Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

MÜQƏDDƏS AYLAR (İslam ayları) 01.01.2025

Rəbiül-əvvəl ayının əməlləri

1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü İslam Peyğəmbərinin Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki, İslam Peyğəmbərinin (s) peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə o həzrətin evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yatır və Peyğəmbər (s) tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Həmin gün imam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” adlanır. Həmin gün oruc tutmaq, eləcə də, Peyğəmbər (s) və imam Əlini (ə) ziyarət etmək tövsiyə olunur. 9-cu gün: Rəbiül-əvvəl ayının 9-cu günü imam Zamanın (ə.c.) imamətinin ilk gününə təsadüf etdiyindən, bayram və şərafətli bir gün olması ilə yanaşı, rəvayətdə göstərilir ki, həmin gün Allah yolunda infaq edən və yosxullara əl tutan şəxsin günahları bağışlanar. Yoxsul və kimsəsiz mömin bacı və qardaşları yedirmək, onları sevindirmək, qəmlərinə şərik olmaq, çoxlu sədəqə vermək və ibadət etmək bu günün müstəhəb əməllərindəndir. 12-ci gün: Sünni alimlərinin nəzərincə, Rəbiül-əvvəl ayının 12-ci günü İslam Peyğəmbərinin (s) mövlud gününə təsadüf edir. Həmin gün birinci rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra üç dəfə “İxlas” surəsini oxumaqla iki rükət namaz qılmaq müstəhəbdir. 17-ci gün: Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü İslam Peyğəmbərinin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir. Həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir: 1. Qüsl etmək; 2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir. 3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq); 5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur. 6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək. Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri” bölümü.

Həzrət Muhəmməd (s) 01.01.2025

Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?

Həzrət Peyğəmbər (s) bu dünyadan təbii ölümlə gedibdir, yoxsa şəhid olubdur? Həzrət Peyğəmbəri (s) dəfələrlə sui-qəsdə məruz qoymuşdular. Besətin əvvəllərində müşriklər onu öldürməyə qalxdılar, ancaq bacarmadılar. Həzrət (s) Mədinəyə hicrət edəndən sonra da ona qarşı bir neçə dəfə sui-qəsd olmuşdu. Biz bu əqidədəyik ki, Peyğəmbər (s) Xeybər döyüşündə zəhərləndikdən sonra bu zəhərdən şəhid olmuşdur. (Tebyan) İmam Sadiq (ə) buyurur: “Elə bir peyğəmbər və peyğəmbər vəsisi yoxdur, şəhadətə yetməmiş olsun”. Əba Sələt nəql edir ki, İmam Rza (ə) buyurmuşdur: “Bizlərdən eləsi yoxdur ki, öldürülməsin”. Həzrət Peyğəmbər (s) Xeybərdə zəhərləndiyi üçün bu zəhər bədənini məhv etdi və nəhayət mübarək gözləri dünya nurundan bağlandı. Hişam ibn Muhəmməd atasından nəql edir ki, İmam Həsən (ə) Əmirəl-möminin (ə) şəhid olandan sonra buyurmuşdu: “Peyğəmbər (s) mənə xəbər vermişdi ki, imamət – seçilmiş on iki İmamın (ə) ixtiyarındadır. Bizlərdən eləsi yoxdur ki, ya zəhərlənməsin, ya da qətl edilməsin”. Cəbrail (ə) “Ənkəbut” surəsini nazil edir və buyurur: “Ey Muhəmməd! Oxu! “Əlif, Lam, Mim.(Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Həzrət Muhəmmədə (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır). Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 1-3). Allahın Rəsulu (ə) Cəbrayilə (ə) buyurur: “Bu, nə imtahandır?”. Cəbrail (ə) deyir: “Ey Muhəmməd! Həqiqətən, Allah Təala sənə salam verir və buyurur: “Mən səndən əvvəl elə peyğəmbər göndərməmişəm, məgər o halda ki, həyatının sonunda yerində əyləşən canişinini seçsin, əhkam və yolunu diriltsin. Ona görə də düz danışan insanlar o kəslərdir ki, Allahın Peyğəmbərinin (s) əmrini icra edərlər. Və o kəslər ki, itaətsizlik edirlər – onlar yalançılardırlar. Həqiqətən, ey Muhəmməd! Sənin Allaha tərəf getməyin yaxınlaşır və Allah sənə əmr edir ki, özündən sonra Əli İbni Əbitalibi (ə) ümmətin üçün seçəsən. O, sənin canişinindir, ümməti və rəiyyəti hidayət edər. Əgər ümmət onun ardınca getsə, sağlam qalar”. Həzifə deyir: “Peyğəmbər (s) İmam Əlini (ə) çağırdı və onunla xəlvət etdi. Həmin gecə və gündüz Allahın ona tapşırdığı elm və hikməti Əliyə (ə) tapşırdı. Onu Cəbrailin (ə) dediklərindən agah etdi”. Bu hadisə Aişənin evində baş vermişdi. Aişə Peyğəmbərə (s) deyir: “Elə indi vəzifəmi yerinə yetirməkdən məni agah et. Mən də başqalarından qabaqda olum. O şey ki, mənim xeyirimədir, onu alım”. Həzrət Peyğəmbər (s) buyurur: “Sənə xəbər verirəm, ancaq heç kəsə deməyəsən. Məgər o halda ki, mən insanların arasında Allahın əmrini yerinə yetirirəm. Çünki əgər sən bu sirri saxlasan, Allah da səni dünya və axirətdə saxlayar. Sənin üçün Allahın və Rəsulunun imanında tələsmək və qabaqda olmaq üçün üstünlik vardır. Əgər zay etsən və sənə dediyimə riayət etməsən, Allahına kafir olarsan. Savabın zay olar, ziyankarlardan olarsan. Bu əməl Allaha və Rəsuluna (s) ziyan daxil etməz. Ona görə də yaxşı olar ki, bu sirri saxlayacağına görə əhd bağlayasan. Allah Təala mənə xəbər verdi ki, ömrüm sona çatır və əmr etdi ki, Əlini (ə) öz yerimə təyin edəm. Onu insanların rəhbəri qərar verim”. Aişə də bu sirri saxlayacağına söz verir. Lakin Aişə bu sirri bir az sonra Ömərin qızı Həfsəyə deyir. Allah Təala Peyğəmbəri (s) bu işdən agah edir. Uzun çəkmədi ki, bu iki qadın öz atalarını bu işdən agah etdilər. Sonra münafiqlər də bu işdən agah oldular. Dedilər ki, Muhəmməd (s) belə xəyal edir ki, xəlifəliyi öz nəslində qərar versin. Kəsra padşahı kimi əsrin sonuna qədər hakimiyyətdə olsunlar. Allaha and olsun ki, bu həyatda artıq bizin üçün bir bəhrə yoxdur. Əgər bu iş icra olarsa, xəlifəlik Əli ibni Əbitalibə (ə) verilər. Bundan sonra məlum fitnələr yer aldı. “Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şuəra” 227). Allah pənah aparırıq bütün fitnələrdən.

İmam Rza (ə) 01.01.2025

İmam Rzanın (ə) şəhadət günüdür

30 səfər – İmam Rzanın (ə) şəhadət günüdür İmam Rzanın (s) şəhadəti münasibətilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o Həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü hicri ilində) Bağdad zindanında şəhid olduqdan sonra otuz beş yaşında imamətə çatmışdır. İmam Rzanın (ə) vəfat tarixi haqda ixtilaf vardır; bəziləri 202-ci il, bəziləri isə 203-cü hicri ilində vəfat etdiyini qeyd etmişlər. Hansı ayda vəfat etdiyinə gəldikdə isə, Şeyx Kuleyni və Şeyx Müfid (hansı gündə olduğuna toxunmadan) Səfər ayında vəfat etdiyini söyləmişlər. Növbəxti o Həzrətin vəfat gününün Səfər ayının sonuncu gün olduğunu qeyd etmişdir. O Həzrətin anası Xeyzəran adlanırdı. Bəzilərinin fikrincə, o, Novbə əhalisindən olmuşdur. Adı Ərva, ləqəbi isə Şəqradır. Bəziləri anasının adının Nəcmə, Tüktəm və künyəsinin Ümmül-Bənin olduğunu qeyd etmişlər. (“Əl-əimmətu isna əşər”, c.2, səh.342.) İmam Rza (ə) 201-ci h.q. ilinə qədər Mədinədə yaşamış, həmin ilin Ramazan ayında Mərvə gedərək 202-ci və yaxud 203-cü ilin Səfər ayında şəhadətə yetirilmiş və Xorasanda (Məşhəd şəhərində) dəfn olunmuşdir. İmam Rza (ə) Harunun dövründə 183-cü hicri ilində İmam Kazim (ə) Harunun əmri ilə Bağdad zindanında zəhərlənib şəhid olduqdan sonra İmam Rza (ə) İmam olduğu müddətin on ilini Harunun hakimiyyəti dövründə yaşamışdır. Bu müddət Harunun özbaşınalıq və azğınlıq mühiti olması ilə yanaşı, həm də İmam Rzanın (ə) nisbətən azad yaşadığı və elmi-mədəni fəaliyyəti dövrü hesab olunur. Çünki Harun bu müddət ərzində o Həzrətə toxunmamış və İmam Rza (ə) açıq şəkildə fəaliyyət aparmışdır. Buna görə də, o Həzrətin yetirdiyi şagirdlər, islami elmlər ocağında təlim etdiyi Quran həqiqətləri və İslam maarifi də, məhz bu dövrə təsadüf edir. Harunun təzyiqləri azaldaraq İmam Rzanı (ə) nisbətən azad buraxmasının səbəbi, bəlkə də, onun İmam Kazimi (ə) qətl etdiyini ört-basdır etməsi ilə əlaqədardır. Harun bu böyük cinayətin üstünü örtməyə çalışsa da, məsələnin üstü açılır və camaatda ona qarşı böyük nifrət hissi oyanır. Buna görə də, Harun bir təhər özünə bəraət qazandırmaq istəyirdi. Vəliəhdlik məsələsi İmam Rza (ə) haqqında ən önəmli tarixi hadisə o Həzrətin vəliəhdlik məsələsi idi. O Həzrətin vəliəhdliyi ilə bağlı nəzərə çarpan məsələlər bunlardır: 1. Bu prosesdə Məmunun hədəfi; 2. Məmunun öz hədəfinə çatmamasında İmam Rzanın (ə) mövqeyi. Məmunun zahiri rəftarlarından başa düşülür ki, o, bu prosesdə xüsusi hiyləgərliklə zahirdə öz xalis niyyətini – İmam Rzaya (ə) məhəbbətini bildirmək istəmiş və xilafət məsələsində İmam Əlinin (ə) nəslinin haqlı və layiqli olduğuna inandığını göstərməyə çalışmışdır. Digər məsələ İmam Rzanın (ə) xilafət təşkilatına gətirilməsi ilə o Həzrətin fəaliyyətlərinin məhdudlaşdırılması idi. Üçüncü məsələ isə budur ki, İmam Rza (ə) Məmunun vəliəhdliyini qəbul etməklə əzəmətini, məqam və mövqeyini azaldacaq, tərəfdarlarının yanında hörmətdən düşəcək, kimsə onu pak və müqəddəs bir şəxsiyyət kimi tanımayacaq və nəhayət, iddia etdiklərini puç biləcəkdilər. Əbusəlt Hərəvi də vəliəhdliyin İmam Rzaya (ə) həvalə edilməsinin səbəbini belə açıqlayır: “Məmun İmam Rzanı (ə) vəliəhd seçməklə camaata o Həzrətin dünyapərəst və dünya malına hərisliyini sübut etmək və beləcə, mənəvi məqamını ləkələmək istəyirdi.” Həqiqət budur ki, camaat hər vaxt İmam Əlinin (ə) övladlarına, məxsusən, şiə imamlarına xüsusi ehtiram bəsləmiş və bu da xalqın onlara hədsiz dərəcədə etiqad və etimadına səbəb olmuşdu. İmamların spesifik xüsusiyyətləri hər kəsi onlara tərəf yönəltmiş, camaatın onlara qarşı itaətini zəruriləşdirmiş və onların qarşısında təslimçilik ruhu yaratmışdı. Məmun çalışırdı ki, bu əzəmət və müqəddəsliyi aradan qaldırsın və ən azı, onların da başqaları kimi hakimiyyətə çatdıqları zaman zülm və fəsada düşəcəkləri fikrini camaata aşılasın. Xilafət və siyasət insanların nəzərində bir növ çirkinlik sayıldığı üçün təqvalı və nəfsi pak insanın siyasətə qoşulması onun təsir və nüfuzunun azalmasına səbəb olacaqdı. İmam Rza (ə) kimi təqva və zahidlikdə öndər olan şəxsin Abbasilərin qurduğu xilafətlə əməkdaşlığı o Həzrəti məqam və nəzərdən salacaqdı. Buna görə də, o Həzrətə etiraz əlaməti olaraq deyirdilər: “Dünyaya bağlanmadığınız halda, nə üçün Məmunun vəliəhdliyini qəbul etdiniz?” İmam (ə) buyurardı: “Bu işə nə qədər nifrət etdiyimi yalnız Allah bilir.” Məmunun bu hədəflərinin kənarında bəzi məsələlərə də toxuna bilərik. Məsələn, Məmun bu tədbiri ilə İmam Rzanı (ə) istədiyi kimi idarə edə bilərdi. Bu istiqamətdə İmamın üzərində bir çox gözətçi qoymuşdu ki, onlar hər an İmamın vəziyyətini Məmuna çatdırırdılar. (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.151-152.) İmam Rzanın (ə) reaksiyası İmam Rzanın (ə) göstərdiyi ilk reaksiyanı Xorasana gəlməkdən imtina etməsi idi. O Həzrət onu aparmağa məmur olan Rəca ibn Əbu Zəhhakın məcbur etməsinə qədərki müddətdə bu işlə müxalifətçilik etdi. Şeyx Kuleyni, Yasir Xadimdən və Rayyan ibn Səltdən belə nəql edir: “(Məmunun qardaşı) Əmin məğlub edildikdən və Məmun hökumətini qurduqdan sonra İmama bir məktub yazaraq Xorasana gəlməsini istədi. İmam isə onun istəyinə müsbət cavab vermədi. Bir hədisdə deyilir: “Məmun bu haqda o qədər məktub yazdı ki, İmam (ə) Məmunun bu işdən əl çəkməyəcəyini gördükdə, getməkdən başqa bir çarənin olmadığını başa düşdü.” (“Üsuli-kafi”, c.1, səh.488.) Şeyx Səduq, Məul Səcistanidən belə nəql edir: “İmam Rzanı (ə) Xorasana aparmaq üçün Mədinəyə bir məmur gəldiyi zaman, mən orada idim. İmam Rza (ə) Rəsulullah (s) ilə vidalaşmaq üçün o Həzrətin türbəsinə daxil oldu. İmamın dəfələrlə türbədən çıxıb yenidən geri döndüyünü və yüksək səslə ağladığını gördüm. İmama yaxınlaşıb salam verdim və bunun səbəbini soruşdum. İmam buyurdu: “Cəddimin yanından gedəcək və qürbətdə öləcəyəm…” Həmçinin İmam Rza (ə) Xorasana getdiyi zaman ailəsindən heç kəsi özü ilə aparmadı. Bu da o Həzrət baxımından səfərin heç də aydın gələcəyə malik olmadığını bildirirdi. Nəhayət, Məmun xilafəti İmam Rzaya (ə) həvalə etmək istəyini irəli sürdü. Məmunun hədsiz israrından və İmamın da bunu qəbul etməməsindən sonra, vəliəhdlik zorla İmama yükləndi. Vəliəhdliyin qəbulluğu barədə Məmunun israrı və əks-təqdirdə, İmam Rzanın (ə) ölümlə hədələnməsi o Həzrəti elə bir vəziyyətdə qoymuşdu ki, o Həzrətin başqa çarəsi qalmamışdı. Eyni zamanda, İmam (ə) Məmunun öz hədəfinə çatmaması üçün əlindən gələnini də əsirgəmədi. Bu məsələ yalnız İmamla (ə) Məmun arasında baş verən iki aylıq müzakirədən sonra gerçəkləşdi. İmam Rza (ə) dəlil-sübutları ilə Məmuna bildirdi ki, ya özünün və ata-babalarının xilafətə haqlı olmadıqlarını etiraf etməli, ya da İmamdan əl çəkməlidir. Məmun İmam Rzanı (ə) vəliəhdliyə məcbur etdiyi zaman İmam ona buyurdu: “Əgər bu xilafət sənə aiddirsə, Allah onu sənin üçün qərar vermişdir. Belə olan halda, Allahın sənə geyindirdiyi paltarı çıxarıb başqasına verməyin caiz deyildir. Əgər sənə aid deyilsə, yenə də, özünə aid olmayanı başqasına bağışlamağın caiz deyildir.” (“Rovzətul-vaizin”, Nişapuri, səh.223.) Hər halda, İmam Rza (ə) məcburi şəkildə vəliəhdliyi qəbul etdi. Lakin vəliəhdliyi qəbul etdiyi üçün siyasi istifadələr olunmasın deyə, İmam bütün gücünü səfərbər etdi. O Həzrət vəliəhdliyi bir sıra xüsusi şərtlərlər əsasında qəbul etmişdi ki, əməli olaraq onu siyasi və ictimai məsələlərə müdaxilə etməkdən tamamilə uzaqlaşdırırdı. O Həzrət şərtlərini belə açıqladı: “Mən bunu (vəliəhdlik) bu şərtlərlə qəbul edirəm ki, kimsəni vəzifəyə təyin etməyəcək və kimsəni vəzifəsindən azad etməyəcəyəm. Heç bir adət-ənənəni pozmayacaq və vəliəhdlik məqamını yalnız uzaqdan-uzağa daşıyacağam.” (“Üyunu əxbarir Riza (ə)”, c.2, səh.148.) İmam Rza (ə) və Məmun Burada Məmunun İmam Rza (ə) ilə əlaqəsi haqda iki əsaslı məsələni xatırlamaq yerinə düşərdi: 1. Məmun İmam Rzanı (ə) Mərvə gətirdikdən sonra müxtəlif alimlərin iştirakı ilə bir çox elmi yığıncaqlar təşkil edərdi və orada İmamla başqaları arasında bir çox müzakirələr baş verərdi. Bu yığıncaqlarda müzakirə edilən məsələlər, ümumiyyətlə, fiqhi və etiqadi məsələlərdən ibarət idi. Bu işdə Məmunun məqsədi özünü elmsevər və ona əhəmiyyət verən kimi göstərmək idi. Amma Məmunun belə yığıncaqlar təşkil etməkdə məqsədi başqa idi. O, İmamı müzakirə mühitinə çəkməklə adi camaatın Əhli-beyt imamları ilə bağlı “Onlar xüsusi elmlərə, o cümlədən, “lədünni” elmə sahibdirlər!” – düşüncəsini aradan qaldırmaq istəyirdi. İmam Rzanın (ə) elmi şöhrəsi Məmun tərəfindən şəhadətə yetirilməsi üçün ən önəmli dəlil sayıldı. Əhməd ibn Əli Ənsari deyir ki, Əbu Səltdən: “Məmun İmam Rzanın (ə) öldürülməsinə necə razı oldu?” – deyə soruşduqda belə cavab verdi: “…Məmun vəliəhdliyi İmam Rzaya (ə) həvalə etməklə camaata onun dünyaya bağlandığını göstərmək və nəticədə, o Həzrəti camaatın gözündən salmaq istəyirdi. Ancaq İmam Rzanın (ə) rəftar və hərəkətləri onun Məmundan üstünlüyünü aşkar etdikdə, Məmun İmam Rzanın (ə) elmi məqamını zədələmək və camaatın gözündən salmaq üçün bütün müsəlman və qeyri-müsəlman sxolastiklərini İmamla elmi münazirəyə dəvət edirdi. Amma İmamla həmsöhbət olan hər bir müsəlman, yəhudi və məsihi alimi İmama təslim olurdu. Nəticədə, camaat da deyirdi ki, İmam Rza (ə) xilafətə Məmundan daha layiqdir. Məmunun casusları da bu xəbərləri ona çatdırırdı. Beləcə, Məmun İmam Rzanı (ə) zəhərləyərək öldürdü. (“Üyunu əxbarir-Riza (ə)”, c.2, səh.241.) 2. Məmunla İmam Rza (ə) arasındakı əlaqələrə kölgə salan ikinci bir nöqtə də, İmamın “bayram” namazında iştirak etməsi oldu. Məmun, İmamdan (ə) bayram namazını qılmağı istəsə də, İmam vəliəhdliyi qəbul edərkən qarşıya qoyduğu şərtlər əsasında bayram namazını qılmayacağını söylədi. Məmun israr etdikdə, İmam məcbur olaraq qəbul etdi və buyurdu: “Belə isə, Rəsulullah (s) kimi namaza gedəcəyəm!” Məmun da bunu qəbul etdi. Bu arada camaat İmam Rzanın (ə) padşahlar kimi bəzi xüsusi ənənələrə tabe olaraq evdən çıxacağını gözləyərkən, bir də gördülər ki, İmam ayaqyalın evdən çıxdı və “təkbir” deyərək yola düşdü. Rəsmi geyimlərlə bu məclisdə iştirak edən əmirlər və dövlət məmurları bunu gördükdə, atlarından düşüb, ayaqqabılarını çıxartdılar, “təkbir” deyərək İmamın arxasınca hərəkət etməyə başladılar. Nəql edirlər ki, Fəzl xəlifə Məmuna dedi: “Əgər İmam Rza (ə) bu şəkildə namaz qılınacaq yerə getsə, camaat ona aşiq olar. Yaxşı olar ki, onun geri dönməsini istəyin.” Məmun bir nəfəri göndərərək İmamın geri dönməsini istədi. İmam ayaqqabılarını istədi və geyinib atına minərək geri döndü.” (“Rovzətul-vaizin”, Nişapuri, səh.227-228.) Məmun bu hadisədən daha çox təhlükə hiss edib anladı ki, İmam onun heç bir dərdinə dərman olmadığı kimi, siyasi vəziyyəti tamamilə onun əleyhinə yönəldir. Buna görə də, onun hər bir işini vasvasılıqla araşdırmaq və Məmunun əleyhinə görmək istədiyi hər bir tədbiri ona xəbər vermək üçün gözətçilər təyin edildi və onlar belə fəaliyyətlərdən Məmunu xəbərdar etdilər. (“Üyunu əxbarir Riza (ə)”, c.2, s.153.) Başqa hallarda da İmam Rza (ə) Məmunu gördüyü işlərinə görə tənqid edərdi. Məsələn, Məmun İslam ərazilərini genişləndirmək üçün qeyri-islami dövlətlərlə döyüşərkən o Həzrət Məmuna buyurmuşdu: “Nə üçün Muhəmmədin (s) ümməti haqda düşünmür və onları islah etməyə çalışmırsan?” İmam Rzanın (ə) şəhadəti Qeyd etdiklərimizdən aydın olur ki, Məmun İmam Rzanı (ə) Mərvə gətirməklə uğurlu nəticələr əldə edə bilmədi. Hətta vəziyyətin bu minvalla davam etməsi onun üçün aradan qaldıra bilməyəcəyi ehtimali zərərlər belə doğuracaqdı. Xilafəti ələ almaq üçün öz qardaşını öldürməkdən çəkinməyən və özünün xilafət kürsüsünə oturması üçün zəhmətlərə qatlaşan vəzirini göz qırpmadan öldürən Məmun indi də cani ata-babaları kimi xilafətini qorumaq məqsədilə şiə imamlarından digər birini öldürmək fikrinə düşdü və nəhayət, hiylə və özünəməxsus siyasi oyunlar tətbiq etməklə İmam Rzanı (ə) şəhadətə yetirdi və İmamın (ə) ölümündən kədərləndiyini bildirdi. Belə ki, üç gün, üç gecə İmamın (ə) qəbrinin üstündən ayrılmadı. Məmun elə ustalıqla öz rolunu ifa etdi ki, hətta bəzi şiə alimləri İmamın (ə) Məmun tərəfindən şəhadətə yetirilmədiyini qəbul etdi. İrbili həmin alimlərdən biridir. Halbuki İmam Rza (ə) haqqında ən geniş kitab yazan Şeyx Səduq başda olmaqla şiə alimlərinin əksəriyyəti bir çox rəvayətlərə istinad edərək İmam Rzanın (ə) Məmun tərəfindən şəhadətə yetirildiyini təsdiq etmişlər. (“Müsnədi-İmam Rza (ə)”, Əzizullah Ətarudi, c.1, səh.124-139; “Məsum imamların fikri-siyasi tarixi”, Ustad Rəsul Cəfərian, “İmam Rzanın həyatı” bölməsi.)

İmam Həsən (ə) 01.01.2025

İmam Həsən əleyhissəlamın həyatı barədə qısa mə’lumat

İmam Həsən əleyhissəlamın həyatı barədə qısa mə’lumat Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi, şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.1 İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır. Məzlumların köməkçisi İslam dinində (İslam nöqteyi-nəzərindən) varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məs’uliyyət daşıyırlar. Dərin mə’nəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər tə’min etməyə çalışmalıdırlar. İslam peyğəmbəri və dini rəhbərlər (İmamlar) bu barədə nə təkcə sifarişlər etmiş, hətta hərə öz zamanında insansevərliyin və zəifpərvərliyin bir nümunəsi olmuşlar. İkinci İmam elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi, məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin, fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (əleyhissəlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bə’zi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhissəlam) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə, utanmağa icazə verməzdi. Süyuti öz kitabında yazır:«Həsən ibn Əli (əleyhissəlam) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin, səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi.»1 İbrətamiz incəlik İmam Həsən (əleyhissəlam) bə’zi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmam əleyhissəlamın bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki, İmam (əleyhissəlam) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin, bu pulla əlinə sərmayə də gətirə bilərdi. İmam Həsən (əleyhissəlam) kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. Belə olan halda, həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona-buna əl uzatmalı idi. Bu səbəbə görə də Həzrət Həsən (əleyhissəlam) kasıba çoxlu pul verərdi. Elm və fəzilət ailəsi Bir gün Osman məscidin kənarında oturmuşdu. Kasıb bir kişi ondan kömək istədi. Osman çıxarıb ona bir dirhəm pul verdi. Kişi Osmana dedi: “Məni elə bir adamın yanına göndər ki, mənə bir az çox kömək etsin.” Osman məscidin bir küncündə əyləşmiş İmam Həsən (əleyhissəlam) və Abdullah ibn Cə’fərə tərəf işarə edib kişiyə dedi ki, orada oturmuş cavanların yanına get və onlardan kömək istə. Kişi onların yanına gəlib kömək istədi. İmam Həsən (əleyhissəlam) buyurdu: “Ancaq üç halda başqalarından maddi kömək istəmək olar: Boynunda diyə (qan bahası) olub onu ödəyə bilmədikdə; külli miqdarda borclu olub qaytarmaq iqtidarında olmadıqda və ehtiyac içində olub əli heç bir yerə çatmadıqda. İndi bu üç şeyin hansı biri sənə üz vermişdir?” Kişi cavab verdi ki, mənə də məhz bu üç şeydən biri üz verib. İmam Həsən (əleyhissəlam) çıxarıb əlli dinar (bir dinar on dirhəmə bərabərdir) pul kişiyə verdi. Bunu görən İmam Hüseyn (əleyhissəlam) da qırx doqquz dinar, daha sonra Abdullah ibn Cə’fər qırx səkkiz dinar kişiyə verdilər. Kasıb kişi qayıdarkən Osmanın yanından keçirdi. Osman kişiyə dedi: “Nə oldu?” Kişi cavab verdi ki, səndən pul istədim verdin, ancaq heç soruşmadın pulu nəyə görə istəyirəm. Ancaq o üç nəfərin yanına gedəndə, onlardan biri (İmam Həsən (əleyhissəlam)) istəyimin səbəbini soruşdu. Mən də cavab verdim. Sonra onların hərəsi mənə bu qədər pul verdi. Osman dedi: “Bu ailə elm, hikmət çeşməsi, fəzilət və yaxşılıq mənbəyidir. Onlar kimisini nə vaxt tapa bilərsən?[1] ” Misilsiz bəxşiş İmam Həsən (əleyhissəlam) bütün qüdrətini yaxşı və Allah bəyənən yollarda sərf edər, Allah yolunda çoxlu miqdarda pul bəxşiş edərdi. Tarixçilər və alimlər o Həzrətin şərəfli həyatı haqqında misilsiz bir bəxşiş qeyd etmişlər ki, bu da heç bir rəhbərin həyatında gözə dəymir. İmamın bu hərəkəti o Həzrətin əliaçıqlığından əlavə onun dünyanın aldadıcı naz-ne’mətinə olan e’tinasızlığını da göstərir. Tarixçilər yazırlar: «İmam Həsən Müctəba (əleyhissəlam) ömründə iki dəfə bütün mal-dövlətini, üç dəfə isə mal-dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir.»[2] 1 Mənaqibi-Ali-Əbutalib (İbn Şəhr Aşub) c.4, səh.28; İrşadi-Şeyx Müfid, səh.187. 1 Tarixül-xüləfa (Süyuti), səh.189. [1] Biharül-ənvar, c.43, səh.333. [2] Tarixül xüləfa. səh.190; Tarixi-Yə’qubi, c.2, səh.215; Təzkirətül-xəvas səh.196.

İmam Həsən Əskəri (ə) 01.01.2025

İmam Həsən Müctəbanın (s.ə) şəhadəti

İmam Həsən Müctəbanın (s.ə) şəhadəti İmam Həsən (ə.s) xilafətdən əl çəkib zahiri xilafəti Müaviyəyə buraxdıqdan sonra Mədinəyə qayıtdı. [1] Orada İslami elmləri xalqa öyrətmək və onu yaymaqla məşğul oldu. Lakin Müaviyə öz hiylələrindən əl çəkmədi; hələ müqavilənin imzalanmasından çox vaxt keçməmiş, müqavilənin şərtlərini öz ayaqları altına aldı. [2] Müaviyə xilafətin əbədi olaraq ona və ailəsinə qalmasına xatircəm oması üçün İmam Həsən (ə.s)-ı öldürməyi qərara aldı. Öz iyrənc və şeytani məqsədini həyata keçirmək üçün  4 dəfə İmam Həsən (ə.s)-ı zəhərlətdi. [3] Lakin müaviyə sonuncu dəfə, İmamın xanımı olan Əş’əsin qızı Cüdənin vasitəsi ilə çox təsirli bir zəhərlə İmam (ə.s)-ı zəhərlətdi. [4] İmam Həsən (ə.s), Müaviyə tərəfindən ona edilən bu alçaq əməlin nəticəsində Mədə qanaxmasına düçar oldu, rəngi və halı dəyişdi və o halda ikən belə buyurdu: “Bir neçə dəfə məni zəhərlədilər, ama bu dördüncüsü qədər acısını görmədim.” [5] Cunadə belə buyurur: “İmam Həsən (ə.s)-ın vəfat etməsinə səbəb olan o xəstəliyi zamanı Onun hüzüruna getdim. Önündə bir ləyən gördüm. Müaviyənin (lə’nətullahi əleyh) ona içirtdiyi zəhər nəticəsində ağzından gələn qanı o ləyənə boşaldırdı. O Həzrətə: “Ey mövlam, nəyə görə özünü müalicə etmirsən? – dediyim zaman, buyurdu ki: “Ölümü nə ilə müalicə edim?” Bu sözü eşitdikdə “İnna lillahi və inna ileyhi raciun” – dedim.”  [6] İmam Həsən (ə.s), hicrətin 50-ci ilində 47-il yaşadıqdan sonra məlum zəhər nəticəsində şəhadətə yetdi… [7] İmam (ə.s)-ın pak cənazəsini, cənazə namazından sonra, Rəsulullahın (s) qəbrini ziyarət etməsi [8]  və ya orada dəfn etmələri üçün [9] Rəsulullahın məzarı başına apardılar. [10] Sələbət bin Malik belə buyurur: “İmam Həsən (ə.s)-ın cənazəsini müşayət edənlər o qədər çox idi ki, bir iynə atsaydın yerə düşməzdi.” [11] Bəni Üməyyə bu hadisədən xəbərdar olduqda, camaatın Peyğəmbərin (s) ciyərparəsinin cənazəsini müşayət edəcəklərini və O Həzrətin mübarək nəşinə ehtiram edəcəklərini bilib, Onun babası Peyğəmbərin yanında dəfn edilməsinə mane oldular. Aişə də bir qatıra minib ora gələrək onları (Bəni Üməyyəni) dəstəklədi. [12] Muhəmməd bin Müslim belə deyir: “İmam Baqir (ə.s)-dan belə buyurduğunu eşitdim: “İmam Həsən (ə.s)-ın vəfat zamanı gəlib çatdıqda, qardaşı Hüseyn (ə.s)-a belə buyurdu: “Qardaşım! Sənə bir vəsiyyətim var, onu qoru (yerinə yetir). Mən öldükdən sonra, qüsl və kəfən işlərindən sonra məni Cəddim Rəsulullahı ziyarət etmək üçün Onun qəbrinə apar, sonra anamın məzarına apar və sonra da Bəqi qəbristanlığında dəfn et. Bil ki, Humeyra (Ayişə) tərəfindən mənə bir müsibət yetişəcəkdir. – ki, xalq onun Allaha, Peyğəmbərinə və Əhli-Beytinə olan düşmənliklərini bilir.” İmam Həsən (ə.s) vəfat edincə, Onu Həzrəti Peyğəmbərin (s) musəllasına (cənazəyə namaz qılınan yerə) apardılar. İmam Hüseyn (ə.s) cənazə namazını qıldı, sonra cənazəni məscidə apardılar və oradan da Rəsulullahın məzarı başına apardılar. Bu vaxt casuslardan biri Ayişənin yanına gedərək: “Bəni-Haşim, Həsənin cənazəsini Peyğəmbərin yanında dəfn etmək istəyir” -dedi. Bu vaxt Ayişe, bir qatıra minərək dərhal çölə çıxdı. (O, İslamda qatıra minən ilk qadın idi) Və gələrək dedi ki: “Oğlunuzu evimdən çölə çıxarın! O, mənim evimdə dəfn edilə bilməz! Allah Rəsulunun hicabını yırta bilməzsiniz!.” Buna qarşılıq İmam Hüseyn (ə.s) belə buyurdu: “Sən və atan daha əvvəl Allah Rəsulunun hicabını yırtdınız və Onun evinə, özünə yaxınlaşmasını sevmədiyi kəsləri (Əbu-Bəkr ilə Öməri) soxdunuz. Ey Ayişə! Allah bu işindən ötrü səni hesaba çəkəcəkdir.” [13] Hətta məşhur bir rəvayətdə, burada İbn Abbasın Ayişəyə qəzəblənərək belə dediyi nəql olunur: “Ey Ayişə! Dünən dəvəyə mindin. Bu gün də qatıra minmisən. Qorxuram ki, yaşasan, sabah da filə minəcəksən. Sənin miras haqqın səkkizdə birin doqquzda biri qədərdir. Lakin sən bütün mirası ələ keçirdin.” [14] İbn Şəhraşub belə deyir: “İmam Həsən (ə.s)-ın cənazəsini ox yağışına tutdular, (bunun nəticəsində) sonradan 70 ox İmam (ə.s)-ın bədənindən çıxartdılar. [15] İmam Hüseyn (ə.s), qardaşı İmam Həsən (ə.s)-ın vəsiyyətinə əsasən Bəni Üməyyə ilə döyüşmədi və İmam Həsən (ə.s)-ın cənazəsini Bəqi məzarlığına aparıb orada dəfn etdi. [16] İmam Həsən (ə.s)-ın şəhadət gününün tarixiylə bağlı da ixtilaf vardır. Şeyx Mufid, İmam Həsən (ə.s)-ın , Səfər ayının 7-də şəhadətə yetdiyini yazır. [17] Şeyx Abbas Qumi, “Qurrətul-Bəsirə” risaləsində bu görüşü qəbul etmişdir. İbn Şəhraşub da Səfər ayının 28-i gününü İmam Həsən (ə.s)-ın şəhadəti günü olaraq bilməkdədir. [18] Şeyx Kuleyni və Həzzazi-Qummi də İmam Həsən (ə.s)-ın Səfər ayının sonlarında şəhid olduğunu söyləyirlər. [19] Lakin Səfər ayının 7-si ilə bağlı rəvayət olduğu üçün bütün təqlid olunan müctehidlər həmin günün də şəhadət günü kimi keçirilməsini təkid edirlər. besiret.az [1] – “Tarixi-Təbəri”, c. 4, s. 126. [2] – “Şərhi-Nəhcul-Bəlağeyi-İbn Əbil-Hədid”, c. 16, s. 15. [3] – é c. 16, s. 10. [4] – é c. 16, s. 11. [5] – é c. 16, s. 49. [6] – “Kifayətul-Əsər, s. 226. [7] – “Kafi”, c. 1, s. 461. [8] – “Kafi”, c. 1, s. 302. [9] – “İləluş-Şərayi”, c. 1, s. 225. “Əvalim”, c. 16, s. 287. [10] – “Təzkirətul-Xəvass”, s. 213. [11] – “əl-İsabə”, c. 1, s. 331. [12] – “Təzkirətul-Xəvass”, 213. [13] – “Mənaqib”, c. 4, s. 44. [14] – “Usuli-Kafi”, c. 1, s. 302-303 [15] – “əl-Xəraic vəl-Cəraih”, c.1, s.234 [16] – “İrşad, c. 2, s. 17 ve 19. [17] – “Əvalim”, c. 16, s. 277. [18] – “Mənaqib”, c. 3, s. 191. [19] – “Kafi”, c. 1, s. 461. “Kifayətul-Əsər”, s. 229.

Həzrət Muhəmməd (s) 01.01.2025

Həzrət Məhəmmədin peyğəmbərin (s) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və o Həzrətin böyük nəvəsi İmam Həsənin (ə) şəhadət günüdür. Bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam Peyğəmbərinin (s) həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in (fil ili) Rəbiül-əvvəl ayının 17-də (miladi tarixi ilə 570-ci ildə), mübarək cümə günü dünyaya gəlmişdir. (Həmin il Allah-Taala Kəbə еvini uçurmağa gələn “fil səhabələri”ni “əbabil” quşları ilə məhv еtmişdir.) Həzrət İsa (ə) əsrlər öncə “İncildə” o həzrətin adını müjdə vermişdir: “Mən sizi məndən sonra gələcək bir peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir.” Qurani-Kərimdə də o həzrət həm Əhməd, həm də Mühəmməd adı ilə yad edilir. (“Səff” surəsi, ayə 6; “Əhzab” surəsi, ayə 40.) Nəhayət, o həzrət bir yəhudi qadının vasitəsi ilə zəhərlənərək 11-ci hicri-qəməri ilinin Səfər ayının 28-də dünyasını dəyişmişdir. Peyğəmbər (s) 25 yaşında olarkən həzrət Хədicə (s) ilə еvlənmiş və “amul-fil”in 40-cı ili, Rəcəb ayının 27-də gеcə ikən peyğəmbərliyə sеçilmişdir. O həzrət İslam dinini təbliğ etdiyi üçün 13 il Məkkədə dözülməz müsibətlərə məruz qalaraq Qürеyş kafirlərinin dinin inkişafının qarşısını aldıqları zaman Mədinə şəhərinə hicrət еtmişdir. Qеyd еtmək lazımdır ki, o həzrətin Mədinəyə hicrət еtdiyi gün İslam tariхinin başlanğıcı sayılır. Peyğəmbər (s) hicrətdən sonra, Mədinədə sakin olduğu 10 il ərzində İslam dinini kamil surətdə bəşəriyyətə çatdırmışdır. İslam Peyğəmbərinin (s) doğulduğu gecə dünyada böyük hadisəlr və möcüzələr baş vеrmişdir. O cümlədən: bütün bütlər yıxılır; İranda Kəsra eyvanı lərzəyə gəlib parçalanır və 14 sütunu sınır; Savə dəryaçası quruyur; min ildən sonra fars atəşgahı sönür. PEYĞƏMBƏRİN (S) ATA VƏ ANASI Tarixdə Peyğəmbərin (s) atası Abdullah haqda belə yazılır: Bir gün Əbdül-Müttəlib Zəmzəm quyusu qazılanda nəzr edir ki, əgər on oğlu olarsa, birini Allah yolunda qurban etsin. Onun duası qəbul olur və Allah-Taala ona onuncu oğulu, yəni Abdullahı əta etdikdə, Əbdül-Müttəlib öz nəzərini yerinə yetirmək məqsədilə övladları arasında püşk atır. Püşk Abdullaha düşür. Abdullahı qurbangaha aparır. Bu iş sonralar bir adətə çevrilməsin deyə, qohum-əqraba yığışıb bu işə mane olmaq istəyirlər. Təklif edirlər ki, on dəvə və Abdullah arasında püşk atılsın. Püşk yenə də Abdullaha düşür. Dəvələri yüzədək artırdıqdan sonra püşk dəvələrə düşür. Beləcə, 100 dəvə Abdullahı əvəz edir. Peyğəmbərin (s) atası Abdullah çox yaşamır. O, Amənə ilə evləndikdən sonra, Peyğəmbər (s) dünyaya gəlməzdən öncə Şam səfərindən qayıdarkən xəstələnir və 25 yaşında ikən Mədinədə dünyasını dəyişir. Peyğəmbər (s) dünyaya gəldikdən sonra babası Əbdül-Müttəlibin himayəsinə keçir. Peyğəmbərin (s) anasının adı Amənədir. Amənə o həzrəti (s) dünyaya gətirdikdən bir müddət sonra ona süd vermək üçün Bəni-Səd qəbiləsindən olan Həlimə Sədiyyə adlı bir qadını dayə tuturlar. Peyğəmbər (s) beş il dayənin yanında qalıb, sonra ana qucağına qayıdır. Amənə bir müddət sonra öz övladı Peyğəmbərlə (s) birgə qohumlarını görmək və həyat yoldaşı Abdullahın qəbrini zyarət etmək üçün Mədinəyə gedir. Mədinədə bir ay qaldıqdan sonra geri dönərkən xəstələnib yolda otuz yaşında ikən vəfat edir. Onu Mədinə ilə Məkkə yolnun kənarında Əbva adlı bir yerdə dəfn edirlər. Anasının dəfnindən sonra Ümmü-Əymən adlı bir qadın Peyğəmbəri (s) gətirib Əbdül-Müttəlibə çatdırır. Peyğəmbər (s) səkkiz yaşında olarkən babası Əbdül-Müttəlib də dünyasını dəyişir, sonra onu əmisi Əbu Talib və onun həyat yoldaşı Fatimə binti Əsəd öz himayələrinə götürürlər. PEYĞəMBƏRİN (S) ÖVLADLARI İslam Peyğəmbərinin (s) üç oğlu və dörd qız övladı olmuşdur. Oğlanları: Qasim, Abdullah və İbrahim. –Qasim; Peyğəmbər (s) bu münasibətlə “Əbülqasim” adlanmışdır. Qasim iki yaşında ikən Məkkədə vəfat etmişdir. –Abdullah; Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan sonra Abdullah anadan olub və Məkkədə vəfat etmişdir. Bəziləri onun adını Təyyib və Tahir kimi də qeyd etmişlər. –İbrahim; Mədinədə o həzrətin Qibtiyyə Mariyyə adlı zövcəsindən olmuş, hicrətin 10-cu ilində on yeddi aylığında vəfat etmiş və Bəqidə dəfn olunmuşdur. Qızları: Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə). –Zeynəb Peyğəmbərin (s) böyük qızıdır. O həzrətin Xədicə ilə izdivacından beş il sonra doğulmuşdur. Öz xalası oğlu Əbülas ibn Rəbi ilə ailə qurmuş və 8-ci hicri-qəməri ilində vəfat etmişdir. –Rüqəyyə İslamdan əvvəl doğulmuşdur. Əvvəlcə Əbu Ləhəbin oğlu Utbəyə nişanlanmış, lakin “Təbbət” surəsi nazil olduqdan sonra Əbu Ləhəbin göstərişi ilə toydan qabaq ayrılmışdır. Sonra Osman ibn Əfvan ilə izdivac etmişdir. İkinci hicri-qəməri ilində dünyasını dəyişmişdir. –Ümmü-Gülsüm də Məkkədə doğulmuş, bacısı Rüqəyyə kimi Əbu Ləhəbin digər oğlu Üteybə ilə izdivac etmiş, lakin “Təbbət” surəsi nazil olduqdan sonra ayrılmışdır. Bacısı Rüqəyyə vəfat etdikdən sonra Osmana ərə getmişdir. Üçüncü hicri-qəməri ilində vəfat etmişdir. –Fatimeyi-Zəhra (s) “besət”dən (Peyğəmbər (s) peyğəmbərliyə çatdıqdan) beş il sonra doğulmuşdur. Hicrətdən iki ay sonra Mədinədə imam Əli (ə) ilə ailə qurmuş və on səkkiz yaşında ikən, İslam Peyğəmbəri (s) əbədiyyətə qovuşduqdan doxsan beş gün sonra şəhadətə yetmişdir. Peyğəmbər (s) özü həyatda ikən xanım Fatimeyi-Zəhradan (ə) başqa, bütün övladları dünyadan köçürlər. O həzrətin iki oğul və dörd qızı Xədicədən, İbrahim adlı digər bir oğlu isə Mariyyə Qibtiyyədən doğulur. Başqa zövcələrindən övladı olmuur. İslam peyğəmbərİnİn (s) RİSALƏTİ İslam Peyğəmbəri (s) peyğəmbərliyindən öncə hər il bir neçə günlük “Hira” mağarasına gedər, ibadət və raz-niyazla məşğul olardı. Peyğəmbər (s) qırx yaşında ikən, hicrətdən on üç il əvvəl, Rəcəb ayının 27-də vəhy mələyi Cəbrail-Əminin Allah tərəfindən nazil olması və “Ələq” surəsinin bir neçə ayəsinin tilavəti ilə peyğəmbərliyə seçilir. O həzrətə iman gətirən və dəvətini qəbul edən ilk kişi imam Əli (ə) və ilk qadın Peyğəmbərin (s) həyat yoldaşı Xədicə olur. Məkkədə şərait münasib olmadığı və bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan Peyğəmbər (s) dəvətini məhdud və gizli şəkildə başlayır. Bu müddətdə bir dəstə o həzrətə iman gətirir. Üç il gizli dəvətdən sonra, ilk mərhələdə Allah tərəfindən   «و انذر عشیرتک الاقربین» (Yaxınlarını ilahi əzabla qorxut – “Şüəra”/214) – ayəsi nazil olmaqla, o həzrət qohum-əqrəbasını bir yerə toplayaraq risalət və peyğəmbərlik vəzifəsini aşkar şəkildə elan edir. İkinci mərhələdə isə Peyğəmbər فاصدع بما تؤمر و اعرض عن المشرکین انا کفیناک المستهزئین (Sənə əmr olunanı aşkar şəkildə bəyan et və müşriklərdən üz çevir. Həqiqətən, Biz istehza edənlərin şərini səndən uzaqlaşdırdıq! – “Hicr”/94-95) – ayəsini almaqla ümumi dəvətə başlayır. Bundan sonra müxaliflərin düşmənçiliyi alovlanır. Düşmən Həzrətin risalətinə qarşı bütün vasitələrdən istifadə edir. Peyğəmbər və onun tərəfdarları böhtanlarla, istehzalarla və cismani işgəncələrlə qarşılaşırlar. Bu minvalla, o həzrətin peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə Peyğəmbərin (s) evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yataraq, o həzrət tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Mədinə əhalisi Peyğəmbəri (s) Mədinənin altı kilometrliyində yerləşən “Quba” məntəqəsində qarşılayır. (Elə həmin məntəqədə İslamın ilk məscidi – “Quba məscidi”, ondan sonra isə Mədinənin özündə “Peyğəmbər məscidi” bina edilir.) İmam Əli (ə) Məkkədə qalan bəzi ailə üzvləri ilə birlikdə Məkkədən Qubaya çatdıqdan sonra, birgə Mədinəyə daxil olurlar. Hicrətin ikinci ilində müsəlmanlarla müşriklər arasında “Bədr” döyüşü baş verir və döyüş müsəlmanların qələbəsi ilə sona yetir. Bir çox müsəlmanların şəhadətinə səbəb olan “Ühüd” döyüşü də elə həmin il baş verir. Hicrətin 5-ci ilində “Əhzab” (Xəndək) döyüşü baş verir. Hicrətin 6-cı ilində “Hüdeybiyyə sülhü” imzalanır. Elə həmin ildə Peyğəmbər (s) müxtəlif ölkələrin padşahlarına məktub göndərərək onları İslama dəvət edir. Hicrətin 7-ci ilində “Xeybər” döyüşü baş verir və imam Əlinin (ə) qəhrəmanlığı ilə Xeybər qalası fəth olunur. Hicrətin 8-ci ilində Məkkə fəth olunur və bütxanalar dağıdılır. Elə həmin ildə Peyğəmbərin böyük qızı Zeynəb vəfat edir və İbrahim adlı oğlu dünyaya göz açır. Hicrətin 10-cu ilində Peyğəmbərin 18 aylıq övladı İbrahim dünyasını dəyişir. Hicrətin 11-ci ilində Peyğəmbər (s) “Vida” həccini yerinə yetirib, Məkkədən Mədinəyə döndükdə, “Qədir-Xum” adlı məntəqədə 120 min hacının iştirakı ilə imam Əlini (ə) Allah tərəfindən özünə canişin və müsəlmanlara rəhbər, imam təyin edir. Peyğəmbər (s) Mədinəyə qayıtdıqdan sonra, Səfər ayının 28-i dünyadan köçür. (Tarixe-təhliliye-İslam”, Ustad Rəsuli Məhəllati.)

Ziyarətnamələr 31.12.2024

Ərbəin gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah Ənsari olmuşdur. Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər… O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər…” İmam Həsən Əskəri (ə) buyurmuşdur: عَلاماتُ المؤمنِ خَمسٌ: صَلَواتُ إحدي و خَمسينَ، و زيارةُ‌ الأربعينَ، و التَّخَتُّم بِاليَمينِ، و تَعفيرُ الجَبينِ، و الجَهْرُ بِبسم اللهِ الرَّحمنِ الرَّحيمِ “Möminin beş əlaməti vardır: 1. Hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq; 2. “Ərbəin” günü imam Hüseyni (ə) ziyarət etmək; 3. Səcdədə alını torpağa qoymaq; 4. (Namazda) “Bismillahir-Rəhmanir-Rəhim”i ucadan demək; 5. Sağ ələ üzük taxmaq. “ƏRBƏİN” ZİYARƏTNAMƏSİ Ərbəin günü imam Hüseynə (ə) məxsus “Ərbəin” ziyarətnaməsini oxumaq müstəhəbdir. Şeyx Tusi “Təhzib” və “Misbah” kitablarında Səffan Cəmmaldan belə nəql edir: “İmam Sadiq (ə) mənə buyurdu ki, “ərbəin” günü günəş üfüqdən bir qədər qalxdıqdan sonra bu duanı oxu: السَّلامُ عَلَى وَلِيِّ اللَّهِ وَ حَبِيبِهِ السَّلامُ عَلَى خَلِيلِ اللَّهِ وَ نَجِيبِهِ السَّلامُ عَلَى صَفِيِّ اللَّهِ وَ ابْنِ صَفِيِّهِ السَّلامُ عَلَى الْحُسَيْنِ الْمَظْلُومِ الشَّهِيدِ السَّلامُ عَلَى أَسِيرِ الْكُرُبَاتِ وَ قَتِيلِ الْعَبَرَاتِ اللَّهُمَّ إِنِّي أَشْهَدُ أَنَّهُ وَلِيُّكَ وَ ابْنُ وَلِيِّكَ وَ صَفِيُّكَ وَ ابْنُ صَفِيِّكَ الْفَائِزُ بِكَرَامَتِكَ أَكْرَمْتَهُ بِالشَّهَادَةِ وَ حَبَوْتَهُ بِالسَّعَادَةِ وَ اجْتَبَيْتَهُ بِطِيبِ الْوِلادَةِ وَ جَعَلْتَهُ سَيِّدا مِنَ السَّادَةِ وَ قَائِدا مِنَ الْقَادَةِ وَ ذَائِدا مِنَ الذَّادَةِ وَ أَعْطَيْتَهُ مَوَارِيثَ الْأَنْبِيَاءِ وَ جَعَلْتَهُ حُجَّةً عَلَى خَلْقِكَ مِنَ الْأَوْصِيَاءِ فَأَعْذَرَ فِي الدُّعَاءِ وَ مَنَحَ النُّصْحَ وَ بَذَلَ مُهْجَتَهُ فِيكَ لِيَسْتَنْقِذَ عِبَادَكَ مِنَ الْجَهَالَةِ وَ حَيْرَةِ الضَّلالَةِ وَ قَدْ تَوَازَرَ عَلَيْهِ مَنْ غَرَّتْهُ الدُّنْيَا وَ بَاعَ حَظَّهُ بِالْأَرْذَلِ الْأَدْنَى وَ شَرَى آخِرَتَهُ بِالثَّمَنِ الْأَوْكَسِ وَ تَغَطْرَسَ وَ تَرَدَّى فِي هَوَاهُ وَ أَسْخَطَكَ وَ أَسْخَطَ نَبِيَّكَ وَ أَطَاعَ مِنْ عِبَادِكَ أَهْلَ الشِّقَاقِ وَ النِّفَاقِ وَ حَمَلَةَ الْأَوْزَارِ الْمُسْتَوْجِبِينَ النَّارَ [لِلنَّارِ] فَجَاهَدَهُمْ فِيكَ صَابِرا مُحْتَسِبا حَتَّى سُفِكَ فِي طَاعَتِكَ دَمُهُ وَ اسْتُبِيحَ حَرِيمُهُ اللَّهُمَّ فَالْعَنْهُمْ لَعْنا وَبِيلا وَ عَذِّبْهُمْ عَذَابا أَلِيما السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْأَوْصِيَاءِ أَشْهَدُ أَنَّكَ أَمِينُ اللَّهِ وَ ابْنُ أَمِينِهِ عِشْتَ سَعِيدا وَ مَضَيْتَ حَمِيدا وَ مُتَّ فَقِيدا مَظْلُوما شَهِيدا وَ أَشْهَدُ أَنَّ اللَّهَ مُنْجِزٌ مَا وَعَدَكَ وَ مُهْلِكٌ مَنْ خَذَلَكَ وَ مُعَذِّبٌ مَنْ قَتَلَكَ وَ أَشْهَدُ أَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللَّهِ وَ جَاهَدْتَ فِي سَبِيلِهِ حَتَّى أَتَاكَ الْيَقِينُ فَلَعَنَ اللَّهُ مَنْ قَتَلَكَ وَ لَعَنَ اللَّهُ مَنْ ظَلَمَكَ وَ لَعَنَ اللَّهُ أُمَّةً سَمِعَتْ بِذَلِكَ فَرَضِيَتْ بِهِ اللَّهُمَّ إِنِّي أُشْهِدُكَ أَنِّي وَلِيٌّ لِمَنْ وَالاهُ وَ عَدُوٌّ لِمَنْ عَادَاهُ بِأَبِي أَنْتَ وَ أُمِّي يَا ابْنَ رَسُولِ اللَّهِ أَشْهَدُ أَنَّكَ كُنْتَ نُورا فِي الْأَصْلابِ الشَّامِخَةِ وَ الْأَرْحَامِ الْمُطَهَّرَةِ [الطَّاهِرَةِ] لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِأَنْجَاسِهَا وَ لَمْ تُلْبِسْكَ الْمُدْلَهِمَّاتُ مِنْ ثِيَابِهَا وَ أَشْهَدُ أَنَّكَ مِنْ دَعَائِمِ الدِّينِ وَ أَرْكَانِ الْمُسْلِمِينَ وَ مَعْقِلِ الْمُؤْمِنِينَ وَ أَشْهَدُ أَنَّكَ الْإِمَامُ الْبَرُّ التَّقِيُّ الرَّضِيُّ الزَّكِيُّ الْهَادِي الْمَهْدِيُّ وَ أَشْهَدُ أَنَّ الْأَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوَى وَ أَعْلامُ الْهُدَى وَ الْعُرْوَةُ الْوُثْقَى وَ الْحُجَّةُ عَلَى أَهْلِ الدُّنْيَا وَ أَشْهَدُ أَنِّي بِكُمْ مُؤْمِنٌ وَ بِإِيَابِكُمْ مُوقِنٌ بِشَرَائِعِ دِينِي وَ خَوَاتِيمِ عَمَلِي وَ قَلْبِي لِقَلْبِكُمْ سِلْمٌ وَ أَمْرِي لِأَمْرِكُمْ مُتَّبِعٌ وَ نُصْرَتِي لَكُمْ مُعَدَّةٌ حَتَّى يَأْذَنَ اللَّهُ لَكُمْ فَمَعَكُمْ مَعَكُمْ لا مَعَ عَدُوِّكُمْ صَلَوَاتُ اللَّهِ عَلَيْكُمْ وَ عَلَى أَرْوَاحِكُمْ وَ أَجْسَادِكُمْ [أَجْسَامِكُمْ‏] وَ شَاهِدِكُمْ وَ غَائِبِكُمْ وَ ظَاهِرِكُمْ وَ بَاطِنِكُمْ آمِينَ رَبَّ الْعَالَمِينَ “ƏRBƏİN” ZİYARƏTNAMƏSİNİN OXUNUŞU Əssəlamu əla vəliyyil­lahi və həbibih, əssəlamu əla xəlilillahi və nəci­bih, əssəlamu əla səfiy­yil­lahi vəbni səfiyyih, əssə­lamu ələl Husəynil məzlu­miş şəhid, əssəlamu əla əsiril kurubati və qətilil əbərat, əllahummə inni əş­hədu ənnəhu vəliyyukə vəb­nu vəliyyik, və səfiyyukə vəbnu səfiyyikəl faizu bi kəra­mətik, əkrəmtəhu biş şə­ha­dəti və həbəvtəhu bis səa­dəh, vəc­tə­bəytəhu bitiybil viladəh, və cəəltəhu səyyi­dən minəs sadəti və qaidən minəl qadəti və zai­dən mi­nəz zadəh, və ə`təytəhu məva­risəl ənbiyai və cəəltəhu huccətən əla xəlqikə minəl əvsiya, fə ə`zərə fid duai və mənəhən nushu və bəzələ muhcətəhu fik, liyəs­tən­qi­zə ibadəkə minəl cəhaləti və həyrətiz zəlaləh, və qəd təvazərə ələyhi mən ğərrət­hud dunya və baə həzzəhu bil ərzəlil ədna, və şəra axi­rətəhu bis səmənil əvkəs, və təğətrəsə və tərədda fi həvah, və əsxə­təkə və əsxətə nəbiyyək, və ətaə min iba­di­kə əhləş şiqaqi vən ni­faq, və həmələtəl əvzaril mus­təvcibinən nar (lin nar), fəcahədəhum fikə sa­bi­rən muh­təsibən hətta sufikə fi taətikə dəmuhu və ustubihə hərimuh, Əlla­hummə fəl`ən­hum lə`nən vəbila, və əzzib­hum əzaən əlima, əssəlamu ələykə yəb­nə rəsulillah, əssə­lamu ələy­kə yəbnə səyyidil əvsiya, əşhədu ənnəkə əminul­lahi vəbnu əminih, iştə səidən və məzəytə həmidən və muttə fəqidən məzlumən şəhida, və əşhədu ənnəllahə mun­ci­zun ma vəədəkə və muh­li­kun mən xə­zələkə və muəz­zi­bun mən qətə­lək, və əşhədu ənnəkə vəfəytə bi əhdil­la­hi və cahədtə fi səbi­lihi hətta ətakəl yəqin, fə ləə­nəl­lahu mən qətələk, və ləə­nəl­lahu mən zələməkə və ləənəl­lahu ummətən səmiət bi zalikə fərəziyət bih, Əllahummə inni uşhidukə ənni vəliyyun limən valahu və əduvvun limən adah, bi əbi əntə və ummi yəbnə rəsu­lillah, əşhədu ənnəkə kun­tə nurən fil əslabiş şa­mi­xəti vəl ərhamil mutəh­hərəh (ərhamit tahirəh), ləm tunəcciskəl cahiliy­yə­tu bi əncasiha, və ləm tul­biskəl mudləhimmatu min siyabiha, və əşhədu ənnə­kəl ima­mul bərrut təqiyyur rəziy­yuz zəkiyyul hadil məh­diyy, və əşhədu ənnəl əim­mətə min vuldikə kəli­mə­tut təqva və ə`lamul huda vəl urvətul vusqa vəl huccətu əla əhlid dunya, və əşhədu ənni bikum mu`mi­nun və bi iyabikum muqinun bi şərayii dini və xəva­timi əməli, və qəlbi li qəlbikum silmun və əmri li əmrikum muttəbi`, və nusrəti ləkum muəddətun hət­ta yə`zənəllahu ləkum, fə məəkum məəkum la məə əduvvikum, sələvatullahi ələy­kum və əla ərvahikum və əcsa­dikum (və əcsa­mi­kum) və şahi­dikum və ğaibikum, və zahiri­kum və batinikum aminə rəb­bəl aləmin. “ƏRBƏİN” ZİYARƏTNAMƏSİNİN TƏRCÜMƏSİ Salam olsun Allahın nümayəndəsi və onun həbibinə! Salam olsun Allahın sevdiyi və seçilmiş bəndəsinə! Salam olsun Allahın seçilmiş bəndəsi və onun seçilmiş övladına! Salam olsun məzlum və şəhid Hüseynə (ə)! Salam olsun qəm-qüssələrə düçar olan və göz yaşlarının şəhidinə! İlahi, şəhadət verirəm ki, o, Sənin nümayəndən və nümayəndənin övladı, sənin seçdiyin və seçdiyin şəxsin övladıdır! Sənin lütf və mərhəmətinlə nicat tapanlardan oldu. Sən onu şəhadət feyzi ilə əziz tutaraq xüsusu səadət məqamına çatdırdın və nəsil paklığı ilə seçərək onu ağaların ağası, öndərlərin öndəri, haqqı müdafiə edənlərin hamisi etdin. Ona peyğəmbərlərin mirasını əta edərək onların canişini və məxluqata höccət təyin etdin. O, höccəti tamamladı və ümmət üçün bəhanə yeri qalmadı. O, ümməti nəsihət etməkdə mehribanlıq edərək onlarla yumşaq davrandı və azğın, nadan, təkəbbürlü, axirət mənfəətini heç bir dəyərə malik olmayan dünya malına satmış, zülmkar və nəfslərinə itaət etməklə həlakətə düçar olmuş, Səni və Peyğəmbərini qəzəbləndirmiş bəndələrinə nicat vermək üçün pak qanı axıdıldı. Səninlə düşmən, nifaq əhli, Sənə asi və böyük günahlarla yüklənərək cəhənnəm oduna layiq olanlara itaət edən zülmkar bəndələrinlə Sənin yolunda cihad edərək kamil ixlasla səbir etdi. Sənə itaət yolunda pak qanı axıdılanadək çoxlu çətinlik və məşəqqətlərə sinə gərdi. Əhli-beytinin hörmətinin aradan aparılmasını xoş qarşıladı. İlahi, Sən o zalım və sitəmkar qövmə lənət et, onları ən şiddətli əzabınla cəzalandır! Salam olsun sənə, ey Peyğəmbərin övladı! Salam olsun sənə, ey övliyaların sərvərinin övladı! Şəhadət verirəm ki, sən Allahın vəhyinə və haqqa əmanətdar olanın övladısan. Ömrünü səadətlə yaşayaraq Haqqın tərifi ilə başa vurdun və dünyadan köçərək haqq yolunda məzlum və şəhid oldun. Bir daha şəhadət verirəm ki, Allah-Taala sənə verdiyi vədə vəfa etdi, səni tənhalıqda qoyaraq xar etmək istəyənləri həlak edəcək və qatillərinə də ağrılı əzabı dadızdıracaq. Yenə şəhadət verirəm ki, sən Allah yolunda ömrünün sonuna qədər cihad etmisən. Allah səni öldürən, sənə zülm və sitəm edənlərə lənət etsin. Həmçinin sənin öldürüldüyünü eşitdikdə, sevinərək şadlıq edən kəsə də Allah lənət etsin. İlahi, Səni şahid tuturam ki, mən o həzrətə, onu sevənlərə məhəbbət bəsləyən və onun düşmənlərinə düşmən olanlardanam. Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun övladı! Şəhadət verirəm ki, sən məqamı uca olan ata-babalarının sülbü və xisləti pak olan ananın bətnində bir nur idin. Nadanlığın çirkinlikləri sənə sirayət etməmiş və sıxıntısı da səni bürüməmişdir. Şəhadət verirəm ki, həqiqətən, sən Allah dininin təməli, müsəlmanlıq ayinlərinin əsası, iman əhlinin pənah və hamisisən. Şəhadət verirəm ki, sən xeyirxah, bəyənilən təqvaya sahib, pak və pakxislətli rəhbər, məxluqata hidayətçi, haqla hidayət olunansan. Şəhadət verirəm ki, ümmətin doqquz imamı sənin övladlarındandır və haqq ruhu və haqq yolunun bələdçisi, möhkəm imanının əsası və bütün dünya əhlinə höccətdirlər. Şəhadət verirəm ki, mənim sizin haqq olduğunuza iman və “rəcət”inizə (qayıdışınıza) yəqinim var. Dinimin başlanğıcı, işlərimin sonu və qəlbimi sizin pak qəlbinizə təslim edirəm və bütün işlərimdə sizə tabeyəm. Allahın iznilə sizə yardım etməyə hazıram. Sizin düşmənlərinizlə deyil, sizinləyəm. Allahın salamı olsun sizə və sizin pak ruh və cisimlərinizə! Allahın salamı olsun sizlərdən hazır və qeybdə olanlara. Ey aləmlərin Rəbbi, mənim dualarımı qəbul et! Sonra iki rükət namaz qıl və namazdan sonra istədiyin duanı etdikdən sonra üzünü qiblədən döndərə bilərsən! (“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, səh. 1070)

Könül oxşayan Hədislər 31.12.2024

“Ərbəin” ziyarəti – möminin 5 əlamətindən biridir 

Ərbəin Aşura hərarətini yenidən alovlandırar və İmam Hüseynin (ə) əza atəşini yenidən şölələndirər. Bu böyük faciədən uzun zaman keçməsinə baxmayaraq, unudulmur və in.əallah ki, heç zaman unudulmayacaq. Çünki hər fürsətdə İmam Hüseyn (ə) növhəsi oxunur və Həzrətin hərəmini ziyarət etmək vurğulanır. İmam Həsən Əsgəri (ə) buyurur: “Möminin əlaməti beş şeydir: 51 rükət namaz qılmaq, “Ərbəin” ziyarətinə getmək, ələ əqiq üzük taxmaq, alnını səcdə zamanı torpağa qoymaq “Bismilləhir- Rahmənir-Rahim”i yüksək səslə demək”.

Əhli-Beyt (ə) dahilərin baxışında 31.12.2024

Mahatma Qandi – Hindistanlı dövlət xadimi:İmam Hüseyn kimi hərəkət etməyi bacarmalıyıq

Mahatma Qandi – Hindistanlı dövlət xadimi: “Mən Hind xalqına yeni ideyalar gətirməmişəm. “Azadlıq və Ölüm” şüarı mənim Kərbəla qəhrəmanını – İmam Hüseyni öyrənməymdən qaynaqlanıb. Elə bu şüarı da mən hindlilərə bəxş etdim. Əgər biz hind xalqını xilas etmək istəyiriksə, Hüseyn ibn Əli kimi hərəkət etməyi bacarmalıyıq.” (” Xalqın idarəçisi Hüseyn”səh.30)  

QURANI KƏRIM (video) 31.12.2024

Beynəlxalq Quran Qarisi: Hacı Ruslan Qasımov | əl-İnşiqaq surəsi الانشقاق

“İnşiqaq” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Göyün yarılacağı və Rəbbinin əmrinə itaət göstərəcəyi zaman – belə də olmalıdır; Yerin genişlənəcəyi, içindəkiləri kənara atıb boşalacağı və Rəbbinin əmrinə itaət göstərəcəyi zaman – belə də olmalıdır; Ey insan! Sən, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan! Kimin əməl dəftəri sağ əlinə veriləcəksə, tezliklə o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır! Kimin əməl dəftəri arxa tərəfindən veriləcəksə, o fəryad qoparıb “vay olsun mənə, məhv oldum!” – deyəcək və odun yandırıcı şölələri içində yanacaq! Çünki o, (dünyada ikən) öz ailəsində (küfr və günahı ilə) fərəhlənirdi və elə güman edirdi ki, (Rəbbinin hüzuruna) qayıtmayacaqdır. Xeyr! Rəbbi onu görürdü. And olsun şəfəqə, And olsun gecəyə və topladıqlarına, And olsun bədirlənmiş (on dörd gecəlik) aya! Siz sürəkli haldan-hala keçib (dəyişəcəksiniz). Bəs nə üçün onlar iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər? Əksinə, kafirlər Allahın ayələrini inkar edirlər. Allah ürəklərində nəyi gizlətdiklərini yaxşı bilir! Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ. İman gətirib yaxşı işlər görənlər isə istisnadır. Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır. —————————————————————————————- “İnşiqaq” surəsinin ümumi məzmunu: Bu surədə Qiyamətin qopacağından bəhs edilir, insanın Allahla qarşılaşacağı günə qədər Ona doğru hərəkətdə olduğu, qarşılaşma vaxtı əməl dəftərinin hesablanacağı qeyd edilir.[1] Mütləq kamilliyə doğru ciddi-cəhdlə çalışmaq: Ayədə həyatın əzab-əziyyətlər və çətinliklərlə müşayiət olnduğu qeyd edilir. Məqsədi müvəqqəti ləzzətlər olan dünya həyatı bu qədər çətinliklərlə müşayiət olunduğu halda, hədəfi axirət, əbədi xoşbəxtlik və Allaha yaxınlaşmaq olan həyat haqqında danışmaq artıqdır. Bu, dünya həyatının təbiətindən irəli gəlir. Hətta son dərəcə rifah içində yaşayan insanlar da dərdi-sər, əzab-əziyyət içində olurlar. Bu əziyyət və çətinliklər Allahla qarşılaşana qədər davam edir. “Qarşılaşma” deyilərkən Allahın mütləq hökmranlığının aşkar olduğu Qiyamət səhnəsi də nəzərdə tutula bilər, mükafat və əzabla qarşılaşma günü də, Allahın batini gözlə müşahidə ediləcəyi gün də. Hər bir halda dünya həyatının əzab-əziyyətləri həmin vaxta qədər davam edəcək. Onlar yalnız bu dünya həyatı sona yetdikdən və insan pak əməllə Allah qarşısına çıxdıqdan sonra başa çatacaq. Rahatlıq, asudəlik yalnız onda olacaq. İmam Səccada (ə) aid olan çox dərin məzmunlu bir hədisdə belə deyilir: “Dünyada və dünya əhalisi üçün rahatlıq yoxdur. Rahatlq və asayiş təkcə Cənnət və Cənnət əhli üçün yaradılmışdır. Çətinlik dünya və onun sakinləri üçün yaradılmışdır. Buna görə də ondan bir cam götürən iki qat hərisləşər. Dünya malı daha çox olan adamlar daha ehtiyaclıdırlar. Çünki var-dövlətlərini qorumaq üçün daha çox adama və bütün dünya vasitələrinə möhtacdırlar. Deməli, dünyanın sərvətində də rahatlıq yoxdur.” Sonra İmam (ə) belə buyurmuşdur: “Allah dostları dünyada dünya üçün əziyyət çəkmirlər, onların dünyadakı əziyyət və zəhmətləri axirət üçündür.”[2] Sürəkli dəyişirsiniz: Bu ayə ilə bağlı müxtəlif yozumlar irəli sürülmüşdür: 1. Allaha, mütləq kamilliyə doğru gedən əzab-əziyyətli, çətin və məşəqqətli yolda insanın qarşılaşdığı hallar nəzərdə tutulur: öncə dünya, sonra Bərzəx, ardınca Qiyamət və oraya aid hallar. 2. Nütfə olduğu vaxtdan ölən vaxta qədər insanın düşdüyü müxtəlif hallar nəzərdə tutulur. Bəziləri bu halların sayının 37 olduğunu qeyd etmişlər. 3. İnsanın dünyada qarşılaşdığı müxtəlif hallar – sağlamlıq və xəstəlik, qəm-qüssə və sevinc, çətinlik və asanlıq, sülh və müharibə nəzərdə tutulur. 4. Sorğu-sualdan azad olub Cənnət və ya Cəhənnəmə gedənə qədər insanın Qiyamətdə qarşılaşdığı hallar. 5. Keçmiş xalqlara aid hallar. Həmin acı və şirin hadisələr, müxaliflərin təkzib və inkarları bu ümmətdə baş verir. Bu cəhətə İmam Sadiqin (ə) bir hədisində işarə edilmişdir. Əlbəttə, bütün bu yozumların hamısının bir yerdə nəzərdə tutulmasının heç bir problemi yoxdur. Ayə insanın həyat yolunda qarşılaşdığı bütün hallara və dəyişikliklərə şamil ola bilər. Bu halların baş verməsi və insanın bir halda sabit qalmaması onun yaradılan olduğunu və yaradana möhtac olduğunu sübuta yetirir. Çünki hər bir dəyişən sonradan meydana gələndir, hər bir sonradan meydana gələnin də bir yaradanı olmalıdır. Bu fakt həm də dünyanın qeyri-sabit olduğunu, insanın davamlı olaraq Allaha doğru qayıtdığını və hərəkətdə olduğunu göstərir.[3] [1] Əl-Mizan, c.20, səh.269 [2] Nümunə, c.26, səh.300 [3] Nümunə, c.26, səh.315

Имам Али (а) 31.12.2024

В каком месяце по лунному календарю было ниспослано наибольшее количество аятов об Имаме Али (ДБМ)?

Прежде чем ответить на данный вопрос считаем необходимым обратить внимание читателя на ряд важных моментов, чтобы ответ был прояснён в полной мере: 1. Хадисы, которые имеются в мусульманской литературе и в которых говорится о причинах ниспослания различных аятов Священного Корана, повествуют об исторических событиях, произошедших в эпоху жизни Посланника Аллаха (ДБАР). Поэтому аят или аяты Корана имеют непосредственную связь с тем или иным событием, произошедшим в жизни Пророка и мусульман того времени. Или же эти хадисы указывают на то, что аят или аяты Корана были ниспосланы в связи с какими-либо людьми, не повествуя об исторических событиях, связанных с этими людьми. Например, многие аяты Корана были ниспосланы во славу Имама Али (ДБМ) и других непорочных имамов (ДБМ).[1] 2. Священный Коран ниспосылался Посланнику Аллаха (ДБАР) постепенно, аят за аятом. Он ниспосылался в связи с различными событиями и происшествиями в жизни Пророка и мусульман, его аяты нисходили в разное время и в разных местах. Описание некоторых из этих событий и происшествий, времени и мест дошли до нас в виде хадисов. Другие события не были описаны или же по каким-либо причинам их описание до нас не дошло. 3. Немалое число аятов было ниспослано в связи с Имамом Али (ДБМ) и другими имамами из семейства Пророка (ДБМ). В каждом из этих аятов содержится разъяснение различных принципов исламской религии, например, имамата и руководства над общиной после смерти Посланника Аллаха (ДБАР). Если мы внимательно изучим причины ниспослания ряда аятов Священного Корана и подвергнем их исследованию, то обнаружим, что большинство аятов, которые были ниспосланы в связи с Имамом Али (ДБМ) и его руководством общиной, а также во славу его поступков и помыслов,  были ниспосланы в месяце зуль-хиджа. Например, следующие аяты: Первый: «О Посланник! Возвести (людям) то, что ниспослано тебе от своего Господа. Если ты не сделаешь этого, то не донесёшь Его послания. Аллах защитит тебя от (вероятного зла) людей. Воистину, Аллах не наставляет на прямой путь неверующих людей».[2] Второй: «Сегодня Я ради вас усовершенствовал вашу религию, довел до конца Мою милость к вам и одобрил для вас в качестве (вечной) религии Ислам».[3] Два этих аята были ниспосланы Посланнику Аллаха (ДБАР) восемнадцатого числа месяца зуль-хиджа, и в них повествуется об имамате и руководстве Имама Али (ДБМ).[4] Третий: Начальные аяты суры «Человек» были ниспосланы двадцать пятого числа месяца зуль-хиджа, то есть в ту самую ночь, когда Имам Али (ДБМ) и его семья накормили едой пленника.[5] Четвёртый: «Вашим покровителем является только Аллах, Его Посланник и верующие, которые совершают намаз и выплачивают закят, находясь в поясном поклоне».[6] Это аят Корана также был ниспослан в месяце зуль-хиджа двадцать четвёртого числа. Это аят известен под названием «Вилаят».[7] В книге Шейха Муфида «Масар аш-шиа» содержатся указания и на другие аяты, которые были ниспосланы в связи с событиями, происходившими в месяце зуль-хиджа.[8] Таким образом, изучение причин ниспослания аятов и исследования в этой области, которые были проведены мусульманскими учёными, показывают, что большая часть аятов об Имаме Али (ДБМ) и его руководстве были ниспосланы в месяце зуль-хиджа. [1] Асбаб ан-нузуль аль-курани, тарих уа хакаик, Хасан Мухсен Хайдар, стр.113 и 114, издательство Аль-марказ аль-алами лид-дирасат аль-исламия, Кум, первое издание, 1427 год хиджры. [2] Сура «Трапеза», аят 67. [3] Сура «Трапеза», аят 3. [4] Анвар аль-ирфан фи тафсир аль-куран, Абу Фадль Даварпанах, т.10, стр.55 и 56, издательство Интишарат садр, Тегеран, первое издание, 1375 год. [5] Асбаб ан-нузуль, Сейид Мухаммад Бакир Худжати, стр.36, издательство Дафтар нашр фарханг ислами, Тегеран, шестое издание, 1377 год. [6] Сура «Трапеза», аят 55. [7] Масар аш-шиа, Шейх Муфид, стр.41, издательство Кангре шейх муфид, Кум, первое издание, 1413 год хиджры. [8] Масар аш-шиа, стр.36-42.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75