Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Məhəmməd Təqi (əleyhis-salam) kimi azyaşlı bir insanın imamətini necə qəbul etmək olar?

Ətraflı cavab: İnsanın əqli və cismanı cəhətdən yetkinləşməsi üçün zaman əhəmiyyətli rol oynayır və həmin zaman yetişməyincə insanın ruhu və orqanizmi kamillik həddinə çatmır. Lakin nə maneəsi var ki, qadir və həkim olan Allah məsləhət üzündən bu zamanı bəzi xas bəndələri üçün azaldıb qısa illərlə xülasə etsin? Bəşər tarixini vərəqlədikdə bu günə qədər bu adi qaydadan müstəsna olmuş və uca Allah tərəfindən onlara olunan xüsusi lütfün sayəsində uşaqlıq çağlarında ümmətin rəhbərlik məqamına layiq görülmüş insanlara da rast gəlmək mümkündür. Mövzunu daha yaxşı dərk etmək üçün bu istisnalardan bir neçəsinə işarə edək: 1. Qurani-Kərim Həzrət Yəhya və onun uşaqlıq yaşlarında peyğəmbərliyə çatması haqda buyurur:   یا یَحْیى‏ خُذِ الْکِتابَ بِقُوَّهٍ وَ آتَیْناهُ الْحُکْمَ صَبِیًّا   Ey Yəhya! Kitabı tam gücünlə al. Biz hökmü (peyğəmbərlik fərmanını) uşaqlıqda ona bəxş etdik. (1)   Təfsirçilərdən bəziləri “hökm” sözünü bu ayədə istedad və dərrakə kimi izah etmişdir. Bəzi alimlər isə bu sözün peyğəmbərliyə işarə olduğunu vurğulamışlar. Ayədən öncəki cümlə sonuncu nəzəriyyəni təsdiqləyir:   یا یَحْیى خُذِ الْکِتابَ بِقُوَّه   Kitabın verilməsi peyğəmbərlik əlamətidir. Bu halda “hökm” kəlməsini “peyğəmbərlik” mənasına götürmək lazımdır.   2. Uşağın dil açıb danışması üçün adətən on iki ayın ötməsi lazım gəlir. Amma bildiyimiz kimi Həzrət İsa (əleyhis-salam) təvəllüdünün ilk günlərində danışmağa başladı və sözləri ilə anasını tutarlı şəkildə müdafiə etdi. Anası ərə getmədiyi bir halda Allahın qüdrəti ilə hamilə olub dünyaya uşaq gətirdiyinə görə ittiham və təhqirlərə məruz qalmışdı. Allahın peyğəmbəri məntiqli dəlilləri ilə düşmənlərin yersiz ittihamını rədd etdi. Halbuki bu məntiqlə nitq söyləmək yaşlı insanlara xasdır. Qurani-Kərim onun sözlərini belə nəql edir:   قالَ اِنِّی عَبْدُ اللَّهِ آتانِیَ الْکِتابَ وَ جَعَلَنِی نَبِیًّا وَ جَعَلَنِی مُبارَکاً اَیْنَ ما کُنْتُ وَ اَوْصانِی بِالصَّلاهِ وَ الزَّکاهِ ما دُمْتُ حَیًّا وَ بَرًّا بِوالِدَتِی وَ لَمْ یَجْعَلْنِی جَبَّاراً شَقِیًّا   (İsa qəflətən dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, mənə kitab verib və məni peyğəmbər edib. Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namazı və zəkatı tapşırıb. Və məni anama xeyirxah edib, zülmkar və şəqavətli etməyib. (2)   Bütün bu deyilənlərdən bu nəticəyə gəlmək olar ki, imamlardan öncə də digər İlahi insanlar bu İlahi lüftə layiq görülüblər və bu qeyri-adi məsələ bizim imamlara xas deyildir. Həmçinin İmamların həyatını mütaliə etdikdə görürük ki, bu suallar onların öz zamanında, ələlxüsus İmam Cavadın (əleyhis-salam) əsrində də aktual idi. Onlar da belə sualları eyni dəlillərlə cavablandırırdılar. Məsələn: 1. İmam Rzanın və İmam Cavadın (ə) tərəfdaşlarından biri olan Əli ibn Əsbat nəql edir: Bir gün İmam Cavadın görüşünə getdim. Görüşərkən onun üzünə diqqətlə tamaşa etməyə başladım ki, zahiri görünüşünü yadda saxlayıb Misirə qayıdandan sonra onun şiələrinə danışım. (3) Elə bu vaxt İmam Cavad (əleyhis-salam) sanki mənim fikrimi oxumuş kimi qarşımda əyləşdi və mənə nəzər salıb dedi: Əli ibn Əsbat! Allahın imamətlə əlaqədar gördüyü iş eynilə onun peyğəmbərliklə əlaqədar gördüyü işdir. Allah-taala Həzrət Yəhya (əleyhis-salam) haqqında buyurur: “Biz Yəhyaya uşaqlıq çağlarında peyğəmbərlik fərmanı verdik.” (4) Həzrət Yusif barəsində buyurur: “O, yetkinlik çağlarına çatanda biz ona hökm (peyğəmbərlik) və elm bəxş etdik.” (5) Eləcə də Həzrət Musa (əleyhis-salam) ilə bağlı buyurur: “O, yetkinlik dövrlərinə çatanda biz ona hökm (peyğəmbərlik) və elm bəxş etdik.” (6) Demək, Allah-taala bir insana elm və hikməti qırx yaşında, digər bir insana isə həmin hikməti uşaqlıq çağlarında bəxş edə bilər. (7) 2. İmam Rzanın (əleyhis-salam) səhabələrindən biri nəql edir: Xorasanda İmam Rzanın (əleyhis-salam) hüzurunda idik. Orada əyləşənlərdən biri İmamdan soruşdu: – Sərvərim! Bir hadisə baş versə (başınıza bir iş gəlsə), biz kimə müraciət etməliyik? İmam dedi: – Övladım Əbu Cəfərə.(8) Sualı soruşan adam Həzrət Cavadın (əleyhis-salam) azyaşlı olduğunu söylədi. İmam (əleyhis-salam) dedi: – Allah-taala İsa ibn Məryəmi Əbu Cəfərin yaşından daha kiçik yaşlarda peyğəmbər və yeni şəriət sahibi qərar verdi. (9).   3. İmam Rza (əleyhis-salam) Muəmmər ibn Xəlad adlı səhabəsinə dedi: “Mən Əbu Cəfəri öz yerimə əyləşdirdim və onu öz canişinim seçdim. Biz elə bir xanədanıq ki, kiçiklərimiz hər bir şeyi böyüklərimizdən irs apararlar.” (10)   4. Hicri qəməri tarixi ilə 3-cü əsrin əvvəllərində doqquz yaşlı uşağın imaməti əsrin fəqih və mütəkəllim alimləri arasında təəccüb doğururdu. Məmun Abbasi isə işin həqiqətindən agah idi. O, məsələyə aydınlıq gətirmək üçün hamını Həzrət Cavadla (ə) elmi mübahisəyə çağırdı. Azyaşlı uşağın alim və mütəfəkkir insanlarla apardığı elmi mübahisələr nəfəsləri sinələrdə həbs etdi, baxışları yerə çökdürdü. Burada İmamın apardığı söhbətlərin birinə işarə edirik: Yəhya ibn Əksəm İmam Cavaddan (əleyhis-salam) icazə aldı və İmam ona sual soruşmaq üçün izn verdi. Yəhya soruşdu: Ehram bağlamış və ehram halında ov ovlamış insan haqqında nə deyə bilərsiniz? (11) İmam Cavad (əleyhis-salam) sualı bu suallara böldü: Bilmək lazımdır ki, həmin insan ovu Hərəm hüdudlarından xaricdə ovladı, yoxda Hərəm hüdudlarının daxilində? Ehram halında ov etməyin haram olduğunu bilirdi, yoxsa yox? Bilərəkdən öldürdü, yoxsa xəta üzündən? Azad insan idi, yoxsa qul idi? Yaşı çox idi, yoxsa uşaq idi? Birinci dəfə bu işi görürdü, yoxsa dəfələrlə bu işi görmüşdü? Ovladığı heyvan quş idi, yoxsa yox? Kiçik heyvanlardan idi, yoxsa böyük? O, bu işi birdə görmək istəyir, yoxsa öz işindən peşmandır? Ovu gecə ovlamışdı, yoxsa gündüz? Ümrə ehramında idi, yoxsa Həcc ehramında? Yəhya ibn Əksəm bu sayda sualların içində özünü itirdi, dili topuq çalmağa başladı. Acizlik əlaməti onun bütün vücudundan sezilirdi. Məclis iştirakçıları onun İmamın qarşısında acizliyini aydın gördülər. Məmun dedi: “Allaha şükür edirəm ki, düşündüyüm kimi də oldu”. Sonra üzünü öz qohumlarına və sülaləsinə mənsub insanlara tutub dedi: “İndi heç bir zaman qəbul etmədiyinizi tanıdınızmı?” (12) Elmi mübahisələr sona çatandan sonra qonaqlar məclisi tərk etdilər. Xəlifənin yaxın adamlarından başqa kimsə orada qalmadı. Məmun üzünü İmam Cavada (əleyhis-salam) tutub dedi: Sənə fəda olum! Ehram halında ov ovlamaq haqqında qeyd etdiyiniz şaxələrin hər birinin hökmünə aydınlıq gətirsəniz biz də öyrənərdik. İmam Cavad (əleyhis-salam) dedi: Bəli. Əgər ehram bağlamış şəxs ovu Hərəmdən xaricdə ovlasa və ov böyük quşlardan olsa, kəffarəsi bir qoyundur. Hərəm hüdudlarında ovlasa, kəffarəsi ikiqatdır. Əgər quş balasını Hərəmdən xaricdə ovlasa, kəffarəsi süddən təzə ayrılmış quzudur. Hərəm hüdudlarında öldürsə həm quzunu, həm də cücənin qiymətini verməlidir. Ov vəhşi heyvanlardandırsa, məsələn, çöl eşşəyidirsə, kəffarəsi bir inəkdir. Dəvə quşu olsa, kəffarəsi bir dəvədir. Ceyran olsa, kəffarəsi bir qoyundur. Bunlardan hər hansı birini Hərəm hüdudlarında ovlasa, kəffarəsi iki bərabər olur. Əgər ehram bağlamış şəxs qurbanlığı vacib edən bir iş görsə, həcc ehramında olduğu təqdirdə qurbanlığı Minada kəsməlidir. Ümrə ehramında olarsa, onu Məkkədə kəsməlidir. Ov kəffarəsi hökmü bilən və bilməyənlər arasında eynidir. Söz yox ki, bilərəkdən olsa, (kəffarədən əlavə) günaha da batmışdır. Xəta etdiyi təqdirdə günah ondan götürülür. Azad insanın kəffarəsi onun öz öhdəsinə düşür. Qulun kəffarəsini isə onun sahibi verməlidir. Azyaşlı uşağa kəffarə düşmür. Böyük insana isə kəffarə vacibdir. Axirət əzabı gördüyü işdən peşman olanlardan götürülər. Lakin peşman olmayanlar cəzalandırılar. (13) Bu tarixi nümunələrdən başa düşmək olur ki, azyaşlı bir uşaq Allahın lütfü ilə İlahi elmə yiyələnə və imam ola bilər. (14)   Qeydlər: 1. “Məryəm” surəsi, ayə 12. 2. “Məryəm” surəsi, ayə 30-32. 3. Əli ibn Əsbatın sözlərindən aydın olur ki, İmamın Misirdə də tərəfdaşları var idi. Onlar İmamın zahiri görünüşünü öyrənmək istəyirdilər. 4. “Məryəm” surəsi, ayə 12. 5. “Yusif” surəsi, ayə 22. 6. “Qəsəs” surəsi, ayə 14. 7. Koleyni, “Kafi”, cild 1, səh. 384. 8. Əbu Cəfər İmam Məhəmməd Təqinin (əleyhis-salam) kunyəsidir. Onu İmam Baqirlə (əleyhis-salam) səhv salmamaq üçün İkinci Əbu Cəfər adlandırırlar. 9. “Kafi”, cild 1, səh. 322 və 384. 10. Şeyx Mufid, “əl-İrşad”, səh. 319. 11. Həcc əməllərini yerinə yetirərkən ehram geymiş hacılara haram olan işlərdən biri də ov ovlamaqdır. Fiqhi hökmlər arasında həcc hökmlərinin xüsusi mürəkkəbliyi var. Bu üzdən Yəhya ibn Əksəm kimi insanlar şəriət hökmləri arasında həcc hökmlərini müzakirə mizinə çıxarırdı ki, İmamı mürəkkəb hökmlərlə çaş-baş salsın. 12. Şeyx Mufid, “əl-İrşad”, səh. 319-321. “Bihar əl-ənvar”, cild 50, səh. 75-76. 13. Şeyx Mufid, “əl-İrşad”, səh. 322. Təbərsi, “Ehticac”, səh. 246. Bu hissə “Sireyi pişvayan” kitabından iqtibas olunmuşdur. 14. Cəfər Subhani, “Rahnomaye həqiqət”, səh. 349-355.

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Cavad (ə) qısa ömrü boyu möminlər üçün qaranlıqda parlayan məşəl kimi idi.

Həzrət İmam Muhəmməd Təqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Rza (ə) və anası fəzilətli xanım Səbikə idi. İmam Rza (ə) onu Xizran adlandırmışdı. İmam (ə) onun haqqında ancaq gözəl sözlər deyərdi. (Həvzəh) İmam Rza (ə) 203-cü hici qəməri ilinin səfər ayının sonunda şəhid olur. Tus şəhərində şəhadətə çatdırılır. Elə həmin gündən imamətliyi İmam Cavad (ə) öhdəsinə götürür.   İmam Rzanın (ə) müxlis dostlarından olan Səfvan ibni Yəhya nəql edir ki, Mədinədə Həzrətin (ə) xidmətinə getdim və dedim ki, bizim İmamımız kimdir? İmam Rza (ə) da cavabında qarşısında dayanan İmam Cavada (ə) işarə edərək buyurdu ki, odur. Mən də cavabında dedim: “Sənə qurban olum, onun ki, üçdən çox yaşı yoxdur?”. İmam Rza (ə) buyurdu: “Yaşın az olmasının eybi yoxdur. Çünki Həzrət İsa (ə) da üç yaşdan az olan zaman peyğəmbər olmuşdu”.   İmam Cavadın (ə) üç yaşı olan zaman Harun ər-Rəşidin (lən) oğlu Muhəmməd Əmin, qardaşı tərəfindən öldürülür. O vaxtdan Məmunun hakimiyyəti başlanır. Məmun öləndən sonra isə hakimiyyətə Mötəsəm Abbasi gəlir. İmam (ə) qısa həyatında üç xəlifənin hakimiyyətinə şahid olmuşdur.   Bir gün İmam Cavad (ə) Peyğəmbərin (s) məscidinə daxil olur. Həzrətin (ə) əmisi Əli ibni Cəfər onu görür və əbasız və ayaqqabısız ona tərəf hərəkət edir. İmama (ə) çatıb, əlindən öpür və İmama (ə) təzim edir. İmam Cavad (ə) ona buyurur: “Əmican, əyləş. Allah sənə Öz rəhmətini şamil etsin”. Əmisi deyir: “Siz ayaqda olan zaman mən necə əyləşim ki?”. İmam (ə) gedəndən sonra Əli ibni Cəfər tədris yerinə qayıdır. Şagirdləri narazılıq edir ki, sən əmisən və yaşın da çoxdur. O zaman bu (cavan) qarşısında niyə belə təzim edirsən? Əli ibni Cəfər ağarmış saqqalını əlini alır və deyir: “Sakit olun. Əgər Allah bu ağ saqqalını imamətə layiq bilməyibsə və bu yeniyetməni imamətə layiq bilibsə və ona bu qədər əzəmət veribdirsə, mən necə onun məqamını və fəzilətini görməməzliyə vura bilərəm ki?! Sizin dediklərinizdən Allaha pənah aparıram. Deməliyəm ki, mən – Onun bəndəsiyəm!”.   İmamət – Allahın ümmətə hədiyyəsidir. Onun yardımı ilə insanlar sirat yolunda qərar tutar. Bəni-Abbas hökumətinin qara buludlarına baxmayaraq, İmam Cavad (ə) qısa ömrü boyu ümmət gəmisini gözəl idarə edə bilirdi. Möminlər üçün qaranlıqda parlayan məşəl kimi idi. Qısa ömrünə baxmayaraq, İmam (ə) gözəl əxlaqı, rəftarı və dini maarifi ilə qəlbləri fəth etmişdi.   Bir gün bir nəfər İmam Cavadın (ə) yanında deyir ki, mən Həzrət Muhəmmədi (s) və İmam Əlini (ə) o qədər sevirəm ki, əgər bədənimi tikə-tikə etsələr onların sevgisindən əl çəkmərəm. İmam Cavad (ə) buyurur: “Bu halda Həzrət Muhəmməd (s) və Həzrət Əli (ə) səninlə eyni cür rəftar edəcəklər. Onlar da Qiyamət günü sənin üçün o şeyi tələb edərlər ki, sənin sevgin onun qarşısında dəyərsiz qalar. Yəni, nəticəsi – Qiyamət günü nicat tapmaqdır”.   İmam Cavad (ə) buyurur: “Əgər yerin və göyün qapıları kiminsə üzünə bağlanarsa və o, təqvaya riayət edərsə, Allah onun işinə genişlik verər”. “İnsanın kamalı – ağıllı olmasındadır”.   “Müsəlmanın Qiyamət günü əməl dəftərinin sərlövhəsi – onun xoşəxlaqlı olmasıdır”. “O kəs ki, pis işi yaxşı hesab edər, həmin işin (cəzasında) şərik olar”.   “Zalım və zalıma yardım edən və o kəs ki, onun etdiyindən razı olar – hamısı onun günahında şərik olarlar”. “Özünü dünya xarlığına və axirət əzabına səbəb olan işlərdən saxla”.   “O kəs ki, mömin qardaşına gizlində nəsihət verər – onu bəzəmiş olar, ancaq o kəs ki, aşkar şəkildə və başqalarının yanında ona nəsihət verər (ictimai) simasını çirkin etmiş olar”. “Məbada aşkarda Allahın dostu olasan, gizlində Onun düşməni”. /Deyerler.org/

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində anadan olmuşdur. Atasi imam Rza, anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən olan Səbikə (Səkinə) Novbiyyədir. İmam Cavadın (ə) atası vəfat edərkən, təxminən, səkkiz yaşı olmuş, 220-ci h.q. ilinin Zil-həccə ayında, iyirmi beş yaşında ikən şəhadətə yetmiş və Bağdadda babası imam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. (“Üsuli-kafi”, c.1, səh.492) AZYAŞLI İMAM İmam Cavad (ə) uşaq yaşlarında imamət məqamına çatmış ilk imam olduğundan, o həzrətin həyatını mütaliə edərkən qarşıya çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (s) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu? Bu suallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismani cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü var və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşər tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-Taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarında ikən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı başa düşmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək. Qurani-Kərim həzrət Yəhyanın (ə) peyğəmbərliyi və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” “Məryəm” surəsi, ayə: 12. “Məryəm” surəsi, ayə: 12.) Bəzi təfsirçilər bu ayədə “hikmət” sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir edib. Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə ikən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan qaldırmışdır. Halbuki bu cür danışıq, özü də belə bir məfhuma malik söz yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsanın (ə) sözlərini belə açıqlayır: “Allahdan bir möcüzə olaraq körpə (İsa (ə) dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar və asi  etmədi.” (“Məryəm” surəsi, ayə: 30-32.) Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, imamlardan qabaq da digər mömin insanlar bu ilahi nemətdən bəhrələnmiş və bu, təkcə imamlara xas olmamışdır. İMAM CAVADIN (Ə) ELMİ MÜZAKİRƏLƏRİ Xəlifə Məmun qızı Ümmü Fəzli imam Cavadla (ə) evləndirməyə qərar verdikdə, Abbasilər narahat oldular və bu qərarla ciddi müxalifət etdilər. Çünki onlar xəlifənin bu işinin imam Rza (ə) ilə əlaqədar təşəbbüsü kimi, bəzi gözlənilməz nəticələr doğuracağını güman edirdilər. Buna görə də, Məmunun yanına gəlib xilafətin Abbasilərin əlindən çıxa biləcəyini bildirərək onun öz qərarından imtina etməsini istədilər. Onlar Məmuna Abbasilər və Ələvilər arasında baş verən köhnə çəkişmələrə, eyni zamanda, imam Cavadın (ə) hələ uşaq olduğuna, din və fiqhdən bir şey bilmədiyinə toxunaraq deyirlər: “Əvvəl onun din haqqında məlumat toplaması lazımdır. Ondan sonra nə məsləhət görsəniz, onu da edin.” Məmun deyir: “Mən onu sizdən yaxşı tanıyıram. O, elmləri “lədünni” olan və ilahi ilhamlardan qaynaqlanan ailədəndir. Bu məsələyə aydınlıq gətirmək üçün, istədiyiniz zaman onu sınaqdan keçirə bilərsiniz!” Nəhayət, onlar imam Cavadla (ə) münazirə üçün məşhur qazı və fəqihlərdən sayılan Yəhya ibn Əksəmi seçirlər. Yəhyanın razılığını aldıqdan sonra uyğun məsələ üçün çətin suallar hazırlamasını, onun sualları qarşısında imam Cavadın (ə) cavabsız qaldığı təqdirdə, ona nəfis əşyalar, var-dövlət verəcəklərini vəd verirlər. Bu iş üçün müəyyən bir gün təyin etdilər. Həmin gün münazirəni dinləmək üçün Abbasilər və hətta Məmunun özü də yığıncaqda iştirak edir. Yəhya ibn Əksəm suallarını soruşmaq üçün, əvvəl Məmundan, sonra isə imam Cavaddan (ə) icazə istəyir. O həzrət hazır olduğunu söylədikdə, Yəhya suallarını soruşmağa başlayır: “Ehram geyən şəxsin heyvan öldürməsinin hökmü nədir?” İmam Cavad (ə) bu sualın müqabilində bəzi suallar soruşur: “Heyvanı hərəmdə öldürmüşdür, yoxsa onun çölündə? Heyvanı öldürən ehramlı şəxs hökmü bilmədən bu işi görüb, yoxsa bilərəkdən? Səhvən öldürüb, yoxsa bilə-bilə? Ehram geyən şəxs azaddır, yoxsa kölə? Məkkəyə gedərkən öldürüb, yoxsa Məkkədən qayıdarkən? Öldürülən heyvan quş cinsindəndir, yoxsa, başqa bir cinsdən? Kiçikdir, yoxsa böyük? Ehramlı şəxs bu işindən peşmandır, ya yox? Bu işi gündüz görüb, yoxsa gecə? Ümrə halında imiş, yoxsa həcc halında?” İmam Cavad (ə) məsələnin bütün yönlərinə toxunduqda, Yəhya həyəcan içərisində qalıb özünü itirir. Məğlub olduğu üzünün rənginin dəyişməsindən açıq-aşkar görünür. Bu vəziyyətdən razılığını bildirən Məmun, Abbasilərə xitabən deyir: “İndi, imam Cavad (ə) haqqında doğru mövqedə olduğumu anladınızmı?” Sonra qızı Ümmü Fəzli o həzrətlə evləndirir və mehriyyəsini də, eynilə o həzrətin anası xanım Fatimeyi-Zəhranın (ə) mehriyyəsi qədər təyin edir. Oradakılar məclisi tərk etdikdən sonra Məmun imam Cavaddan (ə) Yəhya ibn Əksəmə verdiyi sualların cavablandırılmasını istəyir. O həzrət bütün suallara cavab verib, Yəhya ibn Əksəmdən soruşur: “O kimdir ki, səhərin ilk çağlarında bir qadın ona haram olduğu halda, günəş doğduqdan sonra həmin qadın ona halal olur, günorta vaxtı haram, ikindi vaxtı halal, gün batarkən haram, şam vaxtı halal, gecə yarısı haram və günəş doğarkən halal olur. Bu qadının məsələsi necədir və necə olur ki, daim kişiyə ya halal, ya da haram olur?” Yəhya ibn Əksəm bu sualın cavabından aciz qalaraq imam Cavadın (ə) özünün cavab verməsini istəyir. O həzrət buyurur: “O qadın başqasının kənizidir. Sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur, günəş doğduqdan sonra onu sahibindən alır və ona halal olur. Günorta vaxtı çatdıqda, onu azad edir və yenidən kəniz ona haram olur. İkindi vaxtı azad etdiyi kənizlə evlənir və halal olur. Gün batarkən “zihar” edir və nəticədə, yenə özünə haram olur. Şam vaxtı çatdıqda “zihar” kəffarəsini ödəməklə o qadın yenidən ona halal olur. Gecə yarısı qadını boşadığı üçün qadın ona haram olur və ertəsi gün qadına müraciət etməklə yenidən qadın ona halal olur.” İMAM CAVADIN (Ə) ELMİ MİRASI Bildiyimiz kimi, imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onların vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuşdur, buna görə də, imam Sadiqin (ə) minlərlə şagirdi olmuşdur. İmam Cavaddan (ə) başlayaraq imam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı imam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə hədsiz dərəcədə az olmuşdur. Demək, “imam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə, heç də təəccüblənməməliyik. (“Rical”, Şeyx Tusi, səh.397-409.) Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə, cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, imam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də vardır. Bunlardan bəziləri bir çox əsərlər də yazmışlar. Başqa bir məsələ isə odur ki, imam Cavadın (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də, sünni məzhəbinin alim və hədisçiləri də bir sıra islami maarif və həqiqətləri o həzrətdən nəql etmişlər. (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.384) İMAM CAVADIN(Ə) ŞƏHADƏTİ 218-ci h.q. ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim hakimiyyətə gəlir. O, imam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə 220-ci h.q. ilində o həzrəti Mədinədən Bağdada gətirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak edir. Həmin məclisdə Bağdad qazısı İbn Əbu Duad və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olur, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib deyir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hakimiyyətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksəkrütbəli nümayəndələrin hüzurunda (imam) Cavadın (ə) fətvasını başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olacaq.” Qəlbində imam Cavada (ə) qarşı düşmənçilik və kin-küdurət bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olur və İmamı (ə) öldürmək fikrinə düşür. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib, imam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. (“Əl-irşad”, səh.326.) Rza Şükürlü

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Cavadın (ə) möcüzəli mövludu

Vilayət səmasının 9-cu ulduzu olan İmam Cavad (ə) 195-ci hicri-qəməri ilinin rəcəb ayında Mədinə şəhərində dünyaya gəlmişdir. Vaqifiyyə firqəsinin böyüklərindən biri İmam Rzaya (ə) deyir: “Sən İmamsan?”. İmam (ə) buyurur: “Bəli”. Deyir: “Sən İmam deyilsən”. İmam (ə) bir qədər başını aşağı salır və sonra buyurur: “Niyə belə düşünürsən ki, mən İmam deyiləm?”. O, dedi: “İmam Sadiqdən (ə) nəql edilir ki, İmam nəsilsiz deyildir. Sən bu yaşa gəlib çatmısan, ancaq oğlan övladın yoxdur”. Bu dəfə İmam (ə) başını daha uzun müddət aşağı saldı və sonra buyurdu: “Allaha and olsun ki, uzun müddət keçməyəcəkdir ki, Allah mənə oğlan övladı verəcəkdir”. Bu söhbətdən bir il sonra İmam Cavad (ə) dünyaya gəldi. İmam Kazımın (ə) qızı Həkimə xanım nəql edir: “O zaman ki, İmam Cavadın (ə) anası Xizranın doğum zamanı gəlib çatır, İmam Rza (ə) məni çağırdı və buyurdu: “Ey Həkimə! Xızranın doğum mərasimi üçün hazır ol”. Sonra əmr etdi ki, mən, Xızran və doğum maması bir otağa gedək. Bizim üçün çırağı yandırdı və qapını üzümüzə bağladı. Bu zaman Xızranın doğum sancısı başladı və çıraq söndü. Mən nigaran oldum, ancaq İmam Cavad (ə) bir nur parçası kimi otağı aydınlandırdı və Həzrətdən (ə) yayılan nur bütün otağı bürümüşdü. Körpəni götürdüm və ətəyimə qoydum. Üzərində olan nazik örtüyü ondan ayırdım. Bu zaman İmam Rza (ə) qapını açıb içəri girdi. Körpəni məndən aldı və beşiyə qoydu. Sonra mənə buyurdu: “Ey Həkimə! Beşiyə nəzarət et!”. Üç gün keçəndən sonra İmam Cavad (ə) gözlərini açdı, sağa və sola baxdı. Buyurdu: “Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. Muhəmməd (s) Allahın göndərdiyidir”. Qorxaraq ayağa qalxdım və İmam Rzanın (ə) yanına getdim. Həzrətə (ə) olanları dedim. İmam (ə) buyurdu: “Ey Həkimə! Ondan görəcəyin qeyri-adiliklər, eşitdiklərindən daha çox olacaqdır””. İmranın oğlu Kəlim nəql edir ki, İmam Rzaya (ə) dedim: “Allahdan istə ki, sənə oğlan övladı versin”. İmam (ə) buyurdu: “Mənim ruzim ancaq bir oğlan övladıdır ki, varisim olacaqdır”. O zaman ki, İmam Cavad (ə) dünyaya gəlir, İmam Rza (ə) səhabələrinə buyurur: “Allah mənə bir körpə vermişdir ki, Musa ibn İmran (ə) kimi dənizləri yaracaq, İsa ibn Məryəm kimi (ə) pak xəlq olmuşdur. Oğlum haqsız yerə öldürüləcəkdir və səma əhli ona ağlayacaqdır və Allah onun düşməninə qəzəblənəcəkdir”. (Tebyan)   Mövludun mübarək, ağamız İmam Cavad (ə)!   /Deyerler. org/

İmam Əliyyən Nəqi (ə) 28.01.2025

Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatma

Bəzən insan zehninə belə bir fikir gəlir ki, görəsən həqiqətən bəzi zamanlar və məkanlar insan həyatına təsir qoyur? Məgər pis və şər olmağı zaman və günlərə nisbət vermək olarmı? İmam Hadi (ə) bu sualın cavabını belə vermişdir. Həsən ibni Məsud nəql edir: “Həzrət Əbulhəsən Hadinin (ə) xidmətinə getmişdim. Həmin gün mənim üçün bir neçə xoşagəlməz və acı hadisə baş vermişdi. Barmağım yaralanmışdı, atlı ilə toqquşduğuma görə çiynim zədə görmüşdü, gözlənilməz bir davada paltarlarım cırılmışdı. Bu narahatlıqlarıma görə Həzrətin (ə) yanında dedim: “Mənim üçün necə də xəcalətli bir gün idi. Allah bu günün şərini məndən saxlasın”. İmam (ə) mənə buyurdu: “Ey Həsən! Bu (nə sözdür ki, deyirsən) halbuki, sən bizimləsən. Günahlarını günahsızların boynuna atırsan. (Günün nə günahı vardır ki?)”. Həsən ibni Məsud dedi: “İmamın sözlərini eşidən kimi özümə gəldim və səhvimi başa düşdüm”. Dedim: “Ağacan! Mən səhv etmişəm və Allahdan bağışlanma istəyirəm”. İmam (ə) buyurdu: Ey Həsən! Günlərin nə günahı vardır ki, siz nə zaman xatalarınıza və yanlış əməllərinizə görə cəzalanırsınız, günlərə qarşı bədbin olursunuz və günlər üçün pis sözlər deyirsiniz?”. Həsən dedi: “Ey Allahın Rəsulunun oğlu! Həmişəlik tövbə edirəm və bir daha rəftarlarımı günə nisbət verməyəcəyəm”. İmam (ə) buyurdu: “Ey Həsən! Yəqin ki, Allah Təala mükafat verəcək və əvəz verəcəkdir”.

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).

Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə). O Həzrət buyurmuşdur: -İnsanlar müxtəlif surətdədirlər və hər kəs öz surətində əməl edir. Allahımız hər bir insana iki surət verib. 1.Zahiri surət. 2.Batini surət. Zahiri surətin necəliyi və keyfiyyəti insandan asılı deyildir. Kimisə ağ, kimisə qara ,kimisə yaraşıqlı , kimisə yaraşıqsız kimisə hündür və kimisə qısa edən odur. Amma batini surətin necəliyi və keyfiyyəti bizdən asılıdır. İlk dünyaya gələn hər bir insanın batini surəti gözəl və pakdır. Lakin zaman keçdikcə batini surətimiz haldan hala düşür. Zahiri surətin keyfiyyətini təyin etmək asandır və göz qabağındadır. Lakin batini şəklimizin və surətimizin necəliyini necə bilək ??!! 9-cu İmamımız İmam Məhəmməd Təqi (ə) yuxarıdakı söz və ifadə baxımından qısa olan kəlməsində bu mühüm sualın cavabını verir. Batini surətin keyfiyyətini əməl təyin edir. Əməl ruhumuzun və batinimizin aynası və güzgüsüdür. Hərə öz surətində əməl edir. Söz insan düşüncəsinin məhsulu olduğu kimi, əməl də insanın batini surətinin məhsuludir. Söz insan beyninin qabiliyyətini və istedadını kəşf etdiyi kimi, əməl də insanın ruhunun hansı əndazədə olmasını kəşf edir. Söz insan ağlının və dərrakəsinin göstəricisi olduğu kimi, əməl də insanın batini surətinin keyfiyyət göstəricisidir. İlahi, surətimizi gözəlləşdir ! Əziz İmamın doğum günü bütün İslam dünyasına , məxsusən ana vətənimiz Azərbaycana mübarək olsun ! Bütün müsəlmanları bu gözəl gün münasibəti ilə təbrik edirəm. Seyyid Ağarəşid Boradigahlı. 18.04.2016.

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ

İmam Cavad (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bələdçi və bəşəriyyət simvollarından biridir. O həzrətin gözəl əxlaq və rəftarları ilə bağlı nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, insanlara yaxşılığı, düyaya rəğbətsizliyi, kəramət və səxavətliliyi ilə əlaqədar bir neçə nümunəni qeyd etməklə kifayətlənirik: 1. İnsanlara yaxşılığı: Əhməd ibn Zəkəriyya Seydəlani “Sicistan (Heratın cənubunda yerləşən və əhalisi şərafətli şiələrdən olan bir məntəqə) əhalisindən və Bəni-Hənifə qəbiləsinin bir nümayəndəsindən belə nəql edir: “Mötəsimin xilafətinin ilk vaxtlarında imam Cavadla (ə) həcc yoldaşı oldum. Süfrə başında yemək yeyərkən İmama (ə) dedim: “Sənə fəda olum, bizim valimiz siz Əhli-beyti (ə) sevənlərdəndir. Mənim də dövlətə vergi borcum var. Sənə fəda olum, əgər məsləhət bilirsənsə, ona bir məktub yazıb mənə yaxşılıq etməsini buyurardın.” İmam (ə) əvvəl üzr istədi, sonra valinin imamətə əqidəli olduğunu bildikdən sonra müsbət cavab verdi. Həzrət valiyə məktubunda “Bismillah”dan sonra belə yazdı: “Mənim bu məktubumu çatdıran sənin haqq məzhəbdə olduğunu dedi. Bu Əhli-beytin məzhəbidir. Əməllərindən yalnız etdiyin yaxşılıq sənə qalacaq. Elə isə qardaşlarına yaxşılıq et və bil ki, Allah-Taala zərrə və xardal dənəsi qədər kiçik əməllərinə görə səndən sorğu-sual edəcək.” Həmin şəxs vətəninə dönüb valiyə imam Cavadın (ə) ona məktub göndərdiyini bildirdi. Vali tez məktubu alıb öpdü. Məktubu oxuyandan sonra onun ehtiyacının nədən ibarət olduğunu soruşdu. Həmin şəxs ehtiyacını açıqladı. Vali dedi: “Mən nə qədər valiyəmsə, vergi vermə.” Sonra vali ona və ailəsinə hədiyyə və ehsan verilməsini əmr etdi. Həmin şəxs valinin rəhbərlik etdiyi müddətdə əsla vergi vermədi və vali də öz hədiyyə və ehsanlarını ondan əsirgəmirdi.” (“Biharül-ənvar”, c.12, səh.129.) 2. Dünyaya rəğbətsizliyi: İmam Cavad (ə) ömrünün baharında, elə gənc ikən dünyanın bütün zinətlərindən üz döndərmişdi. Şiələrdən İmama (ə) çatan şəri-dini vergilərdən və Qum şəhərində vəqflərin gəlirlərindən əlavə, Məmun tərəfindən də o həzrətə çoxlu miqdarda pul verilirdi. İmam (ə) pulları şəxsi işlərinə xərcləmir və yoxsullara paylayırdı. Hüseyn Məkari Bağdadda rəsmi dairələr və xalq tərəfindən imam Cavada (ə) böyük hörmət olunduğunu gördükdə, öz-özünə dedi: “İmam (ə) Bağdadda bu cür neməti qoyub vətəninə dönməz.” İmam (ə) onun qəlbindən keçənləri duyub buyurdu: “Ey Hüseyn, babam Rəsulullahın (s) türbəsində duz-çörək mənim üçün gördüyün halımdan çox xoşdur.” 3. Kəramət və səxavətliliyi: Səxavət imam Baqirin (ə) ən bariz xüsusiyyətlərindən biri idi. O həzrət həmişə yoxsullara və məhrumlara yaxşılıq edər, onları sevindirərdi. O həzrət yoxsullara etdiyi çoxlu yaxşılıq və ehsanlarına görə “Cavad” (səxavətli) ləqəbi ilə məşhurdur. Tarixçilər onun səxavəti barədə bir çox rəvayətlər nəql etmişlər. O cümlədən: 1. Nəql olunur ki, Ələvilərdən biri Mədinədə bir xidmətçi almaq istəyirdi, amma baha olduğu üçün imkanı çatmırdı. İmam Cavadın (ə) yanına gəlib vəziyyətindən şikayət edir. İmam (ə) sahibinin kim olduğunu soruşur. Sonra onun yanına gedib xidmətçini və onun işlədiyi bağı satın alır. Bundan xəbərsiz olan Ələvi yenidən xidmətçi ilə maraqlandıqda onun satıldığından agah olur. Ələvi müştərinin kim olduğunu soruşduqda, “bilmirik” cavabını eşidir. Tez imam Cavadın (ə) hüzuruna gedib uca səslə deyir: “Xidmətçi alınıb.” İmam (ə) gülümsəyərək buyurur: “Bilirsənmi, onu kim alıb?” Ələvi deyir: “Xeyr.” İmam (ə) Ələvi ilə birlikdə xidmətçinin işlədiyi bağa gəlir. İmam (ə) əmr edir ki, bağa daxil olsun. O, bağın sahibini tanımadığı üçün daxil olmaq istəmir. İmam (ə) isə israr edir. O, İmam (ə) ilə bağa daxil olur. Xidmətçini görəndə İmam (ə) ona buyurur: “Onu tanıyırsanmı?” Ələvi deyir: “Bəli.” İmam (ə) buyurur: “Xidmətçi, qəsr, bağ və bütün gəlirləri və qəsrdə olan bütün avadanlıqlar sənindir.” Ələvi sevincindən dərisinə sığmır və başa düşür ki, imam Cavad (ə) xidmətçini və digər şeyləri onun üçün alıb. 2. Əhməd ibn Hədid dostları ilə birlikdə həccə gedirdi. Yolda quldurlar hücum edib, onların pulları və digər əşyalarını qarət edirlər. Mədinəyə çatanda Əhməd imam Cavadın (ə) yanına gəlib başına gələn macəranı danışır. İmam (ə) ona paltar və karvandan qarət olunmuş miqdarda pul verir. O da pulları dostları arasında paylayır. Beləcə, imam Cavad (ə) ona və dostlarına lütf-mərhəmət göstərib, dəymiş ziyanlarını ödəyir. (“Əl-vafi bil-rafiyyat”, c.4, səh.105; “Biharül-ənvar”, c.12, səh.109.) Rza Şükürlü

İmam Muhəmməd Təqi (ə) 27.01.2025

İmam Məhəmməd Təqi(ə)nin şəhadət günü

İmam Təqi (ə.s.) hicrətin 195-ci ilində İmam Rza (ə) ilə Səbikə xanımın ailəsində dünyaya göz açıb. İmamın anası xanım Səbikə Peyğəmbərin (s) xanımı Mariyya Qibtiyyə ilə bir nəsildən olub və böyük mənəviyyat sahibi idi. İmam  Rzanın (ə) uzun illər övladı olmaması onun tərəfdarlarını imamət barədə tərəddüdə  salmışdı. İmamın 40-dan artıq yaşı olanda onun yeganə oğlu Məhəmməd anadan oldu. İmam Rza (ə) xəlifə Məmun tərəfindən zəhərləndiriləndə İmam Məhəmməd Cavadın (ə) 8 yaşı var idi. Həzrət Cavadın (ə) bu yaşda imam olması imamət tərəfdarlarını yenidən çaşqınlığa düçar etdi. Yalnız səhih rəvayətlər və İmam Cavadın (ə) sonsuz elm və hikməti bu şübhələri də aradan qaldırdı. İmam Cavad (ə) təqribən 25 yaşında ikən xəlifə tərəfindən məcburən Mədinədən Bağdada köçürülmüş və Mötəsimin göstərişi ilə zəhərləndirilmişdir.  Şəhid edilmiş İmam Muhəmməd Təqi (ə) babası İmam Museyi-Kazimin yanında Kazimeyndə (Bağdad yaxınlığı) dəfn edilib. 9-cu İmam Muhəmməd Cavad ət-Təqi (ə) və 10-cu İmam Əli Hadi  Əhli-beyt tarixinin ən ağır günlərində, Abbasi xəlifələrinin Peyğəmbər (ə) nəslinə qarşı zülmünün geniş vüsət tapdığı bir zamanda ümmətə başçılıq ediblər. Xilafət qəsb olunduğu gündən Peyğəmbər (s) xanədanı bu qədər çətinliklə üzləşməmiş, bu qədər təqibə məruz qalmamışdı. Eyni zamanda, onların 50 il imaməti müddətində xilafətə qarşı qiyamların sayı çoxalmışdı. Belə bir şəraitdə xəlifələrə müxalif Əhli-Beyt İmamlarının (ə) boynuna olduqca ağır vəzifə düşürdü. Mə᾽mun imam Rza əleyhissalamı zəhərləyəndən sonra çox çalışdı ki, camaatın içində imamın öz əcəlilə öldüyünü yaysın, lakin getdikcə hiyləsi aşkara çıxdı şiələr və ələvilər Mə᾽munun bu cinayətini başa düşdülər. Elə buna görə də hər tərəfdə Mə᾽munun əleyhinə üsyanlar baş qaldırdı. Mə᾽mun üsyanların qarşısını almaqdan ötrü imamın oğlunu Mədinədən Xorasana gətirdərək qızı Ümmü Fəzli o həzrətlə evləndirmək istəyirdi. Abbasilər bu işə mane olmağa cəhd etdilər. Lakin Mə᾽mun qəbul etməyib dedi: Siz onu tanımırsınız. Әgər tanısaydınız məndən Allahın ən yaxşı bəndəsi və xalqın ən biliklisini öz kürəkənim olaraq seçməyə mane olmazdınız. Siz onu imtahan edə bilərsiniz, əgər sualınızın cavabını verib sizi məhkum etsə, daha heç bir söz deməyib istəyinizdən vaz keçin, yox əgər cavabınızı verə bilməsə, mən sizin istəyinizi qəbul edib qızımı ona vermərəm. 1. Mə᾽mun bu evlilikdən siyasi bir hədəf güdürdü. Çünki, qızını imamın evinə göndərməklə o həzrəti nəzarət altına salmaq və gördüyü işlərdən xəbərdar olmaq istəyirdi. Tarixin yazdığına görə Mə᾽munun qızı bu öhdəliyini layiqincə yerinə yetirirmiş. 2. Bu izdivacla əlaqədar imamı əyləncə və kef məclislərinə də᾽vət etmək və beləliklə də xalqın gözündə onun dəyərini aradan aparmaq istəyirdi. Hətta imamın toyunda gözəl simalı kənizləri belə məcbur etmişdi ki, imamın qabağında oxuyub oynasınlar, lakin həzrət (ə) fəryad edib özündən uzaqlaşdırmışdı. İmam Cavad əleyhissəlamın dostlarından olan Hüseyn Məkkari deyir: “Bir gün Bağdadda İmam Cavad əleyhissəlamın hüzuruna gedib güzəranı ilə tanış oldum. Fikirləşdim ki, artıq İmam (ə) rifahlı həyata nail olduğu üçün daha o Həzrət doğma vətəni Mədinəyə qayıtmaz. O Həzrət bir anlığa başını aşağı saldı. Başını qaldırdıqdan sonra rəngi qəm-qüssədən saralmış halda mənə buyurdu: “Hüseyn, Peyğəmbər (s) şəhəri Mədinədə bir parça quru çörəklə duz yemək mənim üçün burada gördüyündən daha yaxşıdır 3. Mə᾽mun istəyirdi ki, qızının imamlıq məqamına çata biləcək bir oğlu olsun və beləliklə özü də bir iftixar sahibinə çevrilsin. Mə᾽mun qabaqkı rəhbərlərdən dünya hökumətini təşkil edəcək on ikinci imamın bu imamın nəslindən olacağını eşitmişdi. Lakin Mə᾽munun qızının övladı olmadı. İmam Cavad əleyhissalamın zamanında şərait çox pis olduğundan olduqca az tələbə yetişdirildi. Imamın görkəmli tələbələrindən bə᾽zisi bunlardır: 1. Әli ibni Məhziyar: O, imamın xüsusi dostlarından idi, pak və zahid bir kişi sayılır, Әhvazda yaşayırdı. Әhli-beyt əsərlərini ehtiva edən təqribən 30 kitab ondan yadigar qalmışdır. Məhziyar a elə bir yüksək məqama çatdı ki, imam onun haqqında belə yazdı: «Allahın adı ilə. Ey Әli! Allah sənə yaxşı bir mükafat verəcək, səni öz cənnətində yerləşdirəcək və iki aləmin ne᾽mətlərindən faydalandıracaqdır. Mən xeyirxahlıq və xidmətdə sənin kimi olan kimsəni görməmişəm». 2. Әbunəsr Bəzənti: O, Kufədən idi  və imamın xüsusi əshabından sayılırdı. Onun fiqhi və elmi məqamını bütün şiə alimləri qəbul edirdilər. Bu, imam Rzanın hüzuruna yetişən və imamın ona xüsusi hörmət bəslədiyi şəxsdir. 3. Zəkəriya ibni Adəm: Qum əhalisindən və imamın dəyərli əshablarından biri idi. Qəbri Qum şəhərindədir. O, imamın haqqında dua etdiyi və vəfalı dostu olaraq tanıtdığı şəxsdir. Әshabından birisi «mənim yolum uzaqdır, buna görə də din əhkamını sizdən soruşa bilmirəm» – dedikdə, imam (ə) buyurmuşdu: «Din və dünya işlərində mənim əminim olan Zəkəriya ibni Adəmlə məsləhət et». Hicrətin iki yüz on səkkizinci ilində  Mə᾽mun Misirdən qayıdarkən yolda xəstələndi və Rəqqa adlı məntəqədə dünyasını dəyişdi. Onun ölümündən sonra  qardaşı Mö᾽təsim onun yerində oturdu və imam Cavad (ə)-ı Mədinədən Bağdada gətirdi ki, o həzrəti yaxından nəzarət altında saxlaya bilsin.  O, İmam Cavad əleyhissəlamı öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (əleyhissəlam) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavad əleyhissəlamın verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur.” Qəlbində İmam Cavad əleyhissəlama qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmam əleyhissəlamı öldürmək fikrinə düşdü. Nəhayət  öz çirkin məqsədini həyata keçirib İmam Cavad əleyhissəlamı vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (əleyhissəlam) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.

İmam Muhəmməd Təqi (ə) 27.01.2025

Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?

Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman deyir: «Mən Bağdada getdim və ora çatanda camaatın qaçıb nəyəsə baxaraq dayandığını gördüm.» Soruşdum:«Nəolub?»Dedilər: «Rzanın oğludur.» Dedim:«Mən onu görməliyəm.»O dişi (və yaerkək)bir qatırın üstündə göründü. Öz-özümə dedim:«Allah Lənət etsin imamət etiqadı sahiblərinə ki,Allahın bu kişinin itaətini vacib etməsini deyirlər.» O mənə tərəf dönüb dedi:«EyQasim ibn Əbdürrəhman: «Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Onda biz haqq yoldan azmış və dəlilik etmiş olarıq.» (Qəmər surəsi /24) Mən öz-özümə dedim:«Vallah o cadugərdir.»Yenə mənə tərəf dönüb dedi:«məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?!Xeyr,o,yalançının,lovğanın biridir.» (Qəmər surəsi /25) Qasim deyir: «Mən qayıtdım vəimamətə etiqad bəslədim və şəhadət verdim ki,o Allahın yaratdıqlarına qarşı dəlil və höccətidir və ona etiqad bəslədim.» ( Kəşful-Ğummə, c.3, səh.153(

İmam Rza (ə) 27.01.2025

Səkkizinci imamət və vilayət günəşinin doğması

Səkkizinci imamət və vilayət günəşinin doğması Səkkisinci hidayət ulduzu dinin ən əsas sütunlarından, hikmət və yəqinin ən coşğun bulaqlarından hesab edilir və nübuvvət sirləri, risalət və imamət əmanətləri o həzrətin əzəmətli atası imam Kazimdən (ə) sonra ona intiqal edilmişdir. Həzrət Əliyyibni Musər-Rza (ə) pak və təqvalı, öz zəmanəsinin müxalif xəlifələrinin siyasi təzyiq və müxtəlif fitnə və planlarına baxmayaraq, ilahi maarif və hökmləri yaymağa çalışan və Əhli-beytn (ə) qəyərli mirasını sonrakı əsrlərin ağıl sahiblərinin ixtiyarında qoyan bir rəhbərin övladıdır. İmam Rzanın elmi məqam və şəxsiyyəti də dost və düşmənlər tərəfindən təsdiqlənmiş və təsdiqlənməkdədir. Bəzi saray alimləri və yollarını azmış siyasətçilər İslam mədəniyyətinə zərbə vurmaq ardınca olduqları zaman, o bədrlənmiş ay (imam Rza (ə)) ilahi təlimlərə əsasən, öz təqvalı ata-babalarının yolunu davam etdirərək dini meyarları inhiraf və azğınlıqdan xilas etmiş və cəmiyyətin fərdlərinin düşüncələrinin aydınlanması və Abbasi hakimlərinin həqiqi simasının insanlar tərəfindən tanınması, eyni zamanda, onların qeyri-şəri olması istiqamətində həddən artıq mühüm addımlar atmışdır. O həzrət dəyərli şagirdlərin yetişdirilməsi, camaata yol göstərmək, haqq hərəminin müdafiəsi və batil müqabilində müqavimət göstərməkdən bir an olsun belə, qafil olmamış və sonunda bu yolda da şəhadətə çatmışdı. İmam Raza (ə) imam Musa ibn Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əlinin (ə) övladıdır. Onun gözəl əxlaqlı anası Nəcmə xatundur və onun haqqıda aşağıda qısaca olaraq məlumat veririk: Nəcmə xatun Şimali Afrika və ya Cənubi Avropadan olan bir kəniz idi və Mədinətun-Nəbiyə (Mədinəyə) gətirilmişdi. Onu “Təktum Mərsiyyə” adlandırırdılar. Yaqut Həməvi Mərsini Sicil adalarının şəhərlərindən biri hesab edir. (1) Amma bəziləri onun Fransanın cənubunda yerləşən həmin Marsel şəhəri olduğunu söyləmişlər. (2) Əlbəttə, imam Musa ibn Cəfərin (ə) evində onu “Təktum” deyə səsləmirdilər və yeddinci imamın anası öz gəlinini “Tahirə” adlandırmışdı və onun ləqəbinin “Nəcmə”olduğunu bildirmişlər.”Həsəni” adı ilə tanınan Haşim deyir: “İmam Rza (ə) Xeyzaran adlı bir qadından dünyaya gəlmişdir.” Sonra sözlərinə belə əlavə edir: O qadın Nubiyadan (İndiki Afrikanın şimalında yerləşən Sudan şəhərindən) olan və adı “Ərvi”, ləqəbi isə “Şəqra” olan bir qadındır. (3) İmam Kazim (ə) onu məğrib (indiki Afrikanın şimalındakı Mərakeş) əhlindən olan bir kişidən alaraq  möhtərəm anası Həmidə Musfaha hədiyyə etmişdi. Həmidə Musfah ona malik olduğu zamandan etibarən, ona ehtiram əlaməti olaraq heç zaman yanında əyləşməmişdi. Həmidənin oğlu imam Kazimə (ə) bəyan etdiyi təəccüblü məsələlərdən biri də belədir: “Mən heç zaman onun nəsli və özünün pak olması barədə şəkk eləməmişəm və onu sənə bağışladım. Həqiqətən, mən yuxu aləmində Allahın Rəsulunu (s) gördüm ki, mənə xitab edərək buyurdu: “Ey Həmidə, Nəcməni oğlun Musaya bağışla ki, o, teliklə yer üzünün ən yaxşı insanını dünayaya gətirəcək.”” (4) İmamın dünyaya gəlməsi O həzrətin anasının adından belə nəql edilir: “O həzrətə hamilə olduğum zaman, əsla hamiləliyin ağırlığını özümdə hiss eləmədim və yuxuya getdiyim zaman, öz qarnımda Allaha təsbih və təmcid deməsini və “La ilahə illəllah” (Allahdan başqa, heç bir məbud yoxdur)! zikrini söyləməsini eşidirdim. Elə ki, yuxudan oyanırdım, daha həmin səsləri eşitmirdim. Onu dünyaya gətirdiyimdə, iki əlini yerə qoyaraq başını yuxarı qaldırdı və dodaqlarını tərpətdi, sanki nəsə deyirdi.” (5) Belə bir hadisənin oxşarı digər imamlar və bəzi peyğəmbərlərin dünyaya gəlməsi zamanı da nəql edilmişdir, o cümlədən, həzrət İsa (ə) dünyaya gəldiyi zaman, beşikdə olarkən camaatla danışmışdır və bu macəranın şərhi Quranda qeyd edilmişdir (6) Sonunda hicri 153-cü ilin Rəbiül-əvvəl ayının on biri, cümə axşamı günü,altıncı imamın şəhadətindən beş il keçdikdən sonra, Mədinə şəhərində imam Rza (ə) dünaya göz açdı. Əlbəttə, Şeyx Kuleyni bu sevinc bəxş edən doğulmanın hicri 148-ci ildə baş verdiyini qeyd eləmiş və bu xəbərin daha düzgün olduğunu bildirmişdir. (7) Şeyx Müfid də bu məsələ ilə müvafiqdir. (8) Əllamə Məclisinin “Biharul-ənvar” və Kəfəminin “Misbahul-munir” kitabında belə bir nəzəriyyəsi vardır, amma İbn Şəhr Aşub Mazandarani Sərvi birinc nəzəriyyəni qəbul edir və sözlərinə belə əlavə edir ki, onu Qiyas ibn Ümid Mədinə əhalisindən eşitmişdir. Beləliklə, imam Musa ibn Cəfərin (ə) otuz neçə övladı arasında ən böyük övladı olaraq imam Rza (ə) daha elmli, şərafətli, müqəddəs və zahid kimi Mədinə tarixini özünün mübarək vücudu ilə nur və sevincə qərq eləmişdi. (9) Səkkizinci imam Əli adlandırılmışdır. Əbu Omarə belə deyir: “Mən yeddinci imama “Özünüzdən sonrakı imamı bizə tanıtdırın.” deyə söylədiyim zaman, o həzrət ilahi bir əmr olan imamət mövzusu və onun Allah tərəfindən təyin olunması məsələsi barədə izah verdikdən sonra buyurdu: “Məndən sonra imamət adı həm birinci imam (Əli ibn Əbu Talib (ə)), həm də dördüncü imamla (Əli ibn Hüseyn (ə)) eyni olan oğlum Əliyə yetişəcəkdir.”” (10) Səkkizinci imama “Rza” ləqəbi verildi. (11) O həzrət üçün mötəbər mənbələrdə “Sabir”, “Fazil”, “Vəfiyy”, “Mürtəza” kimi ləqəblər də qeyd edilmişdir. (12) Lüğət kitablarında “Rza” sözünün “dost”, “məhəbbət bəsləyən”, “razılıq” və buna bənzər müxtəlif mənaları qələmə alınmışdır. Amma şiə alimləri bu ləqəbin Allahın razılığına razı olan və ya Allah və onun peyğəmbərinin (s) razı olduğu mənasında olduğunu söyləmişlər. Əllamə Məclisi “Cilaul-uyun” kitabında imam Rzanın (ə) avtobioqrafiyası ilə bağlı yuxarıda o həzrətin ad, ləqəb və künyələri haqda qeyd etdiklərimizdən əlavə, o həzrətə “Qurrətu əynil-muminin” və “Ğeyzul-mulhidin” də deyildiyini bildirmişdir.(13) Saysız-hesabsız fəzilətlər İmamların fəzilətləri barədə söhbət açıldıqda, əql heyrətdə qalır, dil tutulur və qələm yazmaqda acizləşir və hamı o tayı-bərabəri olmayan göy əhlinin fəzilətlərini bəyan etməkdə aciz olmasına etiraf edir və bizimlə birlikdə “Camiə” ziyarətinin bu ifadələrini zümzümə edir: بِاَبی اَنْتُمْ وَ اُمّی وَ نَفْسی وَ اَهْلی وَ مالی، مَنْ اَرادَ اللّه بَدَءَ بِکمْ، وَ مَنْ وَحَّدَهُ قَبِلَ عَنْکمْ، وَ مَنْ قَصَدَهُ تَوَجَّهَ بِکمْ، مَوالِی لا احصی ثنائکم… “Atam, anam, özüm, ailəm və mal-dövlətim sizə fəda olsun! Kim Allahı iradə elədisə (istəsə), sizdən başladı, kim Allahı yeganəliyi ilə tanıdısa, sizdən qəbul elədi və kim Allahı istədisə, sizə diqqət yetirmək sayəsində belə bir işə müvəffəq ola bildi. Ey mənim rəhbərlərim! Sizin kamal sifətlərinizi sayıb qurtara bilmərəm!…” İmamların fəzilət məqamlarının zirvəsi o qədər uca və əlçatmazdır ki, alim və elm əhli o məqamın dərkində aciz və qüdrətsiz, aləmin fəsahət və bəlağətliləri onun bəyanında söz tapmaz və laldırlar. Müəllif aşağıda imkan daxilində onlaran bəzisinə işarə edir: 1. ALİ-MƏHƏMMƏDİN (Ə) ALİMİ Səkkizinci imamın elmi o qədər aşkar və parlaq idi ki, ona Ali-Məhəmmədin (ə) alimi deyirdilər. Məhəmməd ibn İshaq atasından yeddinci imamın öz övladlarına belə buyurduğunu nəql edir: اخوکم علی بن موسی عالم آل محمد فاسالوه عن ادیانکم واحفظوا ما یقول لکم، فانی سمعت ابی جعفر بن محمد غیر مرة یقول لی: ان عالم آل محمد لفی صلبک، ولیتنی ادرکته فانه سمی امیر المؤمنین علی “Qardaşınız Əli ibn Musa Ali-Məhəmmədin (ə) alimidir. Öz dini məsələləriniz barədə ondan soruşun və onun söylədiklərini yadınızda saxlayın. Həqiqətən, atam Cəfər ibn Məhəmməddən (ə) dəfələrlə belə buyurduğunu eşitmişəm: ” Həqiqətən, Ali-Məhəmmədin (ə) alimi sənin sülbündədir, kaş ki, onu görə biləydim! Şübhəsiz, onun adı Əmirəl-möminin Əlinin (ə) adı kimidir.”” (15) İmam Rzanın (ə) elm və biliyi o qıdır seçilən idi ki, əhli-sünnənin təəssübkeş alimlərindn olan İbn Həcər Əsqəlani və Səmani o həzrəti mədh edərək belə demişlər: وکان الرضا من اهل العلم والفضل مع شرف النسب “İmam Rza (ə) elm və fəzilət əhli idi və onun nəsli şərafətli nəslə çatırdı.” (16) 2. BƏNDƏLİK NÜMUNƏSİ Elm və fəzilət baxımından məxluqatdan üstün olan imamƏliyyibni Musər-Rza (ə) Allaha bəndəçilikdə də hamıdan öndəidi, çünki mənəvi məqam və fəzilətlər  əldə etməyin rəmz və sirləri bu məsələdə gizlənmişdir.Hazırda o imamın ibadət nümunələrini xatırlatmaqla həzrətin əməli sünnəsini öz yolumuzun çırağı seçməyə çalışacağıq. A) QURANLA MUNİS OLMAQ İbrahim ibn Abbas deyir: وکان المأمون یمتحنه بالسوال عن کل شیئ فیجیب فیه وکان کلامه کله و جوابه و تمثله انتزاعات من القرآن وکان یختمه فی کل ثلاث ویقول: لو اردت ان اختمه فی اقرب من ثلاثة لختمت و لکنی ما مررت بآیة قط الا فکرت فیها و فی ای شی‏ء انزلت و فی ای وقت، فلذلک صرت اختم فی ثلاثة ایام “Məmun imam Rzanı (ə) yoxlamaq və imtahan etmək məqsədi ilə ona hər şey barəsində suallar verirdi və o həzrətin verdiyi cavablar və çəkdiyi misalların hamısı Qurandan götürülmüşdü. O həzrət hər üç gündə bir dəfə Quranı bir dəfə xətm edər və buyurardı: “Əgər istəsəm, üç gündən də az bir müddətdə quranı əvvəldən sona qədər oxuya bilərəm. Amma oxuduğum hər bir ayə üzərində düşünüb təfəkkür etdiyim və nə üçün və nəyin haqqında onun nazil olmasına diqqət yetirdiyim üçün bu məsələ Quranı üç gün ərzində xətm etməyimə səbəb olur.”” (17) B) UZUN-UZADI SƏCDƏLƏR İmam Rzanın (ə) kənizlərindən biri belə nəql edir: “Kufədən alınmış bir neçə kənizlə birlikdə Məmunun sarayına aparıldıq. Orada sanki cənnətə idik və yaxşı yemək və içməlilərdən istifadə edirdik. Daha sonra Məmun məni imam Rzaya (ə) bağışladı. İmamın evinə gəldiyim zaman, Məmunun sarayında sahib olduğum nemətlərin hamısı əlmindən çıxdı. Həmin gündən sonra hər gecə imam məni Abdullah ibn Abbasa bağışlayana qədər gecə namazı üçün oyanırdıq. Onun evinə gəldiyim zaman, sanki başqa bir cənnətə daxil oldum.” Ravi deyir: “Ondan səkkizinci imam barəsində soruşduqda, belə cavab verdi: کان اذا صلی الغداة – وکان یصلیها فی اول وقتها – ثم یسجد فلا یرفع راسه الی ان ترفع الشمس “İmam sübh namazını həmişə əvvəl vaxtda qılar və səcdəyə getdikdən sonra gün çıxana qədər başını səcdədən qaldırmazdı.”” (18) C) NAMAZLA ÜNSİYYƏT Əba Səlt deyir: “Sərəxsə, imam Rzanın (ə) zindana salındığı evə gedib qapıçıdan imamın yanına getmək üçün icazə istədim. Qapıçı mənə dedi ki, onun yanına gedə bilməzsən. Soruşdum ki, nə üçün onun yanına gedə bilmərəm? O dedi: «لانه ربما صلی فی یومه ولیلة الف رکعة وانما ینتقل من صلاته ساعة فی صدر النهار وقبل الزوال وعند اضطرار الشمس، فهو فی هذه الاوقات قاعد فی مصلاه ویناجی ربه؛ “Ona görə ki, imam gecə və gündüzdə min rükət namaz qılır və yalnız günün başlanğıcında bir saat və zöhrdən əvvəl bir saat və gün batana bir saat qalmış namaz qılır. O, bu vaxtlarda səcdə etdiyi yerdə əyləşərək öz Allahı ilə münacat edir.” Əba Səlt deyir: “Ondan bu vaxtlarda mənim üçün imamdan icazə almasını istədim və o da belə etdi və mən imamın yanına daxil olduqda, o həzrət təfəkkür etməkdə idi.”” (19) 3. TƏVAZÖKARLIQ İmam Rza (ə) sahib olduğu bütün bu məqam və fəzilətlərə baxmayaraq, camaatla tamamilə təvazökarlıqla rəftar edirdi və öz şərafətli ömrünün bir qismini vəliəhd olaraq keçirdiyi üçün, o həzrəti bu əməli üslub və sünnəsi şiələr, xüsusilə də, hökumət məmurları üçün bəyənilən bir nümunə idi. Bir gün imam hamamın içərisində bir kənarda əyləşmişdi. Br nəfər içəri daxil oldu və o həzrətə hörmətsizlik edərək dedi: “Mənim başıma su tök!” O həzrət də kamil bir təvazökarlıqla onun başına su tökdü. Gözlənilmədən imamı tanıyan şəxslərdən biri içəri daxil oldu və həmin kişinin üstünə qışqıraraq dedi: هلکت واهلکت، اتستخدم ابن بنت رسول الله صلی الله علیه و آله و امام المسلمین “Həlak oldun və həlak elədin (həmin cümlə “bu işin bizim də həlak olmağımıza səbəb olacağı”na dair bir kinayədir)! Sən Allah Rəsulunun (s) qızının övladını və müsəlmanların imamını özünə xidmətçi götürmüsən?!” İmamı yenicə tanıyan şəxs özünü imamın ayaqlarına atıb o həzrətin ayaqlarından öpdü və dedi: “Nə üçün sizə belə dediyim zaman, nə üçün sözlərimə qulaq asdınız?” İmam buyurdu: انها مثوبة ومااردت ان اعصیک فیما اثاب علیه “Bu əməlin savabı var və mənə savab veriləcək əməli tərk etmək istəmədim.” (20) 4. KƏRİMLİK EDİLƏN BƏXŞİŞ VƏ EHSANLAR Yəqub ibn İshaq Novbəxti deyir: “”Günlərin biriƏli ibn Musanın (ə) yanına bir şəxs gəldi və dedi: اعطنی علی قدر مروتک “Mənə öz mərdanəliyinə layiq olan qədər bəxşiş ver!” İmam buyurdu: لایسعنی ذلک “Bu qədərini verə bilmərəm.” Həmin şəxs dedi: علی قدر مروتی “Onda mənə mənə layiq olan qədər ver!” İmam buyurdu: “Bu qədərini qəbul edirəm. Sonra qulamına həmin şəxsə iki yüz dinar verməsinə göstəriş verdi.” (21) Həmçinin, Yəsə ibn Həmzə nəql edir: “Bi şəxs Əli ibn Musər-Rzanın (ə) yanına gəldi və dedi: “Salam olsun sizə, ey Allah Rəsulunun (s) övladı! Mən sizə və ata-babalarınıza məhəbbət bəsləyənlərdənəm. Həcc səfərindən gəlirəm. Pulum və ehtiyatım məni vətənə çatdıra bilməyəcək qədər azdır Əgər məsləhət bilirsinizsə, mənə yardım edin ki, öz vətənim və şəhərimə qayıdım. Allah mənə o qədər nemət və imkan vermişdir ki, əgər qayıtsam, mənə bəxş etdiyiniz qədər sizin adınızdan sədəqə verərəm və mənə sədəqə verməyinizə ehtiyac yoxdur.” Bu zaman imam evə daxil oldu və bir müddətdən sonra qayıtdı və əllərini özü görsənməyəcək şəkildə qapıdan çölə uzatdı və buyurdu: “Bu iki yüz dinarı götür və ondan istifadə elə və mənim tərəfimdən onu sədəqə verməyinə ehtiyac yoxdur, gedə bilərsən, nə mən səni görürən, nə də sən məni görürsən.” Həmin macəradan sonra həzrət evdən çölə çıxdı və o həzrətdən soruşdular ki, nə üçün ona bu şəkildə kömək etdiniz (öz simanızı ondan gizlədiniz)? O həzrət buyurdu: مخافة ان اری ذل السؤال فی وجهه لقضاء حاجته . اما سمعت‏حدیث رسول الله (صلی الله علیه و آله) المستتر بالحسنة تعدل سبعین حجة والمذیع بالسیئة مخذول والمستتر بها مغفور “Onun simasında ehtiyacını aradan qaldırmaqla bağlı kömək istəmək xarlığını görmək qorxusundan belə etdim. Peyğəmbərdən (s) belə buyurduğunu eşitməmisinizmi: “Kim gizlində yaxşı bir iş görsə, ona yetmiş həccin savabı verilər və kim aşkarda günah eləsə, xar və zəlil olar və ki öz günahlarını digərlərindən gizləsə, bağışlanar.”” (22) İmam Rza (ə) ilə müasir olan xəlifələr O həzrətin imamət müddəti iyirmi il olmuşdur və onun on ili Harun Ər-Rəşidin və beş ili Məhəmməd Əmin və sonuncu beş ili də Abdullah Məmunun xilafət illərinə təsadüf edir. İmam Məmunun xilafətinin başlanğıcına qədər öz doğulduğu şəhərində, Mədinədə məskunlaşmışdı, amma Məmun hakimiyyətə gəldikdən sonra, Məmun onu Xorasan şəhəriə dəvət elədi və sonunda hicri 203-cü ildə (55 yaşında) şəhadətə çatdırıldı və həmin yerdə də dəfn edildi. (23) İmam Rza (ə) Harunun zamanında Hicri 183-cü ildə yeddinci imam Musa ibn Cəfər (ə) Bağdad zindanında Harunun göstərişi ilə zəhərlənib şəhadətə çatdıqdan sonra, səkkizinci imamın on illik imaməti Harunun dövründə başa vuruldu. Harunun istibdad və zülm və öz mənfəətlərini güdməsi və qarışıqlıq əsri olan bu dövrü imam Rzanın (ə) nisbi azadlıq və mədəni və elmi sahədə o həzrətin fəaliyyət dövrü hesab etmək olar. Ona görə ki, bu dövrdə Harun imam Rzaya (ə) maeçilik törətmir və o həzrət də azad şəkildə fəaliyyət göstərirdi. Həmin səbəbdən, imamın tərbiyə edib yetişdirdi şagirdlər, elm və İslam maarifi və Quran həqiqətlərinin İslam sahəsində təlim və yayılması bir qayda olaraq bu dövrdə həyata keçmişdi. Bəlkə də, bunun ən mühüm səbəbi Harun tərəfindən təzyiqlərin azaldılması və onun imam Musa ibn Cəfərin (ə) qətlindən narahat olması idi, çünki Harun bu məsələni gizlətməyə həddən artıq çox çalışmasına baxmayaraq, sonunda məsələnin üstü açıldı və camaatın nifrət və əzab-əziyətinə səbəb oldu. Harun çalışırdı ki, bu cinayətdən özünə bəraət qazansın. Bu məsələnin şahidi Harunun zalım məmurlarının əlindən o həzrətin cənazəsini alan və ehtiramla dəfn edən öz əmisi Süleyman ibn Əbi Cəfərə belə bir xəbər göndərməsidir:”Allah Sindi ibn Şahəkə lənət eləsin, o, bu işi mənim icazəm olmadan yerinə yetirib.” (24) Bu məsələni təsdiqləyən digər məsələ Harunun Yəhya ibn Bərməkinin Əli ibn Musa (ə) barəsindəki cavabında söylədikləridir. Əvvəllər də imam Kazim (ə) barəsində nalayiq sözlər deyən Yəhya ibn Bərməki Haruna dedi: “Musa ibn Cəfərdən (ə) sonra, indi onun oğlu onun yerində oturub və imamət iddiası edir.” Yəni, onun məqsədi bu idi ki, elə indidən Əli ibn Musanı (ə) xəlifənin məmurların nəzarəti altında saxlamaq lazımdır. İndiyə qədər Musa ibn Cəfərin (ə) qətlini unutmayan və onun nəticələrindən narahat olan Harun isə cavabında dedi: “Onun atası ilə etdiklərim kifayət deyilmi? İstəyirsən əlimə qılınc alıb ələvilərin hamısını qırım?!” (25) Harunun qəzəblənməsi saray camaatını sakitləşdirdi və bundan sonra kimsə o həzrət barədə bir söz danışmağa cürət eləmədi. İmam Rzanın (ə) Əmin zamanında nisbi azadlığı Əminin hakimiyyəti və Harunun ölümü ilə Məmunun hakimiyyəti arasındakı fasilə illərində imamla Abbasi hökumətinin məmurlarıarasında hansısa bir rəftar nəzərə çarpmır. Məlum məsələdir ki, Abbasi xilafət aparatı daxili ixtilaflar və Əminlə Məmunun çəkişmələri və Məmunun vəliəhdlikdən uzaqlaşdırılaraq onun Əminin oğlu Musaya verilməsindən ibarət olan bu qısa müddətli illərdə, ələvilər üçün ümumən və imam Rza (ə) üçün də xüsusən hansısa bir tədbir tökməyə imkan və fürsət qoymamışdı. Biz bu illəri (hicri 193-198-ci illər) imam Rza (ə) üçün nisbi azadlıq və o həzrətin mədəni sahədəki fəaliyyətləri üçün münasib fürsətin yaranması dövrü adlandıra bilərik. (26) İmam Rza (ə) Məmunun dövründə Məmunun hakimiyyətə gəlməsi ilə imamın (ə) həyat kitabı dəyişildi və yeni bir səhifə açıldı. İmam Əliyyibni Musər-Rza (ə) bu yeni bir səhifədə uzun illəri həddən artıq qəm-kədər və narahatçılıqlarla keçirdi. İstər qəsbkar Əməvi xəlifələri olsun, istərsə də, Abbasi xələifələri ən çox qorxu və vəhşəti camaatın, ya da camaatın əksər bir qupunun xilafətin onların aşkar haqqı olduğunu bildiyi və bundan əlavə, hər bir fəziləti onların vücundunda gördüyü bu kəslərdən – həzrət Əli (ə) xanədanından – hiss edir və ondan nigaran idilər. Həmin səbəbdən, həzrət Əlinin (ə) böyük şəxsiyyətli övladları dövrün xəlifələri tərəfindən əziyyət və işkəncəyə məruz qalır və sonunda da onların əli ilə şəhadətə çatdırılırdı. Amma Məmun adətən, şiəliyə maraq göstərir və onun xilafət aparatındakı məmurlar da əksərən iranlılardan ibarət olduqlarından, onlar Ali-Əliyə (ə) və şiə imamlarına nisbətdə xüsusi məhəbbət və marağa malik idilər. Bu səbəbdən, Məmun öz atası Harun və babası Mənsur kimi imamı zindana saldıra və ona əzab-əziyyət və işkəncə edə bilmirdi. Beləliklə, o, yeni bir metoda əl atdı ki, o qədər də bənzərsiz deyildi və keçmiş xəlifələr dövründə də təcrübədən keçirilmişdi. Bununla yanaşı, həmin metod bir qədər xoşagəln və əziyyət edilməyən metod idi. Həmin səbəbdən, özündən sonrakı xəlifələr də bu metodu özləri üçün əsas metod olaraq seçdilər. Məmun imamı Mərvə öz hökumətinin mərkəzinə gətirmək və o həzrətlə dostluq münasibətləri yaratmaq və onun elmi və ictimai mövqeyindən istifadə edərək həzrətin bütün işlərinə kamil şəkildə nəzarət etmək qərarına gəldi. Məmunun imamı Xorasana dəvət etməsi Məmun əvvəlcə imamı ehtiramla Ali-Əli (ə) xanədanının böyükləri ilə xilafətin paytaxtına gəlməyə dəvət etdi. İmam Məmuun dəvətini qəbul etməkdən imtina eləsə də, digər tərəfdən Məmun o həzrətə çoxlu təkid və israrlar edirdi. Onlar arasında çoxlu sayda yazışma və məktublaşmalar həyata keçdi  və sonunda imam Ali-Əli (ə) xanədanının bir sıra böyük şəxsiyyətləri ilə Mərvə tərəf hərəkət etdi. (27) Məmun imamın karvanını müşayiət etmək və imamı gətirməklə vəzifələndirilmiş Culudiyə və ya başqa bir nəqlə əsasən, Rəca ibn Əbi Zəhhaka tapşırmışdı ki, karvandakılar və xüsusən də, imam Rzaya (ə) ehtiram etməkdə qüsura yol verməsin. Amma imam bu səfərdən camaatı agah etmək üçün onlara öz narazılığını bildimişdi. Mədinədən hərəkət etmək istədiyi gün öz xanədanını bir yerə topladı və onlardan ona ağlamalarını istədi və belə buyurdu: “Mən bundan sonra ailəmin yanına qayıtmayacağam.” (28) Daha sonra Peyğəmbər (s) məscidinə daxil oldu ki, o həzrətlə vidalaşsın. O həzrət bir neçə dəfə vidalaşdı və bir daha Peyğəmbərin (s) qəbrinə yaxınlaşaraq uca səslə ağlamağa başladı. Muxəvvəl Sistani nəql edir:”Bu halda imamın yanına daxil oldum və salam verdim və o həzrətə xeyirli səfər arzuladım. İmam buyurdu: “Ey Muxəvvəl! Mənə yaxşı nəzər sal, mən cəddimin yanından uzaqlaşacam və qürbətdə can verəcəm və Harunun kənarında dəfn ediləcəm.”” (29) İmamın Mədinədən Mərvə hərəkəti Məmunun göstərişinə əsasən, Bəsrə və Əhvaz və Fars yolundan idi. Bəlkə də, bu məsələ şiələrin toplaşmış olduğu yerlərdən – Cəbəldən (İranın qərbindəki dağlıq ərzilərdən Həmədan və Qəzvinə qədərki məntəqə) və Kufə, Kirmanşah və Qumdan keçməmək səbəbi ilə idi. (30) Paytaxda daxil olmaq İmamın karvanı Şəvval ayının onunda Mərvə yetişdi. Şəhərə bir neçə fərsəng (məsafə vahidi) qalmış şəxsən Məmun, Fəzl ibn Səhl və Abbasilərin böyük şəxsiyyətləri, vəzir və əyan-əşrafı imamı qarşılamaq üşün o həzrətin yanına gəldilər. İmam böyük bir ehtiramla şəhərə daxil oldu və Məmunun göstərişi ilə imamın məskunlaşması və rifahı üçün hər cür şərait o həzrətin ixtiyarında qoyuldu. İmamın istirahəti və yorğunluğunu aradan aldırılması üçün bir neçə gün keçdikdən sonra, Məmunla o həzrət arasında müzakirələr başlandı və Məmun xilafəti tamamilə o həzrətin ixtiyarında qoymağı təklif elədi. İmam bu təklifi qəbul etməkdən ciddi şəkildə imtina elədi. Fəzl ibn Səhl dedi: “Həmin gündəki kimi xilafətin bu qədər dəyərsiz və xar bir şey olduğunu görməmişdim. Məmun xilafəti Əli ibn Musanın (ə) ixtiyarında qoydu, amma o həzrət onu qəbul etmədi.” (31) Bəlkə də, əvvəlcədən imamın xilafəti qəbul etməyəcəyini ehtimal edən Məmun dedi: “İndi ki, belədir, onda vəliəhdliyi qəbul edin.” İmam buyurdu: “Məni bu işdən üzürlü hesab elə.” Məmun imamın üzrünü qəbul etmədi və imama sərt və qəzəblə elə bir cümlə dedi ki, o həzrəti təhdid etmək kimi idi. O, belə dedi: “Ömər ibn Xəttab dünyadan gedəcəyi zaman, altı nəfərin arasında şura təyin elədi və onlardan biri Əmirəl-möminin Əli (ə) idi və belə tövsiyə elədi ki, kim müxalifətçilik eləsə, onun boynunu vursunlar…Siz də mənim təklifimi qəbul etməlisiniz, çünki mən də bundan başqa, digər bir çarənin olduğunu bilmirəm.” (32) O, bundan da daha aşkar və aydın şəkildə imamı təhdid elədi və dedi: “Daima mənim istəyimi əleyhinə çıxır və özünüzü mənim qüdrətimdən amanda hesab edirsiniz. Allaha and olsun, əgər vəliəhdliyk təklifini qəbul etməsəniz, sizi buna məcbur edəcəyəm, əgər yenə də qəbul etməsəniz, sizi öldürəcəyəm!” (33) İmam məcbur olaraq Məmunun təklifini qəbul etdi və belə dedi: “Mən bu şərtlə xülafəti qəbul edirəm ki, hökumət və ölkənin işlərindən heç birinə dəxalət etməyim, hakim və ya qazilərin təyin edilməsi və ya vəzifədən azad edilməsi, yaxud fətva verilməsi il bağlı heç bir hökm verməyim.” (34) Ramazan ayının yeddisi bazar ertəsi günü Məmunun xətti ilə vəliəhdlik məsələsi yazıldı və həmin kağızın arxasına Əliyyibni Musər-Rza (ə) öz şərtlərini həddən artıq çox işarə və eyhamlarla yazdıqdan sonra elan etdi və xatırlatdı ki, bu iş həyata keçməyəcək. Daha sonra həmin yazının kənarında ölkənin böyükləri və qoşun başçılarından Yəhya ibn Əksəm, Abdullah ibn Tahir, Fəzl ibn Səhl bu əhdnaməyə şahid olduqlarını bildirdilər. Daha sonra Ramazan ayının onunda əzəmətli şəkildə olan bir beyət mərasimi tşkil olundu və imam vəliəhdlik taxtına əyləşdi. Xəlifənin göstərişi ilə beyət etmək üçün əlini imam Rzaya (ə) uzadan ilk şəxs Məmunun oğlu Abdullah oldu. Ondan sonra baş vəzir Fəzl ibn Səhl, sarayın müftisi Yəhya ibn Əksəm, qoşun başçısı Abdullah ibn Tahir və daha sonra Bəni-Abbasdan olan əyan-əşraflar o həzrətlə beyət etdilər. (35) Təbii olaraq, səkkizinci imamın vəliəhdlik məsələsi şiələr və o həzrətin dostları üçün şadlıq və sevincə səbəb oldu, amma o həzrətin özü bu məsələdən qəmgin və pərişan idi və həddən artıq xoşhal olan bir şəxsi gördüyü zaman, onu öz yanına çağırdı və buyudu: “Bu işə bel bağlama və sevinmə, çünki davamı yoxdur.” (36) İmam Rzanın (ə) şəhadəti O həzrətin şəhadəti barədə təqribən, bütün şiə alimləri və əhli-sünnə alimlərinin çoxu imamın zəhərləndirilərək şəhadətə çatması məsələsinə etiqadlıdırlar. O həzrətin şəhadətə Çatdiranin kimliyi barədə müxtəlif nəzəriyyələr vardır və onları diqqətinizə çatdıracağıq Məşhur nəql budur ki, o həzrət Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənərək şəhadətə çatmışdır. Bəzi əhli-sünnə alimləri Məmunun imam Rzanı (ə) zəhərləmədiyi etiqadına malikdirlər. Özlərinin bu sözlərinə dəlillər də gətirmişlər. O cümlədən, onların dəlillərindən biri Məmunun öz qızını imam Cavada (ə) verməsi məsələsidir. Həmçinin, Məmun imam Rzanın (ə) üstünlüyünə alimlərin hüzurunda etiraf edirdi. İmam Rzanın (ə) vəfatından sonra həddən artıq qəmgin və narahat idi…Bəhsimizin davamında bildirəcəyik ki, bu dəlillərdən heç birinə istinad etmək olmaz. Əhli-sünnə alimlərindən bir qrupu imamın zəhərləndirilməsi və bu cinayətin (Məmundan başqa,) digər Abbasilər tərəfindən törədilməsi inancına malikdir. Misal olaraq İbn Covzi deyir: Abbasilər xialfətin onların əlindən çıxdığını və vəliəhd və ələvilərin əlinə keçdiyini  gördükləri zaman, imam Rzanı (ə) zəhərlədilər. (37) Bu nəql o qədər də düzgün nəzərə çarpmır, ona görə ki, tarixçilərin əksəriyyəti və ravilər başqasının deyil, məhz Məmunun o həzrətə zəhər verməsi məsələsi baərədə fikir birliyinə malikdirlər. (38) Bundan əlavə, Məmunun özünün də bu məsələdə hədəf və marağının olmasına iaşrə edəcəyik. İmam Rzadan (ə) nəql edilən bir rəvayətdə o həzrət öz şəhadəti barədə öncədən xəbər vermiş və həmin cinayəti törədənin Məmun olacağını vurğulamışdır. İmam Rza (ə) Hərsəmə ibn Əyuna buyurur: “Mənim ölümüm yaxınlaşıb. Bu zalım (Məmun) məni zəhərləmək qərarına gəlib…” (39) Şəhid Mütəhhəri deyir: “Şahidlər imam Rzanın (ə) zəhərləndiyini nişan verir və onun əsas səbəblərindən biri də Bağdadda Bəni-Abbasın Məmumun əleyhinə baş verən qiyamı idi. O, imam Rza (ə) Xorasandan Bağdada hərəkət etdiyi zaman həzrəti zəhərləmişdi və ona daim Bağdadd barədə məlumat verilirdi. Məmun gördü ki, imam Rzanı (ə) vəliəhdlikdən azad edə bilmir və bu vəziyyətlə ora (Bağdad) getsə, iş həddən artıq çətinləşəcək. Həmin səbəbdən, ora getmək zəminəsini yaratmaq və Bəni-Abbasa məsələnin bitdiyini söyləmək üçün imam Rzanı (ə) zəhərlədi. Söylənilən və qəbul edilən, eyni zamanda, tarixlə də uyğunluq təşkil edən əsas səbəb bu olmuşdur.” (40) Təbəri yazır: “Məmun Bəni-Abbasa Bağdadda bir məktub yazdı və onlara Əliyyibni Musanın (ə) ölüm xəbərini onlara elan elədi və onlardan ona itaət etməsini tələb elədi. Belə ki, onların Məmunla düşmənçiliyi Əliyyibni Musər-Rza (ə) ilə beyətdən başqa bir şeyə görə olmamışdı.” (41) İmam Rzanın (ə) qətlə yetirilməsi barədə tarixçilərin qeyd etdikləri mühüm məsələlərdən biri də Məmunun o həzrətə qarşı qəlbində kininin yaranması idi. Təbərsi belə yazır: “Məmunun imam Rzanı (ə) şəhadətə çatdırmasının ən əsas səbəblərindən biri də o həzrətin qorxub çəkinmədən Məmunun qarşısında haqqı elan etməsi idi. Əksər hallarda Məmuna qarşı çıxırdı ki, bu da onun əsəbləşməsi və qəlbində kinin yaranmasına səbəb olurdu…” (42) Bəyan etdiyimiz kimi, şiə rəvayətləri baxımından, Məmunun o həzrəti zəhərləməsi barədə heç bir şəkk-şübhə yoxdur. (43) Amma  bu məsələnin keyfiyyəti haqda bir neçə rəvayət mövcuddur və onlara işarə edəcəyik. Şeyx Müfid Abdullah ibn Buşeyrdən belə bir rəvayət nəql etmişdir: “Məmun mənə göstəriş verdi ki, öz dırnaqlarımı uzadım. Sonra mənə hind xurmasına oxşayan bir şey verib mənə dedi: “Bunları hər iki əllərinə sürt…” Daha sonra imam Rzanın (ə) yanına getdi və göstəriş verdi ki, bizim üçün nar gətir.. Mən bir neçə nar gətirdim və Məmun dedi: “Öz əllərinlə onları sıx!” Mən narı sıxdıqdan sonra,onun suyunu Məmun öz əlləri ilə imama içirtdi və həmin məsələ o həzrətin ölümünə səbəb oldu və nar suyunu içdikdən sonra, o həzrət iki gündən artıq yaşamadı.” (44) Digər bir rəvayəti Şeyx Müfid Məhəmməd ibn Cəhmdən nəql edir: ” İmam Rza (ə) üzümü sevirdi. O həzrətə bir qədər üçüm gətirdilər. Onun dənlərinə bir neçə gün müddətində zəhərli iynə batırdılar. Daha sonra zəhərli iynələri çəkdilərvə o həzrətin yanına apardılar…. O həzrət həmin zəhərli üzümlərdən yedi və bu, onun şəhadətinə səbəb oldu.” (45) Əba Səlt Hərvi deyir: “Mən imam Rzanın (ə) xidmətində idim. Mənə belə buyurdu: “Ey Əba Səlt! Mən sabah bu günahkar şəxsin yanına gedəcəm. Onun yanından xaric olduğum zaman, əgər başımı əba ilə örtmüş olsam, onda mənimlə danışma və bil ki, məni zəhərləmişdir.” Sabah sübh imam öz mehrabında oturub gözləməkdə idi. Bir müddət sonra Məmun öz qulamını göndərdi ki, gəlib imamı Məmunun yanına aparsın. İmam Məmunun məclisinə getdi və mən də o həzrətin ardınca yollandım. Onun qarşısında xurmaya oxşar meyvələr və digər meyvə növləri vardı.  Məmunun özü əlində bir dənə üzüm salxımı saxlamışdı və onlardan bir qədərini yemiş və bir qədəri qalmışdı. İmamı görən kimi, yerindən qalxdı və o həzrəti qucaqladı, həzrətin alnından öpdü və öz yanında oturtdu. Sonra əlindəki üzümdən imama da təklif edərək dedi: “Mən bu üzümdən daha yaxşısını görməmişəm.” İmam buyurdu: “Cənnət üzümləri nə qədər də gözəldir!” Məmun dedi: “Bu üzümlərdən yeyin.” İmam buyurdu: “Məni üzürlü say!” Məmun dedi: “Heç bir çarəsi yoxdur, yoxsa, bizi ittiham etmək istəyirsiniz?, Xeyr, hökmən yeyin!” Sonra özü üzüm gilələrindən götürüb yedi və onu imama verdi. İmam üç üzüm dənə si yedi və yerdə qalanlarını yerə tullayıb dərhal ayağa qalxdı. Məmun soruşdu: “Hara gedirsiniz?” İmam buyurdu: ” Məni göndərdiyin yerə gedirəm.” Daha sonra əbasını başına atdı və evə getdi və mənə buyurdu: “Qapını bağla!” Sonra yatağa düşdü. Mən evin ortasında kədərli halda ayaq üstə dayanmışdım ki, birdən həddən artıq gözəl bir cavanın mənim qarşımda dayandığını gördüm. O, imam Rzaya (ə) ən çox oxşayan kəs idi. Qabaga gedib dedim: “Qapılar bağlı olduğu halda, siz içəri haradan daxil oldunuz?” Buyurdu: “Məni Mədinədən buraya gətirən kəs məni qapısı bağlı evə daxil elədi.” Soruşdum: “Siz kimsiniz?” Buyrdu: “Mən sənə Allahın höccətiyəm, ey Əba Səlt! Mən Məhəmməd ibn Əliyul-Cavadam.” Sonra atasınıa tərəf getdi və mənə buyurdu ki, sən də içəri daxil ol! İmam Rzanın (ə) mübarək gözləri oğluna sataşdıqda, onu qucağına tərəf çəkdi və alnından öpdü. İmam Cavad (ə) özünü imam Rzanın (ə) üstünə atdı və onu öpdü. Sonra yavaşca danışmağa başladılar ki, mən heç bir şey eşitmədim. O həzrətlə oğlu arasında həzrətin ruhu mələkut aləminə pərvaz edənə qədər sirli bir danışıq oldu. İmam Rzanın (ə) cənazəsinə imam Cavadın (ə) qüsl verməsi İmam Cavad (ə) buyurdu: “Ey Əba Səlt, içəri gedib oradakı taxtın içindən su və qüsl üçün lazım olan əşyaları gətir.” Mən dedim: “Orada belə bir əşya yoxdur.” Buyurdu: “Nə deyirəmsə, onu elə!” Mən xəzanənin (anbarın) içinə daxil oldum və gördüm ki, bəli, hərşey var. Mən onların hamısını gətirdim və imamın qüslündə kömək etmək üçün qollarımı çırmaladım. İmam Cavad (ə) buyurdu: “Ey Əba Səlt! Kənara çəkil! Mənə kömək edənlər səndən başqalarıdır!” Sonra sevimli atasına qüsl verdi və buyurdu: “Xəzanənin içində bir zənbil və onun da içində kəfən və hənut var. Onları gətir.” Mən getdim və indiyə qədər görmədiyim zənbilin içindən kəfən, kafur və hənutu gətirdim.İmam Cavad (ə) atasını kəfənlədi və ona namaz qıldıqdan sonra yenə də buyurdu: “Tabutu gətir.” Mən soruşdum: “Dülgərdən gedim alım?” Buyurdu: “Xəzanədə tabut var.” Daxil olduqda, gördüm orada tabut var. Onu gətirdim. İmam Cavad (ə) atasını tabuta qoydu və daha sonra namaza dayandı. Məmun qulamları ilə birlikdə ağlar və yaxasını cırdığı halda imamın hücrəsinə daxil oldu. Əlini başına vurduğu halda, imam rzanın (ə) mübarək başı tərəfində oturdu və imam Rzanın (ə) dəfn edilməsinə göstəriş verdi. İmam Rzanın (ə) mənə söylədiyi şeylərin hamısı həyata geçdi. (46) İmam Rzanın (ə) şəhadətindən sonra şiələr o həzrətin mübarək bədənini torpağa tapşırdılar və onun dəfnində camaatın izdihamı o qədər çox idi ki, həmin zamanda onun tayı-bərabəri görünməmişdi. Camaatın bütün təbəqələri imamın dəfnində iştirak edirdi. (47) İmam rza (ə) hicri-qəməri 203-cü ildə tus şəhərində dəfn edilmişdir. İstifadə edilən mənbələr 1. Yaqut Həmuvi, “Mucəmul-buldan”, Mərsi sözünün altındakı izahlar. 2. Cavad Fazil, Doqquzuncu məsum, səh. 62. 3. “Həsəni” kimi məşhur olan Hişam, “Əl-Əimmətu isna əşərə”, c.2, səh. 359. 4. Əli ibn İsa İrbili, “Kəşful-ğummə fi mərifətil-əimmə”, Fəxrəddin Əi ibn Həsən Zəvvarinin “Əl-Mənaqib” adı ilə tərcüməsi, c.3, səh. 131. 5. “Uyuni-əxbarir-Rza”, c.1, səh. 14, “Məxəze qəbl”, səh. 459. 6. “Məryəm” surəsi, ayə 30. 7. “Üsuli-kafi”, c.6, səh. 238. 8. İbn Şəhr Aşub, “Mənaqib”, c.4, səh. 360. 9. “Üsuli-kafi”, c.5, səh. 288. 10. “Üsuli-kafi”, c.1, səh. 316; “Elamul-vəra”, səh. 305. 11. İbn xəraz Qumi, “Kifayətul-əsər”, səh. 306; Əllamə Müqərrim, “Əl-İmamur-Rza”, səh. 26. 12. İbn Şəhr Aşub, “Mənaqib”, c.4, səh. 366. 13. Əllamə Məclisi, “Cəlalul-uyun”, səh. 542. 14. “Məfatihul-cinan”, “Camiə” ziyarəti. 15. Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 100; İrbili, “Kəşful-ğummə”, “Məktəbətu Bəni-Haşim” nəşriyyatı, c.3, səh. 107. 16. (Əhli-sünnə alimi) İbn Həcər Əsqəlani, “”Təhzibut-təhzib, Darul-kutubil-elmiyyə nəşriyyatı, c.7, səh. 328; (Əhli-sünnə alimi) Səmani, “Əl-İnsab”, c.3, səh. 74. 17. Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 90. 18. Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 89-90. 19. Şeyx Səduq, “Uyuni-əxbarir-Rza”, c.2, səh. 183-184; Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 91. 20. Əs-Səfdiyy, “Əl-Vafi bil-vəfiyyat”, c.22, səh. 251. 21. İbn Şəhr Aşub, “Mənaqibu Ali-ƏbiTalib”, c.3, səh. 470. 22. İbn Şəhr Aşub, “Mənaqibu Ali-ƏbiTalib”, c.3, səh. 470. 23. Kuleyni, “Əl-Usulu minəl-kafi”, səh. 486; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 304. 24. Əllamə Məclisi, “Biharul-ənvar”, Tehran, “Əl-Məktəbətul-islamiyyə” nəşriyyatı, qəməri 1385, c.48, səh. 227; Səduq, “Uyuni-əxbarir-Rza”, Tehran, “Darul-kutubil-islamiyyə”, nəşriyyatı, c.1, səh. 100. 25. Səduq, “Uyuni-əxbarir-Rza”, Tehran, “Darul-kutubil-islamiyyə”, nəşriyyatı, c.2, səh. 226, Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 105. 26. Mühəqqiq Seyid Əli, “Zendegiye pişvaye həştom imam Əliyyibni Musər-Rza (ə) “, “Nəsle cavan nəşriyyatı”, səh. 60. 27. Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 65; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 309; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 247. 28. Əllamə Məclisi, “Biharul-ənvar”, Tehran, “Əl-Məktəbətul-islamiyyə” nəşriyyatı, qəməri 1385, c.49, səh. 117; Həmçinin, müraciət edin: Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 95; 29. Əllamə Məclisi, “Biharul-ənvar”, c.49, səh. 117. 30. Mühəqqiq Seyid Əli, “Zendegiye pişvaye həştom imam Əliyyibni Musər-Rza (ə) “, “Nəsle cavan” nəşriyyatı, səh. 70-74. 31. Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 66; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 310; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 248. 32. Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 310; Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 65; Təbərsi, “Əlamul-vəra bi əlamul-huda”, 3-cü çap, Tehran, “Darul-kutubil-islamiyyə” nəşriyyatı, səh. 333; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 248. 33. Şeyx Səduq, İləluş-şəraye, Qum, təbatəbai nəşriyyatı, c.1, səh. 266; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 247. 34. Təbərsi, “Əlamul-vəra bi əlamul-huda”, 3-cü çap, Tehran, “Darul-kutubil-islamiyyə” nəşriyyatı, səh. 334; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 310 35. Mühəqqiq Seyid Əli, “Zendegiye pişvaye həştom imam Əliyyibni Musər-Rza (ə) “, “Nəsle cavan” nəşriyyatı, səh. 82-87. 36. Əli ibn İsa İrbili, “Kəşful-ğummə”, Təbriz, “Məktəbətu-Bəni-Haşimiyy” nəşriyyatı, qəməri 1381, c.3, səh. 67; Şeyx Müfid, “Əl-İrşad”, Qum, “Məktəbətu Bəsirətiyy” nəşriyyatı, səh. 312; Fəttal Nişaburi, “Rovzətul-vaizin”, 1-ci çap, Beyrut, “Ələmi” nəşriyyatı, qəməri 1406-cı il, səh. 249. 37. Yaqut Şərif Qurəşi, “Həyatul-imam Əli ibn Musər-Rza” (ə), Qum, “Səid ibn Cubeyr” nəşriyyatı, şəmsi 1372-ci il, c.2, səh. 371. 38. Yaqut Şərif Qurəşi, “Həyatul-imam Əli ibn Musər-Rza” (ə), Qum, “Səid ibn Cubeyr” nəşriyyatı, şəmsi 1372-ci il, c.2, səh. 371. 39. Məhəmməd ibn Cərir ibn Rüstəm Təbəri, “Dəlailul-əimmə”, Qum, “Rza” nəşriyyatı, 1363-cü il, səh. 178. 40. Mürtəza Mütəhhəri, “Seyri dər sireye əimmeye əthar”, Tehran, “Sədra” nəşriyyatı, 27-ci çap, 1384-cü il, səh. 210. 41. Məhəmməd ibn Cərir ibn Rüstəm Təbəri, “Təbəri tarixi”, Əbülqasim Payandenin tərcüməsi, Tehran, 1364-cü il, c.13, səh. 5676. 42. Fəzl ibn Həsən Təbərsi, “Elamul-vəra”, Qum, “Alul-Beyt müəssissi” nəşriyyatı, 1417-ci il, c.2, səh. 80; Şeyx Müfid, “Əl-İrşad”, Seyid Haşim Rəsuli Mühəllatinin tərcüməsi, Tehran, “Elmiyyətul-islamiyyə” nəşriyyatı, 2-ci çap, bita, c.2, səh. 260. 43. Mürtəza Mütəhhəri, “Seyri dər sireye əimmeye əthar”, Tehran, “Sədra” nəşriyyatı, 27-ci çap, 1384-cü il, səh. 211. 44. Şeyx Müfid, “Əl-İrşad”, Seyid Haşim Rəsuli Mühəllatinin tərcüməsi, Tehran, “Elmiyyətul-islamiyyə” nəşriyyatı, 2-ci çap, bita, c.2, səh. 261-262. 45. Şeyx Müfid, “Əl-İrşad”, Seyid Haşim Rəsuli Mühəllatinin tərcüməsi, Tehran, “Elmiyyətul-islamiyyə” nəşriyyatı, 2-ci çap, bita, c.2, səh. 262. 46. Biharul-ənvar, c.49, səh. 300; 10-cu hədis; Uyuni-əxbarir-Rza, c.2, səh. 242; Fəzl ibn Həsən Təbərsi, “Elamul-vəra”, Qum, “Alul-Beyt müəssissi” nəşriyyatı, 1417-ci il, c.2, səh. 82-83. 47. Yaqut Şərif Qurəşi, “Həyatul-imam Əli ibn Musər-Rza” (ə), Qum, “Səid ibn Cubeyr” nəşriyyatı, şəmsi 1372-ci il, c.2, səh. 375.

İmam Rza (ə) 27.01.2025

İmam Rzanın (ə) həyat tərzi: insanların hüquqlarının riayət edilməsi

İmam Rzanın (ə) həyat tərzi: insanların hüquqlarının riayət edilməsi Müsəlmanların 8-ci məsum rəhbəri və Allah-Taala tərəfindən təyin edilmiş imamı Həzrət Əli ibn Musa Rzanın (ə) evində xidmətçi işləyən Yasir və Nadir hər ikisi belə nəql edirlər: «ياسِرٌ الخادِمُ ونادِرٌ جَميعًا قالا :قالَ لَنا أبُو الحَسَنِ الرضاء عليه السلام: إن قُمتُ عَلى رُؤوسِكُم وأنتُم تَأكُلونَ فَلا تَقوموا حَتّى تَفرُغوا. ولَرُبَّما دَعا بَعضَنا فَيُقالُ لَهُ: هُم يَأكُلونَ ، فَيَقولُ : دَعهُم حَتّى يَفرُغوا» “Mövlamız Həzrət İmam Rza (ə) bizə tapşırıq vermişdi ki, siz yemək yeyərkən və süfrədə olanda mən (bir iş üçün) sizin yanınıza gəlsəm, yeməyinizi tamamlamadan heç vaxt ayağa qalxmayın. Çox vaxtlar elə olurdu ki, mövlamız İmam Rza (ə) bizdən birini çağırarkən deyirdik yemək yeyir. Buyurardı: Narahat etməyin, icazə verin yeməyini tamamlasın. (Şeyx Kuleyni, “əl-Kafi”, c.6, s.298, hədis:10). P.S: Bu gün biz bu əxlaqı bir neçə yerdə qorumalıyıq. Çünki baxmayaraq ki, dildə inkişaf, tərəqqidən danışırıq, orta əsirlərə ağız büzürük, amma texnoloji inkişafın içində olmağımıza və tam elektronlaşmış bir gələcəyə (!?) doğru getməyimizə baxmayaraq insanların iqtisadi vəziyyəti hər gün ağırlaşır. Orta təbəqə və ondan aşağısı üçün gündəlik dolanışıq əldə etmək çətinləşir. Bunun da nəticəsində bir çoxları birbaşa və ya şirkətlər vasitəsi ilə evlərdə işləməyə gedirlər. Həmçinin dükanda, böyük şirkətlərdə və ya istənilən bir işdə kimlərsə kimlərinsə əlinin altında işləyir. Diqqət etmək lazımdır ki, özünün və ailəsinin xərclərini təmin etmək üçün sənin əlinin altında işləyən hər bir cəhətdən səninlə bərabər hüquqa malikdir. Sənin ondan heç bir üstünlüyün yoxdur. O öz əməyi ilə pulunu qazanır və sən də pulun ilə işini gördürürsən. Sırf bu ki, sən iş gördürürsən və pul verirsən və maddi baxımdan o sənə daha ehtiyaclıdır deyə, onun insani və hüquqi haqlarını tapdalaya bilməzsən. Sənin onun pulunu kəsməyə, günün bütün çoxunu sənin üçün işləməyə, onun gün ərzində rahat yemək yeməsi, ailəsi ilə danışması və ibadət etməsi kimi hüquqlarını əlindən almağa haqqın yoxdur. Və həmçinin işçi üçün rahat iş şəraiti yaratmalısan, onları canları və sağlamlıqlarını və mallarını təhlükəyə salacaq bir şəraitdə işlətməməlisən. Qeyd edim ki, bəzi ehtiyaclı insanlar ehtiyacları üzündən hər bir işdə işləməyə razılıq verirlər. Yenə də işəgötürənin həm hüquqi və həm də insani vəzifəsidir ki, insanların ehtiyacından sui-istifadə etməsin və onlara az pul müqabilində çox iş saatı və çox iş yükləməsin. Bundan əlavə bu hədis ailədəki davranışlarımıza da aiddir. Kişilər çox vaxt xanımları ilə tam bir kəniz kimi rəftar edirlər. Bəzən ailə hamısı süfrə başında oturur, süfrədə nəsə çatışmırsa, evin kişisi və bəzən də özünü evdə atasının “zam”ı hesab edən “oğul” çığırır ki, durun gətirin filan. Bu zaman ya xanım (ana) durmalıdır, ya da qız uşağı. Halbuki hamı eyni hüquqa malikdir. Hamı qarşısında xörəyini yeyirsə, kimsənin haqqı yoxdur digərini yeməyindən saxlayıb ona iş buyursun. Hər kəs zəhmət çəkib durub özünə lazım olan şeyi götürməlidir…. hər kəs özü öz işi üçün ayağa durmağı bacarmalıdır… amma… Və əlbəttə! Bizim milli və dini ailə dəyərlərimiz var. Əgər süfrədə ata və anamız əyləşibsə, nəsə lazımdırsa, övladın əxlaqi vəzifəsi cəld tərpənib həmin lazım olan şeyi valideyn üçün gətirməsidir. Ər işdən gəlib, yorğundur, süfrəyə lazım olan şeyləri xanım hazır edir və ortada nəsə çatışmırsa, xanımın əli həmişə mətbəxə yaxın olur və lazım olan şeyi təmin edir və sair… Bunlar hamısı bizim milli və dini kimliyimizdən doğan dəyərlərdir, gözəldir və qorunmalıdır. Amma sevgi və izzətlə, zor və zillətlə deyil! Teligram:@mirmehemmed_beshir

İmam Rza (ə) 27.01.2025

İmam Rza (ə) öz dövründə 3 islahat aparmışdır: etiqad, rəftarlar və rabitələr ilə bağlı.

İmam Rza (ə) öz dövründə 3 islahat aparmışdır: etiqad, rəftarlar və rabitələr ilə bağlı. İmamın (ə) zamanında elə etiqadlar mövcud idi ki, onların ən öndə gedənləri cəbriyyunlar idilər. Onların etiqadına görə, insan hər işində məcburidir. Onların əqidəsinə görə, insanlar bitki kimidirlər. Yəni, heç bir ixtiyarı yoxdur.   İmam (ə) onların bu yanlış əqidəsini aradan aparmaq üçün elmi məclislər təşkil edir və müzakirələr aparırdı. O, cəbriyyunları kafir adlandırırdı.   İmamın (ə) apardığı başqa bir islahat rəftarla bağlı idi. İmam (ə) buyururdu ki, yanlış rəftar görən zaman onları əmr-be-məruf və nəhy-əz-munkər etmək lazımdır. Qurani-Kərimdə bunun əhəmiyyəti haqqında buyurulmuşdur: “O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun Kitabına) tabe olanlar – həmin nicat tapanlardır!”. (“Əraf” 157).   Ona görə də İmamın (ə) dövründə nəhy-əz-munkər mədəniyyəti inkişaf edir.   İmamın (ə) apardığı üçüncü islahat cəmiyyətdə olan rabitələr ilə bağlı idi. İmam (ə) buyurur: “7 şey, 7 şey olmadan məsxərə olunasıdır. 1. Hər kim dili ilə istiğfar edər, ancaq qəlbində peşman olmaz. 2. İnsan Allahdan tövfiq istəyər, ancaq səy göstərməz. 3. İnsan ehtiyat istəyində olar, ancaq günah etməkdən qorxmaz. 4. Hər kim Allahdan behişt istəyər, ancaq giriftarlıqlara səbir etməz. 5. O kəs ki, cəhənnəm atəşindən Allaha pənah aparar, ancaq dünya şəhvətini tərk etməz. 6. Hər kim Allahı yada salar, ancaq Allahla görüşmək üçün tələsməz. 7. O kəs ki, ölümü yada salar, ancaq özünü onun üçün hazırlamaz”. (Tebyan/Deyerler.org/)

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75