Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Əqaid 29.04.2008

Ruhun qalması qiyamət nişanəsidi

İnsanın nə vaxtdan ruh haqqında maraqlandığını hələ heç kim bilmir. Onu demək olar ki, insan yaranışının ilk günlərindən özü ilə digər varlıqlar arasında fərq hiss edir. O bilir ki, onunla daşın, taxtanın, hətta heyvanın fərqi var. İnsan yuxu və ölüm vəziyətini görmüşdür. O, hiss edir ki, yuxu və ölüm zamanı cisim və maddəsində heç bir dəyişiklik olmadan bəzi dəyişikliklər əmələ gəlir. Buradan başa düşmüşdür ki, onun ixtiyarında bu cisimdən başqa bir gövhər də vardır. (Bu gövhər də yalnız onun ruhudur). İnsan heyvanlarla özü arasında fərq hiss edir və görür ki, o, heyvanlardan fərqli olaraq öz iradəsində azadır. Heyvanlar isə iradələrində məcburdurlar. İnsanın ruha qarşı marağının artmasında yuxu səhnələrinin böyük rolu var. Bədənin bir tərəfdə düşüb qaldığı halda başqa bir qüvvənin yuxu görməsi insanı belə bir nəticəyə gətirib çıxarır ki, onun bədənində «ruh» adlı bir qüvvə vardır. Filosoflar fəlsəfə elmini ortaya çıxardığı zaman «ruh» özünə digər fəlsəfi məsələlərin yanında yer eləmiş və fəlsəfənin mühüm bəhslərindən birinə çevrilmişdir. Sonralar bütün filosoflar ruh haqqında nəzəriyyələr irəli sürmüşlər. Bu barədə söz həddən artıq çoxdur, lakin ən əsası aşağıdakı sualın cavabını bilməkdir: ruh maddidir, yoxsa qeyri-maddi? Başqa sözlə, ruh müstəqildir, yoxsa beyin və sinir sistemlərinin fiziki və kimyəvi xüsusiyyətlərindəndir? Materialist filosofların bəziləri israr edirlər ki, ruh maddidir və beyin sisteminin xüsusiyyətlərindəndir. İnsan öldükdə ruh da sıradan çıxır. Necə ki, işləyən bir saatı sındırsaq onun işləməyi də dayanacaq. Bu firqəyə qarşılıq olaraq isə İslam filosofları və bir sıra materialist filosoflar deyirlər ki, insan öldükdə ruh ölmür və öz həyatını davam etdirir. Bunu sübut etmək üçün bir sıra dəlillər gətirmişlər. İndi biz həmin dəlillərin bir neçəsini sadə ifadələrlə əziz oxucuların nəzərinə çatdırırıq. 1.Böyük bir dünyanı kiçik bir mühitdə yerləşdirmək olmaz Təsəvvür edin, böyük bir dənizin kənarında əyləşmisiniz. Dənizin kənarında başı göylərə ucalmış dağlar da vardır. Ləpələ gəlib sahildəki qayalara çırpılıb qəzəbli halda geri qayıdırlar. Dağın üstündəki səma gecə olduqda örtüyünü dağ və dənizin üstünə salıb öz əzəmətini göstərir. Bu səhnəni müşahidə etdikdən sonra bir anlığa gözümüzü bağlayırıq. Müşahidə etdiyimiz mənzərə bütün əzəməti ilə birgə zehnimizdə canlanır. Sanki, gözümüz açıqdır deyə, göyə baxırıq. Zehnimizdə canlanmış bu səhnə şübhəsiz ki, beynimizə sığışa bilməz və onun üçün böyük bir yer lazımdır. Əks təqdirdə, böyük bir səhnə kiçik bir nöqtə kimi zehnimizdə canlanmalıdır. Buradan məlum olur ki, insanda maddi beyindən başqa bir cövhər də vardır və bu cövhər hər hansı bir mənzərəni olduğu kimi, eyni həcmdə özündə cilvələndirir. Şübhəsiz ki, bu cövhər maddi deyil. Çünki maddi aləmdə bu vaxta qədər belə bir şey görülməmişdir. 2.Ruhun xarici özündə əks etdirmə xasiyyəti İnsan bədənində bir sıra fiziki və kimyəvi xüsusiyyətlər vardır. Məsələn, ürək və mədənin hərəkətləri fiziki, yemək tikələrinin üzərinə daman öd damcıları isə kimyəvi xüsusiyyətlərə malikdirlər. Bu cür xüsusiyyətlər insan bədənində çoxdur. Əgər ruh, fikir və 85 düşüncə və maddidirsə, bəs, onda nə üçün onlarla başqa cismani xüsusiyyətlər arasında böyük fərq var? Ruh, düşüncə və fikir insanı xarici mühitlə əlaqədə saxlayır və bizdən kənarda baş verən hadisələrdən bizi xəbərdar edir. Lakin bədənin fiziki və kimyəvi xüsusiyyətləri belə deyildir. Başqa sözlə, biz asanlıqla hiss edirik ki, vücudumuzdan kənardakı aləmlə əlaqədəyik. Onda baş verən hadisələrdən xəbərdarıq. Məgər bizdən kənardakı aləm bizim içimizəmi girir və biz bu yollamı ondan xəbərdar oluruq? Yəqin ki, «xeyr» cavab verəcəksiniz. Bəs, bunun sirri nədir? Bizdən xaricdəki aləmin surəti bizim zehnimizdə canlanır və biz də ruhun «xarici özündə əks etdirmə» xüsusiyyəti vasitəsi ilə xariclə əlaqədə oluruq. Bu xüsusiyyətə bədənin kimyəvi və fiziki xüsusiyyət və qüvvələrinin heç biri malik deyil (Diqqət edin.) Yenə başqa sözlə desək, xarici varlıqlardan xəbərdar olmaq üçün onları əhatə etmək lazımdır. Bu əhatə üçün beyin sistemi digər bədən üzvləri kimi xaricdən yalnız təsir ala bilər. İnsanın bədənindəki xüsusiyyətlərin bu fərqindən məlum olur ki, bədənin fiziki və kimyəvi xüsusiyyətlərdən əlavə başqa bir xüsusiyyəti də vardır. Bu xüsusiyyət insanı xariclə əlaqədə saxlayır. Bu xüsusiyyət ruhdan başqa heç bir şey deyildir. Elə bir ruh ki, maddi aləmdən kənardır. 3.Ruhun müstəqilliyinin praktiki sübutları Xoşbəxtlikdən, bu gün alimlər ruhun müstəqil və maddi aləmindən kənar olduğunu müxtəlif elmi yollarla sübut etmiş və ruhun maddi aləmindən kənar olmadığını iddia edənlərə qəti cavab vermişlər. Bu sübutları aşağıdakı tərtibdə qeyd edirik. A)Bu sübutlardan biri insanı gipnoz vasitəsilə yatırtmaqdır. Bunu bir çoxları görmüşdür. Ancaq bu işdən xəbərdar olmayanları bu barədə qısaca məlumatla tanış edirik. Bəzi insanlar müxtəlif elmi yollarla başqalarını yatırda bilirlər. Təlqin və diqqətin cəlb edilməsi yolu ilə insan yuxuya qərq edilir. Lakin bu yuxu başqa yuxulardan fərqlənir. Bu yuxuda yatırdan şəxs yatan şəxslə söhbət edə bilir. Gipnoz edən yatmış şəxsin ruhunu həmin vaxt müxtəlif yerlərə göndərə bilir və bəzən ruh yeni məsələlərlə tanışlıq tapır, adi vaxtlar bilmədiyini yatmış halda öyrənə bilir. Hətta həmin halda bilmədiyi və ömründə danışmadığı bir dildə söhbət edir, həddən artıq çətin olan riyazi məsələləri həll etməyə çalışır. B).Ruhun müstəqil və maddi aləmdən kənar olduğuna dair gətirilmiş sübutlardan biri də «spiritizm» və ya sahibi ölmüş ruhlarla əlaqədə olmadır. Hal-hazırda dünyanın bütün məntəqələrində ruhlarla əlaqədə olan çoxlu insanlar var. Görkəmli Misir alimi Frid Vecdinin dediyinə görə, hal-hazırda üç yüzə yaxın qəzet və jurnal ruhlarla əlaqədə olanlar tərəfindən nəşr olunur. Məşhur şəxsiyyətlər onların iclas və yüığıncaqlarında iştirak edir, onların qarşısında ruhlarla əlaqə yaranır və gözlənilməz işlər baş verir. Bir sıra yalançı və ruhlarla əlaqədən heç bir xəbəri olmayan, lakin camaatı aldadaraq ruhlarla əlaqədə olduqlarını bildirən insanların bu yoldan mənfi istifadə etmələrinə baxmayaraq, bu həqiqəti danmaq olmaz. Yalançı şəxslərin bu yoldan pis niyyətlə istifadə etmələri, bizi bu həqiqəti danmağa məcbur etməməlidir. Təhqiqatçılar belə bir işin baş verdiyini etiraf edirlər. Deməli, ruhlarla əlaqədə olmaq mümkün bir işdir. Bunlar göstərir ki, ruh müstəqildir və insan öldükdən sonra o, itib batmır. Əksinə, ruh məad və ölümdən sonrakı həyata tərəf atılmış bir addımdır. V).Ruhun müstəqil olması haqqındakı praktiki və təcrübi sübutlardan biri də yatan zaman gördüyümüz yuxulardır. Yatdığımız zaman gördüyümüz yuxular, bəzi gizli və agah olmadığımız işlərin yuxuda üstünün açılması, gələcək hadisələri yuxuda görmə (yuxunun çin çıxması) və bu kimi işlər sübut edir ki, ruh müstəqildir. Şübhəsiz ki, yuxunun çin çıxdığını siz də təcrübə görmüsünüz. Yuxuda gördüyünüz bir iş müəyyən müddət sonra (tez və ya gec) eynilə gördüyünüz kimi həyata keçir. Buradan məlum olur ki, ruh maddi deyil və insan beyninin fiziki və kimyəvi xüsusiyyətlərindən 86 kənardadır. Ruh təbiətin fövqündə olan və öldükdən sonra itib batmayan bir varlıqdır. Bu mövzu məad və ölümdən sonrakı aləmi isbat etmək üçün bir yoldur. Fikirləşin və cavab verin 1.Ruh haqqında İslam filosofları ilə bir sıra materialist filosofların nəzəriyyələri arasında nə fərq var? 2.Ruhun müstəqilliyi haqqında gətirilmiş sübutlardan biri olan böyüyün kiçiyə uyğun gəlməməsindən (böyük bir dünyanın kiçik bir mühitdə yerləşə bilməməsindən) nə anlaşılır. 3.Gipnoz haqqında nə bilirsiniz? 4.Ruhlarla əlaqədə olmaq dedikdə nə nəzərdə tutulur? 5.Yuxunun çin çıxması ruhun müstəqil və qeyri-maddi olduğuna sübut ola bilərmi?

Əqaid 28.04.2008

Məad və yaranışın fəlsəfəsi

İnsanların bir çoxu sual edirlər: Allah bizi nəyə görə yaratmışdır? Bəziləri bir addım da irəli atıb deyirlər ki, ümumiyyətlə, bu böyüklükdə dünyanın yaranışının fəlsəfəsi nədir? Bəlkə, Allahın bəzi çatışmazlıqları var və dünyanı yaratmaqla o çatışmazlıqları aradan qaldırmaq istəyir? Belə olan təqdirdə Allahın ehtiyac məsələsi irəli çıxır. Ehtiyac isə Allahın məqamı ilə uyğun gəlmir. Bu sualın cavabı barədə çox danışmaq olar. Lakin biz bir neçə cümlə ilə qısa olaraq onu oxucuların nəzərinə çatdırırıq. Bizim (insanların) bu barədə bir səhvimiz var. O da budur ki, biz Allahın sifət və xüsusiyyətlərini özümüzlə müqayisə edirik. İnsan çox məhdud bir varlıqdır. Hər nə iş görürsə, ehtiyaclarını ödəmək və çatışmazlıqlarını aradan qaldırmaq üçün görür. Məsələn, savadsızlığını aradan qaldırmaq üçün dərs oxuyur, maddi imkanını düzəltməkdən ötrü işləyib maaş alır və s. Ancaq heç bir çatışmazlığı olmayan və hər cəhətdən kamil olan Allah barədə belə mühakimə etmək düzgün deyil. O, dünyanı özü faydalansın deyə yaratmayıb. Əksinə, onun dünyanı yaratmaqda məqsədi yaradılmışlara fayda verməkdir. Allah həddən artıq parlaq və sonu olmayan bir günəşdir. O, öz nuruna heç bir ehtiyacı olmadan nur saçır və o nurdan bütün varlıqlar bəhrələnir. Ümumiyyətlə, Allah məxluqatı təkamülə yetirmək üçün onlara kömək etməyi lazım bilir. İnsanların yoxdan yaranmasının özü bir növ təkamülə tərəf atılmış addımdır. Bundan əlavə, bəşər üçün peyğəmbərlər, səmavi kitablar göndərmək də təkamülə yetişməkdə böyük rol oynayır. Həzrət Əli(ə)-ın dili ilə desək, dünya bir məktəb, insanlar isə bu məktəbin şagirdləridir. Bu dünya bir əkin sahəsi, insanlar isə bu sahədə məşğul olan əkinçilərdir. Bu dünya böyük bir ticarət mərkəzi, insanlar isə orada alver edən tacirlərdir. Bir halda ki, ətrafımıza diqqətlə nəzər salarkən hər şeyin bir məqsəd üçün 6Bu barədə ətraflı məlumatı «Yasin surəsinin tərcümə və təfsiri kitabından oxuya bilərsiniz. 83 yaradıldığını görə bilirik, o halda bu dünyanın yaranışını necə qayəsiz hesab edə bilərik? Məsələn, insanın bədənində hər nə varsa, hamısı bir məqsəd əsasındadır. Hətta ayağın altındakı çökəklik və kipriklər də. Necə ola bilər, bədən üzvlərinin ayrı-ayrılıqda hər birinin bir məqsədi olsun, lakin insanın bütövlükdə bir məqsədi olmasın? Bədənimizdən xaricdə da vəziyyət eyni ilə bu cürdür. Təbiətdəki quruluşların hər birinin öz qayəsi vardır. Günəşin saçmasının, yağışın yağmasının, havanın müəyyən bir şəkildə keçməsinin hərəsinin özünə məxsus bir məqsədi yoxdurmu? Həqiqət budur ki, bu dünyanın batinində böyük bir tablo asılmışdır. Bəzən həqiqət o qədər aydın olur ki, insan ilk baxışda onu görə bilmir. Ancaq bir az diqqət yetirdikdən sonra hər şey öz qaydasına düşür. Bu tablonun üzərində dünyanın, bəşəriyyətin yaranmasının əsas hədəfi, «tərbiyə» və «təkamül» yazılmışdır.7 İndi ki yaradılışımızın bir məqsədi olduğunu bildik, görək, bu məqsəd nədən ibarətdir? Bu dünya onda olan saysız-hesabsız müşkülləri ilə birgə insan yaranışı üçün məqsəd ola bilərmi? Məsələn, bir nəfər altmış il yaşayır. Hər gün səhər işə gedir, axşam olduqda yorğun halda evinə qayıdır. İşinin müqabilində müəyyən miqdarda maaş alır, həmin maaşla da ailəsinin təlabatını ödəyir. Bu proqram ömrünün axırınadək davam edir. Ömrü sona çatdıqda dünya ilə vidalaşıb axirət mənzilinə yollanır. Fikirləşin, görün, bu yaşayış insan yaranışı üçün hədəf ola bilərmi? Yəni, insanın yaranışında məqsəd yalnız yuxarıda deyilən proqramları təkrarlamaqdırmı? Əgər bir mühəndis açıq səhrada böyük bir bina tikib onun inşasına illərlə vaxt sərf etsə də və binanı tikib qurtardıqdan sonra ondan soruşsalar ki, bu binanı nə üçün tikmisən, o da cavab versə ki, binanı tikməkdə məqsədim buradan keçənlərin onun kölgəsində bir az dincəlməsidir, bu cavabdan təəccüblənmərikmi? Yoldan keçən bir şəxsin bir saat dincəlməsi üçün bu qədər əzab-əziyyətə dəyməz. Məad və ölümdən sonrakı həyatı qəbul etməyənlərin, bu dünyanı puç və mənasız bilmələrinin səbəbi də məhz budur. «Bu dünyanın yaşayışı məqsədsizdir» kimi ifadələr materialistlərin sözlərində tez-tez gözə çarpır. Hətta onların bəziləri bu həyatdan və eyni proqramın illərlə təkrar olmasından yaxa qurtarmaq üçün intihara əl atırlar. Lakin bu dünyaya məna verən onu başqa bir dünya üçün müqqədimə və hazırlıq bilməkdir. Bu dünyadan sonra əbədi həyat sürmək üçün buradakı çətinliklərlə mübarizə aparırıq. Yaxşı olardı ki, ötən dərslərdə çəkdiyimiz misalı bir daha xatırladaq: əgər ana bətnində olan körpənin tam ağlı, düşüncəsi olsaydı və ona desəydilər, buradan (ana bətnindən) başqa bir yoxdur, körpə dərhal etiraz edib deyəcəkdi: «Onda mənim bu zindanda qalmağımın nə mənası var? Nəyə görə burada qanın, suyun içərisində qalıb həlak olmayıb? Allah məni buna görəmi yaratmışdır? Bunun nə mənası var?». Ancaq əgər körpəyə desələr ki, bura geniş bir dünyaya qədəm basmaq üçün keçid mərhələsidir və burada bir müddət qaldıqdan sonra açıq həyata qayıdacaqsan, onda körpə razı qalıb deyəcək: «Bu təqdirdə burada qalmağıma dəyər. Çünki bura hazırlıqdır və bir neçə aydan sonra buradan xilas olacağam.» Qurani- Kərim bu barədə belə buyurur: «And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?» (Vaqiəh, 62). Bir sözlə, bu dünyanın özü bildirir ki, ondan sonra başqa bir dünya var. Əks təqdirdə bu dünya puç, hədəfsiz və mənasız olar. Yaxşı olar ki, bunu Quranın öz dilindən eşidəsiniz: «Yoxsa, sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz?» (Muminun, 115). Ayə bildirir ki, əgər məad (Allahın hüzuruna qayıdış) olmasa, insan yaranışı puç və mənasız olardı. 7 Nəhcül bəlağə-Qısa sözlər bölməsi. 84 Belə nəticəyə gəlirik ki, bu dünyadan sonra mütləq başqa bir dünya olmalıdır. Fikirləşin və cavab verin 1.Nəyə görə Allahın sifət və xüsusiyyətlərini insanların xüsusiyyətləri ilə müqayisə etmək olmaz? 2.Bizim yaranışımızda məqsəd nədir? 3.Bu dünyanın yaşayışı insan yaranışının hədəfi ola bilərmi? 4.Ana bətnindəki dövr ilə bu dünyanı müqayisə etdikdə nə öyrənirik? 5.Quran bu dünyanın yaranışından axirətin mövcudluğuna necə sübut gətirir?

Əqaid 28.04.2008

Qiyaməti bu dünyada dəfələrlə görmüşük

Quran ayələrindən asanlıqla məlum olur ki, bütpərəstlər və digər kafirlər təkcə peyğəmbərin dövründə yox, eləcə də başqa zamanlarda məad- öldükdən sonra dirilmə məsələsinə təəccüblə yanaşırdılar. Hətta bu məsələni onu irəli sürən şəxsin dəliliyinə sübut gətirərək bir-birlərinə nə deyirdilər: «Sizə siz parça-parça olub dağılandan (çürüyüb torpağa qarışandan) sonra yenidən yaradılacağınızı (diriləcəyinizi) xəbər verən bir adam göstərəkmi?» (Səba, 7). (Məlumdur ki, bu söz istehza mənasında deyilmişdir). Həqiqətən, o zaman elmin olmaması və düşüncələrin aşağı səviyyədə olması nəticəsində ölümdən sonrakı həyata inam bəsləmək bir növ dəlilik və Allaha töhmət kimi hesab olunurdu. Ölmüş şəxsin yenidən diriləcəyini iddia edən şəxs dəli kimi qələmə verilirdi. Maraqlı burasıdır ki, Quran bu fikirlərə qarşı müxtəlif cavablar vermiş, sübutlar irəli sürmüşdür. Bu sübutlardan hər kəs öz düşüncəsi qədər istifadə edə bilər. Quranın bu cavablarını açıqlamaq üçün geniş bir kitab yazılmalıdır. Lakin bunların bir hissəsini oxucuların nəzərinə çatdırırıq: 1.Quran bəzən onların qiyaməti, öldükdən sonra dirilməni bu dünyada dəfələrlə müşahidə etdiklərini bildirərək onlara cavab verir: «Buludları hərəkətə gətirən, küləkləri göndərən Allahdır. Biz o buludları quru (ölü) bir məmləkətə tərəf qovub onunla öldükdən sonra torpağı dirildirik. Ölüləri diriltmək də belədir.» (Fatir, 9). Qış fəslində təbiətə nəzər saldıqda hər tərəfdən ölü iyi gəlir. Ağaclarda nə yarpaq olur, nə gül, nə də meyvə. Quru budaqlar hərəkətsiz şəkildə yerlərində donub qalmışlar. Nə bir ağac tumurcuqlayır, nə bir budaq çiçək açır. Dağlarda, meşələrdə heç bir oyanış gözə dəymir. Bahar yetişdikdə isə, hava yavaş-yavaş ilıqlaşır. Bərəkət yağışları yağmağa başlayır. Birdən-birə təbiətdə yenilik əmələ gələrək hər tərəf oyanır. Otlar bitir, ağaclar yarpaq açır, çiçəklər, tumurcuqlar gözə dəyirlər. Quşlar ağaclarda özlərinə yuva qurmağa başlayırlar. Sanki, qiyamət baş verir. Əgər ölümdən sonrakı həyatın mənası olmasaydı, biz bu səhnəni hər il öz gözümüzlə müşahidə etməzdik. Ölümdən sonra dirilmək iddiası dəlilik nişanəsi olsaydı, bu səhnə hər il təkrar olunmazdı. Torpağın, təbiətin ölümdən sonra dirilməsi, yaxud insanın ölümdən sonra dirilməsi arasında nə fərq var? 2.Bəzən kafirləri, yaranışlarının əvvəlinə qaytararaq ilk vaxtlarını yadlarına salır. Müşrik bir ərəb çöldən bir parça çürümüş sümük tapıb belə güman etdi ki, bunun vasitəsi ilə gedib Məhəmmədin, ölülərin diriləcəyi barəsində dediklərini batil edəcək. Peyğəmbərin huzuruna gələrək: «De, görüm, bu cür çürümüş sümükləri kim dirildə bilər»-deyərək fəryad etdi. Peyğəmbər aşağıdakı ayə ilə onun cavabını verdi: «Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir» (Yasin, 79). İnsanın ilk dəfə yaranması ilə yenidən dirilməsi arasında nə fərq var? Bu məsələ digər ayələrdə çox kiçik, lakin mənalı bir ifadə ilə açıqlanmışdır: «(Qiyamət günü insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi dirildib əvvəlki halına salarıq.» (Ənbiya, 104). 3.Bəzən Allahın yer və göyün yaradılışındakı böyük əzəmətini yada salaraq buyurur: «Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə qadirdir. (Hərşeyi)yaradan və (hər şeyi) bilən odur! Bir şeyi (yaratmaq) istədiyi zaman 82 Allahın buyruğu ona ancaq: «Ol!»deməkdir. O da dərhal olar.» (Yasin, 81, 82). Buna şəkk şübhə edənlər fikir və düşüncələri aşağı səviyyədə olan insanlar olmuşlar. 4.Bəzən da enerjilərin qiyamət və qayıdışını insanların yadına salaraq məad məsələsini onlara xatırladır: «O yaradan ki, sizin üçün yaşıl ağacdan od gətirdi və siz indi həmin oddan istifadə edirsiniz, o, ölüləri diriltməyə qadirdir.» (Yasin, 80). Quranın bu ifadəsinə bir az diqqət yetirdikdə və müasir elmlərdən kömək istədikdə elm bizə anladır ki, ağac parçasını yandırdıqda və həmin budaqdan od əmələ gəldikdə istiliyi də olacaqdır. Bu istilik ağacın neçə illərlə yığıb saxladığı günəşin istilik və enerjisidir. (Bunu da xatırladaq ki,6 yalnız yaşıl ağaclar günəş hərarətini özündə saxlayıb bir müddətdən sonra xaric edə bilir). Biz belə güman edirdik ki, günəşin enerjisi itib aradan gedir, lakin indi məlum olur ki, həmin enerji yenidən canlanır və yeni libas geyir. Günəşin istilik və enerjisini ağacın tərkibində neçə illərlə saxlamağa, sonra onu birdən birə xaricə çıxarmağa qadir olan Allahın ölüləri diriltməyə qüdrəti çatmazdı? Görün, Quran məad məsələsinə şəkk-şübhə edənlərə necə qəti cavablar vermişdir. Biz bu cavab və sübutların yalnız bir hissəsini qələmə aldıq. Beləliklə də, Quran məadın mütləq baş verəcəyini bildirir. Fikirləşin və cavab verin 1.Nəyə görə müşriklər məad məsələsinə təəccüblə yanaşırdılar? 2.Təbiətdə məad səhnəsini hər il necə müşahidə edirik? 3.Quran bir sıra ayələrdə ana bətnində keçən dövrü məaddan bir nümunə kimi qeyd etmişdir. Bunu necə əlaqələndirmək olar? 4.Enerjilərin qiyaməti necə olur? 5.Nəyə görə Quran (Yasin surəsinin 80-cı ayəsində) «yaşıl ağac» ifadəsindən istifadə etmişdir?

Əqaid 27.04.2008

Qiyamət ədalət tərəzisində

Bu dünyaya bir az diqqət yetirdikdə görürük ki, hər tərəfdə qanun hakimlik edir və hər şey öz işini qanuna əsasən görür. Ədalət əsasında tənzimlənmiş bu proqram insan bədənində o qədər incəliklə icra olunur ki, onda bir az dəyişikliklərin olması insanın ölümü, ən azı xəstələnməsi ilə nəticələnir. Göz, qəlb, beyin və digər bədən üzvlərinin quruluşu buna açıq-aşkar bir sübutdur. Bu proqram təkcə insan bədənində yox, bütün aləmdə icra olunur. Hədisdə deyilmişdir: «Yer və göylər ədalət əsasında qurulmuşdur.» Bir atom zərrəciyi o qədər kiçikdir ki, milyonlala atomu iynə ucu qədər yerdə yerləşdirmək olar. Fikirləşin, görün, onun quruluşu necə dəqiq olmalıdır. Bununla belə, milyon illərdir ki, atom öz mövcudluğunu qoruyub saxlamışdır. Bunların hamısı elektron və protonların quruluşundakı fövqəladə proqramın sayəsində əmələ gəlmişdir. Dünyada olan bütün şeylər bu elektron və protonlardan təşkil olunmuşdur. Məgər insan istisna olunmuş bir varlıqdır? Bu dünyada 80 azad olmalı və hansı ədalətsizliyi, zülmü istəsə, etməlidir? Yoxsa, burada bir incəlik gizlənmişdir? İradənin azadlıq və ixtiyarı İnsan bir şeydə başqa məxluqlardan fərqlənir. O da onun iradə və istəyinin azad və ixtiyar sahibi olmasıdır. Nəyə görə Allah insanı azad buraxmış və ürəyi istəyən hər şeyi etməyə icazə vermişdir? Cavabında deyirik ki, əgər insan azad olmasaydı, təkamülə yetişə bilməzdi. Bu xüsusiyyət (insanın azadlığı) onun mənəvi və əxlaqi təkamül rəmzidir. Məsələn, varlıları güclə imkansızlara yardım etməyə məcbur etsələr, bu iş həyata keçəcək və imkansızlara kömək olunacaq, lakin bu varlılar üçün təkamülə səbəb olmayacaq. Ancaq həmin yardımın bir zərrəsi varlıların öz istək və iradəsi ilə edilsə, bu onların mənəvi təkamülünə səbəb olacaq. Deməli, əxlaqi və mənəvi təkamülün birinci şərti azadlıqdır. Yəni, bəşəriyyət bu mərhələyə məcburiyyətlə yox, öz iradə və istəyi ilə yüksəlməlidir. Allahın insanları azad buraxmasının səbəbi də məhz budur. Böyük azadlıq neməti bir gülə bənzəyir. Bu gülün yan-yörəsində bəzi tikanlar bitir. O tikanlar da bəzi insanların bu azadlıqdan pis niyyətlə istifadə edib günah, zülm, fəsada düçar olmalarıdır. Allah azadlıqlardan fəsad, zülm və günahlar yolunda istifadə edən şəxsləri elə bəlalara düçar edərdi ki, onlar bir daha gördükləri işləri təkrar etməzdilər. Belə olan halda daha heç kim azadlıqdan pis niyyətlə istifadə etməzdi. Lakin bu təqdirdə insan məcbur olub pisliklərdən əl çəkər və bunun insan üçün heç bir dəyəri olmazdı. İnsan gərək, azad olsun və Allahın imtahanları qarşısında sınaqlardan keçsin. Bu yolla insan öz dəyərlərini nümayiş etdirə bilər. Burada daha bir məsələ var. O da budur ki, əgər vəziyyət beləcə davam edərsə- hər kəs istədiyi yolla gedib ürəyi istəyəni edərsə, bu təqdirdə Allahın dünyada qoyduğu ədalət qanunu öz səlahiyyətini itirər və qüvvədən düşər. Buraya çatdıqda məlum olur ki, insanlar üçün bir məhkəmə təyin olunmuşdur. İnsanlar istisnasız olaraq bir nəfər kimi bu məhkəmədə hazır olmalı, öz əmələrinin cəza və ya mükafatını almalıdırlar. Nəmrud, Firon, Yezid kimi şəxsiyyətlərin dünyada törətmədikləri cinayət qalmamışdır. Heç mümkündürmü ki, günahkarlarla olan haqq-hesab çəkilməsin? Allahın ədalət tərəzisində möminlərlə kafirlər, günahkarlarla günah etməyənlər bərabər ola bilərmi? Quranın dili ilə desək: «Məgər biz, müsəlmanları kafirlərlə eynimi tutacağıq? (Ey kafirlər! Siz dünyada yoxsul möminlərdən mal-dövlətcə üstün olduğunuz kimi, axirətdə də onlardan üstün olacağınızı iddia edirsiniz?) Sizə nə olub, necə mühakimə yürüdürsünüz?» «(Nun, 35,36). Yaxud başqa bir ayədə oxuyuruq: «Yoxsa, biz Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?» (Sad, 28). Düzdür, bəzən zalım və günahkarlar öz əməllərinin cəzasını çəkir, vicdan məhkəməsi öz mühakiməsini yürüdür, başqalarına quyu qazanlar özləri quyuya düşürlər. Lakin bunlar ümumi deyil. Yəni, bütün zalımlar elə bu dünyadaca öz cəzalarını çəkmirlər, yaxud başqalarına quyu qazanların hamısı özləri quyuya düşmürlər. Çox zalım, günahkar və pis insanlar var ki, bu dünyada heç bir dəfə də əziyyət çəkmirlər. Bu cür insanları cəzalandırmaq və bütün insanların əməllərinə baxmaq üçün ədalətli bir məhkəmə lazımdır. O məhkəmədə iynə ucu qədər əməl də yoxlanılmalı, cəza və ya mükafatını almalıdır. Əks təqdirdə, ədalət tam şəkildə təmin olunmaz. Buna əsasən Allahın varlığını və onun ədalətini qəbul etməklə ölümdən sonrakı həyatı, məadı qəbul etmək bərabərdir. (Yəni, bir nəfər Allahı, onun ədalətini qəbul edirsə, qiyaməti də qəbul etməlidir. Əgər qiyamət və məadı qəbul etmirsə, Allah və onun ədalətini də qəbul etmir.) Bu iki şey heç vaxt bir-birindən ayrılmaz. Fikirləşin və cavab verin 1. «Yer və göylər ədalət əsasında qurulmuşdur» nə deməkdir? 81 2.Nəyə görə Allah insanı azad buraxmışdır? 3.Əgər Allah azadlıqlarından pis yollarda istifadə edən insanları acınacaqlı əzablara düçar etsəydi, nə olardı? 4.Nə üçün vicdan məhkəməsi və əməllərin cəzasına çatması insanın qiyamət məhkəməsinə olan ehtiyacını ödəyə bilmir? 5. Allahın ədaləti ilə məad arasında nə əlaqə var?

Əqaid 26.04.2008

Məad fitrət təcəllisində

Deyirlər, Allahı tanıma insanın fitrətindədir. Əgər insanın batininə nəzər yetirsək, onda təbiətin fövqündə olan bir varlığa (Allaha) iman əqidəsini görə bilərik. Bu əqidə dünyanın elm, hədəf və proqramı əsasında əmələ gəlmişdir. Lakin bu məsələ, təkcə tövhid və Allahı tanıma bəhsinə aid deyil. Dinin bütün üsul və füruatı fitrət əsasında olmalıdır. Əks təqdirdə, təşri aləmi ilə təkvin aləmi arasında uyğunluq olmaz (Diqqət edin). Əgər qəlb və ruhumuzun dərinliklərindən gələn səsə qulaq assaq, «həyat ölümlə sona yetmir, əksinə, ölüm əbədi dünya və həyata açılmış bir pəncərədir» ifadəsini eşidərik. Bunu anlamaq üçün aşağıdakı məsələlərə diqqət etməliyik. 1.İnsanın bəqaya olan eşqi Əgər insan fani və heç olub getmək üçün yaranmışdırsa, onda gərək, fənanın aşiqi olsun, ömrünün sonunda onu yaxalayan ölümdən ləzzət alsın. Lakin görürük ki, (heç olmaq mənasına olan) ölümdən insanın nəinki xoşu gəlmir, hətta bacardığı qədər ondan qaçır. Onun dirilik suyu və ömrü uzadan digər şeylərin ardınca getməsi buna bir sübutdur. İnsanın bəqaya olan eşqindən məlum olur ki, biz bəqa üçün yaranmışıq. Əgər fəna üçün yaradılsaydıq, onda bəqaya olan bu eşq mənasız olardı.5 İnsanda olan eşqlər onun vücudunu tamamlayır. Bəqaya olan eşq də vücudu tamamlayan eşqlərdən biridir. Bunu da bilməlisiniz ki, biz məad bəhsini Allahın varlığını qəbul etdikdən sonra izləyirik. Biz bu əqidədəyik ki, Allah insanda hər nə xəlq etmişdirsə, hamısı hikmət üzündəndir. Hamısının ayrıca hesabı vardır. Bu səbəbdən, bəqaya olan eşq də hikmət və hesab üzündəndir. Bu hikmət də bu dünyadan sonrakı bir dünyanın olacağından başqa heç bir şey ola bilməz. 2.Keçmiş nəsillərin qiyamətə olan etiqad Tarix göstərir ki, keçmiş nəsillərin hamısının özünəməxsus məzhəbi olmuşdur. Eləcə də sübutlar göstərir ki, insanlar arasında məad və qiyamətə etiqad lap qədim zamanlardan olmuşdur. Keçmiş nəsillərdən qalan əsərlər, xüsusən, onların ölüləri dəfn etməsi, qəbirləri düzəltməsi və bu kimi işləri onların ölümdən sonrakı həyata olan etiqadlarından xəbər verir. Bəşər arasında ilk günlərdən meydana çıxmış bu əqidəni sadə, adi və fanatik bir şey hesab etmək olmaz. 5Bunlar islami terminlərdir. Bəqa həmişə yaşamaq, sağ qalmaq mənasınadır. 79 Əgər bir əqidə bütün insanlar arasında vardırsa, onun fitri olduğunu qəbul etməliyik. Çünki təkcə fitrət zaman və ictimai dəyişikliklərə sinə gərib olduğu kimi qala bilər. Adət, ənənə və fanatikalar zaman keçdikcə qüvvədən düşür, mahiyyətini itirirlər. Məsələn, bir cür paltar geyinmək bir zaman adət və dəbdirsə, bir müddət keçdikdən sonra qüvvədən düşür. Lakin ananın balasına olan məhəbbəti fitri bir işdir. Nə qədər zaman keçsə də, yenə bu məhəbbət olduğu kimi qalacaq və heç bir ana öz balasına qarşı laqeydlik etməyəcək. Bu cür olan hər bir əlaqə özünün fitri olduğunu göstərir. «Alimlərin dəqiq araşdırmalarından məlum olur ki, bəşəriyyətin ilkin tayfalarının da məzhəbi olmuşdur. Çünki onlar ölülərini məxsus şəkildə dəfn edir, ölünün iş alətlərini onun yanında qoymaqla ölümdən sonrakı aləmə olan əqidələrini ifadə edirlər.» ifadəsi bizə bildirir ki, keçmiş nəsillər arasında da ölümdən sonrakı həyata inam olmuşdur. Düzdür, onların sonrakı aləmi elə bu aləm kimi təsəvvür etmələri səhvdir, lakin yenə də, onlar ölümdən sonrakı həyata inanırdılar. 3.Batinimizdə olan vicdan məhkəməsi məadın fitri olduğuna daha bir sübutdur Keçən dərsdə dediyimiz kimi, bizim batinimizdə əməllərimizə nəzarət edən bir məhkəmə vardır. Bu məhkəmə yaxşı əməllər qarşısında insanı təşviq edərək onu elə rahat edir ki, bunu dildə bəyan etmək mümkün deyil. Eləcə də, pis işlər, xüsusən böyük günahlar qarşısında insanı elə tənqid edib cəzalandırır ki, yaşamaq insana acı gəlir. Dəfələrlə müşahidə edilmişdir ki, cinayət törədib qaçan şəxslər nəhayət gəlib özlərini məhkəməyə təslim etmişlər. Bunu vicdan əzabından xilas olmaq üçün etmişlər. İnsan batinində belə bir məhkəməni müşahidə etdikdən sonra özünə sual verir: necə ola bilər, mən kiçilikdə bir varlıqda belə bir məhkəmə olsun, lakin bu böyüklükdə aləmdə bu cür bir məhkəmə olmasın? Beləliklə də məad və ölümdən sonrakı həyatın fitri olması üç yolla sübuta yetir: Bəqaya olan eşq yolu ilə, keçmiş nəsillər arasında qiyamətə etiqadın olması və onun kiçik bir nümunəsinin öz batinimizdə olması yolu ilə. Fikirləşin və cavab verin 1.Fitri olan və fitri olmayan işləri bir-birindən necə ayırmaq olar? 2.Hansı sübuta əsasən insanın bəqaya eşqi var və bəqaya olan eşq məadın fitri olduğuna necə sübut ola bilər? 3.Keçmiş nəsillərin məada inamları olubmu? 4.Vicdan məhkəməsi insanı cəzalandırıb təşviqləndirirmi? Bunun səbəbi nədir? Bir neçə misal gətirin. 5.Vicdan məhkəməsi ilə qiyamət məhkəməsi arasında nə kimi əlaqə var?

Əqaid 25.04.2008

İnsanların batini Qiyamət məhkəməsindən bir nümunədir

Ölümdən sonrakı həyat və qiyamət gününün məhkəməsi bu məhdud dünyada yaşayan insan üçün yeni bir məsələdir. Allah qiyamət gününün kiçik bir nümunəsini elə bu dünyada, insanların içində yaratmışdır. Bu məhkəmə «vicdan məhkəməsi» adlanır. Bir daha xatırladırıq ki, bu məhkəmə qiyamət məhkəməsinin çox kiçik bir nümunəsidir. Gəlin, bu barədə bir az ətraflı danışaq İnsan gördüyü əməllər haqqında (istər pis əməl olsun, istər yaxşı) bir neçə məhkəmədə sorğu-suala çəkilir. 4Nəhcül-bəlağə. 224-cü xütbə. Bu hadisə Həzrət Əli(ə)-ın qardaşı Əqilə göstərdiyi münasibətdir. 77 1)Birincisi, bu dünyada olan məhkəmələr. Bu məhkəmələrin bəzi çatışmaz nöqsanları olur. Belə məhkəmələr cinayətlərin qarşısını almaqda böyük rol oynayır. Lakin bu məhkəmələrdə bəzi çətinliklərə görə ədalətə tam riayət olunmur. Səbəbi də budur ki, ya hakimlər düzgün hökm vermirlər, məsələn, rüşvət vasitəsilə müttəhimin lehinə, iddiaçının əleyhinə hökm çıxarırlar, ya da cani və müttəhimlər bəzi yollarla hakimləri aldadırlar. Bu təqdirdə hakimin heç bir günahı olmur, lakin buna baxmayaraq, həqiqi ədalətə riayət olunmur. 2)İkinci məhkəmə birincidən bir pillə yüksəkdə durur. Bu məhkəmə «görülən əməllərin cəzası» məhkəməsidir. Bəzən insanın gördüyü əməllər o yerə çatır ki, onların cəzasını gec, ya tez insan özü çəkməli olur. Bu məhkəmə bütün insanlara aid olmasa da, çoxuna aiddir. Bəzi insanlar olub ki, camaata zülm, haqsızlıq və pisliklər etmiş, nəhayət qazdıqları quyuya özləri düşmüş və əməllərinin cəzasını çəkməli olmuşlar. Ölüb getdikdən sonra da camaat tərəfindən onlara yalnız lənət yağdırılmışdır. Bu məhkəmədən çox az insanlar yaxa qurtara bilmişlər. (Şübhəsiz ki, onlar da qiyamətdə əməllərinin cəzasını çəkəcəklər.) Bu məhkəmənin tək çatışmazlığı odur ki, bütün insanları yox, bəzi insanları cəzalandırır. 3)Üçüncü məhkəmə ikincidən də üstündür. O da «vicdan» məhkəməsidir. Qətiyyətlə demək olar ki, qiyamət məhkəməsinin kiçik bir nümunə bizim öz batinimizdədir. İnsanın batinində bir qüvvə vardır. Filosoflar (İslam fəlsəfəsində) bu qüvvəni «əməli əql» (icraedici ağıl) adlandırmışlar. Quran bu qüvvəni «nəfsi ləvvamə» (yəni, insanı danlayan nəfs) adlandırmışdır, indi isə bu qüvvəyə «vicdan» deyirlər. İnsan bir iş görən kimi (pis, ya yaxşı), dərhal bu məhkəmə qurulur. Bu məhkəmədə heç bir səs-küy olmur, lakin həddən artıq diqqətli və ciddi keçirilir. Məhkəmənin nəticəsi isə psixoloji cəzalandırma, əzab-əziyyət, ya da psixoloji təşviq olur. Bəzən bu məhkəmə caniləri elə cəzalandırır ki, ruhən əziyyət çəkməli olurlar, nəticədə ölməyi qalmaqdan üstün tutub intihara əl atırlar. Onlar vəsiyyətnamələrində qeyd edirlər ki, mən narahatçılıq və vicdan əzabından yaxa qurtarmaq üçün özümə qəsd edirəm. Bəzən də vicdan insanı yaxşı əməllərinə görə elə təşviq edir ki, insanın sevincinin həddi-hüdudu olmur. Bu təqdirdə insan içində rahat, xoş bir hiss keçirir ki, o hissi dil ilə ifadə etmək mümkün deyil. Vicdan məhkəməsinin bir neçə xüsusiyyəti vardır 1)Bu məhkəmənin hakimi, şahidi, tamaşaçısı-hamısı birdir. Vicdan həm hökm verib qərar çıxarır, həm şəhadət verir, həm də nəzarət edir, nəhayət, hökmünü icra edir. 2)Adi məhkəmələrdən fərqli olraq, bu məhkəmə tez bir zamanda qurulur və öz hökmünü verir. Adi məhkəmələr bir caninin işinə baxmaq üçün, ola bilər ki, bir neçə il vaxt sərf etsin. Lakin bu məhkəmədə vaxta ehtiyac yoxdur. Ola bilsin, həqiqətin üstü açılanədək bu məhkəmə bir az təxirə salınsın. Lakin həqiqətin üstü açıldıqdan sonra o, dərhal öz hökmünü verir. 3)Bu məhkəmə təkcə bir mərhələdən təşkil olunmuşdur. Burada istintaqa, ali məhkəməyə və sairəyə ehtiyac yoxdur. 4)Bu məhkəmənin işi adi məhkəmələr kimi təkcə cəzalandırmaq deyil. Yəni, bu məhkəmədə pislər cəzalarını alır, yaxşılar da mükafatlandırılırlar. 5)Bu məhkəmənin cəzası adi məhkəmə cəzaları kimi deyil. Burada nə zindana, nə də edama məhkum olunma yoxdur. Lakin onun cəzası bəzən elə şiddətli olur ki, geniş dünya insana dar olur. Bir sözlə, bu məhkəmə dünya məhkəmələri kimi deyil. Vicdan məhkəməsi qiyamət məhkəməsinin bir nümunəsidir. Bu məhkəmənin əzəməti o qədər böyükdür ki, Allah onu qiyamət məhkəməsi ilə birgə qeyd edib, ona and içərək deyir: «And içirəm qiyamət gününə! And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməlin azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz.) Məgər insan elə güman edir ki, 78 (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik? Bəli, biz onun barmaqlarını da (dünyada olduğu kimi) düzəltməyə qadirik!» (Qiyamət-1-4-cü ayələr.) Əlbəttə bu vicdan məhkəməsi dünyəvi məhkəmə olduğu üçün, qiyamət məhkəməsinə olan ehtiyacı ödəmir. Bunun bir neçə səbəbi var: 1)Vicdan məhkəməsi hər şeyi əhatə edə bilmir. O, yalnız fikir və düşüncə ilə münasib olan şeyləri əhatə edir. 2)Bəzən mahir, hiyləgər bir cinayətkar öz vicdanını aldada bilər. 3)Bəzi günahlarda vicdan o qədər təsirsiz olur ki, ona heç bir məhəl qoymurlar. Belə bir vəziyyətdə dördüncü məhkəməyə, qiyamət məhkəməsinə olan ehtiyac aşkar olur. Fikirləşin və cavab verin 1.İnsan (həqiqətdə) neçə məhkəmə ilə qarşılaşır? 2.Birinci məhkəmə hansıdır və bu məhkəmə hansı xüsusiyyətlərə malikdir? 3.İkinci məhkəmənin xüsusiyyətləri nədir? 4.Üçüncü məhkəmə hansı xüsusiyyətlərə malikdir? 5.Vicdan məhkəməsinin üstünlük və nöqsanlarını sayın.

Əqaid 25.04.2008

Həyata məna verən məaddır

Əgər bu dünya həyatını başqa bir dünya olmadan təsəvvür etsək, bu həyat puç və mənasız olar. Bu, ana bətnindəki dövranı bu dünyasız təsəvvür etməyə bənzəyər. Əgər aylarla ana bətnində əsir olan körpənin düşüncəsi olsa, orada keçirdiyi günlər barədə fikirləşib təəccüb edər və özündən bu sualları soruşar: Mən bu qaranlıq zindanda nə üçün əsirəm? Nəyə görə qan və su arasında əl-qol atmalıyam? Mənim sonum necə olacaq? Mən haradan və nəyə görə gəlmişəm? Ancaq ona desələr ki, bu sənin keçirdiyin başlanğıc və hazırlıq dövrüdür, sənin bədən üzvlərinin burada möhkəmlənəcək, böyük bir dünyaya qədəm qoymağa hazırlaşacaqsan, doqquz aydan sonra sənin bu zindandan azad olma qərarın çıxacaq, artıq geniş bir dünyaya daxil olacaqsan, orada parlaq günəş, ay, yaşıl ağaclar, axar sular, və s. görəcəksən, onda körpə rahat bir nəfəs alıb «indi bildim ki, mən nəyə görə buradayam» deyəcək. Bu, bir müqəddimə dövrüdür. Ali məktəbə qəbul olmaq üçün oxunan sinifdir. Əgər ana bətnindəki dövrün bu dünya ilə əlaqəsi kəsilsə, hər şey puç olar. Ana bətni yalnız bir zindan olar. Bu dünya ilə axirət aləminin əlaqəsi də bu cürdür. 70 il, bir az çox ya az bu dünyada çətinliklərlə mübarizə aparmağın nə mənası var? Bir müddət təcrübəsiz və naşı oluruq. Yenicə təcrübə toplamış oluruq ki, ömr sona yetir. İllərlə elm ardınca gedir, təhsil ocaqlarında can qoyuruq. Bir az məlumat topladıqdan sonra saçımıza dən düşür. Ümumiyyətlə, nəyə görə yaşayırıq? Yemək, paltar geymək, yatmaq və bu proqramı illərlə təkrar etməkdən ötrümü yaşayırıq? Bu geniş asiman, geniş yer, bu qədər hazırlıq, təhsil almaq, təcrübə toplamaq- hamısı yeyib, geyib, yatmaq üçündürmü? Bu suallarla üzləşdikdə məadı inkar edənlər üçün həyatın puçluğu aşkar olur. Onlar nə ölümdən sonrakı həyata inanırlar, nə də bu kiçik işləri yaşamağın mənasını bilirlər. Məhz bu səbəbdən, onlardan bəziləri puç və mənasız həyatdan yaxa qurtarmaq üçün intihara əl atırlar. Ancaq bu dünyanı başqa bir dünya üçün hazırlıq kimi qəbul etsək, buranı əkin yeri, axirəti isə məhsul götürülən yer kimi tanısaq, onda bu dünya heç də puç və mənasız olmayacaq. Bu dünya özümüzə təcrübə toplamalı və əbədi bir dünyada yaşamağa hazırlaşmalı olduğumuz bir məktəbdir. Həyata məna verən, insana nigarançılıqlardan nicat verən məaddır. Məada inam tərbiyənin əsas amilidir Məada, axirət gününün böyük məhkəməsinə etiqad bəsləməyin insanların həyatında böyük təsiri var. Təsəvvür edin, bir ölkədə elan olunub ki, filan tarixdə, filan gündə kim hansı cinayəti istəsə, törədə bilər. O gün törədilən cinayətlərə görə heç kim yaxalanmayacaq. İndi fikirləşin, görün, o gün cəmiyyət də nələr baş verəcək? (Cürətlə demək olar ki, o gün ölkədə tərbiyə son həddə enəcəklər.) Qiyamətə, məada inanmaq axirətin məhkəməsinə inanmaq deməkdir. Axirət aləminin məhkəməsi bu dünyanın məhkəmələrindən tamamilə fərqlənir. Qiyamət məhkəməsi aşağıdakı xüsusiyyətlərə malikdir: 76 1)O məhkəmədə nə bir xahiş qəbul edilir, nə dostluq keçir, nə də yalançı sənədlərlə hakimlərin fikrini dəyişmək olur. 2)O məhkəmənin bu məhkəmələr kimi hazırlığa ehtiyacı yoxdur. Buna görə də, çox uzun çəkməz. Tez bir zamanda sənədlər araşdırılaraq hökm veriləcək. 3)O məhkəmədə müttəhim haqqında sənədlər müttəhimin öz əməlləri olacaq. Yəni, insanın bu dünyada gördüyü əməllər orada hazır olaraq öz sahiblərini tapacaqlar. Daha heç bir inkar yeri qalmayacaq. 4)O məhkəmədəki şahidlər müttəhimin öz bədən üzvləri olacaqdır. Hətta yer, daş, divar, qapı, pəncərə də görülən günahlar haqqında şəhadət verəcəkdir. Bu şəhadətlərdən sonra inkar yeri qalmayacaq. 5)O məhkəmənin hakimi Allahdır- hər şeyi görən, hər şeydən xəbədar olan Allah. 6)Bunlardan əlavə, o məhkəmənin mükafat və ya cəzaları müqavilə əsasında deyildir. İnsanları mükafatlandıran, yaxud cəzalandıran onların öz əməlləri olacaqdır. Bu cür məhkəməyə inam insanı tərbiyələndirir, onu yüksək və mənəvi məqamlara çatdırır. Əli(ə) bu məhkəmə barədə buyurur: «And olsun Allaha ki, gecələri yumşaq yataq əvəzinə tikanlar üzərində keçirmək, gündüzləri əl-qolu zəncirli küçə-bazarda gəzdirilmək Allah bəndələrinin birinə zülm etmiş, yaxud birinin haqqını qəsb etmiş halda Allah məhkəməsində hazır olmaqdan daha asandır.» (Nəhcül-bəlağə. 224-cü xütbə.) Bu məhkəməyə inam insanı məcbur edir ki, beytül-maldan haqqından əlavə istəyən qardaşının əlinə qızdırılmış dəmir parçası bassın, qardaşı «bu nə işdir görürsən?» dedikdə ona nəsihət edərək desin: «Sən kiçik bir oddan bu cür qorxduğun haldaqardaşını Cəhənnəm oduna dəvət edirsən?» Belə imanı olan şəxsi aldatmaq olarmı? Rüşvətlə onu dilə gətirib vicdanını ələ almaq mümkündürmü? Onu şirnikləndirmək və ya təhdid etməklə haqq yoldan döndərmək olarmı? Quran qiyamət məhkəməsi barədə buyurur: «(Günahkarlar deyəcəklər: Vay halımıza!) Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günahımızı nəzərdən qaçırmadan hamısını sayıb qeydə almışdır?» (Kəhv, 49).4 Məada, qiyamət gününün hesab-kitabına olan inamın sayəsində insan bütün işlərin qarşısında öz daxilində məsuliyyət hiss edir. Bu məsuliyyət insanı ədalətsizlik, zülm və təcavüzdən qoruyub saxlayır. Fikirləşin və cavab verin 1.Əgər bu dünyanın ardınca başqa bir dünya olmasaydı, nə olardı? 2.Nəyə görə məadı inkar edənlərin bəziləri intihara əl atırlar? 3.Qiyamət gününün məhkəməsi ilə dünya məhkəmələri arasında nə fərq var? 4.Məada inam insanın əməllərinə nə kimi təsir edir? 5.Əli(ə) qardaşı Əqillə hansı hərəkəti etdi? Əqil ondan nə istəyirdi və Əli(ə) ona nə cavab verdi?

Əqaid 24.04.2008

Mühüm bir sual Ölüm sondur, yoxsa başlanğıc? Nə üçün insanların çoxu ölümdən qorxur?

Ölüm insanların gözünə həmişə vəhşətli bir şey kimi görünür. Ölüm haqqında düşünmək həyatın şirin şərbətinin dadını aparır. İnsanlar təkcə ölümün adından qorxmur, hətta qəbirstanlıq sözündən də çəkinirlər, qəbirləri zinətləndirməklə onun əsl mahiyyətini yox etmək istəyirlər. Ölümdən bu cür qorxu dünyanın müxtəlif ədəbiyyatlarında da gözə çarpır və ölüm «ölüm nəhəngi», «ölüm caynaqları», «əcəl zəngi» və bu kimi ifadələrlə adlanır. Bir ölünün adını çəkmək istədikdə «bizdən iraq», «ömrün uzun olsun», «Allah göstərməsin» və bu kimi ifadələrlə dinləyən şəxsin fikrini ölümdən yayındırmaq istəyirlər. Gəlin müəyyən edək, görək, insanlar ölümdən nə üçün (hətta ölümün adından) qorxurlar? Nəyə görə ölümdən qorxan insanlardan fərqli olaraq başqa bir qism ölümü qarşılayır, ölüm adı gəldikdə qoxmur, əksinə xoşhal olurlar? Tarixdə oxuyuruq ki, bəzi insanlar «dirilik suyu», «cavanlıq suyu» kimi ömrü uzadan şeylərin ardınca getmiş, bəziləri isə şərəfli cihad meydanlarına qədəm basmış və ölümlə üz üzə gəlmişlər. Bəzən insanlar ömrləri uzun olduğundan, Allah hüzuruna gedən günlərini (ölümü) arzulayırlar. İndiki zamanda da haqq ilə batilin vuruş meydanlarında bu cür insanlar çoxdur. (Din, vətən, namus uğrundaayağa qalxıb şəhadətə nail olan insanlar indi də az deyil. Azərbaycanın ayrılmaz hissəsi olan doğma Qarabağda şəhid olan igidlərimiz buna bir nümunədirlər (mütərcimdən). Bu qorxunun səbəbi Araşdırma və tədqiqatlardan belə məlum olur ki, bu qorxunun əsas səbəbi iki şeydir. 1.Ölümü fəna və puçluq mənasında təfsir etmək İnsan həmişə yoxluqlardan uzaq olmağa çalışır. Xəstəlikdən uzaq olmaq istəyir, çünki xəstəlik sağlamlığın olmamasıdır. Qaranlıqdan, zülmətdən uzaq gəzir, çünki o, nur və işığın yoxluğudur. Hətta boş bir evdən, boş səhradan qaçmağa çalışır, çünki orada heç bir insan yoxdur. Təəccüblü budur ki, insan gecəni ölü ilə bir otaqda qalmağa da hazır deyil. Halbuki, həmin ölünün sağlığında ondan qorxmur və gecələri onunla bir yerdə keçirirdi. İndi görək, insanın yoxluqdan kənar gəzməsinin səbəbi nədir? Cavab məlumdur. Çünki varlıq varlıqla tanışdır. Varlıq yoxluqla heç zaman tanış olmamışdır. Deməli, insanların yoxluqdan qaçması təbii bir işdir. Əgər ölümü hər şeyin sonu hesab etsək, ölümdən qorxmağa haqqımız var. Hətta onun adından qorxmağa da haqqımız olar. Çünki ölüm hər şeyi bizim əlimizdən alır və bizi puçluğa aparır. Yox, əgər ölümü yeni bir həyatın başlancığı 74 bilsək, onda nəinki ölümdən qorxmamalıyıq, əksinə, şərəfli ölümə doğru addım atanları alqışlamalıyıq. 2.Nameyi-əməlın3 çirkinliyi Bəzi insanlar ölümü fəna hesab etməmələrinə baxmayaraq, yenə də ölümdən qorxurlar. Səbəbi də budur ki, onların əməl dəftərləri çirklənib qaralmışdır. Onlar günahlarının nəticəsində düçar olacaqları acınacaqlı əzablardan qorxurlar. Onlar ölümdən qorxmaqda haqlıdırlar. Bu cür şəxslər zindandan kənara çıxarılan təhlükəli canilərə bənzəyirlər. Bu canilər bilirlər ki, nə vaxt onları zindandan qırağa çıxartsalar, dar ağacına aparacaqlar. Belə vəziyyətdə onlar zindanın dəmir qapılarından yapışıb qırağa çıxmaq istəmirlər. Onlar azadlıqdan yox, aqibəti edamla nəticələnəcək azadlıqdan qorxurlar. Ölümü fəna bilməyən, lakin ondan qorxanlar da bu cürdürlər. Onlar ruhlarının dar qəfəsdən azad olmasından qorxmurlar, sonradan başları çəkəcək əzabladan qorxurlar. Ancaq onu fəna bilməyən və çirkin əməl dəftərinə malik olmayan şəxslərin ölümdən qorxmağının nə mənası var? (Şübhəsiz ki, bu cür şəxslər ölümdən qorxmurlar.) Bu cür insanlar dünya həyatından bəhrələnir və yeni həyatları üçün hazırlıq görürlər. Bu dünyadakı həyatlarından gələcək həyatları üçün çoxlu ehtiyat götürmək məqsədi ilə Allahın razı olduğu yolda ölümün qarşısına çıxır və onu qarşılayırlar. İki müxtəlif nəzəriyyə Bir az bundan əvvəl qeyd etdik ki, ölümdən qorxanlar insanlar arasında çoxluq təşkil edirlər. Lakin başqa bir qism də var ki, onlar müqəddəs hədəf uğrunda ölməkdən qorxmur, hətta bu cür ölümü özləri qarşılayırlar. Yaxud ölümləri sadə və adi ölüm olarsa, ömürlərinin sonunda heç bir narahatçılıq hissi keçirmirlər. Bunun (bəzilərinin ölümdən qorxmasının, bəzilərinin isə qorxmamasının) səbəbi arada iki müxtəlif nəzəriyənin olmasıdır. 1)Birinci qismdə olan insanlar (ölümdən qorxanlar) ölümdən sonrakı aləmə inanmırlar, inansalar da, qəlblərində bəzi şübhələr qalmışdır. Buna görə də, ölüm anını əlin hər şeydən üzüldüyü an bilirlər. Əlin hər şeydən üzülməsi yəqin ki, çıxılmaz bir vəziyyətdir. İşıqlı dünyadan qaranlıq dünyaya qədəm qoymaq, əlbəttə ki, çətindir. Həmçinin, bir cani üçün zindandan çıxıb məhkəməyə getmək, yəqin ki, çox çətindir. 2)Lakin ikinci qism insanlar (ölümdən qorxmayanlar) ölümü yeni bir təvəllüd sayırlar. Onların fikrincə, ölüm darısqal, məhdud və zülmət bir yerdən geniş, həddi-hududu olmayan və işıqlı olan bir dünyaya köç deməkdir. Ölüm sanki, ruhun kiçik bir qəfəsdən azad olub geniş göylərdə pərvaz etməsi, zülm, ədalətsizlik, haqsızlıq içindən çıxıb, bunlardan pak olan bir mühitə daxil olması deməkdir. Təbiidir ki, bu cür şəxslər artıq ölümdən qorxmayacaqlar. Bu məktəbin lideri olan Həzrət Əli(ə)-ın dili ilə desək: «Əbu Talibin oğlunun (Əlinin) ölümə münasibəti südəmər uşağın anasının döşünə olan münasibətindən də artıqdır.» İslam tarixində bəzi insanların ölümə olan münasibətini gördükdə insan heyrətə gəlir. İmam Hüseyn(ə) və Kərbəlanın digər şəhidlərinin üzlərində şəhadət zamanı yaxınlaşdıqda sevinc, təbəssüm nişanələrinin görünməsi heç də təsadüfi deyil. Məhbubun görüşünə gedəcəklərindən, onların sevinclərinin həddi-hududu yox idi. Yenə də təsadüfi deyil ki, dünyanın ən böyük cinayətkarı, insaniyyət aynasını ləkələyən Əbdürrəhman ibn Mülcəm Həzrət Əlinin başına qılınc endirərkən o Həzrət fəryad edərək deyir: «And olsun Kəbənin Rəbbinə ki, mən səadətə qovuşdum.» Bu insanın özünü təhlükəyə salmalı olduğu və böyük nemət olan həyatda yüksək nailiyyətlər əldə etmək üçün çalışmalı olmadığı mənasına gəlməz. Bu sözün mənası budur ki, insan həyatından düzgün istifadə etməlidir. Ömür sona yaxınlaşdıqda -xüsusən, ali məqsədlər uğrunda- qorxuya düşməməlidir. Xüsusən, yüksək hədəflər yolunda. 3Nameyi- əməl əməllərin qeyd olunduğu kitaba deyilir. Bu kitab qiyamət günü insanın özünə təqdim olunacaq. 75 Fikirləşin və cavab verin 1.Nə üçün insanlar ölümdən qorxurlar? Bunun səbəbi nədir? 2.Nəyə görə bəzi insanlar ölüm qarşısında xoşhal olur və Allah yolunda şəhid olmağa can atırlar? 3.Ölüm anını nəyə bənzətmək olar? Ölüm zamanı imanlı və imansız şəxslər hansı hissləri keçirirlər? 4.Ölümdən qorxmayan şəxslər görmüsünüzmü? Onlardan hansı xatirə yadınızdadır? 5.Ölüm qarşısında Əli(ə)-ın məntiqi nə olmuşdur?

Əqaid 23.04.2008

On ikinci imam və dünyanın böyük islahedicisi Həzrət Mehdi(ə.c) Zülmət gecənin sonu

Dünyanın hal-hazırki vəziyyətini nəzərə aldıqda, cinayətləri, ölümləri, müharibələri, nahaq axıdılan qanları, beynəlxalq ixtilafları, əxlaqi fəsadları müşahidə etdikdə insan bu vəziyyətin nə vaxtadək davam edəcəyini düşünür. Bu cinayətlərin qarşısı alınmayacaqmı? Əxlaqi fəsadlar üfunətli bataqlıq kimi daima insanları özünəmi çəkəcək? Yoxsa, nicat və İslam üçün bir ümid yeri var? Bu mühüm sualın qarşısında iki cavab durur. Birinci cavabı materialistlər verib deyirlər: «Dünyanın gələcəyi zülmətə doğru gedir. Hər bir an gözlənilən təhlükələr yarana bilər». Lakin səmavi şəriətlərə inanan şəxslər, xüsusən müsəlmanlar, xüsusən də şiələr bu suala başqa cür cavab verirlər. Onlar deyirlər ki, bu zülmət gecənin bir sonu var. Vaxt gələcək bu ölüm buludları başımızın üstündən çəkilib gedəcək, parlaq günəş bütün səmanı əhatə edəcək. Bu çətinliklər həmişə bizimlə olmayacaq. Yaxında nicat sahili gözə görünür. Aləm böyük bir islahedici intizarındadır. O, gələrək yer üzünü ədalətlə dolduracaq. Bütün məzhəblərə xidmət edən adamlar bu islahedicini bir adla tanıyırlar. Fitrət və böyük islahedicinin zühuru Bəzən ağıldan da üstün olan batini ilhamlar, təkcə Allahı tanıma bölməsində yox, əksinə, bütün əqidə məsələlərində bizə rəhbərlik edə bilər. Bu ilhamlar bu məsələdə də bizə rəhbərlik edir. Bunun nişanələri: Ən əvvəl, bütün insanlar ümumi ədalətin bərqərar edilməsini istəyirlər. Çünki insanların hamısı ədalət aşiqidirlər. Hamı dünyada sülhün, ədalətin bərqərar olunmasını istəyir və bunun üçün əllərindən gələni edirlər. Böyük bir islahedicinin zühurunun fitri olduğuna bundan yaxşı dəlil ola bilməz. Çünki bir şeyin, bir istəyin ümumiliyi, onun fitri olduğunu bildirir (Diqqətli olun). Hər fitri eşq bir məşuqun olduğunu bildirir. Necə ola bilər ki, Allah bu eşqi insanın vücudunda yaratsın, lakin bu eşqi təmin etmək üçün bir məşuq yaratmasın? Buna görə də deyirik ki, insanların ədalət tələb edən fitrəti nəhayət dünyanın ədalətlə dolacağını iddia edir. Zülm itib aradan gedərək. Bəşəriyyət vahid bir dövlət kimi bir bayraq altında birləşib yaşayacaq. İkincisi, bütün din və məzhəblərin böyük bir islahedicinin zühuruna olan intizarıdır. Bütün dinlərdə bu məsələ xüsusi yer tutur. Böyük bir islahedicinin zühuruna inam təkcə müsəlmanlar arasında deyil. Əldə olan sübutlar göstərir ki, bu əqidə bütün məzhəb və dinlər arasında, şərq və qərbdə, bütün millətlər arasında nüfuz tapmış bir əqidədir. İslam dini kamil bir din olduğu üçün bu məsələdə daha çox təkid edir. Zərdüştilərin tanınmış kitabı olan «Zənd»də deyilir: «Qələbə, zəfər saleh insanlarla olacaq. Pislərin kökü isə kəsiləcək. Aləm öz həqiqi səadətinə yetişəcək, Bəni- Adəm xoşbəxlik taxtına əyləşəcək.» «Camasibnamə» kitabı Zərdüştün1 dilindən deyir: «Ərəblərdən 71 başı yekə, iri bədənli, iri topuqlu bir kişi çıxıb camaatı öz cəddinin dininə dəvət edəcək. O, əzəmətli bir qoşunla yer üzünü ədalətlə dolduracaq.» Hindlilərin «Veşn Cuk» kitabında yazılmışdır: «Nəhayət, dünya Allahı sevən və onun xas bəndələrindən olan bir nəfərə nəsib olacaq.» Hindlilərin «Bask» kitabında deyilir: «Dünya adil bir rəhbərin başçılığı ilə sona yetəcək. Bu adil rəhbər mələklər, insanlar və pərilərin rəhbəri olacaq. Haqq onunla olacaqdır. Dağ, yer və dənizdə gizli olan şeylərin hamısı onun ixtiyarında olacaq. O, yer və göydən xəbər verəcək. Ondan böyük bir şəxsiyyət dünyaya gəlməyəcək.» Davudun «Məzamir» kitabında deyilir: «Pis insanların kökü kəsiləcək. Allaha arxalananlar isə yer üzünün sahibi olacaqlar. Düz danışanlar yer kürəsinin sahibi olub həmişə ona rəhbərlik edəcəklər.» Buna bənzər bir cümlə Tövratın «Əşiyanın kitabı» bölməsində də vardır. Mattanın İncilinin 24-cü fəslində deyilir: «Günəşin məşriqdən çıxıb məğribə qədər parladığı kimi insanlar da parlayacaqlar.» Lukanın İncilinin 12-ci fəslində deyilir: «Kəmərlərinizi bağlı, çıraqlarınızı yanıq saxlayın. Öz ağalarının intizarını çəkənlər kimi olun. Ağaları nə vaxt gəlib qapını döysə, onlar dərhal qapını açmağa hazırdırlar». «Əlaimuz-zühur» (Zühurun nişanələri) kitabında yazılmışdır: «Çinlilərin qədim kitablarında, hindlilərin məzhəbində, skandinaviyalı və meksikalı kimi insanlar arasında da böyük bir islahedicinin zühuruna inam vardır.» Əqli dəlillər A).Dünyada olan nizam-intizam bizlərə öyrədir ki, nəhayət, bəşər ədalətə və ədalətli bir rəhbərə tabe olmalıdır. Bu dünya, bildiyimiz kimi, nizam-intizamdan ibarət bir topludur. Bu dünyadakı qayda-qanun, nizam-intizam, onun bir olduğuna və rabitəsinə sübutdur. Nizam, qanun, proqram, hesab və bu kimi işlər dünyanın əsas məsələlərindən biridir. Böyük kəhkəşanlardan tutmuş, iynə ucu boyda olan yerdə milyonlarla sığışa bilən atoma qədər hər şey bu nizam-intizama tabedir. İnsanın bədən üzvlərinin hər biri, kiçik bakteriyalardan tutmuş, bədənin əsas üzvlərindən olan beyin və qəlbi hərəkətə gətirən damarlara qədər hamısı proqram və nizam üzrə işləyirlər. Bəzi alimlərin dediyinə görə, insanın bədən üzvlərinin hər biri çox düzgün işləyən saat kimi bədəndə hərəkətdədirlər. Ən diqqətli və son markalı kompyüterləri də bədən üzvlərinə tay etmək olmaz. Bu cür proqram, nizam intizama malik olan dünyada nizam-intizamsız yaşamaq olarmı? Ədalətsizliyin əsas amillərindən bir olan ictimai və əxlaqi fəsadlar daima bəşəriyyətə hakim ola bilərmi? Belə nəticəyə gəlirik ki, bu dünyanın nizam-intizamını müşahidə etmək bizləri nəhayətdə ədalətə, nizam-intizama, qayda-qanuna tabe olmağa gətirib çıxaracaq. Bununla da insanlar əsl yollarını tapacaqlar. B)Cəmiyyətin təkamülə irəliləməsi, bəşəriyyətin gələcəyinin parlaq olmasına daha bir sübutdur. Biz bəşərin özünü tanıdıqdan sonra bir an belə olduğu mərhələdə qalmadığını və daim irəliləməyə cəhd göstərdiyini inkar edə bilmərik. Madiyyat nöqteyi-nəzərindən, (ev, geyim, yemək, nəqliyyat) insan daim irəliləmək istəyindədir. Əvvəl sadə bir evdə yaşayırdı, bir müddət keçdikdən sonra gözəl bir evdə yaşayır. Yenə də irəliləməyə can atır. Bu hərəkət beləcə də davam edir. Elm və mədəniyyət cəhətdən də təkamülə doğru irəliləyirik. Yeni kəşflər, icadlar buna açıq-aşkar sübutdur. Nəhayət, təkamül mənəvi və əxlaqi cəhətlərdə də öz işini görür. Bəşəriyyəti ədalətli bir qanuna, sülhə, əxlaqi və mənəvi dəyərlərə dəvət edir. Əgər əxlaqi fəsadların çoxaldığını müşahidə ediriksə, bunun özü də təkamülə tərəf irəliləyişə səbəb olur. (Əxlaqi fəsadların çoxaldığını gördükdə məcbur olub bəzi işlərin qarşısını alırıq.) Bu, əxlaqi pozğunluqları çoxaltmaq lazım olduğu anlamına gəlməz. Bu o deməkdir ki, əxlaqi pozğunluqlar çoxalarsa, insan onun qarşısını almağa məcbur olur. İnsanlar bu pozğunluqlar nəticəsində çıxılmaz vəziyyətə düşdükdə məcbur olub öz işlərindən əl çəkməli olacaqlar. Bunun özü də bir növ təkamüldür. Quran və Mehdinin(ə.c.) zühuru 72 Quranda Mehdinin(ə.c.) zühuruna aid bir çox ayələr var. Biz bu ayələrin yalnız birini qeyd etməklə kifayətlənirik: «Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini vəd buyurmuşdur.» (Nur,55) Bu ayə yer üzünün aqibətinin möminlərin əlində olacağını və onların dünyaya hakim olub onu idarə edəcəklərini bildirir. Həmin ayənin ardınca Allah daha üç vəd verir: «Möminlər üçün onların Allahın özü bəyəndiyi dinini (İslamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını), onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini və yer üzündən küfr və nifaqın aradan qalxacağını vəd etmişdir.» İmam Zeynül Abidin(ə) bu ayənin təfsirində buyurur: «Allaha and olsun ki, ayədə vəd olunan şəxslər bizim şiələrdir. Allah bu vədi bizim nəsildən olan bir kişinin vasitəsilə həyata keçirəcək. O kişi bu ümmətin Mehdisidir.»1 Mehdi(ə.c.) hədis mənbələrində Peyğəmbərin ailəsindən Mehdi(ə.c) adlı bir şəxsin dünyaya sülh və ədalət əsasında hakimlik edəcəyi barədə şiə və sünni mənbələrində o qədər hədis var ki, bu işə heç kimin şübhəsi qalmamışdır. Şiə mənbələrində bu şəxsin on ikinci imam olduğu, imam Hüseynin(ə) nəsl şəcərisindən doqquzuncu övladı və imam Həsən Əskərinin(ə) oğlu olduğu haqda da çoxlu hədislər vardır. Mehdinin(ə.c.) zühuru barədə sünni mənbələrindən bunu demək yetər ki, bütün sünni alimləri öz kitablarında onu açıq-aşkar qeyd etmişlər. Hətta son zamanlarda Hicazın böyük elmi mərkəzlərinin birində çap olunmuş «İslam aləminin əlaqəsi» kitabında yazılmışdır ki: «O, (Mehdi) Peyğəmbərin hədislərdə xəbər verdiyi Raşidi xəlifələrinin on ikincisidir. Mehdiyə aid olan hədisləri səhabələrin bir çoxu Peyğəmbərdən rəvayət etmişlər.» Bu səhabələrdən iyirmisinin adını çəkdikdən sonra belə yazır: «Onlardan başqaları da bu hədisləri rəvayət etmişlər. Bəzi sünni alimləri Mehdi(ə.c.) haqqında ayrıca kitablar yazmışlar. O cümlədən, Əbu Nəim İsfahani, İbn Həcər Heysəmi, Şövkani, İdris Mərakeşi, Əbül Abbas ibn Əbdül Mömin.» Daha sonra yazır: «Keçmiş böyük alimlərin bir qismi və hal hazırda sünni alimlərin bir qismi Məhdi(ə.c.) haqqındakı hədislərin həddən artıq çox olduğunu bildirmişlər.» Bu alimlərdən bəzilərinin adını çəkdikdən sonra sözünü beləcə başa çatdırır: «Hədis söyləyənlərdən bəziləri Məhdi(ə.c.) haqqındakı hədislərin həm düzgün, həm də bəyənilmiş hədislər olduğunu bildirmişlər. Mehdinin qiyam və zühuruna inanmaq vacibdir. Bu əqidə sünni və şiələrin qəti əqidələrindən biridir. Mehdinin zühurunu cahil və bidətçi şəxslərdən başqa heç kim inkar etmir.» Şiələrin Mehdi(ə.c.) barədəki hədisləri haqqında Bilmək kifayət edər ki, bu barədə peyğəmbər(s) və imamlardan yüzlərlə hədis müxtəlif rəvayət söyləyənlər tərəfindən söylənilmişdir. Bu məsələ şiələrin əqidə məsələlərindən birinə çevrilmişdir. Şiələrin arasında olub onların Mehdiyə olan etiqadından, onun xüsusiyyətləri və zühurunun əlamətlərindən xəbəri olmayan şəxs yoxdur. Şiə alimləri lap qədim zamanlardan bu barədə kitablar yazmış və Mehdi(ə.c.) haqqındakı hədisləri yığıb toplamışlar. Nümunə üçün bu hədislərin bir neçəsini sizin nəzərinizə çatdırırıq. İslamın əziz peyğəmbəri Həzrət Mühəmməd(s) buyurmuşdur: «Əgər dünyanın sonuna bir gün də qalmış olsa, Allah o günü mənim Əhli-beytimdən olan bir kişinin gəlib dünyanı zülm və fəsadla dolduğu kimi ədalətlə dolduracağı günə qədər uzadar.1» İmam Sadiq(ə)-dan olan başqa bir hədisdə oxuyuruq: «Mehdi(ə.c.)qiyam etdikdə hökuməti ədalət əsasında quracaqdır. Onun dövründə zülm, zorakılıq itib aradan gedəcək, yollarda onun sayəsində əmin-amanlıq olacaq, yer öz bərəkətlərini aşkar edəcək, bütün haqlar öz sahiblərinə qaytarılacaq. O, camaat arasında Davud peyğəmbər və Məhəmməd peyğəmbər kimi hakimlik edəcək. Yerdə olan bütün xəzinələr, bərəkətlər üzə çıxacaq. Heç kim sədəqə vermək üçün kasıb tapmayacaq. Çünki bütün möminlər ehtiyacsız olacaqlar.1» 73 Bir daha xatırladaq ki, Mehdi(ə)-nin qeyb olduğunu dövrdə müsəlmanların rəhbərliyini ümumi naibləri, yəni, din alimləri öhdələrinə götürürlər. Fikirləşin və cavab verin: 1.Dünyanın gələcəyi haqqında materialistlərlə Allaha ibadət edənlərin nəzəriyyələri arasında nə fərq var? 2.Fitrət vasitəsilə Mehdi(ə.c.)-nin zühuruna inanmaq olarmı? Necə? 3.Mehdi(ə.c.)-nın zühuruna dair əqli dəlil varmı? O hansı dəlildir? 4.Quran bu barədə nə deyir? 5.Mehdi(ə.c.)-nin zühuru hədis mənbələrində hansı mövqeyi tutur?

Əqaid 22.04.2008

On iki imam

Əmirəl-möminin Həzrət Əli(ə)-ın peyğəmbərin birinci canişin və xəlifəsi olduğunu isbat etdikdən sonra növbə digər on bir imamın imamətinə yetişdi. Şiə və sünni kitablarında on iki imamın xilafətini sübut edən bir çox hədislər gəlmişdir. Bu hədislər sünnilərin Müslim, Buxari, Tirmizi, İbna Davudun səhihləri, Əhmədin müsnədi kimi məşhur kitablarında da yazılmışdır. «Müntəxəbul-asar» kitabında bu barədə 271 hədis qeyd olunmuşdur. Bu hədislərin bir çoxu sünnilərdən, qalanı isə şiələrdən rəvayət olunmuşdur. Misal üçün, sünnilərin ən məşhur kitabı olan Buxarinin səhihində deyilir: «Cabir ibn Sümrə deyir, Peyğəmbər buyurdu: «Məndən sonra 12 xəlifə olacaq (Sonra bir cümlə dedi, lakin mən onu eşitmədim.2 Atam dedi ki, Peyğəmbər belə buyurdu:). Onların hamısı Qüreyşdən olacaq.» Müslimin səhihində isə bu hədis bu cür söylənilmişdir: «Cabir ibn Sümrə deyir: «Peyğəmbər buyurmuşdur: Yəni, «İslam on iki imam imamlıq edənədək əziz olacaqdır. (Sonra bir cümlə buyurdu, lakin mən onu başa düşmədim. Atamdan Peyğəmbərin nə dediyini soruşduqda cavab verdi:-Peyğəmbər buyurdu ki,) onların hamısı Qüreyşdəndir.» Əhmədin müsnədində Abdullah ibn Məsuddan belə rəvayət olunur ki, Peyğəmbərdən ondan sonrakı xəlifələr barədə sual olunduqda «Onlar da (xəlifələr də) Bəni-İsrailin başçıları kimi on iki nəfər olacaqlar» buyurmuşdur. Bu hədislərin əhatə dairəsi Bəzilərində «İslamın izzəti»nin on iki xəlifənin olması və bəzilərində də din və şəriətin qiyamətədək bu xəlifələrin olması ilə qorunub saxlanılacağını, özü də bu xəlifələrin yalnız Qüreyş və Bəni Haşimdən olacağını qeyd edən hədislər İslam məzhəbləri arasında şiə məzhəbindən başqa heç bir məzhəblə uyğun gəlmir. Çünki şiələr bu hədisi həqiqətən də, onlara başçılıq etmiş və indi də başçılıq edən on iki imam mənasında təfsir etmişlər. Sünnilər isə bu hədislərin təfsirində müşküllə üzləşmişlər. Hədislərdə gəlmiş on iki xəlifə dedikdə Raşidi, Bəni-Ümməyə xəlifələri, yoxsa Abbasi xəlifələri anlaşılmalıdır? Bu xəlifələrin heç birinin sayı on iki olmamışdır. On iki ədədi bu xəlifələrin heç biri ilə uyğun gəlmir. Bundan əlavə, Bəni-Ümməyə xəlifələri arasında Yezid, Bəni-Abbas xəlifələri arasında da Mənsur Dəvəniqi, Harun ər-Rəşid kimi zülm və sitəmdə məşhur xəlifələr heç vaxt peyğəmbərin canişini olmağa layiq ola bilməzlər. Onların zülmkar olduqlarına heç kimin şübhəsi yoxdur. Bu cür şəxslər İslama rəhbərlik edə bilməzlər. Xilafətin şərtlərini nə qədər asanlaşdırsaq da, yenə də onlar xəlifə ola bilməzlər. Bundan əlavə, nəzər saldıqda on iki ədədinin şiə xəlifələri və imamlardan başqa xəlifələrlə uyğun olmadığını görürük. Yaxşı olar ki, bu barədə sözü sünnilərin məşhur və görkəmli alimlərinin birinin dilindən eşidək. Süleyman ibn İbrahim Qunduzi Hənəfi «Yənabiul-məvəddət» kitabında deyir: «Təhqiqatçıların bəziləri deyirlər: Bir çox sənədlərlə Peyğəmbərdən rəvayət olunan və Peyğəmbərdən sonrakı xəlifələrin sayının on iki olduğunu bildirən hədislərin mənası zaman ötdükcə məlum olur. Zaman ötdükcə məlum olur ki, on iki xəlifə dedikdə Peyğəmbər onun Əhli-Beytindən olan on iki imamı nəzərdə tutmuşdur. Çünki bu rəqəm digər xəlifələrdən nə Raşidi xəlifələri ilə, nə Bəni- Üməyyə xəlifələri ilə, nə də Abbasi xəlifələri ilə uyğun gəlmir. Raşidi xəlifələri yalnız dörd nəfər olmuşlar. Bəni-Üməyyə xəlifələri on dörd olmuşlar. Bundan əlavə, onlar Bəni-Haşimdən olmamışlar. Peyğəmbər(s) isə onların hamısının Bəni-Haşimdən olduğunu qeyd etmişdir. Peyğəmbərin «onların hamısı Bəni- Haşimdəndir» cümləsini yavaş deməsi də bunu sübut edir. Çünki bəziləri Bəni Haşimin rəhbərlik etməsindən razı deyildi. Bəni Abbas xəlifələri isə iyirmi beş nəfər olmuşlar. Bundan əlavə, onlar «Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey 2Buxarinin səhihi. C-9, S-100. 69 istəmirəm» (Şura, 23) ayəsinə, «Kisa»1 hədisinə əməl etməyib Peyğəmbərin qohumlarına (Əhli-beytə) əllərindən gələn zülmü etmişlər. Deməli, bu hədis yalnız Əhli-Beytdən olan on iki imama uyğun gəlir. Onlar elm cəhətdən hamıdan bilikli, təqva cəhətdən hamıdan təqvalı, əsl-nəcabət cəhətdən hamıdan üstündürlər. Onlar peyğəmbərin elminin varisi olan şəxsiyyətlərdir. Peyğəmbərdən rəvayət edilən «Səqələyn» və digər hədislər bu nəzəriyyəni təsdiq edir.» (Yənabiul məvəddət. S, 446.) Təəccüblüsü budur ki, bəzi sünni alimləri bu hədisi gülünc mənada şərh edirlər. Onlar deyirlər: «Ola bilsin, Peyğəmbər on iki xəlifə deyərkən İslamın ilk dörd xəlifəsini və gələcəkdə olacaq, hələ ortaya çıxmamış bəzi xəlifələri nəzərdə tutmuşdur.» Bu sözlə peyğəmbərin hədisindəki xəlifələr arasında əlaqə və bağlılıq aradan qalxır. Biz isə deyirik: Nəyə görə bu hədisi Əhli-beytdən olan on iki imam mənasına təfsir etməməklə özümüzü çətinliklərlə üzləşdirək? Ola bilsin, sonda heç bir nəticəyə də gələ bilməyək. İmamların adları ilə təyin olunması Diqqəti cəlb edən budur ki, sünni kitablarında Peyğəmbərdən söylənilmiş bəzi hədislərdə on iki imamın adı və atasının adı açıq-aşkar çəkilmişdir. Sünnilərin görkəmli alimlərindən olan Şeyx Süleyman Qunduzi «Yənabiul- məvəddət» kitabında yazır: «Nəsəl adlı yəhudi bir kişi peyğəmbərin hüzuruna gəlib ona bir neçə sual verdi. Sualların əsnasında Peyğəmbərin özündən sonrakı xəlifələr barədə sual etdikdə, Peyğəmbər ona belə cavab verdi: «İnnə vəsiyyi Əliyyubnu Əbi Talib və bədəhu sibyətil Həsəni vəl Husəyn təluhu tisətu əimmətin min sülbil Husəyn.» «Qalə ya Muhəmməd fəsəmmihim li.» «Qalə iza məzəl Husəyn fəbnuhu Muhəmməd, fəiza məza Muhəmmədun fəbnuhu Cəfər, fəiza məza Cəfərun fəbnuhu Musa, fəiza məza Musa fəbnuhu Əliyy, fəiza məza Əliyyun fəbnuhu Muhəmməd, fəiza məza Muhəmmədun fəbnuhu Əliyy, fəiza məza Əliyyun fəbnuhul Həsən, fəiza məzəl Həsənu fəbnuhul Huccətu Muhəmmədunil Məhdiyyi(s) fəhaulai isna əşər.» «Mənim canişinim Əli(ə), ondan sonra iki oğlum Həsən və Hüseyn və Hüseyndən sonra onun nəslindən olan digər doqquz övladım olacaqdır.» Yəhudi kişi peyğəmbərdən onların adlarını çəkməsini istədi. Peyğəmbər buyurdu: «Hüseyn dünyadan getdikdən sonra oğlu Əli (Zeynül Abidin), o dünyadan getdikdən sonra oğlu Məhəmməd (Baqir), o dünyadan getdikdən sonra oğlu Cəfər (Sadiq), o dünyadan getdikdən sonra oğlu Musa(Kazim), o dünyadan getdikdən sonra oğlu Əli(Rza), ondan sonra onun oğlu Mühəmməd(Təqi), ondan sonra onun oğlu Əli (Nəqi), ondan sonra onun oğlu Həsən(Əsgəri), ondan sonra onun oğlu Hüccət Məhəmməd əl-Mehdi canişin olacaqdır. Bunlar on iki imamdır.» (Yənabiul- məvəddət. S, 441) Yenə də həmin kitabda on iki imamın adları, ləqəbləri verilmiş və Həzrət Mehdinin qeyb olmasından sonra zühur edib yer üzündə ədaləti bərpa edəcəyindən xəbər vermiş hədis qeyd olunmuşdur. Bu barədə şiə kitablarında da çoxlu hədislər gəlmişdir. Onları burada qeyd etməyə ehtiyac duyulmur. Ölərkən imamını tanınmayan şəxs... Peyğəmbərin sünnilərin hədis kitablarında gəlmiş hədisində oxuyuruq: «Kim ölən zaman imamı olmadan dünyadan getsə, onun ölümü cahiliyyət dövrünün ölümü kimidir.» Bu hədis şiə kitablarında kiçik bir fərqlə qeyd olunmuşdur: «Kim ölən zaman öz imamını tanımasa, onun ölümü cahiliyyət dövrünün ölümü kimidir.» Bu hədisdən belə nəticə çıxır ki, yer üzündə hər zaman məsum bir imam vardır. Bütün insanlar onu tanımalıdırlar. Onu tanımamaq insanı küfrlə İslam arasında təhlükəyə salır. 70 İmam deyərkən hökumət başında olan şəxslərmi nəzərdə tutulur? Şübhəsiz ki, bu suala mənfi cavab veriləcək. Çünki onlar məsum şəxslər deyillər. Onda, bu imam məsum bi şəxsdir və mütləq onu axtarıb tapmaq lazımdır (Ona əqidə bağlamaq lazımdır). Onun rəhbərliyini qəbul etmək bütün müsəlmanların vəzifəsidir. İmamların hər birinin imamətini sübut etmək üçün yuxarıdakı hədisdən başqa bir yol da vardır. O da budur ki, bir imam özündən sonrakı imamı tanıtdırır. Möcüzə yolu ilə də onların imaməti sübut olunur. Fikirləşin və cavab verin 1-On iki imam barədə hədislər hansı kitablarda gəlmişdir? 2-Bu hədislərin əhatə dairəsi nədir? 3-Bu hədisləri hansı mənalarda təfsir etmişlər? 4-Sünni kitablarında yazılmış hədislərdə on iki imamın adı çəkilibmi? 5-On iki imamın imamətini isbat etmək üçün hansı yollar var?

Əqaid 21.04.2008

«Səqələyn» və «Nuhun gəmisi» hədisləri «Səqələyn» hədisinin sənədi

Şiə və sünni alimlərinin məşhur hesab etdikləri hədislərdən biri də «Səqələyn» (iki böyük əmanət) hədisidir. Bu hədisi səhabələrin bir dəstəsi bilavasitə peyğəmbərin özündən rəvayət etmişdir. Bəzi alimlərin dediyinə görə, bu hədisi otuz nəfər ravi nəql etmişdir. Bir çox təfsirçi, tarixçi və hədis yazanlar bu hədisi öz kitablarında qeyd etmişlər. Buna görə də, bu hədisin məşhurluğuna heç kimin şübhəsi yoxdur. Böyük alim Seyyid Haşim Bəhrani «Qayətül-məram» kitabında bu hədisi otuz doqquz sünni və səksən şiə alimindən söyləmişdir. Başqa bir alim Mir Hamid Hüseyn Hindi isə bir az da çox təhqiqat aparmış və bu hədisi iki yüz sünni alimindən rəvayət etmişdir. O, bu hədis barədə təhqiqatı altı cildli kitabda toplamışdır. Bu hədisi söyləmiş məşhur şəxsiyyət və səhabələrdən Əbu Səid Xidri, Əbuzər Qəffari, Zeyd ibn Ərqəm, Zeyd ibn Sabit, Əbu Rafi, Cübeyr ibn Mütim, Xüdeyfə, Zümrə Əsləmi, Cabir ibn Abdullah Ənsari və Ümmü Sələmə (Peyğəmbərin həyat yoldaşlarından biri) kimilərini nümunə göstərmək olar. Əbuzər Qəffarinin dediyinə əsasən, hədis belədir: Əbuzər Kəbənin qapısından yapışıb üzünü camaata tutaraq xitab etdi: Mən Peyğəmbərin bu cür dediyini eşitdim: «Mən sizin aranızda iki böyük əmanət və yadigarımı qoyub gedirəm. Biri Quran, digəri isə Əhli beytimdir. Bu iki şey Cənnətdə Kövsər bulağının başında mənə qovuşmayınca bir birindən ayrılmayacaqlar.» (Görüm, mənim əmanətimlə necə rəftar edəcəksiniz?) Bu hədis sünnilərin ən məşhur kitablarında da rəvayət olunmuşdur. Məsələn, Tirmizinin sünəni, Nisainin sünəni, Əhmədin müsnədi, Kənzul-ummal və s. Bu hədisi qeyd etmiş kitabların əksəriyyətində «səqələyn», yəni, «iki dəyərli şey» sözündən istifadə olunub. Bəzi kitablar da var ki, «səqələyn» sözünü «xəlifətəyn», yəni, «iki xəlifə» sözü ilə əvəz edir. Əlbəttə, bu iki sözün arasında məna cəhətdən heç bir fərq yoxdur. Təəccüblü budur ki, bu hədisi peyğəmbər bir neçə yerdə söyləmişdir. Cabir ibn Abdullah Ənsarinin dediyindən məlum olur ki, peyğəmbər bu hədisi Həcc ziyarətində olarkən Ərəfə günü5 söyləmişdir. Abdullah ibn Həntəbin dediyindən məlum olur ki, bu hədis Cühfə məntəqəsində deyilmişdir. Ümmü Sələmənin rəvayətindən məlum olur ki, peyğəmbər 67 bu hədisi Qədir-Xumda bəyan etmişdir. Bəzi rəvayətlərdə peyğəmbərin bu hədisi Mədinədə minbərdə olarkən bəyan etdiyi söylənilir. Sünni məzhəbinin görkəmli alimlərindən olan İbn Həcər «Səvaiqul-muhriqəh» kitabında yazır ki, peyğəmbər bu hədisi deyib qurtardıqdan sonra Əli(ə)-ın əlini tutub göyə qaldıraraq buyurdu: «Bu Əli həmişə Quranla, Quran da həmişə onunladır. Kövsər bulağının başında (Cənnətdə) mənə qovuşmayınca bir-birindən ayrılmazlar1.» Beləliklə də məlum olur ki, Peyğəmbər(s) bu məsələni bir əsas və əsl hesab edərək həmişə ona toxunurdu. Fürsət düşən kimi, bu məsələni ortaya atır və bununla da onu yaddan çıxarmağa qoymurdu. «Səqələyn» hədisinin əhatə dairəsi Burada bir neçə məsələ diqqəti cəlb edir: 1)Quran və Əhli-beytin iki xəlifə və yaxud iki bahalı şey adlandırılmasından məlum olur ki, müsəlmanlar heç vaxt bu iki şeydən əl çəkməməlidirlər. Xüsusən, bəzi rəvayətlərdə gəlmiş «bu iki şeydən əl çəkməsəniz, heç vaxt yolunuzdan azmazsınız» kimi ifadələr bu həqiqəti bir az da qabardır. 2)Quranın Əhli-beytlə və Əhli-beytin də Quranla birgə deyilməsi isbat edir ki, Quran səhvdən uzaq olub məsum olduğu kimi, Əhli-beyt də səhvsiz və məsumdur. 3)Bəzi rəvayətlərdə peyğəmbərin camaata «mən qiyamət günü bu iki şey haqqında sizdən sual edəcəyəm, görüm, onlarla necə rəftar etmisiniz» dediyi söylənilir. 4)Əhli-beyti necə təfsir ediriksə, edək, Əli(ə) onun ən aşkar bir nümunəsi olacaq. Bəzi rəvayətlərə görə o heç vaxt Qurandan, Quran da ondan ayrılmadı. Bundan əlavə, bir çox rəvayətlərdə gəlmişdir ki, peyğəmbər «Mübahilə»1 ayəsi nazil olduqda Əli, Fatimə, Həsən və Hüseyni yanına alıb «bunlar mənim Əhli-beytimdir» deyə buyurmuşdur. 5)Qiyamətin bir çox məsələlərinin bu dünyada bizlər üçün məlum olmasına baxmayaraq, bir çox hədislərdən məlumdur ki, Cənnətdə olan Kövsər bulağı doğru möminlərlə, Peyğəmbər və Əhli-beytə məxsusdur. Dediklərimizdən məlum olur ki, müsəlmanların Peyğəmbərdən sonrakı rəhbəri Əli(ə), ondan sonra isə Əhli-Beytdən olan digər on bir imamdır. «Nuhun gəmisi» hədisi «Nuhun gəmisi» ləqəbi ilə məşhur olan hədis peyğəmbərin şiə və sünni kitablarında gəlmiş gözəl ifadələrindən biridir. Əbuzər Qəffari deyir: «Peyğəmbər buyurdu: «Mənim sizin aranızda olan Əhli-beytim Nuh peyğəmbərin gəmisinə bənzəyir. Hər kəs o gəmiyə minərsə, nicat tapar, kim də ona minməzsə, boğular.» (Yəni, kim Əhli-Beytimin yolunu getsə, səadətə, kim getməsə, azğınlığa yetişər.) Nuhun gəmisi tufan baş verən zaman tək pənah yeri olduğu kimi, peyğəmbərdən sonra baş verən (mənəvi) tufanlardan pənah aparılan yer də yalnız onun Əhli-beytidir. Fikirləşin və cavab verin 1.«Səqələyn» hədisinin əhatə dairəsi nədir? Bu hədis Əhli-beyt üçün hansı üstünlükləri isbat edir? «Səqələyn» sözünün mənası nədir? 2.«Səqələyn» hədisini kimlər rəvayət etmişlər? 3. «Səqələyn» sözünün mənası nədir? Başqa hədislərdə bu sözün yerinə digər ifadədən istifadə olunubmu? 4.Peyğəmbər(s) bu hədisi haralarda söyləmişdir? 5.»Nuhun gəmisi» hədisinin sənəd və əhatə dairəsini bəyan edin.

Əqaid 20.04.2008

«Mənzilət» və «Yəumud-dar» hədisləri Mənzilət hədisi

Böyük şiə və sünni təfsirçilərinin bir çoxu «Mənzilət» hədisini «Əraf» surəsinin 142-ci ayəsində söhbət olunan «Musanın 40 günlük Allah hüzuruna getməsi və qardaşı Harunun onun yerində canişin olması» hadisəsinin əsnasında bəyan etmişlər. «Mənzilət» hədisi belədir: «Peyğəmbər(s) Təbuk meydanına tərəf getmək istəyirdi. Peyğəmbərə xəbər çatmışdı ki, Roma imperiyası Hicaz, Məkkə və Mədinəni tutmaq üçün böyük bir qoşun hazırlayıb. Peyğəmbər(s) böyük bir qoşun hazırlayıb Təbuk məntəqəsinə tərəf hərəkət etdi. Hərəkət etməzdən qabaq Əli(ə)-ı öz yerində canişin təyin edib Mədinədə saxladı. Əli(ə) peyğəmbərə buyurdu:-Ya Rəsulallah! Məni burada uşaqlar və qadınların yanında saxlayırsan? (İcazə vermirsən mən də sizinlə bu cihadda iştirak edib bu böyük şərəfə nail olam?) Peyğəmbər buyurdu: «Sən razı deyilsənmi ki, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimi olsun? Təkcə bir fərqi var ki, məndən sonra peyğəmbər olmayacaq.»1 1Mənzilət sözünün mənası nisbət, əlaqə, yövmuddar sözünün mənası isə evə dəvət günü deməkdir. 65 Bu hədis sünnilərin ən məşhur və tanınmış kitablarında yəni Müslim və Buxarinin səhihlərində gəlmişdir. Eləcə də, sünnilərin bir çox hədis kitablarında, o cümlədən İbn Macənin sünəni, Tirmizinin sünəni, Əhmədin müsnədi və s. kitablarda bu hədis söylənilmişdir. Hədisi söyləyən səhabələrin sayı isə iyirmi nəfərdən artıqdır. Cabir ibn Abdullah Ənsari, Əbu Səid Xidri, Abdullah ibn Məsud və Müaviyəni bunlara nümunə gətirmək olar. «Bağdadın tarixi» kitabının müəllifi Əbu Bəkr Bağdadi öz kitabında Ömər ibn Xəttabdan belə rəvayət edir: «(Ömərin dilindən:)» Gördüm, bir kişi Əlini söyür. Ona dedim:-Məncə, sən münafiqsən. Çünki mən peyğəmbərin Əliyə «sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir. Təkcə bir fərq var ki, məndən sonra peyğəmbər olmayacaq» dediyini eşitmişəm. Diqqəti cəlb edən budur ki, mötəbər hədis mənbələrində Peyğəmbərin bu sözü (hədisi) təkcə Təbuk döyüşünə gedərkən demədiyi təsdiq olunur. O, bu hədisi yeddi müxtəlif yerdə buyurmuşdur: 1)Məkkədə təzəcə iman gətirmiş müsəlmanlarla qardaşlıq siğəsi oxuduğu zaman Əlini özünə qardaş etmiş və bu hədisi demişdir. 2)Mədinədə mühacir və ənsar arasında qardaşlıq əhd-peyman bağladığı zaman peyğəmbər Əlini(ə) özünə qardaş etmiş və bu hədisi söyləmişdir. 3)Peyğəmbər məscidinə açılmış qapıların bağlanması əmrini verdikdə Əli(ə)-ın qapısını istisna etmiş və bu hədisi buyurmuşdur. 4)Təbuk döyüşünə gedərkən bu hədisi söyləmişdir. Bu, daha üç yerdə də sünni kitablarında gəlmişdir. Deməli, hədisin sənədi cəhətdən şübhə yeri qalmır və onun mənasının ümumiyyəti də öz yerindədir. «Mənzilət» hədisinin əhatə dairəsi Əgər bu hədisi heç bir məzhəbi nəzərə almadan, tərəfkeşlik etmədən araşdırsaq, məlum olacaq ki, Əli(ə) Bəni-İsrail içində Harunun Musaya olan nisbətinin, məqamının və xüsusiyyətlərinin hamısına malikdir. Çünki hədisdə heç bir qeyd, şərt yoxdur. Buna əsasən, bu hədisdən aşağıdakı nəticələri çıxarmaq olar: 1)Əli(ə) peyğəmbərdən sonra ümmətin ən fəzilətli şəxsiyyətidir. (Çünki Harun da bu xüsusiyyətə malik idi.) 2)Əli(ə) peyğəmbərin vəziri, xüsusi müavini və rəhbərlik işlərində şərikidir. Çünki bu xüsusiyyətlərin hamısı Harun üçün Quranda (Ta-Ha surəsinin 29-cu ayəsindən 32-ci ayəsinə qədər) qeyd olunmuşdur. Deməli, Əli(ə)-da bu xüsusiyyətlərə malikdir. 3)Əli peyğəmbərin canişini olmuşdur. O olan yerdə daha başqa bir şəxs xəlifə ola bilməz. Necə ki, Harun Musanın canişini olmuş və o sağ olan müddətdə başqa bir şəxs Musanın yerinə xəlifə olmamışdır. «Yəumud-dar» hədisi İslam tarixində deyilənə əsasən, peyğəmbər(s) bisətin üçüncü ilində o vaxtadək həyata keçirdiyi gizli dəvətləri aşkar etdi. Bu, «Şüəra» surəsinin 214-cü ayəsində bəyan olunmuşdur. «Və ən yaxın qohumlarını qorxut! (İlk növbədə ən yaxın qohumların olan Haşim və Müttəlib oğullarını yalnız Allaha ibadət etməyə çağır və əks təqdirdə müdhiş bir əzaba düçar olacaqlarını xatırlat.)» Peyğəmbər ən yaxın qohumlarını əmisi Əbu Talibin evinə dəvət etdi. Nahar yedikdən sonra peyğəmbər qohumlarına xitab etdi: «Ey Mütəllibin oğulları! Mən ərəblər arasında bir nəfərin öz qövmü, tayfası üçün, mənim sizin üçün gətirdiyim şeydən yaxşı şey gətirdiyini Təbuk Ərəbistan yarımadasının şimalında yerləşən və o vaxtın Şərqi Roma imperiyası ilə həmsərhəd olan bir məntəqə idi. Musa(ə)-da Tur dağına 40 günlük Allahla görüşə gedəndə qardaşı Harunu öz canişini təyin etmişdi. Hədis buna işarədir. (Mütərcimdən) 66 görməmişəm. Mən sizin üçün dünya və axirət xeyrini gətirmişəm. Allah mənə sizi bu müqəddəs dinə dəvət etməmi əmr edib. Sizlərdən hansınız bu işdə mənə kömək edib mənim qardaşım və canişinim olarsınız?» Heç kəsdən səs çıxmadı. Elə bil, məclisdəkilərin hamısı ölmüşdü. Bu zaman hamıdan kiçik olan Əli(ə) ayağa qalxıb dedi: «Ey Allahın Rəsulu! Mən bu işdə sənə kömək edərəm.» Peyğəmbər(s) əlini Əlinin çiyninə qoyaraq buyurdu: «Bu, sizin aranızda mənim qardaş və canişinimdir. Ona qulaq asın və ona tabe olun.» Peyğəmbərin qohumları isə bununla razılaşmamaqla kifayətlənməyib, üstəlik ona qarşı çıxmağa başladılar. Yəumud-dar (evə dəvət günü) adı ilə məşhur olmuş bu hədis hər şeyi açıb söyləyir. Sənəd cəhətdən bir çox sünni alimləri, o cümlədən, İbn Əbi Cərir, İbn Əbi Hatəm, İbn Murdəviyə, Əbu Nəim, Bəyhəqi, Sələbi, Təbəri, İbn Əsir, Əbulfida və bir çoxları bu hədisi qeyd etmişlər. Bu hədisi qəsdi-qərəzsiz nəzərdən keçirdiyiniz zaman, Əli(ə)-ın imamət və xilafəti bizim üçün aşkar olur. Çünki bu hədis hər şeyi açıq-aşkar bəyan etmişdir. Fikirləşin və cavab verin 1-«Mənzilət» hədisi hansıdır? Peyğəmbər(s) bu hədisi neçə dəfə söyləmişdir? 2-«Mənzilət» hədisinin əhatə dairəsi hansı məqamları Əli(ə) üçün isbat edir? 3-Quran ayələrinə əsasən Harun Musaya nisbətdə hansı mövqeləri tuturdu? 4-«Mənzilət» hədisini hansı alimlər rəvayət etmişlər? 5-«Yəumud-dar» hədisini, onun əhatə dairəsini, sənədini və ondan alınan nəticəni izah edin.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...