Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Əliyyən Nəqi (ə) 29.01.2025

İMAM HADİNİN (Ə) HƏYATI

11 aprel – 3 rəcəb – İmam Hadinin (ə) şəhadəti İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya gəlmişdir. Bəzi mənbələrdə Zil-həccə ayının 27-si də qeyd edilmişdir. O həzrətin atasının adı imam Cavaddır (ə). Tarixdə anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər. Həzrət 254-cü hicri-qəməri ilində vəfat etmişdir. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiüs-sani ayının 25-də və yaxud 26-da şəhid edildiyi  qeyd edilir. İmam Hadi (ə) “Nəqi”, “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblərlə də məşhurdur. O həzrətin mübarək künyəsi isə “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. Şeyx Müfid və başqalarının rəvayətinə əsasən, imam Hadi (ə) hicrətin 254-cü ilinin Rəcəb ayında Samirrada dünyadan köçdü. (“Tarixi-Bağdad”, c.12, s.56.) O zaman on üçüncü Abbasi xəlifəsi Mötəzz xilafət taxtında idi. İbn Şəhr Aşub o həzrətin təbii əcəli ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə – Abbasi xəlifəsi Mötəmidin onu zəhərlədiyinə dair – İbn Babəveyhdən rəvayət də nəql etmişdir. (“Əl-mənaqib”, c.2, s.442.) O zamanın zalım hakimlərin Ələvi sülaləsinə, xüsusilə, onların böyükləri və şiə imamlarına qarşı kin və düşmənçilikləri imam Hadinin (ə) uzun müddət məcburi surətdə Samirrada qaldıqdan sonra qırx dörd yaşında vəfat etdiyinə və vəfat etməsinə səbəb olan hər hansı cismani xəstəliyinin tarixdə qeyd olunmadığına diqqət yetirdikdə, o həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi ilə bağlı rəvayətin düzgün olma ehtimalı daha da güclənir. İMAM HADİNİN (Ə) İMAMƏTİ İmam Cavad (ə) 220-ci h.q. ilində şəhadətə yetirildikdən sonra, hələ səkkiz yaşında olan oğlu imam Hadi (ə) imamətə çatdı. Şiələr imamın həddi-büluğa çatmaması məsələsini imam Cavad (ə) haqqında təcrübə edərək həll etdiklərindən nə özləri, nə də onların böyükləri imam Hadinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Bəzi rəvayətlərdən aydın olur ki, imam Cavad (ə) Mötəsim tərəfindən Bağdada gətirildiyi zaman – o, bunun öz hakimiyyətinə bir hədə olduğunu və təhlükəli olacağını hiss etdiyi üçün – imam Hadini (ə) öz canişini təyin etdi. (“Üsuli-kafi”, c.1, s.323) İMAM HADİ (Ə) MÜQABİLİNDƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu. Ondan sonra Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvval ayına qədər xilafətə yiyələndi. Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəzz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular. (“Nəsəbnameyi-xüləfa və Şəhriyaran”, Zəmbavər, s.3.) İmam Hadi (ə) qeyd etdiyimiz kimi, hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi. Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edir və mötəzilə təriqətini müdafiə edirdilər. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlilik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himayə edərək onları şiənin əleyhinə qaldırdı. İMAM HADİNİN (Ə) SAMİRRAYA GƏTİRİLMƏSİ Mütəvəkkil bu təzyiqlərin qızğın çağında imam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun imam Rza (ə) üzərində tətbiq etdiyi siyasətin davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təmtəraqlı icra edildi. İmam Hadi (ə) xalqın pişvazı ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır. (“İsbatul-vəsiyyət”, s.228.) Yəhya ibn Hərsəmə deyir: “Yol üstü Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm. O, İmam haqqında mənə dedi: Ey Yəhya, gördüyün şəxs Rəsulullahın (s) övladıdır, Mütəvəkkilin kobud xasiyyətini nəzərə alaraq, əgər onun haqqında xəlifəyə təhrikedici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullaha (s) hesab verməli olacaqsan. Samirraya daxil olduqda, əvvəl Vüseyf Türkini görüb, imam Hadinin (ə) gəldiyini ona xəbər verdim. O dedi: “Əgər onun başından bir tük belə əskik olsa, özün hesab verəcəksən.” Sonra Mütəvəkkilin yanına gedib, İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Quran və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.” (“Təzkirətul-xəvass”, s.359.) Şeyx Müfidin nəqlinə əsasən, imam Hadi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin mehmanxanaya aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmamı nəzərdə tutulan evə apardılar. Saleh ibn Səidin fikrinə görə, belə bir addımın atılması İmamı gözdən salmaq və təhqir etmək üçün idi. Həzrət (ə) ömrünün sonuna qədər – iyirmi ildən çox – bu şəhərdə yaşadı. MÜTƏVƏKKİLİN İMAM HADİ (Ə) İLƏ RƏFTARI Mütəvəkkil imam Hadini (ə) nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi göstərməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərsi yazır: “Mütəvəkkil camaatın gözündə imam Hadinin (ə) şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı.” (“Əlamul-vəra”, Həsən Təbərsi, s.438.) Mütəvəkkil ömrünün son günlərində İmamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: “Həmin günlər Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil imam Hadini (ə) xidmətçisi Səidə təslim edərək öldürmək istəyir. Lakin Mütəvəkkil iki gün sonra – İmamın da əvvəlcədən xəbər verdiyi kimi, gecə ikən türklərin hücumuna məruz qalaraq öz evində, yatdığı halda – öldürüldü və beləcə, İmam onun pəncəsindən xilas oldu.” (“Mənaqib”, c.2, s.447.) Mütəvəkkildən sonra oğlu Müntəsir xilafətə gəldi və bu da Ələvilər, xüsusən, imam Hadi (ə) üzərindəki təzyiqlərin azalmasına səbəb oldu. Baxmayaraq ki, bəzi şəhərlərdə hakim dairələrin şiələrə təzyiqi hələ də davam edirdi. Əvvəlki dövrlərə nisbətən təzyiqlərin azalması şiələrin müxtəlif şəhərlərdə təşkilatlanmasını gücləndirdi. İmam Hadinin (ə) şəhərlərdəki vəkillərindən biri həbs olunan zaman o həzrət başqa birini onun yerinə təyin edirdi. (“Biharul-ənvar”, c.50, s.140.) Tarixi əsərlərdən anlaşılır ki, şiə cəmiyyətinin həyatda qalmasının əsas səbəbi imamların və onların vəkillərinin nizamlı fəaliyyətləri və müsəlmanların Rəsulullahın (s) Əhli-beytinə bəslədiyi dərin sevgi və məhəbbət idi. İMAM HADİ (Ə) VƏ VƏKALƏT SİSTEMİ Şiənin son imamlarının dövrü başdan-başa Abbasi xəlifələri tərəfindən tətbiq olunan şiddətli təzyiqlərlə dolu idi. Eyni zamanda, bu dövrdə şiə İslam ərazilərinin hər yerinə yayılmışdı. Şiələrin əleyhinə keçirilən siyasi və nizami tədbirlərə baxmayaraq, onların sayı günbəgün artırdı. İmam Rza (ə), sonra imam Cavad (ə) və daha sonra imam Hadi (ə) tərəfindən imam və şiələr arasında əlaqə yaratmaq üçün vəkil təyin edilən şəxslər xümsü yığıb imama göndərməklə yanaşı, “etiqadi” və “fiqhi” məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı imamın imamətini qəbul etməkdə camaatı maarifləndirmək, həmçinin həmin məsələnin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqe daşıyırdılar. Bir sözlə, vəkalət sisteminin imamiyyə şiələrinin siyasi və mədəni mövqeyinin möhkəmlənməsində mühüm payı vardı. Rza Şükürlü (Maidə)

İmam Əliyyən Nəqi (ə) 29.01.2025

10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadəti

10-cu imam Əli ən-Nəqi əleyhissalamın şəhadətinin il dönümü münasibətilə başda zamanın İmamı (ə-c) olmaqla, hamınıza başsağlığı verirəm. Allah Taala sizə böyük əcir versin. . 10-cu imam Əli ən-Nəqi əleyhissalam bir gün Abbasi xəlifəsi Mütəvəkkilə belə buyurdu: وقال عليه السلام للمتوكل في جواب كلام دار بينهما : لا تطلب الصفا ممن كدرت عليه ، ولا الوفاء لمن غدرت به ، ولا النصح ممن صرفت سوء ظنك إليه ، فإنما قلب غيرك كقلبك له “Kinli olduğun (və nifrət etdiyin) adamdan saflıq (səmimiyyət) gözləmə, Aldatdığın (xəyanət etdiyin) adamdan vəfa və dürüstlük gözləmə, Bədgümanlıq etdiyin (və barəsində pis fikirdə olduğun) adamdan xeyirxahlıq gözləmə. Bil ki, sənin qəlbin (fikir və düşüncələrin) başqaları barədə necədirsə, başqalarının da qəlbləri (fikir və düşüncələri) sənin barəndə elə o cürdür.” Biharul ənvar 75-ci cild 370-ci səhifə Tənbihul xəvatir 142-ci səhifə . Tarix kitablarının yazdıqlarına əsasən Abbasi xəlifəsi Mütəvəkkil çox bic, riyakar və hiyləgər idi. İnsanlarla üz-üzə gələrkən yalandan üzlərinə gülər və özünü həmin adamı sevən kimi göstərərdi. Ondan uzaqlaşandan sonra həmin adamın əleyhinə min kələk qurardı. Mütəvəkkil günlərin birində imam Əliyyən Nəqi əleyhissalam ilə qarşılaşdı və İmamdan nəsihət və moizə istədi. İmam Əliyyən Nəqi əleyhissalam da yuxarıdakı hikmətli kəlamları Mütəvəkkilə eşitdirdi. Mütəvəkkili başa saldı ki, insanların üzlərinə gülüb dalda onlara pislik etməklə özünü fərasətli və camaatı avam sanma. Kimlərə qarşı riyakarlıqla davranırsansa onlar sənin içini yaxşı bilirlər. İndiki zamanda da bir çox insanlar Mütəvəkkilin həyat tərzindən istifadə edirlər. İnsanların dalınca qeybətini edir lakin yanında olanda onları tərifləyirlər, Və ümidləri də bu olur ki, onlar bunu hər yerdə tərifləsinlər. İnsanların dalınca pis sözlər deyir və söyüşlər söyürlər, amma onlarla qarşılaşanda ona gözəl sözlərlə müraciət edirlər, Və ümidləri də bu olur ki, onlar hər yerdə bunun barəsində yaxşı sözlər danışsınlar. Sözün qısası, riyakarlığı özünə sənət etmiş Mütəvəkkilin düşüncəsinə cavab olaraq İmam Əliyyən Nəqi əleyhissalam ona anlatdı ki, özünü ağıllı başqalarını isə ağılsız bilmə, özünü bic başqalarını isə avam bilmə, özünü alim başqalarını isə nadan sanma. Gəlin, hamı ilə üzdə mehriban və düz olduğumuz kimi, dalda da insanlara mehriban və səmimi olaq. Heç kimlə süni tərzdə və yalan rəftarlarla davranmayaq. Rza Əzizoğlu İrəvani

İmam Əliyyən Nəqi (ə) 29.01.2025

İmam Hadinin(ə) fəziləti

KİTABUL-VAHİDƏ:QARDAŞIM HÜSEYN İBN MƏHƏMMƏD MƏNƏ NƏQL EDƏRƏK DEDİ:«BİR DOSTUM VAR İDİ VƏO,BƏĞANIN VƏ YA VƏSİFİN(TƏRƏDDÜD MƏNDƏNDİR) UŞAQLARININMÜƏLLİMİ İDİ. O MƏNƏ DEDİ:«ƏMİR XƏLİFƏNİN SARAYINDAN QAYIDARKƏN MƏNƏ DEDİ: ƏMİRƏL-MÖMİNİN BU GÜN İBN RZA DEYİLƏN BUŞƏXSİ ZİNDANA SALDI VƏONU ƏLİ İBN KƏRKƏRƏ TAPŞIRDI. ONUN BELƏ DEMƏSİNİ EŞİTDİM Kİ:«MƏN ALLAH YANINDA SALEHİN DƏVƏSİNDƏN DƏ ƏZİZƏM, «EVİNİZDƏ DAHA ÜÇ GÜN YAŞAYIB KEF ÇƏKİN.BU YALAN ÇIXMAYACAQBİR VƏDDİR.» HƏZRƏTİNBU AYƏ VƏ SÖZDƏN MƏQSƏDİNİN NƏOLMASINI BAŞA DÜŞMƏDİM. DOSTUM DEDİ:«ƏMİRİMƏ DEDİM:ALLAH İZZƏTİNİ ARTIRSIN,O HƏDƏLƏYİB. GÖRƏRSƏNÜÇ GÜNDƏN SONRA BİR HADİSƏ BAŞ VERƏCƏK.» HƏMİN GÜNÜN SƏHƏRİSİ XƏLİFƏ İBN RZANI AZAD ETDİ VƏ ONDAN ÜZR İSTƏDİ. ÜÇÜNCÜ GÜN YAĞİZ, YƏĞLUN VƏ TAMİŞ BİR DƏSTƏ ADAMLA XƏLİFƏYƏ QARŞI ÜSYAN ETDİLƏR, ONU ÖLDÜRDÜLƏR VƏ OĞLU MÜSTƏNSİRİ ONUN YERİNDƏ OTURTDULAR.»   Biharul-Ənvar, , c.50, səh.189,hədis 1

İmam Əliyyən Nəqi (ə) 28.01.2025

İmam Hadi (ə) həyatı barədə qısa məlumat

HƏYATI BARƏDƏ QISA MƏLUMAT ŞİƏLƏRİN ONUNCU İMAMI – İMAM ƏLİYYƏN-NƏQİ (Ə) HİCRƏTİN İKİ YÜZ ON İKİNCİ İLİ ZİL-HİCCƏ AYININ ON BEŞİNDƏ MƏDİNƏ YAXINLIĞINDAKI SƏRYA ADLI BİR YERDƏ ANADAN OLMUŞDUR. ATASI İMAM CAVAD (Ə), ANASI İSƏ HÖRMƏTLİ SƏMANƏ XANIM OLMUŞDUR. O, ELƏ ƏVVƏLDƏN FƏZİLƏTLİ VƏ TƏQVALI BİR KƏNİZ İDİ.1 ONUNCU İMAMIN ƏN MƏŞHUR LƏQƏBLƏRİ NƏQİ VƏ HADİ OLMUŞDUR. O HƏZRƏTƏ “ÜÇÜNCÜ ƏBÜLHƏSƏN” DEYİRLƏR. İMAM HADİ (Ə) HİCRƏTİN İKİ YÜZ İYİRMİNCİ İLİNDƏ ƏZİZ ATASININ ŞƏHADƏTİNDƏN SONRA SƏKKİZ YAŞINDA İKƏN İMAMƏT MƏQAMINA YETİŞMİŞDİR. O HƏZRƏTİN İMAMƏT MÜDDƏTİ OTUZ ÜÇ İL, ÜMUMİ ÖMRÜ İSƏ QIRX BİR İL VƏ BİR NEÇƏ AY OLMUŞ VƏ HİCRƏTİN İKİ YÜZ ƏLLİ DÖRDÜNCÜ İLİNDƏ SAMİRRA ŞƏHƏRİNDƏ ŞƏHADƏTƏ QOVUŞMUŞDUR. İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏMƏSRİ OLMUŞ XƏLİFƏLƏR İMAM ƏLİYYƏN-NƏQİ (Ə) İMAM OLDUĞU MÜDDƏT ƏRZİNDƏ AŞAĞIDA ADLARI ÇƏKİLMİŞ ABBASİ XƏLİFƏLƏRİNİN HƏMƏSRİ OLMUŞDUR: MƏMUNUN QARDAŞI MÖTƏSİM (217–227 H.Q); MÖTƏSİMİN OĞLU VASİQ (227–232 H.Q); VASİQİN QARDAŞI MÜTƏVƏKKİL (232–248 H.Q); MÜTƏVƏKKİLİN OĞLU MÜNTƏSİR (ALTI AY); MÜNTƏSİRİN ƏMİSİ OĞLU MÜSTƏİN (248–252 H.Q); MÜTƏVƏKKİLİN DİGƏR OĞLU MÖTƏZZ (252–255 H.Q). İMAM ƏLİYYƏN-NƏQİ (Ə) ADI SONUNCU ÇƏKİLMİŞ XƏLİFƏNİN (MÖTƏZZİN) HAKİMİYYƏTİ DÖVRÜNDƏ ZƏHƏRLƏNƏRƏK ŞƏHİD OLMUŞ VƏ EVİNDƏCƏ DƏFN OLUNMUŞDUR. İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) DÖVRÜNDƏ SİYASİ-İCTİMAİ VƏZİYYƏT ABBASİLƏR HAKİMİYYƏTİNİN BU MƏRHƏLƏSİ ONU DİGƏR MƏRHƏLƏLƏRDƏN AYIRAN BİR SIRA XÜSUSİYYƏTLƏRƏ MALİK OLMUŞDUR. İNDİ HƏMİN XÜSUSİYYƏTLƏRDƏN BİR NEÇƏSİNİ OXUCULARIN NƏZƏRİNƏ ÇATDIRIRIQ: 1. XİLAFƏTİN ƏZƏMƏT VƏ HEYBƏTİNİN İTMƏSİ; İSTƏR ƏMƏVİLƏRİN HAKİMİYYƏTİ DÖVRÜNDƏ, İSTƏRSƏ DƏ ABBASİLƏR DÖVRÜNDƏ XİLAFƏTİN ÖZÜNƏMƏXSUS ƏZƏMƏTİ OLMUŞDUR. ANCAQ İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) DÖVRÜNDƏ XİLAFƏTDƏ TÜRKLƏRİN VƏ QULLARIN NÜFUZ TAPMASININ NƏTİCƏSİ OLARAQ XİLAFƏT ÖZ ƏZƏMƏTİNİ İTİRMİŞ, BU ÜNSÜRLƏR ONU İSTƏDİKLƏRİ KİMİ İDARƏ EDİRDİLƏR. XƏLİFƏ YALNIZ SİMVOLİK BİR MƏNA DAŞIYIRDI. ANCAQ BUNA BAXMAYARAQ, NƏ VAXT MÜXALİFLƏR TƏRƏFİNDƏN BİR TƏHLÜKƏ HİSS EDİLİRDİSƏ, XƏLİFƏ VƏ BÜTÜN ƏTRAFINDAKILAR ONU DƏF ETMƏK ÜÇÜN ÜMUMİ BİR RAZILIĞA GƏLİRDİLƏR. 2. SARAYDAKILARIN ƏYLƏNCƏ İLƏ GÜN KEÇİRMƏLƏRİ; ABBASİ XƏLİFƏLƏRİ HAKİMİYYƏTDƏ YARANMIŞ BOŞLUQDAN İSTİFADƏ EDİB KEF, ƏYLƏNCƏ,EYŞ-İŞRƏTLƏ MƏŞĞUL OLARAQ GECƏ MƏCLİSLƏRİ TƏŞKİL EDİRDİLƏR. HÖKUMƏT BAŞDAN-BAŞA FƏSADLA DOLMUŞDU. TARİX ONLARIN BU ƏYLƏNCƏLƏRİNİN HAMISINI QƏLƏMƏ ALMIŞDIR. 3. ZÜLM, HAQSIZLIQ VƏ ÖZBAŞNALIĞIN YAYILMASI; ZÜLM VƏ HAQSIZLIĞIN YAYILMASI, HƏMÇİNİN, BEYTÜL-MALI QARƏT EDİB ƏYLƏNCƏ VƏ ƏYYAŞLIĞA SƏRF ETMƏK CAMAATI CANA YIĞMIŞDI. 4. ƏLƏVİ QİYAMLARININ ARTMASI. ABBASİ XƏLİFƏLƏRİ HAKİMİYYƏTLƏRİNİN BU MƏRHƏLƏSİNDƏ ÇALIŞIRDILAR Kİ, CƏMİYYƏT ARASINDA ƏLƏVİLƏRƏ QARŞI NİFRƏT YARATMAQLA ONLARI TAR-MAR ETSİNLƏR. ƏLƏVİLƏRİN HƏR HANSI BİR QİYAMININ KİÇİK FƏALİYYƏTİ MÜŞAHİDƏ EDİLƏN KİMİ DƏRHAL AMANSIZCASINA ONUN QARŞISINI ALMAĞA CƏHD GÖSTƏRİLİRDİ. BUNUN DƏ SƏBƏBİ O İDİ Kİ, HÖKUMƏT CƏMİYYƏTDƏ YARATDIĞI QORXUYA BAXMAYARAQ, ÖZÜNÜ QEYRİ-SABİT, QEYRİ-QANUNİ BİLİB BU KİMİ QİYAMLARDAN ÇOX QORXURDU. ƏLƏVİLƏRİN BU MÜDDƏT ƏRZİNDƏKİ FƏALİYYƏTİ BELƏ OLMUŞDUR Kİ, ONLAR KİMİNSƏ ADINI ÇƏKMƏDƏN CAMAATI MƏHƏMMƏDİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) NƏSLİNDƏN SEÇİLMİŞ BİR NƏFƏRİN ƏTRAFINDA TOPLAŞMAĞA DƏVƏT EDİRDİLƏR. ÇÜNKİ QİYAM BAŞÇILARI GÖRÜRDÜLƏR Kİ, HƏRBİ DÜŞƏRGƏ SAYILAN SAMİRRA ŞƏHƏRİNDƏ MƏSUM İMAMLAR TƏQİB OLUNUR, BELƏ OLDUĞU HALDA, ONLAR MÜƏYYƏN BİR ŞƏXSİ (YƏNİ HƏR HANSI BİR MƏSUM İMAMI) RƏHBƏR TƏYİN ETMƏKLƏ ONUN HƏYATINI TƏHLÜKƏ İLƏ ÜZLƏŞDİRƏR VƏ HƏTTA ÖLÜMÜNƏ SƏBƏB OLA BİLƏRDİLƏR. BU QİYAMLAR CƏMİYYƏTDƏ YARANMIŞ ZORAKILIQ VƏ ÖZBAŞINALIQLARIN NƏTİCƏSİ OLUB BİRBAŞA ONLARLA ƏLAQƏDAR OLMUŞDUR. MƏSƏLƏN, DİGƏR ABBASİ XƏLİFƏLƏRİ İLƏ MÜQAYİSƏDƏ PEYĞƏMBƏR (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) AİLƏSİNƏ NİSBƏTƏN ƏLAQƏSİ OLAN VƏ HAKİMİYYƏTİ DÖVRÜNDƏ ŞİƏLƏR ÜÇÜN HEÇ BİR TƏHLÜKƏ DOĞURMAYAN XƏLİFƏ MÜNTƏSİRİN DÖVRÜNDƏ BİR DƏNƏ DƏ OLSUN BELƏ, QİYAM BAŞ VERMƏMİŞDİR. TARİXÇİLƏR TƏKCƏ 219-270 HİCRİ QƏMƏRİ İLLƏRİ ARASINDA BAŞ VERƏN ON SƏKKİZ QİYAMI QEYD ETMİŞLƏR. BU QİYAMLARIN ƏKSƏRİYYƏTİ MƏĞLUBİYYƏTLƏ NƏTİCƏLƏNMİŞ VƏ ABBASİ HÖKUMƏTİ TƏRƏFİNDƏN YATIRILMIŞDIR. QİYAMLARIN MƏĞLUBİYYƏTƏ UĞRAMASININ SƏBƏBLƏRİ BU QİYAMLARIN MƏĞLUBİYYƏTƏ UĞRAMASININ SƏBƏBİNİ BİR TƏRƏFDƏN QİYAM BAŞÇILARININ,DİGƏR TƏRƏFDƏN DƏ, QİYAM BAŞÇILARININ TƏRƏFDARLARININ ZƏİF OLMASI İLƏ ƏLAQƏLƏNDİRMƏK LAZIMDIR. QİYAM BAŞÇILARININ HAZIRLADIQLARI PROQRAMLAR KAMİL OLMADIĞI ÜÇÜN İŞLƏRİNDƏ ÇATIŞMAZLIQLAR OLUR VƏ ƏN ƏSASI İSƏ ONLARIN QİYAMI TAM ŞƏKİLDƏ İSLAMİ BİR QİYAM OLMURDU. BUNA GÖRƏ DƏ, QİYAMLAR ÇOX VAXT MƏSUM İMAMLARIN ETİRAZI İLƏ ÜZLƏŞMƏLİ OLURDU. DÜZDÜR, BU QİYAM TƏRƏFDARLARI ARASINDA PAKMƏRAMLI VƏ ƏSL ŞİƏLƏR DƏ VAR İDİ Kİ, ONLAR İSLAMIN ALİ MƏQSƏDLƏRİ UĞRUNDA ÖLÜMƏ GETMƏYƏ BELƏ, HAZIR İDİLƏR. ANCAQ BU CÜR İNSANLARIN SAYI ÇOX AZ İDİ VƏ MÜBARİZƏ APARANLAR ƏSASƏN, MÜƏYYƏN BİR İSLAMİ MƏQSƏDİ OLMAYAN ŞƏXSLƏR İDİLƏR. ONLAR MƏRUZ QALDIQLARI ZÜLM VƏ HAQSIZLIQLAR NƏTİCƏSİNDƏ NARAHAT OLUB MÖVQELƏRİNİ DƏYİŞMƏK FİKRİNƏ DÜŞÜR, LAKİN MƏĞLUBİYYƏT ZAMANI,YAXUD ÖLÜM TƏHLÜKƏSİNDƏ OLDUQLARINI HİSS ETDİKDƏ, ÖZ RƏHBƏRLƏRİNİ TƏNHA QOYUB ONDAN UZAQLAŞIRDILAR. BİR DAHA XATIRLADIRIQ Kİ,ƏGƏR BU QİYAMLARIN ƏKSƏRİYYƏTİ MƏSUM İMAMLARIN ETİRAZI İLƏ ÜZLƏŞİRDİSƏ, ONUN SƏBƏBİ, YA BU QİYAMLARIN ƏSL İSLAMİ QİYAM OLMAMASI, QİYAMÇILARIN, YAXUD QİYAM BAŞÇILARININ BƏZİ QEYRİ-İSLAMİ HƏRƏKƏTLƏRİ OLMUŞ, YA DA ONLARIN FƏALİYYƏTİNİN MƏĞLUB OLACAĞINI QABAQCADAN GÖRMƏK OLMUŞDUR. BUNA GÖRƏ DƏ, ƏGƏR İMAM ONLARIN QİYAMINA RAZILIQ VERSƏYDİ,QİYAMIN MƏĞLUB OLACAĞI TƏQDİRDƏ ŞİƏ VƏ İMAMƏT MƏSƏLƏSİNİN ƏSASI, HƏMÇİNİN, ŞİƏ MƏZHƏBİNİN ƏSAS QÜVVƏLƏRİ TƏHLÜKƏ QARŞISINDA OLARDI. İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) GİZLİ FƏALİYYƏTLƏRİ İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) İMAMƏTİ DÖVRÜNDƏKİ ABBASİ XƏLİFƏLƏRİ ARASINDA HAMIDAN ÇOX MÜTƏVƏKKİL O HƏZRƏTLƏ HƏMZAMAN OLMUŞDUR. BUNA GÖRƏ DƏ, ONUN İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) MÜQABİLİNDƏKİ MÖVQEYİNİ ARAŞDIRMAQ DAHA MƏQSƏDƏUYĞUN OLAR. MÜTƏVƏKKİL BƏNİ-HAŞİMƏ QARŞI ÇOX KOBUD VƏ DÜŞMƏNCƏSİNƏ RƏFTAR EDİRDİ. O,BƏNİ-HAŞİMƏ QARŞI DAİMA BƏDGÜMAN OLMUŞ VƏ ONLARI HƏMİŞƏ MÜTTƏHƏM ETMİŞDİR. ONUN VƏZİRİ ÜBEYDULLAH İBN YƏHYA İBN XAQAN DA, HƏMİŞƏ ONUN YANINDA BƏNİ-HAŞİMƏ QARŞI TÖHMƏTLƏR QOŞARAQ ONU BU TAYFAYA QARŞI PİS RƏFTAR ETMƏYƏ VADAR EDİRDİ. MÜTƏVƏKKİL ƏLƏVİLƏRƏ QARŞI ZÜLM VƏ İNSAFSIZLIQDA SANKİ BÜTÜN ABBASİ XƏLİFƏLƏRİNİ ÖTÜB KEÇMİŞDİ.1 MÜTƏVƏKKİLİN ƏLİ (Ə) VƏ ONUN ÖVLADLARINA QARŞI MİSLİ GÖRÜNMƏMİŞ BİR DÜŞMƏNÇİLİYİ VAR İDİ. ƏGƏR BİR NƏFƏRİN ƏLİYƏ (Ə) RƏĞBƏT BƏSLƏDİYİNDƏN XƏBƏR TUTSAYDI,BÜTÜN MAL-DÖVLƏTİNİ MÜSADİRƏ EDİB ÖZÜNÜ DƏ ÖLDÜRƏCƏKDİ. ELƏ BUNA GÖRƏ DƏ, İMAM ƏLİYYƏN-NƏQİ (Ə) MÜTƏVƏKKİLİN HAKİMİYYƏTİ DÖVRÜNDƏ ÖZ FƏALİYYƏTİNİ GİZLİ ŞƏKİLDƏ APARIR, ŞİƏLƏRLƏ MÜNASİBƏTDƏ SON DƏRƏCƏ EHTİYATLA HƏRƏKƏT EDİRDİ. BUNU TARİXÇİLƏRİN AŞAĞIDA QEYD ETDİKLƏRİ HADİSƏ DƏ BİR DAHA TƏSDİQ EDİR. MƏHƏMMƏD İBN ŞƏRƏF DEYİR: “MƏDİNƏDƏ İMAM ƏLİYYƏN-NƏQİ (Ə) İLƏ BİRLİKDƏ YOL GEDİRDİM. İMAM BUYURDU: “SƏN ŞƏRƏFİN OĞLUSAN?” DEDİM: Kİ, BƏLİ. İSTƏDİM O HƏZRƏTDƏN BİR SUAL SORUŞAM. İMAM MƏNİ QABAQLAYIB BUYURDU: “BİZ İNDİ CAMAATIN ÇOX GET-GƏL ETDİYİ KÜÇƏDƏYİK,BURA SUAL YERİ DEYİL.” BU HƏDİSDƏN HAKİM QÜVVƏLƏRİN CƏMİYYƏTİ NƏ QƏDƏR ÇƏTİNLİKDƏ SAXLAMASI VƏ ELƏCƏ DƏ, İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) MƏCBURİ ŞƏKİLDƏ GİZLİ FƏALİYYƏTİNİ AÇIQ-AŞKAR BƏYAN ETMƏSİ BAŞA DÜŞÜLÜR. İMAM ƏLİYYƏN-NƏQİ (Ə) UZAQ ŞƏHƏR VƏ KƏNDLƏRDƏ YAŞAYAN ŞİƏLƏRLƏ DƏ EYNİLƏ BU CÜR HƏRƏKƏT EDİRDİ. ONLARIN GÖNDƏRDİYİ ŞƏRİ VERGİLƏRİ, HƏDİYYƏ VƏ NƏZİRLƏRİ GİZLİNCƏ QƏBUL EDİRDİ. TARİX KİTABLARINDA QEYD OLUNMUŞ BU CÜR HADİSƏLƏRDƏN BİRİNƏ NƏZƏR SALAQ: MƏHƏMMƏD İBN DAVUD QUMMİ VƏ MƏHƏMMƏD TƏLHİ DEYİR: “QUM VƏ ONUN YAXINLIQLARINDAN YIĞILMIŞ XÜMS, HƏDİYYƏ VƏ NƏZİRLƏRİ İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HÜZURUNA APARIRDIQ. YOLDA O HƏZRƏTİN KÖNDƏRDİYİ QASİD YETİŞİB BİZƏ XƏBƏR VERDİ Kİ, GERİ QAYIDAQ. O BİLDİRDİ Kİ, İNDİ BUNLARI İMAMA (Ə) TƏQDİM ETMƏK ÜÇÜN MÜNASİB VAXT DEYİL. BİZ GERİ QAYIDIB BÜTÜN YÜKÜMÜZÜ DƏ ÖZÜMÜZDƏ SAXLADIQ. BİR MÜDDƏT KEÇDİKDƏN SONRA O HƏZRƏTİN ƏMRİLƏ ONA ÇATDIRMAQ İSTƏDİYİMİZ ŞEYLƏRİ ONUN ÖZ GÖNDƏRDİYİ DƏVƏLƏRƏ YÜKLƏYİB SARBANSIZ HÜZURUNA GÖNDƏRDİK. BUNDAN BİR QƏDƏR KEÇDİKDƏN SONRA O HƏZRƏTİN HÜZURUNA GETDİKDƏ, BİZƏ BUYURDU: “GÖNDƏRDİKLƏRİNİZƏ BAXA BİLƏRSİNİZ.” BİZ ONLARA BAXDIQDA GÖRDÜK Kİ, GÖNDƏRDİYİMİZ ŞEYLƏR OLDUĞU KİMİ QALIB.” DÜZDÜR, BU HADİSƏNİN İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) MƏDİNƏDƏ, YOXSA SAMİRRADA OLDUĞU MÜDDƏTDƏ BAŞ VERMƏSİ MƏLUM OLMASA DA (SAMİRRADA HÖKUMƏTİN NƏZARƏTİ DAHA ÇOX OLMUŞDUR), ANCAQ BU, ŞİƏLƏRİN İMAMA GİZLİ VƏ DÖVLƏT MƏMURLARINDAN XƏBƏRSİZ ƏLAQƏLƏRİNDƏN BİR NÜMUNƏDİR. VƏKİLLİK ƏLAQƏ VASİTƏSİ KİMİ ŞİƏ İMAMLARININ ABBASİ XƏLİFƏLƏRİ DÖVRÜNDƏ ÜZLƏŞDİYİ BÖHRANLI VƏZİYYƏT ONLARI ŞİƏLƏRLƏ ƏLAQƏ SAXLAMAQ ÜÇÜN BAŞQA BİR VASİTƏ AXTARMAĞA MƏCBUR ETDİ. BU DA İMAMLARIN ŞİƏLƏRLƏ ƏLAQƏ VASİTƏSİ TƏŞKİL EDİB MÜXTƏLİF ŞƏHƏR VƏ KƏNDLƏRDƏ VƏKİLLƏR VƏ NÜMAYƏNDƏLƏR TƏYİN ETMƏSİNDƏN İBARƏT OLMUŞDUR. BU HƏRƏKƏTDƏN ƏSAS MƏQSƏD VƏKİLLƏR VASİTƏSİLƏ MÜXTƏLİF YERLƏRDƏN XÜMS, ZƏKAT, NƏZİR, HƏDİYYƏ VƏ BU KİMİ ŞEYLƏRİN YIĞILARAQ İMAMA ÇATDIRILMASI, HƏMÇİNİN, ŞİƏLƏRİN FİQHİ VƏ ƏQİDƏVİ SUALLARINA İMAM TƏRƏFİNDƏN CAVAB VERİLMƏSİ VƏ VƏKİLLƏRİN BU ÇƏTİNLİKLƏRİ SİYASİ NÖQTEYİ-NƏZƏRDƏN HAZIRKI VƏZİYYƏTLƏ UYUĞUNLAŞDIRMASI OLMUŞDUR. İMAMLARIN FƏALİYYƏTİNDƏ BU HƏRƏKƏTİN BÖYÜK ROLU OLMUŞDUR. SAMİRRA ŞƏHƏRİNDƏ CİDDİ NƏZARƏT ALTINA ALINMIŞ İMAM ƏLİYYƏN-NƏQİ (Ə) ATASI İMAM CAVADIN (Ə) İCRA ETDİYİ VƏKİL VƏ NÜMAYƏNDƏ TƏYİNETMƏ İŞİNİ DAVAM ETDİRƏRƏK MÜXTƏLİF ŞƏHƏR VƏ KƏNDLƏRƏ VƏKİL VƏ NÜMAYƏNDƏLƏR TƏYİN EDİRDİ. DOĞRU YOLA YÖNƏLMİŞ BU VƏKİLLƏR YUXARIDA QEYD OLUNMUŞ MƏQSƏDLƏRİ TAM ŞƏKİLDƏ TƏYİN EDİRDİLƏR. İMAM ƏLİYYƏN-NƏQİ (Ə) İLƏ ŞİƏLƏR ARASINDA BİLAVASİTƏ ƏLAQƏNİN OLMAMASI VƏKİLLƏRİN MƏZHƏBİ VƏ SİYASİ ROLUNU GÜCLƏNDİRDİ, BELƏ Kİ, ONLARIN, İŞLƏRİ SƏLİQƏ-SƏHMANA SALMAQDA MƏSSULİYYƏTLƏRİ DAHA DA ARTDI. VƏKİLLƏR GET-GEDƏ ŞİƏLƏRİN İŞİNİ İDARƏ ETMƏKDƏ DƏYƏRLİ TƏCRÜBƏLƏR ƏLDƏ EDİRDİLƏR. BİR ÇOX TARİXİ FAKTLAR GÖSTƏRİR Kİ, VƏKİLLƏR MÜXTƏLİF MƏNTƏQƏLƏRƏ ƏSASƏN, ŞİƏLƏRİ AŞAĞIDAKI DÖRD QRUPA BÖLMÜŞDÜLƏR: BAĞDAD, MƏDAİN VƏ KUFƏ (İRAQ) MƏNTƏQƏSİ; BƏSRƏ VƏ ƏHVAZ MƏNTƏQƏSİ; QUM VƏ HƏMƏDAN MƏNTƏQƏSİ; HİCAZ, YƏMƏN VƏ MİSİR MƏNTƏQƏSİ. BU MƏNTƏQƏLƏRİN HƏR BİRİ ÜÇÜN XÜSUSİ VƏKİL TƏYİN EDİLİR, ONLAR DA ÖZLƏRİNƏ YERLİ ƏHALİDƏN İŞÇİLƏR SEÇİRDİLƏR. BU NÜMAYƏNDƏLİYİN FƏALİYYƏTİNİ İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) NÜMAYƏNDƏLƏRƏ VERDİYİ GÖSTƏRİŞLƏRDƏ MÜŞAHİDƏ ETMƏK OLAR. RƏVAYƏT OLUNMUŞDUR Kİ, İMAM ƏLİYYƏN-NƏQİ (Ə) HİCRƏTİN İKİ YÜZ OTUZ İKİNCİ İLİNDƏ ÖZ MƏNTƏQƏ (BAĞDAD) VƏKİLİ ƏLİ İBN BİLALA YAZMIŞDIR: “…MƏN ƏBU ƏLİ İBN RAŞİDİ ƏLİ İBN HÜSEYN İBN ƏBDÜRRƏBBİHİN YERİNƏ VƏKİL TƏYİN EDİRƏM. BU MƏSULİYYƏTİ ONA GÖRƏ ONUN ÖHDƏSİNƏ QOYURAM Kİ, O, BU İŞ ÜÇÜN LAZIMİ SƏLAHİYYƏTƏ KİFAYƏT QƏDƏR MALİKDİR. BELƏ Kİ, BU İŞDƏ HEÇ KƏS ONDAN ÜSTÜN OLA BİLMƏZ. BİLİRƏM Kİ, O MƏNTƏQƏNİN BÖYÜYÜ SƏNSƏN, BUNA GÖRƏ DƏ, SƏNİ BU İŞDƏN XƏBƏRDAR ETMƏK İSTƏDİM. EYNİ ZAMANDA SƏN DƏ ONA TABE OLMALI VƏ TOPLANMIŞ ŞƏRİ VERGİLƏRİ ONA GÖNDƏRMƏLİSƏN. BÜTÜN ŞİƏLƏRİ BU İŞDƏN XƏBƏRDAR ET VƏ O, ÖZ VƏZİFƏSİNİ LAYİQİNCƏ YERİNƏ YETİRSİN DEYƏ, ONLARI DA ONA TABE OLMAĞA VƏ ONA KÖMƏK ETMƏYƏ DƏVƏT ET…” HƏMÇİNİN, İMAM ƏLİYYƏN-NƏQİ (Ə) BAĞDAD, MƏDAİN VƏ KUFƏDƏKİ VƏKİLİNƏ YAZMIŞDIR: “EY ƏYYUB İBN NUH! MƏNİM GÖSTƏRİŞİM SƏNƏ ÇATDIQDAN DƏRHAL SONRA ƏBU ƏLİ İLƏ MÜXALİFƏTÇİLİKDƏN ƏL ÇƏK. HƏR İKİNİZ ÖZ MƏNTƏQƏNİZDƏ ÖHDƏNİZƏ DÜŞƏN VƏZİFƏNİ YERİNƏ YETİRMƏLİSİNİZ. BELƏ OLDUĞU HALDA, ÖZ VƏZİFƏNİZİ MƏNİMLƏ MƏSLƏHƏTLƏŞMƏDƏN DƏ YERİNƏ YETİRƏ BİLƏRSİNİZ. EY ƏYYUB, MƏNİM GÖSTƏRİŞİMƏ ƏSASƏN, BUNDAN SONRA BAĞDAD VƏ MƏDAİN CAMAATINDAN HEÇ BİR ŞEYİ (ŞƏRİ VERGİNİ) QƏBUL ETMƏ VƏ ONLARDAN HEÇ BİRİNƏ MƏNİMLƏ GÖRÜŞMƏYƏ İCAZƏ VERMƏ! ƏGƏR SƏNİN ÖZ MƏSULİYYƏT ÇƏRÇİVƏNDƏN KƏNAR OLAN BİR ŞƏXS SƏNƏ ŞƏRİ VERGİ VERSƏ, ONA DE Kİ, APARIB ÖZ MƏNTƏQƏ VƏKİLİNƏ VERSİN. EY ƏBU ƏLİ! SƏNƏ DƏ GÖSTƏRİŞ VERİRƏM Kİ, EYNİLƏ ƏYYUBA VERDİYİM GÖSTƏRİŞİ YERİNƏ YETİRƏSƏN.” İMAM ƏLİYYƏN-NƏQİ (Ə) ƏBU ƏLİ İBN RAŞİDİN VASİTƏSİLƏ BAĞDAD, MƏDAİN VƏ KUFƏDƏKİ ŞİƏLƏRİNƏ DƏ BİR MƏKTUB GÖNDƏRİR. MƏKTUBDA DEYİLİR: “…MƏN ƏBU ƏLİ İBN RAŞİDİ HÜSEYN İBN ƏBDÜRRƏBBİH VƏ DİGƏR KEÇMİŞ VƏKİLLƏRİMİN YERİNƏ VƏKİL TƏYİN EDİRƏM. O, MƏNİM YANIMDA ARTIQ HÜSEYN İBN ƏBDÜRRƏBBİH VƏZİFƏSİNİ DAŞIYIR. ŞƏRİ VERGİLƏRİN TOPLANMASI BAXIMINDAN DİGƏR VƏKİLLƏRİN DƏ İXTİYARINI ONA VERƏRƏK, BU İŞƏ LAYİQ OLDUĞUNA GÖRƏ ONU SİZİN İŞLƏRİNİZİ İDARƏ ETMƏK ÜÇÜN TƏYİN EDİRƏM. SİZ ŞƏRİ VERGİLƏRİNİZİ ONA VERİN. ÖZ ƏLAQƏNİZİ ƏSLA ONUNLA POZMAYIN VƏ ONA QARŞI ÇIXMAQ FİKRİNİ BAŞINIZDAN ÇIXARIN. ALLAHA İTAƏT ETMƏYƏ, ƏMLAKINIZI TƏMİZLƏMƏYƏ TƏLƏSİN, BİR-BİRİNİZİN QANINI TÖKMƏYİN, XEYİR İŞLƏRDƏ, TƏQVADA BİR-BİRİNİZƏ ƏL TUTUN. ALLAH RƏHMƏTİNƏ NAİL OLMAQ İSTƏYİRSİNİZSƏ, TƏQVALI OLUN! HAMILIQLA ALLAHIN İPİNDƏN (DİNİNDƏN) YAPIŞIN VƏ MÜSƏLMAN HALINDA ÖLÜN. ONDAN (ƏBU ƏLİDƏN) İTAƏT ETMƏK MƏNƏ İTAƏT ETMƏK, ONUN SÖZÜNDƏN ÇIXMAQ MƏNİM SÖZÜMDƏN ÇIXMAQ DEMƏKDİR. İŞİNİZİ ELƏ BU CÜR DAVAM ETDİRİN, ALLAH DA SİZƏ XEYİR VERƏR VƏ ÖZ MƏRHƏMƏTİ SAYƏSİNDƏ VƏZİYYƏTİNİZİ YAXŞILAŞDIRAR. O, (ALLAH) HƏDDƏN ARTIQ SƏXAVƏTLİ, BƏNDƏLƏRİNƏ MÜNASİBƏTDƏ İSƏ HƏDDƏN ARTIQ MEHRİBANDIR. BİZ VƏ SİZ ONUN HİMAYƏSİ ALTINDAYIQ. BU MƏKTUBU ÖZ XƏTTİMLƏ YAZIRAM. SONSUZ ŞÜKR VƏ HƏMD TƏKCƏ ALLAHA MƏXSUSDUR.” BAĞDAD ƏTRAFINDAKI HAMİYA KƏNDİNİN SAKİNİ ƏLİ İBN CƏFƏR DƏ İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) VƏKİLLƏRİNDƏN BİRİ İDİ. ONUN FƏALİYYƏTİ BARƏDƏ MÜTƏVƏKKİLƏ XƏBƏR ÇATMIŞ, MÜTƏVƏKKİL ONU TUTARAQ HƏBS ETMİŞDİ. UZUN MÜDDƏT HƏBSDƏ QALDIQDAN SONRA AZAD OLMUŞ, SONRA DA İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) SİFARİŞİ İLƏ MƏKKƏYƏ GEDİB ORADA YAŞAMAĞA BAŞLAMIŞDIR. İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) NÜMAYƏNDƏLƏRİ ARASINDA İBRAHİM İBN MƏHƏMMƏD HƏMƏDANİNİN DƏ ADINI QEYD ETMƏK LAZIMDIR. İMAMIN ONA YAZDIĞI MƏKTUBDA DEYİLİR: “GÖNDƏRDİYİN ŞƏRİ VERGİLƏR GƏLİB ÇATDI. ALLAH SƏNDƏN QƏBUL ETSİN, ŞİƏLƏRİMİZDƏN DƏ RAZI QALSIN VƏ ONLARI DÜNYA VƏ AXİRƏTDƏ BİZİMLƏ BİR YERDƏ QƏRAR VERSİN…” BU MƏKTUBDAN AÇIQ-AŞKAR MƏLUM OLUR Kİ, İMAM, İBRAHİMİ NÜMAYƏNDƏ TƏYİN ETMİŞ VƏ (OLA BİLSİN Kİ, ÖZ VƏZİFƏSİNDƏN ƏLAVƏ) ŞİƏLƏRDƏN TOPLANMIŞ ŞƏRİ VERGİLƏRİ DƏ, O HƏZRƏTƏ ÇATDIRIRMIŞ. İMAM ƏLİYYƏN-NƏQİ (Ə) ONUN BU FƏALİYYƏTİNİ TƏQDİRƏLAYİQ BİLİB MÖVQEYİNİ MÖHKƏMLƏTMƏK ÜÇÜN ONA YAZIR: “NƏZR İBN MƏHƏMMƏD HƏMƏDANİYƏ BİR MƏKTUB YAZIB TAPŞIRDIM Kİ, HƏM SƏNƏ E᾽TİRAZ ETMƏSİN, HƏM DƏ SƏNƏ QARŞI ÇIXMASIN. SƏNİN MƏNİM YANIMDA OLAN MÖVQEYİNİ ONA BİLDİRDİM. ƏYYUB İBN NUH FƏRRACA DA EYNİLƏ BU TAPŞIRIĞI TAPŞIRDIM. HƏMÇİNİN, HƏMƏDANDAKI ŞİƏLƏRİMİZƏ MƏKTUB YAZIB ONLARA TAPŞIRDIM Kİ, SƏNƏ İTAƏT ETSİNLƏR. HƏM DƏ ONLARA BİLDİRDİM Kİ, MƏNİM O MƏNTƏQƏDƏ SƏNDƏN BAŞQA NÜMAYƏNDƏM YOXDUR.” BİR SÖZLƏ, NÜMAYƏNDƏLƏRİN APARDIĞI FƏALİYYƏT, XÜSUSƏN DƏ, MÜTƏVƏKKİLİN HAKİMİYYƏTİ DÖVRÜNDƏKİ FƏALİYYƏTLƏRİ GÖZ QABAĞINDADIR. MÜTƏVƏKKİL ƏLƏVİLƏRLƏ DÜŞMƏNÇİLİYİ OLAN ŞƏXSLƏRİ ÖZÜNƏ TƏRƏF CƏLB EDƏRƏK ONLARI, ƏLƏVİLƏRİN GİZLİ ŞƏKİLDƏ APARDIĞI FƏALİYYƏTİNİ DAYANDIRMAĞA SÖVQ EDİRDİ. O, ŞİƏLƏRİ TUTUB HƏBS ETMƏK MƏQSƏDİLƏ BİR SIRA NİZAMİ HƏRƏKƏTƏ ƏL ATIR VƏ ÖZÜ DƏ BU HƏRƏKƏTİNİ ÇOX CİDDİYYƏTLƏ HƏYATA KEÇİRİRDİ. ONUN BU HƏRƏKƏTİ İMAMIN BAĞDAD, MƏDAİN VƏ KUFƏDƏKİ BƏZİ VƏKİLLƏRİNİN ÖLÜMÜNƏ, BƏZİLƏRİNİN İSƏ HƏBS EDİLMƏSİNƏ GƏTİRİB ÇIXARIR.MÜTƏVƏKKİLİN BU HƏRƏKƏTİ VƏKİLLİK ƏLAQƏSİNƏ CİDDİ SARSINTILAR VARİD ETSƏ DƏ, İMAM ƏLİYYƏN-NƏQİ (Ə) ÖZ GÖZƏL TƏCRÜBƏLƏRİ NƏTİCƏSİNDƏ BU ƏLAQƏNİ DAİMA FƏAL SAXLAYIRDI. [REDAKTƏ / تحریر] İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) MƏDİNƏDƏN SAMİRRAYA GƏLMƏSİ MÜTƏVƏKKİL İMAM ƏLİYYƏN-NƏQİNİ (Ə) ÖZ NƏZARƏTİ ALTINA ALMAQ ÜÇÜN ATA-BABALARININ YOLUNU DAVAM ETDİRİR, NƏYİN BAHASINA OLURSA OLSUN, FİKRİNİ O HƏZRƏT BARƏDƏ RAHAT ETMƏK İSTƏYİRDİ. BUNDAN QABAQ MƏMUNUN İMAMIN (Ə) FƏALİYYƏTİNİ NƏZARƏT ALTINA ALMAQDA İŞLƏTDİYİ METODU MÜŞAHİDƏ ETDİK. ONUN İMAM CAVAD (Ə) İLƏ QOHUMLUQ ƏLAQƏSİ YARATMASINA BAXMAYARAQ, O HƏTTA HƏZRƏTİN EVİNİN DAXİLİNDƏ BELƏ, ONU NƏZARƏT ALTINDA SAXLAYA BİLMİR. İMAM CAVAD (Ə) ŞƏHİD OLDUQDAN VƏ İMAM ƏLİYYƏN-NƏQİ (Ə) İMAMƏT MƏQAMINA YETİŞDİKDƏN SONRA DA BU PLANI HƏYATA KEÇİRMƏYİN NƏ QƏDƏR LAZIM OLDUĞUNU HƏMİN DÖVRÜN XƏLİFƏSİ ÇOX YAXŞI BAŞA DÜŞÜRDÜ. ÇÜNKİ İMAM MƏDİNƏDƏ QALIB XƏLİFƏNİN NƏZARƏTİNDƏN UZAQ OLSAYDI, ONDA BU ZALIM HÖKUMƏT ÜÇÜN ÇOX CİDDİ TƏHLÜKƏ YARADA BİLƏRDİ. BUNA GÖRƏ DƏ, XƏLİFƏ (MÜTƏVƏKKİL) BU TƏHLÜKƏ EHTİMALININ QARŞISINI ALMAQ MƏQSƏDİLƏ ÖZ PALNINI HƏYATA KEÇİRMƏLİ İDİ. BELƏ Kİ, MƏDİNƏ HAKİMİNİN XƏLİFƏYƏ VERDİYİ MƏLUMAT ONU HƏDDƏN ARTIQ NİGARAN EDİR VƏ NƏTİCƏDƏ MÜTƏVƏKKİL O HƏZRƏTİ MƏDİNƏDƏN SAMİRAYYA GƏTİZDİRİR. MƏDİNƏ HAKİMİ ABDULLAH İBN MƏHƏMMƏD HAŞİMİ XƏLİFƏYƏ GÖNDƏRDİYİ MƏKTUBDA İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) MƏDİNƏDƏ TOPLADIĞI SOSİAL BAZA HAQQINDA MƏLUMAT VERƏRƏK ONU BƏRK QORXUYA SALIR. ANCAQ İMAM ƏLİYYƏN-NƏQİ (Ə) MÜTƏVƏKKİLƏ BİR MƏKTUB YAZARAQ ABDULLAHIN DEDİKLƏRİNİN YALAN OLDUĞUNU BİLDİRƏRƏK ONDAN XƏLİFƏYƏ ŞİKAYƏT ETDİ. MÜTƏVƏKKİL DƏ BİR ÇOX SİYASƏTÇİLƏR KİMİ İKİBAŞLI BİR İŞƏ ƏL ATARAQ BİR TƏRƏFDƏN ABDULLAH İBN MƏHƏMMƏDİ İŞDƏN ÇIXARIR, DİGƏR TƏRƏFDƏN DƏ ÖZ KATİBİNƏ TAPŞIRIR Kİ, İMAM ƏLİYYƏN-NƏQİYƏ (Ə) BİR MƏKTUB YAZSIN. O, ÖZ MƏKTUBU İLƏ ZAHİRDƏ İMAMA OLAN ƏLAQƏSİNİ GÖSTƏRMƏK İSTƏYİR, HƏQİQƏTDƏ İSƏ MƏQSƏDİ İMAMI ÖZ NƏZARƏTİ ALTINA ALMAQ İDİ. AZ SONRA MÜTƏVƏKKİLİN İMAMA GÖSTƏRDİYİ TƏZYİQLƏR VƏ ONUN ÜÇÜN YARATDIĞI MÜŞKÜLAT BARƏDƏ SÖHBƏT EDƏCƏYİK. MÜTƏVƏKKİLİN İMAMA YAZDIĞI MƏKTUB AŞAĞIDAKI MƏZMUNDA OLMUŞDUR: “ALLAHIN ADI İLƏ! ŞÜKÜRLƏR OLSUN ALLAHA Kİ, XƏLİFƏ SƏNİ YAXŞI TANIYIR, SİZİN ŞƏXSİYYƏT VƏ PEYĞƏMBƏRƏ (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) OLAN QOHUMLUĞUNUZU NƏZƏR ALIR. ONUN YEGANƏ MƏQSƏDİ ALLAHIN VƏ SİZİN RAZILIĞINIZI CƏLB ETMƏKDİR. O ƏMR VERDİ Kİ, SİZİN İSTƏYİNİZƏ ƏSASƏN, SİZƏ QARŞI HÖRMƏTSİZLİK ETMİŞ ŞƏHƏRİMİZİN ORDU BAŞÇISI VƏ İMAM CÜMƏSİ ABDULLAH İBN MƏHƏMMƏD İŞDƏN ÇIXARILIB ONUN YERİNƏ MƏHƏMMƏD İBN FƏZL İŞƏ TƏYİN EDİLSİN. ONA TAPŞIRILMIŞDIR Kİ, ALLAHA,PEYĞƏMBƏRƏ (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) VƏ ƏMİRƏL-MÖMİNİNƏ (MÜTƏVƏKKİLƏ) YAXIN OLMAQ İSTƏYİRSƏ, SİZƏ İTAƏT EDİB SİZƏ QARŞI HÖRMƏTLƏ YANAŞSIN. XƏLİFƏ (MÜTƏVƏKKİL) SİZİNLƏ ƏHDİNİ TƏZƏLƏMƏK ÜÇÜN SİZİ GÖRMƏK ARZUSUNDADIR. ƏGƏR XƏLİFƏNİ GÖRMƏK İSTƏYİRSİNİZSƏ, ÖZ AİLƏ VƏ DOSTLARINIZLA BİRLİKDƏ ONUN YANINA GƏLƏ BİLƏRSİNİZ. SƏFƏR İXTİYARI SİZİN ÖZ ƏLİNİZDƏDİR. YOLDA İSTƏDİYİNİZ YERDƏ DAYANA BİLƏRSİNİZ. İSTƏSƏNİZ XƏLİFƏNİN XADİMİ YƏHYA İBN HƏRSƏMƏ SİZİN KARVANI BURA GƏTİRİB SİZƏ QULLUQÇU OLMASI İLƏ FƏXR EDƏR. ÇÜNKİ SİZ BİZİM YANIMIZDA BÖYÜK HÖRMƏTƏ MALİKSİZİNİZ. BİZ DƏ ÖZ NÖVBƏMİZDƏ SİZƏ BÖYÜK EHTİRAMLA YANAŞARIQ. VƏS-SƏLAMU ƏLEYKUM VƏ RƏHMƏTULLAHİ VƏ BƏRƏKATUH.” ŞÜBHƏSİZ Kİ, İMAM ƏLİYYƏN-NƏQİ (Ə) MÜTƏVƏKKİLİN FİKRİNDƏKİ PİS MƏQSƏDDƏN XƏBƏRDAR İDİ. ANCAQ SAMİRRAYA GETMƏKDƏN BAŞQA ÇARƏSİ YOX İDİ. ÇÜNKİ MÜTƏVƏKKİLİN DƏVƏTİNİ QƏBUL ETMƏMƏK O HƏZRƏTDƏN ŞİKAYƏT EDƏNLƏR ÜÇÜN QƏTİ BİR SÜBUT OLA BİLƏR, EYNİ ZAMANDA MÜTƏVƏKKİLİ DAHA DA QƏZƏBLƏNDİRİB O HƏZRƏTƏ DAHA ARTIQ TƏZYİQLƏR GÖSTƏRMƏSİ ÜÇÜN BİR BƏHANƏ OLA BİLƏRDİ. İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) SONRALAR SAMİRRADA BUYURDUĞU “MƏNİ MƏDİNƏDƏN GÜCLƏ SAMİRRAYA GƏTİRDİLƏR” CÜMLƏSİ O HƏZRƏTİN MÜTƏVƏKKİLİN MƏQSƏDİNDƏN XƏBƏRDAR OLDUĞUNA VƏ MƏCBURİYYƏT QARŞISINDA QALARAQ BU SƏFƏRƏ ÇIXDIĞINA BİR SÜBUTDUR. BİR SÖZLƏ, İMAM ƏLİYYƏN-NƏQİ (Ə) MÜTƏVƏKKİLİN O HƏZRƏTİ SAMİRRAYA DƏVƏT ETMƏSİ MƏKTUBUNU ALDIQDAN SONRA YƏHYA İBN HƏRSƏMƏ İLƏ SAMİRRAYA GETMƏLİ OLUR. MÜTƏVƏKKİLİN KÖMƏKÇİLƏRİNİN XƏBƏRDARLIĞI İMAM ƏLİYYƏN-NƏQİNİ (Ə) MƏDİNƏDƏN SAMİRRAYA GƏTİRİLMƏSİ MƏSƏLƏSİNİ ÖHDƏSİNƏ GÖTÜRMÜŞ YƏHYA İBN HƏRSƏMƏ BU HADİSƏNİ BELƏ İZAH EDİR: “MƏDİNƏYƏ GƏLİB ƏLİYYƏN-NƏQİNİN (Ə) EVİNƏ GETDİM. ONUN EVİNƏ GETDİKDƏN VƏ CAMAAT ONUN SAMİRRAYA CƏLB EDİLMƏSİ XƏBƏRİNİ EŞİTDİKDƏN SONRA ŞƏHƏRDƏ BƏRK ÇAXNAŞMA DÜŞDÜ. CAMAAT ELƏ SƏS-KÜY SALDI Kİ, O GÜNƏ QƏDƏR O CÜR SƏS-KÜY EŞİTMƏMİŞDİM. MƏN ƏVVƏL ONLARI SAKİTLƏŞDİRMƏK ÜÇÜN AND-AMAN EDİB DEDİM Kİ, ARADA HEÇ BİR PİS FİKİR YOXDUR, MƏN HEÇ DƏ ONA ƏZİYYƏT ETMƏK ÜÇÜN BURA GƏLMƏMİŞƏM. SONRA İSƏ ONUN EVİNİ AXTARMAĞA BAŞLADIM. ONUN ÖZÜNƏMƏXSUS OTAĞINDA BİR NEÇƏ QURAN VƏ DUA KİTABINDAN BAŞQA HEÇ BİR ŞEY YOX İDİ. BİR NEÇƏ MƏMUR ONU EVDƏN ÇIXARTDI, ÖZÜM İSƏ ONUN EVDƏN SAMİRRAYA QƏDƏR XİDMƏTİNDƏ DURDUM. BAĞDADA GƏLDİKDƏ İLK NÖVBƏDƏ ŞƏHƏR BAŞÇISI İSHAQ İBN İBRAHİM TAHİRİ İLƏ QARŞILAŞDIM. O, MƏNƏ DEDİ: “YƏHYA, BU AĞA PEYĞƏMBƏR (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) ÖVLADIDIR, MÜTƏVƏKKİLİ ONU ÖLDÜRMƏYƏ CƏLB ETSƏN, BİL Kİ, SƏNİN DÜŞMƏNİN MƏHZ PEYĞƏMBƏR (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) OLACAQDIR.” ONUN CAVABINDA DEDİM: “ALLAHA AND OLSUN Kİ, MƏN BU VAXTA QƏDƏR ONDAN BİR PİSLİK GÖRMƏMİŞƏM Kİ, MÜTƏVƏKKİLİ ONU ÖLDÜRMƏYƏ CƏLB EDƏM.” (SONRA SAMİRRAYA TƏRƏF HƏRƏKƏT ETDİM.) SAMİRRAYA GƏLDİKDƏN SONRA HADİSƏNİ TÜRK VASİFƏ DANIŞDIM. O DA MƏNƏ DEDİ Kİ, ƏGƏR ONUN BAŞINDAN BİR TÜK ƏSKİK OLSA, SƏN CAVABDEHSƏN. İSHAQ İBN İBRAHİM VƏ TÜRK VASİFİN SÖZLƏRİNDƏN ÇOX TƏƏCCÜBLƏNDİM, MÜTƏVƏKKİLİN SARAYINA DAXİL OLUB ONA TƏZİM ETDİKDƏN SONRA GÖRDÜM Kİ, XƏLİFƏ DƏ ONA ÇOX HÖRMƏTLƏ YANAŞIR. İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) SAMİRRAYA GƏLİŞİ MÜTƏVƏKKİLİN GÖSTƏRİŞİNƏ ƏSASƏN, İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) SAMİRRAYA GƏLİŞİ ÜÇÜN TƏYİN EDİLMİŞ GÜN, O HƏZRƏT ÜÇÜN HƏLƏ YER HAZIRLANMAMASI BƏHANƏSİ İLƏ TƏXİRƏ SALINIR VƏ O HƏZRƏT BİR GECƏ “XANUS-SƏVALİK” (KİMSƏSİZLƏR KARVANSARASI) ADLANAN BİR YERDƏ QALMALI OLUR. BU HƏRƏKƏTDƏN MƏQSƏD SİYASİ BAXIMDAN BİR NÖV İMAMI ZƏHMƏTƏ SALARAQ TƏHQİR ETMƏK OLMUŞDUR. SƏHƏRİ GÜN O HƏZRƏT ÜÇÜN BİR EV TƏYİN OLUNUR. BUNDAN SONRA İMAM HƏMİN EVDƏ QALMAĞA BAŞLAYIR. İMAM ƏLİYYƏN-NƏQİ (Ə) BU ŞƏHƏRDƏ ZAHİRDƏ AZAD OLSA DA, ƏSLİNDƏ ELƏ BİL Kİ, HƏBSDƏ SAXLANILIRDI. ÇÜNKİ O HƏZRƏTİN QALDIĞI YER, ONUN YANINA GƏLİB-GEDƏNLƏR VƏ BÜTÜN İŞLƏRİ DAİMA NƏZARƏT ALTINDA İDİ. MƏSİHİ HƏKİMİ VƏ BƏXTİŞUYUN ŞAGİRDİ YƏZDAD, İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) GÜCLƏ SAMİRRAYA GƏTİRİLMƏSİNƏ İŞARƏ EDƏRƏK DEYİR: “ƏGƏR QEYB ALƏMİNDƏN XƏBƏRİ OLAN BİR NƏFƏR VARSA, O DA MƏHZ ODUR (İMAM HADİDİR). ONU BURA GƏTİZDİRMƏKDƏ MƏQSƏD CAMAATIN ONA TƏRƏF MEYL ETMƏSİNİN QARŞISINI ALMAQDIR. ÇÜNKİ ONUN OLMASI İLƏ ÖZ HAKİMİYYƏTLƏRİNİ TƏHLÜKƏ ALTINDA GÖRÜRDÜLƏR.” MÜTƏVƏKKİLİN İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) CAMAAT ARASINDA OLAN MƏNƏVİ NÜFUZUNDAN QORXMASINI O HƏZRƏTİN QALMASI ÜÇÜN TƏYİN EDİLMİŞ YAŞAYIŞ YERİNDƏN BAŞA DÜŞMƏK OLAR. MÜTƏVƏKKİLİN O HƏZRƏTİ BU QƏDƏR NƏZARƏT ALTINDA SAXLAMASINA BAXMAYARAQ, YENƏ DƏ ONU ÖZ HÖKUMƏTİ ÜÇÜN CİDDİ BİR TƏHLÜKƏ HESAB EDİR VƏ QORXURDU Kİ, İMAMIN DOST VƏ TƏRƏFDARLARI ONUNLA GİZLİ ƏLAQƏ SAXLAYIB HÖKUMƏT ƏLEYHİNƏ QİYAM PLANI HAZIRLAYARAQ BU İŞİ HƏYATA KEÇİRMƏK ÜÇÜN PUL VƏ SİLAH TOPLAYIB CAMAATI DA BU İŞƏ CƏLB EDƏRLƏR. XƏLİFƏNİN ƏRTAFINDA OLANLAR DA, BƏZİ VAXTLAR ONU İMAMIN VƏ DOSTLARININ QİYAM EHTİMALINDAN XƏBƏRDAR EDİRDİLƏR. BUNA GÖRƏ DƏ, MÜTƏVƏKKİL VAXTAŞIRI İMAMIN EVİNİ YOXLATDIRIR, AXTARIŞ APARANLARIN HƏR DƏFƏ ƏLİBOŞ QAYITMALARINA BAXMAYARAQ, MÜTƏVƏKKİL YENƏ DƏ NİGARAN İDİ VƏ QORXU İÇƏRİSİNDƏ YAŞAYIRDI. İNDİ GƏLİN HƏMİN MƏQAMLARDAN BİRİNİ NƏZƏRDƏN KEÇİRƏK. ŞƏRAB MƏCLİSİ BİR-BİRİNƏ DƏYİR BİR DƏFƏ YENƏ İMAM ƏLİYYƏN-NƏQİ ƏLEYHİSSƏLAMDAN MÜTƏVƏKKİLƏ YALANDAN ŞİKAYƏT EDƏRƏK DEYİRLƏR Kİ, O, EVİNDƏ QİYAM QALDIRMAQ MƏQSƏDİ İLƏ QUM ŞƏHƏRİNİN ŞİƏLƏRİNİN GÖNDƏRDİKLƏRİ SİLAH, MƏKTUB VƏ BAŞQA ƏŞYALAR SAXLAYIR. MÜTƏVƏKKİL O HƏZRƏTİN EVİNİ YOXLAMAQ ÜÇÜN BİR NEÇƏ NƏFƏRİ AXTARIŞ ÜÇÜN ORAYA GÖNDƏRİR. ONLAR GECƏ VAXTI İMAMIN EVİNƏ HÜCUM ÇƏKİB EVİ AXTARSALAR DA, BİR ŞEY TAPA BİLMİRLƏR. İMAMIN İSƏ QAPISI BAĞLI BİR OTAQDA YUN PALTAR GEYİB BOŞ TORPAQ ÜZƏRİNDƏ OTURUB ALLAHA İBADƏT ETMƏSİNİ, QURAN OXUMASINI GÖRÜRLƏR. İMAMI ELƏ HƏMİN VƏZİYYƏTDƏ MÜTƏVƏKKİLİN YANINA GƏTİRİB DEYİRLƏR: “ONUN EVİNDƏN HEÇ NƏ TAPA BİLMƏYİB ÖZÜNÜ İSƏ ÜZÜ QİBLƏYƏ OTURUB QURAN OXUYAN GÖRDÜK.” MÜTƏVƏKKİL İMAMI GÖRCƏK O HƏZRƏTİN ƏZƏMƏT VƏ HEYBƏTİNDƏN ÖZÜNÜ İTİRİB İXTİYARSIZ OLARAQ O HƏZRƏTƏ QARŞI HÖRMƏTLƏ RƏFTAR ETMƏYƏ BAŞLAYIR VƏ ONU ÖZ YANINDA OTUZDURUR. ŞƏRAB DOLU PİYALƏNİ İMAMA UZATDIQDA, O HƏZRƏT BUYURUR Kİ, MƏNİM ƏTİM VƏ QANIM BUNA QATIŞMAMIŞDIR, MƏNİ ÜZÜRLÜ SAY. MÜTƏVƏKKİL PİYALƏNİ GERİ ÇƏKİB DEDİ: “ONDA BİR ŞER DE!” İMAM BUYURDU: “MƏN ÇOX AZ ŞER BİLİRƏM.” MÜTƏVƏKKİL DEDİ: “MÜTLƏQ BİR ŞER OXUMALISAN”. İMAM ƏLİYYƏN-NƏQİ (Ə) ÇARƏSİZ QALIB AŞAĞIDAKI MƏZMUNDA BİR ŞER OXUDU: “QÜDRƏTLİ KİŞİLƏR (ZALIM HAKİMLƏRİ) QORUDUĞU HALDA, ONLAR YÜKSƏK DAĞ QÜLLƏLƏRİNDƏ GECƏLƏRİ SÜBHƏ QATIBLAR, LAKİN O QÜLLƏLƏR ONLARI (ÖLÜMDƏN) QURTARA BİLMƏDİ. ONLAR BİR MÜDDƏT YÜKSƏK VƏZİFƏDƏ QALDIQDAN SONRA NƏHAYƏT, YERLƏRİ QƏBİRLƏR OLDU. NƏ PİS MƏNZİL TUTDULAR! TORPAĞA BASDIRILDIQDAN SONRA BİR NİDA GƏLDİ Kİ, HANI O BİLƏRZİKLƏR, HANI O TACLAR, HANI O XƏLƏTLƏR? HANI NAZ-NEMƏT İÇİNDƏ OLMUŞ, HÖRMƏT ƏLAMƏTİ OLARAQ OTAQLARINA PƏRDƏLƏR ÇƏKİLMİŞ SİMALAR? QƏBİR ONLARIN ƏVƏZİNƏ CAVAB VERƏR Kİ, İNDİ QURD-QUŞ HƏMİN SİMALARI DİDİB-DAĞITMAQ ÜSTƏ BİR-BİRİNİ QIRIR. ONLAR DÜNYADA UZUN MÜDDƏT YEYİB-İÇDİLƏR, ANCAQ BU QƏDƏR YEYİB-İÇMƏLƏRİNƏ BAXMAYARAQ İNDİ ÖZLƏRİ QURD-QUŞA YEM OLMUŞLAR. ONLAR ÖZLƏRİNƏ TƏM-TƏRAQLI EVLƏR TİKİB ÖLÜMDƏN UZAQ OLMAQ İSTƏYİRDİLƏR, ANCAQ BİR MÜDDƏT KEÇDİKDƏN SONRA HƏMİN EVLƏRİ AİLƏLƏRİ İLƏ BİRLİKDƏ TƏRK EDİB QƏBİR EVİNƏ GEDƏSİ OLDULAR. ÇOXLU MAL-DÖVLƏT TOPLAMIŞDILAR, ANCAQ ONLARDAN AYRILIB HAMISINI DÜŞMƏNLƏRİ ÜÇÜN SAXLADILAR. ONLAR ABAD EV-EŞİKLƏRİ, SARAYLARI XARABALIQLARA ÇEVİRƏRƏK ZÜLMƏT QƏBİRLƏRƏ GETDİLƏR.” İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) BU SÖZÜNÜN TƏSİRİNDƏN MÜTƏVƏKKİL ELƏ AĞLAYIR Kİ, SAQQALI TAMAMİLƏ İSLANIR. MƏCLİSDƏ OTURANLAR DA AĞLAYIRLAR. MÜTƏVƏKKİL ƏMR EDİR Kİ, İÇKİ (ŞƏRAB) MƏCLİSİNİ YIĞIŞDIRSINLAR. İMAMA İSƏ DÖRD MİN DİRHƏM PUL VERƏRƏK HÖRMƏTLƏ EVİNƏ QAYTARIR.1 İMAM ƏLİYYƏN-NƏQİ (Ə) MÜTƏVƏKKİLİN ZİNDANINDA MÜTƏVƏKKİLİN QƏLBİNDƏ İMAM ƏLİYYƏN-NƏQİYƏ (Ə) QARŞI BÖYÜK KİN-KÜDURƏT VAR İDİ VƏ HƏMİŞƏ O HƏZRƏTİ İNCİTMƏK FİKRİNDƏ OLMUŞDUR. İMAMIN SAMİRRADA OLMASI HƏQİQƏTDƏ ONUN ZİNDANDA QALMASI DEMƏK İDİ. ÇÜNKİ O HƏZRƏT MƏDİNƏDƏN SAMİRRAYA GƏLDİYİ İLK VAXTLARDA MÜTƏVƏKKİL ONU HƏBS EDİR. SƏQƏR İBN ƏBU DƏLƏF DEYİR: “İMAM ƏLİYYƏN-NƏQİ (Ə) SAMİRRAYA GƏTİRİLDİKDƏN SONRA ONUN ƏHVALINDAN XƏBƏR TUTMAQ ÜÇÜN YANINA GETDİM. MÜTƏVƏKKİLİN QAPIÇISI ZƏRRAFİ MƏNİ GÖRÜB DEDİ Kİ, GƏL İÇƏRİ. İÇƏRİ KEÇDİKDƏN SONRA MƏNDƏN SORUŞDU Kİ, NƏ ÜÇÜN GƏLMİSƏN? DEDİM Kİ, XEYİRDİR. DEDİ: “OTUR.” OTURDUM, ANCAQ YAMAN QORXUYA DÜŞDÜM VƏ FİKRƏ GEDƏRƏK ÖZLÜYÜMDƏ DEDİM Kİ, SƏHV ELƏMİŞƏM (Kİ, BELƏ BİR TƏHLÜKƏLİ İŞƏ ƏL ATIB İMAMIN GÖRÜŞÜNƏ GƏLMİŞƏM). ZƏRRAFİ CAMAATIN İŞİNİ HƏLL EDİB ORADAKILARI YOLA SALDI. ARA SAKİTLƏŞDİKDƏN SONRA MƏNDƏN SORUŞDU Kİ, NƏ ÜÇÜN GƏLMİSƏN, İŞİN NƏDİR? DEDİM: XEYİR İŞ ÜÇÜN GƏLMİŞƏM. — YOXSA ÖZ AĞANDAN XƏBƏR TUTMAĞA GƏLMİSƏN? — AĞAM KİMDİR? MƏNİM AĞAM XƏLİFƏDİR. — SUS, HƏQİQƏT SƏNİN AĞANLADIR. QORXMA, MƏN DƏ SƏNİNLƏ HƏMFİKİRƏM VƏ ONU İMAM BİLİRƏM. (BUNU EŞİTCƏK) ALLAHA ŞÜKR ETDİM. SONRA O MƏNƏ DEDİ: “ONU GÖRMƏK İSTƏYİRSƏN?” DEDİM Kİ, BƏLİ. DEDİ Kİ, BİR AZ OTUR, QOY QASİD GETSİN. QASİD GETDİKDƏN SONRA MƏNİ XADİMİNƏ GÖSTƏRƏRƏK DEDİ: “BUNU ƏLİYYƏN-NƏQİNİN (Ə) SAXLANILDIĞI OTAĞA APAR, ÖZÜN İSƏ QAYIT.” İMAMIN HÜZURUNA YETİŞDİKDƏ, GÖRDÜM Kİ, O HƏZRƏT BİR HƏSİRİN ÜSTÜNDƏ OTURUB, QARŞISINDA İSƏ BİR QƏBİR QAZILMIŞDIR. SALAM VERDİM. BUYURDU Kİ,ƏYLƏŞ. OTURDUQDAN SONRA MƏNDƏN SORUŞDU Kİ, NƏ ÜÇÜN GƏLMİSƏN? DEDİM Kİ, GƏLMİŞƏM SİZDƏN BİR XƏBƏR TUTAM. SONRA QƏBRƏ BAXIB AĞLADIM. İMAM BUYURDU: “AĞLAMA, BU ÇƏTİNLİKDƏN MƏNƏ BİR ZƏRƏR DƏYMƏZ.” ALLAHA ŞÜKR ETDİM. SONRA O HƏZRƏTDƏN BİR HƏDİSİN MƏNASI BARƏDƏ SORUŞDUM. İMAM CAVABIMI VERDİKDƏN SONRA BUYURDU: “BƏSDİR, DUR GET, QORXURAM SƏNƏ BİR ZƏRƏR DƏYƏ!” BU HADİSƏ BİR TƏRƏFDƏN MÜTƏVƏKKİLİN İMAM ƏLİYYƏN-NƏQİYƏ (Ə) QARŞI TƏZYİQLƏRİNİN NƏ QƏDƏR CİDDİ VƏ AĞIR OLDUĞUNU, DİGƏR TƏRƏFDƏN İSƏ İMAMIN HƏTTA XƏLİFƏNİN XÜSUSİ VƏ ƏN YAXIN ADAMLARININ DA YANINDA NÜFUZ TAPMASINI ÇATDIRIR. MÜTƏVƏKKİL ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ ÖZ XADİMİ SƏİD İBN HACİBƏ ƏMR EDİR Kİ, İMAMI ÖLDÜRSÜN, ANCAQ İMAM ƏLİYYƏN-NƏQİ (Ə) BUYURUR Kİ, İKİ GÜN KEÇMƏZ MÜTƏVƏKKİLİ ÖLDÜRƏRLƏR. HƏQİQƏTƏN DƏ, ELƏ BU CÜR OLDU. MÜTƏVƏKKİLİN ŞİƏLƏRƏ QARŞI TƏZYİQ VƏ CİNAYƏTLƏRİ MÜTƏVƏKKİL ABBASİ XƏLİFƏLƏRİ ARASINDA ƏN ÇOX CİNAYƏT TÖRƏDƏNLƏRDƏN BİRİ OLMUŞDUR. O, HƏZRƏT ƏLİ (Ə), ONUN AİLƏ VƏ ŞİƏLƏRİNƏ QARŞI ÜRƏYİNDƏ HƏDDƏN ARTIQ KİN-KÜDURƏT BƏSLƏYİRDİ. ONUN HAKİMİYYƏT DÖVRÜ ŞİƏ VƏ ƏLƏVİLƏR ÜÇÜN ƏN PİS DÖVRLƏRDƏN BİRİ SAYILIR. MÜTƏVƏKKİLİN TÖRƏTDİYİ BÜTÜN CİNAYƏTLƏRİ QEYD EDƏ BİLMƏYƏCƏYİMİZİ NƏZƏRƏ ALARAQ MƏCBUR OLUB BƏZİ CİNAYƏTLƏRİNƏ QISACA DA OLSA, İŞARƏ EDİRİK. 1)–MÜTƏVƏKKİLİN HAKİMİYYƏTİ DÖVRÜNDƏ ƏLƏVİLƏRDƏN BƏZİSİ YA HƏBS EDİLDİ, YA DA AXTARIŞDA OLDU. BUNA MİSAL OLARAQ (İMAM HƏSƏNİN (Ə) NƏVƏLƏRİNDƏN OLMUŞ) MƏHƏMMƏD İBN SALEH VƏ (TƏBƏRİSTANDA QİYAM QALDIRMIŞ HƏSƏN İBN ZEYDİN TƏBLİĞÇİLƏRİNDƏN OLAN) MƏHƏMMƏD İBN CƏFƏRİN ADINI QEYD ETMƏK OLAR. 2)–MÜTƏVƏKKİL HİCRƏTİN İKİ YÜZ OTUZ ALTINCI İLİNDƏ ƏMR VERİR Kİ,ŞƏHİDLƏR AĞASI İMAM HÜSEYNİN (Ə) MƏQBƏRƏSİ VƏ ONUN ƏTRAFINDA OLAN BİNALAR (TİKİLİLƏR) SÖKÜLƏRƏK ƏKİN SAHƏSİNƏ ÇEVRİLSİN. EYNİ ZAMANDA O HƏZRƏTİN ZİYARƏTİNİN QARŞISINI ALMAQ MƏQSƏDİLƏ, O YAXINLIQDA GÖZƏTÇİLƏR SAXLANILSIN. İMAM HÜSEYNİN (Ə) QƏBRİNİ HEÇ BİR MÜSƏLMAN SÖKMƏYƏ HAZIR OLMADIĞI ÜÇÜN BU İŞİ ƏSLİ YƏHUDİ OLAN DİZƏC ADLI BİR ŞƏXS YERİNƏ YETİRİR. MÜTƏVƏKKİL İMAM HÜSEYNİN (Ə) QƏBRİNİN ZİYARƏT EDİLMƏSİNİ QADAĞAN EDƏRƏK BİLDİRİR Kİ, ƏGƏR BİR NƏFƏR ORA ZİYARƏTƏ GEDƏRSƏ, MÜTLƏQ CƏZALANDIRILACAQ. O QORXURDU Kİ, İMAM HÜSEYNİN (Ə) MƏQBƏRƏSİ HÖKUMƏT ƏLEYHİNƏ BİR QƏRARGAHA ÇEVRİLİB O HƏZRƏTİN ŞƏHADƏTİ XİLAFƏTİN ZÜLMLƏRİNƏ QARŞI YÖNƏLDİLMİŞ QİYAMLARA İLHAM BAĞIŞLASIN. ANCAQ O HƏZRƏTİN ŞİƏ VƏ DOSTLARI (O HƏZRƏTİ SEVƏNLƏR) BİR AN OLSUN BELƏ, O MÜQƏDDƏS QƏBRİN ZİYARƏTİNDƏN QALMIR VƏ MİN BİR MÜSİBƏTƏ,ƏZAB-ƏZİYYƏTƏ QATLAŞARAQ YENƏ ORANI ZİYARƏT ETMƏYƏ GEDİRDİLƏR. MÜTƏVƏKKİLİN ÖLÜMÜNDƏN SONRA ŞİƏLƏR YENƏ ƏL-ƏLƏ VERİB İMAM HÜSEYNİN (Ə) MƏQBƏRƏSİNİ YENİDƏN BƏRPA ETDİLƏR. İMAM HÜSEYNİN (Ə) MƏQBƏRƏSİNİN SÖKÜLMƏSİ MÜSƏLMANLARI BƏRK QƏZƏBLƏNDİRDİ. BAĞDAD ƏHALİSİ BÜTÜN KÜÇƏLƏRƏ, DİVARLARA, MƏSCİDLƏRƏ MÜTƏVƏKKİLİN ƏLEYHİNƏ ŞÜARLAR YAZMAĞA, MÜBARİZ ŞAİRLƏR İSƏ ONUN ƏLEYHİNƏ ŞERLƏR YAZARAQ ONU TƏNQİD ETMƏYƏ BAŞLAYIRLAR. BU ŞERLƏRDƏN BİRİNİN MƏZMUNUNU SİZİN NƏZƏRİNİZƏ ÇATDIRIRIQ: “AND OLSUN ALLAHA Kİ,ƏGƏR BƏNİ-ÜMƏYYƏ ÖZ PEYĞƏMBƏRİNİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) QIZININ OĞLUNU (YƏNİ NƏVƏSİ İMAM HÜSEYN ƏLEYHİSSƏLAMI) ZÜLM NƏTİCƏSİNDƏ ŞƏHİD ETMİŞSƏ, İNDİ ONUN ATASININ NƏSLİNDƏN OLANLAR (BƏNİ-ABBAS) BƏNİ-ÜMƏYYƏNİN CİNAYƏTİ KİMİ BİR CİNAYƏT TÖRƏTMİŞLƏR. BU, ÖZ CANIMA AND OLSUN Kİ, BƏNİ-ABBAS TƏRƏFİNDƏN UÇURULMUŞ HÜSEYNİN (Ə) QƏBRİDİR. ONLAR İMAM HÜSEYNİN (Ə) QƏTLİNDƏ İŞTİRAK ETMƏDİKLƏRİ ÜÇÜN TƏƏSSÜFLƏNİR, ONA GÖRƏ DƏ, İNDİ ONUN QƏBRİNƏ TƏCAVÜZ ETMƏKLƏ ONUN SÜMÜKLƏRİNƏ DARAŞMIŞLAR.” 3)MÜTƏVƏKKİL ÖZ HAKİMİYYƏTİ DÖVRÜNDƏ İBN SƏKKİT KİMİ İSLAM ALƏMİNİN BÖYÜK ŞƏXSİYYƏTİNİ VƏ ƏHLİ-BEYTƏ (ƏLEYHİMUSSƏLAM) SADİQ OLAN BİR SIRA ŞƏXSLƏRİ QƏTLƏ YETİRMİŞDİR. İBN SƏKKİT İMAM CAVAD (Ə) İLƏ İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) VƏFALI DOSTLARINDAN, TANINMIŞ ŞİƏ ƏDİB VƏ ŞAİRLƏRİNDƏN BİRİ OLMUŞ, LAKİN MÜTƏVƏKKİL ONU, ƏLİNİN (Ə) TƏRƏFDARI OLDUĞU ÜÇÜN QƏTLƏ YETİRMİŞDİR. BİR GÜN MÜTƏVƏKKİL ÖZ İKİ OĞLUNA İŞARƏ EDƏRƏK İBN SƏKKİTDƏN SORUŞUR: “SƏNİN ÜÇÜN MƏNİM BU İKİ OĞLUM DAHA SEVİMLİDİR, YOXSA HƏSƏN (Ə) VƏ HÜSEYN (Ə)?” BU YERSİZ MÜQAYİSƏDƏN BƏRK ƏSƏBLƏŞƏN VƏ QANI CUŞA GƏLƏN İBN SƏKKİT DAYANMADAN DEYİR: “ALLAHA AND OLSUN Kİ, MƏNİM NƏZDİMDƏ ƏLİNİN (Ə) NÖKƏRİ QƏNBƏR DƏ, SƏNDƏN VƏ BU İKİ OĞLUNDAN ÜSTÜNDÜR.” ÖZ QÜDRƏT VƏ İMAKANATINA, ÖZ NƏFSİNƏ UYMUŞ MÜTƏVƏKKİL ƏMR EDİB ONUN DİLİNİ ÇIXARTDIRIR. 4)XƏTİB BAĞDADİ MÜTƏVƏKKİLİN ƏHLİ-BEYT (ƏLEYHİMUSSƏLAM) TƏRƏFDARLARINA VERDİYİ İŞKƏNCƏLƏRƏ İŞARƏ EDƏRƏK YAZIR: “MÜTƏVƏKKİL NƏSR İBN ƏLİ CƏHZƏMİYƏ HƏZRƏT ƏLİ (Ə), XANIM ZƏHRA (SƏLAMULLAHİ ƏLEYHA), İMAM HƏSƏN (Ə) VƏ İMAM HÜSEYNİN (Ə) FƏZİLƏTİNƏ DAİR BİR HƏDİS DEDİYİNƏ GÖRƏ MİN ŞALLAQ VURDURUR. BUNUNLA DA, ONDAN ƏL ÇƏKMİR, AXIRDA ONUN SÜNNİ OLDUĞU BARƏDƏ ŞƏHADƏT VERİB MÜTƏVƏKKİLİN ƏLİNDƏN QURTARIRLAR. İ SATMIŞ ŞAİRLƏRƏ KÜLLİ MİQDARDA PUL VERİB ONLARI ABBASİ HÖKUMƏTİNİN QANUNİ HÖKUMƏT OLMASI BARƏDƏ VƏ ELƏCƏ DƏ, ƏHLİ-BEYT (ƏLEYHİMUSSƏLAM) ƏLEYHİNƏ ŞERLƏR YAZMAĞA MƏCBUR EDİRDİ. 6)MÜTƏVƏKKİL ŞAKİRİYYƏ ADLI YERDƏ YENİ ORDU TƏŞKİL EDƏRKƏN ƏSASƏN SURİYA, ƏLCƏZAİR, CƏBƏL, HİCAZ VƏ ƏNBADA ƏLƏVİLƏRİN ZİDDİNƏ AD ÇIXARMIŞ ŞƏXSLƏRDƏN İSTİFADƏ EDİR. 7)MÜTƏVƏKKİL MİSİR HAKİMİNƏ ƏMR EDİR Kİ, MİSİRDƏ OLAN BÜTÜN ƏLƏVİLƏRİ İRAQA SÜRGÜN ETSİN. MİSİR HAKİMİ DƏ ONUN ƏMRİNİ YERİNƏ YETİRİR. SONRA İSƏ MÜTƏVƏKKİL ONLARIN HAMISINI HİCRƏTİN 236-CI İLİNDƏ MƏDİNƏYƏ KÖÇÜRÜR. 8)–MÜTƏVƏKKİL İDARƏLƏRDƏ İŞLƏYƏN BÜTÜN ŞİƏLƏRİ İŞDƏN ÇIXARTMAQLA ONLARIN CAMAATIN YANINDAKI MÖVQEYİNİ ZƏİFLƏDİRDİ. MİSAL ÜÇÜN İSHAQ İBN İBRAHİMİN İŞDƏN ÇIXARILMASINI QEYD ETMƏK OLAR. MÜTƏVƏKKİL ONU ŞİƏ OLMASINA GÖRƏ CƏBƏL VİLAYƏTİNDƏKİ SAMİRRA VƏ SEYRƏVAN ŞƏHƏRLƏRİNİN HAKİMLİYİNDƏN ÇIXARIR. BİR ÇOX BAŞQA ŞƏXSLƏR DƏ, BU SƏBƏBƏ GÖRƏ ÖZ MÖVQELƏRİNİ İTİRMƏLİ OLDULAR. MÜTƏVƏKKİL BU CÜR HƏRƏKƏTLƏRİ İLƏ ÖZ HÖKUMƏTİNƏ QARŞI ŞİƏLƏR TƏRƏFİNDƏN EHTİMAL VERİLƏN HƏR HANSI BİR HƏRƏKATIN QARŞISINI ALSA DA, ANCAQ ONLARIN GİZLİ FƏALİYYƏTLƏRİNİ DAYANDIRA BİLMƏDİ. BUNDAN ÖNCƏ DƏ QEYD ETDİYİMİZ KİMİ, TARİX GÖSTƏRİR Kİ, İMAM ƏLİYYƏN-NƏQİ (Ə) ÖZ ŞİƏLƏRİ İLƏ GİZLİ ƏLAQƏ SAXLAYIRMIŞ. ŞİƏLƏRƏ QARŞI İQTİSADİ ÇƏTİNLİK MÜTƏVƏKKİL ŞİƏLƏRİ ZƏİFLƏDİB ONLARIN MÜBARİZ QÜVVƏLƏRİNİ ARADAN GÖTÜRMƏK ÜÇÜN ONLARA QARŞI İQTİSADİ TƏZYİQ SİYASƏTİNİ İŞƏ SALIR. ŞİƏLƏR O VAXTA QƏDƏR HƏLƏ BU CÜR İQTİSADİ ÇƏTİNLİKLƏ ÜZLƏŞMƏMİŞDİLƏR. PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) VƏFATINDAN SONRA ŞİƏLƏR DAİMA İQTİSADİ ÇƏTİNLİK İÇƏRİSİNDƏ OLMUŞLAR. BU SAHƏDƏ SİYASİ MƏQSƏD DAŞIYAN VƏ ƏSAS MƏQSƏDİ ƏLİNİN (Ə) VƏ BƏNİ-HAŞİMİN İQTİSADİ MÖVQEYİNİ ZƏİFLƏTMƏK OLAN, FƏDƏYİN HƏZRƏT ZƏHRADAN (SƏLAMULLAHİ ƏLEYHA) ALINMASINDAN BAŞQA, İSLAM TARİXİNDƏ BİR ÇOX HALLARA DA TƏSADÜF OLUNUR. BUNLARDAN BİRİ DƏ, MÜAVİYƏNİN ŞİƏLƏRƏ, XÜSUSƏN DƏ, BƏNİ-HAŞİMƏ QARŞI İŞLƏTDİYİ SİYASƏT OLMUŞDUR. MÜAVİYƏNİN İMAM HÜSEYNDƏN (Ə) YEZİD ÜÇÜN BEYƏT ALMASI MƏQSƏDİLƏ İRƏLİ SÜRDÜYÜ SİYASƏTLƏRDƏN BİRİ, ÖZÜNÜN MƏDİNƏYƏ SƏFƏRİ ZAMANI (BAŞQALARINDAN FƏRQLİ OLARAQ) BEYTÜL-MALDAN BƏNİ-HAŞİMDƏN OLANLARA HEÇ BİR HƏDİYYƏ VERMƏMƏSİ OLMUŞDUR. ONUN BU İŞDƏN MƏQSƏDİ O OLMUŞDUR Kİ, BƏLKƏ İMAM HÜSEYNİ (Ə) MADDİ ÇƏTİNLİYƏ SALIB BEYƏT ETMƏYƏ MƏCBUR EDƏ.BAŞQA BİR NÜMUNƏ İSƏ (İKİNCİ ABBASİ XƏLİFƏSİ) MƏNSUR DƏVANİQİNİN İQTİSADİ TƏZYİQİ OLMUŞDUR. MƏNSUR CAMAATI ACINDAN QIRMAQ, CƏMİYYƏTİ MÜFLİSLƏŞDİRMƏK PROQRAMINI ÇOX GENİŞ MİQYASDA İCRA EDİRDİ. ONUN İSƏ BU İŞDƏN MƏQSƏDİ, CAMAATIN AC QALARAQ ONA TABE OLMASI, ONA GÖZ DİKMƏSİ, BUNUN DA NƏTİCƏSİNDƏ, HƏMİŞƏ ÖZ QARINLARINI DOYUZDURMAQ FİKRİNDƏ OLUB BÖYÜK İCTİMAİ MƏSƏLƏLƏR HAQQINDA DÜŞÜNMƏYƏ MACAL TAPMAMASI OLMUŞDUR. O, BİR DƏFƏ SARAY ADAMLARININ TOPLAŞDIĞI MƏCLİSDƏ YÜRÜTDÜYÜ BU SİYASƏTƏ İŞARƏ EDƏRƏK DEMİŞDİR: “ÖZ İTİNİ AC SAXLA, QOY HƏMİŞƏ ÇÖRƏK ÜÇÜN SƏNİN ARDINCA DÜŞSÜN.” BU İFADƏ EYNİ ZAMANDA MÜSƏLMAN MİLLƏTİNİN BƏNİ-ABBASIN GÖZÜNDƏ NƏ QƏDƏR AŞAĞI SƏVİYYƏDƏ OLDUĞUNU GÖSTƏRİR. BU İQTİSADİ ÇƏTİNLİKDƏ ŞİƏ VƏ ƏLƏVİLƏR DAHA ÇOX TƏZYİQƏ MƏRUZ QALMIŞLAR. ÇÜNKİ ONLAR ZALIM XƏLİFƏLƏRƏ QARŞI YÖNƏLDİLMİŞ HƏRƏKATIN ÖNÜNDƏ DURURDULAR. HARUN ƏR-RƏŞİDİN HAKİMİYYƏTİ DÖVRÜ DƏ, BU İŞDƏ İSTİSNA EDİLMİR. ÇÜNKİ O DA MÜSƏLMANLARIN BEYTÜL-MALINI QƏSB EDƏRƏK ONU KEF, ƏYLƏNCƏ VƏ EYŞ-İŞRƏT MƏCLİSLƏRİNƏ SƏRF ETMƏKLƏ ŞİƏLƏRİ ÖZ HÜQUQLARINDAN MƏHRUM EDİR VƏ BU VASİTƏ İLƏ ONLARIN MÜBARİZ QÜVVƏLƏRİNİ ZƏİFLƏDİRDİ. DEMƏLİ, ŞİƏLƏR BU CÜR ÇƏTİNLİKLƏRLƏ ƏVVƏLDƏN TANIŞ OLMUŞ, ANCAQ BUNDAN ƏVVƏL QEYD ETDİYİMİZ KİMİ, MÜTƏVƏKKİLİN DÖVRÜNDƏKİ İQTİSADİ ÇƏTİNLİK DAHA GENİŞ OLMUŞ VƏ AŞAĞIDAKI CƏHƏTLƏRİNƏ GÖRƏ DİGƏR DÖVRLƏRDƏN FƏRQLƏNMİŞDİR: 1)MÜTƏVƏKKİL ŞİƏLƏRƏ QARŞI O QƏDƏR MADDİ TƏZYİQ GÖSTƏRİR Kİ,DEYİLƏNLƏRƏ GÖRƏ MƏDİNƏ ŞƏHƏRİNDƏKİ ƏLƏVİ QADINLARIN NAMAZ QILMAĞA BİR YAXŞI PALTARLARI OLMAMIŞ,ƏYİNLƏRİNDƏKİ BİR ƏDƏD KÖHNƏ PALTARI NÖVBƏ İLƏ GEYİB NAMAZ QILARDILAR. ONLAR MÜTƏVƏKKİL ÖLƏNƏ QƏDƏR BU CÜR ÇƏTİNLİK İÇƏRİSİNDƏ OLMUŞLAR. 2)MÜTƏVƏKKİL ÖMƏR İBN FƏRƏC RÜXXƏCİNİ MƏKKƏ VƏ MƏDİNƏ ŞƏHƏRLƏRİNƏ HAKİM TƏYİN EDİR. O, CAMAATI ƏLİNİN (Ə) NƏSLİNDƏN OLANLARA (ƏLƏVİLƏRƏ) KÖMƏK ETMƏKDƏN, ƏL TUTMAQDAN ÇƏKİNDİRƏRƏK BU İŞƏ ELƏ DİQQƏT YETİRİRDİ Kİ, CAMAAT CANLARININ QORXUSUNDAN ONLARA KÖMƏK ETMƏKDƏN ƏL ÇƏKİR VƏ NƏTİCƏDƏ ONLARIN VƏZİYYƏTİ ÇOX ACINACAQLI HALA DÜŞÜRDÜ. 3)MÜTƏVƏKKİL ƏLƏVİLƏRİN MÜLKÜ OLAN FƏDƏYİ MÜSADİRƏ EDİR. RƏVAYƏTDƏ QEYD OLUNMUŞDUR Kİ, O VAXT FƏDƏYİN GƏLİRİ İYİRMİ DÖRD MİN DİNARA ÇATIRMIŞ. MÜTƏVƏKKİL ONU ÖZ DOSTLARINDAN OLAN ABDULLAH İBN ÖMƏR BAZYARA BAĞIŞLAYIR. 4)MÜTƏVƏKKİL MİSİR HAKİMİNƏ ƏLƏVİLƏRLƏ AŞAĞIDAKI ŞƏRTLƏR ƏSASINDA DAVRANMAĞI ƏMR EDİR: A)ƏLƏVİLƏRDƏN HEÇ BİRİNƏ MÜLK VERİLMƏSİN, HƏMÇİNİN, ONLARA ATA MİNMƏK VƏ FUSTAT ŞƏHƏRİNDƏN DİGƏR ŞƏHƏRLƏRƏ GETMƏK QADAĞAN EDİLSİN. B)ƏLƏVİLƏRDƏN HEÇ BİRİNƏ BİR NƏFƏRDƏN ARTIQ QUL SAXLAMAQ İCAZƏSİ VERİLMƏSİN. V) BİR ƏLƏVİ İLƏ QEYRİ-ƏLƏVİ MÜBAHİSƏ EDƏRSƏ, HAKİM İLK NÖVBƏDƏ QEYRİ-ƏLƏVİNİN ŞİKAYƏTİNƏ QULAQ ASSIN VƏ ƏLƏVİNİN ŞİKAYƏTİNİ İSƏ HEÇ DİNLƏMƏDƏN ONUN ƏLEYHİNƏ HÖKM VERSİN. ZİNƏTLİ SARAY VƏ MƏCLİSLƏR ŞİƏLƏRƏ QARŞI YÖNƏLDİLMİŞ BU ÇƏTİNLİKLƏRLƏ YANAŞI, MÜTƏVƏKKİL BEYTÜL-MALI QƏSB EDƏRƏK ZİNƏTLİ VƏ ƏZƏMƏTLİ SARAYLAR TİKDİRMƏKDƏ, KEF MƏCLİSLƏRİ TƏŞKİL ETMƏKDƏ HƏDDİNİ AŞMIŞDI. O, ÇOXLU SARAYLAR TİKDİRİR VƏ ONLARIN TİKİNTİSİNƏ KÜLLİ MİQDARDA PUL SƏRF EDİRDİ. BUNA MİSAL OLARAQ, ŞAH, GƏLİN, ŞƏBDAZ, BƏDİ, QƏRİB VƏ BÜRC SARAYLARINI NÜMUNƏ GÖSTƏRMƏK OLAR. TƏKCƏ BÜRC SARAYININ TİKİLMƏSİ ÜÇÜN O, BİR MİLYON YEDDİ YÜZ MİN DİNAR PUL XƏRCLƏMİŞDİ. HƏMÇİNİN SARAYLARIN ƏN BÖYÜK VƏ QƏŞƏNGLƏRİNDƏN BİRİ OLAN, BURKUVA ADI İLƏ MƏŞHUR OLMUŞ SARAYIN TİKİLMƏSİ ÜÇÜN İYİRMİ MİLYON DİRHƏM PUL XƏRCLƏMİŞDİ. ELƏCƏ DƏ, ƏYLƏNCƏ MƏQSƏDİ İLƏ TİKDİRİLMİŞ CƏFƏRİ, MƏLİH, QƏRV, MUXTAR VƏ HEYR SARAYLARININ DA HƏR BİRİ MİLYONLARLA DİRHƏMƏ BAŞA GƏLMİŞDİ. TARİXÇİLƏR BUNLARIN HAMISINI QƏLƏMƏ ALMIŞLAR. MÜTƏVƏKKİL, OĞLU ABDULLAH ƏL-MÖTƏZZİ SÜNNƏT ETDİRMƏK İSTƏYƏRKƏN, HƏDDƏN ARTIQ ÇOX VƏ AĞILASIĞMAZ MİQDARDA PUL XƏRCLƏYİR. TARİXÇİLƏR BU BARƏDƏ ÇOX GENİŞ MƏLUMAT VERMİŞLƏR. NÜMUNƏ ÜÇÜN İNDİ BU MƏQAMLARDAN BƏZİLƏRİNƏ NƏZƏR SALAQ. UZUNLUĞU YÜZ DİRSƏK, ENİ İSƏ ƏLLİ DİRSƏK OLAN EYVAN ÜÇÜN HƏMİN ÖLÇÜDƏ BİR XALÇA HAZIRLANMIŞ, QONAQLAR ÜÇÜN QIZILDAN HAZIRLANIB LƏL-CƏVAHİRLƏ BƏZƏDİLMİŞ DÖRD MİN STUL DÜZÜLÜR. MÜTƏVƏKKİLİN ƏMRİLƏ CAMAATIN BAŞINA SƏPMƏK ÜÇÜN AYRILMIŞ İYİRMİ MİLYON DİRHƏM PULU QADIN, XADİM VƏ KƏNARDA OTURANLARIN, ÜZƏRİNDƏ ŞƏNLİK VƏ SÜNNƏT MƏCLİSİNİN ŞƏKLİ DÖYÜLMÜŞ BİR MİLYON DİRHƏM İSƏ BƏRBƏR, DƏLLƏK VƏ XÜSUSİ XİDMƏTÇİLƏRİN BAŞINA SƏPİLİR. HƏMİN GÜN MÖTƏZZİ SÜNNƏT EDƏN DƏLLƏKDƏN SORUŞURLAR Kİ, NAHARA QƏDƏR NƏ QƏDƏR PUL YIĞMISAN? O CAVAB VERİR Kİ, ZİNƏTLİ ƏŞYA, LƏL-CAVAHİR VƏ ÜZÜKDƏN ƏLAVƏ, SƏKSƏN NEÇƏ MİN DİNAR PUL QAZANMIŞAM. SÜNNƏT MƏCLİSİNİN BÜTÜN HESABATINI MÜTƏVƏKKİLƏ VERDİKDƏ, SƏKSƏN ALTI MİLYON DİRHƏMƏ ÇATMIŞDI. BUNLAR MÜTƏVƏKKİLİN BEYTÜL-MALDAN BOŞ YERƏ VƏ KEF MƏCLİSLƏRİNƏ XƏRCLƏDİYİ PULLARDAN BİR QİSMİDİR. ONUN BÜTÜN KEF MƏCLİSLƏRİNİ ŞƏRH ETMƏK İSƏ BU QISA BƏHSİMİZƏ SIĞMAZ. ƏLAVƏ OLARAQ BİR MƏQAMA DA İŞARƏ EDƏK. SÜYUTİ YAZIR: “MÜTƏVƏKKİLİN SARAYDA DÖRD MİN KƏNİZİ OLMUŞ VƏ O, ONLARIN HAMISI İLƏ ƏLAQƏDƏ OLMUŞDUR.” GÖRKƏMLİ TARİXÇİ MƏSUDİ İSƏ BELƏ YAZIR: “MÜTƏVƏKKİLİN HAKİMİYYƏTİ DÖVRÜNDƏKİ KİMİ HEÇ VAXT PUL XƏRCLƏNMƏMİŞDİ.” TARİXİ BİR SƏNƏD ALİ-BƏVİYYƏNİN HƏMƏSRİ OLMUŞ GÖRKƏMLİ YAZIÇI ƏBU BƏKR XARƏZMİ (VƏFATI 383 YA DA 393 H.Q) ABBASİLƏRİN ŞİƏLƏRƏ QARŞI TƏZYİQLƏRİ VƏ ŞİƏLƏRİN MƏZLUMLUĞUNA DAİR YAZDIĞI BİR MƏKTUBDA MÜTƏVƏKKİLİN TÖRƏTDİYİ CİNAYƏTLƏRƏ TOXUNARAQ BU BİABIRÇI ŞƏNLİK BARƏSİNDƏ DƏ, QEYD ETMİŞDİR. O DEYİR: “HİDAYƏT RƏHBƏRLƏRİNDƏN BİRİ, PEYĞƏMBƏR (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) AİLƏSİNDƏN OLAN BİR ŞƏXS VƏFAT ETDİKDƏ, HEÇ KƏS ONUN DƏFNİNƏ GƏLMİR VƏ QƏBRİ DƏ (BİR DƏFƏ DƏ OLSUN) AĞARDILMIR. ANCAQ BƏNİ-ABBASIN BİR TƏLXƏYİ ÖLDÜKDƏ, BÜTÜN QAZILAR, HAKİMLƏR ONUN DƏFNİNƏ GƏLİR, ONUN ÜÇÜN ƏZA MƏCLİSLƏRİ QURURLAR. DƏHRİLƏR (DÜNYAYA İNANLAR) VƏ YUNAN FİLOSOFLARI ONLARIN ŞƏRRİNDƏN UZAQDIRLAR. ONLAR (BƏNİ-ABBAS) ŞİƏ BİLDİKLƏRİ HƏR HANSI BİR ŞƏXSİ QƏTLƏ YETİRİR VƏ OĞLUNUN ADINI ƏLİ QOYMUŞ ADAMIN QANINI TÖKÜRLƏR. ŞİƏ ŞAİRİ PEYĞƏMBƏR (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) CANİŞİNİ BARƏDƏ ŞER DEDİKDƏ DİLİNİ KƏSİR, ŞERLƏR DİVANINI CIRIB TULLAYIRLAR. HARUN VƏ CƏFƏR MÜTƏVƏKKİL, ƏLİNİN (Ə) ÖVLADLARINI SÖYƏN ABDULLAH İBN MÜSƏB ZÜBEYR, VƏHƏB İBN VƏHƏB BUXTURİ, MƏRVAN İBN HƏFSƏ ƏMƏVİ,ƏBDÜLMƏLİK İBN QÜREYB ƏSMƏİ VƏ BUKKAR İBN ABDULLAH KİMİ ADAMLARA MÜKAFAT VERİRDİ. MİN AY (BƏNİ-ABBASIN HAKİMİYYƏTDƏ OLDUĞU MÜDDƏTDƏ) HƏZRƏT ƏLİYƏ (Ə) NALAYİQ SÖZLƏR DEDİLƏR, ANCAQ BİZ BİR AN OLSUN BELƏ, ONUN NƏSİHƏTİNƏ ŞƏKK ETMƏDİK. ƏLƏVİLƏRİ YEMƏKDƏN MƏHRUM EDİR, ANCAQ MİSİR, ƏHVAZ, HİCAZ, MƏKKƏ VƏ MƏDİNƏNİN BÜTÜN GƏLİRLƏRİ İBN ƏBU MƏRYƏM MƏDƏNİ, İBRAHİM MUSELİ, İBN CAMİ SƏHMİ, ZƏLZƏL ZARİB VƏ BƏRSUMA ZAMİR KİMİ ÇALIB-OXUYANLARA SƏRF OLUNURDU. MÜTƏVƏKKİLİN ON İKİ MİN KƏNİZİ, ANCAQ ƏHLİ-BEYT SEYYİDLƏRİNİN YALNIZ BİRCƏ ZƏNCİ KƏNİZİ OLMUŞDUR. BÜTÜN XƏRAC VERGİLƏRİ TƏLXƏKLƏRƏ, SÜNNƏT MƏCLİSLƏRİNƏ, İT VƏ MEYMUN OYNADANLARA, MƏXARİQ VƏ ƏLƏVİYYƏ KİMİ XANƏNDƏLƏRƏ, ZƏRZƏR VƏ ƏMR İBN BANƏ KİMİ AKTYORLARA XƏRCLƏNİRDİ. FATİMƏ (SƏLAMULLAHİ ƏLEYHA) ÖVLADLARINA BİR TİKƏ ÇÖRƏK VƏ BİR İÇİM SUYU ÇOX BİLİRDİLƏR. HANSI Kİ, ONLARA XÜMS HALAL, SƏDƏQƏ İSƏ HARAM EDİLMİŞ VƏ ONLARI SEVİB HÖRMƏTLƏRİNİ SAXLAMAQ VACİB BUYURULMUŞDUR. ONLAR KASIBLIĞIN ŞİDDƏTİNDƏN AZ QALA ÖLSÜNLƏR. BİRİ QILINCINI GİROV QOYUR,DİGƏRİ İSƏ PALTARINI SATIRDI. ONLARIN GÜNAHI BABALARININ PEYĞƏMBƏR (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM),ATALARININ PEYĞƏMBƏR (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) CANİŞİNİ, ANALARININ FATİMƏ (SƏLAMULLAHİ ƏLEYHA), ANALARININ ANASININ XƏDİCƏ (SƏLAMULLAHİ ƏLEYHA),ƏQİDƏLƏRİNİN ALLAHA İMANLI VƏ YOL GÖSTƏRİCİLƏRİNİN QURAN OLMASIDIR. İMAM HÜSEYNİN (Ə) MƏQBƏRƏSİNİ YERLƏ YEKSAN EDİB ŞUMLAYANLAR, O HƏZRƏTİN QƏBRİNİ ZİYARƏT EDƏNLƏRİ (UCQAR) ŞƏHƏRLƏRƏ SÜRGÜN EDƏNLƏR BARƏDƏ MƏN NƏ DEYİM?…” MÜTƏVƏKKİLİN ÖLDÜRÜLMƏSİ VƏ MÜNTƏSİRİN HAKİMİYYƏTƏ GƏLİŞİ NƏHAYƏT, MÜTƏVƏKKİL BİR GECƏ SARAYDA ƏYLƏNCƏ MƏCLİSİNDƏ MƏST OLUB QALDIĞI HALDA, OĞLU MÜNTƏSİRİN ÇOXDANKI PLANI ƏSASINDA TÜRKLƏRİN HƏMKARLIĞI İLƏ VƏZİRİ FƏTH İBN XƏQANLA BİRLİKDƏ (HİCRƏTİN İKİ YÜZ QIRX YEDDİNCİ İLİ ŞƏVVAL AYINDA) QƏTLƏ YETİRİLDİKDƏN SONRA MÜNTƏSİR HAKİMİYYƏTƏ GƏLİR. MÜTƏVƏKKİLİN QƏTLƏ YETİRİLMƏSİ AŞAĞIDAKI PLAN ƏSASINDA QURULMUŞDU. ONUN ÜBBADƏ MÜXƏNNƏS ADLI BİR ŞƏRAB DOSTU VAR İDİ. SAÇI TÖKÜLÜB KEÇƏL QALMIŞ ÜBBADƏ, MÜTƏVƏKKİLİN MƏCLİSİNDƏ PALTARININ ALTINDA QARNINA BALIŞ BAĞLAYIB ONUN QARŞISINDA RƏQS EDƏRDİ. XANƏNDƏLƏR İSƏ HAMI BİR SƏSLƏ “BU KEÇƏL KİŞİ GƏLİB MÜSƏLMANLARIN XƏLİFƏSİ OLMAQ İSTƏYİR” – DEYƏ SƏS-SƏSƏ VERİRDİLƏR. BU İŞLƏ ONLAR HƏZRƏT ƏLİYƏ (Ə) İŞARƏ EDƏRƏK ONU TƏHQİR EDİRDİLƏR. MÜTƏVƏKKİL İSƏ ŞƏRAB İÇƏRƏK SƏRXOŞ HALDA GÜLÜRDÜ. GÜNLƏRİN BİRİNDƏ ÜBBADƏ YENƏ DƏ HƏMİŞƏKİ KİMİ TƏLXƏKLİK İLƏ MƏŞĞUL OLARKƏN, MÜNTƏSİR DƏ ORADA İDİ. O, BU HADİSƏNİ GÖRÜB NARAHAT OLDU VƏ İŞARƏ İLƏ ÜBBADƏNİ TƏHDİD ETDİ. ÜBBADƏ QORXUSUNDAN SAKİT OLDU. MÜTƏVƏKKİL SORUŞDU: “NƏ OLUB?” ÜBBADƏ QALXIB HADİSƏNİ OLDUĞU KİMİ DANIŞDI. BU VAXT MÜNTƏSİR AYAĞA QALXIB DEDİ: “EY ƏMİRƏL-MÖMİNİN! ÜBBADƏ OYNUNU ÇIXARDIĞI VƏ CAMAATI ONA GÜLDÜRDÜYÜ ŞƏXS SƏNİN ƏMİOĞLUN, SƏNİN NƏSLİNİN BÖYÜYÜ VƏ SƏNİN FƏXRİNDİR. ÖZÜN ONUN QANINI İÇİRSƏNSƏ, İÇ,ANCAQ BUNUN KİMİ İTLƏRƏ ONUN QANINI İÇMƏYƏ İCAZƏ VERMƏ!” MÜTƏVƏKKİL İSTEHZA İLƏ XANƏNDƏLƏRƏ DEYİR Kİ, HAMI BİRLİKDƏ AŞAĞIDAKI MƏZMUNDAKI ŞERİ OXUSUNLAR: “BU GƏNC ƏMİOĞLUSUNDAN ÖTRÜ QEYRƏTƏ GƏLMİŞDİR. BU GƏNCİN BAŞI ANASININ … OLSUN.” BU HADİSƏDƏN SONRA MÜNTƏSİR ÇOXDAN HAZIRLADIĞI PLANI TÜRKLƏRİN KÖMƏKLİYİ İLƏ HƏYATA KEÇİRƏRƏK ATASINI QƏTLƏ YETİRİR. MÜNTƏSİR ATASINDAN FƏRQLİ OLARAQ ƏLİ (Ə) VƏ ONUN ÖVLADLARINA OLAN MƏHƏBBƏTİNİ AŞKAR EDƏRƏK CAMAATA İMAM HÜSEYNİN (Ə) QƏBRİNİN ZİYARƏTİNƏ GETMƏYƏ İCAZƏ VERİR VƏ ATASININ HAKİMİYYƏTİ DÖVRÜNDƏ QORXU İÇƏRİSİNDƏ YAŞAYAN ƏLƏVİLƏRƏ AMAN VERİR. ÜSTƏLİK O, DAHA ÜÇ GÖZƏL ADDIM ATIR: 1) FƏDƏYİ ƏLƏVİLƏRƏ QAYTARIR. 2) ƏLƏVİLƏRƏ VƏQF OLUNMUŞLARI ÖZLƏRİNƏ QAYTARIR. 3) MƏDİNƏ VALİSİ SALEH İBN ƏLİNİ BƏNİ-HAŞİM TAYFASINDAN OLANLARLA PİS RƏFTAR ETDİYİNƏ GÖRƏ İŞDƏN ÇIXARDIR, ONUN YERİNƏ ƏLİ İBN HÜSEYNİ BU VƏZİFƏYƏ TƏYİN EDƏRƏK ONA BƏNİ-HAŞİMƏ QARŞI HÖRMƏTLƏ RƏFTAR ETMƏYİ TÖVSİYƏ EDİR. LAKİN MÜNTƏSİRİN HAKİMİYYƏT DÖVRÜ QISA MÜDDƏTLİ OLDUĞU ÜÇÜN ONDAN SONRA YENƏ DƏ ÇƏTİNLİKLƏR BAŞLAYIR. İMAM ƏLİYYƏN-NƏQİ (Ə) SARAY FƏQİHLƏRİ İLƏ ÜZ-ÜZƏ ABBASİ XƏLİFƏLƏRİNİN ƏSAS SİYASƏTİ CAMAATIN DİQQƏTİNİ SARAY FƏQİHLƏRİNƏ (ALİMLƏRİNƏ) CƏLB ETMƏK VƏ ONLARIN VERDİYİ FƏTVALARI RƏSMİ FƏTVA ELAN ETMƏK OLSA DA, LAKİN İMAM ƏLİYYƏN-NƏQİ (Ə) SAMİRRADA OLDUĞU MÜDDƏT ƏRZİNDƏ NEÇƏ DƏFƏ SARAY FƏQİHLƏRİ ARASINDA FƏTVA MÜXTƏLİFLİYİ BAŞ VERMƏSİ NƏTİCƏSİNDƏ ONLAR MƏCBUR OLUB İMAMA MÜRACİƏT ETMİŞ, O HƏZRƏT İSƏ ÖZ İMAMƏT ELMİ SAYƏSİNDƏ AYDIN SÜBUTLARLA MƏSƏLƏNİN HƏQİQƏTİNİ ÜZƏ ÇIXARMIŞ VƏ NƏTİCƏDƏ SARAY FƏQİH VƏ ALİMLƏRİ O HƏZRƏTİN ELMİ QARŞISINDA BAŞ ƏYMƏLİ OLMUŞLAR. İNDİ BU CÜR MƏQAMLARDAN İKİSİNİ OXUCULARIN DİQQƏTİNƏ ÇATDIRIRIQ. 1. ZİNA ETMİŞ MƏSİHİNİN CƏZASI BİR GÜN MÜSƏLMAN QADINLA ZİNA ETMİŞ MƏSİHİ BİR KİŞİNİ MÜTƏVƏKKİLİN HÜZURUNA GƏTİRİRLƏR. MÜTƏVƏKKİL ONUN ÜZƏRİNDƏ ŞƏRİ HƏDD İCRA ETMƏK İSTƏYİR. LAKİN MƏSİHİ DÖNÜB MÜSƏLMAN OLUR. BAŞ QAZI YƏHYA İBN ƏKSƏM DEYİR: “ONUN MÜSƏLMAN OLMASI, ONUN BÜTÜN GÜNAHINI ARADAN APARDI VƏ ONA HEÇ BİR HƏDD İCRA EDİLMƏMƏLİDİR.” FƏQİH VƏ ALİMLƏRDƏN BƏZİLƏRİ DEDİLƏR Kİ, ONUN HAQQINDA ŞƏRİ HƏDD ÜÇ DƏFƏ İCRA OLUNMALI, BƏZİLƏRİ İSƏ BAŞQA CÜR HÖKM VERDİLƏR. VERİLƏN HÖKM VƏ FƏTVALARIN MÜXTƏLİF OLMASI MÜTƏVƏKKİLİ İMAM ƏLİYYƏN-NƏQİYƏ (Ə) MÜRACİƏT ETMƏYƏ MƏCBUR EDİR. MƏSƏLƏNİ İMAMA DEDİKDƏ, O HƏZRƏT BUYURUR Kİ, ONA ÖLƏNƏ QƏDƏR ŞALLAQ VURULMALIDIR. İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) VERDİYİ BU FƏTVA YƏHYA İBN ƏKSƏM VƏ DİGƏR FƏQİH VƏ ALİMLƏRİN CİDDİ NARAZILIĞINA SƏBƏB OLDU. ONLAR DEDİLƏR: “HEÇ BİR AYƏ VƏ HƏDİSDƏ BU CÜR FƏTVA YOXDUR.” SONRA DA MÜTƏVƏKKİLƏ DEDİLƏR Kİ, İMAMA BİR MƏKTUB YAZIB BU FƏTVANIN İSTİFADƏ EDİLDİYİ ƏSASI ÖYRƏNSİN. MÜTƏVƏKKİL DƏ ONLARIN DEDİYİ KİMİ EDİR. İMAM ƏLİYYƏN-NƏQİ (Ə) MƏKTUBUN CAVABINDA YAZIR: “ONLAR ƏZABIMIZI GÖRDÜKDƏ DEDİLƏR: “BİZ YALNIZ ALLAHA İMAN GƏTİRDİK, [RƏBBİMİZƏ] QOŞDUĞUMUZ ŞƏRİKLƏRİ [BÜTLƏRİ] İSƏ İNKAR ETDİK.” AMMA ƏZABIMIZI GÖRDÜKLƏRİ ZAMAN İMAN GƏTİRMƏLƏRİ ALLAHIN ÖZ BƏNDƏLƏRİ BARƏSİNDƏ ÖNCƏ OLUB KEÇMİŞ (TƏTBİQ EDİLMİŞ) ADƏTİNƏ, QAYDA-QANUNUNA MÜVAFİQ OLARAQ HEÇ BİR FAYDA VERMƏDİ. (ƏZAB GƏLMƏMİŞDƏN ƏVVƏL İMAN GƏTİRMƏK LAZIMDIR, ƏZABI GÖRDÜKDƏ GƏTİRİLƏN İMANIN HEÇ BİR FAYDASI OLMAZ). ONLAR ELƏ ORADACA ZİYANA UĞRADILAR (MƏHV OLDULAR).” MÜTƏVƏKKİL İMAMIN VERDİYİ FƏTVANI QƏBUL EDƏRƏK ZİNA ETMİŞ MƏSİHİNİN HƏDDİNİN O HƏZRƏTİN VERDİYİ FƏTVAYA UYĞUN OLARAQ İCRA EDİLMƏSİNİ TƏLƏB ETDİ. İMAM ƏLİYYƏN-NƏQİ (Ə) BU AYƏNİ QEYD ETMƏKLƏ ONLARA BAŞA SALMAQ İSTƏYİRDİ Kİ, KAFİRLƏRİN (MÜŞRİKLƏRİN ƏZABI GÖRƏRKƏN) İMAN GƏTİRMƏLƏRİ ALLAHIN ƏZABINI ONLARDAN GÖTÜRMƏDİYİ KİMİ BU MƏSİHİNİN DƏ MÜSƏLMAN OLMASI ŞƏRİ HƏDDİ ONUN BOYNUNDAN GÖTÜRMÜR. 2. MÜTƏVƏKKİLİN NƏZRİ BİR DƏFƏ MÜTƏVƏKKİL BƏRK XƏSTƏLƏNİR. O NƏZİR EDİR Kİ, ƏGƏR SAĞALSA, ALLAH YOLUNDA ÇOXLU QIZIL SİKKƏ PAYLAYACAQ. SAĞALDIQDAN SONRA FƏQİH VƏ ALİMLƏRİ YIĞIB SORUŞUR Kİ, “ÇOXLU” HESAB OLMAQ ÜÇÜN NEÇƏ QIZIL SİKKƏ VERMƏLİYƏM? ONLAR MÜXTƏLİF FƏTVALAR VERİRLƏR. MÜTƏVƏKKİL YENƏ MƏCBUR OLUB İMAM ƏLİYYƏN-NƏQİYƏ (Ə) MÜRACİƏT ETMƏLİ OLUR. O HƏZRƏT BUYURUR Kİ, “ÇOXLU” HESAB OLMAQ ÜÇÜN SƏKSƏN ÜÇ QIZIL SİKKƏ VERMƏLİSƏN. FƏQİH VƏ ALİMLƏR İMAMIN BU FƏTVASINDAN TƏƏCCÜBLƏNİB DEYİRLƏR Kİ, ONDAN SORUŞUN, GÖRƏK BU FƏTVANI HANSI ƏSASA GÖRƏ DEYİR? MÜTƏVƏKKİL İMAM ƏLİYYƏN-NƏQİ ƏLEYHİSSƏLAMDAN VERDİYİ FƏTVANIN ƏSASI BARƏDƏ SORUŞDUQDA, O HƏZRƏT BUYURUR: “ALLAH-TAALA QURANDA BUYURMUŞDUR: “ALLAH SİZƏ [MÜSLƏMANLARA] BİR ÇOX YERLƏRDƏ KÖMƏK ETMİŞDİR.” BÜTÜN ƏHLİ-BEYTİMİZ DƏ BUYURUR Kİ,PEYĞƏMBƏRİN (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) DÖVRÜNDƏ SƏKSƏN DÖRD DÖYÜŞ OLMUŞDUR VƏ ONLARIN 83-DƏ MÜSƏLMANLAR QALİB GƏLMİŞLƏR” İMAM ƏLİYYƏN-NƏQİ (Ə) VƏ MÜXTƏLİF FİRQƏLƏR İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) DÖVRÜNDƏ MÖTƏZİLƏ VƏ ƏŞAİRƏ KİMİ MÜXTƏLİF MƏZHƏB VƏ FİRQƏLƏR YAYILMIŞ, İSLAM CƏMİYYƏTİ ARASINDA ƏQAİD ELMİNİN ÇOXSAYLI NƏZƏRİYYƏLƏRİ YARANMIŞ, “MƏCBURİYYƏT” (“CƏBR”), “İXTİYAR”, “ALLAHIN GÖRÜNMƏSİNİN MÜMKÜN OLUB-OLMAMASI”, “ALLAHIN CİSİM OLMASI” VƏ BU KİMİ ELMİ MÜBAHİSƏLƏR GETMƏKDƏ İDİ. BUNA GÖRƏ DƏ, O HƏZRƏT BƏZİ VAXTLAR ELƏ SUALLARLA ÜZLƏŞMƏLİ OLURDU Kİ, O SUALLARIN BU KİMİ MƏZHƏBLƏRDƏN MEYDANA GƏLMƏSİ AÇIQ-AŞKAR BƏLLİ İDİ. ŞİƏ MƏCLİSLƏRİNƏ BU CÜR BATİL ƏQİDƏLƏRİN YOL TAPMASI EHTİMALI ŞİƏLƏRİN O HƏZRƏTİN BAŞÇILIĞI İLƏ HİDAYƏT EDİLMƏSİ VƏ ONLARIN İMAM KİMİ BİR RƏHBƏRƏ EHTİYAC DUYDUQLARI ZƏRURƏTİNİ DAHA DA ARTIRIRDI. BU BAXIMDAN İMAM ƏLİYYƏN-NƏQİ (Ə) ÖZ MƏKTUB VƏ ELMİ MÜBAHİSƏLƏRİNDƏ “CƏBRİYYƏ”, “ALLAHIN CİSİM OLMASINA İNAM” VƏ BU KİMİ MƏZHƏBLƏRİN ƏQİDƏ VƏ NƏZƏRİYYƏLƏRİNİN ƏSASSIZ OLDUĞUNU QƏTİ VƏ AŞKAR DƏLİLLƏRLƏ İSBAT EDİR VƏ ƏSL İSLAM ƏQAİDİNİ HEÇ BİR TƏHRİF OLMADAN CƏMİYYƏTƏ TƏQDİM EDİRDİ. TƏBİİ Kİ, BU DA O HƏZRƏTİN ELMİ MƏQAMININ YÜKSƏK OLDUĞUNA DAİR BİR NÜMUNƏDİR. İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) ELMİ HƏYATINI MÜTALİƏ ETDİKDƏ MƏLUM OLUR Kİ, O HƏZRƏTİN ELMİ MÜBAHİSƏLƏRİNİN ƏKSƏRİYYƏTİ BU KİMİ ƏQAİD BÖLMƏSİNƏ AİD OLAN MÖVZULAR BARƏDƏ OLMUŞ, HƏMÇİNİN, O HƏZRƏTDƏN BU SAHƏDƏ SÖYLƏNİLMİŞ HƏDİSLƏR ŞİƏ MƏZHƏBİNİN ƏSASLARININ AÇIQ-AŞKAR ÜSTÜN OLDUĞUNU GÖSTƏRİR. MİSAL ÜÇÜN O HƏZRƏTİN ƏHVAZ CAMAATININ “MƏCBURİYYƏT” VƏ “İXTİYAR” NƏZƏRİYYƏLƏRİ HAQQINDA OLAN SUALINA YAZDIĞI VƏ ORADA AYDIN VƏ QƏTİ DƏLİLLƏRLƏ NƏ MƏCBURİYYƏT, NƏ DƏ İXTİYAR OLAN DÜZGÜN (ŞİƏ) NƏZƏRİYYƏSİNİ SÜBUT ETDİYİ MƏKTUBU QEYD ETMƏK OLAR.ƏSASƏN TARİXİ MAHİYYƏT DAŞIYAN BU ELMİ MÜBAHİSƏLƏR BU KİTABIN MÖVZUSUNDAN KƏNAR OLDUĞU ÜÇÜN BU BARƏDƏ MƏLUMAT VERMİRİK, ƏLAVƏ MƏLUMAT ALMAQ İSTƏYƏNLƏR İSƏ BUNA DAİR YAZILMIŞ KİTABLARA MÜRACİƏT EDƏ BİLƏRLƏR. QULATLARLA MÜBARİZƏ İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) DÖVRÜNDƏ FƏALİYYƏT GÖSTƏRƏN AZĞIN, BATİL VƏ YANLIŞ FİRQƏ VƏ MƏZHƏBLƏRDƏN BİRİ DƏ QULAT MƏZHƏBİ OLMUŞDUR. ONLAR ƏSASSIZ VƏ BOŞ ƏQİDƏLƏRƏ MALİK OLUB ÖZLƏRİNİ ŞİƏ KİMİ QƏLƏMƏ VERİRDİLƏR. ONLAR İMAM BARƏDƏ İFRAT DƏRƏCƏSİNƏ VARARAQ, ONU ALLAH KİMİ QƏLƏMƏ VERİR VƏ BƏZİ VAXTLAR ÖZLƏRİNİ İMAMIN NÜMAYƏNDƏSİ ADLANDIRIB BU YOLLA ŞİƏ MƏZHƏBİNİ DİGƏR MƏZHƏBLƏR YANINDA LƏKƏLƏYİRDİLƏR. İMAM ƏLİYYƏN-NƏQİ (Ə) BU FİRQƏYƏ QARŞI ÖZ ETİRAZINI BİLDİRİB ONLARLA MÜBARİZƏ APARIR, ONLARI RƏDD ETMƏKLƏ ŞİƏ MƏZHƏBİNİN LƏKƏLƏNMƏSİNİN QARŞISINI ALMAĞA ÇALIŞIRDI. BU MƏZHƏBİN PUÇ VƏ ƏSASSIZ ƏQİDƏSİNİN YARANMASINA BƏLKƏ DƏ, AŞAĞIDAKI MƏSƏLƏLƏR ŞƏRAİT YARATMIŞDIR: 1)İMAMDAN MÜŞAHİDƏ OLUNMUŞ KƏRAMƏT, QEYBDƏN XƏBƏR VERMƏ VƏ BƏŞƏR QÜDRƏTİNDƏN XARİC OLAN İŞLƏRİ DÜZGÜN ANLAMAQ QÜDRƏTİNDƏ OLMAYAN BU MƏZHƏB NÜMAYƏNDƏLƏRİ ONLARI (BU HADİSƏLƏRİ) BİDƏT, MÖVHUMAT VƏ İSLAMA ZİDD OLAN HƏRƏKƏTLƏRİNƏ BƏHANƏ QƏRAR VERİRDİLƏR. 2) BU MƏZHƏBƏ XİDMƏT EDƏN ŞƏXSLƏR İSLAM QAYDA-QANUNLARINI, ŞƏRİƏTİ, İSLAMİ HÖKMLƏRİNİ AYAQ ALTINA ALIB ÖZ İSTƏDİKLƏRİ KİMİ HƏRƏKƏT ETMƏK İSTƏYİRDİLƏR. BUNA GÖRƏ DƏ, İSLAMIN (ŞƏRİƏTİN) HARAM BUYURDUĞU BÜTÜN ŞEYLƏRİ HALAL SANIRDILAR. 3) ONLAR CAMAATIN MALINA TAMAH SALARAQ ŞİƏLƏRİN İMAMA VERDİKLƏRİ ŞƏRİ VERGİLƏRİ BİRTƏHƏR ƏLƏ KEÇİRMƏK İSTƏYİRDİLƏR. QULAT MƏZHƏBİ SÖZÜN ƏSL MƏNASINDA ÇOX TƏHLÜKƏLİ VƏ ADAMI YOLDAN ÇIXARAN BİR MƏZHƏB OLMUŞDUR. BU MƏZHƏBİN BAŞÇILARI SIRASINDA AŞAĞIDA ADLARI ÇƏKİLMİŞ ŞƏXSLƏRİ GÖSTƏRMƏK OLAR: 1)ƏLİ İBN HƏSƏKƏ QUMMİ; 2) QASİM YƏQTİNİ; 3)HƏSƏN İBN MƏHƏMMƏD İBN BABA QUMMİ; 4)MƏHƏMMƏD İBN NÜSEYR FƏHRİ; 5) FARİS İBN HATƏM. MİSAL ÜÇÜN QEYD EDƏK Kİ,ƏLİ İBN HƏSƏKƏNİN ƏQİDƏSİ BELƏ OLMUŞDUR: A)İMAM ƏLİYYƏN-NƏQİ (Ə) ALLAH, YARADAN VƏ DÜNYANI İDARƏ EDƏNDİR. B)İBN HƏSƏKƏ (ÖZÜ) İMAM TƏRƏFİNDƏN CAMAATIN HİDAYƏT OLUNMASI ÜÇÜN GÖNDƏRİLMİŞ PEYĞƏMBƏRDİR. V)ZƏKAT, HƏCC, ORUC VƏ BU KİMİ İSLAMİ HÖKMLƏRİN HEÇ BİRİ VACİB DEYİL. MƏHƏMMƏD İBN NÜSEYR FƏHRİ İSƏ DEYİRDİ: A)İMAM ƏLİYYƏN-NƏQİ (Ə) ALLAH VƏ DÜNYANIN YARADANIDIR. B) ANA, BACI, İNSANIN ÖZ QIZI VƏ İNSANA MƏHRƏM SAYILAN BU KİMİ ŞƏXSLƏRLƏ EVLƏNMƏK OLAR. V)LƏVAT CAİZDİR VƏ ALLAH HEÇ DƏ, ONU HARAM ETMƏMİŞDİR. Q)ÖLÜLƏRİN RUHU SONRAKI İNSANLARA KEÇİR. ŞİƏLƏRİN BU BARƏDƏ OLAN SUALLARINA CAVAB VERƏN MƏKTUBLAR GÖNDƏRƏN İMAM ƏLİYYƏN-NƏQİ (Ə) BU MƏZHƏBDƏ OLANLARI AZĞIN VƏ KAFİR TANITDIRIB ŞİƏLƏRİ ONLARDAN UZAQ OLMAĞA DƏVƏT EDİRDİ. O HƏZRƏT, İBN HƏSƏKƏ VƏ ONUN AZĞIN FİKİRLƏRİ HAQQINDA SUAL ETMİŞ ŞİƏLƏRDƏN BİRİNƏ BELƏ YAZIR: “(ALLAHIN LƏNƏTİNƏ GƏLMİŞ) İBN HƏSƏKƏ YALAN DEYİR. MƏN ONU ÖZ DOSTLARIMDAN HESAB ETMİRƏM, O NƏ DANIŞIR? ALLAH ONA LƏNƏT ETSİN! AND OLSUN ALLAHA Kİ, ALLAH-TAALA MƏHƏMMƏDİ (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) VƏ ELƏCƏ DƏ, ONDAN QABAQKI PEYĞƏMBƏRLƏRİ ANCAQ TƏKALLAHLIĞA, NAMAZ QILIB ZƏKAT VERMƏYƏ, HƏCCƏ GETMƏYƏ VƏ CAMAATA RƏHBƏRLİK ETMƏYƏ GÖNDƏRMİŞDİR. MƏHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) CAMAATI YALNIZ ŞƏRİKSİZ OLAN TƏK ALLAHA E᾽TİQAD BƏSLƏMƏYƏ DƏVƏT ETMİŞDİR. BİZ DƏ ONUN CANİŞİNİ OLUB ALLAHIN BƏNDƏLƏRİYİK VƏ ALLAHA ŞƏRİK QOŞMURUQ. ƏGƏR ONA İTAƏT ETSƏK, ONUN MƏRHƏMƏTİNƏ NAİL OLACAĞIQ, ANCAQ ONUN ƏMRLƏRİNDƏN ÇIXSAQ, ONDA ONUN ƏZABINA DÜÇAR OLACAĞIQ. BİZİM YOX, ƏKSİNƏ, ALLAHIN BİZİM VƏ BÜTÜN MƏXLUQATIN BOYNUNDA HAQQI VƏ HÜCCƏTİ VAR. MƏN BU CÜR SÖZLƏR DEYƏN ŞƏXSƏ (İBN HƏSƏKƏYƏ) NİFRƏT EDİR VƏ BU CÜR SÖZLƏRDƏN ALLAHA PƏNAH APARIRAM! SİZ DƏ ONLARDAN UZAQ OLUN, ONLARI ÇƏTİNLİKLƏRƏ,TƏZYİQLƏRƏ MƏRUZ QOYUN VƏ ONLARIN BİRİ ƏLİNİZƏ DÜŞƏNDƏ, DAŞLA VURUB BAŞINI YARIN.” HƏMÇİNİN, İMAM ƏLİYYƏN-NƏQİ (Ə) ÜBEYDİYƏ YAZDIĞI MƏKTUBDA FƏHRİ VƏ İBN BABAYA NİFRƏT ETDİYİNİ BİLDİRMİŞ VƏ ONLAR BARƏDƏ BELƏ YAZMIŞDIR: “MƏN (MƏHƏMMƏD İBN NÜSEYR) FƏHRİ VƏ HƏSƏN İBN MƏHƏMMƏD İBN BABA QUMMİYƏ NİFRƏT EDİRƏM! SƏNİ VƏ BÜTÜN ŞİƏLƏRİNİ DƏ ONUN FİTNƏ-FƏSADINDAN UZAQ OLMAĞA ÇAĞIRIR, ONLARA LƏNƏT EDİRƏM! BU İKİ NƏFƏR CAMAATIN MALINI BİZİM ADIMIZLA YEYİR VƏ FİTNƏ-FƏSAD TÖRƏDİB CAMAATA MANE OLURLAR. ALLAH ONLARA BƏLA VERİB MÜSİBƏTƏ DÜÇAR ETSİN! İBN BABA BELƏ GÜMAN EDİR Kİ, GUYA MƏN ONU PEYĞƏMBƏR SEÇMİŞƏM VƏ O, CAMAATLA MƏNİM ARAMDA BİR VASİTƏDİR. ALLAH ONA LƏNƏT ETSİN! ŞEYTAN ONU YOLDAN ÇIXARIB. BACARSAN, ONUN BAŞINI DAŞLA YAR. O, MƏNİ ƏZİYYƏTƏ SALIB. ALLAH ONU DÜNYA VƏ AXİRƏTDƏ ƏZABA SALSIN!” QULATLARIN RƏHBƏRLƏRİNDƏN BİRİ OLDUĞUNU DEDİYİMİZ FARİS İBN HATƏM DƏ İMAM ƏLİYYƏN-NƏQİ (Ə) TƏRƏFİNDƏN LƏNƏTLƏNMİŞ, ONUNLA ƏLİ İBN CƏFƏR ARASINDA YARANMIŞ İXTİLAFDA İMAM (Ə) ONU TƏKZİB EDƏRƏK ƏLİ İBN CƏFƏRİ HAQLI HESAB ETMİŞDİR. FARİSİN AZĞINÇILIQ VƏ FİTNƏ-FƏSADI O DƏRƏCƏYƏ ÇATMIŞDI Kİ, İMAM ONUN ÖLDÜRÜLMƏSİ BARƏDƏ HÖKM VERMİŞ VƏ ONUN QATİLİNİ CƏNNƏTLƏ MÜJDƏLƏYƏRƏK YAZMIŞDIR: “FARİS MƏNİM ADIMDAN İSTİFADƏ EDİB CAMAATI ALDADIR, ONLARI DİNDƏ BİDƏTƏ ÇAĞIRIR. ONUN QANI HALALDIR (ÖLDÜRƏNƏ GÜNAH YOXDUR). ONU ÖLDÜRMƏKLƏ KİM MƏNİ RAHAT EDƏR? MƏN İSƏ BUNUN MÜQABİLİNDƏ ONA CƏNNƏTİ MÜJDƏ VERİRƏM.” İMAMIN DOSTLARINDAN OLAN CÜNEYD ADLI ŞƏXS İMAMIN ƏMRİNİ YERİNƏ YETİRƏRƏK ONU ÖLDÜRMƏKLƏ İSLAM CƏMİYYƏTİNİ ONUN ŞƏRRİNDƏN XİLAS ETDİ.

İmam Əliyyən Nəqi (ə) 28.01.2025

İmam Hadinin (ə) təvəllüdü

Hicri təqvimi ilə 212-ci il, rəcəb ayının 2-ci günü, imamət və vilayətin parlaq ulduzu imam Hadi (ə) Mədinə şəhərinin yaxınlığında, “Sürəyya” kəndində dümyaya göz açdı. (Vəqayeül-əyyam, s. 311) Onun əziz atası imam Cavad (ə), anası isə böyük şəxsiyyətli, dəyərli xanım, Səmanə idi. İmam Hadi (ə) anası haqqında belə deyir: “Anam, Haqq arifi və cənnət əhlidir. Azğın şeytan ona yaxın gəlmir, Allah onu qoruyur. O sədaqətli və saleh analar zümərsində sayılır.” (Dəlayilül-imamə, s. 216) Onuncu imamın künyəsi, Əbülhəsən idi. Ona üçüncü Əbülhəsən də deyirdilər. O həzrətin ləqəbləri aşağıdakılardan ibarətdir: Nəqi, Hadi, Alim, Əmin, Təyyib, Mömin və Nasihdir. Onlardan ən məşhurlar Nəqi və Hadidir. Unutmaq lazım deyil ki, imam Əli Ən-Nəqinin (ə) təvəllüdü daha məşhur rəvayətə əsasən hicri təqvimi ilə 212- il, zilhiccə ayının on beşinə təsadüf edir.

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Məhəmməd al-Cavad at-Təqinin (ə.s) şəhadət günü

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam Rza (ə), anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı Mariya Qibtiyyənin nəslindən olan misirli Səbikə (Səkinə) Novbiyyə, başqa rəvayətə görə isə Xeyzərandır. O, möminə və əxlaqi fəzilətlərə sahib bir qadın olmuşdur. İmam Rza (ə) onun barəsində buyurmuşdur: “O, pak-pakizə və fəzilətli bir qadındır.” (Sireye-pişvayan”, Mehdi Pişvayi, səh.529.) İmam Cavad (ə) təxminən, səkkiz yaşında ikən, atası imam Rzanın (ə) şəhadətindən sonra, 203-cü hicri-qəməri ilində imamət məqamına çatmış, imamət dövrü on yеddi il sürmüş və iki zülmkar Abbasi xəlifəsinin (Məmun və Mötəsim) dönəmində yaşamışdır. İmam Cavad (ə) 220-ci h.q. ilinin Zil-həccə ayında Mötəsim Abbasinin xilafəti dönəmində (onun göstərişi və vəzirlərindən birinin katibi, başqa rəvayətə görə, o həzrətin həyat yoldaşı Ümmü-Fəzlin vasitəsilə zəhər yedizdirildi və) iyirmi beş yaşında ikən şəhadətə yetərək Kazimeyn şəhərində babası imam Kazimin (ə) məzarının kənarında dəfn olundu. (“Üsuli-kafi”, c.1, səh.492.) İmam Rza (ə) şəhadətə yetdikdən sonra, Məmun Abbasi Mərvdən Bağdada köçdü. O, imam Rzanın (ə) oğlu imam Cavadın (ə) elmi-mənəvi məqamından agah olduğu üçün, o həzrəti Mədinədən Bağdada dəvət etdi. Lakin Abbasi sülaləsinin böyükləri və Məmun Abbasinin yaxınları imam Cavadın (ə) Bağdada dəvət olunmasına dair narazılıqlarını irəli sürdülər. Məxsusən, Məmun öz qızı Ümmül-Fəzli imam Cavadla (ə) evləndirəcəyi haqda fikrini irəli sürdükdə, narazılıqlar daha da şiddətləndi. Məmun yaxınlarını imam Cavadın (ə) elmi məqamı və fəzilətlərindən agah etmək üçün Bağdadda o həzrətlə dövrün məşhur alimləri arasında elmi mübahisə və münazirə məclisləri təşkil etdi. İmam Cavad (ə) azyaşlı olmasına rəğmən, bu məclislərdə alimlərin suallarını cavablandırdıqda, hamı o həzrətin elmi və zəkası müqabilində diz şökdü. Bu məclislərdən sonra Məmun öz qızını imam Cavadla (ə) evləndirdi. (Sireye-pişvayan”, Mehdi Pişvayi, səh.529-530.) İMAM CAVADIN (Ə) ÖVLADLARI İmam Cavad (ə) Məmun Abbasinin qızı Ümmül-Fəzldən övlad sahibi olmadığından, Ümmü-Vələd ləqəbi ilə məşhurlaşan “Səmanə” adlı digər bir qadınla evləndi və Şeyx Abbas Quminin qeydlərinə əsasən, bu evlilikdən dörd oğul və dörd qız dünyaya göz açdı: 1. İmam Əliyyən-Nəqi (ə); 2. Əbu Əhməd Musa Mübərqə; 3. Əbu Əhməd Hüseyn; 4. Əbu Musa İmran; 5. Fatimə; 2. Xədicə; 3. Ümmü-Gülsüm; 4. Həkimə. (“Müntəhəl-amal”, Şeyx Abbas Qummi, 2-ci cild, səh.446.) Şeyx Müfid isə özünün “İrşad” kitabında imam Cavadın (ə) dörd övladı – iki oğul və iki qızı olduğu haqda məlumat verir: 1. İmam Əliyyən-Nəqi; 2. Əbu Əhməd Musa Mübərqə; 3. Fatimə; 4. Əmamə.

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ المَوالِيَ إذا رَكِبتَ أخرَجوكَ مِنَ البابِ الصَّغيرِ، فَإِنَّما ذلِكَ مِن بُخلٍ مِنهُم لِئَلاّ يَنالَ مِنكَ أحَدٌ خَيرًا، وأسأَلُكَ بِحَقّي عَلَيكَ لا يَكُن مَدخَلُكَ ومَخرَجُكَ إلاّ مِنَ البابِ الكَبيرِ، فَإِذا رَكِبتَ فَليَكُن مَعَكَ ذَهَبٌ وفِضَّةٌ، ثُمَّ لا يَسأَلُكَ أحَدٌ إلاّ أعطَيتَهُ، ومَن سَأَلَكَ مِن عُمومَتِكَ أن تَبِرَّهُ فَلا تُعطِهِ أقَلَّ مِن خَمسينَ دينارًا والكَثيرُ إلَيكَ، ومَن سَأَلَكَ مِن عَمّاتِكَ فَلا تُعطِها أقَلَّ مِن خَمسَةٍ وعِشرينَ دينارًا والكَثيرُ إلَيكَ، إنّي إنَّما اُريدُ بِذلِكَ أن يَرفَعَكَ اللّهُ، فَأَنفِق ولا تَخشَ مِن ذِي العَرشِ إقتارًا İmam Rzanın (ə) oğlu İmam Cavada (ə) məktubunu oxuyurdum və orada belə yazılmışdı: “Ey Əbu Cəfər (İmam Cavadın künyəsidir), mənə xəbər çatıb ki, (evdən çıxıb) miniyinə mindikdə, xidmətçilərin səni kiçik (arxa) qapıdan yola salırlar. Bu da ki, onların paxıllıqları üzündəndir. Onlar istəmirlər ki, sənin bir kəsə xeyrin dəysin. Üzərində olan haqqımı nəzərə alıb, sənə böyük (giriş) qapıdan get-gəl etməyi tapşırıram Hər dəfə evdən çıxdıqda, özünlə müəyyən qədər qızıl-gümüş (pul) götür ki, səndən bir şey istəyəni əliboş qaytarmayasan. Əmilərindən sənə ehtiyacı olana əlli dinardan az pul vermə, artığını isə özün bilərsən. Bibilərindən də sənə ehtiyacı olana iyirmi beş dinardan az pul vermə, ondan çoxu isə sənə aiddir. Arzum budur ki, bu işlərlə Allah-Taala səni ucaltsın. Malını (Allah yolunda) xərc et və ərş sahibi (Allah) tərəfindən də yoxsulluq qorxusu keçirmə!” (“Əl-kafi”, c.4, səh.34, hədis 5.) Maide.az

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Cavadın (ə) həyatına qısa bir baxış

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində anadan olmuşdur. Atasi imam Rza, anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən olan Səbikə (Səkinə) Novbiyyədir. İmam Cavadın (ə) atası vəfat edərkən, təxminən, səkkiz yaşı olmuş, 220-ci h.q. ilinin Zil-həccə ayında, iyirmi beş yaşında ikən şəhadətə yetmiş və Bağdadda babası imam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. (“Üsuli-kafi”, c.1, səh.492) AZYAŞLI İMAM İmam Cavad (ə) uşaq yaşlarında imamət məqamına çatmış ilk imam olduğundan, o həzrətin həyatını mütaliə edərkən qarşıya çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (s) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu? Bu suallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismani cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü var və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşər tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-Taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarında ikən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı başa düşmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək. Qurani-Kərim həzrət Yəhyanın (ə) peyğəmbərliyi və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” “Məryəm” surəsi, ayə: 12. “Məryəm” surəsi, ayə: 12.) Bəzi təfsirçilər bu ayədə “hikmət” sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir edib. Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə ikən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan qaldırmışdır. Halbuki bu cür danışıq, özü də belə bir məfhuma malik söz yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsanın (ə) sözlərini belə açıqlayır: “Allahdan bir möcüzə olaraq körpə (İsa (ə) dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar və asi  etmədi.” (“Məryəm” surəsi, ayə: 30-32.) Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, imamlardan qabaq da digər mömin insanlar bu ilahi nemətdən bəhrələnmiş və bu, təkcə imamlara xas olmamışdır. İMAM CAVADIN (Ə) ELMİ MÜZAKİRƏLƏRİ Xəlifə Məmun qızı Ümmü Fəzli imam Cavadla (ə) evləndirməyə qərar verdikdə, Abbasilər narahat oldular və bu qərarla ciddi müxalifət etdilər. Çünki onlar xəlifənin bu işinin imam Rza (ə) ilə əlaqədar təşəbbüsü kimi, bəzi gözlənilməz nəticələr doğuracağını güman edirdilər. Buna görə də, Məmunun yanına gəlib xilafətin Abbasilərin əlindən çıxa biləcəyini bildirərək onun öz qərarından imtina etməsini istədilər. Onlar Məmuna Abbasilər və Ələvilər arasında baş verən köhnə çəkişmələrə, eyni zamanda, imam Cavadın (ə) hələ uşaq olduğuna, din və fiqhdən bir şey bilmədiyinə toxunaraq deyirlər: “Əvvəl onun din haqqında məlumat toplaması lazımdır. Ondan sonra nə məsləhət görsəniz, onu da edin.” Məmun deyir: “Mən onu sizdən yaxşı tanıyıram. O, elmləri “lədünni” olan və ilahi ilhamlardan qaynaqlanan ailədəndir. Bu məsələyə aydınlıq gətirmək üçün, istədiyiniz zaman onu sınaqdan keçirə bilərsiniz!” Nəhayət, onlar imam Cavadla (ə) münazirə üçün məşhur qazı və fəqihlərdən sayılan Yəhya ibn Əksəmi seçirlər. Yəhyanın razılığını aldıqdan sonra uyğun məsələ üçün çətin suallar hazırlamasını, onun sualları qarşısında imam Cavadın (ə) cavabsız qaldığı təqdirdə, ona nəfis əşyalar, var-dövlət verəcəklərini vəd verirlər. Bu iş üçün müəyyən bir gün təyin etdilər. Həmin gün münazirəni dinləmək üçün Abbasilər və hətta Məmunun özü də yığıncaqda iştirak edir. Yəhya ibn Əksəm suallarını soruşmaq üçün, əvvəl Məmundan, sonra isə imam Cavaddan (ə) icazə istəyir. O həzrət hazır olduğunu söylədikdə, Yəhya suallarını soruşmağa başlayır: “Ehram geyən şəxsin heyvan öldürməsinin hökmü nədir?” İmam Cavad (ə) bu sualın müqabilində bəzi suallar soruşur: “Heyvanı hərəmdə öldürmüşdür, yoxsa onun çölündə? Heyvanı öldürən ehramlı şəxs hökmü bilmədən bu işi görüb, yoxsa bilərəkdən? Səhvən öldürüb, yoxsa bilə-bilə? Ehram geyən şəxs azaddır, yoxsa kölə? Məkkəyə gedərkən öldürüb, yoxsa Məkkədən qayıdarkən? Öldürülən heyvan quş cinsindəndir, yoxsa, başqa bir cinsdən? Kiçikdir, yoxsa böyük? Ehramlı şəxs bu işindən peşmandır, ya yox? Bu işi gündüz görüb, yoxsa gecə? Ümrə halında imiş, yoxsa həcc halında?” İmam Cavad (ə) məsələnin bütün yönlərinə toxunduqda, Yəhya həyəcan içərisində qalıb özünü itirir. Məğlub olduğu üzünün rənginin dəyişməsindən açıq-aşkar görünür. Bu vəziyyətdən razılığını bildirən Məmun, Abbasilərə xitabən deyir: “İndi, imam Cavad (ə) haqqında doğru mövqedə olduğumu anladınızmı?” Sonra qızı Ümmü Fəzli o həzrətlə evləndirir və mehriyyəsini də, eynilə o həzrətin anası xanım Fatimeyi-Zəhranın (ə) mehriyyəsi qədər təyin edir. Oradakılar məclisi tərk etdikdən sonra Məmun imam Cavaddan (ə) Yəhya ibn Əksəmə verdiyi sualların cavablandırılmasını istəyir. O həzrət bütün suallara cavab verib, Yəhya ibn Əksəmdən soruşur: “O kimdir ki, səhərin ilk çağlarında bir qadın ona haram olduğu halda, günəş doğduqdan sonra həmin qadın ona halal olur, günorta vaxtı haram, ikindi vaxtı halal, gün batarkən haram, şam vaxtı halal, gecə yarısı haram və günəş doğarkən halal olur. Bu qadının məsələsi necədir və necə olur ki, daim kişiyə ya halal, ya da haram olur?” Yəhya ibn Əksəm bu sualın cavabından aciz qalaraq imam Cavadın (ə) özünün cavab verməsini istəyir. O həzrət buyurur: “O qadın başqasının kənizidir. Sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur, günəş doğduqdan sonra onu sahibindən alır və ona halal olur. Günorta vaxtı çatdıqda, onu azad edir və yenidən kəniz ona haram olur. İkindi vaxtı azad etdiyi kənizlə evlənir və halal olur. Gün batarkən “zihar” edir və nəticədə, yenə özünə haram olur. Şam vaxtı çatdıqda “zihar” kəffarəsini ödəməklə o qadın yenidən ona halal olur. Gecə yarısı qadını boşadığı üçün qadın ona haram olur və ertəsi gün qadına müraciət etməklə yenidən qadın ona halal olur.” İMAM CAVADIN (Ə) ELMİ MİRASI Bildiyimiz kimi, imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onların vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuşdur, buna görə də, imam Sadiqin (ə) minlərlə şagirdi olmuşdur. İmam Cavaddan (ə) başlayaraq imam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı imam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə hədsiz dərəcədə az olmuşdur. Demək, “imam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə, heç də təəccüblənməməliyik. (“Rical”, Şeyx Tusi, səh.397-409.) Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə, cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, imam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də vardır. Bunlardan bəziləri bir çox əsərlər də yazmışlar. Başqa bir məsələ isə odur ki, imam Cavadın (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də, sünni məzhəbinin alim və hədisçiləri də bir sıra islami maarif və həqiqətləri o həzrətdən nəql etmişlər. (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.384) İMAM CAVADIN(Ə) ŞƏHADƏTİ 218-ci h.q. ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim hakimiyyətə gəlir. O, imam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə 220-ci h.q. ilində o həzrəti Mədinədən Bağdada gətirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak edir. Həmin məclisdə Bağdad qazısı İbn Əbu Duad və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olur, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib deyir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hakimiyyətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksəkrütbəli nümayəndələrin hüzurunda (imam) Cavadın (ə) fətvasını başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olacaq.” Qəlbində imam Cavada (ə) qarşı düşmənçilik və kin-küdurət bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olur və İmamı (ə) öldürmək fikrinə düşür. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib, imam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. (“Əl-irşad”, səh.326.) Rza Şükürlü  (Maide.Az) 

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Məhəmməd Təqi (əleyhis-salam) kimi azyaşlı bir insanın imamətini necə qəbul etmək olar?

Ətraflı cavab: İnsanın əqli və cismanı cəhətdən yetkinləşməsi üçün zaman əhəmiyyətli rol oynayır və həmin zaman yetişməyincə insanın ruhu və orqanizmi kamillik həddinə çatmır. Lakin nə maneəsi var ki, qadir və həkim olan Allah məsləhət üzündən bu zamanı bəzi xas bəndələri üçün azaldıb qısa illərlə xülasə etsin? Bəşər tarixini vərəqlədikdə bu günə qədər bu adi qaydadan müstəsna olmuş və uca Allah tərəfindən onlara olunan xüsusi lütfün sayəsində uşaqlıq çağlarında ümmətin rəhbərlik məqamına layiq görülmüş insanlara da rast gəlmək mümkündür. Mövzunu daha yaxşı dərk etmək üçün bu istisnalardan bir neçəsinə işarə edək: 1. Qurani-Kərim Həzrət Yəhya və onun uşaqlıq yaşlarında peyğəmbərliyə çatması haqda buyurur:   یا یَحْیى‏ خُذِ الْکِتابَ بِقُوَّهٍ وَ آتَیْناهُ الْحُکْمَ صَبِیًّا   Ey Yəhya! Kitabı tam gücünlə al. Biz hökmü (peyğəmbərlik fərmanını) uşaqlıqda ona bəxş etdik. (1)   Təfsirçilərdən bəziləri “hökm” sözünü bu ayədə istedad və dərrakə kimi izah etmişdir. Bəzi alimlər isə bu sözün peyğəmbərliyə işarə olduğunu vurğulamışlar. Ayədən öncəki cümlə sonuncu nəzəriyyəni təsdiqləyir:   یا یَحْیى خُذِ الْکِتابَ بِقُوَّه   Kitabın verilməsi peyğəmbərlik əlamətidir. Bu halda “hökm” kəlməsini “peyğəmbərlik” mənasına götürmək lazımdır.   2. Uşağın dil açıb danışması üçün adətən on iki ayın ötməsi lazım gəlir. Amma bildiyimiz kimi Həzrət İsa (əleyhis-salam) təvəllüdünün ilk günlərində danışmağa başladı və sözləri ilə anasını tutarlı şəkildə müdafiə etdi. Anası ərə getmədiyi bir halda Allahın qüdrəti ilə hamilə olub dünyaya uşaq gətirdiyinə görə ittiham və təhqirlərə məruz qalmışdı. Allahın peyğəmbəri məntiqli dəlilləri ilə düşmənlərin yersiz ittihamını rədd etdi. Halbuki bu məntiqlə nitq söyləmək yaşlı insanlara xasdır. Qurani-Kərim onun sözlərini belə nəql edir:   قالَ اِنِّی عَبْدُ اللَّهِ آتانِیَ الْکِتابَ وَ جَعَلَنِی نَبِیًّا وَ جَعَلَنِی مُبارَکاً اَیْنَ ما کُنْتُ وَ اَوْصانِی بِالصَّلاهِ وَ الزَّکاهِ ما دُمْتُ حَیًّا وَ بَرًّا بِوالِدَتِی وَ لَمْ یَجْعَلْنِی جَبَّاراً شَقِیًّا   (İsa qəflətən dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, mənə kitab verib və məni peyğəmbər edib. Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namazı və zəkatı tapşırıb. Və məni anama xeyirxah edib, zülmkar və şəqavətli etməyib. (2)   Bütün bu deyilənlərdən bu nəticəyə gəlmək olar ki, imamlardan öncə də digər İlahi insanlar bu İlahi lüftə layiq görülüblər və bu qeyri-adi məsələ bizim imamlara xas deyildir. Həmçinin İmamların həyatını mütaliə etdikdə görürük ki, bu suallar onların öz zamanında, ələlxüsus İmam Cavadın (əleyhis-salam) əsrində də aktual idi. Onlar da belə sualları eyni dəlillərlə cavablandırırdılar. Məsələn: 1. İmam Rzanın və İmam Cavadın (ə) tərəfdaşlarından biri olan Əli ibn Əsbat nəql edir: Bir gün İmam Cavadın görüşünə getdim. Görüşərkən onun üzünə diqqətlə tamaşa etməyə başladım ki, zahiri görünüşünü yadda saxlayıb Misirə qayıdandan sonra onun şiələrinə danışım. (3) Elə bu vaxt İmam Cavad (əleyhis-salam) sanki mənim fikrimi oxumuş kimi qarşımda əyləşdi və mənə nəzər salıb dedi: Əli ibn Əsbat! Allahın imamətlə əlaqədar gördüyü iş eynilə onun peyğəmbərliklə əlaqədar gördüyü işdir. Allah-taala Həzrət Yəhya (əleyhis-salam) haqqında buyurur: “Biz Yəhyaya uşaqlıq çağlarında peyğəmbərlik fərmanı verdik.” (4) Həzrət Yusif barəsində buyurur: “O, yetkinlik çağlarına çatanda biz ona hökm (peyğəmbərlik) və elm bəxş etdik.” (5) Eləcə də Həzrət Musa (əleyhis-salam) ilə bağlı buyurur: “O, yetkinlik dövrlərinə çatanda biz ona hökm (peyğəmbərlik) və elm bəxş etdik.” (6) Demək, Allah-taala bir insana elm və hikməti qırx yaşında, digər bir insana isə həmin hikməti uşaqlıq çağlarında bəxş edə bilər. (7) 2. İmam Rzanın (əleyhis-salam) səhabələrindən biri nəql edir: Xorasanda İmam Rzanın (əleyhis-salam) hüzurunda idik. Orada əyləşənlərdən biri İmamdan soruşdu: – Sərvərim! Bir hadisə baş versə (başınıza bir iş gəlsə), biz kimə müraciət etməliyik? İmam dedi: – Övladım Əbu Cəfərə.(8) Sualı soruşan adam Həzrət Cavadın (əleyhis-salam) azyaşlı olduğunu söylədi. İmam (əleyhis-salam) dedi: – Allah-taala İsa ibn Məryəmi Əbu Cəfərin yaşından daha kiçik yaşlarda peyğəmbər və yeni şəriət sahibi qərar verdi. (9).   3. İmam Rza (əleyhis-salam) Muəmmər ibn Xəlad adlı səhabəsinə dedi: “Mən Əbu Cəfəri öz yerimə əyləşdirdim və onu öz canişinim seçdim. Biz elə bir xanədanıq ki, kiçiklərimiz hər bir şeyi böyüklərimizdən irs apararlar.” (10)   4. Hicri qəməri tarixi ilə 3-cü əsrin əvvəllərində doqquz yaşlı uşağın imaməti əsrin fəqih və mütəkəllim alimləri arasında təəccüb doğururdu. Məmun Abbasi isə işin həqiqətindən agah idi. O, məsələyə aydınlıq gətirmək üçün hamını Həzrət Cavadla (ə) elmi mübahisəyə çağırdı. Azyaşlı uşağın alim və mütəfəkkir insanlarla apardığı elmi mübahisələr nəfəsləri sinələrdə həbs etdi, baxışları yerə çökdürdü. Burada İmamın apardığı söhbətlərin birinə işarə edirik: Yəhya ibn Əksəm İmam Cavaddan (əleyhis-salam) icazə aldı və İmam ona sual soruşmaq üçün izn verdi. Yəhya soruşdu: Ehram bağlamış və ehram halında ov ovlamış insan haqqında nə deyə bilərsiniz? (11) İmam Cavad (əleyhis-salam) sualı bu suallara böldü: Bilmək lazımdır ki, həmin insan ovu Hərəm hüdudlarından xaricdə ovladı, yoxda Hərəm hüdudlarının daxilində? Ehram halında ov etməyin haram olduğunu bilirdi, yoxsa yox? Bilərəkdən öldürdü, yoxsa xəta üzündən? Azad insan idi, yoxsa qul idi? Yaşı çox idi, yoxsa uşaq idi? Birinci dəfə bu işi görürdü, yoxsa dəfələrlə bu işi görmüşdü? Ovladığı heyvan quş idi, yoxsa yox? Kiçik heyvanlardan idi, yoxsa böyük? O, bu işi birdə görmək istəyir, yoxsa öz işindən peşmandır? Ovu gecə ovlamışdı, yoxsa gündüz? Ümrə ehramında idi, yoxsa Həcc ehramında? Yəhya ibn Əksəm bu sayda sualların içində özünü itirdi, dili topuq çalmağa başladı. Acizlik əlaməti onun bütün vücudundan sezilirdi. Məclis iştirakçıları onun İmamın qarşısında acizliyini aydın gördülər. Məmun dedi: “Allaha şükür edirəm ki, düşündüyüm kimi də oldu”. Sonra üzünü öz qohumlarına və sülaləsinə mənsub insanlara tutub dedi: “İndi heç bir zaman qəbul etmədiyinizi tanıdınızmı?” (12) Elmi mübahisələr sona çatandan sonra qonaqlar məclisi tərk etdilər. Xəlifənin yaxın adamlarından başqa kimsə orada qalmadı. Məmun üzünü İmam Cavada (əleyhis-salam) tutub dedi: Sənə fəda olum! Ehram halında ov ovlamaq haqqında qeyd etdiyiniz şaxələrin hər birinin hökmünə aydınlıq gətirsəniz biz də öyrənərdik. İmam Cavad (əleyhis-salam) dedi: Bəli. Əgər ehram bağlamış şəxs ovu Hərəmdən xaricdə ovlasa və ov böyük quşlardan olsa, kəffarəsi bir qoyundur. Hərəm hüdudlarında ovlasa, kəffarəsi ikiqatdır. Əgər quş balasını Hərəmdən xaricdə ovlasa, kəffarəsi süddən təzə ayrılmış quzudur. Hərəm hüdudlarında öldürsə həm quzunu, həm də cücənin qiymətini verməlidir. Ov vəhşi heyvanlardandırsa, məsələn, çöl eşşəyidirsə, kəffarəsi bir inəkdir. Dəvə quşu olsa, kəffarəsi bir dəvədir. Ceyran olsa, kəffarəsi bir qoyundur. Bunlardan hər hansı birini Hərəm hüdudlarında ovlasa, kəffarəsi iki bərabər olur. Əgər ehram bağlamış şəxs qurbanlığı vacib edən bir iş görsə, həcc ehramında olduğu təqdirdə qurbanlığı Minada kəsməlidir. Ümrə ehramında olarsa, onu Məkkədə kəsməlidir. Ov kəffarəsi hökmü bilən və bilməyənlər arasında eynidir. Söz yox ki, bilərəkdən olsa, (kəffarədən əlavə) günaha da batmışdır. Xəta etdiyi təqdirdə günah ondan götürülür. Azad insanın kəffarəsi onun öz öhdəsinə düşür. Qulun kəffarəsini isə onun sahibi verməlidir. Azyaşlı uşağa kəffarə düşmür. Böyük insana isə kəffarə vacibdir. Axirət əzabı gördüyü işdən peşman olanlardan götürülər. Lakin peşman olmayanlar cəzalandırılar. (13) Bu tarixi nümunələrdən başa düşmək olur ki, azyaşlı bir uşaq Allahın lütfü ilə İlahi elmə yiyələnə və imam ola bilər. (14)   Qeydlər: 1. “Məryəm” surəsi, ayə 12. 2. “Məryəm” surəsi, ayə 30-32. 3. Əli ibn Əsbatın sözlərindən aydın olur ki, İmamın Misirdə də tərəfdaşları var idi. Onlar İmamın zahiri görünüşünü öyrənmək istəyirdilər. 4. “Məryəm” surəsi, ayə 12. 5. “Yusif” surəsi, ayə 22. 6. “Qəsəs” surəsi, ayə 14. 7. Koleyni, “Kafi”, cild 1, səh. 384. 8. Əbu Cəfər İmam Məhəmməd Təqinin (əleyhis-salam) kunyəsidir. Onu İmam Baqirlə (əleyhis-salam) səhv salmamaq üçün İkinci Əbu Cəfər adlandırırlar. 9. “Kafi”, cild 1, səh. 322 və 384. 10. Şeyx Mufid, “əl-İrşad”, səh. 319. 11. Həcc əməllərini yerinə yetirərkən ehram geymiş hacılara haram olan işlərdən biri də ov ovlamaqdır. Fiqhi hökmlər arasında həcc hökmlərinin xüsusi mürəkkəbliyi var. Bu üzdən Yəhya ibn Əksəm kimi insanlar şəriət hökmləri arasında həcc hökmlərini müzakirə mizinə çıxarırdı ki, İmamı mürəkkəb hökmlərlə çaş-baş salsın. 12. Şeyx Mufid, “əl-İrşad”, səh. 319-321. “Bihar əl-ənvar”, cild 50, səh. 75-76. 13. Şeyx Mufid, “əl-İrşad”, səh. 322. Təbərsi, “Ehticac”, səh. 246. Bu hissə “Sireyi pişvayan” kitabından iqtibas olunmuşdur. 14. Cəfər Subhani, “Rahnomaye həqiqət”, səh. 349-355.

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Cavad (ə) qısa ömrü boyu möminlər üçün qaranlıqda parlayan məşəl kimi idi.

Həzrət İmam Muhəmməd Təqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Rza (ə) və anası fəzilətli xanım Səbikə idi. İmam Rza (ə) onu Xizran adlandırmışdı. İmam (ə) onun haqqında ancaq gözəl sözlər deyərdi. (Həvzəh) İmam Rza (ə) 203-cü hici qəməri ilinin səfər ayının sonunda şəhid olur. Tus şəhərində şəhadətə çatdırılır. Elə həmin gündən imamətliyi İmam Cavad (ə) öhdəsinə götürür.   İmam Rzanın (ə) müxlis dostlarından olan Səfvan ibni Yəhya nəql edir ki, Mədinədə Həzrətin (ə) xidmətinə getdim və dedim ki, bizim İmamımız kimdir? İmam Rza (ə) da cavabında qarşısında dayanan İmam Cavada (ə) işarə edərək buyurdu ki, odur. Mən də cavabında dedim: “Sənə qurban olum, onun ki, üçdən çox yaşı yoxdur?”. İmam Rza (ə) buyurdu: “Yaşın az olmasının eybi yoxdur. Çünki Həzrət İsa (ə) da üç yaşdan az olan zaman peyğəmbər olmuşdu”.   İmam Cavadın (ə) üç yaşı olan zaman Harun ər-Rəşidin (lən) oğlu Muhəmməd Əmin, qardaşı tərəfindən öldürülür. O vaxtdan Məmunun hakimiyyəti başlanır. Məmun öləndən sonra isə hakimiyyətə Mötəsəm Abbasi gəlir. İmam (ə) qısa həyatında üç xəlifənin hakimiyyətinə şahid olmuşdur.   Bir gün İmam Cavad (ə) Peyğəmbərin (s) məscidinə daxil olur. Həzrətin (ə) əmisi Əli ibni Cəfər onu görür və əbasız və ayaqqabısız ona tərəf hərəkət edir. İmama (ə) çatıb, əlindən öpür və İmama (ə) təzim edir. İmam Cavad (ə) ona buyurur: “Əmican, əyləş. Allah sənə Öz rəhmətini şamil etsin”. Əmisi deyir: “Siz ayaqda olan zaman mən necə əyləşim ki?”. İmam (ə) gedəndən sonra Əli ibni Cəfər tədris yerinə qayıdır. Şagirdləri narazılıq edir ki, sən əmisən və yaşın da çoxdur. O zaman bu (cavan) qarşısında niyə belə təzim edirsən? Əli ibni Cəfər ağarmış saqqalını əlini alır və deyir: “Sakit olun. Əgər Allah bu ağ saqqalını imamətə layiq bilməyibsə və bu yeniyetməni imamətə layiq bilibsə və ona bu qədər əzəmət veribdirsə, mən necə onun məqamını və fəzilətini görməməzliyə vura bilərəm ki?! Sizin dediklərinizdən Allaha pənah aparıram. Deməliyəm ki, mən – Onun bəndəsiyəm!”.   İmamət – Allahın ümmətə hədiyyəsidir. Onun yardımı ilə insanlar sirat yolunda qərar tutar. Bəni-Abbas hökumətinin qara buludlarına baxmayaraq, İmam Cavad (ə) qısa ömrü boyu ümmət gəmisini gözəl idarə edə bilirdi. Möminlər üçün qaranlıqda parlayan məşəl kimi idi. Qısa ömrünə baxmayaraq, İmam (ə) gözəl əxlaqı, rəftarı və dini maarifi ilə qəlbləri fəth etmişdi.   Bir gün bir nəfər İmam Cavadın (ə) yanında deyir ki, mən Həzrət Muhəmmədi (s) və İmam Əlini (ə) o qədər sevirəm ki, əgər bədənimi tikə-tikə etsələr onların sevgisindən əl çəkmərəm. İmam Cavad (ə) buyurur: “Bu halda Həzrət Muhəmməd (s) və Həzrət Əli (ə) səninlə eyni cür rəftar edəcəklər. Onlar da Qiyamət günü sənin üçün o şeyi tələb edərlər ki, sənin sevgin onun qarşısında dəyərsiz qalar. Yəni, nəticəsi – Qiyamət günü nicat tapmaqdır”.   İmam Cavad (ə) buyurur: “Əgər yerin və göyün qapıları kiminsə üzünə bağlanarsa və o, təqvaya riayət edərsə, Allah onun işinə genişlik verər”. “İnsanın kamalı – ağıllı olmasındadır”.   “Müsəlmanın Qiyamət günü əməl dəftərinin sərlövhəsi – onun xoşəxlaqlı olmasıdır”. “O kəs ki, pis işi yaxşı hesab edər, həmin işin (cəzasında) şərik olar”.   “Zalım və zalıma yardım edən və o kəs ki, onun etdiyindən razı olar – hamısı onun günahında şərik olarlar”. “Özünü dünya xarlığına və axirət əzabına səbəb olan işlərdən saxla”.   “O kəs ki, mömin qardaşına gizlində nəsihət verər – onu bəzəmiş olar, ancaq o kəs ki, aşkar şəkildə və başqalarının yanında ona nəsihət verər (ictimai) simasını çirkin etmiş olar”. “Məbada aşkarda Allahın dostu olasan, gizlində Onun düşməni”. /Deyerler.org/

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində anadan olmuşdur. Atasi imam Rza, anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən olan Səbikə (Səkinə) Novbiyyədir. İmam Cavadın (ə) atası vəfat edərkən, təxminən, səkkiz yaşı olmuş, 220-ci h.q. ilinin Zil-həccə ayında, iyirmi beş yaşında ikən şəhadətə yetmiş və Bağdadda babası imam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. (“Üsuli-kafi”, c.1, səh.492) AZYAŞLI İMAM İmam Cavad (ə) uşaq yaşlarında imamət məqamına çatmış ilk imam olduğundan, o həzrətin həyatını mütaliə edərkən qarşıya çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (s) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu? Bu suallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismani cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü var və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşər tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-Taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarında ikən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı başa düşmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək. Qurani-Kərim həzrət Yəhyanın (ə) peyğəmbərliyi və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” “Məryəm” surəsi, ayə: 12. “Məryəm” surəsi, ayə: 12.) Bəzi təfsirçilər bu ayədə “hikmət” sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir edib. Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə ikən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan qaldırmışdır. Halbuki bu cür danışıq, özü də belə bir məfhuma malik söz yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsanın (ə) sözlərini belə açıqlayır: “Allahdan bir möcüzə olaraq körpə (İsa (ə) dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar və asi  etmədi.” (“Məryəm” surəsi, ayə: 30-32.) Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, imamlardan qabaq da digər mömin insanlar bu ilahi nemətdən bəhrələnmiş və bu, təkcə imamlara xas olmamışdır. İMAM CAVADIN (Ə) ELMİ MÜZAKİRƏLƏRİ Xəlifə Məmun qızı Ümmü Fəzli imam Cavadla (ə) evləndirməyə qərar verdikdə, Abbasilər narahat oldular və bu qərarla ciddi müxalifət etdilər. Çünki onlar xəlifənin bu işinin imam Rza (ə) ilə əlaqədar təşəbbüsü kimi, bəzi gözlənilməz nəticələr doğuracağını güman edirdilər. Buna görə də, Məmunun yanına gəlib xilafətin Abbasilərin əlindən çıxa biləcəyini bildirərək onun öz qərarından imtina etməsini istədilər. Onlar Məmuna Abbasilər və Ələvilər arasında baş verən köhnə çəkişmələrə, eyni zamanda, imam Cavadın (ə) hələ uşaq olduğuna, din və fiqhdən bir şey bilmədiyinə toxunaraq deyirlər: “Əvvəl onun din haqqında məlumat toplaması lazımdır. Ondan sonra nə məsləhət görsəniz, onu da edin.” Məmun deyir: “Mən onu sizdən yaxşı tanıyıram. O, elmləri “lədünni” olan və ilahi ilhamlardan qaynaqlanan ailədəndir. Bu məsələyə aydınlıq gətirmək üçün, istədiyiniz zaman onu sınaqdan keçirə bilərsiniz!” Nəhayət, onlar imam Cavadla (ə) münazirə üçün məşhur qazı və fəqihlərdən sayılan Yəhya ibn Əksəmi seçirlər. Yəhyanın razılığını aldıqdan sonra uyğun məsələ üçün çətin suallar hazırlamasını, onun sualları qarşısında imam Cavadın (ə) cavabsız qaldığı təqdirdə, ona nəfis əşyalar, var-dövlət verəcəklərini vəd verirlər. Bu iş üçün müəyyən bir gün təyin etdilər. Həmin gün münazirəni dinləmək üçün Abbasilər və hətta Məmunun özü də yığıncaqda iştirak edir. Yəhya ibn Əksəm suallarını soruşmaq üçün, əvvəl Məmundan, sonra isə imam Cavaddan (ə) icazə istəyir. O həzrət hazır olduğunu söylədikdə, Yəhya suallarını soruşmağa başlayır: “Ehram geyən şəxsin heyvan öldürməsinin hökmü nədir?” İmam Cavad (ə) bu sualın müqabilində bəzi suallar soruşur: “Heyvanı hərəmdə öldürmüşdür, yoxsa onun çölündə? Heyvanı öldürən ehramlı şəxs hökmü bilmədən bu işi görüb, yoxsa bilərəkdən? Səhvən öldürüb, yoxsa bilə-bilə? Ehram geyən şəxs azaddır, yoxsa kölə? Məkkəyə gedərkən öldürüb, yoxsa Məkkədən qayıdarkən? Öldürülən heyvan quş cinsindəndir, yoxsa, başqa bir cinsdən? Kiçikdir, yoxsa böyük? Ehramlı şəxs bu işindən peşmandır, ya yox? Bu işi gündüz görüb, yoxsa gecə? Ümrə halında imiş, yoxsa həcc halında?” İmam Cavad (ə) məsələnin bütün yönlərinə toxunduqda, Yəhya həyəcan içərisində qalıb özünü itirir. Məğlub olduğu üzünün rənginin dəyişməsindən açıq-aşkar görünür. Bu vəziyyətdən razılığını bildirən Məmun, Abbasilərə xitabən deyir: “İndi, imam Cavad (ə) haqqında doğru mövqedə olduğumu anladınızmı?” Sonra qızı Ümmü Fəzli o həzrətlə evləndirir və mehriyyəsini də, eynilə o həzrətin anası xanım Fatimeyi-Zəhranın (ə) mehriyyəsi qədər təyin edir. Oradakılar məclisi tərk etdikdən sonra Məmun imam Cavaddan (ə) Yəhya ibn Əksəmə verdiyi sualların cavablandırılmasını istəyir. O həzrət bütün suallara cavab verib, Yəhya ibn Əksəmdən soruşur: “O kimdir ki, səhərin ilk çağlarında bir qadın ona haram olduğu halda, günəş doğduqdan sonra həmin qadın ona halal olur, günorta vaxtı haram, ikindi vaxtı halal, gün batarkən haram, şam vaxtı halal, gecə yarısı haram və günəş doğarkən halal olur. Bu qadının məsələsi necədir və necə olur ki, daim kişiyə ya halal, ya da haram olur?” Yəhya ibn Əksəm bu sualın cavabından aciz qalaraq imam Cavadın (ə) özünün cavab verməsini istəyir. O həzrət buyurur: “O qadın başqasının kənizidir. Sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur, günəş doğduqdan sonra onu sahibindən alır və ona halal olur. Günorta vaxtı çatdıqda, onu azad edir və yenidən kəniz ona haram olur. İkindi vaxtı azad etdiyi kənizlə evlənir və halal olur. Gün batarkən “zihar” edir və nəticədə, yenə özünə haram olur. Şam vaxtı çatdıqda “zihar” kəffarəsini ödəməklə o qadın yenidən ona halal olur. Gecə yarısı qadını boşadığı üçün qadın ona haram olur və ertəsi gün qadına müraciət etməklə yenidən qadın ona halal olur.” İMAM CAVADIN (Ə) ELMİ MİRASI Bildiyimiz kimi, imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onların vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuşdur, buna görə də, imam Sadiqin (ə) minlərlə şagirdi olmuşdur. İmam Cavaddan (ə) başlayaraq imam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı imam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə hədsiz dərəcədə az olmuşdur. Demək, “imam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə, heç də təəccüblənməməliyik. (“Rical”, Şeyx Tusi, səh.397-409.) Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə, cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, imam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də vardır. Bunlardan bəziləri bir çox əsərlər də yazmışlar. Başqa bir məsələ isə odur ki, imam Cavadın (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də, sünni məzhəbinin alim və hədisçiləri də bir sıra islami maarif və həqiqətləri o həzrətdən nəql etmişlər. (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.384) İMAM CAVADIN(Ə) ŞƏHADƏTİ 218-ci h.q. ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim hakimiyyətə gəlir. O, imam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə 220-ci h.q. ilində o həzrəti Mədinədən Bağdada gətirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak edir. Həmin məclisdə Bağdad qazısı İbn Əbu Duad və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olur, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib deyir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hakimiyyətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksəkrütbəli nümayəndələrin hüzurunda (imam) Cavadın (ə) fətvasını başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olacaq.” Qəlbində imam Cavada (ə) qarşı düşmənçilik və kin-küdurət bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olur və İmamı (ə) öldürmək fikrinə düşür. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib, imam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. (“Əl-irşad”, səh.326.) Rza Şükürlü

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Cavadın (ə) möcüzəli mövludu

Vilayət səmasının 9-cu ulduzu olan İmam Cavad (ə) 195-ci hicri-qəməri ilinin rəcəb ayında Mədinə şəhərində dünyaya gəlmişdir. Vaqifiyyə firqəsinin böyüklərindən biri İmam Rzaya (ə) deyir: “Sən İmamsan?”. İmam (ə) buyurur: “Bəli”. Deyir: “Sən İmam deyilsən”. İmam (ə) bir qədər başını aşağı salır və sonra buyurur: “Niyə belə düşünürsən ki, mən İmam deyiləm?”. O, dedi: “İmam Sadiqdən (ə) nəql edilir ki, İmam nəsilsiz deyildir. Sən bu yaşa gəlib çatmısan, ancaq oğlan övladın yoxdur”. Bu dəfə İmam (ə) başını daha uzun müddət aşağı saldı və sonra buyurdu: “Allaha and olsun ki, uzun müddət keçməyəcəkdir ki, Allah mənə oğlan övladı verəcəkdir”. Bu söhbətdən bir il sonra İmam Cavad (ə) dünyaya gəldi. İmam Kazımın (ə) qızı Həkimə xanım nəql edir: “O zaman ki, İmam Cavadın (ə) anası Xizranın doğum zamanı gəlib çatır, İmam Rza (ə) məni çağırdı və buyurdu: “Ey Həkimə! Xızranın doğum mərasimi üçün hazır ol”. Sonra əmr etdi ki, mən, Xızran və doğum maması bir otağa gedək. Bizim üçün çırağı yandırdı və qapını üzümüzə bağladı. Bu zaman Xızranın doğum sancısı başladı və çıraq söndü. Mən nigaran oldum, ancaq İmam Cavad (ə) bir nur parçası kimi otağı aydınlandırdı və Həzrətdən (ə) yayılan nur bütün otağı bürümüşdü. Körpəni götürdüm və ətəyimə qoydum. Üzərində olan nazik örtüyü ondan ayırdım. Bu zaman İmam Rza (ə) qapını açıb içəri girdi. Körpəni məndən aldı və beşiyə qoydu. Sonra mənə buyurdu: “Ey Həkimə! Beşiyə nəzarət et!”. Üç gün keçəndən sonra İmam Cavad (ə) gözlərini açdı, sağa və sola baxdı. Buyurdu: “Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. Muhəmməd (s) Allahın göndərdiyidir”. Qorxaraq ayağa qalxdım və İmam Rzanın (ə) yanına getdim. Həzrətə (ə) olanları dedim. İmam (ə) buyurdu: “Ey Həkimə! Ondan görəcəyin qeyri-adiliklər, eşitdiklərindən daha çox olacaqdır””. İmranın oğlu Kəlim nəql edir ki, İmam Rzaya (ə) dedim: “Allahdan istə ki, sənə oğlan övladı versin”. İmam (ə) buyurdu: “Mənim ruzim ancaq bir oğlan övladıdır ki, varisim olacaqdır”. O zaman ki, İmam Cavad (ə) dünyaya gəlir, İmam Rza (ə) səhabələrinə buyurur: “Allah mənə bir körpə vermişdir ki, Musa ibn İmran (ə) kimi dənizləri yaracaq, İsa ibn Məryəm kimi (ə) pak xəlq olmuşdur. Oğlum haqsız yerə öldürüləcəkdir və səma əhli ona ağlayacaqdır və Allah onun düşməninə qəzəblənəcəkdir”. (Tebyan)   Mövludun mübarək, ağamız İmam Cavad (ə)!   /Deyerler. org/

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...