Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Surələrin Fəziləti 14.12.2024

“Ənam” surəsinin fəziləti

1-İbn Abbas deyir: Ənam surəsini hər gecə oxuyan kəs Qiyamət günündə amanda olanlardan olacaq. Heç vaxt Cəhənnəm odunu öz gözləri ilə görməyəcək. Həzrət Sadiq (ə) buyurub: Ənam surəsi bütövlükdə yetmiş min Mələyin müşayiəti ilə bir dəfədə Məhəmmədə (s.ə.v.v) nazil oldu. Bu surədə Allahın əzəmətli adları yetmiş yerdə gəldiyi üçün onu böyük sanıb, ehtiram edin. -Xalq bu surələrdə olan faydaları bilsəydilər, onu oxumağı tərk etməzdilər. -2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət etmişdir. Həzrət buyurdu: Ənam surəsi bütövlükdə mənə nazil oldu. Yetmiş min Mələk həmd və təsbih səsləri ilə onu müşayiət edirdilər. Hər kəs bu surəni oxusa, həmin yetmiş min mələk bir gecə-gündüz ərzində surədəki ayələrin sayı qədər ona salavat göndərərlər. -Həmçinin Cabir ibn Ənsari Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, o Həzrət belə buyurdu: Hər kəs Ənam surəsinin əvvəldəki üç ayəsini “Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahil-ləzi xələqəs-səmavati vəl-ərzə, və cəələz-zulumati vən-nurə, summəl-ləzinə kəfəru birəbbihim yədilun. Huvəl-ləzi xələqəkum min tinin, summə Qəza əcələn və əcəlun musəmmən indəhu, summə əntum təmtərun. Vəhuvəllahu fissəmavati və filərzi yəələmu sirrəkum və cəhrəkum, və yələmu ma təksibun.” (Ənam-3) oxusa, Allah qırx min mələyi Qiyamət gününə qədər onun üçün vəkil edər ki, bu əməlini də ibadəti kimi yazsınlar. Sonra göyün yeddinci təbəqəsindən əlində dəmir əsalı bir mələk nazil olar, hər zaman Şeytan onun qəlbində vəsvəsə icad etmək istəsə, (törətsə) əlindəki əsa ilə onun kəlləsinə zərbə endirər. Əyyaşi öz sənədlərinə əsaslanaraq Əbi Bəsirdən rəvayət edir ki, imam Sadiq (ə) belə buyurdu: Ənam surəsi bütövlükdə bir dəfədə nazil oldu. Allahın mübarək adı bu surədə yetmiş dəfə zikr olunduğu üçün yetmiş min Mələk böyük ehtiramla onu müşayiət edirdilər. Əgər insanlar onun oxunmasında nə qədər fəzilət olduğunu bilsəydilər, onu tərk etməzdilər. Həzrət sonra buyurdu: Hər kəs Allaha hacəti varsa, və onun qəbul olunmasını istəyirsə, dörd rükət namaz fatihə və Ənam surəsi ilə oxusun. Namazı qılıb qurtardıqdan sonra, bu duanı oxusun. “Ya kərimu ya kərimu ya kərim. Ya əzimu ya əzimu ya əzim ya əzimu min kulli Əzim. Ya səmiud-dua. Ya mən la tuğəyyiruhul-ləyali vəl-əyyam. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Vərhəm zəfi və fəqri və fəqati və məskənəti. Ya mən rəhiməsi-şəyxəy-Yəqub hinə rüddə ələyhi Yusifə qurrətə əynihi. Ya mən rəhimə Əyyubə bəədə tuli bəlaihi. Ya mən rəhimə Muhəmmədən və minəl yətimi avahu və nəsruhu əla cəbabirətə Qurəyşin və təvağitiha və əmkənəhu minhum. Ya muğis ya muğis ya muğis” And olsun Allaha! Əgər bu duanı oxusan və Allahdan bütün hacətlərini istəsən, sənə əta edəcək. Əli ibn İbrahimdən nəql olunub ki, Həzrət Rza (ə) belə buyurdu: Ənam surəsi bütövlükdə nazil oldu və onu yetmiş min mələk təsbih, (sübhənəllah) təhlim (la ilahə illəllah) təkbir (Allahu əkbər) səsləri ilə müşayiət etdilər. Hər kəs bu surəni oxusa, Qiyamət gününə kimi mələklər ona təsbih deyərlər. Əbu Saleh nəql edib ki, ibn Abbas belə deyirdi: Hər gecə Ənam surəsini oxuyan kəs, Qiyamətdə amanda qalmış insanlardandır və heç vaxt (Cəhənnəm) odunu öz gözü ilə görməyəcəkdir. -Cabir ibn Ənsari nəql edir ki, Allahın Rəsulu (s.ə.v.v) belə buyurdu: Hər kəs bu surəni “Və yəələmu ma təksibun” üçüncü ayəyə qədər oxusa, Allah-taala min mələyi onu (surəni) oxuyanı qorumaq üçün vəkil (məmur) edər ki, Qiyamət gününə kimi onun əməllərini yazsınlar. -Hər kəs bu surəni yazıb onu yuyub yeddi gün ardıcıl suyunu içsə, Allah ona rəhm edər. -Bütün xəstəliklərdən şifa tapmaq məqsədilə bu surəni yazıb özünüzdə saxlayın. -Əlin və böyrün ağrısını sakitləşdiməkdən ötrü bu ayəni yazıb özünüzdə saxlayın. “Və inyəmsəskəllahu bizurrin fəla kaşifə əla kulli şəyin qədir. Və huvəl Qahiru fəvqə ibadihi. və huvəl həkimul xəbir.” (Ənam-18) -Təcrübə olunmuş və çox təsirli bir xətmdir: Cümə axşamı ya cümə günü (gecə yaxud gündüz) üzünü qibləyə tutub Fatihə surəsini, və sonra Ənam surəsini. “Mislə ma utiyə rusulullah” 124-cü ayəyə qədər oxusun. Sonra qalxıb iki rükət (hacət) namazı qılsın. Hər rükətdə yeddi dəfə “Ayətəl-kürsü”nü və yeddi dəfə Kövsər surəsini oxusun. Namazı qılıb qurtardıqdan Ənam surəsinin 124-ci ayəsindən başlayıb “Allahu ələmu həysu yəcəlu risalətəhu” surənin sonuna qədər oxusun. Sonra başını səcdəyə qoyub yetmiş dəfə “La ilahə illəllah. Muhəmmədun Rəsullah.” Yalvarmaqla Allah-taaladan öz hacətini istəsin ki, hacətin qayıtması qeyri mümkündür. Yaşadığımız müddətdə bu xətmi bir dəfə oxuyun. -Deyirlər ki, bu ayəni qalay vərəqə yazıb öz dükan ya mənzilinizin qapısından asın, çoxlu xeyir və bərəkət gətirər. Ayə: “Və indəhu məfatihul ğəybi layəələmuha illa huvə. Və yəələmu ma filbərri vəlbəhri. Və-ma təqsutu min vərəqin illa yəələmuha, və la həbbətin və yabisin illa fikitabin mubin.” (Ənam –59) -Deyirlər ki, hafizəni gücləndirmək üçün bu ayəni yumurtaya yazıb onu yeyin. Ayə: “Və huvəl Qahiru fəvqə ibadihi və yursilu ələykum həfəzətən hətta iza caə əhədukumul məvtu təvəffəthu rusuluna vəhum la yufərritun.” (Ənam 61) -Deyirlər ki, barışmaq üçün bu ayəni o kəsin sifətinə üç dəfə oxusun, əlbəttə barışar, və üzr də istəyər. Ayə: “Və təmmət kəlimətu rəbbikə sidqən və ədlən, la mubəddilə likəlimatihi, Və huvəs-səmiul əlim.” (Ənam-115) -Deyirlər ki, əgər bir kəs bu ayəni qadınlar üçün yazsa, və qadın onu yağla yesə, itaət edən, sözə qulaq asan olar. Ayə: “Və minəl ənami humulətən və fərşən kulu mimma rəzəqəkumullahu vəla təttəbiu xutuvatiş-şeytani innəhu ləkum əduvvun mubin.” (Ənam). -Əli əliyhissalamdan olunan rəvayətə görə 115-ci ayədir: “Və təmmət kəlimətu rəbbikə sidqən və ədlən, la mubəddilə likəlimatihi, Və huvəs-səmiul əlim.” -Bu ayənin çoxlu xususiyyəti vardır. Onlardan biri də budur ki; ayəni muqəttəə hərifləri ilə (hərif-hərif) yazsın və onu elə büksün ki, ağ tərəfi içəri, yazıları üzərində qalsın. Sonra onu mumyalayıb, ağzına qoysun. Hər kəslə danışsa, sözündən çıxmaz və istədiyi hasil olar. -Deyirlər ki, bu ayəni yatan zaman oxusan, və Allahdan gecənin müəyyən vaxtında oyanmağını istəsə oyanar. Когда важно быстро разобраться в механике краш игры полезно изучить систему честности Provably Fair и в Aviator играть онлайн в сети а затем проверить игру на практике Ayə: “Və iz cəəlnəl bəytə məsabətən linnasi və əmnən vəttəxizu min məqami İbrahimə musəlla, və əhidina ila İbrahimə və İsmailə ən təhhirə bəyti littaifinə vəlakifinə vərrukkəis-sucud. (Bəqərə-125). -Deyirlər ki, hər kəs çərşənbə günü bu ayəni yetmiş dəfə oxusa, elm ə qələm əhlini ötüb keçər və onun üçün qələbələr hasil hacətləri qəbul olar. Ayə: “Huvəllahul-ləzi la ilahə illa huvə, alimil ğəybi və şşəhadəti huvər-rəhmanur-rəhim.” (Həşr-22). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 14.12.2024

“Maidə” surəsinin fəziləti

1-Əbul Carud Həzrət Bağırdən (ə) nəql edir ki, imam buyurdu: Hər kəs Maidə surəsini cümə axşamı oxusa, imanı zülmlə qarışmaz və heç vaxt Allaha şərik qərar verməz. 2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, hər kəs Maidə surəsini oxusa, Allah-taala yer üzünündəki bütün xiristianlar və yəhudilərin sayı qədər, ona muzd verər. Onun üçün on həsənə (savab) yazırlar, nameyi-əməlindən on günahı məhv olar, və on dərəcə yüksəyə qalxar. Əyyaşi öz mənbəsinə əsaslanaraq Əlidən (ə) nəql edib ki, Quranın bəzi ayələri bəzilərini nəsx (batil) edirdi. Onun icrası Peyğəmbərin əmri ilə idi, o vaxta qədər ki, Maidə surəsi nazil oldu və qabaqkı hökmlə bağlı olan ayələri nəsx etdi ancaq onun özündən bir şey nəsx olmadı. Bu surə nazil olan zaman Peyğəmbər bir qatıra minmişdi. Vəhyin ağırlığı o dərəcədə idi ki, qatırı hərəkət etməkdən saxladı və çox çəkmədi ki, onu yerə çökdürdü. Peyğəmbər elə bir hala düşdü ki, əlini Şeybət ibn Vəhəbin başına qoydu özünə gələnədən sonra Maidə surəsini bizə oxudu və biz hamımız ona əməl etdik. Həmçinin əbi Həmzə Sumalidən nəql olunub ki, Maidə surəsi bütövlükdə, kamil surətdə nazil olunub, və onunla Maidə surəsi ilə birlikdə yetmiş min mələk yerə gəldilər. Hər kəs sübh vaxtı bir söz danışmamışdan qabaq bu ayəni üç dəfə oxusa, həmin gün güman etmədiyi qədər ruzisi çoxalar. “Bismillahir-rəhmanir-rəhim. Rəbbəna ənzil ələyna Maidətən Minnəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrurraziqin. ” (Maidə surəsi-114) -Birinci gün sübh namazını qıldıqdan sonra dəstəmazlı halda iki rükət hacət namazı qılsın. Bu əməli qırx gün üzünü qibləyə tutub yüz dəfə salavat göndərsin və aşağıdakı ayəni (Maidə surəsi-114) əlli dəfə oxusun. Bu ayəni oxuduğu müddətdə heç kəslə danışmasın, işlərin fəth olunmasında bunun çoxlu təsiri vardır və təcrübə olunmuşdur. Amma ayənin məzmunu: “Rəbbəna ənzil ələyna Maidətən minəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrurraziqin” (Maidə-114) -Hər kəs sübh yuxusundan ayıldıqdan, və heç bir söz danışmamışdan əvvəl aşağıdakı ayəni üç dəfə oxusa, o gündə onun ruzisi güman etmədiyi yerdən gələr. Ayə: “Bismillahir-rəhmanir-rəhim. Rəbbəna ənzil ələyna Maidətən minəs-səmai, təkunu ləna iydən liəvvəlina və axirina və ayətən minkə. Vərzuqna və əntə xəyrur-raziqin.” Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 14.12.2024

“Nisa” surəsinin fəziləti

1-Zərr ibn Cəbiş deyir: Əmirəlmöminin (ə) buyurdu: Hər kəs Cümə günləri Nisa surəsini oxusa qəbir sıxıntısından amanda qalacaqdır? 2-Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən nəql edib ki, o Həzrət buyurdu: Hər kəs bu surəni (Nisa surəsini) oxusa, elə bil ki, özündən sonra gələn hər bir möminə miras sədəqə vermişdir, və onun əcri bir bəndəni (qulu) alıb azad edən şəxsin əcri qədərdir. O şirkdən uzaq olar, və Allahın nəzərində xətasına göz yumulmuş kəslərdəndir. Ömər ibn Xəttabdan (Raşidin xəlifələrindən rəvayət olunub. O deyib: Bəqərə, Maidə, Həcc, Nur, surələrini öyrənin çünki fərizələr və vacibatlar bu surələrdədir. Əyyaşi (qabaqkı hədisi) Əmirəlmöminindən də nəql edib. Əgər bir şəxs bir şəhərdə yaxud kənddə ürəyi sıxıla və darıxa, və o məhəllədən çıxmağı bacarmaya, o dərəcədə ki, heç cür oradan çıxa bilməsə, bu ayəni oxusa, əlbəttə bu ayə onun tezliklə o məhəllədən xaric olmasına səbəb olar. “Rəbbəna əxricna min hazihil qəryətiz-zalimi əhluha, vəcəl-ləna minlədunkə vəliyyən, vəcəl-ləna min lədunkə nəsirən.” (Nisa surəsi 75). Hər zaman müəyyən məkanda bir şey itə, bu ayəni yazıb, yağış suyu ilə yusun, və sudan həmin yerə səpsin, əgər Allah istəsə o şey tapılar. “İnnallahə yəmurukum ən tuəddul-əmanati ila əhliha. Və iza həkəmtum bəynən-nasi ən təhkumu bilədl. İnnəllahə kanə səmiən bəsirən” (Nisa surəsi-58) Çox danışanın sakitləşməsinə xatir, bu ayəni yazıb, ona bağlasanız, az danışar. “La yuhibbullahul cəhrə bissui, minəl qəvli illa mən zulimə, və kanəllahu səmiiən əlimmən”. (Nisa surəsi 148). Allah-taala buyurur: “La yuhibbul-lahil cəhrə bissui minəl qəvli illa mən zulimə və kanəllahu səmiiən əliimən”. Yəni “Allah bir kəsin öz sözləri ilə başqasının pisliklərinin izhar olunmasını (açıqlanmasını) sevmir, məgər ki, o kəs zülmə məruz qalmış ola Allah eşidən və biləndir.” Bu ayəni çox danışan, xudbin və təkəbbürlü, öz danışığı ilə məğrur olan adamın müqabilində, (göz qabağında) yazmaq lazımdır. Əgər onun sakitləşməsini istəsən, bunu oxusan, az danışacaqdır. Və əgər bir kəs bu ayəni ceyran dərisinə yazsa, və özü ilə saxlasa, zalım yaxud Cabbar hakimin yanına getsə, ondan qorxarlar. Bu ayəni təkrar-təkrar oxusan cabbar (təkəbürlü) hakimin şərrindən amanda qalar, və ona heç bir zərər dəyməz. Əgər bu ayəni müşk, zəfəran, və gülabla yazıb yağış suyu ilə yuyub, onu hakimin üstünə səpsən, ədaləti rəayət edib, doğuruluğa hökm edər. Bu ayəni, paltarın bir parçasına (yaxasına), yazsınlar, o paltarı cümə axşamı kəsmək, və sonra onu acı dil arvadın evinin astanasında basdırmaq lazımdır. İnşaallah onun dili qısalar.

Surələrin Fəziləti 14.12.2024

“Ali İmran” surəsinin fəziləti

Digər bir nüsxədə: Übəyy ibn Kəb Peyğəmbərdən (s ə v v) nəql etmişdir ki, Həzrət buyurdu: Hər kəs Ali İmran surəsini oxusa, Allah-taala bu surənin hər ayəsinin müqabilində Cəhənnəm körpüsündən keçmək üçün amannamə (keçid vərəqəsi) əta edəcək. İbn Abbas deyir: Rəsuli-Əkrəm (s.ə.v.v) buyurdu: Hər kəs Ali-İmran surəsini cümə günü gün batançağına qədər oxusa, Allah və Mələkləri onun üçün salam göndərərlər. Burəydə deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: Bəqərə və Ali-İmran surəsini öyrənin Çünki onların ikisi bir nurdur. Qiyamət günü onları bilən şəxs üçün bu surələr iki bulud, iki pərdə, yaxud iki cərgədən ibarət quşlar kimi kölgə salacaqdır. Yuxudan oyandıqda öz ətrafınıza baxın və Ali-İmran surəsinin sonunu “İnnə fi xəlqissəmavati-dən La təxliful miada kimi oxusanız çox faydalıdır.” (Ali-İmaran 190-194) Əgər bu ayəni ağrıyan yerə (üzvə) oxusanız şifa tapar: -Bismillahir-rəhmanir-rəhim. “Rəbbəna la tuziğ qulubəna bəədə izhədəytəna və həbləna minlədunkə rəhmətən. İnnəkə əntəl vəhhab.” İbn Məsud deyir: Allahın rəsulundan (s.ə.v.v) eşitdim ki, belə buyurdu: Hər kəs (aşağıdakı) bu ayəni oxusa, Allah Qiyamət günündə ona buyurar: Ey bəndəm, mənim əhdimə vəfa etdin və əmanətimi yerinə yetirdin ki, o yeganəlik və tövhiddən ibarətdir, və məndə öz əhdinə vəfa edənlərin ən ləyaqətlisiyəm. Bəs ey mənim Mələklərim Behiştin qapılarını açın ki, o hansı qapıdan istəyirsə, daxil olsun. Ayə “Şəhidəllahu ənnəhu la ilahə illa huvə vəlməlaikətu və ulul-elmi Ğaimən bilqisti-dən və tərzuqu məntəşau biğəyri hisab”-a kimi (Ali İmran 18-27) . Bir kəs evdən xaric olanda (çıxanda) Ali-İmran surəsinin axırıncı ayələrini, Qədr, həmd və “Ayətəl-kürsü”nü oxusa, dünyada və axirətdə hacətləri qəbul olunacaq. Allah buyurur: “Rəbbəna və atina ma və ədtəna” surənin axırı kimi (194-cü ayədən 200-ci ayəyə qədər) Çünki Allah-taaladan vədə xilaf çıxmaq caiz deyil. Beləliklə “Atina ma və ədtəna”-dan məqsəd Allahın dərgahına zarıldayıb ağlamaq və Allahdan başqasından rabitəni kəsməkdir. Allahın buyurduğu bunun kimidir, “Rəbbihkum bilhəqqi” (Ənbiya-112) Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət olunub ki, Allah hər bir kəsə savab vədəsi versə, əlbəttə ona vəfa edəcək, və hər kəsə əzab vədəsi versə, əgər istəsə, əzab verəcək, və əgər istəməsə əzab verməyəcək bu iş onun öz ixtiyarındadır. Həqiqətən Nəbiyyi-Əkrəm (s.ə.v.v) həmişə buyurardı: Hər kəs gecə bu ayələri (Ali İmran surəsinin axırını) oxusa, elə bilki, bütün gecəni ibadət etmişdir. Həzrəti Sadiqdən (ə) nəql olunub ki, hər kim üçün çətinlik qarşıya çıxsa, beş dəfə “rəbbəna” desin, haqq-taala onun müşkülünü həll edər. O həzrətdən soruşdurlar: Yəbnə Rəsullah bunun mənbəyi nədir? (haradandır.) Buyurdu ki, Allah-taala bu beş kələmənin (Ali İmran 194) “Rəbbəna və atina, ma vəədtəna əla rusulik” bərəkətinə görə möminin duasını icabət (qəbul) edib buyurdu: “Fəstəcabə ləhum rəbbuhum” (Ali İmran 195) Ali İmran surəsinin 25-ci ayəsində Allah-taala buyurur: “Qulillahummə malikəl-mulki tutil mulkə mən təşau biğəyri hisab”a qədər. Yəni: “De İlahi! Ey hökumət maliki, hər kimə istəsən hökumət verirsən, və hər kimdən istəsən hökuməti alırsan və hər kəsə istəsən izzət verərsən, və hər kimi istəsən zəlil və xar edərsən, bütün yaxşılıqlar sənin əlindədir. Sən hər şeyə qadirsən” İşlərin açılması və dövlətli olmaq üçün bu ayəni 350 dəfə oxusun. “Qul innəl fəzlə biyədillahi yutihi mən yəşau, vəllahu vasiun əlim.” (Ali-İmran-73). Allahın Rəsulundan (s.ə.v.v) rəvayət olunub ki, hər kəs cümə axşamı Ali İmran surəsini oxusa, Qiyamətdə ona iki qanad verərlər ki, ildırım surəti ilə sirat körpüsündən keçər. İbn Abbas Həzrəti Rəsuldan (s.ə.v.v) rəvayət edir ki: Hər kəs cümə günü Ali-İmran surəsini oxusa, haqq-taala və Mələklər günəş batana qədər ona səlavat göndərərlər. Həzrəti-Rəsul (s.ə.v.v) buyurub: Bəqərə və Ali-İmran surəsini öyrənin ki, işıq saçandırlar. Yəni bu iki surə nur verən və işıqlandırandırlar. Bu iki bulud parçası kimi başının üstündə kölgə salacaqlar. Həzrət-Rəsuldan (s.ə.v.v) ayrı bir rəvayətdə nəql olunur ki, hər kəs cümə axşamı Ali-İmran surəsini oxusa, Qiyamət günü ona iki qanad verərlər ki, onun vasitəsilə sirat körpüsündən ildırım sürəti ilə keçər. Başqa bir rəvayətdə nəql olunub ki, Məad Cəbəl rəvayət edir ki, tələbkarların borcunu tələb etməsinə görə bir cümə namazında iştirak edə bilmədim. Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyrurdu: Ey Məad! hansı şey səni cümə namazından saxladı? Dedim: Ey Rəsuləllah (s.ə.v.v) Yuhənna Yəhudinin neçə vəqyə (kilo) (rətlin on ikidə biri) buğdası mənim boyunumda qalmışdı və məni namaza gəlməyə qoymadı. Buyurdu: “Qulillahummə malikəl mulkə tutil mulkəni biğəyri hisab” ayəsinə qədər oxu və de: “Ya rəhmanud-dunya vəl axirəti və rəhməhuma naqizun ənni dinni.” Hər kəs bu ayəni qeyd olunan dua ilə oxusa, əgər onun yer kürəsi qədər borcu olmuş olsa, haqq-taala onu əta edər. (La həvla və la qüvvətə illa billah). Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 14.12.2024

“Bəqərə” surəsinin fəziləti

“Bəqərə” surəsi Ayətəl kürsi. 1-Əli ibn Ubəyy Həmzə Əlbətaini Hüseyn ibn Ubəyy Əlaidən və oda Ubəyy Bəsirdən, o isə imam Cəfər Sadiqdən (ə) nəql edir. Həzrət buyurdu: Hər kəs Bəqərə və Ali-İmran surəsini oxusa, Qiyamət günü bu iki surə, iki bulud və yaxud iki əba (çuxa), ya da iki gölgə kimi onun üçün kölgə salacaqdır. 2-Ubəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v.) nəql edir ki, Həzrət belə buyurdu: Hər kəs bu surəni (Bəqərə) oxusa Alllahın rəhmət və salamı olsun. Ona Allah yolunda fədakarcasına keşik çəkən sərhədçilərin savabını verərlər. (İbn Kəb) yenədə deyir: Peyğəmbər (s.ə.v.v) mənə buyurdu: Ey Ubəyy müsəlmanlara de Bəqərə surəsini oxusunlar. Çünki, onu oxuyub öyrətmək bərəkətin nazil olmasına, və onu (oxumağı) tərk etmək həsrətə səbəb olar. Sehrkarların onu batil etməyə qüdrəti çatmaz. Səhl ib Səəd deyir: Nəbiyyi-Əkrəm (s.ə.v.v) buyurdu: hər kəs bir şey üçün qala vardır, Quranın qalası isə Bəqərə surəsidir. Bu surə gündüz hər bir evdə oxunsa, şeytan üç gün o evə daxil olmaz. Əgər onu gecələr oxusa, üç gecə o ev şeytanın oraya daxil olmasından amanda qalar. Rəvayət olunub ki, günlərin birində Rəsuli-Əkrəm (s.ə.v.v) bir dəstəni müəyyən olunmuş yerə göndərdi. Sonra isə özü onların arxasında getdi. Qurandan nə qədər əzbər etdiklərini onlardan birbə-bir soruşdu. Axırda növbə hamıdan azyaşlı olan bir cavana gəlib çatdı. O Rəsuli-Əkrəmin (s.ə.v.v) sualının cavabında Quranın bir hissəsini və Bəqərə surəsini əzbər etdiyini bildirdi. Sonra Həzrət üzünü cəmiyyətə tutub dedi: İndi isə gedin və bu cavan sizin Əmrinizdir (başçınız). Onlar dedilər: Ya Rəsuləllah, o bizim hamımızdan uşaqdır! Həzrət buyurdu: Bəli elədir, lakin o Bəqərə surəsini əzbər bilir. Onlar yenədə Rəsuli-Əkrəmdən (s.ə.v.v) soruşdular. Quranın hansı surəsi o biri surələrdən əfzəldir? Həzrət buyurdu: Bəqərə surəsi. 3-İmam Səccad (ə) (Zeynul Abidin) Rəsuli-Əkrəmdən (s.ə.v.v) belə nəql edərək buyurmuşdur: Hər kəs Bəqərə surəsindən Ayətəl kürsünü və onun davamında iki ayəni və həmçinin Bəqərə surəsinin başqa yerindən üç ayəni oxusa, nə ona bir pislik yetişməz və nədə ki, Şeytan ona yaxınlaşa bilməz. “Allahu la ilahə illa huvəl həyyul qəyyum. La təxuzuhu sinətun vəla nəvm: Ləhu mafisissəmavati və maa fil-ərz. Mənzəlləzi yəşfəu indəhu illa biiznih. Yəələmu Mabəynə əydihim və ma xəlfəhum, vəla yuhitunə bişəyin min elmihi illa bimaşaə Vəsiə Kursiyyuhus-səmavati vələrz. Vəla yəuduhu hifzuhuma və huvəl Əliyyul Əzim 255 La ikrahə fiddini qəd təbəyyənərruşdu minəl ğəyy. Fəmən yəkfur bittağuti və yumin billahi fəqədistəmsəkə bilurvətil vusqa lən fisamə ləha, vəllahu Səmiun Əlim. 256. Allahu vəliyyulləzinə amənu yuxricuhum minəz-zulumati ilənnur. Vəlləzinə kəfəru əvliyauhumut-tağutu yuxricuhum mənən-nuri iləz-zulumat. Ulaikə Əshabun-narihum fiha xalidun. 257. 4-İbrahim ibn Məhzum deyir bir kişi belə dedi: İmam Rzadan (ə) eşitdim ki, buyurdu: Hər kəs yatan zaman Bəqərə surəsini oxusa, Allahın iradəsi ilə o iflic xəstəliyinə giriftar olmaz. Əgər onu hər namazdan sonra bir kəs oxusa, heç bir ziyanverici ona ziyan vurmaz. 5-Əli ibn Hüseyn (ə) Allahın Rəsulundan (s.ə.v.v) hədis rəvayət edərək buyurdu: Hər kəs Bəqərə surəsindən dörd ayəni, “Ayətəl-kürsü”nü və onun ardınca iki ayəni və ondan sonra həmin surənin sonundan üç ayəni oxusa, o öz canında və malında heç bir narahatlıq görməz, div ona yaxınlaşmaz, və Quranı unutmaz. İmam Sadiq (ə) buyurdu: Əgər bir kəs bu “Və iz cəllən bəytə məsabətən linnasi və əmənən vəttəxizu min məqami İbrahimə musəlla. Vəəhidina ila İbrahimə və İsmailə ən təhhirə bəyti littaifinə vəl akifinə və rukkəis-sucud. (125) ayəni yatan zaman oxuya və Allahdan müəyyən bir vaxtda oyanmasını istəyə, bu əməl hasil olacaqdır. Təcrübə yolu ilə sabit olmuşdur ki, hər kəs aşağıdakı ayəni üç dəfə oxusa, və onun əvvəlində və axırında Peyğəmbərə salavat göndərsə, ruzinin çoxalmasına və kilidlərin (düyünlərin) açılmasına səbəb olar. Ayə-“Vəmən yəttəqillahə yəcəl ləhu məxrəcən. Və yərzuqhu min həysu la yəhtəsibu. Və mən yətəvəkkəl ələllahu Fəhuvə həsbuhu. İnnəllahə baliğu əmrihi qəd cəələllahu likulli şəyin qədrən.” –Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bəqərə surəsini öyrənin! Çünki oxumaqlıq bərəkət, tərk etmək isə həsrət gətirər. Sehrkarlar bu surəyə yol tapa bilməzlər. Sonra Həzrət yenə buyurdu: Bu surəni oxuyan şəxsə Allahın rəhmət və salamı olsun. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Ya Əli (ə) bu ayə (ayələr) oxunan evin yanına ləənətlənmiş iblis üç gün yaxın gələ bilməz. Və yaxud qırx gecə-gündüz heç bir cadu o evə daxil olmaz. Sonra Həzrət yenə buyurdu: Ey Əli (ə) bu ayəni (Ayətəl kürsünü) övladlarına və qonşularına öyrət. Çünki bundan üstün ayə nazil olmamışdır. Hər kəs ayəni (“Ayətəl-kürsü”nü) yatan zaman oxusa, Allah-taala onun ailəsini və ətrafında olan bir neçə qonşularını şeytanın şərrindən amanda saxlayar. Allahın Rəsulu (s.ə.v.v) buyurdu: Bir kəs evindən çıxanda bu ayəni (“Ayətəl-kürsü”nü) oxusa, evinə qayıdıb gələnə qədər onun bağışlanması üçün Allah-taala yetmiş min Mələyi məmur edər. Evinə gəlib çatdıqda isə, fəqirliyi ondan uzaqlaşdırar. Əmr ibn Ubəy Əlmiqdam deyir: İmam Məhəmməd Baqirdən (ə) eşitdim belə buyurdu: “Ayətəl-kürsü”nü oxumaq min ədəd dünyəvi pislikləri (çətinlikləri) və min ədəd üxrəvi (axirətdə) çətinlikləri aradan aparar ki, ən çətin şey dünyada fəqirlik, (kasıblıq) axirətdə ən dözülməz şey isə sıxıntısıdır. Əbdullah Ubəyy Cəfər deyir: Mən elə bir dərdə mübtəla oldum ki, təbiblər onu əlac etməkdən aciz qaldılar. Bir gecə incik halda bu haqda fikirləşirdim ki, iki kişi mənim qarşımda dayanıb deyirlər: Bu kişi elə bir ayəni oxudu ki, onda üç yüz altımış beş (365) rəhmət vardır. İndi bu rəhmətdən biri o kişiyə şamil oldu. Mən yuxudan oyandım və özümün o dərddən nicat tapdığımı gördüm. İsbəğ ibn Nəbatə bir hədisdə Əlidən (ə) belə nəql edir. Bir kişi o cənabın xidmətinə təşrif gətirdi (gəldi) və dedi: Mənim qarnıma sarı su yığılıb, görəsən mənim dərdimə şifa var? Həzrət buyurdu: Bəli dinar və dirhəm xərcləmədən. Söylədi axı necə? Həzrət buyurdu: “Ayətəl-kürsü”nü qarnına yaz, sonra onu yuyub suyunu iç. Allahın izni ilə şifa tapacaqsan. Bu ayəni (“Ayətəl-kürsü”nü) on dəfə (14) xəstə adama oxusanız, inşa Allah şifa tapacaqdır. Hər kəs günəş qurub edən (batanda) vaxt bu ayəni (“Ayətəl-kürsü”nü) qırx bir dəfə oxusa onun hacəti rəva olar (verərlər). Özünüzün və nəslinizin bəlalardan sağ-salamat qalması üçün bu ayəni qırx (40) dəfə Əliyyul Əzimə kimi oxuyun (təcrübə olunub). Böyük şəxsiyyətlərin yanında izzətli və hörmətli olmaqdan ötrü Ayətəl kürsünü üç dəfə oxuyub, əllərinin içinə pilə və üzünə çək. Gözün nuru olmasından ötrü hər namazdan sonra əllərini gözlərinə qoyub, bir dəfə həmd surəsini və “Ayətəl-kürsü”nü oxusun. Sonra bu duanı desin. “Uizu nurə bəsəri binuril-lahilləzi la yətfa.” Bu surə və ayələrdə İsm Əzzəm (Allahın əzəmətli adları) çox gözə çarpır. O cümlədən, həmd, Tövhid, “Ayətəl-kürsü”, Şəhidəllah, Qul allahummə, amənərrəsul, həşr surəsinin sonu və Bismillahir-rəhman-nirrəhim, onlardandır. Deyirlər, Qurdların və çəyirtkələrin ziyan vurmasından ötrü “Ayətəl-kürsü”nü yazıb bağın dörd guşəsində basdırın. Deyirlər ki, “Ayətəl-kürsü”nü üç dəfə suya oxusun, sonra üzünü o su ilə yusun, və iki rükət namaz qılsın. Hər rükətdə bir dəfə həmd surəsini və “Ayətəl-kürsü”nü oxusun. Hər mətləbi olmuş olsa, inşaallah hasil olar. Deyirlər ki, hər kəs “Ayətəl-kürsü”nü oxuyub öz qoluna bağlasa hara getsə əziz və hörmətli olar. Deyirlər ki, hər kəs “Ayətəl-kürsü”nü oxuyub şirin nara üfürüb, dörd aydan sonra onu hamilə qadına versəniz, onun uşağı oğlan olacaqdır. Salman Farsi Allahın Rəsulundan (s.ə.v.v) bir hədisdə nəql edir ki, Həzrət belə bu yurdu: Hər kəs “Ayətəl-kürsü”nü zəfəranla sağ əlinin içinə yazıb onun suyunu dili ilə yalasa, və bu işi yeddi dəfə təkrar etsə, heç vaxt bir şeyi unutmaz. Mələklərdə onun bağışlanmasını istəyərlər. Deyirlər ki, müşkil və böyük çətinliklər üz verəndə, “Ayətəl-kürsü”nü on iki dəfə oxumaq faydalıdır. -Allah-taala bir kəsə təzə paltar əta etsə (olsa), dəstəmaz alsın, iki rükət namazı həmd və “Ayətəl-kürsü”, Qulhuvəllah və inna ənzəlna ilə oxusun. Sonra Allaha onun övrətini örtməsinə və xalq arasında onu zinətləndirdiyə xatir şükr etsin. Və bu sözləri, “La həvlə və la quvvətə illa billahil Əliyyil əzim.” çoxlu təkrar etsin ki, günaha düçar olmasın. Onun bu əməlinə xatir hər sapın sayı qədər Mələk onun bağışlanmasını və rəhmətə şamil olmasını tələb edib, onun üçün həmd-səna edərlər. Hər zaman bir kəsin gözü ağrısa, “Ayətəl-kürsü”nü düzgün etiqadla oxusun. İnşallah şifa tapar. В кабинете достаточно авторизоваться в системе и осуществить Олимп Казино вход онлайн чтобы играть (Amənər-Rəsul): 1-Bəqərə surəsinin sonundakı ayələr həm Qurandır, həm dua və həmdə ki, Allahın razılığı. Bir hədisdə vardır ki, günlərin birində Allahın Rəsuluna (s.ə.v.v) dedilər: Sabit ibn Qeys Şəmasın evindən nur kimi bir çıraq (işıq) saçır. Həzrət buyurdu: O Bəqərə surəsini oxuyur. Ona (Sabitə) dedilər: Gecələr sən sarayında (otaqında) nə oxuyursan? O dedi: Bəqərə surəsinin sonunu (Amənər-Rəsulu). 2-Hər kəs işa namazından sonra Bəqərə surəsinin sonundan iki ayəni (Amənər-rəsulu surənin sonuna kimi) oxusa, elə bil ki, bütün gecəni ehya saxlamışdır. 3-Hər kəs (Bəqərə surəsinin sonundan) iki ayəni oxusa, Şeytan üç gecə onun evinə yaxın gəlməz. 4-Deyirlər ki, əgər bir kəs Amənər-rəsul ayəsini pak bir qaba yaza, və onu şirin çayla yuya, sonra onu acqarına içsə, hafizəsi çox güclənəcəkdir. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

Surələrin Fəziləti 14.12.2024

“Fatihə” surəsinin fəziləti

“Fatihətul-kitab” surəsi (Səbul məsani, sual, şifa və nur) 1-İbn Həmzə Bətaini rəvayət edir ki, İmam Cəfər Sadiq (ə) buyurub: Allahın İsm-əzəmi (müqddəs adları) Fatihətul-kitabda yerləşdirilmişdir. (“Səvabul-əəmal”, Şeyx Səduq səhifə 94., “Təfsir Əyyaşi” 1-ci cild səhifə 25.) 2-Nəbiyyi-Əkrəm (s.ə.v.v.) buyurub: Hər kəs Fatihətul kitab surəsini oxusa, ona Quranın üçdə ikisinin ⅔ oxunmasının savabını verərlər. Elə bil ki, hər mömin və möminəyə sədəqə vermişdir. Yenədə bu məzmunda ayrı bir rəvayətdə az fərqlə nəql olunub. Elə bil ki, o Quranın hamısını oxumuşdur. Übəyy ibn Kəb deyir: Mən Fatihətul-kitabı Rəsuli-Əkrəm [s.ə.v.v.]-ə oxudum. Həzrət buyurdu: And olsun Allaha ki, Mənim canım onun əlindədir, Tövratda, İncildə, Zəburda, və hətta Quranın özündə bunun kimi surə yoxdur. Bu surə Ummul-kitabdır (kitabın anası) və səbu-məsanidir (yeddi ayədən ibarətdir) .Bu surə Allah və bəndə arasında bölüşdürülmüşdür və bəndə istədiyini ala bilir. Məhəmməd ibn Məsud Əyyaşi nəql edir ki, Nəbiyyi-Əkrəm [s.ə.v.v.] Cabirə buyurdu: Ey Cabir, istəyirsənmi Allah öz kitabında nazil etdiyi yaxşı surəni sənə öyrədim? Cabir dedi: Bəli atam-anam səna fəda olsun Ya Rəsuləllah öyrət mənə. Sonra Rəsuli-Əkrəm [s.ə.v.v.] Həmd surəsi ki “Ummul-kitab” adlanır, ona öyrətdi. Sonra isə Həzrət buyurdu: Ey Cabir onun fəziləti haqqında bilmək istəyirsənmi? Dedi: Bəli atam-anam sənə qurban. Həzrət buyurdu: Bu surə ölümdən başqa hər bir dərdə şifadır. (xərçəng, iflic, həsəd…]. İmam Sadiqdən [ə] nəql olunub ki, əgər bir kəs Həmd surəsindən şifa ala bilməsə, heç bir şey onu sağaltmaz. Əmirəlmöminin Əli [ə] Nəbiyy-Əkrəmdən [s.ə.v.v.] nəql edir ki, Allah mənə buyurdu: “Vələqəd atəyna səbən minəl-məsani vəl-quranil-əzim “. Ey Məhəmməd biz yeddi ayəni ki, iki dəfə sənə nazil olub, göndərdik. (Hicr surəsi 87-ci ayə.) Həzrəti Məhəmməd [s.ə.v.v.] buyurur: Allah Həmd surəsini bütün Quranın bərabərində qərar verdi, və xüsusilə onu nazil edəndə mənə minnət qoyub buyurdu ki, Fatihətul-kitab Ərş xəzinəsinin ən qiymətli surəsidir. Allah-taala bu surəni Məhəmmədə [s.ə.v.v.] məxsus edib, ona şərafət bəxş etdi, və Həzrət Süleymandan [ə] başqalarını bunda şərik etmədi. Ancaq Süleyman Peyğəmbərə bu surədən Bismillahir-rəhmanir-rəhim nazil edildi. Necəki Quran Bilqeysin dilindən belə hekayət edir: Süleyman [ə] tərəfindən mənə bir məktub verdilər ki, Bağışlayan və mehriban Allahın adı ilə başlanır. Həzrət sonra buyurdu: Hər kəs onu (həmd surəsini) oxusa, Məhəmməd [s.ə.v.v.] və onun əhli-beytilə zahirdə və batində dost və onlara iman gətirib, fərmanlarına itaət etmiş olar. Allah-taala hər bir hərfin müqabilində ona savab verər ki, onun hər biri dünyadan və onun xeyirlərindən üstün olar. Əgər bir kəs bu surə oxunanda ona qulaq versə, oxunuşun və onu üçdə birisinin ⅓ savabını alacaqdır. Bunları qənimət sayıb, çoxaldın, vaxtı ötüb keçməsin ki, sonra onun həsrəti qəlbinizdə qalar. Bu surəni qırx dəfə qabdakı suya oxuyub, sonra onu xəstəyə içirin, və sədəqə də verin. Sədəqə verilən şəxsə deyin ki, (filan) xəstənin sağalması üçün dua et. Cümə axşamı mühüm şeylərin hasil olması üçün Həmd surəsini 1011-dəfə oxuyun .(təcrübə olunub). Əhəmiyyətli şeylərin hasil olması, bəlanın və düşmənin dəf olması üçün bu surəni xətm edin. Şənbə günü (altıncı gün) 70-dəfə, yekşənbə günü (bazar günü) 60-dəfə, duşənbə günü (birinci gün) 50-dəfə, se şənbə günü (ikinci gün) 40-dəfə, çahar şənbə günü (üçüncü gün) 30-dəfə, pənc şənbə günü (dördüncü gün) 20-dəfə, cümə günü (beşinci gün) isə 10 dəfə Fatihə surəsini oxuyun. (təcrübə olunmuşdur). Cümə günündən başlayıb, qırx gün, və hər gündə 41-dəfə həmd surəsini oxusun və hər dəfə oxuyandan sonra 13-dəfə desin. Ya mufəttihu fəttih. Ya mufərricu fərric. Ya musəbbibu səbbib. Ya musəyyiru yəssir. Ya musəhhilu səhhil. Ya mutəmmimu təmmim. Və husubullahu və neməl vəkil. Hər kəs xalis niyyətlə bu xətmi oxusa, o qədər var-dövlətə malik olar ki, yığıb-yığışdıra bilməz. (“Minhac” səhifə 432). Miybədinin “Kəşfül-əsrar” kitabında yazılıb ki, hər kəs bu surəni aşağıdakı tərzdə oxusa, inşaallah öz məqsədinə nail olar. Bir həftə ərzində hər gündə 111-dəfə və 111 salavat göndərməklə xətm etsin. Əlbəttə bir şərti də budur ki, yeddi gün ərzində heyvan əti yeməsin. Sonra öz məqsədinə çatmaqdan ötrü desin; “Bismillahir-rəhmanir-rəhim Əlhəmdu lillahi Rəbbil aləmin. Ərrəhmanir-rəhim. Maliki yəvmiddin . İyyakə nəbudu, və iyyakə nəstəin.- sonra Tovhid (Qul huvəllah) surəsini üç dəfə oxusun . Onun davamında “Allahummə kəma cəmətə bəynə sifatikə və əsmaikə və əfalikə, fəcməə bəyni və bəynə hacəti, bihəqqi Muhəmmədin vəalihi əcməin” duasını oxusun. Sonra isə Həmd surəsinin qalanını yəni İhdinəs-siratəl mustəqim Siratəlləzinə ənəmtə ələyhim ğəyril məğzubi ələyhim, vələzzallin ” oxusun. Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs Həmd surəsini bu iki ayə ilə on gün ərzində, gündə on bir dəfə, hamısı birlikdə 110-dəfə olmaqla hər bir böyük yaxud kiçik hacət və mətləbinin olmasından asılı olmayaraq, oxusun. Bu üslub da təcrübə olunmuşdur və hacətə çatmaq üçün daha əlverişlidir. Deyirlər ki, qüdrətli olmaqla bərabər onu yerinə yetirməkdə acizlik qarşıya çıxar. (göz dəyməsin) Üç cümə axşamı hər gecəsində bir rükət namaz qılsın, və hər rükətdə on dəfə Həmd surəsini və on bir dəfə Tovhid surəsini oxusun . Salamdan sonra (yüz) 100 dəfə salavat göndərsin. Bir nəfər özünün yoxsulluğundan Peyğəmbərə [s.ə.v.v.] şikayət etdi. Həzrət buyurdu: Öz evinə daxil olanda salam ver və bir dəfə Həmd surəsini oxu. O kişi həzrətin buyurduğu kimi etdi; Allah-taala onun, özünün və qonşularının ruzisinə bərəkət verdi. Əbu Süleyman nəql edir ki, Allahın Rəsulu [s.ə.v.v.] ilə kafirlərə qarşı müharibəyə getmişdim, aramızda bir kişi sər “Epilepsie” (bir növ əsəb xəstəliyidir) xəstəliyinə tutulmuşdu. Səhabələrdən birisi Fatihə surəsini onun qulağına oxudu, o ayağa qalxıb tamamilə şifa tapdı. Bu hekayəti kainatın ağası Rəsuləllaha çatdırdılar. Həzrət buyurdu: “Hiyə ummul kitab və hiyə şifaun min kulli dain”. Yəni o (Fatihə surəsi) ummul kitabdır (Quranın anasıdır) və hər dərdə şifadır. Həmd surəsini yetmiş dəfə oxumaq hər bir dərd üçün faydalıdır. Müqəddəs Ərdəbilidən nəql olunub ki, hər kəs həmd surəsini bu iki ayə ilə on gün və hər gündə on bir dəfə oxusun, (hamısı bir yerdə 110 dəfə olur). Bütün kiçik, böyük hacət və mətləbi olmuş olsa, belə bunları oxusa hacətinin müstəcab olmağını yaxınlaşdırar. (təcrübə olunub). 1-“Ənzələ ələykum min bədil ğəmmi əmənətən nuasən yəğşa taifətən minkum və taifətun qəd əhəmməthum ənfusuhum yəzunnunə billahi ğəyrəl həqqi zənnəl cəhiliyyəti. Yəqulunə həl-ləna minəl əmri min şəyin. Qul innəl əmrə kulləhu lillahi, yuxfunə fiənfusi-him mala-yubdunə ləkə yəqulunə ləv kanə ləna minəl-əmri şəyun maqutilna hahuna. Qul ləv kuntum fibuyutikum ləbərəzəlləzinə kutibə ələyhimul qətlu ila məzaciihim vəliyəbtəliyəllahu mafisudurikum vəliyuməhhisə mafiqulubikum. Vallahu əlimun bizatis-sudur”. (Ali-İmran surəsi 154) 2-“Muhəmmədun Rəsulullahi vəlləzinə məəhu əşiddau ələl kuffari ruhəmau bəynəhum tərahum rukkəən succədən yəbtəğunə fəzlən minəllahi və rizvanən simahum fivucuhihim min əsəris-sucudi. Zalikə məsəluhum fittovrati. Və məsəluhum fil-İncil kəzərin əxrəcə şətəhu fəəzarəhu fəstəğləzə fəstəva əla suqihi yucibuz-zərraə liyəğizə bihimul kuffaru vəədəllahul-ləzinə amənu və əmilus-salihati minhum məğfirətən və əcrən əzimən”. (Fəth surəsi 29) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

İmam Cəfər Sadiq (ə) 14.12.2024

İmam Sadiq (ə): Kim 5 dəfə Rəbbəna desə…

İmam Sadiq (ə): Kim 5 dəfə Rəbbəna desə… Çətinliklərdən qurtuluş İmam Sadiq (ə) buyurur: Kim bir çətinliklə üzləşsə və 5 dəfə Rəbbəna desə, Allah onu qorxduğu şeydən xilas edər, ümid etdiyinə çatdırar… Sual verdilər ki, necə 5 Rəbbəna? İmam (ə) buyurdu: Beş RƏBBƏNA olan ayələri oxusun! Rəvayətə görə bu ayələr “Ali-İmran” surəsinin 189-194-cu ayələridir: -Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir! -Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər var. -O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yada salar, göylərin və yerin yaradılması haqqında düşünər, deyərlər: Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! -Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz! -Ey Rəbbimiz! Həqiqətən, biz: Rəbbinizə inanın! – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al ! -Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən öz vədini pozmazsan. وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ رَبَّنَا إِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ رَبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ رَبَّنَا وَآتِنَا مَا وَعَدْتَنَا عَلَى رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ (Vilayet)

İmam Cəfər Sadiq (ə) 13.12.2024

Imam Cəfəri Sadiq (ə) həyatına qısa baxış

İmam Cəfər Sadiqin (ə) həyatı və şəxsiyyəti Adı: Cə᾽fər Ləqəbi: Sadiq Künyəsi: Әbu Abdullah Atası: Həzrət İmam Məhəmməd Baqir (ə) Təvəllüd tarixi: Hicri-Qəməri tarixinin 80-cı ili İmamlıq müddəti: 31 il Ömrü: 68 il Şəhadət olduğu tarix: Hicri 148-ci ilin Şəvval ayının 25-də Abbasai xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid edildi. Məzarı: Mədinə şəhəri, Bəqi qəbiristanlığı. İmamın (ə) həyatı İmam Sadiq əleyhissalamın mübarək vücudunun qızıl günəş 83-cü hicri ilin Rəbül-əvvəl ayının 17-də Mədinə şəhərində parladı. Atası imam Məhəmməd Baqir (ə) oğlunun dünyaya gəlməsindən çox sevinmişdi. O həzrətin anasının adı Ümmi Fərhə idi. Ümmi Fərhə Әli əleyhissalamın əshabından olan Məhəmməd ibni Әbu Bəkrin nəvəsi idi. Həzrət Әli (ə) onun haqqında daim belə buyurardı: «Məhəmməd mənim mə᾽nəvi nəvəmdir». Məhəmməd ibni Әbu Bəkrin anası isə təqvalı və həmişə həzrət Fatiməyə xidmət etməkdən iftixar hissi duyan Әsma binti Üməys idi. Imam Sadiq əleyhissalam öz anası haqqında belə buyurmuşdur: «Anam təqvalı, imanlı və xeyirxah qadınlardan idi.» Imam Sadiq əleyhissalam babası imam Səccad (ə) dünyadan köçəndə 15, atası şəhid olduqda isə 34 yaşında idi. Imam Hüseyn əleyhissalamın şəhadətindən sonra Әməvi hökuməti artıq sarsılmış, xalq isə onlarla düşmən olmuşdu ki, bu da hakimiyyəti Abbasilərin ələ keçirməsinə zəmin yaratmışdır. Bu iki qüdrət mərkəzi hakimiyyət uğrunda mübarizəyə qalxdığından şiə düşüncələrini təbliğ etmək və yaymaq üçün fürsət yaranmışdı. Məhz belə bir vaxtda Imam Sadiq əleyhissalam öz elmi hərəkatı ilə islam incəliklərini bütün dünyaya yaymağa müvəffəq oldu. IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI Mə᾽lum olduğu kimi insanların zahiri rəftarı onların daxili əxlaq və düşüncələrini əks etdirir. Belə ki, insanları öz rəftar və davranışları ilə tanımaq mümkündür. Az adam tapılar ki, qəlbində olanları öz rəftar və hərəkətləri ilə büruzə verməsin. Imam Sadiq əleyhissalam da başqa imamlar kimi, bütün həyatı boyu həqiqi islamı tə᾽lim edirdi. O həzrətin özü də islam əxlaqının parlaq nümunəsi idi. Insanlar arasında hər cəhətdən, istər fikri, istər əxlaqi, istərsə də düşüncə baxımından bir-birilə eyni olan ata və oğul tapmaq olmaz. Lakin həzrət Peyğəmbərin ailəsi, eləcə də o həzrətin canişinlərinin hamısı eyni istiqamətdə, eyni nöqteyi-nəzər və eyni üslubda vahid bir hədəfə doğru irəliləyərək öz müqəddəs borclarını yerinə yetirirdilər. Onların fikirləri, sözləri və davranışları arasında heç bir fərq yoxdur. Imam Sadiq əleyhissalamın əxlaqi üstünlük və dəyərlərini isbat etmək üçün təkcə bu kifayətdir ki, onan dörd min tələbəsi arasında bir nəfər belə tapılmadı ki, o həzrətin əxlaq və üslubunu bəyənməyib ondan narazı qalsın. O, natiqlikdə, yeriməkdə, başqaları ilə rəftarında, yeməkdə hətta istirahət etməkdə belə müsəlmanlar üçün əbədi bir örnək idi. O həzrət öz uşaqları ilə necə davranırdısa, dostları ilə də eyni şəkildə davranırdı. IMAMIN ZÖHD VӘ TӘQVASI Zöhd və təqva insan dəyərinin ölçüsüdür. Elə buna görə də Qur᾽ani-kərim təqva ziynətilə bəzənmiş insanları çıxmaq şərtilə, qalan insanları bərabər hesab edir. Imam Sadiq əleyhissalam da, babası Әli əleyhissalam kimi o qədər təqvalı idi ki, hamını heyrətləndirmişdi. Malik ibni Әnəs deyir: Imam Sadiq əleyhissalam həmişə Allahı zikr etməklə məşğul idi. O, böyük zahidlərdən sayılırdı. Әbdül-əla isə belə deyir: Yayın isti günlərinin birində Imam Sadiq əleyhissalamı Mədinə küçələrindən birində gördüm ki, harasa gedirdi. O həzrətə dedim: Qurbanın olum! Sən ki, Peyğəmbərin qohumusan, nə üçün yayın bu istisində özünü zəhmətə salırsan? Imam (ə) buyurdu: «Ruzimi qazanmaq üçün işləməyə evdən çıxmışam, çünki başqalarına möhtac qalmaq istəmirəm.» Başqa bir nəfər isə o həzrətin haqqında belə demişdir: Imam Sadiq əleyhissalamı qalın bir paltarla fəhlə kimi bağda işləyib tər tökən gördükdə, o həzrətə «ey Peyğəmbərin övladı, icazə verin mən sizin yerinizə işləyim» – dedim. Həzrət (ə) cavabımda belə buyurdu: «Güzəranımı tə᾽min etmək üçün işləməyi sevirəm. Istəyirəm başqa admalar kimi mən də qızmar günəşin altında çalışmağın zəhmətini dadım.» Imam bir yerə gedəndə yeni, təmiz və bahalı paltar geyinər, yorğa at minərdi. Bir sıra cahil adamlar belə güman edirdilər ki, o həzrətin bu əməli zöhd və təqvaya ziddir və elə buna görə də imama e᾽tiraz edərdilər. Lakin imamın cavabını eşitdikdə utanıb geri qayıdırdılar. IMAMI YALANÇI MÜQӘDDӘSӘ DEDIYI SÖZLӘR Bir gün Süfyan adlı bir yalançı müqəddəs, Imam Sadiq əleyhissalamın qarşısını kəsib dedi: Siz Peyğəmbərin ailəsindənsiniz. Bəs niyə belə bahalı paltarlar geyinirsiniz? Imam (ə) buyurdu: «Ey Süfyan, bax bu paltarın altında köhnə bir köynək var və mən özüm bilə-bilə onun üstündən bu paltarı geymişəm ki, ağılları gözlərində olanlar mənim yoxsul və möhtac olduğumu zənn etməsinlər. Lakin sən isə əynində olan bu kobud paltarın altından yumşaq bir paltar geyinmisən ki, camaatı aldadasan və özünü zahidlər kimi göstərəsən. Ey Süfyan, bu qədər dargözlü olma». Başqa bir gün Süfyan imamı fəhlələrlə tarlada işləyən görüb dedi: «Sən məni təəccübləndirirsən. Nəyə görə bu qoca yaşında dünyaya tamah salıb işləyirsən? Imam (ə) buyurdu: «Mən zəhmət çəkərək güzəranımı tə᾽min edirəm və xalqa möhtac deyiləm. Әgər bu vəziyyətdə Allahın görüşünə getsəm çox sevinərəm.» Başqalarının zəhmətinin nəticəsini yeyənlər və onların vasitəsilə qüdrətə çatanlar, eləcə də onlara xidmət və məhəbbət əvəzində özlərini onlardan üstün sayanlar çox bədbəxtdirlər. Onlar da Süfyan kimi aldadıcı zahirə malikdirlər, lakin batinləri pozğun və xarabdır. IMAM (Ә) VӘ ӘDALӘTLI MӘNFӘT Imam Sadiq əleyhissalam əshabından olan Müsadif adlı bir nəfərə min dinar vermişdi ki, ticarətlə məşğul olub mənfət əldə edərək güzəranını yaxşılaşdırsın. Müsadif də imamın verdiyi pulla əmtəə alıb tacirlərlə birlikdə Misrə getdi. O, Misirin yaxınlığında şəhərdən qayıdan bir karvanla rastlaşdı. O, gətirdiyi malın ticari durumunu öyrənmək üçün onlardan müxtəlif suallar soruşdu. Karvandakılar ona dedilər ki, şəhərdə onun gətirdiyi maldan çox az tapılır, buna görə də müştərisi çoxdur və mütləq gətirdiyini baha qiymətə sata biləcək. Müsadif bu sözləri eşitdikdə sevinib yoldaşları ilə danışdı ki, gətirdikləri əmtəəni ikiqat baha qiymətə satsınlar və bu qiymətdən aşağı enməsinlər. Şəhərə daxil olandan sonra dedikləri kimi də etdilər və bunun nəticəsində Müsadif min dinar da artıq qazandı. Mədinəyə qayıtdıqdan sonra sevincək imamın evinə gəldi, həzrətin hüzuruna getdikdə hərəsində min dinar olan iki kisəni imamın qabağına qoyub dedi: Bir kisə sizin sərmayənizdir, o birisi isə alverin qazancıdır. Imam (ə) buyurdu: «Bu qədər mənfəti necə əldə eləmisən?» Tacir kişi əhvalatı olduğu kimi həzrət üçün danışdı. Birdən-birə imam (ə) narahat olub belə buyurdu: «Allaha pənah aparıram. Bir dəstə müsəlmanın ziyanına olaraq əlbir olubsunuz ki, əmtəənizi iki qat qiymətinə satasınız?!» Imam (ə) verdiyi pulu götürdükdən sonra ikinci kisəni Müsadifə qaytarıb buyurdu: «Insafsızlıqla əldə olunan bu qazanca mənim ehtiyacım yoxdur. Ay kişi! Bunu bil ki, halal yoldan var-dövlət qazanmaq çox çətindir.» IMAMIN SӘBRI VӘ DÖZÜMÜ Insanın həyatda qarşılaşdığı müxtəlif çətinliklər və hadisələr onun bacarıq və imanının nə dərəcədə olduğunu aşkar edə bilər. Imam Sadiq əleyhissalamın həyatında meydana gələn çətinliklər və o həzrətin göstərdiyi səbr və dözümlülük onun dəyərli şəxsiyyətini sübuta yetirib aşkar etmişdir. O həzrəti nə qədər söysələr də, əziyyət etsələr də həmişə öyüd-nəsihət verər və heç vaxt bir kimsəni söyüb qarğışlamazdı. POZULAN DOSTLUQ Imam Sadiq əleyhissalamı çox sevən və daima onun yanında olan bir kişi var idi. Bir gün həmin kişi imamla birlikdə pinəçilər bazarına getmişdilər. O kişinin zənci qulu da onların dalınca gəlirdi. Qulun başı dükanlara baxmağa məşğul olduğundan sahibindən uzaq düşürdü. Imamın dostu da hərdən arxasına baxır, amma qulunu görmədiyindən çox narahat olub hirslənmişdi. O, birdən gələn qulu görüb onun anasını söydükdən sonra soruşdu: Harada idin? Kişinin bu sözlərində təəccüblənən Imam Sadiq əleyhissalam əlini əlinə vurub buyurdu: «Sən onun anasını söyürsən?! Mən elə güman edirdim ki, sən təqvalı və pəhrizkar bir kişisən. Buna görə də uzun müddət səninlə dostluq edib dostlarım arasında səni tə᾽rifləyirdim. Yaxşı oldu ki, sənin düz-əməlli bir dost olmadığını anladım. Tez məndən uzaqlaş.» TӘBLIĞATI IMAMDAN ÖYRӘNӘK Şəqrani gizlində pis işlər görən cavan bir oğlan idi. Onun babasını həzrət Peyğəmbər (s) azad etmişdi, elə buna görə də camaat onu Peyğəmbərin yaxınlarında hesab edirdilər. Bir gün Şəqrani Abbasi xəlifəsi Mənsurun beytul-maldan pul payladığını eşitdikdə ondan pul almaq üçün oraya yollandı. Lakin orada heç kimi tapmadığı üçün bir şey ala bilmədi. Bu arada gözü Imam Sadiq əleyhissalama sataşdı, qaça-qaça onun yanına gəlib həzrətdən onun üçün xəlifədən bir pay almasını xahiş etdi. Imam da onun istəyini qəbul edib getdi və xəlifədən onun payını alıb gətirdi. Imam pulları ona verən zaman belə buyurdu: «Hər kəs yaxşı iş görsə, yaxşıdır lakin sən bizə bağlı olduğun üçün yaxşı iş görərsən daha yaxşıdır hər kəs pis iş görsə, pisdir lakin sən pis iş görsən daha pisdir». Imam bunu deyib getdi. Pulları alan Şəqrani bir müddət fikrə dalıb və anladı ki, imam (ə) onun pis iş gördüyünü başa düşdüyündən bu sözlə onu bu işdən çəkindirmək istəyib. Imamın bu davranışı səbəb oldu ki, pis iş görən kişi özündən utanıb pis işləri buraxsın. IMAMIN YOXSULLARA OLAN YARDIMI Imamın dostlarından olan Mü᾽əlla ibni Xünəys belə deyir: Qaranlıq və yağışlı bir gecədə Imam Sadiq əleyhissalamı Mədinənin küçələrində gördüm ki, həzrət ağır bir kisəni dalına çatıb aparırdı. Onun dalınca düşdüm ta həzrətin hara getdiyini öyrənim. Kisədə olan çörəklərdən bir azı yerə tökülmüşdü. Mən çörəkləri yığıb imamın yanına getdim və salam verdikdən sonra çörəkləri ona verdim. Imam (ə) onları alıb kisənin içinə qoyduqdan sonra yenidən öz yoluna davam etdi. Çox keçmədi ki, yoxsullardan bir dəstəsinin yaşadığı bir yerə çatdı ki, orada yatmışdılar. Onların hərəsinin başının altına iki dənə çörək qoyub qayıtdı. Mən imamdan «onlar sizin şiələrinizdən idilər» deyə soruşduqda buyurdu: «Xeyr, əgər şiələrimizdən olsaydılar, onlara daha yaxşı yetişərdik.» Imamın başqa bir dostu Hişam ibni Salim belə deyir: «Imam Sadiq əleyhissalamın üsulu belə idi: Qaranlıq gecələrdə bir qədər ərzaq götürüb yoxsulların qapısına aparıb, onu gizlincə qapıdan içəri qoyardı». Imam vəfat etdikdən sonra onun etdiyi yardımlar kəsildiyi üçün yoxsullar başa düşdülər ki, gecələr onların qapısına gəlib onlara yardım edən namə᾽lum şəxs Imam Sadiq əleyhissalam imiş. Buna görə də çox narahat olub yasa batdılar.   IMAM (Ә) VӘ EHTIKARLA MÜBARIZӘ İllərin birində Mədinədə buğda qıtlığı olduğundan camaat qorxub çox nigaran olmuşdu. Hər kəs o ilin ehtiyaclarını tə᾽min etmək üçün çalışıb buğda yığırdı. Bu arada yoxsul adamlar gündəlik ehtiyaclarını bazardan almaq məcburiyyətində qalmışdılar. Bir gün Imam Sadiq əleyhissalam xidmətçisi Mü᾽təbdən «bu il evdə buğdamız varmı? – deyə soruşduqda Mü᾽təb cavab verdi: Bəli, bir neçə aylıq buğdamız var.» Imam buyurdu: «Apar onları bazarda sat». Mü᾽təb dedi: Mənim mövlam, axı Mədinədə buğda tapılmır. Әgər bunları satsam, sonra özümüz üçün buğda almaq çətin olar və daha baha qiymətə almalı olarıq. Imam (ə) buyurdu: «Dediyim işi gör. Bundan belə Mədinə yoxsulları kimi gündəlik ehtiyacımızı bazardan al. Çünki mənim evimin çörəyi ilə xalqın işlətdiyi çörək arasında heç bir fərq olmamalıdır». TAMAHKAR DILӘNÇI VӘ ŞÜKR EDӘN YOXSUL Imamın əshabından biri demişdir: «Həzrətlə Minada üzüm yeməyə məşğul olduğumuz vaxt bir yoxsul adam gəlib diləndi. Imam (ə) bir salxım üzüm ona verdi. Yoxsul adam üzümü almayıb pul istədi. Imam buyurdu: Allah sənə yetirsin. Dilənçi bir az uzaqlaşdıqdan sonra qayıdıb üzümü istədi. Həzrət ona belə buyurdu: Allah sənə yetirsin. O kiş getdi və başqa bir yoxsul adam gəlib imamdan köməklik istədikdə Imamə (ə) ovucunu üzümlə doldurub ona verdi. Kişi üzümü alıb Allahına şükr etdikdən sonra Imam (ə) ona iyirmi dirhəm pulla bərabər öz köynəyini də verdi. Kişi onları alıb imama dua edə-edə bizdən uzaqlaşdı. Öz-özümə düşündüm ki, əgər bu kişi belə davam etsəydi, imam var-yoxunu da ona verərdi. ISLAM UNIVERISITETININ QURULMASI Imam Sadiq əleyhissalam müxtəlif fənlərdə tələbə tərbiyə etmək üçün Mədinədə islami bir univerisitet qurmaq qərarına gəldi. O həzrətin elm çeşməsi o qədər qaynar idi ki, hətta dünyanın dörd tərəfindən belə alimləri Mədinəyə sarı çəkirdi. Elm öyrənmək istəyən yüzlərlə cavan dünyanın hər yerindən Mədinəyə axışırdılar ki, imamın dərslərində iştirak etsinlər. Imam (ə) müxtəlif elmi sahələrdə görkəmli alimlər yetişdirmişdir ki, onlardan bə᾽zilərinin adlarını sizlərə təqdim edirik: 1.Fiqh fənnində Zürarə və Məhəmməd ibni Müslim. 2.Әqaid və kəlam elmində Hişam və Mö᾽minüt-taq. 3.Irfan və islam maarifi fənni üzrə Müfəzzəl və Səfvan. 4.Riyaziyyat və təcrübə elmləri üzrə Cabir ibni Həyyan.   Bunlarla birlikdə bir çox başqa alimlər də imamın tələbəsi olub hərəsi ayrı-ayrı islami elm və fənnin təmələni qoymuşdular. Onların kitabları uzun illər avropada qərb dillərinə tərcümə olunaraq tədris olunmuşdur. Mə᾽lum olduğu kimi, Әli əleyhisslamın zamanında islam elmlərini yaymaq üçün belə bir münasib şərait yox idi. Çünki düşmən o həzrəti vətəndaş müharibəsi ilə məşğul edirdi ki, beləliklə də islami elmlərin yayılmasının qarşısı alınırdı. Bu vəziyyət imam Səccad əleyhissalamın zamanına qədər davam etmişdir. Imam Baqir əleyhissalamın zamanından isə islam elmləri mədrəsələri təşkil olundu və imam Sadiq əleyhisslam zamanında öz yüksək mərhələ və zirvəsinə yetişdi. Imam Sadiq əleyhissalamın univerisitetində dörd min tələbə müxtəlif elmi sahələrdə yetişdirildi. Onlar da dünyanın dörd tərəfinə gedib xalqa tə᾽lim-tərbiyə verməklə məşğul olurdular. NӘ ÜÇÜN ŞIӘLIK CӘ᾽FӘRI MӘZHӘBI ADLANIR? Şiə məzhəbinin imam Cə᾽fər Sadiq (ə)-ın elmi və siyasi fədakarlıqları sayəsində genişlənib yayılması üçün bu məzhəbə Cə᾽fəri məzhəbi adı verilmişdir. Bizim məzhəbimiz Cə᾽fəri məzhəbidir və biz bu adla fəxr edirik. Çünki həzrət Peyğəmbərin (s) əsil islamının missiyasını imam Hüseynin qanında, bəyanını isə imam Sadiqin tə᾽limlərində tapmaq mümkündür. Cə᾽fəri islamı, Әli əleyhisslamın yolunda cihad etdiyi, Həsən (ə)-ın sülh etdiyi, Hüseyn (ə) şəhid olduğu, Səccad (ə)-ın əsir düşdüyü islamdır. Әgər islam, hökumdarlarının qəsb olunmuş taxtda oturduqları, Zəhranı qəzəbləndirən və Әlini zalıma bey᾽ət etməyə məcbur edən islam olsaydı, heç vaxt belə bir islama boyun əyməzdik. Çünki bilici, mö᾽min və Peyğəmbərin xanədanına e᾽tiqad bəsləyən alimlərin məntiqinə görə, Peyğəmbərin ailəsinin kənarda qaldığı islam hökmdarlarını müaviyələr, yezidlər və mütəfəkkirlərin icad etdiyi islamdır. Әləvi şiəliyin tarixi sübuta yetirmişdir ki, hər kəs Әli (ə) xanədanını çıxmaqla islamı qəbul etsə, bu yolda nə qədər çalışsa belə heç bir yerə çatmayacaq və axırda da müstəmləkəçilərin əlaltısına çevriləcəkdir. MӘNSUR IMAMA XӘYANӘT EDIR Imam Sadiq əleyhissalamın mədəni məktəbi insanları öz talelərini tə᾽yin etməkdə tə᾽sirli hesab etdiyindən onlara deyirdi: «Cəmiyyəti təşkil edən sizsiniz, sizlər özünüzü xoşbəxt yaxud bədbəxt edə bilər. Geri yaxud irəli getməyinizi tə᾽min edə bilərsiniz. Yə᾽ni ey camaat! Sizlər zalım hökmdarları hakimiyyətdə endirə bilər, hökuməti daha ləyaqətli və ürəyiyanan kimsələrə tapşıra bilərsiniz. Müsəlmanların Qur᾽ani e᾽tiqadlarına əsaslanan bu düşüncə tərzinin yayılması zəmanənin hökmdarı olan Mənsura ağır gəldi. O fəsadı daha artıq yaymaqla bu düşüncənin qarşısını alıb xalqın bilik və ayıqlıq məktəbi olan Imam Sadiq əleyhissalam məktəbinə meyl etməsinə mane olmağa çalışırdı. Mənsur bu məqsədini həyata keçirmək üçün bir sıra alimlərə pul verdi ki, «dini dedetrminizmi» (cəbri) təbliğ etsinlər; yə᾽ni xalqı inandırsınlar ki, yoxsulluq, bədbəxtlik, zülm və sair bu kimi hadisələr Allahın iradəsi ilə baş verir və heç kəs onları dəyişdirməyə qadir deyildir. Beləliklə müxalifətlər və inqilabların qarşısı alınacaq, camaat cinayətkar hökmdarların zülmünə dözəcək və e᾽tiraz etmək əvəzində şükr edəcəkdilər. Şübhəsiz Imam Sadiq əleyhissalam islamı mədəniyyət və e᾽tiqad adı altında xalqa qəbul etdirilən bu yalnış və təhlükəli e᾽tiqadın yayılmasının müqabilində sükut edə bilməzdi. Həzrət (ə) bu təhlükəli e᾽tiqadla mübarizə aparmaq məqsədi ilə bir univerisitet təşkil edib qısa bir müddət ərzində islami e᾽tiqadlar və mədəniyyət sahəsində dörd min tələbə yetişdirib camaatın arasına göndərdi ki, muzdur alimlərin təbliğatlarını puça çıxarsınlar. MӘNSURUN IMAM SADIQӘ ETDIYI ZÜLMLӘR Qəribədir ki, Abbasilər Kərbəla şəhidlərinin intiqamını almaq və Әməvilərin zülmünə qarşı mübarizə etmək bəhanəsi ilə xalqı öz ətraflarına yığıb Әli (ə) xanədanına məhəbbət bəsləyən iranlıların vasitəsilə və xorasanlı Әbu Müslimin köməyi ilə Әməvi hökumətini yıxdılar, lakin xəlifəliyi zəmanənin imamı həzrət Sadiq (ə)-a tapşırmaq əvəzinə özləri hakimiyyət başına keçdilər. 132-ci hicri ilində Әməvi hökuməti devrildikdən sonra Səffa və Mənsur adlı Abbasilərə mənsub iki şəxs xəlifə oldular ki, birincisi on il, ikincisi isə iyirmi iki il hökmranlıq etdi. Onlar bu müddət ərzində fasiləsiz olaraq imam və rəhbərlərə əziyyət verdilər. Imam Sadiq əleyhissalam Mənsur zamanında şiddətli təzyiq altında idi. Hətta bə᾽zi vaxtlar xalqın o həzrətlə görüşməsinə icazə verilmirdi. Misal üçün Harun adlı bir şəxs imamdan bir məsələ soruşmaq istəyirdi, amma imamla görüşə bilmək üçün bir yol tapmırdı. Nəhayət səbət içində xiyar satan bir kişini gördükdə bir az fikirləşdikdən sonra onun yanına gəlib bütün xiyarlarını səbətlə bir yerdə ondan alıb onun köhnə paltarını da əmanət alaraq əyninə geyib xiyar satmaq bəhanəsi ilə imamın qapısına getdi və ora daxil olandan sonra məsələsini soruşub düzgün cavabını alıb geri qayıtdı. Mənsur imamın əshabının çoxunu tutub zindana salmışdı, bir neçə dəfə imamın özünü qətlə yetirmək istəmişsə də lakin hər dəfəsində imamın mö᾽cüzəsi nəticəsində planı nəticəsiz qalmışdı. IMAMIN MӘNSURU IFŞA ETMӘSI VӘ MÜQAVIMӘTI Müxtəlif yolları imtahan edib ümidi kəsilən Mənsur «biz Abbas xanədanından və Peyğəmbərin ailəsindənik» deyə xalqı aldatmağa başladı. Özünün ləyaqəti olmadığını və bu vəzifəyə Peyğəmbərin həqiqi övladlarının layiq olduğunu bilə-bilə özünün Peyğəmbərin həqiqi varisi və xəlifəyə haqlı olaraq çatan bir şəxsiyyət kimi tanıtmağa çalışdı. Imam Sadiq əleyhissalam Mənsurun bu həyasız rəftarına qarşı çıxaraq öz məktublarında bu xanədanı rüsvay etdi. Bir gün Mənsur imam belə yazdı: Niyə başqa adamlar kimi bizim yanımıza gəlmirsən? Imam (ə) Mənsurun cavabında belə yazdı: «Bizim dünyadan heç bir şeyimiz yoxdur ki, ona görə də səndən qorxaq. Sənin də axirət və mə᾽nəviyyatdan bir şeyin yoxdur ki, ona xatir sənə ümid bəsləyək. Onda nəyə görə sənin yanına gələk?» 2. Başqa bir gün Mənsur imama belə yazdı: Gəl bizə nəsihət ver! Imam (ə) bunun cavabında belə yazdı: «Hər kəs dünya əhli olsa, sənə nəsihət verməz, hər kəs də axirət əhli olsa, sənin yanına gəlməz.» Günlərin bir günündə imam (ə) Mənsurun məclisində idi. Bir milçək Mənsura çox əziyyət verirdi və nə edirdisə də milçək getmirdi və yenə gəlib onun üzünə qonurdu. Mənsur hirsli-hirsli imamdan soruşdu: Allah nə üçün milçəyi xəlq edib? Imam (ə) dərhal bu cavabı verdi: «Güclü zalımları onun vasitəsilə incidib alçatmaq üçün.» Mənsur narahat olmasına baxmayaraq öz yerində oturdu və imama getməsi üçün icazə verdi. IMAMIN MӘDINӘ VALISINӘ HIRSLӘNMӘSI Mənsur Bəni Haşim nəslindən bir neçə nəfəri şəhid etdikdən sonra Şəybə adlı bir kişini Mədinəyə vali tə᾽yin etdi ki, Imam Sadiq əleyhissalamın hərəkətlərini nəzarət altında saxlasın. Şəybə cümə günü məscidə gəlib namazdan sonra minbərə çıxıb Әli (ə) və Peyğəmbərin (s) xanədanı barədə nalayiq sözlər deməyə başladı. Peyğəmbərin xanədanını yaxından tanıyan və onlara məhəbbət bəsləyən camaat çox narahat oldular, lakin bir söz deməyə cəsarət etmədilər. Bu arada Imam Sadiq əleyhissalamın ayağa qalxıb buyurduğunun şahidi oldular. «Ay kişi, saydığın yaxşılıqlar bizə layiqdir, saydığın yamanlıqla sənlə Mənsura.» Sonra isə camaata sarı dönüb buyurdu: «Bilirsiniz qiyamət günündə kimlər hamıdan çox ziyan görəcək? Axirətini başqalarının dünyasına satanlar. Bu vali də belə adamdır.» Camaat sevinib imama afərin dedilər. Vali də utana-utana məsciddən çıxıb getdi. IMAMIN ŞӘHADӘTI Mənsur imamı özünə tərəf çəkməyə, ya təhdidlə onu sakit etməyə müvəffəq olmadığı üçün o həzrəti şəhid etmək qərarına gəldi. Nəhayət imam Cə᾽fər Sadiq (ə) 148-ci hicri ilinin Şəvval ayının 25-də zəhrələnərək şəhid olundu və o həzrətin pak vücudu Mədinədə Bəqi qəbristanlığında dəfn edildi. IMAMDAN QISA KӘLAMLAR Qardaşının istəyini yerinə yetirmək üçün çalışan hər müsəlman Allah yolunda cihad edənlər kimidir. Namazlarına diqqət etməyən kimsə qiyamət günündə şəfaətimizə nail olmayacaqdır. Dünyanı sevmək və ona bağlılığın nəticəsi narahatlıq və kədərdir. Dünyada təqvalı və pak olmağın nəticəsi isə ruh və bədənin rahatlığıdır. Güclülərin gücsüzlərdən intiqam alması nə qədər də pisdir. Uşaqlarınızın sizin yaxşılıq etməsi üçün siz də atanıza yaxşılıq edin. Allahdan istəyin ki, ruziniz xalqın əlində olmasın. Xalqın arasında özündən daha alim bir nəfərin olmasına baxmayaraq xalqı özünə tərəf çağıran kimsə ağzındır. Doğru olmayan zarafatlardan çəkinin. Çünki düşmənçiliyə və bir-birinzə kin bəsləməyə səbəb olar. Münafiqin nişanələri üç şeydir: 1. Danışanda yalan deyər; 2. Verdiyi və᾽də vəfa etməz; 3. Әmanətdə xəyanət edər. Başqalarına paxıllıq etməyin, çünki sizi Allahdan uzaqlaşdırar.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75