainatın yaradıcısı olmaqla yanaşı, onları idarə edir. Bütpərəstlər isə Allahı kainatın yaradıcısı, bütləri isə onların idarəedicisi hesab edirdilər[3]. Bu ayə mühüm nüansları ehtiva edir. Burada onların ikisinə ümumiləşdirilmiş və lakonik şəkildə işarə edəcəyik: 1. Yer üzü bir-birinin yanında yerləşmiş, özünəməxsus quruluşa, bitki göyərtmək potensalına malik müxtəlif hissələrdən təşkil olunmuşdur. Sanki hər bir hissə insanların ehtiyaclarını ödəmək üçün özlərinə məxsus olan ayrı-ayrı bitkiləri yetişdirmək üçün vəzifələndirlmişdir. 2. Ağac və bitkilər bəzən bir, bəzən ikibudaqlı olur. “Sinvan” ərəb dilində ağacın əsas gövdəsndən ayrılan budağa deyilir. Ümumiyyətlə, “sinvan” gövdədən ayrılan budaqlar mənasını daşıyır. Çox maraqlıdır ki, bu budaqların hər biri bəzən fərqli-fərqli meyvələr yetşdirir. Ola bilsin ki, bu ifadə ağacların peyvənd oluna biləcəyini göstərir. Bəzən bir gövdəyə bir neçə növ calaq edilir. Bu calaqların hər biri inkişaf edib fərqli-fərqli meyvələr yetişdirir[4]. Onlar yaxşılıqdan (rəhmətdən) öncə səndən pisliyə (əzaba) tələsməyini istəyirlər. Halbuki onlardan əvvəl ibrətamiz bəlalar nazil olmuşdur. Zülm etmələrinə baxmayaraq, Rəbbin insanlara qarşı mehriban və bağışlayandır. (Eyni halda) Rəbbin şiddətli əzab verəndir. Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq qorxudansan. Hər qövmün bir yolgöstərəni vardır. Allah hər bir dişinin daşıdığı döldən, bətnlərin nəyi əskildib, nəyi artıracağından xəbərdardır. Onun yanında hər şeyin müəyyən ölçüsü vardır. Qeybi və aşkarı biləndir, böyükdür, ucadır. Onun üçün gizli danışanlarınız da, onu aşkara çıxaranlarınız da, gecə məxfi, gündüz açıq-aşkar gəzənləriniz də eynidir. Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Özlərində olanı dəyişmədikcə, Allah heç bir xalqın taleyini dəyişməz. Əgər Allah hər hansı bir camaata (etdiyi əməllərə görə) pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz və Allahdan başqa heç bir himayəçiləri olmaz. Həm qorxmağınız, həm də ümid bəsləməyiniz üçün ildırımı sizə göstərən və ağır buludları var edən Odur. Göy gurultusu Ona həmd və tərif deyir. Mələklər də Onun qorxusundan (təriflər deyirlər). İldırımları göndərib istədiyini vurur. Halbuki onlar Allah barəsində mübahisə edirlər. O, sonsuz qüdrət sahibidir (şiddətli əzab verəndir). —————————————————————————————- Rəhmət və mərhəmət əvəzinə Allahın əzabını istəmək: Əslində, onlar Peyğəmbərə (s) istehza etmək niyyətilə belə deyirdilər. Kafirlər peyğəmbərlərin (ə) onları ilahi əzabla təhdid etdiklərini görüb belə istehzalara əl atır, əzabın gəlməsini istəyirdilər. Allah-taala onların bu istəyini sözügedən ayədə təəccüb formasında bəyan edir. Əvvəla, onlar keçmiş xalqların hansı ibrətamiz bəla və müsibətlərə düçar olduqlarından xəbərdar idilər; ikincisi, Allah insanlara qarşı mehriban və bağışlayandır. Onlar əzab deyil, mərhəmət və bağışlanma istəməli idilər[5]. Peyğəmbər şəriətin təsisçisi, imam isə onu qoruyandır: Qorxutmaq, qorxu gəlmək və təhdid etmək yolunu azmışların yola gətirilməsi və doğru yolu tapmaları üçündür. Yolgöstərən, hidayətçi isə insanların doğru yolda yürüməsi üçündür. Əslində, “qorxu gələn” yaradan, var edən, “yolgöstərən” isə qoruyan və irəli aparandır. Biz bu ikisini peyğəmbər və imam adlandırırıq. Peyğəmbər şəriətin əsasını qoyur, imam isə onu qoruyur. Peyğəmbərdən (s) nəql edilən çoxlu sayda hədis bu izahı təsdiq edir. İbn Abbasa istinad edilən bir hədisdə bu ayə nazil edilərkən Peyğəmbərin (s) əlini sinəsinə qoyaraq “mən qorxudanam” deməsi, sonra Əliyə (ə) işarə edərək “sən yolgöstərən və hidayətçisən. Məndən sonra hidayət olunmuşlar sənin vasitənlə hidayət olunacaqlar”, – deyə buyurması nəql edilmişdir[6]. Gözəgörünməz mühafizəçilər: Ayədən Allahın bir qrup mələyi gecə-gündüz növbələşərək insanları öndən və arxadan qorumaq üçün təyin etdiyi başa düşülür. Demək olar ki, hamımız çox vaxt möcüzəli bir qüvvənin bizi və ya yaxınlarımızı təhlükələrdən qoruduğunu hiss etmişik. Şübhəsiz ki, bunların təsadüf olmadığını qəbul edirik. İmam Baqir (ə) bu ayəni izah edərkən belə buyurmuşdur: “Yəni Allahın qaçılmaz təqdiri yetişənə qədər onu quyuya düşməkdən, uçan divarın altında qalmaqdan və sair hadisələrdən qoruyurlar. Allahın qaçılmaz təqdiri yetişdikdə isə onu Allahın öhdəsinə buraxıb Ona həvalə edirlər. Bunlar insanı növbə ilə gecə-gündüz qoruyan dörd mələkdir”[7]. İnsanın fərdi və ictimai xoşbəxtliyindəki rolu: Quranın bu və bir çox ayəsində insanların yaxşı və pis əməllərinin onların həyatlarına birbaşa təsir göstərdiyi qeyd edilmişdr. İmam Səccad (ə) bu ayə haqqında belə buyurmuşdur: “Nemətləri dəyişən günahlar bunlardır: insanlara qarşı zülm və haqsızlıq etmək, yaxşı və bəyənilmiş adətlərin tərk edilməsi, nemətlərə qarşı nankorluq, şükür və təşəkkürün tərk edilməsi. Bu barədə Allah-taala “…Allah xalqı dəyişməz…”, – deyə buyurmuşdur.”[8] İmam Sadiq (ə) atasına istinadən belə buyurmuşdur: “Nemətin bəndəyə verilib, günah edib bəlaya səbəb olmayınca ondan alınmaması Allahın dəyişməz qanunudur.”[9] Bu ayədə İslamın əsas prinsiplərindən biri yer almışdır. Hər hansı cəmiyyətin qələbəsi, məğlubiyyəti, xoşbəxtlik və bədbəxtliyi həmin cəmiyyətin özüdür. Xarici amillər sonrakı yerləri tutur[10]. İldırımın tərif deməsi: Bu ifadə işarə edilən göy hadisəsinin sadə bir hadisə olmadığından xəbər verir. İldırım, əslində, Allahın elm və qüdrətindən xəbər verir. Çünki tərif Allahın bütün eyib və nöqsanlardan uzaq olmasını, həmd isə Allaha ibadəti ifadə edir. Bu cəhətdən ildırım Allahın gözəllik və əzəmət atributlarını ifadə edir. Bu ifadə sözlü deyil, sözsüz olsa da, malik olduğu vəziyyətlə bunu ehtiva edir. Məsələn, hər hansı bir ixtira ixtiraçının nə qədər savadlı və məlumatlı olmasından xəbər verir, onun təriflənməsinə, yaxşı xatırlanmasına səbəb olur. Bəzi təfsirçilər bu dünyanın bütün zərrələrinin özünəməxsus şüura malik olduğunu, şüurlu şəkildə, ağılla, dərk edərək tərif və həmd dediklərini qeyd edirlər. İldırımın da həmd və tərifini bu qəbldən olan təriflərdən hesab etmək olar[11].14. Həqiqi çağırış yalnız Ona məxsusdur. Allahdan qeyri çağırdıqları onların çağırışına cavab verməz. Onlar ağızlarına su çatsın deyə, ovuclarını suya tərəf açmış şəxsə bənzəyirlər. Ancaq əsla çatmayacaq. Kafirlərin duası azğınlıqda olmaqdan başqa bir şey deyildir. Göylərdə və yerdə olanların hamısı, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir. De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə hami (və tanrı) seçirsiniz?” De: “Korla görən eynidirmi? Yaxud zülmətlə nur eynidirmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yarada bilən şəriklər tapdılar və bu yaratma onların gözündə bir-birinə bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O, təkdir, (hər şeyə) qalib gələndir”. Göydən su endirir, çay və dərələrin tutduğu qədər sellənib axır. Sel üzə çıxmış bir köpüyü götürüb aparır. Bəzək şeyləri və ya məişət əşyaları düzəltmək üçün (insanların) odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər bir köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük kənara sıçrayıb yox olur, insanlara fayda verən şeylər yer üzündə qalıcı olur. Allah belə məsəllər çəkir. Rəblərinin dəvətini qəbul edənlər üçün gözəl mükafat vardır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olanların hamısı, üstəlik bir o qədəri də onların olsaydı, hamısını əzabdan xilas olmaq üçün verərdilər. (Lakin onlardan qəbul edilməzdi.) Onları çox pis bir hesab gözləyir. Yerləri Cəhənnəmdir. Nə pis yerdir! ——————————————————————————————- Haqqa çağırış: Dəvət və dua ərəbcə dua edənin çağırdığı şəxsin diqqətini özünə cəlb etməsinə deyilir. Həqiqi dua və çağırışın iki əsas şərti var: birincisi, çağırılan şəxs çağıranı eşitməli, ikincisi, cavab verməli və çağıranın istəyini yerinə yetirməlidir. Bu iki xüsusiyyət müşriklərin ibadət etdikləri bütlər, ulduzlar və sairəyə deyil, Allaha məxsusdur. Deməli, Allahı çağırmaq həqiqi dua və çağırış hesab edilir. Lakin Allahdan qeyrisini çağırmaq səhv və yanlışdır. Buna görə də Allah-taala gözəl bir misalla belə bir yanlış duanın həqiqi dua deyil, duanın təqlidi olduğunu başa salır. Belə ki, susuz bir adam sudan aralı dayanıb ovuclarını açır və ağzına yaxınlaşdırır, beləcə su içməyi təqlid edir. Aydındır ki, belə bir şəxsin susuzluğu yatmayacaq. Allahdan qeyrisini çağıran da eynilə belədir. Heç bir cavab eşitməyəcək, sadəcə, dua formasını yerinə yetirmiş olacaq[12]. Yaranmışların səcdəsi: Səcdə bu məqamlarda acizlik, təvazökarlıq və təslimin ən son həddi hesab edilir. Yəni bütün mələklər, insanlar, ağıl və şüur sahibləri Allaha möhtacdırlar, Onun fərmanına tabedirlər. Əlbəttə, bir qrupun səcdəsi və təvazökarlığı yalnız qeyri-ixtiyari səciyyə daşıyır. Onlar yaradılış aləminin qanunlarına tabedirlər. Məsələn, bütün yaradılmışların cisimləri, canları yaşamaq, ölmək, inkişaf etmək, boy atmaq, sağlam olmaq, xəstələnmək və sair kimi qanunlara tabedir. Yaradılış qanunları qarşısındakı bu təslim qeyri-ixtiyari səcdə hesab edilir. Yaradılmışların bəzisinin səcdəsi isə qeyr-ixtiyari olmaqla yanaşı ixtiyari səciyyə də daşıyır. Yəni biz öz iradəmizlə Allah qarşısında səcdə edirik[13]. Haqq və batilin çox möhtəşəm bir misalla təsvir edilməsi: Haqla batilin gözəl təsvirini ehtiva edən, eyni zamanda ədəbi cəhətdən yüksək şəkildə ifadə edilmiş bu mənalı misalda çox həqiqətlər gizlənmişdir. Burada üç nöqtəyə işarə edəcəyik: 1. “Sel üzə çıxmış bir köpüyü götürüb aparır.” Bilirik ki, saf suyun üzündə nadir hallarda köpük görmək olar. Çünki su yalnız xaricdən bulandığı zaman köpük yaranır. Deməli, buradan belə məlum olur ki, əgər haqq öz saflığı və təmizliyində qalsa, onun kənarlarında əsla köpüklər meydana gəlməz. Ancaq haqq çirkli mühitlə qarşılaşdıqda mühitin rəngini alarsa, həqiqət xurafatla, dürüstülk nadürüstlüklə, paklıq və təmizlik natəmizliklə qarışarsa, onun kənarlarında köpüklər meydana gələcək. İmam Əlinin (ə) bir kəlamı da bunu ifadə edir: “Əgər batil haqla qarışmasaydı, haqq onu axtaranlara gizli qalmazdı. Əgər haqq batillə örtülməsəydi, onun barəsində pis danışan düşmənlərin dili qısalardı.” 2. “Çay və dərələrin tutduğu qədər sellənib axır”. Bu cümlədən belə anlaşılır ki, ilahi nemətin mənbəyində heç bir paxıllıq, məhdudiyyət və qadağa yoxdur. Buludlar səmada heç bir maneəsiz hər tərəfə yağış yağdırır, ondan ayrı-ayrı yerlər, dərələr, çaylar öz tutduqları qədər faydalanır. Daha kiçik yer daha az istfadə edir, daha böyük yerin payı isə daha böyük olur. İnsanların qəlbi və ruhu da ilahi nemət qarşısında eynilə belədir. 3. “İnsanlara fayda verən yer üzündə qalıcı olur”. Köpük və su misalında köpük yoxa çıxıb təmiz və saf su, ərimiş dəmir və onun üzünün köpüyü misalında xalis dəmir qaldığı kimi, faydalı insanlar, qruplar, məktəblər və proqramların da yaşamaq haqqı vardır. Əgər batil bir insan və məktəbin qaldığını görürüksə, bu, ona qarışmış haqqa görədir[14]. Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən şəxs kora bənzəyə bilərmi? Təkcə ağıl sahibləri xatırlayar. Allaha verdikləri sözü yerinə yetirən və əhdi pozmayanlar, Allahın əmr etdiyi əlaqələri yaradanlar, Rəblərindən qorxan və haqq-hesabın pisliyindən çəkinənlər, Rəblərinin razılığını cəlb etmək üçün səbir edən, namaz qılan, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyən və pisliyi yaxşılıqla dəf edənlər. Axirət evinin gözəl aqibəti onlarındır. Daxil olacaqları Cənnət bağları onlarındır. Əməlisaleh ataları, zövcə­­ləri, övladları və mələklər bütün qapılardan onların yanına daxil olacaq (və onlara deyəcəklər:) “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət evinin sonu necə də gözəldir!” Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın əmr etdiyi əlaqə və bağlılıqları kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və axirət evinin pisliyi vardır. Allah istədiyinin ruzisini bol edər, istədiyinkini də azaldar. Ancaq onlar (kafirlər) dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə çox cüzi bir bir şeydir. Kafir olanlar deyirlər: “Nə üçün Rəbbi tərəfindən ona bir əlamət endirilməyib?” De: “Allah istədiyini sapdırır, qayıdanları isə Özünə doğru yola yönəldir”. Bunlar iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. ————————————————————————————— Allah tərəfindən yaradılması və qorunması əmr edilmiş əlaqələr: Bu cümlə geniş məzmun daşıyır. Burada Allahın əmr etdiyi istənilən növ əlaqə nəzərdə tutulur. Bunların ən məşhuru qohumluq əlaqəsidir. Allah-taala “Nisa” surəsinin birinci ayəsində təkidlə belə buyurmuşdur: “Qohumlarınızla olan əlaqənizi kəsməkdən çəkinin!” Əlbəttə, yuxarıda da qeyd etdiyimiz kimi, bu cümlə ümumi məzmun daşıyır. Çoxlu sayda hədislərdə imamlarla olan əlaqələr bu bağlılığın ən mühüm nümunələrindən biri kimi bəyan edilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Bu ayənin bir mənası qohumlarla əlaqədir. Ancaq onun ən yüksək nümunəsi bizimlə olan bağlılığınızdır.”[15] Qiyamətdə hesabatın pisliyi və çətinliyi: Təfsirçilər “hesabın pisliyi” ifadəsi ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri hesab edir ki, dəqiq və güzəştsiz hesab nəzərdə tutulur. Çünki hesabın pisliyi deyilərkən aləmlərin Rəbbinin zülm və haqsızlığa yol verəcəyini düşünmək düzgün deyil. İmam Sadiqin (ə) bir hədisi də bu mənanı təsdiq edir. Belə ki, İmam Sadiq (ə) bir səhabəsindən: “Nə üçün filankəs səndən şikayət edir?” – deyə soruşduqda o, belə cavab verir: Haqqımı ondan tam aldığım üçün şikayətlənir. İmam bu sözü eşitdikdən sonra əsəbi halda oturub deyir: “Haqqını sona qədər almısansa, pislik etmədiyini güman edirsən? Allahın “Qyamət gününün pis hesabından qorxarlar”, – deyə buyurduğunu eşitməmisənmi? Güman edirsən ki, ağıl sahibləri Allahın onlara zülm edəcəyindən qorxurlar? Xeyr. And olsun Allaha, onlar qorxurlar ki, Allah onların hesablarını diqqətlə, sona qədər yoxlayacaq. Allah bunun adını hesabın pisliyi qoyub. Buna görə də hesablaşmada diqqət və həddən artıq ciddlik göstərən şəxs pis hesablaşma aparmışdır.”[16] Pisliklərin yaxşılıqlarla dəf edilməsi: Yəni ağıllı insanlar pis bir iş gördükdə, günaha yol verdikdə onu yaxşı iş görməklə dəf edirlər. Bu pisliyin onlar və ya başqaları tərəfindən baş verməsinin fərqi yoxdur. Əgər özləri tərəfindən baş verərsə, tövbə edib bağışlanılmalarını diləyir, həmin pisliyin əvəzində yaxşı bir iş görürlər. Əgər başqaları onlara pislik və haqsızlıq edibsə, bağışlayıb əfv edir, alicənablıq göstərib pislikdən çəkindirirlər[17]. Hədislərdə hər iki vəziyyətə işarə edilmişdir. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Pis bir iş gördükdə ardınca yaxşı iş görməklə onu dəf et.” İmam Əli (ə) buyurmuşdur: “Qardaşını yaxşılıq etməklə tənbeh et, zərərini bəxşişlə qaytar.”[18] Qəlbin rahatlığı: Bu, dəqiqdir ki, insanın bu həyatdakı bütün səy və təlaşı xoşbəxtliyə nail olmaq üçün, bütün qorxusu isə bədbəxtlik və məhrumiyyətlə qarşılaşmaqdandır. İnsanlar bu yolda hər vasitəyə əl atır, bütün gücünü sərf edirlər. Dünyada olan bütün səbəblər, ümumiyyətlə dünyadakı hər şey nə qədər faydalı olsa da, fanidir, əbədi deyil. Var-dövlət, övlad, həyat yoldaşı və sairəni buna misal göstərə bilərik. Əslində, bunlardan heç birinə bağlanıb rahatlıq tapmaq olmaz. Lakin Allahı tanıyıb bütün xeyir və yaxşılıqların Ondan olduğuna, möminlərin himayəçisinin Allah olduğuna, onlara xoşbəxtlik nəsib edəcəyinə söz verdiyinə inanan şəxsin qəm-qüssəsi olmaz, qəlbi tam rahatlıq içində olar. Bu, inkaredilməz bir həqiqətdir. Qəlbində Allahdan qeyrisi ilə rahatlıq tapan və bu həqiqəti unudan şəxs bir anlığa hansı əbədi varlıqdan uzaqlaşdığını, hansı fani varlığa söykəndiyini xatırlayarsa, iztirab və narahatlıq bütün varlığını bürüyər[19]. İman gətirib yaxşı işlər görənlərin nəsibi ən yaxşı şeylər və ən yaxşı aqibətdir. Beləliklə, Biz səni özündən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir ümmətə göndərdik ki, onlar Rəhmanı inkar etdikləri halda, sənə vəhy etdiyimizi onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa məbud yoxdur. Mən Ona təvəkkül etdim və qayıdışım Ona doğrudur”. Əgər Quran vasitəsilə dağlar hərəkətə gəlsə və ya yer parça-parça olsa, yaxud da onun vasitəsilə ölülər danışsa, (yenə də iman gətirməyəcəklər). Ancaq bütün işlər Allahın ixtiyarındadır. İman gətirənlər bilmirlərmi ki, əgər Allah istəsə, bütün insanları doğru yola yönəldər? (Sadəcə, məcburi hidayətin heç bir faydası yoxdur.) Allahın vədi yetişənə qədər etdikləri əməllərə görə kafir olanlara əzici müsibət üz verməkdə davam edəcək və ya onların evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz. Səndən əvvəlki elçilərə də istehza etmişdilər. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. Gördün əzabım necə idi? Hər kəsin başı üzərində dayanıb, hər kəsin əməllərini görən şəxs (bu xüsusiyyətlərin heç birinə malik olmayan kimidirmi)? Onlar Allaha şəriklər qoşdular. De: “Onların adlarını sadalayın! Yoxsa siz Ona yer üzündə bilmədiyi şeyləri, yaxud boş sözlərimi xəbər verirsiniz?” Kafirlərə öz yalanları gözəl göstərilmiş və onlar yoldan (Allah yolundan) çıxarılmışlar. Allahın azdırdığı şəxsin yol göstərəni olmaz. Onlar üçün dünyada əzab vardır. Axirət əzabı isə daha ağırdır. Heç kəs onları Allahdan qoruya bilməz. ————————————————————————————– İman və təqvaya əsaslanan həyat ən yaxşı həyatdır: Nemətlər həyatı ləzətli və dadlı etdikləri zaman dadlı və şirin olur. Həyatı dadlı etdikləri təqdirdə insan onlarla rahatlıq tapır. Əgər insan ən yaxşı nemətlərə sahib olarsa, lakin rahatlığı olmazsa, bu nemətlərin heç bir dadı və ləzzəti olmaz. Rahatlıq isə təkcə iman və təqva işığında əldə edilir. Davamlı olaraq Allahı xatırlayan insanın qarşılaşdığı heç bir şeydən qorxusu olmaz. Çünki o, hər şeyin ixtiyarının Allahın əlində olduğuna, baş verənlərin ilahi qəza-qədər olduğuna, olanların bəndənin xeyrinə olduğuna inanır. Əgər ona nə isə verilirsə, ya da nə isə əlindən alınırsa, deməli, xeyrinədir. Buna görə də bütün həyatı ləzzətli və yaşanmalı, sonu isə ən yaxşı sonluq olur. Allah-taala “Nəhl” surəsinin 97-ci ayəsində bu dadlı və zövqlü həyatı başqa bir şəkildə vəsf edərək buyurmuşdur: “Qadın və kişiliyindən asılı olmayaraq, yaxşı iş görən hər bir şəxsi mömin olacağı təqdirdə pak həyatla dirildərik və onların mükafatını etdikləri ən yaxşı əməllərə uyğun olaraq verərik.” Sonu gözəl və pak olan həyat müqabilində Allahdan üz çevirənlərin həyatını isə belə təsvir etmişdir: “Məni xatırlamaqdan imtina edən hər kəsin həyatı daralacaq və Qiyamət günü onu məhşərə kor gətirəcəyik.” (Taha surəsi, 124-cü ayə)[20]. İnadkar kafirlərdən ümidin kəsilməsi: Surənin bu və digər ayələrindən belə məlum olur ki, möminlər kafirlərin “nə üçün Rəbbindən ona Qurandan başqa bir möcüzə və əlamət nazil olmur?” cümləsini eşitdikdə Allahın Qurandan başqa bir möcüzə göndərəcəyi təqdirdə kafirlərin iman gətirəcəyinə ümidlənirlər. Buna görə də Peyğəmbərdən (s) onların bu istəklərinə müsbət cavab verməsini istəyirlər. Ancaq Allah-taala bu ayədə möminlərə belə buyurur: “Əgər Quran vasitəsilə dağlar hərəkətə gəlsə və ya yer parça-parça olsa, yaxud da onun vasitəsilə ölülər danışsa, (yenə də kafirlər inadkarlıqları və küfrləri ucbatından iman gətirməyəcəklər).” Bununla da möminləri onların iman gətirəcəyindən tamamilə ümidsiz edir[21]. Məkkə və onun ətrafında yaşayan kafirlərə əzici bəlalar nazil olması: Bu ayədə Allah kafirləri qəti şəkildə təhdid edir və onlara əzabın son həddi nazil olana qədər əlamətləri biri digərinin ardınca aşkara çıxan əzab vədi verir. Əllamə Təbatəbai bu ayəni təfsir edərkən belə yazır: “Kafir” deyilərkən burada İslamın ilk dövründə İslamı və Peyğəmbəri (s) inkar etməkdə, ona qarşı düşmənçilikdə, fitnə-fəsad törətməkdə əllərindən gələni əsirgməyən məkkəli və qeyri-məkkəli olan bütün kafirlər nəzərdə tutulur. Daha sonra Allah onları iki qrupa bölür: Birinci qrup əzici bəlalara düçar olmuşlardır. Onlar müharibələr, qətllər və qarətlər nəticəsində tamamilə pis vəziyyətə düşmüş Məkkə ətrafı ərazilərin müşrikləridir. İkinci qrup isə bəla və müsibətlərin onların yaşadıqları yerin yaxınlığına qədər gəlib çıxmış şəxslərdir. Onlar Məkkənin özündə yaşayan kafirlərdir. Şəhərin ətrafında baş verən hadisələrin tüstüsü onlara qədər gəlib çatır, onların qorxusu, dəhşəti, qəm-qüssəsi şəhər əhalisinin yuxusunu ərşə çəkir, iştahlarını əlindən alır. Allahın son vədi isə Bədr və digər müharibələrdə qılınclar vasitəsilə kafirlərin axırına çıxan əzabdır[22]. Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir: ağacları altından çaylar axır, meyvəsi də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə oddur. Səmavi kitab verdiyimiz kəslər sənə nazil edilənə görə şaddırlar. Firqələrin bəzisi onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən yalnız Ona doğru çağırıram və qayıdışım da yalnız Onadır!” Beləliklə, biz onu (Quranı) sənə açıq-aydın bir əmr olaraq nazil etdik. Əgər sənə elm gəldikdən sonra onların istəklərinə tabe olsan, səni Allah qarşısında nə bir himayə edən, nə də bir qoruyan olar. Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir möcüzə gətirə bilməzdi. Hər vaxtın bir yazısı var. Allah istədiyini pozar, istədiyini sabit saxlayar. Ana kitab (lövhi-məhfuz) Onun yanındadır. Biz onlara vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək və ya (ondan öncə) səni öldürsək (bil ki), sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Onlardan haqq-hesab soruşmaq Bizə aiddir. Məgər Bizim, yer üzünə gəlib onu ətraflarından azaltdığımızı görmürlərmi? (Cəmiyyətlər, mədəniyyətlər, alimlər tədricən yox olur.) Allah hökm verir. Onun hökmünün qarşını heç kəs ala və ya inkar edə bilməz. O, sürətli haqq-hesab çəkəndir. Onlardan əvvəl də planlar quranlar oldu. Ancaq bütün planlar Allaha məxsusdur. O, hər kəsin nə etdiyindən xəbərdardır. Tezliklə kafirlər axirətdə gözəl aqibətin kimin olacağını biləcəklər. —————————————————————————————- Peyğəmbərlik missiyasının elan edildiyi illərdə kitab əhlinin İslama qarşı müsbət mövqeyi: Kitab əhli deyilərkən yəhudilər, xristanlar və atəşpərəstlər nəzərdə tutulur. Tarixi mənbələr göstərir ki, yəhudilər peyğəmbərlik missiyasının elan edildiyi və habelə ondan əvvəlki illərdə peyğəmbərə qarşı düşmən münasibəti bəsləmirdilər. Yəhudilərin əsas düşmənçiliyi və inadkarlığı Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra yarandı. Hətta hicrətin ilk illərində onların bir qrupu iman gətirmiş və Peyğəmbərin (s) peyğəmbərliyini qəbul etmişdir. Elə həmin dövrlərdə xristianlardan bir qrupu da haqq dini qəbul etmiş, İslama qarşı çıxmamışdır. Buna Həbəşistan xristianlarını misal göstərə bilərik. Həbəşistanlıların çoxu İslamı qəbul etmişdi. Atəşpərəstlər də həmin dövrlərdə haqq və ədaləti yayacaq bir xilaskarı gözləyirdilər. Onlar müşriklər kimi haqqa qarşı inadkar mövqedə deyildilər. Ayənin daha çox nəzər nöqtəsində olan qrup ikinci qrup, yəni doğru yolu axtaran Nəcaşi və tərəfdarları kimi xristianlardır[23]. Firqələr və qruplar: Burada batil inancları ilə uyğunluq təşkil etməyən ayələri qəbul etməyən kitab əhli nəzərdə tutulur. Buna Allahın tək olduğunu bəyan edən, üçlüyü və kitab əhlinin digər təhrif edilmiş inanclarını və hökmlərini inkar edən ayələri misal göstərmək olar[24]. “Ana kitab” nə deməkdir? Bu ayə hədislərdə də işarə edilmiş ümumi bir qanunu bəyan edir. Dünyada baş verən hadisələr iki mərhələ ilə səciyyələnir: birincisi, heç bir dəyişikliyə məruz qalmayan və ayədə “ana kitab” ifadəsi ilə təqdim edilmiş qəti mərhələdir. İkincisi, dəyişikliyə məruz qalan qeyri-qəti və şərtli mərhələdir. Buna “məhv və sübut” mərhələsi də deyilir. Bəzən bu iki mərhələni “Lövhi-məhfuz” və “Lövhi-məhv və isbat” da adlandırırlar. Bu iki lövhdən birində yazılmışlar əsla dəyişilmir, dəyişməz qalır. Lakin digər lövhədə bir şey yazıla və sonra pozula, pozulanın yerinə başqası yazıla bilər. Bu isə bəzən hadisələrə onların natamam səbəblər aspektindən baxmağmızla bağlıdır. Məsələn, öldürücü bir zəhəri nəzərdə tutub “kim ondan içsə, ölər” deyirik, lakin həmin zəhərin təsirini aradan aparacaq dərmanı yaddan çıxarırıq. Belə ki, zəhərə qarşı olan dərman vaxtında içilərsə, zəhərin təsirini tamamilə məhv edər. Bu misalda zəhər vasitəsilə ölmək qəti səciyyə daşımır. Bu hadisənin yeri “Lövhi-məhv və isbat”dır. Yəni digər hadisələrə əsasən dəyişə biləndir. Lakin hadisəni tam səbəbləri ilə birlikdə, şərtlərin hamısının toplanması və bütün maneələrin aradan qalxması kontekstində nəzərdə tutarıqsa, artıq hadisə qəti səciyyə daşımış olur və yeri “Lövhi-məhfuz”dur. Bu izahla sözügedən mövzu ilə bağlı yaranacaq suallara cavab verilmiş olur. Quranın bəzi ayələri və hədislərdə filan işin filan şeyə səbəb olacağını oxuyuruq. Ancaq bəzən bu nəticələrin şahidi olmuruq. Bu, ona görədir ki, həmin nəticənin gerçəkləşməsi şərtlərdən asılıdır. Ya həmin şərtlər tam təmin olunmayıb, ya da hər hansı maneə şərtlərin tamlaşmasına imkan verməmişdir. Lövhi-məhfuz, Lövhi-məhv və isbat, peyğəmbər və imamların elmlərindən bəhs edən bir çox hədislərə yuxarıdakı izah əsasında tam aydınlıq gəlir. Möminlərin əmiri İmam Əli (ə) bir gün Allah rəsulundan (s) bu ayə haqqında soruşduqda Peyğəmbər (s) buyurur: “Mən bu ayəni təfsir etməklə özümdən sonra sənin və ümmətin gözünü işıqlandırıram. Ehtiyaclılara düzgün şəkildə yardım göstərmək, ata-anaya yaxşılıq etmək, hər bir xeyirli işi yerinə yetirmək bədbəxtliyi xoşbəxtliyə çevirir, ömrü uzadır, təhlükələrin qarşısını alır.” Bu hədisdən xoşbəxtlik və bədbəxtliyin qaçılmaz br hadisə olduğu anlaşılır. Hətta bir nəfər ən bədbəxt insanların sırasında yer almasına baxmayaraq, davranışlarını dəyişməklə, yaxşılıqlara üz tutmaqla, xüsusilə Allahın bəndələrinə yardım və xidmət göstərməklə öz taleyini dəyişə bilər. Çünki bu işlərin yeri Lövhi-məhfuz deyil, Lövhi-məhv və isbatdır. Əlbəttə, bu hədis ayənin ehtiva etdiyi cəhətlərdən birini bəyan etmək üçün qeyd edilmişdir[25]. Kafirlər deyirlər: “Sən peyğəmbər deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və kitabı bilən şəxsin şahid olması yetər”.   [1] Əl-Mizan, c.11, səh.285 [2] Nümunə, c.10, səh.110 [3] Əl-Mizan, c.11, səh.296 [4] Nümunə, c.10, səh.116 [5] Əl-Mizan, c.11, səh.303 [6] Nümunə, c.10, səh.130 [7] Nümunə, c.10, səh.142 [8] Əl-Mizan, c.11, səh.333 [9] Təfsiri-mövzui, c.5, səh.66 [10] Nümunə, c.10, səh.145 [11] Pəyame-Quran, c.2, səh.262 [12] Əl-Mizan, c.11, səh.319 [13] Nümunə, c.10, səh.156 [14] Nümunə, c.10, səh.167 [15] Əl-Mizan, c.11, səh.345 [16] Nümunə, c.10, səh.178 [17] Əl-Mizan, c.11, səh.347 [18] Nümunə, c.10, səh.191 [19] Əl-Mizan, c.11, səh.358 [20] Əl-Mizan, c.11, səh.359 [21] Əl-Mizan, c.11, səh.364 [22] Əl-Mizan, c.11, səh.364 [23] Əl-Mizan, c.11, səh.374 [24] Əl-Mizan, c.11, səh.374 [25] Nümunə, c.10, səh.241

Surələrin Fəziləti 29.12.2024

“Haqqə” surəsinin fəziləti

İmam Baqir (ə) buyurdu: əl-Haqqə surəsini çox oxuyun. Çünki onu vacibi və müstəhəbbi namazlarda oxumaq, Allaha və Rəsuluna iman nişanələrindəndir. Ondan əlavə bu surə Əmirəl-möminin (ə) və düşməni Muaviyə barəsində nazil olmuşdur. Onu oxuyan Allahın hesab gününü görən vaxta qədər dinsiz olmaz. (Haqqə vacibut-Təhqiq etibarı ilə Qiyamət adlarındandır. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs əl-Həqqə surəsini oxusa, Allah onun hesabını asan tutacaqdır. Hər kim bu surənin əvvəlindən on bir ayə oxusa, Qiyamət günündə bu surə bir nur olar və onu başdan ayağa bürüyər uşaq dünyaya təzə dünyaya göz açdıqda bu surəni yuyub ona versəniz çox hafizəli olar, və Şeytanın şərr-indən amanda qalar. Bu surəni yazıb və suyunu uşağa içirsəniz, həmin saatdan o bəlalardan və Şeytandan qorunar. Hər kəsin şiddətli qızdırması olsa, Ləyl surəsini yazıb, yuyub, suyunu içsə, şəfa tapar. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Əhli-Beyt (ə) dahilərin baxışında 29.12.2024

Dahilərin nəzərində Aşura

Hindistanın dövlət xadimi Mahatma Qandi: “Mən İmam Hüseynin – İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam… Əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, İmam Hüseyndən örnək alıb onun yolu ilə getməlidir”. Məşhur siyasətçi Nelson Mandela: “Mən 20 ildən çox həbsdə yatdım, sonra bir gecədə hökumətin bütün şərtlərinə imza ataraq təslim olmaq qərarına gəldim. Lakin birdən İmam Hüseyn və Kərbəla qiyamını xatırladım. İmam Hüseyn azadlıq və liberallıq hüquqlarımı qorumaqda mənə yeni güc verdi və mən bunu bacardım”. Yazıçı Çarlz Dikkens: “Əgər İmam Hüseynin qiyam etməkdə məqsədi dünyəvi istəklərinə çatmaq idisə, bəs nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak ediblər? Deməli, o, yalnız İslam yolunda (əqidəsi uğrunda – red.) bu fədakarlığı edib”. Filosof Tomas Karleyl: “Allaha sarsılmaz bir imanla bağlanan İmam Hüseyn və silahdaşları sübut etdilər ki, haqqla batil üz-üzə dayananda batilin say etibarilə üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Kərbəla faciəsindən aldığımız ən gözəl dərs budur. İmam Hüseynin bu azlıqla belə böyük mənəvi qələbəsi məni heyrətə gətirir”. Şərqşünas Edvard Braun: “Hətta qeyri-müsəlmanlar İslam bayrağı altında aparılan bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar”.   Filosof Xristian Martini: “İmam Hüseyn eşqi ilə yanan, yaşayan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz”. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor: “Ədaləti və haqqı silahla deyil, qurbanlar verməklə bərpa etmək olar. Necə ki, bunu İmam Hüseyn etdi”. Hindistanın ilk Baş naziri Cəvahirləl Nehru: “İmam Hüseynin fədakarlığı dünyada bütün cəmiyyətlər üçün haqq yolunun ideal nümunəsidir”. Macar yazıçısı İqnats Qoldtsier: “Kərbəla ədalətsizliyə qarşı mübarizənin ən doğru yolunu – qeyri-zorakılıqla mübarizəni simvolizə edir”. Və s. və i.a…  

İmam Hüseyn (ə) 29.12.2024

İmam Hüseyndən (ə) müqəddəs kəlamlar

İmam Hüseynin (ə) mübarək dilindən iyirmi hədisi, siz əziz oxucularımıza töhfə edirik. Arzu edirik ki, bu hədisləri oxuyub əməl etməklə gözləriniz və qəlbləriniz nurani olsun. 1- İbadət məqsədli yaranış «Doğrudan da, Allah-taalanın bəndələrini yaratmaqda məqsədi, özünü tanıtdırmaq olmuşdur. Sözsüz ki, Allahı həqiqi tanıyanlar Ona ibadət edir və özlərini Ondan qeyrilərinin qarşısında aciz görmürlər.»[1] 2 – İlahi alimlər «Müsəlmanların dini hökmlərini bəyan etmək ruhanilərin öhdəsinə qoyulmuşdur. Onlar Allahın halal və haramını söyləməkdə əmanətdardırlar.»[2] 3- Salamın savabı «Salam üçün ilahi dərgahında yetmiş savab nəzərdə tutulmuşdur ki, altımış doqquzu verənin, biri isə alanındır.»[3] 4- Ehtiyacli şəxslırə yardım «Bilin ki, insanların sizə olan ehtiyacı, Allahın sizə bəxş etdiyi nemətlərdəndir. Və (bunun qədrini bilib) belə bir nemətdən yorulmayın.(Yəni xeyirxah işlərdən yorulmayın).»[4] 5- Allahdan qorxana e`tibar etmək Bir kişi İmam Hüseynin (ə) yanına gəlib dedi: «Mənim bir qızım var onu necə adama ərə verim?» Həzrət Hüseyn (ə) buyurdu: «Onu Allahdan qorxan bir insana ərə ver. Çünki həmin şəxs qızını sevsə əzizləyəcək, amma qızından xoşu gəlməsə də ona əzab-əziyyət (zülm) etməyəcəkdir.»[5] 6- Fəzilət (üstünlük) və nöqsan İmama (ə) sual verdilər: «Fəzilət nədir?» İmam Hüseyn (ə) buyurdu: «İnsan öz dilinə sahib olsun və çox ehsan (yardım) etsin.» Soruşdular: «Nöqsan nədir?» Həzrət (ə) buyurdu: «Sənə heç bir (mənəvi-maddi) faydası olmayan şeylər üçün çalışmaq, zəhmət çəkmək.»[6] 7- Qeybətin çirkinliyi «Qeybət etmə! Bil ki, qeybət cəhənnəm itlərinin yemidir.»[7] 8- Zülmün pisliyi «Səninlə mübarizə etmək (özünü müdafiə etmək) üçün Allahdan başqa köməyi olmayan şəxsə zülm etməkdən çəkin (qorx)!»[8]. 9- Sayğılı ol «(Səndən kömək istəyən) ehtiyaclı şəxs, öz heysiyyətini itirmək təhlükəsiylə birgə sənə müraciət edir. Sən ona qarşı sayğılı ol (ehtiramla kömək et) ki, onun heysiyyətini qorumuş olasan!» [9] 10- Həqiqi şiə «Bir şəxs İmam Hüseynə (ə) dedi: «Ey Peyğəmbər (s) övladı, mən sənin şiələrindən və tərəfdərlarından biriyəm.» Həzrət Hüseyn (ə) buyurdu: «Allahdan qorx! Elə bir şeyi iddia etmə ki, Allah sənə: «Yalan danışdın və doğru olmayanı idda etdin.» deyə, buyursun. Bil və agah ol, bizim şiələrimiz o insanlardır ki, qəlbləri hər cür ikiüzlülük,  kin və hiylədən pak olsun. Sən belə de: «Mən sizə ehtiram bəsləyən və sizi sevənlərdənəm.»[10] 11- Tanrı xofu « Allah qorxusundan ağlamaq, cəhənnəm atəşindən qurtulmaq deməkdir.»[11] 12- Şükür et «Keçmiş ne`mətlərə şükür etmək, (qədir-qiymətini bilmək), gələcək ne`mətləri də, özü ilə gətirər.»[12] 13- Səbirli olmaq «Xoşlamadığın həqiqətlər müqabilində səbrli ol və həmçinin (şeytanı) hisslərinin səni həvəsləndirdiyi işlərə qurşanma, dözümlü ol!»[13] 14- Dostunu və düşmənini tanımaq «Səni pis (doğru olmayan) işlərdən çəkindirən şəxs, dostundur. Səni əyri işlərə sarı həvəsləndirən şəxs isə düşmənindir.»[14]     15- Elm, şərafət və qənaət «Elm, mərifətin birinci pilləsidir. Ağılı inkişaf etdirən, gücləndirən isə təcrübənin çox olmasıdır. Şərafət özü də, bir növ təqva deməkdir. Qənaətcil olmaq, bədənin rahatlığına xidmət edir.» [15] 16- Orucun fəlsəfəsi «İmam Hüseyndən (ə) soruşdular: « Allah nə üçün orucu bəndələrinə vacib etdi?» İmam (ə) buyurdu: «Allah orucu vacib etdi ki, ehtiyacsız (varlı) adamlar aclığın necə bir dərd olduğunu anlasınlar. Və nədicədə kasıblara, miskinlərə əl tutub, kömək etsinlər.»[16] 17- Sözün aqibəti «Lazımsız, bihudə danışma, çünki qorxuram günahların çoxalsın. Sözünün yerini və dəyərini bil, faydasız yerə danışma. Çünki nə qədər çox danışan var ki, haqqı söyləyir, lakin töhmət və danlağa məruz qalır. Səbirli (ağıllı) və ağılsız adamlarla mübahisə etmə. Çünki səbirli (ağıllı) şəxs sənə qələbə çalar. Nadan (ağılsız) insan isə səni incidər…. Həmişə pis işlərinə görə cəzalanacağını və yaxşı əməllərinə görə qiymətləndiriləcəyini bilən şəxs kimi rəftar et.»[17] 18- Abırını qorumaq «Eşitsən ki, hər hansı bir şəxs camaatın abırını aparır və heysiyyətini sındırır, çalış o adam səni tanımasın. Çünki, belə insanlar ən çox tanıdığı adamın şəxsiyyətini sındırır.»[18] 19-Ehtiyatlı ol «Allah tüğyankar bəndəsinə, bollu nemətlər əta edib və eyni zamanda ona şükür etməyi unutdurmaqla, tələyə salar».[19] 20- Yeddi məsləhət 1-«Ağırlığına taqətin olmayan iş üçün özünü zəhmətə salma.» 2-«Əldə edə bilməyəcəyin bir şey üçün çalışma.» 3-«Bacarmadığın işə girişmə». 4-«Qazana bilmədiyin qədər ehsan etmə.» 5-«Gördüyün işdən artıq zəhmət haqqı istəmə.» 6-«İlahi ibadətindən əldə etdiklərindən qeyrisinə sevinmə.» 7-«Bacardığın və layiq olduğun işdən başqasını öhdənə götürmə.»[20] 21- Ağıl və haqq «Ağılı kamilləşdirmək yalnız haqq və həqiqətə tabe olmaqla mümkündür.»[21] 22- And içmək «Çox and içməkdən çəkin. Çünki insan dörd səbəbə and içir: 1-Özündə kiçiklik, (əskiklik) və nöqsan hiss etdiyi üçün çalışır ki, and içməklə xalq onun sözünü təsdiq etsin. 2-Sözünü sübut etməkdə acizdir və öz məqsədinə çatmağa görə and içir. 3-Xalqın töhməti, ittihamı qarşısındadır. Belə fikirləşir ki, and içməsə onun sözünü qəbul etməyəcəklər. 4-Boş yerə and içməyə adət edib.»[22] 23- Günahdan uzaqlaşma yolları «Bir nəfər İmam Hüseynə (ə) dedi: «Ey Peyğəmbər övladı, mən günahkaram və günahlardan çəkinə bilmirəm. Mənə yol göstər.» Həzrət Hüseyn (ə) buyurdu: «Beş işin öhdəsindən gəl, sonra isə hər nə qədər istəsən günah et.» Birinci: Allahın ruzisini yemə, hər nə günah edirsən, et. İkinci: Allahın vilayətindən (hökmranlığından) xaric ol və nə qədər günah istəyirsən edirsən, et. Üçüncü: Elə bir yerə get ki, Allah səni görməsin, sonra istədiyin günaha giriş. Dördüncü: Ölüm mələyi canını almağa gələrkən, ona mane ol, və  hansı günahı edirsən, et. Beşinci: Cəhənnəm mələyi səni oda atarkən qoyma, sonra hansı günahı istəsən et.»[23] 24- Ömrün qısalığı «Ey insan (bil ki,) sən (həftənin) günlərinə bənzəyirsən, hər gün keçdikcə, ömrünün bir hissəsi azalır.»[24] 25- Sərvət üçün yaşamamaq «Mal və sərvətinin sənə xeyri yoxdursa, deməli sən onunsan. Və onu toplamaq üçün yersiz zəhmət çəkirsən. Çünki sən də sərvətin üçün əbədi qalmayacaqsan. Necə ki, var-dövlətin də, sənin üçün həmişəlik deyildir. Buna görə də, nə qədər ki, sərvət sənin sonuna çıxmayıb, ondan münasib şəkildə bəhrələn (xərclə).»[25] 26- Hər kəsə təmənna etməmək «Öz hacətini, ehtiyacının üç qrup insanlardan istə: 1-Həqiqi dindar 2-Şəxsiyyətli insanlar 3-Əsil-nəcabətli adamlar. Çünki: Həqiqi dindar sənə yardım etməklə, eyni halda öz dinini də, qorumuş olur. Şəxsiyyətli insan da, səni əliboş, naümid geri qaytarmağa utanar. Əsil-nəcabətli adam isə, sənin heysiyyətini qorumaq istəyini düzgün anlayaraq, ehtiyacını ödəməklə, abrıını qoruyar.»[26] 27- Ağılın nişanələri «Ağıllı adam, sözünü qəbul etməyib, maxalifət edəcəyindən qorduğu şəxsə sözünü deməz. (Ağıllı adam,) bacarmadığı, öhdəsindən gələ bilmədiyi işə söz verməz. (Ağıllı adam,) olması əziyyətli və qeyri-mümkün olan işə ürək bağlayıb, ümid bəsləməz. (Ağıllı adam,) aciz olduğu üçün itirəcəyini və əldən verəcəyini dəqiq bildiyi şeyə baş qoşmaz, əl atmaz.»[27] 28- Tərbiyəvi nəsihətlər «Sədaqətli olmaq, izzətli olmaq deməkdir. Yalan gücsüzlükdür. Sirr əmanətdir. Qonşuluq qohumluq kimidir. Kömək etmək, doğruluq əlamətidir. İşləmək təcrübə deməkdir. Xoş əxalaqlı olmaq Allaha ibadət etməkdir. Süküt insanın zinətidir.Tamahkarlıq və paxıllıq əskiklik və naqislikdir. Səxavət və əliaçıqlıq ehtiyacsızlıq deməkdir. Xalqla səbirli davranmaq, ağıl və düşüncənin nişanəsidir.»[28] 29- Allahı razı salmaq «Bir nəfər İmam Hüseynə (ə) məktub yazaraq, soruşdu: «Ey mənim ağam, dünya və axirətin ən xeyirli əməlini mənə söylə.» Həzrət İmam Hüseyn (ə) cavabında belə yazdı: «Bağışlayan və mehiban Allahın adı ilə…Bil ki, həqiqətən hər kim Allahın razılığını, camaatın qəzəbi müqabilində qazanarsa, Allah-Taala onu xalqdan ehtiyacsız edər. Amma hər kim camaatın razılğını, Allahın qəzəbi qarşılığında əldə etmək istəsə, Allah-Taala onun işini camaata həvalə edər.»[29] 30- Əsl dindarlar «İnsanlar dünya quludurlar. Din (dindarlıqları) yalnız dillərinin oyuncağıdır. (Qəlblərində deyil.) Maddi həyatları yaxşı olduqda dindardırlar. Lakin imtahan, (çətinlik), zamanı gəldikdə isə, dindarlar azalar.»[30] [1]- «Səfinətül-Bəhar», c. 2; səh. 180 [2]- «Tühəfül-üqul», səh. 172 [3]- «Biharül-ənvar», c. 78, səh. 120 [4]- «Biharül-ənvar», c. 74, səh. 318 [5]- «Əl-müstədrək», c. 2, səh, 218 [6]- «Müstədrəki-vəsail», c.9, səh, 24 [7]- «Biharül-ənvar», c. 78, səh, 117 [8]- «Biharül-ənvar», c.78, səh 118 [9]- «Kəşfül-ğümmə», c. 2, səh. 244 [10]- «Təfsiri-imam Həsən Əsgəri», səh. 309 [11]- «Cameül-əxbar», 56-cı fəsil, səh 122 [12] «Nəzhətün-nazir və tənbihül-xatir»,səh. 80 [13] «Nəhzətun-nazir və tənbihül-xatir», səh. 85 [14] «Biharül-ənvar», c. 78, səh 128 [15] «Nəzhətün-nazir və tənbihul-xatir», səh. 88 [16] «Mənaqibi Ali-Məhəmməd (s)», c. 4, səh. 68 [17]- «Kənzül-fəvaid», c. 2, səh. 32 [18]-  «Əl-Hüseyn (ə)», c. 1, səh. 161 [19]- «Tühəfül-uqul», səh. 246 [20]- «Musuətü-kəlimatil-İmamil-Hüseyn (ə)», səh. 767 [21]- «Həzhətün-nazir və tənbihül-xatir», səh. 83 [22]- «Əl-Hüseyn», c. səh. 164 [23]- «Biharül-ənvar», c.78, səh.126 [24]- «İrşadül-qülub», 7-ci fəsil, səh 46 [25]- «Dürrətül-bahirə», səh 24 [26]- «Tuhəfül-üqul», səh 247 [27]- «Üsuli-Kafi», c. 1, səh 20 [28]- «Tarixi-Yəqubi», c. 2, səh. 233 [29]- «Müstədrəki-vəsail», c. 12, səh. 209 [30]- «Tarixi-Təbəri», c. 7, səh. 242  

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75