Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Əqaid 19.04.2008

Peyğəmbər sünnəsində imamət

İnsan hədis kitablarını, xüsusən sünni alimlərin yazdığı kitabları mütaliə etdikdə İslam peyğəmbərindən söylənilmiş və Həzrət Əli(ə)-ın imamətini sübut edən bir çox hədislərlə rastlaşır. İnsan təəccüb edir ki, bu qədər hədislər olan yerdə daha nə şübhə yeri olmalıdır? Bu hədisləri oxuduqdan sonra Əhli-Beyt yolundan başqa yol seçməyin nə mənası var? Bu hədislərin bəzilərinin sənədi yüzə, bəziləri isə ona çatdığı bir halda və bu hədislərin onlarla məşhur dini kitablarda yazıldığı bir halda əgər onun-bunun dedi-qodularını, fanatikaları kənara qoysaq, məsələ elə aşkar olacaq ki, daha başqa dəlil və sübuta ehtiyac olmayacaq. Biz bu hədislərin məşhurlarından bir neçəsini nümunə gətirir və bu barədə geniş məlumat istəyənlər üçün bəzi mənbələri qeyd edirik. 1.Qədir-Xum hədisi Tarixçilərin əksəriyyəti yazırlar ki, peyğəmbər(s) ömrünün son ilində həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə getmişdi. Həcc mərasimi başa çatdıqdan sonra peyğəmbər 63 öz yeni və keçmiş səhabələri ilə birgə Məkkədən qayıdarkən Məkkə ilə Mədinə arasında olan Cüfrə və sonra isti və quru yer olan Qədir-Xum çölünə yetişdilər. Bura dörd yol ayrıcı olduğuna görə, müsəlmanlar bir-birindən ayrılmalı idilər. Onlar bir-birindən ayrılmamış peyğəmbər bütün müsəlmanların dayanmasını əmr etdi. İrəlidə gedənlər geriyə qayıtdı, arxada qalanlar isə gəlib yetişdilər. Hava həddən artıq isti idi, heç bir kölgəlik gözə dəymirdi. Müsəlmanlar günorta namazını peyğəmbərlə birgə qılıb, hərə öz çadırına dincəlməyə getmək istədikdə peyğəmbər onlara əmr etdi ki, dayansınlar. Görünür, çox mühüm bir xəbər var imiş və hamı bu xəbəri dinləməli imiş. Peyğəmbər üçün dəvələrin kəcavəsindən bir minbər hazırlandı. Peyğəmbər minbərə çıxıb Allaha həmd-səna etdikdən sonra üzünü camaata tutub dedi: «Mən tezliklə sizin aranızdan gedəcəyəm. Mən də məsuliyyət daşıyıram, siz də. Siz mənim barəmdə necə şəhadət verirsiniz? (Məni necə tanıyırsınız)» Camaat uca səslə dedi: «Biz şəhadət veririk ki, sən öz peyğəmbərlik vəzifəni lazımınca yerinə yetirdin. Bizlərə yalnız xeyirli nəsihətlər etdin və bizim düz yola gəlməyimiz üçün əlindən gələni əsirgəmədin. Allah sənə xeyir versin.» Peyğəmbər buyurdu: «Siz Allahın təkliyinə, mənim peyğəmbər olmağıma, qiyamət gününə və o gün ölülərin diriləcəyinə şəhadət verirsinizmi? (Bunları qəbul edirsinizmi)» Müsəlmanlar hamısı bir ağızdan «Bəli, şəhadət veririk» dedilər. Peyğəmbər buyurdu: «İlahi! Şahid ol (ki, bunlar şəhadət verdilər). Sonra peyğəmbər buyurdu: «Ey camaat! Mənim səsimi eşidirsinizmi?» Camaat dedi: «Bəli.» Səhranı sükut bürümüşdü. Səhranın isti küləyindən başqa heç nə eşidilmirdi. Peyğəmbər sözünə davam edib dedi: «Deyin, görüm, məndən sonra sizin aranızda əmanət qoyduğum bu iki şeylə necə rəftar edəcəksiniz?» Bir nəfər yerdən uca səslə qışqırıb dedi: «Ey Allahın rəsulu! Hansı iki şeyi deyirsən?» Peyğəmbər buyurdu: «Biri Quran, ikincisi isə Əhli-Beytimdir. Bunlardan əl çəkməyin. Allah mənə xəbər vermişdi ki, bu iki şey Behiştdə mənimlə birləşənə qədər heç vaxt bir-birindən ayrılmaz. Bu iki şeydən qabağa keçməyin, geri qalmayın, yoxsa həlak olarsınız.» Bu zaman peyğəmbər(s) öz ətrafına göz gəzdirirdi. Elə bil, kimisə axtarırdı. Gözü Əli(ə)-a sataşdıqda əyilib onun əlini tutub o qədər qaldırdı ki, hər ikisinin qoltuğunun altı göründü. Camaat hamısı Əli(ə)-ı görüb tanıdı. Peyğəmbər səsini ucaldıb dedi: «Ey camaat! Sizə özünüzdən də yaxın və mehriban kimdir?» Camaat «Allah və onun Rəsulu daha yaxşı bilər» deyə cavab verdi. Peyğəmbər(s) buyurdu: «Allah mənim mövla və rəhbərim, mən də sizin mövla və rəhbərinizəm. Sizə özünüzdən də yaxın və mehribanam.» Daha sonra əlavə edərək dedi: «Mən hər kimin rəhbəriyəmsə, Əli(ə)-da onun rəhbəridir.» Peyğəmbər bu cümləni üç dəfə təkrar etdi. Bəzilərinin dediyinə görə isə, cümlə dörd dəfə təkrar edilmişdir. Peyğəmbər(s) bu cümləni dedikdən sonra üzünü göyə tutub dua etdi: «İlahi! Onunla dostluq edənlərlə sən də dostluq et, onunla düşmən olanlara sən də düşmən ol. Onu sevənləri sən də sev, onunla kin saxlayanları məhv et. Dostlarına kömək et, düşmənlərini isə köməyindən məhrum et. Haqqı həmişə onunla, onu da həmişə haqqla birgə et.» Sonra Peyğəmbər orada olanların bu xəbəri orada olmayanlara çatdırmasını istədi. Toplanmış insanların sırası dağılmamış Cəbrail nazil olub peyğəmbərə bu ayəni gətirdi: «Bu gün dininizi tamalayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim.» (Maidə, 3) Bu zaman peyğəmbər camaata dedi: «Allahu əkbər, Allahu əkbər. Allah bu gün dinimizi kamil edib öz nemətlərini bizə tamam etdi, mənim risalətimdən və Əlinin məndən sonra imam və rəhbər olacağına öz razılığını bildirdi.» Peyğəmbərin söhbəti başa çatdıqdan sonra camaat arasında səs-küy başladı. Orada olanların hamısı Əli(ə)-ı bu məqama nail olması münasibətilə təbrik edir, ürək sözlərini 64 deyirdilər. O cümlədən, Əbu Bəkr və Ömər camaatın içərisindən irəli çıxıb Əli(ə)-a dedilər: «Eşq olsun sənə, eşq olsun sənə, ey Əbu-Talibin oğlu! Bu gündən mənim və digər mömin kişi və qadınların rəhbəri oldun.» Bu hədisi bir çox İslam alimləri müxtəlif ifadələrlə öz kitablarında qeyd etmişlər. Bu hədisin peyğəmbərdən söylənilməsin heç kimin şəkk-şübhəsi yoxdur. Bu hədisi mühəqqiq Əllamə Əmini Əl-Qədir kitabında 110 səhabədən və 360 kitab və İslam alimlərindən nəql etmişdir. Sünni alimlərinin tarix, təfsir, hədis kitablarında da bu hədis söylənilmişdir. Hətta bəzi alimlər bu hədis haqqında ayrıca kitab yazmışlar. O cümlədən, Əllamə Əmini Qədir-Xum hədisi barədə ayrıca bir kitab yazmış və həmin kitabda İslam alimlərinin adları çəkilmişdir. Bu hədisin doğruluğunu inkar edə bilməyən bəzi şəxslər onu imamət məsələsindən başqa məsələyə aid etməyə cəhd göstərmişlər. Buna görə də, hədisdə olan «mövla» sözünü rəhbər mənasına yox, dost mənasında tərcümə və təfsir etmişlər. Lakin hədisin məzmununa nəzər saldıqda, eləcə də hədisin söylənildiyi zaman və məkan şəraitinə diqqət yetirdikdə məlum olur ki, «mövla» sözü imam və rəhbərdən başqa bir şey deyildir. Bunun üçün bir neçə sübut da gətirmək olar: A)Keçən dərsdə oxuduğumuz «Təbliğ» ayəsi bu hadisədən qabaq nazil olmuşdur və söhbətin adi dostluqdan getmədiyinə şahiddir. Çünki bunun üçün narahatlıq lazım deyil. (Peyğəmbər isə çox narahat idi. Deməli, söhbət dostluqdan getmir.) Digər tərəfdən də «Əlyəvmə əkməltu ləkum dinəkum və...» ayəsinin bu hadisədən sonra nazil olması bir daha sübut edir ki, məsələ dostluq məsələsi yox, imamət kimi çox mühüm bir məsələ imiş. B)Hədisdən qabaq olan hazırlıqlar, qızmar günəş altında isti səhrada camaatı saxlayıb geniş bir xütbə oxumaq, camaatdan iqrar və etiraf almaq hamısı bizim iddianı isbat edir. V)Müxtəlif dəstələr və şəxslərdən Əli(ə)-ın ünvanına söylənən təbriklər, yazılan şerlər isbat edir ki, Əli(ə) imamət məqamına nail olmuşdur. Fikirləşin və cavab verin. 1-Qədir-Xum hadisəsini izah edin. 2-Qədir-Xum hədisi neçə sənədlə və neçə kitabda peyğəmbərdən söylənilmişdir? 3-Nəyə görə Qədir-Xum hədisindəki «mövla» sözü dost mənasında yox, rəhbər və imam mənasındadır? 4-Peyğəmbər bu hədisi dedikdən sonra Əli(ə) barədə nə dua etdi? 5-Qədir və Cüfrə haradadır?

Əqaid 18.04.2008

Quran və imamət

Quran, bu böyük səmavi kitab hər şeyi aydın şəkildə açıqlamış, hətta imamət məsələsindən də yan keçməmişdir. Bu məsələni müxtəlif yöndən araşdırmışdır. 1.Quran imaməti Allah tərəfindən hesab edir Ötən dərslərdə dediyimiz kimi, Quran İbrahim peyğəmbərin imamət məqamına nübuvvət məqamına çatdıqdan və bir sıra çətin sınaqlardan keçdikdən sonra yetişdiyini bildirir. Bu məsələ Bəqərə surəsinin 124-cü ayəsində açıqlanmışdır: «İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona «Səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm» deyə buyurdu. Müxtəlif Quran və tarix nişanələri göstərir ki, İbrahim(ə) imamət məqamına Babil bütpərəstləri ilə mübarizədən, Şama hicrət etdikdən, Kəbə məscidini düzəltdikdən və İsmayılı qurban kəsməyə apardıqdan sonra nail olmuşdur. Əgər nübuvvət məqamının təyini Allahın ixtiyarındadırsa, ondan dəfələrlə üstün olan imamət məqamı da onun ixtiyarında olmalıdır. İmamət məsələsi camaatın rəyi əsasında təyin olunmuş deyil. Bundan əlavə, Quran özü bu cür ifadə ilə buyurur: «Səni insanlara imam təyin edəcəyəm.» (Deməli, bu iş Allahın ixtiyarındadır.) Quranın digər bir ayəsində Allahın böyük peyğəmbərləri İbrahim, Lut, İshaq və Yaqub barədə bu cür deyilmişdir: «Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar etdik.» (Ənbiya, 73). Quranın bir çox başqa ayələrində də bu işin Allah tərəfindən təyin olunduğu bildirilmişdir. İbrahim peyğəmbərin imamətinə dair olan ayədə görürük ki, İbrahim peyğəmbər bu məqamı onun övladlarına da nəsib olmasını istədikdə mənfi cavab aldı: «İbrahim: 61 Nəslimdən necə?-deyə soruşdu. Allah onun cavabında «(Sənin nəslindən olan) Zalımlar mənim imamlığıma nail olmazlar» buyurdu. «Zalım» sözünün leksik mənası və Quranın bu barədəki məntiqinə nəzər yetirdikdə məlum olur ki, bu sözün geniş mənası vardır. Bu söz bütün günahlara, zahiri və batini günahlara da aiddir. Bu işi (insanın zahir və batində gördüyü günahları) Allahdan başqa heç kimi bilmədiyinə görə, məlum olur ki, imam təyin etmək yalnız Allahın ixtiyarındadır. 2.Təbliğ ayəsi Maidə surəsinin 67-ci ayəsində gəlmişdir: «Ya peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı təbliğ et. Əgər (bunu) etməsən, Allahın risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Allah kafir camaatı düz yola yönəltməz.» Bu ayənin ahəngindən başa anlaşılır söhbət peyğəmbərin boynunda olan ağır məsuliyyətdən gedir. Özü də, peyğəmbərə nigarançılıq üz vermişdi. Bu məsuliyyət camaatın bir dəstəsinin qarşı çıxmasına səbəb ola bilərdi. Buna görə də, ayədə bu məsuliyyət və təbliğin camaata çatdırılması təkid olunmuş və peyğəmbərə nigarançılıqların müqabilində xatircəmlik verilmişdir. Bu mühüm məsələ yəqin ki, tövhidə, yəhudi və münafiqlərlə mübarizə aparmağa aid deyil. Çünki o vaxt (Maidə surəsi nazil olan zaman) bu məsələlərin hamısı həll olunmuşdu. İslamın sadə ehkamlarını camaata çatdırmaq üçün də bu qədər nigarançılıq lazım deyil. Çünki ayənin zahirindən belə anlaşılır ki, bu məsuliyyət çox ağır və peyğəmbərliyə bərabər olan bir məsuliyyət imiş. Əgər bu iş həyata keçməsəydi, peyğəmbərlik vəzifəsi naqis və natamam qalardı. Bu məsələ peyğəmbərin özündən sonraya canişin təyin etmək məsələsindən başqa bir şey ola bilərdimi? Özü də bu ayə peyğəmbərin ömrünün son çağlarında nazil olmuşdur və peyğəmbərin risalətinin davamı olan canişinlik məsələsi ilə uyğun gəlir. Bundan əlavə, bir çox səhabələrdən rəvayət olunmuş hədislərdə, o cümlədən Zeyd ibn Ərqəm, Əbu-Səid Xidri, İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Əbu-Hüreyrə, Hüzeyfə və İbn Məsuddan söylənilmiş hədislərdə, eləcə də sünni alimlərinin (təfsirçi, tarixçi və hədis deyənlərin) söylədiyi hədislərdə gəlmişdir ki, bu ayə (Maidə surəsinin 67-ci ayəsi) Həzrət Əli(ə) və Qədir-Xum hadisəsilə əlaqədar nazil olmuşdur. Qədir-Xum hadisəsini, inşaallah, gələn dərsdə açıqlayacağıq. İndi isə qısaca olaraq deyirik: bu ayə açıq-aşkar göstərir ki, peyğəmbərə ömrünün axırlarında son həccindən qayıdan zaman Əli(ə)-ı rəsmi olaraq öz canişini təyin edib camaata bildirmək əmr olunmuşdu. 3.(Ülul-əmr) «İxtiyar sahiblərinə itaət etmək» ayəsi «Nisa» surəsinin 59-cu ayəsində oxuyuruq: «Ey iman gətirənlər! Allaha, peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin.» Bu ayədə ixtiyar sahiblərinə itaət heç bir şərt qeyd olunmadan Allah və peyğəmbərə itaət etməklə birgə deyilmişdir. İxtiyar sahibləri dedikdə hər bir zaman müsəlmanlara başçılıq edən xəlifələrmı anlaşılır? (Necə ki, bəzi sünni alimləri belə deyir.) Bu, heç bir məntiqə uyğun gəlmir. Çünki xəlifələrin bir çoxu hər hansı, zaman azğın, günahkar və zalım şəxslər olmuşlar. Bəlkə ixtiyar sahibləri dedikdə bütün xəlifələr başa düşülməlidir? Bu şərtlə ki, hakimiyyətləri şəriətin əksinə olmasın. Bu ehtimal da ayənin ümumiyyəti ilə uyğunlaşmır. Yoxsa, ixtiyar sahiblərin dedikdə peyğəmbərin bütün səhabələri nəzərdə tutulur? Bu ehtimal da ayənin hər əsr və zamana aid olan məfhumu ilə uyğun gəlmir. Beləliklə, məlum olur ki, ixtiyar sahiblər dedikdə məqsəd hər zaman həyatda olan məsum rəhbərlərdir. Onlara itaət etmək vacibdir, əmrlərinə isə Allahın və peyğəmbərin əmrləri kimi tabe olmaq lazımdır. İslami mənbələrdən söylənilmiş və ixtiyar sahibləri dedikdə Həzrət Əli(ə) və digər məsum imamların nəzərdə tutulduğunu söyləyən hədislər də bu məsələyə şahiddirlər. 62 4.(Vilayət) rəhbərlik ayəsi «Maidə» surəsinin 55-ci ayəsində gəlmişdir: «Sizin hamınız, rəhbəriniz ancaq Allah, Onun peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) boyun əyərək namaz qılır və rüku halında sədəqə( zəkat) verirlər. «Vilayət» kəlməsi «vəliyy» sözünün köküdür. Bu sözün verdiyi məna müsəlmanların bir-biri ilə dostluğu deyil. Çünki bu dostluğun şərtə ehtiyacı yoxdur və bütün müsəlmanlar bir-biri ilə dostdurlar. Hətta rüku halında zəkat verməsələr də, «vəliyy» sözü müsəlmanlara maddi və mənəvi rəhbərlik etmə mənasına gəlir. Xüsusən, bu sözün Allah və peyğəmbərin rəhbərliyi ilə birgə gəlməsi bu məsələni daha da aydınlaşdırır. Bu da məlumdur ki, bu ayədə bəzi xüsusiyyət və nişanələrin qeyd olunması, namaz qılarkən rüku halında sədəqə (zəkat) verən müəyyən bir şəxsə işarə edir. Vacib deyil ki, insan namazın rükusunda sədəqə versin. Əslində bu bir nişanədir. Bu nişanələrin hamısından belə məlum olur ki, bu ayə Həzrət Əli(ə)-ın əhvalıtına işarədir. O əhvalat bu cür olub: Bir gün Həzrət Əli(ə) məsciddə namaz qılırdı. Bir dilənçi məscidə girib kömək istədi. Lakin ona heç kim əl tutmadı. Bu vaxt namazın rükusunda durmuş Həzrət Əli(ə) sağ əlinin kiçik barmağını dilənçiyə tərəf uzatdı. Dilənçi yaxınlaşıb Həzrət Əli(ə)-ın barmağındakı qiymətli üzüyü çıxartdı. Peyğəmbər(s) gözucu bu hadisəni müşahidə edirdi. Namazdan sonra üzünü göyə tutaraq buyurdu: «İlahi! Musa(ə) səndən köksünün açılıb genişlənməsini, işinin yüngülləşməsini, sözünün yaxşı anlaşılması üçün dilindən düyünün açılmasını və qardaşı Harunun ona vəzir, köməkçi olmasını dilədi. Mən Məhəmməd(s) sənin seçilmiş peyğəmbərinəm. Mənim də köksümü genişlət, işlərimi asan et və ailəmdən olan Əlini mənə vəzir və köməkçi et. Onunla məni möhkəm və qüvvətli et.» Peyğəmbərin duası qurtarmamış Cəbrail nazil olub həmin ayəni gətirdi. Təəccüblü budur ki, böyük sünni təfsirçilərinin əksəriyyəti, eləcə də tarixçi və hədis deyənləri bu ayənin Həzrət Əli(ə) barədə nazil olduğunu yazmışlar. Peyğəmbərin səhabələrinin on nəfərdən çoxu da bu ayənin Əli(ə) barədə nazil olduğunu şəxsən peyğəmbərin öz dilindən söyləmişlər. Rəhbərlik, imamət barədə ayə çoxdur. Biz isə təkcə bu dördə ayə ilə kifayətlənirik. Fikirləşin və cavab verin 1.Quran baxımından imam, xəlifə təyin etmək kimin öhdəsindədir? 2. «Təbliğ» ayəsi hansı şəraitdə nazil olmuş və nəyi əhatə edir? 3.Heç bir şərt qeyd olunmadan kimlərə itaət etmək düzgündür? 4.Hansı dəlilə əsasən «innəma vəliyyukumullahu və...» ayəsi imamətə aiddir? 5.Quranın imamət barəsindəki ayələrindən hansı məsələləri istifadə etmək olar?

Əqaid 17.04.2008

İmamı təyin etmək kimin öhdəsindədir?

Müsəlmanların bir dəstəsi (sünnə əhli) deyirlər ki, peyğəmbər dünyasını dəyişən zaman heç bir canişin təyin etməmişdir. Bu iş (xəlifə seçmək) müsəlmanların öz öhdəsindədir. Şuranın rəhbərliyi altında yığışıb özlərinə xəlifə təyin etməlidirlər. Onlar deyirlər ki, bu iş həyata keçdi- ilk dəfə olaraq birinci xəlifə (Əbu Bəkr) müsəlmanlara rəhbərlik etdi. Dünyasını dəyişən zaman şəxsən özü ikinci xəlifəni təyin etdi. İkinci xəlifə də ondan sonrakı xəlifəni təyin etmək üçün altı nəfərdən ibarət olan bir şuranın qurulmasını vəsiyyət etmişdi. O altı nəfər bunlar idi: Əli(ə), Osman, Əbdürrəhman ibn Ofv, Zübeyr, Təlhə və Səd ibn Əbi Vəqqas. Şurada Osman hamıdan çox, yəni Səd ibn Əbi Vəqqas, Əbdürrəhman ibn Ofv və Təlhənin ona verdiyi üç rəy ilə müsəlmanların üçüncü xəlifəsi seçildi. (Bunu da xatırladaq ki, ikinci xəlifə Ömər açıq-aşkar demişdi ki, əgər rəylər bərabər olarsa (Osmanın kürəkəni olan) Əbdürrəhman ibn Ofv olan tərəfin rəyini qəbul edin). Osmanın xilafətinin axır çağlarında camaat müxtəlif səbəblər üzündən onun əleyhinə qiyam edib onu qətlə yetirdiklərinə görə, o, özündən sonrakı xəlifəni təyin edə bilməmişdi. Onun ölümündən sonra camaatın hamısı Həzrət Əli(ə)-a tərəf üz çevrilib ona beyət etdi. Bu beyətdən yalnız Müaviyə boyun qaçırdı. O, üçüncü xəlifə tərəfindən Şam şəhərinə vali təyin edilmişdi. Osmanın ölümündən sonra Müaviyə bilirdi ki, yeni xəlifə (Əli) onu bu məqamında saxlamayacaq. Məhz bu səbəbdən Əli(ə)-a müxalif olduğunu elan etdi və onun bu işi minlərlə günahsız müsəlmanın qanının axıdılması ilə nəticələndi. İndi bu məsələni (camaatın xəlifə seçməsini) elmi və tarixi yollarla araşdırıb bu barədə olan sualların bir neçəsini oxucuların nəzərinə çatdırırıq. 1.Ümmət peyğəmbərə canişin təyin edə bilərmi? Bu sualın cavabı bir o qədər də çətin deyil. Əgər imamət (xilafət) müsəlmanların zahiri rəhbərliyini öhdəyə götürməkdirsə, onda bu işdə camaatın bu rəyi böyük rol oynayır. Yox, əgər imaməti ötən dərslərdə şərh etdiyimiz və Qurandan əldə etdiyimiz mənaya gətirsək, bu təqdirdə imamı, xəlifəni yalnız Allah, ya da peyğəmbər (o da Allahın vəhyi ilə) təyin edə bilər. Çünki imamın bu mənasında sonsuz elmə malik olmaq şərt olunmuşdu. Bu elm səmavi mənbədən nəşələnməlidir, Peyğəmbərin elminə arxalanaraq İslamı qorumalıdır. Yaxud imamın şərtlərindən biri məsumluqdur. Yəni, heç vaxt səhv və günaha yol verməməlidir. O, yalnız məsum olmaqla camaatın zahiri, batini, maddi və mənəvi rəhbərliyini öhdəsinə götürə bilər. Eləcə də məqama nail olmaq üçün təqva, şücaət və s. şərt olunmuşdur. Bu 59 şərtləri bilmək yalnız Allah və peyğəmbərin əlindədir. Kimin məsum olub-olmadığını yalnız Allah bilər, kimin sonsuz elmə, təqvəya, şücaətə malik olduğunu yalnız o bilər. İmamət və xilafəti yalnız «zahiri rəhbərlik» mənasında şərh edən şəxslər imamətin Qurandakı mənasını dəyişmiş və onun geniş dairəsini məhdudlaşdırmışlar. İmamın şərait və xüsusiyyətlərini tam şəkildə yalnız Allah tanıya bilər. Bu xüsusiyyətlərdən xəbərdar olan yalnız odur. Peyğəmbərin Allah tərəfindən seçildiyi və camaatın fikrinin bu işdə heç bir rol oynamadığı kimi, imamın seçilməsi də bu cürdür. Peyğəmbər üçün lazım olan xüsusiyyətləri Allahdan başqa heç kimin bilmədiyi kimi, imamında xüsusiyyətlərini ondan başqa heç kim bilmir. 2.Məgər peyğəmbər özünə canişin təyin etmədi? İslam dininin ümumdünya və əbədi bir din olduğuna şübhə yoxdur. Quran ayələrinə əsasən, bu dinin xas bir zaman və məkana aid olmadığı anlışılır. Buna da şübhə yoxdur ki, peyğəmbər vəfat edən zaman İslam dini Ərəbistan yarımadasından kənara çıxmamışdı. Digər tərəfdən, peyğəmbərin Məkkədəki 13 il ömrü (peyğəmbər olduqdan sonra) yalnız bütpərəstliklə mübarizə aparmaqla keçmişdi. Ömrünün hicrətdən sonrakı və İslamın təzə təzə çiçəkləndiyi dövrdəki on ilinin çoxu da müharibələrə sərf olmuşdu. Peyğəmbərin gecə gündüz İslamı təbliğ etməsinə baxmayaraq, bir çox məsələlərlə yaxından tanış olmağa çox vaxt lazım idi. Buna görə də, bu ağır məsuliyyəti peyğəmbərdən sonra onun özü kimi bir şəxs öz öhdəsinə götürməli idi. Bunlardan əlavə, gələcəyi düşünmək məzhəbin, şəriətin davam etməsi üçün şərait hazırlamaq bütün rəhbərlərin fikrini cəlb edən məsələlərdən idi. Onlar bu məsələləri heç vaxt unutmur və həmişə bu barədə düşünürdülər. Bunlar bir kənara, bəzən peyğəmbər ən sadə işlər üçün də tövsiyələr edir, məsləhətlər verirdi. Onda necə ola bilər ki, özündən sonra bir nəfəri canişin təyin etmək üçün proqram hazırlamasın? Bu üç məsələ açıq-aşkar bildirir ki, peyğəmbər özündən sonra mütləq canişin təyin edib. Gələn dərslərdə (6-cı dərsdə) bu məsələyə dair İslam hədislərini də misal gətirəcəyik. Bu hədislər peyğəmbərin ömr boyu bu məsələdən xəbərsiz olmadığını vurğulayaraq bu işi bir az da açıqlayır. Baxmayaraq ki, peyğəmbərin vəfatından sonra bəzi siyasi qüvvələr camaata peyğəmbərin canişin təyin etmədiyini təlqin edirdilər. Heç inanmaq olarmı ki, bəzi müharibələrdə Mədinə şəhərindən bir neçə günlük kənara çıxmaq istəyən peyğəmbər öz yerində canişin qoyur, lakin ölümündən sonra bir nəfər canişin təyin etmir? Yəni, peyğəmbər(s) camaatı ixtilaflar arasında başsız qoyur, İslamı gələcəkdə tam şəkildə təmin etmək üçün tövsiyələr etmir? Yenicə yaranmış İslam üçün canişin təyin etməmək şübhəsiz ki, onun böyük təhlükələrlə üzləşdirər. Ağıl, düşüncə belə hökm edir ki, İslam peyğəmbəri tərəfindən bu iş (canişin təyin etməmək) qeyri-mümkündür. «Peyğəmbər bu işi camaatın öhdəsinə qoymuşdur» deyənlər heç olmasa, peyğəmbərin dilindən bir sənəd göstəsinlər. Təəsüflər olsun ki, bu şəxslərin heç bir sənəd, sübutları yoxdur. 3.İcma və şura Fərz edək ki, peyğəmbər bu mühüm işi həyata keçirməmiş və özündən sonra canişin təyin etməmişdir. Eyni zamanda, müsəlmanlar özlərinə xəlifə təyin etməlidirlər. Bildiyimiz kimi, «icma» bütün müsəlmanların toplanmasına deyilir. Ancaq birinci xəlifənin seçilməsində bu cür icma toplanmamışdı. Təkcə Mədinə şəhərində olan bir neçə səhabə yığışıb Əbu-Bəkri xəlifə seçmişdilər və digər müsəlman şəhərlərinin, eləcə də Mədinənin özündə Həzrət Əli(ə) və Bəni Haşim qəbiləsinin böyük bir dəstəsi bu icmada iştirak etməmişdilər. Buna əsasən, bu icmanı və onda alınan qərarı qəbul etmək olmaz. Yenə fərz edək ki, bu icma düzgün olub, bəs nə üçün birinci xəlifədən sonra yeni xəlifə təyin etmək üçün icma qurulmadı? Nə üçün birinci xəlifənin özü ikinci xəlifəni təyin etdi? Əgər bu işi bir nəfər görə bilərsə, onda peyğəmbərin səlahiyyəti hamıdan çoxdur. 60 Bir az irəli getdikdə daha bir müşküllə üzləşirik. O da üçüncü xəlifənin seçilməsidir. Nə üçün ikinci xəlifə camaatın və birinci xəlifənin qoyduğu qanunu pozdu? Yəni, nə icmaya əsaslandı, nə də özü şəxsən üçüncü xəlifəni təyin etdi. O üçüncü xəlifəni təyin etmək üçün altı nəfərdən ibarət şuranın qurulmasını tövsiyə etdi. Əgər bu şura düzgündürsə, bəs nə üçün altı nəfərdən olmalıdır? Nə üçün altı nəfərin arasında üç nəfərin rəyi kifayət etməlidir? Bunlar İslam tarixində tədqiqatçılar üçün irələ çıxan suallardır. Onların cavabsız qalması isə imamın, xəlifənin təyin edilməsinin camaatın öhdəsində olmadığına sübutdur. 4.Əli(ə) hamıdan ləyaqətli və səlahiyyətli idi. Yenə təsəvvür edək ki, peyğəmbər özünə canişin təyin etməmiş və bu iş camaatın ixtiyarında olmuşdur. Bəs xəlifə təyin edən zaman insanların ən elmlisini, təqvalısını, şücaətlisini və bir çox xüsusiyyətləri ilə başqalarından fərqlənən şəxsi kənara qoyub ondan aşağı səviyyədə olanı xəlifə təyin etmək düzgündürmü? İslam alimlərinin əksəriyyəti, o cümlədən sünni alimlərinin bir çoxu Həzrət Əli(ə)-ın İslam məsələlərindən hamıdan yaxşı agah olduğunu yazmışlar. Ondan söylənilmiş rəvayət və əsərlər bu iddiaya canlı şahiddirlər. İslam tarixi deyir ki, o, bütün müşkül və çətinliklərdə müsəlmanların arxası olmuşdur. Hətta birinci, ikinci və üçüncü xəlifələr özləri onlardan çətin məsələlər barədə soruşulduqda Həzrət Əli(ə)-a müraciət edərdilər. Onun təqvası, şücaəti, elmi və digər xüsusiyyətləri hamıdan çox idi. Əgər camaat xəlifə seçmək istəyirsə, xilafət məqamına hamıdan çox Əlinin səlahiyyəti var. (Bu bəhslər barədə söhbətlər həddən artıq çoxdur. Onları bu kitaba sığışdırmaq mümkün deyil.) Fikirləşin və cavab verin. 1.Nə üçün camaat xəlifə təyin edə bilməz? 2.Əgər məntiqlə fikirləşsək, peyğəmbər özünə canişin təyin edib ya yox? 3.İlk üç xəlifə necə təyin olunmuşdur? 4.Bu üç xəlifənin seçilməsi elmi və İslami qanunlara uyğun olmuşdurmu? 5.Nəyə görə Əli(ə) hamıdan ləyaqətli və səlahiyyətli idi?

Əqaid 16.04.2008

İmamın xüsusi şəraiti və sifətləri

Bu bəhsi başlamazdan qabaq bir məsələni bilməliyik. O məsələ budur: Qurani Məciddən məlum olur ki, imamət məqamı bir şəxsin çata biləcəyi ən yüksək məqamdır. Hətta nübuvvət məqamından da üstündür. Çünki İbrahim peyğəmbərin əhvalatında deyilir: «İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, Allahın 57 əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona «səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm» dedi. İbrahim isə «nəslimdən necə?» deyə soruşdu. Allah (onun cavabında): «(Sənin nəslindən olan) Zalımlar mənim imamlıq rütbəmə nail ola bilməzlər.»buyurdu.» (Bəqərə, 124). Beləliklə də, İbrahim(ə) nübuvət, peyğəmbərlik məqamına çatdıqdan və Allahın imtahanlarından başı uca çıxdıqdan sonra imamət məqamına nail olur və camaatın zahiri, batini, maddi və mənəvi rəhbərçiliyini öhdəsinə götürür. İslam peyğəmbəri də nübuvvət məqamından əlavə camaatın rəhbərliyini (imaməti) də öhdəsinə götürmüşdü. Digər tərəfdən, bilirik ki, bir məqama nail olmaq üçün lazım olan şərait, sifət və xüsusiyyətlər həmin məqama münasib və uyğun olmalıdır. Yəni, məqam və rütbə nə qədər uca və məsuliyyətlər nə qədər ağır olarsa, lazım olan xüsusiyyətlər də bir o qədər çətin olacaqdır. Məsələn, İslamda məhkəmə işi aparan hakim və ya camaat namazına başçılıq edən şəxs ədalətli olmalıdır. Bir məhkəmə işi aparmaq və ya bir neçə rükət camaat namazı qılmaq üçün ədalət lazımdırsa, görün o böyüklükdə imamət məqamını öhdəsinə götürən şəxs hansı xüsusiyyətlərə malik olmadıdır? Bu baxımdan imam olan şəxs aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: 1)Günah və səhvdən məsum olmaq İmam da peyğəmbər kimi məsum olmalıdır. Əks təqdirdə camaatın etimadını qazana bilməz və onlara rəhbər, örnək, nümunə ola bilməz. İmam camaatın qəlbində rəğbət qazanmalıdır. Dediyi sözləri camaat sorğu-sualsız qəbul etməlidir. Günah işlətmiş şəxs heç vaxt camaatın rəğbətini qazana bilməz. Özünün gündəlik işlərində səhvə yol verən şəxs cəmiyyətin işlərini səhvsiz necə qabağa apara bilər? Camaat onun dediklərini sorğu-sualsız necə qəbul edər? Şübhəsiz ki, peyğəmbər məsum olmalıdır və buna heç kimin şəkki yoxdur. İmam da yuxarıda dediyimizə əsasən məsum olmalıdır. Bu məsələni başqa bir yolla da isbat etmək olar. O da ötən dərslərdə dediyimz «lütf qaydası» dır. Peyğəmbər və imamın varlığı bu qaydaya əsasən olduğu kimi, məsumluğu da bu qaydaya əsasəndir. Səbəbi də budur ki, peyğəmbər və imamların qarşıya qoyduğu məqsədlər yalnız məsum olmaqla təmin olunur və ötən dərslərdə peyğəmbər və imamların varlığının fəlsəfəsinə dair dediklərimiz məsumluq şərti ilə kamil olur. 2)Sonsuz elm İmam da peyğəmbər kimi camaatın elm mənbəyidir. O, dinin əsas və füruatından (fəri məsələlər), Quranın zahir və batinindən, peyğəmbərin sünnəsindən və dinə aid olan bütün məsələlərdən xəbərdar olmalıdır. O, şəriətin gözətçisi, camaatın rəhbəridir. Çətin məsələlərlə üzləşdikdə başqalarından kömək istəyən, elmləri İslam cəmiyyətinin ehtiyaclarını ödəməyən insanlar imamət məqamını öhdələrinə götürə bilməzlər. (Heç buna ixtiyarları da çatmır.) Bir sözlə, imam dini məsələləri bütün camaatdan yaxşı bilməlidir. Peyğəmbərin vəfatından sonra əmələ gələn boşluğu doldurmalı və həqiqi İslamı mövhumatdan qoruyub saxlamalıdır. 3)Şücaət İmam cəmiyyətin ən şücaətli şəxsi olmalıdır. Şücaətsiz rəhbərlik etmək mümkün deyil. İmam şücaətlə çətinliklərin, zalımların, daxili və xarici düşmənlərin qarşısında durmalıdır. 4)Təqva Dünya malının aşiqi olanlar tez allanırlar. Onların haqq yoldan dönmə ehtimalı böyükdür. Bu cür insanları bəzən dünya malı ilə şirnikdirmək, bəzən də qorxutmaq vasitəsi ilə yoldan çıxarırlar. İmam dünya malının əsiri yox, əmiri (şah) olmalıdır. O, dünya malına aldanmamalı və İslama zidd olan dəvətlərə uymamalıdır. Buna görə də o, gərək, nəfsə tabe olmasın və dünya malında gözü olmasın. 58 5)Əxlaqi cazibə Quran peyğəmbər(s) barədə buyurur: «(Ya Məhəmməd!) Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər.» (Ali-İmran, 159). Camaatla qaba, sərt ürəkli rəftar etmək onların pərakəndəliyinə səbəb olmaqdan əlavə, peyğəmbər və imam üçün böyük bir eybdir. Şübhəsiz ki, onlar bu eybdən uzaqdırlar. Bu xüsusiyyətlər böyük alimlərin imamlar üçün qeyd etdikləri əsas şərtlərdir. Əlbəttə, bu beş xüsusiyyətdən əlavə şərtlər də var. Lakin bu beş şərt onların ən əsaslardır. Fikirləşin və cavab verin 1.Hansı dəlilə əsasən imamət məqamı insan üçün ən yüksək məqamdır? 2.İslam peyğəmbəri və digər ülul-əzm peyğəmbərlər də imamət məqamına nail olmuşlarmı? 3.İmamın məsum olmadığı təqdirdə hansı müşküllə üzləşəcəyik? 4.Nə üçün imamın sonsuz elmi olmalıdır? 5.Nə üçün imam insanların ən şücaətlisi, ən təqvalısı və əxlaq cəhətdən ən cazibəlisi olmalıdır?

Əqaid 15.04.2008

İmamlığın fəlsəfəsi

Peyğəmbərlərin lazımlığı barədə gətirdiyimiz sübutlar peyğəmbərdən sonra imamın lazımlığını da bizim üçün bir qədər aydınlaşdırıb. Çünki onların (peyğəmbərlərin və imamların) bəzi işləri eynidir. Lakin yenə də bəzi məsələlərin açıqlanmasını lazım bilirik. 1)İlahi rəhbərlərin (imamların) himayəsində mənəvi təkamül. Hər şeydən əvvəl, dünyanın yaraşıq və bəzəyi olan yaranışının hədəfi ardınca gedirik. Bu hədəf Allaha, kamala, mənəvi təkamülə yetişməkdə çox məsafələr, uzun-uzadı yollar qət etmişdir. Şübhəsiz ki, bu yolu məsum bir imamın başçılığı olmadan qət etmək olmaz. Bu məsafəni arxada qoymaq üçün mütləq Allah tərəfindən təyin edilmiş bir müəllimə ehtiyacı var. Düzdür, Allah insana ağıl, düşüncə, dərrakə, vicdan vermiş, onun üçün səmavi kitablar göndərmişdir. Bununla belə, yenə də ola bilər ki, insan öz yolunu tapmaqda səhv etsin. Məsum bir imamın olması isə bu səhvin qarşısını mümkün qədər alır. Beləliklə də, «imamın vücudu insan yaranışının hədəfini təkmil edir.» Əqidə kitablarında bu ifadəni «lütf qaydası» adlandırılar. Lütf qaydası o deməkdir ki, hikmətli Allah insanı yaranışının hədəfinə yetirmək üçün onun üçün hər cür şərait hazırlamışdır. O cümlədən, insanlar üçün peyğəmbərlər göndərmiş və imamlar təyin etmişdir. Əgər belə olmazsa, Allahın hikməti ilə uyğun olmaz. (Diqqət olunsun). 2)Səmavi şəriətləri qorumaq Bildiyimiz kimi, ilahi şəriətlər peyğəmbərlərin qəlblərinə nazil olan zaman yağış suyu kimi şəffaf və ruhu yandırandılar. Lakin həmin pak şəriətlər çirkin mühitə, bacarıqsız qəlblərə daxil olan zaman çirklənir və yavaş-yavaş öz paklıqlarını itirirlər. İnsanlar (nahaq insanlar) bu şəriətlərin paklığını yox etmək üçün mövhumat və fanatik fikirləri ona qatırlar. Belə olduqda bu şəriətlərin nə bir cazibəsi olur, nə də tərbiyəsi. Bunun qarşısını almaq üçün 56 məsum bir rəhbər şəriət və din proqramlarını gözləməlidir. Bu yolla bütün mövhumat, fanatikalar və yalan əqidələrin qarşısı alınır. Əgər bir şəriət bu cür gözətçidən məhrum olarsa, o tez bir zamanda öz paklığını itirəcək. Məhz bu mənaya işarə edərək Həzrət Əli(ə) Nəchul-bəlağədə buyurur: «Yer üzü istər aşkarda olsun, istər gizlin, heç bir vaxt ilahi bir rəhbərsiz olmayıb (və olmayacaq). Bununla da,Allahın aşkar dəlil və sübutlarının (şəriətinin) aradan çıxmasının qarşısı alınır.» (Nəhcül-bəlağə, qısa sözlər, 147-ci cümlə). Bu baxımdan imamın qəlbi içində sənədlər saxlanan etibarlı sandığa bənzəyir. Bu yolla bu sənədlər həmişə olduğu kimi qalır.Bu da imamın mövcudluğunun fəlsəfəsindən biridir. 3) Ümmətə siyasi-ictimai rəhbərlik Şübhəsiz ki, heç bir dəstə ictimai nizam- intizam və başda qüdrətli bir rəhbər olmadan öz ehtiyacını ödəyə bilməz. Elə buna görə də, qədim zamanlardan indiyədək bütün millətlər özlərinə rəhbər təyin etmişlər. Bu rəhbərlər bəzən saleh və xeyirxah insanlar, əksər hallarda isə xudbin və ləyaqətsiz şəxslər olmuşlar. Tarix dəfələrlə göstərmişdir ki, Müaviyə, Yezid kimi zalım şəxsiyyətlər camaatın rəhbərə olan ehtiyacından istifadə edərək özlərini güclə camaata rəhbər etmişlər. Bu, işin yalnız bir tərəfidir. Digər tərəfdən, insan özünün mənəvi təkamül hədəfinə nail olmaq üçün bu yolu tək başına yox, camaatla birgə getməlidir. Çünki bir nəfərin fikri, cismi, maddi və mənəvi qüvvəsi camaatın qüvvəsindən dəfələrlə azdır. (Cəsarətlə demək olar ki, bir nəfərin qüvvəsi cəmiyyətin qüvvəsinin yanında heçdir.) Buna görə, cəmiyyətə düzgün nizam-intizam hakim olmalıdır. Bu hakimiyyət haqsızlıqlarla mübarizə, bütün camaatın hüququna riayət, mühitdə bu hədəfə yetişmək üçün cəmiyyəti səfərbər etməli və böyük hədəflərə nail olmaq üçün proqramlar hazırlamalıdır. 4)Höccətin tamamlanmasına olan ehtiyac. İmamın mövcudluğu onun ətrafındakı möminlərin ondan bəhrələnməsi və öz hədəflərinə çatmaları üçün ondan istifadə etmələrindən əlavə, onların əksinə hərəkət edənlərə höccəti tamamlayır. Bu yolla onlara verilən əzab vədləri sübutsuz olmur və bəhanə üçün heç bir yer qalmır. Bir sözlə, imamın mövcudluğu haqq dəlillərini kifayət qədər bəyan edir, xəbərsizləri xəbərdar edir, xəbərdarlara isə xatircəmlik verir. 5)İmam Allah lütfünün böyük vasitəçisidir Alimlərin bir çoxu (hədislərdən istifadə edərək) insanlar arasında peyğəmbər və imamın yerini insan bədənində ürəyin yerinə bənzədirlər. Bildiyimiz kimi, ürək döyündükdə bütün damarlara qan ötürərək bütün hüceyrələri qidalandırır. Məsum imamın insanların başçısı olub Allah lütfünün nazil olmasına səbəb olduğunu, eləcə də hər bir insanın bu vasitəçi ilə əlaqədə olub öz lütfünü mənimsədiyini nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, ürək insan vücuduna lazım olduğu kimi, imam da insanlara lazımdır. (Diqqətli olun.) Bunu da bilin ki, peyğəmbər və imamın özünün heç bir şeyi yoxdur ki, camaata versinlər, hər nələri varsa, hamısı Allahındır. Necə ki, qəlb Allah lütfünün bədən üçün vasitəçisidir, eləcə də peyğəmbər və imam insanlar üçün Allah lütfünün vasitəçisidirlər. Fikirləşin və cavab verin 1.İnsanların mənəvi təkamülə yetişməsində imamın rolu nədən ibarətdir? 2.Şəriəti qorumaqda imamın rolu varmı? 3.Höccətin tamamlanması nə deməkdir? İmamın bu işdə nə kimi rolu var? 4.Lütf vasitəsi nə deməkdir? Bu baxımdan peyğəmbər və imamı nəyə bənzətmək olar?

Əqaid 14.04.2008

İmamət məsələsi nə vaxtdan başlandı?

Hamımıza məlum olduğu kimi, peyğəmbərin vəfatından sonra müsəlmanlar iki dəstəyə bölünürlər. Bir dəstə deyirdi ki, peyğəmbər özündən sonra heç bir canişin təyin etməmiş və xilafət məsələsini camaatın öz öhdəsinə qoymuşdur. Camaat kimi istəyirsə, onu xəlifə etsin. Bu dəstə «sünni» və ya «sünnə» adlanır. İkinci dəstənin etiqadına görə isə, peyğəmbərin canişini onun özü kimi günah və səhvdən məsum, camaata maddi və mənəvi rəhbərlik etmək üçün lazımi dərəcədə elmli olmalı və dini göz bəbəyi kimi qoruyub saxlamalı, dinin irəliləməsində əlindən gələni etməlidir. Bu dəstənin fikrincə bu cür şəxsi təyin etmək yalnız Allahın öhdəsində olan və peyğəmbərin vasitəsi ilə həyata keçən bir şeydir. Peyğəmbər də bu işi Allahın əmri ilə həyata keçirmiş və Əli ibn Əbu Talib (ə)-ı öz canişinlik məqamına təyin etmişdir. Bu dəstə «İmamiyyə» və ya «şiə» adlanır. Bu bəhsləri irəli sürməkdə məqsədimiz məsələni əqli və tarixi dəlillərlə sübuta yetirmək və ona aid Quran ayələri və peyğəmbərin hədislərini şahid gətirməkdir. Ancaq bu bəhslərə başlamazdan qabaq bir neçə məsələni nəzərinizə çatdırmağı lazım bilirik. 1)İmamət məsələsi araya ixtilaf salırmı? 54 Bəzi insanlar var ki, imamət məsələsi barədə söhbət araya gəldikdə deyirlər, bu gün bu məsələnin yeri deyil. İndi müsəlmanları birləşdirib vəhdət (birlik) yaratmaq lazımdır. Peyğəmbərin canişini barədə söz-söhbət araya ixtilaf salır. İxtilaf və təfriqə yaradan məsələləri kənara qoyub ümumi çətinliklərimizin həlli ilə məşğul olmalıyıq. Bu, tamamilə səhv bir fikirdir. Çünki birincisi, ixtilaf və təfriqə yaradan yalnız məntiqsiz və əsassız söhbətlərdir. Məntiqlə, sübutla, dəlillə deyilən sözlər heç bir ixtilafa səbəb olmur. Əksinə, arada olan ixtilafları azaldır və müştərək cəhətləri qüvvətləndirir. Mən özüm Ərəbistana ziyarətə gedərkən orada olan sünni məzhəbinin alimləri ilə görüşüb bəhslər etmişəm. Həm onlar, həm də mən bu bəhslərin heç bir ixtilafa səbəb olmadığını, eyni zamanda arada yaxınlıq yaratdığını hiss edirik. Bu bəhslər aradakı ixtilafları imkan dairəsində aradan qaldırır, bir-birimizə olan kin-kudrəti səmimiyyətə çevirirdi. Ən əsası və başlıcası budur ki, bu cür bəhs və müzakirələr iki məzhəb arasındakı müştərək cəhətlərin həddən artıq çox olduğunu aşkar edir. Biz müsəlmanlar (şiə və sünni) bu müştərək cəhətlərlə düşmənlərimizin qarşısında durub onların cavabını verə bilərik. Sünnilərin özü dörd firqəyə bölünmüşlər: hənəfilər, hənbəlilər, şafeilər və malikilər. Bu dörd firqənin olması heç də onların təfriqələrinə səbəb olmamışdır. Əgər sünnilər şiə məzhəbini bir məzhəb kimi qəbul etsələr, bir çox ixtilaflara son qoyular. Necə ki, son zamanlarda sünni məzhəbinin böyük müftisi, əl-Əzhər universitetinin rektoru Şeyx Şəltun İslamda böyük bir addım atmış və sünnilər arasında şiə məzhəbini müsəlmanlar üçün rəsmi olaraq beşinci məzhəb elan etimişdir. Onun bu işi iki məzhəb arasında böyük dostluq və qardaşlığa səbəb olmuşdur. İkincisi, bizim əqidəmizə görə, İslamın qayda-qanunu hər məzhəbində kamildir. Bütün məzhəblərə hörmət etməyimizlə bərabər bu əqidədəyik ki, həqiqi İslamı hansı cəhətdən olursa olsun, yalnız şiə məzhəbi düzgün tanıtdıra bilər. Nəyə görə bu məktəb və məzhəbi məntiq əsasında və qənaətbəxş olan dəlillərlə öz övladlarımıza öyrətmək? Əgər bu işi görməsək, qətiyyətlə deyə bilərəm ki, övladlarımıza xəyanət etmiş olarıq. Biz yəqin bilirik ki, peyğəmbər(s) özündən sonra camaata başçılıq etmək üçün canişin təyin edib. Bu məsələni məntiqi sübutlarla araşdırmağın nə eybi var? Ancaq bu araşdırmalar elə olmalıdır ki, başqalarının məzhəbinə hörmətsizlik olmasın. Üçüncüsü, İslam düşmənləri müsəlmanların vəhdət və birliyini aradan qaldırmaq üçün sünnilərin yanında şiələrə, şiələrin yanında da sünnilərə o qədər töhmətlər, iftiralar yağdırmışlar ki, bəzi ölkələrdə bu, iki məzhəbi bir-birindən uzaq salmış və onları bir-birinə düşmən etmişdir. Əgər biz imamət məsələsini yuxarıda dediyimiz kimi, yəni, məntiqi sübutlarla irəli sürsək, şiə məzhəbinin təkid etdiyi məsələləri Quran və peyğəmbər sünnəsi ilə sübut etsək, məlum olar ki, bu təbliğatın hamısı yalan olmuş və yalnız arada ixtilaf salmaq üçün bu söhbətləri quraşdırmışlar. Misal üçün, mənim heç vaxt yadımdan çıxmaz ki, Ərəbistana etdiyim səfərlərin birində Səudiyyə Ərəbistanın böyük din alimlərindən biri mənə dedi: «Eşitmişəm, siz (şiələr) bizim Qurandan fərqlənən başqa Quran çap edirsiniz». Mən təəcüblə ona dedim: «Əziz qardaşım! Bu məsələnin doğru olub-olmadığını öyrənmək elə də çətin iş deyil. Mən sizi dəvət edirəm, şəxsən özünüz və ya nümayəndəniz həcc ziyarətindən sonra heç bir yerə xəbər vermədən bizim ölkəyə gedək. Bütün məscidlərdə, evlərdə Quran var. Hansı məscidə, yaxud evə istəsəniz, gedib bir Quran götürüb baxaq. Görün, bizim ölkənin (çap etdiyi) Quranında bir fərq varmı? Onların nöqtəsində belə bir fərq ola bilməz. Mənim bu səmimi və sübutla etdiyim söhbət onun səhvini özünə anlatdı. Bunları deməkdə məqsəd imamətə dair bəhslərin (yuxarıda dediyimiz kimi) İslam cəmiyyətini möhkəmlətdiyini, bir çox həqiqətləri kəşf etdiyini və aradakı ixtilafları azaltdığını bildirməkdir. 2)İmamət nədir? 55 «İmam» sözü, adından məlum olduğu kimi, müsəlmanların rəhbər, başçı və liderinə deyilir. Şiə əqidəsinə görə məsum imam o şəxsə deyilir ki, o, hər cəhətdən Peyğəmbər(s)-in canişinidir. Peyğəmbərlərlə imanın təkcə bir fərqi var ki, peyğəmbər yeni şəriət və din gətirmiş, imam isə həmin şəriətin gözətçisidir. Peyğəmbərə vəhy nazil olur, imama isə vəhy nazil olmur. İmam öz təlimatını peyğəmbərdən alır və böyük elmə malikdir. Şiələrin nəzərincə, məsum imam İslama rəhbərlik etməklə yanaşı, müsəlmanların maddi və mənəvi, zahiri və batini, bir sözlə, bütün cəhətlərdən rəhbəri və başçısıdır. İslam qayda-qanunlarını qoruyub saxlamaq onun borcudur və o, Allahın seçilmiş bəndəsidir. Sünni qardaşlar isə, imaməti bu cür şərh etmirlər. Onların fikrincə imamət təkcə islami hökumətə başçılıq etmək deməkdir. Başqa sözlə desək, xəlifələri (hər hansı xəlifə olursa, olsun) hansı zamanda olursa, olsun, müsəlmanların rəhbəri və peyğəmbərin canişini bilirlər. Gələn dərslərdə isbat edəcəyik ki, hər zaman yer üzündə məsum bir peyğəmbər və ya imam olmalıdır. Belələklə də o, dini qoruyaraq haqqı tələb edənlərə başçılıq edəcək. Əgər bir zaman gözlərdən qeyb olsa, bu da Allahın məsləhəti ilədir. Belə bir zamanda isə din alimləri onun işini öz öhdələrinə götürüb onun ardıcılları olurlar. Fikirləşin və cavab verin: 1. «Bu gün imamət məsələsinin yeri deyil» deyənlərin məntiqi nədir? 2.Bu məntiqin qarşısında neçə sənədli cavab var? 3.İslam düşmənləri müsəlmanlar arasında necə ixtilaf yaradırlar? Bunların qarşısını necə almaq olar? 4.İslam düşmənlərinin müsəlmanlar arasında yaratdığı ixtilaflardan nümunələr bilirsinizmi? 5.Şiələrin fikrincə imamətin mənası nədir? Onların fikri ilə sünnilərin fikrində nə fərq var?

Əqaid 12.04.2008

Quran və çağdaş dövrün nailiyyətləri

Bilirik ki, Quran təbiətşünaslıq, tibb, psixologiya və ya riyaziyyat kitabı deyil. Quran hidayət və insanın islahı kitabıdır o, bu yolda lazım olan şeylərin heç birini əsirgəmir. Biz Quranı bütün elmləri əhatə etmiş olan ensklopediya kimi tanımamalı və ona ensklopediya gözü ilə baxmamalıyıq. Qurandan iman və hidayət nuru, təqva və səadət, insaniyyət və əxlaq, nizam-intizam və qanun tələb etməliyik. Quran bu sayılanların hamısına malikdir. Quran bu məqsədə yetişmək üçün bəzən bir sıra təbiət elmlərinə işarə etmiş, dünyanın bəzi sirr və incəliklərini bəyan etmişdir. Xüsusən, tövhidə aid olan bəhslərdə «nəzm» bürhanı ilə əlaqədar olaraq dünya sirlərinin bir neçəsini açıqlanmış və o dövrün hətta alimlərinə məlum olmayan elmi məsələləri aşkara çıxarmışdır. Quranın bu cür elmi kəşflərinə malik olan ayələrini «Quranın elmi möcüzələri» adlandırırıq. İndi isə Quranın elmi möcüzələrinin bir qismini oxucuların nəzərinə çatdırırıq. Quran və cazibə qanunu Nyutondan qabaq heç kim cazibə qanununu kamil surətdə kəşf etməmişdi. Bildiyiniz kimi, Nyuton bir alma ağacının altında oturduğu zaman bir alma ağacdan yerə düşür. Bu kiçik və adi hadisə Nyutonun fikrini özünə elə cəlb edir ki, o, illərlə bu fikrə qərq olur: «alma ağacdan qopduqda nə üçün göyə yox, məhz yerə düşdü»? Nəhayət, neçə ildən sonra cazibə qanununu kəşf edib belə nəticəyə gəlir: « İki maddi nöqtə kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütanasib olan qüvvə ilə bir-birini cəzb edir.» Bu qanunun kəşfi nəticəsində günəş sisteminin quruluşunun haradan olduğu sübuta yetirildi. Nə üçün bu əzəmətli kəhkəşan və planetlər öz oxları ətrafında günəşin başına dolanırlar? Nə üçün onlar bir-biri ilə toqquşmurlar? Onları ucu-bucağı olmayan bu geniş asimanda hərəkətə gətirən hansı qüdrətidir? Nə üçün hər biri öz oxu ətrafında fırlanır və bu yoldan çıxmır? Bəli, Nyuton kəşf etmişdir ki, bir cismin dövri hərəkəti onun mərkəzdən qaçmasına, cazibə qanunu isə onun mərkəzə cəzb olmasına səbəb olur. Bu iki qüvvə (mərkəzdən qaçma və cazibə) bir-biri ilə kamil bir şəkildə uyğun gəldiyi, yəni, cisimlər və onlar arasındakı məsafələr müdafiə qüvvəsinin dövri hərəkətinin surəti və cismin mərkəzdən uzaqlaşmasının ehtiyacı olan qədər cazibə istehsal etdiyi zaman cazibə və mərkəzdənqaçma qüvvələri həmin cisimlərə öz oxu ətrafında dövr etməyə imkan verir. Quran isə bu hadisəni (cazibə qüvvəsini) Nyutondan min ildən də artıq qabaq söyləyib. «Rəd» surəsinin 2-ci ayəsində açıqlanmışdır: «Göyləri gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta (dünyanın axırına, qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı (iradəsinə) tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra), Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza) bəlkə inanasınız.» 48 Bu ayə barədə imam Rza(ə)-dan söylənilən hədisdə oxuyuruq: (İmam Rza(ə) üzünü rəvayət söyləyənə tutub xitab etdi:) «Allah dayaqsız olaraq göyləri yüksəldən sütünlar deyir? «Rəvayət söyləyən cavab verdi: «Bəli, deyir. İmam buyurdu: «Deməli sütunlar var, lakin siz onları görmürsünüz.» Ərəb ədəbiyyatında cazibə qüvvəsini ümumi və avam camaata bəyan etmək üçün «gözə görünməz sütun» sözündən daha yaxşı nə ifadə var? (Necə ki, Quran bu ifadədən istifadə etmiş və cazibə qüvvəsini sadə yolla camaata çatdırmışdır.) Həzrət Əli(ə)-dan söylənilən hədisdə oxuyuruq: «Göydə olan ulduzlar yerdəki şəhərlər kimidir. Bir şəhər digər şəhərlə (bir ulduz digər ulduzla) nurdan olan bir sütunla birləşmişdir.» Bu gün alimlər etiraf edirlər ki, göydəki ulduzların arasında milyonlarla ulduz var ki, onlarda canlı və düşüncəli varlıqlar yaşayır. Baxmayaraq ki, bu barədə geniş məlumat hələ mövcud deyildir. Yerin öz oxu və günəş ətrafında hərəkətinin kəşfi Hamımız bilirik ki, yerin öz oxu ətrafında fırlanmasını dünyada ilk dəfə olaraq ilk dəfə təxminən 4 əsr bundan qabaq yaşamış italyan alimi Qalileo Qaliley kəşf etmişdir. Ondan qabaq isə bütün alimlər Misir aliminin ptolemey sisteminə, yəni, yerin bütün dünyanın mərkəzi olması və digər planetlərin onun ətrafına fırlanması nəzəriyyəsinə inanırdılar. Onu da xatırladaq ki, Qaliley bu nəzəriyyəni irəli sürdüyünə görə din xadimləri tərəfindən kafir adlandırıldı və ölüm cəzasına məhkum olundu. Lakin sonradan tövbə edib heliosentirik sistemdən formal narazılıq etməklə canını qurtardı. Sonralar alimlər onun nəzəriyyəsini qəbul edib onu ortaya çıxardılar. Heliosentrik sistemin (Kopernik sisteminin) Ptolemey sisteminə qalib gəlməsində Qalileyin elmi yaradıcılığının böyük rolu oldu. İndi bu nəzəriyyə artıq hamının qəbul etdiyi bir məsələyə çevrilmişdir. Hətta hissi təcrübələr nəticəsində də bu nəzəriyyə sabitləşmiş, sonralar havaya peyklər göndərildikdən sonra daha ona heç bir şübhə yeri qalmamışdır. Bir sözlə, yerin mərkəz olub sabit qalması inkar edildi. Məlum oldu ki, insanlar o vaxtadək (Qalileyin nəzəriyyəsi meydana çıxana qədər) səhv etmişlər, yerin hərəkətini digər planetlərin hərəkəti ilə qarışıq salmışlar. Biz özümüz hərəkətdə olduğumuzdan, onların bizim ətrafımıza hərəkət etdiklərini güman etmişik. Bunlara baxmayaraq «Ptolemey sistemi» (geosentrik nəzəriyyə) təxminən 1500 il alimlərin əqidəsinə kölgə salmışdı və Quranın nazil olduğu (və irəli sürən) dövrdə bir nəfər cürət edib «Ptolomey» nəzəriyyəsinin əksinə bir söz deyə bilmirdi. Ancaq Qurana nəzər saldıqda görürük ki, «Kopernik sistem və nəzəriyyəsi» «Nəml» surəsinin 88-ci ayəsində çox aydın şəkildə açıqlanmışdır: «Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki, onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir. Həqiqətən, o, etdiyiniz bütün əməllərdən xəbərdardır.» Bu ayə açıq-aşkar dağların hərəkətindən söhbət edir. Halbuki, biz onları hərəkətsiz zənn edirik. Dağların hərəkətinin buludların hərəkətinə bənzədilməsində məqsəd isə onların həm sürətlə həm də incəliklə hərəkət etdiyini bildirməkdir. «Yerin hərəkəti» əvəzinə «dağların hərəkəti» ifadəsi də bu məsələnin əzəmətini çatdırır. Məlumdur ki, dağlar ətraflarındakı torpaq və yerin öz hərəkəti olmadan hərəkət edə bilməzlər. Dağların hərəkəti elə yerin öz hərəkəti deməkdir. İstər öz oxu ətrafında olsun, istər gunəşin ətrafına da, istərsə də hər ikisinin. İndi təsəvvür edin ki, dünyada olan bütün elmi məclislər, akademiyalar, məktəblər hamısı Ptolemey və geosentrik sistemini, yəni yerin sabit qalması və günəş, ulduzlar və digər kəhkəşanların onun ətrafına dövr etməsi nəzəriyyəsini qəbul etsəydilər, belə bir mövqedə Quranın açıq-aşkar «Kopernik sistem və nəzəriyyəsi»ni, yəni yerin öz oxu 49 ətrafında dövretmə nəzəriyyəsini irəli sürməsi möcüzə hesab olmazdımı? Özü də heç bir məktəb görməmiş və dərs oxumamış bir şəxsin (peyğəmbərin) tərəfindən bu cür bir nəzəriyyə irəli sürülür. Bunun özü bu səmavi kitabın (Quranın) haqq olduğuna sübut və şahid deyilmi? Fikirləşin və cavab verin 1.Quranın elmi möcüzələrində məqsəd nədir? 2.Cazibə qanununu ilk dəfə olaraq kim kəşf etmiş və o şəxs hansı əsrdə yaşamışdır? 3.Quran hansı ayəsində və hansı ifadə ilə cazibə qanununu bəyan etmişdir? 4.Geosentrik nəzəriyyə kimlər tərəfindən irəli sürülmüş və insanların əqidəsinə neçə il hakim olmuşdur? 5.Quran hansı ayəsində və hansı ifadə ilə yerin hərəkətindən söhbət edir?

Əqaid 12.04.2008

Quran və çağdaş dövrün nailiyyətləri

Bilirik ki, Quran təbiətşünaslıq, tibb, psixologiya və ya riyaziyyat kitabı deyil. Quran hidayət və insanın islahı kitabıdır o, bu yolda lazım olan şeylərin heç birini əsirgəmir. Biz Quranı bütün elmləri əhatə etmiş olan ensklopediya kimi tanımamalı və ona ensklopediya gözü ilə baxmamalıyıq. Qurandan iman və hidayət nuru, təqva və səadət, insaniyyət və əxlaq, nizam-intizam və qanun tələb etməliyik. Quran bu sayılanların hamısına malikdir. Quran bu məqsədə yetişmək üçün bəzən bir sıra təbiət elmlərinə işarə etmiş, dünyanın bəzi sirr və incəliklərini bəyan etmişdir. Xüsusən, tövhidə aid olan bəhslərdə «nəzm» bürhanı ilə əlaqədar olaraq dünya sirlərinin bir neçəsini açıqlanmış və o dövrün hətta alimlərinə məlum olmayan elmi məsələləri aşkara çıxarmışdır. Quranın bu cür elmi kəşflərinə malik olan ayələrini «Quranın elmi möcüzələri» adlandırırıq. İndi isə Quranın elmi möcüzələrinin bir qismini oxucuların nəzərinə çatdırırıq. Quran və cazibə qanunu Nyutondan qabaq heç kim cazibə qanununu kamil surətdə kəşf etməmişdi. Bildiyiniz kimi, Nyuton bir alma ağacının altında oturduğu zaman bir alma ağacdan yerə düşür. Bu kiçik və adi hadisə Nyutonun fikrini özünə elə cəlb edir ki, o, illərlə bu fikrə qərq olur: «alma ağacdan qopduqda nə üçün göyə yox, məhz yerə düşdü»? Nəhayət, neçə ildən sonra cazibə qanununu kəşf edib belə nəticəyə gəlir: « İki maddi nöqtə kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütanasib olan qüvvə ilə bir-birini cəzb edir.» Bu qanunun kəşfi nəticəsində günəş sisteminin quruluşunun haradan olduğu sübuta yetirildi. Nə üçün bu əzəmətli kəhkəşan və planetlər öz oxları ətrafında günəşin başına dolanırlar? Nə üçün onlar bir-biri ilə toqquşmurlar? Onları ucu-bucağı olmayan bu geniş asimanda hərəkətə gətirən hansı qüdrətidir? Nə üçün hər biri öz oxu ətrafında fırlanır və bu yoldan çıxmır? Bəli, Nyuton kəşf etmişdir ki, bir cismin dövri hərəkəti onun mərkəzdən qaçmasına, cazibə qanunu isə onun mərkəzə cəzb olmasına səbəb olur. Bu iki qüvvə (mərkəzdən qaçma və cazibə) bir-biri ilə kamil bir şəkildə uyğun gəldiyi, yəni, cisimlər və onlar arasındakı məsafələr müdafiə qüvvəsinin dövri hərəkətinin surəti və cismin mərkəzdən uzaqlaşmasının ehtiyacı olan qədər cazibə istehsal etdiyi zaman cazibə və mərkəzdənqaçma qüvvələri həmin cisimlərə öz oxu ətrafında dövr etməyə imkan verir. Quran isə bu hadisəni (cazibə qüvvəsini) Nyutondan min ildən də artıq qabaq söyləyib. «Rəd» surəsinin 2-ci ayəsində açıqlanmışdır: «Göyləri gördüyünüz kimi dayaqsız olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan, müəyyən vaxta (dünyanın axırına, qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı (iradəsinə) tabe edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra), Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza) bəlkə inanasınız.» 48 Bu ayə barədə imam Rza(ə)-dan söylənilən hədisdə oxuyuruq: (İmam Rza(ə) üzünü rəvayət söyləyənə tutub xitab etdi:) «Allah dayaqsız olaraq göyləri yüksəldən sütünlar deyir? «Rəvayət söyləyən cavab verdi: «Bəli, deyir. İmam buyurdu: «Deməli sütunlar var, lakin siz onları görmürsünüz.» Ərəb ədəbiyyatında cazibə qüvvəsini ümumi və avam camaata bəyan etmək üçün «gözə görünməz sütun» sözündən daha yaxşı nə ifadə var? (Necə ki, Quran bu ifadədən istifadə etmiş və cazibə qüvvəsini sadə yolla camaata çatdırmışdır.) Həzrət Əli(ə)-dan söylənilən hədisdə oxuyuruq: «Göydə olan ulduzlar yerdəki şəhərlər kimidir. Bir şəhər digər şəhərlə (bir ulduz digər ulduzla) nurdan olan bir sütunla birləşmişdir.» Bu gün alimlər etiraf edirlər ki, göydəki ulduzların arasında milyonlarla ulduz var ki, onlarda canlı və düşüncəli varlıqlar yaşayır. Baxmayaraq ki, bu barədə geniş məlumat hələ mövcud deyildir. Yerin öz oxu və günəş ətrafında hərəkətinin kəşfi Hamımız bilirik ki, yerin öz oxu ətrafında fırlanmasını dünyada ilk dəfə olaraq ilk dəfə təxminən 4 əsr bundan qabaq yaşamış italyan alimi Qalileo Qaliley kəşf etmişdir. Ondan qabaq isə bütün alimlər Misir aliminin ptolemey sisteminə, yəni, yerin bütün dünyanın mərkəzi olması və digər planetlərin onun ətrafına fırlanması nəzəriyyəsinə inanırdılar. Onu da xatırladaq ki, Qaliley bu nəzəriyyəni irəli sürdüyünə görə din xadimləri tərəfindən kafir adlandırıldı və ölüm cəzasına məhkum olundu. Lakin sonradan tövbə edib heliosentirik sistemdən formal narazılıq etməklə canını qurtardı. Sonralar alimlər onun nəzəriyyəsini qəbul edib onu ortaya çıxardılar. Heliosentrik sistemin (Kopernik sisteminin) Ptolemey sisteminə qalib gəlməsində Qalileyin elmi yaradıcılığının böyük rolu oldu. İndi bu nəzəriyyə artıq hamının qəbul etdiyi bir məsələyə çevrilmişdir. Hətta hissi təcrübələr nəticəsində də bu nəzəriyyə sabitləşmiş, sonralar havaya peyklər göndərildikdən sonra daha ona heç bir şübhə yeri qalmamışdır. Bir sözlə, yerin mərkəz olub sabit qalması inkar edildi. Məlum oldu ki, insanlar o vaxtadək (Qalileyin nəzəriyyəsi meydana çıxana qədər) səhv etmişlər, yerin hərəkətini digər planetlərin hərəkəti ilə qarışıq salmışlar. Biz özümüz hərəkətdə olduğumuzdan, onların bizim ətrafımıza hərəkət etdiklərini güman etmişik. Bunlara baxmayaraq «Ptolemey sistemi» (geosentrik nəzəriyyə) təxminən 1500 il alimlərin əqidəsinə kölgə salmışdı və Quranın nazil olduğu (və irəli sürən) dövrdə bir nəfər cürət edib «Ptolomey» nəzəriyyəsinin əksinə bir söz deyə bilmirdi. Ancaq Qurana nəzər saldıqda görürük ki, «Kopernik sistem və nəzəriyyəsi» «Nəml» surəsinin 88-ci ayəsində çox aydın şəkildə açıqlanmışdır: «Dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki, onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir. Həqiqətən, o, etdiyiniz bütün əməllərdən xəbərdardır.» Bu ayə açıq-aşkar dağların hərəkətindən söhbət edir. Halbuki, biz onları hərəkətsiz zənn edirik. Dağların hərəkətinin buludların hərəkətinə bənzədilməsində məqsəd isə onların həm sürətlə həm də incəliklə hərəkət etdiyini bildirməkdir. «Yerin hərəkəti» əvəzinə «dağların hərəkəti» ifadəsi də bu məsələnin əzəmətini çatdırır. Məlumdur ki, dağlar ətraflarındakı torpaq və yerin öz hərəkəti olmadan hərəkət edə bilməzlər. Dağların hərəkəti elə yerin öz hərəkəti deməkdir. İstər öz oxu ətrafında olsun, istər gunəşin ətrafına da, istərsə də hər ikisinin. İndi təsəvvür edin ki, dünyada olan bütün elmi məclislər, akademiyalar, məktəblər hamısı Ptolemey və geosentrik sistemini, yəni yerin sabit qalması və günəş, ulduzlar və digər kəhkəşanların onun ətrafına dövr etməsi nəzəriyyəsini qəbul etsəydilər, belə bir mövqedə Quranın açıq-aşkar «Kopernik sistem və nəzəriyyəsi»ni, yəni yerin öz oxu 49 ətrafında dövretmə nəzəriyyəsini irəli sürməsi möcüzə hesab olmazdımı? Özü də heç bir məktəb görməmiş və dərs oxumamış bir şəxsin (peyğəmbərin) tərəfindən bu cür bir nəzəriyyə irəli sürülür. Bunun özü bu səmavi kitabın (Quranın) haqq olduğuna sübut və şahid deyilmi? Fikirləşin və cavab verin 1.Quranın elmi möcüzələrində məqsəd nədir? 2.Cazibə qanununu ilk dəfə olaraq kim kəşf etmiş və o şəxs hansı əsrdə yaşamışdır? 3.Quran hansı ayəsində və hansı ifadə ilə cazibə qanununu bəyan etmişdir? 4.Geosentrik nəzəriyyə kimlər tərəfindən irəli sürülmüş və insanların əqidəsinə neçə il hakim olmuşdur? 5.Quran hansı ayəsində və hansı ifadə ilə yerin hərəkətindən söhbət edir?

Məqalə 11.04.2008

Quranın dünya görüşü

Hər şeydən əvvəl Quranın nazil olduğu mühitin təfəkkür və mədəniyyət səviyyəsini nəzərdən keçirməliyik. Bütün tarixçilərin fikrincə, Hicaz dünyanın ən geri qalmış hissələrindən biri olmuşdur. Belə ki, bəzən «Cahiliyyət» dövrünün insanlarını vəhşi insanlar adlandırırlar. Etiqad cəhətdən bütpərəstliyə həddən artıq bağlanmış, daş və çubuqdan hazırlanmış müxtəlif şəkilli bütlər Hicazın hər tərəfinə yayılmışdı. Deyilənlərə görə, hətta xurmadan da bütlər düzəldib onlara sitayiş edirlərmiş. Qıtlıq olduqda isə onları yeyirdilər. Qız uşaqlarına mənfi rəğbət bəsləyirdilər. Hətta iş o yerə çatmışdı ki, qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Buna baxmayaraq, mələkləri Allahın (öz fikirlərində tutduqları Allahın) qızları, Allahı isə adi bir insan hesab edirdilər. Tövhid və təkallahlılıqdan son dərəcə təəccüblənirdilər. Həzrət Məhəmməd(s) onları tövhidə dəvət etdikdə gəlib deyirdilər: «Əcaba, o (Muhəmməd Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu doğrudan da çox təəccüblü bir şeydir». (Sad, 5). Kim onların cəfəngiyyat, mövhumat və əfsanələrinin əksinə söz desəydi, onu dəli, divanə adlandırardılar. Onlar qəbilə və tayfa şəklində yaşayırdılar. Qəbilələr arasında ixtilaflar o yerə gəlib çatırdı ki, iki qəbilə arasında gedən vuruşlar dayanmaq bilmirdi. Qarət və soyğunçuluq onlar üçün adi bir işə çevrilmiş və bununla fəxr edirdilər. Yazıb-oxumaq bacaran insanlar o vaxt mərkəz hesab olunan Məkkədə barmaqla göstərilirdi. Alim və ziyalı isə həddən artıq az tapılırdı. Bəli, bu cür mühitdən dərs oxumamış, məktəb və müəllim görməmiş bir şəxs çıxıb hər şeyi özündə əhatə edən bir kitab gətirmişdir. Üstündən 14 əsr keçməsinə baxmayaraq, yenə də alimlər bu kitabın təfsiri ilə məşğuldurlar. Hər an onda yenilik kəşf edirlər. 46 Quran bu dünya və onun gedişatını çox gözəl və dəqiq surətdə bəyan etmişdir. Tövhidi kamil şəkildə bəyan etmiş və yerin, göyün, gündüzün, günəşin, ayın, bitkilərin və ən əsası insan vücudunun hər birini tək və şərik olmayan Allahın nişanələri kimi qələmə verişdir. Quran bəzi ayələrdə insan vücudunun batininə nəzər salaraq fitri tövhidə işarə edir. Quran bu barədə buyurur: «Müşriklər gəmiyə mindikləri zaman (dəryada olan möminlər kimi) yalnız Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə də (Ona) şərik qoşarlar.» (Ənkəbut, 65). Bəzi ayələr ağıl və təfəkkür yolu ilə tövhidin dəlillərini bəyan edir. Təbiət və ətraf mühitdəki nişanələrə arxalanaraq yerin-göyün, heyvanların, dağların, dəryaların yaranmasını, yağışın yağmasını, küləyin əsməsini və insan bədəninin və ruhunun incəliklərini bəyan edir. Allahın sifətlərini açıqlayan zaman Quran ən gözəl yolu seçir. Bir yerdə buyurur: «Ona bənzər heç bir şey yoxdur.» (Şura, 11). Başqa bir ayədə isə belə buyurur: «O özündən başqa bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, rəhmli və mərhəmətlidir! O, özündən başqa heç bir tanrı olmayan, (bütün məxluqatın) sahibi, müqəddəs və pak olan, (bəndələrinə) əmin-amanlıq, salamatlıq bəxş edən, peyğəmbərlərini öz köməyinə arxayın edən, (hər şeyə) göz-qulaq olan, yenilməz qüdrət və qüvvət sahibi, (hər işdə) qalib olub hökmü keçən və (hər şeyin) fövqündə olan Allah dır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq ona məxsusdur. Göylərdə və yerlədə olanların hamısı onu müqəddəs bilib şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir.» (Həşr, 22, 23, 23). Quran Allahın elmini vəsf edərək onun elminin sonsuz olduğunu gözəl ifadə ilə bəyan edir: «Əgər yerdəki bütün ağaclar qələm, dərya isə mürəkkəb olsaydı, yenə də Rəbbimin sözləri (yazılıb) tükənməzdi. (Loğman, 27). Quran Allahın hər şeyi əhatə etdiyini və onun vücudunun hər yerdə olduğunu özünə məxsus bir ifadə ilə açıqlayır: «Şərq də, Qərb də Allahındır, hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah ordadır.» (Bəqərə, 115). Başqa bir ayədə deyir: «Siz harada olsanız, o, sizinlədir. Allah sizin etdiyiniz bütün işləri görür.» (Hədid, 4). Məad və qiyamət məsələsinə çatdıqda isə, müşriklərin ölülərin dirilməsi barədə büruzə verdikləri təəccübü bəyan edib dərhal cavablarını verir: «Çürümüş sümükləri kim dirildə bilər? De ki, onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyır. O yaradan ki, sizin üçün yaşıl ağacdan od gətirdi. Budur, siz indi od yandırısınız. Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi? Əlbəttə qadirdir. (hər şeyi) yaradan və (hər şeyi) bilən odur! Bir şeyi (yaratmaq) istədiyi zaman Allahın buyurduğu ona ancaq: «Ol!»- deməkdir. O da dərhal olar. (Belə bir qüdrətə malik olan Allah üçün ölüləri diriltmək çox sadə bir işdir) (Yasin, 78-dən 82-ci ayəyə qədər). (Bu barədə ətraflı məlumatı «Yasin surəsinin tərcüməsi və təfsiri» kitabından əldə edə bilərsiniz.) Quran yerin, insanın bütün əməllərini yadda saxladığı və qiyamət günü onların hamısını açıb söyləyəcəyi barədə də xəbər verir: «Məhz o gün (qiyamət günü) Allahın ona etdiyi vəhy ilə öz hekayətini söyləyəcəkdir» (Zilzal, 4-5). Bəzi ayələrdə insanın əl, ayaq və dərisinin onun əleyhinə verəcəyi şəhadətdən söhbət olunur: «Bu gün onların ağzını möhürləyərik. Etdikləri əməllər barəsində onların əlləri bizimlə danışar, ayaqları isə şəhadət verər.» (Yasin, 65). «Müşriklər öz dərilərinə: «Nə üçün əleyhimizə şəhadət verirsiniz?» deyəcəklər. Dərilərə onlara belə cavab verəcəkdir: «Hər şeyi dilə gətirən Allah bizi danışdırdı.» (Fussilət, 21) Quran maarifi, onun əhatə dairəsi və eləcə də bu maarifin hər cürə xürafat və mövhumatdan uzaq olduğu onu hal-hazırda təhrif olunmuş İncil və Tövratla yanaşı qoyarkən məlum olur. Hər birindən bir hissəni götürüb müqayisə edək. Məsələn, görək, Adəmin yaranışı barədə Quran nə deyir, İncil nə deyir? Peyğəmbərlərin başına gələnləri 47 Tövrat necə açıqlayır, Quran necə açıqlayır? Tövrat və İncil Allahı necə qələmə verir, Quran necə? Bu zaman Quran, Tövrat və İncil arasındakı fərq göz qabağında olacaq. Fikirləşin və cavab verin 1.Quranın meydana çıxdığı mühit hansı xüsusiyyətlərə malik idi? 2.Bütpərəstlik müşriklərin əqidəsinə necə təsir etmişdi? 3.Fitri və dəlillər əsasında olan tövhidin fərqi nədir? 4.Allahı tanıtdırma və onun sifətlərinin bəyanında Quranın məntiqi necədir? Bir neçə misal gətirin. 5.Quranın əhatə dairəsini necə anlamaq olar?

Əqaid 10.04.2008

Quranın ecazkarlığına açılmış pəncərə. Nə üçün müqəttəə hərfləri?

Bildiyimiz kimi, Quranın bir çox surələri müqəttə hərfləri ilə başlamışdır. Buna aid «Əlif-lam-mim», «Əlif-lam-mim-ra», «Yasin» və digər ayələri nümunə göstərmək olar. Bəzi rəvayətlərə əsasən, bu müqəttəə hərflərinin ehtimal olunan məna açılışlarından biri budur ki, Allah bu böyük möcüzənin, yəni Quranın sadəcəolaraq «əlifba» hərflərindən təşəkkül 44 tapdığı bildirmək istəyir. Görün, bu əzəmətli kəlamlar necə hərf və sözlərdən təşkil olunmuşdur ki, kiçik yaşlı uşaqlar da onu oxumağa qadirdilər. Doğrudan da, bunun özü böyük bir möcüzədir. Burada bir sual yaranır: Quran hansı nöqteyi-nəzərdən möcüzə hesab olunur? Təkcə fəsahət, balağət cəhətlərindənmi möcüzədir? Başqa sözlə, onun möcüzə olması yalnız şirin, mənalı və nüfuzlu ifadələrinəmi görədir, yoxsa, başqa cəhətlərə görə də möcüzədir? Həqiqət budur ki, Qurana hər dəfə müxtəlif aspektlərdən nəzər yetirdikdə onun müxtəlif möcüzələri aşkar olur. Məsələn: 1.Onun fəsahət və bəlağəti. Onda olan şirin, hər şeyi əhatə edən, mənalı, dəyərli və çox cazibəli mənaların hamısı başdan-ayağa möcüzədir. 2.O, (Quran) hər baxışdan gözəl şeyləri, xüsusən, mövhumat və cəfəngiyyatdan kənar olan dini əqidəni əhatə etmişdir. 3.Onun elmi möcüzələri. Yəni, Quran o vaxtadək insanlar üçün məlum olmayan elmi məsələləri izah etmişdir. 4.Quranın qeybdən verdiyi xəbərlər. O vaxt hələ baş verməmiş bir neçə hadisə daha sonra açıq-aşkar baş vermişdir. 5.Ayələrin bir-biri ilə heç bir ziddiyyət yaratmaması və mənaların bir-biri ilə tam uyğunluğu, həmçinin bir çox başqa möcüzələr. Bu beş mövzu barədə bəhs həddən artıq çoxdur. Biz isə bir neçə dərsdə bunların əsas məzmununu araşdıracağıq. 1.Fəsahət və bəlağət Bilirik ki, hər bir söz iki hissədən ibarətdir: kəlmə və məna. Əgər kəlmələr gözəl, layiqli, bir-birinə uyğun və nöqsansız olsa, eləcə də cümlə birləşmələri, məna və məqsəd könül iətəyən kimi cazibəli olsa, o kəlam fəsih və bəliğ kəlam adlanar. Quran bu iki xüsusiyyəti (fəsahət, bəlağət) özündə son dərəcə yüksək səviyyədə ehtiva edir. Belə ki, indiyədək heç kim onun şirinliyi, cazibədarlığı kimi şirin və çox cazibəli ayələr gətirə bilməyib. Müşriklərin arasından seçilmiş olan Vəlid ibn Muğəyrə kimi şəxs Quran ayələrini eşitdikdən sonra heyrətə gəlib fikrə qərq oldu. Bir müddət fikirləşdikdən sonra Quranla mübarizə etmək məqsədi ilə müşriklərə «deyin, Quran sehr, Məhəmməd isə sehrbazdır» deyə əmr etdi. Onlar bu adı peyğəmbərə dəfələrlə vermişdilər. Onlar bu yolla Quranın adına xələl gətirmək istəyirdilər. Əslində isə bu Quranın əzəmətini daha da ucaltdı. Çünki bu, (Quranı sehr adlandırmaq) Quranın fövqəladə nüfuzlu olduğuna bir etiraf idi. Quranı sadə yolla tanımaq qeyri mümkündür. Buna görə də, onu cazibəli və tanınmamış bir qüvvə hesab etməliyik. Müşriklər həqiqəti və Quranı möcüzə olaraq qəbul etmək əvəzinə, haqsızlığa əl ataraq onu sehr adlandırdılar. İslam tarixində inadkar şəxslərin peyğəmbərin hüzuruna gəlib bir neçə Quran ayəsini dinləməklə birdən-birə İslam nurunun qəlblərində parladığı dəfələrlə görülmüşdür. Bu, Quranın cazibəsinin, fəsahət və bəlağətinin möcüzə olduğunu göstərir. Uzağa getməyək, hal-hazırda ərəb ədəbiyyatı ilə tanışlığı olan insanlar Quranı nə qədər oxuyub təkrar edirlərsə, heç yorulmur, Qurandan doymurlar. Əksinə, daha çox ləzzət alırlar. Quran ifadələri həddən artıq dəqiq, mətin şəkildə, eyni zamanda açıq-aşkar, yeri gəldikdə isə, qəti surətdə bəyan edilmişdir. Yeri gəlmişkən, xatırlatmalıyıq ki, ərəblər o zamanlarda ədəbiyyat sahəsində çox irəliləmişdilər. Cahiliyyət dövrünün bəzi şerləri hal-hazırda da ərəb ədəbiyyatının ən gözəl şerlərindən hesab edilir. 45 Hər il Hicaz ədəbiyyatçılarından bir dəstəsi Məkkə şəhərində yerləşən Əkkaz bazarına yığışıb öz şerlərini təqdim edirdilər. Onların ən yaxşısı «ilin şeri» adına layiq görülərək yazılıb Kəbənin divarlarından asılırdı. Həzrət Məhəmməd(s) peyğəmbərliyə yetişdiyi dövrdə artıq «Yeddi müəlləqat» adlı möhtəşəm poeziya nümunələri hərəsi bir dəfə ilin şeri adına layiq görülüb Kəbənin divarından asılmışdı. Quran nazil olduqdan sonra onların fəsahət və bəlağəti nüfuzdan elə düşdü ki, onları bir-birinin ardınca oradan götürməli oldular. Quran təfsirçiləri müxtəlif ayələrin əsasında Quranın incəliklərini bacardıqları qədər qələmə almışlar. Siz bu təfsirçilərə müraciət etməklə, yuxarıda deyilən məsələ ilə daha ətraflı tanış ola bilərsiniz. Quranla tanışlıq göstərir ki, peyğəmbərin Quran barədə buyurduğu aşağıdakı hədis heç də təsadüfi və mübaliğə dərəcəsində deyildir. Peyğəmbər buyurmuşdur: «Quranın zahiri gözəl və zinətli, batini isə çox dərindir. Onda olan maraqlı və heyrətamiz məsələlər köhnəlməz.» Quran məktəbinin böyük şagirdi olan Əmirəl-möminin Həzrət Əli(ə) da Nəchül- bəlağədə bu barədə belə buyurur: «Qəlbin baharı Qurandadır. Elm çeşmələri Qurandan qaynayır. Qəlbi təmizləmək üçün Qurandan yaxşı heç bir şey yoxdur». Fikirləşin və cavab verin 1.Qurandakı müqəttəə hərflərinin məna açılışı nədir? 2.Quran təkcə bir nöqteyi-nəzərdən möcüzədir, yoxsa müxtəlif cəhətlərdən? 3.Nəyə görə müşriklər peyğəmbəri sehrbaz adlandırmışlar? 4.Fəsahətlə bəlağətin fərqi nədir? 5. «Yeddi müəlləqə» hansı dövrə aiddir? Onların mənası nə idi?

Əqaid 09.04.2008

İslam peyğəmbərinin ən böyük möcüzəsi Əbədi möcüzə

İslam alimlərinin hamısı Qurani-Məcidin islam peyğəmbəri Həzrət Məhəmməd (s)-in ən böyük möcüzəsi olduğu fikrindədirlər. Quranın ən böyük möcüzə olmasının səbəbi aşağıdakılardır: 1.Quran insanın ruhu və şüuru ilə əlaqəli əqli bir möcüzədir. 2.Quran 14 əsr boyunca aşağıdakı şüarı əlində tutmuş bir möcüzədir: «Əgər bu səmavi kitabın Allah tərəfindən olmadığını zənn edirsinizsə, onda siz də bu cür bir kitab gətirin.» Quranın camaatı mübarizəyə dəvət etməsi bir neçə surədə bəyan olunmuşdur. İsra surəsinin 88-ci ayəsində deyilir: «(Ey peyğəmbər!) De ki: «Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün biri-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.» Başqa bir ayədə mübarizənin şərtini bir az asanlaşdıraraq 42 buyurur: «Yoxsa müşriklər: «Quranı özündən uydurdu.»-deyirlər. Onlara de ki, «Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın.» (Hud,13). Dərhal bu ayənin ardınca əlavə edib deyir: «Yox əgər (köməyə çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allhın elmi ilə nazil olmuşdur» (Hud, 14). Başqa bir ayədə mübarizənin şərtini asanlaşdıraraq buyurur: «Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər sizin (bu, bəşər kəlamıdır) iddianız doğrudursa, Allahdan savayı bütün şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi) bu işdə köməyə çağırın! (Bəqərə, 23). Sonrakı ayədə peyğəmbərə təsəlli verərək müşriklərin cavabını verib buyurur: «Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) qorxun!» (Bəqərə, 24). Quranın insanları (müşrikləri) ardıcıl olaraq mübarizəyə dəvət etməsindən məlum olur ki, peyğəmbərin öz möcüzələri arasında ən çox arxalandığı «Quran» möcüzəsi olmuşdur. Ancaq o Həzrətin digər möcüzələri də olmuşdur. Bu möcüzələri tarix kitablarından oxuya bilərsiniz. Quran əbədi və hal-hazırda hamının gözü qarşısında olan bir möcüzə olduğuna görə biz ən çox bu barədə danışacağıq. İnsanlar bu mübarizədə necə aciz qaldılar? Təəcüblü və maraq doğuran odur ki, Quran müxalif qüvvələri mübarizəyə dəvət etmək üçün son dərəcə fəsahət və bəlağətdən istifadə etmiş, xəbərdar edici sözlər işlətmişdir. Beləliklə də, heç kim üçün bəhanə yeri qalmır. «Əgər doğru deyirsinizsə...», «dünyada olanların hamısını köməyə çağırsanız da...», «əgər inanmasanız, yandırıcı od sizin intizarınızdadır» kimi ifadələr bu həqiqəti vurğulayır. Bütün bunlardan başqa, peyğəmbərin müxaliflərlə mübarizəsi də sadə mübarizə deyildi. Çünki İslam onların qəlbən əqidə bağladıqları məzhəbi (bütpərəstliyi) yox etməklə yanaşı, onların iqtisadi, siyasi mənfəətlərinə, hətta vücudlarına belə xətər yetirmişdi. Başqa sözlə desək, islamın nüfuz qazanması onların bütün həyatını alt-üst etmişdi. Buna görə də, çarəsiz qalıb onunla mübarizəyə qoşulmuşdular. Onlar peyğəmbərin qarşısını alıb, təbliğatına mane olmaq üçün nəyin bahasına olursa, olsun, Quran ayələrinə bənzər ayələr gətirmək məcburiyyətində qalmışdılar. Onlar bu cür ayələr gətirməklə qarşılarındakı müsəlmanları aciz buraxmaq və özlərinə haqq qazandırmaq istəyirdilər. Onlar bu işdə ərəblərin ən fəsahətli və bəlağətli şəxslərindən istifadə edirdilər. Lakin hər dəfə Quranla mübarizəyə əl atdıqda məğlubiyyətlə üzləşir, dərhal geri çəkilirdilər. Bu barədə ətraflı məlumatı tarix kitablarından əldə edə bilərsiniz. Vəlid ibn Muğəyrənin başına gələnlər Ərəblərin (müşriklərin) Quranla mübarizəyə dəvət etdikləri şəxslərdən biri də Bəni Məxzum tayfasından olan Vəlid ibn Muğəyrə olmuşdur. O, öz dövrünün görkəmli şəxsiyyətlərindən biri olmuş və çox tədbirli şəxs olduğu üçün ərəblər arasında şöhrət qazanmışdı. Müşriklər ondan Quran ayələri barədə fikirləşib onun fövqəladə nüfuzlu sözləri haqqında öz fikrini bildirməsini istədilər. Vəlid peyğəmbərin yanına gəlib ondan bir neçə ayə oxumasını istədi. Peyğəmbər də Səcdə surəsinin bir neçə ayəsini onun üçün oxudu. Bu ayələr Vəlidə o qədər təsir etdi ki, qeyri-ixtiyari olaraq Bəni- Məxzum qəbiləsinin təşkil etdiyi məclisə gəlib belə dedi: «And olsun Allaha! Məhəmməddən eşitdiklərim nə bəşər sözüdür, nə də pəri sözü....» Vəlidin dediyi sözlərin bir hissəsi belə idi: Yəni, «onun (Məhəmmədin) dediklərində xas bir şirinlik, gözəllik vardır. Sözlərinin yuxarısı meyvə ilə dolu olan ağac gövdəsinə bənzəyir. Sözlərinin əvvəli və sonu isə ağac gövdəsi kimi çox qüvvətlidir. Onun dedikləri 43 hər şeyə qələbə çalıb üstün gəlir və heç bir şey onun sözlərinə qalib gələ bilməz.» Bu sözlər Qüreyş arasında «Vəlid Məhəmmədin aşiqi olmuş və ona ürək bağlamışdır» şayiəsinin yayılmasına səbəb oldu. Əbu Cəhl (o da Qüreyş tayfasından idi) tələsik Vəlidin evinə gələrək hadisəni (Qüreyş arasında yayılmış şayiəni) ona olduğu kimi danışıb Vəlidi Qüreyşin məclisinə dəvət etdi. Vəlid məclisə gəlib dedi:-Məhəmmədin divanə olduğunumu zənn edirsiniz? İndiyədək onda dəlilik əlaməti görmüsünüzmü? Məclisdə oturanlar cavab verdilər ki, xeyr. Vəlid sözünə davam edib dedi:-Belə güman edirsiniz ki, o yalançıdır. Məgər o, indiyədək sizlərin aranızda düz danışan və etibarlı adam kimi tanımayıb? Ona Məhəmmədi- Əmin (düz danışan və etibarlı Məhəmməd) ləqəbini siz verməmisinizmi? Qüreyşin başçılarından bir neçəsi dedi:-Bəs biz ona nə ad qoyaq? Vəlid bir az fikirləşərək «deyin, o sehrbazdır»-deyə cavab verdi. Onlar bu yolla Qurana aşiq olmuş insanların qarşısını almaq istəyirdilər. Lakin Quran ayələrini sehr adlandırmağın özü onun ayələrinin fövqəladə cazibəli olduğundan xəbər verir. Onlar bu cazibəni sehr adlandırırdılar, həqiqətdə isə bunun sehrlə heç bir əlaqəsi yox idi. Belə bir vəziyyətdə Qüreyş «Məhəmməd məşhur sehrbaz olmuşdur, bu sözlər də (ayələr də) onun sehridir. Ondan uzaq gəzin, çalışın, sözlərini eşitməyin» şüarlarını hər tərəfə yayırdı. Onlar nə qədər çalışsalar da, yenə bu işin qarşısını ala bilmədilər. Haq tələb edən, həqiqət axtaran və ürəkləri təmiz olan insanlar dəstə-dəstə hər yandan Qurana pənah gətirir, ona bel bağlayırdılar. Onlar bu səmavi mənbədən lazımınca bəhrələnir, mənəvi qida alırdılar. Düşmənlər isə əlacsız qalıb geri çəkilməyə məcbur olurdular. Hal-hazırda yenə Quran bütün müxalifləri mübarizə meydanına dəvət edir. Ey alimlər, ey filosoflar, ey şair və yazıçılar! Əgər bu ayələrin Allah tərəfindən olmasına şəkk edib, onun bəşər kəlamı olduğunu zənn edirsinizsə, siz də onun kimi bir surə gətirin. Bilirik ki, İslam düşmənləri, xüsusilə, İslamı hər şeyi əhatə edən və özlərinin ən başlıca rəqibi hesab edən məsihi (xristian) keşişləri hər il müqəddəs və əziz İslam dininin ziddinə təbliğat aparmaq üçün külli miqdarda pul sərf edirlər. Onlar humanitar yardım bəhanəsi ilə müsəlman ölkələrinə gəlib İslamın ziddinə təbliğat aparır, fəaliyyət göstərirlər. Nə üçün onlar (ərəbdilli xristian alimlər) Quran ayələri kimi ayələr, surələr yazıb özlərinə üstünlük qazandırmırlar? Əgər bu iş baş tutası olsaydı, nəyin bahasına olursa olsun, yəqin ki, ona da əl atardılar. Onların bu acizliyinin özü Quranın möcüzə olduğuna və Allah tərəfindən nazil olunduğuna açıq-aşkar və qaneedici bir sübutdur. Fikirləşin və cavab verin 1.Nəyə görə Qurani-Kərim İslam peyğəmbərinin ən böyük və ən üstün möcüzəsidir? 2.Quran insanları möcüzəyə necə dəvət edir? 3.Quranın düşmənləri onu nə üçün sehr adlandırmışlar? 4.Nə üçün Quran indiki məsihiliyin ən əsas rəqibidir? 5.Vəlid ibn Muğəyrənin başına gələnləri danışın.

Əqaid 07.04.2008

Peyğəmbərləri tanımağın ən gözəl yolu

Hər peyğəmbərlik iddiası edən şəxsin iddiasını qəbul etmək, yəqin ki, məntiqsiz və ağıldan kənar bir işdir. Allah tərəfindən peyğəmbərlik iddiası edən ola bilər, düz desin, ehtimal da var ki, yalan desin, özünə məqam əldə etmək üçün belə iddiyaya əl ataraq özünü peyğəmbər adlandırsın. Buna görə də peyğəmbərlərin iddiasının doğru olub-olmadığını bilmək üçün bir sıra yol və qaydalar olmalıdır. Bu qaydalar vasitəsilə biz iddianın doğru 40 olub- olmadığını anlaya bilərik. Buna nail olmaq üçün bir neçə yol var. Bu yollardan ikisi daha çox əhəmiyyət daşıyır. 1.Peyğəmbərlik iddiası edən şəxsin iddiasını lazımi surətdə araşdırmalı, əsər və nişanələrini aydınlaşdırmalıyıq. 2.Möcüzə və bəşər qüdrətindən xaric olan işlər. İstərdik, əvvəl möcüzə haqqında bir az söhbət edək. Bəzi insanlar, möcüzə sözünə təəccüblənir, onu əfsanə və ilə eyni səviyyədə tuturlar. Ancaq möcüzə sözünün mənasına elmi nöqteyi-nəzərdən diqqət etdikdə bu təsəvvürlərin yanlış olduğu açıq-aşkar görünür. Möcüzə qeyri –mümkün və heç bir səbəbi olmayan iş deyil. Möcüzə elə bir işdir ki, onun həyata keçməsi adi insanların qüdrətindən kənardır və onu ancaq təbiətdən üstün olan bir qüvvəyə arxalanaraq həyata keçirmək olar. Beləliklə, möcüzə aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: A)Möcüzə mümkün və məqbul bir iş olmalıdır. B)Adi insanlar, hətta qeyri-adi istedada malik olanlar belə onu həyata keçirməkdən aciz olmalıdırlar. V)Möcüzə göstərən şəxs başqalarını mübarizəyə dəvət etməlidir. Buna görə də, özünə son dərəcə arxayın olmalıdır. Q)Heç kim onun kimi bir iş həyata keçirə bilməməlidir. Möcüzənin adından məlum olduğu kimi, bütün insanlar onu həyata keçirməkdən aciz olmalıdırlar. D)Möcüzə həmişə nübüvvət, yaxud imamət iddiası ilə yanaşı olmalıdır. (Deməli, bəzi qeyri-peyğəmbər və imamların etdiyi və bəşər qüdrətindən xaric olan işlər möcüzə deyil. Bu cür işlər «kəramət» adlanır. Öldükdən sonra bir daha həyata qayıtmağın mümkün olmadığı barədə insan övladı indiyədək elmi və əqli bir sübutu əldə edibmi? Yaxud həkimlərin indiyədək əlac tapa bilmədikləri xərçəng xəstəliyinin əlacsız olmasına dair elmi və əqli bir nəzəriyyə irəli sürülübmü? Şübhəsiz ki, insan hazırda əlində olduğu qüvvə ilə ölünü diritməyə və ya xərçəng kimi bəzi xəstəlikləri sağaltmağa qadir deyil. Dünyanın bütün həkimləri yığılıb gəlsə də, yenə bunlara əlac tapa bilməz. Ancaq kimsə ilahi qüvvə ilə və Allahın sonsuz elmindən bəhrələnərək ölmüş bir şəxsin ruhunu bədəninə qaytarırsa və çarəsiz xəstələrə şəfa edirsə, bunda nə eyib var? Elm deyir: Mən bilmirəm, bacarmıram. Elm demir ki, hər hansı bir iş heç vaxt bu iş mümkün deyil, baş tutmaz, ola bilməz. Başqa bir misal: Kosmik gəmidən istifadə etmədən ay səthinə enmək mümkün deyil. Ancaq bizim qüdrətimizdən qat-qat üstün olan bir qüdrətin köməyi ilə, heç bir fəza gəmisindən istifadə etmədən bir nəfər ay səthinə enirsə, yaxud başqa planetlərə səfər edirsə, burada nə eyib var? Əgər bir şəxs həqiqətən bu cür işlər görürsə, eyni zamanda peyğəmbərlik iddiası edərək başqalarını möcüzələri qarşısında mübarizəyə dəvət edirsə, insanlar da onun bu işləri qarşısında aciz qalırsa, onda bilirik ki, doğrudan da, o, Allah tərəfindən göndərilmiş bir peyğəmbərdir. Ola bilməz ki, Allah bu cür işləri yalançı bir şəxsin ixtiyarın verərək camaatı yoldan azdırsın. (Diqqət edin). Möcüzələri mövhumat və xurafatla qarışdırmaq olmaz İfrat və təfritlər həmişə həqiqətlərin üzə çıxmasına mane olmuşlar. Möcüzə barədə də bu sözü demək olar. Özlərini ziyalı adlandıran bəzi şəxslər ümumiyyətlə möcüzəni inkar edir, bəziləri isə hər kiçik işi möcüzə adlandırırlar. Peyğəmbərlərin göstərdikləri elmi və həqiqi möcüzələri ağlasığmaz əfsanələrlə qarışdırırlar. Möcüzələr bu cür mövhumatlardan fərqlənməyincə onların əsl siması aşkar olmayacaq. Məhz buna görə də islamın böyük 41 alimləri möcüzə barədə söylənilmiş hədisləri bu cür mövhumatlardan, saxtakarlıqlardan qoruyub saxlamağa cəhd etmiş və buna nail olmuşlar. Bu səbəbdən də «Rical» elmi ortaya çıxmışdır. Beləliklə, səhih və düzgün hədislərlə yalan və zəif hədislər, həqiqətlə mövhumatlar bir-birindən fərqlənmişdir. Hal-hazırda zalım və istismarçı siyasi qüvvələr əsassız və dindən kənar olan etiqadları dini və həqiqi əqidələrlə qarışdırmaq üçün əllərindən gələni edirlər. Biz isə düşmən vəsvəsələrinə aldanmamalı , öz pak, müqəddəs dinimizi qoruyub saxlamalıyıq. Möcüzə ilə qüdrətdən kənar və qeyri-adi başqa işlərin fərqi Bir çoxları deyirlər ki, mürtazlardan (yoqalardan) bir qismi qüdrət və adətdən kənar olan işləri həyata keçirirlər. Bu cür işləri öz gözləri ilə müşahidə etmiş insanlar da çoxdur. Bunlar heç də əfsanə deyildir, açıq-aşkar həqiqətdir. Burada belə bir sualla üzləşirik: bu cür işlərlə peyğəmbərlərin göstərdiyi möcüzələrin nə fərqi var? Biz onları bir-birindən necə ayırd edə bilərik? Bu sualın müxtəlif cavabları var. Ən başlıcası isə aşağıdakı iki cavabdır: 1.Yoqaların gördüyü işlər məhduddur. Başqa sözlə desək, onlar heç vaxt camaatın onlardan istədiyi işləri görmürlər. Bu, onun məşq və səyi nəticəsində həyata keçirdiyi işdir. Onların bu cür işlərinin məhdud olmasının səbəbi də aydındır. Çünki bütün insanların qüdrəti məhduddur və onlar yalnız bir neçə işdə məharət göstərə bilərlər. Lakin peyğəmbərlərin möcüzələri məhdud deyildir. Onlar lazım olduğu yerdə camaat tərəfindən tələb olunan hər bir möcüzəni göstərə bilirdilər. Səbəbi də budur ki, onlar Allahın sonsuz qüdrətindən bəhrələnirlər, Allah qüdrətinin isə heç bir həddi-hüdudu yoxdur. İnsanın öz elmi və qüdrəti həddən artıq məhduddur. 2.Bir yoqanın gördüyü işi başqa bir yoqa da görə bilər. Deməli o iş, bəşər qüdrətindən xaric deyil. Elə buna görə də, bir yoqa hər hansı işi gördükdə heç vaxt başqalarını mübarizəyə dəvət etmir. Bilir ki, onun kimi bu işi bacaranlar çoxdur. Peyğəmbərlər isə tam arxayınçılıqla camaatı mübarizəyə dəvət edərək bu cümləni əllərində şüar tuturlar: «Yer üzündəki bütün insanlar yığışsalar da, bizim gördüyümüz işi görə bilməzlər». Bu fərq möcüzə ilə sehrə də aiddir. Bəyan etdiyimiz bu iki cavab, bu iki fərq möcüzəni tamamilə sehrdən fərqləndirir. Fikirləşin və cavab verin 1.Möcüzəni nə üçün möcüzə adlandırmışdılar? 2.Möcüzə asılılıq qanunundan (illiyyət qanunundan) (səbəb qanunundan) istisnadırmı? 3.Möcüzəni yoqaların gördüyü işlərdən və sehrdən ayırmağın neçə yolu var? 4.Möcüzənin əsl şərt və xüsusiyyətləri hansılardır? 5.Həyatda möcüzəyə bənzər bir iş müşahidə etmisinizmi?

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...