Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Əqaid 06.04.2008

Nə üçün peyğəmbərlər məsumdurlar? (günahsızdırlar?) Günah və səhvdən uzaq olma

Məlumdur ki, bütün peyğəmbərlər hər şeydən qabaq özünü camaatın gözündə doğrultmalı, camaatın rəğbətini qazanmalı və camaatın ona etimadı olmalıdır. Belə ki, heç kim onun sözlərində yalan, səhv, xilafkarlıq olduğunu ehtimal belə etməməlidir. Əgər belə olmasa, onun rəhbərlik məqamı aradan çıxacaq. Əgər peyğəmbərlər məsum olmasalar, bəhanə axtaranlar onların səhvlərinə görəcək, həqiqət axtaranlar isə onların dəvətlərinin məğzi aradan qalxdığına görə, onlara tabe olmayacaqlar. Tabe olsalar da, sidqi-ürəklə tabe olmayacaqlar. «Etimad dəlili» adlandırılan bu dəlil peyğəmbərlərin nə üçün məsum olduqları sualına bir cavab, şahid və sübutdur. Başqa sözlə, necə ola bilər, Allah sərgərdan və laqeyd bir insana itaət etməyi əmr etsin, həmin insan isə səhv, yaxud günah işlətsin? Belə bir vəziyyətdə insanlar onun ardınca gedib itaət etməlidirlərmi? Əgər itaət etsələr, günah və səhvə itaət etmiş olarlar, yox, əgər itaət etməsələr, onda peyğəmbərin rəhbərlik məqamı aradan qalxar. Özü də, peyğəmbərlərin rəhbərlik məqamı başqalarının rəhbərlik məqamından fərqlənir. Çünki bütün insanlar əqidə və məsləklərini onun dediyi sözlərə əsasən tənzimləyir. Məhz buna görə, müfəssirlər (təfsirçilər) «Allaha, peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin» ayəsinə yetişdikdə deyirlər ki, qeyd-şərtsiz itaət əmri həm peyğəmbərlər, həm də ixtiyar sahiblərinin məsum olduqlarına sübutdur. (İxtiyar sahibləri dedikdə isə imamlar başa düşülür). Əgər onlar (peyğəmbərlər və ixtiyar sahibləri) məsum olmasaydılar, Allah açıq şəkildə onların ardınca getməyi və itaət etməyi əmr etməzdi. Peyğəmbərlərin məsum olduqlarını sübut edən başqa bir yol peyğəmbərlərdə günahın səbəbinin olmamasıdır. (yəni, elə bir səbəb yoxdur ki, onlar bu səbəbdən günaha əl atsınlar.) İzah: Biz özümüzə nəzər saldıqda görürük ki, bəzi günah və ya pis işlərə münasibətdə demək olar ki, məsumuq. Aşağıdakı nümunələrə diqqət edin 39 Ağıllı bir şəxsin od, kül və çirkin şeyləri yemək fikrinə düşdüyünü görmüsünüzmü? Əlbəttə ki, xeyr. Əgər görsək, bir nəfər bu cür hərəkətlər edir, dərhal onun dəli olduğunu zənn edəcəyik. Çünki ağıllı şəxsin bu hərəkətləri etməsi mümkün deyil və bunu heç cür ağlımıza sığışdıra bilmərik. Bu kimi işlərin pis və bəyənilməz olduğunu təhlil etdikdə görürük ki, bu işlər o qədər pisdir ki, heç bir düşüncəli insan bunlara əl atmaz. Qısaca deyə bilərik ki, düşüncəsi olan hər bir insan bu cür iş və hərəkətlərdən yana məsumdur (günahsız və təqsirsizdir). Bəhsimizin dairəsini bir az da genişləndirib deyirik ki, insanların bir qismi bəzi günahlar və pis işlərə nisbətən məsumdur, lakin başqa bir hissə həmin günahlara düçar olmuşdur. Məsələn, mahir bir həkim mikroblu və bulanlıq suyu içməz. Amma savadsız bir əkinçi o suyu içir. Çünki o, suda olan mikrobları tanımır və onun zərərindən xəbərsizdir. Deməli, belə çıxır ki, insanın bir mövzu barədə elmi, məlumatı nə qədər çox olsa, bir o qədər pis işlərdən çəkinər və günahlardan uzaq olar. Bu hesabla, əgər bir nəfərin imanı, biliyi həddən artıq yuxarı səviyyədə olsa və Allaha, onun ədalət məhkəməsinə sanki bunların hamısını gözləri qarşısında görürmüş kimi etiqad bəsləsə, bütün günahlardan uzaq olar. Onun pis əməllərə, günahlara olan münasibəti, bizim küçədə anadangəlmə çılpaq hərəkət etməyə olan nisbətimiz kimidir. Haram malı yemək onun nəzərində ağıza od aparmaq kimi bir şeydir. Biz odu ağzımıza almadığımız kimi, o da haram malı ağzına almaz. Deyilənlərdən belə nəticəyə gəlirik ki, peyğəmbərlərin yüksək dərəcədə olan elmi, imanı onları günah etməkdən çəkindirir. Günah onların hətta fikrlərinə belə gəlmir. Buna görə deyirik ki, peyğəmbərlər məsumdurlar. İsmət (günahsızlıq) məqamı necə iftixar ola bilər? İsmətin və məsum olmanın mənasını yaxşı anlamayan bəzi şəxslər deyirlər ki, əgər Allah bir nəfəri məsum edibsə və günahı onun hətta fikrinə belə gətirmirsə, bunun harası fəxrdir? Bu məcburi məsumluqdur. Məcburi məsumluğun da heç bir şərafət və dəyəri yoxdur. Yuxarıda verilmiş izahatda bu məsələnin cavabı tamamilə aydındır. Peyğəmbərlərin günahlardan məsum olmaları heç də məcburi deyildir. Əksinə, onlar bu rütbəyə, bu dərəcəyə öz güclü iman, elm, yəqinlikləri sayəsində nail olmuşlar. Bu da onlar üçün ən böyük şərəfdir. Əgər təcrübəli bir həkim özünü xəstəliklərdən qoruyursa, bu onun məcbur olduğunumu göstərir? Bu cür bir həkim bütün təmizliklərə riayət edirsə, bu onun üçün şərəf hesab olunmurmu? Hüquqşünas təhlükəli bir cinayətin hansı pis nəticələr verəcəyini bilir və həmin cinayətdən özünü gözləyirsə, bu onun üçün şərəf deyilmi? Deməli, peyğəmbərlərin nail olduğu məsumluq rütbəsini onlar öz ixtiyarları ilə qazanmışlar və bu onlar üçün böyük bir iftixardır. Fikirləşin və cavab verin 1.Məsumluğun neçə budağı var? 2.Əgər peyğəmbərlər məsum olmasaydılar, nə olardı? 3.İsmət (məsumluq) məqamının həqiqəti nədir? 4.Dərsdə deyilən misallardan başqa bütün və ya bəzi insanların uzaq olduğu bir neçə günah saya bilərsinizmi? 5.Peyğəmbərlərin məsumluğu məcburidir, yoxsa öz iradələri ilə qazanmışdır? İsbat edin.

Əqaid 04.04.2008

İnsanların ilahi rəhbərlərə (peyğəmbərlərə) olan ehtiyacı İnsan elminin məhdudluğu

Bəziləri soruşa bilər: peyğəmbərlərin insanları düz yola dəvət etmələri lazımdırmı? Məgər insan öz həqiqətlərini anlaya bilmirmi? Məgər elmin inkişaf etməsi sirlərin açılmasına və həqiqətlərin kəşf olunmasına kömək etmirmi? Bundan əlavə, onu da xatırladaq ki, peyğəmbərlərin insanlara öyrətdiklərini bəzən öz ağlımızla dərk edir, bəzən isə etmirik. Birinci halda (ağlımız peyğəmbərlərin dediklərini anladığı halda) peyğəmbərlərin gəlməsinə ehtiyac yoxdur. (Çünki onların dediklərini öz ağlımızla dərk edirik.) İkinci halda isə biz ağlımızın dərk etmədiyi şeyləri qəbul edə bilmərik. Başqa bir tərəfdən, peyğəmbərlərin dediklərini qəbul etmək üçün insan özünü tam şəkildə onların ixtiyarına buraxmalıdır. Məgər bu düzgündürmü? İnsan peyğəmbərlərin sözünü kor-koranə qəbul edə bilərmi? Məgər peyğəmbərlər bizim özümüz kimi insanlar deyillər? Özümüzü özümüz kimisinin ixtiyarına verməyin nə mənası var? Cavablar: Bir neçə məsələni nəzərə almaqla bütün verilən sualların cavabı və peyğəmbərlərin insanların həyatındakı mövqeyi məlum olur. 1)Bilməliyik ki, bizim elmimiz məhduddur. Bəşər elmində bu qədər inkişafın olmasına baxmayaraq, yenə də bildiklərimizin bilmədiklərimizə olan nisbəti bir damla suyun dəryaya olan nisbəti kimidir. Bəzi böyük alimlərin dili ilə desək, bizim bütün bildiklərimiz dünya adlı 35 kitabın əlifbasıdır. Başqa sözlə, bizim ağlımızın anlayış çərçivəsi elə bir məntəqədir ki, elm və bilik şüası onu işıqlandırır, bizim isə onun xaricindən xəbərimiz yoxdur. Peyğəmbərlər gəlib bu məntəqəni insanın ehtiyacı olan qədər işıqlandırır. Əslində bizim ağlımız böyük bir projektor, peyğəmbərlər və səmavi vəhy isə bütün dünyanı işıqlandıran günəşdir. Güclü bir projektora malik olan şəxs deyə bilərmi ki, mənim günəş işığına ehtiyacım yoxdur? Daha açıq desək, həyata aid məsələləri üç hissəyə bölmək olar, ağlasığan, ağlasığmayan və məchul məsələlər. Peyğəmbərlər heç vaxt ağlasığmaz, yəni ağıl və düşüncənin əksinə olan söz deməmişlər. Əgər deyiblərsə, peyğəmbər olmamışlar. Əksinə, onlar məchulları anlamaqda bizə kömək etmişlər. Bu da bizim üçün çox mühümdür. Buna əsasən, insanın ağlı olan yerdə və elmin bu qədər inkişaf etdiyi bir vaxtda «insanların peyğəmbərə ehtiyacı yoxdur» deyən şəxslər nə bəşər elminin çərçivəsini tanıyırlar, nə də peyğəmbərlərin risalətinin mənasını anlayırlar. Bu, birinci sinifdə əlifbanı öyrənmiş uşağın «mən hər şeyi bilirəm, dərs oxumağa və müəllimə ehtiyacım yoxdur» deməsinə bənzəyir. Bu söz əsassız deyilmi? Bunu da deyək ki, peyğəmbərlər təkcə müəllim olmamışlar. Onların rəhbərlik məsələləri barədə gələn dərslərdə ətraflı söhbət edəcəyik. 2)Heç kim iddia etmir ki, insan özünü özü kimi olan başqa birisinin ixtiyarına verməlidir. Məsələ burasındadır ki, peyğəmbərlərin səmavi vəhy, yəni, Allahın sonsuz olan elmi ilə rabitələri vardır. (Bunu gələn dərslərdə isbat edəcəyik.) Bu rabitəni biz qəti və möhkəm dəlillərlə tanımalıyıq. Bu surətdə onların dediklərini, təlim-tərbiyələrini can-başla qəbul etməliyik. Əgər xəstə bir şəxs ona ürəyi yanan və öz ixtisasında mahir olan bir həkimin yazdığı reseptə əməl edərsə, səhv işmi görmüş olar? Peyğəmbərlər də böyük ruh həkimləridir. Müəllimin dedikləri ağlımıza uyğun gələrsə, onu qəbul etməyin nə qəbahəti var? Peyğəmbərlər də, bəşərin böyük məllimləridir. Yaxşısı budur ki, biz peyğəmbərlərin gəlməsinin lazım və zəruri olduğunu sübut edən dəlilləri daha dəqiq araşdıraq. İnsanların üç səbəbə görə peyğəmbərlərə ehtiyacı var 1.Təlim-tərbiyə cəhətdən olan ehtiyac Əgər bir nəfər xəyalında nurdan hazırlanmış və saniyədə 300000 kilometr məsafəni qət edən bir miniyə minib geniş asimanda dövr etsə, bu kainatın təkcə bir guşəsini müşahidə etmək üçün onda Nuh ömrü lazımdır. Kainat bu qədər genişliyi ilə, yəqin ki, əbəs yerə yaradılmayıb. Allahı tanıma bəhslərində demişik ki, bu dünyanın yaranmasında Allaha heç bir fayda, mənfəət gəlmir. Çünki o, hər cəhətdən kamil və ehtiyacsız bir varlıqdır. Onun nöqsanı olmadığından, bu dünyanı xəlq etməklə həmin nöqsanı aradan qaldırmaq istədiyini söyləyə bilmərik . Deməli, Allahın dünyanı yaratmaqda məqsədi başqalarına fayda və mənfəət vermək, məxluqatı kamala çatdırmaqdır. Necə ki, günəş bizə ehtiyacı olmadığı halda yerə saçır və bunun yalnız biz faydası var. Bizim isə günəşə bir xeyrimiz yoxdur. Bundan əlavə, bizim biliyimiz kamilliyə yetişmək üçün kifayət edərmi? Biz bu dünyanın sirlərindən nə qədərini bilirik? Ümumiyyətlə, həyatın mənası nədir? Bu dünya nə vaxtdan yaranıb? Heç kim bu suallara düzgün cavab verə bilmir. Bu dünya nə vaxtadək davam edəcəkdir? Buna da düzgün bir cavab verən tapılmır. İqtisadi və ictimai həyat barədə bəşər alimlərinin hər birinin öz nəzəriyyəsi vardır. Məsələn, bir qrup kapitalizmi, başqa bir qrup sosializm və kommunizmi tövsiyə edir. Üçüncü qrup isə hər ikisinin ziyanlı olduğunu bildirərək heç birini bəyənmir. Həyatın digər məsələlərində də alimlər arasında bu cür nəzəri ixtilaflar çoxdur. Bu yerdə insafla etiraf etməliyik ki, insanın yaranışının əsl məqsədi olan təkamülə yetişmək üçün düzgün və həqiqətlə uyğun olan təlim-tərbiyəyə ehtiyacı var. Bu təlim-tərbiyə elə olmalıdır ki, bu uzun məsafədə bizə mənzil başına çatmaqda kömək 36 olsun. Bu da yalnız Allahın elmi ilə, yəni peyğəmbərlərə göndərdiyi vəhylər nəticəsində mümkün olur. Məhz buna görə də, bizi xəlq etmiş Allah bizə yolu qət etmək üçün həmin elmi verməlidir. (Bu da ancaq peyğəmbərlərin vasitəsi ilə mümkündür.) 2.İctimai və əxlaqi cəhətdən rəhbərə olan ehtiyac Bildiyimiz kimi, insanın vücudunda ağıl və düşüncədən başqa bir sıra istək və meyllər də vardır. Məsələn, özümüzü sevmək meyli, hirs və qəzəb meyli, şəhvət və digər meyllər. İnsan öz (heyvani) meyllərinin qarşısını almaq üçün hər tərəfdən, hər nəzər və cəhətdən kamil olmalıdır. O şəxs rəftarı , söhbəti, hərəkətləri ilə əsl əxlaqı, tərbiyəni, mənəviyyatı insanlara öyrətməlidir. Məsum peyğəmbərlədən başqa kim bu işin öhdəsindən gələ bilər? Məhz buna görə də mehriban və qadir Allah bəşəri bu cür insanlardan məhrum etməmiş və insanlar üçün rəhbər, müəllim, əsl mənada desək, peyğəmbərlər göndərmişdir. (Bu bəhsin davamını gələn dərsdə oxuyacaqsınız.) Fikirləşin və cavab verin: 1.Elminiz nə qədər artsa da, yenə bilmədiklərinizin bildiklərinizdən çox olduğunu hiss edirsinizmi? (Bir misal göstərin.) 2.Bir nəfərə kor-koranə surətdə itaət etməklə peyğəmbərlərə itaət etməyin fərqini bilirsinizmi? 3.Tanımadığımız yolu bələdçisiz getsək, hansı çətinliklərlə üzləşə bilərik? 4.İnsanların hansı cəhətlərdən peyğəmbərə ehtiyacları olduğunu izah edin. 5.Bu barədə daha hansı başlıq altında bəhs edəcəyimizi güman edirsiniz?

Əqaid 03.04.2008

Allahın ədaləti və insanların cəhənnəmdə əbədi qalması məsələsi

Bildiyimiz kimi, Quranın bir çox ayələrində Allah kafir və bir sıra günahkar insanlara Cəhənnəmdə əbədi qalacaqlarını vəd etmişdir. Məsələn, «Tövbə» surəsinin 68-ci ayəsində deyilir: Yəni, «Allah münafiq kişi və qadınlara, kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir.» Eləcə də, Allah tərəfindən mömin kişi və qadınlara Cənnətdə əbədi qalacaqları vəd edilmişdir. Məsələn, həmin surənin 72-ci ayəsində oxuyuruq: Yəni, «Allah mömin kişi və qadınlara (ağacları) altından çaylar axan cənnətlərdə əbədi qalacaqlarını vəd etmişdir.» Burada belə bir sual yaranır; necə olur ki, bir nəfər 80, ya çox olsun, 100 il ömür sürür və bir neçə pis iş görür, lakin qiyamət günü milyon illərlə, yaxud əbədi olaraq onun cəzasını çəkməli olur? Bu sual yalnız cəhənnəmin əbədi əzabına aiddir. Behiştdə əbədi qalmağa gəlincə isə, bu sualın mənası yoxdur. Çünki mükafat (Cənnət mükafatı) nə qədər çox olarsa, bir o qədər Allahın rəhmət və fəzlinin çoxluğunun nişanəsidir. Lakin pis əməllərin müqabilində insan əbədi əzaba düçar olması necə? Bu Allahın ədaləti ilə uyğun gəlirmi? Allahın ədaləti ilə günahların cəzasını çəkmək arasında tarazlıq olmamalıdırmı? Cavab: Bu sualın cavabını bilmək üçün bir neçə mətləbi nəzərə almalıyıq: 33 A)Axirət dünyasının əzab və cəzası bu dünyanın cəzası kimi deyildir. Məsələn, bir nəfər dünyada oğurluq edibsə, onu bir müddət zindanda saxlayıb sonra azad edirlər. Qiyamət cəzası isə əməllərin (günahların) təsir və xüsusiyyətinə əsasən verilir. Başqa sözlə desək, günahkarların axirətdə çəkəcəyi əzabların hamısı onların öz əməllərinin nəticəsidir ki, indi onları əhatə etmişdir. Qurani- Məcid bu məsələni çox gözəl şəkildə bəyan etmişdir: Yəni, «Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz.» (Yasin, 54). Bu həqiqəti sadə bir misalla aydınlaşdıra bilərik. Təsəvvür edin ki, bir nəfər narkotik maddələr qəbul etməyə və ya spirtli içkilər içməyə adət etmişdir. Ona deyiləndə ki, bunlar sənin ziyanınadır, qulaq asmır. Bir neçə həftə vəya bir neçə ay öz kefi ilə məşğul olduqdan sonra yavaş-yavaş mədəsi, ürəyi ağrımağa, əsəbləri pozulmağa başlayır. Sonra ömrünün axırınadək bu xəstəliklərdən əziyyət çəkir, gecə-gündüz çığır-bağır salır, ah-nalə edir. İndi deyə bilərikmi, bu şəxs bir neçə həftə və ya bir neçə ay günah işlətmişdir, bəs indi nə üçün ömrünün axırınadək onun əziyyətini çəkməli olur? Dərhal cavab verilir ki, bu onun öz əməlinin nəticəsidir. Hətta o, Nuh(ə) qədər də ömür sürsə, yenə ömrünün sonuna kimi bu əziyyəti çəkməlidir. Ona deməliyik ki, bu sənin öz əlində hazırladığın bəladır. Qiyamət gününün əzabları da bir cəhətdən buna bənzəyir. Buna görə də, Allahın ədalətinə heç bir qüsur gətirmir. B)Bəziləri belə güman edirlər ki, günahın cəzasının müddəti günahın müddəti qədər olmalıdır. Bu səhv və yalnış bir fikirdir. Çünki günahla cəza arasında zaman rabitəsi yoxdur. Cəza günahın xüsusiyyət və nəticəsinə görə verilir. Məsələn, bir şəxs günahsız bir insanı qətlə yetirir və bir sıra dünyəvi qanunlara əsasən onu ömürlük ölümə məhkum edirlər. Baxıb görürük ki, cinayət az bir zamanda baş verib, lakin cani ömürlük zindana məhkum olunub. Bu işi heç kim zülm hesab etmir. Çünki bu işdə saniyə, dəqiqə, saat, ay rol oynamır. Əsas məsələ günahın xüsusiyyətidir. V)Cəhənnəmdə həmişəlik qalıb əbədi əzab çəkmək yalnız bütün nicat qapılarını öz üzlərinə bağlamış və bilərəkdən fəsada, nifaqa doğru gedən insanlara aiddir. Günah bu insanlara o qədər təsir edib ki, onların bütün vücudunu özündə qərq etmiş, əslində onları günahın özünə gətirib çıxarmışdır. Qurani- Kərim bunu öz gözəl ifadəsi ilə belə bəyan edir: «Bəli, günah qazanan və qazandığı günahkarlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar..» (Bəqərə, 81). Bu cür insanlar Allahla əlaqəni tamamilə kəsmiş, nicat qapılarının hamısını üzlərinə bağlamışlar. Bu cür insanlar bilərəkdən öz qanadlarını sındırmış, uçmağa imkanı olmayan və həmişə yerdə qalmağa məcbur olmuş quşlara bənzəyirlər. Bu üç mətləbi nəzərə aldıqda məlum olur ki, bir sıra münafiq, kafir insanlar üçün nəzərdə tutulmuş əbədi cəhənnəm əzabı heç də Allahın ədaləti ilə zidd deyildir. Bu, onların öz gördükləri işlərin nəticəsidir. Peyğəmbərlər onlara xəbərdarlıq etmişdilər ki, bu işlərin çox acınacaqlı nəticəsi vardır. Əgər bu insanlar cahil olmuş və peyğəmbərlərin sözü onların qulağına çatmamışdırsa, şübhəsiz ki, onlar bu cür əzaba düçar olmayacaqlar. Xatırladaq ki, Quran ayələrindən və rəvayətlərdən belə məlum olur ki, Allahın rəhməti həddən artıq geniş olduğuna görə, günahkarların çoxu bağışlanacaqdır. Bəziləri şəfaət vasitəsi ilə, bəziləri bağışlanma və əfv vasitəsi ilə, bəziləri gördükləri kiçik yaxşı əməllərin Allah tərəfindən böyük hesab olunması vasitəsi ilə, bəziləri də bir müddət cəhənnəmdə qalıb, təmizləndikdən sonra bağışlanıb cənnətə gedəcəklər. Təkcə bir dəstə qalır ki, onlar da haqqla həddən artıq düşmənçilik etdiklərinə, zülm, fəsadda öz həddlərini aşaraq talelərini qaraltdıqlarına görə, cəhənəmdə əbədi qalmalı olacaqlar. Fikirləşin və cavab verin 34 1.Bəzi şəxslər cəhənnəmdə əbədi qalmağı Allahın ədaləti ilə necə zidd bilirlər? 2.Axirət aləminin cəzaları bu dünyanın cəzaları kimidirmi? Əgər elə deyilsə, bəs necədir? 3.Ədalət günahın cəzasının onun zamanı ilə bərabər olmasını tələb edirmi? 4.Cəhənnəmdə əbədi qalma kimlərə aiddir? 5.Kimlər Allahın rəhmətinə nail olub bağışlanacaqlar?

Əqaid 02.04.2008

Hidayət və azğınlıq Allahın əlindədir

1.Hidayət və azğınlığın növləri. Məsələn, bir nəfər sizə əlində tutduğu bir ünvanı göstərərək ünvanı tanımadığını və sizdən kömək istədiyini bildirir. Sizin ünvanı ona tanıtdırmaq üçün iki yolunuz var. Biri odur ki, ona qoşulub istədiyi yerə gətirib ünvanı ona göstərəsiniz. İkincisi isə odur ki, ünvanın yerini, nişanəsini deyib onu tanış edəsiniz. Siz hər iki surətdə onu öz məqsədinə çatdırmış olursunuz. Lakin bu iki yol arasında fərq var. Birinci halda siz ünvanı ona göstərməkdən 31 əlavə, onu ötürüb məqsədinə çatdırmısınız. İkinci halda isə yalnız ünvanın yerini və nişanələrini söyləmisiniz. Quranın bir çox ayələrində, eləcə də islami hədislərdə gəlmiş «hidayət» sözü bu iki mənanın hər ikisində işlədilmişdir. Bundan əlavə bəzən yalnız təşrii məna daşıyır. Yəni, qanun və fərmanlar vasitəsilə həyata keçir. Bəzən isə təkvini məna daşıyır. Yəni, təbii yollarla, xilqətin qurduğu vücudla həyata keçir. Necə ki, bir nütfə kamil bir insana tərəf hidayət olur və insana çevrilir. Hidayətin bu iki mənası da Quran və hədislərdə gəlmişdir. İndi ki, hidayətin (eləcə də onunla qarşı duran zəlalət və azğınçılığın) növlərini öyrəndik, əsl bəhsimizə qayıdırıq. Quranın çox ayələrində gəlmişdir ki, hidayət və azğınlıq Allahın işidir. Şübhəsiz ki, insana düz yolu göstərən odur. Çünki o, peyğəmbərlər göndərməklə və asimani kitabları nazil etməklə yolu insanlar üçün müəyyən etmişdir. Ancaq məqsədə çatdırmaq, özü də məcburi şəkildə, yəqin ki, insan iradəsinin azadlığı ilə uyğun gəlmir. Lakin məqsədə çatmaq üçün lazım olan qüvvələr Allah tərəfindən bizə verildiyi üçün və bu işdə bizə o kömək etdiyinə görə deyirik ki, hidayət Allahın əlindədir. Belə ki, Allah bütün başlanğıcları insan üçün hazırlayaraq onları bəşərin ixtiyarında qoymuşdur. 2.Mühüm bir sual Quranda hidayə və zəlalətin yalnız Allahın əlində olduğuna işarə edən ayələrlə rastlaşırıq. Məsələn, «İbrahim» surəsinin 4-cü ayəsində deylilir: «Allah kimi istəsə hidayət edər, kimi də istəsə yolundan azdırar. O, yenilməz qüdrət və hikmət sahibidir.» Bəzi insanlar Quranın digər ayələrini nəzərə almamaqla belə sual verirlər ki, əgər insanı hidayət edən, yaxud yolundan azdıran Allahdırsa, bəs onda insanların nə günahı var? Lakin diqqəti cəlb edən budur ki, Quran ayələrini bir-biri ilə əlaqələndirib onun əsl, həqiqi mənasını ələ gətirmək lazımdır. Biz indi hidayət və zəlalət barədə olan ayələrin bir neçəsini sizin nəzərinizə çatdırırıq. Bu ayələri yuxarıda deyilən ayə ilə müqayisə edib lazımi nəticəyə gələ bilərsiniz. «Allah zalimləri (haqq yoldan) azdırar.» (İbrahim,27). «Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar.» (Qafir, Mumin,34). «Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq.» (Ənkəbut, 69). Yuxarıdakı ayələrdə gördüyümüz kimi, Allahın istək və iradəsi heç də hesabsız deyildir. Nə bir nəfər hikmətsiz və hesabsız hidayət olunur, nə də bir nəfər hesabsız yolundan azdırılır. Əgər Allah onun yolunda cihad edən, çətinliklərlə mübarizəyə qalxan, öz nəfsi ilə mübarizə edən, düşmənlərlə üz-üzə gələn bir şəxsə onu hidayət edəcəyini vəd edirsə, bu ədalətin eynidir. Əlbəttə ki, zülm, şəkk və şeytani hərəkətlərdə həddini aşmış insanları Allah hidayət etməz. Nəinki, təkcə hidayət etməz, əksinə, onu yolundan azdırar. Bu şəxslərin qəlbləri, gördükləri bu işlər nəticəsində daşa dönmüşdür və onlar bir daha düz yola hidayət oluna bilməzlər. Əgər Quran ayələrində «Allah istədiyini yoldan azdırar» kimi ifadələrlə rastlaşırıqsa, mənası budur. Allah əməllərimizin nəticəsni bizim öz ixtiyarımıza qoymuşdursa, bu da eyni ədalətdir (Diqqət edin). 3.Günah etməyin səbəbi Allahın əzəli və əbədi elmidirmi? Məcburiyyət və ixtiyar barədə sonuncu məsələ budur ki, məcburiyyət əqidəsində olan insanlar özlərini paklığa çıxarmaq üçün bəhanə kimi Allahın onların günah etmələrinə səbəb olan əbədi elmini göstərirlər. Onlar deyirlər ki, Allah filan şəxsin filan vaxda filan günahı edəcəyinibilirdi, ya yox? 32 Əgər cavab versək ki, yox, bu Allahın elmi ilə uyğun gəlmir. (Çünki Allah hər şeyi bilir.) Əgər desək ki, bəli bilirdi, deyəcəklər ki, onda mütləq o şəxs həmin günahı etməlidir. Yoxsa, Allahın elmi düz çıxmaz. Deməli, Allahın elminin düzgün çıxması üçün bütün günahkarlar günahları, möminlər isə itaətlərini etməyə məcburdurlar. Onlar özlərini sudan quru çıxarmaq üçün bu bəhanəyə əl atmışlar, ancaq bir şeyi nəzərə almayıblar ki, Allah filan şəxsin filan günahı edəcəyini bilsə də, bu, günahkar öz günahında məcburdur mənasına gəlməz. Allah bilir ki, filan şəxs filan günahı mömin də itaətini öz ixtiyar və iradəsi ilə görəcəkdir. Yəni, Allah bu işləri (günah və itaət edəcəyimizi) bizim öz ixtiyarımızla görəcəyimizi bilir. Əgər məcbur olsaq, onda Allahın elmi düzgün çıxmaz. (Deməli, Allahın elminin düzgün çıxması üçün tək çarəmiz insanın iradəcə azad və ixtiyar sahibi olduğunu etiraf etməkdir.) (Diqqət edin). Bu məsələni aşkar bir misalla daha da açıqlayaq. Fərz edin ki, bir sinifdə tənbəl bir şagird var. Sinfin müəllimi topladığı təcrübə nəticəsində bilir ki, həmin şagird imtahanı verə bilməyəcək. Buna yəqini də var ki, o, sinifdə qalacaq. İmtahan zamanı çatdıqda həmin şagird imtahanı verə bilmir və sinifdə qalır. İndi həmin şagird deyə bilərmi ki, ey müəllim, sənin mənim imtahanı verə bilməyəcəyim haqdakı biliyin məni imtahandan kəsilməyə məcbur etdi? Yaxud məsum bir şəxs filan cinayətin baş verəcəyini bilir. Cinayət baş verdikdə cani məsuma deyə bilərmi ki, sənin elmin məni cinayət törətməyə məcbur etdi? Və ya baş verəcək hadisələr haqqında bir az qabaqcadan xəbərdarlıq edən cihazlar barədə hadisə baş verdikdən sonra deyə bilərikmi ki, bu cihazlar bu hadisənin baş verməsinə səbəb oldu? Deməli, belə nəticəyə gəlirik ki, Allahın elmi heç kəsi öz işində məcbur etmir. Fikirləşin və cavab verin 1.Hidayətin neçə növü var? Açıqlayın. 2.Hidayət və zəlaləti Allaha nisbət verən ayələrdən bir neçə nümunə gətirin. 3.Allahın birini hidayət edib, digərini yoldan azdırmasının mənası nədir? 4.Allahın əbədi elmindən məqsəd nədir? 5.Allahın əbədi elmi insanları öz işlərində məcbur edirmi? Buna dair bir misal gətirin.

Əqaid 01.04.2008

Məcburiyyətlə ixtiyar arasında olan hədd nədir? (Vasitə nəzəriyyəsi.)

1)Məcburiyyətin qarşılığı olan nəzəriyyə . 29 Məcburiyyət nəzəriyyəsinin müqabilində «təfviz» adlanan bir nəzəriyyə vardır. Bu əqidədə olanlar deyirlər ki, Allah insanı yaratdıqdan sonra onu tam şəkildə azad buraxmışdır. Beləliklə də, insan bütün işlərində tam azaddır və Allah onun işlərində heç bir rol oynamır. Şübhəsiz ki, bu nəzəriyyə də tövhidlə uyğun gəlmir. Çünki tövhid bizlərə öyrədib ki, aləm Allahın mülküdür, heç bir şey onun hakimiyyətindən kənar deyil. Hətta insan iradəsinin azad olduğuna baxmayaraq, eyni zamanda, insanların bütün əməlləri onun qüdrət və hakimiyyət çərçivəsindədir. Əgər belə olmasa, onda Allaha şərik qoşmuş olarıq. Daha aydın desək, biri bütün yeri-göyü xəlq etmiş böyük Allah, digəri isə kiçik Allah. Brinci Allah insanın işlərində rol oynamadığına görə, biz müstəqil, azad, iradəsi öz əlində olan insanı ikinci Allah kimi təsəvvür etmiş olarıq. Bu şirkdir. (Allaha şərik qoşmaq deməkdir.) Bu ikiallahlığa əqidə bağlamaq deməkdir. Məsələ burasındadır ki, biz elə etməliyik ki, həm insanı azad bilək, həm də Allahın ona və onun rəftarına hakimiyyət etdiyini təsdiqləyək. 2) «Vasitə» nəzəriyyəsi: Məcburiyyət nəzəriyyəsi ilə təfviz, yəni tam azadlıq nəzəriyyəsi arasında olan hədd «vasitə» həddi, vasitə nəzəriyyəsi adlanır. Əsas məsələ budur ki, biz bu iki məsələ arasında, yəni insan iradəsinin azadlığı və eyni zamanda Allahın insanın əməllərinə hakimiyyət etməsi arasında zidiyyət təsəvvür etməliyik. Əsas məsələ budur ki, biz həm tam şəkildə Allahın ədalətini və insan iradəsinin azadlığını, həm də Allahın bütün aləmə, kainata, hətta insanın əməllərinə hakimiyyət etdiyini qəbul edək. Bu məsələni üsuliddində vasitə «nəzəriyyəsi» adlandırırlar. (Yəni, məcburiyyət və tam azadlıq nəzəriyyələri arasındakı hədd. Yəni, insan öz əməllərində məcbur deyil, lakin tam şəkildə azad da deyil. Allahın da onun rəftarında rolu və hakimiyyəti var.) Bu bəhs bir az qarışıq və çətin olduğu üçün, onu sadə bir misalla açıqlayırıq. Təsəvvür edin ki, siz trolleybus sükanının arxasında əyləşib maşını idarə edirsiniz. Əgər elektrik cərayanı bir anlıq kəsilsə, trolleybus dərhal hərəkətindən qalacaq. Elektrik olan zaman siz azadsınız: istədiyiniz yerdə maşını saxlaya bilərsiniz, istədiyiniz qədər dayana bilərsiniz, hansı sürətlə istəsəniz, hərəkət edə bilərsiniz. Lakin sizin bu azadlığınıza baxmayaraq elektrik cərayanına nəzarət edən şəxs istədiyi vaxt sizi hərəkətdən saxlaya bilər. Çünki trolleybusun bütün hərəkətləri elektrikdən asılıdır. Bu misala diqqət etdikdə sürücünün azad, ixtiyar sahibi olduğu ilə yanaşı onun başqa bir şəxsdən asılı olduğunu da anlayırıq. Bu iki işin bir-biri ilə heç bir ziddiyyət və ixtilafı yoxdur. Başqa bir misal: Təsəvvür edin ki, bir nəfərin əli xəstəlik və ya gözlənilməz bir hadisə nəticəsində keyimiş və daha hərəkət etməyə qüdrəti qalmamışdır. Lakin əgər ona elektrik cihaz ilə kömək etsələr, əli hərəkətə gələr. Onun əlini elektrikin köməyi ilə hərəkətə gətirdikdə əgər həmin şəxs bu anda bir cinayət törətsə, məsələn, bir nəfəri bıçaqla vursa, şübhəsiz bu şəxs törətdiyi cinayətə görə məsuliyyət daşımalıdır. Cünki o anda onun həm qüdrəti olub, həm də ixtiyarı öz əlində idi. Azad şəxs də gördüyü işlər müqabilində məsuliyyət daşıyır. Buna baxmayaraq, həmin şəxsə qüdrət verən, əlini hərəkətə gətirən elektrikdir. İndi isə öz bəhsimizə qayıdaq. Allah bizə qüdrət, qüvvət vermiş, huş, ağıl, düşüncə bəxş etmişdir. Bunlar hər an Allah tərəfindən bizə verilir və arası kəsilmir. Əgər onun lütf və mərhəməti bir an bizdən kəsilsə, məhv olarıq. Əgər biz bir iş görürüksə, onun bizə bəxş etdiyi qüdrətlə görürük. Hətta azadlığımız da bizə onun tərəfindən verilib. Yəni, o bizim azad olmağımızı və bu yolla təkamülə yetişəcəyimizi istəmişdir. Buna əsasən, biz iradəmizin azad və muxtar olması ilə yanaşı Allahın ixtiyarındayıq. Biz özümüz qüdrət sahibi olmağımıza baxmayaraq, yenə də ona tabeyik. Onsuz biz puç olarıq. Bu əqidə, bu nəzəriyyə yaxud «vasitə» nəzəriyyəsi adlanır. Yəni, nə bir bəndəni 30 Allaha tay və şərik qərar veririk, nə də bəndələri öz əməllərində məcbur bilirik. (Diqqət edin.) Şiə imamlarından «məcburiyət və «azadlıq» nəzəriyyələri arasında başqa bir hədd varmı» deyə soruşduqda buyururlar ki, bəli! Bu iki nəzəriyyə arasında başqa bir hədd vardır ki, onların yerdən göyəcən fərqləri var. 3)Quranda «məcburiyyət» və «ixtiyar» məsələsi Qurani-Məcid öz gözəl ayələri ilə insan iradəsinin azad olduğunu açıqlamışdır. Bu məsələ Quranın yüzlərlə ayəsində gözə çarpır. Bu ayələri bir neçə dəstəyə bölmək olar: A)Əmr və nəhy, vacib və haram, məsuliyyətləri bəyan edən ayələrin hamısı insan iradəsinin azad olduğuna şahiddir. Əgər insan öz əməllərində məcbur olarsa, onda bu ayələrin heç bir mənası olmaz. B)Günahkarları tənə, möminləri isə mədh edən ayələr də insanın azad və ixtiyar sahibi olduğuna bir sübutdur. Çünki məcburiyyət olan yerdə tənə və tərifin heç bir mənası yoxdur. V)Qiyamət gününün sorğu-sualı, hesab kitabı, Cənnət və Cəhənnəmdən söhbət edən ayələr də insanın azad olduğuna daha bir sübutdur. Çünki məcburiyyətlə bu deyilənlər uyğun gəlmir. Əksinə, məcburiyyət olduqda günahkarları cəzalandırmaq açıq-aşkar zülm olar. Q) «Kullu nəfsin kəsəbət rəhinəh.» «Hər kəs öz əməlinin girovudur.» «(Hərə öz əməlinin girovunu alacaqdır.)», «Hər kəs öz əməlinin girovudur» kimi ayələr də açıq-aşkar insan azadlığından danışırlar.» d) «Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir.)» kimi ayələr də insanın azad olduğunu göstərən sübutlardan biridir. Quranda bir sıra ayələr də vardır ki, bunlar «vasitə» nəzəriyyəsini isbat edirlər. Lakin bəzi düşüncəsiz insanlar bu ayələri insanın məcbur olduğuna dair sübut və şahid gətirmişlər. O cümlədən «(Ey insanlar! Onu da bilin ki,) Allah istəməsə, siz heç nə istəyib iradə edə bilməzsiniz.» ayəsini buna nümunə gətirmək olar. Bu və bu kimi digər ayələr insanın rəftar və iradəsində məcbur olduğunubildirmir. Əksinə, bu cür ayələr bizə bunu çatdırır ki, insanın irədəcə azad və ixtiyar sahibi olmasına baxmayaraq, eyni zamanda o, Allahın nəzarəti altındadır. Bu barədə ətraflı məlumat bir az bundan əvvəl söylənilmişdir. Fikirləşin və cavab verin 1. «Təfviz» (tam azadçılıq) nəzəriyyəsinin məqsəd nədir və bu nəzəriyyənin nə iradı var? 2.İmamlardan öyrəndiyimiz «əmrun bəynəl əmrəyn (vasitə)» nəzəriyyəsini aid bir misal çəkməklə izah edin. 3.Məcburiyyət və ixtiyar nəzəriyyələri Quranda necə mövqe tutur? 4.Əgər məcburiyyət nəzəriyyəsini qəbul etsək, qiyamət gününün hesab-kitabı, sorğu sual, Cənnət və Cəhənnəm nə mövqe daşıyar? 5. «(Ey insanlar! Onu da bilin ki,) Allah (bir şeyi) istəməsə, siz onu istəyə bilməzsiniz», ayəsi məcburiyyət nəzəriyyəsinə dəlil, sübut və şahid ola bilərmi?

Əqaid 31.03.2008

İnsan iradəsinin və ixtiyarının azadlığına dair ən aşkar sübut.

1.Bütün insanların vicdanı məcburiyyəti inkar edir Alimlər, filosoflar insanın iradəcə azad və ixtiyar sahibi olması barədə çoxlu mübahisələr etmiş və bu məsələ də bir çox sübut və dəlillər gətirmişlər. Biz isə bu barədə ətraflı danışmayacağıq. Yalnız iradə azadlığı üçün gətirilmiş ən aydın və aşkar dəlili oxucuların nəzərinə çatdırırıq. O dəlil insanların öz vicdanıdır. İzah: İnsanlar nəyi inkar etsələr də, bir həqiqəti inkar etmirlər. Bu, cəmiyyət də qanunnun olmalı olduğu həqiqətidir. İstər mömin, istərsə də materialist, şərqli,qərbli, keçmiş, indiki, varlı, kasıb - hamısı deyir ki, insanlar arasında qanun hökmranlıq etməlidir. İnsanlar qanun qarşısında məsuliyyət daşımalıdırlar. Kim qanundan kənar hərəkət edərsə, cəzalandırılmalıdır. Bir sözlə, qanunun aliliyi, insanların qanun qarşısında məsuliyyət daşımaları və eləcə də qanunu pozanın cəzalandırılması bütün insanların qəbul etdiyi bir məsələdir. Yalnız keçmişdə yaşamış vəhşi qəbilə və tayfalar bu üç məsələni rəsmi olaraq qəbul etmirdilər. İnsanların ümumi vicdanı adlandırdığımız bu məsələ insan iradəsinin azadlığına olan ən aşkar dəlildir. Necə inanmaq olar ki, insan öz iradə və rəftarında məcbur olsun və heç bir ixtiyar sahibi olmasın, eyni zamanda, qanun qarşısında məsuliyyət daşısın və qanunu pozarsa, onu məhkəməyə çəkib sorğu-suala etsinlər, cinayəti sübuta yetdikdən sonra onu zindana salsınlar, yaxud edama məhkum etsinlər? (Əgər insan rəftarında məcburdursa, o zaman bu işlərin heç birinin mənası olmayacaq). Bu bəzən dağdan yollara tökülüb insanlara zərər yetirən daş parçalarını tutub mühakimə etməyə bənzəyər. Düzdür, zahirdə bir insanla daş parcası arasında fərq var ancaq, əgər insanın iradə azadlığını danırıqsa, onda bu zahiri fərqin heç bir mənası qalmayacaq. Hər ikisi məcburiyyət üzündən hərəkətə gəlmiş və cəmiyyətə müəyyən ziyan vurmuşlar. (Biri dağdan aşağı enib bir nəfəri öldürüb, biri də silahla birini vurub öldürüb.) «Məcburiyyət» nəzəriyyəsinə əqidə bağlayanların fikrincə, bu iki işin nəticəsində heç bir fərq yoxdur, heç biri öz iradəsi ilə iş görməmişdir. Onda nə üçün biri (insan) mühakimə olunmalı, digəri (daş parcası) isə mühakimə olunmamalıdır? Belə bir mövqedə insan iki yol ayrıcında durur: ya gərək bütün insanların vicdanı ilə qoyulmuş qanunu pozaraq bütün məhkəmələri ləğv etsin, ya da «məcburiyyət» nəzəriyyəsini inkar etsin. Şübhəsiz ki, ikinci yol daha üstündür. 28 Təəccüblü budur ki, həyatta məcburiyyət əqidəsində olanların özləri də həyatda və əməldə qanundan, məhkəmədən və əsl azadlıqdan dəm vururlar. Əgər bir nəfər onlara qarşı kobud və nalayiq hərəkət edərsə, onu məhkəməyə verirlər. Müttəhimi cəzalandırmayınca, sakit olmurlar. Əgər insan azad deyilsə, özündən heç bir şey asılı deyilsə, bu şikayətlərin, səs-küyün nə mənası var? İnsanların bu ümumi vicdanı sübut və şahiddir ki, bütün insanlar öz batinlərində azad olduqlarını qəbul etmişlər və buna əmindirlər. Həmişə öz azadlıqlarına vəfadar olmuş, hətta bir gün olsun belə bu əqidədən dönməmişlər. İnsanlar bilirlər ki, bu əqidəsiz yaşamaq, şəxsi və ictimai müşkülləri həll etmək qeyri mümkündür. İslamın böyük alimi, filosofu Xacə Nəsrəddin Tusi bu məsələni məcburiyyət və ixtiyar barədə yazdığı kitabda çox gözəl bir ifadə ilə bəyan etmişdir: «Bizim öz vicdanımız şahiddir ki, bizim bütün işlərimiz özümüzə aiddir.» 2)Din və məzhəb məcburiyyətlə ziddir: Yuxarıda deyilənlərin hamısı «məcburiyyət» nəzəriyyəsinin insanların vicdanı ilə zidd olmasına aid idi. Burada insanların dindar, məzhəb əhli, yaxud dinsiz və heç bir dinə xidmət etməyən olmasın heç bir fərqi yoxdur. Məcburiyyət nəzəriyyəsi vicdanla olduğu kimi, din və məzhəblə də müxalif və ziddir. Din və məzhəb təfəkkürü də məcburiyyət nəzəriyyəsinin batil və səhv olduğuna dair digər qanedici sübutlar ortaya qoyur. Din və məzhəb təfəkkürü heç vaxt məcburiyyət nəzəriyyəsi ilə uyğun gələ bilməz. Əgər bu nəzəriyyə qəbul edilərsə, onda dinin əsasları, proqramları çətinliklə üzləşər. Allahın keçən dərslərdə sübuta yetirilmiş ədaləti ilə məcburiyyət nəzəriyyəsi necə uyğun gələ bilər? Necə ola bilər ki, Allahın bir nəfəri filan pis işi görməyə vadar və məcbur edə, sonra da həmin işə görə onu cəzalandıra? (Bu Allahın ədaləti ilə düz gəlirmi?) Bu iş heç bir məntiqlə uyğun gəlmir. Əgər məcburiyyət nəzəriyyəsini qəbul etsək, onda savab, günah, cənnət və cəhənnəmin hamısı mənasız və hədəfsiz olacaqdır. Həmçinin, əməl dəftəri, qiyamət gününün hesab kitabı, Quran ayələrində günahkarlara vəd olunmuş əzab və eləcə də möminlərə verilmiş müjdələr öz mənasını itirəcəkdir. Çünki bu nəzəriyyəyə əsasən, nə bir nəfər möminin özündən bir şey asılıdır, nə də bir günahkar və kafirin əlindən bir iş gələr. Bunlardan əlavə, biz din və məzhəbin ilkin mərhələlərində «məsuliyyət»lə üzləşirik. Hər bir insanın din qarşısında məsuliyyət daşıdığını görürük. Əgər insanlar öz iradələrində azad və muxtar (ixtiyar sahibi) olmasalar, onda məsuliyyətin nə mənası olar? Əli özündən ixtiyarsız əsən şəxsə «əlini tərpətmə» deyə bilərikmi? Yaxud enişdən aşağı gələn və özünü saxlaya bilməyən insana «dayan» deyə bilərikmi? Məhz buna görə də əmirəl möminin Həzrət Əli (ə) hədislərinin birində buyurur ki, məcburiyyət əqidəsi bütpərəstlərin və şeytan hizbinin (partiyasının) əqidəsidir. Həzrət Əli (ə)-ın hədisinin ibarəsi belədir «Bu əqidə bütpərəstlərin, Allah düşmənlərinin və şeytan yolunda olanların əqidəsidir.» (Üsuli-kafi. 1-ci cild, səh.119.) Fikirləşin və cavab verin. 1. «Məcburiyyət» nəzəriyyəsinin batil və səhv olduğunu sübut edən aşkar dəlil hansıdır? 2.İnsanın iradəcə azad olması baxımından insanların ümumi vicdanını izah edin. 3. «Məcburiyyət» nəzəriyyəsi iddiasında olanların fikrincə əməldə də məcburiyyət varmı? 4. «Məcburiyyət» Allahın ədaləti ilə uyğun gəlirmi? Əgər uyğun gəlmirsə, səbəbi nədir? 5.İnsan iradəsinin azad olması insana necə məsuliyyət daşıtdırır?

Əqaid 30.03.2008

Məcburiyyət və ixtiyar məsələsi

Allahın ədaləti ilə sıx əlaqəsi olan məsələlərdən biri də «məcburiyyət və ixtiyar» məsələsidir. Məcburiyyətə əqidə bağlayanların nəzərincə, insan öz əməl, rəftar, hərəkət və söhbətində heç bir ixtiyar sahibi deyil. İnsanların bütün hərəkətləri elektrik maşının hərəkətləri kimidir. Burada belə bir sual yaranır: bu nəzəriyyə Allahın ədaləti ilə necə uyğun gəlir? Bəlkə də məhz buna görə Əşairə dəstəsi (bir neçə dərs bundan qabaq da bu dəstənin adı cəkilmişdir. Bu dəstə ağıl nəzərindən yaxşılıq və pisliyi inkar edirdi) «məcburiyyət» nəzəriyyəsini qəbul, Allahın ədalətini isə inkar etmişdir. Doğrudan da, əgər «məcburiyyət» nəzəriyyəsi qəbul olunsa, onda Allahın ədalətinin mənası olmayacaq. Bu məsələnin aydın olması üçün bir necə mövzunu araşdırmalıyıq: 1) «Məcburiyyət»ə etiqad bağlamanın mənbəyi Hər bir insan hiss edir ki, o, qərarlarında azaddır. Məsələn, filan dostuna maddi kömək etsin, ya etməsin. Susuzluq halında onun qabağına su qoyulduqda içsin, ya içməsin. Bir nəfər ona pislik etmişdir, onu bağışlayıb təqsirindən keçsin və ya bağışlamasın. Bütün insanlar xəstəlik və ya qocalıq üzündən titrəyən əllə, ixtiyar üzündən hərəkət edən əl arasında fərq qoyurlar. Belə olduğu- azadlıq və ixtiyarı bütün insanların özlərində hiss etdikləri, halda nə üçün bir qrup insan «məcburiyyət və ixtiyarsızlıq» nəzəriyyəsinə əqidə bağlamışdır? Bu suala müxtəlif cavablar vermək olar. Onların ən əsaslarından biri budur ki, insan mühitin və tərbiyənin təsiri altına düşür. Təbliğatın, ictimai mədəniyyətin insan ruhuna, fikir və əqidəsinə təsirini etdiyini görür. Bəzən iqtisadi vəziyyət də insana öz təsirini göstərir. Bu səbəblərin hamısı üst-üstə gəldikdə insan belə güman edir ki, o, azad və ixtiyar sahibi deyil- öz daxili və xarici qüvvələrimiz əl-ələ verib bizi müxtəlif qərarlara gəlməyə vadar edirlər. Əgər bu qüvvələr olmasaydı, bəlkə də biz belə qərarlara gəlməyib, etdiyimiz işləri etməzdik. Bu qüvvələri isə mühit, iqtisadi vəziyyət, təlim-tərbiyə məcburiyyəti adlandırmaq olar. Bütün bunlar filosofların «məcburiyyət» nəzəriyyəsinə tərəfdar çıxmasına səbəb olmuşdur. 26 2.«Məcburiyyət»ə əqidə bağlayanların ən əsas səhvi. Bu əqidədə olanlar bir şeyi nəzərə almır və ondan xəbərsiz qalırlar. Bu, haqqında danışdığımız «məcburiyyət və ixtiyar» məsələsinin «nöqsanlı səbəblər» bəhsinə yox, «tam və kamil səbəblər» bəhsinə aid olmasıdır. Başqa sözlə desək, heç kəs mühitin, mədəniyyətin, iqtisadi səbəblərin insanın düşüncə, əqidə və rəftarına təsir etdiyini inkar etmir. Söhbət bundadır ki, bunlarla yanaşı yenə də son plan və son qərar insanın öz əlindədir və o, öz işində azaddır. Çünki bütün insanlar anlayırlar ki, hətta fəsadla dolu olan bir mühitdə də insan yolunu azmaqda məcbur deyil. Belə bir mühitdə də insan özünü qoruyub saxlaya bilər. Buna görə də, gərək məcburiyyət nəzəriyyəsinə əqidə bağlayanların məcburiyyət üçün sadaladıqları bir sıra səbəbləri (mühit, iqtisadi vəziyyət və s.) «tam və kamil səbəblər» bəhsindən ayıraq. Elə bu səbəbdən bəzi insanlar asayiş, rahatlıq içərisində və iqtisadi vəziyyəti yüksək səviyyədə olan ailədə böyüsələr də, digər ailə üzvlərindən fərqlənirlər. Ailədə olan ictimai xronikaya müxalif olmurlar. Hətta bəzən belə gedişata qarşı çıxıb çevriliş aparırlar. Əgər mühit, mədəniyyət, təbliğat bütün insanlara tam şəkildə təsir edirsə, onda dünyada heç bir inqilab həyata keçməməlidir. İnsanlar yaşadıqları mühit çətin də olsa, keçinməli və yeni bir mühit icad etməməlidirlər. Bunlardan məlum olur ki, yuxarıda məcburiyyət üçün deyilən səbəblərin heç bir insanın taleyini həll etmir. Bu səbəblər insanda yalnız təsir qoyur. İnsanın taleyini həll edən ancaq onun öz iradə və qərarıdır. Bu məsələni qızmar yay günlərində qərara gəlib Allahın əmri ilə oruc tutmağa bənzətmək olar. Bu vaxt bütün əzalarımız su tələb edir, lakin biz Allahın əmrini yerinə yetirmək məqsədi ilə bunların hamısına göz yumub su içmirik. Ola bilər, kimsə Allahın əmrindən kənara çıxaraq oruc tutmasın. (Deməli, bunların hamısı insanın öz ixtiyarındadır.) Belə nəticəyə gəlirik ki, yuxarıdakı səbəblərdən fərqli olaraq insanın taleyini həll edən insanın öz iradə və qərarıdır. 3)»Məcburiyyət» nəzəriyyəsinin siyasi və ictimai səbəbləri Məcburiyyət və ixtiyar məsələsindən tarix boyu sui-istifadə etmişlər. Bir sıra səbəblər «məcburiyyət» nəzəriyyəsinə əqidə bağlamaq və insanın özünün də heç bir ixtiyarı olmamasını nəzərə almaqla həmişə öz təsirlərini qoymuşlar. O cümlədən: A)Siyasi səbəblər Yezid kimi zalım və xudbin siyasətçilər aşağı təbəqədən olan insanların qiyamının qarşını almaq, eləcə də öz qanunsuz rəhbərliklərini davam etdirmək üçün həmişə bu nəzəriyyəyə əl atmışlar ki, insanın özündən heç bir şey asılı deyil. İnsan öz işlərində məcburdur. Bir dəstə başçı, rəhbər, digər dəstə isə rəiyyətdirsə, bunların hamısı qəzavü qədər və məcburiyyət üzündəndir və heç bir şey insanın özündən asılı deyil. Məlumdur ki, bu fikir məzlumların hərakatının qarşısını almaqda və zalımların öz siyasətlərini davam etdirməsində nə qədər böyük rol oynayır. Şəriət və ağla əsasən isə insanın taleyi, iradəsi öz əlindədir. Həyatda məcburiyyət mənasında olan qəzavü-qədər yoxdur. Allahın qoyduğu qəzavü-qədər insanın öz iradə, qərar, hərəkət və istəyinə əsasən təyin edilmişdir. B)Psixoloji səbəblər Dünyada bir qrup süst və tənbəl insanlar var ki, onlar həyatda həmişə məğlubiyyətə uğrayır və heç vaxt uğur qazanmırlar. Ancaq bunun səbəbini öz tənbəlliklərinin boynuna yox, məcburiyyətin boynuna yıxırlar. Bu əqidəyə tapınaraq özlərini həyatda məcbur bilirlər. Bununla da özlərinə təsəlli verirlər. Deyirlər, çarəmiz nədir, bəxtimiz əvvəldən belə yazılıb, bəxtimiz əvvəldən qara olub. Daha qara bəxti Zəmzəm, Kövsər suyu ilə də yumaq mümkün deyil.Təəssüflər olsun ki, bəxtimiz bizə kömək etmir. 27 V)İctimai səbəblər Bir qrup insanlar azad olmaq və ürəkləri istəyən günahları etmək istəyirlər. Bununla yanaşı, özlərini günahkar adlandırmaq da istəmirlər. Bu arzularını həyata keçirmək üçün «məcburiyyət» nəzəriyyəsinə əqidə bağlayırlar. Bununla da gördükləri günahlar üçün bəhanə gətirirlər. Məlumdur ki, bunların hamısı yalan və yanlışdır. Hətta bu əqidədə olan insanların özləri də bu üzrlərin əsassız olduğunu bildirirlər. Lakin nəfsləri onlara həqiqəti etiraf etməyə imkan vermir. Buna görə də, cəmiyyətin əqidəsini sağlam və düzgün yetişdirmək üçün bu cür əqidələrlə mübarizə aparmaq lazımdır. Fikirləşin və cavab verin. 1.»Məcburiyyət» nəzəriyyəsi ilə «ixtiyar» nəzəriyyəsinin nə fərqi var? 2.»Məcburiyyət» nəzəriyyəsinə əqidə bağlayanların ən əsas dəlili nədir? 3.Mühitin, mədəniyyətin, iqtisadi vəziyyətin insanlara təsir etməsinin müqabilində nə cavab vermək olar? 4.»Məcburiyət» nəzəriyyəsi nəticəsində irəli cıxan siyasi, psixoloji və ictimai səbəblər hansılardır? 5.Biz bu cür səbəblərə qarşı nə etməliyik?

Əqaid 29.03.2008

Yenə də ziyan və çətinliklərin fəlsəfəsi

Şər işlərin, ziyanların, müşküllərin, çətinliklərin və xoşagəlməz hadisələri tövhid və Allahı tanıma bəhslərində mütaliə edənlər üçün çoxlu suallar irəli çıxardığını nəzərə alaraq, yenə də bu məsələ barədə bir daha ətraflı söhbət edir, çətinlik və ziyanlar barədə söylədiyimiz fikirləri davam etdiririk. 5)Çətinliklər insan həyatına ruh verir Əgər nemətlər hər zaman insanın əlində olarsa, öz dəyər, qədr və əhəmiyyətini itirəcəkdir. Bəlkə də bunu qəbul etmək bəziləri üçün çətin olsun. Bu gün artıq sübuta yetirilmişdir ki, bir cismi otağın ortasında qoyub, hər tərəfdən o cismin üzərinə güclü, qüvvətli və eyni səvviyyəli işıq buraxsalar (cisim və otaq təmiz olmaq şərti ilə), həmin cismi gözlə görmək mümkün olmayacaq. Çünki bir şeyi görmək üçün, gərək, onun kölgəsi işığın əks tərəfində olub, cəhətlərini təyin etsin. Bununla da cism öz ətrafından fərqlənərək müşahidə olunur. (Yuxarıdakı misalda isə bu şərait aradan çıxır.) Nemətlərin qədrini bilmək də çətinliklərin ortaya cıxması və nemətlərin əldən getməsi olmadan mümkün deyil. Əgər insan ömründə bir dəfə belə xəstələnməsə, sağlamlığın qədrini bilməz. Əgər insan bir dəfə gecəni güclü, dəhşətli qızdırma içərisində keçirsə, səhər açılarkən axşamkı qızdırmadan heç bir əsər-əlamət qalmazsa, sağlamlığının qədrini anlayacaq. Biləcək ki, sağlamlıq adlı böyük bir nemət onun ixtiyarındadır. Ümumiyyətlə, bir səviyyədə ömr sürmək (hətta maddi imkan cəhətdən ən gözəl səviyyədə olsa da) ruhsuz olur, insanı yorur, hətta insanı ölüm halına salır. Bəzi hallarda maddi imkanı yüksək səviyyədə olan və həyatını heç bir çətinlik olmadan keçirən insanlar nəhayət intihara əl atmış, yaxud ömr boyu həyatlarından şikayətlənmişlər. Mahir bir memar böyük bir salon üçün divar tikdikdə heç vaxt divarları zindan divarları kimi düz və eyni səviyyədə tikmir. Əksinə, salonun divarlarını bəzəyir, memarlıq nəzərindən ona yaraşıq verir. 24 Təbiət nə üçün bu qədər gözəldir? Nə üçün dağların başına kimi çəkilmiş meşələr, ağaclar arasından axan bulaq və arxlar insana həzz verir və insanın ruhunu oyadır? Bunun ən açıq səbəbi təbiətin eyni cür və bərabər olmamasıdır. Quranın bir çox ayələrində işıq və qaranlığın, gecə və gündüzün təsirləri haqda deyilənlərdə də məqsəd insanların bir səviyyədə yaşamasına son qoymaqdır. Məsələn, günəş daima asimanın bir nöqtəsində durub yer kürəsinə işıq saçsa, həyatda heç bir dəyişiklik olmaz. Nə gecə olar, nə günəş batar. İnsanlar hamısı yorulub əldən düşər və bir çox digər çətinliklər də ortaya çıxar. Buna görə də, həyatda yaranan çətinliklərin bir qisminin insana ruh verdiyini, onun ruhiyyəsini artırdığını qəbul etməliyik. Çtinliklər yaşayışı insanın gözündə ucaldır, onu cilvələndirir. Çətinliklər insana nemətin qədrini bilməyi və əlində olan nemətlərdən necə istifadə etməyi öyrədir. 6)İnsanların özlərinin yaratdıqları çətinliklər Bu bəhsdə diqqəti cəlb edən sonuncu məsələ budur ki, insanların çoxu bəzən xoşagəlməz hadisələrin səbəbini araşdırdıqda səhvə düçar olurlar. Zalım insanların törətdiyi zülmləri Allahın boynuna qoyaraq onu ədalətsiz sanırlar. Yaxud bəşəriyyətin proqramsız və nizamsız gördüyü işləri təbiətin boynuna ataraq təbiəti nizamsız hesab edirlər. Məsələn, deyirlər ki, nə üçün zəlzələ olduqda şəhərdəkilər az, kəndlilər isə çox ziyan görürlər. Bu iş hansı ədalət əsasındadır? Əgər bəla gəlirsə, nə üçün insanlar arasında bərabər bölünmür? Və ya deyirlər, nə üçün bütün bəlalar, və çətinliklər məzlumların və fəqirlərin başına gəlir? Yaxud deyirlər ki, ümumi xəstəliklər camaat arasına yayıldıqda kasıblar və fəqirlər hamıdan çox həlak olurlar. Bu qism insanlar xəbərsizdirlər ki, bunların heç biri Allahın ədalətinə və təbiətə aid deyildir. Bu cür işlər insanların bir-birinə etdikləri zülm nəticəsində meydana çıxır. Əgər kəndlilər də şəhərlilər kimi özlərinə möhkəm evlər, binalar tiksələr, zəlzələ zamanı onlar da şəhərlilər kimi az ziyan çəkərlər. (Təəssüflər olsun ki, belə deyil.) Ancaq kəndlilər özlərinə azacıq palçıqdan, daşdan, torpaqdan, taxtadan ev tikdikdə, əlbəttə ki, zəlzələ zamanı çoxlu tələfat olmalıdır. Bu cür ev möhkəm bir küləyin əsməsi və ya 1-2 bal zəlzələnin nəticəsində də uçulub dağıla bilər. Bunlar heç də Allahın ədalətinə aid deyildir. Birinin sarayda, digərinin isə koma və daxmada yaşaması Allahın ədalətinə aid olmayan şeydir. Bu sualları Allahın ədalətinə aid edərək ona yox, bəşəriyyətin qurduğu səhv proqlamlara irad tutmaq lazımdır. Bunun üçün calışmalıyıq ki, insanların bu cür ədalətsizliyinə son qoyulsun. Yoxsulluğu aradan qaldırmaq, məzlumların köməyinə yetişib, onların haqqını özlərinə qaytarmaq lazımdır. Əgər bunlar həyata keçsə, şübhəsiz, bu iradlar da yox olub gedəcək. Əgər insanların hamısının yeməyi, müalicəsi bir olsa, ümumi xəstəliklər qarşısında hamı bir dərəcədə olar. Lakin bir qismin maddi imkanı yüksək səviyyədə olsa, (və heyvanlarına da xüsusi həkimlər nəzarət etsə), ancaq başqa bir qismin hətta xəstə körpəsini müalicə etməyə imkanı olmasa, əlbəttə ki, bu cür ədalətsizliklər baş verəcək. Bu cür hallar cəmiyyətdə həddən artıq çoxdur və bunların hamısı insanların ədalətsizliyinə aiddir. Belə hallarda Allahın ədalətinə irad tutmaqdansa, özümüzə irad tutmalı və özümüzü islah etməliyik. Zalıma deyilməlidir ki, zülm etmə! Məzluma deyilməlidir ki, zülmə qarşı sakit oturma! İnsanların hamısına (istər şəhərli, istər kəndli, istər kasıb, istərsə də varlı olsun) eyni səviyyədə yemək, dərman preparatları çatdırılmalı, təlim-tərbiyə, mədəniyyət öyrədilməlidir. Bir sözlə, öz günahımızı Allahın və təbiətin boynuna qoymamalıyıq. 25 Allah bizi bu cür yaşamağa nə vaxt məcbur etmişdir? Allah bu cür quruluşu bizlərə harada tövsiyə etmişdir? O, bizi azad buraxmışdır. Ona görə ki, azadlıq kamillik və təkamül rəmzidir. İnsanlar isə, öz azadlıqlardan pis və mənfi istifadə edərək bir-birinə zülm edirlər. Bu zülm də cəmiyyətdə pis və xoşagəlməz fəsadlara səbəb olur. Təəssüf ki, insanların əksəriyyəti bu səhvə düçar olmuşdur. Tarixdə də bu cür nümunələrə rast gəlirik. Bu məsələni Quran qısa, lakin həddən artıq mənalı bir ayə ilə açıqlamışır. «Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin (onlar) özləri özlərinə zülm edərlər.» (Yunis,44.) Bununla da «ziyan və çətinliklərin fəlsəfəsi» bəhsinə son qoyuruq. Düzdür, bu barədə daha da ətraflı söhbət etmək olar, lakin bu kitabın və bəhsin həcminə görə bu qədər kifayət edər. Fikirləşin və cavab verin 1.Nə ücün «ziyan və çətinliklərin fəlsəfəsi»ni üç dərsdə davam etdiririk? 2.Həyatın eyni bir səviyyədə sürməsinin nə kimi pis təsiri var? Rifah içində yaşayan insanların həyatlarından şikayətləndiklərini görmüsünüzmü? 3.Təbiətdəki zülmət və (qaranlıq) və nur (işıq) barədə nə bilirsiniz? 4.Həyatda baş verən bəla və müsibətlər hamısı Allah və ya təbiət tərəfindədir, yoxsa insanların da bu işdə rolu var? 5.İctimai çətinlikləri aradan qaldırmaq üçün düzgün bir yol varmı? Bizim məzlumlar qarşısında vəzifəmiz nədir?

Əqaid 29.03.2008

Xoşagəlməz hadisələrin fəlsəfəsi

Keçən dərs dedik ki, bəzi səhv düşüncəyə malik insanlar həyatda irəli çıxan çətinlikləri, xoşagəlməz hadisələri allahın ədalətli olmadığına, hətta bəzi hallarda Allahın olmamasına sübut kimi irəli sürürlər. Ötən dərsdə bu hadisələrin bir qismini və onun fəlsəfəsindən ikisini qeyd etdik. İndi isə həmin bəhsin ardını davam edirik. 3)İnsan çətinliklərin qoynunda tərbiyə olunur Bir daha təkrar edirik ki, insan heç vaxt özü-özünü çətinliyə salmamalıdır. Eyni zamanda, çətinliklərlə üzləşdikdə insanın qüdrəti, ruhiyyəsi artır. Polad parçasının isti kürənin içində qızdırılaraq döyülməsi onu möhkəmləndirdiyi kimi, eləcə də insan çətinliklərlə üz-üzə gəldikdə iradə və ruhiyyəsi möhkəmlənir. Müharibə pis şeydir. Lakin bəzən ola bilsin, çətin müharibə böyük bir millətin başını ucaltsın, ayrıseçkiliyi vəhdət və həmrəyliyə çevirsin. Əlbəttə bütün insanların, bütün millətlərin çətinliklərə qarşı göstərdikləri müqavimət bərabər və eyni səviyyədə deyil. Bəzi insanlar çətinliklərin qarşısında aciz qalaraq məyus olur və mənfi nəticə yaradırlar. Bəziləri isə, çətinliklərlə üzləşdikdə mübarizəyə qalxaraq öz zəif cəhətlərini islah edirlər. Çətinliklərlə üzləşdikdə insanların əksəriyyəti səthi və nisbi hökm verdikləri üçün yalnız onun çətinliklərini, acılığını və mənfi cəhətlərini nəzərə alırlar. Həmin hadisənin müsbət cəhətləri isə nəzərdə tutulmur. Əlbəttə, biz həyatda baş verən bütün çətin hadisələrin müsbət cəhətinin olduğunu demirik. Ancaq heç olmasa, bir qismi bu cürdür. Əgər böyük alimlərin həyatına diqqət yetirsəniz, görərsiniz ki, onların əksəriyyəti çətinliklər icərisində böyümüş və elmi dərəcələrə yüksəlmişlər. Naz-qəmzə, eyş-işrət içərisində böyümüş insanlar heç vaxt belə məqamlara yetişə bilməzlər. Yetişsə də, həddən artıq az insanlar yetişər. Əsl hərbi komandirlər uzun müddət çətinliklərin, odun-alovun və müharibənin içərisində olanlardır. Həqiqi iqtisadçılar iqtisadi böhran vəziyyətində olan bazarlarda ticarət və müamilə edənlərdir. Əsl siyasətçilər isə, siyasi prblemlərlə üzləşənlərdir. Qısa sözlə desək, çətinliklər insanı öz qoynunda böyüdür və tərbiyə edir. Qurani-Məcid belə buyurur: «Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun». (Nisa,19). 4)Çətinliklər Allaha doğru dönüşə səbəb olur. Ötən dərslərdə dedik ki, insanın hər bir üzvünün məqsəd və qayəsi vardır. Gözün, qulağın, ürəyin, beynin və digər bədən üzvlərinin hər birinin özünə məxsus vəzifəsi vardır. Heç biri məqsədsiz xəlq olmayıb. Əgər insanın tək-tək bədən üzvlərinin, hətta barmaq izlərinin məqsədi varsa, necə ola bilər ki, insanın bütün vücudu qayəsiz və yaranışı fəlsəfəsiz olsun? Elə ötən dərslərdə bu qayənin nə olduğunu söyləmişdik. Bu qayə insanın hər bir cəhətdən kamilliyə və kamala çatmasıdır. Yəqin ki, bu kamilliyə çatmaq üçün insanın bir sıra təlim-tərbiyə proqlamlarına ehtiyacı var. Məhz bu səbəbdən Allah-Təala insanın fitrətində yaratdığı tövhiddən əlavə 124 23 min peyğəmbər və bir neçə səmavi kitab göndərmişdir. Şübhəsiz ki, bunları göndərməkdə məqsəd yalnız insanlara təkamül yolunda rəhbərlik etməkdir. Eyni zamanda, insan bu məqsədə yetişmə və kamilləşmə müddətində törətdiyi günahların nəticəsini, əzabını görməli, Allahın fərmanından kənar hərəkət etdiyi üçün həyatda bir sıra çətinliklərlə üzləşməlidir. Bu vasitə ilə insan törətdiyi günahın nəticə və aqibəti ilə tanış olaraq Allaha tərəf qayıdır. Bu cür bəla, müsibət və çətinliklər isə həqiqətdə Allah tərəfindən göndərilmiş bir nemətdir. Quran bu məsələni öz məntiqilə bəyan etmişdir: «İnsanların öz əlləri ilə etdikləri pis əməllər (öz günahları) üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zəhərli yağışlar yağar, zəlzələ baş verər,dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar (tövbə edib pis yoldan) qayıtsınlar.» ( Rum, 41). Yuxarıdakı ayəyə əsasən, müsibət və bəlaları «şər» bilmək və onları «bəla» adlandıraraq Allahın ədalətinə zidd hesab etmək səhv və məntiqsiz bir əqidədir. Bu məsələyə nə qədər çox diqqət yetirilsə, o qədər çox onun fəlsəfəsinə yetişərik. Fikirləşin və cavab verin 1.İnsanın yaranışındakı məqsəd nədir? Və bu məqsədə hansı yolla yetişmək olar? 2.Çətinliklərlə üzləşdikdə insanın iradə və ruhiyyəsi necə möhkəmlənir? 3.Çətinliklər içində böyüyüb, böyük elmi məqamlara çatmış insanlardan görüb, yaxud tarixdə oxumusunuzmu? Əgər bilirsinizsə, onların həyatından danışın. 4.Quran insanların etdiyi günahların əvəzi barədə nə buyurur? 5.Hansı insanlar çətinliklərdən müsbət, hansılar isə mənfi nəticə çıxarırlar?

Əqaid 28.03.2008

Pisliklər və ziyanların fəlsəfəsi

Qədim zamanlardan başlamış indiyədək Allahın ədalətinə şəkk edən bir sıra insanlar bəzi səhv düşüncə və əqidələrə düçar olmuşlar. Onların zənnincə, bəzi işlər vardır ki, Allahın ədalətinə uyğun gəlmir. Bu işlər təkcə Allahın ədalətli olmamasının qəbulu ilə yox, bəzən hətta, Allahın inkar ilə nəticələnir. Məsələn, gözlənilməz və qeyri-adi hadisə-tufan, sel, zəlzələ və s. kimi təbii fəlakətləri göstərmək olar. (Onların zənnincə). Həmçinin, insanlar arasında olan fərqləri də (biri çolaq, biri kor, biri kar, bir dəstə isə sağlam) misal göstərmək olar. Eləcə də ziyanlar və xəsarətlər. Bəzən bu bəhs Allahın tanıma bəhsində, bəzən isə materialistlərdə Allahın ədaləti haqqında müzakirə zamanı irəli sürülür. Biz isə bu haqda Allahın ədaləti bəhsində danışırıq. Bu söz-söhbətin, gümanların səhv və batil olduğunu isbat etmək üçün geniş müzakirə açılmalı və aşağıdakı məsələlərə diqqət olunmalıdır. 1)Nisbi mühakimə və məhdud məlumatlar Adətən, insanlar əşyalarla təmasda olduqları üçün öz mühakimələrində əşyalara istinad edirlər. Məsələn, deyilir ki, filan əşya uzaqdadır. Yəni, bizə nisbətən uzaqdadır. Yaxud filankəs güclü və ya zəifdir. Müsibətlər və ziyanlar barədə də insanlar bu cür mühakimə yürüdürlər. Məsələn, bir məntəqəyə yağış yağır. Məntəqənin şəraitini nəzərə alaraq yağışın müsbət təsiri olarsa, onu nemət, mənfi təsiri olarsa, onu bəla adlandırırıq. Yaxud köhnə bir binanı uçurub, yerində təzə bir bina tikmək istəyirlər. Sökülən zaman oradan ötən bir nəfər toz-torpağı gördükdə narahat olub deyingənlik edir. Lakin fikirləşmir ki, orada xəstəxana tikiləcək, gələcəkdə həmin binadan yüzlərlə insan istifadə edəcəkdir. İlk baxışdan ilanın zəhərini şər, bəla adlandırırq. Lakin bilmirik ki, həmin zəhərlə ilan özünü müdafiə edir. Yaxud bilmirik ki, həmin ilan zəhərindən bir çox xəstələrə şəfa verən dərmanlar hazırlanır. Bu cür səhvlərin qarşısını almaq üçün yeganə yol yalnız fərdi məlumatlara arxalanmamaqdır. Əksinə, bütün cəhətləri nəzərə alaraq hökm etmək lazımdır. Ümumiyyətlə, dünyada baş verən bütün hadisələr zəncir halqaları kimi bir-biri ilə bağlı və əlaqədardır. Bir şəhərdə əsən güclü külək, yağan leysan, hamısı bu zəncir silsiləsinin bir hissəsidir. Bu hadisələr digər şəhərlərdə də baş verən hadisələrə əlaqədardır. Eyni zamanda, keçmişdə baş verəcək hadisələrlə də əlaqədardırlar. Yuxarıda deyilənlərdən belə nəticəyə gəlirik ki, dunya hadisələrinin əksəriyyətini kənara qoyub, onların kiçik bir hissəsi barədə hökm vermək səhv və məntiqsiz bir işdir. Dünyada elə bir şey yoxdur ki, tamamilə şər və ziyandan ibarət olsun. Düzdür, bəzi şeylər var ki, onların ziyanı var, lakin onda olan fayda və xeyir ziyanından daha coxdur. Məsələn, bir xəstə üçün cərrahiyyə əməliyyatının ziyanı var. Çünki xəstə ondan 21 əziyyət çəkir. Lakin həmin cərrahiyə əməliyyatının faydası ziyanından qat-qat çoxdur. (Onun nəticəsində xəstə şəfa tapır). Məsələnin daha aydın olması üçün nümunə kimi zəlzələni götürək. Düzdür, zəlzələ baş verən məntəqəyə çoxlu zərər dəyir. Bu da bizim nəzərimizdə şər və ziyan olan bir işdir. Ancaq həmin zəlzələnin dünyanın digər hadisələri ilə əlaqədar olduğu nəzərə alındıqda ola bilsin ki, bizim fikrimiz dəyişsin. Zəlzələnin təkcə yerin altında olan hərarət və buxarların və ya quru, dəyişməyən ayın daima yer kürəsini özünə cəlb etməsinin, yaxud da deyilənlərin hər ikisinin səbəbindən baş verməsi barədə alimlər müxtəlif nəzəriyyələr yürüdürlər. Bu nəzəriyyələrdən hər hansını qəbul etsək, yenə də gərək, zəlzələnin digər cəhətlərini nəzərə alaq. Yəni, bilməliyik ki, yerin altında əmələ gəlmiş hərarətin indiki zamanda dünyada böyük rol oynayan neft mənbəyini, eləcə də daş kömür hövzəsinin aşkar edilməsində nə qədər rolu var. Bunları nəzərə aldıqda zəlzələnin xeyirli olduğunu da anlayarıq. Həmçinin dənizlərdə, çaylarda, okeanlarda ayın cazibəsi nəticəsində su səthinin qabarması və çəkilməsi dəniz sularının, eləcə də dənizdəki canlı, və cansız varlıqların salamat qalmasında, bəzən də qurumuş sahillərin suvarılmasında böyük rol oynayır. Deməli, bu da xeyirdir. Belə məsələlərə nəzər saldıqda anlayırıq ki, bizim məhdud elmimizin nəticəsində bəzi işlər şər və bəzi işlər xeyir adlandırılmışdır. Hadisələrə nə qədər cox diqqət yetirsək, bir o qədər onların həqiqətinə yetişərik. Qurani-Məcid insanlara buyurur ki, «sizə yalnız cüzi bir elm və bilik verilmişdir.» (İsra, 85.) Bu cür az və cüzi elmlə dünyanın hadisələri barədə hökm verməyə tələsmək olmaz. 2)Xoşa gəlməz hadisələr və xəbərdarlıqlar Bir çox insan nemətin içində olduğu halda qürur, təkəbbür və özünüsevərlik onu basır. Bu zaman çox mühüm məsələlər və vəzifələri onun yadından çıxır. Həmçinin, insanın güzaranı yaxşı , rahat keçdikdə qəflət yuxusu onu yaxalayır. Əgər bu hal axıradək davam etsə, insanın bədbəxtçiliyi (mənəvi bədbəxtçiliyi) ilə nəticələnər. Şübhəsiz ki, insan həyatında baş verən bir çox xoşa gəlməz hadisə insanı bu cür qəflət yuxusundan ayıltmaqdan ötəridir. Yəqin ki, eşitmisiniz, təcrübəli sürücülər həmişə düz, eniş-yoxuşu və döngəsi olmayan şosselərdən şikayət edir, bu yolların xətərli olduğunu bildirirlər. Çünki yolun bu şəkildə olması sürücünü yuxu və ya mürgü vəziyyətinə salır. Bəzi ölkələrdə təhlükənin qarşısını almaq üçün bu cür şoselərdə süni eniş-yoxuş düzəldirlər. İnsan həyatı da eynilə bu cürdür. Əgər insan öz həyatında xoşa gəlməz hadisələrlə, çətinliklərlə üzləşməsə, qəflət yuxusu insanı yaxalayar, Allah, bütün vəzifə və məsuliyyətlər insanın yadından çıxar. Əlbəttə, insanın özünü bu çətinliklərə doğru aparması da düzgün deyil. Xeyr, bu lazım deyil. Onsuz da, çətinliklər həmişə insanlar üçün mövcuddur. Burada məqsəd insanın bu hadisələrin səbəb və fəlsəfəsini bilməsidir. Xoşagəlməz hadisələrin, çətinliklərin fəlsəfəsi budur ki, Allah bu işlərin vasitəsi ilə insanı qürur və təkəbbürdən kənara çəkir, onu səadəti ilə düşmən olan qəflət yuxusundan oyadır. Xatırladaq ki, bu, çətinliklərin, xoşa gəlməz hadisələrin yalnız bir hissəsidir. Bundan başqa fəlsəfə və səbəblər var. Gələn dərslərdə bu barədə söhbət edəcəyik. (İnşaallah.) Qurani-Məcid insana üz vermiş fəlakətlər barədə belə buyurur: «Onları müsibət və fəlakətə düçar etdik ki, bəlkə bizə yalvaralar.» (Ənam, 42.) Fikirləşin və cavab verin 1.Pisliklər və ziyanlar məsələsini hansı firqələr əqidəvi bəhslərdə irəli sürmüşlər? 22 2.Pislik və ziyanlara aid bir neçə nümunə göstərin. Öz həyatınızda ziyanla üzləşmisinizmi? 3.Hər tərəfli və nisbi hökm vermək, tamamilə şər və müsbətən xeyr olan şeydən məqsəd nədir? 4.Tufan və zəlzələlər təkcə ziyanmı verirlər? 5.Həyatda baş verən xoşa gəlməz hadisələrin nə kimi müsbət təsiri var?

Əqaid 27.03.2008

Allahın sifətləri

Bilin ki, Allahı tapmaq, yəni Allahın vücudunu dərk etmək dünyadakı məxluqat barədə mütaliə etmək yolu ilə çox asandır, lakin Allahın sifətlərini tanıyıb bilmək üçün çox diqqət etmək lazımdır. Yəqin ki, soruşacaqsınız: «Nə üçün?» Sualın cavabı çox asandır. Çünki Allahın heç nəyi bizə, bizim gördüklərimiz və eşitdiklərimizə bənzəmir. Deməli, Allahın sifətlərini tanımağın ilk şərti onun sifətlərini məxluqatın sifətlərinə bənzətməməkdir. Yəni, onu heç bir təbii məxluqa oxşatmaq düzgün deyil. Burada iş bir az çətinləşir (və Allahın sifətlərini tanımaq çox diqqət və araşdırma tələb edir). Çünki biz təbiətin qoynunda böyüyüb başa çatmış və bütün əlaqəmiz təbiətlə olmuşdur. Həmişə təbiətlə ünsiyyətdə olduğumuz üçün hər şeyi təbiətlə müqayisə etməyə öyrənmişik. Başqa sözlə desək, bizim gördüyümüz şeylərin hamısı cisim və cismin xüsusiyyətləri olmuşdur. Yəni, müəyyən bir zaman və məkana malik olan məxluqların hərəsinin özünə məxsus xüsusiyyətləri olmuşdur. Belə bir halda, belə bir vəziyyətdə nə cismi, nə məkanı və zamanı olan, eyni zamanda bütün zaman və məkanı əhatə edən və heç bir cəhətdən məhdudiyyəti olmayan Allahı anlayıb, tanıyıb, onu qəbul etmək çox çətin bir işdir. Yəni, bu barədə çox diqqət etmək lazımdır. Qeyd etməliyik ki, biz Allahın əsl zatını, əsl həqiqətini heç vaxt anlaya bilməyəcəyik və heç bunun intizarında da olmamalıyıq. Bu iş ucu-bucağı olmayan böyük bir okeanı kiçik bir qabda yerləşdirməyə, yaxud ana bətnində olan bir uşağın dünyadakı bütün işlərdən xəbərdar olmasına bənzəyər. Belə iş mümkündürmü? Bu barədə kiçik bir azğın əqidə (məsələn Allahın cisim kimi qəbul etmək) ola bilər, insanı neçə illərlə haqq yolundan uzaqlaşdırıb bütpərəsliyə tərəf yönəldə. (Diqqətli olun). Qısa sözlə desək, Allahın sifətlərini məxluqatın sifətləri ilə müqayisə etmək düzgün deyil. Allahın «Cəmal» və «Cəlal» sifətləri 15 Adətən, Allahın sifətlərini iki qismə bölürlər: 1.Sübuti sifətlər yəni, Allahda olan sifətlər. (Allah üçün sübuta yetmiş). 2.Səlbi sifətlər yəni, Allahda olmayan və Allahın onlardan pak olduğu sifətlər. Belə bir sual irəli çıxır: Allahın zatının necə sifəti var? Sualın cavabı budur ki, Allahın sifətləri bir tərəfdən sonsuzdur, digər tərəfdən isə bütün sifətləri bir sifətdə cəm olmuşdur. Çünki Allahın bütün sübuti sifətləri aşağıdakı cümlə və ifadədə cəm olur: «Allahın zatı hər cəhətdən sonsuz və bütün kamallara malik olan bir zat və varlıqdır.» Kamal və nöqsanların dərəcələri olduğuna görə, yəni kamal və nöqsan sonsuz olduğuna görə, belə demək olar ki, Allahın sübuti və səlbi sifətləri də sonsuzdur. Çünki hər hansı bir kamal təsəvvürə gəlsə, Allah ona malikdir və hər hansınöqsan da təsəvvürə gəlsə Allah ondan pak və uzaqdır. Deməli, Allahın sifətlərinin (həm sübuti, həm də səlbi sifətləri) sonu yoxdur. Allahın ən tanınmış sifətləri Allahın məşhur və tanınınmış sübuti sifətləri aşağıdakılardır: 1.Alim: Yəni Allah Alimdir və hər şeyi bilir. 2.Qadir: Yəni Allah Qadirdir və hər şeyə qüdrəti catır. 3.Həyy (Diri): Yəni Allah diridir. Həm elmi, həm də qüdrəti olan diridir. Allahın elm və qüdrəti olduğuna görə, o da diridir. 4.Murid (İradə edən), yəni, İradə sahibidir. Öz işlərində məcbur deyil. Gördüyü bütün işlərin hamısı hikmət üzündəndir. Yerdə və göydə olan məxluqatın heç biri hikmətsiz və fəlsəfəsiz yaranmamışdır. 5.Müdrik (Anlayan), yəni, Allah hər şeyi dərk edib anlayır. Hər şeyi görür, bütün səsləri eşidir, hər şeydən xəbərdardır. 6.Qədim, Əbədi (Həmişə olan), yəni, Allah həmişə olub və olacaq. Onun vücudunun başlanğıcı yoxdur. Çünki onun varlığı onun özündəndir. Buna görə də həmişəlik və əbədidir. Çünki vücudu özündən olan bir varlıq üçün ölüm və fəna mövcud deyildir. 7.Mütəkəllim (Danışan), yəni, Allah səs dalğalarını havada icad edib öz peyğəmbərləri ilə söhbət etməyə qadirdir. Allah danışandır dedikdə, onun üçün dil, dodağ və boğaz təsvir olunmur. 8.Sadiq (Düz danışan), yəni, Allahın bütün dedikləri düz və həqiqətdir. Yalan danışmaq ya nadanlıq üzündəndir, ya da zəiflik üzündən. Heç bir nadanlıq və zəifliyi olmayan, əksinə, hər şeyə alim və qadir olan Allahın yalan danışması qeyri-mümkündür. Allahın məşhur səlbi sifətləti isə aşağıdakılardır: 1.Mürəkkəb, yəni, Allah hissələrdən təşkil olunmayıb. Çünki mürəkkəb olan şeyin öz hissələrinə ehtiyacı var (və hissələr olmasa, həyata qədəm qoya bilməz). Allahın isə heç bir şeyə ehtiyacı yoxdur. Deməli, o, mürəkkəb deyil. 2.Cisim: Allah cisim deyil. Çünki hər cisim məhduddur, öz şəklini dəyişir, nəhayət, mövcudluğunu itirir. (Allah isə həmişə vardır və olacaq). 3.Məri (Görünən), yəni, Allahı görmək mümkün deyildir. Yalnız cisim gözə görünər. Allah isə cisim deyil. Demək, gözə görünməz. 4.Allahın məkanı yoxdur. Çünki məkan cisim xüsusiyyətlərindəndir.Allah isə cisim deyil. Deməli, məkanı da yoxdur. 5.Allahın şəriki yoxdur. Əgər şəriki olsaydı, gərək, məhdud olaydı. Çünki heç bir cəhətdən məhdud olmayan iki varlığın bir yerdə mövcudluğu mümkün deyil. Bundan əlavə, dünyadakı qanunların (nizamın) vəhdəti (birliyi) dünya Xaliqinin birliyinə sübutdur. 16 6.Allahın sifətləri onun vücudunun bir neçə olduğuna dəlalət etmir. (Yəni, Allah alimdir, deməli alim bir Allah Qadirdir, deməli Qadir birAllah və s. ...). onun bütün sifətləri elə onun zatının özüdür. 7.Allah möhtac deyildir. Əksinə, o, ehtiyacsızdır. Çünki elm və qüdrət cəhətdən kamil olan bir varlığın daha heç nəyə ehtiyacı olmaz. Quran Allahın sifətləri barədə buyurur: « Ona bənzər heç bir şey yoxdur» (Şura, 11). Fikirləşin və cavab verin 1.Allahın yeganəliyinə və ona şərik olmadığına başqa sübutlarınız varmı? 2.Bəzi məzhəblərin üç Allahlı və bəzilərinin də iki Allahlı olduqlarını eşitmisinizmi? Bunlar hansı məzhəblərdir?

Əqaid 26.03.2008

Ədalət nədir

Nə üçün Allahın sifətləri arasında təkcə «ədalət» üsuliddinə daxil edilmişdir? «Ədalət» lə «musavat»ın fərqi nədir? 1.Nə üçün Allahın sifətləri arsından təkcə «ədalət» üsuliddinə daxil edilmişdir? Allahın ədaləti barədə bəhsə başlamazdan qabaq, gərək, bilək ki, Allahın bu qədər sifətləri arasından nə üçün məhz ədalət sifəti böyük alimlər (şiə alimləri) tərəfindən üsuliddin daxil edilmişdir. Allah Alim, Qadir, Adil, Həkim, Rəhman, Rəhim, Əbədi, Xaliq, Raziq (ruzi verən) və s. dir. Nə üçün təkcə ədalət sifəti üsuliddinə daxil edilmişdir? Bu sualın cavabını öyrənmək üçün aşağıdakı məsələlərə diqqət olunmalıdır. 1)Allahın sifətləri arasında ədalət sifəti böyük əhəmiyyət və xüsusiyətə malikdir. Bu xüsusiyyət odur ki, Allahın bir çox sifətləri ədalət sifətinə aiddir. Çünki ədalət sözünün leksik mənası hər şeyi öz yerində və lazım olduğu kimi etməkdir. Məsələn, Allah insanları yaradıb, deməli, onların ruzusunu da yetirməlidir. Ədalət bunu tələb edir ki, yaradan yaratdığına ruzi versin. Deməli, Allahın sifətlərindən biri olan «Raziq» (ruzi verən) ədalət əsasındadır. Eləcə də Rəhman, Rəhim, Həkim və bir çox başqa sifətlər. 2)Məad (qayıdış) məsələsi də Allahın ədalətinə əsasən icra olunacaq. Eləcə də peyğəmbərlik, imamlıq ədalətlə əlaqədardır. 3)İslamın ilkin dövrlərində Allahın ədaləti barədə müsəlmanlar arasında ixtilaf yarandı. Müsəlmanların sünni məzhəbindən olan və «Əşairə» adlanan bir qrup ümumiyyətlə Allahın ədalətini inkar edirlər. Onlar deyirlər ki, Allahın ədalət və zülmünün fərqi yoxdur. Bütün dünya onun mülküdür, ona məxsusdur. O, istədiyi işi görə bilər. Onlar hətta ağıl cəhətdən xeyir və ziyanı da inkar edirlər. Yəni, deyirlər ki, insanın ağıl və düşüncəsi o səviyyədə deyildir ki, öz xeyr və ziyanını anlasın. Hətta, ehsan verməyin yaxşı və zülmün pis iş olduğunu da anlaya bilmərik. (Onlarda bu kimi səhv fikirlər həddən artıq coxdur). Bu dəstənin müqabilində isə Allahın ədalətinə inanan iki məzhəb vardır. Sünni məzhəbinin Mötəzilə dəstəsi və bütün şiə məzhəbi bu əqidədədirlər. Birinci dəstə ilə ikinci dəstə arasında fərq olsun deyə, ikinci dəstəni «Ədliyyə» (yəni, Allahın ədalətinə inanan), birinci dəstəni isə «Qeyri-ədliyyə» (yəni, Allah barədə ədalət etiqadında olmayan) adlandırmışlar. Şiələr ikinci dəstədəndir. 17 Şiə məzhəbi başqa «Ədliyyə» tərəfdarlarından fərqli olaraq (dəlillər əsasında) «İmamət»i də üsuliddin daxil etmişdir. Deməli, harada Ədalət və İmamət dən söhbət gedirsə, həmin söhbət şiələr barəsindədir. 4)Füruddinin üsuliddindən bir nişanə olduğunu və Allah ədalətinin cəmiyyətdə həddən artıq təsirli olduğunu, ictimai ədalətin bəşər həyatında böyük rol oynadığını nəzərə almaqla, ədaləti üsuliddinin bir rolu, bir bəndi kimi qəbul etmək insanlar arasında ədalətin icra olunduğuna və zülmlə mübarizəyə bir nişanədir. Peyğəmbərlər və imamların rəhbərliyi də cəmiyyətdə həqiqi rəhbər və başçının olması məsələsinə ilham verir. Deməli, bütün dünyaya hökmranlıq edən Allahın ədaləti bəşər həyatının hər sahəsində ədalətin lazım olduğuna bir nişanədir. Bu böyüklükdə aləm ədalətlə yaşayır və cəmiyyət də ədalətsiz bir gün qala bilməz. 2.Ədalət nədir? Ədalətin iki müxtəlif mənası var. A)Bu sözün leksik mənası «Hər şeyin öz yerində olması» deməkdir. Ədalətin bu mənası bütün dünyada, qalaktikamızda, atomlarda, insanın vücudunda, bitkilər və sair canlılar aləmində hökmranlıq edir. Bu mənanı peyğəmbərin buyurduğu (yəni yer və göy ədalət əsasında qurulmuşdur) hədisində də görmək olar. Məsələn, əgər yer kürəsi öz cazibə və dəfetmə qüvvələrini əldən versə öz tarazlığını itirmiş olar. Yaxud əgər bu iki qüvvədən biri digərindən çox olsa, ya günəş yer kürəsini özünə tərəf cəzb edərək və nəticədə yer kürəsi yanıb külə dönər, ya da yer kürəsi öz oxundan çıxaraq məhv olar. Şair ədalətin bu mənasını şerə çəkərək aşağıdakı məzmunda bir şer demişdir: Ədalət nədir? Ədalət hər şeyi öz yerinə qoymaqdır. Zülm nədir? Zülm hər şeyi lazım olmadığı yerə qoymaqdır. Ədalət nədir? Ədalət ağacları sulamaq deməkdir Zülm nədir? Zülm tikanları sulamaq deməkdir. Məlumdur ki, əgər suyu gül kolunun, yaxud meyvə ağaclarının dibinə töksələr, bu, yerli- yerində həyata keçirilmiş bir iş və ədalət olar. Yox, əgər suyu tikan koluna töksələr, bu, yerli- yerində həyata keçirilmiş iş və ədalət olmayacaq. Bu da zülm deməkdir. B)Ədalətin digər mənası «camaatın haqqına riayət»dir. Bunun müqabilində isə, zülm və başqalarının haqqına riayət etməmək durur. Ədalətin birinci mənası ikinci mənasından genişdir. (Çünki ikinci məna yalnız insanlara, birinci məna isə, istər insan, istərsə də qeyri-insan olsun, bütün məxluqata, aiddir.) Allah üçün ədalətin hər iki mənası uyğun gəlir. Lakin ən çox ikinci məna nəzərdə tutulur. Allahın ədalətinin mənası budur ki, o, nə birinin haqqını tapdalayır, nə birinin haqqını başqasına verir, nə də insanlar arasında ayrıseçkilik salır. O, hər cəhətdən adildir. Onun ədalətini gələn dərslərdə sübuta yetirəcəyik. İstər birinin haqqını tapdalamaq, yaxud birinin haqqını başqasına vermək olsun, istərsə də insanlar arasında ayrıseçkilik salmaq olsun, Allahın qatında zülmün heç bir mənası yoxdur. O, heç vaxt yaxşı insanı cəzalandırmaz, pis insanı mükafatla təltif etməz, birini başqasının yerinə cəzalandırıb, yaxud mükafatlandırmaz, yaşı qurunun oduna yandırmaz. Hətta, əgər cəmiyyətdə bir nəfərdən başqa hamısı günahkar və pis adam olsa belə, Allah həmin bir nəfərin hesabını cəmiyyətdən ayrı çəkəcəkdir. Onu günahkarlarla eyni səviyyədə tutmayacaqdır. Əşariə firqəsinin «əgər Allah bütün peyğəmbərləri cəhənəmə və bütün günahkarları cənnətə aparsa belə, yenə də ədalətə riayət etmişdir» kimi dedikləri ifadə isə əsası olmayan 18 bir sözdür. Sağlam və mövhümatla kirlənmiş ağıla malik insanlar bu ifadənin səhv və əsassız olduğunu dərhal anlayır. 3.Musavatla ədalətin fərqi nədir? Diqqəti cəlb edən başqa bir məsələ bəzən ədalətlə musavat arasında anlaşılmazlığın olması və bu iki məfhumun bir-biri ilə qarışmasıdır. Belə güman etmək olar ki, ədalət müsavata riayət etmək deməkdir. Əslində isə, belə deyildir. Ədalətdə müsavata riayət etmək şərt deyil. Əksinə, burada ləyaqətlər və dəyərlər nəzərdə tutulur. Məsələn, bir sinfin şagirdləri arasında ədalətə riayət etmək o demək deyildir ki, onların hamısına eyni qiymət verilsin. Yaxud iki fəhlə arasında ədalətə riayət etmək onların ikisinə də eyni məbləğdə maaş vermək deyildir. Əksinə , ədalətə riayət etmək budur ki, hər şagirdin bilik, savad və ləyaqətinə və hər fəhlənin zəhmət və işinə görə qiymət, yaxud maaş verilsin. Təbiətdə də ədalət (geniş və birinci mənasına əsasən) bu mənadadır. Məsələn, balinanın bir tona yaxın ürəyi ilə bir qram ağırlığı olan sərçə ürəyi bərabər olsaydı, bu, ədalət olmazdı. Yaxud böyük və nəhəng bir ağacın kökü ilə kiçik və gənc ağacın kökü bərəbər olmaz. Əgər bərabər olsa, bu, zülm olar. Təbiət də ədalətin mənası budur ki, hər bir məxluqa öz dəyəri və ləyaqəti qədər pay verilir. Fikirləşin və cavab verin 1.Nə üçün Allahın sifətləri arasında yalnız ədalət üsuliddinə daxil edilmişdir? 2. «Əşariə» tərəfdarları kimlər olmuşlar? Onların etiqadalrı barədə nə bilirsiniz? 3.Allahın ədalətinə etiqad bəsləməyin cəmiyyət nə kimi təsiri var? 4.Ədalətin neçə mənası var? Onları izah edin. 5.Ədalətin mənası müsavatdırmı?

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...