Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Namaz 17.01.2025

Ayat namazı necə qılınır? – QAYDA

Ayat namazı iki rəkətdir və hər bir rəkətdə bеş rüku və iki səcdə vardır. Şəri cəhətdən vacib olma səbəbləri aşağıdakılardır: Günəş və ayın tutulması, hətta, bəzi hissəsi olsa da, zəlzələ və camaatın çoxunun qorxmasına səbəb olan hər bir hadisə, məsələn qara, qırmızı və sarı və ümumiyyətlə adi olmayan küləklər, şiddətli zülmət və qaranlıqlar, göy gurultusu, şimşək və ildırım, uçqun və dağıntı səsləri. Ay və gün tutulması istisna olmaqla qalan hadisələr əgər qorxuya səbəb olmazsa və ya çox az adamların qorxusuna səbəb olarsa, onda onlar ayat namazının vacib olmasına səbəb olmaz. Namazın qılınma qaydası bu cürdür: 1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam oxunur. 2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, “Həmd”dən sonra “İxlas” surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: “Bismillahir rəhmanir rəhim”, “Qul huvəllahu əhəd”, “Əllahus-səməd” “Ləm yəlid və ləm yuləd”, “və ləm yəkun ləhu kufuvən əhəd”. Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam oxunur. Ayətullah Seyyid Əlinin fətvasına əsasən, (Bismillahir-rəhmanir-rəhim , surənin tərkib hissəsi olmadığından) ixlas surəsi bu qaydada beş yerə bölünməlidir: 1. “Bismillahir rəhmanir rəhim, Qul huvəllahu əhəd”,  2. “Əllahus-səməd”,   3. “Ləm yəlid”,  4. “və ləm yuləd”,  5. “və ləm yəkun ləhu kufuvən əhəd”. Ayat namazının bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar. Ayat namazı haqqında digər suallara buradan cavab tapa bilərsiz. Qeyd edək ki, Günəş tutulması və Ay tutulması üçün qılınan ayat namazının vaxtı Günəşin, yaxud Ayın tutulmağa başlaması ilə başlayır və Günəş, yaxud Ay təbii vəziyyətinə qayıdanadək davam edir.  Günəş, yaxud Ay tutulması başa çatdıqdan sonra namaz qəza olur və onu qəza ayat namazı niyyəti ilə qılmaq lazımdır.

İmam Hüseyn (ə) 17.01.2025

İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı

İmam Hüseyn (ə) zahid, təqvalı, saleh və gözəl əxlaqlı insan idi Həsən Bəsri deyir: İmam Hüseyn (ə) zahid, təqvalı, saleh və gözəl əxlaqlı insan idi. Bir gün dostları ilə birlikdə öz bağına getdi. Onun Safi adlı qulamı həmin bağda idi. İmam (ə) bağa çatanda görür ki, qulamı oturub və boğçasından bir tikə çörək çıxarır, onun yarısını itə verir və yarısını özü yeyir. Qulam yeməyi qurtardıqdan sonra əlini duaya qaldıraraq deyir: “Əlhəmdu lillahi rəbbil-aləmin”. Sonra deyir: “İlahi, məni və mənim ağamı bağışla, onu bərəkətli et, necə ki, onun ata-babalarına bərəkət vermişdin. Ey rəhimlilərin rəhimlisi!” İmam Hüseyn (ə) səslədi: Ey Safi! Qulam hərasan halda dərhal yerindən qalxıb dedi: Ey sərvərim və qiyamət gününə kimi bütün möminlərin sərvəri! Bağışla, səni görmədim. Həzrət buyurdu: Ey Safi! Məni halal et! Səndən icazə almadan bağına daxil oldum. Qulam (təəccüblə) dedi: Ey mənim ağam! Bu sizin fəzilət, kərəm və böyüklüyünüzdəndir ki, belə deyirsiniz. İmam (ə) buyurdu: Çörəyinin yarısını itə atdığını, yarısını da özün yediyini gördüm. Nə üçün belə edirdin? Safi dedi: Mənim ağam! Mən yemək yeyəndə bu it mənə baxırdı. Onun baxışından utandım. Çünki bu it sizindir və sizin bağınızı düşmənlərin ziyanından qoruyur. Mən sənin qulunam, bu it də sizindir. Hər ikimiz birlikdə sənin ruzindən yeyirik. İmam (ə) qulamın bu sözünü eşidəndə ağladı. Sonra buyurdu: İndi ki, belədir, mən səni Allah yolunda azad etdim və min dinar sənə bağışladım. Qulam dedi: İndi ki, məni bağışladın, mən də qalıb sənin bu bağında işləmək istəyirəm. İmam (ə) buyurdu: Kərim adam bir söz dedikdə onu əməli ilə təsdiq etməsi yaxşıdır. Bağı da sənə bağışladım. Mən bağa daxil olanda sənə dedim ki, məni halal et. Çünki icazəsiz sənin bağına daxil oldum! Bağı və bağda olan hər bir şeyi sənə bağışladım. Təkcə yanımdakı dostlarımın yeyəcəyi meyvə və xurmadan başqa. Onları qonaq kimi qəbul et və mənə xatir, onlara hörmət et. Allah qiyamət günü səni əziz etsin, gözəl əxlaqını və ədəbini artırsın. Qulam dedi: Sən bağı mənə bağışladın, mən də onu sənin dostlarına vəqf edirəm. Mənbə: Seyid Vəli ibn Nemətullah Hüseyni Rəzəvi, “Məcməul-bəhreyn fi mənaqibil-sibteyn”, c. 1, səh. 395-396.

İmam Hüseyn (ə) 17.01.2025

İmаm Hüsеyndən (ә) 10 hәdis

Kim istәyir ki, әcәli tәхirә düşsün vә ruzisi çохаlsın, silеyi-rәhm еtmәlidir. “Әgәr üç şеy оlmаsаydı, bәşәr hеç nәyin qаrşısındа әyilmәzdi: 1. Kаsıblıq; 2. Хәstәlik; 3. Ölüm.” (“Nәzәhәtun-nаzir”, sәh. 80.) “Sаlаmın yеtmiş sаvаbı vаr. Оnun аltmış dоqquzu sаlаm vеrәnin biri isә sаlаmın cаvаbını аlаnındır.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 120.) “Hәr kәs оnu mәşhur еdәn bir pаltаr gеysә, Аllаh qiyаmәtdә оnа оddаn pаltаr gеyindirәr.” (“Furui kаfi”, sәh. 445.) “Üzrә sәbәb оlаn işlәrdәn pәhriz еdin. Çünki mömin nә pis iş görәr, nә dә üzr istәyәr. Аmmа münаfiq isә hәr gün pis iş görәr vә sоnrа dа üzr istәyәr.” (“Tuhәfül-üqul”, sәh. 253.) “Mәn göz yаşı üstә öldürülmüşәm. Еlә bir mömin tаpılmаz ki, mәni yаd еdib müsibәtimә аğlаmаsın.” (“Müstәdrәkul-vәsаil”, c. 1, sәh. 311.) “Kim istәyir ki, әcәli tәхirә düşsün vә ruzisi çохаlsın, silеyi-rәhm еtmәlidir.” (“Uyuni-әхbаrir-Rzа” (ә) c. 2, sәh. 48.) “Hәr kim Аllаhın rаzılığını cаmааtın qәzәbi ilә qаzаnsа, Аllаh оnu cаmааtа möhtаc еtmәz. Hәr kim cаmааtın rаzılığını Аllаhın rаzılığındаn üstün tutsа, Аllаh-tәаlа оnu cаmааtа tаpşırаr.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 126.) “Pеyğәmbәr (s) duа еdәndә miskinin birinә әl аçdığı kimi әllәrini sәmаyа qаldırıb duа еdәrdi.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 282.) “Cаmааt dünyаnın quludur. Dini yаlnız dillәrindә zikr еdirlәr vә оnu dünyәvi işlәrini tәmin еdәnә qәdәr qәbul еdirlәr. Аmmа çәtinliklә üzlәşәndә dindаrlаrın sаyı аzdır.” (“Mizаnul-hikmәt”, c. 3, sәh. 316.) “Qәnаәt, cismin rаhаtlığıdır.” (“Mizаnul-hikmәt”, c. 3, sәh. 282.)

İmam Hüseyn (ə) 17.01.2025

İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA

Şəhidlər sərvəri imam Hüseyn (ə) 4-cü hicri-qəməri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. İslam Peyğəmbəri (s) bu xəbəri eşidən kimi sevinə-sevinə qızı Fatimeyi-Zəhranın (ə.s.) evinə yola düşdü. Xanım Fatimeyi-Zəhranın (ə.s) xidmətçisi Əsma uşağı ağ parçaya büküb, Peyğəmbərin (s) hüzuruna gətirdi. Peyğəmbər (s) körpəni qucağına alıb sağ qulağına “azan”, sol qulağına isə “iqamə” oxudu. İmam Hüseynin (ə) dünyaya gəlişinin 7-ci günü Allah tərəfindən Peyğəmbərə (s) nazil olan mələk belə dedi: “Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli də sənin dostun və qardaşındır. Buna görə də, bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy!” Beləliklə, imam Hüseynin (ə) adı Allah tərəfindən təyin edildi. İmam Hüseynin (ə) təvəllüdünün 7-ci günü xanım Fatimeyi-Zəhra (ə.s) oğlu üçün bir qoyunu qurbanlıq edib ətini yoxsullara payladı. Həzrət Peyğəmbər (s) dəfələrlə onu qucağına alıb öpərək ağlamış və buyurmuşdu: “Hüseyni qarşıda böyük müsibət gözləyir. Əməvilərdən zalım bir dəstə oğlumu öldürəcəkdir. Onlar qiyamət günü mənim şəfaətimdən məhrum qalacaqlar.” Peyğəmbərin (s) səhabəsi Salman deyir: ”Peyğəmbəri (s) gördüm ki, oğlu (nəvəsi) Hüseyni dizi üstündə oturdub onu öpərək nəvaziş edir və belə buyururdu: “Sən imamsan, imam oğlu və imamlar atasısan. Sənin nəslindən doqquz imam gələcək ki, onların sonuncusu “vəd olunmuş Mehdidir.” Peyğəmbərin (s) Hüseynə (ə) sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: “Hüseyn məndən, mən də Hüseyndənəm.” Həmçinin buyurub: “Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib.” (“İmamların ictimai-siyasi tarixi”, imam Hüseynin (ə) həyatı.) ÜMMÜL-FƏZLİN YUХUSU VƏ ONUN TƏBİRİ İbn Səd “Ət-təbəqat” kitabında Abdullah ibn Bəkr ibn Həbib Səhmidən, o da Hatəm ibn Sənədən Abbas ibn Əbdül-Müttəllibin həyat yoldaşı Ümmül-Fəzlin belə dеdiyini nəql еdir: “İmam Hüsеynin (ə) təvəllüdündən qabaq, bir gеcə yuхuda gördüm ki, Pеyğəmbərin (s) bədənindən bir parça ət ayrılıb, ətəyimə düşdü. Mən onun təbirini Peyğəmbərdən (s) soruşduqda, o həzrət buyurdu: “…Tеzliklə qızım Fatimənin (s) oğlu olacaq və süd vеrmək üçün onu sənə tapşıracağam.” Bir müddət kеçdi. Bir gün Fatimənin (s) oğlu oldu və onu mənə tapşırdılar. Mən də onu Peyğəmbərin (s) yanına apardım. Həzrət uşağı öz dizinin üstünə qoyub öpdü. Bu zaman uşaq Pеyğəmbərin (s) paltarını islatdı. Mən uşağı Pеyğəmbərin (s) qucağından kobudcasına götürdüm. Uşaq ağladı. Peyğəmbər (s) qəzəblə buyurdu: “Yavaş, еy Ümmül-Fəzl! Mənim paltarım yuyulub təmizlənəcək. Sən isə övladımı narahat еtdin.” Mən uşağı yеrə qoyub, su gətirmək üçün otaqdan çıхdım. Qayıtdıqdan sonra Peyğəmbərin (s) ağladığını görüb soruşdum: “Еy Allahın Rəsulu, niyə ağlayırsınız?” Pеyğəmbər (s) buyurdu: “Bir az öncə Cəbrail gəlib хəbər vеrdi ki, ümmətim bu övladımı öldürəcək!” Hədis alimləri bеlə nəql еdirlər: “İmam Hüsеynin (ə) ömründən bir il kеçmişdi. On iki mələk Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Ya Mühəmməd (s)! Qabil (qardaşı) Habilə zülm еtdiyi kimi, övladın Hüsеynə də zülm еdəcəklər. Habilə vеrilən savab kimi, ona da savab vеriləcək və onu öldürənlərin əzabı Qabilin əzabı kimi olacaq.” Bu zaman bütün səma mələkləri Peyğəmbərin (s) hüzuruna gəlib, Hüsеynin (ə) gələcəkdə öldürüləcəyi üçün o həzrətə başsağlığı vеrir, onun şəhadətinin əvəzində Allah-Taalanın təyin еtdiyi savabı Pеyğəmbərə (s) хəbər vеrir və imam Hüsеynin (ə) qəbrinin türbətini o həzrətə göstərirdilər. Pеyğəmbər (s) bu zaman buyurdu: “İlahi, oğlum Hüsеyni хar еdənləri хar еt! Hüsеynimi öldürəni öldür və onu öz məqsədinə çatdırma!” (“Lühuf”, Seyid ibn Tavus, səh. 6-7) VƏHY MƏLƏYİ CƏBRAİLİN İMAM HÜSЕYNİN (Ə) ŞƏHADƏTİNDƏN ХƏBƏR VЕRMƏSİ İmam Hüsеynin (ə) iki yaşı var idi. Pеyğəmbər (s) səfərə gеdirdi. O həzrət yolda birdən ayaq saхlayıb buyurdu: إنا لله و إنا إليه راجعون “Biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq!” Pеyğəmbər (s) bunu dеyib ağladı. O həzrətdən ağlamağının səbəbini soruşduqda buyurdu: “İndi Cəbrail “Fərat” çayının yaхınlığında olan bir yеr barəsində mənə məlumat vеrdi. O yеrin adı Kərbəladır və orada oğlum Hüsеyni (ə) qətlə yetirəcəklər.” Soruşdular: “Еy Allahın Rəsulu (s)! Onu kim qətlə yetirəcək?” Buyurdu: “Oğlum Hüsеyni (ə) Yеzid adlı bir şəхs qətlə yetirəcək. Еlə bil, indi onun qətlə yetirilən və dəfn olunan yerini öz gözümlə görürəm.” Peyğəmbər (s) səfərdən qəm-qüssə içində qayıtdıqdan sonra minbərə çıхıb хütbə söylədi və xalqa moizə еtdi. Sonra sağ əlini imam Həsən (ə), sol əlini isə imam Hüsеynin (ə) başına qoyub, üzünü göyə tutaraq dеdi: “İlahi, Mühəmməd Sənin bəndən və pеyğəmbərin, bu iki nəfər isə mənim Əhli-bеytimin pakları və nəslimin sеçilmişləridir! Onlar ümmətimin arasında mənim canişinimdirlər. Cəbrail mənə хəbər vеrdi ki, bu övladımı (Hüseyni) məzlumcasına qətlə yetirəcəklər. İlahi, şəhadəti ona mübarək еt, onu şəhidlərin sərvəri seç, onu öldürən və хar еdənləri xar və zəlil et!” (“Lühuf”, Seyid ibn Tavus, səh. 8-9) Ümmü Sələmə belə nəql edir: “Bir gün Peyğəmbər (s) mənim evimdə ikən Hüseyni (ə) qucağına alıb ağlayırdı. Soruşdum: “Ya Rəsulullah! Nə üçün ağlayırsan? Həzrət buyurdu: “Cəbrail bu uşağın şəhid olacağını mənə xəbər verdiyi üçün ağlayıram.” Sonra Peyğəmbər (s) mənə bir az torpaq verib buyurdu: “Bu torpaq Kərbəla torpağıdır. Haçan gördün ki, bu torpaq çevrilib qana döndü, bil ki, Hüseyni şəhid ediblər.” Rza Şükürlü http://www.ahlibeyt.ge

İmam Hüseyn (ə) 17.01.2025

Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü

Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü Hicri təqvimi ilə dördüncü il, şəban ayının 3-cü günü, cənnət cavanlarının Seyidi, peyğəmbərlik bağını reyhanı ilahi ərşin iki sırğasından biri, Ali-əbanın beşincisi, dünya azadələrinin rəhbəri, şəhidlər ağası həzrət Hüseyn (ə), nurlu Mədinə şəhərində dünyaya göz açdı. (E`lamül-vəri: c. 1, s. 420- Mənbə:Məsarüş-şiə: s. 37 İmam Hüseynin (ə) ləqəbləri O həzrətin Tövrada mübarək adı “Şübeyr”, İncildə (Tab), “T’əyyib” dır. Onun atası təqvalılar mövlası həzrət Əmirəlmöminin Əli (ə), əziz anası isə cənnət xanımlarının Seyidəsi həzrət Siddiqeyi-Tahirə Fatimeyi-Zəhradır (ə.s). Onun künyəsi Əba Əbdillahdır. O həzrətin mübarək ləqəbləri aşağıdakılardan ibarətdir: Mənbə:Şəhid, Səid, Sibtis-Sani, Rəşid, Təyyib, Seyid, Vəfi, Zəki, Mübarək, Tabeül-mərzatillah. (Vəqayeül-əyyam, səh. 353) İmam Hüseynin (ə) təvəllüdü xəbəri islamın əziz peyğəmbərinə (s) çatanda o həzrət Əmirəlmöminin (ə) evinə gəlib Əsmaya buyurdu ki, o mübarək körpəni gətirsin. Əsma da onu ağ parçaya büküb onun hüzuruna gətirdi. O həzrət onun sağ qulağına azan, sol qulağına iqamə oxudu. Mənbə:(Kəşfül-ğəmə, c.2, səh. 213 – Biharül-ənvar, c. 43, səh. 237). O zaman Cəbrail (ə) nazil olub Allahın Rəsuluna (s) ərz etdi: ” Rəbbin salam göndərir və buyurur ki, bu uşağı, Harunun kişik oğlunun adı ilə ərəbcə Hüseyn mənasında olan Şübəyr adlandır. Çünki Əlinin (ə) məqamı sizin üçün Harunun Musanın yanında olan məqamı kimidir. Peyğəmbərlərin sonuncusu olmağınız isə istisnadır. Mənbə:(Əmaliyi-Şeyx Səduq (ə), c.1, səh. 377) Fortosun xilas olması Şeyx Səduq (r) belə nəql edir: İmam Hüseyn (ə) dünayaya göz açanda Allah- taala Cəbrailə əmr verdi ki, çoxlu mələklərdən ibarət bir qrupla Peyğəmbərin (s) hüzuruna müşərrrəf olub bu mübarək doğum münasibəti ilə onu təbrik etsinlər. Cəbrail (ə) səmadan yerə enən zamanda bir adaya düşmü Fotros adında bir mələyi gördü. O Allahın müqərrəb mələklərindən idi. Allahın fərmanlarından birini yerini yetirəndə ləng tərpəndiyi üçün qanadı sınıb bir adaya düşmüdü. İmam Hüseyn (ə) dünyaya gəldikdə artıq yeddi yüz idi ki, orada Allah-taalaya ibadət etməklə məşğul idi. Fotros, Cəbraili (ə) müşahidə etdikdə ərz etdi: “Məni, Peyğəmbərin (s) xidmətinə apar, bəlkə o, mənim üçün dua etsin.” Fotros, Cəbrail ilə birlikdə Peyğəmbərin (s) hüzuruna yetişdilər və İmam Hüseynin təvəllüdü münasibəti ilə onu təbril etdilər. Cəbrail (ə), Fotrusun əhvalatını Peyğəmbərə (s) nəql etdi. O həzrət, ona buyurdu: “Fotros de ki, bədənini bu mübarək körpənin qundağına sürtsün.” Fotros onu yerinə yetirdi və o dəm şəfa tapdı. Sonra Cəbrail ilə birlikdə səmaya qalxdı. Mənbə:( Əl-Xəraic və Əl-Cəraih: c. 1, səh. 252- Biharül-ənvar, c . 44, səh. 182.) Başqa bir rəvayətdə deyilir ki, Fotros, səmaya tərəf uçan zaman Peyğəmbərə (s) buyurdu: ” Hüseynin (ə) vücudu ilə şəfa tapdığım üçün gərək onun haqqına əda edəm və ehsanının əvəzini yerinə yetirəm. Bundan sonra hər kəs imam Hüseyni (ə) ziyarət etsə onun ziyarətini ona çatdıracağam. Hər kəs, hər bir yerdə o həzrətə salam göndərsə onun salamını o həzrətə çatdıracağam.” Mənbə:(Sireyi-Çəhardəh məsum (ə), Məhəmməd Məhəmmədi İştihardi: səh. 307. Peyğəmbərin (s) barmaqlarından süd içirdi Mərhum Kuleyni (r) imam Sadiqdən (ə) rəvayət edir: ” İmam Hüseyn (ə) doğlandan sonra nə Fatiədən (ə.s) nə də digər qadınlardan süd yemirdi. Ona görə də onu Peyğəmbərin (s) xidmətinə apardılar. Həzrət, mübarək barmağını onun ağzına qoyurdu və o da əmirdi. Bu əmmək, onun üçün üç gün kifayət edirdi. İsa ibn Məryəm (ə) və Hüseyn ibn Əlidən (ə) başqa heç bir uşaq altı aylıq anasından doğmayıb. Mənbə:(Üsuli-Kafi: c. 2 səh. 486)

İmam Həsən (ə) 17.01.2025

İmam Həsənin (ə) həyatı ilə qısa tanışlıq

Mübarək Ramazan ayının 15 -ci günü İmamət (ə) səmasının ikinci ulduzu həzrət İmam Həsən Müctəbanın (ə) mübarək doğum günü münasibətilə bütün Əhli-Beyt (ə) aşiqlərini təbrik edirik. İmam Həsənin (ə) həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: İslam Peyğəmbərinin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) və imam Əlinin (ə) ilk meyvəsi, şiələrin ikinci imamı Həsən Müctəba (ə) hicrətin 3-cü ili, Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir. Peyğəmbər (s) nəvəsinin dünyaya gəlişindən sonra, onu qucağına alıb sağ qulağına “azan” və sol qulağına “iqamə” dedi, onun dünyaya gəlişi münasibətilə bir qoyun qurbanlıq etdi və adını Həsən qoydu. O vaxa qədər kiməsə Həsən adı qoyulmamışdı. İmam Həsən (ə) təxminən yeddi yaşında ikən Peyğəmbər (s) dünyadan köçdü. Peyğəmbərdən (s) sonra, təxminən, otuz il atası imam Əli (ə) ilə birgə oldu. Atasının şəhadətindən sonra (hicrətin 40-cı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq etdi və nəhayət, hicrətin 50-ci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənərək şəhadətə yetdi. Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığında yerləşir. Bəli, imam Həsən (ə) Rəsulullah (s) kimi böyük bir peyğəmbərin, imam Əli (ə) və xanım Zəhra (ə) kimi ata və ananın qucağında böyümüşdü. Peyğəmbər (s) imam Həsənə (ə) və qardaşı imam Hüseynə (ə) “Oğlum!” – deyə xitab edir və gələcəkdə Əhli-beytin əleyhinə xilafəti ələ keçirməklə bağlı təbliğat apara bilən siyasətçilərin, Əməvilər və Abbasilərin Əmirəlmöminin Əli (ə), imam Həsən (ə) və imam Hüseynin (ə) Peyğəmbərə (s) çatan ruhi və qohumluq əlaqələrini zədələyə və Əhli-beytin sevgisini xalqın ürəyindən çıxara bilməmələri üçün bu məsələyə çox israr edir və onu açıq-aşkar vurğulayırdı. “Mübahilə” ayəsində (“Ali-İmran” surəsi, ayə 61) “oğullarımız” təbirinin imam Həsən (ə) və qardaşı imam Hüseyn (ə) barəsində işlədilməsi də onlar üçün əbədi bir iftixar, zati paklıq və müqəddəsliklərini göstərən aydın bir sənəddir. “Təthir” ayəsinin onların (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn əleyhimus-salam) məqamı haqda nazil olması bu məsələyə daha çox təkid edir. (“Ət-təbəqatul-kubra”, İbn Səd, s.167.) Ənəs ibn Malikin də nəql etdiyi kimi, Əhli-beyt üzvləri içərisində imam Həsən (ə) qədər Rəsulullaha (s) bənzəyən bir şəxs yox idi. Rəsulullah (s) ən gözəl təbirlərlə onu mədh edir və elə üstün tuturdu ki, Əhli-beytin düşmənləri belə, sonralar Rəsulullahın (s) onunla necə davrandığını xatırladıqda, istər-istəməz o həzrətə qarşı ehtiram bəsləyir və qarşısında hörmətlə dayanırdılar. Ümeyr ibn İshaq deyir: “Əbu Hüreyrənin imam Həsən ibn Əli (ə) ilə qarşılaşaraq belə dediyini gördüm: “Köynəyini qaldır ki, Rəsulullahın (s) öpdüyü yeri mən də öpüm…” (“Əl-müsnəd”, Əhməd ibn Hənbəl, c.2, s.427.) Rəsulullah (s) imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında buyurur: “Həsən (ə) və Hüseyn (ə) istər qiyam, istərsə də, (bəzi maneə və məsləhətlər üzündən) sükut etsinlər, hər iki halda imamdırlar.” “Həsən və Hüseyn cənnət gənclərinin sərvəridirlər.” (“Əl-irsad”, Şeyx Müfid, s. 220.) Əmirəlmömininin Əlinin (ə) şəhadətindən sonra imam Həsən (ə) minbərdə danışaraq camaatı onunla beyətə təşviq etdikdə, “Əzd” qəbiləsindən bir nəfər fəryad edərək dedi: “Rəsulullahın (s) Həsən ibn Əlini (ə) yanında əyləşdirib belə buyurduğunu eşitdim: “Məni sevən hər kəs Həsəni də sevsin və bunu eşidənlər eşitməyənlərə çatdırsınlar.” (“Ət-tarixul-kəbir”, Buxari, c. 3, s. 428.)

İmam Rza (ə) 17.01.2025

Qərib İmam Rzanın (ə) müsibətli şəhadət günü

​​İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid olan zaman İmamın (ə) 55 yaşı var idi. Əba Sələt Hərəvi İmamın (ə) ən yaxın dostlarından idi və o, bizə şəhadətin keyfiyyətindən xəbər vermişdir. Məmunun (lən) İmamı (ə) Xorasana gətirməkdəki məqsədi hakimiyyətini möhkəmləndirmək və Əhli-Beyt (ə) davamçılarının rəğbətini qazanmaq olmuşdur. Ancaq bu xəbis düşmən İmamın (ə) misilsiz elmini və əxlaqını gördüyü üçün çox məyus olur və İmamın (ə) insanlar arasında günü-gündən artan hörməti onu özündən çıxardır. Əsil hədəfinin alt-üst olduğunu görən Məmun, İmamı (ə) aradan aparmağı qərara alır və bunu elə etmək istəyir ki, sanki İmam (ə) öz ölümü ilə dünyasını dəyişmişdir. Bizə çatan hədislərdən belə nəticəyə gəlmək olur ki, İmam (ə) ya zəhərli nar, ya da zəhərli üzüm suyu ilə zəhərlənmişdir. Məmunun xidmətçilərindən olan Abdullah ibni Bəşər nəql edir: “Məmun mənə əmr etmişdi ki, dırnaqlarımı tutmayım və bunu heç kəsə söyləməyim. Mən də belə etdim və sonra məni çağırtdırdı və mənə hind qozu kimi bir şey verdi və dedi ki, bunu əlinlə yumşalt. Mən də elə etdim və sonra ayağa qalxıb, İmamın (ə) yanına getdi və ona dedi: “Halın necədir?”. İmam (ə) buyurdu: “Ümid edirəm ki, yaxşı olacaq”. Məmun dedi: “Mən də, Allaha həmd olsun, bu gün yaxşıyam. Bu gün xidmətçilərdən kimsə bura gəlibdirmi?”. İmam (ə) buyurdu: “Xeyr”. Məmun qəzəbləndi və xidmətçilərinə əmr etdi ki, nar gətirsinlər. Sonra məni çağırdı və dedi: “Bir dənə nar gətir” və mən də gətirdim. Dedi: “Öz əlinlə onu sıxıb, suyunu çıxart”. Narın suyunu sıxan kimi, Məmun onu İmama (ə) içizdirdi. Bu nar suyu onun şəhadətinə səbəb oldu. Ondan iki gün sonra vəfat etdi”. O zaman ki, Məmun İmamın (ə) yanından çıxıb gedir, Əba Sələt gəlir və İmam (ə) ona buyurur ki, Məmun öz işini gördü və sonra Allaha həmd etməyə başladı. Məmun çalışırdı ki, heç kəs İmamın (ə) şəhadətindən xəbərdar olmasın. Məmun (lən) insanları, etdiyi cinayətdən xəbərsiz buraxmağa çalışırdı. Deyirdi ki, İmam (ə) öz ölümü ilə vəfat etmişdir. Ancaq həqiqət gizli qalmadı və İmamın (ə) yaxın dostları baş verən cinayətdən agah oldular. İmam Rza (ə) şəhid olan zaman Məmun bu xəbəri elan etmədi və Həzrətin (ə) cənazəsini bir gün və bir gecə saxladı. Sonra Həzrət Əli ibn Əbutalibin (ə) nəslindən olanları çağırtdırıb, cənazəni onlara verdi və ağlamağa başladı. O, deyirdi: “Ey qardaşım! Mənə çətindir ki, səni bu halda görüm. Halbuki arzu edirdim ki, mən səndən qabaq öləm. Ancaq Allah istədiyini edir”. Məmun çox ah-vay edir və İmamın (ə) cənazəsini özü öz çiynində aparır. Qəbir qazılmazdan əvvəl Məmun gəlib çatır və əmr edir ki, Həzrəti (ə) atasının yanında dəfn etsinlər. Sonra demişdi: “Bu qəbrin sahibi mənə demişdi ki, qəbrimdən su çıxacaq və orada balıq görünəcəkdir”.Deyerler Qəbri qazan zaman oradan su qaynamağa başladı və içində balıq göründü. Sonra su aşağı yatdı və İmamı (ə) orada dəfn etdilər”. Allahım, bizləri İmam Rzanın (ə) şəfaətindən məhrum etmə!

İmam Həsən (ə) 16.01.2025

Ramazan ayının 15 -ci günü İmam Həsən Müctəbanın (ə) doğum günüdür

Mübarək Ramazan ayının 15 -ci günü   İmamət (ə) səmasının ikinci ulduzu həzrət İmam Həsən Müctəbanın (ə) mübarək doğum günü münasibətilə bütün Əhli-Beyt (ə) aşiqlərini təbrik edirik. İmam Həsənin (ə) həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:İslam Peyğəmbərinin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) və imam Əlinin (ə) ilk meyvəsi, şiələrin ikinci imamı Həsən Müctəba (ə) hicrətin 3-cü ili, Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir. Peyğəmbər (s) nəvəsinin dünyaya gəlişindən sonra, onu qucağına alıb sağ qulağına “azan” və sol qulağına “iqamə” dedi, onun dünyaya gəlişi münasibətilə bir qoyun qurbanlıq etdi və adını Həsən qoydu. O vaxa qədər kiməsə Həsən adı qoyulmamışdı. İmam Həsən (ə) təxminən yeddi yaşında ikən Peyğəmbər (s) dünyadan köçdü. Peyğəmbərdən (s) sonra, təxminən, otuz il atası imam Əli (ə) ilə birgə oldu. Atasının şəhadətindən sonra (hicrətin 40-cı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq etdi və nəhayət, hicrətin 50-ci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənərək şəhadətə yetdi. Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığında yerləşir. Bəli, imam Həsən (ə) Rəsulullah (s) kimi böyük bir peyğəmbərin, imam Əli (ə) və xanım Zəhra (ə) kimi ata və ananın qucağında böyümüşdü. Peyğəmbər (s) imam Həsənə (ə) və qardaşı imam Hüseynə (ə) “Oğlum!” – deyə xitab edir və gələcəkdə Əhli-beytin əleyhinə xilafəti ələ keçirməklə bağlı təbliğat apara bilən siyasətçilərin, Əməvilər və Abbasilərin Əmirəlmöminin Əli (ə), imam Həsən (ə) və imam Hüseynin (ə) Peyğəmbərə (s) çatan ruhi və qohumluq əlaqələrini zədələyə və Əhli-beytin sevgisini xalqın ürəyindən çıxara bilməmələri üçün bu məsələyə çox israr edir və onu açıq-aşkar vurğulayırdı. “Mübahilə” ayəsində (“Ali-İmran” surəsi, ayə 61) “oğullarımız” təbirinin imam Həsən (ə) və qardaşı imam Hüseyn (ə) barəsində işlədilməsi də onlar üçün əbədi bir iftixar, zati paklıq və müqəddəsliklərini göstərən aydın bir sənəddir. “Təthir” ayəsinin onların (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn əleyhimus-salam) məqamı haqda nazil olması bu məsələyə daha çox təkid edir. (“Ət-təbəqatul-kubra”, İbn Səd, s.167.) Ənəs ibn Malikin də nəql etdiyi kimi, Əhli-beyt üzvləri içərisində imam Həsən (ə) qədər Rəsulullaha (s) bənzəyən bir şəxs yox idi. Rəsulullah (s) ən gözəl təbirlərlə onu mədh edir və elə üstün tuturdu ki, Əhli-beytin düşmənləri belə, sonralar Rəsulullahın (s) onunla necə davrandığını xatırladıqda, istər-istəməz o həzrətə qarşı ehtiram bəsləyir və qarşısında hörmətlə dayanırdılar. Ümeyr ibn İshaq deyir: “Əbu Hüreyrənin imam Həsən ibn Əli (ə) ilə qarşılaşaraq belə dediyini gördüm: “Köynəyini qaldır ki, Rəsulullahın (s) öpdüyü yeri mən də öpüm…” (“Əl-müsnəd”, Əhməd ibn Hənbəl, c.2, s.427.) Rəsulullah (s) imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında buyurur: “Həsən (ə) və Hüseyn (ə) istər qiyam, istərsə də, (bəzi maneə və məsləhətlər üzündən) sükut etsinlər, hər iki halda imamdırlar.” “Həsən və Hüseyn cənnət gənclərinin sərvəridirlər.” (“Əl-irsad”, Şeyx Müfid, s. 220.) Əmirəlmömininin Əlinin (ə) şəhadətindən sonra imam Həsən (ə) minbərdə danışaraq camaatı onunla beyətə təşviq etdikdə, “Əzd” qəbiləsindən bir nəfər fəryad edərək dedi: “Rəsulullahın (s) Həsən ibn Əlini (ə) yanında əyləşdirib belə buyurduğunu eşitdim: “Məni sevən hər kəs Həsəni də sevsin və bunu eşidənlər eşitməyənlərə çatdırsınlar.” (“Ət-tarixul-kəbir”, Buxari, c. 3, s. 428.) İMAM HƏSƏN (Ə) ATASI İMAM ƏLİNİN (Ə) XİLAFƏTİ DÖNƏMİNDƏ İmam Həsən (ə) atası imam Əlinin xilafəti dönəmində baş verən döyüşlərdə iştirak etdi. O həzrətin “Nakisin”lə döyüşündəki təsirli rolu onun cəmiyyətdəki siyasi üstünlüyünü aşılayan ən mühüm səhnələrdən biri idi. Əmirəlmöminin Əli (ə) “Nakisin”in islami hökumətə qarşı qiyamı barəsində Kufə xalqını məlumatlandırmaq və imam Əlini (ə) “Cəməl” səhabələrinə qarşı müdafiə etmələri üçün imam Həsəni (ə) öz nümayəndəsi olaraq Kufəyə göndərdi. O həzrət əvvəlcə “qan axıdılmasını önləmək” bəhanəsilə camaatın imam Əlinin (ə) dəvətini qəbul etməsinə mane olmaq istəyən Əbu Musa Əşərini səhnədən kənarlaşdırdı və sonra coşqun və təhrikedici sözlərilə döyüşdə iştirak etmək üçün Kufə əhalisindən on min adamı bir yerə topladı. (“Vəqətu Sitfeyn”, Nəsr ibn Müzahim, s.15.) İmam Həsən (ə) “Siffeyn” döyüşündə də camaatı Müaviyənin ordusuna qarşı təhrik etməkdə nəzərə çarpacaq şəkildə fəaliyyət göstərən döyüşçülərdən idi. O həzrət o zaman Kufə əsgərlərini döyüşə və müqavimətə təşviq etmək məqsədilə onlara belə xitab etdi: “Qarşınızda səf çəkib düzülən düşmənlərinizlə (Müaviyə və əsgərlərilə) döyüşməkdə əl-ələ verin və əsla süstlük göstərməyin; çünki süstlük qəlbin müqavimətini azaldır.” İMAM HƏSƏNİN (Ə) ŞƏHADƏTİ Müaviyənin öz hakimiyyəti dövründə törətdiyi dəhşətli cinayətlərdən biri də Rəsulullahın (s) məhəbbət bəslədiyi imam Həsəni (ə) şəhadətə yetirməsi idi. Tarixdə bu faciə açıq-aşkar qələmə alınmışdır və bu cinayət belə həyata keçirildi: Müaviyə özündən sonra oğlu Yezidi xəlifə təyin etmək istəyirdi. Amma imam Həsənlə (ə) imzaladığı “sülh müqaviləsi” ona mane olurdu. Buna görə də, xalqdan zorla beyət almaq və oğluna bu iş üçün yol açmaq məqsədilə İmamı (ə) qətlə yetirmək qərarına gəldi. O, hiyləgərcəsinə bir sui-qəsd təşkil edərək Əşəs ibn Qeysin qızı Cödədən (imam Həsənin (ə) həyat yoldaşı) istifadə etməklə İmamı zəhərləyərək şəhadətə yetirdi. Belə ki, Müaviyə Cödəyə bir qabda zəhər göndərdi və vəd etdi ki, əgər ərini zəhərləsə, ona yüz min dirhəm verib, oğlu Yezidə arvad edəcək. Şeytani vəsvəsələr, pul və şöhrət Cödənin gözünü tutub qəlbini kor etdi və səbəb oldu ki, tarixin heç bir zaman unutmayacağı bir xəyanəti həyata keçirib, Müaviyənin çirkin təklifini qəbul etsin. Nəhayət, Cödə 50-ci hicri-qəməri ilinin Səfər ayının 28-də, İmamın (ə) oruc olduğu bir vaxtda süd içdiyi qaba zəhər töküb, iftar üçün o həzrətin hüzuruna gətirdi. Beləliklə, bütün ömrü boyu hiyləgər və xain kimi tanınan Müaviyənin ikiüzlü və nifaq törədən siması bir daha bu cinayətdə camaatın gözü önündə sərgiləndi. O həzrətin dəfn mərasimindəki məzlumiyyəti diqqəti daha çox cəlb edir. İmam Həsənin (ə) yaxınları və şiələri o həzrəti öz vəsiyyətinə uyğun olaraq, İslam Peyğəmbərinin (s) məzarı kənarında dəfn etmək istədikdə, bir qrup Əməvi, Peyğəmbərin (s) zövcəsi Ayişə ilə birlikdə buna qarşı çıxdı. Mərvan ibn Həkəm bu fitnəkarların arasından səslənərək dedi: “Osman “Bəqi” qəbiristanlığının ən uzaq bir yerində dəfn edildiyi halda, Həsən ibn Əlinin (ə) Rəsulullahın (s) evində dəfn edilməsinə icazə verəcəyimizi sanırsınızmı?” (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.2, s.175.) Fitnəkar şəxs qatıra minərək miras yolu ilə Peyğəmbərin (ə) evinə sahib olduğunu iddia edir və canı bahasına olsa belə, imam Həsənin (ə) Rəsulullahın (s) qəbrinin kənarında dəfn edilməsinə mane olacağını bildirirdi. Bu kədərli hadisədən sonra imam Həsəni (ə) “Bəqi” qəbiristanlığında dəfn etdilər. Allahın salam və salavatı olsun o həzrətin pak ruhuna! (Mənbə: Məsum imamların həyatı”, Ustad Mehdi Pişvayi; “Məsum imamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfəryan; “.) Rza Şükürlü (Maide.Az)

İmam Həsən (ə) 16.01.2025

IMAM HӘSӘN ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI

Adı: Həsən Ləqəbi: Müctəba Künyəsi: Әbu Məhəmməd Atası: Әli (ə) Anası: Fatimeyi-Zəhra (s) Babası: Peyğəmbər (s) Doğum ili: Hicri 3-cü il Imamlıq müddəti: 10 il Ömrü: 48 il Şəhadəti: Hicri 50-ci ildə, Müaviyənin təhriki ilə arvadı Cüdə tərəfindən zəhərləndi. Məzarı: Mədinə, Bəqi qəbristanlığı. TӘVӘLLÜDÜ VӘ UŞAQLIĞI Üçüncü hicri ilinin mübarək Ramazan ayının 15-də həzrət Әli əleyhissalamın evində ilk uşaq dünyaya gəldi. Həzrət Peyğəmbər (s) Allah-taalanın əmri ilə nəvəsinin adını Həsən qoydu. Imam Həsən (ə) atası Әli (ə) və anası Fatimeyi-Zəhranın tərbiyəsi sayəsində böyüdü. Babasının, eləcə də atasının məktəbindən elmi dərslər aldı. O, Peyğəmbər (s) nəzərində çox dəyərli vəüstün bir uşaq idi. Günlərin bir günündə həzrət Peyğəmbər (s) minbərdə söhbət etdiyi vaxt imam Həsənin ağlamaq səsini duyduqda tez minbərdən aşağı düşüb, onun qəlbini ələ aldıqdan sonra yenidən minbərə çıxdı. Camaat bu hərəkəti barədə Peyğəmbərə sual verdikdə, o həzrət (s) belə buyurdu: «Onu ağlayan gördükdə, dözə bilmirəm». Peyğəmbər (s) namazını camaatla birgə qılıb qurtardıqdan sonra imam Həsəni qucağına alıb belə buyurdu: «Hər kim məni sevirsə, Həsəni də sevsin». Bir dəfə isə həzrət Peyğəmbər (s) Həsən əleyhissalamı çiyni üstə götürüb belə buyurdu: «Allahım, bu uşağın sayəsində ümid edirəm ki, ümmətimi (bütün pisliklərdən) təmizləyəcəksən». Başqa bir hədisində isə belə buyurub: «Həsən və Hüseyni sevən məni də sevir, bu iki nəfərlə düşmənçilik edən isə mənimlə düşmənçilik edir. Həsən və Hüseyn cənnət cavanlarının ağasıdır». Başqa bir hədisdə isə: «Həsən və Hüseyn Allah ərşinin iki qoşa nurudur ki, Allahın cənnəti onlarla fəxr edir» – deyə buyurmuşdur. ELM VӘ ӘXLAQI Bir gün Peyğəmbər (s) məscidində qoca bir kişi düzgün olmayan bir şəkildə dəstəmaz alırdı. Imam Həsən (ə) ona dəstəmazının səhv olduğunu başa salıb anlatmalı idi; amma necə? Әgər ona desəydi ki, dəstəmazın səhvdir, onda qəlbi sınar, yaxud narahat olub qəbul etməyə bilərdi. O, qardaşı imam Hüseyn (ə) ilə birlikdə belə qərara gəldilər ki, özləri dəstəmaz alıb həmin qoca kişini də onların bu hərəkətinə münsiflik etməyə çağırsınlar. Imam Həsən (ə) imam Hüseynə (ə) dedi: «Mən səndən daha yaxşı dəstəmaz alıram». Imam Hüseyn (ə) isə onun cavabında: «Yox, mən səndən daha yaxşı dəstəmaz alıram» – dedi. Ikisi də qoca kişinin yanına gəlib dedilər: «Bizim dəstəmaz almağımıza baxıb, hansımızın daha düzgün dəstəmaz almağımızı söylə». Sonra dəstəmaz almağa başladılar. Özü də dəstəmazlarını düzgün və tam şəkildə yerinə yetirdilər. Qoca kişi başa düşdü ki, onlar onun doğru dəstəmaz almadığını demək istəyirlər. Buna görə də onlara belə dedi: «Ikinizin də dəstəmazı düzdür. Dəstəmaz almağı düzgün bilməyən cahil isə mən idim. Siz məni başa salmaq istəyirdiniz. Mən də sizə minnətdaram». TӘQVA VӘ IXLASI Imam Həsən Müctəba (ə) camaatdan daha artıq abid və zahid idi. Həcc mərasimini yerinə yetirməkdən ötrü Məkkəyə gedəndə piyada gedər, namaz qılanda, ya dəstəmaz alanda isə özünü Allah qarşısında aciz görüb bədəni titrəyər və buyurardı ki, Allahın əmanətini əda etməyin vaxtıdır. Məscidə girib mehrabda durduğu vaxt başını göylərə qaldırıb buyurardı: «Allahım, hüzurunda duran şəxs Sənin qonağındır. Sənin günahkar bəndən Sənə doğru gələrək onun pis işlərini bağışlamağını ümid edir. Çünki Sən rəhman və rəhimsən». HӘZRӘTIN SӘBRI Imam Həsən (ə) bir gün atla bir küçədən keçərkən, Müaviyənin dostlarından biri ilə rastlaşdı. Həmin adam onun Imam Həsən (ə) olduğunu biləndə pis sözlər söyləyərək o həzrəti təhqir etməyə başladı. Həzrət (ə) isə onun söylədiklərini dinlədikdən sonra buyurdu: «Güman edirəm ki, sən qəribsən və buralı deyilsən. Düşmənlər tərəfindən təhrik olmusan onların yalan və iftiraları sənin qəlbini bizə qarşı kinlə doldurubdur. Әgər bir ehtiyacın vardırsa həll edək, acsansa doyduraq, paltarın yoxdursa paltar verək, yox əgər qalmağa yer axtarırsansa, səni öz evimə aparıb qonaq saxlayım». Həmin adam, imamın bu rəftarından utanıb söylədiyi pis sözlərdən peşman oldu. O, gördüyü işdən o qədər narahat olmuşdu ki, ağlaya-ağlaya imamdan üzr istəyib dedi: «Düşmənlərinizin sözləri məni aldatmışdı. Bundan qabaq ən çox kin-küdurət və ədavət bəslədiyim adamlar sən və atan idiniz. Indi isə sənin bu gözəl əxlaqını görəndən sonra ən çox sevdiyim adamlara çevrildiniz. Artıq anladım ki, sizin ailəniz Peyğəmbərin xəlifəliyinə layiq olan bir ailədir. Ömrüm boyu sizləri sevəcək və sizin haqqınızı müdafiə edəcəyəm.» Bu kişi ölənə qədər verdiyi sözün üstündə durdu. IMAMIN SӘXAVӘTI Bir nəfər imam Həsən əleyhissalamın hüzurana gəlib dedi: Yoxsulluq və bədbəxtlik məni incidir. Ismət və təharət ailəsi olan sizlər, məni bu zalım düşmənin əlindən qurtarın. Həzrət imam Həsən əleyhissalam xidmətçisini çağırıb ondan «yanında nə qədər pul var?» – deyə soruşdu. Xidmətçi: Әlli min dirhəm — deyə cavab verdi. Imam Həsən (ə) buyurdu: «O pulun hamısını bu kişiyə ver ki, məşiəti və işinin sərmayəsinə çevrilsin, qoy yoxsulluqdan qurtarsın». Bir gün imam Həsən əleyhissalam Allah evində ibadətə məşğul ikən bir kişinin dua edib belə söylədiyini eşitdi: «Allahım! On min dirhəmə ehtiyacım var. Sən ey rəhman və rəhim, (mehriban və bağışlayan) Allah, bu neməti mənə nəsib eylə!» Bunu eşidən imam Həsən əleyhissalam evə qayıdıb istədiyi məbləği o kişi üçün göndərdi. Günlərin bir günündə yoxsul və kasıb bir kişi imam Həsən əleyhissalamın hüzuruna gəlib aşağıdakı şeri oxudu: Heç bir şeyim, hətta bir dirhəmim belə qalmadı. Satmaq üçün artıq heysiyyətimdən başqa bir şeyim yoxdur. Sənin onu alacağını bilirəm. Həzrət Həsən (ə) dərhal xidmətçisini çağırıb belə buyurdu: «Yanında nə qədər pul varsa, ver bu adama.» Xidmətçi o adama on min dirhəm pul verdi. Həzrət (ə) isə ona belə deyib üzr istədi: «Sənə verə biləcək yalnız bu qədər pulum var idi. Onu al və özünə maya et və elə bu pulla da öz ehtiyaclarını təmin elə. Beləliklə yoxsulluqdan qurtaracağını ümid edirəm». Yuxarıda qeyd etdiyimiz bu bir neçə hekayə göstərir ki, imam Həsən əleyhissalam xalqın axirətini düşündüyü kimi, dünyasını də nəzərdə tuturdu. Çünki dünya ilə axirət bir-birilə əlaqədardır. Bəzən yoxsulluq və aclıq bəzi adamların axirət haqqında düşüncələrinin qarşısını alır. Onun köməklikləri nəinki xalqı dilənçilikdən azad edirdi, üstəlik onlar üçün iş və çalışmaq zəmini də yaradırdı. IMAM HӘSӘN ӘLEYHISSALAMIN XӘLIFӘLIYI Hicri 40-cı ilin Ramazan ayının 21-ci gecəsi atası Әli ibni Әbu Talib (ə) vəfat edərək hamını matəmə qərq etdi. O zaman 27 yaşında olan imam Həsən əleyhissalam xalqla birlikdə məscidə gələrək minbərə çıxdı və atasının şəhadəti haqqında belə buyurdu: «Dünən gecə sizin aranızdan elə bir insan getdi ki, həm keçmişdəkilər, həm də gələcəklər arasında elm, təqva və davranışında yeganə və nümunəvi bir şəxsiyyət idi. Peyğəmbər (s) ilə birgə müharibələrdə iştirak edib, islamın qorunması uğrunda əlindən gələni əsirgəməmişdi. Düşmənlərin gözündə tikan, dostların könlündə isə solmaz bir gül idi. Әlinin, ailəsinə xidmətçi tutmaq üçün yığdığı 700 dirhəmdən başqa dünya malından heç bir şeyi yox idi.» Bu sözləri deyib qurtardıqdan sonra hönkür-hönkür ağlamağa başladı və camaat da ona qoşuldu. Daha sonra camaatın imamət və rəhbərlik məqamının özünə aid olduğunu anlamaları və beləliklə də doğru yoldan çıxıb zəlalətə, azğınlığa düşməmələri üçün özü haqqında belə buyurdu: «Mən Peyğəmbərin, Әlinin və Fatimənin oğluyam. Mən nübüvvətin parlaq nurlarından bir nümunəyəm. Elə bir ailəyə mənsubam ki, Allah onlardan bütün pislikləri uzaqlaşdırıbdır.» Daha sonra Abdullah ibni Abbas ayağa qalxıb dedi: «Ey camaat! Bu, Peyğəmbərimizin və imamınızın oğludur. Bilin ki, o, Әlinin haqq xəlifəsidir. Ona beyət edin.» Camaat dəstə-dəstə imam Həsənə beyət etdilər. Bu zaman həzrət imam Həsən (ə) onlarla belə bir şərt bağladı: «Hər kimlə müharibə etsəm, müharibə edəcək, yox əgər məsələhət görüb sülh etsəm onda siz də qəbul edəcəksiniz». Hamısı bu şərti qəbul edib razılıqla öz imamlarına boyun əydilər. MÜAVIYӘNIN HIYLӘLӘRI Müaviyə Şamda özü üçün bir hökumət qurmuşdu və illərlə Әli əleyhissalamın əleyhinə müxtəlif plan və hiylələr quraşdırırdı. Әli əleyhissalamın əshabını öldürərək azğın bir qrup olan xariciləri meydana gətirmişdi. Indi isə xalqın həzrət Әli əleyhissalamın şəhadətindən sonra həzrət Həsənə beyət edərək onu Peyğəmbərin xəlifəsi seçdiklərini eşidib bu vəziyyəti qəbul edə bilməyən Müaviyə Kufə və Bəsrəyə çoxlu casus göndərib əhvalatı öyrənmək, daha sonra da imam Həsəni (ə) devirmək üçün müxtəlif hiylə planlarını hazırlamaq, lazım gəlsə üsyan və həcr-mərclik yaratmaq istəyirdi. Imam Həsən (ə) casusları tutub edam etmələrini əmr etdi. Sonra da Müaviyəyə aşağıdakı məzmunda məktub yazdı. «Ey Müaviyə! Casus göndərib hərc-mərclik törətmək istəyirsənmi? Güman edirəm ki, müharibə xəyalına düşmüsən və müharibəni sevirsən. Mən hazıram. Gözlə, müharibə yaxındadır, inşaallah… Ey Müaviyə! Təəccüblənirəm ki, layiq olmadığın bir məqamı zorla ələ keçirmək niyyətindəsən. Nə dində bir fəzilətin var, nə də xoş bir əsərin… Müsəlmanlar mənə beyət etdilər. Әgər sən də onlar kimi etsən, bu islamın məsləhətinə uyğun olacaq. Batilin dalınca düşmə. Sən də başqa adamlar kimi mənə beyət et. Müsəlmanların qanına hörmət et, ehtiram qoy. Әgər mənim nəsihətlərimi qəbul etməyib üsyana qalxsan və müsəlman qanı töksən, müsəlmanlarla əlbir olub səni məhkəməyə çəkəcəyik». Müaviyə isə imamın məktubuna belə cavab verdi: Әbu Bəkr öz təcrübəsinin çoxluğuna görə xəlifəliyi Әlidən aldığı kimi, mənim də təcrübəm səndən çoxdur və bu məqama səndən daha layiqəm. Әslində sən mənə beyət etməlisən. Beləliklə xəlifəlik məndən sonra sənin olacaq və mən ömrüm boyu Iraqın bütün gəlirini sənə verəcəyəm. Müaviyə nəinki beyət etmədi, üstəlik imamı öldürtmək üçün Kufəyə casuslar da göndərdi. Bu da səbəb oldu ki, həzrət Həsən (ə) namaz qılanda paltarının altından bir də zireh geymək məcburiyyətində qalsın. Bir dəfə Müaviyənin göndərdiyi satqın adamlardan birisinin atdığı ox zirehə dəydi və bununla da imam Həsən (ə) böyük təhlükədən qurtardı. MÜHARIBӘNIN BAŞLANMASI Çox keçmədi ki, Müaviyə müsəlmanların birliyini təmin etmək bəhanəsi ilə Islamla müharibə etmək üçün Iraqa böyük bir ordu göndərdi. Imam Həsən (ə) Müaviyə ordusunun hərəkət etməsinin xəbərini eşidən kimi, camaatı məscidə çağırıb minbərə çıxdı. Allaha həmd və Peyğəmbərə salavat və salam göndərdikdən sonra xalqa xitab edib buyurdu: «Müaviyə ordusu ilə birlikdə Iraqa tərəf gəlir. Müharibə üçün hazır olmağınız, dininizi və şərəfinizi qorumağınız zəruridir». Amma o zamanın pis və rahatlıqsevən xalqı imam cavab vermədilər. Әdiyy ibni Hatəm xalqın arasından ayağa qalxıb orada olanlara belə dedi: Siz necə millətsiniz? Bu ölümü yada salan səssizlik nə deməkdir? Nəyə görə imama, Peyğəmbərinizin oğluna cavab vermirsiniz? Allahın əzabından qorxun və imamınızın əmrinə tabe olun. Qalxın kişi kimi silah götürüb şərəf, namus və dininizi müdafiə edin. Beləliklə Allah və imamınızı özünüzdən razı salın. Bu sözlər bəzilərində böyük təsir qoydu. Nəhayət, xalq müharibə üçün hazır olduğunu elan etdi. Әdiyy ibni Hatəm imama xitab edərək buyurdu: Biz hazırıq və sənin bu barədəki əmrlərini gözləyirik. Həzrət imam Həsən (ə) buyurdu: «Mən Nüxəylə tərəfinə gedirəm. Bilərəm ki, sözünüzün üstündə durmayacaqsınız və Müaviyə sizi aldadacaq. Amma buna baxmayaraq kim istəyirsə, mənimlə gəlsin.» IMAMIN ӘMRINDӘN ÇIXMAQ Imam Həsən (ə) Nüxəyləyə çatdığı vaxt «müharibə, müharibə!» şüarını verənlərin əksəriyyətinin orada olmamasını və onun əmrinə itaət etməkdiklərini gördü. Çünki orada olanlar aşağıdakılardan ibarət idi: Imamın əmrinə itaət etmək üçün deyil, Müaviyə ilə döyüşmək üçün gələn xaricilər. Müharibədə qənimət əldə etmək üçün gələnlər. Qəbilələrinin başçısının əmrini yerinə yetirmək üçün gələnlər. Buna görə də belə buyurdu: «Məni də məndən əvvəl imam olan atam kimi aldatdınız. Imamla, yoxsa Allah və Peyğəmbərinə inanmayanlarla müharibə aparacaqsınız?» Sonra Həkəm adlı bir kişini sərkərdə seçərək dörd min əsgəri onun sərəncamına verdi və onu Anbar şəhərinə göndərdi ki, orada Müaviyənin qoşununun qarşısını alsın və növbəti əmrlərini gözləsin. Amma Müaviyə pul və yalan vədələrlə Həkəmi aldatdı və o, 200 nəfərlə birgə Müaviyə ordusuna qoşuldu. Imam (ə) Bəni Murad qəbiləsindən bir nəfəri onun yerinə seçib buyurdu: «Hərçənd sizə də etibar etmək olmaz. Amma bu bir imtahandır, siz də gedin». Müaviyə onun gəldiyini eşidən kimi bir neçə nəfər nümayəndə və beş min dirhəm pul göndərib ona hökumətlik vədini verdi. O da aldanıb Müaviyə ordusuna qoşuldu. IMAMIN RUHDAN DÜŞMӘSI Imam Həsən (ə) sərkərdərlərin Müaviyə ordusuna qoşulduğu xəbərini eşidəndə çox narahat olub buyurdu: «Mən demədimmi ki, sizdə vəfa yoxdur və hiylə ilə rəftar edirsiniz?» Nəhayət həzrət Həsən (ə) belə qərara gəldi ki, özü əsgər yığıb müharibəyə getsin. Әshabının köməkliyi ilə qırx min nəfər toplanmışdı. Imam (ə) Mədainin Sabat şəhərinə gedib, oradan on iki min əsgəri qabaqcıl olaraq, fədakarlıq və əhval-ruhiyyələrini sınamaq üçün Übeydullah ibni Abbasın sərkərdəliyi və Qeys ibni Səd ibni Übadənin müavinliyi altında, Müaviyə ilə müharibə etməyə göndərdi. Müaviyə bir milyon dirhəm verib bəzi məmurları imamın ordusuna göndərdi ki, Qeysi aldatsınlar. Qeys isə qəbul etməyib dedi: Müaviyə bunu bilsin ki, dinimi məndən pulla satın ala bilməz. Mən heç bir hiyləyə aldanıb imamımdan əl çəkmərəm. Məmurlar Qeysdən ümidlərini kəsdilər və əsl sərkərdə olan Übeydullah ibni Abbasın yanına gəlib onu aldatmağa müvəffəq oldular. Übeydullah ibni Abbas gecə ikən dostları ilə birgə Müaviyənin tərəfinə keçdi. Imamın ordusu başsız qaldığı üçün Qeys onun yerinə keçib camaat namazını qılandan sonra sərkərdə oldu. Qeysin fədakarlıqla döyüşməsi Müaviyəni dəhşətə salmışdı. Nəhayət Müaviyə ordunun arasına casuslar göndərərək, Müaviyə ilə Imamın barışdığı və burada olanlarla yersiz döyüşdüyü şayiəsini yaydı. Bununla da Müaviyə xariciləri imamdan ayırıb aldatmağa müvəffəq oldu və onları imamla düşmən etdi. XARICILӘRIN QIYAMI Bu axmaq dəstə Müaviyənin casuslarının sözlərinə inanıb imamın əmrini rədd edərək, guya imamın da atası kimi kafir olduğunu və Müaviyə ilə əməkdaşlıq etdiyini elan etdilər. Onlar imamın çadırına həmlə edərək əllərinə keçəni qarət etdilər, hətta Imamın səccadəsini belə ayağının altından çəkib apardılar. Nəticədə imam Həsən (ə) oranı tərk etmək məcburiyyətində qaldı. Səhabələrdən bir dəstə onun ətrafında ikən atını mindi. Elə bu vaxt xaricilərdən biri gizləndiyi yerdən çıxıb imamı yaraladı. Imamı dostlarından birisinin evinə aparıb müalicə etdilər. Iş o yerə çatmışdı ki, imamın sərkərdələrinin çoxu gizlincə Müaviyəyə məktub göndərib ona: Biz sənin əmrinə itaət edirik. Tezliklə Iraqa gəl. Bu imamı tutub sənə təhvil verəcəyik — deyə vədlər verirdilər. Müaviyə həmin məktubları öz məktubu ilə bir yerdə imama göndərib məktubunda belə yazdı: «Bunlar sənin atana vəfa etmədilər, səninlə də birlikdə olmayacaqlar. Indi səninlə müqavilə bağlayıb müharibədən əl çəkməyə hazıram. IMAM HӘSӘN (Ә) SÜLHÜ NIYӘ QӘBUL ETDI? Xaricilərin əməlləri və dostlarının xəyanəti həzrət Həsən əleyhissalamı Müaviyə ilə sülh etmək məcburiyyətində qoymuşdu. Amma imamın onunla sülh etməsi bu demək deyildi ki, Müaviyəyə tabe olub onun zülmkarlığını qəbul etmişdi. Bu yalnız Müaviyə ilə atəşi dayandırmağa dair müqavilə bağlamaq mənasında idi. Çünki əgər Müaviyə müharibədə qələbə çalsaydı, islamın bütün hədəfləri məhv olub aradan gedəcəkdi. Bundan əlavə Rum imperatoru islam ölkəsinə həmlə etmək fikrindəydi və bu ixtilaf onun üçün böyük bir fürsət idi. Dərd və həsrətdə qovrulan imam Həsən (ə) qəm və kədərlə ilə vəfasız əshabına qarşı belə buyurdu: «Bilirəm ki, siz mənə hiylə və kələk qurubsunuz. Həyasız və dinsiz bir dəstə məni tamamilə Müaviyəyə təslim etdi. Vay olsun sizin halınıza! Allaha and olsun ki, Müaviyə verdiyi sözlərə vəfa etməyəcəkdir. Mən sizin üçün haqq dini bərpa etmək istəyirdim, amma siz mənə yardım etmədiniz. Mənə qarşı çıxıb xəyanət etdiniz. Sizin bu əməlləriniz məni müqaviləni imzalamağa məcbur etdi. Allaha and olsun ki, əgər köməyim olsaydı, bu işi Müaviyəyə həvalə etməzdim. Çünki mən xəlifəliyi Bəni Üməyyə üçün haram bilirəm. Bu yaxınlarda Müaviyənin rəftarlarının acı nəticəsini dadacaqsınız». Imam saziş etmək məcburiyyətində qaldığına görə Müaviyəyə belə bir məktub yazdı: «Mən haqqı yaşadıb batili məhv etmək niyyətimdə idim. Allahın kitabı və Peyğəmbərin sünnəsini xalqa hakim etmək istəyirdim. Amma xalq mənimlə eyni fikirdə olmadı və məcbur qaldığım üçün səninlə sülh edirəm. Bu sülh üçün bir sıra şərtlər qoysam da, sənin onların heç birinə əməl etməyəcəyini çox gözəl bilirəm. Amma çox keçməyəcək ki, bunun sənin üçün heç bir faydası olmayacaq və öz işindən peşman olacaqsan.» Sonra əmioğlusu Әmr ibni Harisi müzakirə edib imamın şərtlərini bəyan etdikdən sonra sülh müqaviləsini imzalamağa göndərdi. Həmin müqavilənin bir neçə maddəsi bunlardan ibarət idi: Şiələrin qanının tökülməsinin qarşısı alınacaq və hüquqları tapdalanmayacaq; Həzrət Әli (ə) və şiələri söyülməyəcəklər; Müaviyə Allahın kitabı və Peyğəmbərin sünnəsinə əsasən əməl edəcək; Imamın əshabı və dostları, harada olurlarsa-olsunlar, Müaviyə və adamlarının şərindən amanda qalacaqlar; Imam (ə) Müaviyəni «əmirəl-möminin» olaraq tanımayacaq və xütbələrdə onun adını əsla çəkməyəcək; Müaviyə xəlifəliyi özündən sonra başqa bir nəfərə tapşırmayacaq. MÜAVIYӘNIN MÜQAVILӘNI POZMASI Müqavilənin imzalanmasından sonra Kufə Müaviyənin diqqət mərkəzinə çevrildi. O, bir cümə günü Nüxəylədə cümə namazı əsnasında belə dedi: Ey camaat! Mən sizin namaz qılmağınız, ya da oruc tutmağınız üçün müharibə etmədim. Sizlər istəməsəniz belə, sizin hökmdarınız olmaq üçün müharibə etdim. Mən, Həsən ibni Әli ilə imzaladığım müqavilənin maddələrini ayağım altına qoyub əzirəm. Lakin Müaviyənin bir sıra rəftarları onun, imamın nüfuzundan çox qorxduğunu aydın göstərirdi. Buna görə də müqavilənin bəzi maddələrini həyata keçirmək məcburiyyətində qaldı. Misal üçün Kufənin valisi Ziyad imamın əshabından birisini tutdurmaq istəyəndə, imam (ə) əhvalatı Müaviyəyə yazdı. Müaviyə də dərhal Ziyadı bu işi üçün məzəmmət edib danladı. Nəhayət Müaviyə özündən sonra oğlu Yezidi xəlifə təyin etmək qərarına gəldi. Amma həzrət Həsən əleyhissalam ilə imzaladığı müqavilə ona mane olurdu. Buna görə də xalqdan zorla beyət almaq və oğluna bu iş üçün yol açmaq məqsədi ilə imamı zəhərlətmək istəyirdi. Bu məqsəd istiqamətində də imamın arvadı Cüdəni aldadaraq ona bir qabda zəhər göndərdi və vəd etdi ki, əgər ərini zəhərləsə, ona yüz min dirhəm verib oğlu Yezidə arvad edəcək. XAIN ӘL IMAMIN QABINA ZӘHӘR TÖKDÜ Şeytani vəsvəsələr, pul və şöhrət imamın arvadının gözünü tutub qəlbini kor etdi və səbəb oldu ki, tarixin heç bir zaman unutmayacağı bir xəyanəti həyata keçirib Müaviyənin bu murdar təklifini qəbul etsin. Imam Həsən (ə) dəfələrlə öz arvadının əli ilə şəhid olacağını söyləmişdi. Ona «indi ki, belədir onu boşa və evindən qov» demişdilər, amma o həzrət (ə) belə buyurmuşdu: «O, hələlik bir günah etməyib, buna görə də əgər onu qovsam, yaxşı iş görməmiş olaram. Çünki o, bu işi bəhanə edərək «məni günahsız olduğum halda evdən qovdu» – deyəcək və bununla da xəyanətini gizlədib öz gördüyü işin doğru olduğunu iddia edəcək. Bunu bilin ki, Müaviyə öz xəyanətli əməllərindən əl çəkməyəcək və mən arvadımı boşasam da, məndən əl götürməyib özünü məzlum göstərərək planını həyata keçirməyə cəhd göstərəcəkdir». Nəhayət Cüdə hicri 50-ci ilin Səfər ayının 28-də, havanın çox isti və imamın oruc olduğu bir gündə, onun süd içdiyi qaba zəhər töküb, iftar üçün hüzuruna gətirdi. Imam (ə) zəhərli süddən bir az içdikdən sonra arvadına tərəf dönüb buyurdu: «Ey Allahın və Peyğəmbərin düşməni, məni öldürdün, Allah səni öldürsün. Allaha and olsun ki, sən və Müaviyə zəlil olacaqsınız.» O həzrətin dediyi kimi də oldu. Çox keçmədən Cüdə Müaviyənin sarayından qovulub öldü. Müaviyə də ağır bir xəstəliyə tutulub öldü. Həzrət imam Həsən (ə) vəfat etdikdən sonra Mədinədəki Bəqi qəbristanlığında torpağa tapşırıldı. Allahın və Peyğəmbərin salam və rəhməti onun pak və təmiz ruhuna olsun. AŞAĞIDAKI SUALLARA CAVAB VERIN Nə üçün həzrət Peyğəmbər (s) oğlu və nəvəsi Həsəni çox sevərdi? Imamın ən mühüm xasiyyətini izah edin. O, qoca kişini necə başa saldı ki, səhv edir? Müaviyə imamı necə yalqız qoydu? Imam Həsən (ə) nəyə görə sülhü qəbul etdi və nə üçün zəhəri içdi?  

İmam Həsən (ə) 16.01.2025

İmam Həsən Müctəba (ə) (2)

Allahın adı ilə Tarix boyu belə bir sual icad olmuşdur. Nəyə görə İmam Həsən (ə) Müaviyə ilə sülh etdi?Nəyə görə İmam Hüseyn (ə) qiyam etdi, amma qardaşı İmam Həsən(ə) sülh etməklə kifayətləndi? Bu suallara aşağıdakı qısa cavablarla kifayətlənirik: Atası Əli İbn Əbu Talib şəhadətə yetdikdən sonra ilahi imamət məqamı imam Həsən (ə) tərəfindən yerinə yetirilmişdir. İmam Həsən (ə) atası Əli ibn Əbu Talibin xilafətdə tutduğu yolu davam etmiş və həmişə zalımlara qarşı mübarizə aparmışdır. Lakin dostlarının vəfasızlığı, tərəfdarlğrının pula, var-dövlətə satılması, müsəlmanların avamlığı və cahilliyi, İmamı meydanda tənha qoymuş və nəhayət zəmanəsinin ən təhlükəli cinayətkarı olan Müaviyə ilə sülh etməyə məcbur etmişdir. İmam (ə) Əhli-beyt tərəfdarlarının, məzlumların, İslamın, Quranın və Peyğəmbər sünnəsinin xeyrinə olan şərtlərlə müaviyə ilə sülh bağlayır. Bundan əlavə Müaviyə üçün sülhnamədə müəyyən olunmuş müddət bitdikdən sonra xilafəti əgər İmam Həsən (ə) sağ olarsa ona, olmazsa qardaşı Heseynə (ə) təhvil verməli idi. Bu tarixi hadisə haqqında əziz islam Peyğəmbəri (s) belə buyurur: “Həsən müsəlmanların ağasıdır, vaxt gələcək o, müsəlmanlar arasında barışıq yaradacaq”. Bəli belə demək olar ki, İmam Həsənin (ə) sülhü İmam Hüseynin (ə) qiyamının müqədiməsi və başlanğıcı olmuşdur. İmam Həsənin (ə) şücaətinə gəldikdə isə onun Cəməl, Səffeyn döyüşlərində göstərdiyi qəhrəmanlıqlar buna əsas sübutdur.İmam Həsən (ə) zəmanəsinin ən imanlı və ən təqvalı şəxsiyyəti olub. O həzrət dövrünün ən çətin anlarında dəfələrlə həcc ziyarətinə piyada getmiş (124 dəfə), bir neçə dəfə evdən boş köynəklə çıxıb bütün var-dövlətini imkansızlara vermişdir. O həzrətin fəziləti haqqında isə bu kifayət edər ki, İslam Peyğəmbəri (s) onu öz çiynində otuzdurub belə buyurmuşdur: “Məni sevən gərək bunu sevsin” “İlahi mən Həsəni və onu sevənləri sevirəm”. İmam həsəndən (ə) rəvayət olunmuş hikmətli sözlər və hədislər təkcə İslam aləmində deyil, ümümiyyətlə dünyada tarix boyu öz təsirini qoymuş, insanlar da bu hədislərdən daima bəhrələnmişlər. İndi isə onlardan bir neçəsinə diqqət yetirək. İmam Həsən (ə) buyurmuşdur: Düşünün, düşüncə bəsirətli insanların könlünə həyat bəxş edir. İmam Həsən (ə) buyurmuşdur: Dünya və axirətin səadəti ağıl və fikirlə qazanılır. İmam Həsən (ə) buyurmuşdur: Təəccüb edirəm o adama ki, yediyinə fikir verir ki, sağlam olsun, amma ağıl və mənəviyyatına fikir vermir. Nəticədə qarınını ziyanlı yeməklərdən təmiz saxlayır, beynini isə azğın mətləblərlə doldurur. İmam Həsən (ə) buyurmuşdur: Ağıllı olmayanın ədəbi, iradəsi olmayanın igidliyi, dini olmayanın abır-həyası olmaz. İmam Həsən (ə) buyurmuşdur: öz bildiyini başqalarına öyrət və başqalarının bildiyini də öyrən. Beləliklə öz elmini möhkəmləndirib, bilmədiyini də öyrənmiş olarsan. İmam Həsən (ə) buyurmuşdur: həyası olmayanın dini də olmaz. İstifadə olunmuş ədəbiyyat. 1-Məsum imamların həyatı. 2-Bəharül-ənvar. 3-Mizanül-hədis. 4-Səfinətül-bihar. 5-Mənaqibi Ali-Əbutalib. 6-Kəşfül-qümmə. 7-Əl-İrşad. 8-Tarixül-xüləfa.

İmam Həsən (ə) 16.01.2025

İmаm Hәsәndən (ә) gözəl nәsihәt

Bir nәfәr imаm Hәsәnin (ә) yаnınа gәlib dеdi: Mәn еlә bir günаhkаr insаnаm ki, öz günаhlаrımın müqаbilindә dözә bilmirәm. Mәnә nәsihәt еt. İmаm buyurdu: “Bеş işi yеrinә yеtir. Sоnrа istәdiyin qәdәr günаh еt. Аllаhın ruzisindәn yеmә. Sоnrа istәdiyin qәdәr günаh еt. Еlә bir yеrә gеt ki, Аllаh sәni görmәsin. Bu vахt istәdiyin qәdәr günаh еt. Аllаhın vilаyәtindәn хаric оl, sоnrа istәdiyin qәdәr günаh еt. Әzrаil cаnını аlmаq istәyәndә оnu özündәn uzаqlаşdır. Sоnrа istәdiyin qәdәr günаh еt. Cәhәnnәm аtәşinin sаhibi sәni cәhәnnәmә аtmаq istәyәndә оrа dахil оlmа. Sоnrа istәdiyin günаhа mürtәkib оl.” (“Әl-Mәvаizul-әdәdiyyә”, sәh. 274.)

İmam Həsən (ə) 16.01.2025

İmam Həsən Müctəba (ə) (1)

Allahın adı ilə Həzrət Əli (ə) ilə xanım Fatimeyi Zəhranın (s.ə) ilk övladı imam Həsən Müctəba (ə) hicrətin 3-cü ili, ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir.O həzrət uşaqlıq çağlarını babası Peyğəmbərin hüzurunda keçirmiş, təxminən 7 yaşında babasını itirmişdir. Peyğəmbərdən (s) sonra 30 il atası Əli (ə) ilə bir yerdə olmuş,Əli (ə)-ın şəhadətindən sonra hicrətin 40-cı ilindən etibarən imamət məqamına yüksəlmişdir. 48 yaşında ikən Müaviyənin hiyləsi ilə zəhərlənib şəhadətə qovuşmuş,Mədinə şəhərində dəfn edilmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığındadır. İmamın səxavəti İslam nöqteyi- nəzərindən varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məsuliyyət daşıyırlar. Dərin mənəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən varlılar kasıbların ehtiyaclarını mümkün qədər təmin etməyə çalışmışdırlar. İslam Peyğəmbəri və dini rəhbərlər (imamlar) bu barədə nə təkcə sifarişlər etmiş, hətta hərə öz zamanında insansevərliyi və zəifpərvərliyin bir nümunəsi olmuşlar. İkinci imam elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi, məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O həzrətin vücudu dərdli ürəklərin, imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən iliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (ə) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (ə) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə, utanmağa icazə verməzdi. Süyuti öz kitabında yazır. “Həsən ibn Əli (ə) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi. İmam Həsən (ə) bəzi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmamın (ə) külli miqdarda pulu bir dəfəyə bağışlanmasının bir incəliyi o idi ki, İmam (ə) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin bu pulla əlinə sərmayə də sala bilərdi. İmam Həsən Müctəba (ə) kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. Belə olan halda həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona-buna əl uzatmalı idi. Elə bu səbəbdən də İmam Həsən (ə) kasıblara çox pul verərdi. İmam Həsən (ə) bütün qüdrətini yaxşı və Allah bəyənən yollara sərf edir, Allah yolunda çoxlu miqdarda pul bəxşiş edərdi. Tarixçilər bu haqda belə yazırlar. “İmam Həsən Müctəba (ə) ömründə iki dəfə bütün mal dövlətini, üç dəfə isə mal- dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir. Elm və fəzilət ailəsi İmam Həsən (ə) öz elmini irsi olaraq atası Həzrət Əli (ə) və Peyğəmbərdən əxz etmişdir. Onun elmi İlahi nurdan bəhrələnirdi. Öz zəmanəsinin ən savadlı və müdrik şəxsiyyəti olmuşdur. Belə ki,o həzrət öz elmi ilə xalqı maarifləndirmiş, avam camaatı cəhalət zülmətindən xilas etmək üçün ömrünün sonuna kimi çoxlu zəhmətlərə qatlaşmışdır. O həzrət həmişə məzlumları müdafiə edirmiş. Daha dəqiq desək, o vaxtın məzlumlarının, imkansızlarının pənah yeri olmuşdur. Müaviyə ilə bağladığı sülh müqaviləsinin bəndlərinə diqqət yetirsək, görərik ki, İmam (ə) bu müqavilədə müsəlmanların, məzlumların tapdalanmış hüquqlarının geri qaytarılmasını, onlara həyatda sərbəstlik, azadlıq verilməsini tələb etmişdir. İmam (ə) həmişə şəxsi mənafeyindən göz yumub, əsl insani hümanistliyi ilə ilahi hökümləri yerinə yetirməklə yanaşı, zəmanəsinin qəddar qəsbkarı sayılan Müaviyədən də ilahi hökümləri yerinə yetirməyi, şəxsi mənfəətini müsəlmanların mənafelərindən üstün tutmamağı tələb edirdi. Müaviyənin ixtiyarında olan beytül-malın onun öz qohumları ilə birgə mənimsədiyinə görə Müaviyəyə etirazlar etmiş və onunla mübarizə aparmışdır.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75